Məhkəmə qərarları › İş №1(124)-78/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-78/2025

14.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-78/2025 14.01.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi:X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Müdafiəçi: Sumqayıt şəhər Şimal Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, xx xxx 2004-cü il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi, K.Kərimov küçəsi ev 15, mənzil 64-də qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 228.2.1, 234.4.1, 234.4.3-cü maddələri ilə, xx xxxx 1984-cü il tarixdə Ağdam şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi, F.Qayıbov küçəsi ev 14 mənzil 38-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək cinayət əlaqəsinə girib, sonuncu ilə sosial şəbəkədə aralarındakı danışıqdan sonra yaranmış cinayətkar razılaşmaya uyğun olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuana və tiryəki, 01 (bir) ədəd texniki cəhətdən saz və atəş üçün yararlı, hissə və mexanizmlərinin üzərində sonradan təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmiş, 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, AKS-74 modelli, yivli odlu silah hesab edilən 326470 №-li avtomat silahı, 01 (bir) ədəd döyüş sursatı hesab edilməyən, texniki cəhətdən saz və atəş üçün yararlı, zavod üsulu ilə istehsal olunmuş, 30 (otuz) ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi hesab edilən darağı, 07 (yeddi) ədəd döyüş sursatı hesab edilən, atəş üçün yararlı, 05 (beş) ədədi zavod üsulu ilə keçmiş SSRİ dövlətində, 02 (iki) ədədi isə Rusiya dövlətində istehsal olunmuş, 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronlarını sonradan ona deyiləcək ünvana yerləşdirəcəyini öhdəsinə götürmüş, bundan sonra həmin razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı ümumilikdə 970,0 qram çəkidə külli miqdarda narkotik vasitə qurudulmuş marixuana, ümumilikdə 945 qram çəkidə külli miqdarda narkotik vasitə tiryəki, 01 (bir) ədəd Kalaşnikov konstruksiyalı, AKS-74 modelli, yivli odlu silah hesab edilən 326470 №-li avtomat silahı, 01 (bir) ədəd 30 (otuz) ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi hesab edilən darağı, 07 (yeddi) ədəd 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronlarını 01 (bir) ədəd qara rəngli idman çantasında Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Bravo” marketin yaxınlığındakı əraziyə istintaqa məlum olmayan vaxtda və şəraitdə qeyriləri vasitəsi ilə gizlədib yerləşdirərək, daha sonra həmin çantanın yerləşdirildiyi yerin geolokasiyasını və fotoşəkillərini cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs2 istifadəsində olan mobil telefonuna göndərmiş, Təqsirləndirilən şəxs2 isə öz növbəsində həmin geolokasiya və fotoşəkilləri Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil telefona göndərdiyindən Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşının təlimatı əsasında yaşadığı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsindən Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisinə gedərək ayrı-ayrı müştərilərə çatdırılması, həmçinin satışının həyata keçirilməsi üçün göndərilmiş külli miqdarda narkotik vasitələri, avtomat silahı, həmin avtomat silahın komplekt hissəsi hesab edilən darağı və Kalaşnikov konstruksiyalı silahların ştat patronlarını satış məqsədi ilə qoyulduğu yerdən götürüb üzərində saxlamaqla daşıyarkən 23 fevral 2024-cü il tarixdə saat 23:15-də Sumqayıt ŞPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Bravo” marketin arxasında saxlanılıb polis idarəsinə gətirildikdən sonra xidməti otaqların birində üzərinə şəxsi axtarış aparılarkən, sağ əlində saxladığı qara rəngli idman çantasının içərisindən satış məqsədilə əldə edib daşıyaraq üzərində saxladığı 01 (bir) ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi 970,0 qram olan, külli miqdarda bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, 01 (bir) ədəd üzəri yapışqan lentlə sarınmış sellofan bağlamada təmiz çəkisi 945 qram olan, külli miqdarda spesifik iyə malik qətranabənzər tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, 01 (bir) ədəd texniki cəhətdən saz və atəş üçün yararlı, hissə və mexanizmlərinin üzərində sonradan təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmiş, 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, AKS-74 modelli, yivli odlu silah hesab edilən 326470 №-li avtomat silahı, 01 (bir) ədəd döyüş sursatı hesab edilməyən, texniki cəhətdən saz və atəş üçün yararlı, zavod üsulu ilə istehsal olunmuş, 30 (otuz) ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi hesab edilən daraq və 07 (yeddi) ədəd döyüş sursatı hesab edilən, atəş üçün yararlı, 05 (beş) ədədi zavod üsulu ilə keçmiş SSRİ dövlətində, 02 (iki) ədədi isə Rusiya dövlətində istehsal olunmuş, 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronları aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 təkrarən qanunsuz olaraq satış məqsədi olmadan ümumilikdə 7,79 qram çəkidə xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlamış, 27 fevral 2024-cü il tarixdə saat 14:40-da barəsindəki 25 fevral 2024-cü il tarixli “şübhəli şəxs barəsində axtarış elan edilməsi haqqında’' qərara əsasən yaşadığı ünvan 1 ünvanında Sumqayıt ŞPİ-nin CAŞnin əməkdaşları tərəfindən saxlanılıb polis idarəsinə gətirildikdən sonra, polis idarəsinin xidməti otaqlarının birində üzərinə şəxsi axtarış aparılarkən əynindəki gödəkcənin sağ yan cibində saxladığı 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 7,79 qram xeyli miqdarda bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü elan olunmuş ittiham üzrə təqsirsiz bilərək ifadəsində göstərmişdir ki, o, 17-18 yaşlarından narkotik vasitələrdən istifadə etmişdir. İnstagram sosial şəbəkəsindən tanış olduğu İİR vətəndaşı ilə yazışmış, İİR vətəndaşı ondan şəxsiyyət vəsiqəsinin şəklini istədiyi üçün vəsiqənin şəklini göndərmiş, daha sonra İİR vətəndaşı ilə görüntülü danışmışdır. Anar ona “Zamir bu iş təhküləli işdir, sənə bu işi məsləhət görmürəm və oraya getmə” demiş, o isə Anarla razılaşmamışdır. O, məhəllədən çıxaraq dostu Cəmilin yanına getmiş, Cəmildən telefon alıb taksi sifariş etmişdir. Hadisə yerinə getdiyi zaman 3 maşın yaxınlarında saxlamış, Cəmili başqa, onu da başqa maşında Sumqayıt ŞPİ-nə aparmışdırlar. Onun hələ heç nədən xəbəri olmamış, Cəmili ayrı otağa, onu da ayrı otağa aparmışdırlar. Həmin gün Cəmilin ürəyi getmiş və onun üçün təcili tibbi yardım briqadası gəlmişdir. O, Cəmilin vəziyyətini pis gördüyü üçün polis əməkdaşlarına “necə istəyirsinizsə, edək, amma Cəmili sərbəst buraxın getsin” demişdir. Gecə saat 02:00-a qədər polis əməkdaşları tərəfindən döyüldüyünü, ona qarşı qanunsuzluqlar edildiyini və tutulduğu vaxtdan etibarən yanında vəkil olmadığını bildirmişdir. Cəmili də, Anarı da polis əməkdaşları ona görə saxlamışdır. O, sadəcə olaraq Anarın telefonu vasitəsilə İİR vətəndaşına şəxsiyyət vəsiqəsini göndərmiş və İİR vətəndaşı ona konum atmışdır. Daha sonra polis əməkdaşları Cəmili sərbəst buraxmış, amma Anarı saxlamışdırlar. İş üzrə şahidlərin doğru ifadə vermədiklərini, xəstə olduğu üçün belə halların onu sarsıtdığını bildirmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadələrində Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 23:15 radələrində tanışı Cəmil adlı şəxslə birlikdə Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən «Bravo» marketin arxa tərəfində olduğu zaman, Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onun narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməsində və silah-sursat saxlamağında şübhəli olduğunu bildirərək onu və Cəmili araşdırma aparılmasından ötrü Sumqayıt ŞPİ-nə dəvət etmişdirlər. Bundan sonra polis əməkdaşlarına etiraz etmədən onlarla birlikdə Sumqayıt şəhər Polis İdarəsinə gəlmişlər. Pİ-də olan zaman onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və buna etiraz etməmişdir. Üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələri barədə bildiriş və təqdim edilmiş siyahıdan seçdiyi hüquqlarının müdafiəsini təmin edəcək vəkil X4 təqdim olunmuş, daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək, üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa, həmin əşyanı təqdim etməyi təklif olunmuşdur. Həmin vaxt özü sağ əlində saxladığı qara rəngli parça materialdan olan idman çantasını masanın üzərinə qoymaqla təqdim etmiş və çantanın içərisində müxtəlif növ narkotik vasitələr, bir ədəd «Kalaşnikov» tipli avtomat və həmin avtomata aid sursatlar olduğunu bildirmişdir. Təqdim etdiyi bir ədəd qara rəngli çanta açılaraq içərisinə baxış keçirilmiş, baxış zamanı həmin çantanın içərisində dəmir korpus hissəsinin üst hissəsində «470» rəqəmləri, alt hissəsində isə «32647» rəqəmləri yazılmış bir ədəd «Kalaşnikov» tipli avtomat, bir ədəd «Kalaşnikov» tipli avtomata aid boş patron darağı, şəffaf rəngli sellofana bükülmüş halda olan 07 ədəd «Kalaşnikov» tipli avtomata aid 5.45 kalibirli patronlar, həmçinin iki ədəd hər biri şəffaf rəngli yapışqan lentlə bərkidilmiş halda olan büküm aşkar olunmuşdur. Sorğu zamanı təqdim etdiyi maddələrin narkotik maddələr olduğunu, həmin maddələri və aşkar edilmiş silah-sursatı təxminən bir ay əvvəl «İnstagram» sosial şəbəkəsində dostu Anar adlı şəxsin vaistəsi ilə tanış olduğu Əli adlı İran vətəndaşı ilə mobil telefonunun «Whatsapp» proqramı vasitəsi ilə əlaqə saxlamaqla Əli mobil telefonuna göndərdiyi fotoşəkillərlə istiqamətləndirdiyi və qoyduğu ərazidən Əli adlı İran vətəndaşının bildirəcəyi əraziyə qoymaq məqsədilə götürdüyünü və əldə edərək özündə saxladığını bildirmişdir. Aşkar edilmiş və hər biri şəffaf rəngli yapışqan lentlə bərkidilmiş halda olan 1-ci bükümə baxış keçirildikdə içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddənin, 2-ci bükümün içərisində qara rəngli narkotik maddə tiryəkə bənzər maddənin olduğu aşkar edilmişdir. Aşkar edilmiş 1-ci bükümün içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddənin tərəziyə qoyulub çəkilən zaman həmin maddənin büküldüyü sellofanla birlikdə çəkisinin 1033 qram olduğu müəyyən edilmişdir. 2-ci bükümün içərisində qara rəngli narkotik maddə tiryəkə bənzər maddə elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddənin büküldüyü sellofanla birlikdə çəkisinin 967 qram olduğu müəyyən edilmişdir. Bu çəkilərə etiraz etməmiş, aşkar edilmiş həmin maddələr Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün ayrı-ayrılıqda xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. Həmçinin aşkar edilmiş bir ədəd «Kalaşnikov» tipli avtomat, bir ədəd «Kalaşnikov» tipli avtomata aid boş patron darağı, şəffaf rəngli sellofana bükülmüş halda olan 7 ədəd «Kalaşnikov» tipli avtomata aid 5,45 kalibrli patronlar Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. Bundan sonra üzərinə şəxsi axtırış keçirilən zaman əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən aşkar edilmiş, bir ədəd “redmi” markalı mobil telefonu, xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənmiş, əlində olan üzərində «Champion» yazısı olan əl çantası iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Bundan sonra üzərinə axtarış keçirilən zaman üzərindən qanunla saxlanması və gəzdirilməsi qadağan olunmuş əşya və maddə aşkar edilməmiş, şəxsi axtarış zamanı vəkili X4 tərəfindən verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş maddələrin narkotik vasitələr, silah-sursat olduğunu və özünə məxsus olduğunu, polis əməkdaşları tərəfindən saxlanılarkən və Polis İdarəsində olarkən qanunsuz hərəkətlərə, işgəncələrə məruz qalmadığını bildirmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən, Pİ-nə gətirilərkən, habelə Pİ-də olan zaman polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki təsir və təzyiq göstərilməmiş, barəsində aparılan araşdırma ilə bağlı heç bir şikayət və tələbi olmamışdır. Narkotik vasitələrin alqı satqısı ilə məşğul olmamış, ancaq özü istifadə etmək üçün əldə etmiş, Əli adlı şəxsdən əvvəllər narkotik vasitə almamış, onu sosial şəbəkə vasitəsi ilə tanımışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən yanında olmuş Cəmil adlı şəxsin narkotik vasitələr və odlu silah götürəcəyindən xəbəri olmamış, Cəmil adlı şəxsə narkotik vasitə və ya psixotrop maddə verməmiş və birlikdə narkotik vasitələrdən istifadə etməmişdir. Təqsirləndirilən şəxs1 elan edilmiş ifadəsi ilə bağlı ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs2 qonşusudur. Onu uşaq vaxtlarından tanımış, təxminən bir il əvvəl Anarın narkotik vasitə istifadə etdiyini bilmişdir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə üzərində dostu Şahid5 məxsus telefon olmuş, həmin telefonda isə 077 *** ** ** saylı nömrə olmuşdur. Həmin telefon vasitəsi ilə Anarın istifadəsində olan 070 *** ** ** mobil telefonla əlaqə saxlamış, Anar həmin nömrənin «Whatsapp» tətbiqi vasitəsi ilə ona narkotikin olduğu yerin şəklini göndərmiş, həmin şəkli isə Anara iranlı göndərmiş, Anar da ona yönləndirmişdir. O, Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Bravo” marketin arxa hissəsinə təxminən 20 qram narkotik vasitə olan marixuana götürməyə getmiş, getdiyi yerdə əl çantasında külli miqdarda narkotik vasitə və odlu silah olmasından məlumatı olmamış, üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilmiş narkotik vasitə və odlu silah ona məxsus olmasa da, ona edilmiş fiziki təziqlərə görə həmin narkotik vasitə və odlu silahın özünə məxsus olduğunu etiraf etməyə məcbur olmuş, polis əməkdaşları tərəfindən saxlanılarkən, eləcə də polis idarəsində olarkən ona qarşı fiziki zor tətbiq edilmiş, narkotik tərkibli və psixotrop maddələrin alqı satqısı ilə məşğul olmamışdır. Məhkəmə istintaqı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü elan olunmuş ittiham üzrə təqsirsiz bilərək ifadəsində göstərmişdir ki, o, tutulana qədər 2 il müddətində narkotik vasitələrdən istifadə etmiş, reabilitasiya mərkəzindən yeni çıxdığı üçün narkotik vasitə istifadə etməmişdir. Zamirin tutulmağından 3-4 gün sonra o da polis əməkdaşları tərəfindən saxlanılmışdır. O, Zamirlə qonşu olmuş, eyni məhəllədə yaşamışdırlar. Zamirin tutulmağından xəbəri olmuş, evdə yatdığı zaman polis əməkdaşları tərəfindən saxlanılaraq bölməyə aparılmış, bölmədə olan zaman ona qarşı təzyiqlər edilmiş və polis əməkdaşları tərəfindən döyülmüşdür. Avtomat ona aid olmamış, polis əməkdaşları onları başqa maddələrlə yükləmişdirlər. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq narkotik vasitə marixuana istifadə etdiyini, reabilitasiya mərkəzində müalicə aldığını, müalicədən əvvəl tiryək istifadə etdiyini bildirmişdir. Telefonunda İİR vətəndaşı olan Seyid adlı şəxsin nömrəsi olmuş, İİR vətəndaşı ilə yazışmaları olmuş, ondan istidafəsi üçün narkotik vasitə istəmiş, lakin onunla narkotik vasitələrin satışı ilə bağlı söhbəti olmamışdır. Zamir öz şəxsiyyət vəsiqəsinin surətini İİR vətəndaşına özü göndərmiş, Zamir özü 05 qram tiryək götürməli olmuşdur. Bıçaq kolleksiyası olmuş, İİR vətəndaşı ilə mesajlaşmada “dəmir” dedikdə bıçaq və s. nəzərdə tutmuş, “dımir” dedikdə avtomatı nəzərdə tutmamış, avtomatın onunla əlaqəsi olmamışdır. O, fevral ayının 27-i tutulmuş, həmin gün Zamirin tutulduğundan xəbəri olmuşdur. Təqsirləndirilən şəxs müdafiəçilərin suallarına cavab olaraq bildirmişdir ki, o, narkotik vasitə istifadəçisidir. İİR vətəndaşından narkotik vasitəni şəxsi istifadəsi üçün istəmiş, ondan odlu silah istəməmişdir. Zamirin həmin ərəfədə mobil telefonu olmamışdır. Polis idarəsində olan zaman üzərində heç nə olmamış, polis əməkdaşları tərəfindən onlara qarşı hədə-qorxu gəlinmiş və təzyiqlər olunmuşdur. Dəmirdən kolleksiya yığdığı üçün o məzmunda mesajlaşma olmuş, Zamirin şəxsiyyət vəsiqəsini İİR vətəndaşına göndərməmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadələrində Cinayət Məcəlləsinin 228.2.1, 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun məhəllə uşağıdır. O da narkotik vasitələrdən istifadə edir. Təxminən 1 ay bundan öncə iran nömrəsindən ona məxsus ***- ***-**-** mobil telefon nömrəsinin «Whatsapp» tətbiqinə zəng gəlmiş, həmin şəxs iranlı olduğunu və adının Əli olduğunu demişdir. Həmin şəxs sonra narkotik vasitələr satdığını da demiş, o narkotik vasitəni ucuz satdığından almaq üçün onunla razılaşmışdır. Bir neçə dəfə həmin şəxs ona narkotik vasitə satmış, o, ilk əvvəl narkotik vasitənin qoyulduğu yerin şəklini atmış, bundan sonra həmin yerdən narkotik vasitəni götürüb onun kart hesabına pul göndərmişdir. Həmin iranlı ilə danışan zaman gah adının Əli olduğunu, gah da Şahab olduğunu demiş, xx.xx.2024-cü il tarixində iranlı ilə tanışı Zamiri tanış etmiş, Zamir onun telefonu ilə iranlı ilə görüntülü danışmışdır. Həmin gün iranlı onun «Whatsapp» tətbiqinə şəkil göndərmiş və oraya narkotik vasitə və silah qoyduğunu demişdir. İlk öncə qorxmuş, fikirləşmişdir ki, silah ona lazım deyil və tutula bilər. Sonra fikirləşmişdir ki, narkotik vasitəni götürüb istifadə edərlər və pulları olmadığına görə iranlıya pul da göndərməzlər. Bundan sonra iranlının ona göndərdiyi şəkli Zamirin müvəqqəti istifadə etdiyi ***-***-**-** mobil telefon nömrəsinin «Whatsapp» tətbiqinə göndərmiş, Zamir həmin narkotik vasitəni götürməyə getmiş, sonra isə ondan xəbər tuta bilməmişdir. xx.xx.2024-cü il tarixində, saat təxminən 14 radələrində yaşadığı evdə olan zaman polis əməkdaşları axtarış qərarı ilə evə gəlib onu saxlayaraq Suqmayıt ŞPİ-nə gətirmişlər. Orada müstəntiq Səid Məmmədov tərəfindən ona hüquqları izah edilmiş və növbətçi vəkillərin siyahısı təqdim edilmişdir. Həmin siyahıdan X1 və vəkil idarəyə dəvət olunmuşdur. Vəkil gələndən sonra isə üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmiş, həmin vaxt əynində olan gödəkcəsinin sağ yan cibindən 01 ədəd sellofan bükümdə olan marixuananı çıxarıb təqdim etmiş və istifadəsi üçün üzərində saxladığını demişdir. Daha sonra əynində olan cins şalvarın sağ yan cibindən istifadəsində olan qara rəngli “Xiaomi” markalı mobil telefonuda çıxarıb təqdim etmişdir. Qeyd olunan marixuana elektron tərəzi vasitəsi ilə çəkildikdə çəkisinin 8,2 qram olduğu müəyyən edilmişdir. Bundan sonra həmin marixuana müvafiq qaydada qablaşdırılmış, protokol tərtib edilmiş və protokolla tanış olandan sonra imzası ilə təsdiq etmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitəni Əli və ya Şahab adlı iranlıdan şəxsi istifadəsi üçün almış, iranlı ilk əvvəl narkotik vasitənin olduğu yerin şəklini ona göndərmiş, sonra həmin narkotik vasitəni olduğu yerdən götürmüşdür. Narkotik vasitə üçün iranlının kartına pul göndərmiş, ancaq həmin kartın nömrəsini və iranlının telefon nömrəsini də unutmuşdur. Təqsirləndirilən şəxs1 ilə birlikdə iranlı ilə danışan zaman o, narkotik vasitə və silah qoyduracağını demiş, ancaq özü tərəddüd edərək həmin yerə getməmiş, Zamir isə həmin şəkildə göstərilən yerə getmişdir. Polis idarəsinə gətirilərkən və polis idarəsində olarkən polis əməkdaşları tərəfindən ona qarşı fiziki zor tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi digər ifadəsində bildirmişdir ki, İran İslam Respublikası vətəndaşı ilə danışarkən o narkotik vasitə ilə bərabər dəyərini sonradan ödəmək şərti ilə silah da verə biləcəyini desə də, həmin şəxsdən aldığı narkotik vasitənin dəyərini ödəməmək və narkotik vasitəni istifadə etmək fikri olduğundan onu inandırmaq üçün pulu olanda silahı alacağını demiş, ancaq silahın həmin gün yəni, xx.xx.2024-cü il tarixdə göndəriləcəyindən məlumatsız olmuş, silah deyəndə tapança nəzərdə tutmuş, İİR vətəndaşından əvvəllər narkotik vasitə almamış, üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilmiş narkotik vasitə özünə məxsus olmamış, həmin narkotik vasitə polis əməkdaşları tərəfindən üzərinə qoyulmuş, ona edilmiş təziqlərə görə həmin narkotik vasitənin özünə məxsus olduğunu etiraf etməyə məcbur olmuş, polis əməkdaşları tərəfindən saxlanılarkən, eləcə də polis idarəsində olarkən ona qarşı fiziki zor tətbiq edilməsə də, polis əməkdaşları onun “üzünə adam qoyub” narkotik vasitələrin alqı satqısı ilə məşğul olan şəxs kimi sənədləşdirəcəklərini bildirməklə ona təzyiq etmiş, Zamirin götürməyə getdiyi narkotik vasitənin külli miqdarda olacağından məlumatı olmamış, beş qram narkotik vasitə olan marixuana və beş qaram da narkotik vasitə olan tiryək göndəriləcəyini güman etmiş, narkotik vasitə və psixotrop maddələrin alqı satqısı ilə məşğul olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi tədqiq edir. Məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş 29 fevral 2024-cü il tarixli üzləşdirmə protokolunun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq qarşısındakı şəxsi qonşusu Anar kimi tanıdığını və istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. O, İİR vətandaşı ilə onu Təqsirləndirilən şəxs2 tanış etməsini, Anarın telefonu vasitəsilə iranlı ilə əlaqə saxladığını, tutulduğu gün İİR vətəndaşının Anara narkotik vasitəni qoydurduğu yerin şəklini göndərdiyini, Anarın da həmin şəkli “Whatsapp” tətbiqi vasitəsi ilə göndərdiyini, danışıqlarına əsasən həmin narkotik vasitəni qoyulduğu yerdən götürüb Anara aparmalı olduğunu, bundan sonra İİR vətəndaşının onlara ya narkotik vasitə, ya da pul göndərməli olduğunu Təqsirləndirilən şəxs2 üzünə qarşı bir daha demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin CAŞın əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, təqribən 22- 23 fevral tarixlərində Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz olaraq saxlaması, daşıması, eləcə də odlu silah sursatlarının üzərində gəzdirməsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat tədbirləri həyata keçirilmişdir. Təqsirləndirilən şəxs1 və yanında olan digər şəxs Şahid5 yaxınlaşaraq özlərini təqdim etmiş və onları Sumqayıt ŞPİ-nə dəvət edilmişdirlər. Onlar könüllü olaraq idarəyə getmiş, Sumqayıt ŞPİ-nin xidməti otaqlarının birində müdafiəçilərin iştirakı ilə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 narkotik vasitələri və odlu silahı təqdim etmişdir. O, Təqsirləndirilən şəxs2 saxlanılmasında iştirak etməmiş, Təqsirləndirilən şəxs1 saxlanılmasında iştirak etmişdir. Aşkar olunmuş narkotik vasitələr tiryək, marixuana, silah və onun sursatları olmuşdur. Həmin narkotik vasitələrin çəkilərini xatırlamadığını, onların xırda bağlamalarda olmadığını, böyük ölçüdə olan bağlamalarda olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 özü hər şeyi etiraf etmiş və “mən narkotik vasitəni İİR vətəndaşından əldə etmişəm, konumla gəlmişəm və Anar adlı şəxs üçün götürmüşəm” demişdir. Təqsirləndirilən şəxs1 üzərində çantası olmuş və idarədə çantasını özü təqdim etmişdir. Hadisə yerinə tək getməmiş, digər polis əməkdaşları ilə getmişdir. Təqsirləndirilən şəxs1 saxlanılan zaman qaçmağa cəhd etməmişdir. Şahid Sumqayıt ŞPİ-nin CAŞ-ın əməliyyat müvəkkili, polis kapitanı Şahid1 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi xx.xx.2024-cü il tarixli ifadəsində göstərmişdir ki, 2012-ci ildən DİO-da, hazırda tutduğu vəzifədə, yəni Sumqayıt ŞPİ-nin CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində isə 2023-cü ildən xidmət aparmağa başlamışdır. Sonuncu dəfə yəni xx.xx.2024-cü il tarixdə xidmət etdiyi Sumqayıt ŞPİ-nin CAŞ- nə Zamir adlı şəxsin narkotik tərkibli və psixotrop maddələrin, eləcədə odlu silah və döyüş sursatının qanunsuz olaraq əldə edilməsi, saxlanması, satışı ilə məşğul olması ehtimalı olması barədə əməliyyat məlumatı daxil olduğundan, Zamir adlı şəxsin şəxsiyyətinin müəyyən olunması və onun narkotik tərkibli və psixotrop maddələrin, eləcədə odlu silahın və döyüş sursatının qanunsuz olaraq əldə edilməsi, saxlanması və satışı ilə məşğul olub-olmamasını müəyyən etmək məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə tərəfindən qərar qəbul edilmişdir. Bundan sonra keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Zamir adlı şəxsin xx.xx.2004-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, K.Kərimov küçəsi, ev 15, mənzil 64-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs1 olduğu müəyyən edilmişdir. Daha sonra əməliyyat-axtarış tədbirləri davam etdirilmiş və həmin gün saat 23:15-də Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Bravo” marketin arxasında Təqsirləndirilən şəxs1 və onun yanındakı sonradan anket məlumatları onlara məlum olan Şahid5 Sumqayıt ŞPİ-nin CAŞ-nin cinayət axtarışı üzrə kiçik inspektorları Şahid3 və Şahid2la yaxınlaşaraq Təqsirləndirilən şəxs1ı və yanındakı şəxsi saxlamışlar. Daha sonra onlara özlərini təqdim edib, narkotik tərkibli maddələri və psixotrop maddələri, eləcədə odlu silahı və döyüş sursatını qanunsuz olaraq əldə etməkdə, üzərində gəzdirməkdə, istifadə etməkdə, həmçinin satışı ilə məşğul olmaqda şübhəli olduqlarından saxlanıldıqlarını izah edib, onlarla birlikdə Sumqayıt ŞPİ-nə getməli olduqlarını bildirdikdə, Təqsirləndirilən şəxs1 və yanındakı Şahid5 etiraz etmədən onlarla birlikdə gedəcəklərini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs1 və Şahid5 Sumqayıt ŞPİ-nə gətirib, raport tərtib etməklə təhvil vermişlər. Daha sonra xidməti otaqların birində onun, Sumqayıt ŞPİ-nin CAŞ-nin cinayət axtarışı üzrə kiçik inspektorları Şahid3 və Şahid2, eləcədə Təqsirləndirilən şəxs1 hüquq və qanuni mənafelərinin müdafiəsi üçün dəvət edilmiş Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri izah edilməklə, narkotik tərkibli maddələri və psixotrop maddələri, eləcə də odlu silahı və döyüş sursatını qanunsuz olaraq əldə edilməsində, saxlanmasında, qəbulunda, eləcədə satışı ilə məşğul olmaqda şübhəli bilindiyindən xidməti otaqda video kameranın yaddaşına qeyd etməklə üzərinə şəxsi axtarış aparılacağı bildirilmişdir. Şəxsi axtarış aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs1 video kameranın yaddaşına qeyd etməklə üzərinə şəxsi axtarış aparılmasına dair etirazının olub olmaması soruşulduqda, o heç bir etirazının olmadığını bildirmişdir. Daha sonra müstəntiq tərəfindən Təqsirləndirilən şəxs1 üzərində olan qanunla saxlanması və daşınması qadağan edilmiş əşyaları təqdim etməsi təklif edildikdə, Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə və psixotrop maddə olduğunu təsdiq edərək sağ əlində saxladığı qara rəngli idman çantasını təqdim etmiş və həmin çantanın içərisində narkotik vasitə, odlu silah və həmin odlu silaha aid döyüş sursatının olduğunu, çantanı isə tanışı Anar adlı şəxsin ona göndərdiyi fotoşəkillər və konum əsasında qoyulduğu yerdən sonradan tanışı Anar adlı şəxsin vasitəsi ilə sosial şəbəkədə tanış olduğu, ancaq adının “Əli” və İran İslam Respublikası vətəndaşı olduğunu bildiyi şəxsin deyəcəyi yerə qoymaq üçün götürərək üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 tərəfindən təqdim edilmiş çantanın içərisinə baxış keçirildikdə həmin çantanın içərisindən sellofan bükümlər və bir ədəd sellofana bükülmüş vəziyyətdə “Kalaşnikov” markalı avtomat silahı, eləcədə döyüş sursatları aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirildikdə onun əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd mobil telefon aşkar edilmiş, Təqsirləndirilən şəxs1 üzərindən digər qanunla saxlanılması və ya daşınması qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 tərəfindən təqdim edilmiş qara rəngli idman çantasının içərisindən aşkar edilmiş sellofan bağlamalara ardıcıl olaraq baxış keçirilərkən ilk sellofan bağlamanın içərisindən odlu silah olan “Kalaşnikov” markalı avtomat silahı, bir ədəd patron darağı, həmin patron darağının içərisindən isə yeddi ədəd patron aşkar edilmiş, sonra isə qablaşdırılaraq götürülmüşdür. Daha sonra idman çantasının içərisindən aşkar edilərək götürülmüş ikinci sellofan bağlamanın içərisinə baxış keçirilərkən həmin sellofan bağlamanın içərisindən bitki tərkibli kütlə aşkar edilmiş, həmin sellofan bağlama elektron tərəzidə çəkilərkən ümumi çəkisinin 1033 qram olması müəyyən edilmiş, sonra isə qablaşdırılaraq götürülmüşdür. Qara rəngli idman çantasının içərisindən aşkar edilərək götürülmüş üçüncü sellofan bağlamanın içərisinə baxış keçirilərkən həmin sellofan bağlamanın içərisindən qara rəngli, narkotik vasitə olan tiryək şkar edilmiş, sonra isə elektron tərəzidə çəkilərkən ümumi çəkisinin 967 qram olması müəyyən edilmiş və qablaşdırılaraq götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilmiş mobil telefon da araşdırma üzrə əhəmiyyət kəsb etdiyi ona izah edilərək götürülmüş, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilmiş əl çantası isə araşdırma üzrə əhəmiyyət kəsb etmədiyi izah edilərək onun özünə geri qaytarılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs1n üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, protokola əlavə və düzəlişlər daxil olmadığı üçün üzərində iştirakçılar tərəfindən imzalar edilmiş, oda öz növbəsində tərtib edilmiş protokolla tanış olaraq doğruluğunu imzası ilə təsdiq etmişdir. Şahid1 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi xx.xx.2024-cü il tarixli ifadəsində göstərmişdir ki, 9-cu mikrorayon ərazisində yerləşən “Bravo” marketin arxasında saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilmiş Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitə qurudulmuş marixuana və tiryəki, eləcədə odlu silah hesab edilən “Kalaşnikov” markalı avtomat silahını, həmin avtomat silaha aid daraq və döyüş sursatı hesab edilən 07 ədəd patronu Təqsirləndirilən şəxs1 ifadəsində Anar adlı şəxsin ona göndərdiyi fotoşəkillər və konum əsasında qoyulduğu yerdən sonradan tanışı Anar adlı şəxsin vasitəsi ilə sosial şəbəkədə tanış olduğu, ancaq adının “Əli” və İran İslam Respublikası vətəndaşı olduğunu bildiyi şəxsin deyəcəyi yerə qoymaq üçün götürərək üzərində gəzdirdiyini bildirdiyindən, həmçinin keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Anar adlı şəxsin xx.xx.1984-cü ildə Ağdam şəhərində anadan olmuş, ünvan 1də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs2 olduğu müəyyən edilib, bu barədə istintaqa məlumat verilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 müəyyən edilməsi məqsədilə xx.xx.2024-cü il tarixdə şübhəli şəxs barəsində axtarış elan edilməsi haqqında qərar qəbul edildiyindən və həmin qərarın icra edilməsi Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşlarına həvalə edildiyindən, tərəflərindən keçirilmiş əməliyyat axtarış tədbirləri ilə Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 1 ünvanında olduğu müəyyən edilmişdir. Daha sonra isə həmin gün göstərdiyi ünvana Sumqayıt ŞPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili Şahid4 və cinayət axtarışı üzrə kiçik inspektoru Şahid3la gedərək Təqsirləndirilən şəxs2 saxlamışlar. Daha sonra ona özlərini təqdim edib, barəsindəki qərarla tanış edərək ona birlikdə Sumqayıt ŞPİ-nə getməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs2 isə etiraz etmədən onlarla birlikdə gedəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 Sumqayıt ŞPİ-nə gətirib istintaqa təhvil vermişlər. Daha sonra xidməti otaqların birində onun, Sumqayıt ŞPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili Şahid4 və cinayət axtarışı üzrə kiçik inspektoru Şahid3, eləcədə Təqsirləndirilən şəxs2 hüquq və qanuni mənafelərinin müdafiəsi üçün dəvət edilmiş Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X5 iştirakları ilə Təqsirləndirilən şəxs2 hüquq və vəzifələri izah edilməklə, narkotik tərkibli maddələri və psixotrop maddələri qanunsuz olaraq əldə edilməsində, saxlanmasında, qəbulunda, eləcədə satışı ilə məşğul olmaqda şübhəli bilindiyindən xidməti otaqda video kameranın yaddaşına qeyd etməklə üzərinə şəxsi axtarış aparılacağı bildirilmişdir. Şəxsi axtarış aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs2 video kameranın yaddaşına qeyd etməklə üzərinə şəxsi axtarış aparılmasına dair etirazının olub olmaması soruşulduqda, o, heç bir etirazının olmadığını bildirmişdir. Daha sonra müstəntiq tərəfindən Təqsirləndirilən şəxs2 üzərində olan qanunla saxlanması və daşınması qadağan edilmiş əşyaları təqdim etməsi təklif edildikdə, Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə olduğunu təsdiq edərək xidməti otaqdakı masaya yaxınlaşmış, bundan sonra o ilk əvvəl əynindəki gödəkcənin sağ yan cibindən bir ədəd sellofan bükümü, daha sonra əynindəki şalvarın sağ yan cibindən bir ədəd mobil telefonu, daha sonra əynindəki şalvarın arxa sağ cibindən bir ədəd cib dəsmalını çıxarıb təqdim etməklə xidməti otaqdakı masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş, ancaq onun üzərindən digər qanunla saxlanılması və ya daşınması qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs2 aşkar edilmiş bükümdəki maddənin nə olduğunu, nə vaxt, kimdən və nə məqsədlə əldə edib üzərində gəzdirdiyini soruşduqda, o təqdim etdiyi bükümdəki maddənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, narkotik vasitəni sosial şəbəkədə tanışı olduğu ancaq adının Şahab və İran İslam Respublikası vətəndaşı olduğunu bildiyi şəxsdən şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş bir ədəd sellofan bükümün içərisinə baxış keçirilərkən həmin bükümün içərisindən yaşıl rəngli, bitki mənşəli kütlə aşkar edilmişdir. Daha sonra aşkar edilmiş bükümdəki kütlə elektron tərəzidə çəkildikdə, ümumi çəkisinin 8,2 qram olduğu müəyyən edilmiş, bundan sonra isə qablaşdırılaraq götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilmiş mobil telefonda araşdırma üzrə əhəmiyyət kəsb etdiyi ona izah edilərək götürülmüş, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilmiş cib dəsmalı isə araşdırma üzrə əhəmiyyət kəsb etmədiyi izah edilərək onun özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ifadəsində üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitəni, odlu silahı və odlu silahın komplekt hissələrini onun vasitəsi ilə sosial şəbəkədə tanış olduğu Əli adlı İran İslam Respublikası vətəndaşından əldə etdiyini, narkotik vasitə və odlu silahı onun mobil telefonuna göndərdiyi konum yerindən götürdüyü bildirməsi barədə məlumat verib, həmin şəxsi tanıyıb tanımadığını, aralarında nə kimi əlaqələrin olmasını soruşduqda, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1ı xeyli müddətdir tanıdığını, Təqsirləndirilən şəxs1 ona məxsus mobil telefondan istifadə etdiyini, onun narkotik vasitə əldə etdiyi İran İslam Respublikası vətəndaşı ilədə onun mobil telefonundan istifadə etməklə əlaqə saxladığını bildirmişdir. Sonda Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, protokola əlavə və düzəlişlər daxil olmadığı üçün üzərində iştirakçılar tərəfindən imzalar edilmiş, oda öz növbəsində tərtib edilmiş protokolla tanış olaraq doğruluğunu imzası ilə təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin CAŞ-ın baş əməliyyat müvəkkili, polis mayoru Şahid4 Zellabdin oğlu ifadəsində göstərmişdir ki, cinayət-axtarış şöbəsinə Təqsirləndirilən şəxs1 barəsində daxil olmuş əməliyyat məlumatı əsasında Sumqayıt şəhərində “Bravo” marketin arxasında Təqsirləndirilən şəxs1 saxlanılaraq polis idarəsinə aparılmışdır. Polis idarəsində onun üzərinə axtarış keçirilərkən külli miqdarda narkotik vasitə olan marixuana və odlu silah hesab olunan “Kalaşnikov” avtomatı aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 vasitəsilə tanış olduğu İİR vətəndaşının Anara göndərdiyi konum əsasında hadisə yerinə getdiyini bildirmişdir. Sonradan Anar adlı şəxsin anket məlumatları məlum olmuş, Təqsirləndirilən şəxs2 barəsində axtarış elan olunduqdan sonra keçirilmiş tədbirlər nəticəsində Anar adlı şəxsin yaşadığı ünvan H.Z.Tağıyev qəsəbəsi müəyyən olunmuşdur. Əməliyyat müvəkkili Elnur və Həbiblə birlikdə həmin yerə getmiş, Təqsirləndirilən şəxs2 tərəflərindən saxlanılmış, polis idarəsinə aparılmışdır. İdarədə vəkilin iştirakı ilə video çəkiliş vasitəsilə Təqsirləndirilən şəxs2 üzərinə axtarış keçirilmişdir. Axtarış zamanı gödəkçəsinin cibindən sellofana bükülmüş narkotik vasitə marixuana və telefon aşkar olunmuşdur. Özü bildirmişdir ki, narkotik vasitəni İİR vətəndaşından almışdır. O, Təqsirləndirilən şəxs1 yaşadığı mənzilə baxış keçirilmədiyini, Təqsirləndirilən şəxs2 saxlanılmasında iştirak etdiyini, lakin Təqsirləndirilən şəxs1ı saxlayarkən yanında kimin olduğunu bilmədiyini qeyd etmişdir. Zamir çantanı götürdükdən sonra ona yaxınlaşmış və o, polis əməkdaşlarına qarşı müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs2 evində saxlanılmasında iştirak etdiyini və onun üzərinə şəxsi axtarışı polis idarəsinə apardıqdan sonra vəkilin iştirakı ilə video çəkiliş vasitəsilə həyata keçirildiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin CAŞın cinayət axtarışı üzrə kiçik inspektoru, polis baş serjantı Şahid2 ifadəsində göstərmişdir ki, 2024-cü ilin əvvəlində Sumqayıt ŞPİ-nin əməkdaşı Şahid1 icraatına daxil olmuş əməliyyat məlumatı əsasında Sumqayıt ŞPİ-nin digər əməkdaşı Şahid3 və o bir yerdə kömək məqsədi ilə gecə radələrində Sumqayıt şəhəri, 9-cu mkr. ərazisində yerləşən “Bravo” marketin yaxınlığında 2 nəfər şəxsi saxlamış, saxlanılan zaman şəxslərin əllərində qara rəngli çanta da olmuşdur. Onlar şübhəli olduğu üçün Sumqayıt ŞPİ-nə aparılmış, Sumqayıt ŞPİ-nin xidməti otaqlarının birində müdafiəçilərin iştirakı ilə üzərinə baxış keçirilmiş bu zamanı avtomat, qara rəngli bağlamada narkotik vasitə olan tiryək və marixuana aşkar olunmuşdur. Təqsirləndirilən şəxs özü hər şeyi etiraf etmiş və narkotik vasitəni İİR vətəndaşından əldə etdiyini, konumla gəldiyini və onu bir nəfərə verəcəyini demişdir. O, Təqsirləndirilən şəxs2 saxlanılmasında iştirak etməmiş, Təqsirləndirilən şəxs1 saxlanılan zaman qaçmağa cəhd etmədiyini bildirmişdir. Şahid Sumqayıt ŞPİ-nin CAŞ-nın cinayət axtarışı üzrə kiçik inspektoru Şahid2 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Şahid1 Hafıs oğlunun xx.xx.2024-cü il tarixli ifadəsi ilə oxşar məzmunlu ifadə vemişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin CAŞ-nın cinayət axtarışı üzrə kiçik inspektoru, polis baş serjantı Şahid3 ifadəsində göstərmişdir ki, Şahid1 icraatına Təqsirləndirilən şəxs1 qanunsuz olaraq silah və onun sursatlarını gəzdirmə, narkotik vasitələrin satışı və əldə edilməsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 23 fevral tarixində gecə radələrində Sumqayıt şəhəri, 9-cu mkr, “Bravo” marketin arxasında Təqsirləndirilən şəxs1 və onun yanında bir nəfər şəxs tərəflərindən saxlanılmışdır. Özlərini onlara təqdim edərək Sumqayıt ŞPİ-nə dəvət etmiş, daha sonra idarənin xidməti otaqlarının birində video çəkiliş vasitəsilə müdafiəçinin iştirakı ilə qanunla qadağan olunmuş nə varsa, təqdim etmələri izah edilmişdir. Təqsirləndirilən şəxs1 əlində saxladığı çantanı özü təqdim etmiş, həmin çantanın içərisindən avtomat, onun sursatları və narkotik vasitələr aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1 aşkar olunan maddələri haradan əldə etdiyini soruşduqda, tanışı Təqsirləndirilən şəxs2 ona konum olaraq şəkil göndərdiyini və gedib götürdüyünü bildirmişdir. O, Təqsirləndirilən şəxs2 saxlanılmasında iştirak etməmişdir. Təqsirləndirilən şəxs1 saxlanılarkən üzərinə axtarış keçirilməmişdir. Şahid Sumqayıt ŞPİ-nin CAŞ-nın cinayət axtarışı üzrə kiçik inspektoru Şahid3 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Şahid1 Hafıs oğlunun xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli ifadələri ilə oxşar məzmunlu ifadə vemişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid5 ifadəsində göstərmişdir ki, hadisədən bir gün əvvəl istifadəsində olan mobil telefon Təqsirləndirilən şəxs1 olmuşdur. Telefonunun əvvəlcə Zamirdə olmağına narazı olmuş, daha sonra isə razılaşmışdır. Sumqayıt şəhəri, 9-cu mkr, “Bravo” marketin yaxınlığında parkda gəzərkən Zamiri görmüş və telefonunu almaq məqsədi ilə ona yaxınlaşmış, Zamir ona “gələrsən, çay içərik və bizə gedərik” demiş, daha sonra isə polis əməkdaşları onlara yaxınlaşaraq Sumqayıt ŞPİ-nə aparmışdırlar. O, Təqsirləndirilən şəxs1ı uşaqlıqdan, Təqsirləndirilən şəxs2 isə 2 ildir ki, tanıdığını və əvvəllər narkotik vasitələrdən istifadə etdiyini bildirmişdir. Zamirin özünün telefonu olmadığı üçün evdəkilərlə əlaqə saxlamaq məqsədi ilə ondan telefonu almışdır. Telefonu almaq üçün əvvəlcə Zamir zəng etmiş, o razılaşmamış, daha sonra isə Anar zəng etmiş, Anarın xahişi ilə telefonu Zamirə vermişdir. Zamir polis əməkdaşları tərəfindən saxlanılarkən o da yanında olmuşdur. Polis əməkdaşları Zamiri saxlayarkən heç bir qeyri-qanuni hərəkətlərə yol verməmiş, ona qarşı hər hansı hədəqorxu olunmamışdır. O, Zamirlə qarşılaşdıqda onun nə isə axtardığını görmüş, lakin tapıb götürdüyünü, Zamirin əlində nə isə olduğunu görməmişdir. Aşkar olunmuş çantanı Sumqayıt ŞPİ-nə aparıldıqdan sonra görmüşdür. Şahid5 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 uşaqlıqdan, Təqsirləndirilən şəxs2 isə təxminən iki ildir Zamirin vasitəsi ilə tanımışdır. Münasibətləri normal olmuş, aralarında hər hansı ədavətləri və ya pis münasibətləri olmamışdır. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 ona zəng vuraraq özünə məxsus mobil telefonu bir günlük Zamirə verməyini xahiş etmiş, bununla ilk əvvəl razılaşmasa da, sonradan telefonu Zamirə verməyə razlıq vermişdir. Mobil telefonunu Zamirə verəndə ondan telefonu nə edəcəyini soruşmuş, Zamir isə Sumqayıt şəhərində olan evlərinə gedəcəyindən ona telefon lazım olduğunu bildirmişdir. Bundan sonra özünə məxsus “Redmi” markalı telefonu, üzərində 070 *** ** ** saylı mobil telefon nömrəsi ilə birlikdə Zamirə vermiş, səhəri gün saat təxminən 23-24 radələrində Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Bravo” marketin qarşısında olarkən təsadüfən Zamiri görmüş, onunla görüşdükdə Zamir ilk əvvəl birlikdə çay içmələrini, sonra yaşadıqları qəsəbəyə qayıtmalarını təklif etmişdir. Bununla razılaşmış, Zamir isə sonra işi olduğunu bildirib “Bravo” marketin arxasına tərəf getmişdir. Onun arxası ilə getdikdə Zamirin yerdə nə isə axtardığını görmüş, Zamir ondan təxminən 3-4 metr aralandıqdan sonra əyilib yerdən nə isə götürmüş, həmin vaxt mülki geyimli şəxslər onlara yaxınlaşıb onları saxlamışlar. Daha sonra onlara polis əməkdaşı olduqlarını, narkotik vasitələrin və odlu silahın, eləcədə odlu silahın komplekt hissələrini qanunsuz olaraq əldə etməkdə şübhəli olduqlarını bildirib onları polis idarəsinə dəvət etmişlər. Etiraz etmədən Zamir və polis əməkdaşları ilə birlikdə polis idarəsinə gəlmişdir. Polis idarəsində olarkən Zamirin əlindəki çantadan narkotik vasitə və odlu silah aşkar edildiyini öyrənmiş, bundan sonra ona məlum olan hallar üzrə izahat vermiş, daha sonra isə yaşadığı evə qayıtmışdır. Təqsirləndirilən şəxs1 narkotik vasitə və odlu silah götürməsi üçün Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisinə getməsindən məlumatı olmamış, 2023-cü ilin oktyabr ayına qədər narkotik vasitə qəbul etmiş, bundan sonra isə narkotik vasitə qəbul etməmişdir. Zamirin narkotik vasitə qəbul etməsindən məlumatı olmuş, birlikdə də narkotik vasitə qəbul etmişlər. Ancaq Zamirin narkotik tərkibli və psixotrop maddələrin alqı satqısı ilə məşğul olmasından məlumatsız olmuşdur. Təqsirləndirilən şəxs1la qəbul etdiyi narkotik vasitəni Zamir tapıb gətirmiş, əvvəllər narkotik vasitə qəbul edəndə narkotik vasitənin pulunu Zamirə vermiş, o alıb gətirəndən sonra birlikdə narkotik vasitə qəbul etmişlər. Əvvəllər bir neçə dəfə özünə məxsus mobil telefonu istifadə etməsi üçün Zamirə vermişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2024-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərar, eyni tarix və məzmunlu raportdan görünür ki, Təqsirləndirilən şəxs1 külli miqdarda narkotik vasitəni, odlu silahı və onun komplekt hissələrini qanunsuz olaraq əldə edib üzərində saxlaması və gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan “Şəxsi axtarış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokol və protokola əlavə edilmiş əməliyyat-axtarış tədbirinin videogörüntüsünü əks etdirən 1 ədəd disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxs1 hüqüq və vəzifələri izah olunduqdan sonra üzərində qanunsuz əşya və predmet varsa təqdim etmək təklif olunur. Təqsirləndirilən şəxs1 əlində saxladığı qara rəngli idman çantasını təqdim edir, çantanın içərisinə baxış keçirildikdə içərisindən sellofan bükümlər və bir ədəd sellofana bükülmüş vəziyyətdə “Kalaşnikov” markalı avtomat silah, eləcə də döyüş sursatları aşkar edilir. Həmçinin cibindən bir ədəd mobil telefon aşkar edilərək götürülür. Bağlamanın içərisindən odlu silah olan “Kalaşnikov” markalı avtomat, bir ədəd patron darağı, həmin patron darağının içərisində 07 (yeddi) ədəd “5.45” kalibirli patronlar aşkar olunur. İkinci sellofan bağlamanın içərisindən narkotik vasitə qurudulmuş marixuana, üçüncü sellofan bağlamanın içərisindən narkotik vasitə tiryək aşkar olunur. Bundan sonra isə bütün aşkar olunanlar müvafiq qaydada qablaşdırılaraq möhürlənir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş narkotik vasitə, odlu silah və həmin odlu silaha aid döyüş sursatını tanışı Anar adlı şəxsin ona göndərdiyi fotoşəkillər və konum əsasında qoyulduğu yerdən sonradan tanışı Anar adlı şəxsin vasitəsi ilə sosial şəbəkədə tanış olduğu, “Əli” adlı İran İslam Respublikası vətəndaşı olduğunu bildiyi şəxsin deyəcəyi yerə qoymaq üçün götürərək üzərində gəzdirdiyini, təxminən bir ildir narkotik vasitə istifadə etdiyini, saxlanılarkən yanında Cəlil adlı tanışının olduğunu, Cəlilin onun narkotik vasitə götürməyə getməsindən məlumatı olmadığını, çantanın içərisində odlu silah olmasından ilkin olaraq məlumatsız olduğunu, ancaq çantanı götürdükdən sonra çantanın içərisində odlu silah olmasını öyrəndiyini və saxlanılarkən, eləcə də sonradan polis əməkdaşları tərəfindən ona qarşı fiziki zor tətbiq edilmədiyini, eləcədə digər qeyri qanuni hərəkətlərə yol verilmədiyini bildirmişdir. Cinayət işinin materiallarında olan “Şəxsi axtarış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş əməliyyat-axtarış tədbirinin videogörüntüsünü əks etdirən 1 ədəd disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxs2 hüqüq və vəzifələri izah olunduqdan sonra üzərində qanunsuz əşya və predmet varsa təqdim etmək təklif olunur. Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə olduğunu təsdiq edərək masaya yaxınlaşaraq ilk əvvəl əynindəki gödəkcənin sağ cibindən bir ədəd sellofan bükümü, daha sonra əynindəki şalvarın sağ cibindən bir ədəd mobil telefonu, arxa cibindən bir ədəd cib dəsmalını çıxardaraq masanın üzərinə qoyur. Təqsirləndirilən şəxs2 üzərindən olan bükümün içərisindən narkotik vasitə qurudulmuş marixuana aşkar edilir. Sorğu əsasında Təqsirləndirilən şəxs2 narkotik vasitəni sosial şəbəkədə tanış olduğu Şahab adlı İran İslam Respublikası vətəndaşı olduğunu bildiyi şəxsdən şəxsi istifadəsi üçün əldə etdiyini və Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitə, odlu silahı və odlu silahın komplekt hissələrini onun vasitəsi ilə sosial şəbəkədə tanış olduğu Əli adlı İran İslam Respublikası vətəndaşından əldə etdiyini, narkotik vasitə və odlu silahı onun mobil telefonuna göndərdiyi konum yerindən götürdüyünü bildirmişdir. O, Təqsirləndirilən şəxs1ı xeyli müddətdir tanımış, Təqsirləndirilən şəxs1 ona məxsus mobil telefondan istifadə etmiş, onun narkotik vasitə əldə etdiyi İran İslam Respublikası vətəndaşı ilə də onun mobil telefonundan istifadə etməklə əlaqə saxlamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş 29 may 2024-cü il tarixli “mobil telefona baxış keçirilməsi barədə” protokol və həmin protokola əlavə edilmiş foto şəkillərdən məlum olur ki, Təqsirləndirilən şəxs1 götürülmüş “Redmi” markalı mobil telefonun “Qalareya” bölməsində olan fotoşəkillərdən görünür ki, iki ədəd yan yana olan tikillərin arasındakı boş yerə və tikilərin arxasında yerləşən masaya tərəf istiqamətləndirici işarə qoyulmuş, sonuncu şəkildə isə masanın altında qara rəngli çantanın olduğu və dairəyə alındığı görünür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış aparılarkən aşkar edilərək götürülmüş 01 (bir) ədəd “Xiaomi” markalı mobil telefona baxış keçirilərkən “WhatsApp” adlı proqrama daxil olduqda ekranda “WhatsApp” proqramının işlək vəziyyətə gəldiyi, “WhatsApp” proqramının söhbətlər bölməsinə daxil olduqda orda adları müxtəlif cür qeyd edilmiş şəxslərlə telefondan istifadə edən şəxsin apardığı danışıqlar barədə məlumatların göründüyü, həmin bölmədə adı “Seyit” kimi qeyd edilmiş İran İslam Respublikasında istifadə edilən +98 990 *** **** saylı mobil nömrədən istifadə edən şəxslə mobil telefondan istifadə edən şəxs arasında danışıqların həyata keçirildiyi müəyyən edilmişdir. Daha sonra +98 939 *** **** saylı mobil nömrədən istifadə edən şəxslə mobil telefondan istifadə edən şəxs arasında danışıqların həyata keçirildiyi “Abi quzu kəsim sənə nə var nə yox, mənim bir şərikim var onla danışdım dedi problem yoxdu ataram, yerbəyer edərik, sa quzu kəsim sadəcə sa inamaq üçün, güvənmək üçün, indi özün bilirsəndə, zəmanə dəyişib sa güvənmək üçün ma bir vəsiqə atarsan, yəni vəsiqəni mən istəmirəm, şərikim istiyir, deyir birdən atıb edər, dedim o cür adam deyil, dedi aidə”, “əgər imkan olsa mənə bir vəsiqə atarsan, sa quzu kəsim, özün bilirsəndə, başqa şeyə görə istəmirəm, dedim yəni iştiyək, bir birimizə düz olaq, indi azda mal atmıyacam sənə, götürüb orda 3-4 yüzlük bir şey atacam, “Hə axşamın xeyir qardaşım, axşamin xeyir, hə o nə deməkdi, narahat olma eliyərik, atarıq, şəxsiyyətdə atarıq, niyə olmur, hər şey eliyərik, mən işimi düz görəndən sonra mən elə şeydən narahat deyiləm, hə səndə işini möhkəm tut qardaşım başa düşürəm səni, indi sən bu gün nəsə atmaq istiyirsən, yoxsa sabah nəsə eləmək istiyirsən, bir dənə mənə dəqiq de ona uyğun hərəkət edərək, mənimdə yanımda dostum qardaşım var, şərikim var, lazım olar onun şəxsiyyətini ataram, lazım olar öz şəxsiyyətimi ataram, təki bir birimizlə təmiz iş görək, yəni mən narahat deyiləm, bilirəm tər təmiz iş görürəm”, “səhər olacaq, inşallah, allah ikinizində canını sağ eləsin” “sağ ol abi, yəni mal mənim dəyil, indi özün bilirsəndə yəni yarı yarı pul vermişik, “inşallah səhır axşam çağı yerbə yer eliyirəm, “Hə olsun qardaşım problem yoxdu, həl eliyərik, səhər deyirsən səhər eliyək, indi deyirsən indi eliyək, təksi başlayaq, əsas başlamaqdı, başlamaq lazımdı, dayanmaq olmaz e, iş görmək lazımdı, dayanmaqla heç kim gətirib pul vermir, hərəkət eləmək lazımdı”, ’’İnşallah qardaşım nətəri lazımdı qardaşlıq eliyək, mən razı, o dəmirdən də narahat olma, dəmiri də mən özüm üçün götürəcəm qardaşım, əsas odu başlıyaq, bilək ki nə var, nə yox, məni düz başa düş hao dəmiri mən istiyirəm, özüm üçün götürəcəm sən elə bil ki, o yerbə yer oldu, narahat olma, arxayın olonu mən istiyirəm özüm götürüm, açığı, təmiz söhbət edirəm səninlə”, “Heç nə qardaşım əlaqədəyik də, inşəllah yerbə yer elə əlaqə saxlayaq, götürüm, amma sabah axşam yox ha, elə bil sabah axşam götürsəm, mən biri gün axşam sənin pulunu verəcəm, bildin mən dəqiq deyim, elə bil bir sutka sonra, 24 saat sonra, özüdə hamısını, elə bil ki, nə qədər atılıb, onun hamısını vuracam, indi bax iş görmək istiyirsənsə görək, mənim gözüm üstə, amma təmiz, kişi kimi iş görək, dürüst, tərtəmiz iş görək, qaldı ki dəmirə dəmirədə dəymə qoy qalıb yerində görəssən ki, deyəcəm dəmirin pulu hazırdı vururam, dəmiri at mənə”, “yəni ki, o mənlikdi, ona dəymə qardaşım, rahat ol arxayın ol, bir dənə başlıyaq, mənim plum olsun, yəniki rahat olum, mən istəmirəm ki təzdən sənə xahiş eliyim, mənə nisyə at, obirsi, bu birsi, yox istiyirəm ki, pulumu atam, nə istiyirəm onun pulunu verəm, verəsən səndə mənim əmanətimi, dəmiridə ki özüm üçün istiyirəm, dəymə qoy qalsın qardaşım”, “Heç nə qardaşım çox deyəndə elə olsun ki, mən onun pulunu ata bilim, mən sənə deyərəm, sabahnan inşəllah arxayın danışarıq, indi nəsə ora bura nəsə rahatçılıq yoxdu elə, inşəllah arxayın danışarıq razılaşarıq, həm qiymətdəelə atarsan, artıq istəmirəm, bu gün götürüb sabah onun pulunu sənə vermiyəcəmsə mən elə şey xoşlamıram, nəyə gücümüz çatır onun eliyək bir birimizə, artıq şey çətinlik yaradar, aramızda niyə nəsə düzgün olmasın, elə qoy hər şey düzgün olsun”, bundan sonra bir müddətdə eyni məzmunlu danışıqların aparıldığı, daha sonra Təqsirləndirilən şəxs1 məxsus şəxsiyyət vəsiqəsinin fotoşəklinin göndərildiyi, daha sonra “hər iki şəxs arasında nalayiq və hədələyici ifradələrin işlədildiyi çoxsaylı səs yazılarının olduğu, həmin səs yazılarının məzmunu isə qoyulmuş əşyanı götürməyə gedən iki nəfər şəxsin tutulduğundan bəhs edildiyi müəyən edilmişdir. Daha sonra mobil telefona baxış keçirilməsi davam etdirildikdə həmin bölmədə adı “Cəmil Vağzal” kimi qeyd edilmiş Azərbaycan Respublikasında istifadə edilən +994 77 *** ** ** saylı mobil nömrədən istifadə edən şəxslə mobil telefondan istifadə edən şəxs arasında “Salam”, “Anar sabahın xeyir”, “Anaar”, “Anar bu nəydi qardaşımsan”, “Qardaşım dirənib pulu gətir” məzmununda “SMS” yazışmalarının həyata keçirildiyi, müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-6/1091 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “imza” Pənah...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki üzəri yapışqan lentlə sarılmış 1 (bir) ədəd sellofan bağlamada təmiz çəkisi 945 qram olan spesifik iyə malik qətranabənzər tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Tiryək 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-7/310 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində “...Pənah...” yazısı və imzalar olan qara rəngli polietilen bağlamada təmiz çəkisi - 970,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-7/329 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “... Təqsirləndirilən şəxs2” yazılar və imzalar olan zərfdə l (bir) ədəd sellofan bükülüdə təmiz çəkisi - 7,79 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş məhkəmə-ballistik ekspertizasının xx.xx.2024-cü il tarixli № 24/568 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd 326470 №-li silah 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, AKS-74 modelli avtomatdır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yaralıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş, 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidir - darağıdır, döyüş sursatı hesab edilmir, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 07 ədəd patronlardan 05 ədədi zavod üsulu ilə keçmiş SSRİ dövlətində, 02 ədədi isə zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş, 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronlarıdır, döyüş sursatıdırlar və atəş üçün yararlıdırlar. 07 ədəd 5,45x39 mm kalibrli patrondan 03 ədədi eksperimental atəşlər zamanı istifadə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 2516 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 2729 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 kannobioidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan 04 iyun 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 944,950 qram narkotik vasitə tiryək və qalıq qalmış 969,8 qram narkotik vasitə qurudulmuş marixuana, Təqsirləndirilən şəxs2 Fərhad oğlundan aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 7,77 qram narkotik vasitə qurudulmuş marixuana maddi sübut qismində tanınaraq Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Həmçinin 01 (bir) ədəd texniki cəhətdən saz və atəş üçün yaralı, hissə və mexanizmlərinin üzərində sonradan təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmiş, 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, AKS-74 modelli, yivli odlu silah hesab edilən 326470 №-li avtomat silahı, 01 (bir) ədəd döyüş sursatı hesab edilməyən, texniki cəhətdən saz və atəş üçün yararlı, zavod üsulu ilə istehsal olunmuş, 30 (otuz) ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi hesab edilən daraq, 04 (dörd) ədəd döyüş sursatı hesab edilən, atəş üçün yararlı, 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronları və eksperimental atəşlər zamanı sərf edildikdən sonra qalmış 03 (üç) ədəd giliz maddi sübut qismində tanınaraq Sumqayıt ŞPİnin saxlanc anbarına təhvil verilmişdir. 02 ədəd disk və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş 01 ədəd "Redmi" markalı mobil telefon və Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş 01 ədəd “Xiaomi” markalı mobil telefon maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya idarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya idarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarından və “Elektron məhkəmə sistemi”-dən əldə olunmuş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində bir yetkinlik yaşına çatmamış xx.xx.2010-cu il təvəllüdlü Əliyev Allahverdi Anar oğlu və bir azyaşlı xx.xx.2011ci il təvəllüdlü X9 vardır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hacı Zeynalabdin rayon Mənzil-İstismar hissəsinin 1 nömrəli Mənzil-İstismar sahəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Hacı Zeynalabdin qəsəbəsi, Fərrux Qayıbov küçəsi, ev 14, mənzil 38 ünvanında yaşayan Təqsirləndirilən şəxs2 barəsində 1 nömrəli Mənzil-İstismar sahəsinə bir şikayət daxil olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası tərəfindən verilmiş xəstənin tibbi kartasından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 2008-ci il tarixdən etibarən nazik bağırsağın zədələnməsi ilə müşayiət olunan qeyri-hoçkin limfoma onkoloji xəstəliyindən əziyyət çəkir. Məhkəmə, Təqsirləndirilən şəxs1 özünü təqsirsiz bilərək polis əməkdaşlarının təzyiqləri nəticəsində onlarla razılaşması, əslində 20 qram qurudulmuş marixuana götürmək üçün deyilən ünvana getməsi, həmçinin Təqsirləndirilən şəxs2 “iranlı” ilə aparılan danışıqlardan kənarda qalmaqla onun təlimatı ilə hərəkət etməməsi barədə söylədiyi xüsusatları və gətirdiyi dəlilləri onun özünü və Təqsirləndirilən şəxs2 müdafiə etmək məqsədilə törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Həmçinin təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi iş üzrə tədqiq edilmiş digər sübutlarla təsdiq edildiyindən əsas götürülməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs2 silah sursatlarının ona aid olmaması, polis bölməsinə aparılarkən üzərində narkotik vasitə olmaması, narkotik vasitə istifadə etməməsi və satışı ilə məşğul olmaması, polis əməkdaşlarının fiziki və psixi təzyiqi nəticəsində qeyd olunmuş cinayət əməllərini qəbul etməsi, həmçinin Təqsirləndirilən şəxs1 onun telefonundan istifadə etməklə iranlı ilə danışması, özünün həmin danışıqlarda iştirak etməməsi, narkotik vasitə, odlu silah və döyüş sursatının göndərilməsi barədə “iranlı” ilə razılığa gəlməməsi, Təqsirləndirilən şəxs1 onun təlimatı ilə deyil öz iradəsi ilə hərəkət etməsi barədə söylədiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Həmçinin təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi iş üzrə tədqiq edilmiş digər sübutlarla təsdiq edildiyindən əsas götürülməlidir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə müvafiq olaraq az ağır və ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə müvafiq olaraq az ağır və ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyaları həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 234.1, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyaları həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin cəzanı yüngülləşdirən halları müəyyən edən 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 nazik bağırsağın zədələnməsi ilə müşayiət olunan qeyri-hoçkin limfoma onkoloji xəstəliyindən əziyyət çəkməsini CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs2 himayəsində 1 azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən haldır. Həmçinin məhkəmə 1 yetkinlik yaşına çatmamış övladının olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs1 xx.xx.2024-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs1 tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində 25 fevral 2024-cü il tarixdə axtarış elan edilmiş, xx.xx.2024-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs2 tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Buna görə də Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-cimaddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinəqaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-nin saxlanc otağında saxlanılan 01 (bir) ədəd texniki cəhətdən saz və atəş üçün yaralı, hissə və mexanizmlərinin üzərində sonradan təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmiş, 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, AKS- 74 modelli, yivli odlu silah hesab edilən 326470 №-li avtomat silahı, 01 (bir) ədəd döyüş sursatı hesab edilməyən, texniki cəhətdən saz və atəş üçün yararlı, zavod üsulu ilə istehsal olunmuş, 30 (otuz) ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi hesab edilən daraq, 04 (dörd) ədəd döyüş sursatı hesab edilən, atəş üçün yararlı, 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronları və eksperimental atəşlər zamanı sərf edildikdən sonra qalmış 03 (üç) ədəd giliz məcburi qaydada dövlət nəfinə müsadirə olunmalı, hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. İş üzrə maddi sübut olan və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 944,950 qram narkotik vasitə tiryək və qalıq qalmış 969,8 qram narkotik vasitə qurudulmuş marixuana, Təqsirləndirilən şəxs2 Fərhad oğlundan aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 7,77 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, cinayət işinin materiallarında saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş Şahid5 məxsus 01 ədəd "Redmi" markalı mobil telefon Şahid5 və 01 ədəd “Xiaomi” markalı mobil telefon Təqsirləndirilən şəxs2 yaxın qohumlarına qaytarılmalı, iki ədəd diskin iş materiallarına saxlanması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 215 (iki yüz on beş) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxslərdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 228.2.1, 234.4.1, 234.4.3cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası CM-in 228.2.1-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3cü maddələri ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları cinayətlərin məcmusu üzrə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəza çəkmə müddətinin başlanğıcı 23 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 228.2.1, 234.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası CM-in 228.2.1-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları cinayətlərin məcmusu üzrə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəza çəkmə müddətinin başlanğıcı 27 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama otağına təhvil verilmiş Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş maddi sübut kimi tanınmış ekspertiza tədqiqatından sonra qalıq qalmış 944,950 qram narkotik vasitə tiryək və qalıq qalmış 969,8 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, Təqsirləndirilən şəxs2 Fərhad oğlundan aşkar olunaraq götürülmüş maddi sübut kimi tanınmış ekspertiza tədqiqatından sonra qalıq qalmış 7,77 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, 01 (bir) ədəd texniki cəhətdən saz və atəş üçün yaralı, hissə və mexanizmlərinin üzərində sonradan təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmiş, 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, AKS-74 modelli, yivli odlu silah hesab edilən 326470 №-li avtomat silahı, 01 (bir) ədəd döyüş sursatı hesab edilməyən, texniki cəhətdən saz və atəş üçün yararlı, zavod üsulu ilə istehsal olunmuş, 30 (otuz) ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi hesab edilən daraq, 07 (yeddi) ədəd döyüş sursatı hesab edilən, atəş üçün yararlı, 04 (dörd) ədəd döyüş sursatı hesab edilən, atəş üçün yararlı, 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronları və eksperimental atəşlər zamanı sərf edildikdən sonra qalmış 03 (üç) ədəd giliz dövlət nəfinə müsadirə olunmaqla Azərbaycan respublikasının DİN-nin silah-sursat anbarına təhvil verilsin. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş Şahid5 məxsus 01 ədəd "Redmi" markalı mobil telefon Şahid5 və 01 ədəd “Xiaomi” markalı mobil telefon Təqsirləndirilən şəxs2 yaxın qohumlarına qaytarılsın, 02 ədəd diskin iş materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 215 (iki yüz on beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 143 (yüz qırx üç) manat və Təqsirləndirilən şəxs2 72 manat (yetmiş iki) tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar