Məhkəmə qərarları › İş №1(124)-79/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-79/2023

31.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-79/2023 31.05.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Rzayeva Aynur Tapdıq qızı və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 və təqsirləndirilən şəxsin iştirakları ilə, xx.xx.1969-cu ildə Sumqayıt şəhərində doğulmuş, subay, orta təhsilli, məhkumluğu olan,AzərbaycanRespublikasının vətəndaşı, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə 2 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 0.100 və 0.103 qram, 1 ədəd sellofan bükümdə təmiz çəkisi 6.059 qram ümumumi təmiz çəkisi 6.262 qram külli miqdarda xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edərək üzərində saxlayaraq gəzdirmiş, xx.xx.2021-ci il tarixdə saat 20:20-da Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, Saray bağlar massivi 1785E nömrəli evin yaxınlığında saxlanılmış və narkotik vasitələrin istifadəsi, üzərində gəzdirilməsi, saxlanılmasında və satışında şübhəli olduğu bildirilərək, Sumqayıt ŞPİ-nin aparılmış, polis idarəsində üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkçənin sol iç cibindən 2 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 0.100 və 0.103 qram, 1 ədəd sellofan bükümdə təmiz çəkisi 6.059 qram ümumumi təmiz çəkisi 6.262 qram külli miqdarda xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və üzərində heroinə məxsus izlər olan 1 ədəd elektron tərəzi aşkar edilib götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, evə getdiyi zaman polis əməkdaşları öz avtomobilləri ilə onun avtomobilinin qarşısını kəsmişlər. Qanunsuz olaraq avtomobilinə baxış keçirilmiş və az miqdarda metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan sonra polis əməkdaşları qanunsuz olaraq evinə baxış keçirtmişlər. Onun üzərində siqaret bükümündə yarım qram metamfetamin olmuşdur. Evə baxış zamanı heçnə aşkar olunmamış, daha sonra o, Sumqayıt şəhər Polis idarəsinə aparılmışdır. Orada ona işgəncə verilmiş və o da məcbur qalıb polis əməkdaşlarının təqdim etdiyi sənədləri imzalamışdır. O 20 ildir ki, narkotik vasitədən istifadə etmiş, üzərində olan metamfetamini Corat qəsəbəsində tanımadığı şəxsdən almışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə təxminən saat 20:20-də yaşadığı ünvanın yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşıb narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğumuzu bildirib, onu Sumqayıt ŞPİ-nə dəvət ettmiş və üzərinə şəxsi axtarış keçiriləcəyini elan etdilmişdir. Buna etiraz etməmiş və birlikdə Sumqayıt ŞPİ-nə getmişlər. Orada otaqlardan birində üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müafiəsini təmin edəcək vəkili X2 təqdim olunmuşdur. Daha sonra isə vidoçəkiliş vasitəsilə onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub - olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilmişdir. Özü əynində olan qara rəngli gödəkçənin sol iç cibində saxlamış olduğum 2 ədəd gümüşü rəngli siqaret kağızı bükümlərini, 1 ədəd şəffaf rəngli sellofan bükümü, 1 ədəd markası olmayan elektron tərəzini təqdim etmişdir. Həmin bükümlər açılmış, içərisinə baxılarkən bükümlərdə ağ rəngli kristal şəkilli maddənin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı üzərindən aşkar olunan maddələrin “metamfetamin” olduğunu, həmin maddələri 1 ay bundan əvvəl internetdə tanış olduğu İran vətəndaşının hesabına 250 manat pul ödədiyini, həmin şəxsin sözügedən maddələri Corat qəsəbəsi ərazisinə qoyduğunu, oradan gedərək həmin maddələri götürdüyünü, aşkar olunmuş elektron tərəzi vasitəsilə istifadə etdiyi maddələrin çəkisini müəyyən etdiyini bildirmişdir. Həmin vaxt üzərindən aşkar olunmuş 2 ədəd gümüşü rəngli siqaret kağızına və 1 ədəd şəffaf rəngli sellofana bükülmüş ağ rəngli kristal şəkilli maddələr elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin çəkisinin 7,50 qram olduğu müəyyən edilmiş və aşkar olunmuş həmin maddələr və elektron tərəzi Azərbaycan Respublikasının ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. İfadəsinəə əlavə olaraq bildirir ki, üzərindən aşkar olunmuş metamfetamini Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən şəxsi istifadəm üçün almış, heç bir İran vətəndaşı tanımır. İlkin ifadənizdə üzərinizdən aşkar olunmuş mütamfetamini internet vasitəsilə tanış olduğu İran vətəndaşından dəqiq xatırlamadığı hesab nömrəsinə 250 manat göndərməklə əldə etdiyinizi bildirmisinə səbəb odur ki, düşünmüşdür ki, həmin tanımadığı şəxs müəyyən edilər və ona görə həmin şəxs üçün də problem yaranar, buna görə də İran vətəndaşından internet vasitəsi ilə aldığını bildirmişdir. O, özü ümumiyyətlə narkotik vasitə alqı-satqısı ilə məşğul olmamışdır. Narkotik vasitəni əldə etdiyi şəxsin əlamətləri təxminən 35 yaşında, arıq bədənli, orta boylu, üzü saqqallı qarabuğdayı şəxs olmuş, əvvəllər də bir dəfə ondan narkotik vasitə əldə etmiş, lakin, əvvəlcədən aralarında tanışlıq olmamışdır, onu təsadüfən görmüş, onun əlaqə nömrəsi yoxdur, adını soruşmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq edilməmişdir. Sumqayıt şəhər Pİ-nə təhqiqatçısı tərəfindən Sumqayıt ŞPİ-də üzərinizdə şəxsi axtarış keçirilmədən öncə polis əməkdaşları tərəfindən üzərində şəxsi axtarış, baxış keçirməmişdirlər. İstifadəndə ***-***- **-** saylı “Nar” mobile mobil nömrə olmuşdur. (cild 1, iş vərəqə 123-125) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkilli, polis baş leytenantı Şahid2 ifadəsində göstərdi ki, Sumqayıt şəhər Saray bağlar massivində yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə qəbul etməsi, külli miqdarda üzərində gəzdirməsi və satması ilə bağlı qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatı rəhbərliyinə məruzə etdikdən sonra bununla bağlı əməliyyat-axtarış tədbirlərinin keçirilməsindən ötrü 23 noyabr 2021-ci il tarixdə əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs saat 20 radələrində ünvan 2 ünvanının yaxınlığında piyada hərəkət etdiyini müşahidə etmişlər. Bundan sonra əməliyyat qrupunun üzvləri birlikdə onlara yaxınlaşaraq özlərini ona təqdim etmiş və üzərində narkotik vasitə olduğundan şübhələndiklərinə görə onlarla Sumqayıt ŞPİ-nə aparılacağını ona bildirmişlər. Bundan sonra o, müqavimət göstərmədən avtomobilə minmiş Sumqayıt ŞPİ-nə gəlmişlər. Videoçəkilişlə üzərində qanunsuz olaraq saxladığı narkotik vasitə, əşya və ya hər hansı bir predmet varsa təqdim etməsi bildirildikdə Təqsirləndirilən şəxs özü əynində olan qara rəngli gödəkçənin sol iç cibindən 2 ədəd gümüşü rəngli siqaret kağızı bükümlərini, 1 ədəd şəffaf rəngli sellofan bükümü, 1 ədəd markası olmayan elektron tərəzini təqdim etmişdir. Həmin bükümlər təhqiqatçı tərəfindən açıldıqda içərisində ağ rəngli kristalşəkilli psixotrop maddə olan metamfetaminə bənzər maddənin olduğu müəyyən edilmişdir. Həmin maddənin nə olduğu Təqsirləndirilən şəxs soruşulduqda o, həmin maddələrin metamfetamin olduğunu, 1 ay əvvəl internetdə tanış olduğu İran vətəndaşının hesabına 250 manat pul ödədiyini və həmin şəxsin narkotik vasitəni Corat qəsəbəsi ərazisinə qoyduğunu, oradan gedib götürdüyünü, üzərindən aşkar olunan tərəzi ilə istifadə etdiyi maddələrin çəkisini müəyyən etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bükümlər birlikdə tərəzinin üzərinə qoyularaq çəkildikdə tərəzinin ekranında 7,50 qram olduğu müəyyən edilmişdir. Həmin bükümlər və Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş tərəzi zərfə qoyulub qablaşdırılmışdır. Cinayət işinin istintaqı zamanı şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid3 eyni məzmunlu ifadə verərək şahid Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkilli, Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Şahidlər Sumqayıt ŞPİ-nin KTB-nin inspektor-kriminalisti polis kapitanı X6 və Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadələrindən görünür ki, onlar, məhkəmədə ifadəsi alınmış Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkilli, Şahid2 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdirlər. (cild 1, vərəqə 92 -94; cild 1, vərəqə 132-134) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 noyabr 2021-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə istifadə etməsi, saxlaması, üzərində gəzdirməsi və satması barədə məlumat daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş şəxsi axtarış keçirilməsi barədə xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 noyabr 2021ci il tarixdə saat 20 radələrində yaşadığı Sumqayıt şəhər Saray bağlar massivi yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilib üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçənin sol iç cibindən 2 ədəd gümüşü rəngli siqaret kağızı bükümləri, 1 ədəd şəffaf rəngli sellofan büküm, 1 ədəd markası olmayan elektron tərəzi aşkar edilərək götürülmüşdür (cild 1, vərəqə 30-31) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında 23 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Sumqayıt şəhər Pİ-nin İstintaq Şöbəsi tərəfindən təqdim edilmiş bir ədəd ağ rəngli DVD formatlı diskə baxış zamanı müəyyən edilmişdir ki, Sumqayıt ŞPİ-də, xidməti otaqların birində Sumqayıt ŞPİ-nin TŞ-nin təhqiqatçısı, polis polkovnik-leytenantı Səadət Qənbərov əvvəlcə Təqsirləndirilən şəxs özünü təqdim edir. Həmin vaxt Sumqayıt ŞPİ-nin, NMB-nin əməkdaşları Şahid2, Şahid3 və Şahid1 özlərini həmin şəxsə təqdim edir. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsində, istifadəsində və saxlanmasında, satışında şübhəli bilindiyi üçün Sumqayıt ŞPİ-nin TŞ-nə gətirildiyini bildirir və ona hüquq və vəzifələri barədə bildirişi və Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili Səadət Vəliyevanı təqdim edir. X3 saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını izah edərək, ondan üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşur, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə üzərində qanunsuz olaraq saxladığı narkotik vasitə, əşya və ya hər hansı bir predmet varsa təqdim etməsi ondan xahiş edilir. Təqsirləndirilən şəxs özü əynində olan qara rəngli gödəkçənin sol iç cibindən 2 ədəd gümüşü rəngli siqaret kağızı bükümlərini, 1 ədəd .əffaf rəngli sellofan bükümü, 1 ədəd markası olmayan elektron tərəzini təqdim edir. Həmin bükümlər təhqiqatçı tərəfindən açıldıqda içərisində ağ rəngli kristalşəkilli psixotrop maddə olan metamfetaminə bənzər maddənin olduğu müəyyən edilir. Həmin maddənin nə olduğu Təqsirləndirilən şəxs soruşulduqda o, həmin maddələrin metamfetamin olduğunu, 1 ay əvvəl internetdə tanış olduğu İran vətəndaşının hesabına 250 manat pul ödədiyini və həmin şəxsin narkotik vasitəni Corat qəsəbəsi ərazisinə qoyduğunu, oradan gedib götürdüyünü, üzərindən aşkar olunan tərəzi ilə istifadə etdiyi maddələrin çəkisini müəyyən etdiyini bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bükümlər birlikdə tərəzinin üzərinə qoyularaq çəkildikdə tərəzinin ekranında 7,50 qram olduğu müəyyən edilir. Bundan sonra Həmin bükümlər və Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş tərəzi zərfə qoyulub qablaşdırılır və ƏN-nin MEM-nə göndəriləcəyi bildirilir və tərəflər zərfin üzərini imzalayır. (cild 1, vərəqə 89-90) Şəxsi axtarış keçirilməsi barədə, diskə baxış keçirilməsi haqqında protokollarda qeyd olunan xüsusatların həqiqiliyi həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/5208 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində“Təqsirləndirilən şəxs aşkar edilmiş…» yazılar olan zərfdəki 01 ədəd zərfdə -01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 6.059 qram ağ rəngli kristallik maddə, iki ədəd siqaret kağızı bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0.100 və 0.103 qram olan ağ rəngli kristallik maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; metamfetaminlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponenetlərinə görə eynidirlər və ümumi təmiz çəkisi 6.262 qram təşkil edir -üzərində "Vət. Təqsirləndirilən şəxs aşkar edilmiş..." sözləri yazılmış zərfdə olan bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinə məxsus izlər vardır. . (cild 1, iş vərəqə: 40-46) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 202 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU ( NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ qrup əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqə 120-121) Cinayət işinin materiallarından görünür ki, iş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs üzərindən götürülmüş və tədqiqatdan sonra qalıq qalmış 6,162 qram psixotrop maddə olan metamfetamin, 01 ədəd elektron tərəzi saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışına təhvil verilmiş və üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsini əks etdirən 01 ədəd DVD-R formatlı disk cinayət işinin istintaq materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 87; 172-177) DİN-nin Baş Əməliyyat Statistika İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş, 01 İL 05 AY 26 GÜN müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatdığından şöbəsindən qeydiyyatdan çıxarılıb. (cild 1, iş vərəqə 137-139) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Saray və Novxanı Bağlar massivi üzrə 1 Saylı məhəllə komitəsindən verilən arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə birgə Saray bağlar massivi ev 1785E ünvanında yaşamışdır. Yaşadığı müddət ərzində barəsində 1 Saylı məhəllə komitəsinə hər hansı bir şikayət daxil olmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs üzərində ittihamda göstərildiyi miqdarda narkotik vasitə aşkar olunmaması və satış məqsədinin olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «metamfetamin» psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 23 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 23 noyabr 2021-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 23 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan olan məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs İİ qrup əlil olduğuna görə ona narkomaniyadan məcburi müalicə tədbiq edilməsi mümkün deyildir. Lakin ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür, odur ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-nin məsul saxlanışına təhvil verilmiş qalıq çəkisi - 6,162 qram psixotrop maddə olan metamfetamin, 01 ədəd elektron tərəzi məhv edilməli, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 91.76 manat ( doxsan bir manat yetmiş altı qəpik ) məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və o, 6 il 6 ay (altı il altı ay) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 23 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra Sumqayıt ŞPİ-nin məsul saxlanışına təhvil verilmiş qalıq çəkisi - 6,162 qram psixotrop maddə olan metamfetamin, 01 ədəd elektron tərəzi məhv edilsin, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan Təqsirləndirilən şəxs 91.76 manat ( doxsan bir manat yetmiş altı qəpik ) tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar