Məhkəmə qərarları › İş №1(124)-84/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-84/2022

19.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-84/2022 19.10.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Rzayeva Aynur Tapdıq qızı və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4 , Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili X9, xx xxxx 1990-cı ildə Qubadlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Qubadlı rayonu Qubadlı şəhərində qeydiyyatda olmaqla, Sumqayıt şəhəri 76-cı məhəllə Meyvə-tərəvəz bazasının inzibati binasında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində, 4 saylı notariat kontorunun yaxınlığında yerdən tapdığı ümumilikdə 4,712 qram çəkidə külli miqdarda narkotik vasitə olan heroini, ümumilikdə 10,412 qram çəkidə külli miqdarda psixotrop maddə olan metamfetamini satış məqsədi ilə daşıyaraq üzərində saxlamış 10 iyun 2021-ci il tarixdə saat 02.35-də Sumqayıt şəhəri 3-cü mikrorayon ərazisində Sumqayıt ŞPİ-nin 3cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı saxlanılıb Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətirildikdən sonra, xidməti otaqların birində üzərinə şəxsi axtarış aparılarkən, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən satış məqsədilə əldə edib daşıyaraq üzərində saxladığı qırmızı rəngli plastik qutuda, 4(dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,148 qram, 0,167 qram, 0,154 qram, 0,243 qram, ümumi təmiz çəkisi 4,712 qram olan qəhvəyi rəngli, tozşəkilli, kustar üsulla hazırlanmış eyni tərkibli külli miqdarda narkotik vasitə heroin və 5 (beş) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0.303 qram, 0,275 qram, 8,254 qram, 0,764 qram, 0.816 qram, ümumi təmiz çəkisi 10.412 qram olan ağ rəngli kustar üsulla hazırlanmış eyni tərkibli külli midarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü qismən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, 1-2 ildir ki, narkotik vasitələrdən istifadə etmişdir. İttihamda göstərilən narkotik vasitələri və psixotrop maddəni 09 iyun 2021-ci il tarixdə Sumqayıt şəhəri 3-cü mikrorayon ərazisindən piyada hərəkət edən zaman şəffaf qutunun içindən tapmış, 300 metr getdikdən sonra 3-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılmışdır. 3-cü polis bölməsində üzərinə axtarış aparılan zaman heroin və metamfetamin aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmçinin göstərdi ki, ona verilən ittiham göstərilən narkotik vasitə və psixotrop maddə ondan aşkar edilmişdir. Lakin satış məqsədi ilə yazılanlarla razı deyil, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Mobil telefonla yazışmalarında narkotiklə bağlı yazışmalar olmuş, Şahid5 tanımış, Zeynəb adlı şəxsi tanımamışdır. İbtidai istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq və məhkəmə istintaqı zamanı qismən etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143- 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ifadəsində göstərdi ki, Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin satışı ilə məşğul olması və üzərində gəzdirməsi ilə bağlı qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatı bölmə rəhbərliyinə məruzə etdikdən sonra bununla bağlı əməliyyataxtarış tədbirlərinin keçirilməsindən ötrü 10 iyun 2021-ci il tarixdə əməliyyat qrupu yaradılmışdır. Qrupa özü başçılıq etmişdir. Sumqayıt ŞPİ-nin KTB-nin inspektoru, polis mayoru X2, 3-cü PB-nin sahə rəisi polis leytenantı Şahid3 və polis serjantı X3 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin gün təxminən saat 02.35-də Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində Təqsirləndirilən şəxs saxlanılaraq 3-cü PB-na gətirilmişdir. 3-cü PBdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışın gedişatı videokamera ilə çəkilmişdir. Təqsirləndirilən şəxs əynində olan şalvarın cibindən 1 ədəd qırmızı rəngli qutunu çıxardaraq təqdim etmişdir. Qutunun içərisi açılaraq baxıldığı zaman bir neçə bükümdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilmişdir. Həmin bükümlər ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və o və digər iştirakçılar həmin zərfi imzalamışlar. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə olan heroin və mütamfetamini haradan əldə etməsi barədə Təqsirləndirilən şəxs soruşduqda o, həmin narkotik vasitə olan heroin və metamfetamin olan qutunu onu saxlamamışdan əvvəl Sumqayıt şəhəri 3-cü mikrorayon ərazisində yerdən tapdığını, özü istifadəsi üçün üzərində saxlayaraq gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs saxlanıldığı zaman ona qarşı heç bir təziq göstərməmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin sahə rəisi polis leytenantı Şahid3, polis serjantı X5 Şahid2 ilə oxşar məzmunlu ifadələr verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanımış, Samirə narkotik vasitə alması üçün pul vermişdir. Şahid5 məhkəmədə elan olunaraq araşdırılmış ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs uzun müddət tanısa da onunla sıx münasibəti sonuncu 3-4 ildə olmuşdur. Samirlə söhbət əsnasında ona demişdir ki, o, lazım olacaqı halda narkotik vasitə təşkil edə biləcək. O həmin zamanlarda narkotik vasitə olan patıdan istifadə etdiyi üçün Samirdən ilk dəfə patı istəmiş və o, 5 manat müqabilində ona bir büküm patı təşkil etmiş və o ondan istifadə etmişdir. O xx.xx.2021-ci il tarixdə yenidən patı çəkmək qərarına gəlmiş və həmin vaxtlarda mobil telefon istifadə etmədiyindən anası Dilbər Mansırovaya məxsus olan ***-***-**-** mobil nömrəsi ilə Təqsirləndirilən şəxs məxsus olan ***-***-**-** mobil nömrəsinə “Patıya dəymə” məzmunlu mesaj və qardaşına məxsus olan ***-***-**-** nömrəsi ilə isə onu onlara məxsus olan meyvə dükanına dəvət edib ondan 5 manat müqabilində 1 büküm patı(metamfetamin) almışdır. Təqsirləndirilən şəxs narkotik alverçisi olması barədə məlumatı olmasada onunla söhbət əsnasında lazım olacaqı halda ona narkotik vasitə təşkil edə biləcəyini bildirmişdir. xx.xx.2021-ci il saat 02 radələrində anası Dilbər Mansırovaya məxsus olan ***-***-**-** mobil nömrəsi ilə Təqsirləndirilən şəxs məxsus olan ***-***-**-** mobil nömrəsinə “Patıya dəymə” məzmunlu mesaj və qardaşı Mansura məxsus ***-***-**-** mobil nömrəsi ilə isə Təqsirləndirilən şəxs ona məxsus olan meyvə dükanına dəvət etməsi ilə bağlı mesajlar yazmamı barədə anası Dilbərin və qardaşı Mansurun xəbəri olmamış və onlar onun narkotikdən istifadə etdiyindən məlumatları olmamışdır. Hal hazırda o narkotik vasitədən istifadə etmir. (cild 1, iş vərəqə 154-156) Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanımır, ondan narkotik vasitə almamışdır. Şahid6 məhkəmədə elan olunaraq araşdırılmış ifadəsindən görünür ki, o Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır, onunla normal münasibəti var. Onun narkotik satdığından xəbəri olmuş, belə ki, onunla istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs nömrəsi ilə isə ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlamış, ondan bir neçə dəfə narkotik almışdır. Sonuncu dəfə isə 2021ci ilin may ayında onunla görüşərək ondan narkotik vasitə olan heroin almışdır. Təqsirləndirilən şəxs narkotik alverçisi olduğunu bilmiş və ondan bir neçə dəfə narkotik vasitə olan heroin almışdır. (cild 1, iş vərəqə 159-160) Şahid4 məhkəmədə elan olunaraq araşdırılmış ifadəsindən görünür ki, 2003-cü ildən hal-hazıradək AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin yüksək dərəcəli eksperti vəzifəsində, kiçik ədliyyə müşaviri rütbəsində çalışır. HK-1084 saylı material üzrə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı polis kapitanı Hikmət Rzayevin qəbul etdiyi məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli qərarı maddi sübutla birlikdə həmin tarixdə icraatına qəbul edilmiş, həmin qərarla daxil olmuş maddələr onun tərəfindən tədqiq edilib, 6/2348 saylı ekspertiza rəyi verilmişdir. Rəyin nəticəvi hissəsində onun tərəfindən texniki səhvə yol verilərək, düzgün hesablama aparılmadığmdan 05 ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkisi 0,303 qram, 0,275 qram, 8,254 qram, 0,764 qram, 0,816 qram psixotrop maddə olan metamfetaminin ümumi təmiz çəkisi səhvən 10,142 qram kimi göstərilmişdir. Əslində həmin metamfetaminin ümumi təmiz çəkisi 10,142 qram deyil, 10,412 qram təşkil edir. Ona görə də, 05 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,303 qram, 0,275 qram, 8,254 qram, 0,764 qram, 0,816 qram psixotrop maddə olan metamfetaminin ümumi təmiz çəkisini 10,412 qram olması kimi nəzərə almasını xahiş etmişdir. Ona görə də, tərəfimdən tərtib edilmiş xx.xx.2021-ci il tarixdə sübutların qiymətləndirilməsi haqqında qərarda 05 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,303 qram, 0,275 qram, 8,254 qram, 0,764 qram, 0,816 qram psixotrop maddə olan metamfetaminin ümumi təmiz çəkisini 10,412 qram olması kimi qiymətləndirilmişdir. (cild 1, iş vərəqə 169-171) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 iyun 2021-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri ərazisində qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin satışı ilə məşğul barədə Sumqayıt ŞPİ-nin 3-cü PB-nə məlumat daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Sumqayıt şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cinayət başında yaxalanması məqsədi ilə Sumqayıt şəhəri ərazisində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair xx.xx.2021-ci il tarixli qərarı qanuna uyğun hesab edilmişdir. (cild 1, vərəqə 6, 85-87) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Şəxsi axtarış keçirilməsi haqqında və Diskə baxış keçirilməsi haqqında protokollardan görünür ki, «Şəxsi axtarış və götürmə aparılması haqqında» 10 iyun 2021-ci il tarixli qərara əsasən Sumqayıt ŞPİ-nin ŞPİ-nin 3-cü PB-nin inzibati binasında olan xidməti iş otaqlarından birində video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı Hikmət Rzayev tərəfindən, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili Şahid2, polis sahə rəisi Şahid3, CA üzrə kiçik inspektoru Samid Mehdiyev və Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə şəxsi axtarış və götürmə aparılmağa başlanılır. Təqsirləndirilən şəxs təhqiqatçı, polis kapitanı Hikmət Rzayev tərəfindən hüquq və vəzifələri izah edildikdən sonra dəvət olunmuş, müdafiəçi Sumqayıt Regioanal 1 saylı vəkil bürosunun Kərimxan Əsədov və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilir. X6 saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını izah edərək, ondan üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşur, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə üzərində qanunsuz olaraq saxladığı narkotik vasitə, əşya və ya hər hansı bir predmet varsa təqdim etməsi ondan xahiş edilir. Təqsirləndirilən şəxs özü sağ əli ilə əynində olan göy rəngli cins şalvarın sağ cibindən 1 ədəd 20 qəpik, 1 ədəd 50 manatlıq, 2 ədəd 20 manatlıq, 5 ədəd 5 manatlıq, 10 ədəd 1 manatlıq əskinaslar və bir ədəd mavi rəngli alışqan, sol əli ilə isə şalvarının sol cibindən 1 ədəd qırmızı rəngli kvadratşəkilli qutunu çıxardaraq təqdim edir. Bundan sonra X6 Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışı tam şəkildə keçirdikdə hər hansı əya və ya iş üzrə əhəmiyyət daşıyan predmet aşkar olunmur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş qırmızı rəngli qutunun içərisi açılaraq baxıldığı zaman 1 ədəd şəffaf rəngli siqaret sellofanı açılır, içərisində sarı rəngli sellofan bükümün içərisindən ağ kristalşəkilli maddə olması müəyyən edilir, Təqsirləndirilən şəxs həmin maddənin nə olduğu soruşulduqda narkotik vasitə olan “şüşə” metamfetamin olduğunu bildirir, bundan başqa həmin qutudan 4 ədəd də şəffaf rəngli sellofana bükülmüş ağ rəngli kristal şəkilli maddə aşkar olunur və Təqsirləndirilən şəxs həmin kütlələrin də narkotik vasitə olan “şüşə” metamfetamin olduğunu bildirir. Həmin qırmızı qutunun içərisində 2 ədəd şəffaf rəngli 2 ədəd isə sarı rəngli sellofana bükülmüş qəhvəyi rəngli, tozşəkilli narkotik vasitə olan heroinə bənzər kütlələr aşkar olunur. Təqsirləndirilən şəxs həmin maddələrin narkotik vasitə olan “kokos” heroin olduğunu bildirir. Sarı rəngli içərisində kristalşəkilli kütlə olan büküm təhqiqatçı tərəfindən tərəzi vasitəsilə çəkildiyi zaman tərəzinin ekranında 8.5 qram, 1-ci şəffaf rəngli sellofan çəkildikdə 1.0 qram olması, 2-ci şəffaf rəngli sellofan çəkildikdə 1.0 qram olması, 3-cü şəffaf rəngli sellofan çəkildikdə 0.5 qram olması, 3-cü şəffaf rəngli sellefan büküm çəkildikdə 0.5 qram olması, daha sonra isə içərisində qəhvəyi rəngli tozşəkilli maddələr olan büküm çəkildikdə nisbətən böyük olan şəffaf sellofanın içərisində olan qəhvəyi rəngli kütlə çəkildikdə 4.5 qram, sarı rəngli sellofan bükümdəki qəhvəyi rəngli tozşəkilli maddə çəkildikdə 0.4 qram, ikinci sarı rəngli içərisində tozşəkilli qəhvəyi rəngli maddə olan büküm çəkildikdə 0.5 qram, sonuncu şəffaf rəngli içərisində qəhvəyi rəngli tozşəkilli maddə olan büküm çəkildikdə isə 0.4 qram olması müəyyənləşdirilir. Həmin bükümlər ağ rəngli zərfə qoyularaq ekspertizaya göndərilməsi üçün qablaşdırılır və imzalanır. (cild 1, iş vərəqə 22-23, 89-90) Protokollarda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/23418 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində:“Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddələr» yazısı olan 02 ədəd zərfdə,04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 4,148 qram, 0,167 qram, 0,154 qram, 0,243 qram, ümumi təmiz çəkisi 4,712 qram qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. 05 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,303 qram, 0,275 qram, 8,254 qram, 0,764 qram, 0,816 qram, ümumi təmiz çəkisi 10,412 qram ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olu, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Ekspert rəyindən görünüdyü kimi 05 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,303 qram, 0,275 qram, 8,254 qram, 0,764 qram, 0,816 qram psixotrop maddə olan metamfetaminin ümumi təmiz çəkisi texniki səhv olaraq 10,142 qram kimi göstərilmişdir. (cild 1, iş vərəqə 33-39) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 2938 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqə: 172-173) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 16186 saylı məktubu ilə daxil olmuş 01 ədəd CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Məhəmədalı oğlunun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə ***-***-**-** saylı mobil telefon arasında xx.xx.2021-ci il tarixdə saat 16:16-da “Ancaq kola bes pati atmir qaqa”, “Pati sabag olacag”, həmin gün saat 16:18- də “Necəden verir kolani qaqa”, saat 16:20-də “Qaqa baha deyil biraz sence yoxsa nece”, saat 16:21-də “Nəbilim belə verir”, Ucuz varsa sən götür”, saat 18:07-də “Qardawim sen bidene hesabla da verdiyi qiymeti bizd birde biz verdiyimiz qiymeti neteri diyirsen eliyek sen ozun daniwdin o terefinen yoxsa tural”, saat 22:46-da “Samir ne qeder duzetdin camahat meni gozdeyir mene bi xeber de elden cixmasin tezeden atsin nesede”, saat 22:57-də “Sen calış onu 170 duzelt məndədə 30 var ona 200 vurum birşey atsın”, xx.xx.2021-ci il tarixdə 00:41-də “Elwadaki pula 106 manat di siqaret 2 manat kontura 3 taksiye 81 mene 25 aznda elwada hal hazirda 106 azn di qaqa”, həmin gün saat 00:41-də “Cəmi”, saat 00:59-da “Nəqədərdə qalıb tema”, saat 01:07-də “4 dene 1 q qalib 9 da yari 2 35 den 4 dende yari 50 den.verdıy ne kimin wifresi qaqa telesme hecneye qardawim at kimin wifresdi bu», saat 01:15-də “**********240676 vüsal İbrahimov pulu vur ceki at ki gonderim o adama”, saat 13:12-də “Milet pati deyir dad cekir”, saat 15:31-də “yarim duzelir qaqa saat 6 ya kimi duzelcey” sms mübadilələri aşkar edilmişdir. (cild 1, iş vərəqə 118,125-134) Cinayət işi maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş tədqiqatdan sonra qalıq qalmış ümumi təmiz çəkisi 4,512 qram narkotik vasitə olan heroin, ümumi təmiz çəkisi 10,262 qram olan psixotrop maddə olan metamfetaminin saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlancma təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsini əks etdirən 01 ədəd DVD-R formatlı, "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 16186 saylı məktubu ilə daxil olmuş 01 ədəd CD disk və çıxarışlar cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild1, iş vərəqə: 111-112) Məhkəmə, Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş narkotik vasitələri və psixotrop maddələri satmaq məqsədinin olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxsin əldə edərək, saxladığı narkotik vasitənin və psixotrop maddənin külli miqdarda olması, o cümlədən aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddənin müxtəlifliyi, onların miqdarı və növ üzrə qablaşdırılması, elektron tərəzinin mövcudluğu, narkotik vasitələrin satışı məqsədli yazışmalarının olması Təqsirləndirilən şəxs məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş qismən etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Bundan başqa, şahidlər Şahid5 və Şahid6 məhkəmədə verdiyi ifadələri işin məhkəmədə müəyyən olunan hallarına uyğun olmamaqla yanaşı, şahidləri ibtidai istintaqdakı ifadələri ilə tam təkzib olunur. Məhkəmə Şahid6 eyni xarakterli cinayət əməlinə görə məhkum olunmasını və hazırda cəza çəkməsini, Şahid5 CM-nin 234.4.3-cü maddəsi ilə ittiham edilərək eyni istintaq təcridxanasında saxlanmasını nəzərə alaraq hesab edir ki, şahidlərin məhkəmə iclasında verdiyi ifadəsi təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhd, habelə məhkum olunmuş şəxs kimi ədalət mühakiməsinin aparılmasına mənfi münasibətinin göstəricisi kimi qiymətləndirilməlidir. Şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələri iş materiallarına olan sənədlərlə tam təsdiq olunduğundan məhkəmə həmin ifadələri sübut növü kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddələsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 10 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 10 iyun 2021-ci il tarixdən hesablanmışdır. Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 10 iyun 2021ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin qəbulu və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-nin maddi sübutlar saxlancı anbarına təhvil verilmiş qalıq çəkisi qalıq qalmış ümumi təmiz çəkisi 4,512 qram narkotik vasitə olan heroin, ümumi təmiz çəkisi 10,262 qram olan psixotrop maddə olan metamfetaminin məhv edilməli, 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və o, 6 il 6 ay (altı il altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 10 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra Sumqayıt ŞPİ-nin maddi sübutlar saxlancı anbarına təhvil verilmiş qalıq çəkisi 4,512 qram narkotik vasitə olan heroin, qalıq çəkisi 10,262 qram olan psixotrop maddə olan metamfetaminin məhv edilsin, 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar