Məhkəmə qərarları › İş №1(124)-83/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-83/2023

20.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-83/2023 20.12.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər, Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçilər –Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Bakı 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 və təqsirləndirilən şəxslərin iştirakları ilə, xx.xx.1986-cı ildə Ağdam rayonunda anadan olmuş, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Cəvahirli kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, 147 saylı texniki peşə liseyinin inzibati binasında yaşamış, barəsində "həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1nn Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri, xx.xx.1994-cü ildə Sumqayıt şəhərində anadan olmuş, subay, ali təhsilli, “Bakı qida yağ fabriki"ndə operator işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Betonzavod ərazisi, fərdi evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 0,974 qram çəkidə narkotik vasitə olan heroin əldə edib daşıyaraq xx.xx.2021-ci il tarixdə günorta saatlarında Sumqayıt şəhəri Ceyranbatan qəsəbəsi ərazisində yerləşən 147 saylı texniki peşə liseyinin yanında Təqsirləndirilən şəxs2 30 manata satmış. Sumqayıt ŞPİ-nin CAŞ-ın əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixdə saat 23:00-da Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Kamran Hüseynov küçəsində yerləşən "Köhnə mədəniyyət evi’’nin yanında saxlanılaraq Sumqayıt ŞPİ- yə aparılıb orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd "Winston" markalı siqaret qutusunun içərisindən 1 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0.974 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən şəxsiyyəti istintaq orqanına məlum olmayan İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə qabaqacadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 122,840 qram, külli miqdarda narkotik vasitə olan heroini və təmiz çəkisi 112,124 qram, külli miqdarda psixotrop maddə olan metamfctamini telefon danışqıları vasitəsilə qabaqcadan razılaşdıqları kimi şəxsiyyəti istintaq orqanına məlum olmayan İran İslam Respublikasının vətəndaşının ona verdiyi məlumat əsasında Bakı şəhəri Xətai rayonu, Əhmədli qəsəbəsində istintaqa məlum olmayan ərazidən götürməklə əldə edib daşıyaraq üzərində saxlamış. Sumqayıt ŞPİ-nin CAŞ-ın əməkdaşlarının Sumqayıt şəhəri Ceyranbatan qəsəbəsi ərazisində 147 saylı peşə liseyinin yanmda keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 25 avqust 2021-ci il tarixdə, saat 12:30-da saxlanılaraq Sumqayıt ŞPİ-yə aparılıb orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli şalvarın sağ yan hissəsində kəmərinin altından ağ rəngli üzərində "X18” sözləri yazılmış sellofan torbanın içərisindən, xx.xx.2021-ci il tarixdə günorta saatlarında Sumqayıt şəhəri Ceyranbatan qəsəbəsi ərazisində yerləşən 147 saylı texniki peşə liseyinin yanmda Təqsirləndirilən şəxs2 30 manata satmış olduğu 0,974 qram çəkidə narkotik vasitə olan heroinlə eynilik təşkil etməyən, bir ədəd şəffaf rəngli sellofana bükülmüş vəziyyətdə 122.840 qram çəkidə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroin və bir ədəd şəffaf rəngli sellofana bükülmüş vəziyyətdə 112,124 qram çəkidə kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixdə saat 13 radələrində Sumqayıt şəhəri Ceyranbatan qəsəbəsi ərazisində yerləşən 147 saylı texniki peşə liseyinin yanında Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,974 qram çəkidə narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2021-ci il tarixdə, saat 23:00 radələrində Sumqayıt ŞPİ-nin CAŞ-m əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri. İnşaatçılar qəsəbəsi, Kamran Hüseynov küçəsində yerləşən "Köhnə mədəniyyət evi” mn yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-yə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd “Winston” markalı siqaret qutusunun içərisindən 1 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0,974 qram olan qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ittiham olunduğu əməllər özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, onda narkotik vasitə olmamışdır. İbtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi iə məhkəməyə veriləcəyi deyildiyi üçün həmin məzmunda ifadə vermişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə razıdır. İbtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etməmişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq araşdırılmış ifadəsində özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri Ceyranbata qəsəbəsində yerləşən 147 saylı peşə məktəbinin yaxınlığında dəmiryolunun yanında olan zaman polis əməkdaşları onu saxlamış, həmin vaxt polis əməkdaşları onu döyə-döyə Sumqayıt şəhər polis idarəsinə gəlirib idarənin birnci mərtəbəsində yerləşən otağa salmışdır. Orada bir neçə polis əməkdaşı onu döyərək müxtəlif bədən xəsarətləri yetirmiş, daha sonra onu İdarənin ikinci mərtəbəsində yerləşən xatırlamadığı otağa aparmışlar. Orada cinayət axtarışın müavini kimi tanıdığı Bəxtiyar adlı əməkdaş onun qarşısına narkotok vasitə heroin və psixotrop maddə metamfetamin qoyaraq kimə məxsus olduğunu sual etmiş, o həmin narkolikin ona məxsus olmadığını söyləmiş, bu vaxt orada olan polis əməkdaşları onu təkrarən döyməyə başlamış, həmin vaxt orada olam Xəqani adlı əməkdaş narkotik vasitə heroin və psixolrop maddə metamfelaminin özünə məxsus olduğunu söyləməyini, narahat olmamasını, onu buraxdıracağına söz vermiş, hətta onu inandırmaq üçün öz dayılarının canına and içmişdir. Bundan sonra o razılaşıb iki bükümdə olan narkotik vasitə heroin və psixotrop maddə mclamfctaminin özünə məxsus olduğunu təhqiat sənədləşdirməsi zamanı izahatında, eləcə də videoçəkiliş zamanı və ilkin istintaq zamanı ifadəsində bildirmişdir. Halbuki polis əməkdaşları onu saxlayan zaman həmin maddələr üzərində olmamış, həmin vaxt üzərində yalnız öz şəxsi istifadəsi üçün gəzdirdiyi 0,2 qram metamfetamin olmuşdur. Həmçinin. Təqsirləndirilən şəxs1 ifadəsində ona verilən suallara cavab olaraq aralarında üzləşdirmə keçirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-ın baş əməliyyat müvəkkili, polis mayoru X16, Sumqayıt ŞPİ-nin CAŞ-ın kiçik inspektorları, polis baş serjantı Şahid3, polis serjantı Şahid2 ilə həmçinin ifadənizdə adlarını qeyd etdiyiniz Sumqayıt ŞPİ-nin CAŞ-ın rəis müavini, polis mayoru X8 və CAŞ-ın əməliyyat müvəkkili, polis leytenantı X2 göstəriklərinin yalan olduğunu, aralarında üzləşdirmə keçirilmiş Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixdə saat 23:00 radələrində Sumqayıt ŞPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt ŞPİ-yə gətirib üzərində şəxsi axtarış keçirilən zaman üzərindən aşakr edilmiş 0,974 qram narkotik vasitə olan heroini xx.xx.2021-ci il tarixdə günorta saatlarında Sumqayıt şəhəri Ceyranbatan bağlarında yerləşən 147 saylı peşə məktəbinin yanında ondan 30 manata almasını bildirməsinin yalan bildirdiyini, əvvəllər Fəridlə birlikdə getərək o. kimdənsə narkotik götürüb Fəridə verdiyini, istifadəsində olmuş "Xiaomi Redmi” markalı mobil telefonuna baxış keçirlən zaman, eləcə də isıifasində olan 070 *** ** ** mobil nömrəsinin sms yazışmalarından görünən müxtəlif şəxslərlə müxtəlif jaqon ifadələrlə narkotik vasitələrin və psixolrop maddələrin alqı-satqısı məzmunuda söhbətlərin tutulmamışdan əvvəl olduğunu, belə ki o, öz şəxsi istifadəsi üçün narkotik əldə etmək məqsədilə kimdənsə narkotik alıb kiməsə verdiyini, lakin kiməsə narkotiki verməkdə qazanc əldə etmək məqsədi olmadığını bildirmişdir. ( cild 2, iş vərəqə 149-151) Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, qeyd olunan tarixlərdə narkotik vasitə istifadə etmiş, ancaq heroindən çəkmək yolu ilə istifadə etmişdir. Tutulduğu gün öz istifadəsi üçün Rüstəmdən 01 qram heroin almış, istifadə etməmiş Kamran Hüseynov küçəsində tutulmuşdur. Əvvəllər də Rüstəmdən narkotik vasitə almışdır. Əvvəllər taksi işləmiş, Rüstəmlə həmin vaxtlar tanış olmuşdur. Ondan narkotik vasitəni pul müqabilində almadığı da olmuş, Rüstəm hərdən ona narkotik vasitəni pay kimi vermişdir. Sonuncu dəfə Rüstəmə narkotik vasitə üçün 30 manat vermişdir. Rüstəm özü də narkotik vasitə istifadə etmişdir. Rüstəm narkotik vasitəni ona ya öz üstündən vermiş, ya da birgə harasa gedərək götürüb vermişdir. Ceyranbatandan Rüstəmi maşınla götürmüş, Rüstəm maşını sürərək ya 8-ci mikrorayonda, ya da başqa yerdə saxlamış, özü Rüstəmin dalıyca düşməmişdir. Nəinki 23 avqust 2021-ci il tarixdə, ondan bir ay qabağa qədər Rüstəmi görməmişdir. İbtidai istintaq zamanı təzyiq altında Rüstəmin üzünə durmuşdur. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq araşdırılmış ifadəsində ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 1 (bir) ilə yaxındır ki, narkotik vasitə olan heroindən istifadə edir. xx.xx.2021-ci il tarixdə, təxminən saat 23:00 radələrində Sumqayıt şəhəri. İnşaatçılar qəsəbəsi ərazisində köhnə mədəniyyət evinin yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşıb narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsi üçün saxladıqlarını bildirib onu Pİ-yə dəvət etmiş, Pİ-də olan zaman üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman o, buna etiraz etməmiş, ona hüquq və vəzifələr barədə bildiriş, hüquqlarımın müdafiəsi üçün Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X6 təqdim olunmuşdu. Daha sonra isə vidoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilən zaman o. əynində olan göy rəngli cins şalvarın sol yan cibində saxlamış olduğu 1 ədəd "Vinston" markalı siqaret qutusunu çıxarmış, içərisindəki 1 ədəd şəffaf rəngli sellofan bükümü təqdim elmiş, həmin büküm açılan zaman bükümdə spesifik iyə malik qəhvəyi rəngli maddənin olduğu müəyşən olunmuşdur. Sorğu zamanı aşkar olunan maddənin "kakos" olduğunu, həmin maddəni 23 avqust 2021-ci il tarixdə günorta saatlarında Ceyranbatan qəsəbəsi ərazisində tanıdığı Təqsirləndirilən şəxs1 adlı şəxsdən 30 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığım bildirmişdi. Həmin vaxt üzərindən aşkar olunmuş maddə tərəziyə qoyulub çəkilən zaman həmin maddənin şəffaf rəngli sellofan ilə birlikdə çəkisinin 1,26 qram olduğu müəyyən edilmiş və aşkar olunmuş həmin maddə Azərbaycan Respublikası ƏN-nin M13 M-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırıl araq möhürlənmişdir. Həmçinin, Təqsirləndirilən şəxs2 ifadəsində ona verilən suallara cavab üzərindən aşkar olunan 1 ədəd şəffaf rəngli sellofan bükümdə olan narkotik vasitə hesab olunan heroini xx.xx.2021-ci il tarixdə, istifadəsidə olan ***-***-**-** mobil nömrəsi ilə tanıdığı Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlayıb danışdıqdan sonra həmin gün günorta saatlarında Sumqayıt şəhəri Ceyranbatan bağlarında yerləşən 147 saylı peşə məktəbinin yaxınlığında sonuncunun yaşadığı evin yanında 30 manat pula şəxsi istifadəsi üçün aldığını, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona hər hansı təzyiq və zor tətbiq edilmədiyini, o, heç vaxt narkotik vasitələrin alqı satqısı ilə məşğul olmadığını bildirmişdir. ( cild 1, iş vərəqə 123-125) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitələrin qəbulu, satması və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Həmin gün Təqsirləndirilən şəxs1 Sumqayıt şəhəri, Ceyranbalan qəsəbəsi, 147 saylı texniki peşə liseyinin yanında olması barədə təkrar məlumat daxil olmuş, məlumat əsasında xx.xx.2021-ci il tarixdə saat 12 radələrində Təqsirləndirilən şəxs1 Sumqayıt ŞPİ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs1 onlara etiraz etməyərək birlikdə xidməti avtomobilə əyləşib Sumqayıt ŞPİ-yə gəlmişdir. İdarədə xidməti otaqların birində vəkilin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilməsinə başlanılmış və ondan üzərində olan əşyaları təqdim etməsi xahiş olunmuşdur. Təqsirləndirilən şəxs1 həmin vaxt əynindəki şalvarın kəmərinin altından sellofan torbanın təqdim etmişdir. Həmin torbanın içərisinə baxış keçirilən zaman içərisindən iki ədəd sellofana bükülmüş vəziyyətdə olan bükülülər aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 bükülülərin içərisində nə olduğu soruşulmuş o, bükülülərin birinin içərisində narkotik vasitə olan heroin, digərinin içərisində isə metamfetamin olduğunu demişdir. Həmin bükülülərə baxış keçirilən zaman birinin içərisindən narkotik vasitə olan heroinə, digərinin içərisində isə psixotrop maddə olan metamfelaminə bənzər maddələr olduğunu aşkar etmişlər. Onlar Təqsirləndirilən şəxs1 həmin narkotik vasitəni və psixotrop maddəni haradan əldə eldiyini və nə məqsədlə üzərində saxladığını soruşmuşlar, o həmin narkotik maddəni və psixotrop maddəni təxminən iki ay əvvəl sosial şəbəkədə tanış olduğu İran İslam Respublikasının vətəndaşı ilə danışıb Bakı şəhəri Əhmədli qəsəbində qoyulan yerdən götürərək satmaq və istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ CAŞ-ın kiçik inspektorları Şahid2 və Şahid3 məhkəmədə ifadəsi alınmış şahid polis əməkdaşı Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid5 ifadəsində göstərdi ki, xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri Betonzavod ərazisində fərdi evdə yaşayan Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Həmin gün saat 23 radələrində Təqsirləndirilən şəxs2 Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, “Köhnə mədəniyyət evi”nin yanında saxlayaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər və ondan da özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs2 olduğunu bildirmiş, bundan sonra onlar Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitə əldə etmə və saxlamaqda şübhəli olduğunu bildirərək Sumqayıt ŞPİ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs2 onlara etiraz etməyərək birlikdə xidməti avtomobilə əyləşib Sumqayıt ŞPİ-yə gəlmişdir. İdarədə xidməti otaqların birində vəkilin iştirakı ilə videoçəkiliş aprılmaqla ona üzərində şəxsi axtarış aparılacağını izah etmişlər və Təqsirləndirilən şəxs2 onlara videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına etiraz etmədiyini bildirmişdir. Həmin vaxt videoçəkilişlə Təqsirləndirilən şəxs2 üzərində olan əşyaları təqdim etməsini xahiş etmişlər, o, əynindəki cins şalvarın cibindən siqaret qulusunun içərisindən bir bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxs2 bükülünün içərisində nə olduğu soruşulmuş o, içərisində narkotik vasitə olan heroin olduğunu demişdir. Həmin bükülüyə baxış keçirilən zaman içərisindən narkotik vasitə olan heroinə oxşar maddənin olduğunu aşkar etmişlər. Onlar Təqsirləndirilən şəxs2 həmin narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşmuşlar, o həmin narkotik maddəni xx.xx.2021-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs1 öz şəxsi istifadəsi üçün 30 manat aldığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ CAŞ-ın kiçik inspektorları Şahid6 və Şahid4 məhkəmədə ifadəsi alınmış digər polis əməkdaşı Şahid5 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs1 müştəri kimi tanımışdır. O, xx.xx.2021-ci il tarixdə gecə radələlərində müştəri kimi tanıdığı Rüstəm onunla söhbət edən zaman polis əməkdaşları onlara yaxınlaşmış və Rüstəmi bölməyə aparmışlar. Hadisənin üstündən çox zaman keçdiyindən saati dəqiq xatırlamır. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs1 təxminən 2021-ci ilin iyul ayından müştəri kimi tanımışdır. O, xx.xx.2021-ci il tarixdə saat 12:30 radələlərində Sumqayıt şəhəri Ceyranbatan qəsəbəsində dəmiryolunun yaxınlığında yerləşən 147 saylı peşə məktəbinin yanında taksi kimi dayanan zaman müştəri kimi tanıdığı Rüstəm adlı şəxs ona yaxınlaşmışdır. Rüstəm onunla söhbət edən zaman polis əməkdaşları onlara yaxınlaşmış və özülərini təqdim etmişlər. Həmin vaxt polis əməkdaşları Rüstəmə narkotok vasitlərin daşınmasında və gəzdirilməsində şübəli olduğunu söyləyib onu polis idarəsinə dəvət etdilər və onu da həmin vaxt şahid kimi polis idarəsinə gələ biləcəyini sual etmişlər. O da etiraz etməmiş və idarə etdiyi avtomobil ilə Sumqayıt şəhər polis idarəsinə getmişdir. Polis idarəsində onunla söhbət zamanı özü ümumiyyətlə narkotik vasitə istifadə etmədiyini, eləcə də narkotokin heç vaxt satışı ilə məşğul olmadığını, Rüstəmin narkotoik vasitlərin satışı ilə məşğul olmasından məlumatının olmadığını, sonuncunu qısa müddət ərzində tanıdığını və bir-iki dəfə taksi kimi dediyi ünvanlara apardığını, Rüstəmin üzərində narkotik vasitə və ya psixotrop maddə olmasından məlumatının olmadığını söyləmiş və bu barədə izahat verib İdarədən getmişdir. Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən saxlanılan zaman hər hansı qanunsuzluğa və ya işgəncəyə məruz qalmamışdır. İsgəndərovun üzərində narkotik vasitə və ya psixotrop maddə olması haqqında əvvəlcədən heç bir məlumatı olmamışdır. O, sonradan bilmişdir ki, Rüstəm narkotikl vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olurmuş. ( cild 2, iş vərəqə 107) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 avqust 2021-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Ağdam rayonu, Cəvahirli kəndində qeydiyyatda olan, Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, 147 saylı texniki peşə liseyinin inzibati binasında yaşayan Təqsirləndirilən şəxs1 üzərində qanunsuz olaraq külli miqdarda narkotik vasitə saxlaması, satması və istifadə etməsi barədə məlumat daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. (İ cild, iş vərəqə 06) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 avqust 2021-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Sumqayıt şəhəri 42-ci məhəllə, ev 17A, mənzil 6-da qeydiyyatda olmaqla Sumqayıt şəhəri Betonzavod ərazisində fərdi evdə yaşayan Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitə satması, saxlaması, üzərində gəzdirməsi və istifadə etməsi barədə məlumat daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. (İ cild, iş vərəqə 137) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş “şəxsi axtarışın keçirilməsi barədə” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli şalvarın sağ yan hissəsində kəmərə bərkidilmiş vəziyyətdə olan bir ədəd üzərində "‘X19” sözləri yazılmış ağ rəngli sellofan torbanı çıxardaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs1 sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar olunmuş narkotik vasitə olan həmin heroini və psixotrop maddə olan metamfetamini təxminən bir ay-bir ay yarım əvvəl Bakı şəhəri, Əhmədli qəsəbəsi ərazisində tanımadığı İran vətəndaşından almışdır. (Cild 1, iş vərəqləri 22-24) Şəxsi axtarışın keçirilməsi barədə protokolda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş “şəxsi axtarışın keçirilməsi barədə” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs2 əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd “Vinston” markalı siqaret qutusunun içərisindən 1 ədəd şəffaf rəngli sellofan bükümü çıxardaraq təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 aşkar olunan maddənin heroin olduğunu, həmin maddəni 23 avqust 2021-ci il tarixdə günorta saatlarında Ceyranbatan qəsəbəsi ərazisində tanıdığı Təqsirləndirilən şəxs1 adlı şəxsdən 30 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. (İ cild, iş vərəqə 153-154) Şəxsi axtarışın keçirilməsi barədə barədə protokolda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmə kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli. 6/3692 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: "Təqsirləndirilən şəxs1" yazısı və imzalar olan zərflərdəki, bir ədəd bükümdə təmiz çəkisi 122,840 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və bir ədəd bükümdə təmiz çəkisi 112,124 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir.Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/3692 saylı rəyi iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən sübut kimi qiymətləndirilmiş və istintaq materiallarına əlavə edilmişdir. (İ cild, iş vərəqə: 35-39) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmə kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/3663 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: "Təqsirləndirilən şəxs2 aşkar olunmuş...” yazısı olan zərfdəki, bir ədəd bükümdə təmiz çəkisi 0.974 qram qəhvəyi rəngli lozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/3663 saylı rəyi iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən sübut kimi qiymətləndirilmiş və istintaq materiallarına əlavə edilmişdir.( İİ cild, iş vərəqə 161-165) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmə kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli 6/5240 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş vət. Təqsirləndirilən şəxs2 üzərindən aşakar edilərək götürülmüş heroin vət. Təqsirləndirilən şəxs1 götürülmüş heroinlə xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə fərqlidir. (İİ cild: İş vərəqə: 55-60) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş istintaq zamanı X3 üzərinə şəxsi axtarış keçirlən zaman üzərindən aşkar edilmiş 01 ədəd "Xiomi Redmi” markalı mobil telefona baxış keçirilməsi protokolundan görünür ki, 070 *** ** ** mobil nömrənin "WhatsApp" ani mesajlaşma sistemi vasitəsilə müxtəlif nömrələr arasında jaqon ifadələrlə narkotik vasitələrin və psixotrop maddələrin alqı-satqısı məzmunuda yazışmalar və səsli danışıqlar aparılmışdır. Həmin yazışmalar və səsli danışıqlar 01 ədəd CD diskə köçürülərək protokola əlavə edilmişdir. Qeyd olunan 01 ədəd diks iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir. ( İ cild, iş vərəqə: 82-84) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş "xxxx" MMC-dən daxil olmuş 17.1 1.2021-ci il tarixli, 32114/21 saylı məktuba əlavə edilmiş diskə baxış keçirilməsi protokolundan görünür ki, X4 istifadəsində olmuş 070 *** ** ** mobil nömrə ilə müxtəlif nömrələr arasında jarqon ifadələrlə narkotik vasitələrin və psixotrop maddələrin alqı-satqısı məzmunuda sms yazışmaları aparılmışdır. Hətta cəzaçəkmə müəssisələrinə narkotik maddələrin keçirilməsi barədə ismarıclarda vardır. Qeyd olunan 01 ədəd CD diks iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir. ( İ cild, iş vərəqə: 226-236) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 4371 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin və psixotrop maddə olan metamfetamindən birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu, narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. ( İ cild, iş vərəqə: 237-238) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 3867 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. ( İ cild, iş vərəqə: 204-205) Cinayət işinin materiallarından görününr ki, Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş ilkin çəkisi 122,840 qram olan, tədqiqat və istintaq zamanı aparılmış kimyəvi ekspertizalar nəticəsində qalıq xalis çəkisi 122,740 qram çəkidə narkotik vasitə heroin və ilkin çəkisi 112,124 qram olan, tədqiqat və istintaq zamanı aparılmış kimyəvi ekspertizalar nəticəsində qalıq xalis çəkisi 112,024 qram çəkidə psixotrop maddə maelamfetamin maddi sübut kimi tanınmış və məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs2 aşkar olunaraq götürülmüş ilkin çəkisi 0,974 qram olan, tədqiqat və istintaq zamanı aparılmış kimyəvi ekspertizalar nəticəsində qalıq xalis çəkisi 0,924 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmış və məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. (İİ cild, iş vərəqə: 205, 225- 226) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən Təqsirləndirilən şəxs1 barəsində verilmiş tələbnamədən görünür ki, o əvvələr məhkum olunmamışdır. ( İİ cild, iş vərəqə 95) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən Təqsirləndirilən şəxs2 barəsində verilmiş tələbnamədən görünür ki, o əvvələr məhkum olunmamışdır.( İ cild, iş vərəqə 197) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Sumqayıt şəhəri “Asfaltzavod” və “Körpü” üzrə 1 saylı məhəllə komitəsi tərəfindən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır.( İİ cild, iş vərəqə 48) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Sumqayıt şəhər İHB MKTİB-nin 1 saylı MKS tərəfindən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır.( İ cild, iş vərəqə 214) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2009-cu X7 adlı iki övladı vardır. (İİ cild, iş vərəqə 52-53) Məhkəmə, Təqsirləndirilən şəxs1 narkotik vasitə satmaması, üzərində narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Məhkəmə həmçinin, iş üzrə şahid qismində dindirilmiş Şahid7 məhkəmədə verdiyi ifadəsində göstərdiyi xüsusatlara tənqidi yanaşır və hesab edir ki, qeyd olunan şahidin təqsirləndirilən şəxslə tanışlıq münasibəti vardır, buna görə də o həmin məzmunda ifadə verməklə Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmasına çalışmışdır. Bu səbəbdən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi ifadəsini işin hallarına uyğun olduğunu hesab edərək həmin ifadəni mötəbər sübut kimi qəbul edir. Bundan başqa Təqsirləndirilən şəxs1 əldə edərək saxladığı narkotik vasitə və psixotrop maddənin külli miqdarda olması, narkotik vasitə satışını ehtiva edən yazışmaların mövcudluğu Təqsirləndirilən şəxs1 məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Belə ki, təqsirləndirilən şəxsin öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs1 gecə saatlarında saxlanılması, Təqsirləndirilən şəxs2 narkotik maddə satmaması barədə özünün ifadələrinə və müdafiəçisinin məhkəmə çıxışına münasibət bildirərək qeyd etmək istəyir ki, mobil operatorlardan götürülmüş məlumatlarda həmin halı təsdiq edən mötəbər məlumatlar aşkar edilməmişdir. Bundan əlavə antenlər isə bir neçə kilometr ərazini əhatə edərək müxtəlif ərazilərdə yerləşən mobil telefon nömrələrinə xidmət edə bilər. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlini məhkəmə istintaqı zamanı səmimi olaraq etiraf etmişdir. Təqsirləndirilən şəxslər törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdikləri və məhkəmə istintaqında tədqiq edilmiş ilkin etiraf ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ağır cinayətlər kateqoriyasına, CM-nin 234.1-ci maddəsi isə az ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin və “metamfetamin” psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir Beləliklə məhkəmə, gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmələri tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidirlər, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs1 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrinin sanksiyası həddində sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 isə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzanı ağırlaşdıran hallar yoxdur. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 25 avqust 2021-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. ( cild İ, iş vərəqə 16, 69-70) İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin əvvəli 25 avqust 2021-ci il tarixdən başlanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarından görünür ki, 23 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuş, 25 avqust 2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və saxlandığı MSY-dən azad edilmişdir. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. ( cild İ, iş vərəqə 138, 192-193) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddəti Cinayət Məcəlləsinin 69.3cü maddəsinə görə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı, təqsirləndirilən Təqsirləndirilən şəxs2 tutulduğu 02 (iki) gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gün müddətinə bərabər tutulmaqla, həmin müddət təyin olunan cəzadan çıxılaraq qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və o, həmin cəzanı yaşayış yeri üzrə çəkməlidir. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonu ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə cinayət işində olan olan məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə cinayət işində olan olan məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində narkomaniyadan qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş qalıq xalis çəkisi 122,740 qram çəkidə narkotik vasitə heroin, qalıq xalis çəkisi 112,024 qram çəkidə psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs2 aşkar olunaraq götürülmüş qalıq xalis çəkisi 0,924 qram çəkidə narkotik vasitə heroin məhv edilməli, 04 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 342 ( üç yüz qırx iki) manat təqsirləndirilən şəxslərin hər birindən 171 (yüz yetmiş bir) manat məbləğində tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmə hökmü haqqında" 24 dekabr 2021-ci il tarixli 15 nömrəli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 08 ( səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla Təqsirləndirilən şəxs2 tutularaq həbsdə saxlandığı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan 02 (iki) gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gün müddətinə bərabər tutulmaqla, həmin müddət təyin olunan cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın və o, həmin cəzanı yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayon ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası Sumqayıt Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş qalıq xalis çəkisi 122,740 qram çəkidə narkotik vasitə heroin, qalıq xalis çəkisi 112,024 qram çəkidə psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs2 aşkar olunaraq götürülmüş qalıq xalis çəkisi 0,924 qram çəkidə narkotik vasitə heroin məhv edilsin, 04 (dörd) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 342 ( üç yüz qırx iki) manat təqsirləndirilən şəxslərin hər birindən 171 (yüz yetmiş bir) manat məbləğində tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs1 isə hökmün surətinin onlara verildiyi andan) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar