Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-796/2024 16.12.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X14 Nizami oğlunun sədrliyi, X9 və X5 ibarət tərkibdə, Məhkəmə iclas katibi - Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1972-ci il tarixdə Siyəzən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Siyəzən şəhəri, Məhəmməd Füzuli küçəsi ev 62-də qeydiyyatda olan və Siyəzən şəhəri Şamil Baxşiyev küçəsində yerləşən fərdi yaşayış evində yaşamış barəsində Siyəzən rayonu məhkəməsi tərəfindən 4 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan 285 qram çəkidə xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində daşımaqla yaşadığı evdə saxlamış, 08 iyul 2024-cü il tarixdə saat 16 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat tədbirləri zamanı onun yaşadığı Siyəzən şəhəri, Şamil Baxşiyev küçəsində yerləşən fərdi yaşayış evinin arxa tərəfində olan daş hasarla əhatə edilmiş həyətyanı sahəsində ümumi təmiz çəkisi 35.900,0 qram olan 42 ədəd tərkibində narkotik maddələr olan çətənə bitkiləri aşkar edilərək götürülmüş, yaşadığı evə baxış zamanı isə evin giriş dəhlizindən sol tərəfdə olan otaqda stolun üstündə olan qızılı rəngli qabın üzərindən isə ümumi təmiz çəkisi 35 qram olan 1 ədəd tərkibində narkotik maddələr olan çətənə bitkiləri, stolun üstündə qara rəngli sellofan torbanın içərisindən ümumi təmiz çəkisi 35 qram olan 10 ədəd tərkibində narkotik maddələr olan çətənə bitkisinin hissələri və ümumi təmiz çəkisi 285 qram olan xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən, ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun ifadə verərək bildirdi ki, özünü ona Azərbaycan Respublikası CM-nin 234.1 və 237.2.3-cü maddəsi ilə elan olunmuş ittihamda təqsirli bilir. Təxminən 2 il müddətdir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etdiyini, 2023-ci ilin may ayının sonlarında yaşadığı məhəllədə olarkən yerdə kağız bükülüdə çətənə toxumları tapdığını, daha sonra təxminən 2 ay əvvəl həmin toxumları yaşadığı ünvanın həyətyanı sahəsində əkməyə qərar verdiyini, həmin çətənə toxumlarını yaşadığı evin həyətyanı sahəsində evinin arxa tərəfində hasarla əhatə edilmiş sahədə əkdiyini, onlara mütəmadi olaraq qulluq göstərdiyini, diblərini yumşaldıb onlara su verdiyini, həmin çətənə kolları böyüdükdən sonra onları qurudub özünün istifadə edəcəyini, xx.xx.2024-ci il tarixdə yaşadığı ünvanın qarşısında küçədə dayanarkən mülki geyimdə olan şəxslərin ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib Siyəzən RPŞ-nin əməkdaşları olduqlarını və yaşadığı evin həyətyanı bağ sahəsində narkotik vasitə çətənə bitkilərinin əkib becərməsində şübhəli olduğunu ona deyərək yaşadığı evin həyətyanı sahəsinə baxış keçirəcəklərini bildirmişlər. O da polis əməkdaşlarına yaşadığı evin həyətyanı bağ sahəsinə baxış keçirilməsinə etiraz etməməsini bildirdiyini, daha sonra oraya müdafiəçi X10 və aqronom mütəxəsisin dəvət edildiyini, sonuncuların iştirakı ilə videoçəkiliş vasitəsilə yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsinə başlanıldığını, o, evin həyətyanı sahəsinə videoçəkiliş ilə baxış keçirilməsinə etirazının olmadığını bildirərək bu barədə ərizə ilə müraciət etdiyini, daha sonra yaşadığı evin həyətyanı sahəsinə keçiriləcək baxış zamanı müdafiəçi X10 iştirak etməsini istədiyini bildirdiyini, bundan sonra baxışın keçirilməsinə başlanıldığını göstərdi. Ona baxış zamanı yaşadığı evin həyətyanı sahəsində qanunla qadağan olunmuş hər hansısa əşya və predmet varsa könüllü təqdim etməyin təklif olunduğunu, o, yaşadığı ünvanın həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddə olan çətənə bitkiləri əkib-becərdiyini bildirərək yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsi üçün polis əməkdaşlarını həyətə dəvət etdiyini, o, həyət ilə girişdən sağ tərəf istiqamətinə hərəkət etdiyini, yaşayış evinin sol tərəfindən keçərək həmin evin arxa tərəfində olan daş hasarla əhatə edilmiş sahənin qarşısında gəldiyini, həmin daş hasarla əhatə edilmiş sahənin giriş qapısının ağ rəngli plastik materialdan olduğunu, həmin qapını açaraq evin arxa tərəfində olan digər bir sahəyə keçdiyini və həmin sahədə yerdə, torpağa əkilmiş bitki kollarını göstərərək, həmin kolların çətənə bitkisi olduğunu bildirdiyini, bundan sonra həmin bitkilərə aqronom Seymur Müxtəsənov tərəfindən baxış keçirildiyini, həmin kollara aqrotexniki qulluq olunması və ən uzununun ölçüsünün 180 sm olması müəyyən olunduğunu qeyd etdi. Bundan sonra həmin kolların Siyəzən RPŞ-nin PPXB-nin əməkdaşları tərəfindən torpaqdan kökündən çıxarıldılaraq tək-tək sayılıb torpağın üzərinə qoyulduğunu, kolların sayının 42 ədəd olmasının müəyyən edildiyini, həmin kolların sayları çox olduğu üçün cəmi 6 ədəd kisələrə baş və ayaq hissəlləri örtülmüş şəkildə yerləşdirildiyini və 3 ədəd bağlama əldə edildiyini, həmin 3 ədəd bağlamanın müvafiq olaraq 1,2,3 nömrələri ilə nömrələndiyini, üzəri zərflər üçün nəzərə tutulmuş 96 nömrəli möhürdən istifadə olunmaqla möhürləndiyini, o və bütün digər iştirakçıların ardıcıllıqla bağlamaların üzərində imza etdiklərini, həyətyanı sahəyə ümumi yenidən baxış keçirildiyini və başqa heç bir qanunla qadağan əşya və predmet aşkar edilmədi. Bundan sonra onun yaşadığı evdə narkotik vasitə, digər qanunla qadağan edilmiş əşya və predmetlərin olub-olmaması soruşulduğunu, o, evində də narkotik vasitə olmasını bildirərək, göstərə biləcəyini qeyd etdiyini, evin giriş qapısının qarşısında gəldiyini və dəmir giriş qapısını açarla açıb içəri daxil olduğunu, o, sol tərəfdə olan otağın ağ taxta qapısını açarla açıb içəri daxil olduğunu, bu zaman otaqda stolun üzərində bir ədəd silah çantası, bir ədəd qara rəngli sellofan torba və stolun üzərində olan qızılı rəngli qabın içərisində yaşıl rəngli kəskin qoxulu kütlələr olmasının polis əməkdaşları tərəfindən müəyyən edildiyini, o silah qabının içərisində 5 atılan ov tüfəngi, qara torbanın içində isə narkotik maddə olmasını bildirdiyini, özünün qara rəngli sellofan torba açdığını, içərisində yaşıl rəngli kəskin qoxulu narkotik kütlə olmasının müəyyən edildiyini, həmin kütlənin narkotik vasitə olmasını etiraf etdiyini, sonra silah qabını açdığını və içərisində “Ataarms” markalı ov tüfəngi olmasının müəyyən edildiyini, o, həmin silahla bağlı heç bir sənəd təqdim etmədiyini, qara rəngli sellofan torbada olan kütlə və stolun üzərində olan qızılı rəngli qabın üstündə olan yaşıl rəngli kütlənin ağ rəngli boş zərfə yerləşdirildiyini, zərfin üzərinin Siyəzən RPŞ-nin zərflər üçün olan 96 nömrəli möhürü ilə möhürləndiyini və üzərinə o və bütün iştirakçıların imza etdiyini, ov tüfənginin ağ rəngli kisəyə yerləşdirildiyini, üzərinin Siyəzən RPŞ-nin zərflər üçün olan 96 nömrəli möhürü ilə möhürləndiyini və üzərinə o və bütün iştirakçıların imza etdiyini, müstəntiq tərəfindən verilmiş göstərişə əsasən əməliyyat müvəkkili tərəfindən üzərinə şəxsi axtarış aparıldığını və şəxsi axtarış zamanı heç bir qanunla qadağan edilmiş əşya və predmet aşkar edilmədiyini, bundan sonra baxış, şəxsi axtarış və götürmə istintaq hərəkətinin yekunlaşdırıldığını qeyd etmişdir. Təqsirləndirilən şəxs ifadəsində eyni zamanda əməlinin cinayət olduğunu başa düşdüyünü və peşman olduğunu nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, 08 iyul 2024-cü il tarixdə xidmətdə olarkən Siyəzən şəhəri, Məhəmməd Füzuli küçəsi ev 62-də qeydiyyatda olmaqla Siyəzən şəhəri Şamil Baxşiyev küçəsində yerləşən fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə saxlaması və yaşadığı evin həyətyanı sahəsində çətənə kolları əkib becərməsi barədə məlumat daxil olmuşdur. Bununla əlaqədar 08 iyul 2024-cü il tarixdə, saat 16 radələrində Siyəzən RPŞ-nin İstintaq Bölməsinin rəisi, polis mayoru X22, Siyəzən RPŞ-nin PPXB-nin polis nəfərləri, polis serjantları X15, X6, X16 və X19 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evin yerləşdiyi Siyəzən şəhəri, Şamil Baxşiyev küçəsinə gəldiklərini, sonuncunu orada görərək yaxınlaşıb özlərini təqdim edərək yaşadığı evdə narkotik vasitə saxlamaqda və yaşadığı evin həyətyanı sahəsində çətənə kolları əkib becərməkdə şübhəli olduğunu və həmin məlumatı yoxlamaq istədiklərini bildirmişlər. Təqsirləndirilən şəxs onlara etirazının olmadığını bildirdiyini, bundan sonra Təqsirləndirilən şəxs müdafiə hüququ izah olunaraq baxış zamanı müdafiəçi X10 iştirakının təmin edilməsinin təklif olunduğunu, Təqsirləndirilən şəxs yaşadığı ünvana və həyətyanı sahəsinə keçiriləcək baxış, eləcə də üzərinə keçiriləcək şəxsi axtarış zamanı müdafiəçi X10 iştirak etməsini istədiyini bildirdiyini, eləcə də, Təqsirləndirilən şəxs baxış zamanı iştirak etməsi üçün mütəxəssis qismində dəvət olunmuş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Dövlət X18 böyük məsləhətçisi vəzifəsində işləyən, aqronom mütəxəssis, X3 təqdim olunduğunu, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq narkotik vasitə əkib-becərməkdə şübhəli olması bildirilərək, yaşadığı evin həyətyanı sahəsinə və evə videoçəkilişdən istifadə edilməklə baxış keçiriləcəyi və bu barədə Siyəzən RPŞ tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarın olduğu bildirildiyini, Təqsirləndirilən şəxs evin həyətyanı sahəsinə videoçəkiliş ilə baxış keçirilməsinə etirazının olmadığını bildirərək bu barədə ərizəsini təqdim etdiyini göstərdi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri və müdafiə hüquqları izah olunduğunu, bundan sonra baxışın keçirilməsinə başlanıldığını, Təqsirləndirilən şəxs baxış zamanı yaşadığı evin həyətyanı sahəsində qanunla qadağan olunmuş hər hansısa əşya və predmet varsa könüllü təqdim etməyin təklif olunduğunu, sonuncunun yaşadığı ünvanın həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddə olan çətənə bitkiləri əkib-becərdiyini bildirərək yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsindən ötrü polis əməkdaşlarını həyətə dəvət etdiyini, Təqsirləndirilən şəxs həyətdə girişdən sağ tərəf istiqamətinə hərəkət edərək yaşayış evinin sol tərəfindən keçərək həmin evin arxa tərəfində olan daş hasarla əhatə edilmiş sahənin qarşısına gəldiyini, həmin daş hasarla əhatə edilmiş sahənin ağ rəngli plastik materialdan olan qapısını açaraq evin arxa tərəfində olan digər bir sahəyə keçdiyini və həmin sahədə yerdə, torpağa əkilmiş bitki kollarını onlara göstərərək, həmin kolların çətənə bitkisi olduğunu dediyini qeyd etdi. Bundan sonra həmin bitkilərə aqronom Seymur Müxtəsənov tərəfindən baxış keçirildiyini, həmin kollara aqrotexniki qulluq olunması və ən uzununun ölçüsünün 180 sm olmasının müəyyən olunduğunu, həmin kolların tərəflərindən torpaqdan kökündən çıxarıldılaraq tək-tək sayılaraq torpağın üzərinə qoyulduğunu, kolların sayının 42 ədəd olmasının müəyyən edildiyini, daha sonra həmin kolların sayları çox olduğu üçün cəmi 6 ədəd kisələrə baş və ayaq hissəlləri örtülmüş şəkildə yerləşdirildiyini və 3 ədəd bağlama əldə edildiyini, həmin 3 ədəd bağlamanın müvafiq olaraq 1,2,3 nömrələri ilə nömrələndiyini və üzərlərinin zərflər üçün nəzərə tutulmuş 96 nömrəli möhürdən istifadə olunmaqla möhürləndiyini, daha sonra o, Təqsirləndirilən şəxs və bütün digər iştirakçıların ardıcıllıqla bağlamaların üzərinə imza atdıqlarını, həyətyanı sahəyə baxış keçirilməsi davam etdirildiyini, lakin başqa heç bir qanunla qadağan edilmiş əşya və predmetin aşkar edilmədiyini, bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə, digər qanunla qadağan edilmiş əşya və predmetlərin olubolmamasının soruşulduğunu, sonuncunun evində də narkotik vasitə olmasını bildirərək, göstərə biləcəyini bildirdi. Bundan sonra həyətdə yerləşən evin qarşısına gəldiklərini və Təqsirləndirilən şəxs açarla qapını açdığını və içəri dəhlizə daxil olduqdan sonra dəhlizdən sol tərəfdə bir otaq, üzbəüz iki otağın olmasının göründüyünü, Təqsirləndirilən şəxs sol tərəfdə olan otağın ağ taxta qapısını açarla açıb içəri daxil olduğunu, otaqda stolun üzərində bir ədəd silah çantası, bir ədəd qara rəngli sellofan torba və stolun üzərində olan qızılı rəngli qabın içərisində yaşıl rəngli kəskin qoxulu kütlələrin olmasının müşahidə edildiyini, Təqsirləndirilən şəxs silah qabının içərisində 5 atılan ov tüfəngi, qara torbanın içində isə narkotik maddə olmasını bildirdiyini, Təqsirləndirilən şəxs özü tərəfindən qara rəngli sellofan torba açıldıqda içərisində yaşıl rəngli kəskin qoxulu narkotik kütlə olmasının müəyyən edildiyini, Təqsirləndirilən şəxs həmin kütlənin narkotik olmasını bildirdi. Bundan sonra silah qabının açıldığını və içərisində “Ataarms” markalı ov tüfəngi olmasının aşkar edildiyini, Təqsirləndirilən şəxs həmin silahla bağlı heç bir sənəd təqdim etmədiyini, bundan sonra qara rəngli sellofan torbada olan kütlə və stolun üzərində olan qızılı rəngli qabın üzərində olan yaşıl rəngli kütlənin ağ rəngli boş zərfə yerləşdirildiyini, zərfin üzərinin Siyəzən RPŞ-nin zərflər üçün olan 96 nömrəli möhürü ilə möhürləndiyini və üzərinə o, Təqsirləndirilən şəxs və bütün iştirakçıların imza etdiklərini, daha sonra ov tüfənginin ağ rəngli kisəyə yerləşdirildiyini və üzərinin Siyəzən RPŞ-nin zərflər üçün olan 96 nömrəli möhürü ilə möhürləndiyini və üzərinə yenidən o, Təqsirləndirilən şəxs və bütün iştirakçıların imza etdiklərini, bundan sonra İstintaq Bölməsinin rəisi Şahin Rzayev göstərişə əsasən tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparıldığını və şəxsi axtarış zamanı heç bir qanunla qadağan edilmiş əşya və predmet aşkar edilmədiyini, şəxsi axtarış, baxış və götürmə zamanı polis serjantı X19 tərəfindən “iphone” markalı mobil telefon vasitəsi ilə videoçəkiliş aparıldığın göstərmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, Siyəzən Rayon Polis Şöbəsinə xx.xx.1972-ci il ildə ünvan 1 ünvanında qeydiyyatda olmaqla Siyəzən şəhəri, Ş.Baxşıyev küçəsində fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs qanusuz olaraq yaşadığı evə narkotik vasitə saxlaması və yaşadığı evin həyətyanı sahəsində çətənə kollarını əkib becərməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2024-cü il tarixli “əməliyyat axtarış tədbirlərinin keçrilməsi barədə” qərardan görünür ki, xx.xx.1972-ci il ildə ünvan 1 ünvanında qeydiyyatda olmaqla Siyəzən şəhəri, Ş.Baxşıyev küçəsində fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs qanusuz olaraq yaşadığı evə narkotik vasitə saxlaması və yaşadığı evin həyətyanı sahəsində çətənə kollarını əkib becərməsi barədə daxil oluş məlumata əsasən əməliyyat axtarış tədbirlərinin keçrilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, xx.xx.1972-ci il ildə ünvan 1 ünvanında qeydiyyatda olmaqla Siyəzən şəhəri, Ş.Baxşıyev küçəsində fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs qanusuz olaraq yaşadığı evə narkotik vasitə saxlaması və yaşadığı evin həyətyanı sahəsində çətənə kollarını əkib becərməsi barədə daxil oluş məlumata əsasında xx.xx.2024-cü il tarixdə saat 16:50 radələrində evə və həyətyanı sahəyə baxış keçirilmişdir. Məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-7/1126 nömrəli ekspert rəyindən müəyyən olunur ki, üzərində Təqsirləndirilən şəxs yaşadığı evdən həyətyanı sahəsindən aşkar edilmiş kollar yazılan paketdə 1 (bir) ədəd quru vəziyyətdə təmiz çəkisi 35 qram bitki nümunəsi tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisidir. Üzərində Təqsirləndirilən şəxs yaşadığı evdən həyətyanı sahəsindən aşkar edilmiş kollar yazılan paketdə təmiz çəkisi 285 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Üzərində Təqsirləndirilən şəxs həyətyanı sahəsindən aşkar edilmiş kollar yazılan üç ədəd torbada hər birinin ayrı ayrılıqda təmiz çəkisi 12000,0 qram, 10400,0 qram və 17100.0 qram olmaqla ümumi sayı 42 (qırx iki) ədəd yaş vəziyyətdə, ümumi təmiz çəkisi 395000.0 olan bitki nümunələri tərkibində narkotik maddələr olan çətənə bitkisidir. Məhkəmə-narkoloji ekspertizasının 19 iyul 2024-cü il tarixli, 4916 N°-li rəyinə əsasən Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə ballistik ekspertizasının 01 avqust 2024-cü il tarixli, 24/1309 №-li rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 01 ədəd 19/D13174 №-li silah, zavod üsulu ilə Türkiyə Respublikasında, ATA Arms silah zavodunda istehsal olunmuş, 12 kalibrli NEO-12 CAMo Max-5 modelli sürgülü, hamar lüləli, öz-özünə dolan ov tüfəngidir, odlu yivsiz silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın metal hissə-mexanizmlərinin üzərində sonradan kustar üsulla heç bir əlavə dəyişiklik edilməmişdir. Bundan başqa cinayət işinə əlavə edilmiş Azərbaycan erspublikası Daxili İşlər Nazirliyinin Baş ictimai təhlükəsizlik idarəsi tərəfindən X11 verilmiş şəhadətnamədən görünür ki, qeyd olunan silah sonuncuya məxsusdur və ov silahının saxlanılması və təyinatı üzrə istifadəsinə icazə verilir. “Baxış keçirilməsi barədə” xx.xx.2023-cü il tarixli protokoldan” və baxışa dair video diskdən müəyyən olunur ki, 08 iyul 2024-cü il tarixdə saat “16:57”-dən saat “17:47”-dək olan müddət ərzində Siyəzən RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, Şahid, Siyəzən RPŞ-nin PPXB-nin polis nəfərləri, polis serjantları X7, X2, X8 çəkilişi aparan Siyəzən RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X13, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Dövlət X18 böyük məsləhətçisi vəzifəsində işləyən, aqronom mütəxəssis, ünvan 3 ünvanında yaşayan X3, fərdi qaydada fəaliyyət göstərən vəkil X10 iştirakları ilə, xx.xx.1972-ci ildə Siyəzən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, fərdi əməklə məşğul, əvvəllər məhkum olunmamış, Siyəzən şəhəri, Şamil Baxşıyev küçəsində yaşayan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı ünvana baxış keçirildiyi görünür. Çəkiliş istintaq Bölməsinin rəisi Şahin Rzayevin çıxışı ilə başlayır. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq narkotik vasitə əkibbecərməkdə şübhəli olması bildirilərək, onun yaşadığı evin həyətyanı sahəsinə və evə videoçəkilişdən istifadə edilməklə baxış keçiriləcəyi və bu barədə Siyəzən RPŞ tərəfindən əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərarın olduğu bildirilir. Təqsirləndirilən şəxs evin həyətyanı sahəsinə videoçəkiliş ilə baxış keçirilməsinə etirazının olmadığını bildirərək bu barədə ərizə ilə müraciət edir. Təqsirləndirilən şəxsa Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri və müdafiə hüquqları izah olunur. Baxış zamanı Təqsirləndirilən şəxs müdafiə hüququ izah olunaraq baxış zamanı müdafiəçinin iştirakının təmin edilməsi təklif olunur. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə keçiriləcək baxış zamanı müdafiəçi X10 iştirak etməsini istədiyini bildirir. Bundan sonra baxışın keçirilməsinə başlanılır. Təqsirləndirilən şəxs baxış zamanı yaşadığı evin həyətyanı sahəsində qanunla qadağan olunmuş hər hansısa əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunur və baxışa başlanılır. Təqsirləndirilən şəxs yaşadığı ünvanın həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddə olan çətənə bitkiləri əkibbecərdiyini bildirir və yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsindən ötrü polis əməkdaşlarını həyətə dəvət edir. Təqsirləndirilən şəxs yaşadığı ünvanın Siyəzən şəhəri, Şamil Baxşıyev küçəsində yerləşdiyi görünür. Həmin ərazinin giriş qapısının qara rəngli dəmir qapı olduğu görünür. Həyəti ümumilikdə 0.06 hektardan ibarət ərazini əhatə edir. Giriş qapısından həyətə daxil olduqdan qapı ilə üzbəüzdə yaşayış evi və onun qarşısında həyətyanı sahə yerləşir. Təqsirləndirilən şəxs həyət ilə girişdən sağ tərəf istiqamətinə hərəkət edərək yaşayış evinin sol tərəfindən keçərək həmin evin arxa tərəfində olan daş hasarla əhatə edilmiş sahənin qarşısına gəlir. Həmin daş hasarla əhatə edilmiş sahənin giriş qapısı ağ rəngli plastik materialdan olan qapı olması müəyyən edilir. Təqsirləndirilən şəxs həmin qapını açaraq evin arxa tərəfində olan digər bir sahəyə keçir və həmin sahədə yerdə, torpağa əkilmiş bitki kollarını göstərərək, həmin kolların çətənə bitkisi olduğunu bildirir. Bundan sonra həmin bitkilərə aqronom Seymur Müxtəsənov tərəfindən baxış keçirilir. Həmin kollara aqrotexniki qulluq olunması və ən uzununun ölçüsünün 180 sm olması müəyyən olunur. Bundan sonra həmin kollar Siyəzən RPŞ-nin PPXB-nin əməkdaşları tərəfindən torpaqdan kökündən çıxardılır və tək-tək sayılaraq torpağın üzərinə qoyulur. Bundan sonra kolların sayının 42 ədəd olması müəyyən edilir. Daha sonra həmin kolların sayları çox olduğu üçün cəmi 6 ədəd kisələrə baş və ayaq hissəlləri örtülmüş şəkildə yerləşdirilir və 3 ədəd bağlama əldə edilir. Həmin 3 ədəd bağlama müvafiq olaraq 1,2,3 nömrələri ilə nömrələnir, üzəri zərflər üçün nəzərə tutulmuş 96 nömrəli möhürdən istifadə olunmaqla möhürlənir. Daha sonra Təqsirləndirilən şəxs və bütün digər iştirakçılar ardıcıllıqla bağlamaların üzərində imza edirlər. Daha sonra həyətyanı sahəyə baxış keçirilir, heç bir qanunla qadağan edilmiş əşya və predmet aşkar edilmir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə, digər qanunla qadağan edilmiş əşya və predmetlərin olub-olmaması soruşulur. O, evində də narkotik vasitə olmasını bildirərək, göstərə biləcəyini qeyd edir. Bundan sonra o, yaşadığı evin qarşı tərəfinə gələrək, evin giriş qapısının qarşısında gəlir və dəmir giriş qapısını açarla açıb içəri daxil olur. İçəri dəhlizə daxil olduqdan sonra dəhlizdən sol tərəfdə bir otaq, üzbəüz iki otağın olması müşahidə edilir. Bundan sonra Təqsirləndirilən şəxs sol tərəfdə olan otağın ağ taxta qapısını açarla açıb içəri daxil olur. Otağa daxil olduqda sol tərəfdə yataq, sağ tərəfdə şkaf mebeli, qapı ilə üzbəüzdə isə stol və stulların olması müşahidə edilir. Bu zaman otaqda stolun üzərində bir ədəd silah çantası, bir ədəd qara rəngli sellofan torba və stolun üzərində olan qızılı rəngli qabın içərisində yaşıl rəngli kəskin qoxulu kütlələr olması müşahidə edilir. Təqsirləndirilən şəxs silah qabının içərisində 5 atılan ov tüfəngi, qara torbanın içində isə narkotik maddə olmasını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs özü tərəfindən qara rəngli sellofan torba açıldıqda içərisində yaşıl rəngli kəskin qoxulu narkotik kütlə olması müəyyən edilir. Təqsirləndirilən şəxs həmin kütlənin narkotik olmasını bildirir. Bundan sonra silah qabı açılır və içərisində “Ataarms" markalı ov tüfəngi olması aşkar edilir. Təqsirləndirilən şəxs həmin silahla bağlı heç bir sənəd təqdim etmir. Bundan sonra qara rəngli sellofan torbada olan kütlə və stolun üzərində olan qızılı rəngli qabın üzərndə olan yaşıl rəngli kütlə ağ rəngli boş zərfə yerləşdirilir. Zərfin üzəri Siyəzən RPŞ-nin zərflər üçün olan 96 nömrəli möhürü ilə möhürlənir və üzərinə Təqsirləndirilən şəxs və bütün iştirakçılar imza edirlər. Bundan sonra ov tüfəngi ağ rəngli kisəyə yerləşdirilir, üzəri Siyəzən RPŞ-nin zərflər üçün olan 96 nömrəli möhürü ilə möhürlənir və üzərinə Təqsirləndirilən şəxs və bütün iştirakçılar imza edirlər. Bundan sonra istintaq Bölməsinin rəisi Şahin Rzayev tərəfindən verilmiş göstərişə əsasən əməliyyat müvəkkili Şahid tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılır və şəxsi axtarış zamanı heç bir qanunla qadağan edilmiş əşya və predmet aşkar edilmir. Bundan sonra isə baxış, götürmə və şəxsi axtarış istintaq hərəkəti yekunlaşdırılır. Çəkiliş 49 dəqiqə 35 saniyədə başa çatır. Təqsirləndirilən şəxs yaşadığı ünvanda 08 iyul 2024-cü il tarixdə keçirilmiş baxış zamanı götürülmüş X11 məxsus 19/D13174 №-li zavod üsulu ilə Türkiyə Respublikasında, ATA Arms silah zavodunda istehsal olunmuş, 12 kalibrli NEO-12 CAMo Max-5 modelli sürgülü, hamar lüləli, öz-özünə dolan ov tüfəngidir, odlu yivsiz silah cinayət işi üzrə maddi sübut kimi tanınmış, gələcəkdə sahibi Tofiq Novruzova təhvil verilməsi üçün Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş Təqsirləndirilən şəxs adına tərtib olunmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, o, əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X32 “Siyəzən Rayon Mərkəzi Xəstəxanası” X21 xx.xx.2024-cü il tarixdə daxil olmuş 18-1-69/2-749/2024 nömrəli məktubdan görünür ki, Siyəzən şəhəri Ş.Baxşiyev ünvanında yaşayan Ağayev X12 RMX PHŞ-in poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstə kimi qeydiyyata alınmamışdır. Aqronomun (mütəxəssisin) rəyinə əsasən müəyyən olunur ki, aşkar edilmiş 42 ədəd çətənə kollarının ən kiçiyinin hündürlüyünün 60 sm, ən böyüyünün hündürlüyünün 180 santimetrdir. Həmin çətənə kollarına aqrotexniki qaydada qulluq edildiyi müəyyən olunur. Şübhəli şəxsin tutulması haqqında protokola əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə sübhəli şəxs qismində saxlanılmışdır. Siyəzən rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə Siyəzən Rayon Polis Şöbəsinə Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə saxlaması və yaşadığı evin həyətyanı sahəsində çətənə kollarını əkib becərməsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə “Baxış keçirilməsi barədə” qərar qəbul olunmuş, Siyəzən şəhəri, Ş.Baxşıyev küçəsində fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs evinə və evinin həyətyanı sahəsinə polis əməkdaşları, vəkil və aqronomun iştirakı ilə video çəkilişlə baxış keçirilmişdir. Baxış zamanı həyətyanı sahədən 42 ədəd narkotik təbiətli çətənə bitkilərinə bənzər bitki və evdən 285 qram marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. Bundan sonra həmin narkotik vasitə və bitkilər materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs evinə və həyətyanı sahəsinə video çəkilişlə baxış keçirilməsi barədə müdafiəçinin iştirakı ilə keçirilərək narkotik vasitənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli sayılır və həmin əmələ görə təqsirli bilinən şəxslər bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-ci maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmə (əkmə və ya yetişdirmə) üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsin 234.1 və 237.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və həmin məcəllənin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla qəti cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli 08 iyul 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə ekspertizalarına sərf olunmuş 70.0 (yetmiş) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. Siyəzən rayon polis bölməsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından qalıq qalmış Təqsirləndirilən şəxs yaşadığı evdən və həyətyanı sahədən aşkar olunaraq götürülmüş, 1 (bir) ədəd quru vəziyyətdə təmiz çəkisi 35 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisi, təmiz çəkisi 285 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, təmiz çəkisi 12000,0 qram, 10400,0 qram və 17100,0 qram olmaqla ümumi sayı 42 (qırx iki) ədəd yaş vəziyyətdə, ümumi təmiz çəkisi 39500,0 olan bitki nümunələri tərkibində narkotik maddələr olan çətənə bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs yaşadığı ünvana keçirilmiş baxış zamanı götürülərək Siyəzən RPB-nin saxlanc anbarında saxlanılan, X11 məxsus 19/D13174 №-li zavod üsulu ilə Türkiyə Respublikasında, ATA Arms silah zavodunda istehsal olunmuş, 12 kalibrli NEO-12 CAMo Max-5 modelli sürgülü, hamar lüləli, öz-özünə dolan ov tüfəngi, odlu yivsiz silahın hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Tofiq Novruzova qaytarılmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 08 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. O, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Məhkəmə ekspertizalarına sərf olunmuş 70.0 (yetmiş) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Siyəzən rayon polis bölməsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından qalıq qalmış Təqsirləndirilən şəxs yaşadığı evdən və həyətyanı sahədən aşkar olunaraq götürülmüş, 1 (bir) ədəd quru vəziyyətdə təmiz çəkisi 35 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisi, təmiz çəkisi 285 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, təmiz çəkisi 12000,0 qram, 10400,0 qram və 17100,0 qram olmaqla ümumi sayı 42 (qırx iki) ədəd yaş vəziyyətdə, ümumi təmiz çəkisi 39500,0 olan bitki nümunələri tərkibində narkotik maddələr olan çətənə bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs yaşadığı ünvana keçirilmiş baxış zamanı götürülərək Siyəzən RPB-nin saxlanc anbarında saxlanılan, X11 məxsus 19/D13174 №-li zavod üsulu ilə Türkiyə Respublikasında, ATA Arms silah zavodunda istehsal olunmuş, 12 kalibrli NEO-12 CAMo Max-5 modelli sürgülü, hamar lüləli, öz-özünə dolan ov tüfəngi, odlu yivsiz silahın hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Tofiq Novruzova qaytarılsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-796/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-796/2024
16.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver