Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-86/2024 14.05.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1991-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Sumqayıt şəhəri 10-cu mikrorayon, ev 65, mənzil 102-də qeydiyyatda olmaqla Sumqayıt şəhəri 41 A məhəllə, ev 5B, mənzil 102də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni külli miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, narkomaniya xəstəliyindən əziyyət çəkən Təqsirləndirilən şəxs satış məqsədi olmadan 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İİ siyahısına daxil olan külli miqdarda, təmiz çəkisi 20,40 qram ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib daşıyaraq saxlamış, Sumqayıt şəhər Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinə daxil olan əməliyyat məlumatı əsasında 31 iyul 2022-ci il tarixdə saat 01:15-də həmin bölmənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri 18-ci mikrorayon M.Əsədov küçəsində yerləşən “Daş Bazan”nın yaxınlığında saxlanılaraq ünvan 1 ünvanında yerləşən Sumqayıt şəhər Polis idarəsinin inzibati binasına gətirilib həmin tarixdə saat 02:02-də orada videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarının sağ arxa cibindən qara rəngli sellofan bükümün içərisində 1 ədəd şəffaf sellofan bükümdə satış məqsədi olmadan şəxsi istifadəsi üçün qanunsuz olaraq daşıyaraq saxladığı təmiz çəkisi 20,040 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər narkotik vasitə istifadə etmişə, əhatəsi pis olmuşdur. Ancaq hazırda narkotik vasitə istifadə etmir. Sarayda qalan tanış taksi sürücüsü olmuşdur. İranlı ilə danışmağına o, danışmış, sadəcə olaraq şəxsiyyət vəsiqəsi itmişdir. Onları yol polisi saxlamışdır. “Mal” da sürücüdə olmuşdur. Sürücü ilə şəxsi tanışlığı olmamış, müəyyən tanışları vasitəsilə sürücünü tanımışdır. Sürücü onun yanında olan və yaşadığı Şahid4 tanışı olmuşdur. Sürücüyə Orxan zəng etmişdir. “Mal” ona məxsus olmamış, sürücüyə məxsus olmuşdır. Sadəcə olaraq o, bunların avtomobilində getmişdir. Sarayda olanda taksi sürücüsünü telefonla zəng edib çağırmış, avtomobil gəlmiş, onun heç nədən xəbəri olmadan avtomobilə əyləşmişdir. Avtomobillə Bakıya getmiş, artıq Bakıdan qayıtmaqda olmuşdurlar. Bakıya onlar mal arxasınca getmişdirlər. Qayıdan zaman onları “Daş Bazarı”-nda yol polisi saxlamışdır. Sürücü əlini arxaya uzadaraq bükümü saxlamağını tapşırmış və qaçıb getmişdir. Yol polisi onları saxlayanda üç nəfər olmuşdurlar. Büküm onun üstündə qalmış, bölməyə o, getmişdir. Heç kim olmamış, tək özü boynuna götürmüşdür. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, narkotik vasitəni götürməyə getdiyi adamı tanımamışdır. Narkotik vasitə sürücüyə lazım olmuşdur. Orxan, yaşadığı insan olmuşdur. Orxan da onlarla getmişdir. 1-2 il olardı ki, narkotik vasitəni çəkmək yolu ilə istifadə etmişdir. O, “patı”-dan istifadə etmişdir. Narkotik vasitəni iranlıdan götürmüş, İranlının adı “Mehran” olmuşdur. Narkotik vasitə üçün iranlıya nə qədər pul vəsaiti köçürüldüyündən xəbəri yoxdur. Post Patrul Xidmətinin əməkdaşları avtomobili saxlatmış, sürücü də qaçıb getmişdir. Sürücü ona bükümü saxlamasını demiş, o bükümü götürəndə sürücü qaçıb getmişdir. İbtidai istintaq zamanı qorxduğundan sənədləri oxumayıb imzalamışdır. Orada nə yazılıb, xəbəri olmamışdır. Hazırda bildirdiyi xüsusatları polisdə bildirməmişdir. İlk dəfədir ki, belə bir şey yaşadığı üçün qorxmuşdur. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, Orxan əvvəllər narkotik vasitə istifadə etmişdir. Orxan da onun kimi polis bölməsinə gətirilmişdir. Narkotik vasitə isə qaçan taksi sürücüsünə məxsus olmuşdur. Metamfetamin istifadə etmişdir. Öz iradəsi ilə narkotik vasitə istifadə etməyi tərgitmişdir. Bir qızı vardır və hal hazırda onuncu sinifdə oxuyur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri məhəllə 41 A, 5 b mənzil 102-də anası X4, atası X2, qardaşı X5 və qızı X9 ilə birlikdə yaşayır. 2007-ci ildə Sabirabad rayon sakini Məmmədov Alim ilə ailə həyatı qurmuşdur. Bu nigahdan 2007-ci ilin dekabr ayının 25-də qızı Aysel dünyaya gəlmişdir. Qızı doğulduqdan sonra Alimdən ayrılmış və valideynləri ilə birlikdə yaşamışdır. Bundan sonra ayrı-ayrı yerlərdə fərdi əmək fəaliyyəti ilə məşğul olmuşdur. 2008-ci ildən narkotik vasitələrdən istifadə etməyə başlamışdır. Belə ki, narkotik vasitənin heroin növündən istifadə edir. Heroini yandırıb tüstüsünü udma yolu ilə qəbul edir. Əvvəllər narkotik vasitələri Sumqayıt şəhəri ərazisində müxtəlif tanımadığı şəxslərdən əldə etmişdir. Son zamanlar isə narkotik vasitəni lnstagram sosial şəbəkəsində tanış olduğu Mehran adlı şəxsdən əldə edir. X14 Respublikasının vətəndaşı olduğunu ona demişdir. Mehran öz tanışları vasitəsilə Azərbaycan Respublikası ərazisində narkotik vasitələrin satışı ilə məşğul olduğunu və əgər istəsə ona narkotik vasitə göndərə biləcəyini bildirmişdir. Bundan sonra Mehran ilə arasında səmimi münasibət yaranmış və danışıqlarını votsap sosial şəbəkəsi vasitəsilə davam etdirməyə başlamışdır. Belə ki, ***-***-**-** saylı mobil nömrəsinin votsap proqramı vasitəsilə Mehranın istifadə etdiyi hazırda xatırlamadığı mobil nömrə ilə danışmağa başlamışdır. Təxminən 2022-ci ilin iyun ayının ortalarında Mehranın ona göndərdiyi kart hesabına 500 manat pul göndərmişdir. Həmin vaxtı Mehranın ona göndərdiyi ünvana gedərək Yasamal rayonu ərazisində 50 qram heroin götürmüşdür. Həmin heroini özü istifadə edib qurtarmışdır. 30 iyul 2022-ci il tarixdə Mehranla əlaqə saxlayaraq 20 qram “patı” adlandırılan psixtrop maddə metamfetamin istəmişdir. Mehran 1 qram metamfetamini aşağı qiymətə 14 manata satdığından hər dəfə özünə lazım olanda narkotik vasitə və psixotrop maddəni Mehrandan əldə edirmiş. Bundan sonra Mehranın ona göndərdiyi Beynəlxalq banka məxsus kart hesabına 270 manat pul göndərərək saat 21 radələrində qəbzin şəklini çəkib Mehrana göndərmişdir. Təxminən 15 dəqiqə sonra Mehran onunla əlaqə saxlayaraq Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən Bravo marketin yaxınlığında yerləşən məhəllədə hansısa bir qapının kənarında psixotrop maddə metamfetaminin gizlədildiyini demişdir. Həmin yerin şəklini çəkərək votsap proqramı vasitəsilə mobil telefonuna göndərmişdir. Bundan sonra sevgi münasibətində olduğu Şahid4 xahiş etmişdir ki, onunla birlikdə Yasamal rayonu ərazisinə getsin. Orxan ondan Yasamal rayonuna nə məqsədlə gedəcəklərini soruşduqda ona Yasamal rayonunda rəfiqəsi ilə görüşəcəyini bildirmişdir. Bundan sonra Orxan ilə görüşərək tanımadıqları taksi avtomobili ilə Yasamal rayonu ərazisinə getmişlər. Mehranın ona dediyi yerin yaxınlığında avtomobildən düşərək Orxana avtomobildə gözləməsini bildirmişdir. Bundan sonra həmin yerin yaxınlığına gedərək ətrafı axtarsa da Mehranın həmin yerə qoydurduğu metamfetamini tapa bilməmişdir. Mehrana zəng edərək metamfetamini tapa bilmədiyini bildirmişdir. Mehran onun Azərbaycanda olan adamının ona köməklik edərək metamfetaminin yerini bildirəcəyini demişdir. Həmin yeri axtaran zaman bir nəfər cavan oğlan yanından keçərək telefonla özünü danışırmış kimi apararaq telefonu qulağına qoyub yanından keçən zaman metamfetaminin gizlədildiyi yeri ona işarə edərək göstərmişdir. Həmin şəxs dayanmayaraq yanından ötüb keçmişdir. Həmin şəxsin işarə etdiyi yerə baxan zaman bir ədəd qara rəngli sellofan bağlama olmasını görüb götürmüşdür. Həmin bağlamanı əynində olan qara rəngli cins şalvarının sağ arxa cibinə qoyaraq gizlətmişdir. Bundan sonra avtomobilə gələrək əyləşmişdir. Orxana rəfiqəsi görüşdüyünü və geri qayıda biləcəklərini demişdir. Bundan sonra taksi ilə Sumqayıt şəhərinə qayıtmışlar. Sumqayıt şəhərində 18-ci mikrorayonda yerləşən daş bazarınn yaxınlığında taksidən düşmüşlər. Artıq həmin vaxtı 31 iyul 2022-ci il saat 01 radələri olmuşdur. Bundan sonra 18-ci mikrorayon M.Əsədov küçəsində Daş bazarının qarşısında Orxan ilə piyada gedən zaman saat 01:15 dəqiqədə mülki paltarda olan şəxslər onlara yaxınlaşaraq özlərini təqdim edib Sumqayıt şəhər Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları olduqlarını və üzərində narkotik vasitə gəzdirməyi barədə məlumat aldıqlarını bildirmişlər. Polis əməkdaşları üzərində narkotik vasitə olduğunu soruşduqda polislərə üzərində psixotrop maddə metamfetmin olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onu və Orxanı xidməti avtomobil ilə Sumqayıt ŞPİ-nə gətirmişlər. Polis İdarəsində Səadət adlı təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin olunmuşdur. Belə ki, özü Sumqayıt Regional vəkillər bürosunun vəkili Müdafiəçi2 müdafiəçisi olmasını bildirmişdir. Bundan sonra Müdafiəçi2 müdafiəçisi kimi təyin olunmuşdur. Bundan sonra polis əməkdaşlarının və müdafiəçisi Müdafiəçi2 iştirakı ilə üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış keçiriləcəyini bildirmişlər. O da buna etiraz etməmişdir. Şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli şalvarının arxa sağ cibində saxladığı qara rəngli sellofan bükümdə olan patı adlandırılan psixotrop maddəni çıxararaq təqdim etmişdir. Polis əməkdaşlarına üzərindən aşkar olunan kütlənin psixtrop maddə metamfetamin olduğunu, ona məxsus olduğunu və özü istifadə etmək məqsədilə üzərində gəzdirdiyini bildirmişdir. Polis əməkdaşları həmin psixotrop maddəni haradan əldə etdiyini soruşduqda sosial şəbəkədə tanış olduğu İran vətəndaşının göndərdiyi kart hesabına 270 manat pul yüklədiyini və həmin psixotrop maddə metamfetamini iranlının Yasamal rayonu ərazisində gizlədərək yeri barədə ona məlumat verdiyini bildirmişdir. Bundan sonra üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin elekton tərəzidə çəkilmiş və çəkisinin 20,87 qram olması müəyyən edilmişdir. Həmin psixotrop maddə metamfetamin təhqiqatçı tərəfindən bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmışdır. Bundan başqa ona məxsus olan bir ədəd “Redmi” markalı mobil telefon da təhqiqatçı tərəfində qablaşdırılaraq götürülmüşdür. Zərfin üzəri onun tərəfindən imzalandıqdan sonra möhürlənərək götürülmüşdür. Bu barədə protokol tərtib edilərək ucadan oxunmuş, o da digər iştirakçılar kimi protokolun doğru olmasını imzası ilə təsdiq etmişdir. Üzərindən aşkar olunan psixotrop maddə metamfetamini özü istifadə etmək məqsədilə üzərində gəzdirmişdir. Həmin narkotik vasitədən kiməsə satmaq və ya pay vermək kimi bir niyyəti olmamışdır. Narkotik vasitə aldığı İran vətəndaşı ilə sosial şəbəkədə tanış olmuşdur. Onun adının Mehran olduğunu bilir. Bundan başqa onun barəsində heç bir məlumatı yoxdur. Şahid4 və taksi sürücsünün onun Yasamal rayonu ərazisindən metamfetamin götürməyində nə iştirakları nə də ki, məlumatları olmamışdır. Yasamal rayonu ərazisində Mehranın dediyi yerdən psixotrop maddə metamfetamini götürdükdən sonra Sumqayıt şəhərinə qayıdarkən yolda Mehran ilə sırasında olan bütün yazışmaları, ona göndərdiyi fotoşəkilləri və digər məlumatların hamısını mobil telefonundan silmişdir. Ona görə də telefonuna baxış keçirilən zaman onunla arasında olan yazışmalar aşkar edilməmişdir. İstər saxlanılan zaman istərsə də polis idarəsində olduğu müddətdə ona qarşı hər hansı formada təzyiqlərə yol verilməmişdir. Narkotik vasitələrdən istifadə etdiyinə görə tutulduğundan və polis idarəsində olduğundan vicdan əzab çəkmişdir. Ona görə üzərimdə şəxsi axtarış aparılan zaman ağlamağının səbəbi vicdan əzabı çəkməyidir. Saxlanılan zaman polis əməkdaşları tərəfindən ona qarşı hər hansı qeyri insani rəftar olmamışdır. Polis əməkdaşları ona qarşı nəzakətlə davranmışlar. Şəxsi axtarış keçirən zaman ağlamağının polis əməkdaşları itə heç bir əlaqəsi yoxdur. Redmi markalı mobil telefonda 050-499-35- 98 və ***-***-**-** saylı mobil nömrələrdən istifadə edir. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəni təsdiq edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılan zaman yanında Orxan adlı şəxs də olmuşdur. Günelgili gecə saat 1-2 radələrində “Daş Bazarı” istiqamətində saxlamış və polis idarəsinə gətirmişdirlər. Saxlanılan şəxs qadın olduğu üçün idarədə qadın əməkdaş çağırılmış, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilmişdir. Günelin üzərindən metamfetamin aşkar olunmuşdur. Məlumat Təqsirləndirilən şəxs narkotik vasitəni üzərində gəzdirməsi, saxlaması və satması barədə olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitə satması ilə bağlı hansısa sübutun əldə olunubolunmadığını bilmir. Bu, istintaqın hərəkətləridir. Bu barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs saxlanan zaman iyul ayının axırları - 30-31-i olardı. Bununla bağlı ifadəsində qeyd olunan, 31 iyul 2022-ci il tarixdə əməliyyat tədbirinin keçirilməsi və sözügedən şəxsin saxlanması ilə bağlı xüsusatı təsdiq edir. Güneli “Daş Bazarı” istiqamətində saxlamışdırlar. Şahid Sumqayıt ŞPİ-nin NMB-nin baş əməliyyat müvəkkili Şahid2 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Sumqayıt Şəhər Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləməklə polis kapitanı xüsusi rütbəsi daşıyır. ünvan 4 ünvanında qeydiyyatda olmaqla ünvan 5 Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi olmamışdır. 31 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, istifadə etməsi, satışı ilə məşğul olması və üzərində daşıması barədə əməliyyat məlumatları daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət başında yaxalanması məqsədilə NMB-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Həmin qərar ŞPİ-nin rəhbərliyi tərəfindən təsdiq olunduqdan sonra ŞPİ-nin NMB-nin baş əməliyyat müvəkkili Rövşən Mirasaatovun rəhbərliyi altında NMB-nin baş əməliyyat müvəkkili Şahid1, təhqiqat bölməsinin təhqiqatçısı Səadət Qənbərov, kriminalistik təhqiqatlar qrupunun ekspert kriminalisti Elnur Qocayev və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Sonra isə əməliyyat müvəkkili Şahid2 və onun tərəfindən Təqsirləndirilən şəxs ola biləcəyi yer müəyyən edilərək Sumqayıt şəhəri 18-ci mikrorayon M.Əsədov küçəsində yerləşən “Daş bazarının” ətrafı müşahidəyə götürülmüşdür. 31 iyul 2022-ci il tarixdə saat 01:15-də Təqsirləndirilən şəxs həmin ərazidə piyada hərəkət etdiyini görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin vaxtı Təqsirləndirilən şəxs yanında sonradan adı məlum Şahid4 adlı şəxs də olmuşdur. Təqsirləndirilən şəxs və yanında olan Şahid4 adlı şəxsə özlərini təqdim edərək Güneldən üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmamasını soruşmuşdur. Təqsirləndirilən şəxs üzərində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin yerdə müvafiq sənədlərin tərtib olunması mümkün olmadığından, insanların intensivliyini və hər hansı bir müdaxilə ola biləcəyini nəzərə alıb orada Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmayaraq üzərində şəxsi axtarış aparılması məqsədi ilə onu Sumqayıt ŞPİ-nə gətirmişlər. Bundan başqa Şahid4 də Sumqayıt ŞPİ-nə gətirmişlər. İdarədə Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçi dəvət olunmuşdur. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı barədə məlumat verildikdə o, üzərində şəxsi axtarış aparılmasına heç bir etirazı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman iştirak etməsi üçün iş üzrə heç bir marağı olmayan eyni cinsdən olan Sumqayıt şəhəri Ceyranbatan qəsəbə sakini Şahid3 da şəxsi axtarış keçirilməsində iştirak edərək Təqsirləndirilən şəxsmn üzərinin yoxlanılması məqsədilə dəvət olunmuşdur. Bundan sonra ŞPİ-nin X1 ekspert kiriminalisti X7 tərəfindən videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxsmn üzərində şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ arxa cibindən saxlamış olduğu bir ədəd qara rəngli sellofan bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümün içərisi açıldıqda içərisində ağ rəngli şəffaf selofan bükümdə olan şəffaf rəngli kristal hissəciklərdən ibarət psixotrop maddə metamfetaminə oxşar kütlə olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin kütlənin patı adlandırılan psixotrop maddə metamfetamin olduğunu və özü istifadə etmək məqsədilə üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs həmin psixotrop maddə metamfetamini haradan əldə etməsini soruşduqda sonuncu həmin kütləni instagram sosial şəbəkəsində təsadüfən tanış olduğu iran vətəndaşının hesabına 270 manat pul göndərdiyini və həmin şəxsin metamfetamini Bakı şəhəri Yasamal rayonu ərazisində gizlədərək yeri barədə ona məlumat verdiyini və həmin yerə gedərək oradan götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş kütlə elektron tərəzidə çəkilmiş və çəkisinin 20,87 qram olması müəyyən edilmişdir. Bundan başqa Günel Şabalı əynində olan şalvarının sağ yan cibindən bir ədəd özünə məxsus Redmi markalı mobil telefonu çıxararaq təqdim etmişdir. Daha sonra şəxsi axtarış keçirilməsində iştirak edən Şahid3 Təqsirləndirilən şəxsmn üzərini yoxlamaqla şəxsi axtarış keçirsə də iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxsmn üzərindən aşkar edilərək götürülmüş kütlə ekspertizaya göndərilməsi üçün təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxsmn üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib olunaraq ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ilə birlikdə Sumqayıt ŞPİ-nə gətirilmiş Şahid4 yazılı razılığı əsasında o və Şahid2 iştirakı ilə təhqiqatçı Səadət Qənbərov tərəfindən onun üzərinə baxış keçirilsə də onun üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bununla bağlı protokol tərtib edilərək ucadan oxunmuş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Şahid4 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə heç bir əməliyyat məlumatı daxil olmamışdır. Sumqayıt ŞPİ-nə yalnız Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs saxlanılan zaman Şahid4 də onunla birlikdə olduğundan Sumqayıt ŞPİ-nə gətirilmişdir. Daxil olmuş əməliyyat məlumatlarında Təqsirləndirilən şəxsmn narkotik vasitələri və psixotrop maddələri şəxsi istifadəsi üçün əldə etməsi ilə yanaşı onun Sumqayıt şəhəri ərazisində narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuşdur. Təqsirləndirilən şəxsmn narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı əvvəllər Sumqayıt ŞPİ-nə əməliyyat məlumatları daxil olsa da saxlanılan zamanadək onun cinayət başında ifşa edilməsi mümkün olmamışdır. Şahid3 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri Ceyranbatan qəsəbəsində yaşayır. 31 iyul 2022-ci il tarixdə Sumqayıt şəhəri Birləşmiş məhəllədə yaşayan qohumunun evinə qonaq getmişdir. Həmin gecə saat 01:30 radələrində evinə qayıtmaq istəmişdir. Bu məqsədlə evdən çıxıb piyada hərəkət edirmiş. Sumqayıt Şəhər Polis idarəsinin qarşısından keçib gedən zaman bir nəfər polis əməkdaşı ona yaxınlaşaraq hansısa bir qadın cinsindən olan şəxsi narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bildikləri üçün Sumqayıt ŞPİ-nə gətirdiklərini və həmin şəxsin üzərində şəxsi axtarış keçirilən zaman həmin şəxsin üzərinin onun tərəfindən yoxlanılmasını xahiş etmişdir. O da polis əməkdaşlarına etiraz etməyərək həmin şəxsin üzərində şəxsi axtarış keçirilməsində iştirak etməyə və həmin şəxsin üzərini yoxlamağa etiraz etmədiyini bildirmişdir. Bundan sonra həmin polis əməkdaşı ilə birlikdə Sumqayıt ŞPİ-nin inzibti binasının dördüncü mərtəbəsindəki otağa qalxmışlar. Həmin vaxtı ona məlum olmuşdur ki, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılmış şəxs Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxsdır. Polis əməkdaşlarının deməsindən ona məlum olmuşdur ki, həmin şəxsi Sumqayıt şəhəri 18-ci mikrorayon ərazisində daş bazarının yaxınlığında piyada hərəkət edən zaman saxlayaraq Sumqayıt ŞPl-nə gətirərək şübhəli şəxs qismində tutumuşlar. Bundan sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ arxa cibində saxlamış olduğu bir ədəd qara rəngli sellofan bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümün içərisi açıldıqda içərisində ağ rəngli şəffaf sellofan bükümdə olan şəffaf rəngli kristal hissəciklərdən ibarət psixotrop maddə metamfetaminə oxşar kütlə olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin kütlənin patı adlandırılan psixotrop maddə metamfetamin olduğunu və özü istifadə etmək məqsədilə üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs həmin psixotrop maddə metamfetamini haradan əldə etməsini soruşduqda sonuncu həmin kütləni instagram sosial şəbəkəsində təsadüfən tanış olduğu iran vətəndaşının hesabına 270 manat pul göndərdiyini və həmin şəxsin metamfetamini Bakı şəhəri Yasamal rayonu ərazisində gizlədərək yeri barədə ona məlumat verdiyini və həmin yerə gedərək oradan götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş kütlə elektron tərəzidə çəkilmiş və çəkisinin 20,87 qram olması müəyyən edilmişdir. Bundan başqa Günel Şabalı əynində olan şalvarının sağ yan cibindən bir ədəd özünə məxsus Redmi markalı mobil telefonu çıxararaq təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərini yoxlasa da iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kütlə ekspertizaya göndərilməsi üçün təhqiqatçı tərəfindən qablaşdınlaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib olunaraq ucadan oxunmuş və o da digər iştirakçılar kimi protokolu imzası təsdiq etmişdir. Şahid4 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri 8-ci mikrorayon ev 30, mənzil 10-da yaşayır. Təqsirləndirilən şəxs tanıyır. Onunla arasında ədavət və düşmənçiliyi yoxdur. Günel ilə əvvəllər sevgili münasibətində olmuşdur. Çox vaxt Günel ilə birlikdə yaşamışdır. Günel əvvəllər ailəli olmaqla sonradan boşanmış və bir azyaşlı uşağı vardır. 30 iyul 2022-ci il tarixdə axşam saat 22 radələrində Günel ondan xahiş etmişdir ki, onunla birlikdə Bakı şəhəri Yasamal rayonuna getsin. Güneldən nə səbəbə Yasamal rayonuna getdiyini soruşduqda Günel hansısa bir rəfiqəsi ilə görüşəcəyini bildirmişdir. O da Günele etiraz etməyərək onunla birlikdə Yasamal rayonuna gedəcəyini bildirmişdir. Bundan sonra Günel ilə birlikdə tanımadığı taksi avtomobili sifariş edərək Bakı şəhərinə getmişlər. Yasamal rayonu ərazisində yerləşən “Bravo” marketin yaxınlığında Günel hansısa bir məhəlləyə avtomobili sürdürüb maşından düşmüşdür. Daha sonra Günel rəfiqəsi ilə görüşərək bir neçə dəqiqə sonra qayıdacağını bildirmişdir. Ona görə də taksi sürücüsü ilə birlikdə avtomobildə gözləmişdir. Günel maşından düşüb məhəllənin içərisinə getmişdir. Bir neçə dəqiqə sonra Günel geri qayıdaraq rəfiqəsi ilə görüşdüyünü və geri qayıtmalı olduqlarını bildirmişdir. Ona görə də birlikdə Sumqayıt şəhərinə geri qayıtmışlar. Sumqayıt şəhəri 18-ci mikrorayon ərazisində yerləşən Daş bazarının yaxınlığında taksidən düşmüşlər. Taksi avtomobili çıxıb getmişdir. Onlar isə Daş bazarının qarşısı ilə piyada hərəkət edirmişlər. Həmin vaxtı artıq 31 iyul 2022-ci il saat 01:15 radələri olmuşdur. Bu zaman mülki paltarda olan şəxslər onlara yaxınlaşaraq özlərini təqdim edib Sumqayıt şəhər Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları olduqlarını və Günelə üzərində narkotik vasitə gəzdirməyi barədə məlumat aldıqlarını bildirmişlər. Polis əməkdaşları Güneldən üzərində narkotik vasitə olduğunu soruşduqda Günel polislərə üzərində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Polis əməkdaşları ondan üzərindən hər hansı qanunsuz əşya olub-olmadığım soruşduqda polis əməkdaşlarına üzərində hər hansı qanunla qadağan edilən əşya və ya predmet olmadığını və Günelin üzərindən narkotik vasitə gəzdirməyindən məlumatı olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları onu və Güneli xidməti avtomobil ilə Sumqayıt ŞPİ-nə gətirmişlər. Polis idarəsində əvvəlcə Günelin üzərində şəxsi axtarış aparılacağını polislər ona bildirmişdir. Həmin vaxtı polis idarəsinin inzibati binasında otaqlardan birində olmuşdur. Günelin üzərində şəxsi axtarış keçirilməsindən sonra polis əməkdaşlarının deməsindən ona məlum olmuşdur ki, şəxsi axtarış zamanı Günelin üzərindən bir ədəd bükümdə külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Günel həmin psixotop maddəni sosial şəbəkədə tanış olduğu İran vətəndaşının göndərdiyi kart hesabına 270 manat pul yüklədikdən sonra iranlının Yasamal rayonu ərazisində gizlətdiyi yerə gedərək oradan götürdüyünü bildirmişdir. Bundan sona polis əməkdaşları onun da üzərinə baxış keçirəcəklərini bildirmişlər. Üzərinə baxış keçirilməsinə heç bu- etirazı olmadığını bildirərək bununla bağlı yazılı razılıq ərizəsi vermişdir. Daha sonra Səadət adlı təhqiqatçı tərəfindən polis əməkdaşlarının iştirakı ilə onun üzərinə baxış keçirilmişdir. Lakin üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bununla bağlı protokol tərtib edilərək ucadan oxunmuş və protokol o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Narkotik vasitələrin heç bir növündən istifadə etmir. Günelin narkotik vasitələrdən istifadə etdiyini əvvəlcədən bilməmişdir. Günel ona Yasamal rayonunda rəfiqəsi ilə görüşəcəyini bildirərək onunla birlikdə getməyini xahiş etmişdir. O da Günele etiraz etməmişdir. Sumqayıt şəhərində polis əməkdaşları onları saxlayan zaman ona məlum olmuşdur ki, Günel Yasamal rayonu ərazisindən metamfetamin götürmüşdür. Əvvəlcədən Günelin metamfetamin götürməsi üçün Yasamal rayonuna getməsindən və metamfetamin götürməsindən heç bir məlumatı olmamışdır. Bakı şəhəri Yasamal rayonuna getdikləri taksi sürücüsünü təsadüfən yoldan saxlatdırmışlar. Həmin şəxsin kim olmasını bilmir. Həmin taksi avtomobili dövlət qeydiyyat nişanını xatırlamadığı Opel markalı avtomobil olmuşdur. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2022-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” qərar, eyni tarix və məzmunlu raportdan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsi, satışı və üzərində gəzdirməsi barədə dəqiq və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Şəxsi axtarış və götürmə aparılması haqqında” 31 iyul 2022-ci il tarixli protokol və həmin protokola əlavə edilmiş CD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının arxa sağ cibindən qara rəngli sellofan bükümdə olan 20,87 qram psixotrop maddə metamfetamini çıxardaraq təqdim edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/4109 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Vətəndaş Təqsirləndirilən şəxs...” sözləri və imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 20,040 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-n İ siyahısına daxildir. Metamfetaminin tədqiqatdan sonra qalıq çəkisi 19,990 qram təşkil edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 5199 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılq sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 2455 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti olaraq pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CMnin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətkərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə özü və ətrafındakılara zərər yetirmək təhlükəsi müəyyən edilmədi. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi barədə 22 sentyabr 2022-ci il tarixli protokol məhkəmə istintaqı zamanı tədqiq edilərkən iş üçün əhəmiyyət kəsb edən hər hansı bir hal aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 16 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 ədəd bükümdə 19,990 qram qalıq psixotrop maddə metamfetamin cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və saxlanılmasından ötrü Sumqayıt ŞPİ-nin maddi sübutları saxlanc anbarına təhvil verilmişdir. Bundan başqa “şəxsi axtarış və götürmə haqqında” 31 iyul 2022-ci il tarixli istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 1 ədəd “DVD” disk cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Məhkəmə, tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən aşağıdakı əsaslara görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əldə etdiyi külli miqdarda psixotrop maddəni satış məqsədi ilə əldə etməsini təsdiq edən heç bir dəlil, birbaşa və ya dolayı sübut müəyyən edilməmişdir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir ki, o, məhz satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamin əldə etmiş, saxlamış və daşımışdır. Lakin istintaq orqanı təqsirləndirilən şəxsin psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən iş materiallarında olan heç bir sübuta istinad etməməklə yanaşı, təqsirləndirilən şəxsə bununla bağlı verdiyi ittihamda şəxsin həmin maddə ilə təqsirliliyini müəyyən edən hər hansı dəlil belə göstərməmişdir. İstintaq orqanı təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə istinad edərək göstərmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Halbuki, istintaq orqanı təqsirləndirilən şəxsə verdiyi ittihamda və cinayət təqibi ilə bağlı topladığı materiallarda təqsirləndirilən şəxs tərəfindən psixotrop maddənin satacağı istehlakçı ilə razılığın əldə edilməsi, bu məqsədlə kiminləsə sövdələşməsi, psixotrop maddənin məhz satış məqsədi ilə çəkilib bir neçə xırda bağlamalara bükülməsi, həmçinin onda tərəzinin və digər vasitələrin olması ilə bağlı ümumiyyətlə heç bir dəlil və sübut gətirməmişdir. Məhkəmə həmçinin xüsusi qeyd edir ki, Təqsirləndirilən şəxs psixotrop maddənin satışı ilə məşğul olması ilə bağlı ittiham verilsə də üzərindən tərəzi aşkar edilməmişdir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarda və işin materiallarında təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş psixotrop maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut müəyyən edilməmişdir. İstintaq orqanı təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin tərkibinin olması qənaətinə gələrkən, psixotrop maddənin külli miqdarda olmasına iş materiallarında öz əksini tapan yeganə sübut kimi istinad etməyə çalışsa da, yalnız bu əlamət özü özlüyündə “satış məqsədinin” qeyd-şərtsiz sübutu kimi əsas götürülə bilməz. Odur ki, məhkəmə cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1ci maddəsinə tövsif edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” 26 aprel 2022-ci il tarixli qanuna əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinə yeni məzmunda 234.1-1-ci maddə əlavə edilmişdir. Beləliklə, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə uyğun olmaqla, həmin cinayət əməlinin onun tərəfindən törədilməsi məhkəmə tərəfindən tam sübuta yetirilmiş hesab edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Qeyd olunanlarla bağlı məhkəmə təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1ci maddəsinə tövsif edilməsini əsaslı və qanuni hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyası hədlərində cəza təyin edilməsi qanuni və əsaslıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmiş, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş 16 Saylı MKS-i tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 10-cu mikrorayon ərzasində yaşadığı müddət ərzində onun barəsinə 16 saylı MKS-nə heç bir şikayət daxil olmamışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs uşağı X9 xx.xx.2007-ci il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmayandır. Cinayət işinin materiallarında olan DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinin tələblərinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında 31 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuş, 01 avqust 2022-ci il tarixli tarixli qərardan görünür ki, təqsiləndirilən şəxs barəsinə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, məhkəməyə qədər icraat dövründə və məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 31 iyul 2022ci il tarixdən 01 avqust 2022-ci il tarixədək həbsdə saxlandığı, 2 (iki) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilən azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 14 may 2024-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1.-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-cimaddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki iş üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Sumqayıt ŞPİ-nin maddi sübutları saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 19,990 qram olan metamfetamin məhv edilməli və 1 ədəd “DVD” diskin isə iş materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 81 (səksən bir) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 31 iyul 2022-ci il tarixdən 01 avqust 2022-ci il tarixədək həbsdə saxlandığı 2 (iki) gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 3 (üç) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs təyin olunan azadlıqdan məhrum etmə cəzasının əvvəli hökmün elan olunduğu 14 may 2024-cü il tarixdən hesablansın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış Sumqayıt ŞPİ-nin maddi sübutları saxlanc anbarına təhvil verilmiş 19,990 qram qalıq metamfetamin məhv edilsin, 1 ədəd “DVD” diskin isə iş materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 81 (səksən bir) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-86/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-86/2024
14.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver