Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-85/2025 29.04.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “Kiçikbəyov və Partnyorları” vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Neftçala rayonu, Bankə qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi, Füzuli küçəsində fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihamdan görünür ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan 1 ədəd şəffaf sellofan bükümdə 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxil edilmiş 20,479 qram çəkidə olan külli miqdarda qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib Abşeron rayonu Xırdalan şəhərində daşıyıb, cins şalvarının sağ yan cibində saxlamış, 26 noyabr 2023-cü il tarixdə Abşeron RPİ-nə daxil olmuş məlumat əsasında cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 27 noyabr 2023cü il tarixdə saat 01 radələrində Abşeron rayonu, Xırdalan şəhəri «Göyçə» marketin yaxınlığında saxlanılaraq Abşeron rayon polis idarəsinin inzibati binasına gətirilib orada həmin gün saat 01:49-dan 02:10-a kimi üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümdə çəkisi 20,479 qram olan külli miqdarda qəhvəyi rəngli narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutların məcmusu ilə həmin ittihamın əsassız olduğu müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o, Masazır qəsəbəsində ev təmiri ilə məşğul olmuş, işdən çıxıb Xırdalana evə getdiyi zaman polis əməkdaşları onu “Göyçə” marketin yanında saxlamış, ona yaxınlaşaraq polisə söyüş söydüyünü və onlarla idarəyə getməli olduğunu bildirmişdirlər. O, döyülə-döyülə polis idarəsinə aparılmış və orada 7-8 nəfər polis əməkdaşı tərəfindən təzyiqlərə məruz qalmış, polis əməkdaşlarına polisləri söymədiyini, onlarla probleminin olmadığını izah etməyə çalışmış, daha sonra ona “Tik- Tok” sosial şəbəkəsində olan video çəkiliş göstərilmişdir. Polis əməkdaşları ona narkotik vasitəni yükləmiş və onun həbsə getməli olduğunu bildirmişdirlər. Polis idarəsində olan zaman heç bir video çəkiliş olmamış, onu məcbur edərək sənədlərə imza çəkdirmişdirlər. O, saxlanılmamışdan 1 ay əvvəl “Tik-Tok” sosial şəbəkəsində canlı yayım açdığı zaman bir nəfər istifadəçiyə söyüş söymüş, həmin vaxt canlı yayımına həm dostları, həm də digər şəxslər qoşulmuşdur. Həmin gün dostunun ad günü olmuş və Göyçay rayonunda bacısıgildə “Tik-Tok” sosial şəbəkəsində canlı yayım açmışdır. Neftçala rayon polis şöbəsinin rəis müavini Cəbrayıl adlı şəxslə problemi olmuş, “Tik-Tok” sosial şəbəkəsində canlı yayım açdığı zaman tanımadığı bir nəfər şəxs ona Cəbrayıl adından təhqiredici ifadələr işlətmiş, o isə həmin vaxt içkili olduğundan ümumi söyüş söymüşdür. Həmin hadisənin səhəri günü o, Neftçala rayonunun polis şöbəsinə çağırılmış, lakin sonradan işi ilə əlaqədar olaraq çağırışa getməmişdir. Təqsirləndirilən şəxs dövlət ittihamçısının verdiyi suallara cavab olaraq əvvəllər qurudulmuş marixuanadan istifadə etdiyini, lakin narkotik vasitələrdən çox istifadə etmədiyini, əvvəllər məhkumluğu olduğunu bildirmişdir. O, polis əməkdaşlarının fiziki təzyiqləri nəticəsində xəsarətlər almış, ona qarşı edilən qanunsuzluqlarla bağlı barəsində həbs qətimkan tədbiri seçilən məhkəmədə də hakimə bildirmişdir. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, 4 nəfər polis əməkdaşı tərəfindən axşam saat 20:30-da saxlanılmış və tutulan kimi birbaşa polis idarəsinə aparılmışdır. Saxlanılarkən hüquq və vəzifələrinin izah olunmadığını, polis idarəsinə getdiyi zaman orada vəkilin olmadığını, idarəyə getdikdə 8 nəfər polis əməkdaşı tərəfindən döyüldüyünü bildirmişdir. Onu döyən polis əməkdaşlarından ikisinin adı Əli və Sabir olmuş, lakin digərlərinin adını bilməmiş, üzdən görsə tanıya biləcəyini qeyd etmişdir. Sonradan o, vəkillə təmin edilmiş, lakin vəkildən imtina etmiş, istintaq hərəkətləri zamanı 2 nəfər hal şahidi də olmuşdur. O, Bakı İstintaq Təcridxanasına daxil olarkən xəsarətlərini qeyd etdiklərini bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq 2 ilə yaxın müddətdir ki, Abşeron rayonunda kirayədə yaşadığını, 2013-cü ildə AR İnzibati Xətalar Məcəlləsinə əsasən tutulduğunu, 6 aydan sonra isə işinə xitam verildiyini və “Tik-Tok” sosial şəbəkəsində hesabı olduğunu bildirmişdir. Məhkəmə istintaqı ittiham tərəfinin sübutlarını tədqiq etməklə başlamış, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadə elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı həm şübhəli, həm də təqsirləndirilən şəxs kimi verdiyi ilkin ifadələrində özünü Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, Abşeron rayonu Xırdalan şəhəri Füzuli küçəsində ailə üzvləri ilə birlikdə yaşayır. Əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. Hazırda fərdi əmək fəaliyyəti ilə məşğul olur. 27 noyabr 2023-cü il tarixə keçən gecə saat təxminən 01 radələrində Xırdalan şəhərində «Göyçə» marketin yaxınlığında olan zaman 4 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb Abşeron rayon polis idarəsinin əməkdaşları olduqlarını bildirib sosial şəbəkədə polisin ünvanına nalayiq sözlər yazdığı üçün polis idarəsinə getməli olduğunu bildirib onu polis idarəsinə gətirmişlər. O, polis əməkdaşlarına təxminən 2 ay əvvəl «Tik-Tok» sosial şəbəkəsində profilində canlı yayında olan zaman «Yuzer» adlı istifadəçi ona özünü polis əməkdaşı kimi təqdim edib onun ünvanına nalayiq ifadələr işlətdiyi üçün o, həmin vaxt içkili olduğu üçün əsəbləşərək polisin ünvanına nalayiq ifadələr işlətdiyini, lakin sonra buna görə üzr istədiyini bildirmişdir. O, polis əməkdaşlarına səhvini etiraf edib bir daha belə səhvlərə yol verməyəcəyini demişdir. Lakin polis əməkdaşlarından biri onu həbs edəcəyini deyib əlindəki içərisində qəhvəyi rəngli maddə olan sellofan bağlamanı əynindəki şalvarının sağ yan cibinə qoymuşdur. Ona polis idarəsində zor tətbiq olunaraq cibinə məcburi narkotk vasitə qoyulmuşdur. O, həmin kütlənin nə olduğunu və çəkisinin nə qədər olmasını bilməmişdir. Sonra vəkil dəvət edərək xidməti otaqda üzərində iki nəfər hal şahidlərinin iştirakı ilə axtarış aparılmışdır. Ondan təhqiqatçı üzərində qanunla qadağan olunmuş əşya olub-olmadığını və təqdim etməsini bildirmişdir. O, polis əməkdaşının cibinə qoyduğu şəffaf sellofan bükülünü təqdim etmişdir. Həmin bükümün ona məxsus olmadığını polis əməkdaşı tərəfindən cibinə qoyulduğunu bildirmişdir. Həmin büküm açılaraq içərisindəki kütlə yoxlanılmış və narkotik vasitə heroinə bənzər kütlə olduğu bildirilib kağız zərfə qoyulub qablaşdırılmışdır. Həmin zərfi o və iştirakçılar imza edərək təsdiqləmişdir. Bundan sonra üzərində axtarış aparılması barədə protokol tərtib olunmuş, həmin protokolu oxuyub imza etmişdir. İlkin araşdırma zamanı tərtib edilmiş prosessual sənədlərdəki imzalar özünə məxsusdur, heç bir təzyiq olmadan çəkmişdir. O, narkotik vasitə marixuanadan bir dəfə istifadə etmişdir. Ancaq satışı ilə məşğul olmamışdır. Polis idarəsində ona fiziki zor göstərərək cibinə şəffaf rəngli sellofan bükümü qoyan polis əməkdaşını tanımır və adını bilmir. Ancaq üzdən görsə tanıyar. 1 ədəd şəffaf sellofan bükümdə çəkisi 20,479 qram olan narkotik vasitə heroin ona məxsus deyil, o narkotikdən hazırda istifadə etmir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Abşeron RPİ-nin CAŞnin əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində bildirmişdir ki, daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat tədbirinə Şahid2 cəlb olunmuş, Təqsirləndirilən şəxs Xırdalan şəhəri, Heydər Əliyev prospekti yaxınlığında yerləşən kafedə olduğu müəyyən olunmuş və həmin kafedən çıxandan sonra “Göyçə” marketin qarşısında saxlanılaraq Abşeron RPİ-nə aparılırıb təhqiqatçıya təhvil verilmişdir. Əməliyyat qrupunda 2 nəfər iştirak etdiklərini, hadisənin dəqiq hansı tarixdə olduğunu xatırlamadığını, Şəhriyarı axşam radələrində saxladıqlarını və həmin vaxt onda xəsarətin olub-olmadığını görmədiyini, həmçinin Şəhriyarın onlara qarşı müqavimət göstərmədiyini bildirmişdir. Əvvəlcə, polis əməkdaşları özlərini təqsirləndirilə şəxsə təqdim etmiş, daha sonra Şəhriyarın qollarını bağlamağa ehtiyac olmadığından dərhal Abşeron RPİ-nə apararaq onu təhqiqatçıya təhvil vermişdirlər. Şəhriyarın polis idarəsində döyülməsi ilə bağlı heç bir məlumatı olmamış, onun yanında olarkən Şəhriyarı döyən olmamışdır. Təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirilən zaman orada olmuş, həmin vaxt otaqda ondan başqa Şahid2, Aslan müəllim və 2 nəfər də hal şahidi olmuş, sənədləşmə prosesi də elə həmin gün olmuşdur. Onun yanında Şəhriyarı döyən olmamışdır. Aşkar olunan narkotik vasitənin tam çəkisini xatırlamadığını, lakin 1 büküm olduğunu bildirmişdir. Şahid1 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, 26 noyabr 2023-cü il tarixdə xidmətdə olduğu zaman xx.xx.1989-cu ildə Neftçala rayonunda anadan olmuş, Abşeron rayonu Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi Füzuli küçəsində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə və psixatrop maddənin qanunsuz olaraq istifadəsi və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmş və o, dərhal həmin məlumat ətrafında əməliyyat axtarış tədbirlərinin keçirilməsi məqsədilə idarənin rəhbərliyinə raportla məruzə edib əməliyyat tədbirlərinin keçirilməsinə icazə alaraq tərəfindən qəbul olunmuş və idarə rəisinin təsdiq etdiyi qərar əsasında CAŞ-nin kiçik inspektoru Şahid2 ilə birlikdə əməliyyat tədbirlərinə başlamışdır. Daxil olmuş mötəbər məlumat əsasında kiçik inspektor Şahid2la birlikdə Təqsirləndirilən şəxs Xırdalan şəhəri, H.Əliyev küçəsində kafedə olmasını öyrənib həmin kafenin yanına getmişlər. Şahid2 əməliyyat xəttini izah edərək keçiriləcək tədbirlər barədə məlumat verdikdən sonra birlikdə göstərilən ünvana yaxınlaşmışlar və qabaqcadan xarici görkəmi və əlamətləri barədə məlumatlı olduqları Təqsirləndirilən şəxs olduğuna əmin olduğu şəxsə Xırdalan şəhəri, H.Əliyev küçəsində «Göyçə» market yaxınlığında market qarşısında yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin və psixatrop maddələrin qanunsuz əldə etmə, saxlanma və gəzdirməsində şübhəli olduğunu bildirərək onlarla birlikdə xidmət göstərdikləri Abşeron RPİ-nə getməsini təklif etmişlər. Şəhriyar polis idarəsinə getməkdən imtina etdiyi üçün onlar sonuncunu polis idarəsinə dəvət etsələr də hay-küy salıb ətrafda olan şəxsləri özünə cəlb etməyə çalışdığı üçün onlar məcbur olub fiziki güc tətbiq edərək Təqsirləndirilən şəxs çətinliklə avtomobilə əyləşdirib polis idarəsinə gətirmişlər. Yol boyu onun üzərindən ehtimal olunan narkotik vasitə və ya psixotrop maddəni atması, gizlədə bilməsinə diqqət edib hərəkətlərini nəzarət altında saxlamışlar. Polis idarəsinə gəlib bu barədə raportla rəhbərliyə məlumat verdikdən sonra faktın araşdırılması Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis kapitanı Aslan Allahverdiyevə həvalə olunmuşdur. Xırdalan şəhər vəkil bürosundan növbətçi vəkil dəvət olunaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması barədə məlumat verilərək, hüquq və vəzifələri izah olunmuş və üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Şəxsi axtarışda iştirak etmələri üçün iki nəfər hal şahidi qismində dəvət olunmuşdur. Hal şahidlərinə Təqsirləndirilən şəxs narkotik vastələrin istifadəsində və üzərində gəzdirməkdə şübhəli olması barədə bildirilib onlara Şəhriyarın üzərində şəxsi axtarış aparılması barədə məlumat verilmiş, həmçinin təhqiqatçı tərəfindən onlara hüquq və vəzifələri izah olunmuşdur. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz saxlanılan və gəzdirilən əşya və ya maddənin könüllü təqdim olunması təklif edilmişdir. Təhqiqatçının təklifindən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümün içərisində qəhvəyi rəngdə narkotik vasitə heroinə bənzər kütlə olduğu məlum olmuşdur. Təqsirləndirilən şəxs həmin narkotik vasitənin ona məxsus olmadığını və bir nəfər hündürboy şəxsin cibinə qoyduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzəri axtarılmış başqa hər hansı bir qanunsuz əşya və maddə aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd şəffaf sellofan bükümdə olan maddə kağız zərfə qoyulub qablaşdırılaraq, qablaşdırma üzərində şəxsi axtarışda iştirak edən şəxslər imza etmişlər. Bundan sonra üzərinə şəxsi axtarış keçirilməsi, onun üzərindən narkotik vasitəyə bənzər kütlənin aşkar edilib götürülməsi barədə protokol tərtib edilmiş, protokol ucadan oxunduqdan sonra bütün iştirakçılar tərəfindən protokol imzalanmışdır. Onlar Şəhriyarı saxlayarkən, polis idarəsinə gətirərkən və polis dərəsində olan zaman döyməmiş və xəsarət yetirməmişlər. Şəhriyar onların polis idarəsinə getməsi ilə bağlı tələblərinə tabe olmayıb hay-küy saldığı üçün məcbur olub fiziki güc yəni qolundan və boynundan tutub avtomobilə əyləşdirmişlər. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməmiş, heç kim cibinə narkotik vasitə qoymamışdır. Şəhriyar özünü müdafiə etmək üçün bu cür ifadə vermişdir. Təqsirləndirilən şəxs polis idarəsinə o və Sabir gətirmiş, üzərində şəxsi axtarış aparılarkən müdafiəçi, 2 nəfər hal şahidi və onlar iştirak etmiş, başqa hər hansı bir şəxs olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Abşeron RPİ-nin CAŞnin kiçik inspektoru, polis serjantı Şahid2 ifadəsində hadisədən uzun müddət keçdiyi üçün baş verənləri təfsilatı ilə xatırlamadığını, təqsirləndirilən şəxsin narkotik vasitə istifadəçisi olması ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında o və baş əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu yaradıldığını bildirmişdir. Daxil olan əməliyyat məlumatına əsasən gecə radələrində Təqsirləndirilən şəxs “Göyçə” market adlanan obyektlə üzbəüz yerdə oturarkən Şəhriyarı saxlamaq istədiklərində o, tabesizlik göstərmiş, daha sonra Şəhriyar zərərsizləşdirilərək Abşeron Rayon Polis İdarəsinə aparılmışdır. Abşeron RPİ-nin xidməti otaqlarından birində hal şahidlərin iştirakı ilə keçirilmiş şəxsi axtarış zamanı təqsirləndirilən şəxsin üzərindən narkotik vasitə aşkar olunmuş, lakin aşkar olunan bükümlərin sayını xatırlamadığını qeyd etmişdir. O, hadisə yerinə 2 nəfər getdiklərini, özlərini Şəhriyara polis əməkdaşı olaraq təqdim etdiklərini və təqsirləndirilən şəxsi polis idarəsinə apardıqdan sonra təhqiqatçıya təhvil verdiklərini bildirmişdir. O, üzləşmədə iştirak etdiyini, lakin Təqsirləndirilən şəxs dindirildiyi digər vaxtlarda iştirak etmədiyini, təqsirləndirilən şəxs idarəyə aparılan zaman onun üzərinə narkotik vasitə qoyulmadığını qeyd etmişdir. Video çəkiliş qərarı onlarda olmadığına görə çəkiliş həyata keçirilməmiş, şəxsi axtarış hal şahidləri ilə birlikdə təhqiqatçının iştirakı ilə keçirilmiş, Təqsirləndirilən şəxs üzərindən çıxan narkotik vasitə ilə razılaşmamış və ona qarşı heç bir təzyiq göstərilməmiş, həmçinin təqsirləndirilən şəxs saxlanılarkən onda xəsarətlər olmamışdır. Şahid2 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid3 ifadəsində bildirmişdir ki, hadisə 27 noyabr 2023-cü il tarixdə baş vermiş, gecə radələrində polis əməkdaşları ona yaxınlaşaraq bir nəfər şəxsin üzərinə baxış keçirəcəklərini, orada hal şahidi kimi iştirak etməsini və gördüyü hər şeyi qeyd etməsini izah edərək onu hal şahidi kimi polis idarəsinə aparmışdırlar. Polis idarəsinə getdikdən təxminən 20-30 dəqiqə sonra Təqsirləndirilən şəxs həmin otağa gətirilmiş, əynində olan göy rəngli şalvarın cibindən narkotik vasitə aşkar olunmuş, lakin təqsirləndirilən şəxs cibindən aşkar olunan narkotik vasitənin ona aid olmadığını və polis əməkdaşları tərəfindən cibinə qoyulduğunu bildirmişdir. Həmin vaxt idarənin xidməti otağında 5-6 nəfər olmuş, baxış keçirilib sənədləşdirildikdən sonra buraxılmışdırlar. Şahid dövlət ittihamçısının suallarına cavab olaraq əvvəllər də hal şahidi kimi iştirak etdiyini, sürücü işlədiyini, polis əməkdaşlarını əvvəlcədən tanımadığını bildirmişdir. Təqsirləndirilən şəxs özü əynində olan göy rəngli şalvarının cibindən içərisində narkotik vasitə heroin olan qəhvəyi rəngli sellofan bükülünü çıxarmış və narkotik vasitənin ona məxsus olmadığını, cibinə polis əməkdaşları tərəfindən qoyulduğunu bildirmişdir. O, polis idarəsində yazılan protokolu oxumadığını qeyd etmişdir. Şahid müdafiəçinin suallarına cavab olaraq gecə radələrində polis əməkdaşları ona yaxınlaşdıqda tək olduğunu, digər hal şahidini tanımadığını, polis idarəsində gördüyü hər şeyi kağıza yazıb imza çəkdiyini bildirmişdir. Polis idarəsində bir nəfər polis formasında olmuş, digərləri isə mülki geyimdə olmuş, Təqsirləndirilən şəxs üzündə xəsarətlər görməmişdir. İdarədə təqsirləndirilən şəxs öz müdafiəçisinin olduğunu bildirmiş və onun çağırılmasını xahiş etmişdir. Şahid məhkəmə tərkibinin suallarına cavab olaraq Xırdalan şəhərində yaşadığını, hadisə günü evə gedərkən dükana daxil olduğunu, bu zaman 3 nəfər polis əməkdaşının ona yaxınlaşdığını bildirmişdir. Əvvəl hal şahidi qismində iştirak etdiyi iş də Abşeron RPİdə olmuş, lakin onu əvvəlki işdə olan əməkdaşlar çağırmamışdırlar. O, daxil olduğu dükanın polis idarəsinin yanında yerləşdiyini, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə artıq 2-ci dəfədir ki, hal şahidi qismində dəvət olunduğunu, Abşeron rayon Məhkəməsinə getmədiyini və digər hal şahidini tanımadığını bildirmişdir. Cinayət işi materiallarında adının altında qeyd olunan imzaların ona məxsus olduğunu, həmin gün polis idarəsində olan digər təqsirləndirilən şəxslərin cinayət işləri üzrə də hal şahidi qismində iştirak etdiyini, onlardan birinin adının Zaur, digərinin adının isə İbrahim olduğunu, lakin soyadlarını bilmədiyini qeyd etmişdir. Qeyd etdiyi hər iki şəxsin işinin məhkəmədə olduğunu bildirmişdir. Şahid3 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində 27 noyabr 2023-cü il tarixdə gecə saat təxminən 01 radələrində Xırdalan şəhəri, Quşçuluq massivindən yaşadığı evə gedərkən Abşeron rayon polis idarəsinin yaxınlığındakı marketə siqaret almaq üçün girmişdir. Həmin vaxt bir nəfər mülkü geyimdə olan şəxs ona yaxınlaşaraq polis əməkdaşı olduğunu və polis idarəsinə gətirilmiş şəxsin üzərində şəxsi axtarış aparılmasında hal şahidi kimi iştirak etməsini xahiş etmişdir. O, etiraz etməyib polis idarəsinin inzibati binasına gəlmişdir. Orada xidməti otaqlardan birində bir nəfər sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxsi ona təqdim edərək həmin şəxsin üzərinə axtarış aparılacağı barədə məlumat vermişlər. Ondan başqa bir nəfər şəxs də hal şahidi kimi dəvət olunmuşdur. İki nəfər polis əməkdaşının, dəvət olunmuş vəkilin, onun və digər hal şahidinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması barədə məlumat verilmişdir. Axtarış keçirilməzdən əvvəl hal şahidi olaraq hər ikisinə hüquq və vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs kimi təqdim olunan şəxsi göstərərək şübhəli olan şəxsin həmin şəxs olduğunu bildirmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs da onun üzərində şəxsi axtarış və götürülmə aparılacağı barədə hüquq və vəzifələrini izah etdikdən sonra təhqiqatçı həmin şəxsə onların, sonradan adlarının Əli və Sabir olduğunu bildiyi polis əməkdaşlarının iştirakı ilə üzərində qanunsuz saxladığı, gəzdirdiyi narkotik vasitə və ya qanunla qadağan olunmuş əşya və maddənin könüllü olaraq təqdim edilməsi təklif olunmuşdur. Polis əməkdaşının təklifindən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibində olan bir ədəd şəffaf sellofan bükülü çıxarıb həmin bükümün ona məxsus olmadığını və tanımadığı polis əməkdaşı tərəfindən cibinə qoyulmasını bildirmişdir. Həmin sellofan bükülünün içərisinə baxış keçirilən zaman içərisində qəhvəyi rəngdə maddə olduğunu görmüşlər. Polis əməkdaşları həmin maddənin narkotik vasitəyə bənzədiyini bildirib həmin bükümü kağız zərfə qoyub qablaşdırdılar. Qablaşdırma möhürləndikdən sonra üzərində Təqsirləndirilən şəxs, vəkil, polis əməkdaşları, o və digər hal şahidi imza edərək təsdiq etmişlər. Bundan sonra təhqiqatçı protokol tərtib edərək həmin protokolu onlara oxumuşdur, protokolla tanış olub imza edərək təsdiq etmişdir. Sonra isə axtarış aparılması ilə bağlı izahatı alınmışdır. O, əvvəllər Təqsirləndirilən şəxs və adları çəkilən polis əməkldaşlarının hər hansı birini tanımamış, onların heç biri ilə hər hansı münasibəti olmamışdır.O, polis idarəsində Təqsirləndirilən şəxs üzərinə axtarış aparılmasında iştirak edərkən polis əməkdaşları tərəfindən Şəhriyara hansısa bir fiziki və ya psixi təsir göstərilməsinin şahidi olmamışdır.Şəhriyar axtarış zamanı ona qarşı təzyiq olunması barədə bildirməmişdir. Şəhriyar üzərindən çıxan bükülünün ona məxsus olmadığını və adını bilmədiyi polis əməkdaşının cibinə qoymasını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid4 ifadəsində bildirmişdir ki, 2023-cü ilin sentyabr ayında polis əməkdaşları tərəfindən narkotik vasitə istifadə etdiyinə görə saxlanılaraq Abşeron RPİ-nə aparılmış və orada fiziki təzyiqlərə məruz qalmışdır. O, Təqsirləndirilən şəxsı ümumiyyətlə tanımamış, Abşeron RPİ-də olan zaman polis əməkdaşları onu Şəhriyarın işində hal şahidi kimi iştirak etməyə məcbur etmiş və daha sonra da sərbəst buraxacaqları barədə vəd vermiş, ona görə də məcbur qalıb polis əməkdaşlarının dediklərinə əməl etmiş, lakin sonradan sərbəst buraxılmamışdır. Onun tutulmağı polis əməkdaşları tərəfindən həmin gün rəsmiləşdirilmiş, 2 gün müvəqqəti saxlama yerində saxlanılmışdır. Şahid dövlət ittihamçısının suallarına cavab olaraq ona 07 ay cəza təyin olunduğunu, Şəhriyarı gördüyü gündən 2 gün əvvəl tutulduğunu, Abşeron RPİ-nin əməkdaşları tərəfindən təzyiqə məruz qaldığı üçün ibtidai istintaq zamanı Şəhriyarın əleyhinə ifadə verdiyini bildirmişdir. O, barəsində cinayət işinin istintaqını aparan şəxsin adını dəqiq bilmədiyini qeyd etmişdir. Şahid müdafiəçinin suallarına cavab olaraq Şəhriyarın cibinə polis əməkdaşları tərəfindən narkotik vasitənin qoyulduğunu gördüyünü, həmin gün onun da, Şəhriyarın da vəziyyətinin pis olduğunu, polis idarəsində olan zaman 1 nəfər şəxsin polis formasında, digərlərinin isə mülki geyimdə olduğunu bildirmişdir. İdarədə olan zaman vəkil iştirak etmiş, polis əməkdaşları Şəhriyarı müəyyən sənədlərə imza çəkməyə məcbur etmişdirlər. Şahid məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, Şəhriyarın işində hal şahidi qismində iştirak etdikdən sonra məhkəməyə çıxarılmış, Şəhriyar polis əməkdaşlarının dedikləri heç bir şeylə razılaşmamışdır. O, təqsirləndirilən şəxin cibinə narkotik vasitəni qoyan polis əməkdaşının adını bilmədiyini qeyd etmişdir. Şahid4 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində Şahid3 ilə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin üzərinə baxış keçirilməsi barədə xx.xx.2023-cü il tarixli protokol məhkəmə istintaqı zamanı tədqiq edilərkən görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış Abşeron RPİ-nin xidməti otaqlarından birində keçirilir. Protokolda baxışın keçirilmə saatı 01:49-02:10 kimi göstərilmişdir. Protokola əsasən Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının cibindən 1 ədəd şəffaf sellofan bükümdə çəkisi 20,479 qram olan külli miqdarda qəhvəyi rəngli narkotik vasitə heroini çıxarıb təqdim etmiş, sorğu zamanı isə həmin narkotik vasitənin ona məxsus olmadığını və bir nəfər hündürboy şəxsin cibinə qoyduğunu bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 27 noyabr 2023-cü il tarixli “şübhəli şəxsin tutulması” haqqında protokoldan görünür ki, həmin protokol saat 01:35-də tərtib edilmiş, protokolda Təqsirləndirilən şəxs 27 noyabr 2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri H.Əliyev prospektində “Göyçə” marketin yaxınlığında saxlanıldığı və Abşeron RPİ-nin inzibati binasına gətirildiyi göstərilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 27 noyabr 2023-cü il tarixli, 3-16-16/2-6/6182 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi..” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 20,479 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” X10 xx.xx.2023-cü il tarixli 2592 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, S.T.Bayramovun bədən səthində aşkar edilmiş xəsarətlər sol gözün üst və alt göz qapaqlarının, sol gözaltı-almacıq nahiyəsinin, sağ gözaltı nahiyənin qançırları, sağ gözün ağlı qişasına qansızma, sağ bud və sağ diz oynağı nahiyəsinin arxa səthlərinin iri ölçülü qançır-şişkinliyi küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə insan bədəninin hissəslərinin (əl, ayaq və s.) təsirindən əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 X8 X6 09 dekabr 2023-cü il tarixli, 8095 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X7 Hüquqi Şəxsinin 20 fevral 2024-cü il tarixli 459 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrənin Neftçala rayonu, Bankə qəsəbəsi C.Mikayılov küçəsində qeydiyyatda olan X4 məxsus olduğu və həmin nömrənin xx.xx.2023-cü il tarixdə saat 23:00-dan xx.xx.2023-cü il tarixə saat 02:00-dək olan müddətdə Xırdalan şəhəri Şamaxı şossesi ərazisindəki antena əhatəsində olduğu məlum olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Neftçala rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il, 5 ay, 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Salyan rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsi 06 ay azaldılmış, 08 iyun 2022-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Məhkəmə yuxarıda göstərilən ifadələri və digər sübutları mötəbərliyi üzrə qiymətləndirmədən öncə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.1 və 124.1.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında məhdudlaşdırmaqla əldə olunduqda cinayət təqibi üzrə sübut hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinin tələblərinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Məhkəmə, cinayət prosessual qanunvericiliyinin həmin müddəalarını rəhbər tutaraq məhkəməyədək icraat zamanı toplanılmış aşağıdakı sübutları onların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olduğundan mötəbər sübut kimi qəbul etmir və hesab edir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs təqsirliliyi ilə bağlı istintaq orqanının gəldiyi nəticələr əsassızdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni üzərindən aşkar edilən narkotik vasitənin ona məxsus olmaması barədə söylədikləri aşağıdakı sübutlarla kifayət qədər öz təsdiqini tapır. Cinayət işinin materiallarından da göründüyü kimi Təqsirləndirilən şəxs üzərinə narkotik vasitənin aşkar edilməsi məqsədilə həyata keçirilən baxış video çəkiliş aparılmadan, hal şahidlərinin iştirakı ilə həyata keçirilmişdir. Əməliyyat-axtarış tədbiri həyata keçirən polis əməkdaşları və ibtidai istintaq orqanı şəxsin üzərinə keçirilən baxışın video çəkilişlə aparılmasını istisna edən halları məhkəməyə izah edə bilməmişdir. Məhkəmə hesab edir ki, video çəkilişlə baxışın həyata keçirilməsi prosessual məcəllənin tələbinə uyğun olmaqla təmin edilməsi xüsusi bir texniki imkan tələb etmir. Qeyd olunan iş üzrə hal şahidlərinin məhkəmə istintaqı zamanı təqsirləndilən şəxsin mövqeyinə uyğun ifadə verdiyini nəzərə alsaq video çəkilişlə həyata keçirilmiş baxış əməliyyat axtarış tədbiri daha mötəbər sübut kimi qəbul edilə bilərdi. Digər tərəfdən hal şahidlərinin iştirakı ilə həyata keçirilən baxış əməliyyat axtarış tədbirinin protokolunda da Təqsirləndirilən şəxs aşkar edilən narkotik vasitənin ona məxsus olmadığını bildirmişdir. Cinayət işinin materiallarından olan xx.xx.2023-cü il tarixli Abşeron rayon məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, qərarın icrası Bakı İstintaq Təcridxanasına həvalə edilmişdir. Barəsində həbs qətimkan tədbiri seçilərkən də verilən ittihamda qeyd olunan narkotik vasitənin ona məxsus olmadığını, saxlanılarkən üzərində narkotik vasitə aşkar edilmədiyini bildirmişdir. Məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 2592 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, S.T.Bayramovun bədən səthində aşkar edilmiş xəsarətlər sol gözün üst və alt göz qapaqlarının, sol gözaltı-almacıq nahiyəsinin, sağ gözaltı nahiyənin qançırları, sağ gözün ağlı qişasına qansızma, sağ bud və sağ diz oynağı nahiyəsinin arxa səthlərinin iri ölçülü qançır-şişkinliyi küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə insan bədəninin hissəslərinin (əl, ayaq və s.) təsirindən əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid1 və Şahid2 ifadələrində göstərmişlər ki, Təqsirləndirilən şəxs saxlanılarkən üzündə gözlə görülə bilən xəsarətləri olmamışdır. “Cinayət işinin başlanılmasının rədd edilməsi” haqqında Abşeron rayon prokurorluğunun 10 aprel 2024-cü il tarixli qərarından görünür ki, daxil olmuş şikayət əsasında araşdırma aparılmış, Təqsirləndirilən şəxs saxlanılarkən üzərində narkotik vasitə olmaması barədə məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə uyğun izahat vermiş, həmçinin saxlanılarkən fiziki v psixi zorakılığa məruz qaldığını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs qarşı qanunsuz hərəkətlərin edilməsi ilə bağlı Abşeron rayon prokurorluğunun “Cinayət işinin başlanılmasının rədd edilməsi” haqqında 01 iyun 2023-cü il tarixli qərarla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. Təqsirləndirilən şəxs üzərinə “şəxsi axtarış və götürmə keçirilməsi” haqqında protokoldan görünür ki, əməliyyat müvəkkili Şahid1, kiçik inspektor Şahid2, hal şahidləri Şahid4 və Şahid3 iştirakları ilə baxış keçirilmişdir. Məhkəmə istintaqı zamanı “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən əldə olunmuş məlumatlara əsasən iş üzrə hal şahidi Şahid3 narkotik vasitələrin dövriyyəsi ilə əlaqədar başqa işlər üzrə də bir neçə dəfə hal şahidi kimi iştirak etdiyi məlum olmuşdur. Belə ki, Abşeron rayon məhkəməsinin 1(012)- 125/2025 və Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-456/2024 nömrəli hökmlərindən görünür ki, Şahid3 həmin işlər üzrə də hal şahidi kimi cəlb edilmiş, sonuncu hökmdən isə Abşeron rayon polis idarəsinin əməkdaşı Şahid2 olduğu iş üzrə hal şahidi kimi iştirak etmişdir. Yəni adı çəkilən hər iki şəxsin Təqsirləndirilən şəxs saxlandığı və üzərinə baxış keçirildiyi vaxtdan əvvəl artıq bir birlərini tanıdığı, polis əməkdaşının onun diktəsi ilə ilə hərəkət edəcəyinə əmin olduğu şəxsi hal şahidi kimi əməliyyat axtarış tədbirinə cəlb etdiyi məlum olur ki, bu da həmin tədbirin nəticələrinin sübut kimi qəbul edilməsini istisna edir. Şahid4 məhkəmə istintaqı zamanı göstərdiyi xüsusatları araşdırmaq üçün Abşeron rayon məhkəməsinə sorğu verilmiş, Şahid4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə aparılan cinayət işinin materialları ilə tanış olmaq üçün 2023-cü ilin noyabr ayında Abşeron rayon Polis idarəsinə getdiyi məlum olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “şübhəli şəxsin tutulması” haqqında protokoldan görünür ki, həmin protokol 27 noyabr 2023-cü il tarix, saat 01:35-də tərtib edilmiş, təqsirləndirilən şəxs, müdafiəçi və protoklu tərtib edən təhqiqatçı tərəfindən imzalanmışdır. Yuxarıda göstərilən sübut kimi qəbul edilən halları rəhbər tutub məhkəmə bildirir ki, qeyd olunan protokol iş üzrə tədqiq edilmiş digər mötəbər sübutlar tərəfindən təkzib olunduğu üçün sübut kimi mümkünsüz hesab edilməlidir. İttiham tərəfi cinayət işinin materiallarında olan “şəxsi axtarış keçirilməsi barədə” protokolda Təqsirləndirilən şəxs üzərindən 20,479 qram olan külli miqdarda narkotik vasitə heroinin aşkar edilməsini ona qarşı Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə verilmiş ittihamın əsas sübutu kimi məhkəməyə təqdim edir. Yuxarıda göstərilən sübut kimi qəbul edilən halları rəhbər tutub məhkəmə bildirir ki, qeyd olunan protokol iş üzrə tədqiq edilmiş digər mötəbər sübutlar tərəfindən təkzib olunduğu üçün sübut kimi mümkünsüz hesab edilməlidir. Bundan başqa, sübutların mötəbərliyi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallardan irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” (Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR 2001-Vİİ). Sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyünü şübhə altına alıb-almadığı nəzərə alınmalıdır. Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur ( “Allan” işi, 47-ci bənd və “Bıkov Rusiyaya qarşı” (Bykov v. Russia [GC], no. 4378/02, § 95, ECHR 2009). Polis əməkdaşları olmuş Şahid1 və Şahid2 həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdikləri ifadələri ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, göstərilən şahid ifadələri onların sübut kimi qəbul edilməsinin mümkünlüyünü istisna edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsində sadalanan hallar olduğundan sübut kimi qəbul edilə və Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci maddələri ilə irəli sürülmüş ittihamın əsasını təşkil edə bilməz. Bundan başqa, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 95.1-ci maddəsinə əsasən iş üzrə hər hansı əhəmiyyət kəsb edən hallardan xəbərdar olan şəxs ittiham tərəfindən ibtidai araşdırma və ya məhkəmə baxışı zamanı, müdafiə tərəfindən isə məhkəmə baxışı zamanı çağırılıb şahid qismində dindirilə bilər. Təqsirləndirilən şəxsi tutaraq ona qarşı sübut toplayan, ittihamın təsdiq olunmasında maraqlı olan, eləcə də vəzifələrinə uyğun olaraq biri-digərinə tabe olan polis əməkdaşlarının verdikləri ifadələr isə qərəzsiz və obyektiv ifadə kimi qiymətləndirilə bilməz. Nəzərə alınmalıdır ki, həmin ifadələr еyni zamanda digər polis əməkdaşlarının fəaliyyətini əks еtdirən informasiya daşıyıcısıdır. Bu ifadələr Təqsirləndirilən şəxs vеrilmiş ittihamın təsdiqi ilə yanaşı, еyni zamanda digər polis əməkdaşlarının hərəkətlərinin qanuni və əsaslı olmasının da təsdiqi vasitəsidir. Belə ki, polis əməkdaşlarının cinayət təqibi üzrə prosessual fəaliyyətinin əsaslığı və şahid qismində verdikləri ifadələrin mötəbərliyi üzrə qiymətləndirilməsi baхımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddət formalaşmış yanaşma standartını müəyyən еtmişdir. Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı 11 yanvar 2007-ci il tarixli, X1rşı 18 yanvar 1978-ci il tarixli qərarında, həmçinin bir sıra qərarlarda Avropa Məhkəməsi sübutları qiymətləndirərkən “əsaslı şübhə yеrinin qalmaması” sübutеtmə standartını tətbiq еdir. Polis əməkdaşlarının fəaliyyət göstərdiyi orqan tərəfindən aparılan istintaq hərəkətlərinə dair onların vеrdikləri ifadələrin qеyd еdilən standarta uyğun gəlməsi üçün ifadələrin mötəbərliyinə hеç bir şübhə yеri qalmamalıdır. Oхşar yanaşma İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Muradova Azərbaycana qarşı 2 aprеl 2009-cu il tariхli qərarında (128-ci bənd) öz əksini tapmış və polis əməkdaşlarının istintaq hərəkətləri barəsində şahid kimi vеrdiyi ifadələrin “əsaslı şübhə doğurmayan” sübut növünə aid olmadığı göstərilmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi, mənsubiyyəti və mümkünlüyü üzrə qiymətləndirilməsini zəruri hesab edir. Bundan əlavə, məhkəmə tərkibi cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-kimyəvi ekspertizasının 27 noyabr 2023-cü il tarixli, 3-16-16/2-6/6182 saylı rəyi ilə bağlı qeyd edir ki, bu rəy Təqsirləndirilən şəxs aşkar edilməsi sübuta yetirilməyən narkotik vasitə heroinlə bağlıdır. Rəyin özü bilavasitə hər hansı əlavə suallar yaratmır, ekspertə təqdim olunmuş maddə ilə bağlı əsaslandırılmış tədqiqatla gəlinmiş nəticə mövcuddur. Bununla belə, narkotik vasitənin təqsirləndirilən şəxsə məxsus olmaması ilə bağlı gəlinmiş nəticə və buna qədər bütün şübhəli məqamların təqsirləndirilən şəxsin xeyrinə həll olunduğu vəziyyətdə, qeyd edilən ekspert rəyinin təqsirləndirilən şəxsə qarşı deyil, həmin narkotik vasitəni əldə etmiş, hazırlamış, saxlamış, daşımış və satmış şəxsin müəyyən edilməsində sübut kimi istifadə oluna bilməsi mümkündür. Bundan başqa, cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-narkoloji ekspertizasının 09 dekabr 2023-cü il tarixli, 8095 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkməsi halı belə ona qarşı irəli sürülmüş ittiham üzrə sübut kimi qiymətləndirilməsinə əsas ola bilməz. Bununla bağlı “Sakit Zahidov Azərbaycana qarşı” işdə də Avropa Məhkəməsi müəyyən etmişdir ki, narkomaniya xəstəliyinin aşkar olunduğunu təsdiqləyən ekspertiza rəyi özü-özlüyündə şəxsin hətta satış məqsədi olmadan narkotik vasitələri və ya psixotrop maddələrini şəxsi istehlak miqdarından artıq miqdarda görə cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas kimi qəbul edilə bilməz (bax, Sakit Zahidov Azərbaycana qarşı, № 51164/07, § 51, 12 noyabr 2015). Azərbaycan Respublikası Cinayət Prosessual Məcələsinin 25.2.1 insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla əldə edilmiş məlumatlar, sənədlər bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda onlar sübut kimi qəbul edilə bilməzlər. Həmçinin ibtidai istintaq zamanı ifadə vermiş ittiham tərəfinin şahidləri — Şahid1 və Şahid2 ifadələrində göstərdiyi xüsusatlar yuxarıda təhlil olunmuş sübuların məcmusu ilə tam təkzib olunduğundan mötəbər sübut kimi qəbul edilə bilməzlər. Beləliklə məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə verilmiş ittihamın sübutu kimi məhkəməyə təqdim olunan xx.xx.2023-cü il tarixli “əməliyyat axtarış tədbirinin keçirilməsi haqqında” qərar və raportu, xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması” haqqında qərarı, xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolu verilmiş ittihamın həllində sübut kimi qəbul edilməsini mümkünsüz, şahidlər Şahid1 və Şahid2 ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdikləri ifadələri isə mötəbər sübut hesab etməyərək həmin sənədləri və ifadələri sübutların siyahısından çıxarır. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsinə görə ona bəraət verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Həmin maddənin İİ və V hissələri müəyyən edir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Bu, hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 11-ci maddəsinin 1-ci bəndində, Mülki və siyasi hüquqlar haqqında Paktın 14-cü maddəsinin 2-ci bəndində və İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində təsbit olunmuşdur. Həmin müddəalara görə, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri məhkəmə araşdırması vasitəsilə qanun əsasında sübut edilənədək təqsirsiz hesab olunur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 138.2-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə müvafiq olaraq ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Eyni Məcəllənin 349.5.1-ci maddəsinin tələbinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Həmin Məcəllənin 42.1 və 42.1.4-cü maddələrinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 42.2 və 42.2.4-cü maddələrinə əsasən bəraət hökmü həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır. Beləliklə məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsinə görə bəraət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, ittiham orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ittiham verilərkən onun həmin cinayətdə təqsirli olmasını sübut edə bilməmiş, bu barədə ittiham ehtimallar üzərində qurulmuş, ittiham orqanı sübut kimi istinad etdiyi dəlillər yuxarıda qeyd edilən prosessual qanunvericiliyin 144-145-ci maddələrinin tələblərinə uyğun qiymətləndirməmişdir. Hazırkı cinayət işində Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə istintaq orqanı tərəfindən toplanmış sübutlardan, həyata keçirilmiş məhkəmə istintaqının nəticələrindən, həmçinin yuxarıda şərh edilən işin faktiki hallarından da görünür ki, Təqsirləndirilən şəxs qarşı elan olunmuş ittiham üzrə onun təqsirliliyi sübuta yetirilməmişdir. Bununla da məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsi əsasına görə ona bəraət verilməsini əsaslı və qanuni hesab edir. Təqsirləndirilən şəxsin barəsində bəraət hökmü çıxarılması ilə əlaqədar onun barəsində cəzasını yüngülləşdirən və ağırlaşdıran halların nəzərə alınması, tutulduğu müddət, cəza təyini, cəzaçəkmə müəssisəsinin növü, tibbi xarakterli məcburi tədbirlərin tətbiqi, məhkəmə xərcləri, mülki iddia və xüsusi müsadirə edilməli əmlak ilə bağlı məsələlərin müzakirəsi istisna təşkil edəcəkdir. Təqsirləndirilən şəxs baraət verilməsi ilə bağlı onun barəsində seçilmiş həbs növündə qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.5.2-ci maddəsinə əsasən dərhal ləğv edilməli və o, həmin Məcəllənin 357.0.1-ci maddəsinin tələbinə əsasən məhkəmənin hökmü elan edildikdən dərhal sonra həbsdən azad edilməlidir. Cinayət işinin materiallarında olan “Maddi sübut hesab edilməsi” haqqında 04 dekabr 2023-cü il tarixli və 27 may 2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 20,429 qram narkotik vasitə heroin maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutların saxlanılması yerinə təhvil verilmiş, "xxxx" MMC-dən daxil olmuş bir ədəd CD disk sübut əhəmiyyəti kəsb etdiyi üçün maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan qalıq çəkisi 20,429 qram çəkidə narkotik vasitə olan heroin satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış, hazırlamış, istehsal etmiş, emal etmiş, daşımış, göndərmiş, yaxud qanunsuz olaraq narkotik vasitəni satmış şəxsin barəsində cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallarla birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərməli, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə bəraət verildiyindən məhkəmə ekspertizalarının aparılması ilə bağlı ümumilikdə 65 (altmış beş) manat məbləğində xərclər təqsirləndirilən şəxsə aid edilməməli və cinayət törətmiş şəxsin müəyyən edilməsi ilə bağlı aparılacaq cinayət təqibinin nəticəsinə uyğun həll edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 353.3.4-cü maddəsinin tələblərinə əsasən məhkəmənin bəraət hökmündə bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri göstərilməlidir. Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona ziyan vurulması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Bununla belə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən bəraət alması ilə əlaqədar ona cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb olunması və barəsində qətimkan tədbiri seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42, 318, 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilsin və o, verilmiş ittiham üzrə təqsirsiz hesab olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal həbsdən azad edilsin. İş üzrə maddi sübutlar - Abşeron RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan qalıq çəkisi 20,429 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra narkotik vasitəsini əldə etmiş, daşıyaraq saxlamış şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallarla birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. İş üzrə sübut kimi qiymətləndirilmiş, bir ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə bəraət verildiyindən 27 noyabr 2023-cü il tarixli 3-16-16/2-6/6182 nömrəli məhkəməkimyəvi ekspertizasının keçirilməsinə sərf olunan 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs aid edilməsin. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb olunması, barəsində həbs və ev dustaqlığı qətimkan tədbirlərinin seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüquqlarının olması izah olunsun. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-85/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-85/2025
29.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver