Məhkəmə qərarları › İş №1(124)-80/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(124)-80/2025

03.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(124)-80/2025 03.04.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1, Zərərçəkmiş şəxsin hüquqi varisi - Abşeron rayon Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxxx 2001-ci il tarixdə Pakistan İslam Respublikası Narowal şəhərində doğulmuş, Pakistan İR vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Pakistan İR-nın Narowal şəhərində daimi qeydiyyatda olmaqla Masazır kəndində müvəqqəti yaşamış,barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 29,120.2.2, 29,120.2.4, 29,120.2.7 və 29,120.2.9-cu maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.2.2, 120.2.4, 29,120.2.2, 29,120.2.4, 29,120.2.7 və 29,120.2.9-cu maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş və işə məhkəmədə baxılma müddətində təqsirləndirilən şəxs vəfat etmişdir. Cinayət işi və iş üzrə tərtib edilmiş ittham aktına əsasən müəyyən olunur ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Ahmad Shabbiri CM-nin 120.2.2, 120.2.4, 29,120.2.2, 29,120.2.4, 29,120.2.7 və 29,120.2.9-cu maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham irəli sürmüşdür ondan ötrü ki, o, xx.xx.2020-ci il tarixdə Pakistan İslam Respublikasından Azərbaycan Respublikasına Heydər Əliyev adına X4 vasitəsilə gəlib, Abşeron rayonu, Masazır kəndində müvəqqəti yaşadığı dövrdə Pakistan İslam Respublikası vətəndaşı Zərərçəkmiş şəxs1-lə tanış olub aralarında şəxsi münasibətlər yarandıqdan sonra, 2023-cü ilin avqust ayında sonuncuya 150 AZN borc pul vermiş, bunun üzərindən 2 ay müddət keçdiyinə görə Zərərçəkmiş şəxs1-in onu aldatdığı və həmin pulu qaytarmayacağı qənaətinə gəlib, sonuncunu faktiki olaraq özünün bu qənaətinə görə, yəni heç bir əsaslı səbəb olmadan qəsdən öldürmək qərarına gələrək, bu məqsədini həyata keçirmək üçün özü ilə ümumi uzunluğu 330 mm, dəstəyi tünd qəhvəyi, tiyəsi bozumtul-gümüşü rəngli, zavod üsulu ilə hazırlanmış, kəsici-deşici xassəyə malik, soyuq silah hesab olunmayan mətbəx bıçağı götürüb üzərində gizlətməklə, xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs1-in ünvan 1 ünvanında kirayə yaşadığı evə gəldikdən sonra sonuncu və evdə olan digər Pakistan İslam Respublikası vətəndaşı Zərərçəkmiş şəxs2 ilə bir müddət söhbət etsə də, qeyd olunan borcun ödənişi ilə bağlı heç bir danışıq aparmadan, öz şəxsiyyətini qarşıdakı şəxsin şəxsiyyətinin fövqündə qoyaraq, hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına açıq-aşkar zidd olaraq, istənilən məsələni zor gücünə həll etmək iqtidarında olduğunu nümayiş etdirmək üçün, cüzi səbəbi bəhanə etməklə, yəni xuliqanlıq niyyətilə həmin gün saat 20 radələrində Zərərçəkmiş şəxs1-in evin qonaq otağındakı divanda yatması, beləcə ona müqavimət göstərmək iqtidarında olmaması, yəni onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olmasından istifadə edərək, özü ilə gətirdiyi mətbəx bıçağı ilə zərərçəkmişə xüsusi ağrılar yetirdiyini dərk edərək və bu zaman müstəsna qəddarlıq nümayiş etdirərək, yəni xüsusi amansızlıqla bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr endirib, zərərçəkmişə döş və qarın nahiyəsinin döş və qarın boşluğuna nüfuz edən diafraqmanı, qaraciyəri, mədəni yaralayan, sağtərəfli Vİİ, Vİİİ, İX, X qabırğaları kəsən, böyük piyliyin və bağırsaqların eventrasiyası ilə nəticələnən 1 (bir) ədəd, sağ bazu nahiyəsinin, sağ dirsək arteriyasını yaralayan və sağ bazunun üç başlı əzələsini kəsən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları kimi dərəcələrinə görə həm ümumilikdə və həm də ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid xəsarətlər, həmçinin döş qəfəsinin ön səthinin sol yarısının 1 (bir) ədəd, sol bazu nahiyəsinin, 1 (bir) ədəd, sağ said nahiyəsinin 1 (bir) ədəd kəsilmiş yaraları kimi dərəcələrinə görə həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətləri yetirməsinin ardından evin yataq otağında olan və qonaq otağında yaranmış səs-küyə görə həmin otağa tez gələn Zərərçəkmiş şəxs2-un da üzərinə hücum edib heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyətilə üzərindəki həmin bıçaqla sonuncuya xüsusi ağrılar yetirdiyini dərk edərək və bu zaman müstəsna qəddarlıq nümayiş etdirərək, yəni xüsusi amansızlıqla bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vurub, zərərçəkmişin döş qəfəsi və qarın nahiyəsinin döş-qarın boşluğuna nüfuz edərək sağ ağciyəri, yoğun bağırsağı və bağırsaq müsaqirəsini zədələyən və sağ bazu nahiyəsinin damar-sinir kompleksini kəsən deşilmiş-kəsilmiş yaraların törətdiyi çoxlu qanitirmədən ölümünə səbəb olan - döş qəfəsinin ön səthinin sağ yarısında İİ-İİİ qabırğa səviyyəsində İİ qabırğanı kəsib sağ plevra boşluğuna nüfuz edərək sağ ağciyərin yuxarı payını yaralayan 1 (bir) ədəd deşilmiş-kəsilmiş yara, qarın nahiyəsinin sol yan səthində qarın boşluğuna nüfuz edərək yoğun bağırsağı və bağırsaq müsariqələrini yaralayan 1 (bir) ədəd deşilmiş-kəsilmiş yara və sağ bazunun yuxarı 1/3-nin ön-iç səthində sağ bazu arteriyasını, venasını və sinirləri zədələyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları kimi (ümumilikdə, 03 ədəd) canlı şəxslərdə ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid xəsarətlər, həmçinin burun-dodaq nahiyəsinin 1 (bir) ədəd, sağ çiyin qurşağı nahiyəsinin ön səthinin 1 (bir) ədəd, sol çiyin qurşağı nahiyəsinin arxa səthinin 1 (bir) ədəd, sol kürək nahiyəsinin 1 (bir) ədəd, sağ bazu nahiyəsinin yuxarı 1/3-nin bayır səthinin 1 (bir) ədəd, sol said nahiyəsinin orta 1/3-nin ön-bayır səthinin 1 (bir) ədəd, sağ said nahiyəsinin orta 1/3-nin ön-bayır səthinin 1 (bir) ədəd, sağ said nahiyəsinin aşağı 1/3-nin arxa və bayır səthinin 2 (iki) ədəd, sağ əlin arxa səthinin 1 (bir) ədəd, sağ əlin arxa İİİ barmağının əsas falanqasının arxa səthinin 1 (bir) ədəd kəsilmiş yaraları kimi (ümumilikdə, 11 ədəd) canlı şəxslərdə ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətləri yetirib Zərərçəkmiş şəxs2-u xuliqanlıq niyyətilə və xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmiş, habelə növbəti bıçaq zərbələrini də endirməklə digər zərərçəkmiş Zərərçəkmiş şəxs1-i qəsdən öldürməyə çalışsa da, sonuncunun cəld qolunu bıçağın önünə tutmaqla ona aktiv müqavimət göstərməsi, bundan başqa zərərçəkmişin “X6” PHŞ-nə vaxtında çatdırılaraq ixtisaslı tibbi yardım göstərilməsi ilə əlaqədar həyatının xilas edilməsi nəticəsində o, bilavasitə qəsdən adam öldürməyə yönəldilmiş hərəkətlərini iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək, xuliqanlıq niyyəti ilə və xüsusi amansızlıqla onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsi qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. 18 iyul 2024-cü il tarixdə keçirilən məhkəmə məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.2.2, 120.2.4, 29,120.2.2, 29,120.2.4, 29,120.2.7 və 29,120.2.9-cu maddələri iləməhkəməyə verilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. 03 mart 2025-ci il tarixdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş məktubdan, həmçinin vəkil Müdafiəçi1 tərəfindən təqdim olunmuş ölüm haqqında tibbi şəhadətnamədən görünür ki, Pakistan İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs Ahmad oğlu 19 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında urəyin xroniki işemik xəstəliyindən vəfat etmişdir. 27 fevral 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 106-1.3-cü maddəsi qaydasında ölmüş Təqsirləndirilən şəxs yaxın qohumlarına onun ölməsi ilə əlaqədar cinayət təqibinə Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən xitam verilməsinin bəraətverici əsas hesab edilmədiyi barədə müvafiq izah verilmiş, eyni zamanda yaxın qohumlarının bu müddət ərzində onun hüquqi varisi qismində tanınmaları barədə istəklərini bildirmək hüquqları izah edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 106-1.4-cü maddəsinə əsasən ölmüş şəxs Təqsirləndirilən şəxs yaxın qohumlarından heç biri bildirişin göndərildiyi gündən 20 (iyirmi) gün sonra onun hüquqi varisi qismində tanınması barədə istək bildirmədiyindən bu səlahiyyətlər onun müdafiəçisi Müdafiəçi1 həvalə edilmişdir. Belə ki, qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəməyə müraciət etmiş təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 təqsirləndirilən şəxsin hüquqi varisi qismində tanınaraq cinayət prosesinə buraxılmışdır. Təqsirləndirilən şəxsin hüquqi varisi, Müdafiəçi1 ərizə ilə müraciət edərək, təqsirləndirilən şəxsin ölməsi ilə əlaqədar bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dövlət ittihamçısı eyni əsaslarla cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini təklif etmiş, digər proses iştirakçıları etiraz etməmişlər. Məhkəmə iş materiallarını nəzərdən keçirib, təqsirləndirilən şəxsin tərəflərin işin sonrakı hərəkəti barədə təkliflərini nəzərə alaraq, hesab edir ki, cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3-1-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. Bu Məcəllənin 106-1.4-cü maddəsinə əsasən ölmüş şəxsin yaxın qohumu bu müddət ərzində onun hüquqi varis qismində tanınması barədə müvafiq istəyini bildirmədikdə, cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın çıxarılması üçün müdafiəçinin razılığı tələb olunur. Həmin Məcəllənin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Göründüyü kimi, cinayət işi üzrə təqsirləndirilən şəxs ölmüş, onun hüquqi varisi yaxın qohumu olmadığı halda, müdafiəçi cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsinə razılıq vermişdir. Belə olan halda, hazırki cinayət işinə xitam verilməlidir. Bununla yanaşı iş üzrə tanınmış maddi sübutlar barədə də qərar qəbul edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Abşeron rayon prokurorluğunda saxlanılan mərhum Zərərçəkmiş şəxs2 Ahmada məxsus bir ədəd şalvar, tuman, uzunqol kofta (sviter) və bir cüt idman ayaqqabısı, Təqsirləndirilən şəxs Ahmad Shabbirə məxsus idman şalvarı, idman gödəkçəsi və uzunqol köynək, cinayətin aləti kimi istifadə edilmiş bir ədəd bıçaq (balta tipli) və qan nümunələri hopdurulmuş 03 ədəd çubuqlu pambıq tampon, Zərərçəkmiş şəxs1 Ahmada məxsus bir ədəd şalvar, kəmər və tuman, qan nümunəsi hopdurulmuş 01 ədəd çubuqlu pambıq tampon məhv edilməli, Zərərçəkmiş şəxs1 Ahmada məxsus “Samsung” markalı “GalaxyA12” modelli mobil telefon özünə və ya yaxın qohumlarından birinə qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5, 41.2, 43, 321.2.1 və 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara alır: Təqsirləndirilən şəxs Ahmad Shabbir cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldüyündən CPM-nin 39.1.5 və 43.3-1-ci maddəsinə əsasən barəsindəki iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilsin. İş üzrə maddi sübut olub Abşeron rayon prokurorluğunda saxlanılan mərhum Zərərçəkmiş şəxs2 Ahmada məxsus bir ədəd şalvar, tuman, uzunqol kofta (sviter) və bir cüt idman ayaqqabısı, Təqsirləndirilən şəxs Ahmad Shabbirə məxsus idman şalvarı, idman gödəkçəsi və uzunqol köynək, cinayətin aləti kimi istifadə edilmiş bir ədəd bıçaq (balta tipli) və qan nümunələri hopdurulmuş 03 ədəd çubuqlu pambıq tampon, Zərərçəkmiş şəxs1 Ahmada məxsus bir ədəd şalvar, kəmər və tuman, qan nümunəsi hopdurulmuş 01 ədəd çubuqlu pambıq tampon məhv edilsin, Zərərçəkmiş şəxs1 Ahmada məxsus “Samsung” markalı “GalaxyA12” modelli mobil telefon özünə və ya yaxın qohumlarından birinə qaytarılsın. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar