Məhkəmə qərarları › İş №1(124)-82/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-82/2025

22.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-82/2025 22.05.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, Məhkəmə iclasının katibi X6 iştirakı ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Zərərçəkmiş şəxsin hüquqi varisi X1 nümayəndəsi – «Femida» Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxsin hüququ varisi X5 nümayəndəsi – Güvən Vəkil Bürosunun vəkili Nümayəndə2, Təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş şəxsin hüquqi varisi - X3 iştirakları ilə, xx.xx.1993-cü ildə Sabirabad rayonu Əliləmbəyli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, Mikro Tunel Tikinti MMC-də buldozer operatoru vəzifəsinə işləmiş, Sabirabad rayonu Əliləmbəyli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 07 noyabr 2023-cü il tarixdə ölümü qeydə alınmış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 20-10 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə riayət etməyərək nəqliyyat vasitəsini idarə etmək üçün müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsi olmadan idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan Şahid13 məxsus etibarnamə əsasında Şahid11 verilmiş “Nissan Navara” markalı, ** MB *** dövlət qeydiyyat nişanlı minik avtomobilini “Əhmədbəyli- Fizuli-Şuşa” yolunun Şiişa rayonu Daşaltı kəndi ərazisindən keçən 74-cü kilometrliyində Füzuli rayonu istiqamətinə doğru yeni inşa edilmiş istifadədə olmayan 4-cü tunel yolunun qarşısında hərəkət etdirərkən həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, sürücü kimi yol hərəkətinin iştirakçısı olmaqla yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yol şəraitini nəzərə alaraq avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətinin təmin olunması məqsədi ilə idarə olunma ilə əlaqədar hərəkətləri (tormozlama, manevr və sair) vaxtında yerinə yetirməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin edə bilməyib idarəetməni itirdiyindən avtomobil hərəkət hissəsindən sol tərəfə çıxaraq dərəyə düşüb aşması nəticəsində avtomobilin mühərrik bölməsində yaranan dağılmalardan həmin hissədə yerləşən elektrik qurğularında elektrik təbiətli qəza halının (qısaqapanma) baş verməsi və materialların (elektrik, rezin şlanqın, yağın və.s) düşməsi nəticəsində alışmasından yanğın baş vermiş və yanğın mənbə zonasından yanar materialların üzəri ilə yüksələn xətt istiqamətində genişlənərək avtomobilin bütün sahələrinə alov yayılmış, nəticədə onun tərəfindən yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan “Nissan Navara” markalı, ** MB *** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişinləri 2000-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 bədən səthinin 90%-dən çox hissəsinin İİİ-İV dərəcəli termiki yanığı, dəri, dərialtı yumşaq toxumaların, əzələlərin kömürləşmə halında nekrqzu, sağ yuxarı ətrafın dirsək oynağından amputasiyası, hər iki ayaq pəncəsinin falanqa və qismən daraq sümüklərinin itirilməsi (tökülməsi) xəsarətləri ilə müşayiət olunan canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaqla zərər çəkmiş şəxsin ölümünə, 1984-cü il təvəllüdlü Zərərçəkmiş şəxs3 bədən səthinin 90%-dən çox hissəsinin İİİ-İV dərəcəli termiki yanığı, dəri, dərialtı yumşaq toxumaların və əzələlərin kömürləşmə halında nekrozu, qarın boşluğu üzvlərinin eventrasiyası (xaricə çıxması), sağ yuxarı ətrafın mil-bilək oynağı səviyyəsindən travmatik amputasiyası, hər iki aşağı ətrafın topuq oynağı səviyyəsindən travmatik amputasiyası xəsarətləri ilə müşayiət olunan canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaqla zərər çəkmiş şəxsin ölümünə, 1991-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 bədən səthinin 90%-dən çox hissəsinin İİİ- İV dərəcəli termiki yanığı, dəri, dərialtı yumşaq toxumaların, əzələlərin kömürləşmə halında nekrozu, qarın boşluğu üzvlərinin eventrasiyası (xaricə çıxması), hər iki yuxarı ətrafın dirsək oynağı, hər iki aşağı ətrafm solda topuq oynağı, sağda diz oynağı səviyyələrindən travmatik amputasiyası xəsarətləri ilə müşayiət olunan canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaqla zərər çəkmiş şəxsin ölümünə, 1994-cü il təvəllüdlü Zərərçəkmiş şəxs5 bədən səthinin 90%-dən çox hissəsinin İİİ-İV dərəcəli termiki yanığı, dəri, dərialtı yumşaq toxumaların, əzələlərin kömürləşmə halında nekrozu, sol əl pəncəsinin daraq sümüklərinin proksimal səviyyəsindən, sağ aşağı ətrafm topuq oynağı səviyyəsindən travmatik (yanıq təsirindən) amputasiyası xəsarətləri ilə müşayiət olunan canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaqla zərər çəkmiş şəxsin ölümünə və 1992-ci il təvəllüdlü Zərərçəkmiş şəxs4 bədən səthinin 90%-dən çox hissəsinin İİİ-İV dərəcəli termiki yanığı, dəri, dərialtı yumşaq toxumaların, əzələlərin kömürləşmə halında nekrozu, qarın boşluğu üzvlərinin eventrasiyası (xaricə çıxması), hər iki yuxarı ətrafın mil-bilək oynağı səviyyəsindən və hər iki aşağı ətrafm pəncə nahiyəsindən travmatik amputasiyası xəsarətləri ilə müşayiət olunan canlı şəxslərdə həyat'üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaqla zərər çəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin hüquqi varisi qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşı olmuşdur. Qardaşı 2023-cü ilin sentyabr ayından yəni hadisədən 5-6 ay əvvəl işğaldan azad olunmuş ərazidə Xocavənddə MTT MMC-də buldozer operatoru vəzifəsində işləyirdi. Qardaşının sürücülük vəsiqəsi olmuşdur.Təqsirləndirilən şəxs işindən çox vaxt xəbərləri olmurdu. Hadisə günü işçiləri gətirən zaman Şuşa rayon Doşablı kəndində 4-cü tunel yolunda avtomobili yoldan çıxarıb sol kənara - dərəyə aşırmışdır. Qardaşı bu hadisənin nəticəsində xəstəxanada ölmüşdür. Qaz-balon epizodunu heç kəs öz üzərinə götürməmişdir. Ehtimal olunur ki, maşında qazbalon olmuşdur. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan X17 ifadələrində göstərmişdir ki, 04 noyabr 2023cü il tarixdə təxminən saat 20-10-da Şuşa rayonu Daşaltı kəndinin ərazisində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ölmüş Zərərçəkmiş şəxs1 onun doğma oğludur, 20 oktyabr 2023-cü il tarixdə mərhum oğlu Zərərçəkmiş şəxs1 MTT MMC-də fəhlə kimi işə düzəlmiş və Şuşa şəhəri E>aşaltı kəndinin ərazisində qaz kəmərinin çəkilməsində başqa işçilərlə birlikdə işləmişdir. 04 noyabr 2023-cü il tarixdə saat 21 radələrində Füzuli rayonu Horadiz qəsəbəsində yerləşən GMKB MMC-də işdə olarkən özünə məxsus ***-***-**-** nömrəli mobil telefonla mərhum oğlu Zərərçəkmiş şəxs1 mobil telefonuna zəng vurub harada olması ilə maraqlanmışdır. Həmin vaxtı oğlu Zərərçəkmiş şəxs1 ona işdə olmasını sonra onunla danışmasını bildirmişdir. Bundan sonra oğlu Hümbətin mobil telefonunu bir neçə dəfə yığmış, lakin zəng çatmamışdır. Təxminən 30 dəqiqə keçmiş o oğlu Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs idarə etdiyi Nissan-Navara markalı ** MB *** dövlət qeydiyyat nişanlı avtomobillə Şuşa-Füzuli yolunda avtomobil qəzasına düşdüyünü eşitmişdir. Buna görə o Füzuli rayon mərkəzi xəstəxanasına getmiş və orada sürücü Təqsirləndirilən şəxs yaralı vəziyyətdə görmüşdür. Bundan sonra, o Beyləqan rayon mərkəzi xəstəxanasına gedəndə oğlu Zərərçəkmiş şəxs1 yol nəqliyyat hadisəsi nəticəsində öldüyünü bilmişdir. Beyləqan rayon məhkəmə tibbi ekspertizasına təcili tibbi yardım avtomobilləri ilə aparılmış beş nəfər şəxsin meyitlərinə gedib baxanda həmin şəxslərin yanaraq tanınmaz vəziyyətdə olduqlarını görmüşdür. Beyləqan rayon məhkəmə tibbi ekspertizasına aparılmış beş nəfər şəxsin meyitlərinə baxan zamanı oğlu Zərərçəkmiş şəxs1 uzun boylu və digər əlamətlərinə görə onu tanımışdır. (Cild 1, iş vərəqləri 228-229; Cild 3, iş vərəqləri 137-138) Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan X7 ifadələrində göstərmişdir ki, 04 noyabr 2023-cü il tarixdə təxminən saat 20-10-da Şuşa rayonu Daşaltı kəndinin ərazisində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ölmüş Zərərçəkmiş şəxs5 onun doğma qardaşıdır, 03 iyul 2023-cü il tarixdə qardaşı Zərərçəkmiş şəxs5 MTT MMC-də ekskavator operatoru kimi işə düzəlmiş və Şuşa şəhəri Daşaltı kəndinin ərazisində qaz kəmərinin çəkilməsində başqa işçilərlə birlikdə işləmişdir.04 noyabr 2023-cü il tarixdə saat 21:09-da Kürdəmir rayonu Xınıslı kəndində olan evində olarkən ekskovator sürücüsü Namiq adlı şəxs onun mobil telefonuna zəng vurub Şuşa rayonu Daşaltı kəndinin ərazisində olan yolda Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil yolun sol kənarında yerləşən dərəyə aşmış və avtomobil yanarkən qardaşı Zərərçəkmiş şəxs5 avtomobilin içərisində yanaraq öldüyünü bildirmişdir. (Cild 1, iş vərəqləri 238-239, Cild 3, iş vərələri 139-140). Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan X2 ifadəsində göstərmişdir ki,Sabirabad rayonu Qaratuğay kəndində yaşayır və rəsmi olaraq heç bir yerdə işləmir.Əri Zərərçəkmiş şəxs4 yol nəqliyyat hadisəsindən bir ay əvvəl Şuşa şəhərində işləyirmiş və 04 noyabr 2023-cü il tarixdə axşam saatlarında Şuşa şəhərində işləyən əri Rəşad barədə əmisi Qaraxan Atakişiyevə hadisə haqqında məlumat verilmiş, sonuncu isə onlara məlumat vermişdir. İlk əvvəl eşitmişlər ki, əri Zərərçəkmiş şəxs4 yol nəqliyyat hadisəsi zamanı bədən xəsarətləri almış, sonradan isə Rəşadın yol nəqliyyat hadisəsi nəticəsində ölməsini eşitmişlər.Baş vermiş yol nəqliyyat hadisəsi barədə dəqiq məlumatının olmadığını,eşitdiyinə görə sürücü avtomobili Şuşa rayonunun Daşaltı kəndində idarə edərkən anidən idarəetməni itirmiş,avtomobil yol kənarındakı dərəyə aşmış və nəticədə avtomobil yanmışdır.Baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı rəhmətə getmiş sürücü Təqsirləndirilən şəxs və başqa şəxslər barəsində şikayət və tələbinin olmadığını bildirmişdir. X2 xx.xx.2024-cü il tarixdə vermiş olduğu əlavə ifadəsində göstərmişdir ki, onun həyat yoldaşı və digər ölmüş şəxslər iş vaxtı nəzarətsiz buraxıldığından vəfat etmişlər. Buna görədə şirkətin cabadeh şəxslərinin məsuliyyətə cəlb olunmasını tələb edir. Həmçinin avtomobildə daşınması təhlükə doğuran və patlmağa meyilli olan maddə olduğu üçün bu hadisə baş vermişdir. (Cild: 2 iş vərəqləri 9-11, Cild: 3 iş vərəqləri 135-136). Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan X14 ifadəsində göstərmişdir ki, Samux rayonu Çobanabdallı kəndində yaşayır və Samux rayon subartezan idarəsində fəhlə işləyir və mərhum Zərərçəkmiş şəxs3 onun doğma qardaşıdır. Mərhum qardaşı Zərərçəkmiş şəxs3 iki il Qarabağ zonasında müxtəlif şirkətlərdə işləmiş,sonuncu dəfə MTT MMC-də fəhlə işləmişdir. 05 noyabr 2023-cü il tarixdə təxminən saat 07 radələrində Samux rayon polis şöbəsindən tanımadığı polis əməkdaşı onun mobil telefonuna zəng vurub qardaşı Eldənizin qəza keçirtməsini bildirmiş, o hadisənin harada olmasını soruşanda Şuşa şəhərində olduğunu və başqa bir məlumatının olmadığını bildirmişdir. Bundan sonra o Şuşa rayon polis şöbəsinin əməkdaşı ilə telefon əlaqəsi saxlayanda 04 noyabr 2023-cü il tarixdə Şuşa rayonu Daşaltı kəndinin ərazisində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Nissan-Navara markalı avtomobilin yanmasını və həmin avtomobildə sərnişin qismində qardaşı Zərərçəkmiş şəxs3 olmasını bilmişdir. Sonradan ona məlum olmuş ki, 04 noyabr 2023-cü il tarixdə təxminən saat 20 radələrində Mikro Tunel Tikinti MMC-də işləyən Sabirabad rayon sakini Təqsirləndirilən şəxs idarə etdiyi Nissan-Navara markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobillə “Əhmədbəyli-Füzuli-Şuşa” yolunun 74-cü km-də Füzuli rayonu istiqamətində hərəkətdə olarkən avtomobilin sükan idarə etməsini itirmiş və yolun sol kənarında olan dərəyə aşmış, aşma nəticəsində avtomobildə yanğın olmuşdur. Həmin avtomobilin içərisində sürücü Təqsirləndirilən şəxs, qardaşı Zərərçəkmiş şəxs3 və tanımadığı digər şəxslər yanaraq ölmüşlər. (Cild 2, iş vərəqləri 23-27). Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan X24 ifadəsində göstərmişdir ki, Kürdəmir rayonu Karrar qəsəbəsində yaşayır. Zərərçəkmiş şəxs2 onun doğma oğludur və oğlu Şahbaz 2023-cü ilin oktyabr ayından Şuşa şəhərində Mikro Tunel Tikinti MMC-də traktorçu işləmişdir. 04 noyabr 2023cü il tarixdə saat 22 radələrində oğlu Zərərçəkmiş şəxs2 Şuşa şəhərində yol nəqliyyat hadisəsi zamanı öldüyünü eşitmişdir. 05 noyabr 2023-cü il tarixdə oğlu Zərərçəkmiş şəxs2 meyitini Kürdəmir rayonu Karrar qəsəbəsinə apardıqlarını,ancaq oğlu Şahbazın meyitinin avtomobildə yandığı üçün tabutunu yaxınları tərəfindən. açmağa qoymadıqlarını və yaşadığı qəsəbənin qəbiristanlığında aparılıb dəfn etdiklərini, həmçinin Şahbazın da yanmış vəziyyətdə olan meyitini Beyləqan rayonunda oğlu Şahid29 tanımasını bildirmişdir. Eyni zamanda oğlu Zərərçəkmiş şəxs2 ölməsi ilə nəticələnən hadisənin baş verdiyi vaxt Şahbazın içərisində olduğu avtomobilin sürücüsünün avtomobil idarə etmək hüququnun olmadığını, sürücünün mütəmadi olaraq avtomobili yüksək sürətlə idarə etdiyini və avtomobildə texniki təhlükəsizlik qaydalarına riayət olunmadığını eşitmiş, eləcədə oğlu Şahbazın yol nəqliyyat hadisəsi zamanı ölməsi ilə əlaqədar ətraflı araşdırma aparılmasını xahiş etmişdir. (Cild 2, iş vərəqləri 110-112) Məhkəmədə şahid qismində dindirilmiş Şahid35 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiqləyərək ifadəsində göstərdi ki, mərhum təqsirləndirilən şəxs onun qaynı olmuşdur. Hadisə günü idi. Sabirabad rayonunda yaşayırdı. Hadisə baş verməzdən yarım saat qabaq mərhum şəxslə telefonda danışırdılar. Yol gedirdi. Onunla telefonda danışan zaman maşını ehtiyatla yavaş sürdüyünü, əyləc sisteminin nasaz olduğunu ona bildirmişdir. İş yoldaşlarına yemək aparıb, daha sonra qayıdacağını bildirmişdir. Təxmini saat 19:00 radələrində mərhum şəxslə “Whatsapp” mobil tətbiqi vasitəsilə görüntülü danışmışdır. Həmin zaman o, Şuşa şəhərəinin Daşaltı kəndinə gedirdi. Orada yollar təhlükəli olduğu üçün maşını yavaş idarə etməsini bildirmiş, hətta əgər yol gedərək danışa bilmirsə telefon zəngini sonlandırmağı təklif etmişdir. Lakin yol getdiyi üçün darıxırdı və telefonu sağ oturacağın üzərinə qoymuş şəkildə onunla görüntülü danışırdı. Məhkəmədə şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərdi ki, "xxxx" MMC-də briqadir vəzifəsində işləyir. Bu şirkət Şuşaya qaz xəttinin çəkilməsi layihəsini həyata keçirmək üçün yaradılmışdır. Hadisə olan günü Təqsirləndirilən şəxs maşını idarə etməsi üçün vermişdir. Həmin maşın “Nissan Navara” markalı avtomobil olmuşdur. Həmin gün təxmini saat 20:00-21:00 radələrində maşının qəzaya düşdüyünü öyrənmişlər. O maşını özü əvvəl sürdüyümüçün onun nasaz vəziyyətdə olmadığını bilir. O maşının əyləc sistemi işləyirdi, Şuşa şəhərində dağ yolunda onu sürmüşdür. Hadisə günü hava günəşli olmuşdur. Torpaq quru olmuşdur. Təqsirləndirilən şəxs əvvəllər həmin maşını idarə etməmiş, ilk dəfə olardı ki, idarə edirdi. Onlar ümumilikdə “zəfər yolundan” istifadə edirdilər. Təqsirləndirilən şəxs maşını sürdüyü yolla getmək qadağan idi, o yola nəyə görə girdiyini bilmir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid16 Yakub oğlu ifadəsində göstərdi ki, o, Füzuli-Şuşa qaz xəttinin çəkilməsi layihəsində fəaliyyət göstərirdi. Hadisə vaxtı o, "xxxx" MMC-də Füzuli-Şuşa qaz xəttinin çəkilməsi layihəsin rəhbəri vəzifəsində olmuşdur. İşçilər onun tabeliyimdə layihənin baş tutması üçün fəaliyyət göstərirdi.Həmin vaxt Təqsirləndirilən şəxs buldozer-operator vəzifəsində işləyirdi. Hadisə 4 noyabr 2023-cü il tarixdə baş vermişdir. Hadisənin ilə bağlı ona saat 20:00-21:00 radələrində zəng gəlmişdir.Hadisə günü axşam saat 18:00 radələrində iş vaxtı bitmişdir. O da Horadiz kəndinə yemək yeməyə getmişdir. Dostlarına telefon zəngi gəlmiş, baş vermiş hadisəni demişlər. Bu şəkildə xəbəri olmuşdur. Hadisədən əvvəl Təqsirləndirilən şəxs İkrami adlı şəxsə telefonla zəng etmiş və onunla birlikdə kamp sahəsinə gəldikdən sonra İkramidən özünə maşın lazım olduğunu bildirmişdir. İkrami onunla dost olduğu və onu tanıdığı üçün maşını ona vermişdir. Həmin maşının texniki vəziyyəti haqqında tam məlumatı yoxdur. Çünki şirkətə aid olmamışdır. Tikinti yolundan “zəfər yoluna” keçid var idi. Təqsirləndirilən şəxs istifadə etdiyi yolu qaranlıqda qarışdırması mümkün deyildi, çünki onların getdiyi yol ilə aşkar olunduqları yol arasında təxmini 4 km məsafə olmuşdur Məhkəmədə şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə əvvəllər işlədikləri şirkətdə o fəhlə, Elvin operator işləyirdi. Həmin vaxt orada tanış olmuşlar. Ondan sonra ayrılmışlar. Elvin başqa şirkətlərdə işləmişdir. Şuşa layihəsində birləşmiş, yenidən işləmişlər. O vaxta kimi münasibət saxlamışlar. O, "xxxx" MMC-də mexanik işləyir. Hadisə 4 noyabr 2023-cü il tarixdə olmuşdur. Həmin vaxt o,evdə idi. O, hadisə vaxtı orda olmamışdır. Bakıya işlə əlaqəli gedib gəlirdi. Maşın ona aid olmuşdur. 2014-cü il istehsallı maşın idi. Etibarnamə ilə İkrami adlı şəxsə müvəqqəti vermiş, o sürmüşdür. İkramiyə maşın verməyi Paşa adlı dostu bildirmişdi. Maşını 2023-cü ilin iyun ayında 23.000 manata Şahid23 almışdır.Maşını alanda hər şey normal idi. Maşını İkramiyə sentyabr ayında vermişdir. Maşını verdikdən sonra bu haqda maraqlanırdı. İkrami evə gedib-gəlmək üçün istifadə edirdi. Maşında başqa işçilərin daşınması barədə məlumatı olmamışdır. Özü bu maşınla ən azı 10 dəfə yol gedib-gəlmişdir.Müasir normal, işlənməmiş, yolüstü şəraitdə sürülən maşın idi. Şuşa-Füzuli arasında təzə çəkilmiş yol, “zəfər yolu” və işlənməmiş yollar var idi. Onlar adətən “zəfər yolundan” istifadə edirdilər. Elvingil isə təzə çəkilmiş yarımçıq qapalı yola girmişdilər. Nə məqsədlə o yola girdiklərini bilmir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid15 ifadəsində göstərdi ki, o, "xxxx" MMC-də direktor vəzifəsində işləyir. Onun əsas iş üzrə fəaliyyət istiqaməti xaricdə və daxildə olan tenderlərin şirkətə keçirilməsi, idarəetmə ilə bağlı danışıqların aparılması, tender qiymətlərinin, sənədlərin yığılması olmuşdur. Bu şirkət tikinti şirkətidir. Hadisə vaxtı cənab prezidentin tapşırığı əsasında Şuşa şəhərinə qaz xətti çəkilməli idi. Bununla bağlı olan layihəni onlara vermişdilər. Füzuli rayonundan Şuşa rayonuna qaz xətti çəkilməli idi. Təqsirləndirilən şəxs buldozer operatoru olmuşdur.O, inşaatla bağlı səlahiyyətli olmadığı üçün hadisə vaxtı Bakıda olmuşdur. Bakıda yemək yeyərkən zəng gəlmişdir. Hadisə ilə bağlı məlumat verilmişdir.Onlar da əlaqə saxlamış, nə ehtiyac varsa yardım göstərmişlər. Maşın əvvəl onun qardaşının olmuşdur, daha sonra həmin şirkətdə işləyən Söhrab adlı şəxsə satmışdırdır. Qardaşı şirkətdə işləmir. Onun fərdi məşğuliyyəti olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid23 ifadəsində göstərdi ki, onun bu hadisə ilə bağlı heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs tanımamışdır. Şəxsi maşınını satdıqdan aylar sonra bu maşının qəzaya düşdüyünü öyrənmişdir. Satdığı maşın “Nissan Navara” markalı avtomobil olmuşdur. Maşının istehsal ili 2014-cü il tarixli olmuşdur.Maşını 22.000 manata almış, Söhrab adlı şəxsə 23.000 manata satmışdır. Maşının əyləc sisteminin nasaz vəziyyətdə olması qeyri-mümkündür. Maşını alarkən bütün texniki cəhətdən yoxlanışdan keçmiş və saz vəziyyətdə olduğu müəyyən olunmuşdur. Maşını alıb satdığı müddətdə maşın ideal vəziyyətdə olmuşdur. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid1 ifadəsində göstərmişdir ki, 2009-cu il tarixdən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin xilasetmə xidmətində, 2023-cü ilin iyul ayından Şuşa rayon X16 hissəsində yanğın-söndürən vəzifəsində xidmət edir. 04 noyabr 2023-cü il tarixdə saat 20:47 radələrində Şuşa şəhərində xidməti iş yerində olan zaman “Əhmədbəyli-Füzuli-Şuşa” yolunun Şuşa rayonu Daşaltı kəndi ərazisinin yaxınlığında 4-cü tunel yolunun qarşısında yol nəqliyyat hadisəsi baş verməsi və baş vermiş yol nəqliyyat hadisəsi zamanı Nissan-Navara markalı avtomobilin yoldan çıxaraq dərəyə aşıb yanması barədə məlumat daxil olmuşdur. Məlumat daxil olduqdan dərhal sonra o Şuşa rayon X16 hissəsində növbə rəisi vəzifəsində işləyən Şahid18lə, yanğınsöndürən vəzifəsində işləyən Şahid2, Şahid19 və Şahid20 ilə birlikdə yanğınsöndürən və qəza xilasetmə avtomobilləri ilə hadisə yerinə getmişdir. Hadisə yerinə çatdıqda “Əhmədbəyli- Füzuli-Şuşa” yolunun Şuşa rayonu Daşaltı kəndi ərazisinin yaxınlığında, yolun 74-cü kilometrliyində yeni inşa edilmiş 4-cü tunel yolunun qarşısında tunelin çıxışından təxminən 200 metr məsafədə olan “Nissan-Navara” markalı, ** MB *** dövlət qeydiyyat nişanlı minik avtomobili Füzuli rayonu istiqamətində hərəkətdə olan zaman yolun ortasından, öz hərəkət istiqamətində təxminən 35-40 metr məsafədə yolun sol kənarında olan dərəyə düşüb aşaraq yanmasını görmüşlər. Onlar yoldan təxminən 15-20 metr məsafədə olan dərədə aşıb yanmış minik avtomobilinə yaxınlaşdıqda minik avtomobilinin tamamilə yanaraq yararsız vəziyyətə düşdüyünü, ətrafda olan şəxslər tərəfindən avtomobilin söndürüldüyünü, ətrafda olan adlarını bilmədiyi işçilərin deməsinə görə avtomobilin salonundan həmin işçilər tərəfindən üç nəfər şəxsin yanmış vəziyyətdə olan meyitləri çıxarılaraq avtomobildən 1 metr aralıda kənara qoyulduğunu, sonradan şəxsiyyətləri müəyyən olunan MTT MMC-nin işçiləri Kürdəmir rayon Xınıslı kənd sakini Zərərçəkmiş şəxs5 Nərnıan oğlunun, Sabirabad rayon Qaratuğay kənd sakini Zərərçəkmiş şəxs4, Kürdəmir rayon Karrar qəsəbə sakini Zərərçəkmiş şəxs2. Samux rayonu Çobanabdallı kənd sakini X8 və Laçın rayonu Ələkçi kənd sakini Zərərçəkmiş şəxs1 hadisə yerində yanaraq ölmüş vəziyyətdə olduqlarını görmüşlər. Həmin ölmüş şəxslərdən bir nəfər şəxsin Nissan-Navara markalı avtomobilin qabaq sağ sərnişin yerində, bir nəfər şəxsin avtomobilin arxa sol sərnişin yerində yanaraq ölmüş vəziyyətdə olduqlarını gördükdən sonra Şuşa rayon YMH-nin əməkdaşı Şahid19 tərəfindən kəsici alətlər vasitəsilə yanmış avtomobilin hissələri kəsilmiş, onunla Şahid2 avtomobilin qabaq sağ sərnişin yerində və arxa sol sərnişin yerində iki nəfər yanaraq ölmüş şəxslərin meyitləri çıxarılmışdır. Baş vermiş yol nəqliyyat hadisəsi yerində Nissan-Navara markalı avtomobilin salonunda yanaraq ölmüş sonradan şəxsiyyətləri onlara məlum olan Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2, X8 və Zərərçəkmiş şəxs1 meyitləri cəsəd torbalarına yığılaraq üç ədəd təcili tibbi yardım avtomobillərinə qoyularaq Beyləqan rayon məhkəmə tibbi ekspertizasına aparılması üçün yola salınmışdır. Bundan sonra Şuşa RPŞ-nin əməkdaşlarının, Şuşa rayon prokurorluğunun müstəntiqi 1-ci dərəcəli hüquqşünas X12, Şuşa rayon YMH-nin əməkdaşlarının, hal şahidlərinin, eləcə də ərazidə olan MTT MMC-nin işçilərinin iştirakları ilə əraziyə baxış keçirilmiş, yol nəqliyyat hadisəsi yerinin fotoşəkilləri, sxemi çəkilmiş və müvafiq qeydlər aparılmışdır. Onlar yol nəqliyyat hadisəsi yerinə gedəndə MTT MMC-nin işçilərinin deməsinə görə avtomobilin sürücüsü Təqsirləndirilən şəxs ağır vəziyyətdə olduğu üçün Füzuli rayon mərkəzi xəstəxanasına aparılmışdır. Onun bildiyinə görə Təqsirləndirilən şəxs baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində aldığı yanıq və digər xəsarətlərdən 07 noyabr 2023-cü il tarixdə müalicə olunduğu xəstəxanada ölmüşdür. Şuşa rayon YMH-də olan çıxış jurnalından çıxarılmış qeydin surətinin ifadəsinə əlavə etdiyini bildirmişdir. Şahid1 həmçinin ifadəsində göstərmişdir ki, yol nəqliyyat hadisəsi baş verən yolda qeyd olunan avtomobilə aid təkərin səthi izlərin olduğunu gördükdən sonra belə başa düşmüş ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə Şuşa rayonu Daşaltı kəndi ərazisindən Füzuli rayonu istiqamətində hərəkətdə olan zaman yolun yarım döngəli yerində, öz hərəkət istiqamətində ehtiyatsızlıqdan idarə etməni itirərək yoldan kənara çıxmaqla, avtomobili yol kənarında olan dərəyə aşıraraq yanmış və nəticədə baş vermiş yol nəqliyyat hadisəsi zamanı Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2, X18 və Zərərçəkmiş şəxs1 aldığı yanıq və digər xəsarətlərdən hadisə yerində ölmüşlər. Eyni zamanda o hadisə yerinə gedəndə Nissan-Navara markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük və sərnişin yerlərində, eləcə də ətraf ərazilərdə qaz balonunun, həmçinin tez alışıb-partlayan əşyaların olmasını görmədiyini bildirmişdir. (Cild 1, iş vərəqləri 78-81). Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid2, Şahid18 Şahid19, Şahid20 oxşar məzmunlu ifadələr vermişlər. (Cild 1, iş vərəqləri 82-85; Cild 2 iş vərəqləri 113-116, 117-124). Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid3 ifadəsində göstərmişdir ki, 2001-cı ildən DİO-da, 2017-ci ilin iyul ayından Şuşa RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini vəzifəsində xidmət edir. 04 noyabr 2023- cü il tarixdə saat 20:15 radələrində Şuşa şəhərində xidməti iş yerində olan zaman “Əhmədbəyli-Füzuli- Şuşa” yolunun Şuşa rayonu Daşaltı kəndi ərazisinin yaxınlığında 4-cü tunel yolunun qarşısında yol nəqliyyat hadisəsi baş verməsi və baş vermiş yol nəqliyyat hadisəsi zamanı Nissan-Navara markalı avtomobilin yoldan çıxaraq dərəyə aşıb yanması barədə məlumat daxil olmuşdur. Məlumat daxil olduqdan dərhal sonra Şuşa rayon polis şöbəsinin əməkdaşları ilə birlikdə hadisə yerinə getmişdir. Hadisə yerinə çatdıqda “Əhmədbəyli-Füzuli-Şuşa” yolunun Şuşa rayonu Daşaltı kəndi ərazisinin yaxınlığında, yolun 74-cü kilometrliyində yeni inşa edilmiş 4-cü tunel yolunun qarşısında tunelin çıxışından təxminən 200 metr məsafədə olan “Nissan-Navara” markalı, ** MB *** dövlət qeydiyyat nişanlı minik avtomobili Füzuli rayonu istiqamətində hərəkətdə olan zaman yolun ortasından, öz hərəkət istiqamətində təxminən 35-40 metr məsafədə yolun sol kənarında olan dərəyə düşüb aşaraq yanmasını görmüşlər. Onlar yoldan təxminən 15-20 metr məsafədə olan dərədə aşıb yanmış minik avtomobilinə yaxınlaşdıqda minik avtomobilinin tamamilə yanaraq yararsız vəziyyətə düşdüyünü, ətrafda olan şəxslər tərəfindən avtomobilin söndürüldüyünü, ətrafda olan MTT MMCnin işçilərinin deməsinə görə avtomobilin salonundan həmin işçilər tərəfindən üç nəfər şəxsin yanmış vəziyyətdə olan meyitləri çıxarılaraq avtomobildən bir metr aralıda kənara qoyulduğunu, sonradan şəxsiyyətləri müəyyən olunan MTT MMC-nin işçiləri Kürdəmir rayon Xmıslı kənd sakini Zərərçəkmiş şəxs5, Sabirabad rayon Qaratuğay kənd sakini Zərərçəkmiş şəxs4, Kürdəmir rayon Karrar qəsəbə sakini Zərərçəkmiş şəxs2, Samux rayonu Çobanabdallı kənd sakini X8 və Laçın rayonu Ələkçi kənd sakini Zərərçəkmiş şəxs1 hadisə yerində yanaraq ölrriüş vəziyyətdə olduqlarını görmüşlər. Həmin ölmüş şəxslərdən bir nəfər şəxsin Nissan-Navara markalı avtomobilin qabaq sağ sərnişin yerində, bir nəfər şəxsin avtomobilin arxa sol sərnişin yerində yanaraq ölmüş vəziyyətdə olduqlarını görmüşdür. Bundan sonra baş vermiş yol nəqliyyat hadisəsi yerində olan Şuşa rayon YMH-nin xilasetmə əməkdaşları tərəfindən kəsici alətlər vasitəsilə yanmış avtomobilin hissələri kəsilərək qabaq sağ sərnişin yerində və arxa sol sərnişin yerində iki nəfər yanaraq ölmüş şəxslərin meyitləri çıxarılmışdır. Baş vermiş yol nəqliyyat hadisəsi yerində Şuşa rayon X4 və Şuşa RPŞ-nin əməkdaşları tərəfindən Nissan-Navara markalı avtomobilin salonunda yanaraq ölmüş sonradan şəxsiyyətləri onlara məlum olan Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2, X8 və Zərərçəkmiş şəxs1 meyitləri cəsəd torbalarına yığılaraq üç ədəd təcili tibbi yardım avtomobillərinə qoyularaq Beyləqan rayon məhkəmə tibbi ekspertizasına aparılması üçün yola salınmışdır. Bundan sonra Şuşa RPŞ-nin əməkdaşlarının, Şuşa rayon prokurorluğunun müstəntiqi 1-ci dərəcəli hüquqşünas X12, Şuşa rayon YMH-nin əməkdaşlarının, hal şahidlərinin, eləcə də ərazidə olan MTT MMC-nin işçilərinin iştirakları ilə əraziyə baxış keçirilmiş, yol nəqliyyat hadisəsi yerinin fotoşəkillləri, sxemi çəkilmiş və müvafiq qeydlər aparılmışdır. Onlar yol nəqliyyat hadisəsi yerinə gedəndə MTT MMC-nin işçilərinin deməsinə görə avtomobilin sürücüsü Təqsirləndirilən şəxs ağır vəziyyətdə olduğu üçün Füzuli rayon mərkəzi xəstəxanasına aparılmışdır. Sürücü Təqsirləndirilən şəxs baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində aldığı yanıq və digər xəsarətlərdən 07 noyabr 2023-cii il tarixdə müalicə olunduğu xəstəxanada öldüyünü bildirmişdir. (Cild 1 iş vərəqləri 86-89). Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid4 digər Şahid3la oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. (Cild 3, iş vərəqləri 192-194) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid5 ifadələrində göstərmişdir ki, ünvan 2 ünvanda yaşayır, 24 yanvar 2022-ci il tarixdən ünvan 3 ünvanda yerləşən Mikro Tunel Tikinti MMC-nin podratçı təşkilatında sahə rəisi kimi işə düzəlmiş və 2023- cü ilin iyun ayından Böyük Bəhmənli-Füzuli-Şuşa Qaz kəmərinin inşası ilə bağlı gəlib Füzuli-Şuşa rayonlarının ərazisində işləyir. Zərərçəkmiş şəxs5 03 iyul 2023-cü il tarixdə ekskovator-operatoru, Zərərçəkmiş şəxs4 27 sentyabr 2022-ci il tarixdə fəhlə, Zərərçəkmiş şəxs1 19 oktyabr 2023-cü il tarixdə fəhlə, Təqsirləndirilən şəxs 11 iyul 2023-cü il tarixdə buldozer sürücüsü, Zərərçəkmiş şəxs2 06 sentyabr 2023-cü il tarixdə ekskovator- operatoru, Zərərçəkmiş şəxs3 09 oktyabr 2023-cü il tarixdə fəhlə kimi MTT MMC-də işə düzəlib əmək müqavilələri əsasında Füzuli-Şuşa Qaz kəmərinin inşa edilməsində işlədiklərini və MTT MMC-nin işçiləri işə buraxılmazdan əvvəl Sətəm mühəndisi Mahir adlı- şəxs tərəfindən hər gün saat 09 radələrində təlimatlandırılaraq müvafiq sənədə imza olunduqdan sonra işə buraxıldıqlarını bildirmişdir. İşçilərin əmək müqavilələrinin şərtlərinə görə iş vaxtı saat 09:00-da başlayır, saat 18:00-da bitirdi. Onun eşitdiyinə görə 04 noyabr 2023-cü il tarixdə saat 09 radələrində Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 04 noyabr 2023-cü il tarixdə saat 09 radələrində servis avtomobillə Şuşa rayonu Daşaltı kəndinin ərazisinə gedərək orada qaz kəmərinin çəkilməsində işləmişlər. 04 noyabr 2023-cü il tarixdə saat 18:00-da iş vaxtları başa çatdıqdan sonra Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 təxminən saat 19-20 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi Nissan-Navara markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şuşa rayonu Daşaltı kəndinin ərazisində yeni inşa edilmiş 4-cü tunel yolu ilə Füzuli rayonu istiqamətinə doğru hərəkətdə olmaları müəyyən edilmişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs idarə etdiyi Nissan-Navara markalı avtomobili Füzuli-Şuşa yolunun 74-cii kilometrliyində yerləşən 4-cü tunel yolunun qarşısında olan yolda idarə etməni itirdiyindən avtomobil yoldan çıxaraq yolun sol kənarında olan dərəyə aşırtmış və nəticədə avtomobildə yanğın baş vermişdir. O, bu məlumatı adları yadında qalmayan işçilərdən aldıqdan sonra baş vermiş yol nəqliyyat hadisəsi yerinə getmiş və həmin vaxtı hadisə yerində Şuşa rayon polis şöbəsinin, FHNnin Şuşa rayon YMH-nin əməkdaşlarını və MTT MMC-nin işçilərini orada görmüşdür. Hadisə yerinə gedəndə Nissan-Nävara markalı avtomobilin söndürüldüyünü, avtomobilin salonunda olan Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 meyitlərinin çıxarılaraq kənara qoyulduğunu görmüşdür. Bundan sonra baş vermiş yol nəqliyyat hadisəsi yerinə üç qdəd təcili tibbi yardım avtomobillərinin gəldiyini və yol nəqliyyat hadisəsi nəticəsində ölmüş şəxslərin meyitləri təcili tibbi yardım avtomobilləri ilə Beyləqan rayon məhkəmə tibbi ekspertizasına aparılması üçün yola salındığını bildirmişdir. Hətta o hadisə yerinə gedəndə sürücü Təqsirləndirilən şəxs ağır vəziyyətdə olduğu üçün Füzuli rayon mərkəzi xəstəxanasına aparılmışdır. Bundan sonra Şuşa RPŞ-nin əməkdaşlarının, Şuşa rayon prokurorluğunun, Şuşa rayon YMH-nin əməkdaşlarının, hal şahidlərinin, eləcə də ərazidə olan MTT MMC-nin işçilərinin iştirakları ilə əraziyə baxış keçirilmiş, yol nəqliyyat hadisəsi yerinin fotoşəkillləri, sxemi çəkilmiş və müvafiq qeydlər aparılmışdır. Təqsirləndirilən şəxsda baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində aldığı yanıq və digər xəsarətlərdən 07 noyabr 2023-cü il tarixdə müalicə olunduğu xəstəxanada öldüyünü bildirmişdir.Şahid5 həmçinin ifadəsində göstərmişdir ki, mərhum sürücü Təqsirləndirilən şəxs 04 noyabr 2023-cü il tarixdə yol nəqliyyat hadisəsi baş verən zaman idarə etdiyi Nissan-Navara markalı avtomobil MTT MMC-də mexanik işləyən Şahid13 məxsus olmasını eşitmiş, həmin avtomobildə etibarnamə əsasında MTT MMC-də briqadir işləyən Şahid11 şəxsi istifadəsi üçün verilmişdir. Şahid11 deməsinə görə Nissan-Navara markalı ** MB *** dövlət qeydiyyat nişanlı avtomobili 04 noyabr 2023-cü il tarixdə saat 18:00-dan sonra Xocavənd rayonu Zoğalbulaq kəndinin ərazisində Təqsirləndirilən şəxs sürmək məqsədilə vermişdir. Təqsirləndirilən şəxs da yəqin ki, həmin avtomobillə gəlib Şuşa rayonu Daşaltı kəndi əpızisində 6,7-ci tunel yolunda qaz kəmərinin çəkilməsində işləyən Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 iş vaxtından sonra idarə etdiyi Nissan-Navara markalı avtomobilə mindirib Füzuli rayonu istiqamətinə doğru 4-cü tunel yolunda hərəkətdə olarkən idarə etməni itirdiyindən avtomobil yolun sol kənarında olan dərəyə düşüb aşaraq yanmasını bildirmişdir.Həmin yanmış avtomobilin salonunda Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 yanaraq ölmüşlər. Təqsirləndirilən şəxs isə ağır vəziyyətdə olduğundan Füzuli rayon mərkəzi xəstəxanasına aparılmışdır. MTT MMCnin işçiləri iş yerlərinə servis avtomobilləri ilə aparılır və iş vaxtları bitdikdən sonra işçilər öz istəklərinə uyğun olaraq servis və yaxud şəxsi avtomobillərlə qaldıqları evə getdiklərini, eləcədə Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 04 noyabr 2023-cü il tarixdə saat 09 radələıində Şuşa rayonu Daşaltı kəndinin ərazisində işlədikləri yerə servis avtomobili ilə getdiklərini bildirmişdir. Lakin həmin şəxslər işdən çıxdıqdan sonra servis avtomobilini gözləməyib Təqsirləndirilən şəxs idarə etdiyi Nissan-Navara markalı avtomobillə qaldıqları evə getmək istəyəndə məlum olan yol nəqliyyat hadisəsi törədilmişdir. Mərhum sürücü Təqsirləndirilən şəxs 04 noyabr 2023-cü il tarixdə yol nəqliyyat hadisəsi baş verməzdən əvvəl və yaxud yol nəqliyyat hadisəsi baş verən zamanı “Nissan-Navara” markalı, ** MB *** dövlət qeydiyyat nişanlı minik avtomobilini idarə etdiyini MTT MMC-nin, eləcədə başqa şəxslərin görməsi haqda məlumatının olmadığını bildirmişdir. (Cild: 1 iş vərəqləri 189-193, Cild: 3 iş vərəqləri 192-194) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadələri elan olunaraq tədqiq olunan Mikro Tunel Tikinti MMC-nin əməkdaşları Şahid6, Şahid7, Şahid8, Şahid10, Şahid9, Şahid12, Şahid14, Şahid17, Şahid21, Şahid22, Şahid24, Şahid25 ifadələrindən görünür ki, onlar oxşar məzmunlu ifadə verməklə hadisənin şahidi olmadıqlarını və hadisə barədə sonradan eşitdiklərini bildirmişlər. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid27 ifadəsində göstərmişdir ki, idarə etdiyi Ford markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı mikroavtobıısla xx.xx.2023-cü il tarixdən Böyükbəhmənli – Füzuli - Şuşa qaz xəttinin çəkilməsində iştirak edən MTT MMC şirkəti ilə işçiləri aparmaq üçün icarə müqaviləsi bağlamışdır. Şirkətin iş qrafikinə uyğun olaraq hər gün səhər saat 08 radələrində həmin şirkətin işçilərini qaz xəttinin çəkilişi üçün Xocalı rayonu Sığmaq kəndində yerləşən sığınacaqdan götürüb, Şuşa rayonu Daşaltı kəndi istiqamətinə yeni çəkilmiş Füzuli-Şuşa yolunda yerləşən 4,5,6,7-ci tündlərin yerləşdiyi ərazilərə yaxın dağ ətəyi yerlərdə yerləşən iş yerlərinə gündəlik apırmışdıı*. İşçiləri düşürdükdən sonra təkrar sığmacaqa qayıdıb, günora nahar yeməkələrini aparıb vermişdir. İş saatı bitənə qədərdə işçiləri yaxın ərazidə olan yollarda gözləmişdir. Saat 17,18 radələrində isə işçiləri götürüb qaldıqları siğınacaqa qaytarmışdır. Gündəlik o mikroavtobusla 10-11 nəfəri işçini iş yerinə aparıb gətirmişdir. xx.xx.2023-cü il tarixdə təxminən saat 20:30 radələrində o, Xocalı rayonu Sığmaq kəndində ki, sığınacaqda olan zaman eşitmişdir ki, 4-cü tünelin qarşısında avtomobil aşaraq yanıb. Bundan sonra o, idarə etdiyi mikroavtobusla siğınacaqda olan 2-3 nəfər şəxslə hadisə yerinə getmişdir. Hadisə yerinə çatanda orada polis, FHN və TTY əməkdaşlarının, həmçinin MTT MMC-nin işçilərinin hadisə yerində oluqlarını görmüşdür. Həmin vaxt aşaraq yanan Nissan Namara markalı avtomobilin yanında bir nəfər şəxsin olduğunuda görmüş və işçilərin ona bildirməsinə görədə avtomobili kəmin şəxsin idarə etdiyini bilmişdir. Daha sonrada sığmacaqa qayıtmışdır. (Cild 3, iş vərəqləri 56-60). Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid28 ifadəsindən görünür ki, o, Şahid27la oxşar məzmunlu ifadə vermişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid31 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs5 tanımış və onunla aralarında yaxşı münasibətləri olmuşdur. xx.xx.2024-cü il tarixdən Zərərçəkmiş şəxs5 dəvəti ilə onun işlədiyi MTT MMC-nə işləməyə gəlmişdir. Buna görədə Kamil ilə görüşmüş və onun qaldığı yataqxanadakı otaqında onunla birlikdə qalmışdır. xx.xx.2023-cü il tarixdə Kamil şəxsi'işlə bağlı evə getmişdir və buna görədə o. Kamilin yerinə işə çıxmışdır. İşə gedən zaman Təqsirləndirilən şəxs «Nissan Navara» markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobili sürmüş, sahə rəisi İkrami sağ qabaqda əyləşmiş, onunla Hümbət Hiimətov adlı fəhlə isə arxada əyləşmişlər. Onlar Şuşa rayonu Daşaltı kəndində işləmişlər və axşam qayıtmışlar. Səhəri günü yenə onlar birlikdə işlməyə getmişlər. İş yerində o Kamilin idarə etdiyi texnikanı idarə etlmiş, Şahbaz, Rəşad və Hümbət fəhlə qismində olmuşlar. Təqsirləndirilən şəxs isə onların üzərində nəzarətçi olmuşdur. İkrami nəzarət edəndən sonra çıxıb getmiş, boruların sərt enişinə çatanda onun sözü ilə Elvin İkramiyə məlumat vermiş və İkrami onların yanma qayıtmışdır. Təxminən 2 saat ərzində texnikanı İkrami idarə edikdən sonra çıxıb getmişdir. Axşam yenə Elvin idarə etdiyi «Nissan Navara» markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobillə onları yaataqxanaya gətirmişdir. Yolda gələn zaman avtomobilin tormuz sistemində nasazlıq olduğunu Elvin bildirib, onları torpaq yola gətirmiş, zəfər yoluna və döngəli yola çıxmamışdır. xx.xx.2023-cü il tarixdə Kamil işə qayıtdığından Elvingillə özü getmişdir. O, isə başqa qrupda işləmişdir. Həmin günü saat 19:51-də Kamil ona zəng elmiş yanacaqlarının qutardıqı üçün getdiklərini bildirmişdir. O,da Kamilə onuda götürmələrini tapşırmışdır. Lakin Kamil ona yuxarı düşərgəyə gəlməsini tapşırdığından onlara getməmişdir. İşləri bitəndən sonra servis mikroavtobusu ilə yataqxana gələndə Füzüli-Şıışa yolunun Daşaltı kəndindən keçən 4-cü tünel yolunun qarşısında sol tərəfdə dərədə avtomobil yandığını görüb dayanmışlar. Yerə düşüb yaxınlaşanda pikap avtomobilini tamamilə alovun bürüyərək şiddətli yandığını görmüşdür. Pikap avtomobilinin nömərəsinə baxanda Təqsirləndirilən şəxs idarə etdiyi «Nissan Navara» markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobil olduğunu bilmişdir. O,dərhal Kamilə zəng etmiş, lakin ona cavab verməmişdir. O və orada olan iş yoldaşları Elvin və Kamil deyərək qışqırmışlar. Təxminən avtomobildən 10-15 metr aralıda dərənin içindən qışqırtı səsi eşitmişlər və yaxınlaşanda Elvinin olduğunu, arxası üzərində uzandığını halsız olduğunu aşağıdan sinəyə qədar yandığını qışqırıb kömək istədiyini görmüşlər. Onu yola çıxartmışlar və təcili yadım götrüb aparmışdır. Su və torpaqla yanan avtomobili söndürmüşlər, içərisində 4 nəfər arxada, bir nəfər sağ qabaqda sərnişin oturacaqında adam meyitlərinin olduqlarını telefon ışıqı ilə baxan zaman görmüşdürlər. Qabaq sərnişin yerində olan meyitin Kamil olduğunu tanımışdır. Hadisə yerində olan zamanda orada tez alışan yana bilən partlaya bilən hər hansı əşya, eləcə kislorod və qaz balonun olmasını görməmişdir. (Cild 3, iş vərəqləri 157-160). Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid32 ifadəsində göstərmişdir ki, o, 2023-cü ilin iyul ayından MTT MMC-də ekskavtor operatoru qismində işə düzəlmiş, Füzuli-Şuşa qaz kəmərələrinin çəklişində işləmişdir. Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 MTT MMC-də işləsələrdə o,' onlardan ayrı qrupda işləmişdir. Nissan Navara markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobili Təqsirləndirilən şəxs idarə edib, həmin şəxsləri İkrami ilə birlikdə işə aparıb gətirmişdir. xx.xx.2024-cü il tarixdə səhər Elvin həmin avtomobillə qeyd olunun şəxsləri götürüb Şuşa rayonu Daşaltı kəndinin ərazisinə 4-5-ci tünelin arasına işə aparmışdır. Həmin günü saat 19 radələrində Təqsirləndirilən şəxs Xocavənd rayonunda yerləşən qaldıqları düşərgəyə gəlmiş və oradan işlədiyi qrupa axşam yeməyini götrüb getmişdir. Elvin gedəndən bir saat sonra düşərgədə olan zaman ona iş yoldaşı Səbuhi zəng edib 4-5-ci tünel yolunda pikap avtomobilinin yandığını ağlayaraq demişdir. Oda bu barədə cavabdeh şəxslərə məlumat verib, özüdə hadisə yerinə getmişdir. Orada Şuşa şəhəri istiqamətində yolun sağ tərəfində dərəyə Elvinin sürüdüyü pikap avtomobili düşərək yanıb qutardığını, Elvinində yanan avtomobildən 20-30 metr aralı dərənin içində olduğunu, qışrıdığım, yuxarıdan aşağıya qədər çılpaq olduğunu, yandığını və şokda olduğunu görmüşdür. Daha sonra təcili yardım avtomobilləri və FHN-nin əməkdşalrı gəlmişlər.r Elvini götürüb xəstəxanaya aparmışlar. Yanan avtomobildəndə Şahbazıan, Hümbətin, Kamilin, Eldənizin və Rəşadın meyitləri çıxarılmış ekspertiza müayinəs üçün Beyləqan rayon morquna aparılmışdır. Səhəri günüdə o. Kamil və Şahbazın dəfınində iştirak etmişdir. Qeyd etmişdir ki, avtomobil dərəyə aşdığından onda yanğın hadisəsi baş vermişdir. Avtomobildə tez alışan və yana bilən qaz və kislorod balonlarınında olmasını görməmişdir. (Cild 3, iş vərəqləri 166- 169). Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid33 ifadəsində göstərmişdir ki, MTT MMC-də satınalma üzrə mütəxəssis işləyir. xx.xx.2023-cu il tarixdə Salyan rayonuna qohumunun toyunda iştirak etmək üçün getmiş və həmin günü axşam vaxtı eşitmişdir ki, iş yoldaşları yol nəqliyyat hadisəsinə düşmüşlər. Avtomobildə olan 5 nəfər sənişin olmuş və sürücü Təqsirləndirilən şəxs isə xəsarət almışdır. Hadisə barədə maraqlananda isfə ona məlum olmuşdur ki, iş yoldaşları Təqsirləndirilən şəxs Nissan Navara markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobili Füzuli-Şuşa yolu ilə idarə edib, Şuşa rayonu Daşlatı kəndində avtomobili yoldan çıxarıb dərəyə aşırtmış, nəticədə avtomobildə yanğın baş vermiş və avtomobildə olan şirkətin işçiləri sonradan adalarını bildiyi Hümbət, Kamil, Rəşad, Eldəniz və Şahbaz yanaraq ölmüşdür. xx.xx.2023-cü il tarixdə Bakı şəhərində olan zaman Təqsirləndirilən şəxs Bakı şəhərində xəstəxanada olduğunu bilib, ona dəyməyə 5 №-li xəstəxanaya getmişdir. Lakin Elvinin yanma buraxılmadığından onu görə bilməmişdir. Orda Elvinin qardaşını görüb onunla görüşüb çıxıb getmişdir. xx.xx.2023-cü il tarixdədə Elvinin öldüyünü bilmişdir. (Cild 3, iş vərəq 170). Məhkəmə, iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin hüquqi varislərinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “meyitə baxış keçirilməsi” haqqında 05 noyabr 2023-cü il tarixli protokolda göstərilmişdir ki, MTE və PA Birliyinin Beyləqan rayon şöbəsinin meyitxanasında təşrih masası üzərində düzgün bədən quruluşlu, kafi qidalı, kişi cinsli Zərərçəkmiş şəxs1 meyiti uzadılmışdır. Meyit güclü yanıq dəyişikliklərinə məruz qaldığından onun boyunun uzunluğunu tam dəqiqləşdirmək mümkün olmamışdır. Meyitin əynində olan paltarları tam yanmış, kömürlənmiş halda olmuş, başın tük örtüyü yanmışdır. Başın və sifətin dəri örtüyü və dərialtı yumşaq toxumaları tam yanmış, nekrozlaşmış,kömürləşmiş, qaralmış haldadır. Sifəti ayırd olunmur və görünən dişləri tamdır. Boyunu bədənə mütənasibdir, yumşaq toxumaları yanmış,kömürləşmiş haldadır. Döş qəfəsi silindrik formadadır, elastikidir, simmetrikdir, yumşaq toxumaları yanmış, kömürlənmiş haldadır, yanıq təsirindən dəri çatları ilə müşayiət olunur. Ön qarın divarı qabırğa qövsündən aşağı səviyyədədir,yumşaq toxumaları yanmış, kömürlənmiş haldadır. Xarici cinsiyyət üzvləri yanmış, kömürləşmiş hailda kütlə kimi qeyd olunur. Sol said və əl pəncəsi nahiyəsində yumşaq toxumaları tam yanmış, kömürləşmiş, tökülmüşdür,sümüklərin üstü açılmışdır. Sağ yuxarı ətraf dirsək oynağından amputasiya olunmuş haldadır, yumşaq toxumaları yanmış, kömürləşmişdir, xırda təsirdən ovxalanır. Sağrı nahiyələri daxil olmaqla hər iki aşağı ətraflarında yumşaq toxumaları yanma prosesinə məruz qalmış, kömürləşmiş,tam nekrozlaşmış haldadır. Hər iki baldır və ayaq pəncəsi sümükləri yumşaq toxumalardan azaddır, falanqa sümükləri tökülmüşdür. Meyitin bədən səthində yuxarıda qeyd olunan yanma dəyişikliklərindən savayı, digər hər hansı xəsarət və ya xəsarət izləri aşkar olunmamışdır. (Cild 1, iş vərəqləri 30-33) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən “meyitə baxış keçirilməsi” haqqında 05 noyabr 2023-cü il tarixli protokolda göstərilmişdir ki, MTE və PA Birliyinin Beyləqan rayon şöbəsinin meyitxanasında təşrih masası üzərində düzgün bədən quruluşlu, kafi qidalı, kişi cinsli Zərərçəkmiş şəxs2 meyiti uzadılmışdır. Meyit güclü yanıq dəyişikliklərinə məruz qaldığından onun boyunun uzunluğunu tam dəqiqləşdirmək mümkün olmamışdır. Meyitin əynində olan paltarları tam yanmış, kömürlənmiş halda olmuş və başın tük örtüyü yanmışdır. Başın və sifətin dəri örtüyü və dərialtı yumşaq toxumaları tam yanmış, nekrozlaşmış, kömürləşmiş, qaralmış haldadır. Sifəti ayırd olunmur və görünən dişləri tamdır. Boyunu bədənə mütənasibdir, yumşaq toxumaları yanmış, kömürləşmiş haldadır. Döş qəfəsi silindrik formadadır, elastikidir, simmetrikdir,yumşaq toxumaları yanmış, kömüıiənmiş haldadır, yanıq təsirindən dəri çatları ilə müşayiət olunur. Ön qarın divarı qabırğa qövsündən aşağı səviyyədədir, yumşaq toxumaları tam yanmış, kömürləşmiş haldadır, daxili üzvlərinin hissəvi eventrasiyası ilə müşayət olunur. Hər iki yuxarı ətrafı dirsək oynağı, hər iki aşağı ətrafın, solda topuq,sağda isə diz oynağı səviyyəsindən travmatik amputasiya olunmuş haldadır. Qarının yumşaq toxumaları yanmış, kömürlənmiş haldadır, daxili üzvlərinin eventrasiyası (xaricə çıxması) ilə müşayət olunur. Meyitin bədən səthində yuxarıda qeyd olunan yanma dəyişikliklərindən savayı,digər hər hansı xəsarət və ya xəsarət izləri aşkar olunmamışdır. (Cild 1, iş vərəqləri 34-37) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən “meyitə baxış keçirilməsi haqqında” 05 noyabr 2023-cü il tarixli protokolda göstərilmişdir ki, MTE və PA Birliyinin Beyləqan rayon şöbəsinin meyitxanasında təşrih masası üzərində düzgün bədən quruluşlu, kafi qidalı, kişi cinsli Zərərçəkmiş şəxs5 meyiti uzadılmışdır. Meyit güclü yanıq dəyişikliklərinə məruz qaldığından onun boyunun uzunluğunu tam dəqiqləşdirmək mümkün olmamışdır. Meyitin əynində olan paltarları tam yanmış, kömürlənmiş halda olmuş və başın tük örtüyü yanmışdır. Başın və sifətin dəri örtüyü və dərialtı yumşaq toxumaları tam yanmış, nekrozlaşmış, kömürləşmiş, qaralmış haldadır. Sifəti alt dodağa qədər ayırd olunur. Gözləri qapalıdır, birləşdirici toxuma qişaları doluqanlı olmaqla tünd qırmızı rəngdə, nöqtəvari formada qansızmalıdır. Alt dodağı daxil olunmaqla bütün bədən səthinin dəri,dərialtı və əzələ toxumaları tam yanmış, nekrozlaşmış və kömürləşmiş haldadır. Görünən dişləri tamdır. Boyunu bədənə mütənasibdir, yumşaq toxumaları yanmış, kömürləşmiş haldadır. Döş qəfəsi silindrik formadadır, elastikidir, simmetrikdir, yumşaq toxumaları yanmış, kömürlənmiş haldadır, yanıq təsirindən dəri çatları ilə müşayət olunur. Ön qarın divarı sol aşağı yarısında 15x8 sm ölçüdə,yumşaq toxumaları tam yanmış, kömürlənmiş haldadır,daxili üzvlərin eventrasiyası (xaricə çıxması) müşahidə olunur. Xarici cinsiyyət üzvləri yanmış,kömürlənmiş halda kütlə kimi qeyd olunur. Hər iki yuxarı ətrafın yumşaq toxumaları tam yanmış, kömürləşmiş, tam nekrozlaşmış haldadır,xırda təsirdən ovxalanır və dəri sırılmaları ilə müşayət olunur. Sol yuxarı ətraf əl darağının proksimal falanqa səviyyəsindən,sağ yuxarı ətrafı isə proksial falanqa sümükləri səviyyəsindən travmatik (yanıq təsirindən) amputasiya olunmuş vəziyyətdədir. Sağ aşağı ətrafı topuq oynağı səviyyəsindən travmatik amputasiya olunmuş haldadır. Sağrı nahiyələri daxil olmaqla hər iki aşağı ətraflarında yumşaq toxumaları yanma prosesinə məruz qalmış, kömürləşmiş, tam nekrozlaşmış, sümüklərin üstü hissəvi açılmış haldadır. Meyitin bədən səthində yuxarıda qeyd olunan yanma dəyişikliklərindən savayı,digər hər hansı xəsarət və ya xəsarət izləri aşkar olunmamışdır. (Cild 1, iş vərəqləri 38-41) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən “meyitə baxış keçirilməsi” haqqında 0 noyabr 2023-cü il tarixli protokolda göstərilmişdir ki, MTE və PA Birliyinin Beyləqan rayon şöbəsinin meyitxanasında təşrih masası üzərində düzgün bədən quruluşlu, kafi qidalı, kişi cinsli Zərərçəkmiş şəxs4 meyiti uzadılmışdır. Meyit güclü yanıq dəyişikliklərinə məruz qaldığından onun boyunun uzunluğunu tam dəqiqləşdirmək mümkün olmamışdır. Meyitin əynində olan paltarları tam yanmış, kömürlənmiş halda olmuş və. başın tük örtüyü yanmışdır.Başın və sifətin dəri örtüyü və dərialtı yumşaq toxumaları tam yanmış, nekrozlaşmış, kömürləşmiş, qaralmış haldadır. Sifəti ayırd olunmur və görünən dişləri tamdır. Boyunu bədənə mütənasibdir, yumşaq toxumaları yanmış, kömürləşmiş haldadır. Döş qəfəsi silindrik formadadır, elastikidir, simmetrikdir, yumşaq toxumaları yanmış, kömüıiənmiş haldadır, yanıq təsirindən dəri çatları ilə müşayət olunur. Ön qarın divarı qabırğa qövsündən aşağı səviyyədədir, yumşaq toxumaları yanmış, kömürləşmiş haldadır, daxili üzvlərinin hissəvi eventrasiyası ilə müşayət olunur. Xarici cinsiyyət üzvləri yanmış, kömürləşmiş, halda kütlə kimi qeyd olunur. Hər iki said nahiyəsi mil-bilək oynağı səviyyəsindən ampııtasiya olunmuş haldadır, digər hissələrdə yumşaq toxumaları yanmış- nekrozlaşmış,kömürlənmiş haldadır.Sağrı nahiyələri daxil olmaqla hər iki aşağı ətraflarında yumşaq toxumaları, yanma prosesinə məruz qalmış, kömürləşmiş, tam nekrozlaşmış haldadır, sümüklərin üstü açılmış haldadır. Hər iki aşağı ətrafı pəncə hissələrindən travmatik (yanıq təsirindən) ampııtasiya olunmuşdur. Meyitin bədən səthində yuxarıda qeyd olunan yanma dəyişikliklərindən savayı,digər hər hansı xəsarət və ya xəsarət izləri aşkar olunmamışdır. (Cild 1, iş vərəqləri 42-45) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən “meyitə baxış keçirilməsi” haqqında 05 noyabr 2023-cü il tarixli protokolda göstərilmişdir ki, MTE və PA Birliyinin Beyləqan rayon şöbəsinin meyitxanasında təşrih masası üzərində düzgün bədən quruluşlu, kafi qidalı, kişi cinsli Zərərçəkmiş şəxs3 meyiti uzadılmışdır. Meyit güclü yanıq dəyişikliklərinə məruz qaldığından onun boyunun uzunluğunu tam dəqiqləşdirmək mümkün olmamışdır. Meyitin əynində olan paltarları tam yanmış,kömürlənmiş halda olmuş və başın tük örtüyü yanmışdır. Başın və sifətin dəri örtüyü və dərialtı yumşaq toxumaları tam yanmış,nekrozlaşmış, kömürləşmiş, qaralmış haldadır. Sifəti ayırd olunmur və görünən dişləri tamdır. Boyunu bədənə mütənasibdir, yumşaq toxumaları yanmış, kömürləşmiş haldadır. Döş qəfəsi silindrik formadadır, elastikidir, simmetrikdir, yumşaq toxumaları yanmış,kömürlənmiş haldadır, yanıq təsirindən dəri çatları ilə müşayiət olunur. Ön qarın divarı qabırğa qövsündən aşağı səviyyədədir, yumşaq toxumaları yanmış,kömürlənmiş haldadır,daxili üzvlərinin hissəvi eventrasiyası ilə müşayiət olunur. Xarici cinsiyyət üzvləri yanmış, kömürləşmiş halda kütlə kimi qeyd olunur. Sağ yuxarı tərakfi mil-bilək oynağı səviyyəsindən amputasiya olunmuş haldadır. Digər hissələrdə yumşaq toxumalar yanmış-nekrozlaşmış, kömürləşmiş haldadır. Sağrı nahiyələri daxil olmaqla hər iki aşağı ətraflarında yumşaq toxumaları yanma prosesinə məruz qalmış,kömürləşmiş, tam nekrozlaşmış vəziyyətdədir.Sümüklərin üstü açılmış haldadır. Hər iki aşağı ətrafı topuq oynağı səviyyəsindən travmatik (yanıq təsirindən) amputasiya olunmuşdur. Meyitin bədən səthində yuxarıda qeyd olunan' yanma dəyişikliklərindən savayı, digər hər hansı xəsarət və ya xəsarət izləri aşkar olunmamışdır. (Cild 1, iş vərəqləri 46-49) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən Füzuli rayon mərkəzi xəstəxanasının 07 noyabr 2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs “bədən səthinin 90% və ya daha çox sahəsinin termiki yanığı, bədənin bir neçə nahiyəsinin heç olmasa bir nahiyədə İİİ dərəcəli yanıq göstərilməklə termiki' yanıqları, diz oynağının açıq yarası, göz qapağı və gözyuvası yanı nahiyənin açıq yarası” diaqnozları qoyulmuşdur. Xəstənin ümumi vəziyyəti ağır, huşu aydın olmadığından və qeyri-iradi hərəkətlər etdiyi üçün izahatın almaq mümkün olmamışdır. Füzuli rayon mərkəzi xəstəxanasının poliklinika şöbəsinin 04 noyabr 2023-cü il tarixli 756 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə olmamışdır. (Cild 1, iş vərəqləri 70-72) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən Bakı şəhəri X23 X31 06 noyabr 2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs 05 noyabr 2023-cü il tarixdə sifətin, gövdənin hər iki sağrının, gövdənin ön və arxa səthinin, yuxarı ətrafların,hər iki aşağı ətrafların İİİ-İV dərəcəli termiki yanığı, yanıq şoku, sağ said sümüyün sınığı və çıxığı diaqnozu ilə X26 Şöbəsinə daxil olmuş və xəstə çox ağır olduğu üçün dindirilməsi mümkün olmamışdır. (Cild 1, iş vərəq 69) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən Azərbaycan Respublikasının DİN-in BDYPİ-nin 15 noyabr 2023-cü il tarixli məktubuna əlavə olunmuş kompüter çıxarışında göstərilmişdir ki, Nissan-Navara markalı ** MB *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi ünvan 4 ünvanda qeydiyyatda olan Şahid23 məxsus olması, həmin avtomobilin etibarnamə ilə 11 oktyabr 2023-cü il tarixdə Şəmkir rayonu Sarıtəpə kəndində qeydiyyatda olan Şahid13, xx.xx.2023-cü il tarixdə Şuşa şəhəri Pənahxan küçəsi ev 1, mənzil 35-də qeydiyyatda olan Bayramov Səbuhi -Elmar oğluna, 16 oktyabr 2023-cü il tarixdə Xaçmaz rayonu Qusarçay kəndində qeydiyyatda olan X9, xx.xx.2023-cü il tarixdə Füzuli rayonu Horadiz kəndində qeydiyyatda olan Şahid11 verilmişdir. (Cild 1, iş vərəqləri 98-99). Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən MTT MMC-dən 18 noyabr 2023-cü il tarixdə təqdim olunaraq cinayət işinin materiallarına əlavə edilmiş arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs, X10, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və X18 hadisə baş verməmişdən öncə əmək müqaviləsinə əsasən iş gününün sonunadək və həmin əmək müqaviləsinə əsasən üzərlərinə götürdükləri vəzifələrin icrası ilə məşğul olmuşlar. Şirkətin müqavilə üzrə işçiləri müvafiq olaraq əmək müqaviləsi üzrə öz üzərlərinə düşən vəzifələri yerinə yetirmişlər. “Nissan- Navara” markalı, ** MB *** dövlət qeydiyyat nişanlı avtomobil şirkətin mülkiyyətində, sahibliyində, istifadəsində və ya icarəsində olmadığından avtomobillə bağlı qoyulmuş sualları cavablandırmaq şirkətin imkanları xaricindədir. Baş vermiş yol nəqliyyat hadisəsi iş vaxtından sonra baş verdiyindən təfərrüatları barədə məlumatsız olduqları göstərilmişdir. MTT MMC-dən 18 noyabr 2023-cü il tarixdə təqdim olunaraq cinayət işinin materiallarına əlavə edilmiş əmək müqavilələrində göstərilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti üzrə xx.xx.2023-cü il tarixdə 485 nömrəli əmrlə Zərərçəkmiş şəxs1 fəhlə vəzifəsinə, xx.xx.2023-cü il tarixdə 150 nömrəli əmrlə Zərərçəkmiş şəxs5 ekskovator operatoru vəzifəsinə, xx.xx.2023- cü il tarixdə 452 nömrəli əmrlə Zərərçəkmiş şəxs3 fəhlə vəzifəsinə,xx.xx.2022-ci il tarixdən 209 nömrəli əmrlə Zərərçəkmiş şəxs4 fəhlə vəzifəsinə, xx.xx.2023-cü il tarixdə 362 nömrəli əmrlə Zərərçəkmiş şəxs2 ekskovator operatoru vəzifəsinə, xx.xx.2023-cü il tarixdə 169 nömrəli əmrlə Təqsirləndirilən şəxs buldozer operatoru vəzifəsinə işə qəbul olunmuşlar. (Cild 1, iş vərəqləri 112-188). Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən MTE və PA birliyi X31 Beyləqan rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 55/23 nömrəli rəyində göstərilmişdir ki, 1) mərhum Zərərçəkmiş şəxs1 meyitinin müayinəsi zamanı bədən səthinin 90%- dən çox hissəsinin İİİ-İV dərəcəli termiki yanığı, dəri, dərialtı yumşaq toxumaların,əzələlərin kömürləşmə halında nekrozu,sağ yuxarı ətrafın dirsək oynağından amputasiyası,hər iki ayaq pəncəsinin falanqa və qismən daraq sümüklərinin itirilməsi (tökülməsi) aşkar edilmişdir. 2) Mərhum Zərərçəkmiş şəxs1 yuxarıda qeyd olunan xəsarətləri alov təsirindən törənmişdir,qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan və mərhum Zərərçəkmiş şəxs1 ölümü ilə nəticələnmiş sağlamlığa Ağır zərər vurmanın əlamətlərinə malikdirlər. 3) Mərhum Zərərçəkmiş şəxs1 ölümünə səbəb alov təsirindən törənmiş yanıq şoku olmuşdur. 4) Mərhum Zərərçəkmiş şəxs1 ölümünün müddəti qərarın təsviri hissəsində göstərilən, yəni 04 noyabr 2023-cü il tarixə uyğun gəlir. (Cild 2, iş vərəqləri 29-32). Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən MTE və PA birliyi X31 Beyləqan rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 56/23 nömrəli rəyində göstərilmişdir ki, 1) mərhum Zərərçəkmiş şəxs5 meyitinin müayinəsi zamanı bədən səthinin 90%-dən çox hissəsinin İİİ-İV dərəcəli termiki yanığı, dəri, dərialtı yumşaq toxumaların,əzələlərin kömürləşmə halında nekrozu,sol əl pəncəsinin daraq sümüklərinin proksimal səviyyəsindən,sağ aşağı ətrafın topuq oynağı səviyyəsindən travmatik (yanıq təsirindən) amputasiyası aşkar edilmişdir. 2) Mərhum Zərərçəkmiş şəxs5 yuxarıda qeyd olunan xəsarətləri alov təsirindən törənmişdir,qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan və mərhum Zərərçəkmiş şəxs5 ölümü ilə nəticələnmiş sağlamlığa Ağır zərər vurmanın əlamətlərinə malikdirlər. 3) Mərhum Zərərçəkmiş şəxs5 ölümünə səbəb alov təsirindən törənmiş yanıq şoku olmuşdur. 4) Mərhum Zərərçəkmiş şəxs5 ölümünün müddəti qərarın təsviri hissəsində göstərilən, yəni 04 noyabr 2023-cü il tarixə uyğun gəlir. (Cild 2, iş vərəqləri 44- 48). Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən MTE və PA birliyi X31 Beyləqan rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 57/23 nömrəli rəyində göstərilmişdir ki, 1) mərhum Zərərçəkmiş şəxs4 meyitinin müayinəsi zamanı bədən səthinin 90%- dən çox hissəsinin İİİ-İV dərəcəli termiki yanığı, dəri, dərialtı yumşaq toxumaların,əzələlərin kömürləşmə halında nekrozu, qarın boşluğu üzvlərinin eventrasiyası (xaricə çıxması), hər iki yuxarı ətrafın mil-bilək oynağı səviyyəsindən və hər iki aşağı ətrafın pəncə nahiyəsindən travmatik amputasiyası aşkar edilmişdir. 2) Mərhum Zərərçəkmiş şəxs4 yuxarıda qeyd olunan xəsarətləri alov təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan və mərhum Zərərçəkmiş şəxs4 ölümü ilə nəticələnmiş sağlamlığa Ağır zərər vurmanın əlamətlərinə malikdirlər. 3) Mərhum Zərərçəkmiş şəxs4 ölümünə səbəb alov təsirindən törənmiş yanıq şoku olmuşdur. 4) Mərhum Zərərçəkmiş şəxs4 ölümünün müddəti qərarın təsviri hissəsində göstərilən, yəni 04 noyabr 2023-cii il tarixə uyğun gəlir. (Cild 2, iş vərəqləri 50-53). Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən MTE və PA birliyi X31 Beyləqan rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 58/23 nömrəli rəyində göstərilmişdir ki, 1) mərhum Zərərçəkmiş şəxs3 meyitinin müayinəsi zamanı bədən səthinin 90%-dən çox hissəsinin İİİ-İV dərəcəli termiki yanığı, dəri, dərialtı yumşaq toxumaların və əzələlərin kömürləşmə halında nekrozu,qarın boşluğu üzvlərinin eventrasiyası (xaricə çıxması), sağ yuxarı ətrafın mil-bilək oynağı səviyyəsindən travmatik amputasiyası, hər iki aşağı ətrafın topuq oynağı səviyyəsindən travmatik amputasiyası aşkar edilmişdir. 2) Mərhum Zərərçəkmiş şəxs3 yuxarıda qeyd olunan xəsarətləri alov təsirindən törənmişdir,qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan və mərhum Zərərçəkmiş şəxs3 oğlunun ölümü ilə nəticələnmiş sağlamlığa Ağır zərər vurmanın əlamətlərinə malikdirlər. 3) Mərhum Zərərçəkmiş şəxs3 ölümünə səbəb alov təsirindən törənmiş yanıq şoku olmuşdur.4) Mərhum Zərərçəkmiş şəxs3 ölümünün müddəti qərarın təsviri hissəsində göstərilən, yəni 04 noyabr 2023-cü il tarixə uyğun gəlir. (Cild 2, iş vərəqləri 34-37). Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən MTE və PA birliyi X31 Beyləqan rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 59/23 nömrəli rəyində göstərilmişdir ki, 1) mərhum Zərərçəkmiş şəxs2 meyitinin müayinəsi zamanı bədən səthinin 90%-dən çox hissəsinin İİİ-İV dərəcəli termiki yanığı, dəri, dərialtı yumşaq toxumaların,əzələlərin kömürləşmə halında nekrozu,' qarın boşluğu üzvlərinin eventrasiyası (xaricə çıxması), hər iki yuxarı ətrafın dirsək oynağı,hər iki aşağı ətrafın solda topuq oynağı, sağda diz oynağı səviyyələrindən travmatik amputasiyası aşkar edilmişdir. 2) Mərhum Zərərçəkmiş şəxs2 yuxanda qeyd olunan xəsarətləri alov təsirindən törənmişdir,qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan və mərhum Zərərçəkmiş şəxs2 ölümü ilə nəticələnmiş sağlamlığa Ağır zərər vurmanın əlamətlərinə malikdirlər.3) Mərhum Zərərçəkmiş şəxs2 ölümünə səbəb alov təsirindən törənmiş yanıq şoku olmuşdur.4) Mərhum Zərərçəkmiş şəxs2 ölümünün müddəti qərarın təsviri hissəsində göstərilən, yəni 04 noyabr 2023-cü il tarixə uyğun gəlir. (Cild 2, iş vərəqləri 39-42) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən MTE və PA birliyi X31 Nərimanov rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 130 nömrəli rəyində göstərilmişdir ki, 1) mərhum Təqsirləndirilən şəxs meyitinin müayinəsi zamanı bədən səthinin 75%-ni əhatə edən sifətin, boyun, sol əlin, sağ yuxarı ətrafın,gövdənin ön və arxa səthlərinin,hər iki sağrının,hər iki aşağı ətrafların İİİ-İV dərəcəli termiki (alov) yanığı,avtomobilin aşması zamanı baş vermiş yanğın nəticəsində yüksək hərarətin (alovun) termiki təsirindən,sağ said sümüklərinin sınığı və çıxığı,sağ alm payının subaraxnoidal qansızması,4-5-ci boyun fəqərənin ön yuxarı apofizar küncünün minimal kompression sınığı,sağ orbitanın sınığı,sağ kürək sümüyünün sınığı,sağ 3-cü,4-cü qabırğalarda sınıqları,sol qaş nahiyəsinin əzilmiş-cırılmış yarası,sağ və sol üst və alt göz qapaqlarının qançırları isə yol nəqliyyat hadisəsi nəticəsində bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 04 noyabr 2023-cü il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmanın əlamətinə malikdirlər. 2) Mərhum Təqsirləndirilən şəxs ölümünə səbəb-almış olduğu geniş sahəli yanıq yaralarından baş vermiş yanıq şoku olmuşdur. Ölüm 07 noyabr 2023-cü il tarixdə saat 06:55-də baş vermişdir,bunu ilkin meyit əlamətlərinin inkişaf dərəcəsi də təsdiq edir. (Cild 2, iş vərəqləri 55-57). Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən Şuşa RPŞ-nin CABnin baş əməliyyat müvəkkili polis pıayoru Xəyal Kərimovun 19 dekabr 2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubunda göstərilmişdir ki, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Nissan-Navara markalı, ** MB *** dövlət qeydiyyat nişanlı avtomobilin Şahid13 məxsus olması, avtomobili sürmək üçün Bakı şəhəri Nizami rayonu 15 saylı notariat ofisinin 28 oktyabr 2023-cü il tarixli etibarnaməsinə əsasən MTT MMC-də briqadir işləyən Şahid11 verilməsi, yol nəqliyyat hadisəsi baş verənədək həmin avtomobilin mərhum sürücü Təqsirləndirilən şəxs sürmək üçün Şahid11 tərəfindən etibarnamə olmadan verilməsi müəyyən olunmuşdur. Bundan başqa yol nəqliyyat hadisəsi baş verməmişdən əvvəl mərhum sürücü Təqsirləndirilən şəxs idarə etdiyi Nissan-Navara markalı avtomobillə sərnişin qismində olmuş mərhum Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2, X8 və Zərərçəkmiş şəxs1 04 noyabr 2023-cü il tarixdə təxminən saat 20 radələrində işdən çıxıb Xocalı rayonu Sığnaq kəndində qaldıqları evə getmələri və mərhum sürücü Təqsirləndirilən şəxs tərəfindən törədilmiş yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydalarını pozma cinayətinin baş verməsinə səbəb ehtiyatsızlıqdan idarə etməni itirməsi nəticəsində olması müəyyən edilmişdir. Mərhum sürücü Təqsirləndirilən şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydalarını pozma cinayəti törədilərkən həmin hadisəni görmüş şahidlərin dairəsini müəyyən etmək mümkün olmamışdır. (Cild 2, iş vərəq 80). Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən Azərbaycan Avtomobil Yolları Agentliyinin 06 fevral 2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Əhmədbəyli-Füzuli-Şuşa magistral avtomobil yolunda tikinti-quraşdırma işlərinə 2021-ci ildən başlanılmış və hal-hazırda davam etməkdədir.Layihə üzrə əsas tikinti işlərinin 2024cü ilin sonuna kimi başa çatdırılması planlaşdırılmışdır.Tikinti norma və qaydalarına uyğun olaraq,yolun istifadəyə verilməsi yalnız tikinti işləri tam başa çatdırıldıqdan sonra həyata keçiriləcəkdir. (Cild 2, iş vərəq 160). Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkərfıə Ekspertiza Mərkəzinin 26 fevral 2024-cü il tarixli 3-16-16\2-10\ 1343 nömrəli rəyində göstərilmişdir ki, Nissan-Navara markalı, ** MB *** dövlət qeydiyyat nişanlı avtomobildə,eləcədə avtomobilin kabin və yük hissəsində partlayış üçün xarakterik olan əlamətlər müəyyən edilməmişdir. (Cild 3, iş vərəqləri 133- 134). Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən komisyon məhkəmə yanğın və texnoloji partlayışların tədqiqi ekspertizasının 08 may 2024-cü il tarixli 03-16- 16\2-10\2732 nömrəli rəydə göstərilmişdir ki, Nissan-Navara markalı, ** MB *** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda və ya yük yerində daşınması təhlükə doğuran partlamağa meyilli maddənin və ya predmetlərin olub-olmamasının müəyyən edilməsi ekspert səlahiyyətlərindən kənardır.Həmin məsələ istintaq tərəfindən müəyyən edilə bilər. -Nissan-Navara markalı, ** MB *** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda və ya yük yerində partlayış üçün xarakterik olan əlamətlərin olmamasına əsaslanaraq avtomobildə partlayışın baş vermədiyi müəyyən edilir. -Hadisə zamanı avtomobilin hərəkətdə olmasını və baxış zamanı müəyyən edilmiş mənbə zonasında (mühərrik bölməsində) yerləşən elektrik qurğuların üzərində elektrik təbiətli qəza halına xas olan izlərin aşkar edilməməsini nəzərə alaraq yanğın qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol nəqliyyat hadisəsi zamanı mühərrik bölməsində yaranan dağılmalar nəticəsində həmin hissədə yerləşən elektrik qurğularında elektrik təbiətli qəza halının (qısaqapanma və.s) baş verməsi və ya yüksək temperatura qədər qızmış mühərrikin səthlərinin üzərinə yanar maddə və materialların (elektrik, rezin şlanqın, yağın və.s) düşməsi nəticəsində alışmasından baş verə bilərdi. -Nissan-Navara markalı, ** MB *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində yaranmış termiki təsir izlərinin xarkterinə və nisbi dərəcəsinə görə müəyyən edilir ki, yanğının mənbəyi avtomobilin mühərrik bölməsinin daxilində olmuş və yanğın mənbə zonasından yanar materialların üzəri ilə yüksələn xətt istiqamətində genişlənərək avtomobin bütün hissələrinə yayılmışdır. -Yanğın hadisəsinin müəyyən edilmiş baş vermə səbəbini nəzərə alaraq hadisə ilə əlaqədar qüvvədə olan normativ aktların tələblərinin pozulması halı müəyyən edilmir. (Cild 3, iş vərəqləri 198-202). Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən kompleks məhkəmə nəqliyyat vasitəsinin texniki vəziyyətinin tədqiqi və trasaloji ekspertizasının 17 may 2024cü il tarixli 8/1088-8/1125 nömrəli rəyində göstərilmişdir ki, Nissan-Navara markalı, ** MB *** dövlət qeydiyyat nişanlı avtomobil, o cümlədən avtomobilin tormoz sisteminə aid elementlər tam yandığından avtomobilin tormoz sisteminin hadisidən əvvəl saz vəziyyətdə olub-olmamasını müəyyən etmək mümkün olmadı.-Nissan-Navara markalı, ** MB *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan zədələr rəyin tədqiqi hissəsində göstərilmişdir və həmin zədələr avtomobilin aşması zamanı bərkliyi sərt olan cisimlərlə təmasda olmasından yaranmağa xarakterikdir.Avtomobilin aşması nəticəsində avtomobilin kuzası deformasiya olunduğundan və tam yanaraq avtomobilin hissələrinin ilkin forması dəyişdiyindən onun digər bir nəqliyyat vasitəsi ilə toqquşub-toqquşmamasını nəqliyyattrasoloji ekspertizası yolu ilə müəyyən etmək mümkün deyildir. (Cild 3, iş vərəqləri 242- 246). Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin 06 may 2024-cü il tarixli 3-17-5/2- 26425/2024 nömrəli məktbundan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin işçiləri Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs xx.xx.2023- cü il tarixdə saat 20:00 radələrində Şuşa şəhəri ərazisində yol-nəqliyyat hadisəsi nəticəsində ölmələri ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətində araşdırma aparılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin «Əmək və Məşğulluq» alt sisteminə tərəfimizdən baxış keçirilərkən Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs əmək müqaviləsinin bağlanmasına dair əmək müqaviləsi bildirişinin mövcud olduğu məlum olmuşdur. xx.xx.2023- cü il tarixdə saat 20:00 radələrində iş vaxtı bitdikdən sonra qeyri iş vaxtında "xxxx" MMC-nin işçiləri Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 vo Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs idarə etdiyi şəxsi avtomobil ilə Cəmiyyətin rəhbərliyi tərəfindən hər hansı yazılı və şifahi tapşırıq olmadan şəxsi məqsədləri üçün Şuşa rayonu, Sığnaq kəndi ərazisində yerləşən müvəqqəti yaşayış düşərgəsini tərk etdikləri, sürücü Təqsirləndirilən şəxs Şuşa şəhəri ərazisində yeni salınmaqda olan, inşaası hal-hazırda davam edən istifadəyə verilməmiş avtomagistral yolda avtomobili yüksək sürətlə idarə etdiyi, bunun nəticəsində ağır yol-nəqliyyat hadisəsinin baş verdiyi, həmin ərazinin Cəmiyyət tərəfindən «Böyük Bəhmənli qaz kəməri» layihəsinin icra edildiyi məkanla heç bir əlaqəsi olmadığı qeyd edilmişdir. Araşdırma zamanı Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs xx.xx.2023- cü il tarixdə ölümləri ilə nəticələnmiş hadisənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 27 nömrəli Qərarı ilə təsdiq edilmiş «İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları»nın 1.2-ci bəndində nəzərdə tutulmuş hallara uyğunluğu müəyyən edilmədiyindən baş vermiş hadisə X19 Xidməti tərəfindən təhqiq edilməmişdir. (Cild 3, iş vərəqləri 204-206). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 2, iş vərəqləri 12-13) Yuxarıda göstərilən sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl ehtiyatsızlıqdan törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin ehtiyatsızlıqdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Məhkəmə həmçinin mərhum Təqsirləndirilən şəxs qardaşı X3 və yeznəsi Şahid35 ifadələrində göstərdikləri xüsusatlara, yəni mərhum Təqsirləndirilən şəxs idarə etdiyi “Nissan Navarra” markalı avtomaşının əyləc sisteminin nasaz olması ilə bağlı xüsusatlara tənqidi yanaşaraq hesab edir ki, bu kimi ifadələr Təqsirləndirilən şəxs təqsirli bilinməsinin qarşısını almağa yönəlmişdir. Məhkəmə hesab edir ki, müasir avtomobili dağ yolunda əyləc sistemi işləmədən idarə etmək mümkün deyildir. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda - ölmüş təqsirləndirilən (şübhəli) şəxsə və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsə cəza təyin etməməklə məhkəmə ittiham hökmü çıxarır. Təqsirləndirilən şəxsin ölməsi ilə əlaqədar onun barəsində cəzasını yüngülləşdirən və ağırlaşdıran halların nəzərə alınması, cəza təyini, cəzaçəkmə müəssisəsinin növü, tibbi xarakterli məcburi tədbirlərin tətbiqi, məhkəmə xərcləri, mülki iddia və xüsusi müsadirə edilməli əmlak ilə bağlı məsələlərin müzakirəsi istisna təşkil edəcəkdir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1 və 132.1.6-cı maddələrini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Şuşa RPŞ-də saxlanılan «Nissan- Navara» markalı, 77-MB- 581 dövlət qeydiyyat nişanlı avtomobil sahibinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs öldüyündən 670 (altı yüz yetmiş) manat məbləğində ekspertiza xərci ona aid edilməməli, dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, ölmüş təqsirləndirilən şəxsin məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Məhkəmə istintaqı zamanı mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, öldüyünə görə cəza təyin edilməsin. Təqsirləndirilən şəxs öldüyündən 670 (altı yüz yetmiş) manat məbləğində ekspertiza xərci ona aid edilməsin, dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. İş üzrə maddi sübut olub Şuşa RPŞ-də saxlanılan «Nissan-Navara» markalı, 77-MB- 581 dövlət qeydiyyat nişanlı avtomobil sahibinə qaytarılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar