Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-80/2022 07.10.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi–Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri, 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, xx.xx.1977-ci ildə Sabirabad rayonu, Qaratəpə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmayan, fərdi əməklə məşğul olan, Sabirabad rayonu, Qaratəpə kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Məhəmmədli kəndi, Xəqani küçəsində yerləşən nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 234.2 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq və, müəyyənetdi: Təqsirləndirilən şəxs, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda əkib yetişdirməklə onların hissələrini toplamaqla kultivasiya edərək bu yolla satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə marixuananı hazırlayıb saxlamışdır. Belə ki, o, qanunsuz olaraq külli miqdarda tərkibində narkotik maddələr olan bitkiləri əkib yetişdirməklə, sonradan hazırladığı narkotik vasitəni satmaq qərarına gələrək 2021-ci ilin yanvar ayının ortalarında Abşeron rayonu, Məmmədli kəndində yerləşən “Yanardağ” adlanan ərazidə əkib-becərilməsi qadağan olunmuş narkotik tərkibli toxumları əldə edib 25 mart 2021-ci il tarixdə yaşadığı Abşeron rayonu, Məmmədli kəndi, Xəqani küçəsində yerləşən fərdi evinin həyətində əkərək, müntəzəm olaraq suvarmaqla, dibini yumşaltmaqla aqrotexniki qaydada qulluq edib qanunsuz olaraq ümumilikdə 20270,0 qram çəkidə 91 ədədə tərkibində narkotik maddə olan bitkiləri külli miqdarda yetişdirib kultivasiya etdikdən sonra bu yolla satış məqsədi ilə həmin çətənə kolu bitkilərini toplayıb qurudaraq 29,201 qram çəkidə çətənə(kannabis)bitkisindən kustar üsulla narkotik vasitə qurudulmuş marixuananı hazırlayıb yaşadığı evin yataq otağında divarın künc hissəsində saxlamış, 21 iyun 2021-ci il tarixdə saat 21 radələrində DİN-in Baş Narkotiklə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən yaşadığı Abşeron rayonu, Məmmədli kəndi, Xəqani küçəsində yerləşən fərdi evinə baxış keçirilən zaman evin yataq otağında bir ədəd ağ rəngli selofan torbada həmin 29,201 qram çəkidə çətənə(kannabis)bitkisindən kustar üsulla hazırlamış narkotik vasitə olan qurudulmuş marixuana, yaşadığı evinin həyətində ümumi çəkisi 20270,0 qram olan 91 ədəd yaş halda tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkiləri polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, 25 mart 2021-ci il tarixdə evdə heç kimin olmadığı vaxtda toxumları yaşadığı evin həyətində əkmiş, həmin toxumlara təkbaşına qulluq etmişdir. Uzun müddətdir ki, narkotik vasitələrdən istifadə edir. Narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq mərhələsində verdiyi və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində törətdiyi cinayət əməllərini tam etiraf edərək göstərmişdir ki, o, Abşeron rayonu, Məmmədli kəndində yerləşən fərdi evdə ailəsi ilə birlikdə yaşayır. Bildirmişdir ki, təxminən 2021-ci ilin yanvar ayının ortalarında Abşeron rayonu, Məmmədli kəndində “Yanardağ” adlanan ərazinin yaxınlığında olan zaman orada olan quyudan su içmək istəmiş, quyuya yaxınlaşan zaman quyunun kənarında kağız bükülü görmüşdür. Həmin kağız bükülünün içərisinə baxdıqda toxumlar olduğunu görmüşdür. Özü narkotik vasitə istifadəçisi olduğu üçün toxumların narkotik tərkibli toxumlar olduğunu bilib özü ilə götrüb yaşadığı evinə gətirmişdir. 25 mart 2021-ci il tarixdə evdə heç kimin olmadığı vaxtda həmin toxumları yaşadığı evin həyətində əkmiş və həmin toxumlara təkbaşına qullulq etmişdir. Həmin toxumlardan yetişən kollardan dərib qurudaraq özü üçün istifadə etmiş, qalanınıda istifadə etmək üçün saxlamışdır. 21 iyun 2021-ci il tarixdə axşam saat 21:15 radələrində Abşeron rayonunda yaşadığı evin yaxınlığında piyada hərəkət edərkən 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini ona təqdim etmişlər. Onun narkotik vasitələrin, narkotik tərkibli bitkilərin kultivasında şübhəli olduğunu bildirərək onu, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış etmişlər. Daha sonra yaşadığı evə baxış keçirilməsi zərurəti yarandığını izah etmişlər. O, yaşadığı evin həyətində çətənə kolları əkib-becərdiyimi və qurudulmuş marixuana saxladığını, yaşadığı evə baxış keçirilməsinə etirazı olmadığını bildirmiş və bu barədə ərizə yazıb təqdim etmişdir. Daha sonra yaşadığı evin həyətinə baxış keçirilmişdir. Həmin evin həyətindən 91(doxsan bir) ədəd çətənə bitkisi, yaşadığı evin yataq otağından isə 1(bir) ədəd sellofan torbada açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq 2(iki) ədəd sellofan torbalarda və 1 ədəd zərfdə qablaşdırılıb möhürlənmiş və götürülmüşdür. Baxış zamanı əlavə olaraq oradan heçnə götürülməmişdir. Bundan sonra onu DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Orada dəvət edilmiş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxs kimi hüquq və vəzifələrim izah olunmuşdur. Sonra onun üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməsi təklif olunmuşdur. Bundan sonra o, üzərində hər hansı narkotik tərkibli maddə olmadığını bildirmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan göy rəngli şalvarın sol yan cibindən 1(bir) ədəd, qara rəngli, “Samsung” markalı mobil telefon və şəxsiyyət vəsiqəsi aşkar olunmuş, iş üzrə əhəmiyyət kəsb etdiyi ona izah edildikdən sonra götürülmüşdür. Bildiməişdir ki, yaşadığı evin həyətindən aşkar olunan 91 ədəd çətənə bitkisi və qurudulmuş marixuana ona məxsusdur, şəxsi istifadəsi və satmaq üçün əkib-becərmişdir. Orada narkotik tərkibli bitkilər əkdiyini ailə üzvlərindən heç kim bilməmişdir. (cild 1, vərəqə 74-76) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı tam, məhkəmə istintaqı zamanı isə qismən etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə idarəsinin Xüsusi Mühüm işlər Üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis polkovnik-leytenantıdır. 21 iyun 2021-ci il tarixdə xx.xx.1977-ci ildə Sabirabad rayonu, Qaratəpə kəndində anadan olmuş, Abşeron rayonu, Məhəmmədli kəndi, Xəqani küçəsində yerləşən fərdi evdə yaşayan Təqsirləndirilən şəxs yaşadığı yaşadığı Abşeron rayonu, Məhəmmədli kəndi, Xəqani küçəsində yerləşən fərdi evinin həyətində narkotik tərkibli çətənə bitkisi əkib-becərməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Məlumatın yoxlanılması üçün əməliyyat tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi ilə əlaqədar o, raportla baş idarə rəhbərliyinə müraciət etmişdir. Müvafiq icazə verildikdən sonra əməliyyat qrupunun üzvü o, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı polis baş leytenantı X2, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı, Şahid1 və Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid3 ibarət əməliyyat qrupunun yaradılması ilə bağlı qərar qəbul edilmiş və əməliyyat qrupuna ali təhsilli alim-aqronom, Bitki-mühafizəsi və X6 Tədqiqat İnistutunun elmi işçisi Şahid5 mütəxəssis kimi dəvət olunmuşdur. Onlar bir yerdə 21 iyun 2021-ci il tarixdə saat 21 radələrində əməliyyat tədbirləri keçirməyə başlayaraq Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Məhəmmədli kəndi, Xəqani küçəsində yerləşən fərdi evinin həyətinə gəlmişlər. Həmin evin həyətinə daxil olduqda evin sahibi 40-45 yaşlarında olan kişi onların qarşısına çıxmışdır. Onlar ev sahibi olan Təqsirləndirilən şəxs onun yaşadığı evinin həyətinə baxış keçirilməsi ilə bağlı bildirdikdə ev sahibi Təqsirləndirilən şəxs ona məxsus olan evin həyətinə polis əməkdaşlarının baxış keçirməsinə etirazı olmadığını bildirmişdir. Sonra onlar Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Məhəmmədli kəndi, Xəqani küçəsində yerləşən fərdi evinin həyətinə video çəkilişdən istifadə olunaraq baxış keçirilən zaman həyətin girişində sağ tərəfdə ağ rəngli palatkanın altında 20-150 sm uzunluqda olmaqla ümumi 91 ədəd çətənə kolları müşahidə müşahidə olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, baxış keçirilən ev onun yaşadığı evdir, yaşadığı evinin həyətinin girişində sağ tərəfdə ağ rəngli palatkanın altında 20-150 sm uzunluqda olmaqla ümumi 91 ədəd çətənə kollarıdır. Bildirmişdir ki, 2021-ci ilin ayının ortalarında çətənə toxumlarını Abşeron rayonu, Məmmədli kəndində yerləşən “Yanardağ” adlı ərazinin yaxınlığıda olan quyunun yanından yerdən tapmış və narkotik vasitə istifadəçisi olduğuna görə həmin bitkilərin çətənə bitkisi olduğunu bildiyi üçün həmin kolları götürərək saxlamış və 25 mart 2021-ci il tarixdə yaşadığı Abşeron rayonu, Məmmədli kəndi, Xəqani küçəsində yerləşən fərdi evinin həyətyanı sahəsində həmin toxumları əkmişdir. Həmin toxumlardan yetişən kollardan dərib qurudaraq özü üçün istifadə etmiş, qalanınıda satmaq üçün saxlamışdır. Onun narkotik vasitə qəbul etməsindən, çətənə bitkisi kolları əkməsindən ailə üzvlərinin xəbəri olmamışdır”. Bundan sonra həmin çətənə kollarını tərəfindən əkildiyi yerdən çıxarılmış və sellofan torbanın içərisinə yığılaraq qablaşdırılmışdır. Bu barədə protokol tərtib edilib iştirakçılar və mütəxəssis tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Məhəmmədli kəndi, Xəqani küçəsində yerləşən fərdi evinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs yaşadığı evin qonaq otağından sola girişdə olan yataq otağında divarın güncündə ədyalın altından bir ədəd ağ rəngli selofan torbanı çıxararaq təqdim etmişdir. Baxış zamanı həmin bir ədəd ağ rəngli selofan torbanın içərisindən yaşıl ot kütləsi müşahidə olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, baxış keçirilən ev onun yaşadığı evdir, yaşadığı evinin qonaq otağından sola girişdə olan yataq otağında divarın güncündə ədyalın altından çıxararaq təqdim etdiyi bir ədəd ağ rəngli selofan torbanın içərisindəki qurudulmuş marixuanadır. Bildirmişdir ki, 2021-ci ilin yaının ayının ortalarında çətənə toxumlarını Abşeron rayonu, Məmmədli kəndində yerləşən “Yanardağ” adlı ərazinin yaxınlığıda olan quyunun yanından yerdən tapmış və narkotik vasitə istifadəçisi olduğuna görə həmin bitkilərin çətənə bitkisi olduğunu bildiyi üçün həmin kolları götürərək saxlamış və 25 mart 2021-ci il tarixdə yaşadığı Abşeron rayonu, Məmmədli kəndi, Xəqani küçəsində yerləşən fərdi evinin həyətyanı sahəsində həmin həmin toxumları əkmişdir. Həmin toxumlardan yetişən kollardan dərib qurudaraq özü üçün istifadə etmiş, qalanınıda satmaq üçün saxlamışdır. Onun narkotik vasitə qəbul etməsindən, çətənə bitkisi kolları əkməsindən ailə üzvlərinin xəbəri olmamışdır”. Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Məhəmmədli kəndi, Xəqani küçəsində yerləşən fərdi evindən aşkar olunmuş qurudulmuş marixuana tərəfindən götürülərək qablaşdırılmışdır. Bu barədə protokol tərtib edilib iştirakçılar və mütəxəssis tərəfindən imzalandı. Bundan sonra Təqsirləndirilən şəxs Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olunmuşdur. Baş idarədə xidməti otaqların birində şəxsi axtarışa başlamazdan ona təhqiqatçının qərarı ilə Bakı şəhəri Mərkəz Vəkil bürosundan təyin olunmuş vəkili X3 təqdim olunaraq Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmağa başlanmışdır. Şəxsi axtarış keçirilməzdən qabaq Təqsirləndirilən şəxs təhqiqatçı Nəcəf Abşuru tərəfindən hüquq və vəzifələri izah edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilən hər hansı bir əşya və ya predmet varsa təqdim etməyi bildirilərkən Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilən hər hansı bir əşya və ya predmet olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilən hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib olunaraq ucadan oxunmuş, orada olan bütün iştirakçılar protokolun düzgünlüyünü imzalamışlar. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs izahatı alınmışdır. Şahid Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Şahid1 və Şahid3 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadələrindən görünür ki, sonuncular məhkəmədə ifadəsi alınmış polis əməkdaşı Şahid2 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. (cild 1, iş vərəqə 108-112; 113- 117) Məhkəmədə şahid qismində dindirilməsi üçün dəvət olunmuş Təqsirləndirilən şəxs arvadı Şahid4 Xanhüseyn qızı ərinə qarşı ifadə verməkdən imtina edərək, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Şahid4 Xanhüseyn qızının məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs onun əridir. O, Ramillə birlikdə Abşeron rayonu, Məhəmmədli kəndi, Xəqani küçəsində yerləşən nömrəsiz fərdi həyət evində yaşayır. Bildirmişdir ki, o, 2021-ci ilin mart ayının 18-19-da o, Novruz bayramı ilə əlaqədar olaraq Saatlı rayonu, Əbil kənddə yaşayan qızı Saragilə qonaq getmişdir. Qızı 2018-ci il tarixdə ailə həyatı quraraq Saatlı rayonu, Əbil kəndində yaşayır. O, qızının yanında olarkən 21 iyun 2021-ci il tarixdə qızının evində Saatlı rayonunda olarkən Abşeron rayonu, Digah qəsəbəsində yaşayan qaynatası Zaman Rəhimov teldefon vasitəsilə ona zəng vuraraq bildirmişdir ki, əri Ramil yaşadığı evin həyətində narkotik vasitə əkib-becərdiyinə görə polis əməkdaşları tərəfindən tutulmuşdur. Bu xəbəri eşitdikdən sonra o, səhəri günü, yəni 22 iyun 2021-ci il tarixdə yaşadığı Abşeron rayonu Məhəmmədi kəndinə qayıtmışdır. Bildirmişdir ki, o, hər gün səhər evdən çıxıb toyuq fabrikinə iş yerinə gemiş, ərim isə heç bir yerdə işləmədiyindən evdə qalmışdır. Ona görə də evin həyətində meyvə acağlarının qulluq etməklə özü məşğul olmuşdur. Ona isə evin həyətində iş görməyə icazə verməmişdir. Əri Ramil tutulduqdan sonra ona məlum olmuşdur ki, Ramil yaşadıqları evin həyətində çətənə kollarının əkib-becərilməsi işi ilə məşğul olmuşdur. (cild 1, iş vərəqə 94-96) Şahid5 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik Sovxoz ev 62, mənzil 3-də yaşayır. O, bitki mühafizəsi ixtisası üzrə ali təhsilli alim-aqronom, Bitki-mühafizəsi və X6 Tədqiqat İnistutunun elmi işçi vəzifəsində işləyir. 21 iyun 2021-ci il tarixdə saat 21 radələrində Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən aşkar olunmuş yerə yəni Abşeron rayonu, Məhəmmədli kəndi, Xəqani küçəsində yerləşən fərdi evin həyətinə baxış keçirməyə dəvət etmişlər. O, mütəxəssis qismində dəvət olunması barədə qərarla tanış olmuş və hüquq və vəzifələri ona izah edilmişdir. Abşeron rayonu, Məhəmmədli kəndi, Xəqani küçəsində yerləşən fərdi evin həyətinə daxil olduqda evin sahibi olan bir nəfər 40-45 yaşlarında olan kişi bizim qarşılarına çıxmışdır. Polis əməkdaşları ev sahibi olan Təqsirləndirilən şəxs evinin həyətinə baxış keçirilməsi ilə bağlı bildirdikdə ev sahibi ona məxsus olan olan evinin həyətinə polis əməkdaşlarının baxış keçirməsinə etirazı olmadığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Məhəmmədli kəndi, Xəqani küçəsində yerləşən fərdi evdə video çəkilişdən istifadə olunaraq Təqsirləndirilən şəxs yaşadığı evinin həyətyanı sahəsinə və evinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs yaşadığı evinin həyətindən 91(doxsan bir) ədəd narkotik tərkibli çətənə bitkisi, yaşadığı evin yataq otağından isə 1(bir) ədəd ağ rəngli sellofan torbada qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuçdur. Məlum olmuşdur ki, həmin bitkilər mütəmadi qulluq edilməklə dibçəklərdə və torf vəziyətində olan torpağa əkilmişdir. Həmin bitkilər tərkibində narkotik maddələr olan çətənə bitkisidir, bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir, dibləri yumşaldılmış, gübrələnmiş, mütəmadi olaraq suvarma işləri aparılmışdır. Həmin bitikilərin ölçüləri 20-150 sm aralığındadır. Həmin kollara mütamadi su verilərək aqrotexniki qaydada qulluq olunmuşdur. Bir mütəxəssis kimi bildirmişdir ki, həmin bitki kollara narkotik tərkibli bitki növlərinə aiddir. Həmin çətənə bitkiləri qurdulmuş marixuana polis əməkdaşları tərəfindən kökləri ilə birlikdə götürülüb qablaşdırılmışdır. (cild 1, iş vərəqə 125-127) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 iyun 2021-ci il tarixli əməliyyat-axtarış təbdirlərinin keçirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddə olan bitkilərin külli miqdardaAbşeron rayonu ərazisindəkultivasiyası ilə məşğul olması barədə DİN-nin BNMİ-nə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasında əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. (cild 1, iş vərəqə 5-6) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Diskə baxış keçirilməsi haqqında” 22 iyun 2021-ci il tarixli protokoldan görünür ki, əynində göy rəngli qısaqol köynək, göy rəngli cins şalvar, ayağında qara rəngli ayaqqabı, başında göy rəngıi papaq, gözündə eynək olan hündürboylu üzü qarabuğdayı olan şəxs yaşadığı Abşeron rayonu, Məmmədli kəndi, Xəqani küçəsində yerləşən fərdi evinin həyətinə baxış keçirilən zaman həyətin girişində sağ tərəfdə ağ rəngli palatkanın altında 20-150 sm uzunluqda olmaqla ümumi 91 ədəd çətənə kolları müşahidə müşahidə olunmuşdur.Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, əynində göy rəngli qısaqol köynək, göy rəngli cins şalvar, ayağında qara rəngli ayaqqabı, başında göy rəngıi papaq, gözündə eynək olan hündürboylu üzü qarabuğdayı olan şəxs onun özüdür, baxış keçirilən ev onun yaşadığı evdir, yaşadığı evinin həyətin girişində sağ tərəfdə ağ rəngli palatkanın altında 20-150 sm uzunluqda olmaqla ümumi 91 ədəd çətənə kollarıdır. Bildirmişdir ki, 2021-ci ilin ayının ortalarında çətənə toxumlarını Abşeron rayonu, Məmmədli kəndində yerləşən “Yanardağ”adlı ərazinin yaxınlığıda olan qyunun yanından yerdən tapmış və narkotik vasitə istifadəçisi olduğuna görə həmin bitkilərin çətənə bitkisi olduğunu bildiyi üçün həmin kolları götürərək saxlamış və 25 mart 2021-ci il tarixdə yaşadığı Abşeron rayonu, Məmmədli kəndi, Xəqani küçəsində yerləşən fərdi evinin həyətyanı sahəsində həmin həmin toxumları əkmişdir. Həmin toxumlardan yetişən kollardan dərib qurudaraq özü üçün istifadə etmiş, qalanınıda istifadə etmək üçün saxlamışdır. Onun narkotik vasitə qəbul etməsindən, çətənə bitkisi kolları əkməsindən ailə üzvlərinin xəbəri olmamışdır”. (cild 1, iş vərəqə 59-90) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Diskə baxış keçirilməsi haqqında” 22 iyun 2021-ci il tarixli protokoldan görünür ki, əynində göy rəngli qısaqol köynək, göy rəngli cins şalvar, ayağında qara rəngli ayaqqabı, başında göy rəngıi papaq, gözündə eynək olan hündürboylu üzü qarabuğdayı olan şəxs yaşadığı Abşeron rayonu, Məmmədli kəndi, Xəqani küçəsində yerləşən fərdi evinə baxış keçirilən zaman evin qonaq otağından sola girişdə olan yataq otağında divarın güncündə ədyalın altından bir ədəd ağ rəngli selofan torbanı çıxararaq təqdim etdi. Həmin bir ədəd ağ rəngli selofan torbanın içərisindən yaşıl ot kütləsi müşahidə olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, əynində göy rəngli qısaqol köynək, göy rəngli cins şalvar, ayağında qara rəngli ayaqqabı, başında göy rəngıi papaq, gözündə eynək olan hündürboylu üzü qarabuğdayı olan şəxs onun özüdür, baxış keçirilən ev onun yaşadığı evdir, yaşadığı evinin qonaq otağından sola girişdə olan yataq otağında divarın güncündə ədyalın altından çıxararaq təqdim etdiyi bir ədəd ağ rəngli selofan torbanın içərisindəki qurudulmuş marixuanadır. Bildirmişdir ki, 2021-ci ilin ayının ortalarında çətənə toxumlarını Abşeron rayonu, Məmmədli kəndində yerləşən “Yanardağ”adlı ərazinin yaxınlığıda olan qyunun yanından yerdən tapmış və narkotik vasitə istifadəçisi olduğuna görə həmin bitkilərin çətənə bitkisi olduğunu bildiyi üçün həmin kolları götürərək saxlamış və 25 mart 2021-ci il tarixdə yaşadığı Abşeron rayonu, Məmmədli kəndi, Xəqani küçəsində yerləşən fərdi evinin həyətyanı sahəsində həmin həmin toxumları əkmişdir. Həmin toxumlardan yetişən kollardan dərib qurudaraq özü üçün istifadə etmiş, qalanınıda istifadə etmək üçün saxlamışdır. Onun narkotik vasitə qəbul etməsindən,çətənə bitkisi kolları əkməsindən ailə üzvlərinin xəbəri olmamışdır”. (cild 1, iş vərəqə 61-62) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksprtizası Mərkəzinin 22 iyun 2021-ci il tarixli 7/578 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş saxlanılan şəxs “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş quruduımuş marixuanaya bənzər kütlə”.... yazılar və imzalar olan bir ədəd kağız paketdə üzəri skoçla bir ədəd selofan bağlamada təmiz çəkisi 29,201 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis)bitkisindən kstar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanaddır. Tədqiqata təqdim olunmuş ağ kağız üzərlərində saxlanılan şəxs “Təqsirləndirilən şəxs yaşadığı evinin həyətindən aşkar olunan çətənə bitkilərinə bənzər yazılar və imzalar olan baş-başa kemirilmiş orta hissəsindən skoçla bağlanmış göy rəngli poletilen bağlamada yaş vəziyyətdə, ümimi sayı 91(doxsan bir)ədəd, ümumi çəkisi 20270,0 qram olan bitki nümunələri əkib becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə(kannabis)bitkiləridir. Aqranom mütəxəssisin rəyinə əsasən həmin bitkilərə aqro-texniki qulluq olmuşdur. Təqdim olunmuş marixuana ilə çətənə(kannabis)bitkiləri tərkibinə görə eynidirlər. (cild 1, iş vərəqə 47-51) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 28 avqust 2021-ci il tarixli 3124 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs KANNOBİOİDLƏRİN birgə qəbulu nəticəsində yaranan ASİLLİLİQ SİNDİROMU NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(cild 1, iş vərəqə 130-131) İstintaq zamanı Təqsirləndirilən şəxs yaşadığı evinə və evinin həyətyanı sahəsinə baxış keçirilərkən götürülmüş və ekspertizadan sonra 29,181 qram qalmış qurudulmuş marixuana, 20268,18 qram çəkidə qalmış 91 ədəd yaş halda çətənə kolu maddi sübut kimi tanınaraq, saxlanılmasından ötrü Abşeron rayon Pİ-nin saxlanc anbarına təhvil verilmişdir. (cild 1, iş vərəqə 89-91) Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi, yaşadığı evinə və evinin həyətyanı sahəsinə baxış keçirilməsi barədə video çəkiliş görüntüləri olan boz rəngli üzərində “ZYKLEN DVD-R 4.7 GB” sözləri yazılmış DVD formatlı iki ədəd disk iş üzrə maddi sübut kimi tanınaraq və cinayət işinə əlavə edilmişdir.(cild 1, iş vərəqə 141-152) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Bitki Mühafizəsi və X6 Tədqiqat İnstitutunun elmi işçisi Şahid5 tərəfindən verilmiş 21 iyun 2021-ci il tarixli “Mütəxəssis rəyi”ndən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar edilmiş 91 ədəd kol, narkotik tərkibli çətənə bitkisidir. Bitkilərə aqrotexniki qaydada qullu edilmişdir. Ölçüləri 20-150 sm aralığındadır. (cild 1 iş vərəq 18) Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. (cild 1, iş vərəqə128-129) Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitələri satmaq məqsədinin olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsassızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş qismən etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində göstərilmişdir ki, narkotik xassəli bitkilərin qanunsuz kultivasiyası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik xassəli bitkilərin əkilməsi, becərilməsi və ya yetişdirilməsidir. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, narkotik xassəli bitkilərin hasil edilməsinə və narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hər hansı digər hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li Qərarının 19-cu bəndində göstərilmişdir ki, tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Çətənə (kannabis) bitkisi Azərbaycan Respublikasının 2005-ci ilin 28 iyun tarixli Qanunu ilə təsdiq olunmuş Azərbaycan Respublikası ərazisində “Qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilər” siyahısına aiddir ( siyahı İİİ ). Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2 və 237.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir.. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddələsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 21 iyun 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Abşeron rayon məhkəməsinin 23 iyun 2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəlinin 21 iyun 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (cild 1, iş vərəqə 28, 82-84). Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 21 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs KANNOBİOİDLƏRİN birgə qəbulu nəticəsində yaranan ASİLLİLİQ SİNDİROMU NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Abşeron Rayon Polis İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi- 29,181 qram qalmış qurudulmuş marixuana, 20268,18 qram çəkidə qalmış 91 ədəd yaş halda çətənə kolu məhv edilməli, 2 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 66,46 (altımış altı manat qırx altı) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 237.2.3-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-ci maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 21 iyun 2021-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra Abşeron RPİ-də saxlanılan – qalıq çəkisi 29,181 qram qurudulmuş marixuana, 20268,18 qram çəkidə qalmış 91 ədəd çətənə kolu məhv edilsin, 2 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 66,46 (altımış altı manat qırx altı) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-80/2022
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-80/2022
07.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver