Məhkəmə qərarları › İş №1(124)-8/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-8/2025

14.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-8/2025 14.01.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhər 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs İmran oğlunun, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Cəlilabad rayonu Bəcrəvan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, Cəlilabad rayonu Bəcrəvan kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Nərimanov rayonu, N.Abdullayev küçəsində fərdi evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin külli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs İmran oğluna BƏƏ-dən 6 ədəd “HYUNDAİ” markalı avtobus alınması üçün beh verməsi və həmin avtobusları Bakı şəhərinə gətirdikdən sonra sataraq və icarəyə verərək yaxşı qazanc əldə edəcəkləri barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə həmin avtobusların alınması üçün lazım olan məbləği verəcəyi təqdirdə qısa müddət ərzində həmin məbləği qaytaracağı və avtobusların satışı ilə icarəsindən xeyir qazanacaqları barədə yalan vəd verib həmin işin görülməsi müqabilində Zərərçəkmiş şəxs xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankının həmin gün təyin etdiyi məzənnəsinə görə 94.365 (doxsan dörd min üç yüz altmış beş) manat ekvivalentində olan 90.000 (doxsan min) ABŞ dolları məbləğində pul vəsaitini Sumqayıt şəhəri, ünvan 1 ünvanında yerləşən 1 saylı Sumqayıt regional “Asan Xidmət” mərkəzinin yaxınlığında ələ keçirməklə verdiyi vədlərə əməl etməyərək öz məqsədlərinə xərcləyib zərər çəkmiş Zərərçəkmiş şəxs külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirsiz bilərək ifadəsində göstərmişdir ki, 94.365 manat məbləğində pulu qəbul etmişdir. Onlar Rza ilə bərabər Dubaydan avtobus almış, həmin avtobusları Azərbaycan Respublikasına gətirib Rza ilə bərabər işlətmək istəmiş, lakin yolda gətirildiyi zaman aldadılmışdır. O, əvvəldən maşın alqı-satqısı ilə məşğul olmuş, Dubaydan maşın alıb Azərbaycan Respublikasında satmışdır. zərər çəkmiş şəxs Rza Səfiquliyevi hadisədən təxminən 2 ay əvvəl ilə halhazırda Almaniyada yaşayan Zahid adlı bir tanışı vasitəsilə tanımış, Rza avtobus almaq üçün Zahidin vasitəsilə evini girova qoymuşdur. O, verilən 90.000 ABŞ dolları pulu batırmış və hal hazırda pulu geri verməyə hazırdır. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, Rza Səfiquliyevin nə işlə məşğul olduğunu bilməmiş, o özü maşın alqı-satqısı ilə məşğul olmuş, minik maşınlarını Dubaydan gətirərək Azərbaycan Respublikasında satmışdır. Onun Dubaydan Azərbaycan Respublikasına maşın gətirib satmağını təsdiq edən hər hansı mötəbər sənədi olmamış, amma Gömrük Komitəsində qeydiyyatı olmuşdur. Rza özü bibisi oğlu vasitəsilə avtobusu xəttə buraxacağını bildirmiş, lakin o, Rzanın bibisi oğlunu görməmişdir. O, avtobusu 18.000 ABŞ dollarına alacağını, 2007-2008-ci illərin 17 nəfərlik avtobusu olduğunu, avtobusu Dubaydan Kamil adlı şəxsdən alacağını, 1 ay ərzində 6 avtobus gətiriləcəyini bildirmişdir. Əvvəlki avtobusları Kamil vasitəsilə almamış, Kamilin bu işdə xeyri olmuşdur. 90.000 ABŞ dollarını o özü istəmiş, Rza da evi girov qoyub, pulu verə biləcəyini demişdir. O, 90.000 ABŞ dollarını nağd şəkildə almış, Rza Zahidin vasitəsilə Fikrətə evi girov qoymuş, Ramini də sonradan tanımışdır. Ümumi məbləğ 120.000 ABŞ dolları olmuş, o, 90.000 ABŞ dollarını əlbəəl Rzadan almışdır. Kamilə pulu rəsmi şəkildə köçürməmiş, qanunsuz vasitələrlə köçürmə etmişdir. Kamil Azərbaycan Respublikası vətəndaşı olmamış, o, Qazaxıstan vətəndaşı olmuşdur. O, Kamillə Dubayda görüşmüş, Kamilin anket məlumatlarını dəqiq bilməmişdir. 1 ay ərzində gəlməli olan avtobusların Kamil Bəndər-Abbasda qaldığını bildirmişdir. O, Kamilin dediyinin həqiqət olduğunu araşdırmış, nəticədə avtobus gəlib çıxmamış və Kamil tərəfindən aldadılmışdır. Sonradan Kamilin başqa bir neçə nəfəri də aldatdığı məlum olmuşdur. Kamil onu aldatdığı üçün Rzaya verdiyi vədə əməl edə bilməmişdir. Sonradan Rza pulunu geri istəmişdir. Rza pulu Fikrətdən borca götürmüş, o da Fikrətə 25.400 manat pul əlbəəl vermiş, Rza ilə birlikdə gedib Fikrətin evinin qabağındakı ərazidə Fikrətə pul ödəmiş, 19.000 manatı isə Moskvada ödəmişdir. Kamil barəsində bir nəticəsi olmayacağını bildiyi üçün hüquq-mühafizə orqanlarına şikayət etməmişdir. Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsin nümayəndəsinin suallarına cavab olaraq bildirmişdir ki, Şahid2 Zahidin vasitəsilə tanımış, Zahid və Rza ilə birlikdə gedib girov müqaviləsi barədə razılaşmış, sonradan Rza Masazır qəsəbəsinə gəlib pulu verəndə evi Raminin adına keçirdiyini demişdir. Rzanın özündə 90.000 ABŞ dolları olmamış, Rza pulu Fikrətdən almış, ev isə Rzanın olmuşdur. Əgər avtobuslar gəlsəydi, onların 2-3-nü satıb Rzanın pulunu geri qaytaracağını bildirmişdir. O, Ramini görməmiş, Rzanın özü Raminlə danışmışdır. Avtobuslar satılsaydı, onun pulunu Fikrətə verəcəklərini və Fikrətin də Raminə evi Rzanın adına keçirməsini deyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsin suallarına cavab olaraq bildirmişdir ki, o, ərizə yazıb heç kimə təqdim etməmiş, 19.000 manat pul vermiş, pulu Rzanın özündən almış, pul isə Fikrətə məxsus olmuşdur. O, pulu geri qaytarmağa hazır olduğunu, zərər çəkmiş şəxsi pul vermək üçün məcbur etmədiyini bildirmişdir. Razılaşmalarına əsasən həmin evin 1 ay, 1 ay yarıma girovdan çıxarılacağını qeyd etmişdir. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, o, Rzanı 2015-ci ildən bəri tanımış, onu Rza ilə Zahid tanış etmiş, maşın alqı-satqısı ilə məşğul olmuş, Zahid onu Rza ilə tanış edəndə Rzanın Moskvadan iş görmək üçün gəldiyini bildirmişdir. Sonradan Rza ilə razılaşaraq iş qurmaq fikrinə düşmüş, 18.000 ABŞ dollarına 6 avtobusu gətirəcəklərini, 3 avtobusun satılacağını, 3 avtobusun da xəttə buraxacağını qeyd etmişdir. Əldə olunan qazancın Rza ilə onun arasında bölünəcəyini, hansısa faizin Zahidə çatacağını bildirmişdir. Kamilə pulu bank vasitəsilə göndərməmişdirlər. Onun Masazır qəsəbəsi, “Qurtuluş”da 2 evi olmuş, amma müqaviləli olduğu üçün onları girov qoya bilməmiş, Rzanın evinin girov qoyulması təklifini Rza özü etmişdir. Fikrəti Zahid tapmış, o, Fikrətə əvvəllər maşın girovu qoymuşdur. Fikrətlə Rza özləri danışmış, Fikrət, Zahid, Rza və o bir yerdə pul verməmişdən 3 gün əvvəl oturub söhbət etmişdirlər. Rza ona 90.000 manat vermişdir. X1 əlaqə saxlayacağını demişdir. O, sonradan Fikrətlə Rzanın söhbətində iştirak etməmiş, onun evin alqı-satqısından xəbəri olmamış, ancaq evin girov söhbətində iştirak etmiş, sonradan Fikrətin yanına Rza ilə pul verməyə getmişdir. 8.500 manat pulu Fikrətin özünə vermişdir. O, Ramin adlı şəxsi Fikrətin qohumu kimi tanımışdır. Fikrətlə onun arasında əvvəllər faizə pul götürmək söhbəti olmuşdur. 2018-ci ildə Moskvaya pul qazanmaq üçün getmiş, Moskvaya getdikdən 1 il yarımdan sonra 19.000 manatı qazanıb pulu Rzaya anasının vasitəsilə göndərmişdir. Moskvada olan zaman da Rza ilə əlaqəsi olmuş və Rzaya da yenə köməklik etmişdir. Onun bacanağı Elgün Quliyev tutulmuş, əgər o tutulmasaydı, pulu işləyib Rzaya geri ödəyəcəyini bildirmişdir. O, Rzadan Masazır qəsəbəsində 120.000 manat deyil, 90.000 almışdır. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, birinin qiyməti 18.000 dollar olmaqla “Hyundai” markalı 2013, 2014 və 2015-ci illər istehsalı olan avtobusları Dubaydan Kamil adlı şəxsin vasitəsilə gətirəcəkmiş. O, Dubaydan müxtəlif markalı avtobusları öz adına gətirmiş, avtobusların hansı xətdə buraxılacağını və işləyəcəyini bilməmiş, avtobuslardan alınan qazanc ikisininin arasında bölünəcək, Zahidə isə faiz verəcəklərini bildirmişdir. Avtobusların satılması və xəttə buraxılması təklifini Rza etmiş və şərikli işləməyə razılaşmış, lakin əllərində nağd pul olmamışdır. O, pulu Dubayda yaşayan X5 göndərmiş, Kamilin başqa anket məlumatlarını bilməmişdir. Kamillə Qazaxıstan Respublikasında olarkən tanış olmuş, Kamilin onu aldadacağını gözləməmişdir. O, Kamillə 2009-cu ildən bəri işləmiş və hadisəyə qədər Kamillə aralarında narazılıq olmamışdır. Öz pulundan da, Rzanın pulundan da Kamilə göndərmiş, öz pulu Kamildə batmışdır. Kamil ondan başqa digər şəxsləri də aldatmışdır.O, Rzaya dəymiş olan maddi ziyanı ödəməyə hazır olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək, göstərmişdir ki, Zahid adlı şəxsin vasitəsi ilə Zərərçəkmiş şəxs tanımış və onlar ailəvi dost olmuş, həmçinin də əvvəl onlar qonşuluqda yaşamışdırlar. Mahiyyəti üzrə demişdir ki, 2015-ci ilin sentyabr ayında dostu Zərərçəkmiş şəxs 100.000 manat məbləğində nəğd pul istəmiş, həmin pula o, demişdir ki, BƏƏ-dən "Hyundai" markalı avtobusları gətirəcək və icarəyə verib pulunu 19 gün ərzində qaytaracaq. Əlavə olaraq qeyd etmişdir ki, Rza ilə həmin vaxt aralarında razılaşma olmuşdur ki, o, gətirdiyi avtobuslardan da əldə etdiyi qazancdan ona da mənfəət verəcəkmiş, Rza onunla razılaşmışdır. Rza həmin vaxt ona bildirmişdir ki, nağd o miqdarda pulu yoxdur, ona görə də, o, özünə məxsus Masazır ərazisində olan Qurtuluş-93 yaşayış kompleksində yeni tikilmiş mənzili girov qoyub həmin işə başlamaq istəmiş, lakin həmin mənzilin çıxarışı olmadığı üçün o, onu girova qoya bilməmiş və buna görə Rza ona təklif etmişdir ki, özünə məxsus Abşeron rayonu Masazır qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evini girova qoyub pul əldə edək və həmin pulla da biznesə başlasınlar. O da həmin vaxt faizə pul verən Şahid2 zəng etmiş və Rzaya məxsus evi girov qoyub pul götürmək istəmiş və həmin vaxt Fikrət ona o evə görə 120.000 (bir yüz iyirini min) manat məbləğində pul verə biləcəyini demişdir. Ona görə də növbəti gün o, Fikrətin evinə Rza ilə birlikdə getmiş və onla bir daha da danışmış, Fikrəti razı saldıqdan sonra Rza xx.xx.2015ci il tarixdə Sumqayıt Asan Xidmət Mərkəzinə getdikdən sonra özünə məxsus evi Şahid3 adına alqı-satqı müqaviləsi əsasında keçirdiklərini bilmiş, bildiyinə görə (sonradan Rza ona demişdir) Fikrət girov müqaviləsi əsasında 120.000 pulu verməkdən imtina etmiş və buna görə də, Rza alqı-satqı müqaviləsini Raminlə bağlamağa öz razılığını vermişdir. Rza isə həmin puldan ona 90.000 (doxsan min manat) məbləğində nağd pul vermişdir. O, həmin pulu Rzadan götürdükdən sonra bir daha da ona demişdir ki, öz işlərini həll edəcək va pulları ödəməklə girovdan sözü gedən (Rzanın) evini Raminin adından çıxardıb onun öz adına notarial qaydada keçirəcək. Daha sonra onun biznes işi alınmamış, o da müəyyən şəxslər tərəfindən aldanmış və Rzadan aldığı pulları batırmış və Fikrətə pul ödəyə bilməmişdir. Əlavə olaraq qeyd etmişdir ki, o, Fikrətə olan borcunu aylıq 7 faizlə üç dəfə hər ay 8500 manat olmaqla ümumlikdə 25.500 manat məbləğində pulu ödəmişdir. Bundan başqa da o, RF-da olduğu zaman anası Rza Səfıquliyevaya 19000 manat məbləğində pulu ödəmişdir ki, o həmin pulları Şahid2 ödəsin. Daha sonra o, X9 və ordan RF-na Tehran şəhərindən getmiş və bəzi səbəblərdən Azərbaycana qayıda bilməmişdir. Bir daha da qeyd etmişdir ki, o, 90000 manat borcundan 44500 manat ödəmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, Şahid2 faizə pulu götürməklə bağlı o, Zərərçəkmiş şəxs, tanışı Zahid və Fikrət özü iştirak etmişdir. Onların danışığı həmin evin girov qoyulmasından ibarət olmuşdur. Onun həmin evin alqı-satqı yolu ilə Ramin adına keçirilməsi barədə sonradan Rzadan məlumat almışdır. Zərərçəkmiş şəxs xahişi ilə əvvəl ifadə vermiş ki, o, ondan guya 90000 min yox 120000 manat məbəğində pul almışdır. Həmin puldan 30.000 manatı Rza özünə lazım oduğu üçün götürmüş və sonardan ona qaytaracaqmış. Lakin, o, Rzaya söz vermişdir ki, Fikrətə 120000 manat mələğində pulu ödəyib evi Raminin adından çıxardıb onun adına keçirəcəkmiş. Həmçinin də qeyd etmişdir ki, Rza ilə aralarında olan razılaşmaya əsasən o, Fikrətə 120000 manat məbləğində pulu ödədikdən sonra ona həmin 30000 manatı qaytaracaqmış. Həmin pulla birikdə o, Zərərçəkmiş şəxsa ümumilkdə 19000, manat pul vermiş. Fikrətə isə 25500 manat vermiş. O, 19000 manat pul bocrunu Zərərçəkmiş şəxsa ödəmək üçün anası Mehriban və qardaşı Elmirə demiş və onlar həmin pulu Zərərçəkmiş şəxs ödəmişlər. Həmin pulu isə Zərərçəkmiş şəxs Şahid2 ödəyəcəkmiş. Bununla da bağlı o, istintaq zamanı video görüntünü təqdim etmişdir. Zərərçəkmiş şəxs alqı-satqı müqaviləsini bağlamamışdan əvvəl ona zəng etməmişdir. Rza alqı-satqı müqaviləsini Şahid3la bağladıqdan sonra onun özündən öyrənmişdir ki, Rza Raminə notarial qaydada evi salmışdır. O. Zərərçəkmiş şəxs 90000 manat pulu aldıqdan sonra BƏƏ-dən avtobusu "Sədərək ticarət mərkəzində" o vaxtı avtomobil alqı-satqısı ilə məşğul olan adları yadında olmayan tanışlarnın vasitəsi ilə sifariş etmiş, lakin gecikmə olduğu üçün və bəzi yaranmış problemlərə görə həmin avtbuslardan imtina etmiş və həmin pullarla BƏƏ-dən təkər almış, Kazaxıstan Respublikasına göndərmiş və orda da, həmin təkərləri tanışı Coşqun alıb satmış və əldə olunan gəliri ona verməyərək onu aldadmışdır. 2015-ci il tarixdə o, həmin pulları əlbəəl Sədərək Ticarət Mərkəzində adları yadında qalmayan tanışlarına vermiş, ona görə də, heç bir rəsmi sənəd və şahid təqdim edə bilməmişdir. O, 25500 manat məbləğində pulu Fikrətə nağd şəkildə yaşadığı evin qarışısında Rza Səfəquliyevin iştirakı ilə ödəmişdir. Əlavə olaraq qeyd etmişdir ki, Zərərçəkmiş şəxs ilə aralarında olan səs yazması ilə tanış olmuş, ordakı səslərdən biri ona məxsus olmuş, o, Rzadan əslində 90.000 (doxsan min) ABŞ dolları nağd pul almışdır. Həmin pul təxminən 90.000 (doxsan min) manat pul etdiyi üçiin Rzadan manatla pul aldığım demişdir. Ona görə də, ifadələrində və üzləşdirmə istintaq hərəkətlərində göstərilən 90.000 (doxsan min) manat sözünün 90.000 (doxsan min) ABŞ dolları kimi hesab edilməsini istəmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. 06 iyun 2018-ci il tarixli qərarla zərər çəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs İmran oğlu məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, zəhmətkeş ailədə böyümüş, öz halal qazancı ilə ailəsini saxlamışdır. Zahid, Elnur və Fikrət birlikdə uzun müddət alış-veriş etmiş, Elnurun əlində pul olmamış, Fikrətin Zahidlə əlaqəsi olmuşdur. Elnur Fikrətdən pul götürərək qeyd etdiyi biznesleri idarə etmişdir. Elnur ona iki evi olduğunu, amma müqavilə ilə olduğu üçün onları girov qoya bilmədiyini, bir neçə müddətdən sonra isə Elnur Dubayda 54.000 ABŞ dolları pulu olduğunu, artıq batdığını və pis vəziyyətdə olduğunu demişdir. Elnur ona evlərinin sənədi varsa, evləri adına rəsmiləşdirməyi, sonra 19 günə evləri özünə verərməyi təklif etmişdir. Onlar bundan sonra Elnurla məsələni araşdırmaq üçün getmiş və 1 evi rəsmiləşdirmək üçün 4.000 manat məbləğində pul lazım olduğunu bildirmişdirlər. Belə ki, razılaşmaya əsasən 4.000 manat məbləğində pulu evi onun adına rəsmiləşdirmək üçün verməli olmuş, daha sonra evini geri alanda rəsmiləşdirməyə lazım olan 4.000 manat məbləğində pulu yenidən öz adına rəsmiləşdirmək üçün verməli olmuş, bunlar cəmi 8.000 manat məbləğində pul etmişdir. İki ev üçün isə ümumilikdə 16.000 manat məbləğində pul lazım olmuşdur. O da öz-özünə “bir yerdə çörək kəsdiyimiz adama bu qədər pulu verə bilməyəcəmsə, daha bunun nəyi dostluq oldu ki?!” deyə fikirləşmişdir. O özü də Rusiya Federasiyasında işləmiş, oraya bir manatsız getmiş, Rusiyada öz gücü ilə zəhməti ilə işləmişdir. Ona Rusiyada necə münasibət göstəriblərsə, o da hamıya eyni münasibəti göstərməyə çalışmış, Elnura 19 günə hər şeyi qaydasına qoyursa, buradan 18.000 aparıb verməsinin lazımsız olduğunu bildirmiş və onunla razılaşmışdır. Lakin onu pis vəziyyətdə qoymaması üçün öncədən xəbərdarlıq etmiş və evi girov qoymağa razılaşmışdır. Sumqayıt Asan Xidmət Mərkəzinə gedəcəklərini lakin həmin gün Elnurun getmədiyini bildirmişdir. Elnur ona zəng edib gələ bilmədiyini demiş, Elnurun əvəzinə Zahid gəlmişdir. Sonradan evi rəsmiləşdirilmədiyini, girov qoyulmalı olduğunu bildirmişdirlər. Fikrət, Zahid və Elnur danışmış və Elnurun evi 19 günə geri qaytaracağı halda, evin girov qoyulmasının və ya rəsmiləşdirilməsinin bir fərqi olmadığı barədə qərara gəlinmişdir. O, əvvəlcədən nə Fikrəti, nə də ki Ramini tanımış, onlara ev filan satmamışdır. Zahidlə bərabər pulu götürəndən sonra 19 gün sənədlərin gəlməyini gözləmiş, həmin 19 gün müddət ərzində Elnurla sadəcə olaraq elə-belə danışmış və hər dəfəsində də Elnur ona maşınların artıq yolda olduğunu, narahat olmağa heç bir əsas olmadığını, evin sənədlərini geri qaytaracağını bildirmişdir. Bir neçə müddətdən sonra Elnur ona avtobusların Bəndər- Abbasda yolda qaldığını, yolların bağlandığını, Dubaydan maşınları göndərə bilmədiklərini demişdir. Artıq 3 aydan sonra o, evinin əldən getdiyini, Elnurun ona yalan dediyini başa düşmüşdür. Elnuru yanına çağıraraq evinin əlindən getdiyini, tanımadığı adamın artıq adına rəsmiləşəcəyini və işi məhkəməyə verəcəyini demişdir. Elnur Aybəniz adlı bir tanış vəkil tapmış, o, həmin qadının da vəkil olub-olmadığını bilməmişdir. Neçə dəfə həmin xanımın ofisinə getmək istəsə də Elnur buna imkan verməmiş, 2015-ci ildən 2018-ci ilə qədər bu işə yaxın getməmiş, Elnura məhkəməyə getməyəcəyini, vəkil də tutmayacağını, onun evinin sənədlərini hansı yolla olursa olsun özünə geri qaytarmasını demişdir. Birinci ay üçün 7 faizlə hesablandıqda 8.400 manat məbləğində pul verməli olmuş, ikinci aya gəldikdə isə o pulu verə bilməmişdirlər. Zahidlə Elnur dalaşmış və bir-birlərinə bıçaq hədəsi etmişdirlər. Evinin əldən getməsini ailə üzvlərindən də heç kimə bildirməmiş, artıq onun işi məhkəməyə getmiş və onun xeyrinə olmayan qərar qəbul edilmiş, çünki bütün mötəbər sübutlar onun ziyanına həll olunmuşdur. Bir müddətdən sonra Fikrət ona həyətində 10 sot torpaq sahəsi olduğunu demiş, həmin torpaq sahəsini istəmiş və onu bu barədə çox sıxmış, danışıqlara çağırmışdır. Fikrətin onun həyətində öz adına lakin qardaşı üçün torpaq olduğunu hardan bildiyini anlamamışdır. Məhkəməni 2 il müddətində özünü vəkil kimi təqdim edən, Elnurun tanışı olan Aybəniz adlı qadın aparmış, Elnur ondan 1180 manat məbləğində pul alıb vəkil Aybənizə vermiş, hələ üstəlik özü də bir qədər pul vermişdir. Onlar çıxarılmış qərardan apellyasiya məhkəməsinə şikayət etmiş, bir neçə müddət heç kimdən səs çıxmamışdır. Sonradan 3 nəfər şəxsin razılaşdığı və Aybəniz də onun adından “evin filankəsin adına keçirilməsinə etirazım yoxdur” məzmunlu ərizə yazdığı məlum olmuşdur. Bunu öyrəndikdən sonra özü üçün yeni vəkillə müqavilə bağlamış, vəkil Ülvi İsmayılov ona aldadıldığını, evin artıq əldən getdiyini demişdir. Həmin günü özünə yeni vəkil tutduğu barədə məlumat verdikdən sonra Aybəniz ona təhqiredici ifadələr işlətməyə başlamışdır. Elnur onu çox pis vəziyyətə salmış, bu hadisələrdən sonra maşınını girov da qoymuş və maşını olmadığı üçün “Rent A Car”-dan maşın götürmüşdür. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs İmran oğlu dövlət ittihamçısının suallarına cavab olaraq 2015-ci ildə əvvəlcə “Xırdalan Polisi”nə şikayət etdiyini bildirmiş, ona Sumqayıt şəhər Polis İdarəsinə şikayət verməli oldu izah olunmuşdur. Daha sonra Elnur Azərbaycan Respublikasından qaçmışdır. O, Kamil adlı şəxsi tanımamış, ticarətlə də əlaqəsi olmamış, onun banklara da borcu olmuşdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs İmran oğlu müdafiəçinin suallarına cavab olaraq 2022-ci ilin təxminən may-iyun aylarından Elnurla mağazada tanış olduqlarını və Zahidin də orada olduğunu, həmin mağazanın özünə məxsus olduğunu və yaşadığı evin altında yerləşdiyini bildirmişdir. Evin mübahisəsinə qədər Elnurla aralarında hər hansı mübahisə, iş qurmaq və s. kimi söhbətlər olmamışdır. Elnur və Zahidə Fikrətin pulunu ödəmək üçün 10.000 ABŞ dolları məbləğində pul lazım olmuş və 10.000 ABŞ dolları məbləğində pulu onlara verməyi qarşılığında, həmin pulu faizi ilə birlikdə geri qaytaracaqlarını təklif etmişdirlər. O isə pulunun olmadığını və pulu olsa belə faizlə pul istəmədiyini bildirmişdir. Elnurla tanışlıqları müddətində bir-birlərinin evinə gedib gəlmiş, münasibətləri yaranmağa başlamışdır. Elnur ona Dubaydan 54.000 ABŞ dolları dəyərində malının gəldiyini demişdir. O, Elnurla bir yerdə çörək kəsmiş, münasibətləri də yaxşı olduğu üçün ona güvənmiş və onun istəyinə uyğun olaraq, dediklərini etmiş, amma Elnur ona verdiyi vədi tuta bilməmişdir. O, Fikrəti tanımadığını, Zahid, Elnur və Fikrətin bir neçə il bərabər ticarətlə məşğul olduqlarını, Fikrətlə evinin girov qoyulması ilə bağlı heç bir söhbət aparmadığını, yalnız Fikrətlə telefon vasitəsilə əlaqə saxladığını bildirmişdir. Elnur onu həmişə evləri olduğuna, lazım gəldikdə həmin evləri öz adına keçirə biləcəyinə, istədiyi kimi sata biləcəyinə və ya istifadə edə biləcəyinə inandırmış, nəticədə onun güvəndiyi yer Elnurun evləri olmuşdur. O, evinin hal-hazırkı bazar qiymətinin 1.000.000 manat olduğunu, girov qoyma əməliyyatdında Zahid, Ramin və özünün iştirak etdiyini, guya maşınının xarab olmasını bəhanə edərək Elnurun girov qoyma əməliyyatına gəlmədiyini bildirmişdir. O, 120.000 manat məbləğində pula imza çəkmiş, pulu Elnurun əvəzinə gəlmiş Zahid götürmüş və Elnur pulu maşında Zahiddən təhvil almışdır. 14 yanvar 2025-ci il tarixli məhkəmə iclasında Səfquliyev X14 Şahsuvarovun ona dəymiş ziyanı tamamilə ödədiyini, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0,10 ha torpaq sahəsini və onun üzərində yerləşən fərdi yaşayış evinin çıxarışla hal-hazırda onun mülkiyyətində olduğunu, Təqsirləndirilən şəxsla barışdığını, ona qarşı şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanımamış, Elnuru Rzanın yanında Asan Xidmətdə görmüşdür. O, 120.000 manat məbləğində pul ödəmiş və ev adına keçirilmişdir. Məsələnin geri qalan hissəsi ilə onun heç bir əlaqəsi olmadığını bildirmişdir. Şahid3 dövlət ittihamçısının suallarına cavab olaraq Şahid2 onun həmkəndlisi olduğunu, onların qohumluq münasibəti olmadığını, Zərərçəkmiş şəxs 2015-ci ildən tanıdığını bildirmişdir. Fikrət ona ev satıldığını demiş, evin Rzanın olduğunu bilməmiş, Rza evin 120.000 manat məbləğində olmasını demişdir. 80.000 manat məbləğində pul özündə olmuş, çatmayan 40.000 manat məbləğində pulu Fikrətdən borc almışdır. O, Moskovada ticarətlə məşğul olmuş, Fikrətdən aldığı 40.000 manat borcu işləyib geri qaytaracağını bildirmişdir. Rza evdən çıxmaq istəmədiyinə görə Rzanı məhkəməyə vermiş, məhkəmə də sübutlara əsaslanaraq onun xeyrinə qərar qəbul etmişdir. Rzanın evdən çıxmaq istəməməsi səbəbini soruşduqda pulu kiməsə verdiyini, pulu geri qaytarmadıqlarını və s. demişdir. Şahid3 zərər çəkmiş şəxsin nümayəndəsinin suallarına cavab olaraq pul verməmişdən əvvəl gedib evə baxdığını, həmin vaxt evdə yaşayanlar olduğu üçün evin içərisinə daxil olmadığını, evi həyətdən gördüyünü bildirmişdir. Rza ona evdə anası olduğunu, 3 ay müddətinə evdən çıxacaqlarını demiş, 3 ay sonra Rza ilə yenidən danışdıqda, ona pulun Elnurda olduğunu demişdir. O da bundan sonra məhkəməyə müraciət etmişdir. O, Elnuru tanımamış, Rzanın pulu Elnura nə məqsədlə verdiyini bilməmişdir. Hal-hazırda evi olmadığını, Fikrətin pulunu ondan istədiyini, lakin pulu olmadığı üçün geri qaytarmadığını, pulu Rzaya o özü aparıb verdiyini bildirmişdir. Şahid3 zərər çəkmiş şəxsin suallarına cavab olaraq bildirmişdir ki, pulu gətirib özü vermiş, yaşadıqları evin içərisinə daxil olmamışdır. Şahid3 müdafiəçinin suallarına cavab olaraq sənəd işlərindən başının çıxmadığını, Asan Xidmətdə Rza, Elnur və tanımadığı bir nəfər olduğunu bildirmişdir. Onlar Asan Xidmətə bir dəfə 2015-ci ilin sentyabr ayında getmiş, həmin vaxt 120.000 manat məbləğində pul köçürülmüşdür. Pulu Rza götürmüş, həmin vaxt səhv xatırlamırsa, Elnur da orada olmuş, pul verilən gün Elnurun orada olub-olmamasını daha dəqiq xatırlamamışdır. Rza ilə evinin satılması barəsində əvvəlcədən heç bir söhbəti olmamışdır. Evin harada yerləşdiyini bilmiş, 120.000 manat məbləğində pulu birdəfəyə ödəmişdir. Şahid3 məhkəmə tərkibinin suallarına cavab olaraq fəhlə işlədiyini, aylıq 500-600 manat məbləğində pul qazandığını, kirayədə anası və atası ilə birlikdə yaşadığını, subay olduğunu, anası və atasına baxdığını, 200 manat məbləğində kirayə pulu verdiyini, 6 il Moskvada yaşadıqdan sonra, pulu Moskvadan göndərdiyini bildirmişdir. O, Moskvadan pulu qazanıb əlbəəl bazarda işləyənlərin birinə verirmiş, o da Azərbaycan Respublikasına ailə üzvlərinə göndərmişdir. 2006-2010-cu illərdə Moskvada olmuş, 120.000 manat məbləğində pulu birbaşa Azərbaycan Respublikasına gətirməmiş, onu hissə-hissə göndərmişdir. O, həyət evi almaq istəmiş, Rzanın evi səhv xatırlamırsa, 3-4 otaqlı ev olmuş, evin içərisinə daxil olmamışdır. Məhkəməyə Rzanın evdən çıxarılması ilıə bağlı müraciət etmişdir. Şahid3 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2015-ci il tarixlərində qohumu Şahid2 ona zəng edərək fərdi ev satıldığını bildirmiş və qeyd etmişdir ki, onlara təcili pul lazım olduğundan ucuz satırmışlar. O, indi xatırlamadığı vaxt zəngləşərək Rza adlı şəxslə onun evinə baxmışdır. Rza ona son qiymət 120.000 min manata satmaq istədiyini bildirmişdir. Onun 80 min manatının olduğunu nəzərə alıb Fikrətə zəng etmişdir ki, ona 40.000 min manat borc pul tapsın. 23 sentyabr 2015-ci il tarixdə Rzanın təkidi ilə onlar Sumqayıt şəhərində fəaliyyət göstərən «ASAN» xidmət mərkəzinə getmişlər. Orada o, kassaya 120.000 manat ödəyərək onunla alqı satqı etmişdir. Zərərçəkmiş şəxs bir müddət evində qalacağını, özünə ev aldıqdan sonra evi boşaldaraq ona təhvil verəcəyini, bunun üçün ona 3 ay vaxt verməyini xahiş etmiş və o, onun bu təklifi ilə razılaşmışdır. Belə ki, hələlik qalacaq yeri olduğundan, valideynlərini evə köçdükdən sonra Bakıya gətirəcəyini nəzərə alıb ona bu müddətdə ailəsi ilə orada qalmasına razılıq vermişdir. Həmçinin, Rza bildirmişdir ki, əgər 3 aydan artıq qalarsa onda ona ayda kirayə haqqı kimi 400 manat da pul verəcəkmiş. O, da ona “ayib olar, elə et ki, yanvarın sonraları valideynlərimi gətirəcəyimi bu müddətə qədər evi boşaltmasını” istəmiş və o da bu şərti ilə razılaşaraq yanında olan və sonradan adını bildiyi Zahidlə çıxıb getmişdir. Zərərçəkmiş şəxs onu məhkəməyə verməsi barədə bildiriş qeydiyyatda olduğu Nehrəm kəndinə göndərildiyindən məhkəmə barəsində ilk əvvəl məlumatsız olmuşdur. Daha sonra o, Abşeron rayon məhkəməsinə getmişdir. Bu yanvar fevral aylarında təxminən olmuşdur. İlk əvvəl ona qarşı «alqı-satqı müqaviləsinin ləğvinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, daha sonra iş baxılmamış qalmışdır. Yenidən işin icraatı təzələnmiş və xx.xx.2016-cı il tarixdə o, da ona qarşı qarşılıqlı iddia verərək evdən çıxarılmasını istəmişdir. Abşeron rayon məhkəməsinin qətnaməsi ilə Rzanın iddiası rədd, onun iddiası isə təmin edilmişdir. Apellyasiya mərhələsində Rza «əqdin etibarsızlığı barədə» Abşeron rayon məhkəməsinə iddia verdiyindən Sumqayıt Apellyasiya məhkəməsində onun şikayətinə baxılmasının icraatı dayandırılmışdır. «Əqdin etibarsızlığını dair» iddia ərizəsi Abşeron rayon məhkəməsində rədd edilmiş, Apellyasiya məhkəməsi qətnaməni rədd edərək işin aidiyyəti üzrə Sumqayıt şəhər məhkəməsində baxılmalı olduğunu bildirmişdir. Rza Sumqayıt məhkəməsinə «əqdin etibarsızlığına dair» iddia vermiş, iddia rədd edilmiş, daha sonra apellyasiya şikayəti təmin edilməmiş, sonradan Zərərçəkmiş şəxs qətnamədən verdiyi kassasiya şikayəti Ali məhkəmə tərəfindən rədd edilmişdir. Yəni artıq bu münasibətlərə dair qanuni qüvvəsini almış məhkəmə aktları mövcudmuş. «Alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair» apellyasiya məhkəməsi icraatı təzələyərək Abşeron rayon məhkəməsinin Zərərçəkmiş şəxs aid hissəsində qətnaməni ləğv edərək aidiyyəti üzrə baxılması üçün onun qeydiyyatda olduğu Naxçıvan MR-nın Babak rayon məhkəməsinə göndərmişdir. Qeyd edirmiş ki, əqd etibarsız hesab olunduğundan, həmin iddianın rədd edilməsinə dair qətnamə Babək rayon məhkəməsi tərəfindən qəbul edilmiş və hazırda Rzanın şikayəti üzrə Apelyasiya məhkəməsinin icraatında olmaqla baxılırmış. Qeyd edirmiş ki, Rza bütün məhkəmələrdə də demişdir ki, “məni Elnur adlı biznes şəriyim aldatmış və Ramindən alqı-satqıya görə ödənmiş 120.000 min manatı alaraq onu aldatmışdır”. Bu isə ona aid olan bir məsələ olmadığı məhkəmələr tərəfindən müəyyən edilmişdir. Həmçinin qeyd etmək istəyirmiş ki. Elnurla Rzanın arasında olan məsələ ilə onun heç bir məlumatı olmamış, ola bilsin ki, Elnur Rzanı aldadıbmış, lakin o, Rza ilə konkret razılaşmışdır ki, həmin evi ondan alacaqmış və buna görə də o, notariusda onunla alqı-satqı müqaviləsi bağlamışdır. Həmin vaxt Rza ona bildirmişdir ki, ona biznes üçün təcili pul lazım olduğdan evi ucuz qiymətə satırmış. Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsin nümayəndəsinin suallarına cavab olaraq bildirmişdir ki, pul Fikrətin olmuş, onlar Fikrətlə gedib danışmışdır. Asan Xidmətdə Raminlə Rza görüşmüş və həqiqətən də girov müqaviləsi olduğunu Ramin bilmişdir. Pul geri qaytarılsa, Fikrətə veriləcəyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, 7-8 il bundan əvvəl ona tanımadığı nömrədən zəng gəlmiş və kim olduğunu bilmədiyi şəxs ona Masazırda bir evin olduğunu və həmin evin ucuz qiymətə satıldığını demiş, o isə həmin şəxsə ona ev lazım olmadığını bildirmişdir. Həmçinin zəng edən adama Ramin adlı dostunun Moskvadan gəldiyini, əlində də bir az pulu olduğunu, əgər razı olsa o evi alacağını demişdir. Nömrəsini vermiş, amma onu bu məsələyə daxil etməməklərini xahiş etmişdir. Raminin evi almaq üçün 40.000 manat məbləğində pulu çatmadığı üçün, o, Raminə 40.000 manat məbləğində borc pul vermişdir. Ev alınan zaman Rza Raminə anasının yaşlı olduğunu, bir müddət evdə qalıb sonra çıxacağını demiş, Raminin də çox güman ki, Rza ilə razılaşdığını və hadisənin geri qalan hissəsindən məlumatının olmadığını bildirmişdir. Şahid2 dövlət ittihamçısının suallarına cavab olaraq Təqsirləndirilən şəxs əvvəlcədən tanımadığını, Elnurdan əvvəllər heç nə almadığını, onu bir dəfə yanına bir nəfəri gətirdiyi vaxt gördüyünü, lakin həmin şəxsin də ortalıqda olmadığını bildirmişdir. O, Raminə 40.000 manat məbləğində borc pul vermiş, bu proseslərdə iştirak etməmiş, Elnurla arasında heç bir faiz söhbəti olmamış və Elnurla ədavəti, mübahisəsi olmamışdır. O, heç kimə faiz verməmiş, Zahid onunla telefonla danışıqdan sonra gedib onlarla görüşmüş, Ramin Rzaya evini boşaltmağını, evlənib bu evə yerləşmək istədiyini bildirmiş, sonra isə Rza gedib Ramini məhkəməyə vermişdir. Hadisənin geri qalan hissəsi ilə bağlı heç bir məlumatı olmamışdır. Burada zərər çəkmiş şəxsin Rza deyil, Ramin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq Rza ilə birlikdə Fikrətin yanına getdiyini, orada 4 nəfər — Fikrət, Zahid, Rza və özünün olduğunu bildirmişdir. Onlara ümumi pul lazım olmuş, Fikrət sabah, biri gün, adamı yollayıb evə baxacağını demiş, artıq görüşdən sonra 3-cü gün pul verilmişdir. Ev Raminin adına girov müqaviləsi ilə bağlanmış, o, həmin prosesdə iştirak etməmişdir. Fikrət pulu Raminə vermişdir. Həmin pulun ümumi məbləği 120.000 manat olmuşdur. Fikrətə sadəcə 7 faizlə birlikdə 8.400 manat məbləğində pul verilmişdir. Verilmiş suallara cavab olaraq Şahid2 cavab olaraq bildirmişdir ki, o, Təqsirləndirilən şəxs bu hadisədən əvvəl tanımamış, Elnurun ona 26.000 manat məbləğində borcu olmamış, Raminin ona 40.000 manat məbləğində borcu olmuşdur. O, ev almadığını, Elnurla Rzanın onun evinə gəlmədiklərini, zərər çəkmişlə heç bir söhbətinin olmadığını, heç kimlə notariusa getmədiyini bildirmişdir. Ona avtobus alıb-satmaqla bağlı məsələni Zahid demişdir. Zahidin soyadını bilməmiş, notariusda evin alqı-satqısında iştirak etmədiyini qeyd etmişdir. O, Raminə sadəcə olaraq 40.000 manat məbləğində borc pulu evi alsın deyə vermişdir. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, evin alqısatqısı ilə bağlı aralarında razılıq olmamış, ev alqı-satqısı ilə bağlı məsələni o, Rzadan sonradan öyrənmişdir. Fikrətlə onun tanışlığı Zahidin vasitəsilə 2012-ci ildə olmuşdur. O, götürdüyü pulun qarşılığında Fikrətə hər hansı bir əmlak vermədiyini, Masazırda, Duz gölü yaxınlığında Fikrətdən 18.000 manat məbləğində pul götürdüyünü və 26.000 manatın əvəzinə 12 sot torpaq sahəsi verdiyini bildirmişdir. Həmin torpaq sahəsi öz adına olmuş, onu Raminin adına keçirmişdir. Bu məsələdən sonra Rza maşınını Əli adlı şəxsə girov qoymuşdur. O, 3 ay ardıcıl olaraq, 8.400 manat məbləğində pul ödəmişdir. Ümumi məbləğ 120.000 manat olmuş, o, 90.000 manat məbləğində pulu təhvil almış, 30.000 manat məbləğində pul isə Rzada qalmış, Rza da bu pulla öz işlərini yerbəyer edəcəyini demişdir. Məhkəmə tərkibinin suallarına cavab olaraq Şahid2 cavab olaraq Raminlə həmkəndli olduğunu, qohumluq münasibətlərinin də olduğunu bildirmişdir. Raminlə əvvəllər Moskvada bir yerdə olmuş, lakin o, 2004-cü ildən geri qayıtmışdır. Ramin Moskvada alverlə məşğul olmuşdur. Rza ilə Elnur Ramini tanımamış, Rza ilə Elnuru Zahid onun yanına gətirmişdir. Ramin əvvəlcədən ona yaxşı ev düşsə, xəbər etməyini xahiş etmişdir. Raminlə münasibəti yaxşı olduğu üçün 40.000 manat məbləğində pulu ona borc vermiş, ev Raminin adına alınmışdır. Raminin aldığı ev ucuz olduğundan onu alıb satacağını və borcunu verəcəyini qalanı da cibinə qoyacağını bildirmişdir. Raminlə 40.000 manat məbləğində pulu 6 ay ərzində geri qaytaracağı barədə razılaşmışdırlar. Şahid2 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2015-ci ilin tarixlərində əvvəllər də tanıdığı Təqsirləndirilən şəxs adlı şəxs gecə saatlarında, adını sonradan bildiyi Səfquliyevlə birlikdə onun yanına gələrək, Masazır qəsəbəsi ərazisində Zərərçəkmiş şəxs məxsus evi təcili satmaq istədiklərini bildirmişlər. Həmin evi onlar 120.000 (bir yuz iyirmi) min manata satmaq istədiklərini və onlara təcili pul lazım olduğu üçün ona təklif etmişlər. O, isə əvəzində evə ehtiyacının olmadığını bildirmişdir. Belə olduğunu gördükdə demişlər ki, bəlkə qohum əqrabadan, tanışlardan kimsə evi alar bilərmiş. Pulun təcili lazım olduğunu və biznes üçün pul köçürməli olduqlarını demişlər. O, da kömək məqsədi ilə bir iki günə öyrənəcəyini və Elnurun ona zəng etməsini bildirdikdən sonra onlar, (yuxarıda adlarını çəkdiyi şəxslər) çıxıb getmişlər. O, bir gün sonra qohumu Şahid3la danışmış və ona bildirmişdir ki, “sən ev axtarırdın, bir tanışım evini satmaq istəyən bir adamla gəlmişdi. Deyirdilər ki, təcili pul lazım olduğu üçün evi satırlar”. Ramin uzun müddət idi ki, özünə ev alıb, ailə qurmaq və valideynlərini Bakıya gətirtmək istəyirmiş. Bu səbəbdən də Ramin həmin evə baxmış, lakin ona zəng edərək bildirmişdir ki, əgər ona 40.000 min manat verərəsə borca onda bu evi ala bilərmiş. O, da qohum olduğu üçün ona 40.000 manat məbləğində borca pul vermişdir. Xatırlamadığı, lakin danışıqlarndan bir həftə sonra olardı bilmişdir ki, Ramin Ourabanov həmin evə baxmış, bəyənmiş və Zərərçəkmiş şəxs təklifinə əsasən Sumqayıt şəhərində 120.000 min manata Notariusdan alqı-satqı edərək evi almışdır. Rza bir müddət evində qalacağını, özünə ev aldıqdan sonra evi boşaldaraq ona təhvil verəcəyini, bunun üçün ona 3 ay vaxt verməsini Ramindən istəmiş, o da hələlik qalacaq yerinin olmasını, valideynlərini isə evə köçdükdən sonra Bakıya gətirəcəyini bidirərək Rzanın ailəsi ilə orada qalmasına razılıq vermişdir. Həmçinin Rza bildirmişdir ki, əgər 3 aydan artıq qalarsa ayda ona kirayə haqqı verəcəkmiş. Qeyd edirmiş ki, Rzanın həmin evdən çıxmaq istəmədiyini və Ramini məhkəməyə verdiyini, Rzanın bznes şəriyi Elnur tərəfindən aldandığını, müqaviləni pozmaq istədiyini, bu barədə məhkəməyə müraciət etdiyini yalnız Ramindən öyrənmişdir. Bu mübahisə səbəbində də o, Ramindən pulunu hələ də ala bilməmişdir. Əlavə olaraq bildirirmiş ki, Zərərçəkmiş şəxs tanışı Əjdərlə onun yanına gəlmiş və onun icazə və xəbəri olmadan səsini gizli yazmışdır ki, bu da özlüyündə qanunla qadağan olunurmuş. Verilən suallara cavab olaraq bildirmişdir ki, onlar orada çox söhbət etmişlər, bu yalnış başa düşülürmüş, əslində söhbət əsnasında o, demişdir ki, borca öz tanışından da pul götürüb Raminə vermiş ki, həmin evi özü üçün alsin. Bu səbəbdən də o sözlər sual kimi başa düşülməliymiş və təəccüblənmə kimi xarakterizə olunmamalıymış. İfadələrdə 3-cü şəxslər adından danışmağı, ona misallar çəkməyi kimi qiymətləndirilməliymiş. O, ifadəsində demək istədiyi bu olmuşdur ki, Zərərçəkmiş şəxs xətirinə yalan danişa bilməzmiş. Çünki evi Ramin almamışdan öncə atası, digər qohumları ilə birlikdə məsləhətləşmələr aparılmış, sözlərin hər mənası bundan ibarət oluşdur ki, o. «sənə görə onlara deym ki, bu evi qaytarın, bəs sən demə Rzanı Elnur aldatmışdır, mən bunu sənə görə yalan danışa bilmərəm. Ramin səndən ev alıb vəssəlam, yaxşısı budur ki, get evi boşalt, yada gətir «xalxin» pulunu ver evini götür”. Ramin qohumu olduğu və o, onun ağsaqqalı olduğu üçün, həmin evi özü aldığını demiş, əslində isə evi müqavilə ilə Ramin almışdır. Faizə isə o, pul götürməmiş, sadəcə söhbət əsnasında qəsdən elə deyirmiş. O, yalnız Raminə çatmayan pulun bir hissəsini borc götürərək vermişdir. Yuxarıda ifadəsində də qeyd etdiyi kimi, əvvələr o, Elnuru tanımışdır. Belə ki, o, Elnurdan torpaq sahəsini satın almış və həmçinin aralnnda yaranmış səmimi münasibətlər əsnasında ona borca pul da götürüb vermiş. Hazırda da onun ona 26 min manat borcu qalmışdır. Təkrar edirmiş ki, o, Raminin Bakıda ağsaqqalı sayılırmış və həm də qohumuymuş. O, dini baxımdan bu məsələyə yanaşırmış. Əgər bir adam evini geri istəyir, həmin evə halallıq vermədiyini bildirirsə və ən əsası pulu geri qaytarıb evi onun adına rəsmləşdirməyi xahiş edirsə, o, ilk növbədə bu məsələyə adət ənənə ilə yanaşırmış ki, halallıq yoxdursa evi qaytarırsan, yox əgər pulu qaytarmaq istəməzssə hüquqi müstəvidən yanaşırmış. Bu səbəbdən də o, ona Raminin əvəzindən demişdir ki, “pulu gətir qaytar, evi yenidən sənə qaytaraq”. Əgər bugün də Rza evə Ramin tərəfindən ödənmiş pulu geri qaytararsa onda o və digər qohumlar çalışarmışlar ki, Ramin həmin evi ona təkrar geriyə alqı-satqı etsin. Lakin Rza deyirmiş ki, “mən qaytarmıyacam. Siz o pulu vaxt verin Elnurdan alıb Sizə qaytarım”. Əslində onun bu sözlərini də o, Raminə çatdırdıqda o ona «sənə böyük hörmətim var! xahiş edirəm mənim işlərimə bundan sonra qarşıma» dediyindən artıq o, bu barədə hazırda polisə çağrılan zaman bilmişdir ki, Elnur barəsində məhkəmə qərar çıxartmışdır. O, belə başa düşürmüş ki, Rza evi yenidən ələ keçimək üçün evdən cixmamaq məqsədi ilə artıq hamını şərləmək istəyirmiş, o cümlədən də onu. Rza təcili ucuz qiymətə evi satdigi üçün ona elə demişdir ki, sonradan gəlib basqa soz deməsin. Belə ki, ilk əvvəl söhbətlərində də ona sözgəlişi bildirmişlər ki, birgə biznes qurublar və bunun üçün təcili pul lazım olmuşdur. Bu səbəbdən də Rza evini satıb Dubaydan avtobus gətirəcəkmiş və 3-4 ay müddətində satdığı evdən də yaxşı ev alacaqmış. O, məhz həmin vaxt ona bildirmişdir ki, “biznesin iki başı olur Siz batırsaz evin də əlindən gedəcək. Çünki sən bu evi satırsan, bax sonra gəlib başqa söz demə”. Yəni o, bir məsləhət kimi demişdir o vaxt Rzaya və səsini yazanda da məhz bu sözləri ona xatırlatmışdır. Elnur Rzanin evinə görə ona heç vaxt pul verə bilməzmiş və verməmişdir. Lakin, Elnur ona olan 56.000 manat borcundan pul ödəmiş və hələ də 26.000 min manat ona borcu vardır. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid4 ifadəsində göstərmişdir ki, hal-hazırkı məsələ ilə bağlı heç bir məlumatı olmamış, belə ki, Rza Səfiquliyevin qardaşı qızının adına olan maşını Rza ilə aralarında notarial qaydada bağlanmış borc müqaviləsinə əsasən maşını saxlamış, bir neçə müddətdən də sonra pulunu geri qaytarıb, tam sağlam şəkildə maşınını təhvil almışdır. O, 7.000 manat məbləğində pul vermiş, həmin pulu Rza geri qaytarmış, o da maşını təhvil vermişdir. Pulu Rzanın qardaşı qızına vermiş, amma pulu geri qaytaranda Rzanın özü gəlmişdir. Rza nə məqsədlə maşını girov qoyduğunu bildirməmiş, onlara məqsəd maraqlı olmamışdır. O, Zahidin adını eşitdiyini, lakin özünü tanımadığını və ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Şahid1 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, oğlu Təqsirləndirilən şəxs uzun müddət Bakı şəhərində yaşamışdır. Həmin müddət ərzində 2015-ci il tarixdə oğlu Elnur bildiyinə görə Zərərçəkmiş şəxs ilə birlikdə xaricdən avtomobillər gətirməklə bağlı iş birlikləri olmuş və buna görə də, 2015-ci il tarixdə oğlu Zərərçəkmiş şəxs Elnura 90.000 (doxsan min) manat pul vermişdir. Lakin, işləri alınmadığı üçün Elnur həmin pulları batırdığını ona demişdir. Bu barədə də, oğlu ona demişdir. Daha sonra Zərərçəkmiş şəxs bildiyinə görə, Elnur barəsində cinayət işi başlatmışdır. Oğlu isə bəzi problemləri ilə əlaqədar olaraq 2018-ci il tarixdə Rusiya Federasiyasına getmişdir. Oğlu orada olarkən o, Zərərçəkmiş şəxslə danışmış və oğlu Elnurun borcundan ona 19.000 (on doqquz min) manat pulu rəsmi qaydada video çəkiliş vasitəsi ilə ödəmişdir. Rza isə söz vermişdir, ki, oğlu Elnur barəsində beynaxalaq axtarışı çıxartdıracaq və buna görə də o, ona həmin pulları ödəmişdir ki, sonuncunun borcundan çıxarsın. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Abşeron Rayon Məhkəməsinin 2(012)-2192/2018 nömrəli xüsusi qərardaddan görünür ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin əlamətləri olduğundan, onun barəsində xüsui qərardad çıxarılmış, xüsusi qərardad baxılıb müvafiq qərar qəbul olunması üçün Sumqayıt şəhər prokuroruna göndərilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs İmran oğlunun ilkin izahatından görünür ki, Təqsirləndirilən şəxs “Qurtuluş 93” ünvanında iki evi olduğunu, lakin qeydiyyat şəhadətnaməsi olmadığını bildirmiş, həmin evləri Zərərçəkmiş şəxs adına keçirməyi qarşılığında isə Rzanın öz evini Elnurun tanışı Fikrətə girov qoyaraq ondan 120.000 manat pul borc götürməsini təklif etmişdir. Zərərçəkmiş şəxs əvvəlcə Elnurla razılaşmamış, daha sonra Elnur ona 19 gün ərzində qaytaracağını, həmin müddətdə BƏƏ-nin Dubay şəhərindən 6 ədəd avtobus üçün beh verdiyini, əgər qalan hissəsini verməsə behinin batacağını bildirmişdir. Bundan sonra, o, Fikrətlə danışaraq evi girov qoya biləcəyini demişdir. xx.xx.2015-ci il tarixdə evi girov qoymaq üçün Sumqayıt Asan Xidmət Mərkəzinə getmiş, lakin orada evin girov qoyulmasına razılaşma olmadığı üçün həmin gün işləri alınmamış, daha sonra isə Elnurla Zahid onu yola gətirmiş, o da evin alqı-satqı əsasında Fikrətin adına keçirilməsinə, 19 gün və ya maksimum 1 ay müddətində avtobusları gətirib satdıqdan sonra əldə olunmuş pulları Fikrətə qaytardıqdan sonra, evin yenidən öz adına keçirilməsinə razı olmuşdur. Bundan sonra onlar xx.xx.2015-ci il tarixdə Sumqayıt Asan Xidmət Mərkəzinə gedərək Zərərçəkmiş şəxs məxsus ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 267,8 kv.m, yaşayış sahəsi 108.5 kv.m, yardımçı sahəsi 159.3 kv.m-dən ibarət olan 5 otaqlı fərdi yaşayış evi alqı-satqı yolu ilə Fikrətin qardaşı kimi ona təqdim olunan Şahid3 adına keçirilmişdir. Həmin banka qoyulmuş pulun qəbzini o özü imzalasa da, faktiki olaraq pulu götürməmişdir. Bundan təxminən 1 ay sonra Elnur 7 faizlə Fikrətdən götürdüyü borcun faizini-8500 manat pulu ona ödəmiş, ikinci ay girəndə onun dediyi kimi avtobusları gəlməmiş, o, bu barədə Elnura narahatlığımı bildirmişdir. Elnur da avtobusların yola çıxdığını bildirmiş, daha sonra onlar ikinci ayın da faizini ödəməyə pul tapmamışdırlar. Buna görə də o, məcbur olub özünə məxsus 13000 manat dəyərində Mercedes E 320 markalı, ** FO *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Q.Qarayev metrosunun yanında yerləşən Lombardda girov qoyub 6500 ABŞ dolları məbləğində borc pul götürmüş və pulu Elnurgil faizi ödəmək üçün almışdırlar. Yoxsa ona məxsus ev batacaqdı. Bundan 3 ay keçsə də, Elnurla Zahid pulu ödəməmiş, hətta o, 10 ay sonra borc tapıb maşını girovdan götürmək üçün 12000 manat pul verərərək maşını girovdan çıxarmışdır. Bundan sonra o, Elnurun pulu vermədiyini görüb 3 aydan sonra nümayəndəsi Aybənizin vasitəsi ilə Abşeron Rayon Məhkəməsinə alqı-satqı müqaviləsinin ləğv olunması və iddia tələbinin təmin edilməsi tədbiri kimi ona məxsus ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 267,8 kv.m, yaşayış sahəsi 108.5 kv.m, yardımçı sahəsi 159.3 kv.mdən ibarət olan 5 otaqlı fərdi yaşayış evinin üzərinə həbs qoyulması ilə bağlı iddia vermiş və nəticədə evin üzərinə həmin vaxt həbs qoyulmuşdur. Aybəniz Elnurla qeyri-rəsmi nigahda yaşayan şəxs olmuş, evlə bağlı iddia tələbini səhv qoymuş, Abşeron Rayon Məhkəməsi iddianın rədd olunması ilə bağlı qətnamə qəbul etmiş, o qətnamədən apellyasiya şikayəti vermişdirlər. Sonra ona Aybənizin onun xəbəri olmadan apellyasiya şikayətindən imtina etdiyini ona məlum olmuş, bunu bildikdən sonra Aybənizi nümayəndəlikdən uzaqlaşdırmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş "xxxx" MTK-nın 136 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Qurtuluş 93 Yaşayış Kompleksində Təqsirləndirilən şəxs adına hər hansı bir mənzil qeydə alınmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 mart 2020-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs İmran oğlunun təqdim etdiyi 01 ədəd diskə baxış keçirilərkən aşağıdakı məzmunlu danışıq səslərinin olması müəyyən edilmişdir: Fikrət: ....... X16 tap gətir deyim. Gəldilər mənə dedilər ev satılır Masazırda Danışdıq ora bura neçə sot. Şəkillərində atdılar mənə. Ondan sonra demişəm neçəyədi bu evi alıram. Getmişəm faiz götürmüşəm yüz iyirmi min...... Əjdər: Hirslənməə. Fikrət: ........ Mən də getmişəm faz götürmüşəm. Beş faiznən, hər ay altı min dollar faz verirəm. Nədi sənəddə hamısı dəqiq yazılıb.... Rza: Bir dəyqə üzür istiyirəm məndə bir söz deyim. Fıkrət əgər sən desön ki, mən bu evi almamışam. Mən sənə başqa cür baxaram. Fikrət: Yoxee! yox! Rza: Bir dəqə sən danışdın mən heçnə demədim ki, səni dinlədim. Eşid. Sənin yerinə bəlkə məndə olsaydım deyərdim ki, evi almışam. Hər şeyi qoyaq kənara yəni kişi kimi danışaq. Kişi kimi söhbət eliyək. Fikrət: Kişiliyə qalsa çox uzun söhbət olacaq, onda daa.. Rza: Fikrət eşidd. Sən neçə dəfə mən məsələn Elnuru bura gətirəndə sənın yanına Zahidlə də gəlmişik sənin yanına sən neçə dəfə demisən ki, gedək ora mən qol kağızı verim ki bu ev girov kimi qoyulubdu. Düzdü alqı-satqı olunubdu ama formalnıdı bu, ev satılmır. Fikrət: Mən deyə billəm o sözü. O sözü hardasa deyə billəm. Amma o sözü mən deməynən səə düzəlmir kii. Mən o evi almağa gedəndə necə ki, məsləhətləşmişəm onnan, kimnən pul götümüşəm haa. O da deyəcək ki, mənə Fikrət sənin başın xarabdı, ondaa daa evin qəytər ver özünə, puluda ver ona çıxsın getsin daa padarka elə. Bildinn. Əjdər: onda belə çıxır Elnur sənində pulunu yeyib da! Fikrət: Mənim pulumu heç kim yeyə bilməz. Əjdər. Necə bizi atıb qaçmayıb, sənidə aldadıb daa... Fikrət: Mənim pulumu yeyib özüm bilərəm, özüm bilirəm, öz işimi. Sənə dəxli yoxdu onun. Sənə yoxe heşş kimə dəxli yoxdu. O mənim pulumdu. Əjdər: Rza da arada qurban gedib! Fikrət: Qurban gedib özü bilər, uşax deyil ki, o yekəliydə adamdı. Ona nə qədər sözlər deyilib özü bilir. Sənə mən dedim ki, alqı-satqı olanda mən bu evi alıram. Rza: Almamısane girov götürmüsən. Fikrət: Xeyir, alıram. Faiz götürüb, pul verib alıram. Əjdər. Bir dəqiqə qulaq as!, bir dəqiqə qulaq ass! Fikrət: Ha dee.. Əjdər: Rza gətirib həmin ay sənin yüz iyirmi minivi versəydi?! həmin ay sən o evi qaytarmayacaqdın? Fikrət: Həmin ay versə! verəcəydim. Neyniyim daa! Əjdər: Ay sağ ol, balan sağ olsun. Fikrət: Çünki mən iki ay, üç ay ərzində, üç aya qədərdə versəydi hələ verə bilərdim. Mənin pulumu vermədi. Məndə o pula faiz verdim ayba ay. Zəng vurdum telefonumu açmadı. Mən də faiz verdim. Əjdər: Qardaş kişi kimi deyirdəə. Görürsən Rza həmin vaxt gətirib versəydin pulu. Fikrət: Başa düşməyib?! neyniyib! Satıb. Mənim pulumu versəydi, mən də gedib alqısatqı yolu ilə qanuni qaytarıb satardım özünə qutardı getdi. Demişəmdə özünə. Mənə sənin haramın lazım deyil. ........ Əjdər: Elnurun axtarışı ilə bağlı ərizəni yazdıq birin apardıq verdik Sumqayıta... Fikrət: Bidim ee onların hamısını dedin, bildim. Əjdər: Hamı deyir ki, qardaş Elnur gəlməlidi, Elnur çıxmalıdı üzə. Rza: Bir adamın şikayəti ilə bu ortaya çıxmır. Lazımdı ki, üç dörd adamın şikayəti ilə dələduzluqla gətirsinlər onu. Fikrət: Bidim daa. Mən nə deyirəm kii, məndə məsləhətləşimm, sabah zəngləşəy deyəcəm sizə. Əjdər: Rza bunu əvvəlcədən demək lazım idi. Elnur qaçmamışdan əvvəl. Əvvəldən danışmaq lazım idi ki, bu məni aldadır, mən problemə düşmüşəm. Rza: Fikrət guya bilmirdi ki, mən problemə düşmüşəm. Qulağından tutub gətirib çıxartmadım qaqa sənin yanına Fikrət: Mənə dəxli yoxdu. Rza: Elnur sənin yanında demədi ki, bunun pulu, doxsan mini mənim əlimdədi. Əjdər: Elnuru sənin yanında görüb Fikrət?. Rza: Əlbəttə görüb. Fikrət: Görmüşəm. Niyə görməmişəm. Rza: Həmişədə görüb. Pulda alıb. Fikrət: Mənim Elnurnan işimdə var idi. Haqq hesabım da var idi. Mən deməmişəm Elnuru görməmişəm. Əjdər: Bəs sən demirsən ki, pulu götürmüsən? Fikrət: Deyir mən pulu götüməmişəm ki, deyir mən sənə ev satmışam............ Əjdər: Rza nə deyirsən de! düz deyir Fikrət, Elnur o sözü deyibdi. Fikrət: Deyirdim aa mənim pulumu niyə vermirsən? Belə deyirdim. Mənə bilirsən nə deyirdi. ....... Deyirdi kupçalı mupçalı evivi almısan. Deyirdim hə. Deyirdi da .... get daa. Əjdər: Rzaa düz deyir!, Rza quran haqqı düz deyir! Bu kişi düz deyir. Bu kişi düz deyir. Fikrət: Zahidədə dedim. Dedim əə Zahid! bu nədi məəm başıma oyun açmısız. Getdiz xarab evi satdız. Dedim gətirin mənim pulumu verin. Dedi.... verəcəm səə. Dedi ev almısan apar sat. Kupçalı, mupçalı. Hər şeyidə yolunda qanuni. Bə mən neyniyim sən səhv eləmisən. ...Sən yox oldun. Sonra mən onları tapıb söhbət elədim. Səə tapa bilmirdim. Onna sonra olarnan söhbət elədim.... Rza: Nətər tapa bilmirdün? Fikrət: Tapammırdımda səə zəng vururdum götürmürdün. Zəng vurdum Elnura dedim bu nə söhbətdi. Dedi səə kupçalı ev vermişəm apar sat. Rza: Onnan sonra zəng vurmadım sənə?. Aparmadım Elnuru sənin yanına? Fikrət: Elnur mənnən qaçmırdı ki.. Elnur hər gün yanımda idi. Elnur mənnən pul alırdı. Pul verirdi. Borcu var idi mənə. İndi dəə vardı. Əjdər: İndi də var? Fikrət: Hə, gətirər verər verər. Hardasa tutaram alaram. Ala bilmərəm də heşnə. neyləməliyəm. Səhv eləmişəm daa, vermişəm. İnanmışam vermişəm, səyf eləmişəm da, ay kişi vermişəm eşşəy olmuşam, qanmamışam. Vermişəm! Da mən neyniyim indi də qaçıbdı! Da gedib öldürməyəcəm ki, beş manatdan ötəri. Beş aydı da kankret itib. Kannkret, Nömrələrində söndürüb. O gün evinə də adam göndərmişəm, Masazırda hamı onu axtarıb, yoxdu... Rza: Fikrət onu o gün sənin yanına gətirmədim ki, deməd ki, doxsan min manat məndədi. Şəxsən sənin yanında. Fikrət: Əyy dedii !. Keşdi o yüzdə mənə zəng vurub bilisən məə nə dedi? Rza: Bən sən niyə onu mənə deməmisən? Fikrət. Ayə məə nə var o sənin öz adamındı. Siz bir-birizə fırıldaq gəlirsiz, məni niyə qatırsız. Rza: Fikrət yadındadı alqı-satqı olanda dedim ki, qardaş alqı-satqı o deməkdi ki, mən evi satıram. Mən bu evi satmıram axı. Fikrət: Nə isə söhbət eliyərik. ............ Fikrət: Mən buna demişəm ki, onların yanında onlar çıxıb gedəcək öz işləriylə məşğul olmağa, sən qalassan ortada haa. Deməmişəm a kişi? Rza: Demisən qardaş, demisən. Əjdər: Da bu kişi deyib ki, onlar gedəcək sən qalassan ortada. Fikrət: İkisinində yanında, Zahidində Elnurun da, Deyirdi yooox!, Deyirdim, baxx! Bu sənin evindi haa!, sən bunu satırsan. Belə demişəm. Bunlar çıxıb gedəcək hərəsi bir tərəfə sənnən mən qalacıyıq. Rza: İş işdən keçmişdie Fikrət iş işdən keşmişdi. Fikrət: Gecə saat birdə mənə zəng vurdular, birin yarısı, on iki mənə zəng vurublar qurban olum bizə pull!. Rza: Elnurnan Zahid, mənidə yanlarına salıb götürüb aparıblar. Fikrət: Bu da orda idi. Gəlib ora. Niyəə gəlmisən məən qapıma. De nəyə gəlmişdin məən qapımaa hii!! Məcbur eləmişdim gə qapımaa. Əjdər: Cəddim haqqı mən qoymazdım səə, maa niyə deməmisən. Elə bil nitqin bağlanıb. Rza sən məə desəydinki ay seyid! bunlar belə bir şey eliyir, qoymazdım! Qoymazdım vallah. Rza: Mən hamısına inandım. Mən nətər edim. Fikrət: Helə deyir mən inanıram. Ayə helə inam olar sən evi, aliləyi qoymusan. Eşidilmir. Rza: Qardaş sənə də inandım mən, Fikrət bəs sənədə inandım da. Fikrət: Məə inandın həə! Yoxe sən məə inandın?!. Sən məə dedinki bir aya gətiririk pulu veririk. Rza: Onlar dedie! mən demədim. Fikrət: Sən də dedin, onların sözünü sən də deyərdin belə dəə!! deyərdin belə dəə!! deyərdin yalan deyirsən. Oların yanında qulaqlarını yekəldib məə baxırsan. Deyərindin Fikrət bura bax! Bilirsən nə varr! ev mən dəyli?!.... Əjdər: Rzaa düz deyir! Düz deyir Rzaa! Fikrət: Mən səə niyə aldadıram. Səndə deyirdin dəə səhər həll edirik. Eşidilmir. Səən özüvün olub məə niyə günahkar hesan eliyirsən. Mənim burda heş bir günahım yoxdur. Allah da bilir, bədə də bildir. Qardaş mən yenə deyirəm bu adamlar evi məə satmaq məqsədilə gəlib, mən bu evi almışam. Buun özünün xəbəri olmuyub. Bu bidənə o dedi ki, dedim üç ayda olsa gət sən məən pulumu ver! mən səən evi bidə satım özüvə. Amma gəti ver. Əjdər: Bu evi satanda bilirsən ki, satmaq məqsədilə vermiyibdə. Fikrət: Qardaş məə o şeyi yoxdu kii, mən də, mən də başqa məqsədlə pul vermirəm ki!! Əjdər: Qurban olum səə, Allaha xatir özündə qəşəy bılırsən ki o evi satmayıb da saa. Fikrət. Sabahların görüşək. Məndə böyüklərimlə danışacıyam, söhbət eliyərik. Yaxşıı!..... Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 dekabr 2022-ci il tarixli “götürmə aparılması və diskə baxış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs anası Şahid1 Zərərçəkmiş şəxs İmran oğluna milli ön aparatı vasitəsi ilə 19.000 (on doqquz min) manat məbləğində pul ödəmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 dekabr 2022-ci il tarixli “diskə baxış keçirilməsi barədə” protokoldan görünür ki, diskin yaddaşında olan 01 ədəd VMA formatlı audio yazıda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 90.000 (doxsan min) ABŞ dolları məbləğində pul verəcəyi olduğunu bildirirmişdir. İş üzrə məhkəmə-fonoskopik ekspertizasının 10 iyul 2020-ci il tarixli 4/161 №-li rəyində göstərilmişdir ki, təqdim edilmiş 01 ədəd “imation” markalı CD diskdə olan mübahisəli fonoqramdakı danışıqların məzmunu 24 mart 2020-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoluna uyğundur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Cəlilabad RİHB-nın Komanli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Cəlilabad rayonu Bəcrəvan kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs dəmin kənddə yaşadığı müddət ərzində barəsində ərazi nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Cinayət işi materiallarından və “Elektron məhkəmə sistemi”-dən əldə olunmuş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşaq-xx.xx.2016cı il təvəllüdlü X7 vardır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu yoxdur. Cinayət işi materiallarında olan müqavilənin ləğvinə dair xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, Zərərçəkmiş şəxs İmran oğlu qaytarılan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0,10 ha torpaq sahəsini və onun üzərində yerləşən fərdi yaşayış evini qəbul etmiş, X8 qaytarılan 120.000 (bir yüz iyirmi min) manat pulu "xxxx" ASC-nin 4 saylı Notariat şöbəsi vasitəsi ilə qəbul etmişdir. Cinayət işi materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs İmran oğlunun xx.xx.2024-cü il tarixli notarial ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və ya tələbi yoxdur, onunla barışmışdır. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Yuxarıda qeyd edildiyi kimi, düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmə, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxslə birlikdə X6 avtobuslar gətirməklə marşrut kimi istifadəyə verilməsi və ya satılmasından ibarət olan sahibkarlıq fəaliyyətinin baş tutması üçün özü və zərər çəkmiş şəxs tərəfindən yönəldilmiş pul vəsaitinin şifahi müqavilə bağladığı və başqa ölkədə yaşayan şəxs tərəfindən ələ keçirilməsi, avtobusların da ölkə ərazisinə gəlib çıxmaması, əslində özünün də başqa cinayətdən zərər çəkməsi barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Odur ki, qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi iş üzrə tədqiq edilmiş digər sübutlarla təsdiq edildiyindən əsas götürülməlidir. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla təsnifata görə müvafiq olaraq ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müddəalarına əsasən məhkəmə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinin tətbiq edilməməsi qərarına gəldiyi halda-təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Plenum Qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Bundan əlavə, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində bir azyaşlı uşağının olmasını, həmin məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini və həmin məcəllənin 59.1.12-ci maddəsinə əsasən isə zərər çəkmiş şəxslə barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halın mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə ailəsinin mövcud durumunu, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 178.3.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarında olan 31 may 2019-cu il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində 2 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin qərar əsasında təqsirləndirilən şəxsin olduğu yer müəyyənləşdirilərək xx.xx.2021-ci il tarixdə Rusiya Federasiyası, Sankt-Peterburq şəhəri DİO əməkdaşları tərəfindən saxlanılmış, xx.xx.2022ci il tarixdə saxlanılması üçün Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. 09 iyul 2022-ci il tarixli “Qətimkan tədbirinin seçilməsi barədə” qərarla Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etdikdə onun törətdiyi əməlin ictimai təhlükəliliyini azaldan halların çoxluğunu, məsuliyyətini ağırlaşdıran halların olmamasını, zərər çəkmiş şəxslə barışıq əldə etməsini, ona dəymiş ziyanı tamamilə ödəməsini nəzərə almaqla təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid etmədən islah olunmasını Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla cəzasını şərti tətbiq etməklə mümkün sayır. Belə ki, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Ona görə də Təqsirləndirilən şəxs barəsində verilmiş ittiham çərçivəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə aşağı həddə cəza təyin edilməli və həmin cəzanın Azərbaycan Respublikasının Cinayət Məlləsinin 70-ci maddəsinin tələblərinə uyğun qaydada şərti olaraq tətbiq edilməsi ədalətli, qanuni və əsaslı hesab edilməlidir. CM-nin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalı, təyin edilmiş sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs brəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinəqaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki iş üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2015-ci il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 300 (üç yüz) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179-188, 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin edilən 5 (beş) il müdddətinə azadlıqdan məhrum etmə cəzası 1 (bir) il sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs tətbiq olunan sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar