Məhkəmə qərarları › İş №1(124)-838/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-838/2024

19.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-838/2024 19.12.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X6 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Xaçmaz rayonu, Xudat şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il 03 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, Xaçmaz rayonu Həsənqala kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs tanışı X8 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya (əkmə və yetişdirmə) etmək məqsədilə Xaçmaz rayonu, Sibiroba kəndinin meşə tərəfə olan hissəsində kənd qurtardıqdan sonra meşə sahəsində 2 kilometr şimal istiqamətində ağaclarla və kollarla əhatə olunmuş 10x5=50 m2 sahədə otlardan təmizlədikləri yerdə narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını 2023-cü ilin aprel ayında torpağa basdıraraq əkmiş və əkdikləri həmin toxumlardan yetişən küllü miqdarda - 78 (yetmiş səkkiz) ədəd çətənə bitkisinə 26 avqust 2023-cü il tarixədək olan müddət ərzində aqrotexniki qaydada qulluq göstərməklə onları kultivasiya etmiş, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 26 avqust 2023-cü il tarixdə keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində Xaçmaz rayonu, Sibiroba kəndi ərazisində yerləşən həmin yerdən 78 (yetmiş səkkiz) ədəd yaş vəziyyətdə, ümümi çəkisi 50 kiloqram 380 qram olmaqla əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkiləri aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü ona CM-in 237.2.1 və 237.2.3-cü maddələri ilə elan olunan ittiham üzrə təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş və ifadəsində göstərmişdir ki, o, narkotik vasitə istifadəçisi olmuş və narkotik vasitə almağa imkanı olmadığı üçün çətənə bitkisi əkmək qərarına gəlmişdir. Narkotik vasitə istifadəçi olduğu üçün həmin toxumları tutulmamışdan əvvəl özündə saxlamış, sonra isə atmışdır. Həmin bitkiləri Səbuhi Nəzərli ilə birlikdə meşədə əkmişlər. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, çətənə bitkilərinin hündürlüyü fərqli olmuşdur. Polis əməkdaşları tərəfindən saxlanılan zaman Səbuhi Nəzərli də onun yanında olmuşdur. Yaşadığı ev bina evi olduğu üçün çətənə bitkilərini həyətində yox, meşədə əkmişdir. Özü narkotik vasitə istifadəçisi olduğu üçün və narkotik vasitəyə ehtiyacı olduğu üçün çətənə bitkisi əkmişdir. O, ağacların bu qədər böyüyəcəyini təsəvvür etməmiş, həmin bitkiləri sulamışdır. Çətənə bitkisi əkməyin qanunsuz olduğundan qismən məlumatı olmuş, çətənə bitkisi əkmək onun təklifi olmuşdur. Əvvəllər narkotik vasitə istifadə etmişdir. Bitkilərdən neçəsinin qurumayıb qalacağını bilmədiyi üçün 3-4 ədəd yox, 78 ədəd çətənə bitkisi əkmişdir. Çətənə bitkisi əkəcəkləri yeri o tapmışdır. Həmin yeri Səbuhi ilə birlikdə alaq otlarından təmizləmiş və bitkiləri birlikdə sulamışlar. Səbuhi onun əkdiyi bitkilərin çətənə bitkisi olduğundan məlumatlı olmuşdur. Səbuhi də əvvəllər narkotik vasitə istifadəçisi olmuşdur. O, 22 avqust 2022-ci il tarixdə azadlığa çıxmış, bir il sonra - 23 avqust 2023-cü il tarixdə yenidən tutulmuşdur. Cəzaçəkmə müəssisəsindən çıxan zaman dövlət ona 1100-1200 manat pul vermişdir. Həmin pulu xəstəliyi ilə əlaqədar müalicəsi üçün istifadə etmişdir. Himayəsində bir tək anası var. Hazırda əməlindən peşmandır və barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı ifadə verən X8 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etmiş və ifadəsində göstərmişdir ki, onlar yay fəslində Təqsirləndirilən şəxsla birlikdə dəniz kənarına getmiş və dənizə yaxın ərazidə kolluq görərək həmin ərazidə çətənə bitkisi əkmək qərarına gəlmişlər. O da narkotik vasitə istifadəçi olduğu üçün çətənə bitkisi əkmək istəmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, 3- 4 il olar ki, narkotik vasitə istifadə etmişdir. Çətənə bitkisi əkdikləri ərazinin kimə məxsus olduğunu bilməmişdir. Həmin ərazidə çətənə bitkisi əkdiklərindən heç kimin məlumatı olmamışdır. Həmin ərazi kolluq ərazi olduğu üçün ancaq böyürtkən yığan şəxslər oraya gedirmişlər. Onun anası və bir bacısı var. Arada onun gözlərində tutulmalar olur. O, Sumqayıt şəhərində doğulmuşdur. Atası öldükdən sonra Xaçmaz rayonuna köçmüşlər, amma orda onlara məxsus torpaq sahəsi yoxdur. Onlar Xaçmaz rayonunda nənəsinin bacısıgilin evində yaşayırlar. Bitkiləri yetişdirmək barədə internetdə araşdırma aparmışlar. Çətənə bitkisi əkmək Fəxri ilə onun ortaq qərarları olmuşdur. Onlar bitkiləri sulamaq məqsədi ilə bel ilə 2-3 metr quyu qazmışlar. Hazırda əməlindən peşmandır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, 26 avqust 2023-cü il tarixdə Xaçmaz rayon sakinləri Təqsirləndirilən şəxs və X4 tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmələri barədə əməliyyat məlumatı daxil olmuş, tərəfindən bu məlumat Xaçmaz Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla məruzə edilmiş və Təqsirləndirilən şəxs ilə X4 ifşa olunması məqsədilə əməliyyat qrupu yaradılmışdır. Tərəflərindən keçirilmiş əməliyyat axtarış tədbirləri ilə Təqsirləndirilən şəxs və X4 Xaçmaz rayonu, Sibiroba kəndi ərazisində olan meşə sahəsində tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmələri müəyyən edilmişdir. Bununla bağlı həmin əraziyə Təqsirləndirilən şəxs, X8, aqronom və digər polis əməkdaşlarının iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı oradan ümumilikdə 78 ədəd yaş vəziyyətdə narkotik tərkibli çətənə bitkiləri, 1 ədəd ov tüfəngi, bitki dərmanı, barmaq izləri, siqaret kötükləri və həmçinin məişət əşyaları aşkar edilərək götürülmüşdür. Bundan başqa oradan çadır aşkar edilərək götürülmüşdür. Baxışda iştirak edən Təqsirləndirilən şəxs və X8 aşkar edilmiş həmin bitkiləri özlərinin əkərək kultivasiya etdiklərini bildirmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 və Şahid2 ayrıayrılıqda Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı həmçinin şahidlər Şahid5 və Şahid4 ibtidai istintaq zamanı vermiş olduqları ifadələr elan olunaraq tədqiq olunmuş və onların da Şahid1 ilə eyni məzmunlu ifadə verdikləri müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Xaçmaz Rayon Polis Şöbəsinə Xaçmaz rayonu, Həsənqala kəndində qeydiyyatda olmaqla yaşayan xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs və Sumqayıt şəhəri 9 mkr ev 8 m 39-da qeydiyyatda olmaqla Xaçmaz rayonu, Uzunobakəndində yaşayan xx.xx.1990-cı il təvəllüdlü X4 Xaçmaz rayonu, Sibiroba kəndi ərazisində yerləşən meşə massivində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmələri barədə etibarlı mənbədən əməliyyat yolu ilə məlumat daxil olmuşdur (cild 01, iş vər. 03). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs və X4 ətrafında təxirə salınmadan əməliyyat axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 04-05). Cinayət işinin materiallarında olan “Baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə video çəkilişlə polis əməkdaşlarının, aqranomun, Təqsirləndirilən şəxs və X4 iştirakı ilə Xaçmaz rayonu, Sibiroba kəndi ərazisində yerləşən meşə sahəsinə baxış keçirilərkən 78 ədəd çətənə bitkisinə oxşar bitki, 02 ədəd stəkan, 01 ədəd fincan, 01 ədəd 1 litrlik plastik ayran qabı, 01 ədəd üzərində 14671-59 rəqəmləri həkk olunmuş yivsiz ov tüfəngi, bundan əlavə 01 ədəd dərman preparatı, 01 ədəd 5 litrlik su bidonu, 11 ədəd siqaret kötüyü və 01 ədəd çadır aşkar olunaraq götürülmüş, video çəkilişin əks olunduğu 02 ədəd DVD disk protokola əlavə olunmuşdur (cild 01, iş vər.15-18). Cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “Torpağa və bitkilərə baxış keçirilməsi haqqında” mütəxəssis rəyindən görünür ki, Xaçmaz rayonu, Sibiroba kəndində yerləşən meşəlik əraziyə baxış keçirilərkən aşkar ediərək götürülmüş cəmi 78 (yetmiş səkkiz) ədəd yaş vəziyyətdə olan bitkilər tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinə oxşar bitkilərdir. Onların dibləri boşaldılmış, aqrotexniki qaydada qulluq edilməklə kultivasiya edilmişdir (cild 01, iş vər.58). Cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 27 avqust 2023-cü il tarixli 3-16-16/2-7/1215 nömrəli rəyindən görünür ki, - tədqiqata təqdim olunmuş 6 ədəd torbada ümumi sayı 78 ədəd yaş vəziyyətdə ümumi çəkisi 50 kq 380 qram olan bitkilər tərkiblərinə görə eyni olub, əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir. Aqronomun rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir (cild 01, iş vər. 63-66). Cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq edilmiş Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(067)-183/2023 nömrəli qərarından görünür ki, Xaçmaz Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 “Əməliyyat tədbirlərinin keçirilməsi barədə” xx.xx.2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir (cild 01, iş vər. 126). Cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq edilmiş Quba Rayon Psixonevroloji Reabilitasiya Mərkəzinin xx.xx.2023-cü il tarixli, 1214 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Quba Rayon Psixonevroloji Reabilitasiya Mərkəzinə müraciət etməmişdir (cild 01, iş vər. 129). Cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Xaçmaz Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 18-1- 43/2-2711/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Xaçmaz Rayon Mərkəzi Xəstəxanası”nda xx.xx.2022-ci il tarixdən həkim-narkoloqun qeydiyyatındadır, həkim-psixiatrın qeydiyyatında yoxdur (cild 01, iş vər. 131). Cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-11/2-10959/2023 nömrəli məktubundan görünür ki, Xaçmaz Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-13-79/2-24986/2023 nömrəli məktubu vasitəsi ilə, xx.xx.2023-cü il tarixdə, Xaçmaz rayonu, Sibiroba kəndində meşə massivində narkotik tərkibli çətənə bitkilərinin qanunsuz olaraq kultiavisya edilməsi faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri xx.xx.2023-cü il tarixdə KTİ-yə daxil olmuşdur. Həmin əl izləri KTİ-nin ADİS-in bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində yararlı olan 08 ədəd əl izi (stəkanın üzərindən götürülmüş əl-barmaq izləri) (ADİS-in məlumat bankına Xaçmaz Rayon Polis Şöbəsindən daxil olan) xx.xx.1993-cü il tarixdə Xaçmaz rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin orta, adsız (02 dəfə), sol əlinin orta barmaqları, sağ əlinin ovuc (03 dəfə) və sol əlinin ovuc əksləri ilə eynilik müəyyənlik edilmişdir. Digər eynilik aşkar edilməmişdir (cild 01, iş vər. 142). Cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 25 sentyabr 2023-cü il tarixli 6119 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 145-146). Cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə daktiloskopik ekspertizasının 13 dekabr 2023-cü il tarixli 3-16-16/2-3/1941 nömrəli rəyindən görünür ki, təqdim edilmiş 8”a”,’;b”,”c”,’*d” saylı daktilolentin səthindəki əlbarmaq izləri, 9,10”a”,”b” saylı daktilolentlərin səthindəki ovuc izləri, 10”c”, 1 l”a”,”b” saylı daktilolentin səthindəki əl-barmaq izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdırlar. Təqdim edilmiş 1,2,3,4,5,6,7,8,9,10,11,12,13,14,15,16,17,18,19 saylı daktilolentlərin səthlərindəki papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə, kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdırlar. Təqdim edilmiş 8 “a” saylı daktilolentlərin səthindəki əl-barmaq izi Təqsirləndirilən şəxs sağ əlinin orta barmağından,’’b” saylı daktilolentlərin səthindəki əlbarmaq izi onun sağ əlinin adsız barmağından ,”c’* saylı daktilolentlərin səthindəki əlbarmaq izi onun sağ əlinin çeçələ barmağından,’ТГ saylı daktilolentlərin səthindəki əlbarmaq izi onun sağ əlinin adsız barmağından,9 saylı daktilolentin səthindəki ovuc izi onun sol ovucunun hipotenar hissəsindən, 10”a” saylı daktilolentin səthindəki ovuc izi onun sağ ovucunun tenar hissəsindən, 10”b” saylı daktilolentin səthindəki ovuc izi onun sağ ovucunun hipotenar hissəsindən, ll”a”,’’b” saylı daktilolentin səthindəki əl-barmaq izləri isə onun sağ əlinin adsız barmağından qalmışdır (cild 01, iş vər. 203-216). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edimişdir (cild 01, iş vər. 223-231). Cinayət işinin materiallarında olan Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(124)-486/2024 saylı qərarından görünür ki, iş üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqından yayındığına görə onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilmiş, onun barəsində axtarış elan edilməklə iş üzrə icraat dayandırılmışdır. Cinayət işinin materiallarında olan Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(124)-486/2024 saylı qərarları ilə həmin cinayət işi üzrə icraat təzələnmiş, habelə 1(124)-486/2024 saylı cinayət işindən Təqsirləndirilən şəxs CM-in 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair hazırki cinayət işi ayrılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarında göstərilmişdir ki, CM-in 237-ci maddəsində işlədilən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışının izahı “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.6-cı maddəsində verilmişdir. Həmin maddədə qeyd edilir ki, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi və ya yetişdirilməsidir. CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayətin predmeti xeyli miqdarda əkilməsi və yetişdirilməsi qadağan edilən, tərkibində narkotik maddələr olan bitkilər və ya onların hissələridir. Belə bitkilərin siyahısı, xeyli, külli və ya xüsusilə külli miqdarı (habelə hissələrinin xeyli, külli və ya xüsusilə külli miqdarı) 961-İİQ nömrəli Qanun ilə (İİİ siyahı) müəyyən edilmişdir. Həmin siyahı görə 16 ədəddən 800-dək çətənə kolunun əkilməsi külli miqdarı əhatə edir. Əkmə dedikdə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə, tərkibində narkotik maddələr olan bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Tərkibində narkotik maddələr olan bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Sözügedən qərarın 11-ci bəndinə əsasən isə qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi deyildiyində bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs cinayət əməli təqsirləndirilən şəxsin özünün verdiyi etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilən şahidlərin ifadələri, mütəxəssis rəyi, ekspertiza rəyləri və biri-digərinə uyğun gələn digər sübutların tədqiqi vasitəsi ilə məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 237.2.1 və 237.2.3-cü maddələri ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarının 27-ci bəndin də göstərilmişdir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilibedilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilibtörədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli 36 maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıbformalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edibetməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. İş materiallarına əlavə edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il 03 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmişdir (cild 01, iş vər. 128, 192-197). Belə olan halda, CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallardan cinayətin residivi müəyyən edilir. Belə ki, CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-cü il tarixli hökmü ilə təqsirli bilinərək məhkum oluduğu cinayət əməli az ağır cinayət sayıldığından və CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum edilən şəxs cəzasını çəkib qurtardıqdan sonra 02 il keçdiyi halda məhkumluq ödənilmiş sayıldığından, Təqsirləndirilən şəxs isə həmin müddət keçmədən, yəni məhkumluq ödənilmədən yenidən qəsdən cinayət əməli törətdiyindən, onun əməlində cinayətlərin residivi yaranmış olur. Cinayətlərin residivinə görə Cinayət Məcəlləsində göstərilən əsaslarla və hədlərdə daha sərt cəzanın tətbiq edilməsi nəzərdə tutulmuşdur. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 2013-cü il 18 mart tarixli Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, cinayətlərin residivi müəyyən edildikdə, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən də göründüyü kimi, əvvəllər məhkum olunmuş şəxs tərəfindən yeni cinayətin törədilməsi yüksək ictimai təhlükə təşkil edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Qəsdən yeni cinayət törətməklə şəxs, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmiş olur. İlk dəfə cinayət əməli törətmiş şəxslə müqayisədə təkrar cinayət törətmiş şəxs daha yüksək ictimai təhlükəlilik dərəcəsinə malik biri kimi səciyyələndirilir və bu səbəbdən həmin şəxslərə eyni cəzanın təyin edilməsi həm qanunvericiliklə təsbit olunmuş humanizm və ədalət prinsipləri ilə, həm də bu prinsiplərin ümumbəşəri anlayışları ilə ziddiyyət təşkil etmiş olar. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halın olmamasını, həmçinin cəzanı ağırlaşdıran hallardan cinayətlərin residivinin olmasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə CM-in 65.2-ci maddəsinin müddəalarını nəzərə almaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzanın son həddinin yarısından az olmayan həddə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Belə ki, CM-in 65.2-ci maddəsində göstərilmişdir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, şəxs hazırki hökmlə ona təyin olunan cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Məhkəmə kollegiyası qeyd edir ki, CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan “Tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 34-35). Cinayət işinin materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 108-112). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan və iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti bitdiyindən, o, Xaçmaz RPŞ-nin MSY-dən azad edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 165-166) Təqsirləndirilən şəxs məhkəmə istintaqından qaçıb yayındığına görə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbirinə dəyişdirilmiş və barəsində axtarış elan edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş protokol və məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutularaq 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu 02 (iki) ay müddət cəzasına hesablanmaqla ona təyin olunan cəzadan çıxılmalı, cəzasının başlanğıcı isə xx.xx.2024-cü il tarixdən hesablanmalı, həmçinin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan məhkəmə narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla ona cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməməli və onun yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınmalıdır. CM-in 99-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-in 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Xaçmaz Rayon Polis Şöbəsində saxlanılan 78 ədəd çətənə bitkisi, üzərindən əlbarmaq izləri götürülmüş 02 ədəd stəkan, 01 ədəd fincan, 01 ədəd 1 litrlik plastik ayran qabı, 01 ədəd dərman preparatı, 01 ədəd 5 litrlik su bidonu, bir ədəd çadır hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 04 ədəd üzərində barmaq izləri olan daktilolentlərin və 2 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, o cümlədən iş üzrə maddi sübut olmaqla Xaçmaz Rayon Polis Şöbəsində saxlanılan 01 ədəd ov tüfəngi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi- Texniki Təminat Baş İdarəsinin silah-sursat anbarına təhvil verilməlidir. İş üzrə 137,29 AZN (yüz otuz yeddi manat iyirmi doqquz qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegyası, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu və həbsdə olduğu 02 (iki) ay müddət ona təyin olunan cəzaya hesablanmaqla çıxılsın və üzərində 04 (dörd) il 10 (on) ay müddət azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan və Xaçmaz Rayon Polis Şöbəsində saxlanılan 78 ədəd çətənə bitkisi, üzərindən əl-barmaq izləri götürülmüş 02 ədəd stəkan, 01 ədəd fincan, 01 ədəd 1 litrlik plastik ayran qabı, 01 ədəd dərman preparatı, 01 ədəd 5 litrlik su bidonu, bir ədəd çadır hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 04 ədəd üzərində barmaq izləri olan daktilolentlərin və 2 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın, iş üzrə maddi sübut olmaqla Xaçmaz Rayon Polis Şöbəsində saxlanılan 01 ədəd ov tüfəngi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin silah-sursat anbarına təhvil verilsin. İş üzrə 68,65 AZN (altmış səkkiz manat, altmış beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar