Məhkəmə qərarları › İş №1(124)-78/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-78/2024

15.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-78/2024 15.07.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Rzayeva Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Abşeron şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2001-ci ildə Qobustan rayonu Ərəbşalbaş kəndində anadan olmuş, məhkum olunmamış, subay, işləməyən, orta təhsilli, Qobustan rayonu Ərəbşalbaş kəndində qeydiyyatda olan,faktiki Bakı şəhər Xəzər rayonu,Qala qəsəbəsi,Sülh küçəsində yaşayan və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs 2022-ci ilin mart ayının 12-dən 13-nə keçən gecə Bakı şəhəri 20 yanvar metrosunun yaxınlığında istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, narkotik vasitə heroini və psixotrop maddə metamfetamini 100 manat müqabilində sonuncunun tapşırığı ilə Abşeron rayonu Saray qəsəbəsində yolun kənarından götürməklə Abşeron rayonunda yerləşən Qafqaz universitetinin yanında ona verməyə razılığa gəlmiş, 13 mart 2022-ci il tarixdə saat 05 radələrində Abşeron rayonu Saray qəsəbəsi, Saray qəsəbəsinə gedən yolun kənarında quraşdırılmış sürət radarının yanında yolun kənarında yerdən siqaret qutusunun içərisindən bir ədəd bükümdə çəkisi külli miqdar 14,275 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və bir ədəd bükümdə çəkisi külli miqdar 2,961 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini götürüb üzərində saxlayaraq daşımış və piyada Qafqaz universitetinə doğru hərəkət edərkən Abşeron RPİ-nin post patrul xidməti bölüyünün əməkdaşları tərəfindən şübhəli kimi saxlanılaraq Abşeron RPİ-nin Saray polis bölməsinə gətirilmiş, üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki gödəkçənin sağ yan cibindən həmin siqaret qutusunun içərisindən bir ədəd bükümdə 14,275 qram narkotik vasitə heroin və bir ədəd bükümdə 2,961 qram olan psixotrop maddə metamfetamin ondan aşkar edilib götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o narkotik vasitə istifadəçisi deyil, narkotik vasitə satışı ilə məşğul olmur. Tutulmamışdan 3 gün əvvəl telefonu xarab olmuş, nömrəsini dostu Yaqubun telefonuna əlavə etmişdir. Yaqub da onun tanış olduğu qıza yazmış, o da Yaqubla həmin qızı üzləşdirməyə getmişdir. Yaqub onları aparmış, lakin Anar onlardan arxada olduğu üçün Anarı götürməmişlər. Əvvəl maşını saxlayıb Anarla söhbət etmişlər. Onun niyyəti Masazıra gedib qardaşından pul götürmək olmuşdur. 20 yanvar metrosundan taksiylə Saray yoluna gəlmiş, Qafqaz Univerisetindən irəlidə düşmüşdür. Ona narkotik vasitəni boynuna götürməsi üçün şiddət göstərilmişdir və döyülmüşdür. Onun üzərindən narkotik vasitə çıxmamış, cibinə qoyulmuşdur, çəkilişdə də narkotik vasitə cibindən çıxarılmışdır. Anar onun qohumudur, əmisinin yeznəsidir, Yaqub isə hər ikisinin dostudur. Yaqubun nömrəsində internet paketi olduğundan telefonu alıb arada qızla yazışmışdır. O, ünvanı tanımadığına görə Anardan onlarla getməyi xahiş etmişdir. Təzə tanış olduqlarına görə qızın harada qaldığın bilməmişdir. X12 yaxınlaşmış, onlar da dayanıb gözləmiş, üstlərini yoxlayıb maşına mindirmiş, telefonu da götürmüşlər. Anar arxada qalmış, hara getdiyini bilməmişdir. Narkotik vasitəni cibinə polis əməkdaşı Elməddin qoymuşdur. Ondan başqa 3 nəfər, həmçinin Yalçın da orada olmuşdur. Çəkilişdən qabaq narkotik vasitə cibinə qoyulmuş, çəkilişdə isə çıxarılmışdır. Orada olan vəkilə heç nə deməmiş, vəkil onun döyüldüyünü görmüşdür. Orada Yaquba əsəbləşmişdir. Düşünmüşdür ki, qıza problem olar deyə Yaqub elə ifadə vermişdir. Sonradan Yaquba da təzyiq olunduğunu, məcburiyyət qarşısında elə ifadə verdiyini bilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində ona Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, xx.xx.2022ci il tarixdə gecə saatlarında dostu Şahid3 birlikdə Masazır qəsəbəsində yaşayan qardaşıgilə getməliymiş. Bakı şəhəri 20 Yanvar metrostansiyasının yaxınlığında taksi gözləyən vaxtı bir nəfər tanımadığı şəxs onlara yaxınlaşmış və boş vaxtının olub-olmadığını soruşmuşdur. Ona nə üçün soruşduğunu deyəndə həmin şəxs onu kənara çəkmiş ki,sözü var. Həmin şəxslə aralaşmış, Yaqub isə dayandığı yerdə qalmış. Həmin oğlan ona bir iş təklifi olduğunu demiş,nə iş olduğunu soruşduqda ona demiş ki, Saray qəsəbəsində olan təzə yolun üstündəki radara çatmamış yolun kənarında bir ədəd qutu var onu götürüb ona vermək lazımdır. Özü onu ən geci 1 saat sonra Qafqaz Universitetinin qarşısında gözləyəcək. Bunun qarşılığında isə ona 100 manat pul təklif etmişdir. İmkanı olmadığı üçün razılaşmış və qutunun içində nə olduğunu da soruşmamış. Yolla keçən taksi saxlatdırmış, ağ rəngli,markasını və nömrəsini bilmədiyi maşına dostu Şahid3 ilə birlikdə əyləşmişlər. Həmin şəxs taksi sürücüsünə onların gedəcəyi ünvanı izah etdikdən sonra taksinin gediş haqqını ödəmişdir. Tanımadığı şəxsin taksiyə dediyi ünvana çatdıqdan sonra maşından düşmüş və deyilən yerdə olan qara rəngli siqaret qutusunu götürüb cibinə qoymuş, Qafqaz Universitetinə tərəf piyada getməyə hazırlaşarkən polis əməkdaşları onlara yaxınlaşmışlar. Onlara narkotik vasitə olan heroin istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli olduqlarını bildirmişlər. Daha sonra onlarla birlikdə Saray PB-nə getmişlər. Saat 05 radələrində Saray PB-nə gətirildikdən sonra üzərinə şəxsi-axtarış keçiriləcəyi barədə məlumat verilmişdir. Daha sonra xidməti otaqlardan birində vəkilin iştirakı ilə video çəkilişlə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah edilmişdir. Hüquq və vəzifələrim izah olunduqdan sonra üzərində hər hansı bir dövriyyəsi qanunla qadağan edilmiş əşya və ya predmetin olub-olmaması soruşulmuş, əgər üzərində belə bir əşya varsa könüllü təqdim etməyi təklif edilmişdir. O əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən içərisində 1 ədəd qara rəngli siqaret qutusunu masanın üzərinə qoymuşdur. Həmin siqaret qutusu açıldıqdan sonra onun içərisinə baxılmışdır. Onu sorğu sual etməyə başlamışlar. O isə bir nəfər tanımadığı şəxsin ona iş təklifi etdiyini və içərisində nəyin olduğunu bilmədiyi bir ədəd qutunu həmin şəxsə çatdırmaq üçün qeyd olunan ünvandan götürdüyünü və üzərində gəzdirdiyini bildirmişdir. Üzərindən aşkar edilmiş içərisində 1 ədəd göy rəngli sellofana bükülmüş tünd sarımtıl rəngli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər kütlə və 1 ədəd ağ rəngli selofana bükülmüş içərisində şəffaf kristalik, spesifik iyə malik psixotrop maddə olan metamfetaminə bənzər kütlənin olduğu qara rəngli siqaret qutusu boş zərfə qoyulmuş və möhürlənərək iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Siqaretin qutusunda narkotik vasitə olduğunu bilmirmiş,pulu olmadığı üçün həmin şəxsin ona təklif etdiyi 100 manata görə razılaşmışdır. İçərisində qanunsuz olan əşyanın olduğunu bilməmişdir. Yolda gələndə Yaqub maraqlanmış ki, həmin şəxs ona nə demiş, o isə ona demiş ki,qutu var onu götürüb ona vermək lazımdır,lakin qutuda nə olduğunu özü bilmədiyi üçün Yaquba bir söz deyə bilməmişdir.Qutunu götürüb ona verməyi təklif edən şəxsin kim olduğunu bilmir. (cild 1, iş vərəqə 56-59.) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Abşeron RPİ-nin PPXB-nün polis nəfəri Şahid2 ifadəsində göstərdi ki, 12 mart 2022-ci il tarixdə iş yoldaşı Yalçınla birlikdə post patrul xidməti avtomobili ilə Saray ərazisində hərəkət etmişlər. Gecə saat 04 radələrində Abşeron rayonu Saray qəsəbə ərazisində avtomobillə hərəkətdə olarkən uzaqdan yolun kənarında iki nəfər cavan şəxsi piyada getdiklərini görüb gecə saatları olduğuna görə və ərazidə çoxlu oğurluqlar baş verdiyini nəzərə alaraq həmin şəxslərə maşınla yaxınlaşıb özlərini təqdim edib avtomobildən düşmüşlər. Onlardan həmin ərazidə nə iş gördüklərini,nə səbəbə görə gəldiklərini və ümumiyyətlə bu istiqamətdə sorğu sual etməyə başlamışlar. Samirin ayyaqabılarının palçıqlı olması onları şübhələndirmişdir. Onlardan biri yəni Yaqub cibindən telefon və qəpik, ayyaqqabıları palçıqlı olan Samir adlı şəxs isə köhnə telefon və siqaret qutusu çıxartdıb ona göstərmişdir. Sonra əşyalarını yenidən ciblərinə qoymuşlar. Sonra hər ikisini maşına mindirib Saray polis bölməsinə gətirmişlər. Saray polis bölməsində raport tərtib edərək material təhqiqatçıya həvalə edilmişdir. Vəkilin iştirakı və videoçəkilişlə şəxsi axtarış aparılan zaman özünü Samir kimi təqdim edən şəxs cibində olan bir qədər əvvəl yolun kənarında olan vaxtı göstərdiyi siqaret qutusunu təqdim edib masanın üzərinə qoymuşdur. Siqaret qutusunun içindən iki ədəd büküm aşkar edilmişdir. Həmin bükümlərdə olan maddələrin narkotik vasitə heroin və psixotrop maddə olan metamfetaminə oxşar kütlə olmuşdur. Sorğu zamanı Samir adlı şəxs həmin qutunu yolun kənarında götürdüyünü, içərisində nə olduğunu bilmədirini, tutulmamışdan əvvəl 20 yanvar metrosunun yanında olan tanımadığı şəxsin xahişinə əsasən onları yol kənarından götürdüklərini və Qafqaz Universitetinin yanında həmin şəxsə pul qarşılığında verməli olduqlarını bildirmişdir. Lakin onları saxladığı üçün həmin qutunu verə bilməmişdir. Daha sonra Samirin yanında olan Yaqub adlı şəxsin üzərinə şəxsi axtarış aparılmış və onun üzərindən hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində göstərmişdir ki, o, məhkəmədə ifadəsi alınmış polis əməkdaşı Şahid2 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etmişdir.( cild 1, iş vərəqə 77-79) Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxsla qonşudurlar. Samirin tutulmamışdan təxminən bir həftə əvvəl telefonu xarab olmuşdur. Samirin narkotik vasitələrin istifadəsi barədə məlumatı yoxdur. Samirin telefonu xarab olduğundan tutulmamışdan bir neçə gün əvvəl Samir ondan özünün istifadəsi üçün mobil telefonunu istəmiş, o telefonu Samirə vermiş, Samir bir neçə gün ərzində öz nömrəsini onun telefonuna salıb istifadə etmişdir. 2022-ci ilin mart ayının 12də axşam saatlarında yaşadığı evin yaxınlığında görüşüb söhbət edən vaxtı Samir Abşeron rayonunda yaşayan qardaşı ilə görüşməli olduğunu demişdir. İşi olmadığı üçün onunla yol yoldaşı olmağını xahiş etmişdir. Həmin günü saat 22-23 radələrində Samirlə birlikdə Qala qəsəbəsindən çıxıb bir manatlıq taksi ilə «Koroğlu» metrosuna qədər, oradan isə maşından düşüb metroya minib 20 yanvar metrostansiyasına getmişdir. Anar yanlarında olmuş, onlar Samirlə qabaqda getmiş, Anar arxalarında olmuşdur. Onlar Qafqaz universiteti tərəfə gəlmişlər. Oradan biraz aralaşan kimi yoldan keçən post patrul maşını birinci Anara yaxınlaşmışdır. Sonra onları saxlamış və nə üçün orada dayandıqlarını soruşub sənəd tələb etmişlər. Onlardan şübhələndiklərini bildirib Saray polis bölməsinə aparmışlar. Polis bölməsində üzərinə baxış keçirilmiş, heç bir qanunsuz əşya aşkar olunmamışdır. Samirin üstündən bir ədəd sadə telefon, bir ədəd onun verdiyi böyük telefon, iki ədəd alışqan çıxmışdır. Səhər saat 9-un yarısı onu bölmədən buraxmışlar. Samirlə 4-5 saat bölmədə olmuşlar. Samirin qışqırıq səslərini eşitmişdir. O, həmçinin, Samirin bir qızdan xoşu gəldiyini, özünün də həmin qıza yazdığını, Samirin bunu öyrəndiyini qeyd etmişdir. Polislər Anarı buraxmışlar. Onun özünü döyməmişlər, ancaq Samirin qışqırıq səslərini eşitmişdir. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid3 ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Qala qəsəbəsindəki evinin yaxınlığında qonşuluqda yaşayır. Uşaqlıqdan dostluq edir. Təxminən üç aydır ki, Xiomi markalı ***-***-**-** nömrədən istifadə edir. Samirin tutulmamışdan təxminən bir həftə əvvəl telefonu xarab olmuşdur. Samirin narkotik vasitələrin istifadəsi ilə məşqul olması barədə məlumatı yoxdur və görməmişdir. 13 mart 2022-ci il tarixdə Samirin telefonu xarab olduğu üçün tutulmamışdan bir neçə gün əvvəl Samir ondan özünün istifadəsi üçün mobil telefonunu istədiyi üçün ona vermiş,Samir bir neçə gün ərzində öz nömrəsi ilə onun telefonuna salıb istifadə edirmiş. 2022-ci ilin mart ayının 12-də axşam saatlarında yaşadığı evin yaxınlığında görüşüb söhbət edən vaxtı Samir demiş ki,Abşeron rayonunda yaşayan qardaşı ilə görüşməli və ondan pul almalıdır. İşi olmadığı üçün onunla yol yoldaşı olmağını xahiş etdi. O, etiraz etməmişdir. Həmin günü saat 22-23 radələrində Samirlə birlikdə Qala qəsəbəsindən çıxıb bir manatlıq taksiyə «Koroğlu» metrosuna qədər, oradan isə maşından düşüb metroya minib 20 Yanvar metrostansiyasına getmişlər. 20 Yanvar metrosu tərəfdə digər yol maşına minmək istədikləri vaxtı yanlarına tanımadığı orta yaşlı oğlan yaxınlaşıb, boş olub-olmadıqlarını soruşmuş və Samirin qolundan tutub onu kənara çəkmişdir. Bir neçə dəqiqə onunla söhbət etdikdən sonra Samir qayıtmış və həmin şəxs yoldan keçən maşın saxlatdırıb onları əyləşdirmişdir. Yolda Samirdən həmin adamın kim olduğunu soruşanda həmin adamı tanımadığını, həmin şəxs ona bir ədəd qutunu götürüb bir saat sonra ona çatdırmaq lazım olduğunu demiş, qarşılığında Samirə 100 manat pul verəcəyini bildirmişdir. Maşına minəndə həmin adam sürücüyə Saray yolunun kənarında olan radarın yanına sürməsini demişdir. Artıq saat 02-03 radələrində Saray qəsəbəsinə çatıb maşını yol kənarında saxlatdırmış və maşından düşmüşlər. Samir həmin şəxsə «Qafqaz» universitetinin yanında onları bir saat sonra gözləyəcəyini demişdir. Samir ondan biraz aralaşmış və radar olan yerin yaxınlığında qaranlıq bir yerdə yerdən nəsə götürüb cibinə qoymuşdur. Nə olduğunu ondan soruşanda ona cavab verməmişdir. Onlar oradan biraz aralaşan kimi yoldan keçən post patrul maşını yanlarında saxlamış və nə üçün orada dayandıqlarını soruşub sənəd tələb etmişlər.Üstündə sənəd olmadığı üçün onlardan şübhələndiklərini bildirib Saray polis bölməsinə aparmışlar. Polisdə üzərinə baxış keçirilmiş, heç bir qanunsuz əşya aşkar olunmamışdır.Sonra ona məlum olmuş ki,Samirin yolun kənarından götürüb cibinə qoyduğu qutudan narkotik vasitə aşkar olunmuşdur. Samirlə polis maşınına minəndə yenə həmin qutuda nə olduğunu Samirdən soruşmuş, Samir ona cavab verməmiş və bir söz deməmişdir.( cild 1, iş vərəqə 81-83, 182-184) Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid3 12 dekabr 2022-ci il tarixli ifadəsindən görünür ki, Şahid3 əvvəlki ifadəsini təsdiq edərək bildirmişdir ki, səs yazısı qonşuları Samirin atası Hacağagildə yazılmışdır. O səs yazısısın əvvəlcədən yazıldığını bilirmiş. Səsi yazan Hacağanın qardaşı Elmixan öz telefonuna yazmışdır. Səs yazılmamışdan əvvəl ona demişlər ki, Samir onun ifadəsini dəyişəcək və o da onların dediyi kimi dəyişsin, bəlkə Samiri buraxarlar. Nə söyləmək lazım olduğunu ondan soruşanda ona demişlər ki, bölmədə döyüldüklərini, üzərlərindən hər hansı bir qanunsuz əşyanın aşkar olunmadığını, hansısa qızla görüşəcəklərini bildirməyini xahiş etmişlər. O da artıq bezmiş və onlara razılığını vermişdir. Hansı gündə olduğunu xatırlamır, oktyabr ayında o, Hacağanın xahişi ilə onlara getmiş və orada onların verdikləri suallar əsasında əvvəlcədən ona dedikləri kimi də onlara cavab vermiş və onlar onun səsini yazmışlar ki, bəlkə həmin səs yazıda olanlar onun buraxılmasına kömək edəcək. Onun telefonu Samirdə olduğu üçün o kiminlə və nə yazışdığını bilmirmiş. Onlar maşından düşəndə Samir telefonda konuma baxıb demişdir ki, “deyəsən səhv yerə gəlmişik”, lakin sonra yolun kənarına keçib oradan nəsə götürüb baxmadan cibinə qoymuşdur. Həmin vaxt Anar yanlarında deyilmiş və çox aralıda imiş. Samirin də cibinə nə qoyduğunu o bilməmişdir, lakin şübhələnmişdir ki, burda nəsə düz deyil. Qeyd etmişdir ki, nə onu, nə də onun yanında Samiri döyməyiblər və işgəncə verməyiblər. Həmçinin onun döyülmək səsini eşitməmişdir. Həmin qızın kim olduğunu bilmir,sadəcə Tik-Tokda danışmış, yazışmışdır.Dediklərinin heç biri olmamışdır. Bir daha bildirirmişdir ki, bu sözləri o, Hacağanın xahişi ilə yazılan səs yazı olduğu üçün demişdir. Əslində elə bir şey olmayıb. Polis əməkdaşı yoldan hər hansı bir qutu götürüb onlara göstərməyib, üstlərinə də taxmayıblar, sadəcə demişlər ki, ciblərində nə varsa göstərsinlər. Onlar da göstərib yenidən ciblərinə qoymuşlar. Daha sonra bölmədə kimsə onlara təzyiq etməmiş və döyməmişdir, həmçinin Samirin döyülməsini də eşitməmişdir. Bu sözləri dediyi kimi onların xahişinə əsasən demişdir.( cild 1, iş vərəqə 271-272) Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs arvadının əmisi oğludur və onunla normal münasibəti var. Belə ki, axşam saatlarında evdə olan vaxtı Samir yanına gəlib qızla görüşə getdiyini, ona 50 manat pul lazım olduğunu bildirmişdir. Onda pul olmadığı üçün həyat yoldaşında bank kartı olduğunu demiş, Samir bu zaman 50 manat ona borca verməsini istəmiş, qardaşı Sənanın qaytaracağını bildirərərk telefonla qardaşına zəng vurub arvadı ilə danışdırmışdır. X7 bank kartını ona vermiş,o, Samirlə birlikdə yaxınlıqdakı bakomata getmiş və bankomat xırda pul verə bilmədiyindən 100 manat çıxarmışdır. Samir Yaquba zəng vurmuş və ondan gəlməsini xahiş etmiş, həmçinin telefonda Yaquba özü ilə mobil telefonu gətirməsini demişdir. Samirdə mobil telefon adi olduğundan Yaqubdan öz nömrəsini Yaqubun telefonunda Votsap açacağını xahiş etmişdir. Samirin telefonu adi olduğundan Yaqub öz telefonunu ona vermişdir. Bir qədər sonra Samirin istədiyi qızla Yaqubun da danışdığı məlum olmuş, ona görə də aralarında söz-söhbət olmuş, bu səbəbdən Samir “gedək qızla Montində görüşüb söhbət edək.” demişdir. Ona da onlarla getməsi təklif edilmişdir. Birlikdə 1 manatlıq taksi ilə “Koroğlu” metrostansiyasına getmişlər. Metrodan küçəyə çıxmış, Samir Yaqubun telefonu ilə taksi sifariş edəndə “Qafqaz” Universiteti qeyd etmişdir. Samirdən nə üçün «Montinə» getməli olduqları halda həmin yeri sifariş etdiyini soruşanda Samir işi olduğunu demişdir. Taksi gələndən sonra hər üçü taksiyə minmişdir. Yolda Samirə zəng gəlmiş, danışıqlardan qardaşı Sənan olduğunu anlamışdır. Samir qardaşına işi var deyəndə qardaşı ona “gəl yanıma ordan gedib işlərivi görərsən” demişdir. Samirin qardaşı ilə münasibəti olmadığı üçün həmdə gec olduğundan yolda düşmək istəmişdir. Artıq 20 yanvar metrosunu və avtovaqzalı keçmişlər. Dəqiq yadında qalmayan yerdə Samir taksini saxlatdırmış və o düşmüşdür. Yolu digər tərəfə keçəndə təxminən 800 metr irəlidə onların oturduğu taksinin dayandığını və hər ikisinin düşdüyünü görmüşlər. Yoldan keçən taksini saxlatdırıb Qala qəsəbəsinə qayıtmışdır. Sabahısı günü Yaqubla görüşəndə Yaqub Samirin tutulduğunu demişdir. Lakin nə üçün tutulduğunu bilməmişdir. Həmin vaxtı isə onda ümumiyyətlə telefon olmamışdır. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, günorta saatlarında Samir ondan 50 manat pul istəmiş, o da vermişdir. Sonra da Samir qızın yanına getmək üçün paltar alsın deyə gedib kartdan 100 manat çıxarmışdır. Onun oğlunun paltarın geyinib getmişlər. Samirin telefonu sınmış, Samir Yaqub ilə telefon düzəltdirməyə getmişdir. Samir onların evinə gəlib qızla görüşürmüş. Axşam ikisi bir telefonda qızla yazışmışdır. Samirin telefonu sınmış, o nömrəsini Yaqubun telefonuna salmışdır. O, Yaqub, yoldaşı Anar və Samirin eyni vaxt çıxıb qızla görüşə getdiyini bilmişdir. Qız yolda atasının evə gəldiyini, çıxa bilmədiyini demişdir. Oradan Samirin böyük qardaşıgilə gedəcəklərini ona demişlər, yoldaşı Samirin böyük qardaşı ilə danışmadığından maşından düşmüş, onlarla getməmişdir. Samirlə Yaqub getmişlər, bir maşın saxlamış, Yaqub dartadarta Samirlə onun maşına mindirildiyini demişdir. 300 metr o tərəfdə qəbirsanlığın yanında düşün 20 qram narkotik vasitə var, götürün deyilmişdir. Samir narkotik vasitə üçün yox, qardaşıgilə gəldiyini demiş, polislər bez qutusunda 200 qram narkotik vasitə olduğunu, götürməsini təkrar etmişlər. Samir yenə də götürmüyəcəyini bildirmişdir. 2 polis əməkdaşı onları döymüşlər. Yaqub birinci gün onlara hadisəni başqa cür danışmış, qızla görüşə getdiklərini, polisin onları görüb saxladığını, onu buraxdıqlarını, Samiri də 1 sutka saxlayıb buraxacaqlarını demişdir. X9 xəbər yoxdur demişdir. Yaqub “Samiri bölmədə saxlayıblar, gələcək” demişdir. Yaquba “dur gəl bura düzün danış” demişdir. Yaqub bölmədə pul istəyirlər demiş, o da “özüm apararam” demişdir. Yaqub gecə saat 3-də gəlib “bizi iranlı belə tutdu, polislər döydülər” demişdir. Bu vaxt o, Yaqubun telefona səsini yazmağa başlamışdır. Yaqubu əmisigilə aparmış, gecə saat 5-ə kimi Yaqubu danışdırıb səsini yazmışdır. Yaqub, həmçinin “polis Samirin və mənim əlimə telefon verərərk gedin narkotiki axtarın” dediyini qeyd etmişdir. Samirin danışdığı qız, Yaqubla da danışmış, buna görə mübahisələri də olmuşdur. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış X1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 2022-ci ilin mart ayının ortalarında Samirlə bir həyətdə yaşadığı üçün axşam saat 17 radələrində Samirlə dostu Yaqub evlərində oturmuşlar. Qapı bir qonşu olduqları üçün bir yerdə böyümüşlər. Həmin vaxtı əri Anar bazarda idi. Samirlə Yaqubun danışığından başa düşmüş ki,onlar bir qız istəyir və həmin qız onların hər ikisi ilə münasibət saxlayır.Samirin telefonu bir gün əvvəl qırıldığı üçün ondan qardaşının telefonuna səs atmağını xahiş etmişdir. Telefonu Samirə vermiş,Samir Sənana səs atıb 50 manat onun kartına göndərməyini xahiş etdi. Sənan bildirdi ki,indi pulu yoxdur yalnız gecə göndərə bilər.Bir qədər sonra əri Anar da gəlmişdir. Sonra onun kartında 100 manat pul olduğu üçün Samirə kartı verib demiş ki,çıxart sonra verər.Onlar üçüdə biraz aralıda olan dükanın yanında bankomatdan pulu çıxarıb evə qayıtmışlar. Samir kartı qaytarmış və 100 manatı götürdüyünü demişdir. Həmçinin bildirdi ki, Sənan göndərəcək. Onların mübahisəsi davam edəndə o bildi ki,Samirin nömrəsi Yaqubun telefonuna salındı və qızla danışmağa başlamışlar. Nə danışdıqlarını isə bilməmişdir.Samir demiş ki, “gedək qızla görüşək”. Saat təxminən 23 radələrində o yatmağa getmişdir.Saat 03 radələrində Yaqubun bacısı ona zəng vurub bildirmiş ki,Samirlə Yaqub yoxdur. Yuxudan duranda Anar evdə idi. Anar ona demiş ki.onlar harasa qızla görüşməyə getmiş,Anar isə yarı yoldan qayıtmışdır. Sabahısı günün axşamı Yaqub onlara gəlmiş və demiş ki,qıza görə Sarayda polislər tərəfindən onları tutmuşlar. Tutulmanın səbəbi isə Samirin boynunda boş güllə olması ilə əlaqədar olmuşdur. Lakin Yaqubda elə bir şey olmadığı üçün onu buraxıblar. Samiri də yaxın saatlarda buraxacaqlar. Sabahısı günü əri Anarın telefonundan Yaquba səs atıb Samirlə maraqlanmış,Yaqub demiş ki,gələcək və 3 gün Samirdən səs çıxmadığı üçün gecə saat 04 radələrində Yaqubu çağırıb əvvəlcədən Anarın telefonu ilə səs yazısına başlayaraq Yaqub evə gələndən sonra ondan sorğu sual etməyə başlamışdır. Yaqub demiş ki, polislər onları tutmuş, Samir cibindəki pul qabını və «çeti» tullamışdır. Polislər tapa bilməmişlər. Sonra onları polisə aparıb toka vermişlər. Həmçinin onları inandırmış ki,Samiri polislər buraxacaqlar. Səsi yazanda əri Anar yanında olmuşdur. Yaqub bildirmiş ki,güya İranlı Samiri satmışdır. Bu söhbətdən sonra başa düşmüş ki,Samir həbs olunub. Samirin qardaşı Sənan telefona ona bildirmiş ki,İranlı Samiri buraxdırmaq istəyir,İranlının kim olduğunu soruşsa da Sənan bir söz deməmişdir. (cild 1, iş vərəqə 179-181, 241-244) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “şəxsi axtarış və götürülmə aparılması haqqında” 13 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Hacıağa oğlu əynində qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd qara rəngli siqarət qutusunun içərisində 1 ədəd göy rəngli selofana bükülmüş tünd sarımtıl rəngli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər kütlə və 1 ədəd ağ rəngli selofana bükülmüş içərisində şəffaf kristalik, spesifik iyə malik psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim etmişdir. Protokolda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 13 mart 2022-ci il tarixli 6/1457 saylı rəydən görünür ki, “Təqsirləndirilən şəxs” sözləri,soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd Kent markalı siqaret qutusunda bir ədəd bükümdə təmiz çəkisi, 14,275 qram olan qəhvə rəngli maddə kustar üsullar hazırlanmış narkotik vasitə heroindir.Digər bir bükümdə təmiz çəkisi 2,961 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetam indir. (cild 1 iş vərəqə 35- 40.) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1736 №-li rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur.Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. ( cild 1, iş vərəqə 124- 125.) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə fonoskopik ekspertizasının xx.xx.2022-ci il tarixli 4/1527-4/1535 saylı rəydən görünür ki,bir ədəd ağ rəngli diskdə mübahisəli fonoqramdakı danışıqların tədqiqi hissədə verilən yazılı mətnində «Kİ» kimi işan olunmuş diktorun səsi və nitqi ehtimal ki,Şahid3 məxsusdur.Bir ədəd ağ rəngli diskdə mübahisəli fonoqramdakı danışıqların tədqiqi hissədə verilən yazılı mətnində «Ql» kimi işan olunmuş diktorun səsi və nitqi ehtimal ki,X2 məxsusdur. Bir ədəd ağ rəngli diskdə mübahisəli fonoqramdakı danışıqların tədqiqi hissədə verilən yazılı mətnində «K2» kimi işan olunmuş diktorun səsi və nitqi ehtimal ki,X8,Şahid4 və ya digər şəxsə məxsus olub-olmamasını tədqiqi hissədə göstərilən səbəblərdən müəyyən etmək mümkün olmadı. Bir ədəd ağ rəngli diskdə mübahisəli fonoqramdakı danışıqların tədqiqi hissədə verilən yazılı mətnində «КЗ» kimi işan olunmuş diktorun səs və nitqinin X8, Şahid4 və ya digər şəxsə məxsus olub-olmamasım tədqiqi hissədə göstərilən səbəblərdən müəyyən etmək mümkün olmadı. Ekspertizaya təqdim olunmuş bir ədəd ağ rəngli diskdə olan mübahisəli fonoqramda situasiya ilə əsaslanmayan yarımçıq söz və ifadələr,diktorun emosional-psixoloji vəziyyətinin əsaslanmamış dəyişməsi,danışıqlarda sozlərarası və cümlələrarası məntiqi rabitənin pozulması,yazılışın aparıldığı akustik şəraitə məxsus fonun kəskin dəyişməsi kimi montaj əlamətləri müəyyən olunmadı.Mübahisəli fonoqramın qeydə alındığı yazı qurğusu ekspertiza tədqiqatına təqdim olunmadığından digər dəyişikliklərin olub olmadığını müəyyən etmək mümkün olmadı. Qeyd olunan fonoskopik fonoqramdakı danışıqların yazılı mətnində aşağıdakılar əks olunmuşdur: Q1- Bə demədin ki, sən tapbamışığ nə bilim nə K1- Yox biz səhf yerdə düşmüşdük K2- Bir dənə qardaş maşını/// Q1- Yox e, səhf yerə düşmüsüzsə əyər onu götürməmişsizsə nətər olur? K1-Polis başa saldı ki, Samirə ki, belə denən K2- Ayə siz görmədiz ki, mənim yanımda ... diyanıb .... K1- Ayə nə bilim nağayrım mən? Q1- Diyan e, sən dayan beş dəyqə. Samirə nə dedi? K1- Orda uşaq var idi, bizdən məndən də balaca idi Q1- Hm K1- O başa saldı ki, yəni ki, helə dinən ki, orda ki, biz götürməmişik, sənin üstündə olub yəni özü də bizə iş düşmür, çünki, neçə/// Q1- Ayə, o iranlı deyir ki K1- Hm Q1- Bular tutmuyublar?Mən buraxdırıram diyir K1- Kimi? Q1- Da sizi K1- Ayə o polislər var e, iranlını onsuz da axtarırlar, prostu tuta bilmillər, danışdılar əməlli başlı, prostu bizə iş düşmür. Samir də bu gün gələcək Q1- Nətər olur e...mal alır/// gedirsiz sizə iş düşmür? K1- İş düşmür Allah haqqı düşmür Q1- Ayə gülürlər e, camaat sizə K1- Bərəkət haqqı düşmür Q1- Elə şey ola bilməz e, sən nə danışırsan K1- Samir gələndə görəssən də Q1 - Ə, qramını/// onda yalandan deyirsiz, siz harasa gedmisiz onsuz bu bölməli axtarıb tapacam e, var yoxunu (söyüş) K1 - Axtar da Sahil bölməsindədi dedim get də ora prablem nədi Q1 - Səhər gedəy tezdən K1 - Samir orda deyil K2-Hardadı? K1 - İdarədədi o K2 - Hardadı o? K1 - Sumqayıtda məhkəmə idarəsi Q1 - Ayə gedib bütün bölmələri Sumqayıta ayə gedib gedib gedmisən çıxmısam ı sən çıxanda qol çəkdin da yaqin ki K1 - Hə izahat hə Q1 - Hə onlar var da yaqin ki, orda K1 - Hə izahatlar var da КЗ - Nə yazmısan orda K1 - Hm? İzahatda mən heç nədən xəbərim yoxdur, bizi elə başa saldılar biz ete Samiri prostu bi dənə şey elədi Q1 - Kim başa saldı axı? K2 - Bax ... yanıvızda diyanda nə dediz siz K1 - Polis qayıtdı dediki, axtardığıvızı tapdız. Samir bir az ora bura özü bildi axı patı söhbətidir. İranlı nə bilim nə, kimsə satmışdır o söhbətdə hə, pramoy min maşına, əməlli başlı bizim üst başımızı yoxladılar. Samirin üstündə çet var idi, yaxşı vaxtında tullayıb yerə, kaşeloku tullamışdı e, pramoy, kaşeloku zadı tapdı polis. Kartın zadın üstündə yazılıb axı, ad familiya dedi sən məni dolamısan sən kart sənin deyil?! Aləm dəymişdi birbirinə e. Getdik bir-iki saat yatdıq orda, iki saatdan sonra özüm ölüm tok bi dənə tok verdilər bizə. Səhər-səhər doqquzun yarısı bizi ayırdılar axı. Samiri apardılar mən qaldım orda. Q1 - Sənə kim dedi ki, Samir səhər çıxacaq? K1 - Hm? Orda rəis vardı, təhqiqatçıdır nədir nə zibildi КЗ - Ayə, onu buraxmazlar ayə iyirmi qram malnan nə danışırsan Q1 - Sadəcə səni buraxıblar ki K1 - Mənim üstümdə heç nə yox idi axı. Mənim üstüm tərtəmiz idi. Q1 - Nolsun, görsün hara gedirsən, necə gedirsən K1 - Getsin də, nömrələrim var da orda/// (İş vərəqə : 249-252.) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş canlı şəxsin ekspertizasının xx.xx.2024-cü il tarixli 2898 saylı rəyindən görünür, vətəndaş Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı xəsarət və xəsarət izi aşkar edilmir.( cild 1, iş vərəqə 287) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş sorğuya cavabdan görünür ki, Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına gətirilib ilkin tibbi müayinədən keçirilən zaman bədəni üzərində hər hansı zədə olmadığı bildirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Kapital Bank ASCdən alınmış diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, şahid qismində dindirilmiş Şahid3 və Şahid4 12 mart 2022-ci il tarixdə saat 17:53-də X4 adma olan plastik kartdan ATM vasitəsi ilə pul çıxarmaq üçün bankomatın qarşısında dayanmışlar. Təqsirləndirilən şəxs əlində mobil telefon saxladığı, Yaqub Əliyevin arxasında əynində ağ rəngli gödəkçədə, Şahid4 isə Təqsirləndirilən şəxs yanında əynində boz rəngli gödəkçədə dayanaraq pul əskinazlarını götürərək saydığı müşahidə olunur.( cild 1, iş vərəqə 205-209) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş "xxxx" MMC-dən daxil olmuş sorğuya cavabdan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***- **-** nömrəyə daxil olan sms mətnlərinin və danışıqlarının habelə anten dairəsinin müəyyən edilməsi üçün NAR MMC-dən daxil olmuş bir ədəd CD diskə baxış keçirilmişdir.Baxışla müəyyən olundu ki, Təqsirləndirilən şəxs sonuncu dəfə 12 mart 2022ci il tarixdə saat 22:23-də ********** nömrə ilə əlaqə saxlamışdır.Həmin nömrənin sahibi «Bolt» taksi şirkətində işləyən xx.xx.1982-ci ildə anadan olmuş X5r. Daxil olan və çıxan zənglərin siyahısından istintaq əhəmiyyəti kəsb edən başqa məlumat əldə edilməmişdir. Anten dairəsinin siyahısından məlum olur ki,sonuncu dəfə xx.xx.2022-ci ildə saat 23:27:42-də Təqsirləndirilən şəxs mobil telefonu Abşeron rayonu, Xırdalan qəsəbəsi, H.Z.Tağıyev küçəsində qeyd olunmuşdur. Həmçinin SMS tarixçələrinin siyahısından görünür ki,Təqsirləndirilən şəxs istifadə etdiyi mobil telefon nömrəsi 12 mart 2022-ci il tarixdə saat 20:55-də digər bir cihazda «WhatsUp» mobil tətbiqdə qoşulmuşdur. Bunula da baxış zamanı müəyyən olunur ki, Təqsirləndirilən şəxs istifadə etdiyi mobil nömrə 12 mart 2022-ci il tarixdə saat 20:55-dən yeni bir cihazda «WhatsApp» mobil tətbiqdə qoşulmuşdur.(cild 1, iş vərəqə 168-171) Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 14,225 qram çəkidə narkotik vasitə heroin, 2,911 qram çəkidə psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Abşeron RPİ-nin saxlanc anbarına verilmişdir. xx.xx.2022-ci il tarixdə iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman çəkilmiş videogörüntünü əks etdirən disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. ( cild 1, iş vərəqə 288) Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur.( cild 1, iş vərəqə 75) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş sənədlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 2020-ci ildə Qarabağın azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmişdir. O, “Ağdamın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitənin və psixotrop maddənin ona məxsus olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxsin əldə edərək saxladığı narkotik vasitənin və psixotrop maddənin külli miqdarda olması, videoçəkilişdə törətdiyi əməli etiraf etməsi və müdafiəçisinin istintaqa təqdim etdiyi səs yazılarında təqsirləndirilən şəxsin narkotik vasitə və psixotrop maddələrdən məlumatlı olmasının müəyyən edilməsi, Təqsirləndirilən şəxs məqsədinin məhz narkotik vasitə və psixotrop maddə satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəsi də sübut kimi qəbul edir. Məhkəmə həmçinin, Şahid3 məhkəmədə verdiyi ifadəsində göstərdiyi hallara tənqidi yanaşır və hesab edir ki, Şahid3 məhkəmədə Təqsirləndirilən şəxs qarşı ifadə verərkən ibtidai istintaq zamanı verdiyi ifadəsindən fərqli qeyd etdiyi xüsusatlar onların qonşuluq və dostluq münasibətilərinə əsasən təqsirləndirilən şəxsin məsuliyyətdən yaxa qurtarmasına kömək etmək cəhdi kimi izah olunur. Bu səbəbdən məhkəmə Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini daha obyektiv ifadə kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Şahbazov Samir Hacağa oğlunun Vətən müharibəsi iştirakçısı olmasını, Qarabağın azad olunması uğrunda gedən döyüşlərdə medallarla təltif olunmasını təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 13 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 13 mart 2022ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 13 mart 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, məhkəmə cinayət işində olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində narkomaniyadan profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınmış Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 14,225 qram çəkidə narkotik vasitə heroin, 2,911 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilməli, 03 (üç) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 315 (üç yüz on beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və o, 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 13 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə narkomaniyadan profilaktik qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 14,225 qram çəkidə narkotik vasitə heroin, 2,911 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin, 03 (üç) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 315 manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar