Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-78/2022 01.06.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Rəşad Şəmşir oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu (məruzəçi hakim) və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı oğlu Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, xx.xx.1995-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, Sumqayıt şəhəri, 5-ci məhəllə, ev 31/4, mənzil 5-də qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə, psixotorop maddə və güclü təsir edən maddələri əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, o, məlum olmayan mənbədən qanunsuz olaraq ümumilikdə 625,364 qram çəkidə qəhvəyi rəngdə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroini, 2,417 qram çəkidə ağ rəngli, kristal hissəciklərdən ibarət külli miqdarda psixotrop maddə olan metamfetamini, təsir maddəsinin ümümi miqdarı 0,32 qram təşkil edən 1 ədəd “Methadone 40” göstəricilər olan dərman konvolyutunda 8 ədəd açıq-qəhvəyi rəngli “F\M 40” göstəricili metadon dərman preparatlarını satış məqsədi ilə əldə edib, daşıyaraq sol çiynindən asılmış vəziyyətdə olan qara rəngli əl çantasında saxlamış, 08.06.2021-ci il tarixdə, saat 17:40-da Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində Sumqayıt ŞPİ-nin NMB-nin və CAŞ-nin əməkdaşları ilə birlikdə keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb, Sumqayıt ŞPİ-nin Pİ-nə gətirildikdən sonra, xidməti otaqların birində üzərinə şəxsi axtarış aparılarkən, sol çiynindən asılmış vəziyyətdə olan qara rəngli əl çantasının içərisindən satış məqsədilə əldə edib daşıyaraq üzərində saxladığı 1 ədəd üzərində “Al Market” yazıları olan sellofan torbada təmiz çəkisi 610 qram, 1 ədəd qızılı rəngli siqaret bükümündə təmiz çəkisi 0,032 qram, 4 ədəd şəffaf sellofan bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 2,750 qr, 5,405 qr, 3,259 qr, 3,918 qram, ümumilikdə 625,364 qram külli miqdarda qəhvəyi rəngli, tozşəkilli, kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 10 ədəd sellofan və bir ədəd ağ rəngli kağız bükümdə, ümümilikdə isə 11 ədəd olan bükümdə, hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,410 qr, 0,423 qr, 0,359 qr, 0,352 qr, 0,355 qr, 0,082 qr, 0,080 qr, 0,093 qr, 0,081 qr, 0,092 qr, 0,090 qr ümumi təmiz şəkisi 2,417 qram külli miqdarda ağ rəngli kristallardan ibarət, kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, tərkibində ümumi miqdarı 0,32 qram çəkidə narkotik vasitə metadon maddəsi olan, üzərində “Methadone 40” markalanma yazısı həkk edilmiş konvalyutda, ümumilikdə 8 (səkkiz) ədəd qəhvəyi rəngli, dairəvi formalı, tərkibindəki təsiredici maddəsinin miqdarına və xarici əlamətlərinə görə eyni olan metadon tərkibli dərman preparatları, 2 ədəd üzərində “Mydrax 0,5 %...10ml” göstəriciləri olan zavod üsulu ilə qablaşdırılmış eyni tərkibli dərman flakonlarındakı ümumi miqdarı 0,100 qram çəkidə güclü təsir edən maddə olan tropikamid aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, narkotik vasitələrədn heroini çəkmək yolu ilə qəbul edir, özünə lazım olacaq miqdarda narkotik vasitə alır. Hadisə günü, 08 iyun 2021-ci il tarixdə, saat 12.00-12.30 radələrində yaşadığı evin yerləşdiyi məhəllədə olan mağazadan siqarret alıb çölə çıxan zaman polis əməkdaşları onu saxlamışdır. Həmin gün onun üzərində narkotik vasitə olmamasına baxmayaraq polis əməkdaşları onu saxladıqdan sonra Sumqayıt şəhər polis idarəsinə aparmışlar. Polis İdarəsində olduğu zaman özünə aid olmayan və içərisində narkotik vasitə olan qara rəngli çantanı ona vermişlər. Daha sonra isə ailəsi və onun üçün problem yaradılacağı ilə hədələyərək sənədləri imzalamağını tələb etmişlər, o, da məcburiyyət qarşısında qalaraq polis əməkdaşlarının dediklərini etmişdir. İstintaq zamanı verdiyi ifadə təyziq altında olmuşdur. Polis əməkdaşlarının qanunsuz əməlləri ilə bağlı məhkəməyə məlumat verməmişdim. Başından və bədən nahiyəsindən zərbə almış və 3 saylı İstintaq Təcridxanasında bununla bağlı müvafiq qeydiyyat aparılmışdır. Məhkəmədə verdiyi ifadəsindən fərqli olaraq Təqsirləndirilən şəxs ibtidai istinaq zamanı verdiyi və məhkəmədə elan olunmaqla araşdırılmış cinayət işinin 48-50-ci vərəqlərində olan və müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən ifadəsində göstərmişdir ki, “08.06.2021-ci il tarixdə, saat 17:40 radələrində Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində olan zaman polis əməkdaşları onu saxlayıb özlərini təqdim edərək Sumqayıt ŞPİ-nin əməkdaşları olduqlarını bildirmiş, həmçinin ona narkotik tərkibli maddələrin qanunsuz olaraq əldə edilməsi, üzərində saxlanılması, eləcədə satışı ilə məşğul olmaqda şübhəli olduğunu izah edib, üzərinə şəxsi axtarış keçirilməsi üçün Sumqayıt şəhər Pİ-nə dəvət etdikdə buna etiraz etməmişdir. Sumqayıt şəhər Polis İdarəsində olarkən üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman etiraz etmədikdə ona hüquq və vəzifələr barədə bildiriş, hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X7 təqdim olunmuşdur. Daha sonra isə vidoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üstündə hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif edilən zaman özü sol çiynindən asılmış vəziyyətdə olan qara rəngli parçadan hazırlanmış əl çantasını təqdim etmiş, həmin çanta açıldıqda içərisində 1 ədəd üzərində “Al market” yazıları olan sellofan torbanın, 4 ədad şəffaf rəngli sellofan bükümlərin, 1 ədəd qızılı rəngli siqaret kağızı bükümünün, 10 ədəd sellefan bükümləri, 1 ədəd ağ rəngli kağız bükümünün, 1 ədəd qəhvəyi rəngli üzərində “Methadone-40” yazıları olan plastik dərman qutusunun, 2 ədəd üzərində “Mydrax” yazıları olan kağız qutuların, 1 ədəd üzərində “Rosai” yazıları olan elektron tərəzinin olduğu müəyyən edilmişdir. Aşkar olunmuş bükümlər polis əməkdaşı tərəfindən açılmış, üzərində “Al market” yazıları olan sellofan torbada, 4 ədad şəffaf rəngli sellofan bükümlərində, 1 ədəd qızılı rəngli siqaret kağızı bükümündə spesifik iyə malik qəhvəyi rəngli toz halında maddənin, 10 ədəd sellefan bükümləri, 1 ədəd ağ rəngli kağız bükümünün içərisində ağ rəngli kristal şəkilli maddənin, 1 ədəd qəhvəyi rəngli üzərində “Methadone-40” yazıları olan plastik dərman qutusunun içərisində 8 ədəd üzərində M-40 yazıları olan qəhvəyi rəngli həblərin, 2 ədəd üzərində “Mydrax” yazıları olan kağız qutuların içərisində flakonların olduğu müəyyən olunmuş, sorğu zamanı aşkar olunan qəhvəyi rəngli maddənin "kakos", ağ rəngli kristal şəkilli maddənin “şüşə”, qəhvəyi rəngli həblərin “metadon”, olduğunu, aşkar olunmuş maddələri Maqa adlı İran vətəndaşının sözü ilə Yasamal rayonu ərazisindən götürürək ona deyilən yerlərə aparmaq üçün üstündə gəzdirdiyini, qarşılığında pul alacağını bildirmişdir. Həmin vaxt üzərindən aşkar olunmuş 4 ədad şəffaf rəngli sellofan bükümlərində olan qəhvəyi rəngli toz halında olan maddələrin çəkisinin 2,17 qram, 3,51 qram, 1,67 qram, 2, 55 qram və bir ədəd qızılı rəngli siqaret kağızı bükümündə spesifik iyə malik qəhvəyi rəngli toz halında maddənin 0,44 qram olmaqla ümumilikdə 10,33 qram olması, “Al market” yazıları olan sellofan torbada spesifik iyə malik qəhvəyi rəngli toz halında maddənin çəkisinin 634 qram olması, 10 ədəd sellefan bükümləri, 1 ədəd ağ rəngli kağız bükümünün içərisində ağ rəngli ağ rəngli kristal şəkilli maddənin çəkisinin 0,26 qram, 0,34 qram, 0,21 qram, 0,11 qram, 0,29 qram, 0,44 qram, 0,30 qram, 0,18 qram, 0,13 qram, 0,23 qram, 0,40 qram olmaqla həmin maddənin ümumi çəkisinin 3,34 qram olması müəyyən olunmuş və aşkar olunmuş həmin maddələr, 1 ədəd qəhvəyi rəngli üzərində “Methadone-40” yazıları olan plastik dərman qutusunun içərisində 8 ədəd üzərində M-40 yazıları olan qəhvəyi rəngli həblər, 2 ədəd üzərində “Mydrax” yazıları olan kağız qutuların içərisində flakonlar və elektron tərəzi Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənmiş və tərəfindən imzalanmışdır.” Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası DİN-nin Sumqayıt ŞPİ-nin CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 08 iyun 2021-ci il tarixdə Sumqayıt ŞPİ-nin CAŞ-nə Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr saxlaması, habelə narkotik vasitələrin satışı ilə məşğul olması və hal-hazırda Sumqayıt şəhəri 1-ci mikrorayon ərazisində olması barədə əməliyyat məlumatı daxil olduqda həmin məlumat əsasında CAŞ-nin əməliyyat müvəkkili Şahid3,NMB-nin əməliyyat müvəkkili Şahid2, polis baş seryantı Şahid4lə birlikdə Sumqayıt şəhəri ərazisinə çıxmış və saat 17-40-da 1-ci mikrorayon ərazisində Təqsirləndirilən şəxs ilə rastlaşmış, həmin vaxt onun sol çiynindən asılmış vəziyyətdə, qara rəngli parçadan hazırlanmış əl çantası olmuşdur. Özlərini təqdim edərək Sumqayıt ŞPİ-nin əməkdaşları olduqlarınə, narkotik tərkibli maddələrin qanunsuz olaraq əldə edilməsi, üzərində saxlanılması, eləcə də satışı ilə məşğul olmaqda şübhəli olduğunu izah edib, üzərinə şəxsi axtarış keçirilməsi üçün Sumqayıt şəhər Pİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs buna etiraz etmədikdə Sumqayıt ŞPİ-nin inzibati binasına gətirilmiş və dərhal idarə rəhbərliyinin adına raport tərtib olunduqdan sonra araşdırmanın aparılması təhqiqatçıya həvalə olunduqda Təqsirləndirilən şəxs KTB-nin inspektor kriminalisti Rasim Paşayevlə birlikdə təhqiqatçının xidməti otağına gətirilmişdir. Təhqiqatçı tərəfindən onun üzərinə şəxsi axtarış keçiriləcəyi zaman Təqsirləndirilən şəxs buna etiraz etməmiş, ona hüquq və vəzifələri barədə bildiriş, hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X7 təqdim olunmuşdur. Daha sonra isə vidoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif edilən zaman Təqsirləndirilən şəxs sol çiynindən asılmış vəziyyətdə olan qara rəngli parçadan hazırlanmış əl çantasını təqdim etmiş, həmin çanta açıldıqda içərisində 1 ədəd üzərində “Al market” yazıları olan sellofan torbanın, 4 ədad şəffaf rəngli sellofan bükümlərin, 1 ədəd qızılı rəngli siqaret kağızı bükümünün, 10 ədəd sellefan bükümləri, 1 ədəd ağ rəngli kağız bükümünün, 1 ədəd qəhvəyi rəngli üzərində “Methadone-40” yazıları olan plastik dərman qutusunun, 2 ədəd üzərində “Mydrax” yazıları olan kağız qutuların, 1 ədəd üzərində “Rosai” yazıları olan elektron tərəzinin olduğu müəyyən edilmişdir. Aşkar olunmuş bükümlər açılmış, üzərində “Al market” yazıları olan sellofan torbada, 4 ədad şəffaf rəngli sellofan bükümlərində, 1 ədəd qızılı rəngli siqaret kağızı bükümündə spesifik iyə malik qəhvəyi rəngli toz halında maddənin, 10 ədəd sellefan bükümləri, 1 ədəd ağ rəngli kağız bükümünün içərisində ağ rəngli kristal şəkilli maddənin, 1 ədəd qəhvəyi rəngli üzərində “Methadone-40” yazıları olan plastik dərman qutusunun içərisində 8 ədəd üzərində M-40 yazıları olan qəhvəyi rəngli həblərin, 2 ədəd üzərində “Mydrax” yazıları olan kağız qutuların içərisində flakonların olduğu müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunan qəhvəyi rəngli maddənin "kakos", ağ rəngli kristal şəkilli maddənin “şüşə”, qəhvəyi rəngli həblərin “metadon”, olduğunu, aşkar olunmuş maddələri Maqa adlı İran vətəndaşının sözü ilə Yasamal rayonu ərazisindən götürürək ona deyilən yerlərə aparmaq üçün üzərində gəzdirdiyini, qarşılığında pul alacağını bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 4 ədad şəffaf rəngli sellofan bükümlərində olan qəhvəyi rəngli toz halında olan maddələrin çəkisinin 2,17 qram, 3,51 qram, 1,67 qram, 2, 55 qram və bir ədəd qızılı rəngli siqaret kağızı bükümündə spesifik iyə malik qəhvəyi rəngli toz halında maddənin 0,44 qram olmaqla ümumilikdə 10,33 qram olması, “Al market” yazıları olan sellofan torbada spesifik iyə malik qəhvəyi rəngli toz halında maddənin çəkisinin 634 qram olması, 10 ədəd sellefan bükümləri, 1 ədəd ağ rəngli kağız bükümünün içərisində ağ rəngli kristal şəkilli maddənin çəkisinin 0,26 qram, 0,34 qram, 0,21 qram, 0,11 qram, 0,29 qram, 0,44 qram, 0,30 qram, 0,18 qram, 0,13 qram, 0,23 qram, 0,40 qram olmaqla həmin maddənin ümumi çəkisinin 3,34 qram olması müəyyən olunmuş və aşkar olunmuş həmin maddələr, 1 ədəd qəhvəyi rəngli üzərində “Methadone-40” yazıları olan plastik dərman qutusunun içərisində 8 ədəd üzərində M-40 yazıları olan qəhvəyi rəngli həblər, 2 ədəd üzərində “Mydrax” yazıları olan kağız qutuların içərisində flakonlar və elektron tərəzi Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənmiş və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Bundan sonra təhqiqatçı tərəfindən şəxsi axtarışın keçirilməsi barədə protokol tərtib olunmuş, protokol ucadan oxunduqdan sonra bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs doğruluğunu imzaları ilə təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Sumqayıt ŞPİnin CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis idarəsinə daxil olan əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs saxlanılmış və şəxsi axtarış keçirilən zaman üzərindən külli miqdarda narkotik vasitə aşkar edilmişdir. Daxil olan əməliyyat məlumatı narkotik vasitənin istifadəsi və satışı ilə bağlı olmuşdur. Təqsirləndirilən şəxs 1-ci mikrorayon ərazisində, çöldə olarkən tutulmuş, tutulan zaman yanında heç kim olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Sumqayıt ŞPİnin NMB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təxminən 2021-ci ilin yay aylarında Təqsirləndirilən şəxs barəsində narkotik vasitənin istifadəsi və satışı ilə bağlı məlumat daxil olmuş və həmin məlumat əsasında istintaq qrupu yaradılmışdır. Daha sonra isə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində, yaşadığı binanın qarşısında saat 17:00-18:00 radələrində saxlanıldı. Təqsirləndirilən şəxs saxladıqdan sonra Sumqayıt şəhər polis idarəsinə gətirilmiş və vəkili dəvət edilmişdir. Ardınca isə tədqiqatçının otağında onun üzərində şəxsi axtarış aparıldıqda külli miqdarda narkotik vasitə, həmçinin elektron tərəzi aşkar edilmişdir. Şəxsi axtarış video-çəkiliş müşayiətində həyata keçirilmişdir. Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitənin şəxsi istifadəsi üçün olduğunu söyləmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası DİN-nin Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik əməliyyat müvəkkili vəzifəsində işləyir. 08 iyun 2021-ci il tarixdə Sumqayıt ŞPİ-nin CAŞ-nə Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr saxlaması, habelə narkotik vasitələrin satışı ilə məşğul olması və hal-hazırda Sumqayıt şəhəri 1-ci mikrorayon ərazisində olması barədə əməliyyat məlumatı daxil olduqda həmin məlumat əsasında polis əməkdaşları ilə birlikdə Sumqayıt şəhəri ərazisinə getmişlər və saat 17-40-da 1-ci mikrorayon ərazisində Təqsirləndirilən şəxs ilə rastlaşmışlar. Həmin vaxt Təqsirləndirilən şəxs sol çiynindən asılmış vəziyyətdə, qara rəngli parçadan hazırlanmış əl çantası olmuşdur. Onun üzərinə şəxsi axtarış keçiriləcəyi zaman həmin çantanın içərisində narkotik vasitələr və elektron tərəzi aşkar edilmişdir. Məhkəmədə müdafiə tərəfinin vəsatətinə əsasən şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs oğludur, oğlunun narkotik vasitə istifadə etməsini bilmişdir. Sumqayıt şəhəri, Sülh küçəsi, 1-ci mkr., ev 43B, mənzil 43 mənzildə yaşayır. 08 iyun 2021-ci il tarixdə işdə olarkən tez-tez Rəşada zəng etmişdir. Axşam saat 21 radələrində narahat olmuş və oğluna smslər yazmağa başlamış, oğlunun bütün dostları ilə əlaqə saxlamış, lakin onlar Rəşadın harada olmasını bilməmişlər. Səhərisi gün həyətə düşərkən həyətdə yerləşən dükan və ofislərdə kameralar quraşdırıldığını bildiyü üçün mühafizəçiyə yaxınlaşıb Rəşadı soruşmuşdur. Mühafizəçi isə cavabında dünən günorta saatlarında Rəşadı polis əməkdaşlarının apardıqlarını bildirib ofisdə görüntüyə baxmağı demişdir. O, ofisə girmiş və Elçin və oranın direktoru Rövşən ona həmin görüntüləri göstərmişlər. Görüntüdə Rəşadın dükana girdiyi və çıxdıqda iki nəfər polis əməkdaşının arxadan onu tutub qara rəngli Mercedes markalı maşına otuzdurub oradan uzaqlaşdığı görünmüş, görüntüdə vaxt saat 12:30 göstərmişdir. Sonradan Polis İdarəsinə yaxınlaşmış və Rəşadla maraqlanmışdır. Səhərisi gün Rəşadə məhkəməyə aparmışlar. Sonradan həmin görüntülər pozulmuşdur. Məhkəmədə müdafiə tərəfinin vəsatətinə əsasən şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs binanın sakini kimi tanıyır. Bina Sumqayıt şəhəri 1-ci mkr., S.Vurğun küçəsində yerləşir. Binada 8 müşahidə kamerası vardır. Rəşadın həmin gün tutulmasını görməmişdir. Rəşadın anası obna yaxınlaşaraq Rəşadın polis əməkdşları tərəfindən tutulmasını demiş və ofisdə olan müşahidə kameralarına bir yerdə baxmışlar. Rəşad dükandan çıxanda polislər maşına otuzdurmuşlar, saat neçə olduğu yadında olmasa da, gündüz vaxtları olmuşdur. Rəşadın əlində nəsə olduğuna fikir verməmişdir. Müşahidə kamerasının yaddaş qurğusuna heç kim müdaxilə etməmişdir. Məhkəmədə müdafiə tərəfinin vəsatətinə əsasən şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs binanın sakini kimi tanıyır. Rəşadın tutulmasını görməmişdir. Rəşadın anası Xalidə xanım ona yaxınlaşaraq Rəşadın polis əməkdaşları tərəfindən tutulmasını demiş və ofisdə olan müşahidə kameralarına bir yerdə baxmışlar. Hadisədən bir neçə gün əvvəl polis əməkdaşları gəlib kameralara baxmışlar. Hadisə günorta vaxtlarında olmuşdur. Rəşad öz evin blokundan çıxıb dükana girmiş, sonra çıxdıqda polis əməkdaşları qolundan tutub maşına otuzdurmuşlar. Rəşadın əlində telefon və pul qabı olmuşdur. Hadisədən sonra polislər ofisə gəlməmişlər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Şəxsi axtarış və götürmə haqqında” 08.06.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman özü sol çiynindən asılmış vəziyyətdə olan qara rəngli parçadan hazırlanmış əl çantasını təqdim etmiş, həmin çanta açıldıqda 01 ədəd üzərində “Al market” yazıları olan sellofan torba, 4 ədəd şəffaf sellofan bükümlərində, bir ədəd qızılı rəngli siqaret kağızına bükümündə, 10 ədəd sellfoan bükümlərdə, bir ədəd rəngli kağız bükümdə, 1 ədəd qəhvəyi rəngli üzərində “Methadone- 40” yazıları olan plastik dərman qutusu, 2 ədəd üzərində “Mydrax” yazıları olan kağız qutuların, 1 ədəd üzərində “Rosai” yazıları olan elektron tərəzi, əynində olan qara rəngli idman şalvarının sol yan cibindən iki ədəd “Samsung” markalı mobil telefonların olduğu müəyyən olunmuşdur Şəxsi axtarış keçirilməsi barədə 08.06.2021-ci il tarixli protokolda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 09 iyun 2021-ci il tarixli, 6\2333 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “...Saxlanılan şəxs(imza) Təqsirləndirilən şəxs...” sözləri yazılmış paketdəki 6 ədəd bükümdə(1 ədəd üzərində “Al market” yazılan sellofan torba, bir ədəd qızılı rəngli siqaret kağızı bükümü, 4 ədəd şəffaf sellofan büküm) ayrıayrılıqda təmiz çəkiləri 610 qr, 0,032 qr, 2,750 qr, 5,405 qr, 3,259 qr, 3,918 qr, ümumi təmiz çəkisi 625, 364 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə hroindir, ümumi sayı 11 ədəd olan (10 ədəd sellofan büküm+bir ədəd ağ rəngli kağız büküm) bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,410 qr, 0,423 qr, 0,359 qr, o, 352 qr, 0,355 qr, 0,082 qr, 0,080 qr, 0,093 qr, 0,081 qr, 0,092 qr, 0,090 qr, ümumi təmiz çəkisi 2,417 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə-metamfetamindir. Bir ədəd üzərində “Methadone 40” göstəriciləri olan dərman konvolyutunda 8 ədəd açıq-qəhvəyi rəngli “F\M40” göstəricili eyni tərkibli dərman həblərinin əsas təsiredici maddəsi metadondur və həmin həblərin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,32 qram təşkil edir. 2 ədəd üzərində “Mydrax 0,5 %...10ml” göstəriciləri olan zavod üsulu ilə qablaşdırılmış eyni tərkibli dərman flakonlarındakı məhlulların əsas təsiredici maddə stropikamiddir. Təqdim olunmuş ümumi sayı 2 ədəd olan dərman flakonlarında tropikamidin təsir maddəsinin ümumi miqdarı 0,100 qramdır. Bir ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdar olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. (iş vərəqə 35-45) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının 11 yanvar 2021-ci il tarixli, 6/111 saylı ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “X10 təqdim etdiyi 1 ədəd torbada....” yazısı olan zərfdəki 1(bir) ədəd bükümdə, təmiz çəkisi 1005 qram (1kq 005qram) qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (iş vərəqə 57-61) Cinayət işinin materiallarında olan və məhkəmə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 12.08.2021-ci il tarixli, 2818 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş vərəqə 164-165) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş ambulator məcburi-narkoloji tibbi yoxlamanın 12 aprel 2021-ci il tarixli, 1032 saylı ekspert rəyində göstərilmişdir ki, müayinə zamanı X6 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi nəticələnən narkomaniya xəstələyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş vərəqə 185-186) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş qərarlardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 625,364 qram olmuş, tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 625,244 qram narkotik vasitə heroin, ümumi təmiz çəkisi 2,417 qram olmuş, tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 2,307 qram psixotrop maddə metamfetamin, ümumi sayı 8 ədəd olmuş, tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq sayı 7 ədəd narkotik vasitə metadon həbləri və ümumi həcmi 20 ml olmuş, tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq həcmi 12 ml güclü təsiredici maddə tropikamid məhsulları 10 iyun 2021-ci il tarixdə maddi sübut kimi tanınaraq saxlanılması üçün Sumqayıt şəhər Pİ-nin saxlanc anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən bir ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. (iş vərəqə 82- 84,132-133) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Sumqayıt şəhər Məhkəməsinin 14 iyun 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CPM-nin 445.2-ci maddəsinə müvafiq olaraq əməliyyat-axtarış tədbirlərinin aparılması barədə Sumqayıt ŞPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 08 iyun 2021-ci il tarixli qərarı qanuna uyğun hesab edilmişdir. (iş vərəqə 92-94) Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işindən, təqsirləndirilən şəxsin narkotik vasitənin əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədi ilə ayrıca icraata cinayət işi ayrılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. (iş vərəqə 163) Cinayət işinin materiallarına əlavə edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti MKTİBnin 1 saylı MKS-dən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində qeydiyyatda olduğu müddət ərzində şikayət daxil olmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş Sumqayıt şəhər prokurorunun böyük köməkçisi, İİ dərəcəli hüquqşünas X4 15.12.2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs 08 iyun 2021-ci il tarixdə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfində döyülərək, fiziki və psixi təsir göstərilərək qanunsuz hərəkətlərə məruz qalması faktı öz təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Andandonskinin Rusiyaya qarşı» işi üzrə 28 sentyabr 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «sübutların mümkünlüyü» daxili (milli) qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilmiş, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilmiş şahid ifadələri də məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Buna görə məhkəmədə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş Şahid5 ifadəsini də ittihamın həlli üçün kifayət edən sübut növü kimi qiymətləndirilir. Məhkəmə, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasına dair məhkəmədə verdiyi ifadələrini müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdikləri cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyəti yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməllərini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxsin öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Təqsirləndirilən şəxsin əldə edərək, saxladığı narkotik vasitənin hətta qanunda həmin növ narkotik vasitə üçün nəzərdə tutulmuş külli miqdardan da dəfələrlə artıq olmasını, müxtəlif növlərdə olmasını, ayrılıqda müxtəlif bükümlərdə olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məqsədi məhz narkotik vasitənin satışı olmuşdur. Məhkəmə, müdafiə tərəfinin vəsatəti əsasında məhkəmədə dindirilmiş şahidlər X3, X1, X2 ifadələrini cinayət işinin materialları ilə qarşılıqlı müqayisəli şəkildə araşdıraraq hesab edir ki, həmin şəxslərdən heç bir hadisənin birbaşa şahidi olmamışlar, qeyd edilən şəxslərin ifadələri hazırkı iş üzrə yalnız təqsirləndirilən şəxsin saxlanılması ilə əlaqədar mövcud olmayan sübutla bağlıdır. Təqsirləndirilən şəxin saxlanma vaxtı, şəraiti işdə olan mötəbər sübutlarla cinayət işinin materialları, digər şahid ifadələri, tutma protokolu və qətimkan tədbiri haqqında məhkəmə qərarı ilə müəyyən olunmuşdur. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 04.03.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törətdiyi cinayət əməllərinin ictimai təhlükəlilik dərəcəsini və xarakterini nəzərə almaqla yanaşı, təqsirləndirilən şəxsin şəxsiyyətini, yəni əvvəllər məhkum olunmaqla məhkumluğunun ödənilməməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, təqsirləndirildiyi maddələrin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın qanunda göstərilən məqsədlərinə nail oluna bilər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmaması CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 08 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin 10 iyun 2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 08 iyun 2021-ci il tarixdən hesablanmışdır. (cild 1, iş vərəqə 53-54, 65-78) Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla məhkəmə belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 08 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, məhkəmə-narkoloji ekspertizasının 12.08.2021-ci il tarixli, 2818 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmaqla ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınmış Sumqayıt ŞPİ-də saxlanılan–625,244 qram narkotik vasitə heroin, 2,307 qram psixotrop maddə metamfetamin, 7 ədəd narkotik vasitə metadon həbləri, 12 ml güclü təsiredici maddə tropikamid məhsulları cinayət işindən ayrılmış ********* nömrəli cinayət işinə əlavə edilməli, 01 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılmaldır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza tədqiqatının dəyəri olaraq Təqsirləndirilən şəxs 81,82 (səksən bir manat səksən iki qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25.06.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 27.12.1996-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25.06.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30.03.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 04.03.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib CMnin 240.1-ci maddəsi ilə 1 il (bir) 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.4.3-cü maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respulikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 08 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, qeydiyyatda olduğu ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınmış Sumqayıt ŞPİ-də saxlanılan–625,244 qram narkotik vasitə heroin, 2,307 qram psixotrop maddə metamfetamin, 7 ədəd narkotik vasitə metadon həbləri, 12 ml güclü təsiredici maddə tropikamid məhsulları cinayət işindən ayrılmış ********* nömrəli cinayət işinə əlavə edilsin, 01 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfini təşkil edən 81,82 (səksən bir manat, səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilisin. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün sürəti ona verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Rəşad Əliyev Məruzəçi Hakim: Hafiz Əliyev Hakim Fəhmin Hümbətov
Məhkəmə qərarları › İş №1(124)-78/2022
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-78/2022
01.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver