Məhkəmə qərarları › İş №1(124)-79/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-79/2025

20.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-79/2025 20.05.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1980-cı il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2nvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4-1ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan “Şəhram” adlı İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, sonuncunun satış məqsədi ilə İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli narkotik vasitələr və psixotrop maddələr göndərməsi barədə əvvəlcədən razılıq əldə edərək ona bunun üçün pul göndərmiş, sonuncunun əldə edilmiş razılığa əsasən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirib Lənkəran rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerə qoyduğu Azərbaycan Respublikasının ərazisində satışını həyata keçirməkdə vasitəçilik etməsi barədə ümumi razılığa gəlmiş, 2024-cü ilin yanvar ayında bir qrup şəxs halında “Şəhram” adlı şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirib, Lənkəran rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerə qoyduğu 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin İ siyahısına daxil edilmiş 970,081 qram çəkidə, xüsusilə külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, qeyd edilən Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin İ siyahısı”na daxil edilmiş 1920 qram çəkidə külli miqdarda bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisində kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı, 1097,16 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki, 465 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini və üzərində “Methadone 40” markalanma göstəricisi olan “F/M40” yazısı həkk olunmuş 299 ədəd metadon təsiredici maddəsinin ümumi miqdarı 11,96 qram olan 299 ədəd qəhvəyi rəngli dairəvi formalı metadon tərkibli həbləri götürüb qanunsuz əldə edərək, yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, AAAF yaşayış kompleksi 2-ci küçəsi ev 2-də yerləşən 13 nömrəli mənzilə daşıyıb orada hissələrə bölərək, həmin psixotrop maddə metamfetaminin 01 ədəd bağlamada 945 qram çəkidə olan hissəsini, 04 ədəd bağlamada ayrı-ayrılıqda 580 qram, 1000 qram, 230 qram və 110 qram, ümumilikdə 1920 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, 02 ədəd bağlamada ayrı-ayrılıqda 920 qram və 177,160 qram, ümumilikdə 1097,16 qram çəkidə narkotik vasitə tiryəki, 01 ədəd bağlamada 465 qram çəkidə narkotik vasitə heroini və narkotik vasitə olan metadon həblərinin 199 ədədini yaşadığı həmin mənzilin yataq otağındakı taxta konstruksiyalı dolabın içərisində, psixotrop maddə metamfetaminin 25,081 qram çəkidə olan hissəsi və 100 ədəd narkotik vasitə metadon həblərini isə üzərində olan qara rəngli çantanın içərisində saxlamış, 08 mart 2024-cü il tarixdə saat 22:45-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Şəhər şosesinin kənarında yerləşən “Socar” YDM-in yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilib, orada həmin gün saat 00:55-dən 01:11-ə kimi onun şəxsi axtarışı keçirilən zaman üzərində olan qara rəngli çantanın içərisindən həmin 25,081 qram çəkidə psixotrop maddə metafetamin və metadon təsiredici maddənin ümumi miqdarı 4 qram olan 100 ədəd metadon həbləri, əməliyyat tədbirinin davamı kimi 09 mart 2024-cü il tarixdə saat 02:45-dən 03:03-ə kimi DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən onun yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, AAAF yaşayış kompleksi 2-ci küçəsi ev 2-də yerləşən 13 nömrəli mənzilinə keçirilmiş baxış zamanı yataq otağındakı taxta konstruksiyalı dolabın içərisində həmin 01 ədəd bağlamada 945 qram çəkidə psixotrop maddə metamfetamin, 04 ədəd bağlamada ayrı-ayrılıqda 580 qram, 1000 qram, 230 qram və 110 qram, ümumilikdə 1920 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 02 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 920 qram və 177,16 qram, ümumilikdə 1097,16 qram çəkidə narkotik vasitə tiryək, 01 ədəd bağlamada təmiz çəkisi 465 qram çəkidə narkotik vasitə heroin, metadon təsiredici maddənin ümumi miqdarı 7,96 qram olan 199 ədəd metadon həbləri və üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin izləri olan 02 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə təqsirsiz bilərək ifadəsində narkotik vasitə istifadəçisi olmadığını, polis əməkdaşları tərəfindən Zabratda "AL-Marketin" qarşısında saxlanılaraq maşına əyləşdirildiyini, polis əməkdaşlarının onu əvvəlcə qaranlıq bir yerdə saxladıqlarını bildirmişdir. Polis əməkdaşları əllərində telefonla maşından düşmüş, özlərini əvvəlcədən təqdim etməmiş, onlardan kim olduğunu soruşduqda başqa bir şəxsin adını çəkib onu tanıyıb-tanımadığını soruşmuş, o da tanıdığını bildirmiş, bundan sonra da məsələnin nədən və kimdən qaynaqlandığını başa düşmüşdür. Əvvəlcə polis əməkdaşları onu tutmayacaqlarını bildirərək arxayın salmış, sadəcə olaraq yaşadığı evə baxış keçirəcəklərini bildirmiş, evin açarının kimdə olduğunu soruşduqda o, bir az əsəbiləşmiş, bu zaman polis əməkdaşları maşının içərisində onu vurmuşdurlar. Daha sonra isə yaşadığı mənzilə baxış keçirilmiş, əvvəlcə evdən heç nə aşkar olunmamış, evdən çıxıb idarəyə getmiş, lakin 2 nəfər polis əməkdaşı onun evində qalmışdır. İdarədə olan zaman narkotik vasitə, elektron tərəzi və s. onun evinə qoyulmuş və video çəkiliş edilmişdir. Polis əməkdaşları ona qarşı hədə-qorxu gəlmiş, hər şeyi onların təzyiqi altında demişdir. O, bu işin əvvəlinin borcu olduğu bir nəfər adama gedib çıxdığını düşünmüşdür. Belə ki, 2014-cü ildən devalvasiya vaxtına düşdüyü üçün həmin adamın pulunu düzəldib verə bilməmiş, onun nə isə edəcəyini düşünmüş, lakin bu qədər olacağını gözləməmişdir. Təqsirləndirilən şəxs dövlət ittihamçısının sullarına cavab olaraq tutulana qədər ticarətlə məşğul olduğunu, aylıq 3.000-4.000 manat arası pul qazandığını, ümumiyyətlə, narkotik vasitə istifadə etmədiyini bildirmişdir. 2014-cü ildən etibarən onun Lənkəranlı bir şəxsə 40.000 ABŞ dolları məbləğində borcu yaranmış, borcu olan şəxsin anket məlumatları haqqında məlumat verə bilməyəcəyini, başına gələn bu hadisələrin həmin şəxsdən qaynaqlandığını hesab etdiyini bildirmişdir. O, ona qarşı edilən qanunsuzluqlarla bağlı barəsində həbs qətimkan tədbiri seçilən məhkəmədə hakimə məlumat vermədiyini, həmçinin, aidiyyəti orqanlara müraciət etmədiyini qeyd etmişdir. Polis əməkdaşları tərəfindən psixi, fiziki təzyiqlərə məruz qalmış, fiziki təzyiq nəticəsində xəsarət almış, lakin aldığı xəsarətlər heç bir yerdə qeyd olunmamışdır. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, polis əməkdaşları tərəfindən 8 mart 2024-cü il tarixdə, saat 21-23 radələrində saxlanılmış, maşınla qaranlıq yerə aparılmış, orada başqa 3-4 maşın da olmuş, daha sonra oradan da Xırdalanda yaşadığı evə aparılmışdır. Yaşadığı evə polis əməkdaşları tərəfindən baxış keçirilmiş, əvvəlcə evdən heç nə aşkar olunmamış, həmin gün evdə 6-7 nəfər polis əməkdaşı olmuş, daha sonra isə 2 nəfər polis əməkdaşı evdə qalmış, digərləri də onunla birlikdə polis şöbəsinə getmişdirlər. Həmin vaxt evdə ailə üzvlərindən heç kim olmamış, yaşadığı evin açarı o, gedəndən sonra polis əməkdaşlarında qalmış, evin açarını polis əməkdaşlarından Arif adlı şəxs almışdır. Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparıldıqdan sonra polis əməkdaşları onu qaranlıq otağa salaraq ona qarşı təzyiqlər etməyə başlamışdırlar. Polis əməkdaşları onu buraxacaqlarını bildirərək arxayın salmışdır. O, ittiham aktında qeyd olunan yaşadığı mənzilin ünvanının düzgün yazıldığını, həmin vaxtı evin açarının onda olduğunu, polis əməkdaşlarının onun evinə qoyduqları malları haradan əldə etdiklərini demədiklərini bildirmişdir. Evdə qalan polis əməkdaşlarının adlarını dəqiq bilməmiş, lakin üzdən görsə, onları tanıyacağını qeyd etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində Azərbaycan Respublikası CM-in 206.3.2 və 234.4-1-ci maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, 09 mart 2024-cü il tarixdə saat 22:25 dəqiqədə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Şəhər şosesində yerləşən “Socar” YDM-in yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini ona polis əməkdaşı kimi təqdim edərək qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərərək, barəsində əməliyyat - axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu BNMİ-nin inzibati binasına dəvət etmişlər. Burada dəvət olunmuş dövlət hesabına müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya var isə təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o, üzərində olan qara rəngli çantanın içərisindən 01 (bir) ədəd sellofanda ağ rəngli, kristal şəkilli psixotrop maddə olan metamfetamini, 100 (bir yüz) ədəd metadon həbini, 01 (bir) ədəd içərisində 050- ***-**-** mobil telefon nömrəsi olan “Xiaomi Redmi 9c” markalı mobil telefonu, 01 (bir) ədəd içərisində ***-***-**-**, ***-***-**-** mobil telefon nömrələri olan “Samsung Galaxy A05s” markalı mobil telefonu, 01 (bir) ədəd açarı, 01 (bir) ədəd onun adına olan Kapital Banka məxsus 4169-7388-2290-9424 nömrəsi olan plastik bank kartını, 01 (bir) ədəd özünə aid şəxsiyyət vəsiqəsini və 5400 (beş min dörd yüz) manat pulu təqdim edərək masanın üzərinə qoymuşdur. Şəxsi axtarış zamanı əynində olan boz rəngli şalvarın arxa sağ cibindən 01 (bir) ədəd vərəq aşkar edilmiş, iş üçün əhəmiyyət kəsb etmədiyindən dərhal özünə qaytarılmışdır. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi metamfetamin elektron tərəzidə çəkilmişdir. Metamfetaminin çəkisi 27 (iyirmi yeddi) qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlə və pul içərisi boş olan ağ rəngli kağız zərflərə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri o, müdafiəçisi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 02 ədəd mobil telefon, 01 ədəd bank kartı və 01 ədəd şəxsiyyət vəsiqəsi bu barədə ona izah verildikdən sonra götürülmüşdür. 01 ədəd açar isə özünə geri qaytarılmışdır. O, verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Şəhram” adlı şəxsin vasitəsi ilə 02 (iki) ay əvvəl Lənkəran rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən istifadə etmək və satmaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsə buna görə 10.000 manat pul ödədiyini, həmçinin Abşeron rayonunda yaşadığı mənzildə narkotik maddə olduğunu, həmin mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Daha sonra o, müdafiəçi və polis əməkdaşları yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, AAAF 2-ci küçəsi ev 2 ünvanında yerləşən 13 nömrəli mənzilə getmişlər. Orada ona mənzildə saxladığı narkotik vasitə və ya psixotrop maddələri təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o, mənzilin yataq otağındakı taxta konstruksiyalı dolabın içərisindən 04 (dörd) ədəd bağlamada qurudulmuş marixuananı, 02 (iki) ədəd bağlamada tiryəki, 01 (bir) ədəd bağlamada heroini, 01 (bir) ədəd bağlamada metafetamini, 199 (bir yüz doxsan doqquz) ədəd metadon həbini və 02 (iki) ədəd elektron tərəzini təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmişdir. Heroinin çəkisi 471 (dörd yüz yetmiş bir) qram, metamfetaminin çəkisi 951 (doqquz yüz əlli bir) qram, qurudulmuş marixuananın ümumilikdə çəkisi 02 (iki) kq 137 (yüz otuz yeddi) qram, tiryəkin ümumilikdə çəkisi 01 (bir) kq 108 (yüz səkkiz) qram olmuşdur. Daha sonra həmin kütlələr və elektron tərəzilər qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və üzəri o, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. Sonra yaşadığı mənzilin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. O, baxış zamanı verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin və elektron tərəzilərin özünə məxsus olduğunu, həmin kütlələri tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Şəhram” adlı şəxsin vasitəsi ilə 02 (iki) ay əvvəl Lənkəran rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən istifadə və satmaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsə buna görə 10.000 (on min) manat pul ödədiyini, başqa heç bir yerdə narkotik vasitə saxlamadığını bildirmişdir. Bundan başqa üzərində şəxsi axtarış aparılan zaman aşkar olunaraq götürülmüş 5400 manat pul ona məxsusdur. Belə ki, o, əvvəllər qızıl alış-verişi ilə məşğul olmuşdur. Bir neçə il bundan əvvəl isə müflis olduğu üçün mağazanı bağlamışdır. Lakin əlinə düşəndə xırda para qızıl alış verişi edirmiş. Üzərindən aşkar olunan 5400 manat pul da qızıl alış verişindən əldə etdiyi pul olmuşdur. Şəxsi axtarış zamanı və izahat verən zaman həyəcanlı olduğu üçün səhvən həmin 5400 manat pulu marixuana satışından əldə etdiyini bildirmişdir. Marixuana satışından əldə etdiyi pulları o, telefon vasitəsi ilə onlayn kazino oyunları oynayıb uduzmuşdur. Bir sözlə üzərindən aşkar olunmuş 5400 manat pulun narkotikin satışından əldə etməmişdir. 09 mart 2024-cü il tarixdə üzərindən və yaşadığı mənzildən aşkar olunub götürülmüş narkotik vasitə və psixotrop maddələri tutulduğu gündən təxminən 2 ay əvvəl, yəni ki, 2024-cü ilin yanvar ayında sosial şəbəkədən tanış olduğu “Şəhram” adlı İran İslam Respublikasının vətəndaşından Lənkəran rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən həm şəxsi istifadə etmək, həm də satmaq məqsədi ilə əldə etmişdir. O, narkotik vasitələr və ya psixotrop maddələrin satışı ilə məşğul olmuşdur. Buna görə də çox peşmandır. Bu işlə məşğul olmağı ilə bağlı heç kimin xəbəri olmamışdır. Şəxsi axtarış keçirilmədən öncə onun üzərinə və mənzilinə heç bir polis əməkdaşı tərəfindən qeyri rəsmi olaraq baxış və ya şəxsi axtarış keçirilməmişdir. Nə onun üzərində nədə ki, mənzilində hər hansı yüksək maddi dəyəri olan əşya olmamışdır. Onun istifadəsində ***- ***-**-**, 051- ***-**-** və ***-***-**-** saylı mobil nömrələri olmuşdur. “Şəhram” adlı şəxsin anket məlumatlarını və zahiri əlamətlərini bilməmişdir. 0, polis əməkdaşları tərəfindən saxlanılan zaman və idarəyə gətirildikdən sonra polis əməkdaşları tərəfindən ona qarşı hər-hansı bir fiziki və psixi, həmçinin hər-hansı bir digər formada təsir olunmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış, 08 mart 2024-cü il tarixdə saat təxminən 22 radələrində Sabunçu rayonu Zabrat qəsəbəsində Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmiş, daha sonra isə Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmiş, dəvət etdikdən sonra şəxs könüllü olaraq üzərində olan 1 büküm kristal şəkilli metamfetamini təqdim etmişdir. Təqsirləndirilən şəxs özü həmin maddələrdən daha çoxunun onun yaşadığı mənzildə olduğunu bildirmiş, müdafiəçi ilə birlikdə onun yaşadığı mənzilə getmiş, təqsirləndirilən şəxs könüllü olaraq çantanın içərisində olan kütlələri təqdim etmişdir. Təxminən yarım kiloya yaxın heroin, 2 kiloqram qurudulmuş marixuana, 1 kiloqram metamfetamin və 1 kiloqram da tiryək, həmçinin 190 ədədə yaxın metadon həbi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitələri İİR vətəndaşı olan Şəhram adlı şəxsdən əvvəlcədən təyin olunduğu yerdən əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki, psixi təsir göstərilməmiş, təqsirləndirilən şəxs özü hər şeyi könüllü olaraq təqdim etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış, 08 mart 2024-cü il tarixdə saat təxminən 23 radələrində təqsirləndirilən şəxs Zabrat qəsəbəsində piyada hərəkətdə olan zaman tərəflərindən saxlanılmış, daha sonra isə Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edilmişdir. İdarədə müdafiəçi ilə təmin olunmuş, təhqiqatçı tərəfindən video çəkiliş vasitəsilə onun üzərinə baxış keçirilmiş, Təqsirləndirilən şəxs üzərindən 1 bükümdə psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüş, aşkar olunan psixotrop maddədən başqa onun üzərində miqdarını xatırlamadığı pul və hansı banka aid olduğunu xatırlamadığı bank kartı, telefon aşkar olunmuş, aşkar olunan narkotik vasitələri İİR vətəndaşından əvvəlcədən təyin olunduğu yerdən əldə etdiyini və həmin maddələrdən daha çoxunun onun yaşadığı mənzildə də olduğunu bildirmiş, daha sonra onun yaşadığı mənzilə baxış keçirilmiş və yataq otağında taxta dolabın içərisindən 2 ədəd elektron tərəzi, təxmini çəkisi yarım kiloqrama yaxın narkotik vasitə olan heroin, 1 kiloqram metamfetamin, 1 kiloqrama yaxın tiryək, 2 kiloqramdan artıq qurudulmuş marixuana, təxminən 200 ədəd metadon həbi aşkar olunaraq götürülmüşdür. O, əvvəlcədən Təqsirləndirilən şəxs tanımadığını, hadisə vaxtı hansı əməliyyat axtarış tədbirinin həyata keçirdiklərini xatırlamadığını və əməliyyat tədbiri zamanı mobil cihazlardan istifadə olunmadığını qeyd etmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2024-cü il tarixli “əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair” qərar, eyni tarix və məzmunlu raportdan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Sabunçu rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokol və həmin protokola əlavə edilmiş disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman üzərində olan qara rəngli çantanın içərisindən 01 ədəd sellofanda ağ rəngli kristal şəkilli, psixotrop maddə olan metamfetamin, 100 ədəd metadon həbi, “Redmi” və “Samsung” markalı mobil telefon, 01 ədəd açar, 01 ədəd plastik bank kartı, 01 ədəd şəxsiyyət vəsiqəsi və 5400 manat pul aşkar edilərək götürülür. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilmədi. Bir ədəd açar Təqsirləndirilən şəxs özünə geri qaytarıldı, digər aşkar olunanalar müvafiq qaydada qablaşdırılaraq götürüldü. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələri İran İslam Respublikası vətəndaşı “Şəhram” adlı şəxsdən “Lənkəran rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən istifadə etmək və satmaq məqsədilə əldə etdiyini, adı çəkilən şəxsə buna görə 10.000 manat pul ödədiyini, əlavə olaraq yaşadığı evində narkotik maddə saxladığını, yaşadığı ünvana polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını bildirdi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş qəbzdən görünür ki, şəxsi axtarış və götürmə aparılması zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 5400 manat pul vəsaiti onun özünə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 09 mart 2024ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanına polis əməkdaşları tərəfindən baxış keçirilməsinə heç bir etirazı olmamışdır. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Mənzilə baxış keçirilməsi və götürmə haqqında” protokol və həmin protokola əlavə edilmiş disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, ünvan 3 ünvanında yerləşəşn mənzilinin yataq otağında yerləşən taxta konstruksiyalı dolabın içərisində 04 ədəd bağlamada narkotik vasitə olan qurudulmuş marixuana, 01 ədəd bağlamada narkotik vasitə olan heroin, 02 ədəd bağlamada narkotik vasitə tiryək, 01 ədəd bağlamada psixotrop maddə metamfetamin, 199 ədəd metadon həbi və 02 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokol və həmin protokola əlavə edilmiş foto şəkillərdən görünür ki, şəxsi axtarış zamanı aşkar olunaraq götürülmüş “Samsung” və “Redmi” markalı mobil telefonlardada olan fayllara, daxil olan və çıxan SMS, zənglərə baxıldıqda iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 09 mart 2024-cü il tarixli, 3-16-16/2-7/394 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvanda..." yazısı və imzalar olan açıq qəhvəyi rəngli torbadakı 04 (dörd) ədəd bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri: 580 qram; 1000 qram; 230 qram; 110 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi – 1920 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Həmin açıq qəhvəyi rəngli torbadakı 02 (iki) ədəd elektron tərəzinin üzərində çətənə (kannabis) bitkisinin hissəcikləri yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 09 mart 2024-cü il tarixli, 3-16-16/2-6/1396 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələr., şübhəli şəxs (İmza) K. Mustafayev ” yazısı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf bükümdə təmiz çəkisi 25,081 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və üzərində "Methadone 40” markalanma göstəricisi olan ümumilikdə 100 ədəd üzərilərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli həblərdir və 100 ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 4 qram təşkil edir (üzərində qeyd olunmuş göstəriciyə əsasən bir həbdə 0,04 qram metadon olmaqla). Tədqiqata təqdim edilmiş, üzərində: “Təqsirləndirilən şəxs yaşadığı ünvanda təqdim etdiyi kütlələr .. şübhəli şəxs (İmza) K. Mustafayev” yazısı və imzalar olan çantadakı 1 (bir) ədəd bükümdə təmiz çəkisi 465 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 945 qram ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 920 qram və 177,160 qram ümumi təmiz çəkisi 1097,16 qram tünd qəhvəyi rəngli qətranabənzər maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə — tiryəkdir, üzərində “Methadone 40” markalanma göstəricisi olan ümumilikdə 199 ədəd üzərilərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli həblərdir və 199 ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 7,96 qram təşkil edir (üzərində qeyd olunmuş göstəriciyə əsasən bir həbdə 0,04 qram metadon olmaqla), 2 (iki) ədəd elektron tərəzinin üzərində heroinin və metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün, heroinin, metamfetaminin təmiz çəkisini və bükümlərdəki heroinlə və metamfetaminlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Təqsirləndirilən şəxsn üzərindən və yaşadığı ünvandan aşkar edilərək götürülmüş metamfetaminin çəkisi 970,081 qramdır və həmin metamfetamin xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynidir. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar edilərək götürülmüş metadon tərkibli həblər xarici əlamətlərinə və tərkibindəki təsiredici maddəsinin miqdarına görə eynidir və ümumilikdə 299 ədəd həblərdə metadonun ümumi miqdarı 11,96 qram təşkil edir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin, tiryək “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına, metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in İİ siyahısına daxildirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizanın 22 aprel 2024-cü il tarixli, 2588 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbul edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 11 mart 2024-cü il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 tərəfindən qəbul edilmiş 08 mart 2024-cü il tarixli qərar mənzilə baxış keçirilmə hissəsində qanuni hesab edilmişdir Cinayət işinin materiallarında olan 11 mart 2024-cü il tarixli “Maddi sübut kimi tanınma haqqında” və 14 iyun 2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş, qalıq çəkisi 24,981 qram psixotrop maddə metamfetamin, qalıq 96 ədəd metadon həbləri, Təqsirləndirilən şəxs yaşadığı mənzildən götürülmüş, qalıq çəkisi 464,8 qram narkotik vasitə heroin, qalıq çəkisi 944,8 qram psixotrop maddə metamfetamin, qalıq çəkiləri 177,060 qram və 919,8 qram tiryək, qalıq 194 ədəd metadon həbləri, qalıq çəkisi 1919,6 qram narkotik vasitə qurudulmuş marixuana və Təqsirləndirilən şəxs mənzilinə baxış keçirilərkən aşkar edilmiş 02 ədəd elektron tərəzi maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərində və evində aparılmış şəxsi axtarış, baxış və götürmə zamanı qeydə alınmış video görüntünün olduğu 02 ədəd CD disk və "xxxx" MMC- dən daxil olmuş 01 ədəd CD disk isə cinayət işinin materiallarında saxlanılmışdır. “Elektron məhkəmə informasiya sistemi”-dən əldə olunmuş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir yetkinlik yaşına çatmayan — xx.xx.2009-cu il təvəllüdlü X2, iki azyaşlı uşaq — xx.xx.2011-cu il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X4 vardır. Cinayət işinin materiallarında olan tələbnamədən göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Bundan başqa, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə yanaşı Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə ittiham verilmişdir. Dövlət ittihamçısı yekun nitqində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə verilmiş ittihamdan və aparılan cinayət təqibindən imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edan halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.1-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Həmin Məcəllənin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısının ittihamın müdafiəsindən imtina etdiyi halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə Cinayət- Prosessual Məcəlləsinin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verməlidir. “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarının nəticə hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. Dövlət ittihamçısının verilmiş ittihamdan qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə imtina etməsinə görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində həmin maddə ilə aparılan cinayət təqibinə xitam verilməli, o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Yuxarıda qeyd edildiyi kimi, düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 6 may 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin mənasına görə, cinayətin iştirakçıları (təşkilatçı, təhrikçi və ya köməkçi) cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Narkotik vasitəni və ya psixotrop maddəni satan şəxsin və həmin narkotik vasitəni (psixotrop maddəni) ondan əldə edən şəxsin hərəkətləri (hətta aralarında buna dair əvvəlcədən razılaşma olduğu hallarda belə), eyni bir cinayətin birgə törədilməsi kimi qabaqcadan əlbir olan bir qrup şəxs üçün səciyyəvi olan əlamət mövcud olmadığından, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən cinayət kimi qiymətləndirilə bilməz və onlardan birincisi narkotik vasitənin (psixotrop maddənin) satışına, digəri isə narkotik vasitəni (psixotrop maddəni) əldə etməyə (yəni, müxtəlif əməllərə) görə və CPMin 49.1-ci maddəsinin tələbi nəzərə alınaraq ayrı-ayrı icraatlarda aparılmalı olan cinayət təqibinin gedişində məsuliyyətə cəlb olunmalıdırlar. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının 12-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CMin 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3- 1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında cinayət törətməsini təsdiq edən heç bir sübut və ya sübutlar əldə edilib məhkəməyə təqdim edilməmiş, aşkar olunmuş narkotik vasitəni tanımadığı İran İslam Respublikası vətəndaşından alması yalnız öz ifadəsində göstərilmişdir. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs verilmiş “şəxsiyyəti istintaqa məlum olmayan “Şəhram” adlı İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmə”də ifadə olunan “qabaqcadan əlbir olan bir qrup şəxs” tövsifedici əlaməti ittihamdan xaric edilməli, o, xüsusilə külli miqdarda psixotrop maddə və külli miqdarda narkotik vasitələri satış məqsədilə qanunsuz olaraq əldə etmə, daşıma və saxlamada təqsirli bilinərək cəzalandırılmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının 16-cı bəndində göstərilmişdir ki, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi və ya satış məqsədi olmadan əldə edilməsi, saxlanılması, hazırlanması, emal edilməsi, daşınması müəyyən edildikdə, külli miqdar və ya xüsusilə külli miqdar əlamətinin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı müəyyən edilib ittihamda ayrıca göstərilməli, lakin əməl miqdarı daha böyük olan narkotik vasitəyə görə (daha ciddi məsuliyyətə səbəb olan miqdar üzrə) tövsif olunmalıdır. Yəni aşkar edilmiş müxtəlif növ narkotik vasitələrdən (psixotrop maddələrdən) hər hansı birinin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.1-1-ci və ya 234.4.3-cü maddəsi ilə, xüsusilə külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə satış məqsədinin olub-olmamasından asılı olmayaraq CM-in 234.4-1-ci maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə satış məqsədilə törədilən əməl (miqdarın xeyli miqdar təşkil edib-etməməsindən asılı olmayaraq) CM-in 234.2-ci maddəsi ilə, belə məqsəd olmadan törədilən əməl isə (narkotik vasitənin və ya psixotrop maddənin miqdarı xeyli miqdar təşkil etdikdə) CM-in 234.1-ci maddəsi ilə tövsif edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin İ siyahısına daxil edilmiş 970,081 qram çəkidə, xüsusilə külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, qeyd edilən Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin İ siyahısı”na daxil edilmiş 1920 qram çəkidə külli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı, 1097,16 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki, 465 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini və üzərində “Methadone 40” markalanma göstəricisi olan “F/M40” yazısı həkk olunmuş 299 ədəd metadon təsiredici maddəsinin ümumi miqdarı 11,96 qram olan külli miqdarda 299 ədəd qəhvəyi rəngli dairəvi formalı metadon tərkibli həbləri qanunsuz əldə edərək, yaşadığı Abşeron rayonu Xırdalan şəhəri AAAF yaşayış kompleksi 2-ci küçəsi ev 2-də yerləşən 13 nömrəli mənzilə daşıyıb orada hissələrə bölərək, həmin psixotrop maddə metamfetaminin 01 ədəd bağlamada 945 qram çəkidə olan hissəsini, 04 ədəd bağlamada ayrı-ayrılıqda 580 qram, 1000 qram, 230 qram və 110 qram, ümumilikdə 1920 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, 02 ədəd bağlamada ayrı-ayrılıqda 920 qram və 177,160 qram, ümumilikdə 1097,16 qram çəkidə narkotik vasitə tiryəki, 01 ədəd bağlamada 465 qram çəkidə narkotik vasitə heroini və narkotik vasitə olan metadon həblərinin 199 ədədini yaşadığı həmin mənzilin yataq otağındakı taxta konstruksiyalı dolabın içərisində, psixotrop maddə metamfetaminin 25,081 qram çəkidə olan hissəsi və 100 ədəd narkotik vasitə metadon həblərini isə üzərində olan qara rəngli çantanın içərisində saxlamış, 08 mart 2024-cü il tarixdə saat 22:45-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Şəhər şosesinin kənarında yerləşən “Socar” YDM-in yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilib, orada həmin gün saat 00:55-dən 01:11-ə kimi onun şəxsi axtarışı keçirilən zaman üzərində olan qara rəngli çantanın içərisindən həmin 25,081 qram çəkidə psixotrop maddə metafetamin və metadon təsiredici maddənin ümumi miqdarı 4 qram olan 100 ədəd metadon həbləri, əməliyyat tədbirinin davamı kimi 09 mart 2024-cü il tarixdə saat 02:45-dən 03:03-ə kimi DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən onun yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, AAAF yaşayış kompleksi 2-ci küçəsi ev 2-də yerləşən 13 nömrəli mənzilinə keçirilmiş baxış zamanı yataq otağındakı taxta konstruksiyalı dolabın içərisində həmin 01 ədəd bağlamada 945 qram çəkidə psixotrop maddə metamfetamin, 04 ədəd bağlamada ayrı-ayrılıqda 580 qram, 1000 qram, 230 qram və 110 qram, ümumilikdə 1920 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 02 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 920 qram və 177,16 qram, ümumilikdə 1097,16 qram çəkidə narkotik vasitə tiryək, 01 ədəd bağlamada təmiz çəkisi 465 qram çəkidə narkotik vasitə heroin, metadon təsiredici maddənin ümumi miqdarı 7,96 qram olan 199 ədəd metadon həbləri və üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin izləri olan 02 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini, şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan çoxsaylı mötəbər sübutları ayrıayrılıqda və məcmu halında təhlil edib nəzərə alaraq və qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.4-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində yaşadığı mənzildən narkotik vasitə və psixotrop maddə aşkar olunmaması, polis əməkdaşlarının fiziki və psixi təzyiqi nəticəsində qeyd olunan narkotik vasitə və psixotrop maddələrin özünə məxsus olmasını deməyə məcbur qalması barədə söylədiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadələri yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təsdiq edildiyindən əsas götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-nin 124.1-ci maddəsində sübutların anlayışını, 124.2-ci maddəsində isə sübutların siyahısını vermişdir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2.1-146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına, cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək edir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən normaların tələbləri baxımından baxılan işdəki sübutlara əsasən təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət vermək zəruridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2024-cü il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıya» əsasən heroin narkotik vasitəsinin külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram, xüsusilə külli miqdar daxil olmaqla yuxarı həddi 800 qram, metamfetamin psixotrop maddəsinin külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram, xüsusilə külli miqdar daxil olmaqla yuxarı həddi 400 qram, metadon narkotik vasitəsinin külli miqdar daxil olmaqla yuxarı həddi 1,6 qram, xüsusilə külli miqdar daxil olmaqla yuxarı həddi 160 qram, tiryək narkotik vasitəsinin külli miqdar daxil olmaqla yuxarı həddi 50 qram, xüsusilə külli miqdar daxil olmaqla yuxarı həddi 5000 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Göstərilənləri qeyd etməklə məhkəmə tərkibi qeyd edir ki, iş üzrə sübutların mötəbərliyi şübhə doğurmur, sübutlar Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edilməklə, təqsirləndirilən şəxsin hüquqları pozulmadan əldə edilmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin cəzanı yüngülləşdirən halları müəyyən edən 59.1ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən haldır. Məhkəmə, həmçinin himayəsində bir yetkinlik yaşına çatmamış uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Cinayət işinin materiallarında olan 08 mart 2024-cü il tarixli raportdan və 09 mart 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 mart 2024-cü il tarix, saat 22:25-də polis əməkdaşları tərəfindən saxlanmış, 09 mart 2024-cü il tarix saat 00:35-də şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan - xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-cimaddələrində isə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Abşeron RPİ-nin maddi sübutları saxlama otağında saxlanılan 02 ədəd elektron tərəzi məcburi qaydada dövlət nəfinə müsadirə olunmalıdır. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Abşeron RPİ-nin maddi sübutları saxlama otağında saxlanılan qalıq çəkisi 24,981 qram psixotrop maddə metamfetamin, qalıq 96 ədəd metadon həbləri, qalıq çəkisi 464,8 qram narkotik vasitə heroin, qalıq çəkisi 944,8 qram psixotrop maddə metamfetamin, qalıq çəkisi 177,060 qram və 919,8 qram tiryək, qalıq 194 ədəd metadon həbləri, qalıq çəkisi 1919,6 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, 03 ədəd diskin maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 192 (yüz doxsan iki) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 08 mart 2024-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış Abşeron RPİ-nin maddi sübutları saxlama otağında saxlanılan qalıq çəkisi 24,981 qram psixotrop maddə metamfetamin, qalıq 96 ədəd metadon həbləri, qalıq çəkisi 464,8 qram narkotik vasitə heroin, qalıq çəkisi 944,8 qram psixotrop maddə metamfetamin, qalıq çəkiləri 177,060 qram və 919,8 qram tiryək, qalıq 194 ədəd metadon həbləri, qalıq çəkisi 1919,6 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, 02 ədəd tərəzi müsadirə edilsin, 03 ədəd diskin maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 192 (yüz doxsan iki) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar