Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-8/2024 24.04.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi4 və Müdafiəçi5, təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxxxx 1984-cü ildə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri Nizami rayonu, Özbəkistan küçəsi, ev 13, mənzil 4 a ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, İsfahani küçəsi, döngə 3 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4, 234.1, 234.4.1 və 234.4.3-cü maddələri, 06 avqust 1990-cı ildə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Cəbrayıl rayonu, Sarıcallı kəndində qeydiyyatda olmaqla ünvan 3 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 və xx xxxxx 1976-cı ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Halal Dad MMC-də mühafizəçi işləyən, əvvəllər məhkum edilməmiş, Daşkəsən rayonu Kəmərqaya kəndində qeydiyyatda olmaqla ünvan 4 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan bir ədəd bükümdə təmiz çəkisi 0,489 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla Bakı şəhəri Binəqədi rayonu ərazisinə daşımış, 20 yanvar 2022-ci il tarixdə saat 15:40 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülüstan küçəsində yerləşən «mal bazarı» kimi tanınan bazarın qarşısında Bakı şəhəri, Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri, Binəqədi RPİ-nin 43-cü PB-nin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli gödəkcəsinin sol yan cibində saxlamaqla daşıdığı həmin bir ədəd bükümdə təmiz çəkisi 0,489 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bundan başqa o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə etmə, saxlamaqla daşıma barədə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə danışıb razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə külli miqdarda yəni 10,547 qram narkotik vasitə olan heroini, 6,848 qram psixotrop maddə metamfetamini və təmiz çəkisi 1,949 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edib aralarında bölüşdürüb üzərlərində və etibarnamə əsasında idarə etdiyi Azsamand markalı **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlayıb 20 mart 2022-ci il tarixdə gecə saatlarında Quba rayonu ərazisinə daşımış, həmin gün saat 06:55 radələrində Quba- Qəçrəş yolunun 1-ci kilometrliyində yerləşən “Aynur” restoranın qarşısında avtomobili saxlayıb içərisində marixuanadan istifadə etdikdən sonra ərazidə xidmət aparan Quba RPŞ-nin əməkdaşlarının diqqətini cəlb edərək saxlanıldıqdan sonra üzərində şəxsi axtarış və avtomobilinə baxış keçirilərkən əynində olan ağ rəngli gödəkcənin sağ içəri cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,203 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, avtomobilin sol ön qapısının içərisindən 01 ədəd bükümdə təmiz çəkisi 0,481 qram metamfetamin, 01 ədəd bükümdə ümumi təmiz çəkisi 0,254 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, habelə avtomobilin arxa sərnişin oturacağının üzərində Təqsirləndirilən şəxs3 məxsus iki ədəd kisədə ayrıayrılıqda təmiz çəkiləri 1,250 qram, 0,122 qram, 0,104 qram, 0,119 qram, 0,124 qram, 0,116 qram, 0,143 qram, 0,145 qram, 0,235 qram, 0,135 qram, 0,131 qram, 0,776 qram, 0,123 qram, 0,232 qram, 0,131 qram, 1,436 qram, 0,469 qram və 0,099 qram kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, ayrı-ayrılıqda təmiz çəkiləri 0,978 qram, 0,081 qram, 0,170 qram, 1,798 qram, 1,516 qram, 0,089 qram, 0,101 qram, 0,097 qram, 0,064 qram, 5,011 qram kustar üsulla hazırlanmış heroin, ayrı-arılıqda təmiz çəkiləri 0,201 qram, 0,255 qram, 0,362 qram, 0,176 qram, 0,440 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və həmin avtomobilin arxa sərnişin oturacağının arxasında sol tərəfdə şitin üzərində Təqsirləndirilən şəxs2 məxsus olan qara rəngli sellofanın içərisindəki plastmas qabın içərisindən ümumi 01 ədəd bükümdə təmiz çəkisi 0,185 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd bükümdə təmiz çəkisi 0,477 qram ağ rəngli, kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd bükümdə təmiz çəkisi 0,285 qram olan narkotik vasitə qurudulmuş marixuana olmaqla ümumilikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq saxladıqları 10,547 qram külli miqdarda narkotik vasitə olan heroin, 6,848 qram külli miqdarda psixotrop maddə metamfetamin və 1,949 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq bir ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan ümumi təyinatlı soyuq silah hesab edilən ov bıçağını əldə edib etibarnamə əsasında idarə etdiyi Azsamand markalı **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobildə gəzdirmiş, 20 mart 2022-ci il tarixdə 07:05 radələrində Quba-Qəçrəş yolunun 1-ci kilometrliyində yerləşən “Aynur” restoranın qarşısında Quba RPŞ-nin əməkdaşları tərəfindən idarə etdiyi avtomobilə baxış keçirilən zaman avtomobilin qabaq sərnişin oturacaqlarının arasında yerləşən saxlanc yerindən həmin soyuq silah aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs3 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə etmə, saxlamaqla daşıma barədə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə danışıb razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə külli miqdarda yəni 10,547 qram narkotik vasitə olan heroini, 6,848 qram psixotrop maddə metamfetamini və təmiz çəkisi 1,949 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edib aralarında bölüşdürüb üzərlərində və Təqsirləndirilən şəxs1 idarə etdiyi Azsamand markalı **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlayıb 20 mart 2022-ci il tarixdə gecə saatlarında Quba rayonu ərazisinə daşımış, həmin gün saat 06:55 radələrində Quba-Qəçrəş yolunun 1-ci kilometrliyində yerləşən “Aynur” restoranın qarşısında avtomobili saxlayıb içərisində marixuanadan istifadə etdikdən sonra ərazidə xidmət aparan Quba RPŞ-nin əməkdaşlarının diqqətini cəlb edərək saxlanıldıqdan sonra Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və avtomobilinə baxış keçirilərkən sonuncunun əynində olan ağ rəngli gödəkcənin sağ içəri cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,203 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, avtomobilin sol ön qapısının içərisindən 01 ədəd bükümdə təmiz çəkisi 0,481 qram metamfetamin, 01 ədəd bükümdə ümumi təmiz çəkisi 0,254 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, habelə avtomobilin arxa sərnişin oturacağının üzərində ona məxsus iki ədəd kisədə ayrı-ayrılıqda təmiz çəkiləri 1,250 qram, 0,122 qram, 0,104 qram, 0,119 qram, 0,124 qram, 0,116 qram, 0,143 qram, 0,145 qram, 0,235 qram, 0,135 qram, 0,131 qram, 0,776 qram, 0,123 qram, 0,232 qram, 0,131 qram, 1,436 qram, 0,469 qram və 0,099 qram kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, ayrı-ayrılıqda təmiz çəkiləri 0,978 qram, 0,081 qram, 0,170 qram, 1,798 qram, 1,516 qram, 0,089 qram, 0,101 qram, 0,097 qram, 0,064 qram, 5,011 qram kustar üsulla hazırlanmış heroin, ayrı-arılıqda təmiz çəkiləri 0,201 qram, 0,255 qram, 0,362 qram, 0,176 qram, 0,440 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və həmin avtomobilin arxa sərnişin oturacağının arxasında sol tərəfdə şitin üzərində Təqsirləndirilən şəxs2 məxsus olan qara rəngli sellofanın içərisindəki plastmas qabın içərisindən ümumi 01 ədəd bükümdə təmiz çəkisi 0,185 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd bükümdə təmiz çəkisi 0,477 qram ağ rəngli, kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd bükümdə təmiz çəkisi 0,285 qram olan narkotik vasitə qurudulmuş marixuana olmaqla ümumilikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq saxladıqları 10,547 qram külli miqdarda narkotik vasitə olan heroin, 6,848 qram külli miqdarda psixotrop maddə metamfetamin və 1,949 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. X1 məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə etmə, saxlamaqla daşıma barədə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə danışıb razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə külli miqdarda yəni 10,547 qram narkotik vasitə olan heroini, 6,848 qram psixotrop maddə metamfetamini və təmiz çəkisi 1,949 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edib aralarında bölüşdürüb üzərlərində və Təqsirləndirilən şəxs1 idarə etdiyi Azsamand markalı **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlayıb 20 mart 2022-ci il tarixdə gecə saatlarında Quba rayonu ərazisinə daşımış, həmin gün saat 06:55 radələrində Quba-Qəçrəş yolunun 1-ci kilometrliyində yerləşən “Aynur” restoranın qarşısında avtomobili saxlayıb içərisində marixuanadan istifadə etdikdən sonra ərazidə xidmət aparan Quba RPŞ-nin əməkdaşlarının diqqətini cəlb edərək saxlanıldıqdan sonra Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və avtomobilinə baxış keçirilərkən sonuncunun əynində olan ağ rəngli gödəkcənin sağ içəri cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,203 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, avtomobilin sol ön qapısının içərisindən 01 ədəd bükümdə təmiz çəkisi 0,481 qram metamfetamin, 01 ədəd bükümdə ümumi təmiz çəkisi 0,254 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, habelə avtomobilin arxa sərnişin oturacağının üzərində Təqsirləndirilən şəxs3 məxsus iki ədəd kisədə ayrı-ayrılıqda təmiz çəkiləri 1,250 qram, 0,122 qram, 0,104 qram, 0,119 qram, 0,124 qram, 0,116 qram, 0,143 qram, 0,145 qram, 0,235 qram, 0,135 qram, 0,131 qram, 0,776 qram, 0,123 qram, 0,232 qram, 0,131 qram, 1,436 qram, 0,469 qram və 0,099 qram kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, ayrı-ayrılıqda təmiz çəkiləri 0,978 qram, 0,081 qram, 0,170 qram, 1,798 qram, 1,516 qram, 0,089 qram, 0,101 qram, 0,097 qram, 0,064 qram, 5,011 qram kustar üsulla hazırlanmış heroin, ayrı-arılıqda təmiz çəkiləri 0,201 qram, 0,255 qram, 0,362 qram, 0,176 qram, 0,440 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və həmin avtomobilin arxa sərnişin oturacağının arxasında sol tərəfdə şitin üzərində ona məxsus olan qara rəngli sellofanın içərisindəki plastmas qabın içərisindən ümumi 01 ədəd bükümdə təmiz çəkisi 0,185 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd bükümdə təmiz çəkisi 0,477 qram ağ rəngli, kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd bükümdə təmiz çəkisi 0,285 qram olan narkotik vasitə qurudulmuş marixuana olmaqla ümumilikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq saxladıqları 10,547 qram külli miqdarda narkotik vasitə olan heroin, 6,848 qram külli miqdarda psixotrop maddə metamfetamin və 1,949 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ittiham olunduğu əməllər üzrə özünü qismən bilərək ifadəsində göstərdi ki, taksi faəliyyəti ilə məşğuldur. İlkinlə Vahid ondan taksi kimi onları Qubaya qarda şəkil çəkdirməyə aparmasını xahiş etmişlər. “Aynur” restoranı olan yerdə maşında oturduqları yerdə polis əməkdaşları yaxınlaşıb sənədləri istəmiş, o da vermişdir. Maşına baxış keçirilən zaman maşınının sol qapısından yarım qram heroin, yarım qram metamfetamin çıxmışdır. Vəkil və təhqiqatçı çağırılmış, videoçəkilişlə kimin üstündən nə çıxıbsa boynuna götürmüşdür. Onun telefonundan satışla bağlı məlumat olmamışdır. Tutulmamışdan 5-6 ay əvvəl narkotik vasitə olan heroin, metamfetamin, marixuana istifadə etməyə başlamışdır. İlkin onunla həmkəndlidir. Ayın 19-dan 20-nə keçən gecə tutulmuşlar. Vahidlə İlkinin marixuana istifadə etdiyini bilmişdir, hətta birlikdə də istifadə etmişlər. Onda yarım qram heroin, yarım qram metamfetamin olmuşdur. İlkinlə Vahidin üzərində narkotik vasitə olduğunu bilmiəmişdir. Hər üçü marixuananı çəkmək üçün yandırmışdır. Polis əməkdaşları “onlara burada niyə dayanmısız?” demiş, o da maşının batdığını bildirmişdir. Sənədlər istənilmiş, verdikdən sonra “düşün maşına baxaq” deyilmişdir. O öz üzərindəki narkotik vasitəni 20 manata almışdır. Gödəkcəsinin sol cibindən balaca kağıza bükülmüş bir bükümdə metamfetamin çıxmışdır, onu da tez-tez açmaması üçün digərinin üstündən götürmüşdür. O, narkotik vasitə satışı ilə məşğul olmamışdır. Polis əməkdaşları yaxınlaşanda gecə saat 2-3 radələri olmuş, saat 4-də onları bölməyə aparmışlar, gecəni zirzəmidə saxlamışlar, səhər sanksiya üçün məhkəməyə çıxarılmışlar. Maşında arxadan çıxan narkotik vasitələri Təqsirləndirilən şəxs3 rezinin altına qoymuş, Vahidin isə çantasından çıxmışdır. Maşında İlkin arxada, qabaqda isə Təqsirləndirilən şəxs2 oturmuşdur. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq araşdırılmış ifadələrində ona Azərbaycan Respublikası CM-nin 228.4, 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, Azsamand markalı, az ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobili gündəlik icarəyə götürüb əsasən Binəqədi rayonu ərazisində «taksi» fəaliyyəti ilə məşğul olmuşdur. Narkomandır, narkotik asıllığı var. O, təxminən 6 ay olar ki, tanımadığı şəxslərdən narkotik vasitə heroin alıb «falqa»da çəkməklə qəbul edir. 20 yanvar 2022-ci il tarixdə günorta saat 14 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülüstan küçəsində yerləşən hamının «mal bazarı» kimi adlandırdığı bazarın qarşısı tərəfdə küçədə tək gəzişərkən təsadüfən əvvəllər tanımadığı bir nəfər şəxslə tanış olmuş, həmin şəxs onunla söhbət əsnasında onun narkoman olduğunu bilib ona demişdir ki, 25 manata ona bir ədəd bükümdə narkotik vasitə heroin sata bilər. Qiymət onu qane etdiyindən razılaşmış və həmin şəxsə təklikdə 25 manat pul verib ondan şəxsi istifadəsi üçün bir ədəd şəffaf rəngli kiçik sellofan kəsiyi bükümdə narkotik vasitə heroin almışdır. Həmin narkotik vasitə heroini sonra qəbul etmək məqsədi ilə əynindəki qara rəngli gödəkcəsinin sol yan cibinə qoyaraq saxlamışdır. Həmin bir ədəd bükümdə narkotik vasitə heroin polis tərəfindən saxlanılana qədər onun üzərində olmuş, hələ istifadə etməmişdir, o, heç kimə üzərində narkotik vasitə heroin olmasını bildirməmişdir. 20 yanvar 2022-ci il tarixdə saat 15:40 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülüstan küçəsində yerləşən hamının «mal bazarı» kimi adlandırdığı bazarın qarşısı tərəfdə küçə ilə piyada tək keçərkən ona polis əməkdaşları yaxınlaşmış, özlərini təqdim edərək onu saxlayıb Binəqədi rayon polis idarəsinin 43-cü polis bölməsinə gətirmişlər. Binəqədi rayon polis idarəsinin 43-cü polis bölməsində onun üzərinə baxış keçirilməmişdən əvvəl müdafiəçi dəvət edilib təqdim edilmiş, ona hüquq və vəzifələri izah olunduqdan sonra videoçəkiliş aparılmaqla onun üzərində axtarış aparılmışdır. O, videoçəkilişin aparılmasına etiraz etməmişdir. Şəxsi axtarış zamanı polis əməkdaşı üzərində qeyri-qanuni əşya və ya maddə varsa polisə təqdim etməsini bildirmişdir. O, əynindəki qara rəngli gödəkcəsinin sol yan cibindən həmin bir ədəd şəffaf rəngli kiçik sellofan kəsiyi bükümdə olan qəhvəyi rəngli narkotik vasitə heroini, habelə bir ədəd adi alışqanı çıxarıb masanın üzərinə qoymuşdur. O, polis əməkdaşlarına üzərimdə başqa maddə və əşya olmadığını bildirmiş, bundan sonra polis əməkdaşları onun üzərinə baxıb axtarmış və ardınca onun üzərindən aşkar olunan həmin maddə ilə maraqlanmağa başlamışlar. Polis əməkdaşları masanın üzərinə qoyduğu həmin bir ədəd bükümdə olan qəhvəyi rəngli maddənin nə olmasını soruşduqda o, bildirmişdir ki, üzərindən aşkar olunmuş, masanın üzərinə qoyduğu həmin bir ədəd bükümdə olan maddə onun özünə məxsus «kakos» kimi də adlanan narkotik vasitə heroindir, üzərindən aşkar olunmuş həmin bir ədəd bükümdə olan narkotik vasitə heroini tutulmamışdan təxminən bir saat əvvəl Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülüstan küçəsində yerləşən hamının «mal bazarı» kimi adlandırdığı bazarın yanında tanımadığı şəxsdən 25 manat pula şəxsi istifadəsi üçün almış və qəbul etmək məqsədi ilə üzərində gəzdirmişdir. Beləliklə baxış zamanı polis əməkdaşları üzərindən aşkar olunmuş narkotik vasitə heroini götürüb zərfə qoyaraq qablaşdırıb möhürləmişlər. Polisdə ona heç bir təzyiq olmamış, ona qarşı qanunsuz əmələ yol verilməmişdir. Bundan başqa o, 19 mart 2022-ci il tarixdə instagram sosial şəbəkəsində Quba rayonuna qar yağdığını görmüş və qonşuları İlkin, Vahid və Qabillə birlikdə Quba rayonuna getməyi qərarlaşdırmışdır. Qubaya getməmişdən əvvəl Bakı şəhərində yaşadıqları evin yaxınlığında avtomobilin içərisində İlkin, Vahid və Qabillə birlikdə bir ədəd siqaretə narkotik vasitə qurudulmuş marixuana doldurub istifadə etmişlər. Bundan sonra həmin günü saat təxminən 23:30 radələrində Bakı şəhərindən Quba rayonuna doğru yola düşmüşlər. 20 mart 2022-ci il tarixdə saat təxminən 04 radələrində Quba rayonunda yerləşən Aynur adlı restoranın qarşısına çatmışlar. Aynur restoranının qarşısında yol yoxuş olduğundan avtomobili qarda hərəkət etməmiş və o, məcbur qalıb avtomobilini yolun sol tərəfinə doğru hərəkət etdirib dayanmışdır. Bundan sonra yol boyu narkotik vasitə qəbul etmədiyindən kakos çəkmək istəyəndə polis əməkdaşları onlara yaxınlaşmışlar. Polis əməkdaşları bizə yaxınlaşmamışdan əvvəl İlkin və Qabil siqaretdə narkotik vasitə yandırmışlar. Polis əməkdaşları avtomobilə yaxınlaşdıqdan sonra narkotikin iyisindən şübhələnib oraya digər polis əməkdaşlarını da dəvət etmişlər. Bundan sonra ona narkotik vasitə saxlamaqda şübhəli olduğu deyib dəvət edilmiş vəkilin də hüquq və vəzifələrim izah edildikdən sonra üzərində videoçəkilişlə üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Sorğu zamanı o, üzərində narkotik vasitə olmadığını, lakin avtomobilində narkotik vasitə olduğunu bildirmişdir. O, avtomobilinə baxış və üzərində şəxsi axtarış aparılmasına etiraz etmədiyni bildirdikdən sonra üzərində olan əşyalarını təqdim etməyi bildirilmişdir. O, mobil telefonunu, 50 manat pulunu çıxarıb avtomobilin arxa yük yerinin üzərinə qoymuşdur. Bundan sonra şəxsi axtarış zamanı əynimdə olan ağ rəngli gödəkcənin sağ içəri cibindən bir ədəd gümüşü rəngli bükümdə psixotrop maddə aşkar edilmişdir. O, həmin maddənin patı olduğunu və öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Aşkar edilmiş kütlə elektron tərəzidə ölçülmüş və 0.3 qram göstərmişdir. Sonra isə həmin büküm qablaşdırılıb möhürlənmiş və o da həmin zərfə imza etmişdir. Bundan sonra idarə etdiyi Azsamad markalı **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilmişdir. O, ilk öncə sürücü tərəfdə olan qapının cibindəki bir ədəd gümüşü rəngli bükümdə kakos, bir ədəd şəffaf sellofan bükümdə patını və bir ədəd borucuğu təqdim etmiş, sonra avtomobilin şitinin üzərində heroin qəbul etdiyi gümüşü rəngli falqa da aşkar olunmuşdur. Həmin kütlələr elektron tərəzidə ölçülmüş və patının çəkisi 0,4 kakosun çəkisi isə 0,3 göstərmişdir. Sonra isə sağ sərnişin oturacağının üzərində olan İlkinlə birlikdə narkotik vasitə istifadə etdikləri iki ədəd gümüşü rəngli falqa da aşkar edilmişdir. Daha sonra isə həmin kütlələr gümüşü rəngli falqa kağız və narkotik istifadə etdiyi borucuq qablaşdırılmış və o da zərfə imza etmişdir. Bundan sonra avtomobilin külqabısından bir ədəd siqaret kötüyü aşkar edilmiş, o, həmin siqaretdə Təqsirləndirilən şəxs3, Şahid10 və Təqsirləndirilən şəxs2lə birlikdə narkotik vasitə istifadə etdiklərini bildirmişdir. Sonra isə avtomobilin qoltuqaltı barından iki ədəd cib bıçağı və bir ədəd narkotik vasitə qəbul etmək üçün borucuq aşkar edilmişdir. O, həmin bıçaqların və borucuğun özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra avtomobilin arxa oturacağının ortasında iki ədəd pul kisəsi aşkar edilmişdir. Həmin pul kisələri Təqsirləndirilən şəxs3 məxsus olmuşdur. İlkin gələrək həmin kisələrin özünə məxsus olduğunu təsdiqləmişdir. Həmin kisələrə içərisinə baxış zamanı içərisindən bir ədəd şəffaf sellofanın içərisindən 05 ədəd bükümdə narkotik vasitə kakos və digər narkotik vasitə və patı da aşkar edilmişdir. Aşkar edilmiş kütlələr elektron tərəzidə ölçülmüş və həmin kütlələrdən 05 ədəd büküm 1,6 qram, digər sellofan bükümdə olan 8,2 qram, orbit saqqız kağızına bükülü kütlə 2,8 qram, digər bükülü 2,7 qram gəlmiş bir ədəd sellofan bükümdə patı isə 0,7 qram gəlmişdir. Aşkar edilmiş kütlələr də qablaşdırılmış və onunla birlikdə İlkin də zərfin üzərinə imza etmişlər. Bundan başqa digər kisənin də içərisinə baxış keçirilmişdir. Həmin kisənin də içərisindən xırda bükümlərdə kakos və patı aşkar edilmişdir. Təqsirləndirilən şəxs3 həmin kütlələrin özünə məxsus olduğunu bildirmişdir. Aşkar edilmiş kütlələr elektron tərəzidə ölçülmüş və müvafiq olaraq 1,4 qram, 1,4 qram, 1,1 qram, 1,5 qram, 0,5 qram, 13 ədəd xırda bükümlərdəki kütlələr 3,1 qram, bükümlərdən biri tərəzidə çəki göstərməmiş, 4 ədəd büküm və bir ədəd siqaretdə marixuana isə 3 qram gəlmişdir. Bundan sonra yenə həmin kütlələr qablaşdırılmış o və İlkin də zərfin üzərinə imza etmişlər. Sonra isə sağ arxa ayaqaltı rezinin üzərindən siqaretə doldurulmuş marixuana aşkar edilmiş və Şahid10 orada özünün əyləşdiyini, həmin siqaretin də onun olduğunu bildirmişdir. Bundan sonra avtomobilinin sol arxa oturacağının arxasından qara sellofan paket aşkar edilmiş və Təqsirləndirilən şəxs2 həmin sellofanın özünə məxsus olduğunu bildirmişdir. Həmin sellofanın içərisində olan plastmas qabın içərisindən kütlələr aşkar edilmiş və həmin kütlələr də elektron tərəzidə ölçüldükdən sonra 0,7 qram, 0,5 qram və 0,5 qram gəlmişdir. Həmin kütlələr də qablaşdırılmış və onlar yenə də həmin zərflərin üzərinə imza etmişlər. Bunlardan başqa üzərindən və avtomobilindən narkotik vasitə aşkar edilməmiş və onlar birlikdə rayon polis şöbəsinə gəlmişlər. onun üzərindən və avtomobolindən aşkar edilmiş narkotik vasitələri Bakı şəhəri Binəqədi rayonunda yerləşən mal bazarının yaxınlığından tapmışdır. Həmin narkotik vasitələri tanımadığı İran vətəndaşı həmin yerə qoydurtmuşdur. O, həmin iranlını tanımır. İranlı şəxsin ona göndərdiyi bank kart hesabına 20 manat pul yükləmiş, İranlı da narkotik vasitələri qoyduğu yeri ona demişdir. O, həmin İranlını əvvəllər məhkum olunmuş tanışı vasitəsi ilə tanımışdır. Həmin İranlı ilə o, yalnız sosial şəbəkələrdə danışmışdır. O, ancaq heroin və metamfetamindən istifadə edir. Onun avtomobilində olan şəxslərin onun üzərində və avtomobilində narkotik vasitə və psixotrop maddə saxlamağı barədə məlumatları olmamışdır. Həmçinin onun da Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 üzərlərində narkotik vasitə gəzdirməsi və həmin narkotik vasitələri onun avtomobilinə əyləşdikdən sonra avtomobilə qoymaları barədə məlumatım olmamışdır. O, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Sadəcə olaraq tanışlarına narkotik vasitə lazım olan zaman onlar ağrıdığından həm də yazığı gəldiyindən iran vətəndaşından narkotik vasitə alıb bir iki nəfər tanışlarına az miqdarda narkotik vasitə vermişdir.. (cild 1, iş vərəqə 19-193, cild 2, iş vərəqə 104-107) Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ittiham olunduğu əməllər üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Qubanı gəzib şəkil çəkdirmək üçün oraya getmiş, o zaman tutulmuşlar. Maşında marixuana çəkmişlər, marixuananın iyi çölə vurduğu üçün maşına baxış keçirilmişdir. Onun üstündə heroin və metamfetamin olmuşdur. Həmin vasitələri şəxsi istifadəsi üçün əldə etmişdir. Yanındakıların onun üstündə narkotik vasitə olduğundan xəbərləri olmamışdır. Narkotik vasitəni çox çəkməmək üçün özü bölmüşdür. Yoxlamaya görə narkotik vasitəni rezinin altına qoymuşdur. Polis əməkdaşları tərəfindən fiziki zor tətbiq olunmamışdır. Narkotik vasitə ayrı-ayrı bükümlərdə olmuş, onda tərəzi olmamışdır. O, narkotik vasitə satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq araşdırılmış ifadəsində ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, fəhləçilik etməklə ailəsini dolandırır. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şahid10 ilə qonşuluqda yaşayır. 19 mart 2022-ci il tarixdə Mais, Vahid və Qabillə birlikdə Quba rayonuna getməyi qərarlaşdırmışlar. Qubaya getməmişdən əvvəl Bakı şəhərində yaşadıqları evin yaxınlığında avtomobilimin içərisində İlkin, Vahid və Qabillə birlikdə bir ədəd siqaretə narkotik vasitə qurudulmuş marixuana doldurub istifadə etmişlər. Bundan sonra həmin günü saat təxminən 23:30 radələrində Bakı şəhərindən Quba rayonuna doğru yola düşmüşlər. 20 mart 2022-ci il tarixdə saat təxminən 04 radələrində Quba rayonunda yerləşən Aynur adlı restoranın qarşısına çatmışlar. Aynur restoranının qarşısında yol yoxuş olduğundan Mais avtomobilini qarda hərəkət etdirə bilməmiş və məcbur qalıb avtomobilini yolun sol tərəfinə doğru hərəkət etdirib dayandırmışdır. Qabillə o, marixuana çəkmək istəyəndə polis əməkdaşları onların avtomobiliinə doğru yaxınlaşmışlar. Polis əməkdaşları onlara yaxınlaşmamışdan əvvəl onlar siqaretdə narkotik vasitə yandırmışlar. Polis əməkdaşları avtomobilə yaxınlaşdıqdan sonra narkotikin iyisindən şübhələnib oraya digər polis əməkdaşlarını da dəvət etmişlər. Bundan sonra Maisin narkotik vasitə saxlamaqda şübhəli olduğu deyib dəvət edilmiş vəkilin də iştirakı ilə hüquq və vəzifələri izah edildikdən sonra Maisin üzərində videoçəkilişlə şəxsi axtarış aparılacağı bildirilmişdir. Sorğu zamanı Mais üzərində narkotik vasitə olmadığını, lakin avtomobilində narkotik vasitə olduğunu bildirmişdir. Mais avtomobilinə baxış və üzərində şəxsi axtarış aparılmasına etiraz etmədiyini bildirdikdən sonra Maisin üzərində olan əşyalarını təqdim etməyi bildirilmişdir. Mais mobil telefonunu, pulunu çıxarıb avtomobilin arxa yük yerinin üzərinə qoymuşdur. Bundan sonra şəxsi axtarış zamanı Maisin əynində olan ağ rəngli gödəkcənin sağ içəri cibindən bir ədəd gümüşü rəngli bükümdə psixotrop maddə aşkar edilmişdir. Mais həmin maddənin patı olduğunu və öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Aşkar edilmiş kütlə elektron tərəzidə ölçülmüş sonra isə həmin büküm qablaşdırılıb möhürlənmiş və Mais də həmin zərfə imza etmişdir. Bundan sonra Maisin idarə etdiyi Azsamad markalı **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Mais ilk öncə sürücü tərəfdə olan qapının cibindəki bir ədəd gümüşü rəngli bükümdə kakos, bir ədəd şəffaf sellofan bükümdə patını və bir ədəd borucuğu təqdi etmiş, sonra avtomobilin şitinin üzərində heroin qəbul etdiyi gümüşü rəngli falqa da aşkar olunmuşdur. Həmin kütlələr elektron tərəzidə ölçülmüşdür. Sonra isə sağ sərnişin oturacağının üzərində olan onunla birlikdə narkotik vasitə istifadə etdikləri iki ədəd gümüşü rəngli falqa da aşkar edilmişdir. Daha sonra isə həmin kütlələr gümüşü rəngli falqa kağız və narkotik istifadə etdiyi borucuq qablaşdırılmış və Mais də zərfə imza etmişdir. Bundan sonra avtomobilin külqabısından bir ədəd siqaret kötüyü aşkar edilmiş, Mais həmin siqaretdə o, Şahid10 və Təqsirləndirilən şəxs2lə birlikdə narkotik vasitə istifadə etdiklərini bildirmişdir. Bundan sonra avtomobilin arxa oturacağının ortasında iki ədəd pul kisəsi aşkar edilmişdir. Həmin pul kisələri ona məxsus olmuşdur. O, həmin kisələrin özünə məxsus olduğunu təsdiqləmişdir. Həmin kisələrə içərisinə baxış zamanı içərisindən bir ədəd şəffaf sellofanın içərisindən 05 ədəd bükümdə narkotik vasitə kakos və digər narkotik vasitə və patı da aşkar edilmişdir. Aşkar edilmiş kütlələr elektron tərəzidə ölçülmüş və həmin kütlələrdən 05 ədəd büküm 1,6 qram, digər sellofan bükümdə olan 8,2 qram, orbit saqqız kağızına bükülü kütlə 2,8 qram, digər bükülü 2,7 qram gəlmiş bir ədəd sellofan bükümdə patı isə 0,7 qram gəlmişdir. Aşkar edilmiş kütlələr də qablaşdırılmış və onunla birlikdə Mais də zərfin üzərinə imza etmişdir. Bundan başqa digər kisənin də içərisinə baxış keçirilmişdir. Həmin kisənin də içərisindən xırda bükümlərdə kakos və patı aşkar edilmişdir. O, həmin kütlələrin özünə məxsus olduğunu bildirdim. Aşkar edilmiş kütlələr elektron tərəzidə ölçüldü və müvafiq olaraq 1,4 qram, 1,4 qram, 1,1 qram, 1,5 qram, 0,5 qram, 13 ədəd xırda bükümlərdəki kütlələr 3,1 qram, bükümlərdən biri tərəzidə çəki göstərməmiş, 4 ədəd büküm və bir ədəd siqaretdə marixuana isə 3 qram gəlmişdir. Bundan sonra yenə həmin kütlələr qablaşdırılmış o və Mais də zərfin üzərinə imza etmişdir. Sonra isə sağ arxa ayaqaltı rezinin üzərindən siqaretə doldurulmuş marixuana aşkar edilmiş və Şahid10 orada özünün əyləşdiyini, həmin siqaretin də onun olduğunu bildirmişdir. Bundan sonra avtomobilimin sol arxa oturacağının arxasından qara sellofan paket aşkar edilmiş və Təqsirləndirilən şəxs2 həmin sellofanın ona məxsus olduğunu bildirmişdir. Həmin sellofanın içərisində olan plastmas qabın içərisindən kütlələr aşkar edilmiş və həmin kütlələr də elektron tərəzidə ölçüldükdən sonra 0,7 qram, 0,5 qram və 0,5 qram gəlmişdir. Həmin kütlələr də qablaşdırılmışdır. Bunlardan başqa avtomobildən narkotik vasitə aşkar edilməmiş və onlar birlikdə rayon polis şöbəsinə gəlmişlər. Quba rayon polis şöbəsinə gəldikdən sonra vəkilin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı cibində olan siqaret qutusunun içərisindən gümüşü rəngli üzərində kakos istifadə etdiyi falqa kağızı aşkar edilmişdir. Sonra isə aşkar edilmiş falqa kağızı qablaşdırılmış və zərfin üzərinə o da imza etmişdir. O, özünə məxsus olan narkotik vasitələri Bakı şəhəri 28 may metrosunun yaxınlığından götürmüşdür. Həmin narkotik vasitələri tanımadığı İran vətəndaşı həmin yerə qoydurtmuşdur. O, həmin iranlını tanımır. İranlının ona göndərdiyi bank kart hesabına 270 manat pul yükləmiş İranlı da narkotik vasitələri qoyduğu yeri ona demişdir. O, həmin İran vətəndaşı ilə instagram sosial şəbəkəsində tanış olmuşdur. Həmin İranlı ilə o, yalnız sosial şəbəkələrdə danışmışdır. Onun üzərində narkotik vasitə və psixotrop maddələr olması barədə avtomobildə olan digər şəxslərin məlumatı olmamışdır. Həmçinin onun da digərlərinin üzərlərində narkotik vasitə gəzdirməsi barədə məlumatı olmamışdır.( cild 1, iş vərəqə 168-171) Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ittiham olunduğu əməllər üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Maisə taksi kimi onları şəkil çəkdirib gəzmək üçün Qubaya aparmağı demişlər, Qəçreşə maşın çıxmamış, maşında oturanda polislər gəlib onları saxlamışdır. Onda heroin, metamfetamin, bir büküm isə marixuana olmuşdur. Narkotik vasitələri tapmışdır. Maislə İlkinin narkotik vasitə istifadəçisi olduqlarını bilmiş, amma üzərlərində narkotik vasitə olmasını bilməmişdir. Heç kimdə tərəzi olmamışdır. O, narkotik vasitə satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq araşdırılmış ifadəsində ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək göstərmişdir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Şahid10 ilə qonşuluqda yaşayırlar. 19 mart 2022-ci il tarixdə İlkin, Mais və Qabillə birlikdə Quba rayonuna getməyi qərarlaşdırmışlar. Bu zaman Bakı şəhərində yaşadıqları evin yaxınlığında avtomobilin içərisində İlkin, Vahid və Qabillə birlikdə bir ədəd siqaretə narkotik vasitə qurudulmuş marixuana doldurub istifadə etmişlər. Bundan sonra həmin günü saat təxminən 23:30 radələrində Bakı şəhərindən Quba rayonuna doğru yola düşmüşlər. 20 mart 2022-ci il tarixdə saat təxminən 04 radələrində Quba rayonunda yerləşən Aynur adlı restoranın qarşısına çatmışlar. Aynur restoranının qarşısında yol yoxuş olduğundan Mais avtomobilini qarda hərəkət etdirə bilməmiş və məcbur qalıb avtomobilini yolun sol tərəfinə doğru hərəkət etdirib dayandırmışdır. Bundan sonra o, yuxusu gəldiyindən yatmışdır. O, yuxudan oyananda polis əməkdaşları avtomobilin yanında olmuşdur. Bundan sonra Maisin narkotik vasitə saxlamaqda şübhəli olduğu deyib dəvət edilmiş vəkilin də iştirakı ilə hüquq və vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs1 üzərində videoçəkilişlə üzərimdə şəxsi axtarış aparılacağı bildirildi. Sorğu zamanı Mais üzərində narkotik vasitə olmadığını, lakin avtomobilində narkotik vasitə olduğunu bildirmişdir. Mais avtomobilinə baxış və üzərində şəxsi axtarış aparılmasına etiraz etmədiyini bildirdikdən sonra Maisə üzərində olan əşyalarını təqdim etməyini bildirdilər. Mais üzərindəki avtomobilin arxa yük yerinin üzərinə qoydu. Bundan sonra şəxsi axtarış zamanı Maisin əynində psixotrop maddə aşkar edilmişdir. Mais həmin maddənin patı olduğunu və öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Aşkar edilmiş kütlə elektron tərəzidə ölçülmüş sonra isə həmin büküm qablaşdırılıb möhürlənmiş və Mais da həmin zərfə imza etmişdir. Bundan sonra Maisin idarə etdiyi Azsamad markalı **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Mais ilk öncə sürücü tərəfdə olan qapının cibindəki bir ədəd gümüşü rəngli bükümdə kakos, bir ədəd şəffaf sellofan bükümdə patını və bir ədəd borucuğu təqdim etmiş, sonra avtomobilin şitinin üzərində heroin qəbul etdiyi gümüşü rəngli falqa da aşkar olunmuşdur. Həmin kütlələr elektron tərəzidə ölçülmüşdür. Sonra isə sağ sərnişin oturacağının üzərində narkotik vasitə istifadə etdiyi iki ədəd gümüşü rəngli falqa da aşkar edilmişdir. Daha sonra isə həmin kütlələr gümüşü rəngli falqa kağız və narkotik istifadə etdikləri borucuq qablaşdırılmış və Mais da zərfə imza etmişdir. Bundan sonra avtomobilin külqabısından bir ədəd siqaret kötüyü aşkar edilmiş, Mais həmin siqaretdə o, Şahid10 və Təqsirləndirilən şəxs3la birlikdə narkotik vasitə istifadə etdiklərini bildirmişdir. Bundan sonra avtomobilin arxa oturacağının ortasında iki ədəd pul kisəsi aşkar edilmişdir. Həmin pul kisələri Təqsirləndirilən şəxs3 məxsus olmuşdur. İlkin həmin kisələrin özünə məxsus olduğunu təsdiqləmişdir. Həmin kisələrə içərisinə baxış zamanı içərisindən bir ədəd şəffaf sellofanın içərisindən narkotik vasitə və patı da aşkar edilmişdir. Aşkar edilmiş kütlələr elektron tərəzidə ölçülmüş və qablaşdırılmışdır. Bundan başqa digər kisənin də içərisinə baxış keçirilmişdir. Həmin kisənin də içərisindən xırda bükümlərdə kakos və patı aşkar edilmişdir. İlkin həmin kütlələrin özünə məxsus olduğunu bildirmişdir. Aşkar edilmiş kütlələr elektron tərəzidə ölçülmüş və həmin kütlələr qablaşdırılmışdır. Sonra isə sağ arxa ayaqaltı rezinin üzərindən siqaretə doldurulmuş marixuana aşkar edilmiş və Şahid10 orada özünün əyləşdiyini, həmin siqaretin də onun olduğunu bildirmişdir. Bundan sonra avtomobilin sol arxa oturacağının arxasından qara sellofan paket aşkar edilmiş və o, həmin sellofanın özünə məxsus olduğunu bildirmişdir. Həmin sellofanın içərisində olan plastmas qabın içərisindən kütlələr aşkar edilmiş və həmin kütlələr də elektron tərəzidə ölçüldükdən sonra 0,7 qram, 0,5 qram və 0,5 qram gəlmişdir. Həmin kütlələr də qablaşdırılmışdır. Bunlardan başqa avtomobildən narkotik vasitə aşkar edilməmiş və onlar birlikdə rayon polis şöbəsinə gəlmişlər. Quba rayon polis şöbəsində vəkilində iştirakı ilə onunda üzərində şəxsi axtarış keçirilmişdir. Lakin üzərindən narkotik vasitə aşkar edilməmişdir. O, ancaq heroin, marixuana istifadə edir. Yanında olan tanışlarının onun üzərində narkotik vasitə və psixotrop maddə saxlamağı barədə məlumatları olmamışdır. Həmçinin onun da digərlətinin üzərlərində narkotik vasitə gəzdirməsi barədə məlumatı olmamışdır. O, ancaq marixuana olması barədə məlumatlı olmuş və bir qədər heroin olduğunu bilmişdir. Lakin tanışlarında bu qədər çoxlu sayda narkotik vasitə olmasını bilməmişdir. O, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. ( cild 1, iş vərəqə 179-182) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 43-cü PB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 19 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi RPİ-nin 43-cü PB-nə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, İsfahani küçəsində yerləşən fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində gəzdirməsi ilə bağlı məlumat daxil olmuşdur. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 20 yanvar 2022-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülüstan küçəsində yerləşən «mal bazarı» kimi adlanan bazarın qarşısı tərəfdə saxlanılaraq Binəqədi RPİ-nin 43-cü PB-nə gətirilmişdir. 20 yanvar 2022-ci il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs1 üzərinə vəkilin iştirakı və videoçəkilişlə şəxsi axtarış keçirilməmişdən əvvəl üzərində olan qanunla qadağan edilmiş əşya varsa, təqdim etməsi təklif olunmuş, həmin vaxt Təqsirləndirilən şəxs1 əynindəki gödəkcəsinin cibindən bir ədəd bükümdə narkotik vasitə olan heroini çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş maddənin özünə məxsus «kakos» kimi adlanan narkotik vasitə heroin olduğunu, tutulmamışdan təxminən bir saat əvvəl Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülüstan küçəsində yerləşən hamının «mal bazarı» kimi adlandırdığı bazarın yanında tanımadığı şəxsdən 25 manat pula şəxsi istifadəsi üçün alıb üzərində saxladığını bildirmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Şahid Binəqədi RPİ-nin 43-cü PB-nin əməliyyat müvəkkili Şahid1 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, məhkəmədə ifadəsi alınmış polis əməkdaşları Şahid2 ilə oxşar məzmunlu ifadə verərək onların göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etmişdir. ( cild 2, iş vərəqə 154-157) Məhkəmədə şahid qismində dindirilmiş Quba RPŞ-nin PPXB-nin polis nəfəri Şahid3 ifadəsində göstərdi ki, 20 mart 2022-ci il tarixdə Quba RPŞ-nin PPXB-nin polis nəfəri Şahid9la birlikdə Quba-Qəçrəş yolunda xidmətdə olan yolun əks istiqamətində dayanan avtomobilə yaxınlaşmışlar. O, avtomobilə yaxınlaşıb söhbət etdikdən sonra avtomobildə olan sərnişinlərin narkotik vasitədən istifadə etməsindən şübhələnib telefonla RPŞ-nin NHnə məlumat vermişdir. Bundan sonra Quba RPŞ-nin əməkdaşlarının iştirakları ilə 20 mart 2022-ci il tarixdə saat 06 radələrində Quba rayonu, Qəçrəş kəndi istiqamətində yol kənarında Təqsirləndirilən şəxs1 yaxınlaşıb üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olması bildirilərək hüquq və vəzifələri izah edilmişdir. Quba rayon Vəkil bürosundan vəkil Təqsirləndirilən şəxs1 təqdim edilmişdir. Təqsirləndirilən şəxs1 vəkilin iştirakı ilə üzərində şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə olmadığını, lakin avtomobilimdə narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 avtomobilinə baxış və üzərində şəxsi axtarış aparılmasına etiraz etmədiyini bildirdikdən sonra üzərində olan əşyalarını təqdim etməyi bildirilmişdir. Təqsirləndirilən şəxs1 mobil telefonunu, pulunu çıxarıb avtomobilin arxa yük yerinin üzərinə qoymuşdur. Bundan sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan gödəkcənin cibindən bir ədəd gümüşü rəngli bükümdə psixotrop maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs1, həmin maddənin metamfetamin olduğunu və öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir Bundan sonra Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs1 ilk öncə sürücü tərəfdə olan qapının cibindəki bir ədəd gümüşü rəngli bükümdə kütləni, bir ədəd şəffaf sellofan bükümdə kütləni və bir ədəd borucuğu təqdim etmiş, sonra avtomobilin şitinin üzərində gümüşü rəngli falqa da aşkar olunmuşdur. Sonra isə sağ sərnişin oturacağının üzərində olan iki ədəd gümüşü rəngli falqa da aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 həmin narkotik vasitələri 20 manata aldığını bildirmişdir. Bundan sonra avtomobilin külqabısından bir ədəd siqaret kötüyü aşkar edilmiş, Təqsirləndirilən şəxs1 həmin siqaretdə Təqsirləndirilən şəxs3, Şahid10 və Təqsirləndirilən şəxs2lə birlikdə narkotik vasitə istifadə etdiklərini bildirmişdir. Sonra isə avtomobilin qoltuqaltı barından iki ədəd cib bıçağı və bir ədəd narkotik vasitə qəbul etmək üçün borucuq aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 həmin bıçaqların və borucuğun özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra avtomobilin arxa oturacağının ortasında iki ədəd pul kisəsi aşkar edilmişdir. Baxışda iştirak edən digər sərnişin Təqsirləndirilən şəxs3 həmin kisələrin özünə məxsus olduğunu təsdiqləmişdir. Həmin kisələrə içərisinə baxış zamanı içərisindən bir ədəd şəffaf sellofanın içərisindən 05 ədəd bükümdə narkotik vasitəyə oxşar kütlələr və digər kütlələr də aşkar edilmişdir. Bundan başqa digər kisənin də içərisinə baxış keçirilmişdir. Həmin kisənin də içərisindən xırda bükümlərdə narkotik vasitəyə oxşar kütlələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs3 həmin kütlələrin özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra avtomobilin sol arxa oturacağının arxasından qara sellofan paket aşkar edilmiş və digər sərnişin Təqsirləndirilən şəxs2 həmin sellofanın ona məxsus olduğunu bildirmişdir. Həmin sellofanın içərisində olan plastmas qabın içərisindən kütlələr aşkar edilmişdir. Daha sonra isə digər prosesual hərəkətlərin aparılması üçün Təqsirləndirilən şəxs1 və digər şəxslər rayon polis şöbəsinə dəvət edilmişdir. O, ibtidai istintaq zamanı verdiyini ifadəsini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Quba RPŞ-nin polis əməkdaşları Şahid4, Şahid5, Şahid6, Şahid8 məhkəmədə ifadəsi alınmış polis əməkdaşı Şahid3 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etmişdir. Şahid polis əməkdaşları Şahid7 və Şahid9 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, onlar, məhkəmədə ifadəsi alınmış polis əməkdaşları Şahid3, Şahid4, Şahid5, Şahid6, Şahid8 ilə oxşar məzmunlu ifadə verərək onların göstərdiyi xüsusatları özlərinə aid hissədə təsdiq etmişlər. ( cild 2, iş vərəqə 189-191, 201- 203) Şahid10 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq araşdırılmış ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qonşuluqda yaşamışdır. 19 mart 2022-ci il tarixdə instagram sosial şəbəkəsində Quba rayonuna qar yağdığını görmüş və qonşuları İlkin, Vahid və Maislə birlikdə Quba rayonuna getməyi qərarlaşdırmışlar. Bu zaman Bakı şəhərindən Quba rayonuna gələn zaman Maisin idarə etdiyi avtomobilimin içərisində Mais, İlkin və Vahid bir ədəd siqaretə narkotik vasitə qurudulmuş marixuana doldurub istifadə etmişlər. Bundan sonra həmin günü saat təxminən 23:30 radələrində Bakı şəhərindən Quba rayonuna doğru yola düşmüşlər. 20 mart 2022-ci il tarixdə saat təxminən 04 radələrində Quba rayonunda yerləşən Aynur adlı restoranın qarşısına çatmışlar. Aynur restoranının qarşısında yol yoxuş olduğundan avtomobil qarda hərəkət etməmiş və Mais məcbur qalıb avtomobilini yolun sol tərəfinə doğru hərəkət etdirib dayandırmışdır. Bundan sonra o, avtomobildən enib bir qədər gəzdikdən sonra yenidən avtomobilə əyləşmişdir. Avtomobilə əyləşdikdən sonra İlkin bir ədəd siqaret dənəsinə doldurulmuş marixuananı ona verib yandırıb çəkməyi təklif etmişdir. Mən siqareti yandırıb bir tüstü istifadə etdikdən sonra polis əməkdaşları avtomobilə yaxınlaşmış və narkotikin iyisindən şübhələnib oraya digər polis əməkdaşlarını da dəvət etmişlər. Bundan sonra Maisə narkotik vasitə saxlamaqda şübhəli olduğu deyib dəvət edilmiş vəkilin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Sorğu zamanı Mais üzərində narkotik vasitə olmadığını, lakin avtomobilində narkotik vasitə olduğunu bildirmişdir. Mais avtomobilinə baxış və üzərində şəxsi axtarış aparılmasına etiraz etmədiyini bildirdikdən sonra üzərində olan əşyalarını təqdim etməyini bildirilmişdir. Mais mobil telefonunu, pulunu çıxarıb avtomobilin arxa yük yerinin üzərinə qoymuşdur. Bundan sonra Maisin idarə etdiyi Azsamad markalı **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Mais ilk öncə sürücü tərəfdə olan qapının cibindəki bir ədəd iki ədəd bükümdə narkotik vasitəni təqdim etmiş, sonra avtomobilin şitinin üzərində Maisin heroin qəbul etdiyi gümüşü rəngli falqa da aşkar olunmuşdur. Həmin kütlələr elektron tərəzidə ölçülmüş və patının çəkisi 0,4 kakosun çəkisi isə 0,3 göstərmişdir. Sonra isə sağ sərnişin oturacağının üzərində olan Maisin İlkinlə birlikdə narkotik vasitə istifadə etdiyi iki ədəd gümüşü rəngli falqa da aşkar edilmişdir. Daha sonra isə həmin kütlələr gümüşü rəngli falqa kağız və narkotik istifadə etdiyi borucuq qablaşdırılmış və Mais də zərfə imza etmişdir. Bundan sonra avtomobilin külqabısından bir ədəd siqaret kötüyü aşkar edilmiş, Mais həmin siqaretdə Təqsirləndirilən şəxs3, o və Təqsirləndirilən şəxs2lə birlikdə narkotik vasitə istifadə etdiklərini bildirdimişdir. Sonra isə avtomobilin qoltuqaltı barından iki ədəd cib bıçağı və bir ədəd narkotik vasitə qəbul etmək üçün borucuq aşkar edilmişdir. Mais həmin bıçaqların və borucuğun özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra avtomobilin arxa oturacağının ortasında iki ədəd pul kisəsi aşkar edilmişdir. Həmin pul kisələri Təqsirləndirilən şəxs3 məxsus olmuşdur. İlkin gələrək həmin kisələrin özünə məxsus olduğunu təsdiqləmişdir. Həmin kisələrə içərisinə baxış zamanı içərisindən bir ədəd şəffaf sellofanın içərisindən 05 ədəd bükümdə narkotik vasitə kakos və digər narkotik vasitə və patı da aşkar edilmişdir. Aşkar edilmiş kütlələr elektron tərəzidə ölçülmüşdür. Aşkar edilmiş kütlələr də qablaşdırılmış və Maislə birlikdə İlkin də zərfin üzərinə imza etmişlər. Bundan başqa digər kisənin də içərisinə baxış keçirilmişdir. Həmin kisənin də içərisindən xırda bükümlərdə kakos və patı aşkar edilmişdir. Təqsirləndirilən şəxs3 həmin kütlələrin özünə məxsus olduğunu bildirmişdir. Aşkar edilmiş kütlələr elektron tərəzidə ölçülmüş və həmin kütlələr qablaşdırılmış Mais və İlkin də zərfin üzərinə imza etmişlər. Sonra isə sağ arxa ayaqaltı rezinin üzərindən siqaretə doldurulmuş marixuana aşkar edilmiş və o, orada özünün əyləşdiyini, həmin siqareti özünün istifadə etdiyini demişdir. Bundan sonra avtomobilinin sol arxa oturacağının arxasından qara sellofan paket aşkar edilmiş və Təqsirləndirilən şəxs2 həmin sellofanın ona məxsus olduğunu bildirmişdir. Həmin sellofanın içərisində olan plastmas qabın içərisindən kütlələr aşkar edilmiş və həmin kütlələr də elektron tərəzidə ölçülmüş və kütlələr də qablaşdırılmışdır. Bunlardan başqa avtomobildən narkotik vasitə aşkar edilməmiş və onlar birlikdə rayon polis şöbəsinə gəlmişlər. Quba rayon polis şöbəsində dəvət olunmuş vəkilin də iştirakı ilə üzərində şəxsi axtarış aparılmış, lakin üzərində dövriyyəsi qadağan olunmuş əşya və prementlər aşkar edilməmişdir. O, yolda gələn zaman deyil, Quba rayonuna çatdıqdan sonra marixuanadan istifadə etmişdir. Onun Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərlərində və avtomobildə narkotik vasitə və psixotrop maddə saxlamaları barədə məlumatı olmamışdır. ( cild 1, iş vərəqə 143-146) Məhkəmədə əlavə şahid qismində dindirilmiş Quba RPŞ-nin TB-nin təhqiqatçısı X11 ifadəsində göstərdi ki, hadisə 2 il əvvəl ollmuş, çox insanla bağlı sənədləşdirirmə edir deyə həmin hadisə ilə bağlı dəqiq xatırlamadığı faktlar vardır. Saxlanılanların qarlı havada 4 nəfər şəxs olmaları yadındadır. Maşının hər yerindən narkotik vasitə çıxmış, özləri bir-bir hansı narkotik vasitənin kimə məxsus olmasını etiraf etmişdir. Aşkar olunana bütün vasitələr qablaşdırılmışdır. Onunla hadisə yerinə əməliyyat qrupunun üzvləri olmuş və onun tərəfindən vəkillər də dəvət edilmişdir. Şəxsi axtarışı saxladıqları yerdə etmişlər. Protokol şöbədə tərtib olunmuşdur. Videoçəkiliş də şəxsi axtarış olunan yerdə edilmişdir. Bıçaq olması yadına düşməmiş, aşkar olunubsa, sənədləşdirilmişdir. Əvvəl şəxsi axtarış, sonra baxış keçirilmişdir. Həmin şəxsləri əvvəl tutmuş, onların hüquqlarını izah etmişdir. Hadisə yerində şərait olmadığı üçün tutma protokolunu da şöbədə tərtib etmişdir. Daha sonra bütün materialları istintaqa vermişdir. Aşkar olunan çanta Vahidə məxsus olmuş, o özü etiraf etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 yanvar 2022-ci il tarixli “əməliyyat axtarış tədbirlərinin həyat keçirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində gəzdirməsi barədə Binəqədi RPİ-nin 43-cü PB-nə məlumat daxil olmuşdur. ( cild 2, iş vərəqə 44-45) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 mart 2022-ci il tarixli raportdan görünür ki, həmin tarixdə Quba PRŞ-nin PPXB-nin əməkdaşları Quba- Qeçreş yolunun 1-ci km-də yolun əks istiqamətində ağ rəngli Az-Samand Markalı, **-RZ- *** dövlət qeydiyyat nişanlı avtomobili dayanmış vəziyyətdə görüb avtomobilə yaxınlaşıb özlərini təqdim etmiş, avtomobili idarə edən şəxsdən nəqliyyat vasitəsini yolun əks istiqamətində hansı səbəbdən saxladığını soruşan zaman həmin şəxs özünü çox şübhəli və həyəcanlı apardığından şübhələnərək maşının açıq olan yan şüşəsinə yaxınlaşdıqda avtomobilin içərisindən marixuanaya xas sepesifik qoxunun gəldiyini hiss edərək avtomobilə vizaual baxış zamanı falqa kağızlarının avtomoblinin salonunun ön hissəsində olduğunu, həmçinin maşında sürücüdən başqa 03 nəfərin olduğunu görmüşlər. Dərhal yaxında olan mango komandirləri və RPŞ-nin NH-nə məlumat verilmişdir. (cild 1, iş vərəqə 04) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş “şəxsi axtarış və götürmə aparılması haqqında” 20 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan əynində olan qara rəngli gödəkcəsinin sol yan cibindən bir ədəd bükümdə qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür.( cild 2, iş vərəqə 70-71) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş “şəxsi axtarışın keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan ağ rəngli gödəkcənin sağ içəri cibindən 01 ədəd bükümdə psixotrop maddə metamfetaminə oxşar kütə aşkar edilərək götürülmüşdür. (Cild 1, iş vərəqləri 26) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş “baxış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 idarə etdiyi Azsamand markalı **- ZR-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin sol qabaq qapısının içərisindən 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə və 01 ədəd bükümdə psixotrop madə metamfetaminə bənzər kütlə, 01 ədəd borucuq, avtomobilin şitinin üstündə qəhvəyi rəngli falqa kağızı, qabaq sağ oturacağın üstündən 02 ədəd falqa kağızı aşkar edildi. Təqsirləndirilən şəxs1 bildirdi ki, aşkar olunan narkotik vasitələr ona məxsusdur. Avtomobilin külqabısıbdan 01 ədəd siqaret kötüyü aşkar edildi. Təqsirləndirilən şəxs1 bildirdi ki, həmin kötükdə yanında olan şəxslərlə birgə narkotik vasitə marixuana çəkmişlər. Avtomobilin qoltuqaltı barından 02 ədəd cib bıçağı, 01 ədəd borucuq aşkar edildi. Təqsirləndirilən şəxs1 bu bıçaq və borucuğun da ona məxsus olduğunu bildirdi. Bundan sonra avtomobilin arxa oturacağının orta hissəsi üzərindən 01 ədə dəri, 01 ədəd parça pul kisəsi aşkar edildi. Təqsirləndirilən şəxs3 kisələrin ona məxsus olduğunu bildirdi. Dəri kisə açıldıqda içərisindən bir sellofon parçada 05 ədəd heroinə oxşar kütlə, bir sellofan bükümdə heroinə oxşar kütlə, 01 ədəd “orbit” saqqız kağızına bükülmüş heroinə oxşar kütlə aşkar edildi. 01 ədəd kağz bükümdə heroinə oxşar kütlə aşkar edildi, 01 ədəd metamfetaminə oxşar kütlə aşkar edildi. Bundan başqa həmin kisədə borucuqlar da aşkar edildi. Bundan sonra parça kisəyə baxış keçirilmiş, kisədən bir ədəd bükümdə herinə, 01 ədəd bükümdə metamfetaminə oxşar kütlə, 13 ədəd xırda falqa kağız bükümündə metamfetaninə oxşar kütlələr aşkar edildi. Həmin parça kisədə 04 bükümdə və 01 siqaret gilizinə doldurulmuş marixuanaya oxşar kütlələr aşkar edildi. Bundan sonra avtomoblilin arxa sol oturacağının üst tərfindən sellofan paket aşkar edildi, paketin içində balaca kalçuk qabın içərisində 01 ədəd bükümdə heroinə oxşar kütlə, 01 ədəd bükümdə marixuanaya oxşar kütlə, 01 ədəd bükmdə metamfetaminə oxşar kütlə, həmin kalçuq qabda borucuqlar və falqa kağızı da aşkar edildi. Baxışda istirak edən Təqsirləndirilən şəxs2 kalçuq qabdakı kütlələrin onun olduğunu bildirdi. Bundan sonra avtomobilin sol ayaqaltı rezinin üstündən 01 ədəd borucuq, 01 ədəd siqaret gilizinə doldurulmuş marixuana oxşar kütlə aşkar edildi. Şahid10 oğıu bildirdi ki, siqaret gilizindəki marixuanaya oxşar kütlə onundur. ( cild 1, iş vərəqə 27-28) Şəxsi axtarışın keçirilməsi barədə, baxış keçirilməsi barədə protokollarda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Azerfon MMC, Bakcell MMC və Azercell MMC tərəfindən təqdim edilmiş CD disklərə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, hər üç təqsirləndirilən şəxsin əlaqəli olaraq qanunsuz olaraq narkotik vasitələrin satışı ilə məşğul olmasına dair məlumatlar olmuşdur. ( cild 2, iş vərəqə 195-196, 218-219) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmə kimyəvi ekspertizasının 21 yanvar 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs1 aşkar edilrək götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,489 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. ( cild 2, iş vərəqə 81-82) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş kompleks məhkəmə kimyəvi bioloji ekspertizasının 20 mart 2022-ci il tarixli 6/1608 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş: vət. Təqsirləndirilən şəxs1 aşkar edilən şərti olaraq 2№, 3№, 4№: 7№, 8№ ilə işarələnmiş zərflərdəki ümumilikdə təmiz çəkiləri 10,547 qram qəhvəyi rəngli maddə kütlələri eyni tərkibli olmaqla kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir.- vət Təqsirləndirilən şəxs1 aşkar edilən şərti olaraq 2№, 4№; 7№: 8№ ilə işarələnmiş zərflərdəki ümumilikdə təmiz çəkiləri 6,848 qram ağ rəngli, kristalşəkilli kütlələr eyni tərkibli olmaqla kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. - vət. Təqsirləndirilən şəxs1 aşkar edilən borucuq formalı predmetlərdə psixotrop maddəmetamfetaminin izləri; folga kağız kəsiklərində narkotik vasitə-heroinin izləri müəyyən edildi. Predmetlərdə və folga kağız kəsiklərində metamfetamin və heroin iz şəklində olduğundan təmiz çəkilərinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqat aparılması mümkün olmadı. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"in siyahısına (Siyahı İ), Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azerbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına (Siyahı İ) daxildir.( cild 1, iş vərəqə 101- 106) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş kompleks məhkəmə kimyəvi bioloji ekspertizasının 20 mart 2022-ci il tarixli 7/278 saylı rəyindən görünür ki, tədqiqata teqdim olunmuş üzərinde “vət.Təqsirləndirilən şəxs1 avtomobilindən aşkar edilmiş narkotik vasitə... marixuanaya oxşar kütlələr” yazılar və imzalar olan 1№-li zərfdə 4 (dörd) ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çekiləri 0,201 qram; 0,255 qram; 0,362 qram; 0,176 qram və 1 ədəd papirosda olan qarışıq kütlədə təmiz çəkisi- 0,440 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinden kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanalardır. Həmin marixuanaların ümumi çəkisi-1,434 qramdır. Tədqiqata taqdim olunmuş üzərində “Vət.Təqsirləndirilən şəxs1 aşkar edilmiş narkotik vasitə metamfetaminə, heroine, marixuanaya oxşar kütlələr” yazılar və imzalar olan 2№-li zərfdə 1 (bir) ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi- 0.285 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çǝtənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır. Tədqiqata teqdim olunmuş üzərində “Vət.Alməmmədovun avtomobilindən aşkar edilmiş narkotik vasitı marixuanaya oxşar kütlə” yazılar və imzalar olan 6№-li zərfdə 1 (bir) ədəd uc hissəsi yanmış papirosda olan qarışıq kütlədə təmiz çəkisi-0,230 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinden kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır.Tədqiqata təqdim olunmuş 1№-li, 2№-li və 6№-li zərflərdə olan marixuanalar tarkiblərinə görə eynidir. Həmin marixuanaların ümumi çəkisi-1,949 qramdır. ( cild 1, iş vərəqə 107-111) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş kompleks məhkəmə kimyəvi bioloji ekspertizasının 22 mart 2022-ci il tarixli 6/1616 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş: - üzərində: “vət. Təqsirləndirilən şəxs1 avtomobilindən aşkar olunmuş vət Təqsirləndirilən şəxs2 məxsus olan bir büküm narkotik vasitə-heroinə oxşar kütlə...bir büküm psixotrop maddə-metamfetaminə oxşar kütlələr..." yazılar olan kağız paketdəki (№1) üzərində "2№" işarəsi olan zərfdə 01 ədəd bükümdə təmiz çəkisi 0,185qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 01 ədəd bükümdə təmiz çəkisi 0,477qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir,- üzərində "Vət. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş bir büküm psixotrop maddə metamfetaminə oxşar kütlə olan...3№-li...sonuncunun avtomobilindən aşkar olunmuş bir büküm narkotik vasitə-heroinə oxşar kütlə...bir büküm psixotrop maddə-metamfetaminə oxşar kütlələr, 03 ədəd folqa kəsiyi və 01 ədəd borucuq olan 4№-li zərf..." yazılar olan kağız paketdəki (№2) üzərində "3№" işarəsi olan zərfdə 01 ədəd bükümdə təmiz çəkisi 0,203qram ağ rəngli, kristal şəkilli maddə kütləsi və üzərində "4№" işarəsi olan zərfdə 01 ədəd bükümdə təmiz çəkisi 0,481qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir, 01 ədəd bükümdə təmiz çəkisi 0,254qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; -üzərində "Vət. Təqsirləndirilən şəxs1 avtomobilindən aşkar olunmuş vət. Təqsirləndirilən şəxs3 məxsus olan narkotik vasitə heroine və psixotrop madde metamfetaminə oxşar kütlələr olan 7№-li, 8№-li və 5№-li zərfdə olan folqa kağız..." və s. yazılar olan kağız paketdə (№3) üzərində "7№" işarəsi olan zərfdə 17 ədəd bükümdə ayrı ayrılıqda təmiz çəkiləri 17 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,250qram; 0,122qram; 0,104qram; 0,119qram; 0,124qram; 0,116qram; 0,143qram; 0,145qram; 0,235qram; 0,135qram; 0,131 qram, 0,776qram; 0,123qram; 0,232qram; 0,131 qram; 1,436qram; 0,469qram; ümumi təmiz çəkiləri 5,791qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,978qram; 0,081qram; ümumi təmiz çəkiləri 1,059qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir; üzərində "8№" işarəsi olan zərfdə 08 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,170qram; 1,798qram; 1,516qram; 0,089qram; 0,101 qram 0,097 gram. 0,064gram; 5,011qram; ümumi təmiz çəkiləri 8,846qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir; 01 ədəd bükümdə 0,099qram ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir 2№: 4№; 7№, 8№ ilə işarələnmiş zərflərdəki metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər, 2№; 3№; 4№; 7№; 8№ ilə işarələnmiş heroin kütlələri də həmçinin kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. 04 ədəd paketdə aşkar edilən borucuq formalı predmetlərdə psixotrop maddə metamfetaminin izləri; folqa kağız kəsiklərində narkotik vasitə-heroinin izləri müəyyən edildi. Predmetlərdə və folqa kağız kəsiklərində metamfetamin və heroin iz şəklində olduğundan təmiz çəkilərinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqat aparılması mümkün olmadı. Heroin Azerbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr'in siyahısına (Siyahı 1), Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr in siyahısına (Siyahı İ) daxildir. ( cild 1, i.v.147-151) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş kompleks məhkəmə kimyəvi bioloji ekspertizasının 22 mart 2022-ci il tarixli 7/283 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində "vət.Təqsirləndirilən şəxs1 avtomobilindən aşkar edilmiş vət.Təqsirləndirilən şəxs3 məxsus dörd..ədəd bükümdə və bir ədəd siqaret gilizində narkotik vasitə marixuanaya oxşar kütlələr olan 1№-li zərf " yazılar və imza olan zərfdə MEM-nə məxsus qəhvəyi rəngli kağız paketde 4 (dörd) ədəd kağız bükümlərdə (2 ədəd qəhvəyi, 1 ədəd yaşıl, 1 ədəd gümüşü rəngli kağız bükümler) ayrı-ayrılıqda təmiz çəkiləri-0,181qram; 0,235qram; 0,342qram; 0,156qram (ilkin tədqiqat zamanı həmin marixuanaların çəkilər-0,201qram; 0,255qram; 0,362qram; 0,176qram olmuşdur.) və 1 ədəd papirosda olan qarışıq kütlədə-0,420qram (ilkin tədqiqat zamanı papirosda qarışıq kütlədə olam marixuananın çəkisi-0,440qram olmuşdur.) qurudulmuş marixuanalardır. Həmin marixuanaların ümumi çəkisi 1,334qramdır (ikin tədqiqat zamanı ümumi çəkisi- 1,434qram olmuşur.) Tədqiqata təqdim olunmuş üzərində "Vət.Təqsirləndirilən şəxs1 avtomobilindən aşkar edilmiş vət.Təqsirləndirilən şəxs2 məxsus bir ədəd bükümdə narkotik vasitə marixuanaya oxşar kütle olan 2№-li zərf" yazılar və imza olan 2№-li zərfdə MEM-nə məxsus 1 ədəd qəhvəyi rəngli kağız paketdə gümüşü rəngli kağız bükümdə təmiz çəkisi-0,265qram (ilkin tədqiqat zamanı marixuananın çəkisi-0,285qram olmuşdur) qurudulmuş marixuanadır.- Tədqiqata təqdim olunmuş üzərində "Vət.Təqsirləndirilən şəxs1 avtomobilindən aşkar edilmiş vət.Şahid10 məxsus bir ədəd siqaret gilizində (papirosda) aşkar olunmuş narkotik vasitə marixuanaya oxşar kütlə olan 6№-li zərf' yazılar və imza olan 6№-li zərfdə MEM-nə məxsus qəhvəyi rəngli kağız paketdə 1 ədəd papirosda olan qarışıq kütlədə-0,210qram (ilkin tədqiqat zamanı papirosda qarışıq kütlədə marixuananın çəkisi-0,230qram olmuşdur) qurudulmuş marixuanadır.- Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 Hidayet oğluna və Şahid10 məxsus marixuanalar tərkiblərinə görə eynidir. ( cild 1, i.v.152-155) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmə soyuqsilah ekspertizasının 29 aprel 2022-ci il tarixli 3/399 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilən 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir və üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdir. ( cild 2, i.v.229-232) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmə narkoloji ekspertizasının keçirilməsinə dair Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin 19 may 2022-ci il tarixli 2620 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. ( cild 2, iş vərəqə 233-234) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmə narkoloji ekspertizasının keçirilməsinə dair Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin 16 iyun 2022-ci il tarixli 3250 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. ( cild 2,iş vərəqə 243-144) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmə narkoloji ekspertizasının keçirilməsinə dair Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin 19 may 2022-ci il tarixli 2622 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. ( cild 2, iş vərəqə 235- 236) Cinayət işinin materiallarından görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış 10,224 qram narkotik vasitə olan heroin, 6,841 qram psixotrop maddə metamfetamin, 1,669 qram olan narkotik vasitə qurudulmuş marixuana və 0,489 qram narkotik vasitə olan heroin, 01 ədəd soyuq silah, Təqsirləndirilən şəxs1 istifadəsində olan “Galaxy A21s” markalı, Təqsirləndirilən şəxs2 istifadəsində olan “Samsung J1” markalı və Təqsirləndirilən şəxs3 istifadəaində olan “Galaxy A51” markalı mobil telefonlar maddi sübut kimi tanınmış və Quba RPŞ-nin maddi sübutlar saxlama otağına təhvil verilmiş, 02 ədəd disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınıraq cinayət işinin materiallarına əlavə edilmişdir.( cild 1, iş vərəqə 29-51) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş arayışla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 02 mart 2015-ci il tarixli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası 263.1-ci maddəsi ilə 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə, 01 il 06 ay müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə cəzasına məhkum edilmiş, 23 iyun 2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli amnistiya qərarının 1.1-ci bəndinə əsasən cəzasının qalan hissəsindən azad edilmişdir.( cild 2, iş vərəqə 2) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş arayışla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. (cild 2, iş vərəqə 3) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş arayışla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. (cild 2, iş vərəqə 4) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Bakı şəhəri, Binəqədi RİHB-nin Binəqədi qəsəbəsi üzrə nümayəndəsinin 27 may 2022-ci il tarixli arayışından görünür ki, X13, X12, X15 və X4 ibarət ailə tərkibi vardır, Binəqədi rayonu, Binəqədi qəsəbəsi A.İsfahani küçəsində yaşayır. Binəqədi RİHB-nin Binəqədi qəsəbəsi üzrə nümayəndəsinin xasiyyətnaməsinə əsasən Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur.( cild 2, iş vərəqə 210-211) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Cəbrayıl rayon İHB-nın Sarıcallı kənd İƏD üzrə nümayəndəsinin 25 may 2022-ci il tarixli 160 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs3 atası X16, arvadı X8 və oğlu X7 ibarət ailə tərkibi vardır, Cəbrayıl rayonundan məcburi köçkün düşmüş, hal-hazırda müvəqqəti olaraq Abşeron rayonu Mehdiabad Qarant yaşayış massivində məskunlaşmış, Cəbrayıl rayon İHB-nın Sarıcallı kənd İƏD üzrə nümayəndəsinin xasiyyətnaməsinə əsasən Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət xarakterizə olunur ( cild 2, iş vərəqə 204- 205) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi Abşeron rayonu 1 saylı Mənzil-Kommunal İstismar sahəsinin 26 may 2022-ci il tarixli 908 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 arvadı X25, oğlu X9 və qızı X2 ibarət ailə tərkibi vardır, ünvan 5 ünvanında yaşayır. ünvan 6sasən Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. ( cild 2, iş vərəqə 207-208) “Elektron Məhkəmə” sistemindən əldə olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2016-ci il təvəllüdlü X10 adlı bir azyaşlı uşağı vardır. “Elektron Məhkəmə” sistemindən əldə olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs3 himayəsində xx.xx.2013-cü il təvəllüdlü X17 adlı bir azyaşlı uşağı vardır. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 narkotik vasitə və psixotrop maddə əldə etməkdə satış məqsədlərinin olmaması ilə bağlı ifadələrində göstərdikləri xüsusatları və gətirdikləri dəlilləri onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdikləri cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onların ittiham olunduqları cinayət əməlini törətmələrini tam sübuta yetirilmiş hesab edir. Belə ki, məhkəmə təqsirləndirilən şəxslərin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxslərin əldə edərək gəzdirdiyi narkotik vasitənin və psixotrop maddənin külli miqdarda və müxtəlif növlərdə olması,onların bükümlərə ayrılması, hər üç təqsirləndirilən şəxsdən aşkar ounuş narkotik vasitə və psixotrop maddələrin tərkibinin eyni olması, həmçinin, istifadələrində olan mobil nömrələrdə narkotik vasitə satışını ehtiva edən sms yazışmaların mövcudluğu təqsirləndirilən şəxslərin məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxslər törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdikləri və məhkəmə istintaqında tədqiq edilmiş ilkin etiraf ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə 234.4.1 və 234.4.3-cü maddələri ağır, 234.1-ci maddəsi az ağır, 228.4-cü maddəsi isə böyük ictimaı təhlükə törətməyən cinayətlər kateqoriyasına aid edilirlər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən “heroin” narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram, ”qurudulmuş marixuana” narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 500 qram, “metamfetamin” psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4, 234.1, 234.4.1 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs3 və X6 isə qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmələri tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Təqsirləndirilən şəxs1 aid Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi istisna olmaqla təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs1 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və X5 isə qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyinə görə o, həmin maddə ilə təqsirli bilinməli, lakin ona cəza təyin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid edildiyindən Cinayət Məcəlləsinin 75.1.1ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyinə görə o, cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müddəalarına əsasən məhkəmə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinin tətbiq edilməməsi qərarına gəldiyi halda — təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 59.1.4-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşağının olması onların cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikasının CM-nin 59.1.4-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs3 himayəsində bir azyaşlı uşağının olması onların cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, 20 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, 22 yanvar 2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçirlərək saxlandığ MSY-dən azad edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 20 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşlar, 21 mart 2022-ci il tarixdə şübhəli şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Quba RPŞ-nin MSY-dən azad olunaraq barələrində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmişdir. Quba Rayon Məhkəməsinin 23 mart 2022-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxslərin barələrində həbs qətimkan tədbiri seçilmiş, həbsetmə müddətinin başlanğıcı 23 mart 2022-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (cild 1, iş vərəqə 11, 29, 46, 96-98, 213-223) Cinayət işinin materiallarında görünür ki, 20 mart 2022-ci il tarixdən 23 mart 2022-ci il tarixədək təqsirləndirilən şəxslərin günün əksər hissəsində faktiki olaraq azadlıqları məhdudlaşdırılmışdır. Bu hal onların xeyrinə həll edilməlidir Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 20 yanvar 2022-ci il tarixdən 22 yanvar 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilən azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla cəzasından çıxılmalıdır. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin əvvəli 20 mart 2022-ci il tarixdən başlanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs3 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 20 mart 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 20 mart 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə cinayət işində olan olan məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə cinayət işində olan olan məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs3 ərazi narkoloji dispanserində narkomaniyadan profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə cinayət işində olan olan məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində narkomaniyadan profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99.1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Quba RPŞ-nin maddi sübutlar saxlama otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 10,224 qram narkotik vasitə olan heroin, 6,841 qram psixotrop maddə metamfetamin, 1,669 qram olan narkotik vasitə qurudulmuş marixuana və 0,489 qram narkotik vasitə olan heroin, 01 ədəd soyuq silah məhv edilməli, Təqsirləndirilən şəxs1 istifadəsində olan “Galaxy A21s” markalı, Təqsirləndirilən şəxs2 istifadəsində olan “Samsung J1” markalı və Təqsirləndirilən şəxs3 istifadəaində olan “Galaxy A51” markalı mobil telefonlar təqsirləndirilən şəxslərin yaxın qohumlarına qaytarılmalı, maddi sübut kimi tanınmış 02 ədəd disk cinayət işinin materillarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən 509 (beş yüz doqquz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 265 (iki yüz altmış beş) manat, Təqsirləndirilən şəxs3 122 (yüz iyirmi iki) manat və Təqsirləndirilən şəxs2 da 122 (yüz iyirmi iki) manat məbləğində tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmə hökmü haqqında" 24 dekabr 2021-ci il tarixli 15 nömrəli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4, 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə ona cəza təyin edilməsin, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri üzrə 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 20 yanvar 2022-ci il tarixdən 22 yanvar 2022-ci il tarixədək tutularaq həbsdə saxlandığı 02 (iki) gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 06 (altı) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 20 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin başlanğıcı 20 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 20 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub Quba RPŞ-nin maddi sübutlar saxlama otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 10,224 qram narkotik vasitə olan heroin, 6,841 qram psixotrop maddə metamfetamin, 1,669 qram olan narkotik vasitə qurudulmuş marixuana və 0,489 qram narkotik vasitə olan heroin, 01 ədəd soyuq silah məhv edilsin, Təqsirləndirilən şəxs1 istifadəsində olan “Galaxy A21s” markalı, Təqsirləndirilən şəxs2 istifadəsində olan “Samsung J1” markalı və Təqsirləndirilən şəxs3 istifadəaində olan “Galaxy A51” markalı mobil telefonlar təqsirləndirilən şəxslərin yaxın qohumlarına qaytarılsın, maddi sübut kimi tanınmış 02 ədəd disk cinayət işinin materillarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra 509 (beş yüz doqquz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 265 (iki yüz altmış beş) manat, Təqsirləndirilən şəxs3 122 (yüz iyirmi iki) manat və Təqsirləndirilən şəxs2 da 122 (yüz iyirmi iki) manat məbləğində tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-8/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-8/2024
24.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver