Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-818/2024 24.12.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şimal Vəkil Bürosunun vəkili X4, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1982-ci ildə Quba rayonu, Qonaqkənd qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Quba rayonu, Qonaqkənd qəsəbəsində qeydiyyatda olmaqla faktiki olaraq Xaçmaz rayonu, Arzu qəsəbəsində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs əldə etdiyi külli miqdarda çətənə bitkisi toxumlarını 2024-cü ilin may ayının ortalarında yaşadığı Xaçmaz rayonu, Arzu qəsəbəsində, 41.39928° K. 48,70850° D koordinatlarında yerləşən evinin həyətyanı torpaq sahəsində olmaqla evin sağ yan tərəfində torpaqda və plastmas dibçəklərdə, habelə həmin evin arxa tərəfində məftil torla çəpərlənmiş torpaq sahəsində qanunsuz olaraq qəsdən əkib aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etmiş, bu fakt 28 iyun 2024-cü il tarixdə saat 10:50-dən ll:20-dək olan müddətdə Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs iştirakı ilə onun yaşadığı Xaçmaz rayonu, Arzu qəsəbəsində, 41,39928° K, 48,70850° D koordinatlarında yerləşən evinin həyətyanı torpaq sahəsinə baxış keçirilərkən evin sağ yan tərəfində torpaqda və plastmas dibçəklərdə əkdiyi 64 ədəd, evin arxa tərəfindəki məftil torla çəpərlənmiş torpaq sahəsində əkdiyi 102 ədəd olmaqla ümumi çəkisi 2320 qram olan külli miqdarda, cəmi 166 ədəd kök üstə yaş vəziyyətdə, əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülməklə təsdiq olunmuş, bununla da o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya (əkmə, yetişdirmə) etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs kimi ifadə vermiş Təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində narkotik vasitə istifadə etdiyini və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, Quba rayonu, Qonaqkənd qəsəbəsində qeydiyyatda olsa da, ailəsi ilə birlikdə Xaçmaz rayonu Arzu qəsəbəsində yaşamışdır. Təxminən 10 il olar ki, narkotik vasitə olan qurudulmuş marixuananı papirosa doldurmaq yolu ilə çəkmişdir. Dəqiq tarixi xatırlamır, təxminən 1-2 il əvvəl yay ayları olardı, Xaçmaz rayonu Suxtəkələ kəndi ərazisindən keçən Ağçayın sahilində gəzərkən həmin yerdə bir ədəd çətənə bitkisinin bitdiyini görmüşdür. O, həmin çətənə bitkisinin üzərində olan toxumları yığıb yaşadığı evə gətirərək gizlədib saxlamışdır. 2024-cü ilin may ayının əvvəllərində qərara gəlmişdir ki, özündə olan çətənə bitkisi toxumlarını əkib yetişdirsin və gələcəkdə özünün istifadə etməsi üçün qurudulmuş marixuana əldə etsin. Bu məqsədlə də o, mağazadan qara rəngli plastmas dibçəklər alıb yaşadığı evə gətirmiş, 2024-cü ilin may ayının ortalarında isə yaşadığı evin həyətində mağazadan aldığı plastmas dibçəklərə torpaq dolduraraq özündə olan çətənə toxumlarını həmin dibçəklərdə əkdikdən sonra dibçəkləri yaşadığı evin həyətində saxlamışdır. Həmin gün və sonrakı günlərdə əkdiyi çətənə toxumlarına su tökərək qulluq göstərmişdir. Təxminən 5-6 gün keçdikdən sonra baxanda görmüşdür ki, plastmas dibçəklərdə əkdiyi çətənə toxumlarının bir hissəsi cücərib. Sonrakı günlərdə əkdiyi digər çətənə bitkisi toxumları da cücərmiş və o, həmin çətənə bitkilərini yetişdirmək məqsədi ilə qulluq göstərməyə, yəni diblərinə su tökməyə başlamışdır. Əkdiyi çətənə bitkilərinə qulluq etməkdə məqsədi o idi ki, yetişdirdikdən sonra həmin bitkilərin yarpaqlarını yığıb qurudaraq gələcəkdə özünün istifadə etməsi üçün qurudulmuş marixuana əldə etsin. Sonrakı günlərdə dibçəklərdə əkdiyi çətənə bitkilərinin çox hissəsi böyüyərək təxminin 10- 15 sm hündürlükdə olmuşlar. 2024-cü ilin may ayının sonlarında o, yaşadığı Xaçmaz rayonu, Arzu qəsəbəsindəki evinin həyətyanı torpaq sahəsinin yaşadığı evdən sağ yan tərəfdə və arxa tərəfdə olan hissəsinin torpağını bellə yumşaldıb çətənə bitkilərini əkməsi üçün yerlər hazırlamış, sonra isə dibçəklərdə əkdiyi çətənə bitkilərini kökündən çıxarıb 64 ədədini sıra ilə evinin sağ yan tərəfində olan həyətyanı torpaq sahəsində, qalan 102 ədədini isə sıra ilə evinin arxa tərəfində olan həyətyanı torpaq sahəsində əkib diblərinə su, peyin tökmüş, yeni cücərmiş çətənə bitkiləri isə plastmas dibçəklərdə qalmışdır. Sonradan da hər 2-3 gündən bir əkdiyi çətənə bitkilərinin diblərinə su tökərək qulluq göstərmişdir. Əkdiyi çətənə bitkilərinə qulluq etməkdə məqsədi o idi ki, yetişdirdikdən sonra həmin bitkilərin yarpaqlarını yığıb qurudaraq gələcəkdə özünün istifadə etməsi üçün qurudulmuş marixuana əldə etsin. Sonrakı günlərdə əkdiyi çətənə bitkiləri böyüyərək təxminən 40 sm hündürlükdə olmuşlar. 28 iyun 2024-cü il tarixdə təxminən saat 10:50 radələrində evdə olarkən yaşadığı evin həyət qapısı döyülmüş və o, qapını açanda qapının qarşısında dayanmış şəxslər polis əməkdaşları olduqlarını bildirərək xidməti vəsiqələrini göstərib özlərini təqdim etdikdən sonra ona yaşadığı evin həyətində çətənə bitkiləri əkib-becərməsi barədə məlumat olduğunu deyərək videooçəkiliş vasitəsi ilə yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirmək istədiklərini bildirmişlər və ona hüquq və vəzifələrini izah etdikdən sonra yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsinə etirazının olub-olmadığını soruşmuşlar, o da etirazı olmadığını bildirərək yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsinə etiraz etməmiş və polis əməkdaşlarını baxış keçirmələri üçün yaşadığı evin həyətinə dəvət etmişdir. Polis əməkdaşları ona narkotik tərkibli bitkiləri əkdiyi yeri göstərməsini təklif etmişlər, o, da polis əməkdaşlarını yaşadığı evin həyətinə dəvət edərək onları əvvəlcə yaşadığı evin sağ yan tərəfinə aparmışdır. Polis əməkdaşları onun əkdiyi çətənə bitkilərini görmüşlər və müstəntiq baxışda iştirak edib özünü aqronom kimi təqdim edən şəxsə onun həmin yerdə əkib-yetişdirdiyi bitkilərə baxmasını təklif etmiş, aqronom da onun əkdiyi bitkilərə baxdıqdan sonra bildirmişdir ki, həmin bitkilər çətənə bitkiləridir, diblərinə su, peyin tökülərək aqrotexniki qaydada qulluq olunmuşdur. Sonra müstəntiq ondan bitkiləri özünün tək əkdiyini, nə məqsədlə əkdiyini, nə vaxt əkdiyini, toxumları haradan əldə etdiyini soruşmuş, o, da etiraf edərək bildirmişdir ki, çətənə bitkilərini bir ay əvvəl özünün istifadəsi üçün tək əkmiş, 2-3 il əvvəl Ağçayın kənarında bir ədəd ağac, yəni çətənə bitkisi tapmış və çətənə toxumlarını da oradan əldə etmişdir. Bundan sonra əkdiyi çətənə bitkiləri onun iştirakı ilə tək-tək kökündən çıxarılıb sayılmış, torpaqda əkdiyi çətənə bitkilərinin 59 ədəd, dibçəkdə əkdiyi çətənə bitkilərinin isə 05 ədəd olması məlum olmuş və ümumilikdə 64 ədəd çətənə bitkiləri onun iştirakı ilə 01 ədəd sintetik torbada qablaşdırılaraq möhürlənmiş, o da bitkilərin qablaşdırıldığı sintetik torbanın üzərinə yapışdırılmış kağızın üstünə imza etmişdir. Bundan sonra müstəntiq ondan başqa yerdə də narkotik təkibli bitki əkib-əkmədiyini soruşmuş, o, da etiraf edərək bildirmişdir ki, yaşadığı evin arxa tərəfində də çətənə bitkiləri əkmiş və həmin bitkiləri də təqdim edə bilər. O, polis əməkdaşlarını yaşadığı evin arxa tərəfinə aparıb tor hasarla əhatə olunmuş yeri göstərərək həmin yerdə də çətənə bitkiləri əkdiyini bildirmiş, müstəntiq yenə də baxışda iştirak edib özünü aqronom kimi təqdim edən şəxsə həmin yerdə əkibyetişdirdiyi bitkilərə də baxmasını təklif etmiş, aqronom da onun evinin arxa tərəfində əkdiyi bitkilərə baxdıqdan sonra bildirmişdir ki, həmin yerdə əkdiyi bitkilər də çətənə bitkiləridir, diblərinə su, peyin tökülərək aqrotexniki qaydada qulluq olunmuşdur. Müstəntiq ondan həmin bitkiləri də onun özünün əkdiyini soruşmuş, o, da etiraf edərək bildirmişdir ki, həyətyanı toraq sahəsində əkilmiş çətənə bitkilərini özü tək əkmiş və özü də tək qulluq göstərmişdir. Evinin arxa tərəfində əkdiyi çətənə bitkiləridə onun iştirakı ilə tək-tək kökündən çıxarılıb sayılmış və həmin yerdə əkdiyi çətənə bitkilərinin ümumilikdə 102 ədəd olması məlum olmuş və həmin çətənə bitkiləri də onun iştirakı ilə 01 ədəd sintetik torbada qablaşdırılaraq möhürlənmiş, o və digər iştirakçılar çətənə bitkilərinin qablaşdırıldığı sintetik torbanın üzərinə yapışdırılmış kağızın üstünə imza etdikdən sonra çətənə bitkilərini əkərkən istifadə etdiyi 01 ədəd bel və 01 ədəd toxa ilə birlikdə götürülərək protokol tərtib edilmiş, o da protokolu oxuduqdan sonra düzgün yazıldığını görüb protokola imza etmişdir. Bundan sonra isə o, izahatının alınması üçün Xaçmaz RPŞ-nə dəvət olunmuş və o, etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Xaçmaz RPŞ-nə gəlib izahat verərək yaşadığı Xaçmaz rayonu. Arzu qəsəbəsindəki evinin həyətyanı torpaq sahəsində çətənə bitkilərini özünün əkdiyini bildirmişdir. O, heç kimdən narkotik vasitə almamış və heç kimədə narkotik vasitə satmamışdır. Yaşadığı Xaçmaz rayonu, Arzu qəsəbəsindəki evinin həyətyanı torpaq sahəsində əkib-yetişdirdiyi çətənə bitkilərini isə gələcəkdə yığıb qurudaraq özünün istifadə etməsi üçün qurudulmuş marixuana əldə etmək istəmişdir. Yaşadığı Xaçmaz rayonu, Arzu qəsəbəsindəki evinin həyətyanı torpaq sahəsində çətənə bitkilərini əkib-yetişdirməsi barədə ona heç kim tapşırıq verməmişdir. Həmin çətənə bitkilərini özü tək əkmişdir ki, gələcəkdə yığıb qurutmaqla özünün istifadə etməsi üçün qurudulmuş marixuana əldə etsin. Ona elə gəlir ki, yaşadığı evin həyətyanı torpaq sahəsində çətənə bitkisi əkib-yetişdirməsini əvvəlcədən görən və bu barədə məlumatı olan olmamışdır. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq heyvandarlıqla məşğul olduğunu və narkotik tərkibli çətənə bitkisinin toxumlarını sahədə olarkən əldə etdiyini bildirmiş, törətdiyini əməldən peşman olduğunu qeyd etmişdir. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq ailəli olduğunu, uşağının olmadığını bildirmişdir. İttiham aktında qeyd olunan narkotik tərkibli çətənə bitkilərinin sayı doğru qeyd olunmuş, amma aşkar olunan narkotik tərkibli çətənə bitkilərinin çoxu yaş vəziyyətdə olmamış, əksəriyyəti qurudulmuş vəziyyətdə olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Xaçmaz RPŞ-nin narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, 28 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Xaçmaz rayonu Arzu kəndində yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkib becərməsi, kultivasiyası ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı tərəflərindən yoxlanılmışdır. Hadisə yerinə səhər saatlarında təxmini olaraq 10-11 radələrində getmiş, Təqsirləndirilən şəxs öz razılığı ilə yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilmiş, baxış keçirilən zaman 160-170 ədəd çətənə kolları aşkar olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Xaçmaz RPŞ-nin İTB-nin sahə polis nəfəri, polis serjantı Şahid3 ifadəsində göstərmişdir ki, 2024-cü ilin iyun ayında daxil olmuş əməliyyat məlumatı əsasında dəvət edilmiş və əməliyyatda iştirak etmişdir. Təqsirləndirilən şəxs öz razılığı ilə yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs özü qeyd olunan ərazidə narkotik tərkibli bitkilər əkibbecərdiyini demiş və özünün iştirakı ilə baxış keçirilmişdir. Şahid Xaçmaz RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı Şahid2 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Xaçmaz Rayon Polis Şöbəsinin narkotiklərlə mübarizə qrupuna Xaçmaz rayonu, Arzu qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində narkotik tərkibli bitkilər əkib-becərməsi barədə məlumat daxil olmuşdur. Xaçmaz Rayon Polis Şöbəsinin narkotiklərlə mübarizə qrupuna daxil olmuş həmin məlumatın yoxlanılması məqsədi ilə 28 iyun 2024-cü il tarixdə onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilib şöbə rəisi tərəfindən təsdiq olunduqdan sonra onun. Xaçmaz RPŞ-nin narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 və Xaçmaz RPŞ-nin İTB-nin sahə polis nəfəri, polis serjantı Şahid3 iştirakı ilə əməliyyat qrupu yaradılmış və bununla bağlı araşdırmanın aparılması İstintaq bölməsinin müstəntiqi, polis baş leytenantı Nurlan Əliyevə həvalə olunmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə keçiriləcək baxışda iştirak etmək üçün Xaçmaz Rayon Mənzil Kommunal Təsərrüfatı İdarəsinin baş aqronomu Şahid5 mütəxəssis qismində dəvət edildikdən sonra həmin gün təxminən saat 10:30 radələrində onlar birlikdə Xaçmaz RPŞ-nin Növbətçi Hissəsinin sürücü polis nəfəri, polis baş serjantı Şahid4 idarə etdiyi xidməti avtomobillə Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu, Arzu qəsəbəsindəki evin qarşısına gedib evin həyət qapısını döymüşlər. Qapını açan Təqsirləndirilən şəxs özlərini təqdim etdikdən sonra X5 Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində narkotik tərkibli bitkilər əkib-becərməsi barədə məlumat olduğunu, videoçəkiliş vasitəsi ilə onun yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçiriləcəyini bildirərək ona hüquq və vəzifələrini izah etdikdən sonra ondan yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsinə etirazı olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs da yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsinə etirazı olmadığını bildirərək onları yaşadığı evin həyətinə dəvət etmişdir. X5 Təqsirləndirilən şəxs narkotik tərkibli bitkiləri əkdiyi yeri göstərməsini təklif etmiş və onlar Təqsirləndirilən şəxs razılığı ilə onun yaşadığı evin həyətinə daxil olub evin sağ yan tərəfinə getmişlər. Evin sağ yan tərəfinə gəldikdə həmin yerdə plastmas dibçəklərdə və torpaqda sıra ilə təxminən 40 sm hündürlükdə çətənə bitkilərinə oxşar bitkilərin əkilib-yetişdirildiyini görmüşlər. Həmin yerdə torpaqda əkilmiş çətənə bitkilərinə oxşar bitkilərin dibləri yumşaldılmaqla su və peyin tökülərək qulluq göstərilmişdir. X5 baxışda iştirak edən aqronom Şahid5 həmin yerdə əkilib- yetişdirilmiş bitkilərə baxmasını təklif etmiş, aqronom Şahid5 da bitkilərə baxdıqdan sonra həmin bitkilərin çətənə bitkiləri olduqlarını, qulluq olunduğunu, peyin verildiyini, suvarıldığını, aqrotexniki qaydada qulluq olunduğunu bildirmişdir. Sonra X5 Təqsirləndirilən şəxs bitkiləri özünün tək əkdiyini, nə məqsədlə əkdiyini, nə vaxt əkdiyini, toxumları haradan aldığını soruşmuş. Təqsirləndirilən şəxs da bildirmişdir ki, çətənə bitkilərini bir ay əvvəl özünün istifadəsi üçün tək əkmişdir, 2- 3 il əvvəl Ağçayın kənarında bir ədəd ağac, yəni çətənə bitkisi tapmışdır və çətənə toxumları da oradan əldə etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs iştirakı ilə çətənə bitkisinə oxşar bitkilər tək-tək kökündən çıxarılıb sayıldıqda torpaqda əkilmiş bitkilərin 59 ədəd, dibçəkdə əkilmiş bitkilərin isə 05 ədəd olması müəyyən edilmiş və ümumilikdə 64 ədəd çətənə bitkisinə oxşar bitkilər 01 ədəd sintetik torbada qablaşdırılaraq möhürlənmiş, iştirakçılar da bitkilərin qablaşdırıldığı sintetik torbanın üzərinə yapışdırlımış kağızın üstünə imza etmişlər. X5 Təqsirləndirilən şəxs başqa yerdə də narkotik təkibli bitki əkibəkmədiyini soruşduqda Əfqan Novurzov yaşadığı evin arxa tərəfində də çətənə bitkiləri əkdiyini və həmin bitkiləri təqdim edə biləcəyini bildirdiyinə görə onlar Təqsirləndirilən şəxs yaşadığı evin arxa tərəfinə getmişlər. Təqsirləndirilən şəxs yaşadığı evin arxa tərəfində tor hasarla əhatə olunmuş yeri göstərərək çətənə bitkilərini həmin yerdə əkdiyini bildirmişdir. Onlar həmin yerə gəldikdə sıra ilə narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilərin əkildiyini görmüşlər. X5 bir daha aqronom Şahid5 həmin yerdə əkilib-yetişdirilmiş bitkilərə baxmasını təklif etmiş, aqronom Şahid5 da bitkilərə baxdıqdan sonra həmin yerdə əkilmiş bitkilərində çətənə bitkiləri olduqlarını, qulluq olunduğunu, peyin verildiyini, suvarıldığını, aqrotexniki qaydada qulluq olunduğunu bildirmişdir. X5 Təqsirləndirilən şəxs həmin bitkiləridə onun özünün əkdiyini soruşmuş, Təqsirləndirilən şəxs «bəli» deməklə özünün əkdiyini bildirmişdir. Bundan sonra həmin yerdə əkilmiş bitkilər tək-tək kökündən çıxarılaraq sayılmış və çətənə bitkilərinə oxşar bitkilərin ümumilikdə 102 ədəd olması müəyyən edilərək bir ədəd sintetik torbada qablaşdırılıb möhürlənmiş, iştirakçılarda bitkilərin qablaşdırıldığı sintetik torbanın üzərinə yapışdırılmış kağızın üstünə imza etdikdən sonra çətənə bitkilərinin əkildiyi yerdə olan 01 ədəd bel və 01 ədəd toxa ilə birlikdə götürülmüş və bu barədə protokol tərtib edilib oxunduqdan sonra iştirakçılar da protokola imza etmişlər. Bundan sonra isə Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu. Arzu qəsəbəsindəki evin həyətyanı torpaq sahəsində aşkar edilmiş bitkilərlə bağlı aqronom Şahid5 tərəfindən rəy yazılmışdır. Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu. Arzu qəsəbəsindəki evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsinin görüntüləri Xaçmaz RPŞ-nin Növbətçi Hissəsinin sürücü polis nəfəri, polis baş serjantı Şahid4 tərəfindən əvvəldən axıra kimi video çəkiliş vasitəsi ilə qeydə alınmışdır. Şahid Xaçmaz RPŞ-nin Növbətçi Hissəsinin sürücü polis nəfəri, polis baş serjantı Şahid4 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Şahid2 ilə oxşar məzmunlu ifadə vermişdir. Şahid5 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Xaçmaz şəhəri R.Sadıqov küçəsi ev 121-də yaşayır. Xaçmaz Rayon Mənzil Kommunal Təsərrüfatı İdarəsində baş aqronom işləyir. 28 iyun 2024-cü il tarixdə o, Xaçmaz RPŞ-nə dəvət olunmuş və Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı Nurlan Əliyev tərəfindən qəbul edilmiş mütəxəssis təyin olunmasına dair qərarla tanış olduqdan sonra ona hüquq və vəzifələri izah olunmuşdur. X3 Xaçmaz rayonu, Arzu qəsəbəsində olan evlərdən birinin həyətyanı torpaq sahəsində narkotik tərkibli çətənə bitkiləri əkilib-yetişdirilməsi barədə məlumat daxil olduğunu və həmin evin həyətyanı torpaq sahəsinə baxış keçirmək istədiklərini bildirib onun da mütəxəssis qismində iştirak etməsini xahiş etmişdir. O, etiraz etməmiş və həmin gün saat 10:30 radələrində o, X5, Xaçmaz Rayon Polis Şöbəsinin narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili Şahid1, Xaçmaz RPŞ-nin İTB-nin polis sahə rəisi Şahid2, polis nəfəri Şahid3 sürücü polis nəfəri Şahid4 idarə etdiyi xidməti avtomobillə Xaçmaz rayonu, Arzu qəsəbəsində olan evlərdən birinin qarşısına getmişlər. Polis əməkdaşları qapım döymüşlər və qapını açan şəxs Təqsirləndirilən şəxs olduğunu və həmin evdə yaşadığını bildirmişdir. Polis əməkdaşları özlərini Təqsirləndirilən şəxs təqdim etdikdən sonra X5 Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində narkotik tərkibli bitkilər əkib-becərməsi barədə məlumat olduğunu, videoçəkiliş vasitəsi ilə yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçiriləcəyini bildirərək ona hüquq və vəzifələrini izah etdikdən sonra ondan yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsinə etirazı olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs da yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsinə etirazı olmadığını bildirərək onları yaşadığı evin həyətinə dəvət etmişdir. X5 Təqsirləndirilən şəxs narkotik tərkibli bitkiləri əkdiyi yeri göstərməsini təklif etmiş və onlar Təqsirləndirilən şəxs razılığı ilə onun yaşadığı evin həyətinə daxil olub evin sağ yan tərəfinə getmişlər. Evin sağ yan tərəfinə gəldikdə həmin yerdə plastmas dibçəklərdə və torpaqda sıra ilə təxminən 40 sm hündürlükdə çətənə bitkilərinə oxşar bitkilərin əkilib-yetişdirildiyini görmüşlər. Həmin yerdə əkilmiş çətənə bitkilərinə oxşar bitkilərin dibləri yumşaldılmaqla su və peyin tökülərək qulluq göstərilmişdir. X5 təklif etmişdir ki, həmin yerdə əkilmiş bitkiləri nəzərdən keçirib onlara aqrotexniki qaydada qulluq göstərilib-göstərilməməsini müəyyən etsin. O, həmin bitkiləri nəzərdən keçirib müəyyən etmişdir ki, həmin bitkilər tərkibində narkotik maddələr olan çətənə bitkiləridir, dibləri yumşaldılmaqla su və peyin tökülərək aqrotexniki qaydada qulluq olunmuşdur. O, bu barədə X5ə bildirdikdən sonra X5 Təqsirləndirilən şəxs bitkiləri özünün tək əkdiyini, nə məqsədlə əkdiyini, nə vaxt əkdiyini, toxumları haradan aldığını soruşmuş. Təqsirləndirilən şəxs da bildirmişdir ki, çətənə bitkilərini bir ay əvvəl özünün istifadəsi üçün tək əkmişdir, 2- 3 il əvvəl Ağçayın kənarında bir ədəd ağac, yəni çətənə bitkisi tapmışdır və çətənə toxumlarımda oradan əldə etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs iştirakı ilə çətənə bitkisinə oxşar bitkilər tək-tək kökündən çıxarılıb sayıldıqda torpaqda əkilmiş bitkilərin 59 ədəd, dibçəkdə əkilmiş bitkilərin isə 05 ədəd olması müəyyən edilmiş və ümumilikdə 64 ədəd çətənə bitkisinə oxşar bitkilər 01 ədəd sintetik torbada qablaşdırılaraq möhürlənmiş, iştirakçılarda bitkilərin qablaşdırıldığı sintetik torbanın üzərinə yapışdırlımış kağızın üstünə imza etmişlər. X5 Təqsirləndirilən şəxs başqa yerdə də narkotik təkibli bitki əkib-əkmədiyini soruşduqda Təqsirləndirilən şəxs yaşadığı evin arxa tərəfində də çətənə bitkiləri əkdiyini və həmin bitkiləri təqdim edə biləcəyini bildirdiyinə görə onlar Təqsirləndirilən şəxs yaşadığı evin arxa tərəfinə getmişlər. Təqsirləndirilən şəxs yaşadığı evin arxa tərəfində tor hasarla əhatə olunmuş yeri göstərərək çətənə bitkilərini həmin yerdə əkdiyini bildirmişdir. Onlar həmin yerə gəldikdə sıra ilə narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilərin əkildiyini görmüşlər. X5 yenədə ona təklif etmişdir ki, həmin yerdə əkilmiş bitkiləridə nəzərdən keçirib onlara aqrotexniki qaydada qulluq göstərilib-göstərilməməsini müəyyən etsin. O, həmin yerdə əkilmiş bitkiləridə nəzərdən keçirib müəyyən etmişdir ki. Onlar da tərkibində narkotik maddələr olan çətənə bitkiləridir, dibləri yumşaldılmaqla su və peyin tökülərək aqrotexniki qaydada qulluq olunmuşdur. O, bu barədə X5ə bildirdikdən sonra o, da Təqsirləndirilən şəxs həmin bitkiləri özünün, yəni onun əkdiyini soruşmuş, Təqsirləndirilən şəxs da «bəli» deməklə özünün əkdiyini bildirmişdir. Bundan sonra həmin yerdə əkilmiş bitkilər tək-tək kökündən çıxarılaraq sayılmış və çətənə bitkilərinə oxşar bitkilərin ümumilikdə 102 ədəd olması müəyyən edilərək bir ədəd sintetik torbada qablaşdırılıb möhürlənmiş, iştirakçılar da bitkilərin qablaşdırıldığı sintetik torbanın üzərinə yapışdırılmış kağızın üstünə imza etdikdən sonra çətənə bitkilərinin əkildiyi yerdə olan 01 ədəd bel və 01 ədəd toxa ilə birlikdə götürülmüş və bu barədə protokol tərtib edilib oxunduqdan sonra düzgün yazıldığını görüb protokola imza etmişdir. Bundan sonra isə o, Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu. Arzu qəsəbəsindəki evin həyətyanı torpaq sahəsində aşkar edilmiş narkotik tərkibli çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərilməklə əkilib-yetişdirilməsi barədə rəy yazaraq müstəntiqə təqdim etmişdir. Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu, Arzu qəsəbəsindəki evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsinin görüntüləri Xaçmaz RPŞ-nin Növbətçi Hissəsinin sürücü polis nəfəri, polis serjantı Şahid4 tərəfindən əvvəldən axıra kimi video çəkiliş vasitəsi ilə qeydə alınmışdır. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2024-cü il tarixli “əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair” qərar, eyni tarix və məzmunlu raportdan görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayonu Arzu kəndində yaşadığı mənzilin həyətyanı sahəsində narkotik vasitə olan çətənə kollarının kultivasiyası ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş 28 iyun 2024-cü il tarixli “baxış keçirilməsi” haqqında protokol və həmin protokola əlavə edilmiş CD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu, Arzu qəsəbəsindəki evin sağ yan tərəfində torpaqda və plastmas dibçəklərdə əkdiyi 64 ədəd, evin arxa tərəfindəki məftil torla çəpərlənmiş torpaq sahəsində əkdiyi 102 ədəd olmaqla ümumi çəkisi 2320 qram olan külli miqdarda, cəmi 166 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar olunmuşdur. Təqsirləndirilən şəxs görüntüdə olan şəxsin özü olduğunu bildirmişdir. Cinayət işinin materiallarında olan 28 iyun 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu, Arzu qəsəbəsindəki yaşayış evinin həyətindəki narkotik tərkibli bitkiləri əkib yetişdirdiyi yerə baxış keçirilərkən aşkar edilərək götürülmüş ümumilikdı 166 (yüz altmış altı) ədəd yaş vəziyyətdə olan bitkilər tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləridir. Onların dibləri boşaldılmış, diblərinə gübrə verilmiş, aqrotexniki qaydada qulluq edilməklə kultivasiya edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə-bioloji ekspertizasının 29 iyun 2024-cü il tarixli 3-16-16/2-7/1069 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində «Təqsirləndirilən şəxs evinin bağ sahəsinin...» yazıları olan sintetik torbada 102 (yüz iki) ədəd yaş vəziyyətdə, ümumi çəkisi 1180 qram və ağ kağız üzərində «Novruzovun yaşadığı sahəsindən...» yazıları olan sintetik torbada 64 (altmış dörd) ədəd yaş vəziyyətdə, ümumi çəkisi 1140 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Ümumi sayı 166 (yüz altmış altı) ədəd çətənə (kannabis) bitkilərinin ümumi çəkisi 2320 qramdır. Aqronomun rəyinə əsasən həmin çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan ambulator məhkəmə-narkoloji ekspertizasının 23 avqust 2024-cü il tarixli 5813 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan Xaçmaz Rayon Məhkəməsinin 30 iyun 2024-cü il tarixli qərarı ilə Xaçmaz Rayon Polis X2 Qrupunun baş əməliyyat müvəkkili polis mayoru Şahid1 "Əməliyyat tədbirinin keçirilməsi barədə” 28 iyun 2024-cü il tarixli qərarı qanuni hesab edilmişdir. Cinayət işinin materiallarında olan 01 iyul 2024-cü il tarixli “maddi sübut kimi tanınma haqqında” və 03 oktyabr 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsinə baxış keçirilərkən aşkar edilərək götürülmüş ekspertiza keçirildikdən sonra qalıq çəkisi 2316,68 qram olan narkotik təbiətli çətənə (kannabis) bitkiləri, 01 ədəd bel və 01 ədəd toxa maddi sübut kimi tanınaraq Xaçmaz RPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu Arzu kəndindəki evin həyətinə baxış keçirilməsinin video görüntülərini əks etdirən 01 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının Müşkür kənd İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Xaçmaz rayon İHB-nın Hacıəlibəy kənd İƏD-nin Arzu qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs barəsində Hacıəlibəy İƏD-si üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməllərini törətməsini cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə tam sübuta yetirilmiş hesab edir. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İİİ siyahısının 1.2-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan çətənə növlü bitkilərin xeyli miqdarının yuxarı həddi 3-15 ədəd (6-30 hissə), külli miqdar daxil olmaqla aşağı həddi isə 16 ədəd (31 hissə) müəyyən edilmişdir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi və ya yetişdirilməsidir (maddə 1.0.6); narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına, narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hərəkətlərdir (maddə 1.0.7) hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 21-ci bəndində hüquqi mövqe ifadə olunaraq izah edilmişdir ki, əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsinin sanksiyaları həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 28 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Xaçmaz Rayon Məhkəməsinin 30 iyun 2024-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu 28 iyun 2024-cü il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu 28 iyun 2024-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki iş üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Xaçmaz RPŞ-nin maddi sübutların saxlama otağına təhvil verilmiş Təqsirləndirilən şəxs evinə baxış keçirilərkən aşkar edilərək götürülmüş ekspertiza keçirildikdən sonra qalıq qalmış 2316,68 qram olan narkotik təbiətli çətənə (kannabis) bitkiləri, 01 ədəd bel və 01 ədəd toxa məhv edilməli, 01 ədəd CD diskin cinayət işi materiallarında saxlanması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 89 (səksən doqquz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə təqsirli bilinib 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 28 iyun 2024-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan qalıq çəkisi 2316,68 qram olan narkotik təbiətli çətənə (kannabis) bitkiləri, 01 ədəd bel və 01 ədəd toxa məhv edilsin, 01 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 89 (səksən doqquz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-818/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-818/2024
24.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver