Məhkəmə qərarları › İş №1(124)-78/2021

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-78/2021

26.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-78/2021 26.11.2021 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri X13 (sədrlik edən), Əliyev Hafiz Samir oğlu (məruzəçi) və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, Müdafiəçi–Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri, 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlu, xx.xx.1966-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işsiz, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 82-ci məhəllə, ev 10-da qeydiyyatda olan və Sumqayıt şəhəri, Corat bağlar massivi, fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq və, müəyyənetdi: Təqsirləndirilən şəxs, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edərək saxlamış və qanunsuz olaraq külli miqdarda tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmişdir. Belə ki, o, 2021-ci ilin aprel ayının əvvəllərində yaşadığı Sumqayıt şəhəri, Corat bağları massivi, fərdi evin həyətyanı torpaq sahəsində tərkibində narkotik maddələr olan 105 (yüz beş) ədəd narkotik təbiətli çətənə (kannabis) bitkilərini qanunsuz olaraq əkib yetişdirmiş, 14 aprel 2021-ci il tarixdə saat 20:28 radələrində Sumqayıt şəhər Pİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən həmin evin həyətyanı torpaq sahəsinə baxış keçirilən zaman 105 (yüz beş) ədəd ümumi xalis çəkisi 300 qram olan narkotik təbiətli çətənə (kannabis) bitkiləri və yaşadığı evin həyətindəki saxlanc otağına baxış keçirilərkən oradan istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi külli miqdarda, yəni 01 ədəd şəffaf rəngli sellofan parçasına bükülmüş 4,658 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd şəffaf rəngli sellofan parçasına bükülmüş 0,868 qram çəkidə dövriyyəsi qadağan edilən psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, 14 aprel 2021-ci il tarixdə axşam radələrində evində yatarkən həyətdən səs-küy eşitmiş, həyətə çıxanda 30-35 nəfər polis əməkdaşlarının həyətində hərtərəfi axtardıqlarını görmüşdür.Polis əməkdaşlarına həyətində yalnız göz qabağında olan 105 ədəd çətənə kolunun olduğunu bildirmişdir. Evinin həyətindəki saxlanc otağında aşkar olunmuş narkotik vasitə heroin və metamfetamin ona məxsus olmamışdır. Polis əməkdaşları tərəfindən zorakılığa məruz qalmışdır. Aşkar olunan heroin və metamfetamini Elxan adlı usta evinə qoymuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaq mərhələsində verdiyi və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində törətdiyi cinayət əməllərini qismən etiraf edərək göstərmişdir ki, bir neçə ildir ki, narkotik vasitə olan heroin və qurudulmuş marixuanadan, eləcə də psixotrop maddə metamfetamindən istifadə edir. 2021-ci ilin mart ayının axırlarında Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində olarkən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxs təmənnasız olaraq bir neçə çətənə kolunun toxumunu ona vermişdir. Heç bir yerdə işləmədiyindən maddi və imkanım zəif olduğundan narkotik vasitə almağa imkanı olmadığı üçün qərara gəlmişdir ki, əldə etdiyi toxumları yaşadığı evin həyətində əksin və gələcəkdə həmin marixuanadan özü istifadə etsin. Buna görə də 2021-ci ilin aprel ayının əvvəllərində özündə olan bir neçə çətənə kolunun toxumunu yaşadığı evin həyətindəki boş yerə əkmişdir. Sonra həmin əkdiyi toxumlara tez-tez su verərək qulluq etməyə başlamışdır ki, tez böyüsün, yaxşı inkişaf etsin. Nəticədə 105 ədəd kiçik çətənə şitilləri əmələ gəlmişdir. Bundan başqa 2021-ci ilin aprel ayının əvvələrində Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən “Səda Store” adlı marketin yaxınlığında olarkən bir nəfər tanımadığı şəxs ona yaxınlaşaraq psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroin olduğunu, onları satmaq istədiyini demişdir. Narkotik vasitələrdən istifadə etdiyi üçün alıb özü istifadə etmək məqsədi ilə həmin şəxsdən heroini və metamfetamini neçəyə satmaq istədiyini soruşmuşdur. Həmin şəxs metamfetamini 20 manata, heroini isə 30 manata satmaq istədiyini demişdir. Özü istifadə etmək məqsədi ilə həmin şəxsə 50 manat pul verib iki ədəd şəffaf rəngli sellofan parçasına bükülmüş heroini və metamfetamini ondan almışdır. Sonra yaşadığı evinə gəlmişdir. Əldə etdiyi narkotik vasitə heroini evin həyətindəki saxlanc otağında rəfin üstündə olan kiçik ölçülü qara qabın içərisinə qoymuşdur. Psixotrop maddə metamfetamini isə rəfin üstünə balonların yanına qoymuşdur. xx.xx.2021-ci il tarixdə saat 19:30 radələrində yaşadığı Sumqayıt şəhəri, Corat bağlar massivində olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitələrin istifadəsində, saxlanmasında, eləcə də yaşadığı evin həyətində narkotik vasitələrin becərilməsində şübhəli bilindiyi üçün saxlanıldığını bildirmişlər. Polis əməkdaşları ondan üzərində narkotik vasitə olub-olmadığını soruşmuşlar, polis əməkdaşlarının onun narkotik vasitə əldə etməsi, eləcə də həyətində çətənə kolları becərməsi barədə dəqiq məlumat aldıqlarını və hər bir halda həmin narkotik vasitəni və çətənə kollarını aşkar edəcəklərini fikirləşdiyinə görə üzərində narkotik vasitə olmadığını, lakin yaşadığı evin həyətindəki saxlanc otağında narkotik vasitə olduğunu, evin həyətyanı sahəsində isə çətənə kolları becərdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları onu Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə dəvət etmişlər. O da onlara etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə gəlmişdir. 1-ci Polis Bölməsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilərək şübhəli şəxs qismində tutulmuş və hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra polis əməkdaşları ona videoçəkiliş vasitəsi ilə yaşadığı evin həyətinə baxış keçirləcəyini bildirmişlər. O da polis əməkdaşlarına yaşadığı evin həyətinə baxış keçirilməyinə etirazı olmadığı barədə yazılı ərizə də yazıb vermişdir. Bundan sonra dəvət olunmuş aqronomun, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə yaşadığı evə gedilmiş və evin həyətinə videoçəkiliş ilə baxış keçirilmişdir. Baxış zamanı yaşadığı evin həyətinin sol tərəfindəki çəpərlənmiş sahədə əkdiyi 105 ədəd narkotik tərkibli çətənə şitilləri aşkar edilmişdir. Baxışda iştirak edən aqronom da həmin bitkilərin çətənə koluna bənzədiyini və onlara xüsusi qulluq göstərildiyini təsdiq etmişdir. Bundan sonra polis əməkdaşları ondan yaşadığı evdə narkotik vasitə olub-olmadığını soruşmuşlar. O da polis əməkdaşlarına evin həyətindəki saxlanc otağında narkotik vasitələr saxladığını, lakin yerini dəqiq xatırlamadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları saxlanc otağında baxış keçirmişlər. Baxış zamanı saxlanc otağında olan dolabın siyirməsindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş qurudulmuş marixuananı və saxlanc otağındakı rəfin üstündən kiçik qaba qoyulmuş şəfafaf rəngli sellofan parçasına bükülümüş narkotik vasitə heroini polis əməkdaşlarına təqdim etmişdir. Eləcə də baxış zamanı polis əməkdaşları tərəfindən saxlanc otağındakı rəfin üstündəki şüşə balonun yaxınlığına qoyduğu 01 ədəd şəffaf rəngli sellofan parçasına bükülmüş psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Polis əməkdaşlarının suallarına cavab olaraq qəhvəyi rəngli spesifik iyə malik olan maddənin “kokos” yəni heroin, spesifik iyə malik ağ rəngli kristal şəkilli maddələrin isə şüşə, yəni metamfetamin olduğunu, heroini və metamfetamini 10-15 gün əvvəl Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən “Səda Store”adlı marketin yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını, heroini 30 manata, metamfetamini isə 20 manata aldığını bildirmişdir. Gümüşü rəngli kağız parçasındakı qurudulmuş marixuananı isə əvvəllər evin həyətində əkdiyi çətənə bitkisini qurudub şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Bundan sonra narkotik vasitə heroin, psixotrop maddə meramfetamin, qurudulmuş marixuana polis əməkdaşları tərəfindən götürülmüşdür. Sonra isə aşkar olunmuş çətənə şitilləri polis əməkdaşları tərəfindən torpaqdan çıxarılmış və götürülmüşdür. Bundan sonra polis əməkdaşları ilə birlikdə Sumqayıt şəhər Pİ-nin 1-ci PB-nə gəlmişlər. Polis bölməsində xidməti otaqların birində həyətyanı sahəsindən aşkar olunaraq götürülən 105 ədəd çətənə şitilləri, narkotik vasitə heroin, qurudulmuş marixuana, psixotrop maddə metamfetamin tərəziyə qoyularaq çəkilmiş, ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Daha sonra baxış keçirilməsi barədə protokol tərtib olunaraq ucadan oxunmuş, o da protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Çətənə kolunun toxumlarını 2021-ci ilin mart ayının axırlarında Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində olarkən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən pulsuz olaraq götürmüşdür. Məqsədi həmin toxumları yaşadığı evin həyətində becərib sonra özü istifadə etmək olmuşdur. Ailə üzvləri evin həyətində çətənə kollarını əkdiyini bilməmişlər. Uzun müddətidir ki, narkotik vasitə qəbul edir, ona görə də həmin narkotik vasitələri və metamfetamini özü istifadə etmək məqsədi ilə yaşadığı evin saxlanc otağında saxlamışdır. Heç vaxt narkotik vasitələrin alqı satqısı ilə məşğul olmamışdır. (cild 1, vərəqə 75-76) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı tam, məhkəmə istintaqı zamanı isə qismən etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt şəhər Pİ-nin 1-ci Polis Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərdi ki, Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımayıb, onunla ədavət və ya düşmənçiliyi yoxdur. 14 aprel 2021-ci il tarixdə Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə etibarlı və qərəzsiz mənbədən Sumqayıt şəhəri, Corat bağlar massivində fərdi evdə yaşayan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və yaşadığı evin həyətində narkotik tərkibli bitkiləri kultivasiya etməsi bardə əməliyyat məlumatları daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması və sonuncunun cinayət əməllərinin ifşa edilərək cinayət başında yaxalanması məqsədi ilə Sumqayıt ŞPİ-nin KTB-nin inspektorkriminalisti, polis kapitanı X6, Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid3, Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin polis sahə rəisi, polis mayoru Şahid2, Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin təhqiqatçısı, polis kapitanı X5 və onun iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra isə Təqsirləndirilən şəxs ola biləcəyi yer müəyyən edilərək Sumqayıt şəhəri, Corat bağlar massivində sonuncunun yaşadığı küçə və ətraf ərazilər müşahidəyə götürülmüşdür. 14 aprel 2021ci il tarixdə təxminən saat 19:30 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin yerləşdiyi küçə ilə piyada hərəkət etməsini görüb ona yaxınlaşmışlar, özlərini təqdim edərək ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda, eləcə də yaşadığı evin həyətində narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli olduğunu izah edib üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs isə üzərində bu kimi əşyaların olmadığını, lakin yaşadığı evin həyətində çətənə kolları əkdiyini, həmçinin evinin həyətindəki saxlanc otağında narkotik vasitə və psixotrop maddə saxladığını bildirmişdir. Həmin yerdə müvafiq sənədlərin tərtib olunması mümkün olmadığından, insanların intensivliyini və hər hansı bir müdaxilə ola biləcəyini nəzərə alıb Təqsirləndirilən şəxs müvafiq araşdırma aparılması məqsədi ilə Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs də etiraz etməyərək onlarla birlikdə Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə gəlmişdir. Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsində təhqiqatçı tərəfindən müdafiəçi dəvət olunmuş və Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs isə yaşadığı evin həyətinə baxış keçirilməsinə heç bir etirazı olmadığını bildirib bu barədə yazılı ərizə vermişdir. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi üçün Sumqayıt şəhər Yaşıllaşdırma İdarəsindən mütəxəssis qismində həmin idarənin baş aqronomu X9 dəvət edilmişdir. Bundan sonra isə polis əməkdaşları, Sumqayıt şəhər Yaşıllaşdırma İdarəsinin baş aqronomu şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs və sonuncunun müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvana gedilmişdir. xx.xx.2021-ci il tarixdə, saat 20:28-də Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, Corat bağlar massivindəki fərdi evə gəlinmişdir. Şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs yaşadığı evin həyətində baxış keçirilməsi ilə əlaqədar etirazının olub-olmaması soruşulmuş və sonuncu isə cavab olaraq yaşadığı evin həyətində baxış keçirilməsi ilə bağlı heç bir etirazının olmadığını bildirmişdir. Baxış zamanı birmərtəbəli evin sol tərəfində çəpərlənmiş boş torpaq sahəsində köküstə yaş halda olan çətənə kollarına bənzər, yaşıl rəngli, spesifik iyə malik, qulluq edilmiş 105 (yüz beş) ədəd çətənə koluna bənzər ot kütləsi aşkar olunmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs çətənə koluna bənzər ot kütələrini nə vaxtdan, hansı səbəbdən əkib becərməsi, məqsədinin nə olması barədə sual olunmuş, sonuncu 10-15 gün əvvəl şəxsi istifadəsi üçün özündə olan çətənə toxumlarını əkməsini, qulluq etməsini bildirmişdir. Həmin vaxt aşkar edilmiş kollar təhqiqatçı tərəfindən Sumqayıt şəhər Yaşıllaşdırma idarəsinin aqronumuna təqdim edilmişdir və sonuncu aşkar olunmuş çətənə kollarına bənzər bitkilərinin qulluq edilmiş çətənə kolları olmasını qeyd etmişdir. Təqsirləndirilən şəxs bundan əlavə olaraq evdə hər hansısa bir yerdə narkotik vasitələrin olub-olmaması barədə sual olunmuş və sonuncu bundan əlavə olaraq evin həyətində yerləşən işlənmiş əşyaların saxlanc otağında narkotik vasitələrin olduğunu bildirmişdir. Həmin işlənmiş əşyaların saxlanc otağına çəkilişlə daxil olunmuşdur, otağa daxil olduqdan sonra Təqsirləndirilən şəxs otaqda olan dolabın siyirməsini çəkərək həmin siyirmənin içərisindən 1 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş spesifik iyə malik yaşıl rəngli narkotik vasitəyə bənzər qurudulmuş bitki kütləsini təqdim etmiş, bundan sonra otaqda başqa da narkotik vasitələr olduğunu bildirərək divara bərkidilmiş piştaxtanın üzərindəki qara rəngli plasmas qabın içərisindən 1 ədəd şəffaf rəngli sellofana bükülmüş spesifik iyə malik qəhvəyi rəngli, narkotik vasitə olan heroinə bənzər maddəni götürüb təqdim etmişdir. Təqsirləndirilən şəxs otaqda olan psixotrop maddənin yerini unutduğunu bildirdiyindən polis əməkdaşları tərəfindən otağa baxış keçirilərkən piştaxtanın üzərindəki şüşə balonun yanından 1 ədəd şəffaf rəngli sellofana bükülmüş spesifik iyə malik ağ rəngli kristal şəkilli maddə tapmış və təhqiqatçıya təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş qəhvəyi rəngli spesifik iyə malik olan maddənin narkotik vasitə olan “kakos”(heroin) ağ rəngli kristal şəkilli spesifik iyə malik maddənin “şüşə”(metamfetamin) olduğunu, aşkar olunmuş həmin maddələri 10-15 gün bundan əvvəl Sumqayıt şəhəri 17-ci mikrorayon ərazisində yerləşən “Səda store” mağazasının yaxınlığında tanımadığı şəxsdən “şüşə” adlandırdığı maddəni 20 manata, digər “kakos” adlanan maddəni isə 30 manata şəxsi istifadəsi üçün alıb saxladığını bildirmişdir. Aşkar olunmuş gümüşü rəngli rəngli siqaret kağızındakı bitki kütləsinin “nəşə”(marixuana) olduğunu, həmin bitki kütləsini uzun müddətdir ki, evinin həyətində əkib becərdiyini, qurudaraq öz şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Baxış zamanı qeyd olunan kökü üstə yaşıl rəngli bitki kollarının, qurudulmuş bitki kütləsinin, spesifik iyə malik ağ və qəhvəyi rəngli narkotik vasitəyə bənzər maddələrin çəkisini müəyyən etmək və protokol tərtib etmək üçün şərait olmadığından həmin kütlələr və kollar təhqiqatçı tərəfindən götürülmüş və videoçəkiliş dayandırılmışdır. Daha sonra isə çəkilişi davam etdirərək, Təqsirləndirilən şəxs əkib-becərdiyi çətənə kollarına bənzər bitkilər aqronomun və digər iştirakçıların iştirakı ilə köküstündə çıxarılaraq şəffaf sellofan qoyularaq müvafiq qaydada qablaşdırılmış və çəkiliş dayandırılmışdır. Təqsirləndirilən şəxs ilə birlikdə Sumqayıt şəhər Pİ-nin 1-ci PB-nə gəldikdən sonra Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunan narkotik vasitəyə bənzər kollar və maddələr və qurudulmuş bitki kütləsi tərəziyə qoyulub çəkilərkən narkotik vasitəyə bənzər kolların ümumi çəkisinin 357 qram, qurudulmuş bitki kütləsinin çəkisinin 0,51 qram, ağ rəngli spesifik iyə malik narkotik vasitəyə bənzər maddənin çəkisinin 0,99 qram, qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitəyə bənzər maddənin çəkisinin 4,96 qram olduğu müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş həmin çətənə kolu, kökü üstə yaş halda olan bitki kolları, qurudulmuş bitki kütləsi, spesifik iyə malik ağ və qəhvəyi rəngli narkotik vasitəyə bənzər maddələr Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün qablaşdırılmış və möhürlənmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin polis sahə rəisi, polis mayoru Şahid2 eyni məzmunlu ifadələr verərək Şahid1 ifadəsində göstərdikləri xüsusatları tam təsdiq etmişdir. Şahid Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili Şahid3 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, sonuncu məhkəmədə ifadələri alınmış polis əməkdaşları ilə oxşar məzmunlu ifadə verərək onların göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdi ki, 2017-ci il tarixdən Sumqayıt şəhər Yaşıllaşdrıma İdarəsinin baş aqronumu vəzifəsində işləyir. xx.xx.2021-ci il taixdə Sumqayıt şəhər Pİ-nin 1-ci PB-dən işlədiyi Yaşıllaşdırma İdarəsinə Sumqayıt şəhəri, Corat bağlar massivindəki fərdi evdə yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə baxış keçirilərkən aqro-texniki sahədə xüsusi biliklərə malik olan aqronom dəvət edildiyi üçün həmin evə baxış keçirilməsi üçün polis əməkdaşları ilə birlikdə həmin ünvana getmişdir. xx.xx.2021-ci il tarixdə, saat 20:28-də Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, Corat bağlar massivindəki fərdi evə gəlinmişdir. Şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs yaşadığı evin həyətində baxış keçirilməsi ilə əlaqədar etirazının olub-olmaması soruşulmuş və sonuncu isə cavab olaraq yaşadığı evin həyətində baxış keçirilməsi ilə bağlı heç bir etirazının olmadığını bildirmişdir. Həmin evin həyətinə giriş qapıdan daxil olan zaman qarşıda birmərtəbəli yaşıl rəngə boyanmış yaşayış evinin olması, evin ümumi sahəsinin 5 sot olması müəyyən edilmişdir. Baxış zamanı birmərtəbəli evin sol tərəfində çəpərlənmiş boş torpaq sahəsində köküstə yaş halda olan çətənə kollarına bənzər, yaşıl rəngli, spesifik iyə malik, qulluq edilmiş 105(yüz beş) ədəd çətənə koluna bənzər ot kütləsi aşkar olunmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs çətənə koluna bənzər ot kütələrini nə vaxtdan, hansı səbəbdən əkib becərməsi, məqsədinin nə olması barədə sual olunmuş, sonuncu 10-15 gün əvvəl şəxsi istifadəsi üçün özündə olan çətənə toxumlarını əkməsini, qulluq etməsini bildirmişdir. Aşkar olunmuş çətənə kolları bənzər bitkilərinin qulluq edilmiş çətənə kolları olmuşdur. Kollara aqrotexniki qaydada qulluq edilmişdir. Daha sonra həmin kollar müvafiq qaydada qablaşdırılaraq ekspertizaya göndərilmişlər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 aprel 2021-ci il tarixli əməliyyat təbdirlərinin keçirilməsi barədə qərardan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan, Sumqayıt şəhəri, Corat bağlar massivi fərdi evdə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, eləcə də yaşadığı evin həyətində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi ilə əlaqədar daxil olan məlumata əsasən onun ətrafında müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Sumqayıt şəhər məhkəməsinin 22 aprel 2021-ci il tarixli qərarı ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında 14 aprel 2021-ci il tarixli qərar qanuni hesab edilmişdir. (cild 1, vərəqə 5, 96-97) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Baxış keçirilməsi və götürmə” barədə 14 aprel 2021-ci il tarixli protokoldan, protokola əlavə edilmiş fotoşəkillərdən və istintaq hərəkətinin videogörünütüsü əks etdirilmiş 01 ədəd “DVD-R” formatlı diskdən görünür ki, xx.xx.2021-ci il tarixdə saat 20:28 radələrində polis əməkdaşları şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, Corat bağlar massivində yerləşən fərdi yaşayış evinin həyətinə baxış keçirmək üçün getmişdir. Şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs yaşadığı evin həyətində baxış keçirilməsi ilə əlaqədar etirazının olub-olmaması soruşulduqda sonuncu cavab olaraq yaşadığı evin həyətində baxış keçirilməsi ilə bağlı heç bir etirazının olmadığını bildirmişdir. Həmin evin həyətinə giriş qapıdan daxil olan zaman qarşıda birmərtəbəli yaşıl rəngə boyanmış yaşayış evinin olması, evin ümumi sahəsinin 5 sot olması müəyyən edilmişdir. Baxış zamanı birmərtəbəli evin sol tərəfində çəpərlənmiş boş torpaq sahəsində köküstə yaş halda olan çətənə kollarına bənzər, yaşıl rəngli, spesifik iyə malik, qulluq edilmiş 105(yüz beş) ədəd çətənə koluna bənzər ot kütləsi aşkar olunmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs çətənə koluna bənzər ot kütələrinin nə vaxtdan, hansı səbəbdən əkib becərməsi, məqsədinin nə olması barədə sual olunmuş, sonuncu 10-15 gün əvvəl şəxsi istifadəsi üçün özündə olan çətənə toxumlarını əkməsini, qulluq etməsini bildirmişdir. Həmin vaxt Sumqayıt şəhər Yaşıllaşdırma idarəsinin aqronumu X9 təqdim edilmiş və sonuncu aşkar olunmuş çətənə kollarına bənzər bitkilərin qulluq edilmiş çətənə kolları olmasını qeyd etmişdir. Təqsirləndirilən şəxs bundan əlavə olaraq evdə hər hansısa bir yerdə narkotik vasitələrin olub-olmaması barədə sual olunmuş və sonuncu bundan əlavə olaraq evin həyətində yerləşən işlənmiş əşyaların saxlanc otağında narkotik vasitələrin olduğunu bildirmişdir. Həmin işlənmiş əşyaların saxlanc otağına çəkilişlə daxil olunmuş, lakin Təqsirləndirilən şəxs konkret olaraq narkotik vasitələrin haraya qoyulduğunu unutduğunu bildirmişdir. Bu səbəbdən polis əməkdaşları tərəfindən saxlanc otağına baxış zamanı oradakı dolabın siyirməsindən 1 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş spesifik iyə malik yaşıl rəngli narkotik vasitəyə bənzər qurudulmuş bitki kütləsini, piştaxtanın üzərində şüşə balonların yanından qara qabın içərisindən 1 ədəd şəffaf rəngli sellofana bükülmüş spesifik iyə malik qəhvəyi rəngli maddəni təqdim etmiş və polis əməkdaşları tərəfindən isə elə şüşə balonun yanından 1 ədəd şəffaf rəngli sellofana bükülmüş spesifik iyə malik ağ rəngli kristal şəkilli maddə tapılaraq aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş qəhvəyi rəngli spesifik iyə malik olan maddənin narkotik vasitə olan “kakos”(heroin) ağ rəngli kristal şəkilli spesifik iyə malik maddənin “şüşə”(metamfetamin) olduğunu, aşkar olunmuş həmin maddələri 10-15 gün bundan əvvəl Sumqayıt şəhəri 17-ci mikrorayon ərazisində yerləşən Səda store mağazasının yaxınlığında tanımadığı şəxsdən “şüşə” adlandırdığı maddəni 20 manata, digər “kakos” adlanan maddəni isə 30 manata şəxsi istifadəsi üçün alıb saxladığını bildirmişdir. Aşkar olunmuş gümüşü rəngli rəngli siqaret kağızındakı bitki kütləsinin “nəşə”(marixuana) olduğunu, həmin bitki kütləsinin uzun müddətdir ki, evinin həyətində əkib becərdiyini, qurudaraq öz şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Baxış zamanı qeyd olunan kökü üstə yaşıl rəngli bitki kollarının, qurudulmuş bitki kütləsinin, spesifik iyə malik ağ və qəhvəyi rəngli narkotik vasitəyə bənzər maddələrin çəkisini müəyyən etmək və protokol tərtib etmək üçün şərait olmadığından həmin kütlələr və kollar təhqiqatçı tərəfindən götürülmüşdür və videoçəkiliş dayandırılmışdır. Daha sonra isə çəkilişi davam etdirilərək, Təqsirləndirilən şəxs əkib-becərdiyi çətənə kollarına bənzər bitkilər aqronomun və digər iştirakçıların iştirakı ilə köküstündə çıxarılaraq şəffaf sellofan qoyularaq müvafiq qaydada qablaşdırılmış və çəkiliş dayandırılmışdır. (cild 1, iş vərəqə 25-31) “Şəxsi axtarış və götürmə aparılması haqqında” 14 aprel 2021-ci il tarixli protokolda qeyd olunan xüsusatların həqiqiliyi, polis əməkdaşlarının təqsirləndirilən şəxs təzyiq göstərməməsi, təqsirləndirilən şəxsin sərbəst qaydada hərəkət edərək çətən kollarını, narkotik vasitə olan qurudulmuş marixuana, heroin və psixotrop maddə olan metamfetmani polis əməkdaşlarına təqdim etməsi həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 15 aprel 2021-ci il tarixli,7/345 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş nəm vəziyyətdə sayı 105 ədəd(yüz beş) ayrı-ayrılıqda təmiz çəkiləri 1,75-3,97 qram, ümumi çəkisi 300,0 qram olan şitillər tərkiblərinə görə eyni olub, əkilibbecərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin ştilləridir. Bir ədəd gümüşü rəngli kağız bükülüdə olan təmiz çəkisi 0,202 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. (cild 1 iş vərəq 45-49) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəməkimyəvi ekspertizasının 15 aprel 2021-ci il tarixli, 6/1475 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “saxlanılan şəxs: Təqsirləndirilən şəxs” yazısı olan zərfdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 4,658 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1(bir) ədəd bükümdə təmiz çəkisi 0,868 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin “Azərbaycan Respublikası ərazisində döviyyəsi qadağan edilən narkotik vasitələri”in, metamfetamin “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına daxildirlər. (cild 1 iş vərəq 50-55) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının 20 may 2021-ci il tarixli, 1537 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən, çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu(narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1 iş vərəq 134-135) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Sumqayıt şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərüffatı İstehsalat Birliyinin Yaşıllaşdırma İdarəsindən daxil olan 15 aprel 2021-ci il tarixli, 14 nömrəli məktubdan görünür ki, Yaşıllaşdırma idarəsinin baş aqronomu Şahid4 iştirakı ilə ünvan 1 ünvanında qeydiyyatda olan, Sumqayıt şəhəri, Corat bağlar massivi fərdi evdə yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə baxış keçirilərkən 105 (yüz beş) ədəd yaş halda bitmiş çətənə koluna bənzər aqrotexniki qulluq olunmuş bitki müəyyən edilmişdir. (cild 1 iş vərəq 43) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Maddi sübut kimi tanımaq haqqında” 17 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar olunaraq götürülmüş ilkin çəkisi 300 qram olmuş, lakin aparılmış tədqiqatlardan sonra qalıq çəkisi 299,8 qram olan narkotik vasitə çətənə bitkiləri, saxlanc otağından aşkar edilərək götürülmüş ilkin çəkisi 0,202 qram olmuş, tədqiqatlardan sonra qalıq çəkisi 0,182 qram olan qurudulmuş marixuana, ilkin çəkisi 4,658 qram, tədqiqatlardan sonra qalıq çəkisi 4,558 qram olan narkotik vasitə heroin, ilkin çəkisi 0,868 qram, tədqiqatlardan sonra qalıq çəkisi 0,818 qram olan psixotrop maddə metamfetamin cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilməklə məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. (cild 1 iş vərəq 89) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Baxış keçirilməsi və götürmə” haqqında 14 aprel 2021-ci il tarixli istintaq hərkətinin videoçəkilişləri əks etdirilmiş 01 ədəd “DVD” disk iş üçün əhəmiyyət kəsb etdiyindən 03 avqust 2021-ci il tarixli qərarla maddi sübut kimi tanınaraq cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. (cild 1 iş vərəq 152-170) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Sumqayıt şəhər prokurorunun köməkçisi, İ dərəcəli hüquqşünas Cəfər Mövsümov tərəfindən qəbul olunmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 28 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinin əməkdaşları tərəfindən döyülməsi, qeyri-insani rəftara, təsir və təzyiqlərə, fiziki zorakılığa məruz qalmasını bildirməsi Sumqayıt şəhər prokurorluğunda aparılan araşdırma zamanı öz təsdiqini tapmamış, 28 sentyabr 2021-ci il tarixli qərarla toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış sorğudan görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilərək 06 il müddətinə azadlıqdan məhrum edilmiş, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarı ilə Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü dəyişdirilərək onun cəzası 05 ilə endirilib, xx.xx.2013-cü il tarixdə cəzasının sonu ilə azadlığa buraxılıb. (cild 1, iş vərəqə 92-93) CM-nin 15.4-cü maddəsinin tələbinə görə CM-nin 234.4.3-cü maddəsi ağır cinayətdir və həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının Corat qəsəbə üzrə ərazi nümayəndəliyi tərəfindən verilən xasiyyətnamədən görünür ki, X10 barəsində nümayəndəliyə heç bir yazılı şikayət daxili olmamışdır. xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi arvadı X7 və oğlu X1 ibarətdir. (cild 1, iş vərəqə 151-152) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş ******* nömrəli hərbi biletin surətindən görünür ki, xx.xx.1992-ci il təvəllüdlü X8 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək döyüş əməliyyatlarında iştirak etmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə X8 “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddənin ona məxsus olmaması və həmin narkotik vasitə və psixotrop maddəni satmaq məqsədinin olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsassızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş qismən etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində göstərilmişdir ki, narkotik xassəli bitkilərin qanunsuz kultivasiyası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik xassəli bitkilərin əkilməsi, becərilməsi və ya yetişdirilməsidir. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, narkotik xassəli bitkilərin hasil edilməsinə və narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hər hansı digər hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li Qərarının 19-cu bəndində göstərilmişdir ki, tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Çətənə (kannabis) bitkisi Azərbaycan Respublikasının 2005-ci ilin 28 iyun tarixli Qanunu ilə təsdiq olunmuş Azərbaycan Respublikası ərazisində “Qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilər” siyahısına aiddir ( siyahı İİİ ). Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, övladı X4 44 günlük Vətən Müharibəsində döyüş əməliyyatlarında iştirak edərək Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddələsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 14 aprel 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Sumqayıt şəhər məhkəməsinin 16 aprel 2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəlinin 14 aprel 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. (cild 1, iş vərəqə 15-16, 84- 85). Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 14 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən, çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu(narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Sumqayıt şəhər Polis İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi- qalıq çəkisi 299,8 qram olan narkotik vasitə çətənə bitkiləri, qalıq çəkisi 0,182 qram olan qurudulmuş marixuana, qalıq çəkisi 4,558 qram olan narkotik vasitə heroin, sonra qalıq çəkisi 0,818 qram olan psixotrop maddə metamfetamin məhv edilməli, maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 186 (yüz səksən altı) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. (cild 1, iş vərəqə 46,51). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.1996-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi üzrə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 14 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınmış Sumqayıt şəhər Polis İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi- 299,8 qram olan narkotik vasitə çətənə bitkiləri, qalıq çəkisi 0,182 qram olan qurudulmuş marixuana, qalıq çəkisi 4,558 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 0,818 qram olan psixotrop maddə metamfetamin məhv edilsin, maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 186 (yüz səksən altı) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: X22 Məruzəçi hakim: İmza Hafiz Əliyev X23 Hümbətov Əsli ilə düzdür, Hakim: Hafiz Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar