Məhkəmə qərarları › İş №1(124)-787/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-787/2024

16.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-787/2024 16.12.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Bakı şəhəri Yasamal rayonu, Ə.Salamzadə küçəsi, 1055-də qeydiyyatda olmaqla Abşeron rayon, Xırdalan şəhəri, H.Əliyev pr. ev 1A, mənzil 26-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bakı şəhərində Kubinka adlanan yerdə satış məqsədi olmadan 50 manat müqabilində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə” siyahısına daxil olan külli miqdarda, yəni 1 (bir) ədəd gümüşü rəngli kağız bükümdə çəkisi 3,331 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz əldə edib Xırdalan şəhərinə daşımış və saxlamış, xx.xx.2024-cü il tarixdə saat 09:30 radələrində Abşeron rayon polis idarəsinin cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən Abşeron rayonu Xırdalan şəhəri, H.Əliyev prospektində yaşadığı ünvanın yaxınlığında saxlanılmaqla Abşeron rayon polis idarəsinin inzibati binasına gətirilərək polis əməkdaşları tərəfindən həmin gün saat 10:30-dan 10:55-dək üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən həmin 1 (bir) ədəd gümüşü rəngli bükümdə çəkisi 3,331 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə təqsirsiz bilərək ifadəsində göstərmişdir ki, o, 2018-ci ilə kimi narkotik vasitə istifadə etmiş, lakin sonradan narkotik vasitə istifadə etməmişdir. Belə ki, o, cəzaçəkmə müəssisəsindən yenicə çıxmışdır. X11 də onun yanında olmuşdur. Onlar Nəsimi ilə ev üçün qab-qacaq dəsti almağa getmiş, 7 iyun 2024-cü il tarixdə, saat 21-22 radələrində polis əməkdaşları onları saxlayaraq Abşeron RPİ-ə aparmış, idarəyə apardıqdan sonra Məhəmməd adlı əməliyyat müvəkkili həm onun, həm də dostu Nəsiminin cibinə narkotik vasitə qoymuşdur. Polis idarəsində onlara “COP- 29 tədbiri ilə bağlı olaraq siz tutulmalısınız, sizin əvvəllər məhkumluğunuz olub, siz içəri getməliniz” demiş, idarədə olan zaman polis əməkdaşları Nəsimini döymüş, onu də anası ilə hədələmişdirlər. O bu hadisə ilə bağlı heç bir şeylə razı olmadığını, X7 yaşadığını, amma Nəsimi Babayevin ittiham aktı ilə tanış olarkən orada ünvanının “ünvan 4duğunu bildirmişdir. Hadisə günü Nəsimi onun yanında olmuş, amma indi onların işini nə üçün ayırdıqlarını bilməmişdir. O, hadisə günü əynində göy rəngli şalvar olduğunu, amma ittiham aktında əynində qara rəngli şalvar olduğunun qeyd edildiyini bildirmişdir. Polis İdarəsində olan zaman heç bir şeyi səmimi etiraf etməmişdir. Ona da, Nəsimi Babayevə də narkotik vasitə yüklənmişdir. Təqsirləndirilən şəxs dövlət ittihamçısının sullarına cavab olaraq əvvəllər narkotik vasitələrdən istifadəyə görə 9 dəfə məhkumluğu olduğunu, 26 fevral 2024-cü il tarixdə azadlığa çıxıdığını, narkotik vasitələrdən heroin və marixuana istifadə etdiyini, lakin azadlığa çıxdıqdan sonra narkotik vasitə istifadə etmədiyini, ona qarşı olan qanunsuzluqlarla bağlı barəsində həbs qətimkan tədbiri seçilən məhkəmədə bildirdiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq cinayət işinin tez məhkəməyə gəlməsi və idarədə onu anası ilə hədələdikləri üçün ibtidai istintaq zamanı özünü təqsirli bildiyini qeyd etmiş və lazım olan sənədləri imzalamışdır. Hədələmələrlə bağlı prokurora şifahi məlumat vermiş, amma heç kim ona qulaq asmamışdır. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmədə özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli olduğunu bilrmişdir. Polis idarəsində olan zaman onun cibinə narkotik vasitə qoymuşdurlar. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində ona Azərbaycan Respublikası CM-nin 234.1- 1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, anket məlumatında göstərdiyi ünvanda ailəsi ilə birlikdə yaşayır. xx.xx.2024-cü il tarixdə Abşeron rayonu Xırdalan şəhəri, H.Əliyev prspespektində yaşadığı evin yaxınlığında olarkən iki nəfər polis əməkdaşı ona yaxınlaşmış, özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhəli olduğunu bildirmiş və ona polis idarəsinə dəvət etmişdlər. O da etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Abşeron rayon Polis İdarəsinə gəlmişdir. Rayon Polis İdarəsində ona xidməti otaqların birində üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Əvvəlcə ona hüquq və vəzifələri izah olunmuş, daha sonra videogörüntü və vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilməzdən əvvəl ondan üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya olub-olmaması soruşulmuşdur. O da könüllü olaraq əynində olan qara rəngli şalvarının sağ yan cibində olan gümüşü rəngli kağıza bükülü bir ədəd bükümü təqdim edərək içərisində narkotik vasitə heroin olmasını. Həmin narkotik vasitənin ona məxsus olmasını bildirmişdir. Narkotik vasitəni xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Kubinka adlanan ərazidən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 50 manat məbləğində pul verməklə əldə etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Abşeron RPİ-nin cinayət axtarış şöbəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 bildirmişdir ki, 08 iyun 2024-cü il tarixdə təqsirləndirilən şəxs saxlanılaraq Abşeron RPİ-nə aparılmış, polis idarəsində olan zaman Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroin aşkar olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən yanında heç kim olmamış, onun yanında isə digər əməkdaş — Şahid2 olmuşdur. Təqsirləndirilən şəxs verdiyi ifadə əsasında ünvanı sənədlərə qeyd edilmişdir. Təqsirləndirilən şəxsə heç bir təzyiq göstərilməmişdir. Şahid Abşeron RPİ-nin cinayət axtarış şöbəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Bakı şəhəri Yasamal rayonu, Ə.Salamzadə küçəsi 1055-də qeydiyyatda olmaqla, ünvan 5 ünvanda yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla hər hansı düşmənçiliyi və ədavəti olmamışdır. Belə ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi, üzərində daşıması və satışı ilə məşğul olması barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə həmin tarixdə tərəfindən əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, qərar Abşeron RPİ-nin rəisi Musa Musayev tərəfindən təsdiq olunduqdan sonra əməliyyat qrupunun təşkil olunması barədə əmr tərtib edilmişdir. Şöbənin əməliyyat müvəkkili Şahid2 də həmin qrupun üzvü olmuşdur. Həmin gün, yəni xx.xx.2024-cü il tarixdə Abşeron rayonu Xırdalan şəhəri, H.Əliyev prospektində piyada hərəkət edərkən Təqsirləndirilən şəxs görüb ona yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhəli olduğunu bildirib onu polis idarəsinə dəvət etmiş, o da etiraz etməyərək bizimlə birlikdə Abşeron rayon Polis İdarəsinə gəlmişdir. Rayon Polis İdarəsində ona xidməti otaqların birində üzərinə şəxsi axtarış aparılacağı bildirilmiş, əvvəlcə ona hüquq və vəzifələri izah edilmiş. Daha sonra videogörüntü və vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Axtarış keçirilməzdən əvvəl ondan üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya olub-olmaması soruşduqda o, könüllü olaraq əynindəolan qara rəngli şalvarının sağ yan cibində olan gümüşü rəngli kağıza bükülmüş bir ədəd bükümü təqdim edərək içərisində narkotik vasitə heroin olmasını bildirmişdir. Həmin narkotik vasitəni xx.xx.2024-cü il tarixdə 50 manata Bakı şəhəri, Kubinka adlanan ərazidən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və polis idarəsinə gətirilərkən onlara müqavimət göstərmədiyini, ona qarşı hər hansı formada fiziki güc tətbiq edilmədiyini əlavə etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Abşeron RPİ-nin cinayət axtarış şöbəsinin əməliyyat müvəkkili, polis baş leytenantı X1 bildirmişdir ki, təqsirləndirilən şəxsi 08 iyun 2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində saxlayaraq Abşeron RPİ-nə aparmış, idarədə vəkilin iştirakı ilə video çəkiliş həyata keçirilmişdir. Təqsirləndirilən şəxsi dəqiq hansı saatda saxladıqlarını xatırlamamış, saxlanılan zaman onun yanında heç kim olmadığını qeyd etmişdir. İdarədə aparılan videoçəkiliş zamanı təqsirləndirilən şəxs şalvarının cibindən 01 bükümdə narkotik vasitə heroini çıxardaraq təqdim etmiş və onlara narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. Hadisə vaxtı təqsirləndirilən şəxsin əynində olan şalvarın rəngini xatırlamamışdır. Şahid Abşeron RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili, polis baş leytenantı X1 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş X5 bildirmişdir ki, o, Anargildə 3 gün qonaq olmuş, özü üçün kirayə ev tutmuşdur. Anar ilə ev üçün qab-qacaq almağa getmiş, axşam saat 21-22 radələrində 2 maşın onlara tərəf yaxınlaşmış, daha sonra polis əməkdaşları onları saxlamış və onları Abşeron RPİ-nə aparmışdırlarlar. Onu başqa otaqda saxlamış, Anarı isə koridorda saxlamışdırlar. Polis idarəsində olan zaman ona qarşı fiziki təsir göstərmiş, daha sonra Anarı otaqda saxlamışdırlar. Orada polis əməkdaşları onlara “COP-29 tədbiri ilə əlaqədar olaraq, əvvəllər məhkumluğu olan şəxslər tutulmalıdır, sizin də əvvəllər məhkumluğunuz olmuşdur və buna görə də siz içəri getməlisiniz” demiş və əlavə olaraq “əgər bizimlə razılaşmasanız, Təqsirləndirilən şəxs evinə narkotik vasitə qoyacağıq” demişdirlər. Polis əməkdaşları onları çox hədələmiş, “sizə inzibati cəza təyin olunacaqdır” demişdirlər. Hadisə vaxtı Təqsirləndirilən şəxsla bir yerdə saxlanılmış, onun öz yaşayış ünvanı olduğu halda Anarın ünvanını onun yaşayış yerinə yazmışdırlar. Halbuki o, sadəcə olaraq, Anargildə qonaq olmuşdur. Saxlanılan zaman Anarla onun üzərindən narkotik vasitə olmamışdır. Anar əvvəllər narkotik vasitə istifadə etmişdir, lakin onun bildiyinə görə 2018-ci ildən sonra Anar narkotik vasitə istifadə etməmişdir. Onlar bir yerdə saxlanılblarsa, məhkəmədə də bir yerdə gəlib iştirak etməli olduqlarını bildirmişdir. Həmin gün Anarla telefon danışıqları da olmuşdur. Şahid2 onu saxlamış, daha sonra onları eyni avtomobilə mindirmişdir. Anarı isə başqa polis əməkdaşı tutmuşdur. Onlar əyləşən avtomobilin ardınca da başqa bir avtomobil gəlmişdir. Onu polis idarəsində döydükdən sonra Anarı içəri salmış və ona “Nəsimi əlimizdə öləcək, onu başa sal və bizim dediklərimizlə razılaşsın” demişdirlər. Onlar müvəqqəti saxlanma yerinə də bir daxil olmuş, bütün hadisələr eyni saatda olmuş, Bakı İstintaq Təcridxanasına əvvəlcə Anarı, daha sonra isə onu göndərmişdirlər. Şahid X5 verilən suallara cavab olaraq bildirmişdir ki, müstəntiqin yanında onların cibinə narkotik vasitə qoymuş, müstəntiqin də onların bir yerdə tutulmaqlarından xəbəri olmuşdur. O, ibtidai istintaq zamanı heç bir ifadə verməmiş, hər şeyi özlərinə uyğun polis əməkdaşlarının yazdığını bildirmişdir. Polis idarəsində olan zaman fiziki-psixi təsirə məruz qalmışdırlar. O, Təqsirləndirilən şəxs 2011-ci ildən tanımış, Anar onun xalasıgil ilə qonşu olmuşdur və o da xalasıgilə gedib-gələndə Anarla tanış olmuşdur. İyun ayının 4-dən etibarən Anargildə qalmışdır. O, meyvə ticarəti ilə məşğul olduğunu, dayısı X3 icarəyə götürdüyü obyektdə satıcı işlədiyini bildirmişdir. Daimi yaşadığı yerdə qardaşı ailəsi ilə birlikdə yaşadığı üçün, özünə kirayə ev axtarmış, Anara “oradan ucuz ev tapmaq olar?” demiş, Anar da ona “gəl, axtarıb taparıq” demişdir. Kirayə evin axtarışı ilə bağlı olaraq o, Anargildə qalmış, ev tapdıqdan sonra sadəcə olaraq pulu gecikdiyi üçün Anargildə 3 gün qalmışdır. Onlar təxmini olaraq 20-22 radələrində saxlanıldıqlarını, həmin ərəfələrdə narkotik vasitə istifadə etmədiyini, əvvəllər 6 dəfə narkotik vasitədən istifadəyə görə saxlanıldığını, 2023-cü ildə azadlığa çıxdığını bildirmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2024-cü il tarixli “əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair” qərar, eyni tarix və məzmunlu raportdan görünür ki, X6 qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə edərək Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 08 iyun 2024-cü il tarixli şəxsi axtarışın keçirilməsi haqqında protokol və həmin protokola əlavə edilmiş disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibində gümüşü rəngli 01 (bir) ədəd bükümdə narkotik vasitə heroini çıxardaraq təqdim edir, narkotik vasitə bükümü müvafiq qaydada qablaşdırılaraq götürülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-6/3179 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş təmiz çəkisi 3,331 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş narkoloji ekspertizanın xx.xx.2024-cü il tarixli, 5346 №-li eksprt rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan “Maddi sübut kimi tanıma” haqqında 17 iyun 2024-cü il tarixli və “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 10 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 3,231 qram narkotik vasitə olan heroin saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsini əks etdirən 01 ədəd disk cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Yasamal rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməklə təqsirli bilinərək 01 il 06 müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Binəqədi rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 01 ay 10 gün müddətində vaxtından əvvəl şərti azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Beləliklə də, Təqsirləndirilən şəxs qəsdən törətdiyi az ağır cinayətə görə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzasını çəkdikdən sonra məhkumluğu ödənməmiş yenidən qəsdən ağır cinayət törətmiş, bu hal onun əməlində cinayətlərin residivini yaratmışdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə şahid ifadələrini, cinayət işinin materiallarında olan çoxsaylı mötəbər sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edib nəzərə alaraq və qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaqı zamanı verdiyi etirafedici ifadəsini, şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan çoxsaylı mötəbər sübutları ayrıayrılıqda və məcmu halında təhlil edib nəzərə alaraq və qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin narkotik vasitələrdən uzun müddətdir ki, istifadə etməməsi, saxlanılan vaxt üzərində narkotik vasitə olmaması, polis əməkdaşlarının psixi və fiziki təzyiqi nəticəsində cinayət əməlini etiraf etməyə məcbur olması barədə söylədiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan əməlin cinayət olmasını aradan qaldıran hallar və onların bu əməllərə görə cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən olunmamışdır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsində əsasən onun cəzasını ağırlaşdıran haldır. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1.-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-cimaddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki iş üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və qalıq qalmış 3,231 qram narkotik vasitə heroin məhv edilməli, 01 ədəd diskin cinayət işinin materiallarında saxlanması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 60 (altmış) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 08 iyun 2024-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılan qalıq çəkisi 3,231 qram olan heroin məhv edilsin, 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 60 (altmış) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar