Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-82/2022 16.11.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs– Zərərçəkmiş şəxs Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, xx.xx.1957-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Sumqayıt şəhər 7 nömrəli tam orta məktəbdə gözətçi işləyən, əvvəllər məhkum olunmuş, Sumqayıt şəhəri, Corat qəsəbəsi ev 512də qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, 21 may 2021-ci il tarixdə saat 06:30 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsində yaşadığı 512 nömrəli fərdi evin həyətində olarkən Zərərçəkmiş şəxs və Şahid1 özgənin əmlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Təqsirləndirilən şəxs evindən oğurluq etmək istəyərkən əvvəlcə qanunsuz olaraq həyətə daxil olmuş Zərərçəkmiş şəxs həyətə daxil olmasını görüb ona yaxınlaşmış, bunu görən Şahid1 oradan uzaqlaşıb getmiş, həmin vaxt Zərərçəkmiş şəxs onu vurub yerə yıxması səbəbindən həyətdəki işlək vəziyyətdə olmayan soyuducudan götürdüyü bıçaqla sonuncunu 2 dəfə vuraraq ona döş qəfəsinin sağ yarısının ön səthinin döş və qarın boşluğuna keçən kəsilmiş-deşilmiş yarası, qaraciyərin və diafraqmanın sağ künbəzinin kəsilmiş-deşilmiş yarası kimi insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmaya aid xəsarət yetirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməl üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, məktəbdə gecə növbəsində gözətçi işləmişdir. Evdən çıxanda qapıya həmişə nişan vururmuş, ayın 18-i işdən evə gələndə görmüşdür ki, nişan pozulmuşdur. Evə daxil olanda görmüşdür ki, nəvələrinə aid olan velosipedlərdən biri yoxdur. O, bu barədə heç kimə heç nə bildirməmişdir. Qapıya yeni nişan vurub işə getmişdir. İşdən evə qayıdanda qapıya qoyduğu nişanın yenidən pozulduğunu görmüşdür. Bu dəfə digər velosipedində olmadığını görmüş və bu hadisə ona çox pis təsir etmişdir. Bu səbəbdən 3 günlük ərizə yazaraq işdən icazə almışdır ki, evə girən oğruları tapsın. Qapını bu dəfə çöldən bağlamışdır ki, onlar yenə əmin onsunlar ki, evdə heç kim yoxdur. Səhər saat 6 olmuş, birdən qulağına səs gəlmiş, kiminsə siqaretin boş qutusunu tulladığını eşitmişdir. Yenidən səs gəlmişdir. Biri alçaqboy digəri isə hündür boy oğlanın həyətinə girdiyini hiss etmişdir. Sonradan adını bildiyi Anar adli şəxs içəri gəlmişdir. Həmin şəxslər onu görməsinlər deyə gizlənmişdir. Sonradan adını bildiyi Məhəmməd adlı şəxs qapının yaninda dayanmışdır. Məhəmməd onu görmüşdür. Həmin şəxslərdən 2 metr aralıda dayanmışdır. Anar evin içərisində olmuş, çöldə olan Məmmədə içəri keçməsini demişdir. Məmməd ona demişdir ki, onu evə gətirmişlər. Bundan sonra Məmməd onun üzərinə gəlmiş, həmin vaxt o, həyətdə olan köhnə soyuducunun üzərinə yıxılmış, həmin an Məmməd qaçıb getmişdir. Hadisə zamanı heç kimə xəsarət yetirməmişdir. Əgər mən kimisə bıçaqla vurmuş olsaydı o, 2000 metr yolu gedə bilməzdi. Onun onun evinə daxil olanların ayaq ve qollarını bağlayıb DİN-nin 102 xidmətinə zəng vurmaq olmuşdur. O, ibtidai istintaqda da bu sözləri demiş, latın dilini bilməmiş, müstəntiq mənə başqa bir şey oxuyub başqa bir şey imzalatmışdır. Məhkəmədə elan olunaraq tədqiq olunmuş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində, özünü Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi ev 512-də tək yaşayır. Sumqayıt şəhər 7 nömrəli tam orta məktəbdə gözətçi işləyir. Bu səbəbdən gecələr evdə olmur. Lakin son günlərdə işdən evə gələndə evdə bəzi əşyaların olmadığını, evimdən oğurluq edildiyini aşkar etmişdir. Həmin oğurluqlar 18 may 2021-ci il tarixdən 19 may 2021-ci il tarixə keçən gecə və 19 may 2021ci il tarixdən 20 may 2021-ci il tarixə keçən gecələrdə baş vermişdir. Həmin oğurluqlar zamanı evindən aliminum materialdan olan 2 ədəd tas, 5 ədəd qazan, nəvəsinə aldığı velosiped və bəzi əşyalar oğurlanmışdır. Evində mütəmadi baş verən oğurluqlara görə məcbur olub işlədiyi məktəbin direktorundan 3 günlü icazə almışdır ki, evində oturub evinə oğurluğu girən şəxsi və ya şəxsləri ifşa edib onları polisə təqdim etmişdir. İcazə aldığı gün 20 may 2021-ci il tarixdən 21 may 2021-ci il tarixə keçən gecə evdə olmuşdur. 21 may 2021-ci il tarixdə səhər saat 06:30 radələrində yaşadığı evin həyətindəki toyuq hininin qabağında yığılmış kərpic üzərində uzandığı zaman hasarın digər tərəfindən səs eşitmişdir. Bir qədər sonra həmin səs təkrarlanmış, daha sonra hasardan 2 nəfər şəxsin həyət qanunsuz daxil olduğunu aşkar etmişdir. Onlardan biri alçaqboylu, digəri isə hündürboylu olmuşdur. Alçaqboylu şəxs irəlidə, hündürboylu şəxs isə ondan arxada evə tərəf getmişlər. Əvvəlcə alçaqboylu şəxs evə daxil olmuş, hündürboylu şəxs isə evin giriş qapısının yanında qalmışdır. O, sakitcə onların onu görmədiyi şəraitdə qapının yanında dayanan şəxsə yaxınlaşmış və o, bir an onunla üzbəüz qalanda ona evə girməsini demişdir. Məqsədi onu və yanındakı şəxsi evdə saxlayıb polisə təhvil vermək olmuşdur. Lakin qapıda dayanan şəxs yerdən torba götürüb üstünə gəlmiş və onu vurub yerə yıxmışdır. O, yaxınlıqdakı işlək vəziyyətdə olmayan soyuducudan bıçaq götürüb həmin bıçaqla ona zərbə vurmuşdur. Neçə zərbə vurması yadına gəlmir. Zərbənin təsirindən həmin şəxs qaçıb getmişdir. Daha sonra evə qalxmış və evdə olan alçaqboylu şəxsi tutub ona mətbəxə keçməsini demişdir. Həmin şəxs mətbəxə keçəndən sonra ondan kim olduğunu bilib-bilmədiyini soruşmuş, həmin şəxs bilmədiyini deyəndən sonra ona bu evin Dəyanətin evi olduğunu demişdir. Ondan Ədalət olub-olmadığını soruşanda Ədalət olduğunu demişdir. Həmin vaxt o, “Ay Allah” demiş, daha sonra o, Coratdan olduğunu deyəndə, kimin oğlu olduğunu soruşmuşdur. Həmin şəxs atasının adını desə də, o, tanımamışdır. Daha sonra əmisinin və dayısının adını soruşmuş, əmisini tanımasa da, dayısını tanımışdır.Həmin şəxs yanında gələn şəxsin adını bilmədiyini, onu bura onun gətirdiyini bildirmişdir. Sonra o, həyətə çıxıb ehtiyat açarı götürmək istəyəndə, həmin alçaqboylu şəxs də qaçıb getmişdir. Lakin o, alçayboylu şəxsin evini soraqlaşıb onun evinə getmiş və hadisə barədə onun valideynlərinə deyib ona öz iradını bildirmişdir. 23 may 2021-ci il tarixdə isə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Səbəb isə vurduğu şəxsin xəsarət alması olmuşdur. Vurduğu şəxsin adı isə Zərərçəkmiş şəxsdir, digərinin adı isə Anardır. Mübahisə 21 may 2021-ci il tarixdə saat 06:30 radələrində yaşadığı evin həyətində baş vermişdir. Həmin vaxt orada onlardan başqa heç kim olmamışdır. Məmmədi bıçaqla vuranda onu öldürmək niyyəti olmamışdır. Belə ki, əgər onu öldürmək istəsə idi, onu yenidən vurmağa imkanı olmuşdur. Hadisə zamanı istifadə etdiyi bıçağı hazırda xatırlamadığı yerdə yerə atmışdır. (cild 1, iş vərəqə 75-77, 87-89) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi şübhəli şəxs qismində ilkin ifadəsindən görünür ki, Corat qəsəbəsində yerləşən 7 nömrəli tam orta məktəbdə gözətçi işləyir, axşam saat 21-dən səhər 07 qədər həmin məktəbdə növbədə olmuşdur. 18, 19 may 2021-ci il tarixlərində evdə olmadığı zamanı evə kiminsə daxil olduğuna şübhələnmişdir. Ona görə də 20 may 2021-ci il tarixdə 21 may 2021-ci il tarixə keçən gecə yaşadığı evdə qalmış və oğruları gözləməyə başlamışdır. Ona görə də işıqları söndürmüş və həyətdə olan toyuq hininin yanında oğruları gözləməyə başlamışdır. Oğrunun tək gəlməyəcəyini düşündüyü üçün evdən mətbəx bıçağını götürmüşdür.21 may 2021-ci il tarixdə saat 06:30da yaşadığı evə oğruların girdiyi görmüş, həmin vaxt oğruları onu görməmişlər, çünki əvvəllər OMON-da işləmiş, xüsusi olaraq gizlənməyi bacarmışdır. Həmin vaxt iki nəfər şəxsin hasardan evin həyətinə keçdiklərini və evə açıq qapıdan daxil olduqlarını görmüşdür. Həmin vaxt evə daxil olanlardan biri çöldə qalmış və ona məxsus aliminium süzgəci əlində saxlamışdır. Həmin adama dərhal yaxınlaşmış, içəri keçməsini bildirmişdir. Lakin həmin şəxs müqavimət göstərmiş, onu qorxutmaq və özünü müdafiə etmək üçün həmin şəxs bıçaqla vurmuşdur. Bundan sonra həmin şəxs əlində olan oğurladığı əşyaları qoyub qaçmışdır. Daha sonra evə daxil olmuş evdə olan digər şəxsin kim olduğunu öyrənmiş, onu tutaraq valideynlərinin yanına aparmaq istəmiş, lakin həmin şəxsdə oradan qaçaraq uzaqlaşmışdır. (cild 1 iş vərəqə 49-50) Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, hadisə zamanı Ədalətgilin evinin qarşısında Şahid1ı gözləmişdir. Əvvəllər Təqsirləndirilən şəxs tanımamışdır. Şahid1 da cəmi 2 dəfə görmüşdür. Evinə çatanda Anar qapıya yaxınlaşmış, o, isə kənarda dayanmışdır. Bir qədər sonra səs küy olmuş və yaxınlaşanda görmüşdür ki, evin həyətindən sonradan Ədalət kimi bildiyi şəxs çıxmış və bir əlində bıçaq, digər əlində isə balta olmuşdur. Ədalət onu evin həyətinə salmağa çalışmışdır. O, qapıdan içəri baxanda görmüşdür ki, Anar yerdə uzanmış vəziyyətdə inildəyir. O, Anara baxan zaman Ədalət ona bıçaqla 2 zərbə endirmişdir. Oğurluq niyyəti ilə Ədalətinin evinə getməmişdir. Təqsirləndirilən şəxsi bağışlamış, heç bir şikayət və tələbim yoxdur. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmədə elan olunaraq araşdırılmış Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Anar adlı tanışının ona borcu olmuşdur. Anar ona bildirmişdir ki, Sumqayıt şəhəri, Corat qəsəbəsində Ədalət adlı şəxsin ona borcu vardır, ondan borcunu alıb pulunu verəcək. Bu məqsədlə onun evinə getmişdir. Onlar səhər saat 06:30 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən məscidin yanında görüşüb onun evinə getmişlər. Evinə çatanda Anar qapıya yaxınlaşmış, o, isə kənarda dayanmışdır. Bir qədər sonra səs küy olmuş və yaxınlaşanda görmüşdür ki, evin həyətindən sonradan Ədalət kimi bildiyi şəxs çıxmış və bir əlində bıçaq, digər əlində isə balta olmuşdur. Ədalət onu evin həyətinə salmağa çalışmışdır. O, qapıdan içəri baxanda görmüşdür ki, Anar yerdə uzanmış vəziyyətdə inildəyir. O, Anara baxan zaman Ədalət ona bıçaqla 2 zərbə endirmişdir. O, Ədalətə təpik zərbəsi vurandan sonra yerə yıxılmış və həmin vaxt qaçmağa başlamışdır. Bir qədər qaçandan sonra vəziyyətinin yaxşı olmadığını, nəfəs ala bilmədiyini hiss etmiş və “Uvento” idman zalının yanında yerə yıxılmış və huşu getmişdir. Ayılanda isə artıq Sumqayıt şəhər TTYX-da olmuşdur. Ona ilkin yardım edilmişdir. (cild 1, iş vərəqə 56-58) Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Məmməd adlı şəxslə 2-3 gün idi ki, tanış olmuşdur. Onu Sumqayıt şəhər sakini kimi tanımışdır. Aralarında ədavət və düşmənçilik olmamış və əvvəllər aralarında ədavət olmamışdır. Bir neçə gün bir yerdə gəzib dolaşdıqdan sonra öz aralarında oğurluq etmək qərarına gəlmişlər. Onlar Corat qəsəbəsində yerləşən hər hansı yaşayış olmayan evdən oğurluq etməyi planlaşdırmışdır. 21 may 2021-ci il tarixdə səhər saat təxminən 07 radələrində ünvan 1 ünvanına gəlmişdir. Sonradan həmin evin Ədalətə məxsus olduğunu öyrənmişdir. Əvvəlcə Məmməd hasardan aşıb içəri daxil olmuş, sonra isə o, hasardan içəri keçmək istəyəndə sonradan adının Ədalət olduğunu bildiyi şəxin Məmmədə yaxınlaşıb ona nəsə dediyini görmüşdür. O, başa düşmüşdür ki, ədalət evin sahibidir, ona görə də hasardan içəri keçməkdən imtina etmiş və həmin evdən uzaqlaşmışdır. Sonradan onlar arasında nə baş verməsini bilməmişdir. Bir –iki sonra isə həbs olunduğu üçün ümumiyyətlə heç nə ilə maraqlana bilməmişdir. Hadisə barədə başqa məlumatı yoxdur. Həmin evə oğurluğa getmişlər, əvvəlcə Məmməd içəri daxil olmuş, o, içəri keçmək istəyəndə Ədaləti görüb içəri daxil olmamış və oradan uzaqlaşmışdır. Məmmədin bıçaqlanmasını görməmiş və sonra da tutulduğu üçün eşitməmişdir. Onun Ədalətlə söz-söhbəti olmamışdır. Hadisə zamanı nə o, kiməsə xəsarət yetirmiş, nə də ona kimsə xəsarət yetirmişdir. Şahid2 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. Aralarında ədavət olmamış, münasibətləri daim yaxşı olmuşdur. Ədalət Sumqayıt şəhəri, Corat qəsəbəsi ev 512-də yaşayır, özü isə ünvan 2 ünvanda tək yaşayır. Onun oğlu X3 2002-ci ildə vəfat etmişdir. Sonradan isə ailəsi rəsmi olaraq ondan ayrılmasa da, hazırda ayrı yaşayırlar. Oğlu öldükdən sonra Ədalətin əsəbləri olduqca korlanmışdır. 23 may 2021-ci il tarixdə saat 15-16 radələrində yaşadığı evdə olduğu zaman qonşulardan eşitmişdir ki, Ədalət Sumqayıt şəhər Polis idarəsinə aparmışlar. O, nəyə aparıldığını soruşanda bildirmişlər ki, Ədalətin evinə oğrular girmişdir, o, da yaşadığı evin qarşısında oğrularla əl-bəyaxa olmuş, birini tutmuş, digəri isə qaçıb getmişdir. Bildiyinə görə Ədalətin evinə girən oğruların sayı 2 nəfər olmuş, onlardan biri Ədalətin başına torba keçirmək istəmiş bu zəmində aralarında mübahisə olmuşdur. Polis idarəsinə gələndə isə Ədalətin evinə girən oğrulardan birini bıçaqla vurduğuna görə tutulduğunu öyrənmişdir. Daha sonra o, Ədalətin vurduğu şəxsin Sumqayıt şəhər TTYX-da olduğunu öyrənib onun yanına getmişdir. Həmin şəxsin adı Məmməd olmuşdur. Ondan niyə evə girdiyini soruşanda bildirmişdir ki, onu Ədalətin evinə Anar adlı şəxs aparmışdır. Belə ki, guya Anarın ona borcu olmuş, buna görə onu Ədalətin evinə aparmışdır. Nəyə görə Ədalətin evinə apardığını soruşanda, Məmməd bununla bağlı ona dolğun cavab verməmişdir. Bildiyinə görə Anar adlı şəxs Ədalətin evindən bir neçə dəfə oğurluq etmişdir. Belə ki, Ədalət məktəbdə gözətçi işləyir və gecələr çox vaxt evdə olmur. X5 evindən velosiped oğurladığını da eşitmişdir. Buna görə Ədalət Anarın evinə gedib anasına da şikayət etmişdir. (cild 1, iş vərəqə 121-122) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsi hadisə yerində yoxlanmış, sonuncu, Zərərçəkmiş şəxs xəsarət yetirdiyi yeri əyani şəkildə göstərmişdir. (cild 1, iş vərəqə 160-163). Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdiyini etiraf etmişdir. (cild 1, iş vərəqə 94-97) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 1056 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarət aşkar edilmişdir: döş qəfəsinin sağ yarısının ön səthinin döş və qarın boşluğuna keçən kəsilmiş-deşilmiş yarası, qaraciyərin və diafraqmanın sağ künbəzinin kəsilmiş-deşilmiş yarası. Qeyd olunan xəsarət deşici-kəsici əşyanın (alətin), ola bilsin ki, bıçağın təsirindən yaranmışdır, zərərçəkənin tibbi yardıma müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən vaxtda, yəni xx.xx.2021-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir. Xəsarətlərin xarakterinə, lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətin vət. Zərərçəkmiş şəxs öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi inandırıcı deyil. (cild 1, iş vərəqə: 175-177) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X2 Kompleks Ambulator məhkəməpsixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 2134 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs oğlu ona ittiham olunan əməl barəsində ANLAQLİ hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyacı yoxdur.Məhkəmə-psixoloji ekspertizası üzrə belə nəticəyə gəlinir ki, Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Qıcığa qarşı həssaslıq, emosional qeyrisabitlik, neqativ amillərə qarşı dözümsüzlük, inadkarlıq, kobudluq, impulsivlik kimi fərdipsixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində hirslilik, qəzəb yaranmışdır. Cinayət əməlini törədərkən Təqsirləndirilən şəxs keçirdiyi emosional halın yaranması fərdi-psixi xüsusiyyətlər fonunda situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa meyillilik əlamətləri müşahidə edilmədi.Lakin fərdi-psixi xüsusiyyətlərinə görə situasiyanı öz xeyrinə yönəldib danışa bilər. (cild , iş vərəqə: 178-181) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyinin xx.xx.2020-ci il tarixli, 445/2021-MTBŞ saylı rəyindən görünür ki, maddi sübutların məhkəmə-tibbi tədqiqinə əsasən belə nəticəyə gəlinir ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu : AB/İV/./Şəxsiyyəti təsdiq edən portal axtarış vərəqəsinin kserosurətinə əsasən. Ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs idman koftası, köynək, qısaqol mayka, cins şalvar, idman şalvarı insan qanı ləkələri aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq edildikdə “A” və “B” antigenləri alındı. Beləliklə, bu qan ləkələri AB/İV/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. (cild 1, iş vərəqə: 132-136) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyinin xx.xx.2020-ci il tarixli, 297/MTKŞ-2021 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus uzunqol köynəyin, qısaqol köynəyin və koftanın hər birinin ön səthinin sağ yarısında bir ədəd, hər birinin ön səthinin sol yarısında bir ədəd deşilmiş-kəsilmiş zədə var. Bu zədələr iti ucu, ülgücü və küpü olan yastı tiyə tipli deşici–kəsici alətin (alətlərin) təsirindən törənmişlər. Ekspertizaya təqdim edilmiş paltarların (uzunqol köynəyin, qısaqol köynəyin və koftanın) üzərində olan deşilmiş –kəsilmiş zədələr bir alətin, yaxud oxşar konstruksiyalı iki alətin tiyəsinin təsirindən törənə bilər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus idman şalvarının ön səthinin sağ yarısında üç ədəd cırılmış zədə var. Bu zədələr küt yaranma mexanizminə malikdir və dartılma nəticəsində törənməyə uyğun gəlir. Ekspertizaya təqdim edilmiş idman şalvarının sağ ayağının ön səthinin orta hissəsində (diz nahiyəsinə uyğun) “sürtünmə sahəsi” var. Bu zədə mexanizmlə, hər hansı bir şərt predmetlə (səthlə) qarşılıqlı təsir (sürtünmə) nəticəsində törənməyə uyğun gəlir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus cins şalvarın üzərində zədə aşkar edilmədi. (cild 1, iş vərəqə: 137-140) Cinayət işi üzrə Zərərçəkmiş şəxs məxsus 01 ədəd cins şalvar, 01 ədəd idman şalvarı, 01 ədəd yaxası düyməli köynək, 01 ədəd uzunqol köynək və 01 ədəd mayka maddi sübut kimi tanınaraq saxlanılmasından ötrü Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. (cild 1, iş vərəqə: 198-207) Cinayət işi materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs oğlunun ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Həmçinin, iş üzrə Təqsirləndirilən şəxs məhkumluğu barədə DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, sonuncunun ödənilməmiş məhkumluğu yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirməməsi, ələyaxa olduqdan sonra Məmmədin qaçıb getməsi barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ilkin şübhəli və təqsirləndirilən şəxs qismində ifadə verərkən, eyni zamanda Zərərçəkmiş şəxs ilə aralarında videoçəkilişlə üzləşdirmə istintaq hərəkəti keçirilən zamanı və ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs vurduğunu etiraf etmişdir. Lakin sonra ifadələrini ümumiyyətlə Zərərçəkmiş şəxs xəsarət yetirmədiyini göstərmişdir. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində Zərərçəkmiş şəxs özünümüdafiə məqsədi ilə vurması barədə göstərdikləri ilə əlaqədar qeyd etmək istəyir ki, təqsirləndirən şəxs OMON-da xidmət etdiyi üçün özünə güvənərək əvvəlcədən niyyəti onu evinə oğurluğa girən şəxsləri tutub cəzalandırmaq olmuş, bu niyyətlə gizlənərək üzərində mətbəx bıçağını saxlamış və evinə daxil olan şəxslərin hər ikisini tutub evində saxlamaq istəmişdir. Məhkəmə hesab edir ki, özünümüdafiə zamanı qəsd qəflətən yaranmış olur, Təqsirləndirilən şəxs isə qəsdi hadisədən bir neçə gün əvvəl yaranmış, o bu məqsədlə işdən icazə almış, hadisə zamanı mətbəx bıçağını götürərək həyətdə gizlənərək özünə mövqe seçmiş və həyətinə daxil olan şəxsi evinə keçməsini istəyərkən sonuncu müqavimət göstərdiyindən onun üzərinə gəldiyindən bıçaqla zərərçəkmiş şəxsə xəsarət yetirmişdir. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş ilkin etiraf ifadələrini iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın həddini müəyyənləşdirərkən və cəzanı fərdiləşdirərkən təqsirləndirilən şəxsin şəxsiyyət əleyhinə yönəlmiş əməli törətdiyi anda qəsdin yaranma vaxtını, cinayətin edilmə üsulunu və hərəkətlərinin intensivliyini, habelə cinayət əməlini törətdikdən bilavasitə sonrakı davranışını da diqqətdə saxlayır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə sonradan barışıq əldə etməsini, 59.1.8ci maddəsinə əsasən cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətməsi, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən gənc yaşda oğlunun vəfat etməsini təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.2-ci maddəsinin tələblərinə əsasən cəzanı yüngülləşdirən halların məcmusunu müstəsna hal hesab edərək, həmçinin həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivini də müstəsna hallar hesab edərək, habelə Təqsirləndirilən şəxs cinayətinin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan halları yəni hadisəni zərərçəkmiş şəxsin qanunsuz əməlləri nəticəsində törətməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyası ilə müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzadan daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cinayət qanunvericiliyinin ədalət və humanizm prinsiplərinə uyğun və cəzanın məqsədlərinə müvafiqdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 23 may 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Sumqayıt şəhər prokurorunun 25 may 2021-ci il tarixli qərarı ilə həbsdən azad edilmiş, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə göstərilənləri nəzərə almaqla və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət qanununun maddələrinin sanksiyası ilə müəyyən edilmiş cəza növündən daha yüngül cəza növünün təyin edilməsini əsaslı hesab edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddəti Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı, təqsirləndirilən şəxsin 23 may 2021-ci il tarixdən 25 may 2022-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 4 gününə bərabər tutulmaqla, həmin müddət təyin olunan cəzadan çıxılaraq qəti cəza təyin edilməlidir. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin törətdiyi əməldən peşman olmaması, əməlini səmimi etiraf etməməsi səbəbindən ona CM-nin 70-ci maddəsini tətbiqini əsaslı hesab etmir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Sumqayıt şəhər Polis İdarəsində saxlanılan Zərərçəkmiş şəxs məxsus 01 ədəd cins şalvar, 01 ədəd idman şalvarı, 01 ədəd yaxası düyməli köynək, 01 ədəd uzunqol köynək və 01 ədəd mayka özünə qaytarılmalı, qəbul etmədikdə isə məhv edilməlidir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında», «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq edilməklə 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 23 may 2021-ci il tarixdən 25 may 2022-ci il tarixədək 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 4 gününə bərabər tutulmaqla, həmin müddət təyin olunan cəzadan çıxılsın və onun üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın və o, həmin cəzanı yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 24:00-dan 05:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri, Abşeron rayonu ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası Sumqayıt Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınmış Sumqayıt şəhər Polis İdarəsində saxlanılan Zərərçəkmiş şəxs məxsus 01 ədəd şalvar, 01 ədəd idman şalvarı, 01 ədəd köynək, 01 ədəd uzunqol köynək və 01 ədəd mayka özünə qaytarılsın, qəbul etmədikdə isə məhv edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-82/2022
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-82/2022
16.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver