Məhkəmə qərarları › İş №1(124)-82/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-82/2023

24.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-82/2023 24.08.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx.xx.1993-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, orta təhsilli, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 13 noyabr 2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (Siyahı İ) daxil edilmiş bir ədəd sellofon paketə bükülmüş təmiz çəkisi 1,497 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini 20 manat müqabilində əldə edib, üzərində saxlayaraq, Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev qəsəbəsinə daşımış, 13 noyabr 2021-ci il tarixdə saat 13:50 radələrində Abşeron RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev qəsəbəsi, 73 saylı evin yaxınlığında saxlanılaraq Abşeron RPİ-yə gətirilib, inzibati binanın xidməti otaqlarının birində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qəhvəyi rəngli qış gödəkçəsinin sağ yan cibində saxladığı, həmin bir ədəd sellofona bükülmüş 1,497 qram çəkidə qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs “İnstaqram” sosial şəbəkəsi vasitəsilə tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan “Məhəmməd” adlı İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, sonuncunun satış məqsədi ilə İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli göndərdiyi və bu yolla qanunsuz əldə etdiyi külli miqdarda narkotik vasitələri və psixotrop maddələri onun istifadəsi üçün veriləcək müəyyən miqdarda narkotik vasitə və psixotrop maddə müqabilində “Məhəmməd” adlı şəxsin tapşırığı ilə ayrı-ayrı yerlərə qoymaqla Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop madələrin satışını həyata keçirməklə vasitəçilik etməsi barədə ümumi razılığa gəlmiş, xx.xx.2021-ci il tarixdə bir qrup şəxs halında “Məhəmməd” adlı şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirib, Bakı şəhəri, Yasamal rayonu ərazisində qoyduğu selofan torbada ayrı-ayrı bükümlərdə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin sıyahısı”na (Siyahı İ) daxil edilmiş 07(yeddi) ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 0,379 qram, 0,470 qram, 0,426 qram, 0,571 qram, 0,375 qram, 0,332 qram, 19,312 qram ümumi çəkisi 21,865 qram olan narkotik vasitə heroini və 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin sıyahısı”na (Siyahı İ) daxil edilmiş 07(yeddi) ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 1,569 qram, 0,426 qram, 0,508 qram, 0,423 qram, 0,420 qram, 0,395 qram, 10,107 qram ümumi çəkisi 13,848 qram olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq, Xırdalan şəhərinə daşımış, xx.xx.2021-ci il tarixdə saat 00:40 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Abşeron RPİ-nin X2 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyəsi ilə məşğul olan şəxs kimi Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi 73 saylı fərdi yaşayış evinin qarşısında saxlanılıb, Abşeron RPİ-yə gətirilmiş və orada göstərilən tarixdə saat 01:50 də üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sol yan cibindən həmin ümumi çəkisi 21,865 qram olan qəhvəyi rəngli xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış markotik vasitə-heroin, çəkisi 13,848 qram olan ağ rəngli kristal şəkilli xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və üzərində heroin və metamfetamin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2021-ci il tarixdən tutulduğu tarixədək narkotik vasitə heroini çəkmə üsulu ilə istifadə etmişdir. Metamfetamin növlü narkotik vasitədən az istifadə etmişdir. Heroini tanımadığı şəxsdən almışdır. Atasının qəbrini ziyarət etmək üçün qəbiristanlığa getməyə hazırlaşarkən 13 noyabr 2021-ci il tarixdə saat 10-11 radələrində polis əməkdaşı Şahid1 qəfil qapını açaraq həyətə daxil olmuşdur. Onu Abşeron rayon Polis İdarəsinə aparmışlar. Videoçəkilişlə üzərində şəxsi axtarış keçirilmişdir. Sənədləşmə aparılmış, lakin daha sonra onu buraxmışlar. İkinci dəfə 21 dekabr 2021-ci il tarixdə axşam saat 10 radələrində İbrahim, Natiq, Elşad adlı polis əməkdaşları onu tutmuşlar. 22 dekabr 2021-ci il tarixdə təxminən saat 4-də sənədləşmə həyata keçirilmişdir. 21 dekabr 2021-ci il tarixdə polis əməkdaşları yaşadığı evə daxil olmuşlar. Evdəki ətir qabında 3 qram heroin olmuşdur. Həmin narkotik vasitənin fotoşəkillərini də çəkmişlər. Onu polis idarəsinə aparmaq istəyəndə evdə heç kimin olmadığını, biraz gözləməklərini, evin boş qalmaması üçün anası gəldikdən sonra getmələrini bildirmişdir. Anası gəldikdən sora onu aparmışlar. Abşeron rayon Polis İdarəsində evindən aşkar olunmuş narkotik vasitənin miqdarını artırmışlar. Daha sonra 13 manat pul, tərəzi və narkotik vasitə verərək, cibinə qoymağını bildirmişlər. 10 qram narkotik vasitə almış, 7 qramını istifadə etmiş, 3 qram narkotik vasitə qalmışdır. Həmin narkotik vasitə ilə tutulmuşdur. Tutulduqda 6 büküm narkotik vasitə olmuşdur. O, narkotik vasitə satmamışdır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində göstərmişdir ki, narkotik vasitə olan heroin istifadəçisidir və çəkmək yolu ilə qəbul edir. 22 dekabr 2021-ci il tarixdə saat 00:40 radələrində ünvan 1 ünvanın qarşısında dayanan zaman 3 nəfər polis əməkdaşları ona yaxınlaşıb, polis vəsiqələrini təqdim etdikdən sonra üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğu üçün onlarla birlikdə Abşeron RPt-nə getməli olduğunu bildirmişlər. O da polis əməkdaşlarına etiraz etmədən birlikdə polis idarəsinə gəlmiş, Abşeron RPİ-də xidməti otaqların birində ona hüquq və vəzifələri izah edilmiş, polis əməkdaşlarının və dəvət olunmuş müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşları ona üzərinə şəxsi axtarış keçiriləcəyə və əgər üzərində saxlanılması qadağan olunan əşya və predmet vardırsa təqdim etməsi bildirilmiş, bundan sonra əynində olan boz rəngli gödəkçənin sol yan cibindən 07 ədəd bükümdə heroini və 07 ədəd bükümdə metamfetamini, gödəkçəsinin sol iç cibindən 13 manat pulu sağ yan cibindən 01 ədəd elektron tərəzini əynində olan şalvarın sol yan cibindən 01 ədəd Sumsung markalı telefonu təqdim edərək masanın üzərinə qoymuş, mobil telefonun içərisində ***-***-**-** saylı mobil nömrə olmuşdur. Üzərinə daha sonra baxış keçirilmiş əlavə hər hansı qununla dövriyyəsi qadağan edilmiş əşya predmet narkotik vasitə aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi bükümlərdən heroin və metamfetamin elektron tərəzi ilə çəkilmiş, heroinin çəkisi 23,4 qram, metamfetaminin çəkisi 14,8 qram olmuş, sonra həmin kütlələr qablaşdırılmış və DİN-in 7 saylı möhürü ilə möhürlənmişdir. Göstərmişdir ki, həmin narkotik maddəni üç gün əvvəl, yəni 19 dekabr 2021-ci il tarixdə İran İslam Respublikası vətəndaşı olan adını “Məhəmməd” kimi bildiyi şəxsdən Yasamal rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etmiş, İran islam Respublikasının vətəndaşını heç vaxt görməmiş, onunla İnstaqram sosial şəbəkəsi vasitəsilə tanış olmuş, əlaqə nömrəsini bilmədiyini, onunla sosial şəbəkədə İnstaqram vasitəsi ilə danışmışdır, narkotik maddəni Yasamal rayonunda götürdüyü yeri hal- hazırda xatırlamır, çünki həmin vaxt narkotik maddəyə olan tələbatında ağrıları olduğundan özündə olmamış, bu səbəbdən həmin yeri xatırlamır. Bundan sonra mobil telefonu əhəmiyyət kəsb etdiyinə görə polis əməkdaşları tərəfindən götürülmüş, 13 manat pulu isə geri özünə qaytarılmışdır. Üzərindən aşkar edilmiş narkotik vasitəni İran İslam Respublikasının vətəndaşı “Məhəmməd” adlı şəxs kimi bildiyi şəxsdən paylamaq adı ilə götürsə də, heç kəsə satmamış, nə də ki, hədiyyə etməmiş, heç vaxt İran İslam Respublikasında olmamışdır. Bundan başqa, o, göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 13:50 radələrində yaşadığı evinin qarşısında, yəni Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsində dayanarkən polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş və ondan şübhələndikləri üçün Abşeron rayon Polis İdarəsinə gətirmişlər. Abşeron rayon Pİ-nin inzibati binasında yerləşən otaqların birində üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və ona hüquq və vəzifələrini izah edilmişdir. Bundan sonra razılığı ilə dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı ona üzərində qanunla saxlanılması qadağan edilmiş hər hansı əşya vardırsa, təqdim etməsi izah edilmişdir. Bundan sonra o, əynində olan qara rəngli gödəkçənin sol yan cibində kibrit qutusunda saxladığı bir büküm selofona bükülü heroini çıxarıb polis əməkdaşlarına təqdim etmiş, sonra videoçəkilişlə üzərində şəxsi axtarış keçirilmiş, lakin üzərində başqa saxlanılması qadağan olunmuş əşya aşkar edilməmişdir. Polis əməkdaşları onunla sorğu sual edərək üzərində aşkar edilmiş narkotik vasitə heroini haradan və nə məqsədlə əldə etdiyi soruşulmuş, o, da həmin narkotik vasitə heroini həmin günü səhər radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığım şəxsdən 20 manata əldə etdiyini və özünün şəxsi istifadəsi üçün əldə etdiyini bildirmiş, bundan sonra aşkar edilmiş narkotik vasitə heroin ekspertiza tədqiqatına təqdim edilməsi üçün polis əməkdaşları tərəfindən qablaşdırılmış və bu barədə protokol tərtib edilmiş, protokol düzgünlüyü imzalarla təsdiq edilmişdir. (Cild 1, iş vərəqləri 248-250) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Abşeron rayon Polis İdarəsinin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs barəsində narkotik vasitələri saxlanması, daşınması barədə əməliyyat məlumatı daxil olmuşdu. 13 noyabr 2021-ci il taruxdə günorta saatlarında Əməliyyat qrupu yaradılaraq, əməliyyat tədbiri həyata keçirilmişdir. Təqsirləndirilən şəxs saxlanılaraq, Abşeron rayon Polis İdarəsinə dəvət edilmişdir. Şəxsi axtarış həyata keçirilməzdən əvvəl videoçəkiliş vasitəsilə onun üzərində qadağan olunmuş hər hansı vasitə olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs üzərindəki narkotik vasitəni könüllü olaraq təqdim etmişdir. İdarənin xidməti otaqlarının birində videoçəkiliş vasitəsilə, müdafiəçinin iştirakı ilə şəxsin üzərində axtarış həyata keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən digər qadağan olunmuş vasitə aşkar edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. O, restoranda qabyuyan vəzifəsində işləyir. Axşam saat 21:45 radələrində işdən evə gəldikdə, həyətdə bir neçə nəfər polis əməkdaşlarının olduğunu görmüşdür. 3 nəfər polis əməkdaşı övladını döyürdülər. Oğlunu döyməkləri barədə soruşduqda onun sərxoş olduğu və üzərindən narkotik vasitə aşkar olunduğunu bildirmişlər. Şahid Nailə Cabarovanın məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsdur, oğlu Şahin onunla birlikdə eyni ünvanda yaşayır. 22 dekabr 2021-ci İl tarixdə oğlum Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən tutulması barədə məlumat almış, bundan sonra oğlunun tutulması ilə bağlı maraqlandıqda məlum olmuşdur ki, oğlu Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən fərdi evinin yaxınlığında olarkən polis əməkdaşları tərəfindən saxlanılmış və narkotik vasitələrin aludəisində şübhəli olduğu bildirilərək Abşeron rayon Pİ-nə dəvət edilmiş, Polis idarəsində müdafiəçinin iştirakı ilə və video çəkilişlə oğlunun üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı oğlunun əynində olan gödəkçənin sol və sağ yan cibində saxladığı bükümlərdə olan narkotik vasitə heroin və psixotrop maddə metamfetaminlər aşkar edilərək götürülmüşdür. Əlavə olaraq göstərmişdir ki, oğlu Təqsirləndirilən şəxs polis tərəfindən tutulanadək onun ümumiyyətlə narkotik vasitələrdən və yaxud psixotrop maddələrdən istifadə etməsindən xəbərsiz olmuş və onun belə hərəkətlərindən şübhələnməmişdir. Oğlunun narkotik vasitələri, həmçinin psixotrop maddələri haradan kimdən əldə etməsi barədə heç bir məlumatı yoxdur. (Cild 1, iş vərəqləri 89-91) Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyi bildirmiş və onun ifadəsinə əsasən Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə üzərində saxlaması, gəzdirməsi və Abşeron rayonu ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə əməliyyat məlumatı daxil olmuş, həmin şəxs külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq saxlamasında, gəzdirilməsində və dövriyyəsində şübhəli olduğu üçün xx.xx.2021-ci il tarixdə həmin şəxsin müəyyən olunub ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə tərəfindən qərar çıxarılmış və Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis mayoru Şahid4 və Abşeron rayon Polis İdarəsinin NMB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. 22 dekabr 2021 -ci il tarixdə saat 00:40 radələrində ünvan 2 ünvanının qarşısında keçirilmiş əməliyyat tədbirləri zamanı zahiri əlaməti onlara məlum olan Təqsirləndirilən şəxs piyada hərəkət edərkən müəyyən edilərək saxlanılmış, həmin şəxs özünü şübhəli apardığından üzərində şəxsi axtarış keçirilməsi üçün Abşeron rayon Pİ-nin inzibati binasına dəvət edilmişdir. Abşeron rayon Polis İdarəsində xidməti otaqların birində həmin şəxsin üzərində şəxsi axtarış keçirməzdən əvvəl texniki vasitə kimi videoçəkilişdən istifadə edilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündə narkotik vasitə və yaxud saxlanılması qadağan olunmuş hər hansı vasitə olub-olmadığını soruşulmuş və əgər vardırsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs həmin vaxtı əynində olan göy rəngli gödəkçənin sol yan cibindən 07 ədəd bükümdə qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütləni və 07 ədəd bükümdə ağ rəngli kristali şəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütləni, gödəkçənin sol iç cibindən 13 manat pulu, həmin gödəkçənin sağ yan cibindən 01 ədəd elektron tərəzini, əynində olan şalvarın sol yan cibindən üzərində ***-***-**-** saylı GSM mobil nömrə ilə işləyən bir ədəd Samsunq markalı mobil telefonu çıxarıb təqdim edərək masanın üzərinə qoymuş, daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirildi, şəxsi axtarış zamanı onun üzərindən başqa qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra təqdim edilmiş narkotik vasitə heroin çəkilmiş və çəkisinin qablaşdırma ilə birlikdə təxminən 23,4 qram olduğu, metamfetamin isə çəkildikdə çəkisinin təxminən 14,8 qram olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitəni və psixotrop maddəni sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşı «Məhəmməd» adlı şəxsin vasitəsi ilə Yasamal rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən polis əməkdaşları tərəfindən tutulmazdan 3 gün əvvəl götürdüyünü və həmin şəxsin göstərişi ilə ona deyilən ünvana qoymaq məqsədi ilə əldə etdiyini, bunun müqabilində həmin İran İslam Respublikası vətəndaşının ona istifadə etməsi üçün müəyyən miqdarda narkotik vasitə verəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitə heroinə bənzər və psixotrop maddə metamfetaminə bənzər kütlələr zərfə qoyularaq möhürlənmiş və DİN-nin 7 saylı möhürü ilə möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. Tərtib edilmiş protokol hər bir iştirakçı tərəfindən imzalarla təsdiq edilmiş və təqdim edilmiş bir ədəd Samsunq markalı mobil telefon sübut əhəmiyyətli olduğundan tərəfimizdən götürülmüş, 13 manat pul isə Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Hazırda Təqsirləndirilən şəxs narkotik vasitə heroinə bənzər və psixotrop maddə metamfetaminə bənzər kütlələri əldə etdiyi şəxsin və həmin kütlələri qeyd olunan əraziyə qoymuş şəxsin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilməkdədir. (Cild 1, iş vərəqləri 183-185) Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis mayoru Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin saxlanması, daşınması və dövriyyəsi barədə əməliyyat məlumatı daxil olmuşdu. Əməliyyat qrupu yaradılaraq, əməliyyat tədbiri həyata keçirilmişdir. Təqsirləndirilən şəxs Abşeron rayonu, Xırdaln ərazisində saxlanılaraq, Abşeron rayon Polis İdarəsinə dəvət edilmiş, şəxsi axtarış həyata keçirilməzdən əvvəl videoçəkiliş vasitəsilə onun üzərində qadağan olunmuş hər hansı vasitə olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs üzərindəki narkotik vasitəni könüllü olaraq təqdim etmişdir. İdarənin xidməti otaqlarının birində videoçəkiliş vasitəsilə, müdafiəçinin iştirakı ilə şəxsin üzərində axtarış həyata keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs adlı şəxsin üzərindən qadağan olunmuş vasitə aşkar edilməmişdir. Narkotik vasitəni İran İslam Respublikasının vətəndaşı olan şəxsdən aldığını bildirmişdir. Soruşulduqda narkotik vasitələrin satışı ilə də məşğul olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən ona heç bir təzyiq göstərilməmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Abşeron rayon Polis İdarəsinin NMB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 da Şahid3la oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. (Cild 1, iş vərəqləri 180-183) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Şəxsi axtarış və götürmə aparılması haqqında” 22 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, əvvəlcə təqsirləndirilən şəxsə təklif olunur ki, üzərində qanunla qadağan edilmiş hər hansı əşya varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan gödəkcənin sol yan cibindən 07 ədəd bükümdə qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni və 07 ədəd bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütləni, həmin gödəkcənin sağ yan cibindən 01 ədəd elektron tərəzini təqdim etmişdir. (Cild 1, iş vərəqləri 31-33) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Şəxsi axtarış və götürmə aparılması haqqında” 13 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış keçirilən zaman əynində olan qəhvəyi rəngli qış gödəkçəsinin sağ yan cibində saxladığı, bir ədəd sellofona bükülmüş təmiz çəkisi 1,497 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. (Cild 1, iş vərəqləri 97-134) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Şəxsi axtarış və götürmə aparılması haqqında” 22 dekabr 2021-ci il və 13 noyabr 2021-ci il tarixli protokollarda əks olunan əməliyyat istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı iki ədəd disk istintaq materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəq 34,122) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu disklərə baxış keçirilməsinə dair 16 noyabr 2021-ci il və 23 dekabr 2021-ci il tarixli protokollarla, eləcə də həmin disklərə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı zamanı protokollarda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. (Cild 1, iş vərəq 65, 160) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 6/5579 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «....Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7...» dairəvi möhür əksləri, «X3 üzərindən aşkar edilmiş ....» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə 7 ədəd 0,375 qram, 0,332 qram, 19,312 qram, ümumi təmiz çəkisi 21,865 qram olan qəhvəyi rəngli maddələr xarici görünüş əlamətlərinə və kimyavi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 7 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,569 qram, 0,426 qram, 0,508 qram, 0,423 qram, 0,420 qram olan maddələr xaricigörünüş əlamətlərinə və kimyavi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün çəkilərini müəyyən etmək və maddə nümunələri ilə müqayisəli tədqiqat aparmaq mümkün deyildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr»in siyahısına, metamfetamin Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr»in siyahısına daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr»in siyahısına, metamfetamin Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələr»in siyahısına daxildir. (Cild 1, iş vərəqləri 40-45) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 6/5042 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «....Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ....» sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,497 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr»in siyahısına,metamfetamin Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr»in siyahısına daxildir. (Cild 1, iş vərəqləri 129-134) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 5095 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal hazırda abstinensiya, indoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətlərininin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 198-199) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 3080 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilmədi. (Cild 1, iş vərəqləri 200-201) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022- ci il tarixli 241 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətdi zaman və ona qədər xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik müəyyən edilmədi. Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. (Cild 1, iş vərəqləri 203-205) Cinayət işinin materiallarında olan “cinayət işi üzrə əməlin tövsif edilməsi və sübutların qiymətləndirilməsi haqqında” 07 aprel 2022-ci il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalan 21,515 qram; 1,447 qram narkotik vasitə heroin; 13,498 qram psixotrop maddə metamfetamin və elektron tərəzi maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutları saxlanc anbarına təhvil verilmişdir. 02 ədəd “DVD” formatlı disk maddi sübut kimi tanınaraq i.ş materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 1, iş vərəq 163) Bundan başqa, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə yanaşı Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə ittiham verilmişdir ondan ötrü ki, o, külli miqdarda narkotik vasitə heroini və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirmişdir. Dövlət ittihamçısı yekun nitqində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə verilmiş ittihamdan və aparılan cinayət təqibindən imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edan halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.1-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Bundan başqa, həmin Məcəllənin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısının ittihamın müdafiəsindən imtina etdiyi halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verməlidir. “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarının nəticə hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. Dövlət ittihamçısının verilmiş ittihamdan qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə imtina etməsinə görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində həmin maddə ilə aparılan cinayət təqibinə xitam verilməli, onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3cü maddələri ilə tövsif edilməli və o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmələri məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlləri ağır cinayətlər kateqoriyasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməli az ağır cinayətlər kateqoriyasına aid edilirlər. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin cinayət olmasını aradan qaldıran hallar və onların bu əməllərə görə cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olmaması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə həmçinin şahid X4 məhkəmədə verdiyi ifadəsində göstərdiyi hallara tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi təqsirləndirilən şəxslə qohumluq münasibətinin olması ilə izah olunur. Bu səbəbdən məhkəmə şahid Nailə Cabarovanın ibtidai istintaq zamanı verdiyi ifadəsini daha obyektiv ifadə kimi qəbul edir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onları səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli və “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli qərarlarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X7 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən heroin, tiryək «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr»in, metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr» in siyahısına daxildir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci və 61.1-ci maddələrinə əsasən məhkəmədə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 13 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 15 noyabr 2021-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. 22 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin 23 dekabr 2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Daha sonra həmin məhkəmənin qərarı ilə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 52, 73-76) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 22 dekabr 2021-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 13,498 qram psixotrop maddə metamfetamin, 22,962 qram heroin məhv edilməli, 01 ədəd elektron tərəzi xüsusi müsadirə edilərək əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. 02 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 183 manat 58 qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etmiş və bu müdafiəçi tərəfindən məhkəmə istintaqı başa çatdırılanadək onun hüquqları müdafiə olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1, 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs qəti olaraq 08 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən oğlunun Təqsirləndirilən şəxs 13 noyabr 2021-ci il tarixdən 15 noyabr 2021-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün ona təyin edilmiş qəti cəza müddətinə hesablanmaqla çıxılsın və üzərində 07 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 22 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 183 manat 58 qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan 13,498 qram psixotrop maddə metamfetamin və 22,962 qram heroin məhv edilsin, 01 ədəd elektron tərəzi xüsusi müsadirə edilərək əvəzsiz olaraq dövlət nəfinə alınsın. 02 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar