Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-81/2022 01.09.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ SUMQAYİT AĞİR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), X3 və Əliyev Hafiz Samir oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi - X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Nümayəndə iştirakları ilə, xx xxxxxx 1974-cü ildə Quba rayonunda doğulmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, məhkum olunmamış, Quba rayonu, Mahmudqışlaq kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən qapalı məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs onun üçün aşkar surətdə on dörd yaşına çatmayan zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 13 aprel 2021-ci il tarixdə saat 17 radələrində gözətçi işlədiyi Abşeron rayonu Goradil bağlar massivində yerləşən fərdi yaşayış evin həyətində olan vaxtı, qonşuluqda yaşayan 19 dekabr 2016-cı il təvəllüdlü Zərərçəkmiş şəxs küçədə oynadığını görüb yanına çağıraraq ona «sürpriz» verəcəyini deyib aldararaq həmin həyətdə gözətçi üçün nəzərdə tutulmuş tikiliyə aparmış və otaqda onun üçün aşkar surətdə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs azyaşlı olduğu ilə əlaqədar ona qarşı edilən hərəkətlərin mahiyyətini dərk etmədiyinə görə köməksiz vəziyyətindən istifadə etməklə öz cinsiyyət orqanını sonuncunun ağız boşluğuna daxil edib çıxartmaqla cinsi ehtirasını pozğun formada təmin edib ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, o, Abşeron rayonu Goradil kəndində olan başqa şəxsin bağ evində gözətçi və bağban işləmişdir. Azyaşlı Xəqan isə qonşuluqda yaşamışdır. 2021-ci il aprelin ayının 13-də Xəqan küçədə oynayarkən gözətçi olduğu evin qapısı açıq olmuş və Xəqan həyətdə olan ov itinə baxmaq üçün evin həyətinə keçmişdir. Bu zaman özü su krantını bağlamaq üçün həyətin digər tərəfinə getmiş, sonra isə ayaqyoluna getmişdir. Ayaqyolunda olarkən itin səsini eşitmişdir. Təcili ayaqyolundan çıxmış və bu zaman şalvarının qarşısını bağlamamışdır. Xəqan isə evə doğru qaçmış və bu zaman onunla üz-üzə gəlmişlər. Uşaqdan nə baş verdiyini soruşduqda itin onun üstünə gəldiyini demişdir. Bu zaman uşağın anası çöl qapını açdı və onları bu vəziyyətdə görmüşdür. Bundan başqa o, qeyd etmişdir ki, istifadədəsində “Redmi Note 7” markalı mobil telefon olmuş və həmin telefonda ara-sıra uşaqbazlıqla bağlı pronoqrafik saytlara baxmışdır. Lakin ittihamda göstərilə əməlləri o, törətməmişdir. Məhkəmədə elan olunaraq tədqiq olunan Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, 13 aprel 2021-ci il tarixdə saat 17 radələrində gözətçi işlədiyi həyətdə qapının yanında ağacları sulayan vaxtı balaca uşaqların səsini eşidib qapını açanda qonşuluqda yaşayan Gülnarə xanımının 3 uşağını görmüş, xalaları da yanlarında olmuşdur. Bu zaman Gülnarənin balaca oğlu Xaqan həyətə daxil olub həyətdə olan itə baxmaq istədiyini demiş, uşaq olduğu üçün ona bir söz deməmiş və həyətə buraxmışdır. Xaqan itin saxlanıldığı yerə yaxınlaşmış, o isə həyətin aşağı tərəfində su krantını bağlamağa getmiş, həmin vaxtı qarnı ağrıdığı üçün ayaq yoluna getmək üçün evə daxil olmuşdur. Ayaq yolunun qapısını bağlamış və böyük bayıra çıxmışdır. İtin bərk hürdüyünü eşidən kimi fikirləşmiş ki, uşağa nə isə olar və tez yuyunub evin içindən üzü çıxış qapısına doğru qaçmağa başlamış, həmin vaxtı şalvarını və tumanını dizinə qədər qaldırıb çıxış qapısına tərəf çıxanda həmin uşağa fikir verməmiş, bu zaman həmin uşaq itin qorxusundan evin içinə qaçanda onunla üzbəüz gəlmiş, şalvarı dizə qədər olduğu üçün Xaqan üzbəüz qaçanda başı onun cinsiyyət orqanına dəymişdir. Utandığından tez çönmüş və uşağı kənara çəkib şalvarını axıra kimi çəkmiş, bu zaman Xaqanın anasının onu çağırdığını eşitmiş və birlikdə həyətə çıxmışlar. Xaqan anasına tərəfə getmiş və həyətdən çıxmışlar. (Cild 1, iş vərəqləri 112-114) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş azyaşlı Zərərçəkmiş şəxs göstərdi ki, Mehin və Selcanxatun adlı iki bacısı var. Onlarla oynayarkən, əmi (təqsirləndirilən şəxs) onu evə çağırmış və sürpriz vermək adı ilə evinə aparmış, orada zamokunu açıb ayıbını çıxarıb ağzına salmışdır. Evi 1 otaqlı idi və birinci mərtəbədə idi. Evin içində qara televizor, stol, stul olmuşdur. Daha sonra verilə suallara cavab olaraq göstərdi ki, əmi (təqsirləndirilən şəxs) onu özü çağırmış, ayıbını çıxardıqdan sonra itə baxmış, it evdən uzaqda olmuş, sonra bacıları və anası gəlmişdir. Məhkəmədə şahid qismində dindirilmiş azyaşlı zərəçəkmiş şəxsin qanuni nümayəndəsi olan anası Nümayəndə ifadəsində göstərdi ki, 2021-ci il aprelin 13-də saat 17 radələrində qızı Mehin qonşu kişinin Xaqanı həyətə çağırdığını ona demişdir. Xaqanın hara getdiyini soruşanda gözətçi Qabilin işlədiyi evin darvazasını göstərmişdir. Həmin darvazaya yaxınlaşıb qapını döyməyə başlamış, qapını açan olmadığı üçün qapını açıb qızları ilə həyətə daxil olmuş və Xaqanı çağırmağa başlamışlar. Elə bu zaman Xaqanın evin içindən çıxdığını, onun ardınca isə Qabil çıxmasını görmüşdür. Qabil əli ilə Xaqanı it olan tərəfə yönəltmiş və uşağın itə baxmaq istəməsini demişdir. Uşaqları çağırıb həyətdən çıxıb evə tərəf gəldikdə oğlu Xaqan ona “əmi ayıbını mənim ağzıma soxdu, sürpriz verəcəyini desə də vermədi” demişdir. İlkin olaraq buna inana bilməsə də bacısı Gültəkinlə birlikdə Xaqanı sorğu sual etmiş və Xaqan əminliklə demişdir ki, həmin kişi ona sürpriz vermək adı ilə cinsiyyət orqanını onun ağzına salıb çıxarmışdır. Səhəri günü DİN-nin 102 xidmətinə zəng vurmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, 2021-ci il aprelin 13-də saat 17 radələrində bacısı Gülnarə ilə evdə oturmuş, uşaqlar isə həyətdə velosiped sürmüşdür. Qəflətən bacısı qızı Mehin evə gələrək qonşu kişinin Xaqanı öz həyətinə apardığını demişdir. Uşaqlardan hara getdiyini soruşduqda Qabilin qapısını göstərmişlər. Bacısı Qabilgilin qapısına yaxınlaşaraq qapını döyməyə başlamış, sonra onun qaldığı evin həyətinə girib bir qədər sonra uşaqlarla birlikdə çıxmışlar. Bundan sonra, bacısı ona Qabilin öz cinsiyyət orqanını uşağın ağzına salmasını demişdir. Öncə buna inanmamış, lakin Xaqanı evə salıb onu sorğu sual etdikdən sonra Xaqan əminliklə həmin kişinin ona sürpriz vermək adı ilə onu evinə aparmasını və orada cinsiyyət orqanını onun ağzına salıb-çıxarmasını demişdir. Bundan sonra, polisə müraciət etmişlər. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən azyaşlı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi halları təsdiq etməklə bir daha Təqsirləndirilən şəxs üzünə qarşı demişdir ki, o, öz cinsiyyət orqanını onun ağzına salmışdır. (Cild 1, iş vərəqləri 65-67) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən azyaşlı Zərərçəkmiş şəxs iştirakı ilə keçirilən baxış istintaq hərəkətinin 16 aprel 2021-ci il tarixli protokolundan görünür ki, azyaşlı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qaldığı otağı sərbəst göstərmiş və onun ifadəsində göstərdiyi xüsusatlarla bağlı dəqiqləşdirmələr aparılmış, bu zaman azyaşlı bir daha həmin xüsusatları təsdiq etmişdir. (Cild 1, iş vərəqləri 23-26) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizanın 16 iyun 2021-ci il tarixli 1285 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri, əqli gerilik aşkarlanmır. Onun əqli inkişafı yaş xüsusiyyətlərinə uyğundur. Sözlərini, öz sözləri ilə çatdırmaq imkanına malikdir. Emosioyaları canlıdır, adekvatdır. Onun hazırkı psixoloji vəziyyətində qorxu, həyəcan kimi hallar müəyyən edilmədi. Zərərçəkmiş şəxs azyaşlı olması ilə əlaqədar ona qarşı edilən hərəkətlərin mahiyyətini tam dərk etmədiyindən, hadisə zamanı onun emosional vəziyyətində hərhansı dəyişiklik(qorxu, həyəcangərqinlik və s) yaranmamışdır. Zərərçəkmiş şəxs hadisə ilə bağlı özündən uydurmağa meyillilik müşahidə edilmədi. Əqli və psixi inkişafında lənglik, gerilik əlamətləri aşkar olunmadı. Zərərçəkmiş şəxs psixi inkişaf və yaş xüsusiyyətlərinə uyğun olaraq yaranmış şəraitin mahiyyətini tam dərk etmək və davranışın mümkün nəticələrini görə bilmək qabiliyyətində olmamışdır. Lakin baş vermiş hadisə barəsində düzgün məlumat verə bilər. Zərərçəkmiş şəxs az yaşlı olduğundan, baş vermiş hadisə zamanı ona qarşı edilən qanunazidd hərəkətlər edən şəxsə müqavimət göstərmək iqtidarında olmamışdır. (Cild 1, iş vərəqləri 78-81) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən komisyon ambulator-məhkəmə psixiatrik ekspertizasının 16 iyun 2021-ci il tarixli, 1286 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs əməli törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır.Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs hazırda da hər hansı bir psixi xəstəliyin əlamətləri aşkarlanmır. Təqsirləndirilən şəxs hadisəni düzgün qavrayıb, düzgün ifadə vermək qabiliyyətindədir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. (Cild 1, iş vərəqləri 89-91) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən mobil telefona baxış keçirilməsi haqqında 14 aprel 20021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan “RedMi” markalı mobil telefonla 2021-ci ilin mart və aprel aylarında mütəmadi olaraq “Google” axtarış portalında XNXXCOM pornoqrafik saytına daxil olunmuş, uşaqbazlıq və digər pornoqrafik saytlarda videoçarxlar izlənilmişdir. Həmin mobil telefon iş üzrə maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 14, 94-97) Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİdən alınmış tələbnamənin cavabından görünür ki, təqsirləndirilən şəxsin əvvəllər Azərbaycan Respublikası ərazisində məhkumluğu olmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayətin onun tərəfindən törədilməməsi və ona şər atılması ilə bağlı məhkəmədə verdiyi ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə qeyd edir ki, azyaşlı Zərərçəkmiş şəxs yaşı nəzərə alınaraq Təqsirləndirilən şəxs qarşı olmayan hadisə barədə ifadə verməsi, eləcə də Təqsirləndirilən şəxsla heç bir münasibəti olmayan Zərərçəkmiş şəxs anası və xalasının ona heç bir səbəb olmadan şər atması işin hallarına uyğun olmamaqla məntiqsizdir. Əksinə işin halları və Təqsirləndirilən şəxs obyektiv həqiqət ilə uzlaşmayan, məntiqsiz ifadəsi bir daha onun tərəfindən azyaşlı Zərərçəkmiş şəxs qarşı ittihamda göstərilən cinayət əməlinin törədilməsini təsdiq edir. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə görə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağərlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs barəsində Abşeron rayon məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli qərarı ilə əvvəli həmin tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, və məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 05 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan bir ədəd mobil telefon təqsirləndirilən şəxsin ailə üzvlərinə və ya digər yaxın qohumlarına qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə qeyd edir ki, iş üzrə məhkəmə xərcləri yoxdur. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etmiş və bu müdafiəçi tərəfindən məhkəmə istintaqı başa çatdırılanadək onun hüquqları müdafiə olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddələsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 05 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd “Redmi” markalı mobil telefon təqsirləndirilən şəxsin ailə üzvlərinə və ya digər yaxın qohumlarına qaytarılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-81/2022
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-81/2022
01.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver