Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-774/2024 03.12.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Bakı şəhərində doğulmuş. Azərbaycan Respublikasının vətəndaşı, subay, orla təhsilli, işsiz, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma barədə İnslaqram sosial şəbəkəsində tanış olduğu, İran İslam Respublikası vətəndaşı ilə istifadəsində olan «Honor 10» markalı mobil telefonunun "whatsapp" proqramından istifadə etməklə əlaqə saxlayıb əvvəlcədən vəd verməklə onunla razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, sonra bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən İran İslam Respublikası vətəndaşının 465,00 qram çəkidə külli miqdarda narkotik vasitə olan heroini və 98,570 qram çəkidə külli miqdarda narkotik vasitə olan tiryəki Sumqayıt şəhəri 17-ci mikrorayon ərazisində yerləşən «Bahar» restoranının yaxınlığında 01 ədəd sellofan bağlamada gizlədib həmin bağlamanı 300 (üç yüz) manat müqabilində onun deyəcəyi yerə aparması üçün yerləşdirdikdən sonra həmin yerin fotoşəkillərini çəkərək Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefonda quraşdırılmış “WhatsApp" proqram təminatına göndərmiş, Təqsirləndirilən şəxs isə həmin ünvana gedərək külli miqdarda üzərində «k 500» yazıları olan 01 ədəd bükümdə təmiz çəkisi 465,00 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və külli miqdarda üzərində «l 100» yazıları olan 01 ədəd bükümdə təmiz çəkisi 98,570 qram tünd qəhvəyi rəngli maddə kütləsi kustar üsulla alınmış narkotik vasitə olan tiryəki əldə edib daşıyaraq üzərində saxlamış. 30 may 2024-cü il tarixdə saat 17:15-də Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri 17-ci mikrorayon ərazisində yerləşən «Bahar» restoranının yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilib orada üzərinə şəxsi axtarış keçirilərkən əlindəki göy rəngli sellofan torbanın içərisindən külli miqdarda üzərində «k 500» yazıları olan 01 ədəd bükümdə təmiz çəkisi 465,00 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və külli miqdarda üzərində «t 100» yazıları olan 01 ədəd bükümdə təmiz çəkisi 98,570 qram tünd qəhvəyi rəngli maddə kütləsi kustar üsulla alınmış narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirsiz bilərək ifadəsində fəhlə işlədiyini, narkotik vasitə istifadəçisi olduğunu və narkotik vasitəni İİR vətəndaşından aldığını bildirmişdir. Hadisə yerinə gedərkən narkotik vasitə onun üzərində olmamış, 6-7 nəfər polis əməkdaşı ona yaxınlaşaraq təzyiq göstərmiş, daha sonra Sumqayıt ŞPİ-yə aparmışdırlar. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq 1 ildən çoxdur ki, psixotrop maddə metamfetamin istifadə etdiyini, İİR vətəndaşı ilə “instagram” sosial şəbəkəsi vasitəsi ilə tanış olduğunu bildirmişdir. O, İİR vətəndaşına yazmamış, İİR vətəndaşı özü ona yazmış, İİR vətəndaşından birinci dəfə idi ki, narkotik vasitə almışdır. O, İİR vətəndaşına 01 qram narkotik vasitə sifariş vermiş, həmin narkotik vasitə üçün onunla 40 manat məbləğinə razılaşmışdır, lakin polis əməkdaşları tərəfindən tutulmuş və İİR vətəndaşına pul göndərməmişdir. İİR vətəndaşı ona narkotik vasitənin qoyduğu yerin şəkillərini göndərmişdir. Ona qarşı edilən qanunsuz hərəkətlərlə bağlı barəsində həbs qətimkan tədbiri seçilən məhkəməyə heç bir məlumat verməmişdir. Polis əməkdaşları ona heç bir yerə məlumat verməməsi üçün təzyiqlər göstərmişdirlər. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq narkotik vasitəni götürmədiyini, polis əməkdaşları ona məxsus olan telefondan İİR vətəndaşının göndərdiyi yerə uyğun olaraq narkotik vasitəni özlərinin götürdüyünü bildirmişdir. O, hadisə yerinə gedəndə narkotik vasitəni görməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən bir ildir ki, narkotik vasitələrdən istifadə edir. Təxminən bir həftə əvvəl o, İnstaqram sosial şəbəkəsində İran İslam Respublikası vətəndaşı ilə tanış olmuşdur. O, onun dəqiq adını bilmir. Çünki o, adını ona deməmişdir. Söhbət əsnasında o, onun narkotik vasitələrdən istifadə eldiyini öyrənmişdir. Söhbət əsnasında o, ona təklif etmişdir ki, ona məxsus narkotik vasitələri onun dediyi yerlərdən götürüb deyəcəyi yerlərə aparsın. Bunun müqabilində isə o, ona pul verəcəyini təklif etmişdir. Onun isə borcu olduğu və pula ehtiyacı olduğu üçün həmin şəxsin təklifi ilə razılaşmışdır. xx.xx.2024-cti il tarixdə təxminən saat 16 radələrində həmin şəxs onun istifadəsində olan ***-***-**-** nömrəli telefonun «whatsapp» tətbiqinə gedəcəyi ünvanı (konum) göndərib ondan həmin ünvana gedib orada olan narkotik vasitəni götürməyini bildirmişdir. Ünvan Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən «Bahar» restoranının yaxınlığı olmuşdur. O, deyilən yerə gedib narkotik vasitəni götürdükdən sonra həmin şəxs onun bank kartına 300 manat göndərməli olmuşdur. O, isə bunun müqabilində həmin narkotik vasitəni deyilən yerə aparıb qoymalı olmuşdur. O, Sumqayıt şəhərinə gəlib həmin ünvana gedib deyilən yerdən göy rəngdə olan sellofan torbanı götürmüşdür. Torbanın içərisində 03 ədəd büküm olmuşdur. O, sellofan torbanı götürüb oradan uzaqlaşmaq istəyərkən üç nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim etmişlər və polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslər ondan adını və soyadını soruşduqdan sonra ona bildirmişlər ki, o, narkotik vasitələrin qəbulunda, qanunsuz üzərində gəzdirilməsində və satışında şübhəli bilinir. Buna görə də onun üzərinə şəxsi axtarış keçirilməsi üçün onu Sumqayıt ŞPİ-nə dəvət etmişlər. O, polis əməkdaşlarına heç bir etiraz etməmişdir. Bundan sonra onlar bir başa Sumqayıt ŞPİ-nə gəlmişlər. Polis İdarəsinə çatdıqdan sonra xidməti otaqların birində video çəkiliş aparılmaqla ona hüquq və vəzifələri ilə bağlı bildiriş, eləcədə hüquqlarını müdafiə etmək üçün siyahıdan seçdiyi Sumqayıt regional vəkil bürosunun vəkili X2 təqdim olunmuşdur. Bundan sonra ona üzərində olan əşyaları təqdim etməyini təklif etmişlər. O, əlindəki, üzərində «Mələk kids» sözləri yazılmış göy rəngli sellofan torbanı masanın üzərinə qoyub təqdim etmişdir. Torbaya baxarkən içərisində 03 ədəd büküm aşkar olunmuşdur. Bükümlərin üzərində «l 100», «t 10» və «k 500» yazıları olmuşdur. Ondan bükümlərin içəsrisində nə olduğu soruşulduqda o, bildirmişdir ki, bükümlərdəki kütlələr narkotik vasitə olan heroin və tiryəkdir. Polis əməkdaşlarının suallarına cavab olaraq bildirmişdir ki, əlində olan sellofan torbanı 300 manat müqabilində İran İslam Respublikası vətəndaşının dediyi yerdən götürüb onun dediyi yerə aparmalı olmuşdur. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən özünə məxus «Leobank» plastik kartı, 10 manat pul, 5 ABŞ dolları, siqaret qutusu və ona məxsus şəxsiyyət vəsiqəsi aşkar olunmuşdur. Pul və siqaret qutusu ona qaytarılmışdır. Bank kartı və şəxsiyyət vəsiqəsi isə iş üçün əhəmiyyət kəsb etdiyi üçün təhqiqatçı tərəfindən götürülmüşdür. Bundan sonra üzərindən aşkar olunmuş üzərində «t 100» yazısı olan içərisində tünd qəhvəyi rəngli narkotik vasitə olan tiryəkə bənzər maddə elektron tərəziyə qoyulub çəkilmiş və çəkisi 100,003 qram təşkil etmişdir. Üzərində «ı 10» yazısı olan içərisində tünd qəhvəyi rəngli narkotik vasitə olan tiryəkə bənzər maddə elektron tərəzidə çəkilmiş və çəkisi 12,42 qram təşkil etmişdir. Üzərində «k 500» yazısı olan içərisində narkotik vasitə olan heroinə bənzər maddə elektron tərəzidə çəkilmiş və çəkisi 520,00 qram təşkil etmişdir. Bundan sonra isə həmin narkotik vasitələr qablaşdırılaraq möhürlənmişdir. O, üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinin və tiryəkin çəkisi ilə bağlı heç bir etiraz etməmişdir. Bundan sonra narkotik vasitə olan heroin və tiryəkin ondan aşkar edilərək götürülməsi ilə əlaqədar protokol tərtib edilmişdir. Tərtib edilmiş protokolu onlar imzaları ilə təsdiq etmişlər. O, saxlanılarkən və polis idarəsində olarkən ona qarşı heç bir təzyiq və qanunsuz hərəkətlər olunmamışdır. O, narkotik vasitə olan heroini və tiryəki 300 manat müqabilində İran İslam Respublikası vətəndaşının dediyi yerdən götürüb onun deyəcəyi yerə aparmaq üçün üzərində saxlamışdır. O, narkotik vasitələrin alqı satqısı ilə məşğul olmamışdır. O, polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində mobil telefon olmuş, üzərində 051 ***-**-** nömrəsi olmuşdur. Üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl telefona çoxlu zənglər gəldiyi üçün o, telefonu çıxarıb polis əməkdaşlarına təhvil vermişdir. O, birinci dəfədir ki, həmin şəxsin dediyi yerdən narkotik vasitə götürüb onun deyəcəyi yerə aparmalı olmuşdur. Bundan əvvəl o, bu işlə məşğul olmamışdır. O, həmin şəxsin adını bilməmiş və onu şəxsən tanımamışdır. Həmin şəxs xarici nömrə işlətmişdir, yəni bizim mobil operatorlara məxsus nömrə istifadə etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi tədqiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin NMBnin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ifadəsində hadisənin may ayının axırlarında olduğunu bildirmişdir. Daxil olmuş əməliyyat məlumatı əsasında Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmış və Sumqayıt ŞPİ-yə dəvət olunmuşdur. Sumqayıt ŞPİ-də Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, əlində qara rəngli sellofan torbanın içərisində 3 büküm olmuş, həmin bükümlərində üzərində “T, K “ və s. qeydləri olmuşdur. İdarədə onlar açılmış və narkotik vasitələr aşkar olunmuşdur. Onlar təqsirləndirilən şəxsdən “bunu kimdən almısan?” soruşduqda təqsirləndirilən şəxs onlara narkotik vasitəni sonradan tanıdığı İİR vətəndaşından aldığını, həmin şəxsin görəcəyi işin müqabilində pul vəd etdiyini bildirmişdir. Təxmini olaraq yarım kiloya qədər narkotik vasitə heroin, bundan başqa böyük və balaca bükümdə tiryək olmuşdur. Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq göstərilməmiş, hər hansısa qanunsuzluq olmamış, video çəkiliş müdafiəçinin iştirakı ilə həyata keçirilmişdir. Təqsirləndirilən şəxsin üzərində narkotik vasitə olmamış, əlindəki sellofan torbanın içərisində narkotik vasitə olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin NMBnin əməliyyat müvəkkili, polis mayoru Şahid3 ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixində saat 17 radələrində əməliyyat məlumatı daxil olduqdan sonra rəhbərliyə raportla məruzə olunmuş, əməliyyat qrupu yaradılmış, daha sonra Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən “Bahar” adlı restoran yaxınlığında müşahidə edilmiş və Təqsirləndirilən şəxs piyada hərəkət edərkən əlində torba olduğu müəyyən edilmişdir. Daha sonra polis əməkdaşları ilə birlikdə ona yaxınlaşaraq özlərini təqdim etmiş və onu Sumqayıt ŞPİ-ə dəvət etmiş, Təqsirləndirilən şəxs etiraz etmədən idarəyə getmişdir. Onun üzərində nə olduğunu soruşduqda, özü üzərində narkotik vasitənin olduğunu, sonradan tanıdığı İİR vətəndaşından həmin narkotik vasitəni aldığını bildirmişdir. İİR vətəndaşı Təqsirləndirilən şəxs dediyinə görə ona görəcəyi işin 300 manat məbləği müqabilində pul vəd etmişdir. Xidməti çəkiliş zamanı aşkar olunan narkotik vasitə 1 böyük büküm və 2 balaca bükümdən ibarət olan narkotik vasitə heroin və tiryək olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin NMBnin əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixində Sumqayıt şəhəri, 17-ci mikrorayon “Bahar” adlı restoranın yaxınlığında Təqsirləndirilən şəxs bölmə əməkdaşları — Şahid3 və Şahid2 ilə birlikdə tərəflərindən saxlanılmışdır. Təqsirləndirilən şəxs əlində göy rəngli və üzərində “Mələk kids” yazılmış sellofan torba olmuşdur. Daha sonra təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-ə aparılmış, Sumqayıt ŞPİ-də göy rəngli və üzərində “Mələk kids” yazılmış sellofan torbanın içərisindən 3 büküm narkotik vasitə aşkar olunmuşdur. Aşkar olunan narkotik vasitə bükümlərindən birinin üzərində “T-100, T-10, K-500” yazıları qeyd olunmuş, “T-100, T-10” bükümlərinin içərisindən tiryək aşkar olunmuş, “K-500” bükümünün içərisindən isə heroin aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin narkotik vasitələri İİR vətəndaşından aldığını bildirmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir müqavimət və təzyiq göstərilməmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2024-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərar, eyni tarix və məzmunlu raportdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində qanunsuz olaraq külli miqdarda müxtəlif növ narkotik vasitələri üzərində gəzdirməsi, saxlaması və satması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan «şəxsi axtarış və götürmə barədə» xx.xx.2024-cü il tarixli protokol və qeyd olunan tədbirin video görüntülərini əks etdirən disk məhkəmə istintaqı zamanı tədqiq olunarkən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əlində olan göy rəngli sellofan torbanı təqdim edib içərisində narkotik vasitə olduğunu bildirir. Torbanın içərisini açdıqda 03 ədəd büküm müşahidə olunur. Təqsirləndirilən şəxs böyük bükümün içərisində «kakos» digər iki bükümün içərisində isə tiryək olduğunu bildirir. Sorğu zamanı o, həmin narkotik maddələri bir müddət əvvəl İnstaqram sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikası vətəndaşının Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində qoyduğu yerdən götürüb əldə etdiyini, 300 manat müqabilində həmin narkotik vasitələri onun deyəcəyi yerə qoyması üçün üzərində saxladığını bildirir. Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrdən istifadə etdiyini bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən üzərindən «Leobank»a məxsus bank kartı, 10 manat, 5 ABŞ dolları, 01 ədəd siqaret qutusu və Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi aşkar olunur. Sorğu zamanı Təqsirləndirilən şəxs bükümlərin içərisində narkotik vasitə olduğunu, Sumqayıt şəhəri ərazisində saxlanıldığını və saxlanılarkən ona qarşı güc tətbiq olunmadığını bildirir. Bundan sonra bükümlər elektron tərəzidə çəkilir, 1-ci büküm 100,003 qram, 2-ci büküm 12,42 qram, 3-cü büküm isə 520,00 qram təşkil edir. Təqsirləndirilən şəxs bu çəkiyə etiraz etmir. Bundan sonra 03 ədəd büküm qablaşdırılaraq möhürlənir və prosess iştirakçıları tərəfindən imzalanır. Cinayət işinin materiallarında olan «mobil telefon aparatına baxış keçirilməsi» haqqında xx.xx.2024-cü il tarixli protokol və həmin protokola əlavə edilmiş fotoşəkillər məhkəmə istintaqı zamanı tədqiq olunarkən Honor 10 markalı mobil telefonun qalareya qovluğunda Təqsirləndirilən şəxs narkotik vasitələri götürdüyü yerin işarələnmiş 04 ədəd şəkilləri olduğu müəyyən edilmişdir. Digər qovluqlara da baxış keçirilmiş, lakin iş üçün əhəmiyyət kəsb edən hər hansı bir sms, şəkil və ya videogörüntü aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan "xxxx" MMC-dən daxil olan 1 (bir) ədəd disk və həmin diskə baxış keçirlməsi haqqında 13 iyul 2024-cü il tarixli protokol məhkəmə istintaqı zamanı tədqiq edilərkən iş üçün əhəmiyyət kəsb edən hər hansı bir hal aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/3047 saylı rəyindən görünür ki. tədqiqata təqdim edilmiş 1 (bir) ədəd üzərində "k 500” yazıları olan bükümdə təmiz çəkisi 465 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 1 (bir) ədəd üzərində «t 100» yazıları olan bükümdə təmiz çəkisi 98,570 qram tünd qəhvəyi rəngli, spesifik iyə malik maddə kustar üsulla alınmış narkotik vasitə tiryəkdir; 1 (bir) ədəd üzərində ‘İ 10” yazıları olan bükümdə təmiz çəkisi 10.096 qram tünd qəhvəyi rəngli maddə narkotik vasitə və psixotrop maddələrə aid deyildir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 4334 saylı rəyindən görünür ki. Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan 10 iyun 2024-cü il tarixli “Maddi sübut kimi tanıma haqqında” qərar və 06 sentyabr 2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 464,8 qram heroin və qalıq qalmış 98,370 qram tiryək maddi sübut kimi tanınaraq saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş, İlqar Vahbovun üzərinə şəxsi axtarış keçirilməsi video görüntüsünü əks etdirən 01 ədəd disk və "xxxx" MMC-dən götürülmüş 01 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadədə özünü təqsirsiz bilməsi, polis əməkdaşlarının təzyiqi nəticəsində öz üzərinə götürmək məcburiyyətində qalması barədə söylədiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadələri iş üzrə tədqiq edilmiş digər sübutlarla təsdiq edildiyindən əsas götürülməlidir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qərarın 12-ci bəndində göstərilmişdir ki, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə müvafiq olaraq ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyaları həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu yoxdur. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən yüngülləşdirən hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-cimaddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinəqaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş qalıq çəkisi 464,8 qram narkotik vasitə heroin və qalıq çəkisi 98,370 qram tiryək məhv edilməli, 02 ədəd disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut növü kimi tanınaraq istintaq materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 80 (səksən) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 30 may 2024-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan qalıq çəkisi 464,8 qram narkotik vasitə heroin və qalıq çəkisi 98,370 qram tiryək məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi görüntülərini əks etdirən 01 ədəd diskin və "xxxx" MMC-dən götürülmüş 01 diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 80 (səksən) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-774/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-774/2024
03.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver