Məhkəmə qərarları › İş №1(124)-85/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-85/2023

07.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-85/2023 07.09.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Xaçmaz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Zərərçəkmiş şəxs və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxx 1982-ci ildə Xaçmaz rayonu Köhnə Xaçmaz kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, taksi fəaliyyəti ilə məşğul olmuş, Xaçmaz rayonu Köhnə Xaçmaz kəndində daimi qeydiyyatda olmaqla barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs arvadı Şahid1 ilə uzaq qohumu Zərərçəkmiş şəxs arasında yaxın sevgi münasibətlərinin olması səbəbindən qısqanclıq zəminində sonuncunu öldürmək qərarına gələrək 08 yanvar 2022-ci il tarixdə saat 21 radələrində Xaçmaz rayonu Köhnə Xaçmaz kəndi ərazisində yerləşən mağazanın qarşısında Zərərçəkmiş şəxs görüb sonuncunu öldürməyə yönəlmiş niyyətini bir daha qətiləşdirərək qaça-qaça həmin kənddə yerləşən evinə gedib istifadəsində olan yivsiz odlu ov silahı olan, 16 kalibrli, " ИжК” modelli, 031412 №-li tüfəngi və 02 ədəd patronu götürüb evdən çıxaraq patronlardan birini yolboyu tüfəngin lülə kanalına daxil edib silahı atəşə hazır vəziyyətə gətirməklə qeyd olunan kəndin içərisindən keçən avtomobil yolu ilə hərəkət edib həmin gün saat 21 radələrində avtomobil yolunun üzərində vətəndaş X1 yaşayış evinin yaxınlığında Zərərçəkmiş şəxs qarşısına çıxaraq tüfəngin lüləsini sonuncuya tərəf tuşlamış, həmin vaxt Zərərçəkmiş şəxs onun üzərinə doğru hərəkət edib silahın lüləsindən tutub dartmaqla ona mane olmağa çalışmış, buna baxmayaraq o, Zərərçəkmiş şəxs qəsdən öldürməyə yönəlmiş cinayətkar əməlini davam etdirərək silahın tətiyinə bir dəfə qəsdən basıb atəş açaraq sonuncuya qəsdən “döş qəfəsinin soldan arxa hissəsində Vll- Vlll-İX qabırğalar arası nahiyədə 01 ədəd 12x6,5 sm ölçüdə döş boşluğuna nüfuz edən odlu silahdan atılmış qırma yarası və həmin nahiyədə Vİİİ-İX-X qabırğaların yerinidəyişən sınığı” kimi həyat və sağlamlıq üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirmiş, lakin hadisə zamanı cinayətin aləti olan tüfəngin 3 hissəyə ayrılaraq sökülməsi, o cümlədən hadisə yerində olan Zərərçəkmiş şəxs qonşusu Şahid2 və sonradan hadisə yerinə gəlmiş zərərçəkmiş şəxsin yaxın qohumları tərəfindən onlar aralandıqdan sonra Cavid Mahmudovun “Xaçmaz rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə təxliyyə olunaraq həmin xəstəxananın cərrahiyyə şöbəsinə yerləşdirilib həkimlər tərəfindən ixtisaslı tibbi yardım göstərilməsi nəticəsində həyatının xilas edilməsi səbəbindən bilavasitə sonuncunu qəsdən öldürməyə yönəlmiş əməlini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməmiş, bununla da Zərərçəkmiş şəxs qəsdən öldürməyə, yəni həmin şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, zərərçəkmiş şəxs onun əmisinin nəvəsidir. 2011-ci il tarixdə Fatimə Nəsirova ilə ailə həyatı qurmuşlar. Daha sonra Fatimə Nəsirova ilə Zərərçəkmiş şəxs arasında yaxın münasibət olduğunu öyrənmişdir. Aralarındakı münasibəti kənd əhalisi bilirdi. Lakin, onun çox gec məlumatı olmuşdur. Ona görə ki, səhər evdən çıxıb axşamadək işləyirdi. Bu məsələ ortaya çıxdıqdan sonra Zərərçəkmiş şəxs kənddən getmişdir və uzun müddət kəndə qayıtmamışdır. Zərərçəkmiş şəxsi vurduğu silah 16 kalibrli, tək lüləli ov silahı idi. Silahı Sahədən tapmışdır. Həmin silahı 10 ildir ki, saxlayır. Silahdan bağ sulamağa gedərkən itləri və s. qorxutmaq üçün istifadə edirdi. 08 yanvar 2022-ci il tarixdə Zərərçəkmiş şəxs yolda görmüşdür. Silahı ona tərəf tutmuş və onu qorxutmaq istəmişdir. Bu zaman o da əli ilə silahın lüləsindən tutub dartmışdır. Silahı dartdıqda qəflətən silahdan atəş açılmış və Zərərçəkmiş şəxs yaralanmışdır. O, Zərərçəkmiş şəxs qorxutmaq istəmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o, Azərbaycan Respublikası CM-nin 29, 120.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək təqsirləndirilən şəxs kimi verdiyi ifadəsində göstərmişdir ki, istifadəsində olan «DAEWOO NEXİA» markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Heç bir psixiatrik və narkoloji dispanserlərdə qeydiyyatda olmamış, heç bir psixi xəstəlikdən əziyyət çəkməmişdir. 2011-ci ildə Şahid1 qızt ilə ailə həyatı qurmuş və birgə nikahlarından Təhminə adlı 1 qız və Hüseyn adlı 1 oğul övladı dünyaya gəlmişdir. Təhminənin 9 yaşı, Hüseynin isə 6 yaşı var. Fatimə ilə ailə həyatı qurduqdan sonra sonuncu ilə münasibətləri normal olmuş və aralarında heç bir problem yaşanmamışdır. 2021-ci ilin iyul ayında atasının əmisi nəvəsi Zərərçəkmiş şəxs həyat yoldaşı Gülər ona zəng edərək Cavidin Fatimə ilə yaxın münasibətdə olduğunu, Cavidin mobil telefonunda Fatimənin fotoşəkillərinin olduğunu ona bildirmişdir. O, bu xəbəri eşidən kimi Fatiməni götürüb Cavidgilə getmiş, lakin həmin vaxt Cavid evdə olmamışdır. Gülər telefonda ona bildirdiyi sözləri bir daha Fatimənin üzünə demiş və Fatimə isə bu sözləri eşidib heç bir şey reaksiya vermədən başını aşağı salıb susmağa başlamışdır. Bundan sonra o, Fatimə ilə Cavidin arasında yaxın münasibətin olmasından tam əmin olmuşdur. Daha sonra Fatiməni və uşaqlarını götürüb qaynanası Rəhiməgilə aparmış və qaynanasıgilə Fatimənin etdiyi hərəkətlər barədə məlumat vermişdir. Həmin vaxtdan Xaçmaz rayonu Köhnə Xaçmaz kəndində yerləşən evində tək yaşamış, ailəsi dağlmışdır. Lakin Fatimə ilə rəsmi qaydada boşanmamışdır. Bu məsələlər ortaya çıxdığı vaxtdan da Cavidi yaşadığı kənddə görməmişdir. Belə ki, Cavid kənddən çıxıb getmiş və bir daha kəndə qayıtmamışdır. O, Cavidi gördüyü yerdə sonuncunu qorxudub ona qarşı yol verdiyi səhvə görə Cavidi başa salmaq qərarına gəlmişdir. Cavidlə Fatimənin etdiyi hərəkət kənd camaatının içərisində artıq onu çox rüsvay etmişdir. Çünki bu bir namus məsələsidir və qohumu olmasına baxmayaraq Cavid onun qeyrətinə əl uzadıb onun arvadı ilə yaxın münasibətdə olmuşdur. 2021-ci ilin dekabr ayının ortalarında Cavidin artıq kəndə qayıtdığını və ailəsi ilə bir yerdə yaşadığını eşitmişdir. xx.xx.2022-ci il tarixdə saat 16 radələrində yaşadığı evdə olarkən spirtli içki içmək qərarına gəlmiş və mağazadan aldığı 0.5 litrlik, markasını xatırlamadığı arağı, eləcə də 3-4 stəkan miqdarında viskini qəbul etmiş, daha sonra evdən çıxıb kəndin ərazisində yerləşən kafeyə gəlib orada da spirtli içkiyə davam edərək 1 bakal pivə qəbul etmişdir. Kafedən çıxdıqdan sonra kafenin yanındakı ərzaq mağazasından Cavidin çıxdığını görmüşdür. Həmin vaxt saat təxminən 20-21 radələri olmuşdur. Cavid mağazadan çıxanda tək olmuş və sonuncu, onu görüb saymazyana baxışlarla onu süzməyə başlamışdır. Cavidin baxışlarından sonuncunun ona alçaq, lazımsız bir insan kimi baxdığını hiss etmişdir. Həmin an istifadəsində olan, evdə saxladığı təklüləli ov tüfəngi ilə Cavidin qarşısına çıxıb sonuncunu qorxutmaq qərarına gəlmişdir. Buna görə də Cavidi qabaqlamaq üçün qaça-qaça kəndin digər yolu ilə yaşadığı evə gedib ov tüfəngini və iki ədəd patronu götürüb qaça-qaça geriyə qayıtmışdır. Yolda gələ-gələ patronlardan birini tüfəngin içərisinə daxil edib silahı hazır vəziyyətə gətirmişdir. Cavidin mağazadan çıxıb evə getdiyini düşünmüş, düşündüyü kimi də olmuşdur. O, kəndin içərisində Cavidgilin evinin yaxınlığında, kənd sakini Fikrətgilin evinin yanında Cavidi qabaqlamışdır. Cavid onunla üzbəüz istiqamətdə Musa ilə bir yerdə yanbayan gəlmişdir. Musa sağ tərəfdə, Cavid isə sol tərəfdə olmuşdur. Cavid onu qarşısında görən kimi onun üstünə doğru hücum edib silahın lüləsindən tutub onunla dartışmağa başlamışdır. Elə bu vaxt özündən asılı olmadan əlinin silahın tətiyinə dəyməsi nəticəsində silahdan atəş açılmış və Cavid yaralanmışdır. Cavidi silahla yaraladıqdan sonra Cavid onun sağ göz nahiyəsinə bir yumruq zərbəsi vurub onu yerə yıxmışdır. Həmin vaxt oraya çoxlu adam toplaşmış və ara qarışmışdır. Cavid onu yumruqla vuranda onu kimsə tutduğundan Cavidə müqavimət göstərə bilməmişdir. Bununla yanaşı Cavidi silahla vurandan sonra hazırda bilmədiyi biri silahı onun əlindən almışdır. Daha sonra qaçıb kənd sakini, tanışı Rüstəmin yanına gəlmişdir. Rüstəmə baş verənlər barədə məlumat verib ailəsinə heç bir xəbər çatdırılmamasını xahiş edərək Rüstəmlə bir yerdə Xaçmaz rayon polis şöbəsinə könüllü gələrək təslim olmuşdur. Hazırda etdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxs silahla vurmaqla sonuncunu öldürmək niyyəti olmamışdır. (Cild 2, iş vərəqləri 104-108) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun əmisinin nəvəsidir. Təqsirləndirilən şəxs həyat yoldaşı Fatimə Nəsirova ilə yaxın münasibəti olmamışdır. Fatimə Nəsirova özü onunla yaxın münasibət yaratmaq istəmişdir. Anası və həyat yoldaşına bu barədə bildirmişdir. Hətta onlar da Fatimə Nəsirovaya belə etməməsi barədə demişdilər. Aralarında sadəcə SMS yazışmaları olmuşdur. Hadisə Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində baş vermişdir. 08 yanvar 2022-ci il tarixdə axşam saatlarında mağazaya siqaret almaq üçün getmişdir. Yaşadığı məhəllədən 2-3 məhəllə aralıda Təqsirləndirilən şəxs qarşısına çıxmışdır. Həmin vaxt onun əlində ov tüfəngi olmuşdur. Aralarında münaqişə yaranmışdır. Silahı ona tərəf doğrultmuşdur. O da silahın lüləsindən əli ilə tutmuşdur. Silahı dartan zaman silahdan atəş açılmışdır. O da Təqsirləndirilən şəxs zərbə endirmişdir. Hazırda Təqsirləndirilən şəxs heç bir şikayəti yoxdur, onunla barışmışlar və ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndi ərazisində Zərərçəkmiş şəxsla birlikdə mağazadan evə qayıdırmışlar. Yolda Təqsirləndirilən şəxs qarşılarına çıxmış və onlara tərəf yaxınlaşmışdır. Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında münaqişə yaranmışdır. Atəş səsini eşitmişdir. Hadisə baş verən zaman sutkanın qaranlıq vaxtı olduğu üçün həmin vaxt Zərərçəkmiş şəxs hansı nahiyəsindən yaralandığını görə bilməmişdir. Atəş səsindən sonra da onlar arasında münaqişə davam etmişdir. Silahı götürüb kənara atmışdır. Silahı kənara atan zaman silah 2 hissəyə bölünmüşdür. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında münaqişə yaşanan zaman onlardan təxminən 8-10 metr aralıda idi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında yaşanmış hadisənin birbaşa şahidi olmamış, lakin həmin gün Təqsirləndirilən şəxs görmüşdür. Hadisə baş verdiyi gün bacısı Qızılgül, bacısı oğlu Turalgilə getməyi ona təklif etmişdir. Lakin, həmin vaxt səhhəti yaxşı olmadığı üçün o getməmişdir. Az sonra hava almaq üçün küçəyə çıxdıqda küçədə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs aralarında münaqişə yarandığını eşitmişdir. Daha sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs silahla atəş açdığını öyrənmişdir. Hadisəni təxminən baş verdikdən 1 saat sonra öyrənmişdir. O, ümumiyyətlə silah görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, hadisə 08 yanvar 2022-ci il tarixdə baş vermişdir. Ona Təqsirləndirilən şəxs ilə qardaşı Zərərçəkmiş şəxs arasında münaqişə yaranmasını zəng edib bildirmişlər. Dərhal hadisə baş verdiyi yerə doğru getmişdir. Gəlib çatdıqda Təqsirləndirilən şəxs yaralı vəziyyətdə olmuşdur. Dərhal onu Təcili və X5 Stansiyasına yola salmışdır. Hadisənin birbaşa şahidi olmamışdır. Sonradan öyrənmişdir ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs silahdan atəş açaraq yaralamışdır. Hadisənin baş verməsinə səbəb ailə münasibətləri olmuşdur. Şahid5 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qardaşıdır. Cavid Xaçmaz rayonu Köhnə Xaçmaz kəndində ailəsi ilə bir yerdə yaşayır, Cavid Şahid3 ilə evlidir və evliliklərindən 2 oğul övladları var. Təqsirləndirilən şəxs isə atasının əmisi nəvəsidir. Nail də Xaçmaz rayonu Köhnə Xaçmaz kəndində yaşayır. Naillə arasında düşmənçilik və şəxsi ədavəti olmamışdır. Naillə həmişə aralarındakı münasibət normal olmuş və sonuncu ilə arasında heç bir problem yaranmamışdır. 2021 -ci ilin ortalarından başlayaraq Nailin həyat yoldaşı Fatimə ilə Cavidin arasında yaxın münasibətlərin olması barədə söz-söhbət yayılmışdır. Bu söz-söhbəti də yaradan Cavidin arvadı Gülər olmuşdur. Belə ki, Gülər Cavidi qısqandığından sonuncunun Fatimə ilə yaxın münasibətdə olmasından şübhələnib Nailə bu barədə məlumat vermişdir. Bundan sonra Cavidlə Nailin arasında münaqişə yaranmış və bu səbəbdən də aranın sakitləşməsi üçün Cavid ailəsini də götürüb Xaçmaz rayonu Köhnə Xaçmaz kəndindən köçərək Xaçmaz şəhəri ərazisində yaşamağa başlamışdır. Bu məsələrlə bağlı Nail Xaçmaz RPŞ-nə müraciət etmiş və orada da araşdırma aparılmışdır. X16 ilə yaxın münasibətdə olması sübuta yetirilməmişdir. Yaranmış söz-söhbətlər nəticəsində Nail öz ailəsindən ayrılıb Köhnə Xaçmaz kəndində tək yaşamağa başlamışdır. Nail onunla qapı qonşudur. Nailin kənddə yaşadığı ev isə Nailin bacısı Aynurənin evidir. Yuxarıda qeyd etdiyi məsələrlə bağlı Caviddən bir neçə dəfə soruşmuş, Cavid şər atıldığını, Fatimə ilə heç bir vaxt münasibətdə olmadığını ona bildirmişdir. X14 ilə münasibətdə olduğuna görə Cavidi vuracağına dair sözlər dediyini kənddə eşitmişdir. Ancaq hadisə baş verən günədək Naillə Cavidin arasında dava-dalaşın şahidi olmamışdır. Cavid 2021 -ci ilin dekabr ayının ortalarından artıq kəndə qayıtmış və öz evində ailə bir yerdə yaşamağa başlamışdır. 08 yanvar 2022-ci il tarixdə saat 19 radələrində qardaşı Nəcəf və Cavid ailələri ilə bir yerdə onu yaşadığı evə qonaq gəlmişlər. Cavid onlarda təxminən 1 saat qaldıqdan sonra Xaçmaz şəhərində briqadirdən pul alacağını deyərək evdən çıxıb getmişdir. Cavidin peşəsi ustadır. Cavid tikinti yerlərində döşəmə və tavan işlərinin görülməsi ilə məşğuldur, Cavid getdikdən 1- 1,5 saat sonra yəni, saat 21 radələrində Nəcəf təlaşlı şəkildə evə gələrək Nailin evə girib nəsə götürüb çıxdığını ona bildirmiş və evdən çıxaraq Nailin arxasıyca getmişdir. Nailin Cavidin arxasıyca getməsini bilmişdir. Çünki Nailin kənddə Caviddən başqa düşmənçilik etdiyi adam yoxdur. O, dərhal istifadəsində olan motosikletə minib Nəcəfin dediyi, yəni Nailin getdyi istiqamətdə yola düşmüşdür. Dediyi istiqamətdə bir qədər gedib Fikrət, Şairgilin evlərinin yaxınlığına çatanda Cavidin yavaş addımlarla ona tərəf gəldiyini görmüşdür. Həmin vaxt Cavidin yanında Musa da olmuşdur. Bundan başqa, Nailin Cavidin arxasıyca gəldiyini görmüşdür. Cavid ona yaxınlaşanda Nailin Cavidi bıçaqla vurduğunu düşünmüşdür. Ancaq Cavid ona çatıb Nail tərəfindən tüfənglə vurulduğunu ona bildirmişdir. Musa da həmin vaxt ona “Ceyhun qaç,qaç, tüfənglədi” sözlərini demişdir. Ancaq Nailin əlində tüfəng olmamışdır. Hadisədən sonra kiminsə Nailin əlindəki tüfəngi alıb kənara atdığını bilmişdir. Cavid ona çatdıqdan sonra sonuncunu kənara çəkərək Nailin qarşısına çıxmışdır. Nail həmin vaxt ona bir yumruq zərbəsi atmış, lakin zərbə ona dəyməmişdir. Bundan sonra Nail qaçaraq çıxıb getmişdir. O, qardaşı Nəcəf və Musa ilə birlikdə Cavidi avtomobilə əyləşdirib Xaçmaz rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Cavidin vəziyyəti pis olmuş, sonuncu, sol kürək nahiyəsindən xəsarət almışdır. Xəstəxanaya çatdıqdan sonra Cavid dərhal əməliyyat otağına aparılmış və cərrahiyyə əməliyyatı olunmuşdur. (Cild 1, iş vərəqləri 116-119) Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında yaşanmış hadisənin birbaşa şahidi olmamışdır. Hadisə baş verdiyi vaxt çöldə səs-küy eşitmişdir. Lakin, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs silahla atəş açdığını sonradan öyrənmişdir. O, əvvəllər polis əməkdaşı olmuşdur və hazırda yaşa görə əmək pensiyasına buraxılmışdır. Polis orqanlarında xidmət etdiyi üçün Təqsirləndirilən şəxs hadisədən qısa müddət sonra ona yaxınlaşmış və hadisənin necə baş verdiyini danışmışdır. Bildirmişdir ki, Zərərçəkmiş şəxs silahla atəş açmaq məqsədi olmamışdır. Sadəcə onu qorxudaraq kənddən çıxıb getməyini istəyirdi. O da ona təslim olmağını bildirmiş və birlikdə polis idarəsinə getmişlər, Təqsirləndirilən şəxs könüllü olaraq təslim olmuşdur. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan X8 göstərmişdir ki, 2011-ci ildə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş və birgə nikahlarından 1 qız, 1 oğul övladı dünyaya gəlmişdir. Naillə bir yerdə yaşadığı vaxt sonuncu İlə həmişə yola getmişdir. Nailin bir pis xüsusiyyəti spirtli içki qəbul etməsi və çox qısqanc olması imiş. Çünki Nail içki içəndən sonra əsəbləşəndə əl qaldırıb ona şiddət göstərmişdir. Ancaq uşaqlarının atası olduğuna, həmçinin Naili istədiyi üçün sonuncu barəsində heç bir vaxt hüquq mühafizə orqanlarına şikayət etməmiş və hazırda da Naildən heç bir şikayəti yoxdur. Ailəsinin dağılmasının səbəbkarlarından biri də qaynatası Kərim Mahmudov olmuşdur. X17 hər ağzına gələni danışmış, söz-söhbət yaradıb Naili ondan soyutmuşdur. Zərərçəkmiş şəxs Kərimin əmisi nəvəsidir. Caviddən xoşlanmış və müxtəlif vaxtlarda sonuncu ilə telefonla danışıb mesajlaşmışdır. Ancaq Cavidlə arasında heç bir vaxt intim münasibət olmamış, sonuncu ilə kənar yerdə təklikdə gizlin şəkildə görüşməmişdir. Onun Cavidlə münasibət qurmağının səbəbkarı məhz əri Nail olmuşdur. Çünki Nail davranışı ilə onu özündən soyutmuş, həyatdan küsdürmüşdür. Ona görə də o, əsl sevgini Caviddə axtarmağa başlamış və sonuncu ilə münasibət qurmuşdur. Gülər isə Cavidin həyat yoldaşıdır. Zərərçəkmiş şəxs həmişə öz ailə üzvləri ilə onun yaşadığı evdə gəlib-gedən biri olmuşdur. Həmçinin onlar da ailəlikcə Cavidgilə bir neçə dəfə qonaq getmişlər. Cavidin həyat yoldaşı Gülərlə yola getməmişdir. Çünki Gülərlə xasiyyəti uyğunlaşmadığından nə sonuncunun ondan, nə də onun Gülərdən xoşu gəlmişdir. Buna baxmayaraq qohum olduqlarından qonaq gedib-gələndə bu məsələni çox böyütməmiş və heçkimə bunu biruzə verməmişdir. 2021 -ci ilin iyun ayının sonlarında axşam saatlarında evdə ailəsi ilə bir yerdə olarkən qayını Mayıl Nailə zəng edərək sonuncunu yanına çağırmışdır. İlk öncə Nail onları tək qoyub getmək istəməsə də, Mayılın israrı nəticəsində Nail Mayılla görüşmək üçün evdən çıxıb getmişdir. Nail evdən getdikdən bir müddət sonra onun mobil telefon nömrəsinə zəng edib onun Zərərçəkmiş şəxsla yaxın münasibəti olduğunu deyərək belə bir şey olduğu təqdirdə dərhal evdən çıxıb getməyini ondan tələb etmişdir. Ancaq Nailin dediklərini inkar edərək heç bir yerə getməyəcəyini, evdə gözlədiyini demişdir. Bir müddət sonra Nail evə gəlmiş və olanları danışmışdır. Bu söz-söhbəti Gülərin ortaya atdığını, onun Cavidlə yaxın münasibətdə olduğunu Nailə bildirdiyini öyrənmişdir. Həmin gecə Nail evdən çıxıb Cavidgilə gedəndə o, Nailin arxasıyca Cavidgilə getmişdir. Cavidgilə gedəndə Gülər və Cavidin anası Rübabə də evdə olmuşdur. Orada yayılan söz-söhbət barədə danışılmış və Gülər isə heç bir şey deməyərək susub oturmuşdur. Nailin onun haqqındakı şübhələri tam aradan qalxdıqdan sonra Naillə birlikdə evə qayıtmışdır. Hər şey normal olmuş, Nail ona həmin gecə əvvəlki kimi yaxşı münasibət bəsləməyə başlamışdır. Lakin səhəri gün Nail tamamilə çönmüş və ona əl qaldırıb evdəki bütün qab-qacağı sındırmışdır. Bundan sonra Nailin etdiklərinə dözə bilməyib mobil telefonunu Nailə verərək uşaqlarını də götürüb Xaçmaz rayonu Köhnə Xaçmaz kəndindəki evdən çıxaraq anası X9 şəhəri Ş.Qurbanov küçəsi ev 16 ünvanında yerləşən evinə getmişdir. Nailin telefonla aparılan danışıqları çıxarması, Cavidlə heç bir münasibətinin olmamasından əmin olması üçün telefonunu Nailə vermişdir. Nail də həmin gün “Nar Mobile”-a getmiş, lakin mobil nömrə onun adına qeydiyyatda olduğundan danışıqları çıxara bilməmişdir. Nail ona zəng edib danışıqları çıxara bilmədiyini və onun oraya gəlməli olduğunu demişdir. O, "Nar Mobile”-a getmiş və bir neçə sənədə imza etdikdən sonra nömrə ilə aparılan danışıqlar çxıarılmışdır. Bundan sonra Nail onun Cavidlə arasında heç bir şey olmadığından tam əmin olmuşdur. Nail sənədləri əldə etdikdən sonra sevinmiş və bu sənədlərlə kənddə yayılan söz-söhbətə son qoyacağını bildirmişdir. Bundan bir neçə gün sonra Nail yenidən ona zəng edərək yalan danışdığını, Cavidlə yaxın münasibətinin olduğunu demişdir. O, Nailə dəfələrlə bu barədə ətraflı şəkildə danışmağına baxmayaraq yenə də Nail ona inanmamışdır. Bununla bağlı Xaçmaz RPŞ-də də araşdırma aparılmış və onun Cavidlə yaxın münasibətinin olması öz təsdiqini tapmamışdır. Həmin vaxtdan Naillə görüşməmiş və anasıgildə uşaqları ilə bir yerdə yaşamağa başlamışdır. 2022-ci ilin yanvar ayının əvvəlləri Nailin yaşadığı kəndin içərisində Cavidi tüfənglə vurduğunu və polis tərəfindən saxlanıldığını öyrənmişdir. Nailin Cavidi vuracağını hər yerdə danışdığını ordanburdan eşitmişdir. (cild 1, iş vərəqləri 139-143, cild 2, iş vərəqləri 52-54) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid3 göstərmişdir ki, 2010-cu ildə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş və birgə nikahlarından 2 oğul övladı dünyaya gəlmişdir. Yusif adlı oğlunun 10, Rəhim adlı oğlunun isə 8 yaşı var. Zərərçəkmiş şəxs səyyar dülgər işləyərək ailəsini dolandırır, o isə heç bir yerdə işləmir. Cavidlə arasında həmişə münasibəti normal olmuş, arasında tez-tez hər hansısa səbəbdən mübahisə yaranmamışdır. Təqsirləndirilən şəxs qayınatasının əmisi nəvəsidir. Naillə arasında uzaq qohum kimi münasibətləri olmuş, sonuncu ilə arasında dava-dalaş, mübahisə və ya şəxsi ədavəti olmamışdır. Nailin arvadı Fatimə bir neçə ildir ki, onunla prinsip aparır. Ancaq Fatimənin hansı səbəbdən ona qarşı kin saxladığını hələ də bilmir. Nailgil öz ailəsi ilə müxtəlif vaxtlarda qonaq kimi onlara gəlibgetmiş, onlar da Nailgilə qonaq getmişlər. Ancaq Fatimənin davranışından, hərəkətlərindən onun xoşu gəlməmişdir. Bir sözlə Fatimə ilə arasında münasibət tutmamışdır. Fatimə kənd içində onun haqqında irəli-geri danışmış, onu başqalarının yanında pisləmişdir. Kənd içində deyilən söz tez yayılır. Buna görə də Fatimənin onun haqqında dediyi sözlər ona gəlib çatmışdır. O, dəfələrlə Fatiməyə xəbərdarlıq edib sonuncu ilə mübahisə etməsinə baxmayaraq yenə də Fatimə bu hərəkətlərindən geri çəkilməmişdir. Təxminən 2021-ci ilin ortalarında Fatimə ilə mübahisə edərkən sonuncu, ona “Gülər özünü məndən gözlə gör sənin evini necə yıxıram” sözlərini demişdir. O, bir qadının evinin yalnız əri tərəfindən xəyanətə uğradığı zaman yıxıla biləcəyini düşünmüşdür. Artıq Fatimənin dediyi sözlər onu çox pis həddə çatdırmış və onu özündən çıxarmışdır. O, Fatimədən əvəz çıxmaq üçün Nailə zəng edib Cavidin Fatimə ilə yaxın münasibətdə olmasından şübhələndiyini bildirmişdir. Ancaq Nailin və sonuncunun qohuməqrəbasının onun dediyi sözə inanıb onu ciddiyə alacağını düşünməmişdir. Dediyi sözdən sonra məsələ daha da böyümüş və həmin gün Nail Fatiməni də götürüb onlara gəlmişdir. Yaşadığı evdə də Fatimə ilə yenə mübahisələri düşmüş və əsəbi olduğundan Nailə dediyi sözləri bir daha təkrarlamışdır. X18 münasibətdə olmasını inkar etmiş və özünü çox rahat şəkildə aparmışdır. O, Cavidin Fatimə ilə münasibətdə olmadığını bilmişdir. Yaranan sözsöhbətlərlə bağlı hətta Xaçmaz RPŞ-də də araşdırma aparılmışdır. Artıq məsələnin çox böyümüş və Cavidin Fatimə ilə münasibətdə olmasına dair özündən uydurduğu yalan kənd arasında yayılmağa başlamışdır. Bundan sonra Nail ailəsindən ayrılaraq Xaçmaz rayonu Köhnə Xaçmaz kəndində yaşamağa başlamışdır. Cavid də həmin vaxtdan onları, yəni ailəsini götürüb Xaçmaz şəhərinə köçmüşdür. 2021 -ci ilin dekabr ayının ortalarında ailəsi ilə birlikdə ara sakitləşdiyi üçün yenidən Xaçmaz rayonu Köhnə Xaçmaz kəndinə köçərək yaşamağa başlamışdır. xx.xx.2022-ci il tarixdə saat 18- 19 radələrində ailəlikcə qaynı Ceyhungilə qonaq getmişdir. Cavid də onlarla gəlmiş və bir qədər evdə olduqdan sonra işi olduğunu deyərək evdən çıxıb getmişdir. Həmin gün təxminən saat 21 radələrində qohumlarından kimsə qaynı arvadı Reyhana zəng edərək Nailin Cavidi tüfənglə vurub yaraladığını, Cavidin vəziyyətinin ağır olduğunu və sonuncunun xəstəxanaya aparıldığını bildirmişdir. Cavid həmin gün xəstəxanaya çatdırılaraq əməliyyat olunmuşdur. Cavidin əməliyyatı uğurlu keçmiş və sonuncu, 20 günə yaxın xəstəxanada müalicə almışdır. Hazırda Cavid xəstəxanadan çıxmışdır və evdə müalicə alır. (cild 1, iş vərəqləri 165-168) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan hadisə yerinə baxış keçirilməsi haqqında 08 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Xaçmaz rayonu Köhnə Xaçmaz kəndində yerləşən vətəndaş X1 yaşayın evinin darvazasının qarşısından keçən avtomobil yolunun üzərindədir. Həmin yerdə avtomobil yolunun eni 10,20 m olmaqla yol torpaq və daşlıq səthdən ibarətdir və nəmdir. X10 X3 evinin darvazasının yaxınlığını göstərib orada ov tüfənginin hissələrinin olduğunu bildirmişdir. X3 yaşayış evinin darvazasına bitişik olan, ağ mişar daşlarından hörülmüş hasardan avtomobil yoluna istiqamətdə 1,20 m məsafədə yerdə 1 ədəd taxta materialdan olmaqla tüfəngin “lüləaltı yataq” hissəsi aşkar edilmiş və həmin predmet şərti olaraq “1” rəqəmi ilə işarələnmişdir. Həmin predmetdən sol tərəfdə ağac budaqları və kollardan ibarət topa vəziyyətdə yığılmış kol-kos qırıntıları olmuşdur. Qeyd olunan qalıqlardan sol tərəfdə, X3 yaşayış evinin yanından içəriyə doğru avtomobil yolu uzanır və həmin yolun eni isə 3.76 metrdir. Aşkar edilərək “1” rəqəmi ilə işarələnmiş predmetdən 2.27 metr, hasardan isə 1.10 metr məsafədə topa vəziyyətdə yığılmış kol-kos qırıntılarının üzərində 1 ədəd silahın lüləsi aşkar edilmiş və həmin predmet şərti olaraq “2” rəqəmi ilə işarələnmişdir. Bundan sonra, sözügedən predmetdən 1,50 metr, hasardan isə 2 metr məsafədə silahın qundaq hissəsi aşkar olunmuş və həmin predmet şərti olaraq “3" rəqəmi ilə işarələnmişdir. Bundan başqa, hadisə yerinə baxış zamanı silahın aşkar olunduğu yerdə, o cümlədən avtomobil yolunun üzərində sübut əhəmiyyətinə malik ola biləcək hər hansı predmet və ya əşya aşkar edilməmiş, yuxarıda sadalanan, silahın hissələri olan 3 ədəd predmet isə müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. (Cild 1, iş vərəqləri 4-9) Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilən “Silaha baxış keçirilməsi haqqında” 09 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, tüfəngin “bala qundaq” adlanan hissəsinin uzunluğu 20 sm olmaqla taxta materialdandır, zədəsizdir. Həmin predmetin iç tərəfində silahın nömrəsini əks etdirən hissədə “0311412” rəqəmləri həkk olunmuşdur. Bundan başqa, silahın lüləsinin uzunluğu 77,5 sm-dir. Lüləyə baxış keçirilərkən lülə kanalında 1 ədəd gilizəbənzər predmet aşkar edilmişdir. Həmin predmetin flaneç hissəsində “16” rəqəmi həkk olunmuşdur və pistonluq hissəsində isə vurucu mexanizminin izi müşahidə edilmişdir. Bundan sonra, tüfəngin qundaq hissəsinin uzunluğu 48 sm olmaqla, bir hissəsi metal, bir hissəsi isə taxta materialdandır və qundağa 1 ədəd qopmuş vəziyyətdə, didilmiş kəmər bağlanmışdır. Qundağa bərkidilmiş tətik və tətiyin üst hissəsində tətiyi saxlayan milin (palisin) yerində olduğu müşahidə edilmişdir. Silahın qundaq və lüləsinə baxış zamanı silahın markasını və nömrəsini əks etdirən hər hansı yazının olmadığı müəyyən olunmuşdur. (cild 1, iş vərəqləri 41-44) Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilən “Paltarlara baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, X6 tərəfindən təqdim edilmiş, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd gödəkçə, 01 ədəd şalvar, 01 ədəd qısaqol köynək, 02 ədəd uzunqol köynəyə baxış keçirilmiş və həmin predmetlər müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. (Cild 1, iş vərəqləri 45-53) Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilən “Paltarlara baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş, hadisə zamanı onun əynində olmuş 01 ədəd şalvar və 01 ədəd uzunqol köynəyə baxış keçirilmiş və həmin predmetlər müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. (Cild 1, iş vərəq 62) Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilən "xxxx" MMC tərəfindən göndərilmiş 1 ədəd diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, diskə baxış zamanı Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***- **-** mobil nömrəsindən müxtəlif vaxtlarda bir neçə dəfə Şahid1 istifadəsində olan ***-***- **-** mobil nömrəsinə müxtəlif məzmunlu mesajlar yazıldığı müəyyən edilmişdir. Bundan başqa, xx.xx.2020-ci il tarixdə saat 12:07:53, 12:11:45 və 12:15:33 radələrində Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** nömrəsindən Şahid1 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə “Canavarin gelecek seni parçalamağa”, “Ne söhbet fatow gecenin o vaxti. Fatowum soyunduracam seni bu gece eynive yupka geyin. Fatow olmağ istiyrem sennen bu gece. Deli olmuwam burda" və “İstiyrem axi fatow. Butun bedenim titriyir bu deyge. Fatow axwam rahatdada meni” məzmunlu mesajların yazılması aşkar olunmuşdur. (Cild 1, iş vərəqləri 236-237) Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilən "Bakcell” MMC tərəfindən göndərilmiş 1 ədəd diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, diskə baxış zamanı Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***- **-** mobil telefon nömrəsi ilə Şahid1 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi arasında xx.xx.2020-ci il tarixdə saat 21:27:01 radələrində 67 saniyə, xx.xx.2020-ci il tarixdə saat17:29:14 radələrində 61 saniyə, xx.xx.2020-ci il tarixdə saat 19:58:15 radələrində 25 saniyə, xx.xx.2020-ci il tarixdə saat 11:59:54 radələrində 54 saniyə, xx.xx.2020-ci il tarixdə saat 13:10:51 radələrində 93 saniyə, xx.xx.2020-ci il tarixdə saat 12:09:34 radələrində 612 saniyə, xx.xx.2020-ci il tarixdə saat 10:12:52 radələrində 64 saniyə, xx.xx.2021 -ci il tarixdə saat 19:22:25 radələrində 1167 saniyə və.s telefon danışıqları olmuşdur. Bundan başqa, Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsindən Şahid1 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə xx-xx-2020-ci il tarixdə saat 12:16:09 radələrində “Can olerem. Fatow gelecem darixma. Fatow imkan ele goruwek. Darixan deyilsen. Opecem seni darixan deyilsen” məzmunlu, xx-xx-2020-ci il tarixdə saat 12:53:29 radələrində "Balnisadaa? Duzu ora qorxuram gorub taniyib eliyen olar fatow. Cix gedib rahat oturarig. Qorxma daa hecne elemicem istemesen” məzmunlu, xx-xx-2020-ci il tarixdə saat 18:41:42 radələrində "Salam ureyimin parasi. Bele kusmusen mennen gozume bele gorunmedİİn.” məzmunlu, xx-xx-2020-ci il tarixdə saat 18:51:20 radələrində “Meni itirmey istemirsense bele az yazsag yaxwidi. Cunki menim telimi izliyirler heygeten. Vallahi deyirem men her gun yoxe her saatda saniyede yaziwmag istiyrem. Ama dozmek lazimdi. İstediyimiz vaxtda goruwecik narahat olma.” məzmunlu, xx-xx-2020-ci il tarixdə saat 19:05:52 radələrində "Yaxwi. Onda yazma 12 de gelecem. Altimiza atmağa bi edyal gotur rahat oturag. 12 de men orda olacam fatowum.” məzmunlu, xx-xx-2020-ci il tarixdə saat 22:28:17 radələrində “Fatow qurban olum meni duz bawa duw cox narahatam heyete gelmeye. Bilirem inciyeceksen. Seher zeng eliyecem sene daniwarig. Bir iki gune zenglewib cixarig qiraga. Evdeyem helelik.” məzmunlu, xx-xx-2020-ci il tarixdə saat 12:26:24 radələrində “Fatow her wey bildiyin kimi elimde deyil. Mennen olsa her gun seni gormey istiyrem goruwmey istiyrem fatow. Ama elimizdə deyil axi” məzmunlu, 03- 11-2020-ci il tarixdə saat 12:35:59 radələrində “Meni yadinnan cixarmaga caliwma. Seni cox istiyrem fatow.” məzmunlu, xx-xx-2020-ci il tarixdə saat 12:07:53 radələrində “Canavarin gelecek seni parçalamağa Ne söhbet fatow gecenin o vaxti. Fatowum soyunduracam seni bu gece eynive yupka geyin. Fatow olmağ istiyrem sennen bu gece. Deli olmuwam burda. İstiyrem axi fatow. Butun bedenim titriyir bu deyge. Fatow axwam rahatdada meni.” məzmunlu mesajlar yazlmışdır. Bundan əlavə, Şahid1 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsindən Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə xx-xx-2020-ci il tarixdə saat 11:50:22 radələrində “Düzü vatsapda yoxsan deye darıxdım yerin görünür” məzmunlu, xx-xx-2020-ci il tarixdə saat 12:19:55 radələrində “Öpmeynen darıxmaq keçir axı seni bilmirem ama men seni sırf var olmaqına göre istiyirem görüşmeyçin başqa şeyçin yox" məzmunlu, xx-xx-2020-ci il tarixdə saat 12:55:09 radələrində “Men heç yere getmey istemirem axı istesen gelersen heç kim olmuyan yerde 10 deyqe görerem gedersen” məzmunlu, xx-xx-2020-ci il tarixdə saat 11:50:45 radələrində “İstemirem gelmey sen birde meni gören deyilsen seni hardasa görsem bele yolumu deyişecem” məzmunlu, xx-xx-2020-ci il tarixdə saat 11:56:47 radələrində “Men sene istey gösterdiyce sen her gün bir behanenen geldin" məzmunlu, xxxx-2020-ci i! tarixdə saat 12:34:39 radələrində “Bilirem başa düşürem seni de sadece özümnen asılı deyil ele ancaq istiyirem seni yadımnan çıxarım onuda bacara bilmirəm” məzmunlu, xx-xx-2020-ci il tarixdə saat 12:44:01 radələrində “Sen bilirsən ki senin yaxşı olmaqını üzünün gülmeyini belke menim qeder isteyen olmaz ama mene çox şeyler tesir eliyir” məzmunlu, xx-xx-2020-ci il tarixdə saat 10:33:07 radələrində “Salam cavidoş yaxşıyam sen necesen” məzmunlu, xx-xx-2021-ci il tarixdə saat 15:43:48 radələrində “Heyat tersine di bu heyatda gerey sen sevmeyesen seni sevsinler ki deyerini bilsinler itirmemişden qabaq her şeye göre saqol.” məzmunlu mesajlar yazılmışdır. (Cild 2, iş vərəqləri 31-32) Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilən məhkəmə-tibb ekspertizasının 10 yanvar 2022-ci il tarixli, 23 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinə və adına tərtib edilmiş xəstəlik tarixində qeyd olunanlara əsaslanaraq onun bədəni üzərində aşkar edilmiş xəsarət - döş qəfəsinin soldan arxa hissəsində Vİİ-Vİİİ-İX qabırğalar arası nahiyədə 01 ədəd 12x6,5 sm ölçüdə döş boşluğuna nüfuz edən odlu silahdan atılmış qırma yarası və həmin nahiyədə Vİİİ-İX-X qabırğaların yerinidəyişən sınığı vardır. Qeyd olunan xəsarətlər yaxın məsafədən odlu silahdan (ov tüfəngi) atılmış qırmaların təsirindən törənməklə, yetirilmə müddəti qərarda qeyd olunduğu kimi, xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. (Cild 1, iş vərəqləri 214-215) Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilən kompleks məhkəmətrasoloji, daktiloskopik, məhkəmə-ballistik və lifli materialların kriminalistik ekspertizasının 18 fevral 2022-ci il tarixli, 3/75; 3/76; 3/77; 3/78; 6/356 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd silah 1951 -ci ildə, keçmiş SSRİ-də, İjevsk mexaniki zavodunda istehsal edilmiş, patronluğunun uzunluğu 70 mm olan, 16 kalibrli, “ИжК” modelli, 031412 №-li, xarici çaxmaqlı, təklüləli tüfəngdir, zavod işarələrində pozuntu, əlavə və dəyişiklik edilməmişdir-yivsiz odlu ov silahıdır, saz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır, tətiyinə toxunmadan ondan öz-özünə atəş açılmır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd giliz zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli olmaqla, həmin kalibrə malik, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş patronun atəşlə ayrılmış patronun hissəsidir-gilizdir, təqdim edilmiş 1 (bir) ədəd 16 kalibrli giliz, təqdim edilmiş 16 kalibrli, “ИжК" modelli, “031412” nömrəli ov tüfəngindən atılmışdır. Tədqiqata təqdim edilmiş 11 (on bir) ədəd metal predmet müxtəlif kalibrli, yivsiz odlu ov tüfınglərində döyüş sursatı kimi istifadə edilən patronların doldurulması üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış, atəş komponentinin atəşlə ayrılmış hissələridirlər-qırmalardır və döyüş sursatı hesab edilmirlər. Təyinatlarına uyğun olaraq, həmin qırmaların digər atəş komponentləri ilə birlikdə təqdim edilmiş 16 kalibrli gilizə doldurulması ilə hazırlanmış patrondan istifadə etməklə, təqdim edilmiş, 16 kalibrli, “ИжК” modelli, 031412 №-li ov tüfəngindən də atəş açılması mümkündür, lakin qırmaların üzərində atəşədək doldurulduqları gilizin daxili divarlarından və atıldıqları silahın lülə kanalından qalmağa xarakterik olan sürtünmə izləri, qırmaların hədəfə dəyməsi prosesində əmələ gəlmiş çoxsaylı, müxtəlif istiqamətli və formalı batıqlar, çıxıntılar, xaotik quruluşlu sıyrıqlarla qarışdığına, öz ilkin forma və ölçülərini itirdiklərinə, habelə az və zəif əks edildiklərinə görə, eyniləşdirmə tədqiqatı üçün yararsız olduqları üçün, onların təqdim edilmiş 1 (bir) ədəd 16 kalibrli gilizə atəş komponenti kimi doldurulub-doldurulmadıqlarını, o cümlədən həmin gilizdən və eləcə də təqdim edilmiş 16 kalibrli, “ИжК” modelli, 031412 №-li ov tüfəngindən atılıb-atılmadıqlarını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd plastmas predmet 16 kalibrli, yivsiz odlu tüfınglərində döyüş sursatı kimi istifadə edilən patronların doldurulması üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış, atəş komponentinin atəşlə ayrılmış hissəsidir- tıxacdır ("konteyner” tipli). Təyinatlarına uyğun olaraq, həmin tıxacın digər atəş komponentləri ilə birlikdə doldurulması doldurulması ilə hazırlanmış 16 kalibrli patrondan istifadə olunmaqla təqdim edilmiş 16 kalibrli, “ИжК" modelli, 031412 №-li ov tüfəngindən də atəş açılması mümkündür, lakin tıxacın üzərində atıldığı silahın lülə kanalından qalmağa xarakterik sürtünmə izləri eyniləşdirmə tədqiqatı üçün yararsız olduqlarına görə, onun təqdim edilmiş 16 kalibrli, “ИжК” modelli, 031412 №-li ov tüfəngindən, eləcə də başqa hər hansı konkret silahdan atılıb-atılmadıqlarını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş bir ədəd silahın lülə kanalında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəciklərinin aşkar edilməsinə əsasən, həmin silahdan atəş (atəşlər) açılmışdır. Tədqiqata təqdim edilmiş üzərində “Zərərçəkmiş şəxs” məxsus olduğu qeyd edilən bir ədəd gödəkçə, bir ədəd uzunqol köynək, bir ədəd uzunqol alt köynəyi və bir ədəd qısaqol alt köynəyinin üzərində rəyin tədqiqi hissəsində göstərilən sayda və ölçüdə zədələr vardır. Zədələrin ətrafında atəşin əlavə faktoru olan, tam yanmamış, tüstüsüz barıt hissəciklərinin və qurğuşun metal izinin aşkar edilməsinə, onların formasına, ölçüsünə, morfoloji quruluşuna əsasən, həmin zədələr giriş zədəsi olmaqla hamarlüləli odlu silahdan açılan atəş nəticəsində mərmilərin- qırmaların təsirindən, 15-20 sm-dən 1 m-dək olan məsafə daxilində, arxadan önə, soldan sağa doğru istiqamətdə yetirilməyə xarakterikdir. Tədqiqata təqdim edilmiş üzərində “Zərərçəkmiş şəxs” məxsus olduğu qeyd edilən bir ədəd cins şalvar və "Təqsirləndirilən şəxs” məxsus olduğu qeyd edilən geyim əşyalarının səthində odlu silahdan açılan atəş nəticəsində mərmilərin qırmaları təsirindən yaranmağa xarakterik zədələr aşkar edilməmişdir. Tədqiqata təqdim edilmiş üzərində “Zərərçəkmiş şəxs" məxsus olduğu qeyd edilən bir ədəd cins şalvar və “Təqsirləndirilən şəxs” məxsus olduğu qeyd edilən geyim əşyalarının səthindən atəşin əlavə faktoru olan, tam yanmamış, tüstüsüz barıt hissəcikləri aşkar edilmişdir. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs" və “Zərərçəkmiş şəxs” məxsus olduğu qeyd edilən geyim əşyalarının üzərində hər hansı trasoloji zədə, o cümlədən fiziki qüvvənin təsirindən yaranmağa xarakterik zədə (lər) aşkar edilməmişdir. Tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 №-li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. (Cild 1, iş vərəqləri 264-271) Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilən məhkəmə-bioioji ekspertizasının 30 mart 2022-ci il tarixli, 148/2022-MTBŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus alt köynək, şalvar, kofta, qısaqol mayka və gödəkçə üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə təyin olunduqda «A» və «H» antigenləri, bəzi ləkələrdə həmçinin «beta» aqllyutinini alınmışdır. Bu qan ləkələri Abeta(H)/ll/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər, (əgər onun qanında müşayiətçi H antigeni varsa). (Cild 2, iş vərəqləri 35-39) Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilən komisyon-kompleks ambulator məhkəmə-psixitarik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 160 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayəti törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərininin idarə etmək və onları qiymətləndirmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs öz psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi- emosional vəziyyətində hirslilik, emosional oyanıqlıq yaranmış, həmin halın yaranması Cavid adlı şəxsin ailəsinin dağılmasına səbəb olması, kənd camaatı içində rüsvay olması və sair bu kimi amillərlə şərtləşmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında və ya güclü ruhi həyəcan vəziyyətində olmamışdır. Hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət iqtidarında olmuşdur. (Cild 1, iş vərəqləri 224-226) Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilən "sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında xx.xx.2022-ci il tarixli, 12 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 22:50 radələrində həkim narkoloq tərəfindən müayinə olunmuş və ona “alkoqol sərxoşluğu vəziyyəti orta dərəcə.” alkoqol sərxoşluğu vəziyyəti təyin olunmuşdur. (Cild 1, iş vərəqləri 65) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 1, iş vərəqə 196-197) Məhkəmə, tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə odlu silahdan atəş açmaqla vurduğu xəsarətlin lokalizasiyasını və ağırlıq dərəcəsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin niyyəti məhz zərərçəkmiş şəxsi qəsdən öldürməyə yönəlmiş, lakin zərərçəkmiş şəxsin ona aktiv müqavimət göstərməsi, hadisə yerində olan şəxslərin köməklik etməsi və ona vaxtında ixtisaslı tibbi yardımın göstərilməsi səbəbindən, təqsirləndirilən şəxs öz iradəsindən asılı olmayan səbəblərdən cinayətkar niyyətinə nail olmaqla cinayəti başa çatdıra bilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi öldürmək niyyətində olmaması ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən cinayət qanunvericiliyinin maddi və prosessual normalarının tələbləri ilə yanaşı, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli 3 №-li Qərarının izah və tövsiyələrini də rəhbər tutur. Belə ki, həmin Qərarın 2-ci bəndinə əsasən qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs Nail Mahmduov tərəfindən qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi tam sübuta yetirilmişdir. Həmin əməli o, qəsdən törətmiş və başa çatmamış cinayət olmaqla təsnifata görə xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinin tələbi nəzərə alınaraq həmin Məcəllənin 120.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşaqlarının olmasını, könüllü gəlib təqsirini boynuna almasını və zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4, 59.1.10 və 59.1.12-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61.1.10-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayəti odlu silahdan istifadə etməklə törətməsi onun məsuliyyətini ağırlaşdıran haldır. (Cild 1, iş vərəqləri 264-271) Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinin tələblərinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza həmin Məcəllənin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 09 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Xaçmaz rayon məhkəməsinin 10 yanvar 2022-ci il tarixli qərarı ilə əvvəli tutulduğu tarixdən hesab olunmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə icraatı zamanı onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 102-103) Məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 09 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Xaçmaz rayon prokurorluğunda saxlanılan “ИжК" modelli, 031412 №-li yivsiz, odlu ov tüfəngi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməli, 01 ədəd giliz, 11 ədəd qırma, 01 ədəd tıxac 01 ədəd gödəkçə, 01 ədəd qısaqol köynək, 03 ədəd uzunqol köynək, 02 ədəd cins şalvar məhv edilməlidir. 02 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 384 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin qohumları tərəfindən onun hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə müqavilə bağlandığından, müdafiəçinin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli, «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 09 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub Xaçmaz rayon prokurorluğunda saxlanılan “ИжК" modelli, 031412 №-li yivsiz, odlu, ov tüfəngi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin, 01 ədəd giliz, 11 ədəd qırma, 01 ədəd tıxac 01 ədəd gödəkçə, 01 ədəd qısaqol köynək, 03 ədəd uzunqol köynək, 02 ədəd cins şalvar məhv edilsin. 02 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 384 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar