Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-81/2023 15.05.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Verdiktum” Vəkil Bürosunun vəkili Müdafiəçi2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs4 nümayəndəsi Müdafiəçi1 və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxx 1987-ci il tarixdə Qax rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan və barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 qızıl məmulatlarının alqısatqısı ilə məşğul olaraq yüksək qazanc əldə etdiyini, onun da qızıl məhsullarının dövriyyəsinə pul qoymaqla verdiyi pulun 10% miqdarında aylıq qazanc əldə edəcəyinə inandırmaqla yalandan vəd verib aldadaraq 2020-ci ilin dekabr ayının sonlarında ünvan 3 ünvanında onun həmin dövrə məzənnəsi 4250 manat olan 2500 abş dolları nağd pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs2 4250 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 qızıl məmulatlarının alqı-satqısı ilə məşğul olaraq yüksək qazanc əldə etdiyini, onun da qızıl məhsullarının dövriyyəsinə pul qoymaqla verdiyi pulun 10% miqdarında aylıq qazanc əldə edəcəyinə inandırmaqla yalandan vəd verib aldadaraq 15 oktyabr 2020-ci il tarixdə ünvan 4 ünvanında həmin dövrə məzənnəsi 6800 manat olan 4000 abş dolları, 31 dekabr 2020-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən “Bravo” marketin qarşısında həmin dövrə məzənnəsi 18.020 manat olan 10.600 abş dolları, 2021-ci ilin yanvar ayının əvvəllərində ünvan 5 ünvanının qarşısında həmin dövrə məzənnəsi 11.900 manat olan 7000 abş dolları, 2021-ci ilin yanvar ayının ortalarında ünvan 6 ünvanında 700 manat, həmin dövrə məzənnəsi 680 manat olan 400 ABŞ dolları, 2021-ci ilin yanvar ayının sonlarında ünvan 4 ünvanında həmin dövrə məzənnəsi 10.200 manat olan 6.000 abş dolları nağd pulunu vahid qəsdlə əhatə olunmaqla etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs4 həmin dövrə məzənnəsi 47.600 manat olan 28.000 abş dolları və 700 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 qızıl məmulatlarının alqı-satqısı ilə məşğul olaraq yüksək qazanc əldə etdiyini, onun da qızıl məhsullarının dövriyyəsinə pul qoymaqla verdiyi pulun 10% miqdarında aylıq qazanc əldə edəcəyinə inandırmaqla yalandan vəd verib aldadaraq 05 yanvar 2021-ci il tarixdə ünvan 4 ünvanında 42.000 manat, xx.xx.2021-ci il tarixdə ünvan 4 ünvanında 22.500 manat, 21 fevral 2021-ci il tarixdə ünvan 7 ünvanında 38.500 manat, 25 fevral 2021-ci il tarixdə 35.000 manat, 27 fevral 2021-ci il tarixdə ünvan 7 ünvanında 60.000 manat nağd pulunu vahid qəsdlə əhatə olunmaqla etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs1 198.000 manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarrrda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs9 əvvəllər ona Zərərçəkmiş şəxs9 tərəfindən qızıl məmulatlarının verilməsi və aldığı məhsulların pulunu tam və vaxtında ödəməsi ilə aralarında yaranan etibardan sui-istifadə edərək sonuncudan pulunu sonradan verəcəyini bildirib aldadaraq 2021-ci fevral ayının sonu mart ayının əvvəllərində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, “Aygün Mall”-da yerləşən Zərərçəkmiş şəxs9 məxsus mağazada 60.000 manat dəyərində qızıl-zinət əşyalarını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs9 60.000 manat dəyərində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs6 əvvəllər ona Zərərçəkmiş şəxs6 tərəfindən qızıl məmulatlarının verilməsi və aldığı məhsulların pulunu tam və vaxtında ödəməsi ilə aralarında yaranan etibardan sui-istifadə edərək sonuncudan sonradan qaytaracağını bildirib 14 mart 2021-ci il tarixdə ünvan 8 ünvanında 54.000 manat nağd pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs6 54.000 manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 qızıl məmulatlarının alqı-satqısı ilə məşğul olaraq yüksək qazanc əldə etdiyini, onun da qızıl məhsullarının dövriyyəsinə pul qoymaqla verdiyi pulun 10% miqdarında aylıq qazanc əldə edəcəyinə inandırmaqla yalandan vəd verib aldadaraq 2020-ci ilin avqust ayında Bakı şəhəri, Nizami rayonu, metronun “Qara Qarayev” stansiyasının yanında 30 saylı notariat kontorunda 10.000 manat, 2020-ci ilin dekabr ayında ünvan 3 ünvanında 10.000 manat, 2021-ci ilin fevral ayında Xətai rayonu, General Şıxlinski küçəsi, ev 29/412 V ünvanının qarşısında 13.000 manat, 2021-ci ilin fevral ayında Xətai rayonu, General Şıxlinski küçəsi, ev 29/412 V ünvanının qarşısında 20.000 manat, 18 fevral 2021-ci il tarixdə Xətai rayonu, General Şıxlinski küçəsi, ev 29/412 V ünvanının qarşısında 18.000 manat, 15 mart 2021-ci il tarixdə Xətai rayonunda Ukrayna dairəsi deyilən yerin yanında 20.000 manat nağd pulunu vahid qəsdlə əhatə olunmaqla etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs3 91.000 manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs5 əvvəllər ona Zərərçəkmiş şəxs5 tərəfindən qızıl məmulatlarının verilməsi və aldığı məhsulların pulunu tam və vaxtında ödəməsi ilə aralarında yaranan etibardan sui-istifadə edərək sonuncudan pulunu sonradan verəcəyini bildirib 2021-ci ilin fevral ayının sonlarında Bakı şəhəri, Nərimanov rayonu, M.Araz küçəsində yerləşən “Naxış” restoranının qarşısında 18.000 manat dəyərində qızıl-zinət əşyalarını, bir hissəsinin pulunu ilkin ödəniş olaraq verib qalan məbləği bir müddət sonra ödəyəcəyi barədə yalandan vəd verib 2021-ci ilin mart ayının əvvəllərində ünvan 10 ünvanında 10.000 manat dəyərində qızıl-zinət əşyalarını, aylıq hər bir iştirakçının 3000 manat verməsi şərti ilə “lotoreya” təşkil etməsini yalandan bildirib 12 mart 2021-ci il tarixdə ünvan 10 ünvanında aylıq ödəniş pulu olan 3000 manat məbləğində nağd pulunu, 22 mart 2021-ci il tarixdə ünvan 10 ünvanında 9.580 manat dəyərində qızıl zinət əşyalarını vahid qəsdlə əhatə olunmaqla etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs5 40.580 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs8 qızıl məmulatlarının alqı-satqısı ilə məşğul olaraq yüksək qazanc əldə etdiyini, onun da qızıl məhsullarının dövriyyəsinə pul qoymaqla verdiyi pulun 10% miqdarında aylıq qazanc əldə edəcəyinə inandırmaqla yalandan vəd verib aldadaraq 2020-ci ilin avqust ayının əvvəllərində ünvan 4 ünvanında 14.400 manat, 2020-ci ilin avqust ayının sonlarında ünvan 4 ünvanında 6.600 manat, 2020-ci ilin oktyabr ayında ünvan 4 ünvanında 17.000 manat, 2020-ci ilin noyabr ayında ünvan 4 ünvanında 15.000 manat, 2020-ci ilin dekabr ayının əvvəllərində ünvan 4 ünvanında 20.000 manat, 2021-ci ilin mart ayının əvvəllərindən mart ayının sonunadək ünvan 11 ünvanında hissə-hissə olmaqla ümumilikdə 71.000 manat, 2021-ci ilin mart ayının sonlarında ünvan 4 ünvanında 18.000 manat nağd pulunu vahid qəsdlə əhatə olunmaqla etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs8 162.000 manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs7 qızıl məmulatlarının alqı-satqısı ilə məşğul olaraq yüksək qazanc əldə etdiyini, onun da qızıl məhsullarının dövriyyəsinə pul qoymaqla verdiyi pulun 10% miqdarında aylıq qazanc əldə edəcəyinə inandırmaqla yalandan vəd verib aldadaraq 23 noyabr 2020-ci il tarixdə ünvan 12 ünvanında 7000 manat, 15 dekabr 2020-ci il tarixdə ünvan 12 ünvanında 4000 manat, 15 yanvar 2021-ci il tarixdə Abşeron rayonu, Kristal Abşeron -2 ünvanının yaxınlığında yerləşən lombardda 3000 manat nağd pulunu, satıb sonradan pulunu qazancla birlikdə verəcəyi adı ilə 24 noyabr 2020-ci il tarixdə ünvan 12 ünvanında 7.370 manat dəyərində qızıl-zinət əşyalarını, aylıq hər bir iştirakçının 500 manat verməsi şərti ilə “lotoreyalar” təşkil etməsini yalandan bildirib 27 dekabr 2020-ci il tarixdən 29 aprel 2021-ci il tarixdək olan müddət ərzində ünvan 12 ünvanında 18.600 manat nağd pulunu vahid qəsdlə əhatə olunmaqla etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs7 39.970 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2015-ci ildən etibarən Xırdalan şəhərində yerləşən “İncilər” tədris mərkəzini işlədirdi. Həmin müəssisədə həm müəllimə, həm də direktor olaraq fəaliyyət göstərmişdir. 2020-ci ilin mart ayında Covid-19 virusu ilə bağlı karantin başladığı üçün “İncilər” tədris mərkəzi öz fəaliyyətini dayandırmışdır. Qonşuluğunda yaşayan Aişə adlı xanım qızıl məmulatlarının alqı-satqısı ilə məşğul olurdu. O, Aişə ilə danışarkən Aişə bu işin gəlirli iş olduğunu bildirmişdir. Aişə ona qızıl məmulatlarını (boyunbağı, üzük, qolbaq və s.) alacağını və həmin malları kreditlə baha qiymətə satacağını demişdir. O da bu işə başlamaq qərarına gəlmişdir. İlk olaraq Aişədən nisyə şəkildə qızıl götürmüş və üç aylıq kreditlə həmin qızılları satmışdır. Bu işə 2020-ci ilin mart ayında başlamışdır. Bir neçə dəfə Aişədən qızıl alaraq satıb daha sonra həmin malların pullarını qaytarmışdır. Daha sonra daha çox qızıl sata biləcəyini görüb bir qədər çox miqdarda qızıl almaq istəmişdir. Ancaq Aişə az miqdarda qızıl satdığından ona qızıl verə biləcək başqa şəxsləri axtarmağa başlamışdır. Həmin dövrdə qızıl alqı-satqısı ilə məşğul olan Cavadbaba, Humay adlı şəxslərlə tanış olmuş, həmin şəxslərdən nisyə qızıl məmulatları almış və həmin məhsulları sataraq bir həftə sonra onların pullarını qaytarmışdır. Bu qaydada bir müddət normal şəkildə fəaliyyət göstərmişdir. Həmin şəxslərdən qızıl alır və həmin qızılları da nisyə olaraq satır, satdığı şəxslərdən pulları aldıqca borclarını da qaytarırdı. Qızılların satışını “İnstagram” sosial şəbəkəsi vasitəsilə həyata keçirir və tanışlarına da qızıl məmulatları satırdı. 2020-ci ilin iyul ayında Aişə ona Nuranə adlı tanışı olduğunu və Nuranənin özünün də qızıl məmulatlarının satışı ilə məşğul olduğunu, ona da qızıl sata biləcəyini demişdir. İlk öncə Nuranəyə az miqdarda qızıl vermişdir. Nuranə də pulunu ilk vaxtlar qaytarırdı. Ancaq 2020-ci ilin avqust ayında Nuranəyə satmaq üçün təqribən 42.000 manat dəyərində qızıl vermiş, Nuranə satıb həmin qızılların pulunu verəcəyini bildirmiş, 2020-ci sentyabr ayından Nuranə ona olan borclarını verməmişdir. Nuranə həmin vaxt ilkin ödəniş olaraq bir qədər də pul vermiş, hazırda isəona 25.900 manat borcu var. Bu hadisədən sonra o, başqa şəxslərdən öz fəaliyyətini təmin etmək üçün pul almağa başlamışdır. Belə ki, Nuranə ona olan borcunu vermədiyindən o da nisyə olaraq aldığı qızılların pulunu verə bilməmiş və başqa şəxslərdən borc almaqla həmin pulları qaytarmağa çalışmışdır. İlk borc olaraq Zərərçəkmiş şəxs8 qızıl məmulatlarının satışını həyata keçirmək üçün pul almışdır. Tural əri Bilalov Məhəmmədin dostu idi. Məhəmmədlə Turalın ailəvi gediş-gəlişi var idi. Məhəmməd Turalla söhbət əsnasında əlavə gəlir yerinə ehtiyacı olduğunu demişdi. Məhəmməd də Turala onun qızıl alqı-satqısı ilə məşğul olduğunu, əgər pul verərsə Turala aylıq qazanc verə biləcəyini demişdi. Ancaq Məhəmməd onun Nuranəyə qızıl verdiyini və pulunu ala bilmədiyini bilmirdi. 2020-ci ilin avqust ayında Tural 14.400 manat məbləğində pulu yaşadığı Abşeron rayonunda yerləşən mənzildə əri Bilalov Məhəmmədin yanında ona vermişdir. Razılaşmaya əsasən o, hər ay Turala 1500 manat pul verməli idi. Götürdüyü pulun müqabilində Turala 7 ay ərzində hər ay 1500 manat olmaqla pul vermişdir. Sonra Tural özünə məxsus torpaq sahəsini satacağını və həmin puldan ona pul verəcəyini demişdir. O da Turalla razılaşmışdır. 2020ci ilin sentyabr ayında Tural əri Məhəmmədin iştirakı ilə ona 6.600 manat pul vermişdir. Verdiyi həmin pulun müqabilində Turala hər ay 700 manat pul verirdi. 2021-ci ilin mart ayınadək Turala hər ay 700 manat pulu ödəmiş, Turala aylıq pul verdiyini görəndən sonra Tural bankdan pul götürərək həmin pulu ona verə biləcəyini demişdir. Tural 2020-ci ilin oktyabr ayında bankdan götürdüyünü dediyi 7.000 manat məbləğində pulu ona vermişdir. Həmin 7.000 manat pulun müqabilində Turala aylıq 700 manat pul verirdi. 700 manat pulu dekabr ayınadək Turala vermişdir. Ancaq 2020-ci ilin dekabr ayında Tural həmin 7.000 manat məbləğində pulu geri almışdır. 2020-ci ilin oktyabr ayında Tural ona 10.000 manat, 2020-ci ilin noyabr ayında 15.000 manat məbləğində pulu notarial qaydada vermişdir. Turala 10.000 manat pulun müqabilində beş ay hər ay 1000 manat, 15.000 manat pulun müqabilində isə 4 ay hər ay 1500 manat olmaqla vermişdir. Daha sonra onun borcları artdığı üçün və qızıl alan şəxslər qızılların pullarını vermədiyi üçün, qızıl aldığı Humaya, Cavadbabaya pul verməli olduğu üçün ona həmin vaxt pul lazım olmuşdur. Buna görə də Turaldan ona pul verməsini xahiş etmişdir. Turala az qazanc deyəcəyi təqdirdə ona pul verməyəcəyi üçün Turala 20.000 manat pulun müqabilində 3 ay hər 10.000 manat pul verəcəyini demişdir. Tural da bu təklifi dərhal qəbul etmişdir. Tural 2020-ci ilin dekabr ayının 1-də 20.000 manat pul vermişdir. Turala 3 ay müddətində hər ay 10.000 manat olmaqla pul vermişdir. Ancaq Tural 2021-ci ilin yanvar ayında ona verəcəyi 10.000 manat pulu özündə saxlamağını demişdir. Turala aylıq verəcəyi 2200 manat pulu da özündə saxlamağını, ona 7600 manat da pul verəcəyini və yenidən 20.000 manat pul düzələcəyini, həmin 20.000 manat pulun müqabilində onun da Turala 3 ay hər ay 10.000 manat pul verib-verə bilməyəcəyini soruşmuşdur. Onlar razılaşmışlar və Tural 2021-ci ilin yanvar ayında 7600 manat pulu ona vermişdir. Borcları olduğu üçün, alacaqlarını vaxtlıvaxtında ala bilmədiyi üçün Turala ucuz qızıl düşdüyünü və pul verərsə Turala bir həftəyə artıqlaması ilə həmin pulu qaytaracağını demişdir. Turaldan arvadı Leylinin yanında 10.000 manat pulu almışdır. Bir həftə sonra həmin pulu 11.000 manat olmaqla geri qaytarmalı idi. Həmin vaxtlar pul verəcəyi başqa şəxslərə verməli olduğu pulların tarixləri çatdıqca və həmin pulları verə bilmədikcə pulları vermək üçün ağır şərtlərlə borc almağa başlamışdır. 2021-ci ilin fevral ayının 6-da əvvəl götürdüyü pulu qaytarmamış Turaldan 7000 manat pul istəmişdir. Turaldan yanvar ayında götürdüyü pulla bağlı aylıq verməli olduğu məbləği verə bilməyəcəyini görüb Turala 10.000 manat pulun həftəlik hesablamaqla 3300 manat məbləğində faizini vermişdir. Bu hal bir neçə dəfə təkrarlanmışdır. Ümumilikdə 2020-ci ilin avqust ayından 2021-ci ilin mart ayının 9-dək olan müddət ərzində Zərərçəkmiş şəxs8 178.400 manat məbləğində pul almışdır. Aldığı məbləğlərdən 116.700 manat məbləğində pulu Turala qaytarmış, hazırda Turala 61.700 manat məbləğində borcu qalmışdır. Zərərçəkmiş şəxs4 isə onun xalası qızıdır. 2020-ci ilin sentyabr ayında Əfsanəyə qızıl məhsullarının alqı-satıqısı ilə məşğul olduğunu demişdir. Qızıl məmulatlarını nağd şəkildə aldığını, daha sonra həmin malları 3 aylıq kreditlə satdığını bildirmişdir. Əfsanə nə qədər pul qazandığını soruşduqda Əfsanəyə işlərinin yaxşı olduğunu demişdir. Məhəmməd də dediklərini təsdiqləmişdir. Əfsanəyə verəcəyi pulun 10 faizini Əfsanəyə aylıq qazanc kimi verəcəyini demişdir. Əfsanə razılaşıb bir qədər pul verəcəyini demişdir. Əfsanədən 4000 ABŞ dolları pulu almışdır. Həmin pulu Əfsanədən təklikdə almışdır. Əfsanənin verdiyi 4000 ABŞ dolları pulun müqabilində Əfsanəyə hər ayın 15-də olmaqla fevral ayı da daxil 4 dəfə, hər dəfə 400 dollar pul vermişdir. Əfsanənin verdiyi 4000 ABŞ dolları pulun müqabilində Əfsanəyə 1600 dollar pul vermişdir. Sonra 2020-ci ilin dekabr ayının 1-də Əfsanəyə ucuz qızıl düşdüyünü və həmin qızılı alaraq gəlir edə biləcəyini demişdir. Əfsanəyə 5000 dollar pul lazım olduğunu, 1 həftə sonra həmin pulu 5500 dollar olaraq ona qaytaracağını demişdir. 1 dekabr 2020-ci il tarixdə Əfsanədən pulu almışdır. Əfsanədən aldığı 5000 dollar pulu 8 dekabr 2020-ci il tarixdə qaytara bilmədiyi üçün həmin pulu 15 dekabr 2020-ci il tarixdə 6000 dollar şəklində qaytarmışdır. 16 dekabr 2020-ci il tarixdə Əfsanəyə yenidən ucuz qızıl olduğunu, satıb qazanc əldə edə biləcəyini deyib ondan pul istəmişdir. 16 dekabr 2020-ci il tarixdə Əfsanədən 5000 ABŞ dolları pulu almışdır. 2020-ci ilin oktyabr ayında 2021-ci ilin fevral ayının sonunadək Əfsanədən 39.000 dollar və 700 manat məbləğində pul almış, aldığı məbləğlərə görə ayrı-ayrı vaxtlarda Əfsanəyə 27.400 dollar və 300 manat məbləğində pul qaytarmışdır, hazırda Əfsanəyə 11.600 dollar və 400 manat məbləğində borcu qalmışdır. O, Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1 arvadı Lalə vasitəsilə tanımışdır. Zaranın bacısı Şahnazdan əvvəlcə pul almışdır. 03 iyul 2020-ci il tarixdə Şahnazgildə olarkən Zaranı da orada görmüşdür. Həmin vaxt birinci dəfə Şahnazdan pul almışdır. Zara da pul verə biləcəyini demişdir. 2021-ci ilin yanvar ayının əvvəllərində Lalə Zaranın ona pul vermək istədiyini demişdir. Həmin məbləğin nə qədər olduğunu soruşduqda Lalə həmin məbləğin 4000 manat olduğunu demişdir. Zaraya aylıq 400 manat pul verə biləcəyimi demişdir. Lalə həmin pulu Zaradan alıb onun "xxxx" ASC-də olan hesabına köçürmüşdür. Sonra 2021-ci ilin fevral və mart aylarında Zaraya Lalə vasitəsilə hər ay 400 manat olmaqla ümumilikdə 800 manat pul vermişdir. 2021-ci ilin aprel ayından etibarən isə Zaraya hər-hansı məbləğdə pul verməmişdir. Zərərçəkmiş şəxs2 4000 manat pulu Lalə vasitəsilə almış və Zaraya 800 manat pul qaytarmışdır. Hazırda Zərərçəkmiş şəxs2 3200 manat məbləğində pul borcludur. Zərərçəkmiş şəxs6 2021-ci ilin yanvar ayından etibarən tanımışdır. Nuranəni qohumu Nərmin Sadıxova vasitəsilə tanımışdır. Nuranə Masazırda yerləşən gözəllik solununda çalışırdı. Nuranə onun da qızıl məhsullarının alqı-satqısı ilə məşğul olduğunu bildiyindən ona qızılları olduğunu və satmaqda Nuranəyə köməklik etməyini istəmişdir. O, Nuranəyə heç bir problem olmadığını, qızılların şəklini öz “İnstagram” sosial şəbəkəsində olan səhifəsində paylaşacağını demişdir. İlk dəfə 2021-ci ilin fevral ayında Nuranə ona satmaq üçün qızıl vermişdir. Həmin qızılın pulunu üç gün ərzində ödəməli idi. 4 dəfə olmaqla Nuranədən hər birinin dəyəri təqribən 40.000 manat olmaqla qızıl məhsulları almışdır. Həmin məhsulları aldıqdan sonra həmin qızılların pulunu vəd etdiyi qaydada ödəmişdir. 2021-ci il mart ayının 14-də o Nuranəyə lombardda qızılı olduğunu və həmin qızılı oradan çıxartmaq üçün pul lazım olduğunu demişdir. Nuranənin tanışı Elməddin 2021-ci ilin mart ayının 14-də Nuranənin yanında ona 55.000 manat pul vermişdir. Həmin pulu 16 mart 2021-ci il tarixdə 30.000 manat, 21 mart 2021-ci il tarixdə 30.000 manat olmaqla, 60.000 manat şəklində, yəni 5000 manat çox olaraq qaytarmışdır. Pulu aldıqdan sonra gedib lombarddan qızılları götürmüşdür. Bundan əlavə Nuranə ilə aralarında 58.000 manatlıq qızıl haqq-hesabı var idi. Belə ki, Nuranədən aldığı qızıl məmulatlarına görə ona 58.000 manat pul verməli olmuşdur. Lombarddan qızılları çıxardıqdan sonra həmin qızılın 8.000 manat dəyərindən olan hissəsini Nuranəyə borcunun əvəzində vermişdir. Bundan sonra Nuranəyə 22.000 manat və 58.000 manat olmaqla, ümumilikdə 80.000 manat borcu qalmışdı. Hissə-hissə olmaqla 2021-ci ilin mart ayının sonlarında təqribən 5 gün ərzində Nuranəyə pul ödəmişdir. Hazırki tarixədək Nuranəyə əlavə 5000 manat məbləğində pul ödəmiş və Nuranəyə 9140 manat pul borcludur. Zərərçəkmiş şəxs9 2020-ci ilin yay aylarından etibarən tanımışdır. X5 Cavadbabanın yanında əvvəllər satıcı olaraq çalışmışdır. Cavadbabanın qızıl alqı-satqısı ilə məşğul olduğunu bilərək Gülnara onu Cavadbaba ilə tanış etməsini və Cavadbaba ilə ticarət etmək istədiyini demişdir. Gülnarla birlikdə Cavadbabanın Bakıxanov qəsəbəsində yerləşən “Aygün City”-də olan mağazasına getmişdir. Cavadbabaya qızıl almaq istədiyini demişdir. Cavadbabanın “Aygün City”-də yerləşən mağazasından 7000 manat məbləğində qızıl məmulatları almışdır. Məhsulların pulunu 1 həftə ərzində ödəmişdir. Bundan sonra dövri olaraq hər həftə gedib Cavadbabadan qızıl məhsulları almış və növbəti həftə başqa məhsulları almaq üçün gedəndə əvvəlki həftə götürdüyü qızılların pulunu ödəmişdir. Cavadbaba ilə təqribən 200.000 manat civarında ticarət etmişdir. 2021-ci ilin fevral ayının sonu mart ayının əvvəllərində Cavadbabadan 60.000 manat dəyərində qızıl-zinət əşyası almışdır. Həmin məhsulları Cavadbabanın “Aygün City”-də olan mağazasından götürmüşdür. Həmin qızılları aparıb lombarda qoymuş və müxtəlif şəxslərə verəcəyi pulların müqabilində lombarddan pul götürmüşdür. Buna görə də həmin qızılları satıb pulunu vaxtında Cavadbabaya verə bilməmişdir. 2021-ci ilin mart ayının sonlarında artıq pul aldığı şəxslər şikayət etməyə başlamışdır. Bu zaman ailə üzvlərinə bank və lombardlarda girovda qızıl məhsulları olduğunu demişdir. Bundan sonra qardaşı Cavadbaba ilə danışmışdır. Cavadbaba ilə qramı 95 manatdan satdığı qızılı lombarddan qramı 67 manata geriyə alması barədə razılaşmışlar. Həmin ortada qazanc qalan məbləği də onun Cavadbabaya olan borcundan çıxmışdır. Hazırda onun Cavadbabaya 28.000 manat məbləğində pul borcu qalmışdır. Zərərçəkmiş şəxs5 2021-ci ilin yanvar ayından etibarən tanımışdır. Qətibəni qızılzinət əşyalarının alqı-satqısı ilə məşğul olan şəxs kimi tanımışdır. Qətibəni onunla Nərmin Sadıxova tanış etmişdir. Nərminlə birlikdə Qətibənin evinə getmişdir. Danışdıqdan sonra Qətibənin ona qızıl verəcəyi halda onun qızılı kreditlə satacağını və Qətibənin pulunu 15 gün ərzində verəcəyini demişdir. Qətibə də razılaşıb və ona qızıl verə biləcəyini demişdir. Bir neçə dəfə Qətibədən qızıl-zinət əşyaları almış və daha sonra vəd etdiyi qaydada həmin qızılların pulunu ödəmişdir. Qızıl məmulatları alarkən bir hissəsini ilkin ödəniş kimi vermiş, daha sonra da vəd etdiyi müddətdə qalan pulu qaytarmışdır. Bir qədər alış-veriş olduqdan sonra Qətibədən qızılı nisyə şəklində verməsini, daha sonra Qətibəyə olan borcunu qaytaracağını demişdir. Qətibə də razılaşmışdır. 2021-ci ilin fevral ayında satmaq üçün nisyə şəkildə Qətibədən qızıl istəmişdir. 2021-ci ilin fevral ayının sonlarında Qətibə 18.000 manat dəyərində qızıl-zinət əşyaları vermişdir. Qətibəyə ilkin ödəniş olaraq hərhansı məbləğdə pul verə bilmədiyini və aldığı 18.000 manat dəyərində qızıl-zinət əşyalarının pulunu 15 gün ərzində Qətibəyə ödəyəcəyini demişdir. Qətibə 18.000 manat dəyərində olan qızıl-zinət əşyalarını həmin günü ona vermişdir. Hazırda 16.000 manat məbləğində Qətibəyə pul borcludur. Zərərçəkmiş şəxs3 Rahibin yoldaşı Lalə vasitəsilə tanımışdır. Zərərçəkmiş şəxs3 03 iyul 2020-ci il tarixdə Şahnazgilin evində görmüşdür. Şahnazgilə Lalədən pul almaq üçün getmişdir. Laləyə pul lazım olduğunu demişdir. Lalə də baldızı Şahnazın pul verə biləcəyini demişdir. 2020-ci ilin iyul ayının 3-də Şahnazgilə gedib Şahnaza qızıl vermiş və 2500 manat pulu Şahnazdan almışdır. Həmin pulu Şahnazdan götürərkən Şahnaza həmin pulun üstündə 250 manat da əlavə olaraq qaytaracağını demişdir. 2020-ci ilin avqust ayının 3-də Şahnaza 2750 manat pulu vermiş və Şahnazda olan qızılını götürmüşdür. Bundan sonra Şahnaz ona pul vermək istədiyini demişdir. Şahnaz ona 10.000 manat pul verə biləcəyini, bu halda Şahnaza aylıq 1200 manat pul verəcəyini demişdir. 2020-ci ilin avqust ayının 5-də Şahnazdan Qarayevdə metronun yaxınlığında 10.000 manat pulu müqavilə bağlayaraq almışdır. Aldığı pulun müqabilində Şahnaza 2021-ci ilin fevral ayınadək hər ay 1200 manat pul vermişdir. 2020-ci ilin dekabr ayında Şahnaz ona əlavə olaraq 10.000 manat da pul vermişdir. Şahnaza həmin 10.000 manat müqabilində aylıq 1200 manat deyil, 1000 manat verəcəyini demişdir. Fevral ayı da daxil olmaqla Şahnaza verdiyi sonuncu 10.000 manata görə aylıq 1000 manat pul vermişdir. 5 fevral 2021-ci il tarixdə yenə eyni adla Şahnazdan 11.000 manat məbləğində pulu almış və həmin pulu 23 fevral 2021-ci il tarixdə 12.150 manat olaraq həmin pulu qaytarmışdır. Şahnazdan 10.000 ABŞ dolları pulu 13 fevral 2021-ci il tarixdə Xırdalanda yerləşən mənzilində almışdır. Pulu 10 gün ərzində qaytarmalı və üzərində də 1800 manat pulu Şahnaza verməli idi. 10 gün çatdıqda söz verdiyi məbləği qaytarmadığı üçün 1800 manat pulu vermiş və əsas məbləği 10 gün sonra qaytaracağını demişdir. 10 gün sonra həmin 10.000 ABŞ dolları pulu üstündə 1800 manat əlavə olmaqla Şahnaza qaytarmışdır. 16 fevral 2021-ci il tarixdə Şahnazdan 13.000 manat pulu Şahnazın yaşadığı Köhnə Günəşli qəsəbəsində yerləşən binanın qarşısında almışdır. Şahnaza hər ay 1500 manat pul verəcəyini demişdir. Ancaq həmin pulu qaytarmamışdır. Ümumilikdə Zərərçəkmiş şəxs3 124.500 manat məbləğində pul almışdır, aldığı pulların müqabilində Şahnaza 70.500 manat pul vermişdir, hazırda Zərərçəkmiş şəxs3 54.000 manat məbləğində borcu qalmışdır. Zərərçəkmiş şəxs1 Lalə Tağıyevanın əridir. O, bir neçə dəfə Lalənin qızıllarını satmışdır. Lalənin və ya tanışlarının qızılları olduqda Lalə ona bu barədə deyirdi, o da həmin qızılları sataraq həmin satışdan Laləyə də bir qədər pul verirdi. 2020-ci ilin sentyabr ayında pul lazım olduğu üçün Laləyə demişdir. Lalə də Rahibdən pul istəmişdir. Həmin pulu bir qədər əlavə pulla birlikdə qaytaracağını demişdir. İlk olaraq Rahibdən 4000 manat məbləğində pul almışdır. Həmin pulu bir neçə gün sonra 4200 manat olaraq qaytarmışdır. 15 sentyabr 2021-ci il tarixdə yenidən Lalə vasitəsilə Rahibdən pul 4000 manat pul almış, 22 sentyabr 2021-ci il tarixdə Rahibə 4600 manat pulu qaytarmıdır. Sentyabr ayının 23-də Rahibə qızıl işi olduğunu və pul verərsə həmin pulu artıqlaması ilə qaytaracağını demiş və Rahibdən 27.500 manat məbləğində pul almışdır. Həmin pulu 30 sentyabr 2020-ci il tarixdə 29.000 manat olaraq qaytarmışdır. Sentyabr ayının sonlarında Zərərçəkmiş şəxs1 3000 manat məbləğində pul almışdır. Həmin pulu 03 oktyabr 2020-ci il tarixdə 3500 manat olaraq qaytarmışdır. 05 oktyabr 2020-ci il tarixdə notarius vasitəsilə Rahib ona 15.000 manat pul vermişdir. Rahib ona həmin pulu 15 günlük vermişdir. 20 oktyabr 2020-ci il tarixdə Rahibə 17.000 manat pulu qaytarmışdır. 10 oktyabr 2020-ci il tarixdə Rahibdən 5000 manat pul istəmişdir. Qızıl işi görəcəyini və pul qazanacağını, Rahibə də pul verəcəyini demişdir. 20 oktyabr 2020-ci il tarixdə Rahibə 5500 manat pul vermişdir. Rahibdən pulları qızıl alıb-satacağı, gəlir əldə edib Rahibə də pul verəcəyi adı ilə, yaxud başqa şəxsə lazım olduğu adı ilə almışdır. Mütəmadi olaraq aldığı pulları qaytardığı üçün Rahib ona bu pulları vermişdir. Ümumilikdə Zərərçəkmiş şəxs1 aldığı pullara görə hazırda Rahibə 22.000 manat məbləğində pul borcludur. Zərərçəkmiş şəxs7 2020-ci ilin noyabr ayından tanımışdır. O “İncilər” uşaq bağçasında müəllimə olaraq çalışırdı. Lətifə 23 noyabr 2020-ci il tarixdə 7000 manat, 15 dekabr 2020-ci il tarixdə 4000 manat pul vermişdir. Həmin pulla lombardda girovda olan qızılını götürəcəyini və qızılı yaxşı bir müştəriyə satacağını və həmin qazancdan Lətifəyə də pul verəcəyini demişdir. Lotoreya oynamaq adı ilə Lətifədən dəfələrlə müxtəlif məbləğlərdə pul almışdır. Lətifəyə aldığı pulları faizi ilə birlikdə qaytarmışdır. Hazırda ona borcu yoxdur. O, vətəndaşlardan aldığı pulla qızıl alıb kreditə verirdi. Qızılın qramını 85-95 manata alıb kreditlə 3 aya qramın 110 manatdan satırdı. Zərərçəkmiş şəxs2 birbaşa pul almamışdır. Son vaxtlarda kreditə verdiyi qızılların pullarını qaytarmadıqları üçün o, pul aldığı şəxslərin pulunu qaytara bilməmişdir. Zərərçəkmiş şəxlərdən pulu faizlə götürmüşdür. 2021-ci ilin mart ayına qədər faizləri ödəmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun xalası qızıdır. 2020-ci ilin sentyabr ayınının sonlarında Təravət onu evinə dəvət etmişdi. Təravətin təklifini qəbul edib uşaqları ilə birlikdə Təravətin yaşadığı evə qonaq getmişdi. Təravətin əri Məhəmməd Bilalov da evdə idi. Söhbət əsnasında Təravətdən maddi vəziyyətlərinin yaxşılaşmasının səbəbi barədə maraqlanmışdır. Təravət və Məhəmməd ona Təravətin hazırda qızıl alışı və satışı ilə məşğul olduğunu demişlər. Təravət qızılı lombarddan lom qiymətinə aldığını daha sonra isə baha qiymətə müxtəlif şəxslərə kredit şəklində verdiyini demişdir. Bundan sonra onun da bu işə qoşula biləcəyini demişdir. Necə qoşulacağını soruşanda Təravətə pul verməyini və hər ay verdiyi pulun 10 faizi miqdarında ona gəlir veriləcəyini bildirmişdir. Verəcəyi əsas məbləğin olduğu kimi qalacağını və nə zaman istəsə həmin pulu geri götürə biləcəyini demişdir. 15 oktyabr 2020-ci il tarixdə Təravətin yaşadığı Abşeron rayonu, Xırdalan qəsəbəsində yerləşən evinə getmişdir. Təravət və Məhəmməd hər ikisi evdə olmuşlar. Təravətə əri Məhəmmədin yanında 4.000 ABŞ dolları pul vermişdir. Sonra noyabr və dekabr ayları ərzində Təravət ona 800 ABŞ dolları pul vermişdir. Buna görə Təravətə inamı daha da artmağa başlamışdır. Təravətə inamı artdıqdan sonra 2020-ci ilin dekabr ayının sonlarında Təravət yenidən əlavə pul istəmişdir. Təravət sifarişləri çox olduğu üçün qızıl almaqdan ötrü əlavə pula ehtiyacının olduğunu bildirmişdir. 31 dekabr 2021-ci il tarixdə 10.600 ABŞ dolları pulu Rahibə vermişdir. Daha sonra Təravətlə əlaqə saxlayıb pulu alıb-almamasını soruşmuşdur. O da pulun ona çatdığını demişdir. Bundan sonra 2021-ci ilin yanvar ayının əvvəllərində atası Bəhram vasitəsi ilə Təravətə 7.000 ABŞ dolları pul göndərmişdir. Daha sonra 2021-ci ilin yanvar ayının ortalarında Təravətə 700 manat və 400 ABŞ dolları pul vermişdir. Sonuncu dəfə 2021-ci ilin yanvar ayının sonlarında Məhəmmədə Təravətə verməsi üçün yaşadıqları evdə 6.000 ABŞ dolları pul vermişdir. Bir neçə dəfə Təravətdən tanışları üçün qızıl istədikdə Təravət müxtəlif bəhanələrlə qızılları verməmişdir. O da şübhələnməyə başlamış və Təravətdən verdiyi pulları tələb etmişdir. Təravət hər dəfə müxtəlif bəhanələr gətirib pulları qaytarmamışdır. Məhəmmədə bu barədə bildirdikdə ilk əvvəl ona müxtəlif şəxslərdən pullar alacağını və pulunu qaytaracağını demişdir. Lakin yenə pulunu qaytarmamışdır. O da hüquq mühafizə orqanlarına müraciət etmişdir. Təravət ondan iş görmək adı ilə 2020-ci ilin oktyabr ayından 2021-ci ilin yanvar ayına qədər olan müddət ərzində hissə-hissə olmaqla 29.000 ABŞ dolları və 700 manat pul almışdır. Hazırda ona 28.000 ABŞ dolları və 700 manat pul borcludur. Təqsirləndirilən şəxslə barışmamışdır. Şikayətçidir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, "xxxx" MMC-nin Baş ofisində menecer vəzifəsində çalışmışdır. Təqsirləndirilən şəxs qardaşı Rahibin yoldaşı Lalə vasitəsilə tanımışdır. Lalə Təravətin qızıl-zinət əşyalarının satışı ilə məşğul olduğunu demişdir. O da ev almaq üçün pul yığmışdır. 2020ci ilin iyul ayında Lalə Təravətə pul lazım olduğunu və əgər Təravətə pul versə üstündə ona da pul verəcəyini demişdir. Buna görə 2020-ci ilin iyul ayında Təravətə 2500 manat pul vermişdir. Təravət girov olaraq ona qızıl vermiş, həmçinin Təravətin şəxsiyyət vəsiqəsinin surətini götürmüşdür. Bir ay sonra Təravət götürdüyü 2.500 manat pulu 250 manat da əlavə ilə geri qaytarmışdır. 2020-ci ilin avqust ayında Təravət Laləyə zəng edib iş üçün pul lazım olduğunu və əgər Təravətə pul verilsə aylıq qazancdan pay veriləcəyini demişdir. Lalə də zəng edib ona bu barədə demişdir. O da Lalənin təklifi ilə razılaşmışdır. 2020-ci ilin avqust ayında Təravət və Lalə ilə birlikdə Qarayev metrostansiyası yaxınlığında notariusda müqavilə bağlamışlar və pulu notariusda Təravətə vermişdir. Razılaşmaya əsasən Təravət ona hər ay 1200 manat pul verməli idi. Təravət dekabr ayına kimi vəd etdiyi qaydada hər ay 1200 manat pul verirdi. 2020-ci ilin dekabr ayında Təravətə zəng edib əlavə 10.000 manat da verəcəyini demişdir. Təravət heç bir problem olmadığını, ancaq həmin 10.000 manat müqabilində ona 1000 manat, 20.000 manat müqabilində ümumilikdə 2.200 manat verəcəyini demişdir. O da Təravətlə razılaşmışdır. 2020-ci dekabr ayında Təravətə yaşadığı mənzildə Lalənin yanında 10.000 manat pulu da vermişdir. Bundan sonra Təravət iki ay ərzində hər ay 2.200 manat pul vermişdir. Bu hal bir neçə dəfə təkrarlanmışdır. Daha sonra Türkiyə Respublikasına getdiyi üçün Təravətlə əlaqə saxlamamışdır. Ancaq Türkiyədən qayıtdıqdan sonra Təravət onun pulunu qaytarmadığı üçün Təravətin işlədiyi uşaq bağçasına getmişdir. Orada bir neçə nəfər şəxsin Təravətlə mübahisə etdiklərini görmüşdür. Həmin vaxt Təravət həmin şəxslərdən də pul aldığını, ancaq qaytarmadığını öyrənmişdir. Təravətdən pullarını istədikdə Təravət pulu verə bilməyəcəyini, çoxlu borcları olduğunu demişdir. O, bacısından da əlavə 20 min manat alıb Təravətə vermişdir. Fiziki olaraq 10 min manat, 18 min manat, 13 min manat, 20 min manat, 18 min manat da bir vermişdir. Bir dəfə Əfsanə ilə birlikdə gəlib pulu ondan götürmüşdür. Təqsirləndirilən şəxs ondan ümumilikdə 91.000 manat faizlə, real olaraq isə 75 min manat pul almışdır. Hazırda ona 81.000 manat civarında pul ödəməlidir. Təravət ona heçnə qaytarmamışdır. Şikayətçidir. Dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərdi ki, o, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətində əməliyyat növbətçisi vəzifəsində çalışmışdır. Məhəmməd Bilalovu təxminən 7-8 ildir tanıyır. Təqsirləndirilən şəxs da təqribən 2-3 il olar bağça müdirəsi kimi tanımışdır. 2020-ci ilin avqust ayında Məhəmmədlə birlikdə parkda gəzərkən işlərinin yaxşı olmadığını və əlavə qazanc mənbəyi axtardığını demişdir. Məhəmməd də Təravətlə birlikdə qızıl işi ilə məşğul olduqlarını, qızıl-zinət əşyalarını ucuz qiymətə aldıqlarını və daha sonra həmin malların üzərinə pul qoymaqla baha qiymətə kreditə satdıqlarını demişdir. Məhəmməd ona həmin işə qoşulmaq üçün Təravətə pul verməyini, Təravətin də ona verdiyi pula görə hər ay qazanc verəcəyini demişdir. Məhəmmədi uzun illər tanıdığı üçün bu işə razılaşmışdır. Pulu olmadığı üçün 2020-ci ilin avqust ayında özünə məxsus olan Mercedes markalı avtomobili 14.400 manat müqabilində satmışdır. Həmin pulu 2020-ci ilin avqust ayında Təqsirləndirilən şəxs əri Məhəmməd Bilalovun iştirakı ilə vermişdir. Təravət növbəti ay 1500 manat pul vermişdir. Bu işin gəlirli iş olduğunu görmüşdür. Təravət işlərin yaxşı olduğunu, ucuz qızıllar olduğunu, daha çox pul versə, daha çox pul qazandıra biləcəyini demişdir. Buna görə Təravətin sözlərinə inanıb "xxxx" ASC-nin Xırdalan filialından 6.600 manat pul götürüb həmin pulu 2020-ci ilin sentyabr ayında Təravətə əri Məhəmmədin yanında vermişdir. Təravət də verdiyi ümumi 21.000 manat pulun müqabilində ona aylıq 2.100 manat pul verəcəyini demişdir. Daha çox qazanc əldə etmək üçün Höküməli-Qobu yolunda yerləşən torpaq sahəsini hissə-hissə olmaqla satmışdır. Torpağın satışından əldə etdiyi pulları Təravətə vermişdir. Fevral-mart aylarında ondan 113 min pul almışlar. Ona 45-50 manata qızıl alıb satdıqlarını demişdilər. Təqsirləndirilən şəxs ondan 2020-ci ilin avqust ayından 2021-ci ilin mart ayınadək olan müddət ərzində hissə-hissə olmaqla 162.000-163.000 manat pul almışdır. Təxminən 40-50 min manat pulu qaytarmışdır. Hazırda təxminən 112 min manat pul borcludur. O, Təravətin başqa şəxslərə borclu olduğunu bilməmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, həyat yoldaşı Lalə Tağıyeva vasitəsilə Təqsirləndirilən şəxs tanımışdır. Həm Lalə, həm də Təravət bağça işlədirdi. Lalə ona Təravətin qızıl alqı-satqısı ilə məşğul olduğunu və ona da birlikdə işləməyi təklif etdiyini demişdir. O da Laləyə Təravətin həmin vaxtı işlədiyi “Rainbow” tədris kusuna gəlməyini istəmişdir. 2020-ci ilin fevral ayının ortalarında Təravət həyat yoldaşı Məhəmmədlə birlikdə həmin yerə gəlmiş, söhbət əsnasında Məhəmməd polis əməkdaşı olduğunu bildirmişdir. Lakin onun iş ilə bağlı olan danışıqları yalnız Təravətlə olmuşdur. Təravət ona bu işdə qazanc olduğunu dediyindən o da ona 2020-ci ilin fevral ayından 2021-ci ilə qədər təxminən 70.000 manat pul vermişdir. Təravət həmin məbləği qazancı ilə birlikdə mənə geri ödəmişdir. Sonra 2021-ci il yanvarın 5-də 42.000 manat, həmin il fevralın 17-də 22.500 manat, fevralın 21-də 38.500 manat, fevralın 25-də 35.000 manat Təravətə pul vermişdir. O, pulu verəndə qaytarmayacağını bilməmişdir. Bununla bağlı Təravətdən hər hansı qarantiya almamışdır. Həmin pulu o, dostu Şahid2 almışdır. Həmin il fevralın 27-də yenə Məhəmmədlə birlikdə yaşadığı ünvana gələndə Təravətə 60.000 manat pul vermişdir. Həmin məbləği isə tanışı Şahid3 borc almışdır. Bildiyi qədər Təravət bacıları Zara və Şahnazdan da müxtəlif məbləğlərdə pul vəsaitləri almışdır. Onun Təravətə verdiyi məbləğlərin bir hissəsi tanışlarına məxsusdur. Həmin pulları tanışlarından borc olaraq almışdır. Təravət Günay adlı qadına borc verməsi üçün ondan pul almışdır. Ümumilikdə Təravətə 260 min manat pul vermişdir. Hazırda Təravət ona 198.000 manat pul qaytarmalıdır. Şikayətçidir.Ziyanının ödənilməsini tələb edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 2021-ci ilin yanvar ayında Nərmin vasitəsilə tanımışdır. Nərmin Təravətin qızıl-zinət əşyaların satışı ilə məşğul olduğunu, birlikdə işləyə biləcəklərini və Təravətin etibarlı adam olduğunu demişdir. Təravətə pulunu sonradan ödəmək şərti ilə qızıl-zinət əşyaları vermək, Təravətin isə 15 gün ərzində həmin əşyaları satıb pulunu ona geri ödəməsi barədə razılaşmışlar. Birinci dəfə 2021-ci ilin yanvar ayının sonlarında Təravətə 150 qram çəkidə təxminən 13.000 manat dəyərində qızıl-zinət əşyaları vermişdir. Təravət həmin pulun 5.000 manatını nağd şəkildə ödəmiş, qalan məbləği isə söz verdiyi müddətdə yəni 15 gün ərzində tam şəkildə geri ödəmişdir. Bundan sonra Təravətə 300 qram çəkidə təxminən 25.000 manat dəyərində qızıl-zinət əşyaları vermiş, Təravət həmin qızılların pulunu tam şəkildə ona geri ödəmişdir. Təravət artıq onda özünə qarşı inam yaratmışdı. 2021-ci ilin fevral ayının sonlarında Bakı şəhəri, Nərimanov rayonu, M.Araz küçəsində yerləşən “Naxış” restoranının qarşısında Təravətə 18.000 manat dəyərində qızıl-zinət əşyaları vermişdir. Həmin vaxt Təravət ilkin ödəniş olaraq hərhansı məbləğdə pul verə bilməyəcəyini və aldığı 18.000 manat dəyərində olan qızıl-zinət əşyalarının pulunu 15 gün ərzində geri ödəyəcəyini demişdir. Təravətə inandığı üçün Təravətlə razılaşmış və 18.000 manat dəyərində olan qızıl-zinət əşyalarını Təravətə vermişdir. 6-7 gün sonra zəng edib müştəri olduğunu bildirib 13.000 manat dəyərində qızıl-zinət əşyaları istəmiş, həmin məbləğin 3.000 manatını nağd şəkildə ödəyəcəyini, qalan 10.000 manatı isə 15 gün ərzində verəcəyini demişdir. Təravətlə razılaşıb Abşeron rayonu, Masazır qəsəbəsi, “İnteqral” yaşayış kompleksində Təravətə 13.000 manat dəyərində qızıl-zinət əşyalarıni vermişdir. 3.000 manatını nağd şəkildə ona vermişdir. 2021-ci ilin mart ayının 22-də tanışı Nərminə sonradan pulunu ödəmək şərti ilə 9.580 manat dəyərində qızıl-zinət əşyaları vermişdir. Təravət ona zəng edib Nərminin ona olan 9.580 manat borcunun Təravətin özü tərəfindən ödəniləcəyini demişdir. Bu barədə Nərminlə danışıb dəqiqləşdirmiş və Təravətin təklifi ilə razılaşmışdır. Təravət həmin pulu 2021-ci ilin aprel ayının 5-ə kimi ödəyəcəyinə söz vermişdir. Lakin Təravət söz verdiyi müddətdə aldığı qızıl-zinət əşyalarının pulunu qaytarmamışdır. 2021-ci ilin mart ayının 12də Təravət yenidən zəng edib hər ay 3.000 manat vermək şərti ilə 10 nəfər tanışı ilə birlikdə lotoreya oynayacaqlarını və oyunda iştirak etmək üçün təklif etmişdir. Lotoreya oynasa, 2021-ci ilin aprel ayının 15-də ikinci ayın pulunu götürə biləcəyini demişdir. Təravətə inanıb Təravətin ona verdiyi bank hesabına 3.000 manat pul köçürmüşdür. Sonradan Təravətin heç kimlə lotoreya oynamadığını, onu aldadıb 3.000 manat pulunu ələ keçirdiyini anlamışdır. Təravət onu aldadaraq 40.580 manat məbləğində ziyan vurmuşdur. Ona 28 min manat pul və 16 min manatlıq qızıl verməlidir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərdi ki, Təravət “İncilər” uşaq bağçasında müəllimə işləyirdi. X4 Təravətin qızıl-zinət məmulatlarının alqı-satqısı ilə məşğul olduğunu demişdi. Ona da həmin vaxt hədiyyəlik qolbaq lazım olduğundan Təravətə qolbaqla bağlı müraciət etmişdir. Təravət ona qolbaq şəkli göndərmiş və həmin qolbağı bəyəndiyi üçün pulunu Təravətə kartla ödəməklə həmin qolbağı almışdır. Təravət ona tez-tez yazmağa başlamış və onların aralarında tanışlıq yaranmışdır. Təravətlə danışdıqdan sonra Təravətə yalnız hədiyyəlik lazım olanda qızıl aldığını demişdir. Bundan sonra bir neçə gün ərzində Təravət öz işinin gedişatı ilə bağlı onunla söhbətlər aparmışdır. Təravət qızıl-zinət əşyalarının alqı-satqısında yaxşı qazanc olduğunu və daha çox maya olarsa daha çox pul qazana biləcəyini və başqa şəxslərə də pul qazandıra biləcəyini deyirdi. Söhbətlərin birində Təravət lombardda girovda qızılları olduğunu, həmin qızıllara görə faiz pul verdiyini və əgər pul versə həmin qızılları lombarddan çıxaracağını və qızılların satışından ona da pul verəcəyini demişdir. O da Təravətlə razılaşmış və Təravətə pul verə biləcəyini demişdir. 23 noyabr 2020-ci il tarixdə 7000 manat pulu Abşeron rayonunda yerləşən mənzildə Ayşə Həmidovanın iştirakı ilə Təqsirləndirilən şəxs vermişdir. Təravət öz girovda olan qızıllarını götürüb qızılları sataraq ona pul verməli idi. Bu minvalla Təravət ona ayda 1050 manat pul verməli idi. Sonra Təravətə 24 noyabr 2020-ci ildə təqribən 80 qramdan bir qədər çox qızıl vermişdir. Təravət həmin qızılları satacağına söz versə də həmin qızılları sataraq pulunu ona verməmişdir. 15 dekabr 2020-ci ildə Təravətə Abşeron rayonunda yaşadığı binanın qarşısında 4000 manat pul vermişdir. 15 yanvar 2021-ci ildə Abşeron rayonunda yerləşən lombardda tanışı Ayşə Həmidovanın yanında Təravətə 3000 manat pul vermişdir. Təravət həmçinin, lotoreya oynamaq adı ilə məndən dəfələrlə müxtəlif məbləğlərdə pul almışdır. Belə ki, Təravət müxtəlif şəxslərin lotoreya oynadıqlarını, əgər istəsə onun da həmin lotoreyaya qoşula biləcəyini demişdir. İlk dəfə 27 dekabr 2021-ci ildə aylıq 500 manatdan lotoreya oynadığını və onunla birlikdə 5 nəfər şəxsin olduğunu demiş, o da razılaşmışdır. Təravət birinci ayı özünün götürəcəyini, ikinci ayı isə onun götürəcəyini demişdi. Birinci ay 500 manat pul vermiş, ikinci ay ona çatası 2000 manatı guya Təravət özünə götürdüyünü, həmin pulu işə qoyacağını demişdir. O, bu qaydada Təravətin təklif etdiyi bütün lotoreyalara qoşulmuşdur. Təravət ikinci ayın pulunu onun götürəcəyini deyərək ondan digər bütün ayların lotoreya pullarını almışdır. 27 dekabr 2020-ci ildən 29 aprel 2021-ci ilədək Təravət ondan müxtəlif lotoreyalarda iştirak etmək adı ilə ümumilikdə 18.600 manat pul almışdır. O, 18 ayrı lotoreyaya qoşulmuşdur. Ümumilikdə Təravət onun etibarından sui-istifadə edib onun 39.970 manat məbləğində pulunu ələ keçirmişdir. Təravət ona aylıq 1000 manat verəcəyini demişdi. O, verdiyi 7 min manata görə 3 ay ərzində 1000 manat əlavə pul verməli idi. Ona ümumilikdə 39970 manat ziyan vurulub və ödənilməyib. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, 2021-ci ilin yanvar ayında bibisi qızı Nərmin ondan 2.000 manat pul istəmiş, lakin işdə olduğu üçün pulu Təqsirləndirilən şəxs götürəcəyini demişdir. Təravət iş yerinə gəlmiş, ona Nərminə çatdırması üçün 2.000 manat pul vermişdir. Sonra qızıllarını satmaq istəyəndə Nərmin qızılların satılmasında Təravətin ona köməklik edə biləcəyini demişdir. O da onunla razılaşmışdır. 2021-ci ilin fevral-mart ayları ərzində 4 dəfə olmaqla hər birində 40.000 manat dəyərində olan qızılları Təravətə satmışdır. Təravət hər birinin pulunu bir həftə ərzində tamamilə ödəmişdir. 2021-ci ilin mart ayının əvvəllərində birlikdə “lotoreya” oynamaq üçün ondan 2.900 manat pul almışdır. Onun növbəsinin aprel ayında olmalı olduğunu demişdir. Təravət lombardda olan qızıllarını çıxarması üçün faizilə birlikdə ona 54 min manat pul lazım olduğunu deyib ona pul verməyimizi xahiş etmişdir. Qızıllarının dəyərinin 75 min manat elədiyini, onlara 60 min manat pul verəcəyini demişdir. Onlar da razılaşıb ona 54.000 manat vermişlər. Təravət gedib Grand Lombarddan qızıllarını çıxarıb gətirmişdir. Təravət pulu martın 21-ə qədər ödəyəcəyini demişdi. 16 martda 30.000 manat pulu qaytarmışdır. Geri qalan 30 min manatı da qaytaracağını demişdir. Lakin qaytara bilməmişdir. Sonra məlum oldu ki, Nərminin Təravətə borcu var, onlara olan borcununun 21 min manatını Nərminin ödəyəcəyini demiş, onlar da Nərminlə bu barədə razılaşmışlar. Hazırda Təravətin ona 9 min manat borcu var və ödənilməsini tələb edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərdi ki, Təravəti 2020-ci ilin yay aylarından tanıyır. Təravətin bacısı Gülnar Musayevə onun yanında satıcı olaraq çalışırdı. Gülnar da Təravəti onunla tanış etmişdi. Təravət Gülnarla birlikdə onun Bakıxanov qəsəbəsində yerləşən “Aygün City”-də olan mağazasına gəlmişlər. Təravət ondan qızıl almaq istədiyini demişdir. O, Təravətə qızıl verə biləcəyini demiş və Təravətdən aldığı qızılların pulunu 1 həftə ərzində ödəməsini tələb etmişdir. Təravət ilk dəfə 2020-ci ilin iyun ayında ondan 7000 manat məbləğində qızıl məmulatları almışdır. Həmin məhsulların pulunu 1 həftə ərzində ödəmişdir. Sonra Təravət hər həftə gəlib ondan qızıl məhsulları alır və əvvəlki həftə götürdüyü qızıl məhsullarının pulunu ödəyirdi. 2021-ci ilin fevral ayınadək Təravət mütəmadi olaraq qızıl məmulatları almış və növbəti həftə başqa məhsulları almaq üçün gələndə əvvəlki həftə götürdüyü qızılların pulunu ödəmişdir. Onlar 2020-ci ilin aprel ayından 2021-ci ilin fevral ayına qədər ticarət etmişlər. 2021-ci ilin fevral ayının sonu mart ayının əvvəllərində Təravət ondan 60.000 manat dəyərində qızıl-zinət əşyası almışdır. Ancaq həmin qızılların pulunu vaxtında verməmişdir. 2021-ci ilin mart ayında Təravət ona 12.000 manat pul vermişdi. Təravətin aldığı qızıl məmulatlarına görə ona 48.000 manat və 6600 manat borcu qalmışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qardaşı Rahibin arvadı Lalə vasitəsilə 2020-ci ilin avqust ayında tanımışdır. 2020-ci ilin avqust ayında Təravət onlara qonaq gəlmişdi. Təravət qızılzinət əşyalarının satışı ilə məşğul olmasından, bu işin xeyli qazanclı olmasından danışmışdır. 2020-ci ilin dekabr ayında Lalə ona zəng edərək Təravətə pul lazım olduğunu, Təravətə pul verəcəyi halda ona aylıq pul verəcəyini demişdir. O da Lalənin təklifi ilə razılaşmışdır. 2020-ci dekabr ayının sonlarında bayram ərəfəsində Təravət Lalə ilə birlikdə onlara 2.500 ABŞ dolları pulu almağa gəlmiş və həmin pulun müqabilində ona hər ay 400 manat pul verəcəyini demişdir. O da Lalənin yanında Təravətə 2.500 ABŞ dolları məbləğində pul vermişdir. Təravət fevral ayında 400 manat, mart ayında 400 manat olmaqla iki ay ödəniş etmişdir. Ancaq mart ayının sonlarında Təravət pulu qaytara bilməyəcəyini demişdir. Pulu qaytarmadığını görüb Təravətdən şikayət etmək qərarına gəlmişdir. Ona ümumilikdə 800 manat qaytarmışdır. Təqsirləndirilən şəxsdən şikayətçidir. Ona 3450 manat ziyan dəymişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs bağça müdiri kimi tanımışdır. Daha sonra ona qızıl məmulatlarının alqı-satqısı ilə məşğul olduğunu və bu yolla gəlir əldə etdiyini demişdir. Bir müddət sonra Təravətlə aralarında yaxın münasibət yarandığı üçün Təravət ona bu işlə məşğul olmağnı tövsiyə etmişdir. Təravət ona pul verilsə onlara aylıq qazanc verə biləcəyini və həmin pul nə qədər çox olarsa daha çox pul qazana biləcəklərini demişdir. Buna görə əri Rahibə bu barədə məlumat vermişdir. Rahib də qəbul eləmişdir. Daha sonra Təravət pul lazım olduğunu dedikdə Rahib bacısı Zara və Şahnaza da bu barədə demişdir. Təravət onun yanında Zaradan 2500 dollar, Şahnazdan 20.000 manat pul almışdır. Daha sonra o, Şahnazdan 20.000 manat pul alıb Təravətə vermişdir. Lakin sonra Təravət onlara pulları geri qaytarmamışdır. Şahid1 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o göstərmişdir ki, Təqsirləndirilən şəxs bir müddət olar tanıyırmış. O da bağça işlətdiyindən Təravəti ilk olaraq bağça müdiri olaraq tanımışdır. Ancaq daha sonra Təravət ona qızıl məmulatlarının alqı-satqısı ilə məşğul olduğunu və bu yolla gəlir əldə etdiyini demişdir. Bir müddət sonra onunla Təravət arasında yaxın münasibət yarandığı üçün Təravət ona bu işlə məşğul olsa gəlir əldə edə biləcəyini demişdir. Lakin o pulu olmadığını, bu barədə əri Zərərçəkmiş şəxs1, baldızları Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 deyə biləcəyini demişdir. Təravət də pul verilsə aylıq qazanc verə biləcəyini və həmin pul nə qədər çox olarsa daha çox pul qazana biləcəyini demişdir. Buna görə də o əri Zərərçəkmiş şəxs1 bu barədə demişdir. Rahib də Təravətə aylıq qazanc verməsi şərti ilə pul vermişdir. Ancaq daha sonra Təravət pul lazım olduğunu dedikdə Rahibdə pul olmadığından o bu barədə baldızları Zara və Şahnaza da demişdir. Təravət onun yanında 2020-ci ilin dekabr ayının sonlarında Xətai rayonunda Zaranın yaşadığı evdə Zaradan 2500 abş dolları, 2020-ci ilin avqust ayında Qarayevdə yerləşən notariusda Şahnazdan 10.000 manat, 2020-ci ilin dekabr ayında Şahnazın yaşadığı mənzildə Şahnazdan 10.000 manat pulu almışdır. 05 fevral 2021-ci il tarixdə Təravət Şahnazdan 20.000 manat pul istəmişdir. O da həmin pulu Şahnazdan alıb Təravətə vermişdir. Ancaq sonradan Təravət aldığı pulları qaytarmamış, həmin pullara görə verməli olduğu məbləğləri verməmişdir. Ona görə də Rahib həm Təravətin keçmişdən olan pulları verməsi, həmçinin Təravətin özünün də pul qazana bilməsi üçün öz tanışlarından külli miqdarda pul götürərək Təravətə vermişdir. Nəticədə Təravətin müxtəlif şəxsləri aldadıb qızıl məmulatlarının alqı-satqısı ilə məşğul olduğuna inandırmaqla həmin şəxslərin külli miqdarda pullarını mənimsədiyini bilmişlər. Təravət Rahibdən aldığı 198.000 mant pulun müqabilində Rahibə 15.000 manat pul vermişdir, hazırda Rahibə 183.000 manat pul verməli olduğunu bildirmişdir. Təravət onun baldızları Şahnaz və Zaradan da pullarını almış və pullarını mənimsəmişdir. (Cild 1, iş vərəqləri 219-221) Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 onun dostudur. 2021-ci ilin fevral ayının sonlarında pul lazım olduğunu deyərək ondan 35.000 manat məbləğində pul istəmişdir. Rahibdən bu pulun nə üçün lazım olduğunu soruşanda Rahib Təqsirləndirilən şəxs qızıl məhsullarının alqı-satqısı ilə məşğul olduğunu, Təravətə pul verəcəyi halda əldə edəcəyi qazancdan Rahibə də pul verəcəyini demişdir. 2021-ci il fevralın 25-də Xırdalanda Təravətin evinin yaxınlığında qızıl alqısatqısından əlavə gəlir əldə edə bilmək üçün Təravətə Rahibin yanında 35.000 manat pul vermişdir. Bildiyi qədər əlavə olaraq 1000-1200 manat əlavə gəlir əldə etməli idilər. Pulu 1 ay ərzində Təravət özü verəcəyini demişdir. Rahibə 1000-1500 manat pul vermişdir. Rahib də həmin pulları Təravətə veridyini demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Rahib Təqsirləndirilən şəxs qızıl məhsullarının alqı-satqısı ilə məşğul olduğunu, Təravətə pul verəcəyi halda əldə edəcəyi qazancdan Rahibə də pul verəcəyini demişdir. Rahib də həmin gəlirdən ona da verə bilər. İstifadə etdiyi Chevrolet Cruze markalı maşınla Xırdalanda parkın yanına gedib 24.500 manat pulu Rahiblə birlikdə Təravətə vermişlər. Rahib demişdi ki, 3 ay müddətinə aylıq 2500 manat əlavə pul verəcək. Sonra 2021-ci ilin fevral ayında 60 min manat pulu da Rahibə vermiş, Rahib həmin pulu da Təravətə vermişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 24 fevral 2022-ci il və 25 fevral 2022-ci il tarixli zərərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs8la Təqsirləndirilən şəxs üzləşdirmə protokollarından görünür ki, onların məhkəmədə verdikləri ifadələr üzləşdirmə zamanı verdikləri ifadələrlə uyğunluq təşkil edir. Cinayət işi materiallarına əlavə edilmiş DİN-in BƏSİİ-dən daxil olan məhkumluğun yoxlanılmasına dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 1, iş vərəq 167) Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsif edilməsi düzgündür, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla təsnifata görə müvafiq olaraq ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müddəalarına əsasən məhkəmə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinin tətbiq edilməməsi qərarına gəldiyi halda — təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Məhkəmə cinayət qanunvericiliyinin həmin maddələrini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Plenum Qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Bundan əlavə, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin və şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2012-ci il, 2014-cü il, 2019-cu il, 2017-ci il və 2021-ci il təvəllüdlü olmaqla ümumilikdə 5 azyaşlı uşağı vardır. Həmçinin iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilən ərizədən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ilə barışmışdır. (Cild 1, iş vərəqləri 256-259) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü və 59.1.12-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşaqlarının olması və Zərərçəkmiş şəxs1lə barışması onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bundan başqa, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 01 mart 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə icraatı dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.(Cİld 2, iş vərəqləri 59-62) Məhkəmə təqsirləndirilən şəxsin barəsində məhkəməyədək icraat zamanı seçilmiş və məhkəmənin hazırlıq iclasının müvafiq qərarına əsasən dəyişdirilmədən saxlanılmış polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar cəza təyin edildiyindən və təyin olunan cəza çəkilməli olduğundan qeyd olunan qətimkan tədbiri çıxarılacaq hökmlə dəyişdirilib “həbs” qətimkan tədbiri ilə əvəz olunmalı, Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbsə alınmalı və cəza çəkməsinin əvvəli hökmün elan olunacağı 15 may 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza həmin Məcəllənin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs azyaşlı uşaqlarının atası olduğundan, uşaqların ataları X2 himayəsinə verilmələrinin mümkünlüyü nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. İş üzrə məhkəmə xərcləri yoxdur. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin tərəfindən onun hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə müqavilə bağlandığından, müdafiəçinin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında » xx.xx.2015-ci il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs təyin olunan azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli hökmün elan olunduğu 15 may 2023-cü il tarixdən hesablansın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Fəhmin
Məhkəmə qərarları › İş №1(124)-81/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-81/2023
15.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver