Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-82/2024 16.02.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X18 (sədrlik edən), X22 oğlu və X8 ibarət tərkibdə, məhkəmə iclasının katibi X13, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1962-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki olaraq ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, yəni aldatma yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, xeyli miqdarda ziyan vurmaqla özgə əmlakını ələ keçirmişdir. Belə ki, Təqsirləndirilən şəxs tanışları X9 və Nağıyev Akif Suliddin oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs əmlakının ələ keçirilməsini öz aralarında razılaşdıraraq həmin məqsədlə Xaçmaz rayon prokurorluğunda Azərbaycan Respublikası CM-nin 29, 120.2.1 və 221.3-cü maddələri ilə istintaq olunaraq baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş cinayət işi üzrə təqsirləndirilən şəxs X1 cinayət məsuliyyətindən və həbsdən azad olunması üçün, yəni bilə-bilə qanunsuz hərəkətlərə görə vəzifəli şəxs hesab olunan, həmin cinayət işinin ibtidai istintaqını aparmış Xaçmaz rayon prokurorluğunun böyük müstəntiqi, İİ dərəcəli hüquqşünas Şahid5 və Azərbaycan Respublikası Baş Prokurorluğunda işləyən vəzifəli şəxsə rüşvət verməklə bu işin müsbət həll olunacağına dair Zərərçəkmiş şəxs yalan vədlər verib sonuncunu aldadaraq Qəhrəman Mehrəliyev 2021-ci ilin iyun ayının sonlarında günorta saatlarında Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində yerləşən “Beş Qardaş" adlanan restoranda Zərərçəkmiş şəxs məxsus 5000 manat pul vəsaitini alıb ələ keçirərək həmin pulun 4000 manatını 2021-ci ilin iyun ayının sonlarında saat 11 radələrində Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində yerləşən “Dərələyəz" restoranında Akif Nağıyevə vermiş, 2021-ci ilin iyul ayının əvvəllərində saat 13 radələrində Sumqayıt şəhərində, 4-cü mikrorayon ərazisində yerəlşən “Dəf restoranında 1000 manatı Təqsirləndirilən şəxs təqdim etmiş, sonuncu isə 2021-ci ilin iyun ayının sonlarından başlayaraq həmin ilin iyul ayının sonlarınadək olan müddət ərzində müxtəlif vaxtlarda Xaçmaz rayonu, Bakı prospektində yerləşən dairənin yaxınlığında 500, 500 və 700 manat olmaqla ümumilikdə 3 dəfəyə 1700 manat, Xaçmaz şəhəri, Ziya Bünyadov küçəsində yerləşən “Turan” restoranının yaxınlığında isə 2000 manat pulu Zərərçəkmiş şəxs şəxsən alaraq, habelə sonuncu tərəfindən 07 iyul 2021-ci il tarixdə saat 20:58-də Xaçmaz şəhəri, N,Nərimanov küçəsində yerləşən “Şahdağ” marketdə quraşdırılmış ödəmə terminalı vasitəsilə 700 manat, 16 iyul 2021-ci il tarixdə saat 20:16-da həmin terminal vasitəsilə 500 manat pulun “Kapital Bank" ASC-də öz adına qeydiyyata alınmış 4169-7385-4700-4568 nömrəli plastik bank kartına köçürülməsinə nail olub, ümumilikdə Zərərçəkmiş şəxs məxsus 9900 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək dələduzluq etmiş, yəni aldatma yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, xeyli miqdarda ziyan vurmaqla özgə əmlakını ələ keçirmişdir. Məhkəmə iclasında Dövlət ittihamçısı Nizami oğlu Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə irəli sürülmüş ittihamın müdafiəsindən imtina etdiyinə görə onun barəsində Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə başlanmış cinayət təqibinə 16 fevral 2024-cü il tarixli qərarla xitam verilmiş və o, həmin maddə ilə cinayət məsuliyyətindən azad edilmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü qismən təqsirli bilərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, 2021-ci ilin iyun ayının sonlarında dostu Sərdar ilə Yevlax rayonunda məclisdə olan zaman, Sərdar ona Emin adında yaxın dostunun olduğunu, Eminin xalası oğlunun başına pis iş gəldiyini, Eminin xalası oğluna ağsaqqal kimi kömək etmək lazım olduğunu bildirmişdir. O da Sərdarın mobil telefonu vasitəsi ilə Zərərçəkmiş şəxslə görüntülü danışıb sonuncudan işin nə yerdə olduğunu soruşmuşdur. Bu zaman Emin dostunun barəsində Xaçmaz rayon prokurorluğunda Azərbaycan Respublikası CM-nin 29, 120.2.1 və 221.3-cü maddələri ilə cinayət işi başlandığını və ibtidai istintaq Xaçmaz rayon prokurorluğunun Fərrux adlı müstəntiqi tərəfindən aparıldığını ona demişdir. O, Emindən işin nə yerdə olduğunu ətraflı öyrəndikdən sonra Eminə bu işin həll olunacağını, Sumqayıt şəhərində Qəhrəman adlı tanışının olduğunu, bu işdə Qəhrəmanın köməklik edə biləcəyini ona bildirmiş və Qəhrəmanın mobil telefon nömrəsini Eminə vermişdir. Bundan sonra, o, həmin vaxt Qəhrəmana zəng edərək sonuncuya bu məsələ barəsində danışmış və Emin adlı şəxsin Qəhrəmana zəng edəcəyini demişdir. Bir müddət sonra Qəhrəman ona zəng edərək Eminin zəng etdiyini və məsələ barəsində danışdığını, işin həll yolunun olacağını, Eminin Qəhrəmanın yanına gələcəyini bildirmiş, iki gün sonra o, Sumqayıt şəhərinə qayıtmış və Qəhrəman Eminin görüşməyə gələcəyini ona bildirmişdir. Həmin gün Qəhrəman ona zəng edib Emingilin Sumqayıt şəhərinə gəlmək üçün yolda olduğunu, onun da oraya gəlməyini bildirmişdir. O da Qəhrəmanın yanına, yəni Sumqayıt şəhərində yerləşən “Beş qardaş” restoranına getmişdir. O, oraya çatanda Qəhrəman orada olsa da, Emin gəlməmişdir. Bir neçə dəqiqə sonra Emin yanında Əfqan adlı şəxslə onların yanına gəlmişlər. O, Emini orada birinci dəfə görmüşdür. Orada Emin və Əfqan dostu Əlimərdanın işi barəsində bir daha danışdıqdan sonra Emin 5000 manat pulu gətirdiklərini demişdir. O da Eminə pulu Qəhrəmana verməklərini bildirmişdir. Bu zaman Eminin yanında gələn Əfqan adlı şəxs cibindən 5000 (beş min) manat pulu çıxarıb Qəhrəmana vermişdir. Həmin vaxt Qəhrəman Əlimərdanın zaminə çıxması üçün, yəni barəsində olan həbs qətimkan tədbirinin dəyişdirilərək ev dustaqlığına buraxılması məsələsini həll edəcəyini demişdir. Emin də Qəhrəmanla razılaşmışdır. Bundan iki gün sonra Qəhrəman Xaçmaz rayonuna gələrək iş barəsində məlumat aldıqdan sonra ona zəng edərək işin çətin iş olduğunu, Eminin dostu Əlimərdanı azadlığa buraxdıra bilməyəcəyini, işin Xaçmaz rayon prokurorluğunda istintaq olunduğunu, prokurorluqda adamının olmadığını demiş və pulu qaytarmaq istədiyini bildirmişdir. Bundan sonra o, zəng edib Zərərçəkmiş şəxs bu barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs ondan ağsaqqallıq edib bu işi yoluna qoymağını xahiş etmişdir. O, bu iş barəsində əvvəlcədən dostu Akif Nağıyevə də danışmışdır. Qəhrəman ona işi alındıra bilməcəyini deyəndə həmin vaxt Akif də onun yanında olmuşdur. Akif Qəhrəmanın işi alındıra bilməyəcəyini öyrənəndə prokurorluqda tanış adamı olduğunu, bu işi həll edə biləcəyini ona demişdir. Akif bu işi 4000 (dörd min) manata həll edəcəyini, 1000 (bir min) manat məbləğində pulu da Əlimərdanın işi alındıqdan sonra götürəcəyini demişdir. Buna görə də, Sumqayıt şəhərinə gəldikdən sonra Qəhrəman Akifin yanına gəlib sonuncuya 4000 (dörd min) manat pulu vermiş və 1000(bir min) manat pulu iş alındıqdan sonra Akifə verilməsi üçün özündə saxlamışdır. Akif Qəhrəmandan 4000 (dörd min) manat pulu götürüb işi tezliklə həll edəcəyini demişdir. Bundan sonra o, bu barədə Eminə məlumat verərək işi Akifin həll edəcəyini demişdir. Bir neçə gün sonra Qəhrəman Türkiyə Respublikasına getdiyi üçün 1000 (bir min) manat pulu ona vermiş və Akif işi gördükdən sonra Akifə verməyini tapşırmışdır. O da həmin pulu Akif işi görüb bitirdikdən sonra sonuncuya vermək üçün qarant kimi özündə saxlamışdır. 2021-ci ilin iyul ayının ortalarında Akif ona Xaçmaz rayon prokurorluğunun müstəntiqi Şahid5 iş barəsində tapşırdığımnı, ona görə də gedib Şahid5 ilə görüşməli olduğunu demişdir. Buna görə də onlar 2021-ci ilin iyul ayının ortalarında Xaçmaz rayonuna gəlmişlər. Xaçmaz rayonunda onlar Eminlə görüşmüş, daha sonra Akif Eminə onu Xaçmaz rayon prokurorluğuna aparmağını demişdir. Emin idarə etdiyi avtomobil ilə Akifi Xaçmaz rayon prokurorluğuna aparmışdır. Bir neçə dəqiqə sonra Akif ona zəng edərək Xaçmaz rayon prokurorluğunun müstəntiqi Şahid5 yanında olduğunu, işin danışıldığını, Müşfiqin çağırışlara gəlmədiyini, Müşfiqə dəymiş maddi ziyan ödənildikdən sonra Müşfiq şikayətini geri götürərsə Şahid5 işi həll edə biləcəyini demişdir. Daha sonra Akif Eminlə birlikdə onun yanına gəlmişdir. O, orada Eminə Müşfiqlə barışıq məsələsini həll edib-edə bilməyəcəyini soruşduqda Emin ona Müşfiqlə barışıq əldə edə bilməyəcəyini demişdir. Bundan sonra Emin bir daha ondan Müşfiqlə barışıq məsələsini həll etməyini xahiş etmişdir. O da bu məsələni həll etməyi öz öhdəsinə götürmüş və Eminə xərcləri qarşılamaq üçün ona 500 (beş yüz) manat pul göndərməyini demişdir. Emin də 2021-ci ilin iyun ayının əvvəllərində onun "xxxx" ASC-nə aid kartına 500 (beş yüz) manat pul göndərmişdir. Bundan sonra 2021-ci ilin iyul ayının ortalarında Emin ona bu işi həll etməyi üçün Xaçmaz rayonunda əlbəəl olaraq 1300 (bir min üç yüz) manat, daha sonra isə adına olan "xxxx" ASC-yə aid karta isə 700 (yeddi yüz) manat olmaqla ümumilikdə 2500 (iki min beş yüz) manat pul vermişdir. O, 2021-ci ilin iyun ayının 24-25-ində Mingəçevirdə olan zaman dostu Sərdar vasitəsilə Emini tanımışdır. O, Emin ilk görüşən zaman Əlimərdan Qadaşovun barəsində olan cinayət işinin ibtidai istintaqı Xaçmaz rayon prokurorluğunda aparılmışdır. Emin onun "Kapital bank” ASC-nə aid bank hesabına yalnız 02 (iki) dəfə 500 (beş yüz) və 700 (yeddi yüz) manat məbləğində pul və Xaçmaz şəhərində dəqiq xatırlamadığı yerdə 1300 (bir min üç yüz) manat məbləğində pul vermişdir. Həmin pullar onun yol xərci üçün verilmiş, həmin pulları başqa heç bir şəxsə verməmiş, o cümlədən, pulları almazdan qabaq Qəhrəman Mehrəliyev və Akif Nağıyev ilə bu barədə əvvəlcədən razılaşmamış, Qəhrəman və Akifin onun əlavə pul almağından xəbərləri olmamışdır. O, 2021-ci ilin iyun-iyul ayı tarixlərində ***-***-**-** GSM nömrələrindən istifadə etmişdir. O, Zərərçəkmiş şəxs 2500 (iki min beş yüz) manat məbləğində pul almış və ona 5350 (beş min üç yüz əlli) manat pul qaytarmışdır. Zərərçəkmiş şəxs onun vasitəçiliyi nəticəsində pul verdiyinə görə ona verilən daha artıq pulu ona öz pulundan qaytarmışdır. O, həm Qəhrəmana, həm də Akifə eyni gündə məlumat vermişdir. Əvvəlcə bu işi Qəhrəman öz öhdəsinə götürmüş, lakin sonradan Qəhrəman ona zəng edərək Əlimərdan Qadaşovun barəsində olan araşdırmanın Xaçmaz RPŞ tərəfindən aidiyyəti üzrə Xaçmaz rayon prokurorluğuna göndərildiyini bildikdə onun prokurorluqda tanışının olmadığını, bu səbəbdən işin alınmayacağım deyərək pulu qaytarmaq istədiyini bildirmişdir. Bu zaman Akif də onun yanında olmuş, Akif bunu eşitdikdə Qəhrəmanla danışıb pulu ona verməsini və özü bu məsələni həll edəcəyini demişdir. Onlar Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən “Dərələyəz” adlı kafedə görüşmüşlər. Həmin vaxt Qəhrəmanın yanında tanımadığı başqa biri də olmuşdur. Akif Qəhrəmana bu iş barəsində Azərbaycan Respublikasının Baş Prokurorluğunda işləyən vəzifəli şəxslə danışdığını, 4000 (dörd min) manat ona verərək bu işi həll edəcəyini və 1000 (bir min) manat da öz xərcləri üçün istədiyini demişdir. Qəhrəman 4000 (dörd min) manat məbləğində pulu Akifə vermiş və 1000 (bir min) manatı isə Akif işi görüb qurtardıqdan sonra verəcəyini demişdir. Həmin gün saat 18:00 radələrində o, Akifdən məsələnin nə yerdə qalmasını soruşduqda Akif pulu Azərbaycan Respublikasının Baş Prokurorluğunda işləyən şəxsə 4000 (dörd min) manat pulu verməsini və 02 (iki) günə Əlimərdan Qadaşovun ev dustaqlığına buraxılması barədə işə başlanacağını demişdir. Bir neçə gün sonra Qəhrəman ondan Akifin gördüyü işin bir nəticəsi olub-olmadığını soruşmuş, o, Qəhrəmana hələ heç bir nəticəsi olmadığını dedikdə onda qalan 1000 (bir min) manat məbləğində pulu Akif işi gördükdən sonra Akifə vermək məqsədilə ona Sumqayıt şəhərində əlbəəl vermişdir. O, həmin pulu Akif Əlimərdanı azadlığa buraxdırdıqdan sonra sonuncuya vermək üçün qarant kimi özündə saxlamışdır, daha sonra isə Akif öz sözünün üzərində durmadığına görə o, həmin pulu Eminə qaytarmışdır. xx.xx.2021-ci İl tarixdə saat 20:58:25 radələrində ona məxsus nömrəli bank kartına 700 (yeddi yüz) manat məbləğində, xx.xx.2021-ci il tarixdə saat 20:16:24 radələrində isə 500 (beş yüz) manat məbləğində pulları Zərərçəkmiş şəxs ona göndərmişdir. O, həmin pulları öz ifadəsi ilə də təsdiq etmiş, sadəcə tarixləri dəqiq xatırlamamış və bank çıxarışında olan doğru olmuş, ilk öncə 700 (yeddi yüz) manat daha sonra 500 (beş yüz) manat məblləğində pul köçmüşdür. Qəhrəman Mehrəliyev 2021 -ci ilin iyul ayının əvvəllərində saat 13:00 radələrində Sumqayıt şəhərində, 4-cü mikrorayon ərazisində yerəlşən “Dəf” restoranında 1000 (bir min) manat məbləğində pulu ona vermişdir. Zərərçəkmiş şəxsə vurduğu maddi ziyandan 5400 (beş min dörd yüz) manat ödəmiş, hər ay 200 (iki yüz) manat ödəyəcəyi barədə zərərçəkmiş şəxslə razılığa gəlmişdir. Zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, ona qarşı heç bir şikayət və tələbin olmadığını və İİ dərəcəli əlil olmasını nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində ibtidai istintaqda verdiyi ifadəsini müdafiə edərək göstərmişdir ki, Yevlax rayon sakini Sərdar adlı şəxsi tanımışdır. Sərdarla Xaçmaz rayonunda alver edən zaman tanış olmuşdur. Onun dostu X10 2021-ci il tarixdə Xaçmaz şəhəri, Bakı prospektində yerləşən “Zeytun” restoranında baş vermiş dava-dalaşda iştirakçı olduğundan sonuncunun barəsində cinayət işi başlanmışdır. Həmin dava-dalaş zamanı Əlimərdanın dostu restoranda Müşfiq adlı şəxsi bıçaqladığından Əlimərdangil bir qrup şəxs halında tutulmuşlar. Onlar barələrində Xaçmaz rayon prokurorluğunda Azərbaycan Respublikası CM-nin 29, 120.2.1 və 221.3-cü maddələri ilə başlanmış cinayət işi üzrə təqsirləndirlən şəxs qismində cəlb edilmişlər və sonda həmin cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər məhkəməsinə göndərilmişdir. Həmin cinayət işi üzrə ibtidai istintaqı Xaçmaz rayon prokurorluğunun böyük müstəntiqi Şahid5 aparmışdır. Dostu Əlimərdan barəsində həmin hadisəyə görə həbs qətimkan tədbiri seçildikdən təxminən iki ay sonra, yəni 2021-ci ilin iyun ayında “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə tanışı Sərdarla danışan zaman sonuncuya dostu Əlimərdan barəsində demişdir. Sərdar yanında Nizami adlı bir nəfər şəxsin olduğunu, Nizaminin Əlimərdanı bu işdən qurtara biləcəyini demişdir. Bu sözlər onda maraq yaratdığından o, Sərdarın telefonu ilə görüntülü olaraq Nizami adlı şəxslə danışmışdır. Həmin vaxt Sərdarla Nizami avtomobildə Naftalan rayonuna getmişlər. Nizamiyə Əlimərdanın işi barəsində danışdıqdan sonra, sonuncu bu işin düzələn məsələ olduğunu, ona bir adamın nömrəsini verəcəyini, həmin adamın Sumqayıt şəhərində yaşadığını, həmin adamla gedib görüşüb söhbət etməli olduqlarını demişdir. O da Nizami ilə razılaşmışdır. Nizami ona Qəhrəman adlı şəxsin mobil telefon nömrəsini verib həmin nömrə ilə əlaqə saxlamağını bildirmişdir. O da Nizami ilə danışıb qurtardıqdan sonra sonuncunun verdiyi nömrəyə zəng edib danışan şəxsin Qəhrəman adlı şəxs olduğunu bilib nömrəsini Nizaminin verdiyini, görüşmək istədiyini bildirmişdir. Qəhrəman da Nizaminin bu məsələni tapşırdığını, Sumqayıt şəhərində görüşə biləcəklərini demişdir. 2021-ci ilin iyun ayının sonlarında o, dostu Şahid1la birlikdə Sumqayıt şəhərinə gedərək Qəhrəmanla Sumqayıt şəhərində yerləşən “Beş qardaş” adlı restoranda görüşmüşlər. Qəhrəman onlarla görüşə tək gəlmişdir. Onlar Qəhrəman ilə görüşmüş və o, Qəhrəmana Əlimərdanın işi barəsində danışmışdır. Qəhrəman da Əlimərdan barəsində danışdıqlarına qulaq asdıqdan sonra bunun düzələn məsələ olduğunu demişdir. O da Qəhrəmandan bu işə görə nə qədər xərclərinin çıxacağını soruşduqda, Qəhrəman onların çox xərcləri çıxacağını demişdir. O da Qəhrəmana 5000 (beş min) manatdan artıq pulu olmadığını demişdir. Çünki telefon danışığı zamanı Nizami Qəhrəmana maksimum 5000 (beş min) manat məbləğində pul verə biləcəyini deməsini ona bildirmişdir. Qəhrəman bu işi 5000 (beş min) manata yoluna qoya biləcəyini demişdir. Qəhrəmanın söz verməsinə görə 5000 (beş min) manat pulu aldıqdan sonra Əlimərdanı azadlığa buraxdırmalı və cinayət işinin Əlimərdan barəsində olan hissəsinə xitam verdirməlidir. Daha sonra Qəhrəman pulun verilməsi ilə bağlı xəbər edəcəyini demişdir. Onlar danışdıqdan sonra dostu Kamranla Xaçmaz rayonuna qayıtmışlar. Bundan bir gün sonra X26 rayonuna gəlmişlər. O, onlarla Xaçmaz rayon icra Hakimiyyətinin qarşısında görüşmüşdür. O, onlarla görüşə Kamranla getmişdir. Qəhrəman görüşdə “Əlimərdanın işi düzələcəkdir, narahat olmayın” sözlərini demişdir. Daha sonra Qəhrəman Xaçmaz rayon prokurorluğunun müstəntiqi Şahid5 ilə görüşüb danışdığını, Şahid5 5000 manat qarşılığında işi həll etməyə razı olduğunu, Şahid5 bu işə görə tapşırılacağını, artıq Əlimərdanın işini həll etdiyini demişdir. O da Qəhrəmanın sözünə inanmış, daha sonra onlar çay içib restorandan çıxmışlar, Nizami ilə Qəhrəman da Sumqayıt şəhərinə qayıtmışlar. Bir neçə gün sonra Nizami ona zəng edərək 5500 manat məbləğində pulu götürüb Sumqayıt şəhərinə gəlməyini demişdir. O da həmin günün səhəri günü 5000 manat məbləğində pulu götürüb dostu Əfqanla Sumqayıt şəhərinə getmişdir. Sumqayıt şəhərində dənizin kənarında Nizami və Qəhrəmanla görüşmüşlər. Onlar restoranda söhbət etmişlər. Orada söhbət əsnasında Qəhrəman və Nizami bir daha bu işin tezliklə həll olunacağını demişlər. Restoranda dostu Əfqan 5000 manat pulu cibindən çıxarıb Qəhrəmana vermişdir. Çünki orada Nizami pulu Qəhrəmana verməli olduqlarını demişdir. 5000 manat pulu verib Nizamigillə söhbət etdikdən sonra onlardan xəbər gözləmələrini demişlər, daha sonra onlar Xaçmaz rayonuna qayıtmışlar. Həmin gündən sonra 2021-ci ilin iyul ayının əvvəllərində Nizami yanında Akif adlı şəxslə birlikdə Xaçmaz rayonuna gəlmişdir. O, onlarla Xaçmaz şəhəri, Bakı prospektində görüşmüşdür, onlar Xaçmaz rayonu daş bazarında yerləşən restoranda söhbət etmişlər. Söhbət zamanı Nizami Akifin yaxın dostu olduğunu, Akifin sözünün hər yerdə keçdiyini, birinci Qarabağ müharibəsi iştirakçısı olduğunu, ona görə də Əlimərdanın işinə Akifin də köməklik edəcəyini ona demişdir. Bunları dedikdən sonra X34 rayon prokurorluğuna aparmalı olduğunu ona demişdir. O da Akifi idarə etdiyi avtomobil ilə Xaçmaz rayon prokurorluğunun yanına gətirmiş, avtomobili Xaçmaz rayon məhkəməsinin yanında saxlayaraq Xaçmaz rayon prokurorluğunun inzibati binasını Akifə göstərmişdir. Akif də həmin binaya tərəf getmişdir. O da avtomobildən enib, prokurorluğun qarşısında dayanıb Akifin nə etməsinə baxmışdır. Akif Xaçmaz rayon prokurorluğununun inzibati binasının qarşısında dayanaraq Akifə baxdığını görmüşdür. Akif cibindən telefonunu çıxarıb kiməsə zəng etmişdir. Akif telefonla danışdıqdan sonra Nizami ona zəng edərək Xaçmaz rayon prokurorluğununun inzibati binasının qarşısından çəkilməyini demişdir. O da Nizaminin sözündən sonra oradan uzaqlaşıb uzaqdan Akifi müşayiət etməyə başlamışdır. Bu zaman Akif Xaçmaz rayon prokurorluğunun inzibati binasına girmişdir. Akif yarım saat sonra oradan çıxıb onun yanına gəlmiş, avtomobilə əyləşmiş və onlar birlikdə Nizaminin yanına, yəni daş bazarında olan restorana getmişlər. Onlar restorana çatıb Nizaminin yanına əyləşəndə, Nizami ilə Akif kabinetdən bayıra çıxıb söhbət etdikdən sonra yenidən kabinetə qayıtmışlar. Nizami orada narahat olmamasını, işin həll olunduğunu, Şahid5 tezliklə Əlimərdanı cinayət məsuliyyətindən azad edəcəyini ona demişdir. Həmin gün axşam Akif Sumqayıt şəhərinə qayıtmalı olduğunu deyib çıxıb getmişdir. Nizami isə həmin gün Xaçmaz şəhərində yerləşən “Ulduz” otelində qalmışdır. Bir neçə gün sonra Nizami ona zəng edərək Nizamiyə məxsus bank kartına 500 manat pul atmalı olduğunu demişdir. O da buna görə 500 manat məbləğində pulu Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən “Şahdağ” adlı marketdə olan ödəmə terminalı vasitəsilə Nizaminin "xxxx" bank hesabına göndərmişdir. Pulu göndərdikdən bir neçə dəqiqə sonra Nizami zəng edib pulun çatdığını bildirmişdir. Bir müddət sonra Nizami Xaçmaz rayon prokurorluğunun böyük müstəntiqi Şahid5 əlavə pul istədiyini demiş və o, yenidən 500 manat məbləğində pulu Nizaminin "xxxx" ASC-yə aid bank kartına göndərmişdir. Həmin gündən 5-6 gün sonra Nizami özü tək Xaçmaz rayonuna gəlib onunla görüşdükdən sonra verdiyi pulun bu iş üçün kifayət etmədiyini, ona görə də əlavə olaraq 500 manat da pul verməli olduğunu demişdir. O da Xaçmaz şəhəri, Bakı prospektində Nizamiyə əlbəəl olaraq 500 manat pul vermişdir. Nizami pulu ondan götürdükdən sonra onlar birlikdə Xaçmaz şəhərində “Aysberg” restoranında yemək yemişlər, daha sonra onu taksilərin biri ilə Sumqayıt şəhərinə yola salmışdır. Nizaminin yol pulunu da o vermişdir. Həmin vaxt da 2021-ci ilin iyul ayının əvvəlləri olmuşdur. Həmin gündən üç gün sonra Nizami yenidən Xaçmaz rayonuna gəlmişdir. Nizami Xaçmaz şəhərində olan zaman ona zəng edib görüşmək istədiyini bildirmiş və o, Nizami ilə Xaçmaz şəhəri, Bakı prospektində yerləşən dairənin yanında görüşmüş, orada Nizami ondan bu iş üçün 500 manat pul istəmişdir. O da orada Nizamiyə dostu Əlimərdanın işinin düzəlməsi üçün müstəntiq Şahid5 verməsi adı ilə 500 manat pul vermişdir. 2021-ci ilin iyul ayının ortaları olmuşdur. Nizami yenə də 500 manat pulu aldıqdan sonra çıxıb getmişdir. Nizami ona pulu Xaçmaz rayon prokurorluğunun böyük müstəntiqi Şahid5 başqa adamın verəcəyini demişdir. Həmin günün səhəri gün o, Nizami ilə görüşəndə sonuncu təcili olaraq 2000 manat pul verməli olduğunu, çünki Əlimərdanın Xaçmaz rayonuna gətirib buraxılacağını, Əlimərdanın da xüsusi etapla gətirilməsinə pul lazım olduğunu ona demişdir. O da 2000 manat pulu olmadığını bildirmişdir. Bundan sonra o, Nizamini Sumqayıt şəhərinə yola salaraq çıxıb getmişdir. 2021-ci ilin iyul ayının ortalarında Nizami yenidən Xaçmaz şəhərinə gəlib onunla görüşüb ondan 2000 manat pul verməyini istəmişdir. Nizami 2000 manat pulu verdikdən sonra Əlimərdanın Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasından xüsusi etapla Xaçmaz rayonuna gətirilib birbaşa azadlığa buraxılacağını demişdir. Ondan istədiyi pulu da Şahid5 çatdırmalı olduğunu demişdir. O da dostunun azadlığa çıxması xəbərini eşidib bu hala sevindiyi üçün 2021-ci ilin iyul ayının ortalarında Xaçmaz şəhəri, Xaçmaz-Niyazoba yolunda olan “Turan” restoranının qarşısında Nizamiyə 2000 manat pulu vermişdir. O, pulu verdikdən sonra Nizami həmin gün Xaçmaz şəhərində, “Sahil” adlı oteldə qalmış, səhəri gün isə çıxıb getmişdir. Nizami Xaçmaz rayonundan gedərkən pulu Şahid5 çatdırdığını bildirmişdir. Nizaminin deməsinə görə bir neçə gün sonra artıq Əlimərdan azadlığa buraxılmalı və sonuncunun barəsində olan işə xitam verilməliydi. Həmin gündən 3 gün sonra, yəni 2021-ci ilin iyul ayının ortalarında Nizami yenidən ona zəng edib işdə bir az problemlər olduğunu, müstəntiq Şahid5 yenə pul tələb etdiyini, ona görə də yenidən 1500 manat pul lazım olduğunu bildirmişdir. O da ona həmin gün pulunun olmadığını, səhəri gün 1500 manat pulu tapıb verə biləcəyini demişdir. Nizami də onunla razılaşmışdır. O da səhəri gün Nizamiyə söz verdiyi üçün axşam radələrində əvvəlcə 700 manat pul tapıb Nizaminin istifadəsində olan "xxxx" ASC-yə aid karta göndərmişdir. Bundan üç gün sonra da Nizami Xaçmaz şəhərinə gəlmiş, o, Xaçmaz şəhəri, Bakı prospektində yerləşən dairənin yanında Nizami ilə görüşüb ona 700 manat pulu əlbəəl vermişdir. Beləliklə, o, dostu Əlimərdanın azadlığa buraxılması üçün ümumilikdə 10400 manat pul vermişdir. Lakin Nizami ondan pulları almasına baxmayaraq Əlimərdanın işində heç bir dəyişiklik olmamışdır. O, bu barədə Nizamidən soruşduqda Nizami yaxın günlərdə işin həll olunacağını demişdir. Ancaq bir neçə ay keçdikdən sonra Əlimərdangilin barəsində olan cinayət işinin Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərildiyini öyrənmişdir. Ona görə də o, Nizamidən pulunu tələb etmişdir. Nizami də pulu qaytaracağını desə də, bu günədək ümumilikdə Nizamidən 5350 manat pul geri ala bilmişdir. O, dəqiq tarixi xatırlamamış, təxminən iyun ayının sonları olmuşdur. Nizami bu işi 5000 manat məbləğində pula həll edəcəyini demiş, ondan daha artıq pul tələb etməsin deyə o, pulu Əfqandan borc alırmış kimi göstərmişdir. Daha sonra Qəhrəmanla görüşəndə Qəhrəman 5000 manat məbləğində pulun kifayət edəcəyini demişdir. Bu səbəbdən onun əvvəlcədən Əfqana verdiyi 5000 manat məbləğində pulu Əfqan Qəhrəmana vermişdir. Onların bu pulu Qəhrəmana verməkdə məqsədləri həmin pulun Xaçmaz rayon prokurorluğunun böyük müstəntiqi Şahid5 verilməsi və dostu Əlimərdan Qadaşovun azadlığa buraxılması olmuşdur. O, 500 manat məbləğində pulu iyul ayının əvvəllərində göndərmiş, dəqiq tarixi hazırda xatırlamamışdır. Nizami ona Xaçmaz rayon prokurorluğunun böyük müstəntiqi Şahid5 ilə dostu Əlimərdan Qadaşovun azadlığa buraxılması məsələsini özü şəxsən danışacağını dediyinə görə bu pulu ona göndərmişdir. Nizami Xaçmaz rayon prokurorluğunun böyük müstəntiqi Şahid5 əlavə pul istədiyini ona demiş, o da buna görə Nizamiyə Xaçmaz şəhəri, Bakı prospektində yerləşən dairənin yanında Nizamiyə əlbəəl 02 dəfə 500 manat məbləğində pul vermişdir. O, təxminən 17 iyul 2012-ci il tarixdə 2000 manat məbləğdə pulu Xaçmaz şəhəri, Xaçmaz-Niyazoba yolunda yerləşən "Turan” restoranın qarşısında Nizamiyə vermişdir. Nizami ona Əlimərdan Qadaşovun Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı istintaq Təcridxanasından Xaçmaz RPŞ-nin müvəqqəti saxlama yerinə gətirilməsi və oradan birbaşa azadlığa buraxılması üçün 2000 manat məbləğində pulun lazım olduğunu demişdir. O da bu səbəbdən Nizamiyə 2000 manat məbləğində pulu vermişdir. Həmin zaman yanlarında heç kəs olmamışdır. O, həmin pulları təxminən 20 iyul 2021-ci il tarixdə vermişdir. Nizami ona Xaçmaz rayon prokurorluğunun böyük müstəntiqi Şahid5 əlavə 1500 manat məbləğində pul tələb etdiyini demişdir. O da buna görə Nizaminin bank kartına 700 manat məbləğində pul göndərmiş və Xaçmaz şəhəri, Bakı prospektində yerləşən dairənin yanında isə Nizamiyə əlbəəl 700 manat məbləğində pul vermişdir. O, qeyd etdiyi pulları Təqsirləndirilən şəxs məxsus bank kartına göndərmişdir. O, 2021-ci ilin iyun-iyul aylarında ***-***-**-** və ***-***-**-** GSM nömrələrindən istifadə etmiş və Nizami ilə bu mobil nömrələr vasitəsilə əlaqə saxlamışdır. O, Təqsirləndirilən şəxs məxsus bank kartına bank hesabından çıxarışlarda göründüyü kimi 700 manat və 500 manat olmaqla 02 dəfə pul köçürmüşdür. Təqsirləndirilən şəxs ümumilikdə ona dəyən ziyandan qismən, yəni 5400 manat ödəmişdir. O əvvəllər Təqsirləndirilən şəxs şikayətçi olmuşdur. Lakin hazırda onunla razılığa gəlmişlər. Onunla barışmışdır. Həmçinin hər ay Təqsirləndirilən şəxs tərəfindən ona 200 manat məbləğində ödəniş edilməsi barədə razılığa gəlmişlər. Ona görə də, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəyən ziyandan qismən, yəni 5400 (beş min dörd yüz) manat ödəmişdir. Onunla barışmışdır. Həmçinin hər ay Təqsirləndirilən şəxs tərəfindən ona 200 (iki yüz) manat məbləğində ödəniş edilməsi barədə razılığa gəlmişlər. Ona görə də, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilən Şahid1 ibtidai istintaqda verdiyi ifadəsini müdafiə edərək göstərmişdir ki, qayını X10 2021-ci il tarixdə Xaçmaz şəhərindəki “Zeytun” restoranında baş vermiş dava-dalaşda iştirakçı olduğundan onun barəsində cinayət işi başlanmışdır. Həmin dava-dalaş zamanı Əlimərdanın dostu restoranda Müşfiq adlı şəxsi bıçaqlamışdır. Onların barələrində Xaçmaz rayon prokurorluğunda Azərbaycan Respublikası CM-nin 29, 120.2.1 və 221-ci maddələri ilə cinayət işi gedirdi. Həmin cinayət işi üzrə istintaqı Xaçmaz rayon prokurorluğunun böyük müstəntiqi Şahid5 aparmışdır. Dostu Zərərçəkmiş şəxs 2021-ci ilin iyun ayında “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə tanışı Sərdarla danışan zaman ona qaynı Əlimərdan barəsində danışmışdır. Sərdar ona yanında Nizami adlı bir nəfər şəxsin olduğunu, Nizami Əlimərdanı bu işdən qurtara biləcəyini demişdir. X21 işi barəsində deyəndən sonra, Nizami bu işin düzələn məsələ olduğunu, Eminə bir adamın nömrəsini verəcəyini, həmin adamın Sumqayıt şəhərində yaşadığını, həmin adamla görüşüb söhbət edəcəklərini demişdir. X29 adlı şəxsin mobil telefon nömrəsini verib həmin nömrə ilə əlaqə saxlamağını bildirmişdir. Emin Qəhrəman adlı şəxslə danışdıqdan sonra 2021-ci ilin iyun ayının sonlarında Emin ilə birlikdə Sumqayıt şəhərinə getmişlər. Qəhrəman adlı şəxslə Sumqayıt şəhərində yerləşən “Beş qardaş” adlı restoranda görüşmüşlər. Qəhrəman onlarla görüşə tək gəlmişdir. Onlar Qəhrəman ilə görüşmüş və X16 işi barəsində danışmışdır. Qəhrəman da Əlimərdan barəsində danışdıqlarına qulaq asdıqdan sonra düzələn məsələ olduğunu demişdir, Emin ondan bu işə görə nə qədər xərclərinin çıxacağını soruşduqda, o çox xərcinin çıxacağını demişdir. Emin Qəhrəmana 5000 manatdan artıq pulu olmadığını demişdir. Qəhrəman 5000 manata bu işi yoluna qoya biləciyini demişdir. Qəhrəmanın söz verməsinə görə 5000 manat pulu aldıqdan sonra qaynı Əlimərdanı azadlığa buraxdıracaq və cinayət işinin onun barəsində olan hissəsinə xitam verdirəcəkdir. Daha sonra həmin məbləğdə pulu verməkləri üçün onlara xəbər edəcəyini demişdir. Onlar danışdıqdan sonra Emin ilə birlikdə Xaçmaz rayonuna qayıtmışlar. Bir neçə gün sonra Emin və onun xalası oğlu Əfqan ilə birlikdə Qəhrəman ilə Sumqayıt şəhərində görüşmüş və Qəhrəmana 5000 manat məbləğində pul vermişlər. Bundan sonra Nizami qaynı Əlimərdanın azadlığa buraxılması məsələsinin danışmaq üçün Xaçmaz rayon prokurorluğunun böyük müstəntiqi Şahid5 pul vermək məqsədilə dəfələrlə Xaçmaz şəhərinə gəlmişdir. Nizami Xaçmaza gələndə Emin Nizaminin taksi, yemək və otel pullarını ödəmişdir. Xaçmaz şəhərində yerləşən restoranda Nizami və Emin ilə yemək yeyərkən Nizami Xaçmaz rayon prokurorluğunun böyük müstəntiqi Şahid5 Əlimərdan Qadaşovun barəsində istintaqı aparılan cinayət işinə xitam verilməsi üçün 4000 manat məbləğində pul verdiyini demişdir. Təqsirləndirilən şəxs verilən pullar dostu Zərərçəkmiş şəxs məxsus olmuşdur. O, həmin vaxt Eminin Nizamiyə 4000 manat məbləğində, Qəhrəmana isə 5000 manat məbləğində pul verməsini bilmişdir. Daha sonradan Emin ona Nizamiyə əlavə 1400 manat məbləğində pul verməsini demişdir. X35 aldadıb pulunu mənimsəmişdir. Məhkəmədə şahid qismində dindirilən Şahid2 ibtidai istintaqda verdiyi ifadəsini müdafiə edərək göstərmişdir ki, qaynı Əlimərdan Qadaşov 2021-ci ildə Xaçmaz şəhərindəki “Zeytun” restoranında baş vermiş dava-dalaşda iştirakçı olduğundan onun barəsində cinayət işi başlanmışdır. Həmin işi Xaçmaz rayon prokurorluğunun müstəntiqi Şahid5 aparmışdır. Dostu Zərərçəkmiş şəxs 2021-ci ilin iyun ayında “Whatsapp” vasitəsi ilə tanışı Sərdarla danışan zaman ona qaynı Əlimərdanın tutlduğunu demişdir. Sərdar bu işi Nizaminin həll edəcəyini demişdir. Emin Nizamini tanımamışdır. Emin Sərdarın tanışlığı ilə Nizami ilə görüşmüşdür. Nizami də Eminə Qəhrəman adlı şəxsin mobil telefon nömrəsini verib həmin nömrə ilə əlaqə saxlamağını bildirmişdir. Emin Qəhrəman adlı şəxslə danışdıqdan sonra 2021-ci ilin iyun ayının sonlarında Emin ilə bacanağı Kamran birlikdə Sumqayıt şəhərinə getmişlər. Onlar Sumqayıt şəhərində görüşüb Qəhrəmanla danışmışlar. Qəhrəman Əlimərdanın azadlığa buraxılması məsələsinin danışmaq üçün müstəntiqə pul vermək adı ilə Emindən 5000 manat istəmişdir. Daha sonra iyun ayının sonlarında Emin ilə birlikdə Sumqayıt şəhərinə Qəhrəman ilə görüşmək üçün getmişlər. Emin ona Qəhrəmana vermək üçün 5000 manat məbləğində pul vermişdir. Sonra onlar Qəhrəman ilə görüşmüş, həmin görüşə Təqsirləndirilən şəxs də gəlmişdir. O, 5000 manat məbləğində pulu Qəhrəmana vermişdir. Qəhrəman bu pulun müvafiq vəzifəli şəxslərə veriləcəyini və bununla da Əlimərdanın barəsində başlanılmış cinayət işinə xitam veriləcəyini demişdir. Bundan sonra Nizami qaynı Əlimərdanın azadlığa buraxılması məsələsini həll etmək üçün dəfələrlə Xaçmaz şəhərinə gəlmiş və Zərərçəkmiş şəxs dəfələrlə pul almışdır. Nizami Xaçmaza gələndə Emin onun taksi, yemək və otel pullarını ödəmişdir. Lakin Nizami əlbir olduğu şəxslərlə birlikdə Emini aldatmışlar. Məhkəmədə ibtidai istintaqda verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş X9 ibtidai istintaqda ifadəsində göstərmişdir ki, 2021-ci ilin iyun ayının sonlarında Nizami ona zəng edərək Mingəçevir şəhərində olduğunu, oradakı dostunun tanışının işinin Xaçmaz rayon polis şöbəsində olduğunu və bununla bağlı kömək edə bilib-bilməyəciyini soruşduqda Sumqayıt şəhərində görüşüb bu işi ətraflı danışarıq demişdir. O, Nizami ilə Sumqayıt şəhərində görüşmüş, X17 işi ilə bağlı ona ətraflı məlumat vermiş, Əlimərdan azadlığa buraxılsa Mingəçevir şəhərindəki dostlarının Nizamiyə olan hörmətinin artacağını, onların köməyi ilə ticarətə qoşulacağını demişdir. Bundan əlavə, Nizami ona Zərərçəkmiş şəxs 5000 (beş min) manat məbləğində pulunun olduğunu demişdir. O, Zərərçəkmiş şəxslə telefon vasitəsilə əlaqə saxlamış, Eminlə Sumqayıt şəhərində görüşüb danışacaqlarını demişdir. Daha sonra o, Emin və adını xatırlamadığı dostu ilə Sumqayıt şəhərində görüşmüşlər. Həmin vaxt Emin 5000 (beş min) manat məbləğində pulunun olduğunu, əgər iş alınırsa həmin pulu ona verəcəyini demişdir. O, Əlimərdanın azadlığa buraxılması ilə bağlı danışıqlar aparacağını demişdir. 2021-ci ilin iyun ayının sonlarında günorta saatlarında Sumqayıt şəhər bulvarında yerləşən adını xatırlmadığı restoranda o, Nizami, Zərərçəkmiş şəxs və sonuncunun adını bilmədiyi başqa bir dostu ilə görüşmüşdür. Həmin vaxt Eminin dostu ona 5000 (beş min) manat məbləğində pul vermişdir. Onun bu pulu almaqda məqsədi həmin işi maraqlanmaq və iş həll olunacağı halda hər hansısa bir vəzifəli şəxsə həmin pulu vermək olmuşdur. O, bu pulu alarkən heç bir mənfəət güdməmişdir. O, səhəri gün Əlimərdanın işi ilə bağlı Xaçmaz rayonuna getmiş və işlə bağlı maraqlandıqda Əlimərdanın işinin Xaçmaz rayon polis şöbəsindən aidiyyəti üzrə Xaçmaz rayon prokurorluğuna göndərildiyini öyrənmişdir. O, bunu bildikdən sonra Nizamiyə zəng edərək Əlimərdanın işinin Xaçmaz rayon prokurorluğunda olduğunu, prokurorluqda tanışının olmadığını, bu işi həll edə bilməyəcəyini və həmin pulun Eminə qaytarmaq istədiyini demişdir. O, Nizami ilə danışanda Akif Nağıyev də onun yanında olmuşdur. Akif Nağıyev bu işi 5000 (beş min) manata həll edə biləcəyini demişdir. Onlar iyun ayının sonlarında saat 11:00 radələrində Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən "Dərələyəz” kafesində görüşmüşlər. Akif Azərbaycan Respublikası Baş prokurorluğunda adını demədiyi vəzifəli şəxsin tanışı olduğunu, həmin vəzifəli şəxslə danışdığını, hazırda təcili olaraq həmin şəxsə 4000 (dörd min) manat məbləğində pulun lazım olduğunu, Əlimərdanın işi həll olunduqdan sonra 1000 (bir min) manat məbləğində əlavə pul alacağını demişdir. O, 5000 (beş min) manat məbləğində pulun hamısını Akifə vermək istəmiş, lakin Nizami 1000 (bir min) manatı özündə saxlamağını və Əlimərdanın işi həll olduqdan sonra 1000 (bir min) manat məbləğində pulu Akifə verməyini demişdir. O, 03 gün sonra Türkiyə Respublikasına getməli olduğundan 1000 (bir min) manat məbləğində pulu Sumqayıt şəhərində hazırda xatırlamadığı yerdə Nizamiyə vermişdir. Daha sonra o, Əlimərdanın işi ilə bağlı arada Nizami ilə maraqlanmış, lakin bununla bağlı heç bir danışıqlar aparmamış və heç kəsdən pul almamışdır. O, əvvəlcədən Zərərçəkmiş şəxs pul istəməmiş, Eminin 5000 (beş min) manat məbləğində pulu olduğundan hər ehtimala həmin pulu hansısa vəzifəli şəxsə vermək üçün götürmüşdür. O, 5000 (beş min) manat məbləğində pulu Əlimərdanın zaminliyə buraxılması üçün vəzifəli şəxsə vermək məqsədi ilə götürmüşdür. O, Zərərçəkmiş şəxs bu iş ilə bağlı maraqlanıb 10-12 günə onlara xəbər verə biləcəyini demişdir. Ona həmin zaman Əlimərdanın işi ilə bağlı düzgün məlumat verilməmişdir. O, Xaçmaz şəhərinə getdikdə Əlimərdanın işinin Xaçmaz rayon prokurorluğunda olduğunu və Əlimərdanın yaxşı bir insan olmadığını öyrənmişdir. Daha sonra pulun 4000 (dörd min) manat məbləğində olan hissəsini Akifə, 1000 (bir min) manat məbləğində pulu isə Nizamiyə vermişdir. O, Akif Nağıyevi Sumqayıt şəhərində ev alğı-satqısı ilə məşğul olan biri kimi tanımışdır. Akif Nağıyev ilə arasında heç bir münasibətləri olmamışdır. O, Akifə 4000 (dörd min) manat məbləğində pulu Azərbaycan Respublikası Baş prokurorluğunun vəzifəli şəxsinə verməsi üçün vermişdir. Ona verilən 5000 (beş min) manat məbləğində pulu qaytardıqdan sonra bu iş ilə bağlı maraqlanmamış, hər hansısa bir iş görməmişdir. Məhkəmədə ibtidai istintaqda verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid5 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə Xaçmaz RPŞ İB-nin müstəntiqi, polis kapitanı X19 tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 126.2.1 və 221.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmış, həmin cinayət işi üzrə X2, X11 və X14 qeyd olunan maddələrlə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara həmin maddələrlə ittiham elan edilmiş və xx.xx.2021-ci il tarixdə təqsirləndirilən şəxslərin əməllərində Azərbaycan Respublikası CM-nin 29,120.2.1 və 221.3-cü maddələrinin əlamətləri olduğundan onların əməlləri CM-nin 126.2.1 və 221.3-cü maddələrindən həmin Məcəllənin 29, 120.2.1 və 221.3-cü maddələrinə tövsif olunaraq cinayət işi istintaqın davam etdirilməsi üçün Xaçmaz rayon prokurorluğuna göndərilmiş, Xaçmaz rayon prokuroru, baş ədliyyə müşaviri Rəşad Məmmədov tərəfindən istintaqın davam etdirilməsi ona həvalə olunmuşdur. 11 iyun 2021-ci il tarixdə həmin cinayət işi icraatına qəbul edilərək istintaqı davam etdirilmişdir. Təqsirləndirilən şəxslər X2 və X4 Azərbaycan Respublikası CM-nin 126.2.1 və 221.3-cü maddələri ilə elan edilmiş ittiham xx.xx.2021-ci il tarixdə dəyişdirilərək onlar həmin Məcəllənin 29, 120.2.1 və 221.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və həmin maddələr ilə onlara tərəfindən yenidən ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs X7 Azərbaycan Respublikası CM-nin 126.2.1 və 221.3-cü maddələri ilə elan edilmiş ittiham xx.xx.2021-ci il tarixdə dəyişdirilərək o, həmin Məcəllənin 29, 120.2.1 və 221.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və həmin maddələr ilə ona tərəfindən yenidən ittiham elan edilmişdir. 06 avqust 2021-ci il tarixdə X2, X11 və X5 Azərbaycan Respublikası CM-nin 29, 120.2.1 və 221.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair ********* №-li cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Qeyd olunan cinayət işi üzrə ibtidai istintaq tərəfindən aparıldığı müddət ərzində, yəni 11 iyun 2021-ci il tarixdən 05 avqust 2021-ci il tarixədək olan müddətdə hazırda xatırlamadığı tarixlərdə bir neçə dəfə özünü təqsirləndirilən şəxs X1 şəhid olmuş atasının döyüş yoldaşı kimi təqdim etmiş Nağıyev X20 rayon prokurorluğuna müraciət edərək qəbulunda olmuşdur. O, hər dəfəsində onu öz xidməti otağında qəbul etmiş və Akif Nağıyev Əlimərdan Qadaşova köməklik göstərməyini, sonuncuya daha yüngül maddə ilə ittiham elan etməyini ondan xahiş etmişdir. O isə hər dəfəsində Əlimərdan Qadaşovun barəsində olan cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılacağını, qanunamüvafiq qaydada qərar qəbul ediləcəyini bildirmişdir. Qəbulunda olduğu vaxtlar Akif Nağıyev ona rüşvət verməyi təklif etməmiş, o da Akif Nağıyevdən hər hansı maddi və sair nemət istəməmişdir. Akif adlı şəxsi tanısa da, Qəhrəman və Nizami adlı şəxslər onun yanına gəlməmiş, həmin adamları görməmişdir. Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılan cinayət işi üzrə Əlimərdan Qadaşov, Əflatun Əspəndiyev və Osman Ömərovun barəsində ittiham hökmləri çıxarılmış və həmin şəxslər hər biri 10 ildən artıq müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişlər. Məhkəmədə ibtidai istintaqda verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid4 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, 2016-cı ildən Xaçmaz rayonundan mütəmadi olaraq inək alaraq Yevlax rayonuna gətirib satmışdır. 2020-ci ildə bazarda Emin adlı şəxs ilə tanış olmuşdur. O, hər Xaçmaza gedəndə orada 01 gün qalmışdır. Həmin vaxt Emin onu qonaq etmiş və beləliklə onların arasında yaxın dostluq münasibəti yaranmışdır. 2021-ci ilin iyul ayında arvadı Bayazın qohumu Zaur və Zaurun dostu Nizami ilə birlikdə Yevlax rayonunda restoranda yemək yemişlər. Həmin vaxt Emin ona “Whatsapp” sosial şəbəkəsi vasitəsilə video zəng etmişdir. Emin ona xalası oğlu barəsində Xaçmaz rayon prokurorluğunda Azərbaycan Respublikası CM-nin 29, 120.1 və 221-ci maddələri ilə ibtidai istintaq aparıldığını, bu barədə onun ona köməklik edəcək tanışının olub-olmamasını soruşmuşdur. O, bu barədə Nizamiyə danışmış, Nizami işin dəqiqliyini bildikdən sonra cavab deyə biləcəyini demiş və onun telefonu vasitəsilə Emin ilə danışmışdır. Daha sonra Emin xalası oğlunun da iştirak etdiyi cinayət hadisəsinin video görüntüsünü ona atmış və o, bunu Nizamiyə göstərmişdir. Nizami videoya baxdıqdan sonra Eminin xalası oğlunun əməlində cinayət olmadığını və ona hüquqi yardım göstərə biləcəyini demişdir. Beləliklə, Nizami Eminin nömrəsini götürmüş və özü onunla danışacağını demişdir. O, daha sonra Nizamidən bu barədə maraqlanmamışdır. Bir müddət sonra Emin ona zəng edərək Nizami və Nizaminin dostu Qəhrəmana işi həll etmək üçün 5000 manat məbləğində pul verdiyini demişdir. O, Eminə nahaq yerə onlara pul verdiyini, kaş əvvəlcədən bu barədə ona deməsini, Nizamigilin pul istəməsindən xəbəri olmadığını demişdir. Daha sonra isə bu məsələnin Eminlə Nizami arasında olduğunu izah etmiş, onun heç bir aidiyyətinin olmadığını demişdir. Buna baxmayaraq, Emin ona bir müddət sonra yenidən zəng edərək Nizamiyə yenidən təxminən 3000 (üç min) manat məbləğində pul verdiyini demişdir. O isə onun etdiklərinin düzgün olmadığını ona izah etmiş və yenidən Eminə onun bu məsələyə aidiyyətinin olmadığını, onun xəbəri olmadan Nizamiyə pul verdiyini və bunun Nizami ilə onun arasında olduğunu demişdir. Arvadı Bayaz uzun müddətdir müxtəlif xəstəliklərdən əziyyət çəkmiş, o, Bayazın müalicə alması üçün yaxşı həkim axtarmışdır. Bu barədə arvadının qohumu Zaura dedikdə Zaur Nizami adlı dostunun olduğunu, həmin şəxsin çox yerdə tanışı olduğunu demişdir. Nizami həqiqətən də onun arvadı üçün yaxşı həkim tapmış və onu “Yeni Klinika” adlanan xəstəxanada ödənişsiz olaraq müalicə etdirmişdir. Nizaminin bu xüsusiyyətlərinə görə onun çox yerdə tanışı olduğunu bilmişdir. Eminin ona xalası oğlu kimi tanıtdığı Əlimərdan adlı şəxsin işini danışdıqda Nizaminin ona kömək edə biləcəyini düşünmüşdür. Buna görə də, onları bir-biri ilə tanış etmişdir. X33 rüşvət verməyə təhrik etməsindən xəbəri olmamışdır. Lakin Emin ona zəng edib dedikdən sonra bilmişdir ki, Emin Nizamiyə pul vermişdir. Nizaminin həmin pulları nə etməsi barədə heç bir məlumatı olmamış və həmin puldan ona heç bir məbləğdə pul verilməmişdir. Nizaminin Eminə qarşı belə dələduzluq edəcəyini bilsəydi onları heç tanış etməzdi. O, Nizaminin Eminin işini tanıdığı vəkillər vasitəsilə qanuni yolla həll edəcəyini düşünmüş, Nizaminin həmin işi rüşvət vasitəsilə həll etmək istədiyi ağlına gəlməmişdir, çünki Nizami Əlimərdanın törətdiyi cinayət hadisəsinin videosuna baxdıqda Əlimərdanın əməlində heç bir cinayətin olmadığını demişdir. Məhkəmədə ibtidai istintaqda verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid3 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, oğlu Əlimərdan 2021-ci ilin aprel ayında dostları ilə birlikdə Xaçmaz şəhəri, Bakı prospektində yerləşən “Zeytun” restoranına getmişdir. Orada onlarla Müşfiq adlı şəxs arasında mübahisə yaranmış və Əlimərdanın tanışı Əflatun adlı şəxs Müşfiqi bıçaqlayaraq xəsarət yetirmişdir. Bu hadisəyə görə onlar barəsində Xaçmaz rayon polis şöbəsində cinayət işi başlanılmış daha sonra isə aidiyyəti üzrə Xaçmaz rayon prokurorluğuna göndərilmişdir. 2021-ci ilin iyul ayında Zərərçəkmiş şəxs adlı Əlimərdanın dostu yaşadığı evə gələrək Əlimərdanı azadlığa buraxdıra biləcəyini ona demişdir. O, Emindən bunu necə edəcəyini soruşmuş, Emin Nizami adlı bir şəxs vasitəsilə Əlimərdanı azadlığa buraxdırcağını və Nizamini onunla görüşdürəcəyini demişdir. Bir neçə gün sonra Emin ilə Nizami yaşadığı evə gəlmişlər. Nizami ona Əlimərdanın barəsində olan cinayət işi məhkəməyə göndərilədək Əlimərdanı zaminliyə buraxdıracağını və daha sonra məhkəmədə isə Əlimərdanı azadlığa buraxdıracağı barədə ona söz vermişdir. O da Nizaminin bu sözlərinə inanmış və Nizami ilə əlaqə saxlamaq üçün sonuncunun mobil telefon nömrəsini götürmüşdür. O, mütəmadi olaraq Nizamidən Əlimərdanın niyə azadlığa buraxılmadığı barədə soruşduqda Nizami ona səbrli olmağını, Əlimərdanın azadlığa buraxılacığını demişdir. O, Əlimərdan barəsində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi tərəfindən ittiham hökmü çıxarılanda Nizaminin onları aldatdığını, onlara qarşı dələduzluq etdiyini bilmişdir. O, Qəhrəman Mehrəliyevi tanımır, Akif Nağıyevi isə oğlu Əlimərdanın işini həll edən şəxslərdən biri kimi tanımış, lakin o, Akif Nağıyevlə nə danışmış, nə də görüşmüşdür. O, oğlu Əlimərdanın azadlığa buraxılması üçün Eminə və ya Nizamiyə pul verməmişdir. O, Eminlə razılaşmışdır ki, Emin Əlimərdanın azadlığa buraxılması üçün nə lazımdırsa etsin, Əlimərdan azadlığa buraxıldıqdan sonra o, Eminin xərclərini qarşılayacaqdır. Əlimərdan barəsində ittiham hökmü qəbul olunduqdan sonra Emin Nizamiyə 10400 (on min dörd yüz) manat məbləğində pul verdiyini, lakin Nizaminin ona qarşı dələduzluq etdiyini, heç bir iş görmədiyini demişdir. Onun həmin vaxta kimi Eminin Nizamiyə nə qədər pul verməsindən xəbəri olmamışdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq və məhkəmə istintaqı zamanı etiraf etməklə göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş bank sənədlərinə və diskə bäxış keçirilməsi haqqında 21 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus 416973******4568 nömrəli bank kartına ilk dəfə xx.xx.2021-ci İl tarixdə 300 (üç yüz) manat məbləğində pul terminal vasitəsilə göndərilmişdir. xx.xx.2021-ci il tarixdə saat 20:58:25 radələrində Təqsirləndirilən şəxs məxsus 416973******4568 nömrəli bank kartına 700 (yeddi yüz) manat məbləğində pul terminal vasitəsilə göndərilmişdir. xx.xx.2021-ci il tarixdə saat 20:16:24 radələrində Təqsirləndirilən şəxs məxsus 416973******4568 nömrəli bank kartına 500 (beş yüz) manat məbləğində pul terminal vasitəsilə göndərilmişdir, iştirakçı Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdə 700 (yeddi yüz) manat məbləğində və xx.xx.2021-ci il tarixdə 500 (beş yüz) manat məbləğində pulu Xaçmaz şəhəri, N,Nərimanov küçəsində yerləşən “Şahdağ” marketdə quraşdırılmış ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs məxsus 416973******4568 nömrəli bank kartına göndərdiyini bildirdi. 416973******4568 nömrəli bank kartına aid çıxarışa baxış zamanı istintaq üçün əhəmiyyət kəsb edən digər məlumatlar aşkar edilmədi. Təqsirləndirilən şəxs məxsus 416973******6967 və 416973******9386 nömrəli bank kartlarının çıxarışlarına baxış zamanı istintaq üçün əhəmiyyətli məlumatlar aşkar edilməmişdir. Təqdim edilmiş CD diskə baxış zamanı Təqsirləndirilən şəxs məxsus bank kartından bankomatdan pul məxaric edilən zaman olan foto şəkilər görünür və CD diskə baxış zamanı istintaq üçün əhəmiyyətli məlumatlar aşkar edilməmişdir. (Cild 1, i. v 194) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş baxış keçirilməsi haqqında 22 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə Nağıyev X20 rayon prokurorluğunun böyük müstəntiqi Şahid5 qəbulunda olmuşdur. Baxış zamanı istintaq üçün əhəmiyyətli başqa bir məlumat aşkar olunmamışdır. (cild 1, i.v. 203) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 23 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Xaçmaz şəhəri, Bakı prospektində yerləşən dairənin yanıdır. Hadisə yerinə baxış zamanı iştirakçı Zərərçəkmiş şəxs Xaçmaz şəhəri, Bakı prospektində yerləşən dairənin yaxınlığında avtomobilin içində Təqsirləndirilən şəxs 2021-ci ilin iyul ayının əvvəllərindən 5-6 gün sonra 500 (beş yüz) manat, 2021-ci ilin iyul ayının ortalarından 03 (üç) gün sonra 500 (beş yüz) manat və daha 03 (üç) gün sonra 700 (yeddi yüz) manat olmaqla ümumilikdə 1700 (bir yüz yedi yüz) manat pul verdiyini bildirdi. Xaçmaz şəhəri, Bakı prospektində yerləşən dairənin yanında iştirakçı Zərərçəkmiş şəxs göstərdiyi yeri qeydə alan müşahidə kamerası aşkar edilməmişdir. (cild 1, i.v. 211) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 23 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Xaçmaz şəhəri, Xaçmaz-Niyazoba yolunda yerləşən “Turan” restoranın yanıdır. Hadisə yerinə baxış zamanı iştirakçı Zərərçəkmiş şəxs 2021-ci ilin İyul ayının ortalarında Xaçmaz şəhəri Xaçmaz şəhəri, Ziya Bünyadov küçəsində yerləşən “Turan” restoranın yanında Təqsirləndirilən şəxs 2000 manat məbləğində pul verdiyini bildirmişdir. Xaçmaz şəhəri, Xaçmaz-Niyazoba yolunda yerləşən “Turan” restoranın yanında iştirakçı Zərərçəkmiş şəxs göstərdiyi qeydə alan müşahidə kamerası aşkar edilməmişdir. (cild 1, i.v. 208) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 25 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində yerləşən restoranıdır. Hadisə yerinə baxış zamanı iştirakçı Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində yerləşən restoranda Zərərçəkmiş şəxs X6 5000 (beş min) manat məbləğində pulu verdiyini bildirmişdir. Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində yerləşən restoranda iştirakçı Təqsirləndirilən şəxs göstərdiyi yeri qeydə alan müşahidə kamerası aşkar olunmamışdır. (cild 1, i.v. 219) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 25 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən “Dərələyəz” restoranıdır. Hadisə yerinə baxış zamanı iştirakçı Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən “Dərələyəz” restoranının həyətində X3 Nağıyev Akif Suliddin oğluna 4000 (dörd min) manat məbləğində pulu verdiyini bildirmişdir. Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən “Dərələyəz" restoranının həyətində iştirakçı Təqsirləndirilən şəxs göstərdiyi yeri qeydə alan müşahidə kamerası aşkar olunmamışdır. (cild 1, i.v. 217) Cinayət işinin materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə X3 və Nağıyev Akif Suliddin oğlunun barələrində Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X12-Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs İİ dərəcəli əlildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 2000 (iki min) manat cərimə cəzasına məhkum olunmuş, Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.3,2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il şərti sınaq müddəti tətbiq olunmaqla 06 (altı) il 11 (on bir) ay 23 (iyirmi üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddələrinə tövsif edilməklə ümumilikdə 08 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası xx.xx.2017-ci il tarixli qanuna əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli və xx.xx.2015-ci il tarixli hökmləri ilə təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinə tövsif edilərək azadlıqdan məhrum etmə cəzasının həddi 04 (dörd) il müəyyən olunmuş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 12,04.2018-ci il tarixli qərarı dəyişdirilərək qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə yanaşı Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə ittiham verilmişdir ondan ötrü ki, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə zərərçəkmiş şəxsi rüşvət verməyə, yəni xidməti vəzifəsinin icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi müqabilində vəzifəli şəxsin özü üçün, dolayı yolla, vasitəçidən istifadə etməklə vəzifəli şəxsə maddi nemətin verilməsinə təhrik etmişdir. Yuxarıda göstərildiyi kimi dövlət ittihamçısı məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə irəli sürülmüş ittihamın müdafiəsindən imtina etdiyinə görə onun barəsində Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə başlanmış cinayət təqibinə 16 fevral 2024-cü il tarixli qərarla xitam verilmiş və o, həmin maddə ilə cinayət məsuliyyətindən azad edilmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətlər kateqoriyasına aid edilirlər. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Belə ki, məhkəmə, təqsirləndirilən şəxsin qəsdinin yönəldiyi ictimai münasibətlərin xarakterini, ona istinad edilən cinayət əməlini törətməsinin faktiki hallarını da nəzərə alaraq hesab edir ki, bu cəzanın yaradacağı digər məhdudiyyətlərlə bərabər həm də mənəvipsixoloji təsiri cəzanın tənbeh təsirinin gücləndirilməsinə, onun təkrar cinayət törətməsinin qarşısını almağa, bununla da cəzanın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərinə nail olunmasına xidmət edəcəkdir. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən iştirakçılıqla törədilən cinayət əməlində zərərçəkmişə vurulan ziyanın əhəmiyyətli hissəsinin məhz Təqsirləndirilən şəxs tərəfindən ödənilməsini, zərərçəkmiş şəxsin şikayətinin olmamasını, 2-ci qrup əlil olmasını, yaşını nəzərə alaraq təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrinin sanksiyasında olan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun hesab edir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 59.1.14-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 59.1.12-ci maddəsinə əsasən, İİ qrup əlil olmasını isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzanın çəkilməsi müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346- 347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 2 ünvanını tərk etməmək, Bakı və Sumqayıt şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-82/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-82/2024
16.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver