Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-83/2022 24.05.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X2 (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, Abuşova Nərmin Latiq qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1965-ci ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Abşeron rayonu, Hökməli qəsəbəsi K.Qasımov küçəsi ev 41-də yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan külli miqdarda bitkiləri əkib yetişdirməklə kultivasiya etmə cinayətini törətmişdir. Belə ki, o, öz şəxsi istifadəsi üçün qonunsuz olaraq külli miqdarda tərkibində narkotik maddə olan bitkiləri əkib yetişdirmək qərarına gələrək 2021-ci ilin may ayında əkilib becərilməsi qadağan olunmuş 16 ədəd narkotik tərkibli toxumları tanımadığı şəxsdən əldə edib yaşadığı evin həyətində əkərək müntəzəm olaraq suvarmaqla, dibini yumşaltmaqla aqrotexniki qaydada qulluq edib qanunsuz olaraq ümumi çəkisi 30,0 qram cəmi 16 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini külli miqdarda yetişdirib kultivasiya etmiş, 23 iyun 2021-ci il tarixdə saat 13 radələrində Abşeron RPİ-nin Qobu polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsi K.Qasımov küçəsi ev 41-də yerləşən fərdi yaşayış evinin həyətinə baxış keçirilən zaman yaşadığı evinin həyətində ümumi çəkisi 30,0 qram olan 16 ədəd yaş halda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri aşkar olunaraq götürülmüşdür. Məhkəmə İclasında Təqsirləndirilən şəxs ittiham olunduğu əməl üzrə özünü təqsirli bilməyərək göstərdi ki, o, Abşeron rayonu, Hökməli qəsəbəsində K.Qasımov küçəsi 41 saylı evdə yaşayır. 23 iyun 2021-ci il tarixdə saat təxminən 13 radələrində yaşadığı evin qarşısında qoyulmuş oturacaqda əyləşərkən, Abşeron rayon polis idarəsinin Qobu polis bölməsinin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra, onun narkotik vasitələrin dövriyyəsində və narkotik tərkibli bitkilərin kultivasıyasında şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış keçirilməsini və yaşadığı evə baxış keçirilməsi zərurəti yarandığını izah etmişlər. Onlar üzərinə və evə baxmış, lakin heç nə tapmamışlar, yalnız yaşadığı evin girəcəyində olan ayaqqabı masasının üzərində bir ədəd siqaret selofanında, iki ədəd qəhvəyi rəngli kağız bükümlərdə qurudulmuş marixuanana müəyyən edilərək götürülmüşdür. Bundan əlavə, həyətdən 16 ədəd çətənə kolu müəyyən edib çıxararaq götürmüşlər. Amma onun o kollardan xəbəri yoxdur, otların arasında bitmişlər, onları əkməmiş, becərməmişdir. Həmin həyət onun olsa da bitkiləri kimin əkib-becərdiyini bilmir. Həmçinin o, yaşadığı evin girəcəyində olan ayaqqabı masasının üzərində müəyyən edilərək götürülmüş bir ədəd siqaret selofanında, iki ədəd qəhvəyi rəngli kağız bükümlərdə və açıq vəziyyətdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,358 qram, 0,362 qram 0,554 qram, ümumi çəkisi 1,274 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanananı saxlamamış, həmin narkotik vasitədən xəbəri olmamışdır. Məhkəmədən səhhətində olan problemləri, şəxsiyyətini nəzərə almağı xahiş edir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs çətənə bitkisinin kollarından xəbəri olmaması, əkib becərməməsinə dair hissəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü təqsirli bilməyərək verdiyi ifadəsi özünü müdafiə xarakteri daşıyır, çünki onun verilən ittiham üzrə təqsiri məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam təsdiq edilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 göstərdi ki, Abşeron RPİ-nin Qobu PB-nin sahə rəisi vəzifəsində xidmət etmişdir. xx.xx.2021-ci il tarixdə Abşeron rayonu Hökməli qəsəbəsində yaşayan Şahid3 Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək qardaşı Nəsrullanın yaşadığı evin həyətyanı torpaq sahəsində narkotik tərkibli çətənə kollarının əkib becərməsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. xx.xx.2021-ci il tarixdə Abşeron RPİ-nin Qobu PB-nin əməliyyat müvəkkili Şahid1, bitkiçilik üzrə ekspert-mütəxəssis Şahid4 və RPİ-nin TŞ-nin baş təhqiqatçı Rövşən Şahkərəmovla birlikdə Təqsirləndirilən şəxs yaşadığı və qeydiyyatda olduğu ünvan 1 ünvana getmişdik. Təqsirləndirilən şəxs özü yaşadığı evin həyətyanı torpaq sahəsində narkotik tərkibli çətənə kolları əkib becərdiyini və həmin kollardan topladığı qurudulmuş marixuananı yaşadığı evin girəcəyində ayaqqabı qoyulanın üzərində saxladığını bildirmiş, sonra isə evinə və həyətyanı torpaq sahəsində baxış keçirilməsinə, üzərində şəxsi axtarış aparılmasına etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, Nəsrullanın özünün razılığı ilə evinə və həyətyanı torpaq sahəsinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı, üzərindən heç bir qanunla qadağan edilmiş əşya, predmet və narkotik vasitə aşkar edilməmiş, lakin Təqsirləndirilən şəxs yaşadığı evinə və həyətyanı torpaq sahəsinə baxış keçirilərkən, evinin girişində taxta materialından hazırlanmış ayaqqabı yığılan şkafın üzərində bir ədəd siqaret selofanında iki ədəd qəhvəyi rəngli kağız bükümlərdə və açıq vəziyyətdə qurudulmuş marixuanaya bənzər kütlə, həyatyani torpaq sahəsindən isə 16 ədəd kökləri üzərində olan və müxtəlif ölçülərdə marixuana kolları aşkar edilərək götürülmüşdür. Həmin marixuana kollarına mütəxəssisin iştirakı ilə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs həmin kollara mütamadi olaraq qulluq etmişdir. Təqsirləndirilən şəxs həmin marixuana kollarını həyətyanı torpaq sahəsində özü istifadə etmək üçün əkib becərmiş, evindən aşkar edilmiş marixuananı isə həyətyanı torpaq sahəsində əkib becərdiyi kollardan topladığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 göstərmişdir ki, kənd təsərrüfatı mütəxəssisidir. xx.xx.2021-ci il tarixdə saat 12 radələrində aqronom mütəxəssis kimi Abşeron RPİ-nin Qobu PB-nin əməkdaşları ilə birlikdə Abşeron rayonu, Hökməli qəsəbəsində K.Qasmov küçəsi ev 41-də Təqsirləndirilən şəxs yaşadığı bir mərtəbəli kürsülü yaşayış evinin təxminən ümumillikdə 0,05 ha həyətyanı torpaq sahəsinə baxış keçirilərkən orada mütəxəssis aqronom kimi iştirak etmişdir. Təqsirləndirilən şəxs həyətyanı sahəsində bostan tipli ərazidə iki ədəd uzunluğu 30-35 sm, bir ədəd uzunluğu 20-25 sm, 13 ədədi isə 7-10 sm uzunluğu olmaqla ümumillikdə 16 ədəd kökləri üzərində olan çətənə kollarına aqrotexniki qaydada qulluq olunduğunu müəyyən etmişdir. Belə ki, bitkilərin diblərində çalalar açılmış, suvarması, alaq otlarından təmizlənməsi və sair kimi əlamətlərinə əsasən, həmçinin boyuna və ölçülərinə uyğun olaraq həmin bitkilərə aqrotexniki qaydada qulluq edilməsini müəyyən etmişdir. Bitkilər təxminən 2 ay olardı ki, əkilmişdi. İstintaq zamanı şahid qismində dindirilmiş Abşeron RPİ-nin Qobu polis bölməsində əməliyyat müvəkkili vəzifəsində işləmiş Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci ildə şübhəli şəxs qismində tutulmuşdur. (i.v.26-27) İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(012) -329/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2021-ci ildən hesablanmışdır. (i.v.68-72) İş materiallarında olan xx.xx.2021-ci il tarixli baxış keçirilməsi haqqında protokollardan görünür ki, Abşeron RPİ-nin Qobu polis bölməsinin əməkdaşları xx.xx.2021-ci il tarixdə saat 12 radələrində Abşeron rayonu Hökməli qəsəbəsi ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı həmin qəsəbədə Təqsirləndirilən şəxs yaşadığı K.Qasımov küçəsi 41 saylı fərdi yaşayış evinin girişində ayaqqabı yığılan şkafın üzərindən bir ədəd siqaret selofanında iki ədəd qəhvəyi rəngli kağız bükümlərdə və açıq vəziyyətdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,358 qram, 0,362 qram, 0,554 qram ümumi çəkisi 1,274 qram bitki mənşəlli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kanabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə və həyətyanı torpaq sahəsindən 2 ədəd uzunluğu 30-35 sm, 1 ədəd uzunluğu 20-25 sm, 13 ədəd isə uzunluğu 7-10 sm olmaqla ümumilikdə 16 (on altı) ədəd əkilib-becərilməsi qadağan olunmuş çətənə (kannabis) bitkisi kolları aşkar edib götürmüşlər. (i.v. 31-35) Məhkəmə iclasında işdə olan bir ədəd diskdəki videogörüntülər nümayiş olundu və göstərilənlər təsdiq edildi. İş materiallarında olan xx.xx.2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, xx.xx.2021-ci il tarixdə Abşeron rayonu, hökməli qəsəbəsi, K.Qasımov küçəsi ev 41-də yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyani torpaq sahəsindən bostan tipli ərazidən 16 (on altı) ədəd kökləri üstündə olan çətənə kollarına oxşar bitkilər aşkar edilmiş, həmin bitkilərdən 2 ədədinin uzunluğu 30-35 sm, 1 ədədinin uzunluğu 20-25 sm, 13 ədədi isə 7-10 sm uzunluğundadır. Bitkilərin diblərində çatlar açılması, suvarılması, alaq otlarından təmizlənməsi və s. kimi əlamətlərinə əsasən, həmçinin boyuna və ölçülərinə uyğun olaraq həmin bitkilərə aqrotexniki qaydada qulluq edilməsi müəyyən edilmişdir. (i.v.36) İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2021-ci il tarixli 7/590 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs evindən aşkar edilərək götürülmüş 2 (iki) büküm və açıq vəziyyətdə olan marixuanaya bənzər» yazılar və imzalar olan bir ədəd kağız paketdəki bir ədəd siqaret selofanında 2 ədəd qəhvəyi rəngli kağız bükümlərdə və açıq vəziyyətdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,358 qram, 0,362 qram, 0,554 qram ümumi çəkisi 1,274 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində «Təqsirləndirilən şəxs həyətyanı sahəsindən 13 ədəd və 3 ədəd bağda marixuanaya bənzər kol aşkar edilərək götürüldü» yazılar və imzalar olan bir ədəd kağız paketdə yaş vəziyyətdə ümumi sayı 16 (on altı) ədəd, ümumi çəkisi 30,0 qram olan bitki nümunələri əkib–becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kanabis) bitkiləridir. Aqranomun (mütəxxəsisin) rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq olunmuşdur. (i.v.41-45) İş materiallarında olan məhkəmə narkoloji ekspertizanın xx.xx.2021-ci il tarixli, 2674 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji disponserində deydiyyata alınması məsləhət görülür. (i.v.120-121) İş materiallarında olan məhkəmə komisyon ambulator psixatrik ekspertizasının xx.xx.2021-ci il tarixli 1687 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hal- hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkarlanmır. Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi vaxt öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. (i.v. 122-124) İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs evinin girişindən aşkar edilib götürülmüş ümumi çəkisi 1,274 qram qurudulmuş marixuana və həyətyanı sahəsindən aşkar edilib götürülmüş 16 ədəd yaş vəziyyətdə ümumi çəkisi 30,0 qram olan narkotik tərkibli çətənə bitkisi maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,214 qram narkotik vasitə marixuana və ekspertiza tədqiqatından sonra qalıq qalmış 29,68 qram narkotik tərkibli çətənə bitkiləri 2 ədəd paketlərdə saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. (i.v.89-90) İş materiallarında olan DİN-in BƏSİİ-dən alınmış təlabnamədən və Abşeron rayon məhkəməsinin 23 aprel 2015-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş, Abşeron rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(012) -174/2014 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla, 01 (bir) il müddətinə islah işləri cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68-ci maddəsinə əsasən islah işlərinin 3 (üç) günü azadlıqdan məhrum etmənin 1 (bir) gününə barəbər tutulmaqla, 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən təyin edilmiş 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə tamamilə birləşdirilərək ona qəti olaraq 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs təyin olunmuş 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 1(bir) il sınaq müddətinə müəyyən edilməklə şərti olaraq tətbiq edilmiş, xx.xx.2016-cı il tarixdə cəsasını tam çəkmişdir. (84- 86, 111-114) İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 25 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Abşeron rayon Pİ-nin İTŞ-nə göndərilmişdir. Bir ədəd disk daşıyıcısı maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. (i.v.125-132) İş materiallarında olan Abşeron RİHB-nın Hökməli qəsəbə İƏD üzrə Nümayəndəliyinin arayışından görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayonu, Hökməli qəsəbəsi K.Qasımov küçəsi ev 41-də yaşayır. (i.v.93) İş materiallarında olan Abşeron RİHB-nın Hökməli qəsəbə İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs şifahi və ya yazılı şikayət daxil olmamışdır. (i.v.94) “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyriməhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Yuxarıda qeyd edildiyi kimi, düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-nin 124.1-ci maddəsində sübutların anlayışını, 124.2-ci maddəsində isə sübutların siyahısını vermişdir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-nin 145.1 və 145.2-ci maddələri). Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2.1-146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına, cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək edir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə isə ittihamm sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.6-cı maddəsində göstərilir ki, «tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanmasıdır». Qeyd edilən Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 19-cu bəndində göstərilmişdir ki, «Məhkəmələrə izah olunsun ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ - qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür». «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş İ siyahının 12-ci hissəsinin “a” bəndinə görə 5 qram narkotik vasitə olan qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar hesab edilir. Həmin Qanuna əlavə edilmiş qanunsuz kultivasiya edilən, tərkibindı narkotik maddələr olan bitkilərlə bağlı İİİ siyahının 1.2-ci bəndinə görə çətənə növlü bitkilərin 16 ədədi (31 hissə) və ondan çoxu külli miqdar hesab edilir. Göstərilən normaların tələbləri baxımından baxılan işdəki sübutlara əsasən təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət vermək zəruridir. Göstərilənləri qeyd etməklə məhkəmə tərkibi qeyd edir ki, iş üzrə sübutların mötəbərliyi şübhə doğurmur, sübutlar Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edilməklə, təqsirləndirilən şəxsin hüquqları pozulmadan əldə edilmişdir. İşdə əsas sübutlardan biri videoçəkilişlə evə və həyətyanı torpaq sahəsinə baxış keçirilməsi və götürmə aparılmasından ibarətdir. Həmin görüntülərdə Təqsirləndirilən şəxs evinin girişindən ümumi çəkisi 1,274 qram qurudulmuş marixuana aşkar edilib götürülməsi, Təqsirləndirilən şəxs evinin həyətyanı torpaq sahəsində 16 ədəd çətənə bitkisini kultivasiya etməsi, yəni əkib becərməsi, onlara qulluq etməsi təsdiq edilir. Təqsirləndirilən şəxs 16 ədəd çətənə bitkisinin onun həyətində əkilib becərilməsini mübahisələndirmir, amma bunu özünün etmədiyini göstərir. Mötəbərliyi şübhə doğurmayan və qanuni yolla əldə edilmiş sübutların məcmusu ilə təsdiq edilir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kulitivasiya (əkmə, yetişdirmə onların hissələrini toplama) etmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs çətənə bitkisinin kollarından xəbəri olmaması, əkib becərməməsi, yaşadığı evin girəcəyində olan ayaqqabı masasının üzərində müəyyən edilərək götürülmüş bir ədəd siqaret selofanında, iki ədəd qəhvəyi rəngli kağız bükümlərdə və açıq vəziyyətdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,358 qram, 0,362 qram 0,554 qram, ümumi çəkisi 1,274 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla narkotik vasitə olan qurudulmuş marixuanadan məlumatı olmaması və təsir nəticəsində ilkin ifadəsində və videoçəkilişdə etirafedici ifadə verməsi ilə bağlı, verilən ittihamın hüdudlarından kənara çıxmadan, qeyd edir ki, bu təqsirləndirilən şəxsin özünü müdafiə üçün seçdiyi üsuldur. Təqsirləndirilən şəxs göstərdiyi bu xüsusatlarla bağlı hansısa hala istinad etməmiş, bununla bağlı hansısa halın araşdırılmadığını bildirməmiş, tələb etməmişdir. Buna baxmayaraq məhkəmə həmin halların verilən ittihamın hüdudlarına aid olan hissəsini araşdırmış, amma göstərilənlər təsdiq edilməmişdir. Eyni zamanda, “Sübutların qiymətləndirilməsi haqqında” 25 sentyabr 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs yaşadığı evin girəcəyində olan ayaqqabı masasının üzərində müəyyən edilərək götürülmüş bir ədəd siqaret selofanında, iki ədəd qəhvəyi rəngli kağız bükümlərdə və açıq vəziyyətdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,358 qram, 0,362 qram 0,554 qram, ümumi çəkisi 1,274 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla narkotik vasitə olan qurudulmuş marixuana ilə bağlı Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Abşeron rayon Pİ-nin İTŞ-nə göndərilmişdir. Ümumi çəkisi 1,274 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla narkotik vasitə olan qurudulmuş marixuananın Təqsirləndirilən şəxs kultivasiya etdiyi çətənə kolu bitkilərinin hissələrini toplamaqla qurudaraq hazırlaması isə təsdiq edilmir. Ona görə də, bunlarla bağlı müddəalar verilən ittihamın mətnindən xaric edilməlidir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları qiymətləndirərək məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməsi, yəni qonunsuz olaraq külli miqdarda, tərkibində narkotik maddələr olan, əkilib becərilməsi qadağan olunmuş 16 ədəd çətənə (kannabis) bitkilərini əkərək müntəzəm olaraq suvarmaqla, dibini yumşaltmaqla aqrotexniki qaydada qulluq edib yetişdirməklə kultivasiya etməsi tam sübuta yetirildi və onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.10-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 237.2.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli Cəzaçəkmə Müəssisəsində çəkməlidir. Cəza çəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs tutulduğu 23 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar 66,46 (altmış altı manat qırx altı qəpik) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübut olan və Təqsirləndirilən şəxs evinin girişindən aşkar edilib götürülmüş ümumi çəkisi 1,274 qram qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,214 qramı və Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsindən aşkar edilib götürülmüş 16 ədəd yaş vəziyyətdə ümumi çəkisi 30,0 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 29,68 qram narkotik tərkibli çətənə bitkiləri məhv edilməli, bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün dövlət hesabına ona hüquqi yardım göstərilməsi üçün Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təyin edilmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə vəkil Müdafiəçi tərəfindən 20 (iyirmi) iş saatı sərf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 120 (yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəza çəkmə müddətinin əvvəli 23 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs 66,46 (altmış altı manat qırx altı qəpik) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut olan, Abşeron rayon Pİ-nin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs evinin girişindən aşkar edilib götürülmüş ümumi çəkisi 1,274 qram qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,214 qramı və Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsindən aşkar edilib götürülmüş 16 ədəd yaş vəziyyətdə ümumi çəkisi 30,0 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 29,68 qram narkotik tərkibli çətənə bitkiləri məhv edilsin, bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: (imza) Fikrət Əliyev Hakim: (imza) Fəhmin Hümbətov Hakim: (imza) Hafiz Əliyev Əsli ilə düzdür X4
Məhkəmə qərarları › İş №1(124)-83/2022
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-83/2022
24.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver