Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-78/2023 16.02.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxx 2003-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmayan, Abşeron rayonu Saray qəsəbəsi M.Ə.Sabir küçəsi ev 2-də qeydiyyatda olan və yaşamış barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 25 noyabr 2021-ci il tarixdə saat 21 radələrində Sumqayıt şəhəri 42-ci məhəllə ərazisində yerləşən “Vasmi” adlı kafedə alkaqol sərxoşluğu vəziyyətində ümumi tanışları Şahid3 ad günü şənliyinə dəvət edilmiş Şahid1 spirtli içki olan məclisə dəvət edilməsinə irad bildirərkən Zərərçəkmiş şəxs buna müdaxilə etməsi səbəbindən aralarında yaranmış mübahisənin səbəbini aydınlaşdıran zaman sonuncunun ünvanına nalayiq ifadə işlədib yumruqla çənə nəhiyəsinə zərbə vurması səbəbindən istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edərək üzərində gəzdirdiyi dəstəyinin uzunluğu 122 mm, orta hissədə eni 25 mm, maksimal qalınlığı 14 mm, tiyəsinin orta xəttdən uzunluğu 150 mm, orta hissədə eni 30 mm, maksimal qalınlığı 3,7 mm olan zavod üsulu ilə istehsal edilmiş, üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, soyuq silah hesab edilən, ümumi təyinatlı ov bıçağı ilə qəsdən Zərərçəkmiş şəxs döş qəfəsinin sağ yarısının arxa səthindən bir dəfə vuraraq ona qalxançənbər bağırsaq müsariqəsinin zədələnməsi ilə geniş həcmli peritonarxası hematomaya səbəb olmuş sağ bel nahiyəsinin qarın boşluğuna keçən bir ədəd deşilmiş-kəsilmiş yarası kimi, yetrilən anda insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, 25 noyabr 2021-ci il tarixdə “Jasmin” adlı kafedə Bəxtiyar, Əziz, Nihat, Natiq və başqa bir neçə nəfərlə birlikdə tanışı Natiqin ad gününü qeyd etmişlər. Bir qədər yeyib içdikdən sonra Ülvi gəlmiş, süfrədə spirtli içki olduğunu görüb Natiqə içki olan məclisə onu dəvət etdiyi üçün iradını bildirib çıxıb getmişdir. Nihat isə onlardan Ülvi irad bildirərkən niyə heç bir cavab verməmələrinin səbəbini soruşanda o, Nihata Ülvinin onlardan böyük olduğunu və Nihatın bu məsələyə heç bir aidiyyətinin olmadığını bildirməklə ona aid olmayan məsələyə qarışmamasını məsləhət görmüşdür. Buna görə də aralarında mübahisə yaranmış, Nihata şillə vurmuş, kənardakılar onları sakitləşdirib aralamışlar. Nihatgil getmiş, daha sonra o da məclisdən çıxıb “Vasmi” adlanan kafeye getmiş, orada Ülviylə rastlaşmışdır. O, Ülviyə onun kafedən gedəndən sonra Nihatla mübahisələri yarandığını, Nihata şillə vurduğunu danışmış, Ülvi isə ona Nihatı zəng vurub kafeyə çağırmağını demişdir. Nihatı Ülvinin telefonu ilə çağırmışlar. Nihat ora gəldikdən sonra ona nahaqdan Ülvi ilə aralarında olan məsələyə müdaxilə etdiyini izah etməyə çalışmış, lakin Nihat ona fikir verməyərək telefonla oynamışdır. Bu səbəbdən Nihatın diqqətini özünə yönəltməkçün ona şillə vurmuşdur. Nihat onu yumruqla vurmuş, o yıxılmış və gözü qaralmışdır. Bıçağı çıxarıb bir dəfə fırlatmış, arxaya çəkildiyinə görə ona dəyməmişdir. Lakin ikinci dəfə bıçağı atanda Nihatın belinə dəymişdir. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, o, əvvəllər Nihatı tanımamışdır. Nihatı kafeyə mübahisəni aydınlaşdırmaq, incikliyi olub-olmamasını bilmək üçün çağırmışdır. Hadisə yerindəki bıçağı polislərə özü təhvil vermişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2021-ci il noyabr ayının 25-də Sumqayıt şəhəri 18-ci mikrorayon ərazisində yerləşən “Jasmin” kafesinə tanışı Natiqin ad gününü qeyd etmək üçün yığışmışlar. Kafedə bir qədər əyləndikdən sonra saat təxminən 21 radələrində Natiqin Ülvi adlı digər tanışı da oraya gəlmiş, süfrədə spirtli içki olduğunu görüb Natiqə onu içki olan məclisə niyə dəvət etdiyini demiş, həmin vaxt Bəxtiyar onlar arasında olan söhbətə müdaxilə edərək nə baş verdiyi ilə maraqlandıqda, Ağasəid Bəxtiyarın ünvanına nalayiq ifadə işlədərək ondan sakit oturmasını tələb etmişdir. Ağasəidin Bəxtiyarın ünvanına nalayiq ifadə işlətməsini görəndə ona “ayıbdı, oturub çörək yeyirik, söyüş söymə, sənin nalayiq ifadə işlətməyin artıqdır” deyə irad bildirmişdir. Buna görə Ağasəidlə aralarında mübahisə yaranmış, Ağasəid yumruqla üz nahiyəsinə bir zərbə vursada, geri çəkildiyi üçün onun vurduğu zərbə ona dəyməmişdir. O, Ağasəidə şillə vurmuş, sonra oradakı şəxslər araya girib onları sakitləşdirmişlər. Bir qədər sonra Bəxtiyarla birlikdə oranı tərk etmişlər. Onlar Bəxtiyarın işlədiyi avtoyuma məntəqəsinə tərəf gedərkən Ağasəid Ülvinin telefonundan ona zəng vurub Sumqayıt şəhəri 42-ci məhəllə ərazisində yerləşən “Vasmi” adlanan kafeyə çağırmışdır. O. Bəxtiyarla birlikdə həmin kafeyə getmiş, orada Ülvi, Ağasəid, Əziz və Aminin də orada olduğunu görmüşdür. Onlarla yenidən görüşüb yan masaya əyləşmiş, Ağasəiddən onu nyə kafeyə çağırmasının səbəbini soruşduqda Ülvi o kafedən getdikdən sonra nə baş verdiyini ondan soruşmuş, o isə nalayiq ifadə ilə cavab vermişdir. Bu an Ağasəid ona şillə vurmuş, o da özündən kənarlaşdırmaqçün onun çənəsinə yumruq vurmuşdur. Yumruq zərbəsindən sonra Ağasəid şalvarın bel nahiyəsinə keçirdiyi bıçağı çıxarıb onu bıçaqlamaq istəmiş, ancaq o, ilk zərbədən yayınmış, arxasını çevirib oradan uzaqlaşmaq istəyəndə Ağasəidin ikinci vurduğu bıçaq zərbəsi onun belinə dəymişdir. Daha sonra Ağasəid qaçıb getmişdir. Zərərçəkmiş şəxs şikayət və tələbinin olmadığını, təqsirləndirilən şəxslə barışdığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 2021-ci il noyabrın 25-də saat 21 radələrində Sumqayıt şəhər X6 Xəstəxanasından Sumqayıt ŞPİ-nin Növbətçi Hissəsinə telefonla məlumat verilərək Zərərçəkmiş şəxs xəsarət ilə xəstəxanaya daxil olduğunu demişlər. Dərhal Şahid6la birlikdə xəstəxanaya getmişlər, Nihat ona xəsarət yetirən şəxsin adının Ağasəid olduğunu demişdir. Həmin gün görülən tədbirlər nəticəsində Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirmiş şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Ağasəidin yaşadığı ünvana getmiş, küçədə həmin şəxslə qarşılaşmışlar, Ağasəid isə onları görüb yaşadığı evə qaçmışdır. Onlar Ağasəidi evində saxlamışlar. Atası ilə aparılan söhbətlərdən sonra Ağasəid əməlini etiraf etmiş və onlarla birlikdə polis bölməsinə gəlmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 2021-ci il noyabrın 25-də saat 21 radələrində bıçaqlanma hadisəsi barədə məlumat daxil olmuşdur. Hadisəni törədən şəxsin Abşeron rayonu Saray qəsəbə sakini Ağasəid olduğunu müəyyən etmiş, onun yaşadığı ünvana getmişlər. Çöldə Ağasəid onları görəndə qaçmağa çalışmış, lakin valideynləri ilə söhbət apardıqdan sonra hadisəni etiraf etmiş və onlarla birlikdə Sumqayıt ŞPİ-nə gəlmişdir. Ağasəidin qaldığı evə gedərkən orada hadisəni törətdiyi bıçağı aşkar etmişlər. Ona təzyiq göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 25 noyabr 2021-ci il tarixdə “Jasmin” kafesində Natiqin ad gününü qeyd etmişlər. Bir müddət sonra məclisə Ülvi də gəlmiş və masada içki olduğunu görüb Natiqə irad bildirmişdir. O, söhbətə müdaxilə edərək “Ülvi düz deyir, o, namaz qılır, onu gərək dəvət etmiyəydiz, yada süfrəyə içki qoymayaydız” deyəndə Ağasəid ona söyüşlə iradını bildirmiş və onların arasında mübahisə yaranmışdır. Mübahisəyə digər şəxslər də müdaxilə etmişlər. Bu dəfə də Nihatla Ağasəidin arasında mübahisə yaranmış, Ağasəid Nihatı şillə ilə vurmuşdur. Sakiləşəndən sonra Nihatla məclisi tərk etmişlər. Yolda kimsə Nihata zəng vurub onu “Vasmi” adlı kafeyə çağırmış, onunla birlikdə həmin kafeyə getmişdir. Nihat Ülvigilin olduğu masaya əyləşmiş, həmin vaxt avtomobilini yuduğu şəxsi görüb onunla salamlaşmaq üçün həmin şəxsə yaxınlaşmışdır, kafeyə daxil olduqdan təxminən 2-3 dəqiqə sonra qəflətən səs-küy gəldiyini eşidib geri çevriləndə Ağasəidin sağ əlində saxladığı bıçaqla Nihatı vurmağa çalışdığını görmüşdür. Ağasəidin Nihata vurmaq istədiyi ilk bıçaq zərbəsi ona dəyməsə də, ikinci vurduğu bıçaq zərbəsi Nihatın kürəyinə dəymişdir. Ağasəid bıçaqla Nihatı vurduqdan sonra qaçıb çıxıb getmişdir. O, Nihatı çölə çıxarmış və taksiyə mindirib xəstəxanaya aparmışdır. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs uzun müddət əvvəl tanımış, Şahid3 tanışı Şahid4 görə tanımışdır. 25 noyabr 2021-ci il tarixdən təxminən 2-3 gün əvvəl Natiqlə təsadüfən görüşdükdə, o 25 noyabr 2021-ci il tarixdə ad günü olduğunu bildirmiş və onunda ad günü şənliyində iştirak etməyini istədiyini bildirmiş, ibadətlə məşğul olduğundan bu barədə ona bildirərək məclisdə içki olacaqsa onu dəvət etməməsini xahiş etmiş, Natiq isə o iştirak edəcəksə məclisdə içki olmayacağını demiş, həmin vaxt onun yanında Təqsirləndirilən şəxs da olmuş, ancaq Ağasəidi ilk dəfə idi görmüş, bundan əvvəl onunla görüşməmiş, aradan bir neçə gün keçdikdən sonra 25 noyabr 2021-ci il tarixdə saat təxminən 19 radələrində Natiq ona zəng vurub ad günü olduğunu, tanışları ilə Sumqayıt şəhəri 18-ci mikrorayon ərazisində yerləşən “Jasmin” kafesində olduqlarını bildirmiş və onuda ora dəvət etmiş, kafeyə getdikdə kafedə masanın üzərində spirtli içki olduğunu görmüş və bundan sonra masada əyləşməkdən imtina edərək Natiqə irad bildirərək masada içki olmayacağına söz verdiyini xatırlatmış, həmçinin masada içki olduğundan onlarla oturmayacağını bildirərək, bundan sonra ad günü şənliyində olan Əzizlə ordan çıxıb Sumqayıt şəhəri 42-ci məhəllə ərazisində yerləşən “Vasmi” adlandırılan kafeyə getmiş, kafeyə daxil olduqdan təxminən on dəqiqə sonra Ağasəid oraya gəlmiş və onunla Əzizin oturduğu masaya əyləşmiş, daha sonra kafedən getdikdən sonra orda Nihatla mübahisə etdiklərini bildirmiş və ondan özünün telefonunda danışıq vaxtı olmadığından onun mobil telefonunu zəng etmək üçün istəmiş, telefonunu Ağasəidə verdikdən sonra o öz mobil telefonunda Nihatın nömrəsinə baxıb onun telefonu ilə Nihata zəng vurub onu olduqları kafeyə dəvət etmiş, aradan təxminən 15-20 dəqiqə keçdikdən sonra Nihat yanında bir nəfər tanımadığı şəxslə oraya gəlmiş və oturduğu masaya əyləşmiş, bundan sonra Ağasəid və Nihat öz aralarında danışamağa başlamışlar, həmin vaxt ailə üzvülərindən ona zəng gələcəyindən onların danışıqlarına qulaq asmamış, ona zəng gələndə isə telefonla danışmaq üçün masadan qalxıb çölə çıxmaq istəyəndə ya Ağasəid, yada Nihat nalayiq ifadə işlətmiş, ancaq kimin nalayiq ifadə işləıtməsinə fikir vermədən bayıra çıxmış, təxminən 2-3 dəqiqə ərzində telefonla danışmış, bu ərəfədə kafenin içərisindən səs küy gəldiyini eşidib yenidən içəri qayıtmış, içəri girəndə isə Ağasəidin ayaq üztə əlindəki dəqiq əlamətlərini görə bilmədiyi bıçaqla ayaq üstə olan Nihata zərbə vurduğunu, zərbədən sonra isə Nihatın stulun üstünə yıxıldığını görmüş, Ağasəid Nihata bıçaqla zərbə vurduqdan sonra qaçaraq kafeni tərk etmiş, bundan sonra Nihata yaxınlaşdıqda onun bel nahiyəsindən qan axdığını görmüş və ona kömək edib Nihatı kafenin həyətinə düşürtmüş, bundan sonra orda olan tanımadığı iki nəfər şəxsin köməkliyi Nihatı kafenin qarşısında olan, həmin iki nəfər şəxsdən birinin idarə etdiyi “Chevrolet” markalı avtomobilə mindirmiş, daha sonra isə ilk əvvəl kafeyə qayıdıb əlləri qan olduğundan, əllərini yuyub təmizləmiş, sonra isə çıxıb yaşadığı evə getmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bədən xəsarəti yetirdiyi bıçağı Ağasəid əlində saxladığından tam görə bilməmiş, ancaq bıçağın kəsici hissəsini görmüş, hadisə Sumqayıt şəhəri 42-ci məhəllə ərazisində yerləşən “Vasmi” adlanan kafedə 25 noyabr 2021-ci il tarixdə saat təxminən 21 radələrində baş vermiş, həmin vaxt yanlarında Amin, Əziz və adlarını bilmədiyi başqa bir neçə nəfər şəxs olmuşdur. (Cild 1, iş vərəqləri 142-145) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs uzun müddət əvvəl tanımış, əvvəllər aralarında hər hansı ədavətləri və ya pis münasibətləri olmamış, sonuncu dəfə 25 noyabr 2021-ci il tarixdə ad günü olduğundan tanışları ilə Sumqayıt şəhəri 18-ci mikrorayon ərazisində yerləşən “Jasmin” kafesinə onun ad gününü qeyd etməyə yığışmışlar, orda tanışları Bəxtiyar, Əziz, Nihat, Ağasəid və Amin olmuş, kafedə bir qədər əylənmişlər, orda olduqları vaxt saat təxminən 20 radələrində oraya Ülvi adlı digər tanışı gəlmiş və süfrədə spirtli içki olduğunu görüb “sən mənə söz vermişdin ki, süfrədə içki olmayacaq, sən isə məni içki olan məclisə dəvət etmisən” deməklə ona irad bildirmiş, həmin vaxt yanlarında olan Bəxtiyar söhbətlərinə müdaxilə edib Ülvi düz deyir, o namaz qılır, onu gərək dəvət etməyərdiniz, yada süfrəyə içki qoymayardınız sözlərini demiş, bu zaman orda olan Ağasəid nalayiq ifadə işlədərək Bəxtiyardan sakit oturmasını tələb etmiş, bu səbəbdən onlar arasında mübahisə yaranmış, bundan sonra Nihat və orda olan digər şəxslər araya girib onları sakitləşdirməyə çalışmış, buna baxmayaraq bu dəfə isə Ağasəidlə Nihat arasında mübahisə yaranmış, Ağasəid Nihatı sillə ilə vurmuş, onları da sakitləşdirdikdən sonra orda olan tanışları hissə-hissə çıxıb getmiş, ilk əvvəl yaşadığı evə gedib evdə ailə üzvləri ilə ad gününü qeyd edəcəyinə, sonra isə Bəxtiyar və Nihatla görüşəcəyinə razılaşdıqlarından kafedən Bəxtiyar və Nihat birlikdə çıxmış, aradan təxminən bir saat keçdikdən sonra Nihata zəng vurduqda Nihat Ağasəidin onu bıçaqla vurub xəsarət yetirdiyini bildirmiş, bundan sonra Nihadın qardaşı ilə görüşdükdə o, Sumqayıt şəhəri 42ci məhəllə ərazisində yerləşən “Vasmi” adlanan kafedə Ağasəidin qardaşı Nihatı bıçaqla vuraraq ona xəsarət yetirdiyini, Nihatın cərrəhiyyə əməliyyatı oldunduğunu bildirmiş, sonradan isə tanışlarından “Vasmi” adlı kafedə olarkən Ülvinin Ağasəd və Nihat arasında mübahisə olduğunu eşidib, mübahisənin səbəbini aydınlaşdırmaq üçün onları kafeyə dəvət etdiyini, orda yenidən Nihat və Ağasəid arasında mübahisə yarandığını, bu zaman isə Ağasəid bıçaqla Nihatı vuraraq ona xəsarət yetirdiyini öyrənmişdir. (Cild 1, iş vərəqləri 75-78) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid4 ifadəsində göstərmişdir ki, sonuncu dəfə 25 noyabr 2021ci il tarixdə tanışı Natiqin ad günü olduğundan, digər tanışları ilə Sumqayıt şəhəri 18-ci mikrorayon ərazisində yerləşən “Jasmin” kafesinə onun ad gününü qeyd etməyə yığışmışlar, orda tanışlarından Natiq, Nihat, Ağasəid və Amin olmuş, kafedə bir qədər əylənmişlər, orda olduqları vaxt saat təxminən 20 radələrində oraya Ülvi də gəlmiş və süfrədə spirtli içki olduğunu görüb Natiqə “məni içki olan məclisə niyə dəvət etmisən” deməklə irad bildirmiş, Natiq isə cavabında içki içənlərlə bir, içki içməyənlərlə ayrı məclisdə oturacağını demiş, bundan sonra Ülvi kafeni tərk etmiş, özü də onunla kafedən çıxıb Sumqayıt şəhəri 42-ci məhəllə ərazisində yerləşən “Vasmi” adlı kafeyə getmiş, aradan bir qədər keçdikdən sonra oraya Ağasəiddə gəlmiş, orda olanda Ağasəid Ümidə onun ad günündən gedəndən sonra Nihatla mübahisə etdiyini və Nihatı vurduğunu bildirmiş, bundan sonra Ülvi Nihata zəng vurub onu kafeyə çağırmış, aradan bir qədər keçdikdən sonra Nihat oraya Bəxtiyarla gəlmiş, X5 niyə mübahisə etmələrinin səbəbini soruşarkən Nihat ona cavab verməmiş, bu səbəbdəndə Ağasəid Nihatın ünvanına nalayiq ifadə işlədərək onun başına əli ilə toxunmuş, həmin vaxt Nihatda ayağa qalxaraq Ağasəidin ünvanına nalayiq ifadə işlətmiş və onun üstünə gedərək onu əli ilə itələmiş, bu vaxt Ağasəid əynində olan şalvarın bel nahiyəsinə keçirdiyi bıçağı çıxarıb Nihata zərbə vurmaq istəmiş, ancaq Nihat Ağasəidin ona bıçaqla vurmaq istədiyi ilk zərbədən yayınmış, buna baxmayaraq Ağasədin ikinci vurduğu bıçaq zərbəsi Nihatın sağ tərəfdən bel nahiyəsinə dəyərək ona xəsarət yetirmiş, Ağasəid Nihatı bıçaqla vurduqdan sonra ordan qaçıb çıxıb getmiş, Nihatın bel nahiyəsindən qan axdığından Nihata kömək göstərib onu kafenin həyətinə düşürtmüş, sonra orda olan tanımadığı şəxsin avtomobilinə mindirib onu Sumqayıt şəhər X6 Xəstəxanasına yola salmış, sonradan xəstəxanaya getdikdə Nihatın cərrahiyyə əməliyyatı olunduğunu öyrənmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bədən xəsarəti yetirdiyi bıçağı Ağasəid əlində saxladığından tam görə bilməmiş, ancaq bıçağın kəsici hissəsini görmüş, gördüyü bıçağın kəsici hissəsi isə böyük ölçülü olmuş və parlaq metaldan hazırlanmış, hadisə Sumqayıt şəhəri 42-ci məhəllə ərazisində yerləşən “Vasmi” adlanan kafedə xx.xx.2022-ci il tarixdə saat təxminən 21 radələrində baş vermiş, həmin vaxt yanlarında Ülvi, Bəxtiyar və Amin olmuşdur.(Cild 1, iş vərəqləri 170-173) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan “Baxış keçirilməsi və götürmə barədə” 26 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş 01 (bir) ədəd açılıb-qatlanan, qəhvəyi rəngli dəstəyi olmaqla ümumi uzunluğu 12 sm, orta hissəsə eni 3 sm, dəstəyinin qalınlığı 1,5 sm, gümüşü rəngli tiyəsinin ümumi uzunluğu 15 sm, eni 3 sm olan, tiyəsinin üzərinə “STAİNLESS STEEL. U.S.A” yazısı olan bıçağa baxış keçirilərkən bıçağın tiyəsinin üzərində qanabənzər ləkələrin olduğu müəyyən edilmişdir. (Cild 1, iş vərəqləri 30-31) Cinayət işini materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan “ Baxış və götürmə haqqında” 26 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs xəstəxanaya yerləşdirilərkən əynində olmuş 01 (bir) ədəd qara rəngli dəri gödəkcə, 01 (bir) ədəd qara rəngli uzunqol köynək və 01 (bir) ədəd ağ rəngli maykaya baxış keçirilərkən hər birinin ayrı-ayrılıqda arxa hissəsində 01 (bir) ədəd kəsilmiş hissənin olduğu, eyni zamanda həmin geyim əşyalarının müxtəlif hissələrində qanabənzər ləkələrin olduğu müəyyən olunmuşdur. (Cild 1, iş vərəqləri 33-38) Cinayət işi materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə bioloji ekspertizasının 22 dekabr 2021-ci il tarixli 930/2021-MTBŞ saylı rəyindən görünür ki, 1. Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: AB/İV/ , 2. Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu: O/İ/ , 3. Ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs məxsus gödəkcə, kofta /köynək/ və mayka üzərində insan qanı ləkələri aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda A,B,H antigenləri alındı, aqqlyutininlər isə alınmadı. Beləliklə, bu qan ləkələri AB/H/İV/ qruplu bir şəxsə, o cümlədən ABO sistemi Zərərçəkmiş şəxs məxsus ola bilər/ onun qanında müşaiyətçi H antigeni olduğu təqdirdə/. Göstərilən ləkələrdə O/İ/ qruplu Təqsirləndirilən şəxs qanının olması yalnız həmin ləkələrdə qarışıq qanın olduğu halında mümkündür. (Cild 1, iş vərəqləri 174-178) Cinayət işi materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə tibb ekspertizasının xx.xx.2021-ci il tarixli 1700 nömrəli rəyindən görünür ki, 1. Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Qalxançənbər bağırsaq müsariqəsinin zədələnməsi ilə geniş həcmli peritonarxası hematomaya səbəb olmuş sağ bel nahiyəsinin qarın boşluğuna keçən bir ədəd deşilmiş-kəsilmiş yarası.2. Qeyd olunan xəsarətlər deşici kəsici alətin, ola bilsin ki, bıçağın təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-na qəbul edildiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2021-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə və qaydada əmələ gələ bilər və dərəcəsinə görə yetrilən anda insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. (Cild 1, iş vərəqləri 179-182) Cinayət işi materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə tibb ekspertizasının xx.xx.2021-ci il tarixli 1725 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət aşkar olunmamışdır. (Cild 1, iş vərəqləri 183-185) Cinayət işi materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə ballistik ekspertizasının 28 dekabr 2021-ci il tarixli 3/2079 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir, üzərində təyinatını dəyişdirən hər-hansı əlavə və dəyişikliklər edilməmişdir. (Cild 1, iş vərəqləri 186-189) Cinayət işi materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan komisyon kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 19 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə edilən vaxt hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham elan olunan əməl dövründəhər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövürdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görədə Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. (Cild 1, iş vərəqləri 190-193) Cinayət işi materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə bioloji ekspertizasının 21 fevral 2022-ci il tarixli 113/2022-MTBŞ saylı rəyindən görünür ki, 1. Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: AB/H/İV/, 2. Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu: O/İ// (şəxsiyyət vəsiqlərinin kserosurətlərinə əsasən), 3. Ekspertizaya təqdim edilən bir ədəd qatlanan cib bıçağı üzrəində insan qanı ləkələri aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda A,B və H antigenləri alındı, aqqlyutininlər isə alınmadı. Beləliklə, bu qan ləkələri AB/H/İV/ qruplu bir şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. Ləkələrdə O/İ/ qruplu Təqsirləndirilən şəxs qanının olması yalnız həmin ləkələrdə qarışıq qanın olduğu halında mümkündür. (Cild 2, iş vərəqləri 46-50) Cinayət işi materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan əlavə məhkəmə tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 06/1700 əlavə nömrəli rəyindən görünür ki, 1. Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Qalxançənbər bağırsaq müsariqəsinin zədələnməsi ilə geniş həcmli peritonarxası hematomaya səbəb olmuş sağ bel nahiyəsinin qarın boşluğuna keçən bir ədəd deşilmişkəsilmiş yarası. 2. Qeyd olunan xəsarətlər deşici kəsici alətin, ola bilsin ki, bıçağın təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-na qəbul edildiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2021-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə və qaydada ekspertizaya təqdim olunmuş bıçağın və ya ona oxşar digər bıçaqların təsirindən əmələ gələ bilər, dərəcəsinə görə yetrilən anda insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. 3. Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətin xarakterini, yerləşmə yerini, almış olduğu xəsarətin ağırlığını nəzərə alıb demək olar ki, zərərçəkmiş həmin xəsarəti yüksək fiziki gücün təsiri altında aldığından, onun sonradan verdiyi ifadədə olduğu kimi yəni, təqsirləndirilənin onu arxadan qucaqlayarkən əlində olan bıçağın onun bel nahiyəsinə toxunması nəticəsində əmələ gəlməsi istisna edilir. (Cild 2, iş vərəqləri 51-55) Cinayət işi materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə ballistik və məhkəmə biloji ekspertizalarının rəylərinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş 01 (bir) ədəd bıçaq üzərində insan qanı ləkələri aşkar edilmişdir, həmin bıçaq zavod üsulu ilə istehsal edilmişdir, bir tərəfi kəsici, ucu deşici xassəyə malikdir, üzərində təyinatını dəyişdirən hər-hansı əlavə və dəyişikliklər edilməmişdir, soyuq silah hesab edilir, ümumi təyinatlı ov bıçağıdır. Beləliklə 01 (bir) ədəd üzərində insan qanı ləkələri olan, zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, üzərində təyinatını dəyişdirən hər-hansı əlavə və dəyişikliklər edilməmiş, soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağının cinayət işi üzrə əhəmiyyət kəsb etdiyi nəzərə alınaraq maddi sübut kimi tanınmalı və saxlanması üçün Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilməlidir.(Cild 2, iş vərəqləri 94-108) Cinayət işi materiallarında olan 28 mart 2022-ci il tarixli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, 01 (bir) ədəd sellofan bağlamada üzərində insan qanı ləkələri olan 01 (bir) ədəd gödəkcə, 01 (bir) ədəd kofta-köynək və 01 (bir) ədəd mayka, 01 (bir) ədəd üzərində insan qanı ləkələri olan, zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, üzərində təyinatını dəyişdirən hər-hansı əlavə və dəyişikliklər edilməmiş, soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. (Cild 2, iş vərəqləri 94-108) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 1, iş vərəqləri 146-147) Məhkəmə, tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1 və 228.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1 və 228.4-cü maddələri ilə təqsirli bilinməli və həmin maddələrin sanskiyaları həddində azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməsi, dəymiş ziyanı tamamilə ödəməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə cinayət qanununun bu normasının tələbi baxımdan hesab edir ki, təqsirləndirilən şəxsin gənc olması, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması da onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən həmçinin nəzərə alır ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 26 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin 27 noyabr 2021-ci il tarixli qərarı ilə əvvəli tutulduğu tarixdən hesab olunmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Daha sonra həmin məhkəmənin qərarları ilə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 98-102, cild 2, iş vərəqləri 34-35, 85- 86) Məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 26 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan Zərərçəkmiş şəxs məxsus 01 (bir) ədəd gödəkcə, 01 (bir) ədəd koftaköynək və 01 (bir) ədəd mayka, 01 (bir) ədəd soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən Təqsirləndirilən şəxs 64 (altmış dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qohumları tərəfindən onun hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə müqavilə bağlandığından, müdafiəçinin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli, «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» 23 mart 2004-cü il tarixli, «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 26 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan Zərərçəkmiş şəxs məxsus 01 (bir) ədəd gödəkcə, 01 (bir) ədəd kofta-köynək və 01 (bir) ədəd mayka, 01 (bir) ədəd soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı məhv edilsin. Təqsirləndirilən şəxs 64 (altmış dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-78/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-78/2023
16.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver