Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-8/2023 02.06.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər–Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri,Təqsirləndirilən şəxs1 müdafiəçisi Bakı şəhər 2 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 Çərkəz oğlu, Təqsirləndirilən şəxs2 müdafiəçisi Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili X9, Təqsirləndirilən şəxs4 müdafiəçisi Sumqayıt şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili X4, Təqsirləndirilən şəxs5 müdafiəçisi Sumqayıt şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs3 müdafiəçisi Sumqayıt şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili X10 və təqsirləndirilən şəxslərin iştirakları ilə, xx.xx.1967-ci ildə Füzuli rayonu Xələfşə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Sumqayıt şəhəri, Nizami küçəsi, 19C, məhəllə 6-da qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə, xx.xx.1948-ci ildə Füzuli rayonu Cuvarlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 1775F-də qeydiyyatda olan və Sumqayıt şəhəri, 76-cı məhəllədə yerləşən fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx.xx.1978-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Sumqayıt şəhəri, 42-ci məhəllə, ev 5, mənzil 22 ünvanında qeydiyyatda olan və ünvan 2şamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə, xx.xx.1989-cu ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 542 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə, xx.xx.1984-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 3 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs1 2021-ci ilin may ayının əvvəllərində, istintaqa dəqiq məlum olmayan tarixdə şəxsiyyəti məlum olmayan İran İslam Respublikasının vətəndaşı Məhəmməd Abbasi adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 0,397 qram olan psixotrop maddə metamfetamini, təsiredici maddəsinin ümumi miqdarı 0,40 qram olan 10 ədəd narkotik vasitə metadon həblərini və 01 bükümdə, təmiz çəkisi 11,703 qram olan külli miqdarda narkotik vasitə heroini 2021-ci ilin may ayının ortalarında Məhəmməd Abbasi adlı İran vətəndaşı ilə “Whatsapp” vasitəsilə danışıqlar apararaq əvvəlcədən razılaşdıqları kimi sonuncu qeyd olunan narkotik vasitələr və psixotrop maddənin qoyulduğu ərazi olan Sumqayıt şəhəri, 76cı məhəllə ərazisində yerlərəş zibillər tullanılan ərazinin fotoşəkilini “Whatsapp”-la ona göndərdikdən sonra fotoşəkil əsasında qeyd olunan ərazini müəyyən edib həmin yerə gedərək oradan içərisində narkotik vasitələr və psixotrop maddə olan sellofan torbanı aşkar edib götürərək satışını həyata keçirməkdən ötrü ünvan 1 ünvanındakı evinə daşımış, sonra əldə etdiyi 01 bükümdə, təmiz çəkisi 0,397 qram olan psixotrop maddə metamfetamini, təsiredici maddəsinin ümumi miqdarı 0,40 qram olan 10 ədəd narkotik vasitə metadon həblərini və 01 bükümdə, təmiz çəkisi 11,703 qram olan külli miqdarda narkotik vasitə heroini 2021-ci ilin may ayının ortalarında Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində tanışı Təqsirləndirilən şəxs5 150 manata satmış, Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs5 12 iyun 2021-ci il tarixdə, saat 21:20 radələrində ünvan 4 ünvanının qarşısında saxlanılaraq polis idarəsinin inzibati binasına aparılıb üzərində şəxsi axtarış aparılarkən sol əlində saxladığı qara rəngli əl çantasından 01 bükümdə, təmiz çəkisi 0,397 qram olan psixotrop maddə metamfetamin, təsiredici maddəsinin ümumi miqdarı 0,40 qram olan 10 ədəd narkotik vasitə metadon həbləri və 01 bükümdə, təmiz çəkisi 11,703 qram olan külli miqdarda narkotik vasitə heroin və üzərində narkotik vasitə heroin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, təkrarən 2021-ci ilin may ayının əvvəllərində, istintaqa dəqiq məlum olmayan tarixdə İran İslam Respublikası sakini, şəxsiyyəti məlum olmayan Məhəmməd Abbasi adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə “Whatsapp” ani mesajlaşma şəbəkəsi ilə danışıqlar aparıb razılığa gəldikdən sonra Məhəmməd Abbasi adlı İran vətəndaşı və qeyriləri müəyyən edilməmiş vaxtda və mənbədən təkrar satış məqsədi ilə qanunsuz olaraq əldə etdikləri təmiz çəkisi 58,566 qram narkotik vasitə qurudulmuş marixuananı, hər biri külli miqdarda olan təmiz çəkisi 703,089 qram psixotrop maddə metamfetamini, təmiz çəkisi 856,45 qram narkotik vasitə heroini, təmiz çəkisi 90,0 qram narkotik vasitə tiryəki və təsiredici maddəsinin ümumi miqdarı 5,64 qram olan 141 ədəd narkotik vasitə metadon həblərini Məhəmməd Abbasi adlı İran vətəndaşı əvvəlcədən razılaşdıqları kimi sonuncu qeyd olunan narkotik vasitələr və psixotrop maddənin qoyulduğu ərazi olan Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerlərəş zibillər tullanılan ərazinin fotoşəkilini “Whatsapp”-la ona göndərdikdən sonra fotoşəkil əsasında qeyd olunan ərazini müəyyən edib həmin yerə gedərək oradan içərisində bükümlərə bölünmüş külli miqdarda narkotik vasitələr və psixotrop maddə olan sellofan torbanı aşkar edib götürərək satışını həyata keçirməkdən ötrü ünvan 1 ünvanındakı evinə daşımış, sonra qanunsuz olaraq əldə edib yaşadığı qeyd olunan ünvanına daşıyaraq saxlamış olduğu təmiz çəkisi 58,566 qram narkotik vasitə qurudulmuş marixuananın, hər biri külli miqdarda olan bükümlərə bölünmüş təmiz çəkisi 703,089 qram psixotrop maddə metamfetaminin, bükümlərə bölünmüş təmiz çəkisi 856,45 qram narkotik vasitə heroinin, təmiz çəkisi 90,0 qram narkotik vasitə tiryəkin və təsiredici maddəsinin ümumi miqdarı 5,64 qram olan 141 ədəd narkotik vasitə metadon həblərinin qanunsuz satışını təşkil etmə barədə anası Təqsirləndirilən şəxs2 ilə razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşdikdən sonra aralarındakı razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq 07 iyun 2021-ci il tarixdə, saat 20 radələrində qanunsuz olaraq əldə etmiş olduğu narkotik vasitələr və psixotrop maddədən 6 bükümdə, ümumi təmiz çəkisi 0,454 qram psixotrop maddə metamfetamini və 16 bükümdə, külli miqdarda, ümumi təmiz çəkisi 10,994 qram narkotik vasitə heroini anası Təqsirləndirilən şəxs2 yaşadığı Sumqayıt şəhəri, 76-cı məhəllə üzrə 5 saylı məhllədə yerləşən fərdi yaşayış evinə daşıyıb sonuncuya qanunsuz olaraq təqdim etmiş, Təqsirləndirilən şəxs2 qeyd olunan narkotik vasitə və psixotrop maddə bükümlərini yaşadığı ünvanda saxlamış, sonra əldə etdiyi həmin narkotik vasitələrdən 08 iyun 2021-ci il tarixdə, saat 17 radələrində 01 bükümdə, təmiz çəkisi 27,281 qram olan külli miqdarda narkotik vasitə heroini Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində tanışı Təqsirləndirilən şəxs4 300 manata olaraq nisyə satmış, Təqsirləndirilən şəxs2 isə evində saxlamış olduğu narkotik vasitədən 08 iyun 2021ci il tarixdə, saat 19:45 radələrində 01 bükümdə, təmiz çəkisi 0,563 qram olan narkotik vasitə heroini Sumqayıt şəhəri, 76-cı məhəllə, Sülh küçəsi ərazisində yerləşən “Room Store” mebel evinin yaxınlığında tanışı Təqsirləndirilən şəxs3 25 manata satmış, Təqsirləndirilən şəxs2 həmin tarixdə, saat 20 radələrində Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 76-cı məhəllə, Sülh küçəsi ərazisində yerləşən “Room Store” mebel evinin yaxınlığında saxlanılaraq polis bölməsinin inzibati binasına aparılıb üzərində şəxsi axtarış aparılarkən üzərindəki tünd boz rəngli əl çantasından 15 bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,795 qr, 0,805 qr, 0,818 qr, 0,839 qr, 0,792 qr, 0,736 qr, 0,326 qr, 0,768 qr, 0,803 qr, 0,806 qr, 0,747 qr, 0,224 qr, 0,815 qr, 0,774 qr, 0,383 qr, ümumi təmiz çəkisi 10,431 qram olan eyni tərkibli külli miqdarda narkotik vasitə heroin və 6 bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,074 qr, 0,067 qr, 0, 055 qr, 0,102 qr, 0,018 qr, 0,138 qr, ümumi təmiz çəkisi 0,454 qram olan eyni tərkibli psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, bundan sonra Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs4 08 iyun 2021-ci il tarixdə, saat 21:20 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, Həsənağa Salayev küçəsi ərazisində saxlanılaraq polis bölməsinin inzibati binasına aparılıb üzərində şəxsi axtarış aparılarkən əynindəki tünd boz rəngli cins şalvarın sağ yan cibində saxladığı 01 bükümdə, təmiz çəkisi 27,281 qram külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüş, daha sonra Təqsirləndirilən şəxs2 saxlanılması barədə məlumat aldıqdan sonra törətmiş olduqları cinayəti gizlətmək məqsədi ilə yaşadığı ünvan 1 ünvanında saxlamış olduğu külli miqdarda, 01 bükümdə, təmiz çəkisi 90,0 qram narkotik vasitə tiryəki, təsiredici maddəsinin ümumi miqdarı 5,64 qram olmaqla, ümumi sayı 141 ədəd olan külli miqdarda narkotik vasitə metadon həblərini, 34 ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 485,0 qr, 95,0 qr, 95,0 qr, 15,0 qr, 0,291 qr, 0,284 qr, 0,337 qr, 0,284 qr, 0,272 qr, 0,295 qr, 0,830 qr, 0,266 qr, 0,350 qr, 0,289 qr, 0,280 qr, 0,329 qr, 0,833 qr, 0,301 qr, 0,744 qr, 0,265 qr, 0,304 qr, 0,853 qr, 0,830 qr, 0,222 qr, 0,777 qr, 0,291 qr, 0,298 qr, 0,309 qr, 0,316 qr, 0,262 qr, 0,290 qr, 0,321 qr, 0,298 qr və 1,014 qram olmaqla, ümumi təmiz çəkisi 702,635 qram olan külli midarda eyni tərkibli psixotrop maddə metamfetamini, 57 ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkisi 775,0 qr, 1,775 qr, 0,660 qr, 0,699 qr, 0,257 qr, 0,713 qr, 0,742 qr, 0,746 qr, 0,719 qr, 0,637 qr, 0,695 qr, 1,690 qr, 0,620 qr, 0,257 qr, 0,657 qr, 0,617 qr, 0,734 qr, 0,659 qr, 0,787 qr, 0,700 qr, 0,721 qr, 0,656 qr, 0,241 qr, 0,584 qr, 0,230 qr, 0,710 qr, 1,737 qr, 0,703 qr, 0,244 qr, 1,690 qr, 0,689 qr, 0,697 qr, 0,685 qr, 0,264 qr, 0,635 qr, 0,633 qr, 0,246 qr, 0,715 qr, 1,719 qr, 0,630 qr, 0,700 qr, 0,711 qr, 0,257 qr, 0,709 qr, 0,707 qr, 0,605 qr, 0,700 qr, 1,709 qr, 1,729 qr, 1,863 qr, 0,688 qr, 0,255 qr, 0,271 qr, 0,263 qr, 0,246 qr, 0,633 qr, 0,630 qr olmaqla, ümumi təmiz çəkisi 816,469 qram olan külli miqdarda eyni tərkibli narkotik vasitə heroini, 01 ədəd qara rəngli polietilen torbada, təmiz çəkisi 58,566 qram narkotik vasitə qurudulmuş marixuananı və 01 ədəd üzərində narkotik vasitə olan heroin izləri olan “AOSAİ Pocket Scale” 6*6 sm ölçüdə elektron tərəzini 01 ədəd sellofan paketdə onların cinayətkar fəaliyyətlərindən məlumatsız olan qızı Feyzizadə Nazənin Eyvaz qızına vermiş, sonuncu həmin sellofan paketdə narkotik vasitələr və psixotrop maddə olmasından məlumatsız halda qeyd olunan sellofan torbanı götürüb onunla birlikdə yaşadıqları evi tərk etdikdən sonra 08 iyun 2021-ci il tarixdə, saat 23:10 radələrində Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən yaşadığı ünvan 5 ünvanının qarşısında saxlanılaraq Sumqayıt ŞPİ-nin inzibati binasına aparılıb üzərində şəxsi axtarış aparılarkən həmin narkotik vasitələr, psixotrop maddə və elektron tərəzi əlindəki sellofan torbada aşkar edilərək götürülmüş, keçirilmiş əməliyyat tədbirlərinin davamı olaraq 09 iyun 2021-ci il tarixdə, saat 01 radələrində Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən ünvan 1 ünvanında saxlanılaraq özünü iştirakı və razılığı ilə həmin mənzilə baxış keçirilərkən evin mətbəx otağından 01 bükümdə, təmiz çəkisi 1,706 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüş, sonra Sumqayıt ŞPİ-nin inzibati binasına aparılaraq orada xidməti otaqda üzərində şəxsi axtarış aparılarkən üzərində narkotik vasitə heroin izləri olan 01 ədəd “Leaone” markalı elektron tərəzi aşkar edilərək götürülmüş, həmçinin Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs3 10 iyun 2021-ci il tarixdə, saat 22:40 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, N.Nərimanov küçəsində yerləşən qəbristanlığın qarşısında saxlanılaraq polis bölməssinin inzibati binasına aparılıb üzərində şəxsi axtarış aparılarkən 01 bükümdə, təmiz çəkisi 0,563 qram olan narkotik narkotik vasitə heroin əynindəki qara rəngli cins şalvarının arxa sol cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 qanunsuz olaraq əldə edib yaşadığı ünvan 1 ünvanına daşıyaraq saxlamış olduğu təmiz çəkisi 58,566 qram narkotik vasitə qurudulmuş marixuananın, hər biri külli miqdarda olan bükümlərə bölünmüş təmiz çəkisi 703,089 qram psixotrop maddə metamfetaminin, bükümlərə bölünmüş təmiz çəkisi 856,45 qram narkotik vasitə heroinin, təmiz çəkisi 90,0 qram narkotik vasitə tiryəkin və təsiredici maddəsinin ümumi miqdarı 5,64 qram olan 141 ədəd narkotik vasitə metadon həblərinin qanunsuz satışını təşkil etmə barədə sonuncu ilə razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşdikdən sonra aralarındakı razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq 07 iyun 2021-ci il tarixdə, saat 20 radələrində qrup üzvü Təqsirləndirilən şəxs1 qanunsuz olaraq əldə etmiş olduğu narkotik vasitələr və psixotrop maddədən 6 bükümdə, ümumi təmiz çəkisi 0,454 qram psixotrop maddə metamfetamini və 16 bükümdə, külli miqdarda, ümumi təmiz çəkisi 10,994 qram narkotik vasitə heroini yaşadığı Sumqayıt şəhəri, 76-cı məhəllə üzrə 5 saylı məhllədə yerləşən fərdi yaşayış evində sonuncudan qanunsuz olaraq əldə edib həmin ünvanda saxlamış, qrupun digər üzvü olan Təqsirləndirilən şəxs1 əldə etdiyi narkotik vasitələrdən 08 iyun 2021-ci il tarixdə, saat 17 radələrində 01 bükümdə, təmiz çəkisi 27,281 qram olan külli miqdarda narkotik vasitə heroini Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində tanışı Təqsirləndirilən şəxs4 300 manata nisiyə satmış, özü isə evində saxlamış olduğu narkotik vasitədən 08 iyun 2021-ci il tarixdə, saat 19:45 radələrində 01 bükümdə, təmiz çəkisi 0,563 qram olan narkotik vasitə heroini Sumqayıt şəhəri, 76-cı məhəllə, Sülh küçəsi ərazisində yerləşən “Room Store” mebel evinin yaxınlığında tanışı Təqsirləndirilən şəxs3 25 manata satmış, həmin tarixdə, saat 20 radələrində Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 76-cı məhəllə, Sülh küçəsi ərazisində yerləşən “Room Store” mebel evinin yaxınlığında saxlanılaraq polis bölməsinin inzibati binasına aparılıb üzərində şəxsi axtarış aparılarkən üzərindəki tünd boz rəngli əl çantasından 15 bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,795 qr, 0,805 qr, 0,818 qr, 0,839 qr, 0,792 qr, 0,736 qr, 0,326 qr, 0,768 qr, 0,803 qr, 0,806 qr, 0,747 qr, 0,224 qr, 0,815 qr, 0,774 qr, 0,383 qr, ümumi təmiz çəkisi 10,431 qram olan eyni tərkibli külli miqdarda narkotik vasitə heroin və 6 bükümdə, ayrıayrılıqda təmiz çəkiləri 0,074 qr, 0,067 qr, 0, 055 qr, 0,102 qr, 0,018 qr, 0,138 qr, ümumi təmiz çəkisi 0,454 qram olan eyni tərkibli psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, bundan sonra Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs4 08 iyun 2021-ci il tarixdə, saat 21:20 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, Həsənağa Salayev küçəsi ərazisində saxlanılaraq polis bölməsinin inzibati binasına aparılıb üzərində şəxsi axtarış aparılarkən əynindəki tünd boz rəngli cins şalvarın sağ yan cibində saxladığı 01 bükümdə, təmiz çəkisi 27,281 qram külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüş, cinayətkar qrupun üzvü olan Təqsirləndirilən şəxs1 onun saxlanılması barədə məlumat aldıqdan sonra törətmiş olduqları cinayəti gizlətmək məqsədi ilə yaşadığı ünvan 1 ünvanında saxlamış olduğu külli miqdarda, 01 bükümdə, təmiz çəkisi 90,0 qram narkotik vasitə tiryəki, təsiredici maddəsinin ümumi miqdarı 5,64 qram olmaqla, ümumi sayı 141 ədəd olan külli miqdarda narkotik vasitə metadon həblərini, 34 ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 485,0 qr, 95,0 qr, 95,0 qr, 15,0 qr, 0,291 qr, 0,284 qr, 0,337 qr, 0,284 qr, 0,272 qr, 0,295 qr, 0,830 qr, 0,266 qr, 0,350 qr, 0,289 qr, 0,280 qr, 0,329 qr, 0,833 qr, 0,301 qr, 0,744 qr, 0,265 qr, 0,304 qr, 0,853 qr, 0,830 qr, 0,222 qr, 0,777 qr, 0,291 qr, 0,298 qr, 0,309 qr, 0,316 qr, 0,262 qr, 0,290 qr, 0,321 qr, 0,298 qr və 1,014 qram olmaqla, ümumi təmiz çəkisi 702,635 qram olan külli midarda eyni tərkibli psixotrop maddə metamfetamini, 57 ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkisi 775,0 qr, 1,775 qr, 0,660 qr, 0,699 qr, 0,257 qr, 0,713 qr, 0,742 qr, 0,746 qr, 0,719 qr, 0,637 qr, 0,695 qr, 1,690 qr, 0,620 qr, 0,257 qr, 0,657 qr, 0,617 qr, 0,734 qr, 0,659 qr, 0,787 qr, 0,700 qr, 0,721 qr, 0,656 qr, 0,241 qr, 0,584 qr, 0,230 qr, 0,710 qr, 1,737 qr, 0,703 qr, 0,244 qr, 1,690 qr, 0,689 qr, 0,697 qr, 0,685 qr, 0,264 qr, 0,635 qr, 0,633 qr, 0,246 qr, 0,715 qr, 1,719 qr, 0,630 qr, 0,700 qr, 0,711 qr, 0,257 qr, 0,709 qr, 0,707 qr, 0,605 qr, 0,700 qr, 1,709 qr, 1,729 qr, 1,863 qr, 0,688 qr, 0,255 qr, 0,271 qr, 0,263 qr, 0,246 qr, 0,633 qr, 0,630 qr olmaqla, ümumi təmiz çəkisi 816,469 qram olan külli miqdarda eyni tərkibli narkotik vasitə heroini, 01 ədəd qara rəngli polietilen torbada, təmiz çəkisi 58,566 qram narkotik vasitə qurudulmuş marixuananı və 01 ədəd üzərində narkotik vasitə olan heroin izləri olan “AOSAİ Pocket Scale” 6*6 sm ölçüdə elektron tərəzini 01 ədəd sellofan paketdə onların cinayətkar fəaliyyətlərindən məlumatsız olan qızı Feyzizadə Nazənin Eyvaz qızına vermiş, sonuncu həmin sellofan paketdə narkotik vasitələr və psixotrop maddə olmasından məlumatsız halda qeyd olunan sellofan torbanı götürüb anası Təqsirləndirilən şəxs1 ilə birlikdə yaşadıqları evi tərk etdikdən sonra 08 iyun 2021-ci il tarixdə, saat 23:10 radələrində Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən yaşadığı ünvan 5 ünvanının qarşısında saxlanılaraq Sumqayıt ŞPİ-nin inzibati binasına aparılıb üzərində şəxsi axtarış aparılarkən həmin narkotik vasitələr, psixotrop maddə və elektron tərəzi əlindəki sellofan torbada aşkar edilərək götürülmüş, keçirilmiş əməliyyat tədbirlərinin davamı olaraq 09 iyun 2021-ci il tarixdə, saat 01 radələrində anası Təqsirləndirilən şəxs1 Cəfgər qızı Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən ünvan 1 ünvanında saxlanılaraq özünü iştirakı və razılığı ilə həmin mənzilə baxış keçirilərkən evin mətbəx otağından 01 bükümdə, təmiz çəkisi 1,706 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs1 Sumqayıt ŞPİ-nin inzibati binasına aparılaraq orada xidməti otaqda üzərində şəxsi axtarış aparılarkən üzərində narkotik vasitə heroin izləri olan 01 ədəd “Leaone” markalı elektron tərəzi aşkar edilərək götürülmüş, həmçinin Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs3 10 iyun 2021-ci il tarixdə, saat 22:40 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, N.Nərimanov küçəsində yerləşən qəbristanlığın qarşısında saxlanılaraq polis bölməssinin inzibati binasına aparılıb üzərində şəxsi axtarış aparılarkən 01 bükümdə, təmiz çəkisi 0,563 qram olan narkotik narkotik vasitə heroin əynindəki qara rəngli cins şalvarının arxa sol cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs5 2021-ci ilin may ayının ortalarında Sumqayıt şəhəri 3-cü mikrorayon ərazisində Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq 01 bükümdə, təmiz çəkisi 0,397 qram olan psixotrop maddə metamfetamini, təsiredici maddəsinin ümumi miqdarı 0,40 qram olan 10 ədəd narkotik vasitə metadon həblərini və 01 bükümdə, təmiz çəkisi 11,703 qram olan külli miqdarda narkotik vasitə heroini 150 manat pul verməklə əldə edib daşıyaraq üzərində saxlamış, 12 iyun 2021-ci il tarixdə, saat 18:10 radələrində ünvan 4 ünvanının qarşısında Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyya tədbirləri zamanı qeyd olunan ərazidə saxlanılaraq həmin idarənin inzibati binasına gətirilib, orada xidməti otaqda üzərində şəxsi axtarış keçirilərkən sol əlində saxladığı qara rəngli əl çantasından 01 bükümdə, təmiz çəkisi 0,397 qram olan psixotrop maddə metamfetamin, təsiredici maddəsinin ümumi miqdarı 0,40 qram olan 10 ədəd narkotik vasitə metadon həbləri, 01 bükümdə, təmiz çəkisi 11,703 qram olan külli miqdarda narkotik vasitə heroin və səthində narkotik vasitə heroin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs4 08 iyun 2021-ci il tarixdə Sumqayıt şəhəri 6-cı mikrorayon ərazisində tanışı Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 27,281 qram çəkidə narkotik vasitə olan heroini pulunu sonradan ödəmək şərti ilə 300 manata nisiyə əldə edib daşıyaraq üzərində saxlamış, 08 iyun 2021-ci il tarixdə, saat 21:20 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, Həsənağa Salayev küçəsi ərazisində Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyya tədbirləri zamanı qeyd olunan ərazidə saxlanılaraq həmin bölmənin inzibati binasına aparılıb, orada xidməti otaqda üzərində şəxsi axtarış keçirilərkən əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibində saxladığı 01 ədəd şəffaf rəngli sellofan bükümdə, təmiz çəkisi 27,281 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs3 08 iyun 2021-ci il tarixdə, saat 19:45 radələrində Sumqayıt şəhəri, 76-cı məhəllə, Sülh küçəsi ərazisində yerləşən “Room Store” mebel evinin yaxınlığında Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 01(bir) bükümdə, təmiz çəkisi 0,563 qram narkotik vasitə heroini 25 manata əldə edib üzərində saxlayaraq daşımış, 10 iyun 2021-ci il tarixdə, saat 22:40 radələrində Sumqayıt ŞPİ-nin 1-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Sumqayıt şəhəri, Corat qəsəbəsi, N.Nərimanov küçəsində yerləşən qəbristanlığın qarşısında saxlanılaraq polis bölməsinin inzibati binasına aparılıb üzərində şəxsi axtarış aparılarkən əldə etdiyi 01(bir) bükümdə, təmiz çəkisi 0,563 qram narkotik vasitə heroin əynindəki qara rəngli cins şalvarının arxa sol cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ifadə verməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq araşdırılmış ifadəsində özünü ona Azərbaycan Respublikası CM-nin 206.3.1, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, ünvan 1 ünvanında qızı Feyzizadə Nazənin Eyvaz qızı ilə birlikdə yaşayır. Heç yerdə işləmir və heç bir məşğuliyyəti yoxdur. Narkotik vasitə və psixotrop madddələrin qəbulu ilə də məşğul olmur. Narkotik vasitələrlə bağlı əvvəllər məhkum olunmuşdur. Təxminən bir ay əvvəl istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəyə Whatsapp-la zəng gəlmiş, telefona cavab verdikdə özünü ona İran vətəndaşı Məhəmməd Abbasi kimi təqdim edən şəxs ona demişdir ki, onu tanıyan birindən nömrəsini almış, lakin kimdən aldığını ona deməmişdir. Həmçinin ona telefonda təklif edərək bildirmişdir ki, İran İslam Respublikasından ölkəyə narkotik vasitələr və psixotrop maddələr göndərə bilər, müxtəlif yerlərdə qoydurub ona qabaqcadan məlumat verər, o da həmin yerlərdən götürüb satışını təşkil edər, sonra onun pulunu göndərər. O, ilk olaraq razılaşmaq istəməmiş, lakin pul ehtiyacı olduğu üçün onunla razılaşmışdır. Həmin vaxtdan təxminən 3-4 gün sonra İran vətəndaşı onun həmin nömrəsinə Whatsapp-la zəng edərək bildirmişdir ki, Sumqayıt şəhəri, 76-cı məhəllədə olan zibillərin yanında bir ədəd sellofan bağlamada narkotik vasitələr və psixotrop maddələr qoydurmuşdur, gedib oradan götürsün, götürən kimi ona zəng edib məlumat versin ki, götürdüyünü bilsin. O, həmin ərazinin foto şəkilini ona atmışdır ki, həmin yeri tapa bilsin. O, foto şəkilə uyğun olaraq həmin əraziyə gedib sellofan bağlamanı tapıb içərisinə baxaraq narkotik vasitələr olmasına əmin olub götürmüş və satmaqdan ötrü evində saxlamışdır. Həmin kütələri bükümlərə bölərək tanımadığı narkomanlara satmışdır. Təxminən 10.000 manat pul əldə etmişdir. Sonra İran vətəndaşı Məhəmməd Abbasi ilə Whatsapp-la əlaqə saxlayaraq bildirmişdir ki, pula ehtiyyacı olduğundan narkotik vasitənin pulunu xərcləmiş, imkan olsa təkrar göndərsin, həmin narklotik vasitənin pulunun hamısını ona göndərəcək, özü pul götürməyəcək. Belə olmuşdur ki, saxlanıldığı gündən təxminən 10 gün əvvəl İran vətəndaşı Məhəmməd Abbasi təkrar onun həmin mobil nömrəsinə Whatsapp-la zəng edərək bildirmişdir ki, Sumqayıt şəhəri, 76-cı məhəllədə olan zibillərin yanında bir ədəd sellofan bağlamada narkotik vasitələr və psixotrop maddələr qoydurmuşdur, gedib oradan götürsün, götürən kimi də ona zəng edib məlumat versin. O, həmin ərazinin foto şəkilini təkrar olaraq Whatsapp-la atmışdır ki, həmin yeri tapa bilsin. Həmin ərazini tanıdığı üçün həmin gün, gecə vaxtı oraya gedib rahat şəkildə sellofan bağlamanı tapıb içərisinə baxaraq narkotik vasitə və psixotrop maddələr olmasına əmin olub götürmüşdür, İran vətəndaşına da Whatsapp-la zəng edərək bildirmişdir ki, narkotik vasitələri və psixotrop maddələri götürüb. Həmin kütlələri evinə aparmış və sellofan torbaya baxıb içərisində təxminən bir kiloqrama qədər psixotrop maddə metamfetamin, bir kiloqrama qədər narkotik vasitə heroin, çəkisi bir qədər az miqdarda olan narkotik vasitə tiryək, narkotik vasitə qurudulmuş marixuana və təxminən 150 ədəd narkotik vasitə metadon həbləri olmasını görmüşdür. Qızı Nazənin evdə olduğu üçün həmin sellofan torbanı mətbəxdə divanın altında gizlətmişdir. Həmin günün sabahı, evdə heç kimin olmadığı vaxt narkotik vasitə heroin və psixotrop maddə metamfetamini satmaqdan ötrtü sellofan və siqaretin gümüşü kağızında bükümlər bölmüş və həmin bükümləri özünə məxsus yaşıl rəngli pul qabında qoymuşdur. Sonra həmin digər kütlələri də pul qabı ilə birlikdə sellofan torbada qoyaraq həmin torbanı mətbəxdə divanın altında gizlətmiş, yəni həmin yerinə qoymuşdur. Hər dəfə həmin sellofan torbadan heroin və metamfetamin bükümlərini, metadon, qurudulmuş marixuana və tiryəki götürərək tanımadığı narkomanlara satıb pul əldə edirmiş. Həmin kütlələri müxtəlif qiymətə, hər dəfə də ayrı qiymətlərə satırmış. Anası Təqsirləndirilən şəxs2 da narkotik vasitələrin satışı ilə məşğul olduğu üçün 07 iyun 2021-ci il tarixdə, axşam satlarında onun yaşadığı ünvana gedərək ona 15 ədəd sellofan bükümdə narkotik vasitə heroin, 1 ədəd sellofan bükümdə və 5 ədəd siqaretin gümüşü kağızına bükülmüş psixotrop maddə metamfetamin vermişdir ki, satışını həyata keçirsin, anası Qəmər də pul qazansın. Sonuncu dəfə 08 iyun 2021-ci il tarixdə, saat 15 radələrində həmin sellofan torbanı götürüb içərisində nə qədər narkotik vasitə qaldığını bilmək üçün baxmışdır. Həmin qırmızı-göy rəngli sellofan torbanın içərisində 2 ədəd şəffaf rəngli sellofan paketlər, bir paketin içərisində 4 bükümdə psixotrop maddə metamfetamin, digərinin içərisində isə 1 bükümdə narkotik vasitə heroin, torbada olan gümüşü rəngli çantasında 1 ədəd qara rəngli sellofan bükümdə qurudulmuş marixuana, 1 ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitə tiryək, qəhvəyi rəngli plastik qutuda 141 ədəd metadon həbləri, həmin çantada açıq yaşıl rəngli pul qabının içərisində 56 büküm heroin və 30 büküm metamfetamin qaldığını görmüşdür. Narkotik vasitələrin satışını həyata keçirməkdən ötrü çəkisini müəyyən etmək üçün üzərində “Aosai” yazıları olan elektron tərəzini də həmin torbada qoymuşdur. 08 iyun 2021-ci il tarixdə, saat 22 radələrində anası Qəmərin qonşularından onu tanıyan kimsə onun mobil telefonuna zəng edərək bildirmişdir ki, Qəməri polis əməkdaşları tutublar və nə baş verdiyini soruşmuş, o da heç nə baş vermədiyini bildirmişdir. Dərhal mətbəxə gedib divanın altındakı sellofan torbanı götürüb qızı Nazənini çağıraraq ona demişdir ki, polislər nənəsi Qəməri saxlayıblar, indi yaşadıqları evə gələcəklər, torbanı götür çıx evdən, sənə nə vaxt zəng edib çağırsam onda gələrsən. Həmçinin Nazəninə demişdir ki, həmin torbanın içərisində ona məxsus pul və qızıl zinət əşyaları vardır. Nazəninə verdiyi sellofan torbanın üst hissəsində on məxsus pul qabı olduğundan torbanın alt hissəsində nə olduğunu görmək olmurmuş. Nazənin torbanı ondan alıb içərisinə baxmadan evdən çıxanda onu saxlayıb özünə məxsus olan digər Samsung markalı mobil telefonu da Nazəninə vermişdir. Qızı özünə məxsus qəhvəyi rəngli çantasını da götürüb onun və özünün mobil telefonunu çantaya qoyub, çantanı da sellofan torbaya qoyub evdən çıxıb getmişdir. Nazəninə verdiyi sellofan torbanın içərisinə diqqətlə baxılmadıqda onun içərisində narkotik vasitə olduğunu görmək mümkün deyilmiş. Nazənin getdikdən bir qədər sonra polis əməkdaşları onun yaşadığı ünvana gəlmişlər. Ona narkotik vasitələrin satışında şübhəli olduğunu bildirib hüquq və vəzifələrini izah etmiş, o, vəkillə təmin olunmuş, evinə baxış keçirilməsi ilə bağlı icazə ərizəsi verdikdən sonra polis əməkdaşları onun yaşadığı ünvana daxil olub veideoçəkilişlə evinə baxış keçirməyə başlamışlar. Baxış keçirilməmişdən əvvəl ona yaşadığı ünvanda hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilmişdir. O, da yaşadığı ünvanın mətbəxində, dolabda saxladığı qar rəngli əl çantasının içərisindən 1 ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. O, həmin bükümün yadından çıxaraq orada qaldığını bildirmişdir. Polis əməkdaşları evə gəldikdə yadına düşdüyünü və polislərin həmin bükümü tapacaqlarını fikirləşdiyi üçün özü təqdim etmişdir. Həmin bükümdə narkotik vasitə heroin olmuşdur. Həmin maddə tərəziyə qoyulub çəkilən zaman təxmini çəkisinin 1,87 qram olması müəyyən edilmiş və aşkar olunmuş həmin maddə götürülərək qablaşdırılmışdır. Ona məxsus həmin əl çantasının içərisindən “Samsung” və “Mİ” markalı mobil telefonlar aşkar edilərək götürülmüşdür. Bundan əlavə yaşadığı ünvana baxış zamanı ona məxsus əl çantasının və yaşadığı ünvanda saxlanc otağında olan seyfin içərisindən 27 dəst müxtəlif formalı qızılı rəngli əşyalar aşkar edilərək götürülmüşdür, hansı ki, həmin əşyaların bir qismi qızıl, bir qismi isə metaldan olan əşyalar olmuşdur. Həmçinin seyfin içərisindən 74 ədəd müxtəlif valyutalı pullar, 214 manat pullar və seyfin açarı da götürülmüşdür. Sonra polis əməkdaşı tərəfindən üzərində vəkilin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilərək ona üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif edilmişdir. O, da üzərində qanunla qadağan olunmuş hər hansı əşya və yaxud maddi sübutun olmadığını bildirmiş və üzərində şəxsi axtarış aparılaraq hər hansı bir əşya və yaxud maddi sübüt aşkar edilməmişdir. O, həmin vaxt əlində saxladığı qarışıq rəngli sellofan torbanı təqdim etmiş, polis əməkdaşı həmin sellofan torbanı açaraq içərisində olan “Leaone” markalı elektron tərəzi olduğunu görmüş və həmin tərəzi götürülmüşdür. Sorğu zamanı həmin elektron tərəzi ilə şirniyyat bişirən zaman xəmir çəkilərini ölçmək üçün istifadə etdiyini bildirmişdir. Sonra sənədləşmə işləri aparılmış, o, da doğru bilib imzası ilə təsdiq etmişdir. İran vətəndaşının Whatsapp-la zənglərini və ona atdığı fotoşəkilləri pozmuşdur. Qızı Nazənin narkotik vasitələrin satışı ilə məşğul olmur, eləcə də Nazənin ona verdiyi sellofanın torbanın içərisində narkotik vasitə olmasından məlumatsız imiş. Sonradan ona məlum olmuşdur ki, o, evdən çıxdıqdan bir qədər sonra polis əməkdaşları onu yolda saxlayıblar. Nazənin narkotik vasitələrin satışı ilə məşğul olduğunu bilirmiş, lakin narkotik vasitələrin satışı ilə bağlı ona köməklik etmirmiş, əksinə bir neçə dəfə ona buna görə irad da tutub. Lakin, o Nazəninə onun işlərinə qarışmasını qadağan etmişdir. Aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddələri İran vətəndaşı X15 göndərib və Sumqayıt şəhəri, 76-cı məhəllədə olan zibillərin yanında qoydurub, o da saxlandığı gündən təxminən 10 gün əvvəl gecə vaxtı oraya gedib taparaq götürüb evində saxlamışdır. Narkotik vasitələrin İran İslam Respublikasından ölkəyə göndəriləcəyindən qabaqcadan məlumatı olmuşdur, İran vətəndaşı Məhəmməd Abbasi ona bunu qabaqcadan Whatsapp-la danışaraq demişdir. İran vətəndaşı Məhəmməd Abbasinin narkotik vasitələri kim və ya kimlərə Sumqayıt şəhəri, 76-cı məhəllədə olan zibillərin yanında qoydurması barədə məlumatı məlumatım yoxdur, İran vətəndaşı Məhəmməd Abbasi də ona bu barədə deməmişdir. Təqsirləndirilən şəxs2 satıb pul əldə etməkdən ötrü narkotik vasitə heroin və psixotrop maddə metamfetamin büklümləri vermişdir. Narkotik vasitə heroin və psixotrop maddə metamfetamini əldə etdikdən sonra anasına bu barədə danışıb onları İran vətəndaşı Məhəmməd Abbasidən aldığını bildirmişdir. Narkotik vasitə və psixotrop maddələri tanımadığı narkomanlara satırmış, aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddələri də tanımadığı narkomanlara satacaqmış. Qızı Nazənin Feyzizadə ona vermiş olduğu və sonuncu polis əməkdaşları tərəfindən saxlanılan zaman əlində olan sellofan torbanın içərisində ona məxsus narkotik vasitə və psixotrop maddələr olmasından məlumatsız olmuşdur. Bu barədə Nazəninə heç bir söz deməmiş, əksinə onu aldadıb sellofan torbanın içərisində pul və qızıl zinət əşyalarının olduğunu demişdir. Buna görə də, Nazənin həmin sellofan torabının içərisində narkotik vasitə olmasından məlumatsız imiş. 2 ədəd Samsung və 1 ədəd Mİ markalı mobil telefonları vardır, yalnız 1 ədəd Samsung markalı mobil telefonunda mobil nömrə vardır. Başqa nömrəsi yoxdur. Həmin mobil nömrə də ***-***-**-** saylı mobil telefon nömrəsidir.( İ cild, iş vərəqi: 166-171, 250-256) Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, bazara gedəndə hansı maşın olsa əl qaldırırmış, yaşlı olduğu üçün hansı maşın olsa onu götürmüşdür. Təqsirləndirilən şəxs3 tanımır, onun maşınına minmişdir, amma ona narkotik vasitə verməmişdir. Rasim onu maşınından düşürdüb gedəndən sonra onu polislər saxlamış və saxlanılarkən üzərində narkotik vasitə olmamışdır. O, Rasimin onun üzünə dayanma səbəbinin onun döyülmə səbəbi olduğunu fikirləşmişdir. Narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Nəvəsi Nazəninə sellofan torba verməmişdir. O, gözünün yaxşı görmədiyini qeyd edərək Rasimi xatırlamamışdır. “İmzalasan evə gedəcəksən” deyildiyi üçün ibtidai istintaq zamanı verdiyi ifadəsini imzalamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq araşdırılmış ifadəsində ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadələrində göstərmişdir ki, törətdiyi əməldə özünü təqsirli hesab edir. Sumqayıt şəhəri, 76-cı məhəllədə yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşadığını, narkotik vasitə və psixotrop maddələrin qəbulu ilə məşğul olmadığını, əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olduğuna görə bir neçə dəfə məhkum olunduğunu qeyd etmişdir. Saxlandığı gündən təxminən 7-8 gün əvvəl qızı Təqsirləndirilən şəxs1 ilə birlikdə olarkən qızı ona İran vətəndaşı Məhəmməd Abbasi adlı şəxs narkotik vasitə göndərmiş və gedib götürmüşdür. O, da qızı Təqsirləndirilən şəxs1 həmin narkotik vasitədən ona da bir qədər verməsini və satışında köməklik edəcəyini bildirmişdir. 07 iyun 2021-ci il tarixdə, axşam saat 20 radələrində Sumqayıt şəhəri, 76-cı məhəllədə yerləşən evində olarkən qızı Sədat onun evinə gəlmiş və narkotik vasitələrin satışını həyata keçirtməkdən ötrü ona 15 ədəd sellofan bükümdə narkotik vasitə heroin, 1 ədəd sellofan bükümdə, 5 ədəd siqaretin gümüşü kağızı bükümdə psixotrop maddə metamfetamin vermiş, o, da həmin kütlələri satıb qazanc əldə edib qızı Sədata da həmin puldan verəcəyini planlaşdırmışdır. 08 iyun 2021-ci il tarixdə, saat 18 radələrində o, yaşadığı evin mətbəxində olan dolabda gizlətdiyi narkotik vasitə və pssixotrop maddə bükümlərini götürüb özünə məxsus əl çantasının yan cibinə qoyub evdən çıxmışdır. Onun evdən çımaqda məqsədi həmin kütlələri narkomanlara satmaq olmuş, lakin o, tanıdığı ətraflarda heç bir narkoman görə bilməmiş və heç kimə sata bilməmişdir. Həmin gün, təxminən saat 20 radələrində yaşadığı evə qayıdarkən evinin yanındakı Room Store mebel evini keçərək artıq evə çatarkən yolda mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını və ona narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirərək onu 1-ci polis bölməsinə dəvət etmişlər. Onun polislərlə birlikdə getmək fikri olmasa da, ətrafda yaşayan qonşularından utandığı üçün səs-küy salmamış və polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmişdir. Orada xidməti otaqların birində polis əməkdaşı tərəfindən hüquq və vəzifələri izah edilmiş, dövlət hesabına vəkillə təmin olunmuş, şübhəli şəxs qismində tutulmuşdur. Həmin vaxt polis əməkdaşı tərəfindən vəkilin iştirakı ilə üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Şəxsi axtarış aparılmamışdan qabaq o, polis əməkdaşına üzərində hər hansı bir qanunla qadağan edilmiş əşya və ya predmet olmadığını demişdir. Polis əməkdaşı tərəfindən vəkilin və hal şahidlərin iştirakı ilə üzərində şəxsi axtarış aparılmış və şəxsi axtarış zamanı üstündə heç bir qanunsuz əşya və ya predmet aşkar edilməsə də əlindəki özünə məxsus tünd boz rəngli əl çantasında qızı Sədatın ona satmaqdan ötrü verdiyi 15 ədəd sellofan bükümdə narkotik vasitə heroin, 1 ədəd sellofan bükümdə, 5 ədəd siqaretin gümüşü kağızı bükümündə psixotrop maddə metamfetamin aşkar edərək götürülmüşdür. Polis əməkdaşı tərəfindən onunla aparılan şifahi sorğu zamanı üzərindən aşkar edilərək götürülmüş kütlələrin narkotik vasitə heroin və psixotrop madddə metamfetamin bükümləri olduğunu, qızı Sədatın ona satmaqdan və birgə qazanc əldə etməkdən ötrü verdiyini bildirmişdir. Bundan sonra üzərindən aşkar olunaraq götürülmüş kütlələr elektron tərəzidə çəkilərək 15 ədəd sellofan bükümdə olan narkotik vasitə heroinin hər bir bükümünün 0,29 qramdan başlayaraq 0,90 qrama qədər müxtəlif çəkilərdə, 1 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminin çəkisinin 0,47 qramda və 5 ədəd siqaretin gümüşü kağızına bükülmüş psixotrop maddə metamfetaminin hər bir bükümünün 0,07 qramdan başlayaraq 0,19 qrama qədər olması müəyyən edilmiş, həmin kütlələr ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq möhürlənmiş, polis bölməsində ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilməmişdir. Eləcə də, o, ifadəsində Təqsirləndirilən şəxs3 ifadəsində göstərdiyi xüsusatların, yəni həmin şəxsin üzərindən aşkar edilərək götürülmüş bir bükümdə narkotik vasitə heroini Sumqayıt şəhərində Sülh küçəsində yerləşən Room Store mebel salonunun yanında 08 iyun 2021-ci il tarixdə, təxminən saat 19:45 radələrində 25 manata ondan alması ilə bağlı verdiyi ifadənin yalan olduğunu, həmin şəxsə narkotik vasitə satmadığını göstərmişdir.( İ cild, iş vərəqi: 182-185, 204-208. Vİ cild, iş vərəqi: 32-36) Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs5 ittiham olunduğu əməllər üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, O, 4-5 ildir ki, narkotik vasitə olan heroin istifadə etmişdir. Təqsirləndirilən şəxs1ı 01 ildir ki, tanıyır, lakin ondan narkotik vasitə almamışdır o öz evində saxlanılmış, saxlanılarkən yanında qonşusu Taleh də olmuşdur. Üzərində 1 qram narkotik vasitə heroin olmuş və həmin narkotik vasitəni “Aviakassa” deyilən yerdən narkomanlardan almışdır. Narkotik vasitəni Təqsirləndirilən şəxs1 almamış, qonşusu Taleh də tutulmuş, ona 1 il müddətinə cəza verilmiş, 6 ay cəza çəkdikdən sonra amnistiyaya düşmüşdür. Sədatla aralarında telefon danışığı və ya yazışma olmamış və ondan satış məqsədi ilə 11 qram narkotik vasitə almamışdır. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməmişdir. Təqsirləndirilən şəxs5 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq araşdırılmış ifadəsində özünü ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadələrində göstərmişdir ki, yuxarıda göstərilən ünvanda yaşayır və əvvəllər məhkumluğu olmuşdur. İşin mahiyyəti üzrə bildirmişdir ki, bir neçə il olar narkotik vasitə olan heroin, metadon və psixotrop maddə olan metamfetamin həbi qəbul edir.Təxminən 1 ay bundan öncə Sadət adlı qadına zəng edərəkona narkotik satmasını həmin şəxsdən xahiş etmişdir. Səadət buna etiraz etməmiş və onlar Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində görüşməyi planlaşdırmışlar. Nəticədə o,2021-ci ilin may ayının ortalarında 3-cü mikrorayonda binaların arasında Səadətlə görüşüb şəxsi istifadəsi üçün 150 manat qarşılığında 1 ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitə olan heroin, 1 ədəd şəffaf rəngli sellofan bükümdə psixotrop maddə olan metamfetamin və 10 ədəd narkotik vasitə olan “Methadon” həbi almışdır. xx.xx.2021-ci il tarixdə, saat 18:10-da Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində olan zaman polis əməkdaşları yaxınlaşaraq onu narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsi üçün saxladıqlarını bildirmiş, onu Pİ-nə dəvət etmişlər. Pİ-də üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman o, buna etiraz etməmişdir. Ona hüquq və vəzifələrinə dair bildiriş və hüquqlarının müdafiəsi üçün vəkil Müdafiəçi3 təqdim edilmişdir. Ona təhqiqatçı tərəfindən üzərində hər hansı birqanunla qadağan olunmuş əşya varsa təqdim etməsi təklif olunmuşdur. O, sol əlində saxladığı qara rəngli əl çantasını araşdırmaya təqdim etmiş, həmin çanta açılmış, çantanın içərisində Səadətdən aldığı 1 ədəd şəffaf rəngli bükümdə olan heroin, 1 ədəd şəffaf rəngli bükümdə olan metamfetamin, 10 ədəd Metadone həbi və bir ədəd özümə məxsus olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Polis əməkdaşları ondan həmin narkotik vasitəni haradan və hansı məqsədlə əldə etməyini soruşduqda həmin bükümləri1 ay öncə Sumqayıt şəhəri, 3-cü mikrorayonda Səadət adlı qadından 150 AZN pul vermək şərti ilə şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra polis əməkdaşları sənədləşdirmə aparmış və üzərindən aşkarlanmış bükümlər, eləcə də elektron tərəzi qablaşdırılaraq möhürlənib götürülmüşdür. Tərtib edilən şəxsi axtarış hərəkətinə dair protokol və digər sənədlər tərəfindən imzalanmışdır. Eləcə də, o, ifadəsində Səadət adlı qadınla görüşərkən yanlarında kənar şəxsin olmadığını, bir neçə dəfə Səadət adlı şəxsdən narkotik vasitələr aldığını heç bir zaman hər hansı bir şəxsə narkotik vasitə satmadığını göstərmişdir.( İİ cild, iş vərəqi: 125- 126, 142-144) Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, onu Corat qəsəbəsində günorta saat 1-2 radələrində saxlamışlar. Sonra 1-ci bölməyə aparılmış, orada onu döyüb, əməli boynuna qoymuşlar. Gözünün biri görmür və buna görə də 2 dəfə prokurorluğa bu barədə məlumat yazmış, lakin ekspertizaya göndərilməmişdir. O, mütəmadi olaraq narkotik vasitə istifadə etmiş, lakin Təqsirləndirilən şəxs1 narkotik vasitə almamış, Sədat və Qəmərlə aralarında telefon danışığı və ya yazışma olmamışdır. Sədat adlı qadından narkotik vasitə almış, amma o Təqsirləndirilən şəxs1 olmamışdır. Əvvəllər nəşə əkməyə görə tutulmuşdur. İbtidai istintaq zamanı döyüldüyü üçün Təqsirləndirilən şəxs1 27 qram narkotik aldığını demiş, döyülməyi ilə bağlı Baş Prokurorluğa və Sumqayıt şəhər prokurorluğuna şikayət etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməmiş, təzyiq altında imzaladığını bildirmişdir. Təqsirləndirilən şəxs4 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq araşdırılmış ifadəsində özünü ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadələrində göstərmişdir ki, bir neçə il olar narkotik vasitə olan heroini həm qəbul edir və həmdə müxtəlif insanlara satır. xx.xx.2021-ci il tarixdə narkotik vasitəni aldığı, telefonunda adını “Şöşən” kimi qeyd etdiyi Sədat adlı qadına zəng edərəkona nisyə narkotik satmasını həmin şəxsdən xahiş etmişdir. Sadət etiraz etməmiş və onlar Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində görüşməyi planlaşdırmışlar. Nəticədə xx.xx.2021-ci il tarixdə, saat 17:00 radələrində Sumqayıt şəhəri, 6-cı mikrorayonda 9 mərtəbəli binaların arasında Səadətlə görüşüb şəxsi istifadəsi üçün nisyə ağ salafana bükülmüş narkotik vasitə heroini alıb Səadətdən uzaqlaşaraq üzərində gəzdirmişdir. Nisyə aldığı narkotik vasitəyə görə Sədata 300 AZN pul verməli olmuşdur. Belə ki, həmin günü saat 21:20 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsində olarkən üç nəfər mülkü geyimdə olan şəxslər ona yaxınlaşıb saxlamış və polis əməkdaşları olduqlarını bildirmişlər.Narkotik vasitələrin qanunsuz istifadə etməkdə, satmaqda və gəzdirməklə şübhəli olduğu üçün onu saxladıqlarını üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirəcəklərini bildirib polis əməkdaşları ilə birlikdə 1-ci PB-nə getməli olacağını demişlər. O, da etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Sumqayıt ŞPİ-nin 1-ci PBnə gəlmişdir. PB-na gəldikdə bölmənin xidməti otaqların birində hüquq və vəzifələri izah edib videoçəkiliş vasitəsi ilə təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və o, etiraz etməmişdir. Şəxsi axtarış zamanı əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən ağ salafana bükülmüş 1 büküm içərisində narkotik vasitə olan heroin aşkar edilmişdir. Polis əməkdaşları həmin narkotik vasitəni haradan və hansı məqsədlə əldə etdiyiniondansoruşduqda həmin narkotik vasitəni xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri, 6-cı mikrorayonda Sadət adlı qadından nisyə 300 AZN pul vermək şərti ilə şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra polis əməkdaşları üzərindən narkotik vasitənin aşkar edilməsi ilə bağlı sənədləşdirmə aparmışlar və o, üzərindən narkotik vasitənin aşkar edilməsi barədə tərtib edilən sənədləri imzalamışdır. Eləcə də, o, ifadəsində Sadət adlı qadınla görüşərkən yanlarında başqa kənar şəxslər olmadığını,əvvəllərdəSadət adlı şəxsdənbir neçə dəfənarkotik vasitələr aldığını, hər hansı bir şəxsə narkotik vasitə satmadığını göstərmişdir. (İİ cild, iş vərəqi: 231-232, 246-248) Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 Çingiz oğlu ittiham olunduğu əməl üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 10 iyun 2021-ci il tarixdə, saat 22-23 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsində qəbristanlığın yaxınlığında piyada gedərkən mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını, üzərində narkotik vasitə olmasından şübhələndiklərinə görə onlarla birlikdə Sumqayıt ŞPİ-nin 1-ci polis bölməsinə getməli olduğunu bildirmiş və onu polis bölməsinə aparmışlar. Bölmədə xidməti otaqlardan birində şəxsi axtarış keçirilmiş, üzərindən yarım qram narkotik vasitə olan heroin aşkar edilmişdir. O, həmin narkotik vasitə olan heroini Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən “Room Store” mebel salonunun yaxınlığında Təqsirləndirilən şəxs2 25 manata almışdır. O, 02 ildir ki, narkotik vasitədən istifadə etmiş, təqsirləndirilən şəxslərdən Qəmər və Sədatı tanımış, Qəmərdən 4-5 dəfə narkotik vasitə almışdır. Narkotik vasitəni “Room Store” mebel salonunun qabağında Qəmər şəxsən özü vermiş, istifadəsində ***-***-**-** saylı mobil nömrə olmuş və narkotik vasitə amaq üçün Qəmərlə aralarında telefon danışığı olmuşdur. Qəmərdən şəxsi istifadəsi üçün aldığı 01 qram narkotik vasitənin yarısını istifadə etmişdir. 6, 11 və 15 yaşlarında üç uşağı var, törətdiyi əməldən peşmandır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin baş əməliyyat müvəkkili Şahid5 ifadəsində göstərdi ki, 08 iyun 2021-ci il tarixdə Sumqayıt şəhəri, 76-cı məhəllə fərdi evdə yaşayan Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş həmin əməliyyat məlumatının yoxlanılması və sonuncunun cinayət əməllərinin ifşa olunması məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra isə əməliyyat qrupunun üzvləri ilə birlikdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 olduğu yer müəyyən edilərək sonuncunun yaşadığı evin yaxınlığı və ətraf ərazilər müşahidəyə götürülmüşdür. 08 iyun 2021-ci il tarixdə təxminən saat 20 radələrində Təqsirləndirilən şəxs2 Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən “RoomStore” mebel evinin qarşısı ilə piyada hərəkət etməsini gördükdə həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib qanunsuz olaraq narkotik vasitəəldə edib üzərində saxlamaqda, istifadə etməkdə və narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirib, araşdırma aparılması məqsədi ilə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs2 da o və digər polis əməkdaşlarına etiraz etməyərək onlarla birlikdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gəlmişdir. Video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üstündən heç bir qanunsuz əşya və ya predmet aşkar edilməsə də əlindəki özünə məxsus tünd boz rəngli əl çantasından 15 ədəd sellofan bükümdə narkotik vasitə heroin, 1 ədəd sellofan bükümdə, 5 ədəd siqaretin gümüşü kağızı bükümündə psixotrop maddə metamfetamin aşkar edərək götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş kütlələrin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin bükümləri olduğunu, həmin bükümləri qızı Sədatın həmin şəxsə satmaqdan və birgə qazanc əldə etməkdən ötrü verdiyini qeyd etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş kütlələr elektron tərəzidə çəkilmişdir. Eləcə də, o, ifadəsində daxil olan etibarli və qərəzsiz əməliyyat məlumatlarına əsasən Təqsirləndirilən şəxs2 qızı Təqsirləndirilən şəxs1 qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddəəldə etdikdən sonra həmin narkotik vasitə və psixotrop maddənin satışını təşkil etməklə bağlı anası Təqsirləndirilən şəxs2 ilə razılaşdığını, bu məqsəd ilə həmin narkotik vasitə və psixotrop maddənin bir hissəsini sonununcuya verdiyini, aralarındakı razılaşmaya əsasən Qəmər Təqsirləndirilən şəxs1ovadan aldığı narkotik vasitəni satdıqdan sonra əldə etdiyi pulu aralarında bölməklə qazanc əldə edəcəklərini və Təqsirləndirilən şəxs2 qızı Təqsirləndirilən şəxs1 alaraq əldə etdiyi narkotik vasitə heroindən bir bükümünü Təqsirləndirilən şəxs3 satdığını göstərmişdir. Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1, Şahid3, Şahid4, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin baş əməliyyat müvəkkili Şahid5 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etmişlər. Şahid polis əməkdaşı Şahid2 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, sonuncu məhkəmədə ifadələri alınmış polis əməkdaşları Hüseynov X3 Azər Şaban oğlu, Şahid3, Şahid4 ilə oxşar məzmunlu ifadə verərək onların göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nın əməliyyat müvəkkili Şahid7 ifadəsində göstərdi ki, 08 iyun 2021-ci il tarixdə Sumqayıt Sumqayıt ŞPİnin 1-ci PB-i əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs2 Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən “Room Store” mebel evinin yanında saxlanılaraq Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilərkən sonuncunun əl çantasının yan cibində olan parça pul kisəsinin içərisindən 15 (on beş) ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə olan “heroinə” oxşar kütlələr, 1 (bir) ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə olan metamfetaminə bənzər kütlələr və 5 (beş) ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş narkotik vasitə olan metamfetaminə bənzər kütlələrin götürülərək qablaşdırıldığı bildirilmişdir. Təqsirləndirilən şəxs2 izahatında üzərindən aşkar edilərək götürülmüş kütələlərin narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin olduğunu, həmin kütlələri qızı Təqsirləndirilən şəxs1 satmaq məqsədi ilə alaraq əldə etdiyini bildirmişdir. Keçirilmiş ilkin əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsin Təqsirləndirilən şəxs1 olduğu müəyyən edilmişdir. Həmçinin keçirilmiş ilkin əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 yaşadığı ünvanda qanunsuz olaraq əldə etdiyi külli miqdarda narkotik vasitəni saxlaması ilə bağlı məlumatlar əldə edilmişdir. Məlumatın yoxlanılması məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi zərurəti yarandığından xx.xx.2021-ci il tarixdə saat 22 radələrində Təqsirləndirilən şəxs1 yaşadığı Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 33c ünvanın yaxınlığına gedib ətrafı əməliyyat müşahidəsinə götürmüşlər. Müşahidə zamanı saat 23 radələrində bir nəfərin əlində sellofan torba ilə Təqsirləndirilən şəxs1 yaşadığı Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 33c ünvanını tərkib edib şübhəli davranışlar edərək qaçmağa çalışdığını müəyyən edib həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Sorğu zamanı həmin şəxsin Təqsirləndirilən şəxs1 qızı, yəni Feyzizadə Nazənin Eyvaz qızı olduğu müəyyən edilmişdir. Nazənin Feyzizadədən əlindəki sellofan torbada nə olduğu barədə soruşulduqda həmin sellofan torbanın anası Təqsirləndirilən şəxs1 tərəfindən həmin şəxsə verildiyini, içərisində anasına məxsus əşyaların olduğunu bildirərək sellofan torbanı açıb içərisindəkiləri göstərərkən həmin sellofan torbanın içərisində narkotik vasitə və psixotrop maddələrə bənzər kütlələr olması müəyyən edilmişdir. Bundan sonra Nazənin Feyzizadə Sumqayıt ŞPİ-yə aparılmışdır. O və digər polis əməkdaşları isə müşahidəni davam etdirmək üçün həmin ərazidə qalmışlar. Təqsirləndirilən şəxs1 narkotik vasitələrin satışı ilə məşğul olması və qanunsuz olaraq əldə etdiyi külli miqdarda narkotik vasitəni yaşadığı evdə saxlaması barədə raportda göstərilən xüsusatların yoxlanılması məqsədi ilə əməliyyat-axtarış tədbirləri davam etdirilərək 09 iyun 2021-ci il tarixdə saat 02 radələrində vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 1 ünvanında gedilmişdir. Mənzilin qapısını açan Təqsirləndirilən şəxs1 narkotik vasitələrin satışında şübhəli olduğunu bildirib hüquq və vəzifələri izah edilmiş və sonuncu vəkillə təmin olunmuşdur. Təqsirləndirilən şəxs1 evinə baxış keçirilməsi ilə bağlı icazə ərizəsi verdikdən sonra onlar sonuncunun yaşadığı mənzilə daxil olub videoçəkilişlə evinə baxış keçirməyə başlamışlar. Baxış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs1 yaşadığı ünvanda hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təhqiqatçı Zaur Cəfərov tərəfindən təklif edilmişdir. Təqsirləndirilən şəxs1 da yaşadığı ünvanın mətbəxində, dolabda saxladığı qara rəngli əl çantasının içərisindən 1 ədəd sellofan bükümü çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi bükümə baxış keçirilən zaman içərisində narkotik vasitə olan heroinə oxşar maddə olduğu müəyyən edilmişdir. Həmin maddə tərəziyə qoyulub çəkilən zaman təxmini çəkisinin 1,87 qram olması müəyyən edilmiş və aşkar olunmuş həmin maddə götürülərək qablaşdırılmışdır. Təqsirləndirilən şəxs1 məxsus həmin əl çantasının içərisindən Samsung və Mİ markalı mobil telefonlar aşkar edilərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs1 Sumqayıt ŞPİ-nin inzibati binasına gətirilərək üzərində vəkilinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilərək ona üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs1 da üzərində qanunla qadağan olunmuş hər hansıəşya və yaxud maddi sübutun olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılan zaman hər hansı bir əşya və yaxud maddi sübüt aşkar edilməmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 əlində saxladığı qarışıq rəngli sellofan torbanı təqdim etmiş, həmin sellofan torba açıldıqda içərisində elektron tərəzi olduğu müəyyən edilmiş və həmin tərəzi götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs1 həmin elektron tərəzi ilə şirniyyat bişirən zaman xəmirlərin çəkilərini ölçmək üçün istifadə etdiyini bildirmişdir. Həmin elektron tərəzi də qablaşdırılaraq götürülmüşdür. Eləcə də, o, ifadəsində Təqsirləndirilən şəxs1 ətrafında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2021-ci ilin may ayının əvvəllərində İran İslam Respublikasının vətəndaşı Məhəmməd Abbasi adlı şəxsdən qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq müxtəlif çeşiddə külli miqdarda narkotik vasitəvə psixotrop maddə əldə edilməsinin müəyyən edildiyini, həmin narkotik vasitə və psixotrop maddənin satışını həyata keçirməkdən ötrü bir hissəsini anası Təqsirləndirilən şəxs2 ilə razılaşaraq 07 iyun 2021-ci il tarixdə, saat 20 radələrində həmin şəxsin yaşadığı Sumqayıt şəhəri, 76-cı məhəllə üzrə 5 saylı məhəllədə yerləşən fərdi yaşayış evində verdiyini, əldə etdiyi narkotik vasitələr və psixotrop maddədən 2021-ci ilin may ayının ortalarında 01 bükümdə olan psixotrop maddə metamfetamini, 10 ədəd narkotik vasitə metadon həblərini və 01 bükümdə narkotik vasitə heroini Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində tanışı Təqsirləndirilən şəxs5 150 manata, əldə etdiyi həmin narkotik vasitələrdən 08 iyun 2021-ci il tarixdə, saat 17 radələrində 01 bükümdə narkotik vasitə heroini Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində tanışı Təqsirləndirilən şəxs4 300 manata satdığını, Təqsirləndirilən şəxs2 isə 08 iyun 2021-ci il tarixdə, saat 19:30 radələrində evində saxlamış olduğu narkotik vasitədən 01 bükümdə narkotik vasitə heroini Sumqayıt şəhəri, 76-cı məhəllə, Sülh küçəsi ərazisində yerləşən “Room Store” mebel evinin yaxınlığında tanışı Təqsirləndirilən şəxs3 25 manata satdığını göstərmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nın əməliyyat müvəkkilləri Şahid6 və Şahid9 məhkəmədə ifadəsi alınmış Sumqayıt ŞPİ-nin CAŞ-nın əməliyyat müvəkkili Şahid7 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları özlərinə aid hissədə təsdiq etmişlər. Şahid polis əməkdaşları Şahid8 və Şahid10 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, məhkəmədə ifadəsi alınmış Şahid7 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid13 ifadəsində göstərdi ki, 08 iyun 2021-ci il tarixdə ünvan 9 ünvanında yaşayan Təqsirləndirilən şəxs4 narkotik vasitələrin qəbulu, satışı və üzərində gəzdirməsi barədə etibarlı və qərəzsiz mənbədən əməliyyat məlumatları daxil olmuşdur. Daxil olmuş həmin əməliyyat məlumatının yoxlanılması və sonuncunun cinayət əməllərinin ifşa olunması məqsədi ilə məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra isə əməliyyat qrupunun üzvləri ilə birlikdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs4 olduğu yer müəyyən edilərək Sumqayıt şəhəri, Corat qəsəbəsi, Həsənağa Salayev küçəsi və ətraf ərazilər müşahidəyə götürülmüşdür. 08 iyun 2021-ci il tarixdə təxminən saat 21 radələrində Təqsirləndirilən şəxs4 Sumqayıt şəhəri, Corat qəsəbəsi, Həsənağa Salayev küçəsi ilə piyada hərəkət etməsini gördükdə yaxınlaşaraq o və digər polis əməkdaşları özlərini təqdim edib qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlamaqda, istifadə etməkdə və narkotik vasitələrin satışı ilə məşğul olmaqda həmin şəxsə şübhəli olduğunu bildirmişlər və üzərində bu kimi predmetlərin olubolmadığını soruşmuşlar. Təqsirləndirilən şəxs4 isə üzərində narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs4 Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirilmişdir. Videoçəkiliş aparılmaqla üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet vardırsa təqdim etməsi təklif edilmiş və Təqsirləndirilən şəxs4 sağ əli ilə əynindəki tünd boz rəngli cins şalvarının sağ yan cibindən ağ rəngli sellofana bükülmüş 1 ədəd bükümü təqdim edərək həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs4 təqdim etdiyi bükümün içərisinə baxarkən içərisində açıq qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə olan heroinə bənzər maddə olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs4 üzərindən aşkar olunmuş kütlənin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri, 6cı mikrorayon ərazisində əvvəllər tanıdığı Sədat adlı qadından özü istifadə etmək məqsədi ilə pulunu sonra ödəmək şərti ilə 300 manat nisyə aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs4 üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinə bənzər kütlə tərəziyə qoyulub çəkilən zaman həmin maddənin sellofan ilə birlikdə çəkisinin 30,33 qram olduğu müəyyən edilmiş və aşkar olunmuş həmin maddə qablaşdırılaraq möhürlənib götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid11 məhkəmədə ifadəsi alınmış Şahid13 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etmişdir. Şahid polis əməkdaşı Şahid12 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, sonuncu məhkəmədə ifadələri alınmış polis əməkdaşları Şahid13 və Şahid11 ilə oxşar məzmunlu ifadə verərək onların göstərdiyi xüsusatları təsdiq etmişdir. (İİİ cild, iş vərəqi: 17-19) Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid14 ifadəsində göstərdi ki, o, Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs5 əvvəllər tanımamış, həmin şəxslə ədavət və ya düşmənçiliyi olmamışdır. 12 iyun 2021-ci il tarixdə Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində Ramil adlı şəxsin qanunsuz olaraq külli miqdarda müxtəlif növ narkotik vasitələri üzərində gəzdirməsi, istifadəsi, saxlaması və satması barədə əməliyyat məlumatları daxil olmuşdur. Daxil olmuş həmin əməliyyat məlumatının yoxlanılması məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra isə əməliyyat qrupunun üzvləri ilə birlikdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs5 olduğu yer müəyyən edilərək təxminən saat 21 radələrində Təqsirləndirilən şəxs5 ünvan 10 ünvanının qarşısı ilə piyada hərəkət etməsini gördükdə yaxınlaşaraq o və digər polis əməkdaşları özlərini təqdim edib qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlamaqda, istifadə etməkdə və narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirmişlər və üzərində bu kimi predmetlərin olubolmadığını soruşmuşlar. Təqsirləndirilən şəxs5 isə əlində olan qara rəngli əl çantasının içərisində narkotik vasitə olduğunu qeyd etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs5 araşdırma aparılması məqsədi ilə Sumqayıt ŞPİ-yə dəvət etmişlər. Videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs5 üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet vardırsa təqdim etməsi təklif edilmiş və bu təklifdən sonra Təqsirləndirilən şəxs5 özü sol əlində saxlamış olduğu qara rəngli dəri əl çantasını təqdim etmişdir. Həmin çanta təhqiqatçı tərəfindən açıldıqda çantanın içərisində 2 ədəd şəffaf rəngli sellofan bükümlərin, 1 ədəd qəhvəyi rəngli, üzərində “Methadone-40” yazıları olan plastik dərman qutusunun və 1 ədəd markası olmayan gümüşü rəngli elektron tərəzinin olduğu müəyyən edilmişdir. Aşkar olunmuş şəffaf rəngli sellofan bükümlər açılan zaman bükümlərin birinin içərisində narkotik vasitə olan heroinə bənzər maddənin, digər bükümdə ağ rəngli kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər maddələrin olduğu müəyyən edilmişdir. 1 ədəd qəhvəyi rəngli üzərində “Methadone-40” yazıları olan plastik dərman qutusunun içərisində 10 ədəd üzərində M-40 yazıları olan qəhvəyi rəngli həblərin olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs5 aşkar olunan qəhvəyi rəngli maddənin “kakos”, ağ rəngli, kristal şəkilli maddənin “şüşə”, qəhvəyi rəngli həblərin “m-40” olduğunu, aşkar olunmuş maddələri saxlanılmamışdan bir ay öncə tanışı olan Sumqayıt şəhər sakini Sədat adlı qadından 150 manata özü istifadə etmək üçün aldığını bildirmişdir. Üzərindən aşkar olunmuş tərəzini isə almış olduğu narkotik vasitələri ölçmək üçün üzərində saxladığını qeyd etmişdir. Bundan sonra aşkar olunmuş həmin maddələr və elektron tərəzi qablaşdırılaraq möhürlənib götürülmüşdür. Eləcə də, o, Təqsirləndirilən şəxs5 qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələr satın aldığı Sədat adlı qadının kimliyinin müəyyən edilməsi ilə bağlı tərəflərindən keçirilmiş əməliyyat tədbirləri zamanı Sədatın ünvan 1 ünvanında yaşamış Təqsirləndirilən şəxs1 olmasının müəyyən edildiyini göstərmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid15 və Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid16 məhkəmədə ifadəsi alınmış Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid14 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin polis serjantı Şahid17 ifadəsində göstərdi ki, 10 iyun 2021-ci il tarixdə ünvan 11 ünvanında yaşayan Təqsirləndirilən şəxs3 narkotik vasitələrin qəbulu, satışı və üzərində gəzdirməsi barədə etibarlı və qərəzsiz mənbədən əməliyyat məlumatları daxil olmuşdur. Daxil olmuş həmin əməliyyat məlumatının yoxlanılması və onun cinayət əməllərinin ifşa olunması məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra isə əməliyyat qrupunun üzvləri ilə birlikdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs3 olduğu yer müəyyən edilərək Sumqayıt şəhəri, Corat qəsəbəsi, N.Nərimanov küçəsi və ətraf ərazilər müşahidəyə götürülmüşdür. 10 iyun 2021-ci il tarixdə təxminən saat 22 radələrində Təqsirləndirilən şəxs3 Sumqayıt şəhəri, Corat qəsəbəsi, N.Nərimanov küçəsi ilə piyada hərəkət etdiyini gördükdə yaxınlaşaraq o və digər polis əməkdaşları özlərini təqdim edib qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlamaqda, istifadə etməkdə və narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirmişlər və üzərində bu kimi predmetlərin olub-olmadığını soruşmuşlar. Təqsirləndirilən şəxs3 isə üzərində narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs3 araşdırma aparılması məqsədi ilə Sumqayıt ŞPİnin 1-ci PB-nə gətirilmişdir. Videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilməsinə başlanılmış və Təqsirləndirilən şəxs3 əynində olan qara rəngli cins şalvarın arxa sol cibində saxlamış olduğu 1 ədəd şəfaff sellofan bükümü təqdim etmişdir. Həmin şəffaf sellofan bükümün içərisinə baxarkən içərisində spesifik iyə malik, tünd qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə olan heroinə bənzər maddə olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs3 üzərindən aşkar olunmuş kütlənin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni tutulmamışdan 2-3 gün öncə əvvəllər tanıdığı Qəmər adlı qadından özü istifadə etmək məqsədi ilə 25 manata aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs3 üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinə bənzər kütlə tərəziyə qoyulub çəkilən zaman həmin maddənin sellofan ilə birlikdə çəkisinin 0,73 qram olduğu müəyyən edilmiş və aşkar olunmuş həmin maddə qablaşdırılaraq möhürlənib götürülmüşdür. Eləcə də, o, ifadəsində Təqsirləndirilən şəxs3 narkotik vasitə və psixotrop maddə satması barədə əməliyyat məlumatları daxil olmadığını, Təqsirləndirilən şəxs3 qanunsuz olaraq narkotik vasitə satın aldığı Qəmər adlı qadının kimliyinin müəyyən edilməsi ilə bağlı tərəflərindən keçirilmiş əməliyyat tədbirləri zamanı Qəmərin Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yaşayan Təqsirləndirilən şəxs2 olması müəyyən edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid18 məhkəmədə ifadəsi alınmış Şahid17 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Feyzizadə Nazənin Eyvaz qızı istintaqa verdiyi ifadəsini təsdiq etdiyini və ifadə vermək istəmədiyini bildirmişdir. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış şahid Feyzizadə Nazənin Eyvaz qızı ibtdai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında anası Təqsirləndirilən şəxs1 ilə birlikdə yaşadığını, heç yerdə işləmədiyini, narkotik vasitə və psixotrop madddələrin qəbulu ilə də məşğul olmadığını qeyd etmişdir. 08 iyun 2021-ci il tarixdə, təxminən 23:05 radələrində nənəsi Qəmərin qonşularından anası Sədatı tanıyanlardan kimsə sonuncunun mobil telefonuna zəng edərək nənəsi Qəməri polis əməkdaşlarının tutduqlarını bildirib Təqsirləndirilən şəxs1 nə baş verdiyini soruşmuş, anası da heç nə baş vermədiyini bildirmişdir. Anası Sədat dərhal mətbəxə gedib mətbəxdə divanın altından sellofan torba götürüb ona verərək polislərin nənəsi Qəməri saxladığını, indi bura gələcəklərini, həmin torbanı götür evdən çıxmasını, nə vaxt zəng edib çağırarsa onda geri gəlməli olduğunu demişdir. O, anasından torbada nə olduğunu soruşduqda anası Sədat ona torbanın içərisindəkilərin pullar və qızıllar olduğunu demişdir. Onun anası və nənəsinin narkotik vasitə satışı ilə məşğul olmasından məlumatlı olmuş, lakin heç vaxt işlərinə qarışmamışdır. Buna səbəb bir neçə dəfə anasına bunu irad kimi dediyi zaman anasının aqressiv cavab verərək ona öz işi ilə məşğul olmasını və işlərinə qarışmamasını bildirməsi olmuşdur. O, həmin torbanı və anası Sədatın ona verdiyi öz digər Samsung markalı mobil telefonunu da götürmüşdür. O. özünə məxsus qəhvəyi rəngli çantanı da götürüb anasının və özünün mobil telefonunu çantaya qoyaraq çantanı da sellofan torbaya qoymuşdur. O, tələsdiyindən anasının verdiyi torbanın içərisinə diqqətlə baxmadığını, sadəcə torbanın ağzını açıb qeyd etdiyi əşyaları torbaya atdığını bildirmişdir. Bundan sonra yaşadıqları mənzildən çıxıb getmişdir. Binadan çölə çıxdıqdan sonra ətrafa baxıb hara gedəcəyini fikirləşmiş, çünki konkret olaraq hara getməli olduğunu bilməmişdir. Buna görə də binadan çıxdıqdan sonra sol tərəfdə heç kimin olmadığını görüb həmin tərəfə getmişdir. Həmin vaxt polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək ondan kim olduğunu, hara getdiyini və əlindəki torbada nə olduğunu soruşmuşlar. O, da özünü təqdim edib Sədatın qızı olduğunu, əlindəki torbanın anası tərəfindən evdən çıxarılması üçün ona verildiyini, içərisində anasına məxsus əşyalar olduğunu bildirmişdir. O, bunları dedikdən sonra, özündən asılı olmadan əlindəki torbanı açıb polis əməkdaşlarına göstərmişdir. Belə ki, anası ona həmin torbanın içərisində pul və qızıl zinət əşyaları olduğunu demişdir. O, anasının ona narkotik vasitə verməsini zənn etməmiş, çünki, anası heç vaxt satdığı narkotik vasitəni göstərməmişdir. Buna görə də torbanın içərisində qanunsuz əşya olmadığını izah etmək üçün torbanı açıb polislərə göstərmişdir. Lakin, torbanı açanda içərisində ağ və qəhvəyi rəngli maddələr olduğunu görmüşdür. Polislər də həmin maddələri görmüş və həmin maddələrin narkotik vasitələrə oxşadığını bildirmişlər. O, torbanı polis əməkdaşlarına göstərənə kimi həmin torbanın içərisində narkotik vasitə olduğundan məlumatsız olduğunu, mumiyyətlə narkotik vasitələrin əlamətləri barədə məlumatı olmadığını qeyd etmişdir. Bundan sonra polislər onu Polis İdarəsinə dəvət etmişlər, o, da polis əməkdaşlarına etiraz etməyib birlikdə Polis İdarəsinə gəlmişdir. Orada otaqların birində üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman o, buna etiraz etməmiş, hüquq və vəzifələr barədə bildiriş, hüquqlarımın müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 təqdim olunmuşdur. Daha sonra isə vidoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilən zaman özü hər iki əli ilə saxladığı qırmızı-göy rəngli sellofan torbanı təqdim etmişdir. Polis əməkdaşı tərəfindən həmin sellofan torba açılmış, sellofan torbanın içərisində 1 ədəd gümüşü rəngli, 1 ədəd qəhvəyi rəngli qadın çantasının, 2 ədəd şəffaf rəngli sellofan paketlərin olduğu müəyyən edilmişdir. Aşkar olunmuş sellofan paketlər açılan zaman birinin içərisində 4 ədəd şəffaf rəngli sellofan bükümlərin, digərisinin içərisində isə 1 ədəd şəffaf rəngli sellofan bükümun olduğu müəyyən olunmuşdur. Aşkar edilmiş 4 ədəd şəffaf rəngli sellofan bükümdə ağ rəngli kristal şəkilli maddələrin, digər şəffaf rəngli sellofan bükümdə isə qəhvəyi rəngli spesifik iyə malik toz halında maddənin olduğu müəyyən edilmişdir. Daha sonra aşkar edilmiş boz rəngli qadın çantası açılmış, həmin çantanın içərisində 1 ədəd açıq yaşıl rəngli pul qabının, qəhvəyi rəngli plastik dərman qablarının, 1 ədəd qara rəngli sellofan bükümün, 1 ədəd şəffaf rəngli sellofan bükümün, 1 ədəd qara rəngli üzərində “Aosai” yazıları olan elektron tərəzinin olduğu müəyyən olunmuşdur. Aşkar edilmiş qara rəngli sellofan büküm açılarkən bükümdə spesifik iyə malik yaşıl rəngli qurudulmuş bitki kütləsinin, digər şəffaf rəngli sellofan bükümdə qara rəngli, spesifik iyə malik yaş halda maddənin olduğu müəyyən edilmişdir. Daha sonra aşkar olunmuş açıq yaşıl pul qabı açılmış, həmin pul qabının içərisində şəffaf rəngli sellofan bükümlərin olduğu müəyyən edilmişdir. Həmin sellofan bükümlərin bəzilərində ağ rəngli kristal şəkilli, bəzilərində isə qəhvəyi rəngli spesifik iyə malik toz halında maddənin olduğu görülmüş, ağ və qəhvəyi rəngli maddələrin olduğu bükümlər biri-birindən ayrılmışdır. Daha sonra şəffaf rəngli sellofan bükümdə olan qəhvəyi rəngli spesifik iyə malik toz halında olan maddələr tərəziyə qoyularaq çəkilən zaman hər bir bükümdəki maddələrin çəkisinin şəffaf rəngli sellofan ilə birlikdə 0,79 qram, 0,81 qram, 1,89 qram, 1,97 qram, 0,89 qram, 0,77 qram, 0,85 qram, 0,89 qram, 0,91 qram, 0,87 qram, 0,88 qram, 1,87 qram, 0,80 qram, 0,44 qram, 0,86 qram, 0,43 qram, 0,89 qram, 0,82 qram, 0,90 qram, 1,91 qram, 0,44 qram, 0,85 qram, 0,87 qram, 0,45 qram, 0,89 qram, 0,80 qram, 0,91 qram, 0,81 qram, 2,04 qram, 1,91 qram, 0,93 qram, 0,87 qram, 0,44 qram, 0,90 qram, 0,82 qram, 0,42 qram, 0,83 qram, 0,86 qram, 0,83 qram, 0,94 qram, 0,88 qram, 0,88 qram, 1,88 qram, 0,89 qram, 0,44 qram, 0,86 qram, 0,43 qram, 1,91 qram, 0,88 qram, 0,82 qram, 0,81 qram, 0,43 qram, 0,90,qram 0,42 qram, 0,41 qram, 0,96 qram olduğu, həmin bükümlərin ümumi sayının 56 ədəd olduğu və həmin bükümlər birlikdə tərəziyə qoyulub çəkilən zaman ümumi çəkisinin 55,0 qram olduğu müəyyən olunmuşdur. Daha sonra açıq yaşıl rəngli pul qabının içərisindən aşkar edilmiş içərisində ağ rəngli kristal şəkilli maddələr olan şəffaf rəngli sellofan bükümlər tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin şəffaf rəngli sellofanla birlikdə çəkisinin 0,44 qram, 0,50 qram, 0,93 qram, 0,53 qram, 0,50 qram, 1,02 qram, 0,47 qram, 0,95 qram, 0,47 qram, 1,44 qram, 1,04 qram, 0,44 qram, 1,02 qram, 0,46 qram, 0,48 qram, 0,44 qram, 0,50 qram, 0,47 qram, 0,93 qram, 0,48 qram, 0,49 qram, 0,47 qram, 0,54 qram, 0,48 qram, 0,46 qram, 0,45 qram, 0,46 qram, 1,01 qram, 0,41 qram, 0,45 qram olduğu, həmin bükümlərin ümumi sayının 30 ədəd olduğu və həmin bükümlər birlikdə tərəziyə qoyulub çəkilən zaman ümumi çəkisinin 19,0 qram olduğu müəyyən olunmuşdur. Daha sonra əlində saxlamış olduğu göy-qırmızı rəngli sellofan torbanın içərisindən aşkar edilmiş, şəffaf rəngli sellofana bükülmüş ağ rəngli kristal şəkilli maddələr tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin çəkisinin şəffaf rəngli sellofan ilə birlikdə 20,0 qram, 96,0 qram, 100,0 qram, 489,0 qram, şəffaf rəngli sellofana bükülmüş qəhvəyi rəngli spesifik iyə malik toz halında maddə tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin çəkisinin şəffaf rəngli sellofan ilə birlikdə 781,0 qram olduğu müəyyən edilmişdir. Daha sonra gümüşü rəngli əl çantasının içərisindən aşkar edilmiş qara rəngli sellofana bükülmüş yaşıl rəngli spesifik iyə malik qurudulmuş bitki kütləsi tərəziyə qoyulub çəkilən zaman həmin bitki kütləsinin çəkisinin 65,0 qram, şəffaf rəngli sellofana bükülmüş qara rəngli yaş halında olan maddə tərəziyə qoyulub çəkilən zaman həmin maddənin çəkisinin 90,0 qram olduğu müəyyən olunmuşdur. Daha sonra anasına məxsus gümüşü rəngli əl çantasının içərisindən aşkar edilmiş qəhvəyi rəngli plastik dərman qablarının üzərində “Methadone 40” yazılarının olduğu görülmüş, həmin dərman qablarının içərisində olan həblər sayılan zaman ümumilikdə 141 ədəd həbin olduğu müəyyən olunmuşdur. Əlində saxladığı sellofan torbanın içərisində olan qəhvəyi rəngli qadın əl çantasının içərisində 1 ədəd Samsung, 1 ədəd Redmi markalı mobil telefonların, 1 ədəd içərisi boş vəziyyətdə olan şüşə ətir qabının, “Orbit” markalı saqqızların olduğu müəyyən edilmişdir. Samsung markalı mobil telefonun anası Sədata məxsus olduğunu göstərmişdir. Sorğu zamanı o, əlində saxlamış olduğu sellofan torbadan aşkar edilmiş maddələrin narkotik vasitələr və psixotrop maddələr olduğunu, həmin kütlələrin anası X5 məxsus olduğunu, anası Sadət Cəfərovanın narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirmişdir. Əlindəki sellofan torbanın içərisindən aşkar olunmuş həmin maddələr və elektron tərəzi qablaşdırılaraq möhürlənmişdir. O, aşkar edilərək götürülmüş sellofan torbanın içərisində narkotik vasitə və psixotrop maddələr olmasından məlumatı olmadığını, anası Sədatın həmin torbanın içərisində pul və qızıl-zinət əşyaları olduğunu dediyini bildirmişdir. O, həmin torbanın içərisində narkotik vasitə olduğundan torbanı polis əməkdaşlarına göstərən zaman məlumatı olmaduğunu demişdir. Belə ki, o, torbanı açıb göstərən vaxt torbanın içəsirində, pul qabı və çantaların altında şəffaf sellofanlar olduğunu görmüşdür. Həmin sellofanların üstündə pul qabı və çantalar olduğundan diqqətlə baxmadıqda həmin şəffaf sellofanları görmək olmamışdır. Onun əlimdəki sellofan torbanı ona anası Sədat vermişdir. Şəxsi axtarış zamanı təhqiqatçının onun əlindəki torbada narkotik vasitə olmasında məlumatlı olub-olmadığına dair sualını tam aydın başa düşə bilmədiyindən başı ilə işarə edərək cavab vermişdir. O, bir daha bu barədə məlumatı olmadığını. Anası Sədatın ona həmin torbanın içərisində pul və qızıl-zinət əşyaları olduğunu dediyini, həmin torbanın içərisində narkotik vasitə olduğundan torbanı polis əməkdaşlarına göstərən zaman məlumatlı olduğunu bildirmişdir. Belə ki, o, torbanı açıb göstərən vaxt torbanın içəsirində, pul qabı və çantaların altında şəffaf sellofanlar olduğunu görmüşdür. Həmin sellofanların üstündə pul qabı və çantalar olduğundan diqqətlə baxmadıqda həmin şəffaf sellofanları görmək olmamışdır. O, narkotik vasitələrin qəbulu və satışı ilə məşğul olamdığını demişdir. Eləcə də, o, ifadəsində onun 1 ədəd mobil telefonu olduğunu, mobil telefonunda 1 ədəd mobil nömrə olduğunu, başqa nömrəsi olamdığını, həmin mobil nömrənin də ***-***-**-** saylı mobil telefon nömrəsi olduğunu göstərmişdir. (Vİ cild, iş vərəqi: 152-156) Məhkəmədə şahid qismində dindirilmiş X20 ifadəsində göstərmişdir ki, taksi sürücüsü işləyir. Orxanı uşaqlıqdan tanımış, lakin onun narkotik vasitələrin istifadəçisi olduğunu bilməmişdir. İyun ayının 8-9-u Corat qəsəbəsində köhnə kitabxanadan bazara sifariş verilmiş, sifarişi verən Orxan olmuşdur. Orxangil maşına oturmuş, 100-200 metr gedəndən sonra polis əməkdaşları mülki maşınla onlar saxlamışlar. Polis əməkdaşları Orxan və yanında olan Ağa adllı şəxsi maşından düşürmüş və ondan isə hara getdiyini soruşmuşlar, o isə telefondakı sifarişi polislərə göstərmişdir. Onun üzərinə baxış keçirilməmiş, Orxanın cibinə baxıb, maşına mindirmişlər. Orxan maşına nəsə atıbatmamasını müəyyən etmək üçün onun maşınının oturacaqlarının altına baxmışlar. Polis əməkdaşları Orxangili aparmış, ona isə getməyini bildirmişlər. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış şahid X20 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ünvan 12 ünvanında ailəsi ilə birlikdə yaşayır. O, rəsmi iş yerinin olmadığını, taksi fəaliyyəti ilə məşğul olduğunu qeyd etmişdir. O, Təqsirləndirilən şəxs4 uzun müddət tanıdığını, həmin şəxsin onun qonşusu olduğunu və heç bir ədavət və düşmənçiliyi olmadığını bildirmişdir. O, Təqsirləndirilən şəxs4 narkotik vasitələrin qəbulu ilə məşğul olması barədə məlumatının olduğunu, lakin həmin şəxsin narkotik vasitələrin satışı ilə məşğul olub-olmaması barədə məlumatının olmadığını demişdir. 08 iyun 2021-ci il tarixdə, təxminən saat 21:20 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, Həsənağa Salayev küçəsində qonşusu Təqsirləndirilən şəxs4la birlikdə olarkən üç nəfər mülki geyimdə olan şəxslər onları saxlayıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər, sonra Təqsirləndirilən şəxs4 narkotik vasitələrin qəbulu və satışı ilə məşğul olmaqda şübhəli olduğunu, üzərində narkotik vasitələr olması ehtimal edildiyini bildirərək polis əməkdaşları ilə birlikdə Sumqayıt ŞPİ-nin 1-ci polis bölməsinə aparılacağını bilmişlər. Orxan da onlarla birlikdə getmişdir. O, Təqsirləndirilən şəxs4la birlikdə olarkən həmin şəxsin üzərində narkotik vasitələr olmasından məlumatı olmamış, sonradan ona Təqsirləndirilən şəxs4 Sumqayıt ŞPİ-nin 1-ci polis bölməsinə aparlılaraq orada üzərində şəxsi axtarış aparılması və üzərindən bir bükümdə, külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülməsi məlum olmuşdur. Eləcə də, o, ifadəsində Təqsirləndirilən şəxs4la birlikdə olarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir fiziki təsir göstərilmədiyini, polis əməkdaşları tərəfindən döyülmədiyini, Təqsirləndirilən şəxs4 narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumatının olmadığını, Təqsirləndirilən şəxs4 polis əməkdaşları tərəfindən saxlanılıb 1-ci polis bölməsinə aparılması, onun döyülməsi, üzərindən 5 qram qurudulmuş marixuana aşkar edilməsi, həmin marixuananı polis əməkdaşına təqdim etməsi, polis əməkdaşlarının həmin şəxsin cibinə külli miqdarda narkotik vasitə heroin qoyması və həmin narkotik vasitə heroinin həmin şəxsə məxsus olmaması barədə ifadəsinə cavab olaraq Təqsirləndirilən şəxs4 Sumqayıt şəhəri, Corat qəsəbəsi, Həsənağa Salayev küçəsində onunla birlikdə olarkən polis əməkdaşları saxlayıb polis bölməsinə aparıldığını, onun yanında Orxana qarşı heç bir qanunsuz hərəkətlər baş vermədiyini, polis əməkdaşları tərəfindən polis bölməsinə aparıldıqdan sonra orada nə baş verməsi barədə məlumatının olmadığını göstərmişdir.( İ cild, iş vərəqi: 50-57) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 iyun 2021-ci il tarixli “Əməliyyat tədbirlərinin keçirilməsi barədə” qərardan görünür ki, xx.xx.1948-ci ildə Füzuli rayonu Cuvarlı kəndində doğulmuş, Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 1775F-də qeydiyyatda olan və Sumqayıt şəhəri, 76-cı məhəllədə yerləşən fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. (İ cild, iş vərəqə 05) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 iyun 2021-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, xx.xx.1967-ci ildə Füzuli rayonu Xələfşə kəndində doğulmuş Sumqayıt şəhəri, Nizami küçəsi, 19C, məhəllə 6-da qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 narkotik vasitələrin satışı ilə məşğul olması və qanunsuz olaraq əldə etdiyi külli miqdarda narkotik vasitəni yaşadığı evdə saxlaması barədə daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə əməliyyat –axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. (İ cild, iş vərəqə 63;113) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 iyun 2021-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, xx.xx.1978-ci ildə ünvan 13 ünvanında qeydiyyatda olan və ünvan 2şayan Təqsirləndirilən şəxs5 qanunsuz olaraq külli miqdarda müxtəlif növ narkotik vasitələri üzərində gəzdirməsi, istifadəsi, saxlaması və satması barədə daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. (İİ cild, iş vərəqə 81) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 iyun 2021-ci il tarixli “Əməliyyat tədbirlərinin keçirilməsi barədə” qərardan görünür ki, xx.xx.1989-cu ildə ünvan 14 ünvanında yaşayan Təqsirləndirilən şəxs4 narkotik vasitələrin qəbulu, üzərində gəzdirməsi, satışı eyni zamanda Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yayması barədə daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. (İİ cild, iş vərəqə 194) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 iyun 2021-ci il tarixli “Əməliyyat tədbirlərinin keçirilməsi barədə” qərardan görünür ki, xx.xx.1989-cu ildə Sumqayıt şəhərində doğulmuş, ünvan 15 ünvanda yaşayan Təqsirləndirilən şəxs3 narkotik vasitələrin qəbulu, üzərində saxlaması, satışı barədə daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. (İİİ cild, iş vərəqə 71) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş “Şəxsi axtarış və götürmə barədə” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılarkən o, əlində saxlamış olduğu qarışıq rəngli sellofan torbanı təqdim edir. Həmin sellofan torbanın içərisində üzərində narkotik vasitə heroin izləri olan 01 ədəd “Leaone” markalı elektron tərəzi aşkar edilərək götürülmüşdür. (Cild İ, iş vərəqləri 135) Şəxsi axtarış və götürmə barədə xx.xx.2021-ci il tarixli protokolda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş ““Baxış keçirilməsi və götürülmə” barədə 09 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı ünvanın mətbəxində, dolabda saxladığı qara rəngli əl çantasının içərisindən 1 ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi bükümə baxış keçirilən zaman içərisində narkotik vasitə olan heroinə oxşar maddə olduğu müəyyən edilmişdir. Həmin maddə tərəziyə qoyulub çəkilən zaman təxmini çəkisinin 1,87 qram olması müəyyən edilmiş və aşkar olunmuş həmin maddə götürülərək qablaşdırılmışdır. Təqsirləndirilən şəxs1 məxsus həmin əl çantasının içərisindən Samsung və Mİ markalı mobil telefonlar aşkar edilərək götürülmüşdür. Bundan əlavə yaşadığı ünvana baxış zamanı Təqsirləndirilən şəxs1 məxsus əl çantasının içərisindən və yaşadığı ünvanda saxlanc otağında olan seyfin içərisindən 27 dəst müxtəlif formalı qızılı rəngli əşyalar aşkar edilərək götürülmüş, həmin əşayaların bir qismi qızıl, bir qismi isə metaldan olan əşyalar olmuşdur. Həmçinin seyfin içərisindən 74 ədəd müxtəlif valyutalı pullar, 214 manat pullar və seyfinaçarı da götürülmüşdür. (İ cild, iş vərəqə 133-134, 164-165) Baxış keçirilməsi və götürülmə barədə 09 iyun 2021-ci il tarixli protokolda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş “Şəxsi axtarışın keçirilməsi barədə” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılan zaman üzərindəki tünd boz rəngli əl çantasından 15 bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,795 qr, 0,805 qr, 0,818 qr, 0,839 qr, 0,792 qr, 0,736 qr, 0,326 qr, 0,768 qr, 0,803 qr, 0,806 qr, 0,747 qr, 0,224 qr, 0,815 qr, 0,774 qr, 0,383 qr, ümumi təmiz çəkisi 10,431 qram olan eyni tərkibli külli miqdarda narkotik vasitə heroin və 6 bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,074 qr, 0,067 qr, 0, 055 qr, 0,102 qr, 0,018 qr, 0,138 qr, ümumi təmiz çəkisi 0,454 qram olan eyni tərkibli psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür.(Cild İ, iş vərəqləri 27-39; 50-57) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş “Şəxsi axtarışın keçirilməsi barədə” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs5 üzərində şəxsi axtarış aparılarkən sol əlində saxladığı qara rəngli əl çantasından 01 bükümdə, təmiz çəkisi 0,397 qram olan psixotrop maddə metamfetamin, təsiredici maddəsinin ümumi miqdarı 0,40 qram olan 10 ədəd narkotik vasitə metadon həbləri və 01 bükümdə, təmiz çəkisi 11,703 qram olan külli miqdarda narkotik vasitə heroin və üzərində narkotik vasitə heroin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. (Cild İİ, iş vərəqləri 101-102; 112-120) Şəxsi axtarış keçirilməsi barədə xx.xx.2021-ci il tarixli protokolda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş “Şəxsi axtarış və götürmə barədə” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 üzərində şəxsi axtarış aparılarkən aparılarkən əynindəki tünd boz rəngli cins şalvarın sağ yan cibində saxladığı 01 bükümdə, təmiz çəkisi 27,281 qram külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür.(Cild İİ, iş vərəqləri 211, 220-225) Şəxsi axtarış və götürmə barədə xx.xx.2021-ci il tarixli protokolda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş “Şəxsi axtarışın keçirilməsi barədə” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli cins şalvarının arxa sol cibindən 01 bükümdə, təmiz çəkisi 0,563 qram olan narkotik narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. (Cild İİİ, iş vərəqləri 90-91, 98-103) Şəxsi axtarış keçirilməsi barədə xx.xx.2021-ci il tarixli protokolda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmə kimyəvi ekspertizasının 09 iyun 2021-ci il tarixli 6/2331 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində : “Təqsirləndirilən şəxs1rın üzərindən aşkar edilmiş maddə...” yazısı olan zərfdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 1,706 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim edilmiş üzərində”...bir ədəd elektron tərəzi” yazısı olan zərfdəki bir ədəd “Leaone” markalı qara rəngli elektron tərəzinin üzərində heroin izləri vardır. İz şəklində olduğu üçün heroinin çəkisi müəyyən etmək mümkün olmadı. (İ cild, iş vərəqə: 146-152) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmə kimyəvi ekspertizasının 09 iyun 2021-ci il tarixli 6/2339 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs2...” sözləri olan zərfdəki 15 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,795 qr, 0,805 qr, 0,818 qr, 0,839 qr, 0,792 qr, 0,736 qr, 0,326 qr, 0,768 qr, 0,803 qr, 0,806 qr, 0,747 qr, 0,224 qr, 0,815 qr, 0,774 qr, 0,383 qr, ümumi təmiz çəkisi 10,431 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, 6 ədəd bükümdə (5 ədəd gümüşü rəngli kağız büküm + 1 ədəd sellofan büküm) ayrı-ayrılıqda təmiz çəkiləri 0,074 qr, 0,067 qr, 0, 055 qr, 0,102 qr, 0,018 qr, 0,138 qr, ümumi təmiz çəkisi 0,454 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddlər kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. (İ cild, iş vərəqə: 50-57) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmə kimyəvi ekspertizasının 13 iyun 2021-ci il tarixli 6/2404 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “...Saxlanılan şəxs (imza) Təqsirləndirilən şəxs5..” szöləri yazılmış paketdəki bir ədəd bükümdə təmiz çəkisi 11,703 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazılanmış narkotik vasitə heroindir, bir ədəd bükümdə təmiz çəkisi 0,397 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Bir ədəd üzərində “Methadone 40” göstəriciləri olan dərman konvalyutunda 10 ədəd açıq-qəhvəyi rəngli “F/M 40” göstəricili eyni tərkibli dərman həblərinin əsas təsiredici maddəsi metadondur və həmin həblərin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı0,40 qram təşkil edir. Bir ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinə məxxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdar olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı.(İİ cild, iş vərəqə: 112-120) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmə kimyəvi ekspertizasının 09 iyun 2021-ci il tarixli 6/2340 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “...Sultanlı Orxan...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 27,281 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (İİ cild, iş vərəqə: 220-225) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmə kimyəvi ekspertizasının 11 iyun 2021-ci il tarixli 6/2380 nömrəli rəyində göstərilmişdir ki, təqdiqata təqdim edilmişüzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N 125” dairəvi möhür əksi olan, üzərində “Vət. Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər bağlama..” yazı və imzalar olan zərfdə təmiz çəkisi 0,563 qram qəhyvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. (İİİ cild, iş vərəqə: 98- 103) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmə kimyəvi ekspertizasının 09 iyun 2021-ci il tarixli 6/2332 nömrəli rəyində göstərilmişdir ki, təqdiqata təqdim edilmişüzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün N124” dairəvi möhür əksi olan, “Vət. Feyzizadə Nazənin Eyvaz qızının üzərindən aşkar olunmuş madddələr və elektron tərəzi....” yazı və imzalar olan bir ədəd göy rəngli polietilen paketdə təmiz çəkisi 90,0 qram tünd qəhvəyi rəngli, spesifik tiryək iyli, qətranabənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə - tiryək, üzərində “Mehhadone 40” yazılan konvalyutda, ümumi sayı 141 ədəd əqhvəyi rəngli, dairəvi formalı həblər öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, sintetik narkotik vasitə metadondur. 141 ədəd həbin tərkibində metadonun təsiredici maddənin ümumi miqdarı 5,64 qramdır. 1 ədəd üzərində“AOSAİ Pocket Scale” 6*6 sm ölçüdə elektron tərəzinin üzərində narkotik vasitə olan heroin izləri vardır. 34 ədəd sellofan bükümlərdə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 485,0 qr, 95,0 qr, 95,0 qr, 15,0 qr, 0,291 qr, 0,284 qr, 0,337 qr, 0,284 qr, 0,272 qr, 0,295 qr, 0,830 qr, 0,266 qr, 0,350 qr, 0,289 qr, 0,280 qr, 0,329 qr, 0,833 qr, 0,301 qr, 0,744 qr, 0,265 qr, 0,304 qr, 0,853 qr, 0,830 qr, 0,222 qr, 0,777 qr, 0,291 qr, 0,298 qr, 0,309 qr, 0,316 qr, 0,262 qr, 0,290 qr, 0,321 qr, 0,298 qr və 1,014 qram olmaqla, ümumi çəkisi 702,635 qram ağ rəngli kristal şəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, psixotrop maddə metamfetamin, 57 ədəd sellofan bükümlərdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 775,0 qr, 1,775 qr, 0,660 qr, 0,699 qr, 0,257 qr, 0,713 qr, 0,742 qr, 0,746 qr, 0,719 qr, 0,637 qr, 0,695 qr, 1,690 qr, 0,620 qr, 0,257 qr, 0,657 qr, 0,617 qr, 0,734 qr, 0,659 qr, 0,787 qr, 0,700 qr, 0,721 qr, 0,656 qr, 0,241 qr, 0,584 qr, 0,230 qr, 0,710 qr, 1,737 qr, 0,703 qr, 0,244 qr, 1,690 qr, 0,689 qr, 0,697 qr, 0,685 qr, 0,264 qr, 0,635 qr, 0,633 qr, 0,246 qr, 0,715 qr, 1,719 qr, 0,630 qr, 0,700 qr, 0,711 qr, 0,257 qr, 0,709 qr, 0,707 qr, 0,605 qr, 0,700 qr, 1,709 qr, 1,729 qr, 1,863 qr, 0,688 qr, 0,255 qr, 0,271 qr, 0,263 qr, 0,246 qr, 0,633 qr, 0,630 qr olmaqla, ümumi çəkisi 816,469 qram olan qəhvəyi rəngli tozşəkilli maddəöz aralarında xarici görünüşünə və kimyəvi komponentlərinə eyni olubkustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. (İ cild, iş vərəqə: 96-103). Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş əlavə məhkəməkimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/5331 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində AR ƏN MEM-nin Tədqiqat Obyekti № “59”, “67” və “75” ştamp əksləri olan 6T(altı) ədəd paketdəki,-Vət. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş 6(altı) ədəd bükümdəki psixotrop maddə metamfetaminlər kimvəyi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər; Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş 15(on beş) ədəd bükümdəki narkotik vasitə heroinlər Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş 1(bir) ədəd bükümdəki heroinlər kimvəyi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər; Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş 1(bir) ədəd bükümdəki heroin Feyzizadə Nazənin Eyvaz qızının əlindəki sellofan torbada aşkar edilərək götürülmüş 57(əli yeddi) ədəd bükümdəki heroinlərlə kimvəyi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər; Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş 15(on beş) ədəd bükümdəki narkotik vasitə heroinlər və 6(altı) ədəd bükümdə psixotrop maddə metamfetaminlər Feyzizadə Nazənin Eyvaz qızının əlindəki sellofan torbada aşkar edilərək götürülmüş 57(əli yeddi) ədəd bükümdəki heroinlərlə və 34(otuz dörd) ədəd bükümdəki metamfetaminlər kimvəyi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər; Təqsirləndirilən şəxs5 üzərindən aşkar edilərək götürülmüş 1(bir) ədəd bükümdəki narkotik vasitə heroin Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş 1(bir) ədəd bükümdəki heroin Feyzizadə Nazənin Eyvaz qızının əlindəki sellofan torbada aşkar edilərək götürülmüş 57(əli yeddi) ədəd bükümdəki heroinlərlə kimvəyi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər, Təqsirləndirilən şəxs5 üzərindən aşkar edilərək götürülmüş 1(bir) ədəd bükümdəki psixotrop maddə metamfetamin Feyzizadə Nazənin Eyvaz qızının əlindəki sellofan torbada aşkar edilərək götürülmüş 34(otuz dörd) ədəd bükümdəki metamfetaminlər kimvəyi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər; Təqsirləndirilən şəxs5 üzərindən aşkar edilərək götürülmüş üzərində “FM40” yazısı həkk olunmuş qəhəvyi rəngli metadon tərkibli həblər və Feyzizadə Nazənin Eyvaz qızından götürülmüş metadon tərkibli həblər tərkibindəki təsiredici maddəsinin miqdarına və xarici əlamətlərinə görə(rəngi, həblərin forması) eynidirlər; Təqsirləndirilən şəxs4 üzərindən aşkar edilərək götürülmüş 1(bir) ədəd bükümdə narkotik vasitə heroin Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş 1(bir) ədəd bükümdəki heroin Feyzizadə Nazənin Eyvaz qızından götürülmüş 57(əli yeddi) ədəd bükümdəki heroinlər kimvəyi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər; Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilərək götürülmüş 1(bir) ədəd bükümdə narkotik vasitə heroin Təqsirləndirilən şəxs1 götürülmüş 1(bir) ədəd bükümdəki heroinlə kimvəyi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər; (V cild, iş vərəqi: 248-258) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş “Telefon danışıqlarına baxış keçirilməsi” haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin SMS-lər siyasına baxış keçirilən zaman həmin nömrənin Təqsirləndirilən şəxs2 istifadəsində olması və sonuncuya bir neçə dəfə narkotik vasitələrin satışı məzmununda SMS-lər gəldiyi müəyyən edilmişdir. Belə ki, ***-***-**-** saylı mobil nömrənin SMS-lər siyasına baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 20:24:38-də **********581607 saylı nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olan **********73 saylı nömrəyə “X29 X28 De Mene” məzmununda, xx.xx.2021-ci il tarixdə saat 20:30:16-da **********07 saylı nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olan **********73 saylı nömrəyə “X27 X25 Halim Yoxdu” məzmununda, xx.xx.2021-ci il tarixdə, saat 20:27:01-də **********35 saylı nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olan **********73 saylı nömrəyə “Ay nene menem ilkin ac teleni” məzmununda, xx.xx.2021-ci il tarixdə saat 12:53:43-də **********51 saylı nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olan **********73 saylı nömrəyə “Ay bibi niye gotumursen telefonu nese qatig xarab olar e istidi hava birdeki 100 manatdig kola zad ele catiram suma” məzmununda, xx.xx.2021-ci il tarixdə, saat 21:49:26-da **********83 saylı nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olan **********73 saylı nömrəyə “Nene menem Serker 6 qram kola lazimdi yarim qramda pati pulda tertemizdi 165 manatdi” məzmununda SMS-lər gəlmişdir. Digər SMS mətinlərdən də ***-***-**-** saylı mobil nömrənin Təqsirləndirilən şəxs2 istifadəsində olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin zənglər siyahısına baxış keçirilən zaman müəyyən edilmişdir ki, sonuncunun istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə iş üzrə digər Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrələr arasında xx.xx.2021-ci il tarixdə saat 00:00:00-dan, xx.xx.2021-ci il, saat 23:59:59-a qədər olan müddətdə sonuncu danışıq xx.xx.2021-ci il tarixdə saat 19:49:11-də olmaqla ümumilikdə 58 dəfə telefon danışığı olmuşdur. (V cild, iş vərəqi: 243) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş “Telefon danışıqlarına baxış keçirilməsi” haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin SMS-lər siyasına baxış keçirilən zaman həmin nömrənin Təqsirləndirilən şəxs3 istifadəsində olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** nömrənin zənglər siyahısına baxış keçirilən zaman müəyyən edilmişdir ki, sonuncunun istifadəsində olan ***- ***-**-** saylı mobil nömrə ilə iş üzrə digər Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***- **-** saylı mobil nömrələr arasında xx.xx.2021-ci il tarixdə saat 00:00:00-dan, xx.xx.2021-ci il, saat 23:59:59-a qədər olan müddətdə sonuncu danışıq xx.xx.2021-ci il tarixdə saat 19:49:11-də olmaqla ümumilikdə 58 dəfə telefon danışığı olmuşdur. (V cild, iş vərəqi: 244) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş “Telefon danışıqlarına baxış keçirilməsi” haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin SMS-lər siyasına baxış keçirilən zaman həmin nömrənin Təqsirləndirilən şəxs1 istifadəsində olması və sonuncuya bir neçə dəfə narkotik vasitələrin satışı məzmununda SMS-lər gəldiyi müəyyən edilmişdir. Belə ki, ***-***-**-** saylı mobil nömrənin SMS-lər siyasına baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 19:02:15-də **********18 saylı mobil nömrədən Təqsirləndirilən şəxs1 **********40 saylı nömrəsinə “Sari menem Zabil mənə 10 ədəd m40 .2 litr Kola” məzmununda, xx.xx.2021-ci il tarixdə saat 16:11:11-də **********32 saylı nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olan **********40 saylı nömrəyə “bibi kolanida gonder” məzmununda, xx.xx.2021-ci il tarixdə, saat 20:43:37-də **********92 saylı nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olan **********40 saylı nömrəyə “Saedet xala yıqda ona sencanı” məzmununda SMS-lər gəlmişdir. Digər SMS mətinlərdən də ***-***-**- ** saylı mobil nömrənin Təqsirləndirilən şəxs1 istifadəsində olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 Cəfəq qızının istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin zənglər siyahısına baxış keçirilən zaman müəyyən edilmişdir ki, sonuncunun istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə iş üzrə digər Təqsirləndirilən şəxs5 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrələr arasında xx.xx.2021-ci il tarixdə saat 00:00:00-dan, xx.xx.2021-ci il, saat 23:59:59-a qədər olan müddətdə sonuncu danışıq xx.xx.2021-ci il tarixdə saat 15:03:50-də olmaqla ümumilikdə 13 dəfə telefon danışığı olmuşdur. (V cild, iş vərəqi: 245) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş “Telefon danışıqlarına baxış keçirilməsi” haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs5 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin zənglər siyahısına baxış keçirilən zaman müəyyən edilmişdir ki, sonuncunun istifadəsində olan ***- ***-**-** saylı mobil nömrə ilə iş üzrə digər Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***- ***-**-** saylı mobil nömrələr arasında xx.xx.2021-ci il tarixdə saat 00:00:00-dan, xx.xx.2021-ci il, saat 23:59:59-a qədər olan müddətdə sonuncu danışıq xx.xx.2021-ci il tarixdə saat15:03:50-də olmaqla ümumilikdə 13 dəfə telefon danışığı olmuşdur. (V cild, iş vərəqi: 247) Cinayət işinin materiallarından görününr ki, Təqsirləndirilən şəxs2 üzərindən aşkarlanaraq götürülmüş, ekspertiza tərəfindən tədqiq olunmuş 10,431 qram narkotik vasitə heroindən, tədqiqatdan sonra qalıq qalmış 10,281 qram narkotik vasitə heroin və ekspertiza tərəfindən tədqiq olunmuş 0,454 qram psixotrop maddə metamfetamindən, tədqiqatdan sonra qalıq qalmış 0,394 qram psixotrop maddə metamfetamin, Feyzizadə Nazənin Eyvaz qızının üzərindən aşkarlanaraq götürülmüş, ekspertiza tərəfindən tədqiq olunmuş 816,469 qram narkotik vasitə heroindən, tədqiqatdan sonra qalıq qalmış 815,899 qram narkotik vasitə heroin, ekspertiza tərəfindən tədqiq olunmuş 702,635 qram psixotrop maddə metamfetamindən, tədqiqatdan sonra qalıq qalmış 702,295 qram psixotrop maddə metamfetamin, ekspertiza tərəfindən tədqiq olunmuş 141 ədəd narkotik vasitə metadon həbindən, tədqiqatdan sonra qalıq qalmış 134 ədəd narkotik vasitə metadon həbi, ekspertiza tərəfindən tədqiq olunmuş 90,0 qram narkotik vasitə tiryəkdən, tədqiqatdan sonra qalıq qalmış 89,95 qram narkotik vasitə tiryək və ekspertiza tərəfindən tədqiq olunmuş 58,566 qram narkotik vasitə qurudulmuş marixuanadan, tədqiqatdan sonra qalıq qalmış 58,466 qram narkotik vasitə qurudulmuş marixuana, Təqsirləndirilən şəxs1 aşkar olunaraq aşkarlanaraq götürülmüş, ekspertiza tərəfindən tədqiq olunmuş 1,706 qram narkotik vasitə heroindən, tədqiqatdan sonra qalıq qalmış 1,656 qram narkotik vasitə heroin və üzərində heroin izləri olan bir ədəd “Leaone” markalı elektron tərəzi, Təqsirləndirilən şəxs5 aşkar olunaraq aşkarlanaraq götürülmüş, ekspertiza tərəfindən tədqiq olunmuş 11,703 qram narkotik vasitə heroindən, tədqiqatdan sonra qalıq qalmış 11,603 qram narkotik vasitə heroin, ekspertiza tərəfindən tədqiq olunmuş 10 ədəd narkotik vasitə metadon həblərindən, tədqiqatdan sonra qalıq qalmış 9 ədəd narkotik vasitə metadon həbləri, ekspertiza tərəfindən tədqiq olunmuş 0,397 qram psixotrop maddə metamfetamindən, tədqiqatdan sonra qalıq qalmış 0,347 qram psixotrop maddə metamfetamin və üzərində heroin izləri olan bir ədəd elektron tərəzi, Təqsirləndirilən şəxs4 aşkar olunaraq aşkarlanaraq götürülmüş, ekspertiza tərəfindən tədqiq olunmuş 27,281 qram narkotik vasitə heroindən, tədqiqatdan sonra qalıq qalmış 27,231 qram narkotik vasitə heroin və Təqsirləndirilən şəxs3 aşkar olunaraq aşkarlanaraq götürülmüş, ekspertiza tərəfindən tədqiq olunmuş 0,563 qram narkotik vasitə heroindən, tədqiqatdan sonra qalıq qalmış 0,513 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlama otağına təhvil verilmişdir. (Vİ cild, iş vərəqi: 83-190) Cinayət işinin materiallarından görününr ki, Feyzizadə Nazənin Eyvaz qızının üzərində şəxsi axtarış aparılaması haqqında istintaq hərəkətinin videoçəkilişi əks edilmiş 01 ədəd “CD” disk, Təqsirləndirilən şəxs1 yaşadığı evə baxış keçirilməsi və üzərində şəxsi axtarış aparılaması haqqında istintaq hərəkətlərinin videoçəkilişləri əks edilmiş 01 ədəd “CD” disk, Təqsirləndirilən şəxs5 üzərində şəxsi axtarış aparılaması haqqında istintaq hərəkətinin videoçəkilişi əks edilmiş 01 ədəd “CD” disk, Təqsirləndirilən şəxs4 üzərində şəxsi axtarış aparılaması haqqında istintaq hərəkətinin videoçəkilişi əks edilmiş 01 ədəd “CD” disk və Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış aparılaması haqqında istintaq hərəkətinin videoçəkilişi əks edilmiş 01 ədəd “CD” disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. (Vİ cild, iş vərəqi: 83-190) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmə narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 4462 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin və psixotrop maddə metamfetaminin birgə qəbulu nəticəsində asılılıq sindromu(narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. ( cild 5, İş vərəqə: 165-166) Cinayət işi üzrə təyin edilmiş məhkəmə - narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 4463 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 5, iş vərəqə: 163-164) Cinayət işi üzrə təyin edilmiş məhkəmə - narkoloji ekspertizasının 17 avqust 2021-ci il tarixli, 2934 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs5 opioidlərin və psixotrop maddə metamfetaminin birgə qəbulu nəticəsində asılılıq sindromu(narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. (İİİ cild, iş vərəqə: 170-171) Cinayət işi üzrə təyin edilmiş məhkəmə - narkoloji ekspertizasının 17 avqust 2021-ci il tarixli, 2933 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs4 opioidlərin qəbulu nəticəsində asılılıq sindromu(narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. (İİİ cild, iş vərəqə: 172-173) Cinayət işi üzrə təyin edilmiş məhkəmə - narkoloji ekspertizasının10 iyul 2021-ci il tarixli, 2248 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs3 opioidlərin qəbulu nəticəsində asılılıq sindromu(narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. . (İİİ cild, iş vərəqə: 134-135) Cinayət işi üzrə təyin edilmiş komisyon kompleks ambulator məhkəmə psixatrik və psixiloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 2660 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 üzvi emosional ləbil(astenik) pozuntu müəyyən edilir. Təqsirləndirilən şəxs1 müəyyən edilmiş üzvi emosional ləbil(astenik) pozuntu çərçivəsində müəyyən edilən qeyri-psixotik pozuntular o dərəcə ifadə olunmayıb ki, onu ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin. Bununla əlaqədar Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 hazırkı psixi vəziyyətinə görə iş üzrə prosessual fəaliyyət qabiliyyətlidir. Təqsirləndirilən şəxs1 fərdi-psixi xüsusiyyətlərində hövsələsizlik, qıcığa qarşı həssaslıq, tez özündən çıxmaq, özünü psixoloji müdafiə etməyə meyillilik, həmçinin astenizasiya əlamətləri(tez yorulmaq, tez ruhdan düşmək və.s)aşkar olunur. Təqsirləndirilən şəxs1 emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətində olmuşdur. Təqsirləndirilən şəxs1 Cəfəq qızı cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən fizioloji (psixoloji) affekt halında olmamışdır. Təqsirləndirilən şəxs1 fərdi-psixoloji xüsusiyyətlərində özünü psixoloji müdafiə etməyə, situasiyanı öz xeyrinə yönəldib danışmağa meyillik əlamətləri müəyyən edilir. (V cild, iş vərəqi: 158-162) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olan tələbnamədən görünür ki, əvvəllər bir neçə dəfə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə məhkum olunmuş Təqsirləndirilən şəxs2 sonuncu dəfə Azərbaycan Respublikası Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəməsinin xx.xx.2010-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilib 08 il müddətinə azdlıqdan məhrum edilmiş, Bakı şəhər Xətai rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə cəzadan 04 ay müddətində vaxtında əvvəl şərti azad edilmiş, xx.xx.2017-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. Məhkumluğu ödənilməmişdir. (İİ cild, iş vərəqi: 68-70. V cild, iş vərəqi: 128- 137) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olan tələbnamədən görünür ki, əvvəllər bir neçə dəfə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə məhkum olunmuş Təqsirləndirilən şəxs1 sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilərək 06 il müddətinə azdlıqdan məhrum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü dəyişdirilərək sonuncunun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif edilmiş və 01 il 06 ay müddətində azdlıqdan məhrum edilmiş, xx.xx.2015-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Məhkumluğu ödənilmişdir. (İİ cild, iş vərəqi: 72-74. V cild, iş vərəqi: 116-117) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs4 Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilərək 06 ay müddətinə azdlıqdan məhrum edilmiş, xx.xx.2018-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Məhkumluğu ödənilmişdir. (İİİ cild, iş vərəqi: 11-13. V cild, iş vərəqi: 167-170) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. (V cild, iş vərəqi: 8-9) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs5 əvvəllər məhkum olunmamışdır. (V cild, iş vərəqi: 219-220) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Sumqayıt şəhər Bələdiyyəsi 76-cı Məhəllə üzrə 05 saylı məhəllə komitəsindən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Sumqayıt şəhəri, 76-cı məhəllədə yaşadığı müddət ərzində barəsində 05 saylı məhəllə komitəsinə qonşuları tərəfindən narkotik vasitələrin satışı ilə məşğul olması ilə barədə dəfələrlə şikayət daxil olmuşdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Sumqayıt şəhəri "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 1 ünvanında yaşamış və yaşadığı dövrdə polislər tərəfindən axtarılaraq həbs edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi 08 saylı MKS-i tərəfindən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs5 Sumqayıt şəhəri, 42-ci məhəllə, ev 5, mənzil 22 ünvanında qeydiyyatdadır, lakin mənzil satılıb və köçmüşdür. Təqsirləndirilən şəxs5 dəfələrlə polis və digər qurumlar tərəfindən axtarılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən tərəfindən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs4 Sumqayıt şəhəri Corat qəsəbəsində yaşamışdır. Yaşadığı müddət ərzində Təqsirləndirilən şəxs4 barəsində Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir yazılı şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti “Mülk” kiçik müəsisəsi tərəfindən verilən xasiyyətnamədən görünür ki, yaşadığı müddət ərzində Təqsirləndirilən şəxs3 barəsində “Mülk” kiçik müəsisəsinə yazılı və şifahi surətdə şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlərin surətindən və elektron məhkəmə sistemindən görünür ki, Təqsirləndirilən şəxs3 himayəsində xx.xx.2007-ci il təvəllüdlü X7 , xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X8 vardır. Təqsirləndirilən şəxs1 öz müdafiəsi üçün dəlil gətirməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs2 tutularkən üzərində narkotik vasitə olmaması, Təqsirləndirilən şəxs3 narkotik vasitə satmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 Təqsirləndirilən şəxs1 narkotik vasitə almaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizələri, törətdikləri cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsi sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxs3 öz müdafiəsi üçün dəlil gətirməmişdir. Belə ki, təqsirləndirilən şəxslərin öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər, yəni üzərində aşkar olunmuş narkotik vasitəni satmaq məqsədinin olmaması kimi gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxslər törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdikləri və məhkəmə istintaqında tədqiq edilmiş ilkin etiraf ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ağır cinayətlər kateqoriyasına, CM-nin 234.1-ci maddəsi isə az ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin və “metamfetamin” psixotrop maddənin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir Beləliklə məhkəmə, gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini, Təqsirləndirilən şəxs2 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs4 qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini, Təqsirləndirilən şəxs3 isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxslər qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidirlər, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs1 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs4 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs3 isə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin tələblərinə əsasən cəzanı yüngülləşdirən halların məcmusunu müstəsna hal hesab edərək, həmçinin həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivini də müstəsna hallar hesab edərək, habelə Təqsirləndirilən şəxs2 1948-ci il təvəllüdlü olmasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyası ilə müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzadan daha yüngül azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi cinayət qanunvericiliyinin ədalət və humanizm prinsiplərinə uyğun və cəzanın məqsədlərinə müvafiqdir. CM-nin 65.3-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin məhkumluğu bu Məcəllənin Xüsusi hissəsinin maddəsində tövsifedici əlamət kimi göstərildikdə, habelə bu Məcəllənin 62-ci maddəsində nəzərdə tutulmuş müstəsna hallar olduqda, residivə, təhlükəli residivə və ya xüsusi təhlükəli residivə görə cəza, bu Məcəllənin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmadan təyin olunur Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 CM-nin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmadan cəza təyin edilməlidir. Bundan başqa cinayət işinin materiallarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs5 isə işə məhkəmədə baxılma müddətində vəfat etmişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət Müalicə Müəssisəsi tərəfindən Təqsirləndirilən şəxs5 xx.xx.2022-ci il tarixində müəssisənin İntensiv terapiya şöbəsində ölməsi barədə məlumat daxil olmuşdur. İş materiallarına əlavə edilmiş ərizənin surətindən görünür ki, Təqsirləndirilən şəxs5 qardaşı X13 hüquqi varisi qismində tanınmaqdan imtina edərək onun barəsində bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dövlət ittihamçısı eyni əsaslarla cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini təklif etmiş,müdafiəçi isə buna razılığını ifadə etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, təqsirləndirilən şəxsin tərəflərin işin sonrakı hərəkəti barədə təkliflərini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs5 barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3-1-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. Bu Məcəllənin 106-1.1-ci maddəsinə əsasən ölmüş təqsirləndirilən (şübhəli) şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi hesab olunur. Həmin Məcəllənin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Göründüyü kimi, cinayət işi üzrə təqsirləndirilən şəxs ölmüş, onun hüquqi varisi qimində tanınmaqdan imtina edən qardaşı isə cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsinə razılıq vermişdir. Belə olan halda, Cinayət prosessual Məcəllənin 39.1.5-ci maddəsində əsasəsn Təqsirləndirilən şəxs5 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə aparılan cinayət təqibinə xitam verilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs3 himayəsində iki azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Cinayətlərin təhlükəli residivi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər Məhkəməsinin 10 iyun 2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin əvvəli xx.xx.2021-ci il tarixdən başlanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarından görünür ki, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuş, xx.xx.2021-ci il il tarixdə Sumqayıt şəhər Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin əvvəli xx.xx.2021-ci il tarixdən başlanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. CM-nin 56.1.3-cü maddəsinə müvafiq olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarından görünür ki, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs4 şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər Məhkəməsinin 10 iyun 2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs4 cəza çəkmə müddətinin əvvəli xx.xx.2021-ci il tarixdən başlanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarından görünür ki, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində tutulmuş, xx.xx.2021-ci il tarixdə təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında qərara əsasən barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və saxlandığı Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddəti Cinayət Məcəlləsinin 69.3cü maddəsinə görə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı, təqsirləndirilən Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının 04 (d[rd) gün müddətinə bərabər tutulmaqla, həmin müddət təyin olunan cəzadan çıxılaraq qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs3 oğluna təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və o, həmin cəzanı yaşayış yeri üzrə çəkməlidir. Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini saat 00:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonu ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə cinayət işində olan olan məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə cinayət işində olan olan məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs4 narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə cinayət işində olan olan məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs3 narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-nin maddi-sübütlar otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs2 üzərindən aşkarlanaraq götürülmüş tədqiqatdan sonra qalıq qalmış 10,281 qram narkotik vasitə heroin və tədqiqatdan sonra qalıq qalmış 0,394 qram psixotrop maddə metamfetamin, Feyzizadə Nazənin Eyvaz qızının üzərindən aşkarlanaraq götürülmüş tədqiqatdan sonra qalıq qalmış 815,899 qram narkotik vasitə heroin, tədqiqatdan sonra qalıq qalmış 702,295 qram psixotrop maddə metamfetamin, tədqiqatdan sonra qalıq qalmış 134 ədəd narkotik vasitə metadon həbi, tədqiqatdan sonra qalıq qalmış 89,95 qram narkotik vasitə tiryək və tədqiqatdan sonra qalıq qalmış 58,466 qram narkotik vasitə qurudulmuş marixuana, Təqsirləndirilən şəxs1 aşkar olunaraq aşkarlanaraq götürülmüş tədqiqatdan sonra qalıq qalmış 1,656 qram narkotik vasitə heroin və üzərində heroin izləri olan bir ədəd “Leaone” markalı elektron tərəzi, Təqsirləndirilən şəxs5 aşkarlanaraq götürülmüş tədqiqatdan sonra qalıq qalmış 11,603 qram narkotik vasitə heroin, tədqiqatdan sonra qalıq qalmış 9 ədəd narkotik vasitə metadon həbləri, tədqiqatdan sonra qalıq qalmış 0,347 qram psixotrop maddə metamfetamin və üzərində heroin izləri olan bir ədəd elektron tərəzi, Təqsirləndirilən şəxs4 aşkarlanaraq götürülmüş tədqiqatdan sonra qalıq qalmış 27,231 qram narkotik vasitə heroin və Təqsirləndirilən şəxs3 aşkarlanaraq götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 0,513 qram narkotik vasitə heroin məhv edilməıi, 05 (beş) ədəd CD diski isə iş materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs2 Səlimzan qızından 268,99 manat (iki yüz altmış səkkiz manat doxsan doqquz qəpik), Təqsirləndirilən şəxs1 301,17 manat (üç yüz bir manat on yeddi qəpik), Təqsirləndirilən şəxs4 144,32 manat (yüz qırx dörd manat otuz iki qəpik), Təqsirləndirilən şəxs3 151,2 manat (yüz əlli bir manat 20 qəpik) məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmə hökmü haqqında" 24 dekabr 2021-ci il tarixli 15 nömrəli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 07 ( yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 qızının hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 09 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq edilməklə o, 06 (altı ) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 08 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o 05 (beş) il 06 ( altı ) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs4 təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs4 hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 08 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs4barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs4 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlandığı 02 gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının 04 gün müddətinə bərabər tutulmaqla, həmin müddət təyin olunan cəzadan çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il, 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın və o, həmin cəzanı yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini saat 00:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayon ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası Sumqayıt Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs5 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə aparılan cinayət təqibinə xitam verilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-nin maddi-sübütlar otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs2 üzərindən aşkarlanaraq götürülmüş tədqiqatdan sonra qalıq qalmış 10,281 qram narkotik vasitə heroin və tədqiqatdan sonra qalıq qalmış 0,394 qram psixotrop maddə metamfetamin, Feyzizadə Nazənin Eyvaz qızının üzərindən aşkarlanaraq götürülmüş tədqiqatdan sonra qalıq qalmış 815,899 qram narkotik vasitə heroin, tədqiqatdan sonra qalıq qalmış 702,295 qram psixotrop maddə metamfetamin, tədqiqatdan sonra qalıq qalmış 134 ədəd narkotik vasitə metadon həbi, tədqiqatdan sonra qalıq qalmış 89,95 qram narkotik vasitə tiryək və tədqiqatdan sonra qalıq qalmış 58,466 qram narkotik vasitə qurudulmuş marixuana, Təqsirləndirilən şəxs1 aşkar olunaraq aşkarlanaraq götürülmüş tədqiqatdan sonra qalıq qalmış 1,656 qram narkotik vasitə heroin və üzərində heroin izləri olan bir ədəd “Leaone” markalı elektron tərəzi, Təqsirləndirilən şəxs5 aşkarlanaraq götürülmüş tədqiqatdan sonra qalıq qalmış 11,603 qram narkotik vasitə heroin, tədqiqatdan sonra qalıq qalmış 9 ədəd narkotik vasitə metadon həbləri, tədqiqatdan sonra qalıq qalmış 0,347 qram psixotrop maddə metamfetamin və üzərində heroin izləri olan bir ədəd elektron tərəzi, Təqsirləndirilən şəxs4 aşkarlanaraq götürülmüş tədqiqatdan sonra qalıq qalmış 27,231 qram narkotik vasitə heroin və Təqsirləndirilən şəxs3 aşkarlanaraq götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 0,513 qram narkotik vasitə heroin məhv edilsin, 05 (beş) ədəd CD diski isə iş materiallarına əlavə edilməsi nəzərə alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs2 Səlimzan qızından 268,99 manat (iki yüz altmış səkkiz manat doxsan doqquz qəpik), Təqsirləndirilən şəxs1 301,17 manat (üç yüz bir manat on yeddi qəpik), Təqsirləndirilən şəxs4 144,32 manat (yüz qırx dörd manat otuz iki qəpik), Təqsirləndirilən şəxs3 151,2 manat (yüz əlli bir manat 20 qəpik) məbləğində olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 isə hökmün surətinin onlara verildiyi andan) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-8/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-8/2023
02.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver