Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-826/2024 22.11.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər, Əliyev Rəşad Şəmşir oğlu (sədrlik edən), X8 və X4 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X9, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - X3, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ali təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 08 fevral 2024-cü il tarixdə saat 01:30 radələrində yaşadığı ünvan 3 ünvanının dəhlizində arvadı X1 ona başqa şəxslə xəyanət etməsi ilə bağlı aralarında şəxsi münasibətləri zəminində yaranmış mübahisə zamanı sonuncunu cəzalandırmaq məqsədi ilə mətbəxtdən götürdüyü dəstəyi göy rəngli iti deşici-kəsici xassəyə malik olan soyuq silah hesab edilməyən mətbəxt bıçağı ilə qəsdən bir dəfə Xalidəxanm İslamzadənin sol qol nahiyəsinə və bir dəfə də sol kürək nahiyəsinə zərbə vuraraq ona sol bazu nahiyəsinin 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarasından ibarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül və sol kürəkaltı nahiyənin sol plevra boşluğuna nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası kimi dərəcəsinə görə yetirildiyi anda həyat üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Bu hərəkətləri ilə o, CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda öz əksini tapmış əməli təqsirli olaraq törətməsi cinayət işi üzrə toplanmaqla məhkəmə iclasında tədqiq edilmiş təkzibedilməz mötəbər sübutların məcmusu ilə mübahisəsiz olaraq tam təsdiqini tapmışdır. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona CM-nin 126.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadə verməkdən imtina etsədə, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuşdur. O, həmin ifadəsində göstərmişdir ki, o, son bir neçə il ərzində ruhi-əsəb xəstəliklərindən əziyyət çəkmiş və bununla əlaqədar olaraq Sumqayıt şəhər xəstəxanasının nevraloji şöbəsində müalicə almışdır. Əvvəllər fəhlə işləsə də, hazırda işləmir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə 2021-ci il tarixdə ailə qurmuş və bu nikahdan bir azyaşlı övladları doğulmuşdur. Nikah dövründə onun arvadı arasında münasibətləri normal olmuş, ədavətləri baş verməmişdir. Son zamanlar arvadının gözünə baxaraq nədənsə sonuncunun ona xəyanət etdiyindən şübhələnməyə başlamışdır. Arvadı ilə birlikdə 07 fevral 2024-cü il tarixdə evdə yemək yeyib söhbət edib, televizora baxmışlar. Həmin gün gecə saat 2 radələrində onun yenidən fikrinə arvadının ona xəyanət etməsi düşmüşdür. Buna görə o, sonuncunu sorğu-suala tutmuş, lakin sonuncu xəyanət etmədiyini, bu onun fantaziyası olduğunu və buna səbəb olmadığını deməklə bu kimi halı inkar etdiyi üçün şübhələri artmış və aralarında sözlə mübahisə başlamışdır. Bu zaman arvadı Zərərçəkmiş şəxs dözməyərək onun anası Xanıma zəng vuraraq ondan şikayət etməyə başlamışdır. O da divanda oturub Xalidəxanımın telefonla danışıb qurtarmasını gözləmiş, lakin danışığın artıq çox çəkməsini görüb ayağa qalxıb, mətbəxə keçərək qorxutmaqla etirafa gətirmək məqsədi ilə masanın üzərində olan dəstəyi göy rəngli mətbəx bıçağını götürüb Zərərçəkmiş şəxs yaxınlaşmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs onun əlindəki bıçağı görərək qışqırmağa başlamış və o, əlindəki bıçağı iki dəfə Zərərçəkmiş şəxs tərəf uzatmışdır. Həmin vaxt gözlənilmədən bıçaq arvadı Zərərçəkmiş şəxs sol qol və sol böyür nahiyələrinə dəymişdir. O, arvadı Zərərçəkmiş şəxs qolundan və böyür nahiyələrindən qan gəldiyini görüb dayanmış və əlindəki bıçağı orada olan ayaqqabı dolabının üzərinə atmışdır. Bu vaxt Zərərçəkmiş şəxs qapını açaraq bayıra qaçmışdır. O, həmin vaxt evdə oturmuş və bayıra çıxmamışdır. Təxminən bir neçə dəqiqədən sonra onun yaşadığı evə Abşeron RPİ-nin polis əməkdaşları gəlmişlər və onu Abşeron RPİ-nə gətirmişlər. O, etdiyi əməldən səmimi peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 ifadə verərək göstərmişdir ki, 2021-ci ildə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş və həmin nigahdan bir oğlan övladları olmuşdur. Əri Təqsirləndirilən şəxs münasibətləri yaxşı olmuş, sonuncu ona və uşağına qarşı qayğılı, diqqətli olmuşdur. Miryunis ilə evlənəndən sonra ona məlum olmuşdur ki, Miryunis təxminən 3-4 il əvvəl Sumqayıt şəhər Nevroloji xəstəxanasında müalicə almışdır. Bütün nikah dövründə Təqsirləndirilən şəxslə münasibətləri normal olmaqla, aralarında ədavət və düşmənçilik baş verməmişdir Hadisədən təxminən 2 həftə əvvəldən başlayaraq Təqsirləndirilən şəxs ona onun qulağına səslər gəldiyini və bu səslərin ona “Həyat yoldaşın sənə xəyanət edir, əvvəl onu öldür, sonrada özünü öldür” dediyini bildirmişdir. O, bu məsələni ciddiyyətə almayıb, Təqsirləndirilən şəxs sakitləşdirməklə kifayətlənmişdir. Bundan sonra, yəni 7 fevral 2024-cü il tarixdə o, Təqsirləndirilən şəxslə gün ərzində evdə olmuşlar. Həmin gecə saat 2 radələrində əri Təqsirləndirilən şəxs narahat vəziyyətdə evin daxilində var-gəl etməyə başlamış və yenidən qulağına səslər gəldiyini demişdir. O, bu vəziyyətdən qorxduğu üçün qayınanası Şahid1 zəng edərək, məlumat vermiş və Xanım ona uşağı götürüb baldızı Leylanın yaşadığı evə getməsini tapşırmışdır. Bununla belə o, həmin vaxt Təqsirləndirilən şəxs intihar edəcəyindən ehtiyyatlandığı üçün baldızıgilə getməmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs mətbəxə keçmiş və az sonra qayıdaraq əlini öz arxa tərəfində gizlədərək ona tərəf gəlmişdir. Bu zaman o, qayınanası ilə telefon danışığını davam etdirmiş və qayınanasının xahişi ilə telefonu Təqsirləndirilən şəxs vermək istədikdə Təqsirləndirilən şəxs telefonun dəstəyini ondan alıb dəhlizdəki ayaqqabı masasının üzərinə qoymuş və gizlədərək əlində saxladığı mətbəxt bıçağını ona tərəf uzadaraq onu vurmaq istəmişdir. O, özünü müdafiə etmək üçün sol qolunu qabağa vermiş və bu zaman bıçaq onun sol qoluna batmışdır. Bundan sonra o, qorxduğu üçün dönərək qapını açıb qaçmaq istəyərkən Təqsirləndirilən şəxs ikinci bıçaq zərbəsini onun sol kürək nahiyəsindən vurmuşdur. O, tez giriş qapısını açıb pilləkənlərlə qaçıb yaxınlıqda yerləşən digər binada yaşayan baldızı Leylanın evinə getmişdir. Həmin vaxt Leyla qapını açıb onu içəri salmış və ona ilkin tibbi yardım göstərmişdir. O, isə Leylanın həyat yoldaşı Valehdən gedib uşağı evdən gətirməsini xahiş etmişdir. Valeh də, onun yaşadığı evdən uşağı gətirmişdir. Bundan sonra o, X12 aparılmış və orada əməliyyat edilmişdir. Bundan sonrakı dövrdə onlar təqsirləndirilən şəxsin valideynləri ilə birlikdə ünvan 2 yaşamağa davam etmiş və bu müddətdə mehriban olmuşlar, təqsirləndirilən şəxs tərəfindən qanuna zidd və ya zorakı hərəkətə yol verilməmişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçi deyil, onunla barışmış, onlar hadisədən sonrakı bütün dövrdə birlikdə yaşamışlar. Təqsirləndirilən şəxs həbslə bağlı olmayan cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs atası Şahid2 zərərçəkmiş şəxs X1 ifadəsinə uyğun ifadə vermiş, habelə məhkəmə istintaqı gedişatında ifadələri elan olunmaqla tədqiq edilmiş şahidlər - Təqsirləndirilən şəxs anası Şahid1, bacısının əri Şahid3 ifadələrinə əsasən onların da, məhkəməyədək icraat zamanı zərər çəkmiş şəxsin ifadəsinə uyğun ifadə verdikləri müəyyən edilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da, sübut növləri kimi qəbul etmişdir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Abşeron RPİnin növbətçi hissəsinin məsul növbətçisi, polis baş leytenantı E.İbrahimov tərəfindən tərtib edilmiş 08 fevral 2024-cü il tarixli raport Mərkəzi xəstəxanadan həmin gün saat 05:10 radələrində X1 evində əri tərəfindən bıçaq xəsarəti yetirməsi və nəticədə sonuncun sol qolun və arxa kürəyin deşilmiş yaraları xəsarətlər aldığı barədə məlumat daxil olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 fevral 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, cinayət hadisəsi, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, “AAAF park B” yaşayış kompleksi, bina 12, mənzil 27 ünvanında yerləşən iki otaqlı evdə baş vermişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X15 xx.xx.2024cü il tarixli 353 saylı kompleks ambulator-məhkəmə-psixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs uzun müddət eşitmə hallüsinasiyaları qeyd olunmuşdur. Yoxlanılan şəxsin psixi vəziyyətinin daha ətraflı və uzun müddət ərzində müayinə olunması zərurəti yaranmışdır. Hal-hazırda Təqsirləndirilən şəxs barəsində istintaqın qərarında qoyduğu sualları ambulator şəraitdə cavablandırmaq mümkün olmadığından qeyd olunanları nəzərə alaraq Təqsirləndirilən şəxs psixiatrik və psixoloji müayinəsini stasionar şəraitdə davam etdirmək, ekspertlər qarşısında qoyulmuş sualları cavablandırmaq məqsədi ilə onun stasionar məhkəmə-psixiatrik ekspertiza şöbəsinə göndərilməsi zəruridir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7” X15 19 mart 2024-cü il tarixli 364 nömrəli ekspertiza rəyindən görünür ki, 2003-cü il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarətlər- sol kürəkaltı nahiyənin sol plevra boşluğuna nüfuz edən 1 (bir) ədəd, sol bazu nahiyəsinin l (bir) ədəd deşilmiş-kəsilmiş yaraları, iti kəsici-deşici alətin (alətlərin), əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə bıçağın tiyəsinin təsirindən əmələ gələ bilmələri mümkündür. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarətlərdən sol kürəkaltı nahiyənin sol plevra boşluğuna nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, sol bazu nahiyəsinin l (bir) ədəd deşilmiş-kəsilmiş yarası isə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-ballistik ekspertizasının xx.xx.2024-cü il tarixli 3/16-16/2-3/298 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı mətbəxt bıçağıdır, soyuq silah hesab edilmir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X15 stasionar məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 70 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs şəxsiyyətin paranoid inkişaf pozuntusundan əziyyət çəkdiyi müəyyən edilir, Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədərkən şəxsiyyətin paranoid inkişaf pozuntusundan əziyyət çəkmişdir. Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı olmadığı müəyyən edilir. Bununla yanaşı Təqsirləndirilən şəxs əziyyət çəkdiyi psixi patologiyanın gedişində arzuolunmaz dəyişikliklərin baş verməməsi üçün preventiv (qabaqlayıcı) tədbir kimi onun vaxtaşırı olaraq həkim-psixiatr tərəfindən konsultasiya edilməsi tövsiyə olunur. Təqsirləndirilən şəxs əziyyət çəkdiyi şəxsiyyətin paranoid inkişaf pozuntusu nəticəsində cinayət hadisəsini törətdiyi dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarında olmadığından anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs hesab edilməlidir. Təqsirləndirilən şəxs aşkarlanan şəxsiyyətin paranoid inkişaf pozuntusu cinayət hadisəsini törətdiyi dövrdə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarından məhrum etmişdir. Buna görə də anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşür. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2024 tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmasına dair Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(012)-302/2024 nömrəli qərarından görünür ki, Abşeron rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində 2 ay müddətində həbs qətimkan tədbiri seçilməklə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və ev dustaqlığı qətimkan tədbirinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Lənkəran rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 458136 nömrəli nikah haqqında şəhadətnamənin və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Lənkəran rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV 903915 nömrəli doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, Miriyev X2 Xalidəxanm Şahin qızı ilə xx.xx.2021-ci il tarixdən evlidir və himayəsində xx.xx.2023-cü il təvəllüdlü oğlu X5 vardır. İş materiallarına əlavə edilmiş X3 tərəfindən yazılan xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi və mənəvi ziyan tam şəkildə ödənilmişdir. Hal hazırda barışmışlar. Onun Təqsirləndirilən şəxs heç bir şikayəti, tələbi və ya mülki iddiası yoxdur və gələcəkdə bu barədə heç bir məhkəmə mübahisəsi qaldırmayacaqdır. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən şəxsin CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini, səmimi peşmançılığını, zərər çəkmiş şəxslə barışıq əldə etməsini və zərər çəkmiş şəxsin ondan şikayət və tələblərinin olmamasını, habelə himayəsində bir azyaşlı uşağının olmasını və onun ittiham olunduğu cinayət əməli CM-nin 22.1-ci maddəsinin təsiri altına düşməsini və könüllü gəlib təqsirini boynuna almasını cəzanı yüngülləşdirən hallar hesab edir və bunları nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla təqsirləndirilən şəxsin cinayət hadisəsini törətdikdən sonra hadisənin baş verdiyi yeri tərk etmədən orada qaldığı və gələn polis əməkdaşlarına hadisəni törətməsinə dair dürüst məlumat verməsi müəyyən olunmuşdur ki, bu hal məhkəmə tərəfindən təqsirləndirilən şəxsin CM-nin 59.1.10-cu maddəsində nəzərdə tutulmuş könüllü gəlib təqsirini boynuna alması kimi qiymətləndirilmişdir. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası, təqsirləndirilən şəxsə cəza təyin edərkən, CM-in 8, 41.2, 58.3 və 70-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən çoxsaylı halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kolegiyası, təqsirləndirilən şəxsə CM-in 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasını CM-nin 60-cı maddəsinin tələblərinə uyğun həcmdə təyin etməyi, CM-nin 70-ci maddəsini tətbiq etməklə həmin cəzanı şərti tətbiq etməyi və sınaq müddəti təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, məhkəmə təqsirləndirilən şəxsin törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə mövcud olan cəzanı yüngülləşdirən halları tədqiq edərək bu nəticəyə gəlir ki, təyin edilmiş cəzanı real çəkmədən də, təqsirləndirilən şəxsin islah olunması mümkündür. Məhkəmə hesab edir ki, məhz təqsirləndirilən şəxsin şəxsiyyəti, himayəsində bir azyaşlı uşağının olmasını, səmimi peşmançılığını, könüllü gəlib təqsirini boynuna almasını, zərərçəkmiş şəxslə real olaraq barışıq əldə etməsi, zərər çəkmiş şəxsin ondan şikayət etməməsinə və zərər çəkmiş şəxsin ona qarşı tələb irəli sürməkdən imtina etməsinə nail olması, habelə ittiham olunduğu cinayət əməli CM-nin 22.1-ci maddəsinin təsiri altına düşməsini təqsirləndirilən şəxsin real olaraq təyin olunmuş cəzanı çəkmədən islah oluna biləcəyinə dəlalət edir ki, buna görə də, CM-nin 70-ci maddəsini tətbiq etməklə ona cəzanın şərti tətbiq edilməsi və sınaq müddəti təyin olunması məqsədə uyğundur. Məhkəmə hazırki iş üzrə xüsusi olaraq qeyd edir ki, təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmənin gedişatı dövründə zərər çəkmişlə bir ailə kimi eyni evdə özünün valideynləri ilə birgə yaşamağa davam etməklə bu müddətdə hər-hansı qanunazidd, o cümlədən zorakı hərəkətə yol verməmiş, hebelə xüsusi biliyə malik olan ekspert komissiyası tərəfindən verilmiş rəyə əsasən hazırda onun psixiatriya xəstəliyindən məcburi müalicəyə ehtiyacı olmadığı müəyyən edilmişdir ki, bu hallar məhkəmənin təqsirləndirilən şəxs tərəfindən sınaq müddətində qanunazidd hərəkət etməyəcəyinə, yəni onun islah olunması üçün cəmiyyətdən təcrid olunmasına mütləq zərurətin olmadığı qənaətinə gəlməyə əsas olmuşdur. Məhkəmə bu qərara gələrkən həmçinin Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı”nda 10 fevral 2017-ci il tarixli sərəncamında qeyd edilmiş tövsiyələri nəzərə alır. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, CM-nin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə hökm qanuni qüvvəsini aldıqdan sonra qısa müddətdə həkim-psixiatrın müayinəsindən keçib bu barədə hökmü icra edən orqana məlumat vermək, həkim-psixiatrın tövsiyyəsinə uyğun olaraq vaxtaşırı təkrar müayinə və konsultasiyalardan keçmək, həkim tərəfindən müalicə təyin olunduqda müalicəni vaxtında və tam həcmdə həyata keçirməklə bu barədə hökmü icra edən orqana məlumat vermək, habelə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulmalıdır. Sınaq müddəti ərzində təqsirləndirilən şəxsin davranışı üzərinə və üzərinə qoyulmuş vəzifələrin icrasına nəzarəti yaşadığı yer üzrə icra və probasiya qurumu həyata keçirməlidir. Təqsirləndirilən şəxsin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsini saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərində müəyyən edilmiş sınaq müddətinin başlanğıcı hökmün qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli qərarına əsasən “Cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir.” Odur ki, Təqsirləndirilən şəxs 04 aprel 2024-cü il tarixdən 04 iyun 2024-cü il tarixədək ev dustaqlığında olduğu müddətlər nəzərə alınmalıdır. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası hesab etmişdir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olmaqla Abşeron rayon Polis idarəsinin saxlanc anbarında saxlanılan 1 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqatına sərf olunmuş 64(altmış dörd) manat təqsirləndirilən şəxsdən tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 3 (üç) il müddətə azadlıqdan məhrumetmə növündə cəza 1 (bir) il sınaq müddəti ilə şərti hesab edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə hökm qanuni qüvvəsini aldıqdan sonra qısa müddətdə həkim-psixiatrın müayinəsindən keçib bu barədə hökmü icra edən orqana məlumat vermək, həkim-psixiatrın tövsiyyəsinə uyğun olaraq vaxtaşırı təkrar müayinə və konsultasiyalardan keçmək, həkim tərəfindən müalicə təyin olunduqda müalicəni vaxtında və tam həcmdə həyata keçirməklə bu barədə hökmü icra edən orqana məlumat vermək, habelə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışı, o cümlədən üzərinə qoyulmuş vəzifələrin icrasına nəzarətin həyata keçirilməsi Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - Abşeron rayon Polis idarəsinin saxlanc anbarına təhvil verilmiş bir ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqatına sərf olunmuş 64(altmış dörd) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-826/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-826/2024
22.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver