Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-79/2024 12.07.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, kiçik ədliyyə müşaviri X9, müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Sumqayıt Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi3 və Müdafiəçi2, eləcə də təqsirləndirilən şəxslərin özlərinin iştirakları ilə,
1. xx xxxxx 1998-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 263-1.1, 264-cü maddələri təqsirli bilinərək 02 il 06 ay nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2020-ci il tarixdə Sumqayıt Apelyasiya Məhkəməsinin qərarına əsasən xx.xx.2020-ci il tarixli hökm dəyişdirilərək üzərində qəti olaraq 02 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Xəzər rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmiş, işləməyən, Laçın rayonu Güləbird kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri 21-ci mikrorayon, ev 57-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4, 177.2.1 və 221.3-cü maddələri ilə,
2. xx xxxxxxxx 1994-cü il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, himayəsində 02 azyaşlı övladı olan, orta təhsilli, fərdi işlə məşğul olan, Bakı şəhər Nizami rayon məhkəməsinin 26 dekabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Qubadlı şəhərində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 21-ci mikrorayon, ev 774-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 234.4.3 və 29,317-1.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs2 25 may 2021-ci il tarixdə, saat 22-40 radələrində Sumqayıt şəhəri, 51-ci məhəllə ərazisində yerləşən “Şamlı” kafesində olarkən kafedə müştəri qismində əyləşmiş Zərərçəkmiş şəxs2 istintaqa adı Ramin kimi məlum olan şəxs tərəfindən döyülməsinin səbəbini aydınlaşdırmaq üçün elə həmin tarixdə kafeyə gəlmiş Zərərçəkmiş şəxs2 qohumu Zərərçəkmiş şəxs3 söyüşlə danışmasını bəhanə edərək sərxoş vəziyyətdə sonuncu ilə mübahisə edərkən heç bir əsaslı səbəb olmadan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca- hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə cəmiyyət içərisində bərqərar olunan etik davranış qaydalarına riayət etməyərək, öz şəxsiyyətini digər şəxslərdən üstün tutub ictimai asayişi pozmaqla kafedə olan şəxslərin gözü qarşısında onun ünvanına söyüş ifadələri işlədərək masanın üzərində olan boş pivə bakalından silah qismində istifadə etməklə bakalı Zərərçəkmiş şəxs3 baş nahiyəsindən vuraraq ona sol təpə nahiyəsinin cərrahi tikişə ehtiyacı olan əzilmiş- cırılmış yarası ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə xuliqanlıq etmiş, bundan sonra xuliqanlıq hərəkətlərini davam etdirərək həmin tarixdə, saat 23 radələrində “Şamlı” kafesinin çöl hissəsində yenidən Zərərçəkmiş şəxs3 ünvanına nalayiq söyüş ifadələri işlədərək onu yumruqla vurmuş, bunu görən Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs2 yaxınlaşaraq sonuncudan Zərərçəkmiş şəxs3 qarşı etdiyi hərəkətlərə son qoymağı tələb etdikdə onun bu tələbini özü üçün qəbul edilməz hal kimi qiymətləndirərək bunları bəhanə edib öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərib özünü ətrafdakılara qarşı qoymaqla xuliqanlıq niyyəti ilə, yəni heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs2 yumruqla vurub yerə yıxaraq, daha sonra bədəninin müxtəlif nahiyələrindən təpiklə vurmaqla ona sol göz qapaqlarının, sağ gicgah nahiyəsinin, döş qəfəsinin sağ yan səthinin qançırları, sol dirsək oynağı nahiyəsinin, sağ əlin İİİ barmağının sıyrıqları ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin olunmayan, sol təpə-ənsə nahiyəsinin cərrahi tikişə ehtiyacı olan əzilmiş-cırılmış yarası ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vuran və döş qəfəsinin sağ yan səthinin dərialtı emfizeması, hematoraksla müşayiət olunmuş sağdan Vİİ-Vİİİ qabırğaların yerdəyişən sınıqları ilə nəticələnən, insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə xuliqanlıq niyyəti ilə zərərçəkmiş Zərərçəkmiş şəxs2 qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Bundan əlavə, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə bir qrup şəxs təşkil edib “AC” seriyalı, “704160” saylı qeydiyyat şəhadətnaməsinə əsasən X13 mülkiyyətində olmaqla 25 iyul 2021-ci il tarixli, ƏN-Vİ1 865009 nömrəli etibarnamə ilə müəyyən edilmiş səlahiyyətləri Şahid1 verilmiş, lakin X14 məxsus olan 4500 (dörd min beş yüz) manat dəyərində, VAZ-2107 markalı, **-OZ-*** dövlət qeydiyyat nişanlı, “XTA210700X1211903” ban nömrəli avtomobili ələ keçirməyi qərarlaşdıraraq, bu məqsədlə 26 noyabr 2021-ci il tarixdə, saat 01 radələrində avtomaşının saxlandığı Sumqayıt şəhəri, 26-cı məhəllə, 3/8 nömrəli binanın qarşısına gəlmişlər, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa görə Təqsirləndirilən şəxs2 üzərində olan əvvəllər idarə etdiyi avtomobilinin onda qalmış açarları ilə avtomaşının qapısını açaraq sükan arxasına oturmuş, avtomaşın işə düşmədiyindən birlikdə itələyərək onu dayandığı yerdən çıxartmış, sonra isə Təqsirləndirilən şəxs1 avtomaşının arxa tərəfindən itələməklə maşının işə salınmasına köməklik göstərib avtomaşının qabaq sol yan otracağına oturduqdan sonra Təqsirləndirilən şəxs2 avtomaşını sürərək, həmin yerdən uzaqlaşaraq Bakı-Quba magistral yoluna çıxmış, H.Tağıyev qəsəbəsi ərazisində avtomışına məxsus qabaq və arxa dövlət qeydiyyat nömrə nişanlarını açaraq salona qoymuş, daha sonra avtomaşını dostları X8 yaşadığı Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində yerləşən fərdi evin qarşısına gətirərək 28 noyabr 2021-ci il tarixə kimi avtomaşını həmin ünvanda saxlamışlar, qeyd olunan tarixdə həmin ünvana gələrək **-OZ-*** dövlət qeydiyyat nişanlarını Elnur Rüstəmovun yaşadığı həyətdə torpağa basdıraraq avtomaşının görünüşünü dəyişmək məqsədi ilə maşının qabaq və arxa buferlərini açmaqla radiator barmaqlıqlarını çıxarıb üzərinə sahibi məlum olmayan “Lİ 7212” Avropa Birliyi nömrə nişanlarım bağlayaraq bir neçə gün ərzində idarə etmişlər, daha sonra avtomaşını cinayətkar plana uyğun olaraq tanınmaz vəziyyətə gətirmək məqsədi ilə Təqsirləndirilən şəxs1 yaşadığı Sumqayıt şəhəri, 21-ci mikrorayon, 774 saylı evin həyətinə salıb sonuncu tərəfindən boz rəngə boyaması nəticəsində 1400 (min dörd yüz) manat məbləğində maddi ziyan vuraraq üzərinə X6 adına sənədləşdirilmiş **-BC-*** dövlət qeydiyyat nömrələri bağlamaqla gizli olaraq talayıb, zərərçəkmiş X14 4.500 (dörd min beş yüz) manat məbləğində ziyan vuraraq oğurluq elmişlər. Bundan əlavə, Təqsirləndirilən şəxs1 «X4 İntizam Qaydaları» ilə qadağan olunmuş, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı 1) daxil olunan 01 ədəd siqaret cığalasına bükülmüş vəziyyətdə, içərisində 0,058 qram qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroini xx.xx.2022-ci il tarixdə, saat 16:40 radələrində Penitensiar Xidmətin 3 saylı İstintaq Təcıidxanasında həbsdə saxlanılan qohumu Təqsirləndirilən şəxs2 Əliağa oğlunun yanına qısamüddətli görüşə gedərkən yoxlamadan gizlətməklə Təcridxaııaya ötürməyə cəhd edərkən, həmin əşya əməkdaşlar tərəfindən onun əynindəki şalvarının sağ yan balaca cibindən aşkar edilərək götürüldüyünə görə iradəsindən asılı olmayan səbəblərdən istintaq təcridxanasında saxlanılan şəxsə qadağan olunmuş əşyanı yoxlamadan gizlətməklə ötürülməsi cinayət əməlini başa çatdıra bilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 13 ədəd ayrı-ayrı bükümlərdə, ümumi təmiz çəkisi külli miqdarda 18,224 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2022-ci il tarixdə saat 22:15-də Sumqayıt şəhəri, 17-ci mikrorayon, “Səda” marketin yaxınlığında Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq, Pİ-no gətirilmiş və orada üzərinə şəxsi axtarış aparılarkən əynində olan qara rəngli şortun sağ yan aşağı kiçik cibindən şəffaf sellofan bükümün içərisindən kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan 13 ədəd ayrı-ayrı bükümlərə bükülmüş 5,250 qram, 0,752 qram, 6,883 qram, 0,410 qram, 0,420 qram, 0,416 qram, 0,825 qram, 0,811 qram, 0,436 qram, 0,767 qram, 0,387 qram, 0,420 qram və 0,447 qram olmaqla külli miqdarda ümumi təmiz çəkisi 18,224 qram olan, qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 25 may 2021-ci il tarixdə saat 23:00-23:30 radələrində Nəzər və Hafiz adlı dostları ilə “Şamlı” kafedə oturarkən həmin kafedə əyləşən Məhəmməd və Ramin adlı şəxs arasında siqaretə görə mübahisə yaranmışdır. Mübahisənin nəticəsi olaraq, onlar nalayiq ifadələr səsləndirməyə başlamışlar. O da onlara nalayiq ifadələr səsləndirməməsi barədə xəbərdarlıq etmişdir. Daha sonra Məhəmməd adlı şəxs çıxıb getmiş və Zərərçəkmiş şəxs3la birlikdə gəlmişlər. Zərərçəkmiş şəxs3 kafeyə daxil olan kimi nalayiq ifadələr səsləndirərək onun üzərinə gəlməyə başlamışdır. O, stolun üzərindən pivə bakalını götürüb həmin bakal ilə onu vurmaq istəmişdir. Bu zaman o, ondan cəld hərəkət edərək ona yumruq zərbəsi endirmişdir. Daha sonra onlar kafenin çöl hissəsinə çıxmışlar. Çöldə olan zaman kafenin önündəki dairəvi formada olan işıq lampalarından birini götürüb ona zərbə endirmək istəmişdir. Yenə o, ondan cəld hərəkət edərək, bu dəfə də onu təpiklə vurmuşdur. Onunla birlikdə olan dostlarından heç biri mübahisəyə müdaxilə etməmişlər. Zərərçəkmiş şəxs2 ilə də mübahisələri yaranmış, onunla da dalaşmışlar. Lakin Zərərçəkmiş şəxs2 qabırğaları onun ona vurduğu zərbələr nəticəsində sınmamışdır. Həmin mübahisədən sonra Zərərçəkmiş şəxs2 bir neçə şəxslə dalaşdığını eşitmişdir. Avtomobilin açarı onda olmuşdur. Bu açar onun avtomobilinin açarı idi, lakin həmin avtomobilin kilid hissəsinə də uyğun gəlirdi. Təqsirləndirilən şəxs1la birlikdə avtomobili götürüb bir qədər onunla gəzmişlər. Bakı-Quba yoluna getmişlər, daha sonra Təqsirləndirilən şəxs1 yaşadığı məhəlləyə qayıtmışlar. Avtomobilin heç kim tərəfindən tanınmaması üçün onun ön hissəsini boyamış, ona “Avropa Birliyi” qeydiyyat nişanı yerləşdirmişlər. Eltun Eyyubov ilə Təqsirləndirilən şəxs1 arasında dostluq münasibətləri olduğunu bildiyi üçün avtomobili arxayın halda boyamışdır. Belə ki, avtomobil Təqsirləndirilən şəxs1 dostunun olduğu üçün hər hansı bir problem olmayacağını düşünmüşdür. Təqsirləndirilən şəxs1 ilə avtomobilin oğurlanmasını qabaqcadan planlaşdırmamışlar. Ani olaraq belə bir qərar vermişlər. Avtomobili sadəcə sürmək istəmişlər. Zərərçəkmiş şəxs Eltun Eyyubova dəymiş zərər ödənilmişdir. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində ona Azərbaycan Respublikası CM-in 126.2.4, 177.2.1, 221.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, 25 may 2021 -ci il tarixdə, saat 23 radələrində o hal-hazırda adım unutduğu bir neçə nəfər tanışı ilə birlikdə Sumqayıt şəhəri 51 -ci məhəllədə yerləşən “Şamlı” kafesində oturub pivə içərkən digər stolda “Ağbaş Ramin” kimi tanıdığı şəxs oturmuş, həmçinin sonradan adının Məhəmməd olduğunu öyrəndiyi şəxs isə başqa stolda təklikdə oturub pivə içmişdir. Həmin vaxt Ramin Məhəmmədə yaxınlaşıb ondan çəkmək üçün siqaret istədikdə Məhəmməd ona 1 manat pul verərək özündə siqaretinin az olduğunu bildirmişdir. Buna baxmayaraq Ramin Məhəmmədin qarşısından siqareti götürmək istəyəndə onların arasında mübahisə yaranmış və Ramin bir dəfə yumruqla Məhəmmədi vurmuşdur. O cəld Ramini sakitləşdirib öz yanında oturtmuşdur. Bundan sonra Məhəmməd ucadan nalayiq söyüş ifadələri işlətməyə başlamış və “Görün sizin başınıza nə oyun açacam” deyərək telefonla kiməsə zəng vurmuşdur. Təxminən 4-5 dəqiqədən sonra kafeyə ilk dəfə gördüyü, sonradan adının İntizam olduğunu öyrəndiyi şəxs gələrək ucadan söyüş ifadələri işlədib camaatı hədələməyə başlamışdır. O özünü saxlaya bilməyib İntizamdan onları narahat etməməyi tələb etmiş, Ramin isə özünü saxlaya bilməyib stolun üstündən götürdüyü pivə bokalı ilə İntizamın baş nahiyyəsindən vurmuşdur. Bundan sonra kafedə olan şəxslər çölə çıxmış, İntizam və Məhəmməd isə çöldə söyüş ifadələri işlətməkdə davam etmişlər, o İntizamdan yenidən söyüş söyməməyi tələb edəndə İntizam onun ünvanına pis söyüş ifadəsi işlətmiş, bu zaman o özünü saxlaya bilməyib əllə bir dəfə İntizamı vurmuş, həmin vaxt bunu görən Məhəmməd ona yaxınlaşaraq ünvanına söyüş ifadələri işlədib onu yumruqla vurduqda o əsəbiləşib Məhəmmədi yumruqla vuraraq yerə yıxmış və daha sonra iki dəfə təpiklə onun bədəninin müxtəlif nahiyyələrindən vurub oradan çıxıb getmişdir. O İntizamı vuraraq ona ağır xəsarət yetirməsinə görə peşman olmuş, lakin İntizamı bokalla vurmamış, onu yalnız çöldə mübahisə edərkən bir dəfə əllə sifət nahiyyəsindən vurmuşdur. Bundan başqa, təxminən xx.xx.2021 -ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan vaxt ərzində tanışı Təqsirləndirilən şəxs1 Öz tanışının ağ rəngli 10-OZ- 759 dövlət qeydiyyat nişanlı "Vaz 2107" markalı avtomaşının idarə etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 həmin avtomaşının sahibi olan şəxs ilə arasında olan münasibəti o tam olaraq bilməmişdir. Müxtəlif vaxtlarda Şamil ilə görüşdükləri üçün özü də həmin avtomaşını idarə etmişdir. xx.xx.2021 -ci il tarixdə Şamil işdə olduğu üçün ona zəng edərək avtomaşını öz sahibinə qaytarmasını demişdir. O da həmin avtomaşını idarə edərək Sumqayıt şəhəri, 16-cı mkr ərazisində Ellon adlı sahibinə təhvil vermiş, ağ rəngli **-OZ-*** dövlət qeydiyyat nişanlı "Vaz 2107" markalı avtomaşını öz sahibinə təhvil verməmişdən qabaq Şamil ilə söhbətləri zamanı o həmin avtomaşını sürmək üçün qaçırmaq fikrini Şamilə demiş, o da razılaşmışdır. xx.xx.2021 -ci il tarixdə saat 01:00 radələrində Şamil ilə birlikdə olduqları zaman o avtomaşını qaçırmaq üçün getmələrini demişdir. Şamil də həmin avtomaşını sahibinin Sumqayıt şəhəri, 26-cı məhəllə ərazisində yaşadığını, avtomaşını da yaşadığı ünvanın qarşısında saxladığını bildirmişdir. Taksiyə əyləşib birlikdə Sumqayıt şəhəri, Kolxoz bazarı yaxınlığına getmişlər, orada taksidən düşmüşlər və piyada şəkildə Summayıt şəhəri, 26-cı məhəllə ərazisində qaçırmaq fikrinin olduğu avtomaşının saxlandığı yerə gəlmişlər. Ağ rəngli **-OZ-*** dövlət qeydiyyat nişanlı "Vaz 2107" markalı avtomaşının yanına yaxınlaşmışlar. Əvvəllər idarə eldiyi "Vaz 21011" markalı avtomaşının onda olan açarı ilə avtomaşının qabaq sağ qapısını açmışdır. Sonra da sürücü yerinə keçmiş, avtomaşını işə salmaq istəmiş, lakin işə düşməmişdir.Buna görə də avtomaşını itələyərək dayandığı yerdən çıxarmışlar.Bir qədər irəlidə avtomaşını itələyərək işə salmışlar.Sonra da Sumqayıt şəhəri, S.Vurğun küçəsi ilə əks istiqamətdə hərəkət edərək Bərpa xəstəxanasına doğru getmişlər.Oradan da H.Zeynalabdin qəsəbəsi istiqamətinə doğru keçmiş, qarşıda yanacaq doldurma məntəqəsində avtomaşına yanacaq vurmuş, oradan da yenə eyni istiqamətdə hərəkət etmişdir.Sumqayıtçayın qırağından sola dönərək Bakı-Quba yoluna çıxmışdır.Həmin yola çıxdıqdan sonra o avtomaşını Bakı istiqamətində idarə etmişdir.Bir qədər irəlidə avtomaşını qırağa çəkib saxlamış və orada avtomaşının ön və arxa **-OZ-*** dövlət qeydiyyat nişanlarını açıb salona atmışdır.Sonra Şamil həmin avtomaşını idarə etmək istədiyini bildirmiş, sürücü yerinə keçmiş və avtomaşını idarə etmişdir.Avtomaşını dövlət qeyditta nişanı olmadan idarə edərək Saray postundan sola dönərək Saray qəsəbəsinə doğru hərəkət etmişlər, sonra da 21-ci mkr bağlar ərazisinə çatdıqları zaman Şamilin səhhəti pisləşdiyi üçün o ona avtomaşını saxlatmışdır. Sonra da yerlərini dəyişmişlər və onu avtomaşını idarə etmiş, Şamili yaşadığı ünvana aparmış, o yaşadığı ünvana getmiş, o da oradan çıxıb Corat qəsəbəsinə getmişdir.Ailə üzvlərinin avtomaşın qaçırmasından məlumatı olmasın deyə o qaçırdıqları həmin avtomaşını Corat qəsəbəsində yaşayan dostu Elnurun yaşadığı ünvana aparıb Elnuru çağırmış, ona avtomaşının özünə məxsus olduğunu, orada bir neçə gün qalmasını demişdir. Lakin avtomaşını qaçırdığını Elnura deməmişdir.Elnurun yaşadığı ünvandan çıxıb taksi ilə yaşadığı ünvana qayıtmış, iki gün ərzində avtomaşını saxladığı yerə getmiş və Elnurla görüşmüş, lakin avtomaşını idarə etməmişdir. xx.xx.2021 -ci il tarixdə saat 19:00 radələrində qaçırdığı avtomaşının yanına getmişdir.Avtomaşının görünüşünü dəyişərək fikir yayındırmaq üçün o avtomaşının qabaq və arxa buferlərini açmış, radiator barmaqlığını çıxartmış, bundan əlavə də avtomaşının arxa sol işığını çıxartmış və qabaq mühərrik hissəsinin üzərini, qabaq və arxa sol qanadım qara rəngli sprey boya ilə rəngləmişdir."Vaz 2107" markalı avtomaşının üzərindən açdığı **-OZ-*** dövlət qeydiyyat nişanlarını Elnurun yaşadığı ünvanın həyətində torpağı qazaraq basdırmışdır.Həmin vaxt Elnurun yaşadığı ünvanda olsa da, yanında heç kim olmamışdır.Avtomaşını rənglədikdən sonra bir neçə müddət əvvəl 21-ci mkr ərazisində yerləşən "606" avtoyuma məntəqəsində avtomaşınını yuduzduran tanımadığı şəxsin ona istifadə etmədiyi üçün verdiyi "Lİ 7212" Avropa Birliyinin nömrəsini avtomaşına bağlamışdır. Həmin gün avtomaşını bir qədər idarə etmişdir.Sonra da yaşadığı ünvanın yaxınlığında saxlamışdır.Həmin gün axşam saatlarında onu polisin axtaracağını düşünüb Şabran rayonuna getmişdir.Orada bir gün avtomaşının içərisində qalmış, onu axtarmadıqlarını görüb, habelə yolda YPX əməkdaşları da onu saxlamadıqları üçün o rahatlaşmışdır.Buna görə də yaşadığı ünvana qayıtmışdır.Bir neçə gün avtomaşını Şamil ilə idarə etmişlər, avtomaşını birlikdə ustaya aparmışlar.Sonra da avtomaşın Şamilin yaşadığı ünvanın qarşısında saxlamışlar.Avtomaşını polisin axtardığım düşündükləri üçün Şamil ilə onun bütövlükdə boyamağı düşünmüşlər.Şami! də boya xərclərini ödəyəcəyini bildirmiş, Şamilin yaşadığı ünvanın həyətində Şamil avtomaşını boz rəngə boyamışdır.Belə ki, təxminən 4 il əvvəl məndə olan **-BC-*** dövlət qeydiyyat nişanlı "Vaz 2105" markalı avtomaşının dövlət qeydiyyat nişanları və texniki qeydiyyat şəhadətnaməsi onda qaldığı üçün avtomaşını boz rəngə boyamışlar.Avtomaşını boyadıqdan sonra bir neçə gün o və Şamil onu idarə etmişlər.Sonuncu dəfə xx.xx.2021 -ci il tarixdə Şamil onun yaşadığı ünvanın yaxınlığında saxladığı "Vaz 2107" markalı avtomaşını gəlib götürmüş və idarə etmişdir.Həmin gün axşam saatlarında Şamil ilə görüşdüyü zaman o, avtomaşını yaşadığı ünvanın yaxınlığında saxladığını bildirmişdir. xx.xx.2021 -ci il tarixdə polis əməkdaşları onu Sumqayıt şəhəri, 21-ci mkr ərazisində saxlayaraq Sumqayıt ŞPİ-ııin 4-cü PB-nə gətirmişlər. Təqsirləndirilən şəxs1 ilə birlikdə qaçırdığı və qaçırdığı zaman üzərində **-OZ- *** dövlət qeydiyyat nişanları olan hazırda üzərində **-BC-*** dövlət qeydiyyat nişanları "Vaz 2107" markalı avtomaşını və həmin avtomaşını qaçırdığı zaman üzərində olan **-OZ- *** dövlət qeydiyyat nişanlarını torpaqda basdırdığı yeri göstərərk onları təqdim etmişdir. O və Şamilin avtomaşını qaçırmaqda məqsədləri yalnız avtomaşının nömrəsini dəyişib bir neçə gün sürüb daha sonra sahibinə qaytarmaq olmuş,həmin avtomaşını satıb pul əldə etmək, ya da öz mülkiyyətlərinə keçirmək kimi niyyətləri olmamışdır. (Cild 2, iş vərəqləri 57-59,96-98, Cild-3, iş vərəqləri 17-21,27-28, 196) Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, onun avtomobili cərimə meydançasına yerləşdirilmişdi. Müvəqqəti olaraq Eltun Eyyubovun avtomobilini idarə edirdi. Bir gün Təqsirləndirilən şəxs2 həmin avtomobili Eltun Eyyubova geri qaytarmasını bildirmişdir. Təqsirləndirilən şəxs2 də avtomobili Eltun Eyyubova vermişdir. Bir neçə gün sonra Təqsirləndirilən şəxs2 ilə birlikdə spirtli içki qəbul etmiş və sərxoş vəziyyətdə olmuşlar. Avtomobil sürmək istəmiş, ağlına Eltun Eyyubova məxsus avtomobil gəlmişdir. Təqsirləndirilən şəxs2 ilə həmin avtomobili götürüb onunla gəzmişlər. Daha sonra avtomobili onun yaşadığı məhəlləyə gətirmişlər, orada avtomobilin ön hissəsini boyamışlar. Daha sonra avtomobil Elnur Rüstəmovun yaşadığı evin həyətində saxlamışlar. Avtomobil bir neçə gün orada qalmışdır. Elnur Rüstəmovun avtomobili oğurladıqdan məlumatı olmamışdır. Avtomobil ümumilikdə, təxminən 15-20 gün müddətində onlarda olmuşdur. Digər epizodla bağlı bildirmişdir ki, Təqsirləndirilən şəxs2 onun dostudur və o istintaq təcridxanasında olarkən onun üçün tez-tez sovqat aparırdı. O, narkotik vasitə istifadəçisidir. Hadisə baş verdiyi gün şəxsi istifadəsi üçün üzərində narkotik vasitə olmuşdur. İstintaq təcridxanasına girməzdən əvvəl narkotik vasitə qəbul etmişdir. Bu zaman istintaq təcridxanasının əməkdaşları içəri girməyi üçün onu çağırmışlar. O da həmin narkotik vasitəni cibinə qoymuşdur. Daha sonra təcridxananın əməkdaşları üzərini yoxlayarkən cibindən həmin narkotik vasitə aşkar edilmişdir. Narkotik vasitəni istintaq təcridxanasına keçirmək məqsədi olmamışdır. Təqsirləndirilən şəxs2 sovqat verərkən onun içərisində narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Təqsirləndirilən şəxs2 ilə aralarında şüşə mövcud olmuş, həmin şüşənin arasında Təqsirləndirilən şəxs2 nəsə verməyi üçün boşluq olmamışdır. Təqsirləndirilən şəxs1, həmçinin ifadəsinə əlavə olaraq bildirmişdir ki, polis əməkdaşları məni 08 iyul 2022-ci il tarixdə təxminən saat 20:00-21:00 radələrində saxlamışlar. Həmin vaxt o, ailəsi ilə birlikdə marketə gedirdi. Həmin vaxt polis əməkdaşları ona yaxınlaşaraq, onu dərhal avtomobilə əyləşdirmək istəmişlər. Onlar onu döymüşlərlər. Hətta, qucağındakı övladı da yıxılacaqdı. Polis əməkdaşlarının onu döymələrini ətrafda olan şəxslər görmüşlər. Lakin, həmin şəxsləri tanımır. Polis İdarəsində üzərinə baxış keçirilmiş və heç bir narkotik vasitə aşkar olunmamışdır. Avtomobilində 1 qram və 0,5 qram miqdarında şəxsi istifadəsi üçün narkotik vasitə olmuşdur. Polis əməkdaşları onun üzərində olmayan narkotik vasitələrin ona məxsus olduğunu bildirib, həmin vasitələrin ondan aşkar olunduğunu rəsmiləşdirmişlər. Bunun səbəbi, yəqin ki, onlarla dalaşmağı və onların ünvanına nalayiq ifadələr səsləndirməyi olmuşdur. Belə ki, övladı qucağında olarkən ona təzyiq etdikləri üçün onları itələmiş və onların ünvanına nalayiq ifadələr səsləndirmişdir. Saxladıqları vaxtdan 10 gün əvvəl də həmin polis əməkdaşları onu narkotik vasitə istifadə etməsi ilə əlaqədar saxlamışlar. Həmin vaxt da onu döymüşlər, lakin nəsə əldə edə bilmədikləri üçün onu 2 gün saxladıqdan sonra buraxmışlar. Polis əməkdaşları tərəfindən ilk dəfə saxlanıldıqda Kamran adlı dostu da onun yanında olmuşdur. Polis idarəsinə və Bakı şəhəri, Sabunçu Rayonu, Maştağa qəsəbəsində yerləşən Respublika Narkoloji Mərkəzinə onları birlikdə aparmışlar. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsindən görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 234.4.3 və 29, 317-1.1 -ci maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, təxminən 1 ildir ki, "kakos" deyilən narkotik vasitə heroini zərki kağızda yandırmaqla tüstüsünü qəbul edir. Təxminən 1 ay yarım-2 ay əvvəl internetdə Əhməd aldı şəxslə tanış olmuş, Əhmədlə ünsiyyət qurduqdan sonra ona heroin qəbul etdiyini bildirəndə Əhmədə onun üçün pul müqabilində heroin təşkil edə biləcəyini təklif etmiş, o da razılaşmışdır. Həmin vaxtdan sonra Əhməd onun mobil nömrəsinə votsapla göndərdiyi "Leo bank" rəqəmli hesaba 3 dəfə 100, 150 və 200 manat pul göndərmiş, bundan sonra Əhməd votsapla ona Bakı şəhəri ərazisində müxtəlif yerlərdə qoydurduğu narkotik maddələrin olduğu yerin fotoşəklini və olduğu yeri "konunV'la ona göndərmiş, o da həmin yerləri taparaq həmin narkotik maddələri götürmüşdür. Sonuncu dəfə Əhmədlə danışanda, ona narkotik təşkil etməsini, pulu olmadığını, pulu olanda ona göndərəcəyini söz vermiş və Əhməd onunla razılaşmış, sonra Əhməd votsapla ona xx.xx.2022-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Səbail rayonu ərazisində "Bayraq Meydanı" yaxınlığında yolun kənarında yol boyunca tikilmiş hasarın yanında olan köhnə divanın arxasında qoydurduğu narkotik maddələrin olduğu yerin fotoşəklini göndərmiş, o da həmin yeri tapıb oradan 1 bükümdə narkotik vasitə heroini götürmüş və Sumqayıt şəhərinə qayıtmışdır. Sonra münasib yer tapıb heroini xırda selofan bükümlərə bölmüş və bütün bükümləri siqaretin selofanına yığıb əyııimdəki qara rəngli şorlun sağ yan aşağı kiçik cibinə qoyub saxlamışdır. Saat 22:15 radələrində Sumqayıt şəhəri, 17-ci mkr ərazisində "Səda" marketin yaxınlığında olan zaman ona 3 nəfər mülki geyimdə olan şəxslər yaxınlaşıb özlərini təqdim edərək Sumqayıt ŞPİ-nin polis işçiləri olduqlarını bildirərək onu saxlamışlar, onun narkotik vasitələrin qanunsuz əldə etmə, qəbul, üzərində gəzdirməkdə və satışında şübhəli olduğunu bildirmişlər və üzərində şəxsi axtarış keçirilməsi üçün Sumqayıt ŞPİ-nə dəvət etmişlər. O etiraz etməyib birlikdə polis idarəsinə getmişlər. İdarədə xidməti otaqlarının birində hansı səbəbdən saxlanılması təkrar bildirilməklə yanaşı ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarının müdafiəsi üçün təqdim olunmuş siyahıdan seçdiyi vəkil Günya Cəfərova polis əməkdaşı tərəfindən ona təqdim olunmuş və ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet və s. vardırsa təqdim etməyi təklif olunduqda, o əynində olan qara rəngli şortun sağ yan aşağı kiçik cibindən şəffaf selofan bükümü çıxardıb təqdim edərək, həmin bükümün içərisində heroin olduğunu bildirmişdir. Həmin bükümün içərisinə baxıldıqda 13(on üç) ədəd şəffaf selofan bükümlərdə heroin aşkar olunmuşdur. Bundan sonra əynindəki şortun sağ yan cibindən "Samsuııq A 31" markalı, ***-***-**-** və ***-***-**-** nömrələri olan mobil telefonu, əynindəki şorlun sol yan cibindən 1 ədəd "Vinçester” markalı siqareti, özünə məxsus şəxsiyyət vəsiqəsini, öz adına olan "Muğan bank" plastik kartı çıxarıb təqdim etmişdir. Bundan sonra şəxsi axtarış zamanı üzərindən cinayət xarakterli heç bir predmet, əşya və s. aşkar olunmamış və götürülməmişdir. Üzərindən aşkar olunaraq götürülmüş 13 ədəd bükümlərdə olan narkotik vasitə heroin bükümləri elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 19,99 qram olmuşdur. Həmin maddələr qablaşdırılaraq götürülmüşdür. Üzərindən aşkar olunmuş şəxsiyyət vəsiqəsi, "Muğan bank" plastik kartı və "Samsunq A 31" markalı mobil telefonu iş üzrə əhəmiyyət kəsb etdiyindən müstəntiq tərəfindən götürülmüş, siqareti isə özünə qaytarılmışdır. Narkotik vasitə olan heroini aldığı şəxsin adının Əhməd olduğunu bilsə də, digər anket məlumatlarını bilməmiş, onunla təsadüf nəticəsində tanış olmuş, həmin narkotik vasitə olan heroini almaqda ona kömək edən olmamış, bunu tək etmişdir. Həmin narkotik vasitəni şəxsi istifadəsi üçün almış və bəzən narkotik aludəşisi olan tanışlarına pulsuz pay vermişdir. O hüquqlarını bilir, o saxlanılarkən ona qarşı heç kim tərəfindən heç bir psixi və ya fiziki zor tətbiq edilməmiş, təsir və təziq göstərilməmiş və heç bir hüququ pozulmamışdır. İttihamın digər epizodu üzrə Təqsirləndirilən şəxs1 qeyd etmişdir ki, X15 2-3 ildir ki, tanımaqla onunla aralarında dostluq münasibətləri olmuşdur. Təxminən 2 ay bundan əvvəl Eltun onun yanma gələrək özünə məxsus VAZ-2107 markalı, **-OZ-*** nömrə nişanlı avtomaşını sənədsiz idarə etməsi ilə əlaqədar avtomaşınının cərimə meydançasına salındığını, buna görə pula ehtiyacı olduğunu bildirmişdir. O Eltuna avtomaşını cərimə meydançasından çıxara bilməsi üçün 160 manat pul vermiş və birlikdə avtomaşını cərimə meydançasından çıxarmışlar. Eltun ona olan borcunu ödəyənə kimi həmin avtomobili giriv kimi onun həyətində saxlamışdır. Həmin avtomaşını təxminən 15 gün onun həyətində qalmışdır.Bundan sonra o, ona olan borcunu ödəyərək avtomobilini ondan təhvil almış, Eltun ona olan borcunu gec ödədiyinə görə o çox əsəbiləşmiş və onun avtomaşınını sürmək üçün bir neçə günlüyə qaçırmaq qərarına gəlmiş, o bu barədə dostu İbişlə məsləhəıləşdikdə o da razılıq vermişdir. xx.xx.2021 -ci il tarixdə saat 01:00 radələrində İ biş ilə birlikdə olduqları zaman o, avtomaşını qaçırmaq üçün getmələrini təklif etmişdir. O ona həmin avtomaşının sahibinin Sumqayıt şəhəri, 26-cı məhəllə ərazisində yaşadığını, avtomaşını da yaşadığı ünvanın qarşısında saxladığını bildirmişdir.Taksiyə əyləşib birlikdə Sumqayıt şəhəri, Kolxoz bazarı yaxınlığına getmişlər, orada taksidən düşmüşlər və piyada şəkildə Summayıt şəhəri, 26-cı məhəllə ərazisində qaçırmaq fikirlərinin olduğu avtomaşının saxlandığı yerə gəlmişlər. İbiş həmin avtomaşını əvvəllər bir neçə dəfə idarə etdiyindən və açarı olduğundan onda olan açarı ilə avtomaşının qabaq sağ qapısını açmışdır.Sonra da sürücü yerinə keçmiş, avtomaşını işə salmaq istəmiş, lakin işə düşməmişdir.Buna görə də avtomaşını itələyərək dayandığı yerdən çıxarmışlar.Bir qədər irəlidə avtomaşını itələyərək işə salmışlar. Sonra da Sumqayıt şəhəri, S.Vurğun küçəsi ilə əks istiqamətdə hərəkət edərək Bərpa xəstəxanasına doğru getmişlər.Oradan da H.Zeynalabdin qəsəbəsi istiqamətinə doğru keçmişlər.Qarşıda yanacaq doldurma məntəqəsində avtomaşına yanacaq vurmuşlar.Oradan da yenə eyni istiqamətdə hərəkət etmişlər. Sumqayıtçayın qırağından sola dönərək Bakı-Quba yoluna çıxmışdır. Həmin yola çıxdıqdan sonra İbiş avtomaşını Bakı istiqamətində idarə etmiş, bir qədər irəlidə avtomaşını qırağa çəkib saxlamış və orada avtomaşının ön və arxa **-OZ-*** dövlət qeydiyyat nişanlarını açıb salona atmışdır. Sonra o həmin avtomaşını idarə etmək istədiyini bildirib sürücü yerinə keçmiş və avtomaşını idarə etmişdir. Avtomaşını dövlət qeyditta nişanı olmadan idarə edərək Saray postundan sola dönərək Saray qəsəbəsinə doğru hərəkət etmişlər.Sonra da 21-ci mkr bağlar ərazisinə çatdıqları zaman onun səhhəti pisləşdiyi üçün Avtomaşını saxlamış, sonra da yerlərini dəyişmişlər və İbiş avtomaşını idarə etmiş və onu yaşadığı ünvana aparmış, o avtomaşından düşmüş, İbiş isə maşını sürüb getmişdir. Bir neçə gündən sonra artıq DYP əməkdaşları həmin avtomaşını axtardığından İbişin təklifi ilə avtomaşının rəngini dəyişmişlər. Belə ki, o boya xərclərini ödəyəcəyini bildirmiş və yaşadığı ünvanın həyətində avtomaşını boz rəngə boyamış və bir neçə gün həmin avtomaşını idarə etmişdir. xx.xx.2021-ci il tarixdə polis əməkdaşları İbişi Sumqayıt şəhəri, 21-ci mkr ərazisində saxlayaraq Sumqayıt ŞPİ-nin 4-cü PB-nə aparmışlar, daha sonra o özü də polis əməkdaşlarına təslim olmuş,o və İbişin avtomaşını qaçırmaqda məqsədləri yalnız avtomaşının nömrəsini dəyişib bir neçə gün sürüb daha sonra sahibinə qaytarmaq olmuş, sadəcə olaraq onlar avtomaşını qaçırdıqdan sonra avtomaşının artıq DYP tərəfindən axtarıldığını eşidib ələ keçməmək üçün rəngini dəyişmişlər. Həmin avtomaşını satıb pul əldə etmək, ya da öz mülkiyyətlərinə keçirmək kimi niyyətləri olmamışdır. İttihamın başqa bir epizodu üzrə Təqsirləndirilən şəxs1 göstərmişdir ki, 12 aprel 2022-ci il tarixdə, təxminən saat 16:40 radələrində Penitensiar Xidmetin 3 saylı İstintaq Təcıidxanasında həbsdə saxlanılan xalası oğlu, Təqsirləndirilən şəxs2 Əliağa oğlunun yanma qısamüddətli görüşə gedərkən onun üzərinə və şəxsi əşyalarına təcridxana əməkdaşları tərəfindən axtarış-baxış tədbirləri keçirilən zaman əynindəki şalvarının sağ yan balaca cibindən "X3 İntizam Qaydaları" ilə qadağan olunmuş, 01 ədəd siqaret cığarasına bükülmüş vəziyyətdə, içərisində 0,058 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroin aşkar edilərək götürülmüşdür. Aşkar olunaraq götürülmüş narkotik vasitə heroini aşkar olunmazdan 2 gün əvvəl öz istifadəsi üçün Sumqayıt şəhərində tanımadığı bir şəxsdən 5 manat müqabilində almışdır. (Cild 1, iş vərəqləri 58-60, 182-183, 284-287; Cild-2, İş vərəqləri 81-83, 126-128; Cild-3 İş vərəqləri 178-180) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi qəbul edilməsindən ötrü tədqiq edərək qiymətləndirir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, hadisə Sumqayıtda yerləşən kafelərin birində baş vermişdir. O, həmin vaxt içkili olmuş və yeznəsi Zərərçəkmiş şəxs2 ilə birlikdə kafeyə getmişdir. Zərərçəkmiş şəxs2 siqaretə görə mübahisəsi yaranmışdı. Daha sonra kimsə Zərərçəkmiş şəxs2 vurmuşdur. O da bu məsələni aydınlaşdırmaq üçün kafeyə gəlmişdir. Kafeyə girdikdən sonra Zərərçəkmiş şəxs2 kimin vurduğunu soruşmuş, heç kim səsini çıxartmamışdır. Bundan sonra nalayiq ifadələr səsləndirmiş və həmin vaxt kimsə onu vurmuşdur. Kafedə bir nəfər şəxs tərəfindən vurulmuş, lakin kim tərəfindən vurulduğunu xatırlamır. Təqsirləndirilən şəxslə barışmış, şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs3 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsinə əsasən o, Sumqayıt şəhəri 51-ci məhəllə ərazisində yerləşən “Şamlı” kafesini işlədən Eldarı uzun illərdir ki, tanımış, belə ki, onun yaşadığı ev həmin kafenin yaxınlığında yerləşmiş, onunla aralarında münasibətlər həmişə normal olmuş, aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. Zərərçəkmiş şəxs2 isə onun yeznəsidir, onunla da da münasibətim həmişə yaxşı olmuşdur. 25 iyun 2021-ci il tarixdə o yaxın dostları ilə yeyib-içib saat 23 radələrində yaşadığı evə girmək istəyərkən bu zaman yeznəsi Məhəmməd ona zəng vuraraq “Şamlı” kafesində döyüldüyünü və hal- hazırda da orada olduğunu bildirdikdə o dərhal həmin həmin kafeyə getmiş və Məhəmmədin orada olduğunu görüb kafedə oturanlara müraciət edərək Məhəmmədin kim tərəfindən döyüldüyünü soruşmuş, onun sualına heç kəsin cavab vermədiyini görüb təkrar olaraq Məhəmmədi hansı şərəfsiz vurub deyə soruşduqda onun bu sözünə ilk dəfə gördüyü, sonradan adının İbiş olduğunu öyrəndiyi şəxs sərt reaksiya verərək ona tərəf getmiş və aralarında bununla əlaqədar mübahisə yarandıqda onlar bir-birlərindən yapışmışlar. Həmin vaxt İbiş masalardan birinin üstündə olan boş pivə bokalım götürərək onun baş nahiyyəsindən zərbə ilə vurmuş, zərbədən o, yerə yıxılmış, bundan sonra orada olanlar onları ayıraraq çölə çıxartmışlar. O çölə çıxarkən Məhəmmədin Eldarla mübahisə eldiyini və onun Eldara “Sənin kafendə bizi döyürlər” deyə irad bildirmiş, həmin vaxı o da söyüş ifadələri işlətdikdə İbiş ona yaxınlaşıb bir dəfə yumruqla sifət nahiyyəsindən vurmuş, bunu görən Məhəmməd İbişə yaxınlaşıb onu vurduğuna görə söydükdə İbiş adlı şəxs möhkəm yumruq zərbəsi ilə Məhəmmədi vurmuşdur. Zərbədən Məhəmməd yerə yıxılmış, başı yerə dəymişdir. Bununla da sakitləşməyən İbiş yerdə olarkən də təpik zərbələri ilə Məhəmmədin bədəninin müxtəlif nahiyyələrindən, o cümlədən qabırğa nahiyyəsindən vurmağa başlamışdır. Məhəmməd yalnız başını qorumaq üçün əlləri ilə üz nahiyyəsini tutmuşdur. (Cild 2, iş vərəqləri 254-256) Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirimiş Zərərçəkmiş şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiqləyərək ifadəsində göstərdi ki, hadisə Sumqayıt şəhərində yerləşən “Şamlı” kafesində baş vermişdir. Həmin kafedə bir şəxs ilə onun arasında siqaretə görə mübahisə yaranmışdı. Təqsirləndirilən şəxs2 həmin mübahisə əsasında kənardan gələrək onu vurmuşdur. O, Təqsirləndirilən şəxs2 tanımırdı. Təqsirləndirilən şəxs2 zərbəsi nəticəsində onun qabırğası qırılmışdı. Zərərçəkmiş şəxs3 başına bakal ilə zərbəni kafedən çöldə Təqsirləndirilən şəxs2 endirmişdir. Hazırda ondan heç bir şikayət və tələbi yoxdur, onunla atasına görə barışmışdır. Ona dəymiş zərər ödənilmişdir. Zərərçəkmiş şəxs2 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsinə əsasən o, Gədəbəy rayonunda qeydiyyatda olsa da uzun illərdir ki, işləmək üçün Sumqayıt şəhəri gəlmiş və müxtəlif ünvanlarda kirayədə yaşamışdır. Sumqayıt şəhəri 51-ci məhəllə ərazisində yerləşən “Şamlı” kafesini işlədən Eldarı təxminən 10 ildir ki, tanıyır, belə ki, o bəzən onun kafesinə gedib yeyib-içmiş, onunla aralarında münasibətlər həmişə normal olmuş, aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. 25 may 2021-ci il tarixdə, saat 23 radələrində o həmin kafedə təklikdə oturub pivə içmişdir. Bu zaman ona ilk dəfə gördüyü bir nəfər təxminən 30-35 yaşında ağ saçlı şəxs yaxınlaşaraq məndən çəkmək üçün siqaret istədi. Mən həmin şəxsə siqaretimin az olduğunu bildirib özünə siqaret almaq üçün 1 manat pul vermişdir. Həmin şəxs ondan 1 manatı götürmüş, lakin bundan əlavə masanın üzərndə olan siqaret qutusu və alışqanı da götürmüşdür. O ayağa qalxıb siqaretini qaytarmasını tələb edərək əlini uzadıb ondan siqareti almaq istədikdə həmin şəxs bir dəfə yumruq zərbəsi ilə onun üz nahiyyəsindən vurmuş, o ona cavab qaytarmağa macal tapmamış kafeni işlədən, sonradan adının Cavid olduğunu öyrəndiyi şəxs və həmçinin başqa bir stolda yoldaşları ilə oturub pivə içən, sonradan adının İbiş olduğunu öyrəndiyi şəxs onları ayırmış və İbiş həmin ağsaçlı, sonradan adının Ramin olduğunu öyrəndiyi şəxsi aparıb öz stolunda otuıtmuşdur. Kafedə baş verən hadisə ona çox pis təsir etdiyindən o, telefonla zəng vurub yaxınlıqda yaşayan qaynı İntizama hadisə barədə məlumat verib onu oraya çağırmışdır. Bir neçə dəqiqədən sonra İntizam kafeyə gəlmiş və onun kim tərəfindən vurulduğunu soruşaraq söyüş ifadələri işlətmişdir. Həmin vaxt İbiş stoldan durub İntizama yaxınlaşaraq ondan söyüş söyməməyi tələb etdikdə İntizam onu da söymüş və bu zaman İbiş adlı şəxs stolun üstündə olan boş pivə bokalım götürüb İntizamın baş nahiyyəsindən vurmuşdur. İntizam baş nahiyyəsindən xəsarət alaraq yerə yıxılmış, özü isə kafedən çölə çıxdıqda kafenin sahibi Eldarla rastlaşmış və ona iradını bildirərək işlətdiyi kafedə onları döydüklərini bildirmişdir. Bu zaman Eldar ondan sakit olmağı tələb edərkən kafedən çölə çıxan İbiş adlı şəxs İntizama yaxınlaşıb ondan söyüş söyməməyi tələb etdikdə İntizam İbişi bir daha söymüş, həmin vaxt İbiş bir dəfə yumruqla İntizamı vurmuş, o bunu görüb İbiş adlı şəxsə yaxınlaşaraq nəyə görə İntizamı vurduğunu soruşanda İbiş əvvəlcə yumruqla vurub onu yerə yıxmış, daha sonra isə təpiklə bədəninin müxtəlif nahiyyələrindən o cümlədən qabırğa nahiyyəsindən vurmağa başlamışdır. O yalnız başını qorumaq üçün əlləri ilə üz nahiyyəsini tutmuşdur. Həmin vaxt oraya gəlmiş Eldarın oğlu Qalib də gələrək İntizamı şillə ilə sifət nahiyyəsindən vurmuş, aldığı zərbələrdən onun halı pisləşdiyindən təcili yardım avtomaşını çağırmışlar və onu xəstəxanaya yerləşdirmişlər.Onun bədəni üzərində olan bütün xəsarətləri ona İbiş adlı şəxs yumruq və təpiklə vurmaqla yetirmiş, ağ saçlı, sonradan adının Ramin olduğunu öyrəndiyi şəxsin onu bir dəfə ymruqla vurması nəticəsində o hər hansı bir xəsarət almamış və həmin Ramin adlı şəxsdən də heç bir şikayət və tələbi yoxdur. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli, 18\571 saylı rəyinə əsasən bədəni üzərində döş qəfəsinin sağ yan səthinin dərialtı emfizeması və hematoraksla müşayiət olunmuş sağdan Vİİ-V1İİ qabırğaların yerdəyişən sınıqları, sol təpə-ənsə nahiyyəsinin cərrahi tikişə ehtiyacı olan əzilmiş-cırılmış yarası, sol göz qapaqlarının, sağ gicgah nahiyyəsinin, döş qəfəsinin sağ yan səthinin qançırları, sol dirsək nahiyyəsinin, sağ əlin İİİ barmağının sıyrıqları xəsarətlərin aşkar edilməsi barədə bildirmişdir ki, ona bədəni üzərində olan xəsarətlərin hamısını, İbiş adlı şəxs yumruqla vurub yerə yıxmaqla və həmçinin yerə yıxıldıqdan sonra qabırğa nahiyyəsinə təpiklə vurmaqla yetirmişdir. (Cild 2, iş vərəqləri 246-248) Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş X17 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 ilə birlikdə avtobus sürücüsü işləmişlər. 2021-ci ilin yay aylarında avtomobil almaq məqsədilə Salyan rayonuna getmiş, tanımadığı şəxsdən 4500 manat müqabilində VAZ-2107 markalı avtomobili almışdır. Bəzən Təqsirləndirilən şəxs1 avtomobil lazım olduqda, öz avtomobilini ona verirdi. Bir gün yol polisi əməkdaşları tərəfindən onun idarə etdiyi avtomobilin duracağa yerləşdirilmişdi. Avtomobili oradan çıxarmaq üçün ona təcili olaraq pul lazım idi. Təqsirləndirilən şəxs1 ona pul vermiş və o, cəriməni ödəyərək avtomobili duracaqdan çıxartmışdır. Bundan sonra avtomobili Təqsirləndirilən şəxs1 yaşadığı evin həyətinə qoymuş və ona olan borcunu qaytardıqdan sonra avtomobili götürəcəkdi. Təqsirləndirilən şəxs1 ona borcunu qaytardıqdan sonra avtomobilini Təqsirləndirilən şəxs2 vasitəsilə ona geri qaytarmışdır. Bir neçə gün sonra yuxudan oyandıqda avtomobilin həyətdə olmadığını görmüş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə bu barədə məlumat vermişdir. Bir müddət sonra polis bölməsindən ona avtomobilinin tapıldığını bildirmişlər. Avtomobil Təqsirləndirilən şəxs1 aşkar olunmuşdu. Avtomobilin rəngi dəyişdirilmişdi. Polis bölməsində izahat verdikdə, bir neçə gün əvvəl avtomobili Təqsirləndirilən şəxs1 verdiyi barədə bildirmişdir. Avtomobil təqribən 15 gün sonra tapılmışdı. Tapıldıqda onun rəngi dəyişidirilmişdi. Təqsirləndirilən şəxslərdən şikayəti və tələbi yoxdur, barışmışdır. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid1 ifadəsində göstərmişdir ki, Eltun Eyyubov onun dostu olmaşla, onunla münasibətləri yaxşı olmuşdur. 2021-ci ilin yay aylarında Eltuna avtomobil almaq məqsədi ilə birgə Salyan rayonuna getmişlər. Orada Eltun tanımadığı şəxsdən 4500 manat müqabilində özünə VAZ-2107 markalı, **-OZ-***9 dövlət qeydiyyat nişanlı avtomobili almış, sürücülük hüququ olmadığından həmin avtomobili onun adına rəsmİləşdirilməsini xahiş etdikdə o etiraz etməmiş və avtomaşın onun adına sənədləşdirilmişdir. Bundan sonra həmin avtomaşını Sumqayıt şəhərinə gətirmişlər, sürücülük vəsiqəsi olmadığına görə Eltun harasa getmək lazım olanda onun avtomaşınını idarə etmişdir. Təxminən 1 ay bundan əvvəl Eltun özü avtomobili sürücülük hüququ olmadan idarə etdiyi üçün avtomaşını DYP tərəfindən müvəqqəti duracağa yerləşdirilmişdi. Cəriməni ödəmək və avtomaşını duracaqdan çıxarmaq üçün cərimənin pulunu Şamil adlı tanışından almış və onun borcunu qaytarana kimi həmin avtomaşını Şamilin yaşadığı evin həyətində saxlamışdır. Eltun ona borcunu tam ödədikdən sonra avtomaşını Öz yaşadığı evin həyətə gətirmişdir. 26 noyabr 2021-ci il tarixdə Eltun ona zəng vuraraq avtomaşınının həyətindən qaçırıldığını bildirib ondan xahiş etmişdir ki, avtomaşın onun adına olduğundan PB-nə ərizə ilə müraciət etmiş, o etiraz etməyib Sumqayıt ŞPİ-nin 4-cü PB- nə gedərək avtomaşının oğurlanması barədə şifahi ərizə protokolu vermiş və həmin ərizədə avtomaşının ona məxsus olmasını bildirmiş, lakin avtomaşının faktiki mülkiyyətçisi Eltun olmuşdur. (Cild 2, iş vərəq 150) Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, 25 iyun 2021ci il tarixdə saat 23:00-00:00 radələrində Sumqayıt şəhəri, 21-ci mikrorayon ərazisində yerləşən “Şamlı” adlanan kafenin yaxınlığından öz avtomobili ilə keçirdi. Həmin kafeni onun atasına Şahid10 işlədirdi. Kafenin yaxınlığından keçərkən orada 3-4 nəfərin toplaşdığını görmüş və mübahisə yarandığını hiss etmişdir. Kafeyə yaxınlaşdıqda, Zərərçəkmiş şəxs3 sərxoş vəziyyətdə nalayiq ifadələr səsləndirmişdir. O, atası Şahid10 ilə üzbəüz duran zaman bu ifadələrdən istifadə edirdi. O, əvvəlcə həmin ifadələri atası Şahid10 dediyini düşünmüşdür. Lakin, sonra atası Şahid10 Zərərçəkmiş şəxs3 ona demədiyini və onun getməyini bildirmişdir. O da avtomobilə əyləşərək, oradan uzaqlaşmışdır. Təqsirləndirilən şəxs2 orada görməmişdir. O, kafeyə yaxınlaşdıqda, Zərərçəkmiş şəxs2 orada görmüşdür. Lakin, onun vurulması barədə məlumatı olmamışdır. Sadəcə sonradan post-patrul ximəti bölüyünün əməkdaşlarlarının kafeyə gəlmələri barədə xəbər tutmuşdur. Şahid8 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsindən görünür ki, Sumqayıt şəhəri 51-ci məhəllə ərazisində yerləşən “Şamlı” kafesi atası Eldara məxsus olmuş, lakin o həmin kafeni bir müddətdir ki, İcarə qaydasında işlətmək üçün Tural Piverdiyev adlı şəxsə vermişdir. 25 may 2021-ci il tarixdə, saat 23 radələıində o təsadüfən kafenin qarşısından keçərkən kafenin qarşısında bir neçə nəfər şəxsin toplaşdığını görüb oraya yaxınlaşdıqda görmüşdür ki, sonradan adının İntizam olduğunu öyrəndiyi şəxs atası Eldarla mübahisə etmiş və onun yaxasından yapışmışdır. Bu ona çox pis təsir etmiş və İntizamın yaxasından tutaraq onun sinəsindən itələyib kənara çəkmişdir. Həmin vaxt onlardan bir qədər aralıda sonradan adının İbiş olduğunu bildiyi şəxslə sonradan adının Məhəmməd olduğunu öyrəndiyi şəxs arasında dalaşma baş verdiyini görsə də, hava qaranlıq olduğundan o konkret olaraq kimin kimi vurduğunu görməmiş, lakin İbiş çıxıb getdikdən sonra Məhəmmədin yerdə olduğunu, halının pisləşdiyini görmüşlər və təcili yardım avtomaşını çağırmışlar, Məhəmmədi xəstəxanaya yerləşdirmişlər. O hadisə yerinə gəldiyi vaxtdan mübahisə və dalaşma təxminən 10 dəqiqə davam etmiş, hadisəni ifadəsində adlarını göstərdiyi şəxslərdən başqa heç kəs görməmişdir. (Cild 2, iş vərəqləri 8-10, cild 3, iş vərəqləri 142-144) Məhkəmədə şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərdi ki, o, hadisənin birbaşa şahidi olmamışdır. Bir gün evdə olarkən Şahid9 ona zəng edərək, obyektdə dava düşdüyünü və gəlməyini bildirmişdir. Sözügedən obyekt Şahid10 məxsus olmuş və o, həmin obyekti işlətmək üçün yenicə götürmüşdür. Həmin kafe Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşirdi. Evə getmiş və kafeni bir müddətlik Şahid9 tapşırmışdır. Şahid9 ona zəng edib dava düşdüyünü bildirmişdir. O, hadisə yerinə çatdıqda, insanlar dalaşan şəxsləri aralamağa çalışırdılar. O, dalaşan şəxslərin kim olduğunu görməmişdir. Lakin, ətrafda olan insanlardan eşitdiyinə görə Təqsirləndirilən şəxs2 dalaşmışdır. Davanın da səbəbi, deyəsən siqaret istəməkdən yaranmışdır. Davanın təşəbbüskarının kim olduğunu bilmir. Eşitdiyinə görə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsin başına bakal ilə vurmuşdur. O, bu barədə sadəcə eşitmişdir. Şahid13 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində göstərmişdir ki, o, təxminən 2021-ci ilin mart ayının əvvəllərində o Sumqayıt şəhəri 51-ci məhəllə ərazisində yerləşən “Şamlı” kafesini həmin kafenin sahibi Şahid10 şifahi müqavilə əsasında icarəyə götürüb işlətmiş və ondan başqa həmin kafedə Cavid adlı şəxs ofisiant kimi işləmişdir. 25 may 2021-ci il tarixdə, saat 23 radələrində o yaşadığı evdə olarkən Cavid ona zəng vuraraq kafedə dalaşma baş verdiyini bildirdikdə, dərhal kafeyə gəlmiş və oraya çatdıqda kafeyə bəzən gəlib-gedən İbiş çağırılan şəxsin İntizam adlı şəxslə dalaşdığını, İbişin pivə bokalı ilə İntizamın baş nahiyyəsindən vurduğunu görmüşdür və Cavidlə birlikdə onları çölə çıxardaraq sakitləşmələrini tələb elmiş, lakin baş nahiyyəsindən xəsarət alan İntizam və onun yanında olan yeznəsi Məhəmməd adlı şəxs sərxoş vəziyyətdə söyüş ifadələri işlətməkdə davam etmişlər, o bu səbəbdən kafenin sahibi Eldara zəng vuraraq onu kafeyə çağırmışdır. Bir neçə dəqiqədən sonra Eldar kafeyə gəlmiş və Məhəmməd ona iradını bildirərək işlətdiyi kafedə onların döyüldüyünü bildirmişdir. Bu zaman Eldar Məhəmməddən sakit olmağı tələb edərkən kafedən çölə çıxan İbiş adlı şəxs İntizama yaxınlaşıb ondan söyüş söyməməyi tələb etdikdə İntizam İbişi bir daha söymüşdür. Həmin vaxt İbiş bir dəfə yumruqla İntizamı vurmuş, bunu görən Məhəmməd İbişə yaxınlaşaraq nəyə görə İntizamı vurduğunu soruşanda İbiş əvvəlcə yumruqla Məhəmmədi vurub yerə yıxmış, daha sonra isə təpiklə bədəninin müxtəlif nahiyyələrindən o cümlədən qabırğa nahiyyəsindən vurmağa başlamışdır. Məhəmməd yalnız başını qorumaq üçün əlləri ilə üz nahiyyəsini tutmuş, onlar bir təhər İbişi Məhəmməddən ayırmışlar. Aldığı zərbələrdən Məhəmmədin pisləşdiyindən təcili yardım avtomaşını çağırmışlar və Məhəmmədi xəstəxanaya yerləşdirmişlər. O hadisə yerinə gəldiyi vaxtdan mübahisə və dalaşma təxminən 15 dəqiqə davam etmiş, həmin vaxt artıq Ramin adlı şəxs orada olmamış və baş vermiş hadisəni ifadəsində adlarını göstərdiyi şəxslərdən başqa heç kəs görməmişdir. (Cild 3, iş vərəqləri 1-4) Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, hadisə 25 iyun 2021-ci il tarixdə saat 00:00 radələrində baş vermişdir. Qeyd edim ki, o, “Şamlı” deyilən kafedə ofisiant kimi işləyirdi. Həmin vaxt artıq kafeni bağlamaq üzrə idi. Kafenin çölündə mobil telefonla danışarkən, bir neçə nəfər şəxsin gəldiyini görmüş, onlara kafenin bağlandığını bildirmişdir. Onlar kafenin elektrik naqillərini qırmışlar, kafenin işıqları sönmüşdü. Daha sonra kafenin çöl tərəfinə çıxmışlar. O, qapını arxadan bağlayaraq, onlara kafenin içərisinə daxil olmağa icazə vemirdi. Bu zaman kafeni icarə əsasında işələdən şəxs Şahid13 zəng edərək, məlumat vermişdir. O, mübahisəni görməmişdir. Mübahisə kafenin çölündə baş vermişdi. Şahid9 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o, Şahid13 ilə oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. (Cild 3, iş vərəq 133) Məhkəmədə şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, hadisənin birbaşa şahidi olmamışdır. Sumqayıt şəhəri, 51-ci məhəllə ərazisində yerləşən “Şamlı” kafesi mənim bacıma məxsus olmuşdur, lakin həmin kafeyə o, nəzarət edirdi. Hadisə baş verdiyi gün ona telefon vasitəsilə kafedə dava baş verdiyini bildirmişlər. O, dərhal kafeyə getmişdir. Oraya çatdıqda bir neçə nəfərin kafenin önündə olduğunu görmüşdür. O, çatdıqda artıq dava yekunlaşmışdı. Lakin, bir nəfər şəxs nalayiq ifadələr səsləndirməyə davam edirdi. Demək olar ki, yol ilə keçən, məsələyə aidiyyəti olmayan şəxslərə qarşı da nalayiq ifadələr səsləndirmişdir. O da onu sakitləşdirməyə çalışmışdır. Lakin, onun sakitləşmədiyini, əməllərinə davam etdiyini və sərxoş vəziyyətdə olduğunu görüb kafenin qapısını bağlayaraq, oradan uzaqlaşmışdır. Şahid10 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində göstərdi ki, Sumqayıt şəhəri 51-ci məhəllə ərazisində yerləşən “Şamlı” kafesi ona məxsus olmuş, lakin o həmin kafeni bir müddətdir ki, icarə qaydasında işlətmək üçün Tural Piverdiyev adlı şəxsə vermiş, lakin bəzən özü də həmin kafeyə gedib-gəlmişdir. 25 may 2021-ci il tarixdə, saat 23 radələrində o evdə olarkən Tural ona zəng vuraraq kafedə dalaşma baş verdiyini bildirib onu oraya çağırmış və o cəld kafeyə gəlib görmüşdür ki, kafenin içərisində İntizam adlı şəxslə İbiş kimi tanıdığı, bəzən kafeyə gəlib-gedən cavan oğlan mübahisə edir. Həmin vaxt İntizamın qohumu, sonradan adının Məhəmməd olduğunu öyrəndiyi şəxs onu görüb yaxınlaşaraq ona iradını bildirərək işlətdiyi kafedə onların döyüldüyünü bildirmişdir. Bu zaman o Məhəmməddən sakit olmağı tələb edərkən kənarda dayanmış İntizam adlı şəxs ucadan nalayiq söyüş ifadələri işlətmişdir. Hadisə yerinə ondan sonra gəlmiş oğlu Qalib İntizamla söyüş söydüyünə görə söz mübahisəsi edərək onu əli ilə kənara itələmişdir. Həmin vaxt kafedən çölə çıxan İbiş adlı şəxs İntizama yaxınlaşıb ondan söyüş söyməməyi tələb etdikdə İntizam İbişi bir daha söymüşdür. Həmin vaxt İbiş bir dəfə yumruqla İntizamı vurmuş, bunu görən Məhəmməd İbişə yaxınlaşaraq nəyə görə İntizamı vurduğunu soruşanda İbişlə Məhəmməd arasında mübahisə başlamış, lakin o həmin vaxt oğlu ilə mübahisə edən İntizam tərəfə getdiyindən İbişin konkret olaraq Məhəmmədi vurub-vurmadığını görməmişdir. Daha sonra İbiş oradan uzaqlaşmış, aldığı zərbələrdən Məhəmmədin halı pisləşdiyindən təcili yardım avtomaşını çağırmışlar və Məhəmmədi xəstəxanaya yerləşdirmişlər. O hadisə yerinə gəldiyi vaxtdan mübahisə və dalaşma təxminən 10 dəqiqə davam etmiş, hadisəni ifadəsində adlarını göstərdiyi şəxslərdən başqa heç kəs görməmişdir. (Cild 3, iş vərəqləri 5-7) Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı X5 nəzarət şöbəsində böyük nəzarətçisi Şahid4 Şirinəli oğlu ifadəsində göstərdi ki, 12 aprel 2022-ci il tarixdə, təxminən saat 16:40 radələrində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 yanına qısamüddətli görüşə gəlmiş Təqsirləndirilən şəxs1 üzərinə və şəxsi əşyalarına təcridxana əməkdaşları tərəfindən axtarış-baxış tədbirləri keçirilən zaman əynindəki şalvarının sağ yan balaca cibindən heroin növündə narkotik vasitə aşkar edilərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı X1 şöbəsinə təhvil verilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı X5 nəzarət şöbəsində nəzarətçisi Şahid11 ifadəsində göstərdi ki, 12 aprel 2022-ci il tarixdə, təxminən saat 16:40 radələrində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 yanına qısamüddətli görüşə gəlmiş Təqsirləndirilən şəxs1 üzərinə və şəxsi əşyalarına təcridxana əməkdaşları tərəfindən axtarış-baxış tədbirləri keçirilən zaman əynindəki şalvarının sağ yan balaca cibindən heroin növündə narkotik vasitə aşkar edilərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı X1 şöbəsinə təhvil verilmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının ƏB-nin rəisi, ədliyyə mayoru Şahid5 ifadəsində göstərmişdir ki, 12 aprel 2022-ci il tarixdə, təxminən saat 16:40 radələrində Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Əliağa oğlunun yanına qısamüddətli görüşə gəlmiş qohumu Təqsirləndirilən şəxs1 üzərinə və şəxsi əşyalarına Təcridxana əməkdaşları tərəfindən axtarış-baxış tədbirləri zamanı əynindəki şalvarın sağ yan alaca cibindən 01 ədəd siqaret cığarasına bükülmüş vəziyyətdə içərisində 0,058 qram qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. (Cild 1, iş vərəqləri 255-257) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid6 və Şahid7 da Şahid5 ilə oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. (Cild 1, iş vərəqləri 258- 261) Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-ın rəis müavini vəzifəsində işləmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 barəsində narkotik vasitələrin üzərində gəzdirilməsinə və onların satışına dair əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında əməliyyat qrupu yaradılmış və əməliyyat tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 08 iyul 2022-ci il tarixdə Sumqayıt şəhəri, 17-ci mikrorayon, “Səda” marketin yaxınlığında Təqsirləndirilən şəxs1 yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin vaxtı Təqsirləndirilən şəxs1 onun barəsində daxil olmuş məlumatı bildirib, Sumqayıt Şəhər Polis İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs1 onlar ilə birlikdə Sumqayıt Şəhər Polis İdarəsinə gəlmiş və xidməti otaqların birində videoçəkiliş vasitəsilə və müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarışa başlamazdan öncə Təqsirləndirilən şəxs1 onun üzərində qanunla qadağan edilmiş əşyalar, o cümlədən narkotik vasitə varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs1 heroinə bənzəyən vasitələri bükümlər şəklində təqdim etmişdir. Narkotik vasitə 13 bükümdə olmaqla çəkisi təqribən 18 qram olmuşdur. Aşkar olunmuş vasitələr qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Əməliyyat qrupunun rəhbəri özü olmuş, qrupun digər üzlərindən Şahid12 xatırlamışdır. Daha sonra, verilən suallara dair Şahid2 göstərmişdir ki, Təqsirləndirilən şəxs1 barəsində narkotik vasitələrin üzərində gəzdirilməsinə və onların satışına dair əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs1 saxlanılması zamanı ona qarşı heç bir təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs1 səhv etmirəmsə, saat 22:00-23:00 radələrində saxlamışlar. Saxlanılan zaman o, tək olmuşdur. Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilərkən müdafiəçi dəvət olunmuşdur. Təqsirləndirilən şəxs1 əvvəllər saxlamamışlar. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-ın kiçik inspektoru Şahid12 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 saxlanılması əməliyyatı ilə bağlı təfərrüatları tam olaraq xatırlamır. Xatırladığı qədəri ilə Təqsirləndirilən şəxs1 ya iyun ya da iyul aylarında saxlamışlar. Onu polis idarəsinə gətirmiş və üzərinə müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs1 üzərindən xatırladığı qədərilə 10-15 büküm narkotik vasitə aşkar olunmuşdur. Aşkar olunan narkotik vasitələrin hansı növdə olduğunu xatırlamır. Təqsirləndirilən şəxs1 narkotik vasitələrin satışı ilə məşğul olmasını özü demişdir. Təqsirləndirilən şəxs1 saxlanılması zamanı ona qarşı heç bir təzyiq göstərilməmişdir. Şahid12 məhkəməyədək icraat zamanı verdiyi ifadsinə əsasən, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhərində Şamil adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi, üzərində gəzdirməsi və satışı ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında xx.xx.2022-ci il tarixdə, saat 22:15-də sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs1 Sumqayıt şəhəri 17-ci mikrorayon “Səda” marketin yaxınlığında saxlanılaraq onun narkotik vasitələrin qanunsuz əldə etmə, qəbul, üzərində gəzdirməkdə və satışında şübhəli olduğunu bildirib, üzərində şəxsi axtarış keçirilməsi üçün Sumqayıt ŞPİ-yə dəvət etmişlər. O da etiraz etmədən onlarla Sumqayıt ŞPİ-yə gəlmiş, orada xidməti otaqların birində Sumqayıt ŞPİ-nin KTB-nin inspektor-kriminalisti tərəfindən videokamera işə salınaraq Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl X10 müstəntiqi, polis mayoru Mustafa Mustafazadə özünü təqdim edərək, ona da özünü təqdim etməsini xahiş etmiş, o da özünü təqdim etmişdir. Onlar da özlərini təqdim elmişlər. Bundan sonra müstəntiq Mustafa Mustafazadə ona daxil olmuş əməliyyat məlumatına əsasən qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsində şübhəli bilindiyi üçün saxlanılıb idarəyə gətirildiyini bildirib, hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsi üçün vəkili Günay Cəfərovanı təqdim etmiş, Şamil bildirişlə tanış olaraq, vəkilinə etiraz etməmişdir. Daha sonra videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim edilməsi təklif olunmuş, o da əynində olan qara rəngli şortun sağ yan aşağı kiçik cibindən şəffaf selofan bükümü çıxardıb təqdim edərək, həmin bükümün içərisində heroin olduğunu bildirmişdir. Həmin bükümün içərisinə baxıldıqda 13(on üç) ədəd şəffaf selofan bükümlərdə heroin aşkar olunmuşdur. Bundan sonra Şamil əynindəki şortun sağ yan cibindən "Samsung A 31" markalı, ***-***-**-** və ***-***-**-** nömrələri olan mobil telefonu, əynindəki şortun sol yan cibindən 1 ədəd "Vinçester" markalı siqareti, Özünə məxsus şəxsiyyət vəsiqəsini, öz adına olan "Muğan bank” plastik kartı çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, təxminən 1 ay yarım-2 ay əvvəl internetdə tanış olduğu Əhməd adlı şəxslə ona narkotik maddələri təşkil etməsi barədə razılığa gəldikdən sonra Əhməd onun mobil nömrəsinə votsapla göndərdiyi «Leo bank» rəqəmli hesaba 3 dəfə 100, 150 və 200 manat pul göndərmiş, bundan sonra Əhməd votsapla ona Bakı şəhəri ərazisində müxtəlif yerlərdə qoydurduğu narkotik maddələrin olduğu yerin fotoşəklini və olduğu yeri "konunmla” ona göndərmiş, o da həmin yerləri taparaq həmin narkotik maddələri əldə etmiş, sonuncu dəfə Əhmədlə narkotik maddəni pulsuz almaq barədə razılaşdıqdan sonra Əhməd votsapla xx.xx.2022-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Səbail rayonu ərazisində "Bayraq Meydanı" yaxınlığında yolun kənarında yol boyunca tikilmiş hasarın yanında olan köhnə divanın arxasında qoydurduğu narkotik maddələrin olduğu yerin fotoşəklini göndərmiş, o da həmin yeri tapıb oradan 1 bükümdə narkotik vasitə heroini götürmüş, Sumqayıt şəhərinə qayıtdıqdan sonra münasib yer tapıb heroini xırda selofan bükümlərə bölmüş, heroini əldə etməkdə məqsədi özünə qəbul etməsi olmuş, bir neçə dəfə narkoman tanışlarına pulsuz heroin vermişdir. Bundan sonra şəxsi axtarış zamanı Şamilin üzərindən cinayət xarakterli heç bir predmet, əşya və s. aşkar olunmamış və götürülməmişdir. Şamilin üzərindən aşkar olunaraq götürülmüş 13 ədəd bükümlərdə olan narkotik vasitə heroin bükümləri elektron tərəzidə çəkilərək qablaşdırılmış və DİN-nin 124 saylı möhürü ilə möhürlənmiş, Şamilin üzərindən aşkar olunmuş şəxsiyyət vəsiqəsi, "Muğan bank" plastik kartı və "Samsunq A 31" markalı mobil telefonu iş üzrə əhəmiyyət kəsb etdiyindən müstəntiq tərəfindən götürülmüş, siqareti isə özünə qaytarılmışdır. Daha sonra sənədləşdirilmə aparılmış, o da tərtib olunmuş protokola imza etmişdir. Təqsirləndirilən şəxs1 qarşı polis əməkdaşları tərəfindən təziq göstərilməmiş, o, könüllü olaraq, törətdiyi cinayət əməlini etiraf etmiş, o saxlanılarkən heç bir müqavimət göstərməmişdir. (Cild 1, iş vərəq 106) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Şəxsi axtarışın keçirilməsi haqqında” 08 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış aparılarkən əynində olan qara rəngli şortun sağ yan aşağı kiçik cibindən şəffaf sellofan bükümün içərisindən 13 ədəd ayrı-ayrı bükümlərə bükülmüş narkotik vasitə olan heroinə bənzər maddə aşkar olunmuşdur. (Cild 1, iş vərəqləri 26-27) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Şəxsi axtarışın keçirilməsi haqqında” 08 iyul 2022-ci il tarixli protokolda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd disk istintaq materiallarına əlavə edilmişdir. Həmin diskə məhkəmədə təqsirləndirilən şəxslərin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 şəxsi axtarışı zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. (cild 1, iş vərəq 73) Cinayət işinin materiallarında olan “Təqdim etmə və götürmə haqqında” 10 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra Təqsirləndirilən şəxs1la birlikdə qaçırtdığı «VAZ 2107» markalı avtomobili Sumqayıt ŞPİ-nin 4-cü PB-yə təqdim etmişdir. (Cild 2, iş vərəqləri 33-37) Cinayət işinin materiallarında olan “Təqdim etmə və götürmə haqqında” 10 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 «VAZ- 2107» markalı avtomobilə məxsus 02 ədəd **-OZ-*** dövlət nömrə nişanları Sumqayıt ŞPİ-nin 4-cü PByə təqdim etmişdir. (Cild 2, iş vərəqləri 38-40) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6\3663 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəməekspertizası X16 67” möhür əksi olan, “Ekspert arayışı 6\2076” yazılan paketin içərisində bir ədəd üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı X7 üçün” dairəvi möhür əksi olan vətəndaş Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş ...“sözləri və imzalar qeyd edilmiş zərfdə 01 ədəd bükümdə təmiz çəkisi 0,048 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (Cild 1, iş vərəqləri 90-94) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 4100 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vrəqləri 120-121) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/3748 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “AR DİN “Zərflər üçün №124” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş...” sözləri, ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə on üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 5,250 qram, 0,752 qram, 6,883 qram, 0,410 qram, 0,420 qram, 0,416 qram, 0,825 qram, 0,811 qram, 0,436 qram, 0,767 qram, 0,387 qram, 0,420 qram 0,447 qram ümumi təmiz çəkisi 18,224 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotki vasitə heroindir. (Cild 1, iş vərəqləri 34-38) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş komisyon kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 1019 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 anlaqlıdır, hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmişr. Bununla belə Təqsirləndirilən şəxs2 kobudluq, hirslilik, laqeydlik, konfliktə meyillik, inadkarlıq, nümayişkəranəlik, söz götürməmək kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs2 hadisə vaxtı emosional halından asılı olaraq öz hərəkətlərinin mahiyyətini tam dərk etmək iqtidarında olmuşdur. Qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2021-ci il tarixli əməli törədən zaman Tbiş İbişlinin psixi-emosional sferasında qıcığa qarşı həssaslıq, hislilik kimi hallar yaranmış, həmin halların yaranma səbəbi onda müəyyən edilən xasiyyətin isterik tip cizgiləri fonunda situasiya ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs2 cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Aparılan müayinə zamanı Təqsirləndirilən şəxs2 fərdi-psixi xüsusiyyətlərində özündə uydurmağa meyillik əlamətləri aşkar edilmədi. (Cild 3, iş vərəqləri 104-108) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-əmtəşünasiıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9\1211 saylı rəyindən görünür ki, 1998-ci il buraxılışlı «VAZ-2107» markalı. **-OZ-*** qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərcləri 1400 manat müəyyən edilir. O cümlədən: dəyişməli hissələrin qiyməti - 350 manat; -təmir-bərpa işlərinin qiyməti - 1050 manat. (Cild 3, iş vərəqləri 99-103) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9\8759 saylı rəyindən görünür ki, 1998-ci il buraxılışlı, XTA210700X1211903 ban nömrəli, VAZ-2107 markalı **-OZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin 2021-ci ilin noyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 4500 manat müəyyən olunur. (Cild 4, iş vərəqləri 162-164) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 18/571 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində döş qəfəsinin sağ yan səthinin dərialtı emfizeması və hematoraksla müşayiət olunmuş sağdan Vİİ-Vİİİ qabırğaların yerdəyişən sınıqları, sol təpə-ənsə nahiyəsinin cərrahi tikişə ehtiyacı olan əzilmiş-cırılmış yarası, sol göz qapaqlarının sağ gicgah ııahiyyəsinin, döş qəfəsinin sağ yan səthinin qançırları, sol dirsək oynağı nahiyyəsinin, sağ əlin İİİ barmağının sıyrıqlarından ibarət xəsarətlər aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın(əşyaların) təsirindən yaranmışdırlar, zərərçəkmişin tibbi yardıma müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2021- ci il tarixdə yumruq və təpiklə yetirilən zərbələrin təsirindən əmələ gələ bilərdilər və dərəcəsinə görə-döş qəfəsinin sağ yan səthinin dərialtı emfizeması və hematoraksla müşayiət olunmuş sağdan V1İ-Vİİİ qabırğaların yerdəyişən sınıqları həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, sol təpə-ənsə nahiyyəsinin cərrahi tikişə ehtiyacı olan əzilmiş-cırılmış yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya, digər xəsarətlər yəni- sol göz qapaqlarının, sağ gicgah nahiyyəsinin, döş qəfəsinin sağ yan səthinin qançırları, sol dirsək oynağı nahiyyəsinin, sağ əlin İİİ barmağının sıyrıqları isə həm ümumilikdə həm də ayrıayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcələri təyin edilmir. (Cild 2, iş vərəqləri 207-209) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 17/577 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədəni üzərində sol təpə nahiyyənin cərrahi tikişə ehtiyacı olan əzilmiş-cırılmış yarası alın,qarın,bel,sol bud nahiyyələrinin qançırları, sağ dirsək və sol dirsək oynağı nahiyyələrinin sıyrıqlarından İbarət xəsarətlər aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın(əşyaların) təsirində yaranmışdırlar, müayinədən 1-2 gün əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə yəni xx.xx.2021-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sol təpə nahiyyəsinin cərrahi tikişə ehtiyacı olan əzilmişcırılmış yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya, digər xəsarətlər yəni alın, qarın, bel, sol bud nahiyyələrinin qançırları, sağ dirsək və sol dirsək oynağı nahiyyələrinin sıyrıqları isə həm ümumilikdə həm də ayrıayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. (Cild 2, iş vərəqləri 210-212) Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 29 may 2022-ci il tarixli, 06 sentyabr 2022-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilməsi videogörüntülərini əks etdirən 01 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. “VAZ 2107” markalı avtomobil və avtomobilə məxsus 02 ədəd **-OZ-*** dövlət nömrə nişanları maddi sübut kimi tanınaraq zərərçəkmiş şəxs Eltun Eyyubova təhvil verilmişdir. Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 17,834 qram narkotik vasitə heroin maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutları saxlanc yerinə təhvil verilmişdir. (Cild 1, iş vərəqləri 125-129, Cild 3, iş vərəqləri 145-161, Cild 4, iş vərəqləri 188-208) Məhkəmədə və ibtidai istintaq zamanı tədqiq edilmiş ***-***-**-** nömrəli mobil telefona gələn və gedən “sms” mətnlərini tədqiqində görünür ki, ayrı-ayrı şəxslər Təqsirləndirilən şəxs1 pul müqabilində narkotik vasitə və psixotrop maddə istəmişlər. Bütövlükdə “sms” məlumatlarının təhlili Təqsirləndirilən şəxs1 narkotik vasitələrin satışı ilə məşğul olmasından dəlalət edir. (Cild 4, iş vərəqləri 165-67) Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4, 177.2.1 və 221.3-cü, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 234.4.3 və 29,317-1.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 317-1.1-ci maddəsi istinsna olmaqla onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslərə qanunla müəyyən edilmiş qaydada, Cinayət Məcəlləsinin qeyd edilən maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 317-1.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyinə görə təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinməli, lakin ona cəza təyin edilməməlidir. Belə ki, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 317-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli 12 aprel 2022-ci ildə törədilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 317-1.1-ci maddəsi böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid edildiyindən Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyinə görə o, cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müddəalarına əsasən məhkəmə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinin tətbiq edilməməsi qərarına gəldiyi halda — təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 317-1.1-ci maddəsi ilə barəsində aparılan cinayət təqibinə xitam verilməsi barədə xahişinin olmadığını nəzərə alaraq, məhkəmə hesab edir ki, o, həmin maddə ilə təqsirli bilinməli, lakin cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyinə görə ona cəza təyin edilməməlidir. Məhkəmə, təqsirləndirilən şəxslərin ifdələrində avtomobili oğurlamaq fikrində olmadıqlarını bildirmələri, həmçinin Təqsirləndirilən şəxs2 xuliqanlıq niyyəti ilə zərərçəkmişə ağır xəsarət yetirmədiyi, xuliqanlıq etmədiyi, mübahisənin zərərməkmiş tərəfindən başlanılması, eləcə də Təqsirləndirilən şəxs1 ondan satış məqsədi ilə narkotik vasitənin olmaması və təzyiq edilərək polis əməkdaşları tərəfindən üzərinə qoyulması ilə bağlı ifadələrində göstərdikləri xüsusatları və gətirdiyi dəlilləri onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizələri, törətdikləri cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətlərini yüngülləşdirməyə yönəlmiş cəhdləri kimi qiymətləndirərək, onların ittiham olunduqları cinayət əməlllərinin törədilməsini tam sübuta yetirilmiş hesab edir. Bu səbəbdən məhkəmə təqsirləndirilən şəxslərin ibtidai istintaqın ilkin mərhələsində verdikləri ifadələrinin daha obyektiv və işin hallarına uyğun olan ifadələr kimi qəbul edir. Məhkəmə həmçinin hesab edir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və X11, eləcə də şahidlər Şahid8, Şahid13, Şahid9 və Şahid10 ibtidai istintaq zamanı verdikləri ifadələr işin fatiki hallarına və obyektiv dəlillərə uyğun olduğundan bu ifadələr mötəbər sübut kimi qəbul edilməlidir. Oların məhkəmədə verdiklər ifadələr isə təqsirləndirilən şəxslərin məsuliyyətinin yüngülləşdirilməsinə yönəlməklə işin faktiki hallarına uyğun olmamışdır. Məhkəmə belə nəticəyə gəlir ki, hadisədən uzun müddət keçdiyindən bu şəxslər ayrı-ayrı xüsusatları xatırlamaya bilər, eləcə də zərərməkmiş şəxslər təqsirləndirilən şəxslər ilə barışdıqlarından onların mənafelərinə zidd ifadələr verməmək marağında ola bilərlər. Bundan başqa, məhkəmə qeyd edir ki, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ və İİ siyahılarının müvafiq olaraq 5 və 67-ci bəndlərində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 əldə edərək, saxladığı və daşıdığı narkotik vasitə heroinin şəxsi istehlak miqdarından, həmçinin külli miqdardan artıq olması onların məqsədinin satışla bağlı olduğunun aşkar göstəricisidir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Elektron məhkəmə portalından görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşağı vardır. Təqsirləndirilən şəxs1 himayəsində 2 azyaşlı uşağının olması və zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməklə onunla barışıq əldə etməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi və dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin cəzalarını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Məhkmə həmçinin qeyd edri ki, cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamələrdən və məhkəmə hökmlərinin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhər Nizami rayon məhkəməsinin 26 dekabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən isə qəti olaraq isə qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş 02 il müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmalı və təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs2 Əliağa oğlu Sumqayıt şəhər məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 263-1.1, 264-cü maddələri təqsirli bilinərək 02 il 06 ay nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2020ci il tarixdə Sumqayıt Apelyasiya Məhkəməsinin qərarına əsasən xx.xx.2020-ci il tarixli hökm dəyişdirilərək üzərində qəti olaraq 02 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Xəzər rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 2 (iki) il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Ona görə də Təqsirləndirilən şəxs2 təyin edilmiş əsas cəza üzrə məhkumluğu ödənilmədiyindən o, yenə cinayət törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli həmin Məcəllənin 18.4.1-ci maddəsinə əsasən, yəni böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkumluqlar cinayətlərin residivi zamanı nəzərə alınmadığından, həmçinin Azərbaycan Respublikası CM-in 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli ehtiyatsızlıqdan törədildiyindən, məhkəmə Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivinin olmadığını qeyd edir. Bundan başqa, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 təyin edilmiş əlavə cəza üzrə onun çəkilməmiş cəzası mövcud olmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. İş materiallarından görünür ki, İşib İşibşli xx.xx.2021-ci il tarixdə Xəzər rayon məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad edilmiş və 10 dekabr 2021-ci il tarixdə tutulmuşdur. Həmçinin iş materiallarına əlavə edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Əliağa oğlunun sürücülük vəsiqəsi olmamışdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə təyin edilmiş 2 il 6 ay müddətində cəzanın çəkilməmiş qalan 01 il 10 ay 28 gün hissəsi Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş əsas cəzaya tam birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxslər onlara təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs2 10 dekabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin 12 dekabr 2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduqları tarixdən hesablanmışdır. Daha sonra həmin məhkəmənin qərarları, həmçinin Sumqyaıt Ağır Cinayətlər Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxsin barəsndə seçilmiş həbs qətimkan tədbirinin müddəti fasiləsiz olaraq uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 2, iş vərəqləri 106-109, Cild 3, iş vərəqləri 76-78, Cild 4, iş vərəqləri 65-70, 123-125) Bundan başqa, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 11 dekabr 2021-ci il tarixdə 13 dekabr 2021-ci il tarixədək, 14 fevral 2022-ci il tarixdən 16 fevral 2022-ci il tarixədək, 12 aprel 2022-ci il tarixdən 14 aprel 2022-ci il tarixədək və 11 may 2022-ci il tarixdən 13 may 2022-ci il tarixədək hazırki cinayət işi üzrə və Bakı şəhəri Nizami rayon məhkəməsinin çıxardığı hökmlə bağlı iş üzrə şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra, Təqsirləndirilən şəxs1 08 iyul 2022-ci il tarixdə tutulmuş, Sumqayıt şəhər məhkəməsinin 10 iyul 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həmin məhkəmənin 03 noyabr 2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 19, 55-70, 173-174, 192-194, 314-315) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 10 dekabr 2021-ci il, Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı isə 08 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Onların barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyi aşkar olunur, onların məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə həmin Məcəlləsinin 99-1.1ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan tədqiqatdan sonra qalıq qalan 17,834 və 0,28 qram olmaqla 18,114 qram narkotik vasitə olan heroin məhv edilməli, 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. “VAZ 2107” markalı avtomobil və avtomobilə məxsus 02 ədəd **-OZ-*** dövlət nömrə zərərçəkmiş şəxs Eltun Eyyubova təhvil verilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin törətdiyi əməllər mütanasib olaraq Təqsirləndirilən şəxs2 50 manat, Təqsirləndirilən şəxs1 210 manat 91 qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxslərin qohumları tərəfindən onların hüquqlarının müdafiəsi üçün müdafiəçilər ilə müqavilə bağlandığından, müdafiəçilərin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4, 177.2.1 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsilə 06 (altı) il 06 (altı) ay müddətə, Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə 02 (iki) il müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs2 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Sumqayıt şəhər məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1 və 264-cü maddələri ilə təqsirli bilinərək əlavə cəza kimi təyin edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə əsas cəza hissəsində dəyişdirilməklə əlavə cəza hissəsində qüvvədə saxlanılmış 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın çəkilməmiş qalan 01 (bir) il 10 (on) ay 28 (iyirmi səkkiz) gün müddətində hissəsi hazırkı hökm üzrə təyin edilmiş əsas cəzaya tam birləşdirilməklə Təqsirləndirilən şəxs2 qəti olaraq 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına və 01 (bir) il 10 (on) ay 28 (iyirmi səkkiz) gün müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 10 dekabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş əlavə cəza – nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası əsas cəzanı çəkdiyi bütün müddətə və hazırki hökmlə bu cəza üçün müəyyən edilmiş müddətə şamil edilsin. Nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməyə dair əlavə cəzanın icrası cəzanı icra edən müəssisə və orqan tərəfindən Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 154.1-ci və 154.3-cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 234.4.3 və 29, 317-1.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 317-1.1-ci maddəsi ilə təqsirli bilinsin və cəza təyin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs1 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhər Nizami rayon məhkəməsinin 26 dekabr 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin olunmuş 02 il müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılsın və Təqsirləndirilən şəxs1 qəti olaraq 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 11 dekabr 2021-ci il tarixdən 13 dekabr 2021-ci il tarixədək, 14 fevral 2022-ci il tarixdən 16 fevral 2022-ci il tarixədək, 12 aprel 2022-ci il tarixdən 14 aprel 2022-ci il tarixədək və 11 may 2022-ci il tarixdən 13 may 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 08 gün müddət ona təyin olunmuş azadlıqdan məhrumetmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılsın və o, qəti olaraq 07 (yeddi) il 05 (beş) ay 22 (iyirmi iki) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 08 iyul 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan tədqiqatdan sonra qalıq qalan 17,834 və 0,28 qram olmaqla 18,114 qram çəkidə narkotik vasitə heroin məhv edilsin, 01 ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut olan “VAZ 2107” markalı avtomobil və avtomobilə məxsus 02 ədəd **-OZ-*** dövlət nömrə nişanının zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs2 50 manat, Təqsirləndirilən şəxs1 210 manat 91 qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.hmin