Məhkəmə qərarları › İş №1(124)-81/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-81/2024

28.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-81/2024 28.03.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxx 1992-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi külli miqdarda narkotik vasitə heroin və külli miqdarda narkotik vasitə tiryəki daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs telefon vasitəsi ilə tanış olduğu istintaqa məlum olmayan “Bəhmən” adlı İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək sonuncunun satış məqsədi ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına göndərdiyi və bu yolla qanunsuz olaraq əldə etdiyi külli miqdarda narkotik vasitələri 700 manat məbləğində qazanc müqabilində Azərbaycan Respublikasının ərazisində satışını həyata keçirmək barədə ümumi razılığa gəlmiş, xx.xx.2022-ci il tarixdə saat 01 radələrində qrupun üzvü Bəhmən adlı şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirib Abşeron rayonu Xırdalan şəhəri ərazisində Xırdalan qəbiristanlığında qoyduğu 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (Siyahı 1) daxil edilmiş bir ədəd qara rəngli sellofan bükümdə təmiz çəkisi 258,305 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin və bir ədəd tünd boz rəngli sellofan bükümdə təmiz çəkisi 498,700 qram tünd qəhvəyi rəngli kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə tiryəki götürərək qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış və həmin tarixdə saat 01:30 radələrində DİN-in Baş Dövlət Yol Polis İdarəsinin X4 əməkdaşları tərəfindən Abşeron rayonu Xırdalan şəhəri ərazisində saxlanılaraq Abşeron rayon polis idarəsinə gətirilmiş, həmin tarixdə saat 02:30-dan 03:05-dək müddətdə rayon polis idarəsinin inzibati binasında üzərinə şəxsi axtarış keçirilən zaman kürəyində olan tünd göy rəngli üzərində “Adidas” reklam yazısı olan idman çantasının içərisindən həmin bir ədəd qara rəngli sellofan bükümdə təmiz çəkisi 258,305 qram külli miqdarda narkotik vasitə heroin və bir ədəd tünd boz rəngli sellofan bükümdə təmiz çəkisi 498,700 qram külli miqdarda narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitəni İran İslam Respublikasının vətəndaşı olan şəxs vasitəsilə əldə etmişdir. Belə ki, məqsədi İran İslam Respublikasının vətəndaşı olan şəxsdən narkotik vasitəni götürüb ona pul verməmək idi. Əvvəllər də bir neçə dəfə narkotik vasitəni götürmüş, lakin pulunu verməmişdir. Narkotik vasitələri iran İslam Respublikasının vətəndaşı olan şəxsdən götürdükdə də ona pul verməmişdir. İttiham aktında qeyd olunan 700 manat məsələsini isə, İran İslam Respublikasının vətəndaşının ona inanması və narkotik vasitə verməsi üçün bildirmişdir. Onları sadəcə şəxsi istifadəsi üçün əldə etmişdir, satış məqsədi olmamışdır. İttiham aktında qeyd olunan narkotik vasitələr onun üzərində olmuşdur, lakin tiryək növündə narkotik vasitəni o sifariş verməmişdir. O, sadəcə heroin növündə narkotik vasitə sifariş vermişdir. Narkotik vasitələri Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən Xırdalan qəbiristanlığından götürmüşdür. Oraya qardaşı Şahid4 ilə birlikdə getmişdilər. Qardaşının onun narkotik vasitə götürəcəyindən xəbəri yox idi. Qardaşının motosikleti var idi. Bu səbədən ona zəng edərək, onunla birlikdə getməsini xahiş etmiş, lakin ona gedəcəkləri ünvanı və nə götürəcəyini bildirməmişdir. X5 yol polisi əməkdaşları onları təhlükəsizlik dəbilqəsi olmadığı üçün saxlamışdılar. Polis əməkdaşlarından heç bir şikayəti yoxdur. Onu qanunauyğun olaraq saxlamışlar və ona hər hansı bir təzyiq göstərməmişlər. Polis əməkdaşları onu əvvəlcə X7, daha sonra Abşeron Rayon Polis İdarəsinə aparmışlar. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o, Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cti maddələri ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, valideynləri ilə birlikdə yaşayır. Rəsmi olaraq subaydır, lakin qeyri-rəsmi olaraq evlidir, bir azyaşlı övladı vardır. Ailəsi ilə birlikdə arada Bakı şəhəri Binəqədi rayonu Xocahəsən qəsəbəsində də qalır. Təxminən 1 il müddətdir ki, narkotik vasitə istifadə edir. Hazırda heç bir yerdə işləmir. xx.xx.2022-ci il tarixdə saat 23 radələrində tanışı İran İslam Respublikası vətəndaşı “Bəhmən” ona vatsap proqramında ismarıc yazaraq Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Xırdalan qəbiristanlığında narkotik vasitə qoyduğunu və həmin narkotik vasitəni götürməyini, sonradan onun deyəcəyi ünvana qoymağını təklif etmişdir. Söhbət əsnasında Bəhmən ona bu işi görməyin müqabilində 700 manat pul verəcəyini bildirmişdir. O, da maddi sıxıntıları olduğu üçün razılaşmışdır. Bəhmənlə danışığını bitirdikdən sonra qardaşı Xaııcana zəng edərək harada olduğunu soruşmuşdur. Xancan da ona Bakı şəhərində “Gənclik” metro stansiyasının yaxınlığında olduğunu demişdir. Tək getməmək üçün Xancana onunla Xırdalan şəhərinə getməyini xahiş etmişdir. Xancan da heç bir söz deməmişdir. Bundan sonra o, idarə etdiyi motosikletlə Xırdalan dairəsinə getmişdir. O, həmin yerə gedərkən özü ilə idman çantası da götürmüşdür. Orada qardaşı Xancanla görüşmüşdür. Xancan onun idarə etdiyi motosikletə arxa hissədə əyləşmişdir. Onlar birlikdə Xırdalan şəhərində yerləşən Xırdalan qəbiristanlığına getmişlər. O, yerüstü keçidin yaxınlığında yolun kənarında motosikleti saxlayıb düşmüşdür. Xancana motosikletin yanında onu gözləməsini və bir neçə dəqiqəyə qayıdacağını bildirmişdir. Bundan sonra qəbiristanlığın içərisinə daxil olmuşdur. Bir qədər getdikdən sonra Bəhmənin ona izah etdiyi yerə yaxınlaşmışdır. Yerdə qoyulmuş içərisində narkotik vasitə heroin və tiryək olan iki ədəd sellofan bükümünü götürüb kürəyində saxladığı tünd göy rəngli idman çantasının içərisinə qoymuşdur. Bundan sonra geri qayıtmışdır. Daha sonra motosikletə minmiş, qardaşı Xancan da onun arxa hissəsində əyləşmişdir. Motosikletlə bir qədər Bakı şəhəri istiqamətində irəlilədikdən sonra bir qədər irəlidə yerləşən X6 yaxınlığından keçərkən yol-patrul xidməti əməkdaşı ona saxla işarəsi vermişdir. O, ilk öncə motosikleti saxlamaq istəməsə də, polis əməkdaşlarından yayınmağın mənasız olduğunu görüb motosikleti saxlamışdır. Yol-patrul xidməti əməkdaşı yaxınlaşaraq özünü təqdim etdikdən sonra ona motosikleti idarə edərkən niyə dəbilqədən istifadə etmədiyini soruşmuşdur. Bundan sonra bir qədər söhbət etdikdən sonra orada olan yol-patrul xidməti əməkdaşları motosikleti X5 saxlayıb onları Abşeron rayon polis idarəsinə dəvət etmişlər. Onlar da heç bir etiraz etməyib polis əməkdaşları ilə birlikdə Abşeron rayon polis idarəsinə getmişlər. Polis idarəsinin inzibati binasında ona videoçəkİliş ilə müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyini izah etmişlər. O, da etirazı olmadığını bildirmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri elan olunmuşdur. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı ondan üzərində hər hansı qanunla qadağan edilmiş əşya, maddə və ya predmet olubolmamağı soruşulmuşdur. Həmin vaxt o, kürəyində olan tünd göy rəngli üzərində “Adidas” reklam yazısı olan idman çantasını çiynindən çıxarıb çantanı açmışdır. Çantanın içərisində saxladığı içərisində narkotik vasitə heroin olan bir ədəd qara rəngli sellofan büküm və içərisində narkotik vasitə tiryək olan bir ədəd tiind boz rəngli sellofan bükümü çıxarıb təqdim etmişdir. Sonra onun üzərinə axtarış keçirilən zaman qanunla qadağan edilmiş başqa heç bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra onun təqdim etdiyi sellofan bükümlər içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, zərf möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Əlavə olaraq bildirmişdir ki, üzərindən aşkar olunmuş narkotik vasitə heroin və narkotik vasitə tiryəki xx.xx.2022-ci il tarixdə saat təxminən 01 radələrində tanışı “Bəhmən” adlı İran İslam Respublikası vətəndaşı tərəfindən Abşeron rayonu Xırdalan şəhəri ərazisində yerləşən Xırdalan qəbiristanlığında qoyulmuş yerdən götürmüş, həmin narkotik vasitələri Bəhmənin dediyi ünvanlara qoymalı imiş, bunun müqabilində Bəhmən ona 700 manat pul göndərəcəkmiş. İstifadəsində olan ***-***-**-** saylı mobil nömrəni təxminən 5 il, ***-***-**-** saylı mobil nömrəni isə təxminən 3-4 ay müddətdir ki, istifadə edir. Bəhmən adlı şəxsi qiyabi olaraq tanıyır, onunla vatsap proqramında tanış olmuş, Bəhmən adlı şəxslə yalnız vatsap proqramı vasitəsi ilə danışırmış, onun +**********32 saylı mobil nömrəsi ilə vatsap proqramı vasitəsi ilə danışaraq dediyi ünvandan narkotik vasitələri götürüb, sonradan dediyi ünvana qoymalı imiş. Əvvəllər bir neçə dəfə Bəhmən ona onun dediyi ünvandan narkotik vasitə götürüb başqa ünvana çatdırmağı təklif etsə də, Bəhmənin təklifini qəbul etməmiş, lakin sonuncu dəfə xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Bəhmən onunla telefonda vatsap proqramında danışıb eyni təklifi edən zaman maddi sıxıntıları olduğu üçün Bəhmənin dediyi ünvandan narkotik vasitələri götürüb sonra deyəcəyi ünvana qoyacağı müqabilində 700 manat pul almaq üçün təklifini qəbul etmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitələri Bəhmənin deyəcəyi ünvanlara çatdıracağı təqdirdə Bəhmən ona 700 manat pul göndərməli imiş. O, 05 oktyabr 2022-ci il tarixdə saat təxminən 01:30 radələrində Abşeron rayonu, Xırdalan şəhərində X5 polis əməkdaşları tərəfindən saxlanılarkən və Abşeron rayon polis idarəsinə gətirilərkən ona qarşı heç bir fiziki və ya pxisi təsir göstərilməmişdir. Qardaşı Şahid4 onun üzərində narkotik vasitə heroin və tiryək saxlamağı barədə heç bir məlumatı olmamışdır, o, Xırdalan qəbiristanlığında həmin narkotik vasitələri götürüb qayıtdıqdan sonra bu barədə Xancana heç bir söz demədiyini bildirmişdir. Əlavə dindirmə zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, barəsində təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 2347 №-li rəyində göstərilmiş müayinə zamanı bədəni üzərində aşkar edilmiş sağ və sol said nahiyələrinin, sol əlin ovuc və arxa səthlərinin, sol diz oynağı nahiyəsinin sıynqlan xəsarətlərini ekspertiza müayinəsi zamant da bildirdiyi kimi tutulmamışdan 2-3 gün əvvəl idarə etdiyi motosikletdən yıxılaraq aldığını, onun bu barədə heç bir şikayəti və tələbi olmadığını, 05 oktyabr 2022-ci il tarixdə saat təxminən 01:30 radələıində Abşeron rayonu, Xırdalan şəhərində X5 polis əməkdaşları tərəfindən saxlanılarkən və Abşeron rayon polis idarəsinə gətirilərkən ona qarşı heç bir fiziki və ya pxisi təsir göstərilmədiyini, bədənində aşkar edilmiş xəsarətləri ona heç kimin yetirmədiyini bildirmişdir. (Cild 1, iş vərəqləri 103- 107, 190-192) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs arabir narkotik vasitədən istifadə edirdi. 04 oktyabr 2022-ci il tarixdə saat təxminən 00:00 radələrində qardaşı Təqsirləndirilən şəxs ona mobil telefon vasitəsilə zəng edərək, Abşeron rayonu, Xırdalan şəhəri ərazisinə gəlməyini bildirmişdir. Həmin vaxt o Bakı şəhəri, “Gənclik” metrostansiyası yaxınlığında idi. Qardaşı ilə görüşmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs belində çanta var idi. Motosiklet ilə hərəkət edən zaman Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən Xırdalan qəbiristanlığı yaxınlığında yerləşən köşkün qarşısında dayanmışlar. Təqsirləndirilən şəxs ona gözləməyini bildirmiş və yanından uzaqlaşmışdır. Təxminən 5 dəqiqə sonra geri qayıtmış və onlar hərəkətə davam etmişlər. Bir qədər irəlilədikdən sonra X5 yol polisi əməkdaşları onları saxlamışlar. Onları əvvəlcə X7, daha sonra Abşeron Rayon Polis İdarəsinə aparmışlar. Şəxsi axtarış müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə Abşeron Rayon Polis İdarəsində həyata keçirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs belində olan çantadan narkotik vasitələr aşkar olunmuşdur. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Baş Dövlət Yol Polis İdarəsinə bilavasitə tabe olan X4 baş inspektoru Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə X6 yaxınlığında bölüyün əməkdaşı polis baş serjantı Şahid2 ilə birlikdə **-YP-*** dövlət qeydiyyat nişanlı patrul maşını ilə xidmət aparırmışlar. xx.xx.2022-ci il tarixə keçən gecə saat təxminən 01:30 radələrində X4 komandiri polis kapitanı Rəşad Ağayev efir vasitəsi ilə postun yaxınlığına kömək çağırmışdır. Onlar dərhal həmin yerə yaxınlaşaraq Xırdalan dairəsinin tunelinin yaxınlığında süni tıxac yaradıb saxla işarəsi verilsə də hərəkətini davam etdirən üzərində iki nəfər şəxsin əyləşdiyi motosikleti saxlatdırmışlar. Həmin motosikletə yaxınlaşaraq özlərini təqdim edib motosikletin sürücüsünə və yanında əyləşmiş şəxsə niyə dəbilqə taxmadıqlarını, yol hərəkəti qaydalarım pozduqlarını bildirmişlər. Sonradan adını bildikləri Təqsirləndirilən şəxs və onun qardaşı Şahid4 söhbət zamanı özlərini şübhəli apardıqlarını və danışarkən qeyri-iradi hərəkətlər etdiklərini görüb həmin şəxslərin narkotik vasitənin təsiri altında olmalarından şübhələnmişlər. Həmin vaxt Siniz Səmədlinin kürəyində idman çantası olmuşdur. Bundan sonra həmin şəxsləri Abşeron rayon polis idarəsinə dəvət etmişlər. Həmin şəxslər da etiraz etməyib onlarla birlikdə polis idarəsinə gəlmişlər. Abşeron rayon Polis İdarəsinin inzibati binasında təhqiqatçı Rüstəm Atakişiyev, X4 əməkdaşları Şahid2 və Seymur Şəfiyevin, müdafiəçi Gülnar Mirzəməmmədovamn iştirakı ilə ilk olaraq Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə etirazı olmadığım bildirmişdir. Bundan sonra videoçəkiliş ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilməzdən əvvəl ondan üzərində qanunla qadağan olunmuş hər hansı əşyanın olub-olmadığı soruşulmuş, Siruz da kürəyində olan üzərində “Adidas” reklam yazısı olan idman çantasını çıxarıb masanın üzərinə qoymuşdur. Həmin çanta açıldıqda içərisindən bir ədəd qara rəngli sellofan bükümdə narkotik vasitə heroin və bir ədəd tünd boz rəngli sellofan bükümdə narkotik vasitə tiryəkə bənzər kütlə aşkar olunmuşdur. Sonra Siruzun üzərinə şəxsi axtarış keçirilmiş, üzərində dövriyyəsi qanunla qadağan olunmuş başqa hər hansı əşya, predmet və ya narkotik vasitə aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, zərf möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni İran İslam Respublikası vətəndaşı “Bəhmən” adlı şəxsin ona dediyi yerdən, yəni Xırdalan şəhərində yerləşən Xırdalan qəbiristanlığında yerdən götürdüyünü və sonradan deyiləcək ünvana qoymalı olduğunu bildirmişdir. Bundan sonra Şahid4 üzərinə təhqiqatçı Rüstəm Atakişiyev, Ekoloji NəzarəL bölüyünün əməkdaşları Şahid2 və Seymur Şəfiyevin, müdafiəçi İlyas Həsənovun iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Xancan üzərinə şəxsi axtarış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra videoçəkiliş ilə Şahid4 üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilməzdən əvvəl ondan üzərində qanunla qadağan olunmuş hər hansı əşyanın olub-olmadığı soruşulmuşdur. Xancan üzərində qanunla qadağan olunmuş heç bir əşya olmadığını bildirmişdir. Şahid4 üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərindən qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya, predmet və ya narkotik vasitə aşkar olunmamışdır. (Cild 1, iş vərəqləri 149-152) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Baş Dövlət Yol Polis İdarəsinə bilavasitə tabe olan X4 inspektorları polis baş serjantları Şahid2 və X3 öz ifadələrində digər Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. (Cild 1, iş vərəqləri 154-157, 174-177) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “şəxsi axtarış və götürmə keçirilməsi” haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs kürəyində olan tünd göy rəngli üzərində “Adidas” yazısı olan idman çantasının içərisindən bir ədəd qara rəngli sellofan bükümdə narkotik vasitə heroin və bir ədəd tünd boz rəngli sellofan bükümdə narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. (Cild 1, iş vərəqləri 26-28) “Şəxsi axtarış və götürmə keçirilməsi” haqqında xx.xx.2022-ci il tarixli protokolda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış bununla bağlı 01 ədəd disk iş materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı və mənzilə baxış zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 6/5712 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 56” dairəvi möhür əksi olan, “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik maddəyə bənzər kütlə... ” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd kağız paketin içərisində bir ədəd sellofan bükülüdə təmiz çəkisi 258,305 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, bir ədəd sellofan bükülüdə təmiz çəkisi 498.700 qram olan tünd qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir. (Cild 1, iş vərəqləri 62-67) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən Respublika Narkoloji Mərkəzi X10 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 6102 №-li ekspert rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 181-182) Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 20 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 258,205 qram narkotik vasitə heroin və 498,600 qram narkotik vasitə tiryək maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. 01 ədəd disk maddi sübut kimi tanınmaqla cinayət işi materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 198- 206) Məhkəmə, təqsirləndirilən şəxsin narkotik vasitənin satış məqsədi ilə deyil şəxsi istifadəsi üçün saxlaması, tiryək növündə narkotik vasitəni sifariş etməməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab etməklə belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi işin obyektiv hallarına uyğun olduğundan, həmin ifadə daha səmimi ifadə və mötəbər sübut kimi qəbul olunmalıdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 1, iş vərəq 134) Bundan başqa, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yanaşı Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə ittiham verilmişdir ondan ötrü ki, o, külli miqdarda narkotik vasitəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirmişdir. Dövlət ittihamçısı yekun nitqində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə verilmiş ittihamdan və aparılan cinayət təqibindən imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edan halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.1-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Bundan başqa, həmin Məcəllənin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısının ittihamın müdafiəsindən imtina etdiyi halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verməlidir. “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarının nəticə hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. Dövlət ittihamçısının verilmiş ittihamdan qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə imtina etməsinə görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin barəsində həmin maddə ilə aparılan cinayət təqibinə xitam verilməli, onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmələri məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin cinayət olmasını aradan qaldıran hallar və onların bu əməllərə görə cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli və “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli qərarlarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X8 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən heroin, tiryək «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr»in, metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr» in siyahısına daxildir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1 və 61.1-ci maddələrinə əsasən məhkəmədə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 05 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 113-114) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 05 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyindən əziyyət çəkir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Məhkəmə bununla bağlı qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 258,205 qram narkotik vasitə heroin, 498,600 qram narkotik vasitə tiryək məhv edilməlidir. 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 55 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etmiş və bu müdafiəçi tərəfindən məhkəmə istintaqı başa çatdırılanadək onun hüquqları müdafiə olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1, 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 05 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 55 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 258,205 qram narkotik vasitə heroin, 498,600 qram narkotik vasitə tiryək məhv edilsin. 01 ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar