Məhkəmə qərarları › İş №1(124)-8/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-8/2022

05.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-8/2022 05.05.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Rəşad Şəmşir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu (məruzəçi hakim) və Əliyev Hafiz Samir oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Sumqayıt Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə,

1. xx xxxx 1983-cü ildə Naxçıvan MR-nin Şərur rayonunda doğulmuş, subay, orta təhsilli, işləməyən, Azərbaycan Respublikası vətəndaşı, məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olan və Sumqayıt şəhəri, “Yaşıl Dərə” bağlar massivi nömrəsiz fərdi evdə faktiki yaçamış barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə,

2. xx xxxxxx 1983-cü ildə Qubadlı rayonunda doğulmuş, subay, orta təhsilli, işləməyən, Azərbaycan Respublikası vətəndaşı, məhkum olunmuş, Qubadlı rayonu, Yuxarı Mollu kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, 76cı məhəllə nömrəsiz fərdi evdə faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 istintaqla müəyyən edilməyən vaxtda və yerdə, istintaqla müəyyən edilməyən şəxsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 08 və 06 ədəd ayrı-ayrı bükümlərdə çəkiləri 0,879 qram, 0,324 qram, 0,329 qram, 2,568 qram, 0,272 qram, 0,291 qram, 0,055 qram, 0,030 qram, 0,034 qram, 0,028 qram, 0,021 qram, 0,024 qram, 0,024 qram, 0,029 qram olan, ümumi təmiz çəkisi isə 4,908 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini və bir ədəd bükümdə təmiz çəkisi 0,625 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib, daşımaqla üzərində saxlamış, 13 mart 2021-ci il tarixdə saat 15:20-də Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri 12-ci mikrorayonda yerləşən “Okean” şadlıq sarayının yaxınlığında saxlanılaraq, Sumqayıt ŞPİ-nin 1-ci PB-yə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan tünd boz rəngli gödəkcəsinin sol yan cibindəki açıq yaşıl rəngli kapron qabın içərisindən külli miqdarda siqaret kağızına bükülmüş 08 büküm, şəffaf sellofana bükülmüş 06 bükümlərdə bir-biri ilə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan təmiz çəkiləri 0,324 qram, 0,329 qram, 2,568 qram, 0,272 qram, 0,291 qram, 0,055 qram, 0,030 qram, 0,034 qram, 0,028 qram, 0,021 qram, 0,024 qram, 0,024 qram, 0,029 qram, xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə fərqli olan təmiz çəkisi 0,879 qram, bükümlərin ümumi təmiz çəkisi 4,908 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükümdə təmiz çəkisi 0,625 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, o, 13 mart 2021-ci il tarixdə saat 11 radələrində tanışı Teymur adlı taksi sürücüsünə zəng etmiş və onun maşını ilə getmişdir. Sumqayıt şəhərində 12-ci mikrorayonda “Okean” şadlıq sarayının yaxınlığında olan yanacaq doldurma məntəqəsində olarkən polis əməkdaşları onu və Teymuru saxlayaraq polis bölməsinə aparmışlar. Orada polis əməkdaşları ona təzyiq göstərmişlər, hədələmişlər və cibinə narkotik vasitə qoymaqla videoçəkiliş aparmışlar, videoçəkiliş zamanı narkotik vasitənin ona məxsus olması ilə bağlı sözləri deməyi onu məcbur etmişlər. Sonra polis əməkdaşları onu məcbur etmişlər ki, onun əli ilə “Kuba” ləqəbli Ramil adlı şəxsi tutulmasına köməklik etsin və narkotik vasitənin ondan almasını desin. Bir neçə gün əvvəl o, Ramilə qazan dəsti və mətbəx avadanlığı satdığı üçün polis əməkdaşları mağazadan qazan dəsti götürməklə onu Ramilə 2 dəfə zəng etməyi və qazan dəsti satmaq adı ilə onu evdən çıxarmağı məcbur etmişlər. Brinci dəfə “Term” idman kompleksinin yanında Ramilə satmaq adı ilə qazan dəsti götürərkən, ikinci dəfə isə Corat qəsəbəsində Ramilin evinin yanında. Polislər Ramili bu adla Corat qəsəbəsində evindən çıxarıb aparmışlar. Daha sonra, verilən suallara cavab olaraq o qeyd etmişdir ki, tutulan gün və ya ondan əvvəl Təqsirləndirilən şəxs2 narkotik vasitə almamış, ********** nömrəli telefon nömrəsindən istifadə etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, o, 13 mart 2021-ci il tarixdə saat 20-21 radələrində Corat qəsəbəsində evində olarkən Təqsirləndirilən şəxs1 ona qazan satmaq adı ilə zəng edib evindən çıxarmışdır. Belə ki, həmin vaxt onun tanışı qızına toy etdiyi üçün cehiz alırdı, o, isə qab-qacağın alış-verişi ilə məşğul olduğu üçün qazan dəsti və digər mətbəx avadanlığı almışdır ki, sonra satsın. Polis əməkdaşları onu tutandan sonra polis bölməsinə aparmışlar və orada videoçəkiliş aparmışlar. Videoçəkilişdə olan çanta ona məxsus olmamış, yalnız həmin çantada olan pul qabı ona adi olmuşdur. Daha sonra o, göstərdi ki, anal dəliyində narkotik vasitə gizlətməmiş və müvəqqəti saxlama yerində olarkən anal dəliyindən heç bir narkotik vasitə düşməmiş, bunu polislər özləri yazmışdır. Həmçinin o, qeyd etmişdir ki, ********** nömrəsini istifadə etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxslər barələrində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də tədqiq edilməsini zəruri hesab edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ifadəsində göstərdi ki, 13 mart 2021-ci il tarixdə Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitələri əldə edərək üzərində gəzdirməsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat əsasında həmin gün saat 15 radələrində Sumqayıt şəhəri,12-ci mikrorayon “Okean» şadlıq sarayının yaxınlığına getmişlər, Elnuru saxlayaraq videoçəkilişlə şəxsi axtarış keçirilməsi üçün Sumqayıt ŞPİ-nin 1-ci PB-yə aparmışlar. Bölmədə Təqsirləndirilən şəxs1 üzərində olan əşyaları təqdim etməsi xahiş edildikdə o, əynindəki tünd boz rəngli gödəkcənin sol yan cibindəki açıq yaşıl rəngli kapron qabı çıxardıb təqdim etmişdir. Həmin qab açıldıqda içərisində 8 büküm siqaret kağızına bükülmüş qəhvəyi rəngdə spesifik iyə malik narkotik vasitəyə bənzər kütlə, 6 büküm şəffaf polietilen sellofana bükülmüş qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitəyə bənzər kütlə və 01 büküm siqaret kağızına bükülmüş içərisində ağ rəngdə spesifik iyə malik narkotik vasitəyə bənzər kütlə aşkar edilmişdir. Təqdim edilən bükümlərin nə olduğu və haradan aldığını soruşduqda Təqsirləndirilən şəxs1 həmin bükümlərin narkotik vasitə olduğunu, 13 mart səhər saatlarında Corat qəsəbəsi ərazisində “Kuba” ləqəbli Ramil adlı şəxsdən öz istifadəsi üçün aldığını bildirmişdir. Aşkar edilmiş maddi sübutların narkotik vasitə olan metamfetamin və heroin olduğu müəyyən edilmişdir. Həmçinin Elnurun verdiyi məlumat əsasında həmin gün saat 22 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi qəbirstanlığının yaxınlığına videoçəkilişlə Təqsirləndirilən şəxs2 saxlanılaraq Sumqayıt ŞPİ-nin 1-ci PB-yə gətirilmiş və üzərinə baxış keçirilən zaman onda hər hansı bir narkotik vasitə aşkar edilməmişdir. Hər iki şəxsin şəxsi axtarışı zamanı müdafiəçinin iştirakı təmin edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis mayoru X4 ifadəsində göstərdi ki, 13 mart 2021-ci il tarixdə Sumqayıt şəhərində Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində gəzdirməsi və qəbul etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat əsasında əməliyyat qrupu ilə saat 15 radələrində Sumqayıt şəhəri, 12-ci mikrorayon, “Okean” şadlıq sarayının yaxınlığında Təqsirləndirilən şəxs1 saxlamışlar və o, Sumqayıt ŞPİ-nin 1-ci PByə dəvət edilmişdir. Orada müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilərkən o, əynindəki tünd boz rəngli gödəkcənin sol yan cibindən içərisində 8 büküm siqaret kağızına bükülmüş qəhvəyi rəngdə spesifik iyə malik narkotik vasitəyə bənzər kütlə, 6 büküm şəffaf polietilen sellofana bükülmüş qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitəyə bənzər kütlə və 01 büküm siqaret kağızına bükülmüş içərisində ağ rəngdə spesifik iyə malik narkotik vasitəyə bənzər kütlə olan açıq yaşıl rəngli kapron qabı təqdim etmişdir. Ondan təqdim etdiyi bükümlərin nə olduğu və haradan aldığını soruşduqda Təqsirləndirilən şəxs1 həmin bükümlərin narkotik vasitələr olduğunu, Corat qəsəbəsi ərazisində “Kuba” ləqəbli, Ramil adlı şəxsdən öz istifadəsi üçün 150 manata aldığını bildirmişdir. Daha sonra, həmin gün saat 22 radələrində Təqsirləndirilən şəxs1 verdiyi məlumat əsasında Sumqayıt şəhəri, Corat qəsəbəsi qəbirstanlığının yaxınlığında piyada hərəkət edərkən Təqsirləndirilən şəxs2 saxlayaraq üzərinə şəxsi axtarış keçirilməsi üçün Sumqayıt ŞPİ 1-ci PB-ə aparmışlar. Sumqayıt ŞPİ-nin 1-ci PB-də xidməti otaqların birində videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılarkən onda olan çantada istifadə edilmiş və edilməmiş şprislər, 2 flakon distillə olunmuş su, mədə ağrıkəsici dərman preparatı, 1 ədəd kiçik cib bıçağı aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 üzərindən narkotik vasitə aşkar edilməmişdir. Məhkəmədə elan olunaraq tədqiq olunmuş Sumqayıt ŞPİ-nin CAŞ-ın kiçik əməliyyat müvəkkilləri, polis serjantları Şahid3 və Şahid4 ifadələrindən görünür ki, onlar da Şahid2 və Bəbir Alxanovla oxşar məzmunlu ifadələr verməklə həmin şahidlərin ifadələrində qeyd etdikləri xüsusatları bir daha təsdiq etmişlər. (Cild 1, iş vərəqləri 18-21, 22-25) Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, o, taksi fəaliyyəti göstərdiyindən 13 mart 2021-ci il tarixdə Elnur onu çağırıb başqa ünvana aparmağı xahiş etmişdir. Onu yaşadığı evdən götürmüş və təxminən saat 11 radələrində “Okean” şadlıq sarayının yanında yerləşən yanacaqdoldurma məntəqəsində polis əməkdaşları onu Elnurla birlikdə saxlamışlar. Sonra onları ayrı-ayrı maşınlarda polisə aparmışlar, orada onu saat 19 radələrinədək saxladıqdan sonra buraxmışlar. Daha sonra, verilən suallara cavab olaraq o, qeyd etmişdir ki, 055 *** ** ** saylı mobil telefon nömrəsi onun istifadəsində olmuş, Elnurun istifadəsində isə 077 *** ** ** nömrəsi olmuş, həmin nömrəni Elnura özü satmış, polis idarəsində olarkən Elnuru görməmiş, həmin vaxt Elnurun üzərində falqada 1 dəfə istifadə etmək üçün narkotik vasitə heroin olmuş, Elnur narkotik vasitəni Ramildən almasını ona deməmiş, Elnur taksidə olarkən ona narkotik vasitə verməmişdir. Təqsirləndirilən şəxs1 barəsində tərtib edilmiş “Şəxsi axtarış və götürmə barədə” protokoldan görünür ki, bu istintaq hərəkəti 13 mart 2021-ci il tarixdə saat 15:55-dən 16:10-dək icra edilmişdir. Həmin protokola əsasən Təqsirləndirilən şəxs1 13 mart 2021-ci il tarixdə saat 15:20 radələrində Sumqayıt şəhəri,12-ci mikrorayon “Okean» şadlıq sarayının yaxınlığında saxlanılaraq videoçəkiliş aparılmaqla Sumqayıt ŞPİ-nin 1-ci PB-yə gətirilmiş, polis bölməsində xidməti otaqların birində Təqsirləndirilən şəxs1 üzərində olan əşyaları təqdim edilməsi xahiş edildikdə o, əynindəki tünd boz rəngli gödəkcənin sol yan cibindəki açıq yaşıl rəngli kapron qabı çıxarıb təqdim etmişdir. Həmin qab açıldıqda qabın içərisində 8 büküm siqaret kağızına bükülmüş içərisində qəhvəyi rəngdə spesifik iyə malik narkotik vasitəyə bənzər kütlə, 6 büküm şəffaf polietilen sellofana bükülmüş qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitəyə bənzər kütlə və 01 büküm siqaret kağızına bükülmüş içərisində ağ rəngdə spesifik iyə malik narkotik vasitəyə bənzər kütlə aşkar olunmuşdur. Ondan təqdim etdiyi həmin bükümlərin nə olduğu və haradan aldığı soruşduqda Təqsirləndirilən şəxs1 həmin bükümlərin narkotik bükümlər olduğunu, həmin gün səhər saatlarında Corat qəsəbəsi ərazisində “Kuba” ləqəbli Ramil adlı şəxsdən öz istifadəsi üçün pul ilə aldığını bildirmişdir. Sonra həmin bükümlər elektron tərəzidə ölçülmüş və qablaşdırılaraq götürülmüşdür. (Cild 1, iş vərəqi 24) Təqsirləndirilən şəxs2 barəsində tərtib edilmiş “Şəxsi axtarış və götürmə barədə” protokoldan görünür ki, bu istintaq hərəkəti 13 mart 2021-ci il tarixdə saat 23:35-dən 23:55-dək icra edilmişdir. Həmin protokola əsasən Təqsirləndirilən şəxs2 13 mart 2021-ci il tarixdə, saat 22:55-də polis əməkdaşları tərəfindən Sumqayıt şəhəri, Corat qəsəbəsi qəbiristanlığının yaxınlığında saxlanılaraq videoçəkiliş aparılmaqla Sumqayıt ŞPİ-nin 1-ci PB-yə gətirilmiş, polis bölməsində xidməti otaqların birində ona üzərində olan əşyaları təqdim etməsi təklif edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs2 üzərindəki qara rəngli çantanı təqdim etmişdir. Həmin çanta açıldıqda içərisində 5 ədəd istifadə edilməmiş, 2 ədəd istifadə edilmiş və içərisində qana bənzər izlər olan 1 qramlıq şprislər, 2 flakon distillə olunmuş su, mədə ağrıkəsici dərman preparatı və 1 ədəd kiçik cib bıçağı aşkar olunmuşdur. Təqsirləndirilən şəxs2 çantanın ona məxsus olmadığını demişdir. Sonra Təqsirləndirilən şəxs2 üzünü video çəkiliş aparan KTB-nin inspektoru Rasim Paşayevə tutaraq "çəkilişi keçən dəfəki kimi dəyişdirmə" ifadəsini işlədir. Bununla belə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərində və onda olan çantada narkotik vasitə və ya psixotrop maddə ümumiyyətlə aşkar edilmir. (Cild 1, iş vərəqi 57) Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində aparılan şəxsi axtarış və götürmə videoçəkilişlə aparıldığından, videogörüntüləri özündə əks etdirən disklərə həm ibtidai istintaq zamanı baxış keçirilərkən, həm də məhkəmə istintaqı zamanı proses iştirakşıları ilə birgə açıq məhkəmə iclasında baxılarkən müəyyən edilmişdir ki, protokollarda əks olunan hallar və dəlillər videogörüntülərlə təsdiq olunur. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-kimyəvi ekspertizasının 14.03.2021-ci il tarixli, 6/1032 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №125» dairəvi möhür əksi olan, «üzərindən narkotik vasitə aşkar edilən şəxs Təqsirləndirilən şəxs1» sözləri və imza edilmiş kağız zərfdə olan sellofan və kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 0,879 qram olan qəhvəyi rəngli maddə, 0,324 qram, 0,329 qram, 2,568 qram, 0,272 qram, 0,291 qram, 0,055 qram, 0,030 qram, 0,034 qram, 0,028 qram, 0,021 qram, 0,024 qram, 0,024 qram, 0,029 qram açıq qəhvəyi rəngli maddə ümumi təmiz çəkisi 4,908 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 0,625 qram olan ağ rəngli kristal formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Təqdim edilmiş təmiz çəkiləri 0,324 qram, 0,329 qram, 2,568 qram, 0,272 qram, 0,291 qram, 0,055 qram, 0,030 qram, 0,034 qram, 0,028 qram, 0,021 qram, 0,024 qram, 0,024 qram, 0,029 qram olan heroinlər bir-ğiri ilə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, təmiz çəkisi 0,879 qram olan heroin ilə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə fərqlidirlər. (Cild 1, iş vərəqləri 34-36) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-narkoloji ekspertizasının 03.06.2021-ci il tarixli, 1727 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 tiryək alkoidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan meiamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 2, iş vərəqləri 42-43) İş materiallarında olan əməliyyat-axtarış qrupunun yaradılması barədə “Ə-124-123- 21” nömrəli 13 mart 2021-ci il tarixli əmrdən və bununla bağlı “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” eyni tarixli qərardan görünür ki, 13 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 barəsində daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış və onun ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. (Cild 1, iş vərəqləri 6-7) “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 13 mart 2021-ci il tarixdə saat 15:45-də tutulmuşdur. (Cild 1, iş vərəqi 18) Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124.1-ci maddəsinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 125.1-ci maddəsinin tələblərinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2, 125.2.1, 125.2.4 və 125.2.9-cu maddələrinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud həmin Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda, məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Cinayət-Prosessual Məcəlləsinin 125.3-cü maddəsinə əsasən həmin Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Məhkəmə, cinayət prosessual qanunvericiliyinin həmin müddəalarını rəhbər tutaraq məhkəməyədək icraat zamanı toplanılmış aşağıdakı sübutları təhlil edib və birinin digərinə münasibətdə qiymətləndirib hesab edir ki, bu sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olduğundan onlar mötəbər sübut kimi qəbul edilə bilməz və həmin sübutlar əsasında istintaqın Təqsirləndirilən şəxs1 əməlinin tövsifi ilə bağlı, təqsirləndirilən şəxs X2 isə təqsirinin sübuta yetirilməsi bağlı gəldiyi nəticələr əsassızdır. Belə ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 ittiham verilmişdir ondan ötrü ki, o, istintaqa məlum olmayan mənbədən külli miqdarda 08 və 06 ayrı-ayrı bükümlərdə çəkiləri 0,879 qram, 0,324 qram, 0,329 qram, 2,568 qram, 0,272 qram, 0,291 qram, 0,055 qram, 0,030 qram, 0,034 qram, 0,028 qram, 0,021 qram, 0,024 qram, 0,024 qram, 0,029 qram olan ümumi təmiz çəkisi 4,908 qram, eləcə də 01 bükümdə təmiz çəkisi 3,017 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və bir ədəd bükümdə təmiz çəkisi 0,625 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edərək, satış məqsədi ilə tanışı qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 13.03.2021-ci il tarixdə səhər saatlarında Sumqayıt şəhəri Corat qəsəbəsində qanunsuz olaraq külli miqdarda 08 və 06 ayrı-ayrı bükümlərdə çəkiləri 0,879 qram, 0,324 qram, 0,329 qram, 2,568 qram, 0,272 qram, 0,291 qram, 0,055 qram, 0,030 qram, 0,034 qram, 0,028 qram, 0,021 qram, 0,024 qram, 0,024 qram, 0,029 qram olan ümumi təmiz çəkisi 4,908 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini və bir ədəd bükümdə təmiz çəkisi 0,625 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 130 (bir yüz otuz) manata satmış, sonuncu həmin narkotik vasitələri və psixotop maddəni əldə edib, daşımaqla üzərində saxladığı üçün 13.03.2021-ci il tarixdə saat 15:20-də Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri 12-ci mikrorayonda yerləşən «Okean» şadlıq sarayının yaxınlığında saxlanılaraq, Sumqayıt ŞPİ-nin 1-ci PB-yə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan tünd boz rəngli gödəkcəsinin sol yan cibindəki açıq yaşıl rəngli kapron qabın içərisindən külli miqdarda siqaret kağızına bükülmüş 08 büküm, səffaf sellofana bükülmüş 06 bükümlərdə bir-biri ilə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan təmiz çəkiləri 0,324 qram, 0,329 qram, 2,568 qram, 0,272 qram, 0,291 qram, 0,055 qram, 0,030 qram, 0,034 qram, 0,028 qram, 0,021 qram, 0,024 qram, 0,024 qram, 0,029 qram, xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə fərqli olan olan təmiz çəkisi 0,879 qram, bükümlərin ümumi təmiz çəkisi 4,908 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükümdə təmiz çəkisi 0,625 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, 14.03.2021-ci il tarixdə saat 02:20 radələrində Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutularaq Sumqayıt ŞPİ-nin MSY-yə təhvil verildikdən sonra MSY-nin əməkdaşları tərəfindən üzərinə baxış keçirilərkən anal dəliyindən 01 ədəd şəffaf rəngli sellofan polietilenə bükülmüş, ümumi təmiz çəkisi 3,017 qram olan kustar üsulla hazırlanmış və Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş 14 ədəd bükümün 13 ədəd bükümü yəni 0,324 qram, 0,329 qram, 2,568 qram, 0,272 qram, 0,291 qram, 0,055 qram, 0,030 qram, 0,034 qram, 0,028 qram, 0,021 qram, 0,024 qram, 0,024 qram, 0,029 qram narkotik vasitə heroinlə bir-biri ilə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs1 istintaq orqanı tərəfindən ittiham verilmişdir ondan ötrü ki, o, «Kuba» ləqəbli Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 13.03.2021-ci il tarixdə səhər saatlarında Sumqayıt şəhəri Corat qəsəbəsində sonuncudan satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 08 və 06 ayrıayrı bükümlərdə çəkiləri 0,879 qram, 0,324 qram, 0,329 qram, 2,568 qram, 0,272 qram, 0,291 qram, 0,055 qram, 0,030 qram, 0,034 qram, 0,028 qram, 0,021 qram, 0,024 qram, 0,024 qram, 0,029 qram olan ümumi təmiz çəkisi 4,908 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini və bir ədəd bükümdə təmiz çəkisi 0,625 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 130 (bir yüz otuz) manata ondan əldə edib, daşımaqla üzərində saxlamış, 13.03.2021-ci il tarixdə saat 15:20-də Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri 12-ci mikrorayonda yerləşən «Okean şadlıq sarayının yaxınlığında saxlanılaraq, Sumqayıt ŞPİ-nin 1-ci PB-yə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan tünd boz rəngli gödəkcəsinin sol yan cibindəki açıq yaşıl rəngli kapron qabın içərisindən külli miqdarda siqaret kağızına bükülmüş 08 büküm, səffaf sellofana bükülmüş 06 bükümlərdə bir-biri ilə və Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş 3,017 qram narkotik vasitə ilə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan təmiz çəkiləri 0,324 qram, 0,329 qram, 2,568 qram, 0,272 qram, 0,291 qram, 0,055 qram, 0,030 qram, 0,034 qram, 0,028 qram, 0,021 qram, 0,024 qram, 0,024 qram, 0,029 qram, xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə fərqli olan olan təmiz çəkisi 0,879 qram, bükümlərin ümumi təmiz çəkisi 4,908 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükümdə təmiz çəkisi 0,625 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs2 ətrafında “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərar 13 mart 2021-ci il tarixdə qəbul olunsa da, bundan əvvəl verilməli olan əmr iki gün sonra, yəni 15 mart 2021-ci il tarixdə verilmişdir. (Cild 1, iş vərəqi 41) “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 13 mart 2021-ci il tarixdə saat 23:30-da tutulmuşdur. (Cild 1, iş vərəqi 54) Cinayət işinin materiallarında olan 14 mart 2021-ci il tarixli aktdan görünür ki, həmin akt Sumqayıt ŞPİ-nin X7 növbətçisi Şahid5 tərəfindən postaçılar Şahid7 və Rauf Nəniyevin iştirakları ilə tərtib edilərək onlar tərəfindən imzalanmışdır. Akta əsasən həmin gün saat 02:20-də MSY-yə qəbul edilmiş Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilən zaman o, oturarkən onun anal dəliyindən bir ədəd ağ sellofana bükülmüş büküm yerə düşmüşdür. Həmin büküm yoxlanılarkən içərisində qəhvəyi rəngli narkotik maddəyə oxşar kütlə aşkar olunmuş və bu haqda idarənin növbətçi hissəsinə məlumat verilmişdir. Həmin akt Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin MSY-nin mühafizə üzrə polis nəfəri, polis baş serjantı Şahid5 ifadəsində göstərdi ki, 13 mart 2021-ci il tarixdə o Sumqayıt ŞPİ-nin MSY-də növbətçilik cədvəli üzrə növbədə olmuş, 14 mart 2021-ci il tarixdə saat 02 radələrində xidmətdə olarkən şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs2 MSY-yə gətirilərək qəbul edilmişdir. Daha sonra, X7 boş otağında MSY-nin əməkdaşları Şahid6 və Şahid7 iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərində olan əşya və paltarları soyundurulmuş və o, oturub-qaldırıldıqdan sonra onun anus dəliyindən bir ədəd uzunsov təxminən 2 sm uzunluğunda ağ rəngli polietilen büküm yerə düşmüşdür. Həmin bükümü götürüb baxdıqda içərisində qəhvəyi rəngli maddə olduğunu görmüşlər. Otaqda kamera olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs2 aşkar edilən içərisində narkotik vasitəyə bənzər qəhvəyi rəngli kütlə götürülmüşdür. Daha sonra o, verilən suallara cavab olaraq göstərdi ki, aşkar edilmiş kütlə növbətçi hissəyə təhvil verilmiş, həmin büküm Şahid7 tərəfindən götürülmüş, həmin vaxtı hal şahidləri dəvət edilməmiş, büküm səhər onun tərəfindən ŞPİ-nin növbətçi hissəsinə qablaşdırılmadan aparılmış və növbətçi hissədə konvertə qoyularaq imzalanıb, möhürlənərək qablaşdırılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin MSY-nin mühafizə üzrə polis nəfərləri Şahid6 və Şahid7 da Şahid5lə oxşar məzmunlu ifadələr verməklə onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmənin sorğusuna cavab olaraq Sumqayıt ŞPİ-nin MSY-nin rəisi 16 fevral 2022-ci il tarixli nəktubunda qeyd etmişdir ki, Təqsirləndirilən şəxs2 müvəqqəti saxlama yerində üzərində axtarış aparılan zaman otaqda olan videogörüntü 21 gündən artıq müddətdə yaddaşda saxlanılmadığından, həmin videogörüntüləri təqdim etmək mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, yalnız polis əməkdaşları tərəfindən tərtib olunaraq imzalanmış, prosessual qanunvericilkdə nəzərdə tutulmayan və onun tələblərinə zidd olan, şübhəli şəxs tərəfindən belə imzalanmayan akt əsasında Təqsirləndirilən şəxs2 külli miqdarda narkotik vasitə aşkar olunması məhkəmədə əsaslı şübhələr yaradır ki, bu şübhələr Təqsirləndirilən şəxs2 xeyrinə həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 245.3-cü maddəsinin tələbinə əsasən axtarış və ya götürmə zamanı azı 2 (iki) hal şahidi iştirak etmədikdə videoçəkilişdən istifadə məcburidir. Bundan başqa, həmin Məcəllənin 246.3-cü maddəsinin tələbinə əsasən şəxsi axtarış və götürmə zamanı videoçəkilişdən istifadə edilmədikdə barəsində şəxsi axtarış və götürmə aparılan şəxslə eyni cinsdən olan azı 2 (iki) hal şahidinin iştirakı məcburidir. Göründüyü kimi məhkəməyədək icraat zamanı təhqiqat və ibtidai istintaq orqanları Təqsirləndirilən şəxs2 qarşı cinayət təqibi aparıb onda külli miqdarda narkotik vasitə heroinin olması qənaətinə gələrkən həqiqiliyinə və yaranma mənbəyinə əsaslı şübhələr olan mötəbər olmayan sübutlara istinad etmişdir. Bu hal, bir daha Şahid5 məhkəmədə verdiyi ifadəsində göstərdiyi xüsusatlarla təsdiq olunur. Belə ki, şahidin ifadəsinə əssən o, Təqsirləndirilən şəxs2 anal dəliyindən düşərək götürülməsini iddia etdiyi bükümün yerində hal şahidlərinin iştirakları ilə və ya videoçəkilişlə qeydə alınaraq təsvir olunmasını, daha sonra prosessual qaydada qablaşdırmasını təmin etmədən səhərədək gözləmiş, sonra isə əlində həmin bükümü aparıb növbətçi hissəyə vermiş və növbətçi hissədə həmin büküm konvertə qoyularaq qablaşdırılmışdır. Bununla da, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 245.8-ci maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Qeyd olunan maddənin tələblərinə əsasən axtarış və ya götürmə zamanı götürülmüş bütün əşya və sənədlər istintaq hərəkətinin iştirakçılarına təqdim edilir, onların müvafiq olaraq miqdarı, ölçüsü, çəkisi, hansı materialdan hazırlanması və digər xüsusi əlamətləri göstərilməklə ətraflı təsvir edilir, əşyalar və sənədlər qablaşdırılır, zərurət olduqda isə müstəntiq tərəfindən möhürlənir. Məhkəmə bununla bağlı xüsusi qeyd edir ki, maddi sübutun götürüldüyü yerdə və vaxtda prosessual qaydada qablaşdırılmadan ekspertizaya təqdim edilməsi onun götürülməsindən sonra və ekspertə təqdim edilməsindən əvvəl çəkisinin və tərkibinin dəyişdirilə bilməsinə əsaslı şübhələr yaradır ki, bu şübhələr də təqsirsizlik prezumpsiyasına uyğun olaraq təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 14.03.2021-ci il tarixli, 6/1043 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №125» dairəvi möhür əksləri olan və soyad qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 3,017 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd olunan rəyin həm təsviri-əsaslandırıcı, həm də nəticə hissələrindən görünür ki, narkotik vasitənin qablaşdırılmasında yalnız möhür əksi olmuş, onun nə vaxt və kim tərəfindən götürülməsi ilə bağlı heç bir qeydiyyat aparılmamış, götürmə aparan və götürmədə iştirak edən şəxslərin imzaları ilə təsdiq olunmamışdır. Məhkəmə həmçinin bu rəyin nəticə hissəsinin 2-ci bəndi ilə bağlı qeyd edir ki, rəydə “Üzərində «Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi №65» dairəvi mözür əksləri olan bir ədəd kağız paketin içərisində, «üzərindən narkotik vasitə aşkar edilən şəxs Təqsirləndirilən şəxs1» sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində təmiz çəkiləri 0,319 qram, 0,324 qram, 2,563 qram, 0,267 qram, 0,286 qram, 0,050 qram, 0,025 qram, 0,029 qram, 0,023 qram, 0,016 qram, 0,019 qram, 0,019 qram, 0,024 qram açıq qəhvəyi rəngli heroinlər ilə təmiz çəkisi 3,017 qram olan heroin xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, təmiz çəkisi 0,874 qram olan heroin ilə xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə fərqlidirlər.” göstərilməsi özü özlüyündə təmiz çəkisi 3,017 qram olan narkotik vasitə heroinin Təqsirləndirilən şəxs2 aşkar edilməsinin sübut edilməsi kimi qiymətləndirilə bilməz və bu hal həmin narkotik vasitəni qanunsuz olaraq əldə etmiş, saxlamış, hazırlamış, istehsal etmiş, emal etmiş, daşımış, göndərmiş, yaxud qanunsuz olaraq narkotik vasitəni satmış şəxsin barəsində cinayət təqibi məsələsinin həll edilərkən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və istintaq orqanı tərəfindən nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə istintaqı zamanı məhkəmə tərəfindən qəbul edilmiş qərara əsasında Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** nömrəli və Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** nömrəli mobil telefon nömrələri ilə 13 mart 2021-ci il tarixdə aparılan telefon danışıqları və anten lokalizasiyasına dair məlumatlar müvafiq mobil rabitə operatorlarından götürülmüşdür. Həmin məlumatlara, işdə olan tutulma protokoluna və şübhəli şəxslərin ifadələrinə əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 13 mart 2021-ci il tarixdə saat 15:45-də tutulduqdan sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 tutulması üçün əməliyyata cəlb olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs1 həmin gün öz istifadəsində olan ***-***-**-** nömrəsindən iki dəfə saat 18:34-də və 19:32-də Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** nömrəsinə zəng vurmuş və Təqsirləndirilən şəxs2 sonuncu tutulduğu yer Sumqayıt şəhərinin Corat qəsəbəsi olmuşdur. Anten lokalizasiyasına əsasən Təqsirləndirilən şəxs1 tərəfindən edilən birinci zəng “Term” idman kompleksinin yaxınlığında, ikinci zəng isə Corat Bağları ərazisində edilmişdir. Bu dəlillər bir daha təqsirləndirilən şəxslərin məhkəmədə verdikləri ifadələrində göstərdikləri xüsusatları, yəni Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 istifadə etməklə keçirilən əməliyyat zamanı polis əməkdaşları tərəfindən tutulmasını təsdiq edir. Bununla belə Təqsirləndirilən şəxs1 məhz tutulduqdan sonra əməliyyata cəlb olunması onun barəsində tərtib olunmuş şəxsi axtarışın protokolunun mötəbərliyinə şübhə yaratmır. Bundan başqa, istintaq orqanının diskə baxış keçirilməsinə dair protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən ***-***-**-** mobil telefon nömrəsinə 02.01.2021-ci il tarixdə saat 22:44-də «Qaqa gondermişemde nazimnen vermiyibki», 17.02.2021-ci il tarixdə, saat 23:46-da ***- ***-**-** mobil telefon nömrəsinə «Can qaqa qurban olar qaqan indi gelecem verecem doburu eliyersen qaqa kef ele», 28.02.2021-ci il tarixdə saat 23:32-də ***-***-**-** mobil telefon nömrəsinə «Qaqa men evde yoxam qoymusam dedim yere şıtin üsdündədi ged götür» məzmunlu sms göndəmişdir. 15-01-2021-ci il tarixdə saat 16:41-də ***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə «Qaqana bir az pati qret eliye bilersen.imkan varsa», 15-01-2021-ci il tarixdə, saat 17:53-də ***-***-**-** saylı mobil telefon qömrəsindən Ramil Məmmədovun istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə «Qaqa usaglar yarim isdiyir puluynan mene yigiblar sen ol» məzmunlu smslər göndərilmişdir. (Cild 1, iş vərəqləri 244- 245) İstintaq orqanı Təqsirləndirilən şəxs2 satış məqsədi ilə narkotik vasitəni əldə etməsi, daşıması və saxlaması ilə bağlı verdiyi ittihamı əsaslandırmağa çalışarkən həmin protokolda qeyd olunan “sms”lərlə bağlı məlumatlara ittiham aktında istinad etmiş, eyni zamanda bu məqsədlə Şahid9 şahid qismində dindirmişdir. Həmin şəxsin istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilən ifadəsinə əsasən o, əvvəllər Təqsirləndirilən şəxs2 narkotik vasitə əldə etmişdir. (Cild 1, iş vərəqləri 247-248) Bundan başqa, məhkəmə istintaqı zamanı şahid qismində ifadə verən X5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrin aludəçisi olması və onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasından onun xəbəri olmamışdır. Halbuki istitaq orqanının ondan aldığı ifadəyə əsasən o, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə etməsindən və qanusuz dövriyyəsi ilə məşğul olmasından xəbəri olduğunu göstərmişdir. Göründüyü kimi məhkəmədə sərbəst ifadə verən Arif Niftəliyev istintaqdakı ifadəsində qeyd olunan xüsusatları təkzib etmişdir. Məhkəmə qeyd edir ki, istintaq orqanı “Sübutların qiymətləndirilməsi haqqında” 18 iyun 2021-ci il tarixli qərarının 10-cu bəndində maddi sübut olan narkotik vasitənin aşkar edilməməsi əsası ilə bir tərəfdən Şahid9 əməlində cinayət tərkibinin olmaması qənaətinə gəlmiş, digər tərəfdən isə eyni əsasların ittiham aktında Ramil Məhərəmova qarşı sübut kimi istifadə edilməsinin mümkünlüyünü qəbul etmişdir. Bununla da, istintaq orqanı həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin “məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır” tələblərinə etinasız yanaşmış, yəni Təqsirləndirilən şəxs2 verilmiş ittihamla əlaqəli olmayan sübutlar ittiham aktına daxil edilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə əhəmiyyətə malik bağlı mühüm olan halları araşdırıb, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, o cümlədən təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxsin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 verilmiş ittihamdan xaric edilməli və onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə ona həmin maddələrlə bəraət verilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs2 təqsirliliyinin sübuta yetirilməsi əsası ilə bəraət verilməsinə dair gəldiyi nəticə ilə bağlı qeyd edir ki, ittiham tərəfi Təqsirləndirilən şəxs2 narkotik vasitənin olmasını və ondan bu narkotik vasitənin götürülməsini təsdiq edən heç bir mötəbər sübut təqdim edə bilməmişdir. İstintaq materiallarında olan və ittiham tərəfinin əsaslandığı əsas sübut, 3 nəfər X7 əməkdaşı olan polis nəfərləri tərəfindən tərtib olunmuş akt olmuşdur ki, bu aktın tərtib edilməsi və sübut kimi təqdim edilməsi özü-özülyündə prosessual qanunvericiliyə zidd olması ilə yanaşı, aktda qeyd olunan hallar nə videogörüntülərlə, nədə ki, hal şahidlərinin iştirakı ilə təsdiq olunmamışdır. Həmin polis əməkdaşlarının ifadələri isə digər sübutlarla təsdiq olunmadığı halda qərəzsiz və mötəbər sübut kimi qiymətləndirilə bilməz. Bundan əlavə, Təqsirləndirilən şəxs2 götürülməsi iddia olunan və sonradan iş üzrə maddi sübut kimi tanınan narkotik vasitənin yerində və vaxtında prosessual qanunvericiliyə uyğun qablaşdırılmaması, ittiham tərəfinin təqdim etdiyi bu sübutun da mötəbərliyinə əsaslı şübhələrin olmasına səbəb olan haldır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı ifadəsində göstərdiyi halları, yəni üzərində aşkar edilmiş narkotik vasitəni Təqsirləndirilən şəxs2 alması ilə bağlı xüsusatları və bununla bağlı istintaqın onların qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət törətmələri ilə bağlı gəldiyi nəticəni işin hallarına uyğun olmayan hesab edərək qeyd edir ki, bu hallar Təqsirləndirilən şəxs1 özünün məhkəmə istintaqı zamanı verdiyi sərbəst ifadəsi ilə də təkzib olunur. Bu dəlillər həmçinin Təqsirləndirilən şəxs2 təqsirliliyinin sübuta yetirilməməsinin daha bir təzahürüdür. Məhkəmə həmçinin, Təqsirləndirilən şəxs1 üzərində aşkar edilmiş narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin ona məxusus olmaması, narkotik vasitənin satışı ilə məşğul olmaması və tutularkən polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyi, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ və İİ siyahılarının müvafiq olaraq 5 və 67-ci bəndinlərində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 əldə edərək, saxladığı və daşıdığı ümumilikdə 4,908 qram, yəni külli miqdarda narkotik vasitə heroinin miqdarının şəxsi istehlak miqdarından təxminən 32,72 dəfə, külli miqdardan isə təxminən 2,4 dəfə artıq olması, narkotik vasitənin 14 bükümə bölünməsi, həmçinin üzərində şəxsi istehlak miqdarından təxminən 4 dəfə artıq olan psixotrop maddə metamfetaminin də olması onun məqsədinin satışla bağlı olduğunun aşkar göstəricisidir. Bundan başqa, Sumqayıt şəhər prokurorluğunun 10 sentyabr 2021-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 tutularkən polis əməkdaşları tərəfində fiziki zorakılığa məruz qalması ilə bağlı məhkəmədə verdiyi cinayət haqqında məlumat əsasında şəhər prokurorluğunda araşdırma aparılmış və Təqsirləndirilən şəxs1 qeyd etdiyi xüsusatlar öz təsdiqini tapmadığından cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə yekun qərar, Təqsirləndirilən şəxs1 barəsində - ittiham hökmü, Təqsirləndirilən şəxs2 barəsində isə bəraət hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 04.03.2011-ci il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Plenum qərarının 28-ci bəndinə qeyd olunmuşdur ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər tətqiqat orqanlarının müvvəqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilsin ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət- Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, CPM-nin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmçinin Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə, gəldiyi nəticələri həm prosessual normaların tələbləri baxımından, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30.03.2006-cı il tarixli qərarının izah və tövsiyələri baxımından əsaslı hesab edir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, əsaslandırılmış qərarlar tərəflərə eşidildiklərini nümayiş etdirmək, beləliklə də onların verilmiş qərarı qəbul etməyə daha meylli olmasına töhfə vermək məqsədi daşıyır. Bundan əlavə, onlar hakimləri qərarlarını obyektiv arqumentlərlə əsaslandırmağa, həmçinin müdafiə tərəfinin hüquqlarını qorumağa vadar edir. (X8rşı, § 29). Kondraşinanın Rusiya Federasiyasına qarşı işində də Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. X13 Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X10rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1 və 42.1.4-cü maddələrinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 42.2 və 42.2.4-cü maddələrinə əsasən bəraət hökmü həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Qeyd olunanlarla bağlı məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin Təqsirləndirilən şəxs1 verilmiş ittihamdan xaric edilməsini və onun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsini əsaslı və qanuni hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası hədlərində cəza təyin edilməlidir. Bundan başqa, məhkəmə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə onun təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməsini də əsaslı və qanuni hesab edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş tələbnamədən və müvafiq məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 sonuncu dəfə Sumqayıt şəhər məhkəməsinin 29 may 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 8 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli qərarı ilə hökm dəyişdirilərək üzərində qəti olaraq 1 il 2 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Sumqayıt şəhər İcra şöbəsinin 12 yanvar 2021-ci il tarixli məktubuna əsasən o, cəzasını çəkib qurtarmışdır. (Cild 1, iş vərəqləri 199-201, 205-209) Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 hazırkı iş üzrə məhkum olunmuş şəxs qismində tanıyır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 barəsində bəraət hökmü çıxarılması ilə əlaqədar onun barəsində cəzasını yüngülləşdirən və ağırlaşdıran halların nəzərə alınması, məhkumluğu, cəza təyini, cəzaçəkmə müəssisəsinin növü, tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi, həbsdə saxlama müddətləri və həbsin əvvəli ilə bağlı məsələnin müzakirəsi istisna təşkil edəcəkdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində Sumqayıt şəhər məhkəməsinin 15 mart 2021-ci il tarixli qərarları ilə əvvəli 13 mart 2021-ci il tarixdən hesablanmaqla 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə icraatı zamanı həmin qətimkan tədbirləri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 124- 128, 151-152) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 13 mart 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 baraət verilməsi ilə bağlı onun barəsində seçilmiş həbs növündə qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.5.2-ci maddəsinə əsasən dərhal ləğv edilməli və o, həmin Məcəllənin 357.0.1-ci maddəsinin tələbinə əsasən məhkəmənin hökmü elan edildikdən dərhal sonra həbsdən azad edilməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Bundan başqa, iş materiallarına əsasən Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş və tədqiqatdan sonra qalıq çəkiləri 4,768 qram olan narkotik vasitə heroin və 0,575 qram olan psixotrop maddə olan metamfetamin, eləcə də Təqsirləndirilən şəxs2 aşkar edilməsi iddia olunan və tədqiqatdan sonra qalıq çəkisi 2,967 qram olan narkotik vasitə heroin saxlanılması üçün Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanılması yerinə verilmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış istintaq hərəkətlərinin keçirilməsini əks etdirən 02 ədəd “DVD” formatlı disklər, «Bakcell» və "xxxx" MMC-dən alınmış 02 ədəd “CD” formatlı disklər cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Bundan başqa, digər istintaq hərəktlərinin videogörüntülərini özündə əks etdirən 04 ədəd “DVD” və məhkəmənin qərarı əsasında telefon danışıqlarına dair məlumatların götürülməsi ilə bağlı 02 ədəd “CD” formatlı disklər də cinayət işinin materiallarına əlavə edilmişdir. (Cild 2, iş vərəqləri 26-28, 44-56) Cinayət işinin materiallarından görünür ki, istintaq orqanının 19 iyun 2021-ci il tarixli qərarı ilə aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin mənbəsinin müəyyən edilməsi ilə bağlı hazırki cinayət işindən ayrıca icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmışdır. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 132.1 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən qeyd edir ki, Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş və tədqiqatdan sonra qalıq çəkiləri 4,768 qram olan narkotik vasitə heroin və 0,575 qram olan psixotrop maddə olan metamfetamin həmin narkotik vasitə və psixotrop maddənin mənbəyinin müəyyən edilməsi məqsədi ilə ayrılmış cinayət işinə əlavə edilməli, iş materiallarına əlavə edilmiş ümumilikdə 10 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 bəraət verildiyindən ondan aşkar edilməsi iddia olunan və tədqiqatdan sonra qalıq çəkisi 2,967 qram olan narkotik vasitə heroin həmin narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış, hazırlamış, istehsal etmiş, emal etmiş, daşımış, göndərmiş, yaxud qanunsuz olaraq narkotik vasitəni satmış şəxsin barəsində cinayət təqibi məsələsinin həll edilməsi üçün, cinayət işi üzrə materiallarla birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra Cinayət-Prosessual Məcəlləsinin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən məhkəmə-kimyəvi ekspertizasının aparılması ilə bağlı Təqsirləndirilən şəxs1 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs2 bəraət verildiyindən onunla bağlı məhkəmə-kimyəvi ekspertizasının aparılması ilə əlaqədar 65 (altmış beş) manat məbləğində ekspertiza xərci ona aid edilməməli, cinayət törətmiş şəxsin müəyyən edilməsi ilə bağlı aparılacaq cinayət təqibinin nəticəsinə uyğun həll edilməlidir. (Cild 1, iş vərəqə 33, 75). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qohumları tərəfindən onların hüquqlarının müdafiəsi üçün müdafiəçilər ilə müqavilə bağlandığından, müdafiəçilərin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 353.3.4-cü maddəsinin tələblərinə əsasən məhkəmənin bəraət hökmündə bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri göstərilməlidir. Təqsirləndirilən şəxs2 cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona ziyan vurulması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Buna görə də, bəraət alması ilə əlaqədar ona cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24.12.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25.06.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 04.03.2011-ci il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30.03.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.2, 346-347, 349, 350, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 13 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclası zalında dərhal həbsdən azad edilsin. İş üzrə maddi sübut olaraq Sumqayıt ŞPİ-də saxlanılan 4,768 qr. çəkidə narkotik vasitə heroin və 0,575 qr. çəkidə psixotrop maddə metamfetamin, həmin narkotik vasitə və psixotrop maddənin mənbəyinin müəyyən edilməsi məqsədi ilə ayrılmış cinayət işinə əlavə edilsin, iş materiallarında olan 10 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut olaraq Sumqayıt ŞPİ-də saxlanılan 2,967 qr. çəkidə narkotik vasitə heroin həmin narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış, hazırlamış, istehsal etmiş, emal etmiş, daşımış, göndərmiş, yaxud qanunsuz olaraq narkotik vasitəni satmış şəxsin barəsində cinayət təqibi məsələsinin həll edilməsi üçün, cinayət işi üzrə materiallarla birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Təqsirləndirilən şəxs1 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün, Təqsirləndirilən şəxs2 bəraət verildiyindən məhkəmə xərcləri ona aid edilməsin. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs2 cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunsun. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar