Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-86/2025 21.06.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi - X8, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, zərərçəkmiş şəxslərin hüquqi varisləri X2, X1, zərərçəkmiş şəxsin hüquqi varisi Mehriyə İsmayılovanın nümayəndəsi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxx 1994-cü il tarixdə Yardımlı rayonunun Zenqaran kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, Yardımlı rayon polis şöbəsinin Post patrul xidməti bölüyünün sabiq polis nəfəri, polis serjantı, Yardımlı rayonunun Zenqaran kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.3, 120.2.4 və 120.2.7-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs ümumi təhlükəli üsulla, zərərçəkmiş şəxsin xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar onun özünü və ümumi təhlükəli üsulla digər şəxsi, ümumilikdə iki nəfər şəxsi qəsdən öldürmüş, yəni onları qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, Yardımlı rayon polis şöbəsinin Post patrul xidməti bölüyünün polis nəfəri vəzifəsində işlədiyi müddətdə Yardımlı Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Rauf Babaşov tərəfindən təsdiq edilmiş 1 mart 2024-cü il tarixli, 3-13116/Ə114/24 nömrəli əmrə əsasən 2 mart 2014-cü il tarixdən Yardımlı rayon polis şöbəsinin xidmət üzrə rəis müavini, polis mayoru Zərərçəkmiş şəxs1 rəhbərliyi ilə həmin şöbənin post patrul xidməti bölüyünün polis nəfərləri, polis serjantı Şahid2, polis serjantı Şahid1 və polis kiçik serjantı Zərərçəkmiş şəxs2 ibarət yaradılmış qrupun tərkibində Şuşa rayonunun Böyük Qaladərəsi kəndində yerləşən xidməti postda ezamiyyətdə olarkən, 13 mart 2024-cü il tarixdə, təxminən gecə saat 03 radələrində yuxudan oyanıb, həmin tarixdə, saat 03:00-dan 06:00dək nəzərdə tutulmuş post növbəsini polis nəfəri Şahid2 təhvil alsa da, polis etik davranış kodeksinin 14-cü maddəsində nəzərdə tutulmuş xidmətdə olarkən vaxtını xidməti vəzifələrindən kənar işlərə sərf etməməsi ilə bağlı tələbini pozub çöl şəraitində müəyyən edilmiş xidməti əraziyə çıxmayaraq qrup üzvləri ilə birlikdə müvəqqəti yaşadıqları evin zalında oturub çay içərək televizora baxdığı zaman xidməti təşkil etməklə, həmin xidmətə nəzarəti həyata keçirən Zərərçəkmiş şəxs1 istirahət etdiyi otaqdan dəhlizə çıxıb xidməti vəzifələrinin icrası ilə əlaqədar ona yaxınlaşaraq xidməti nə üçün otaq şəraitində apardığını irad tutarkən, o da polis etik davranış kodeksinin 6-1 -ci maddəsində nəzərdə tutulmuş yuxarı vəzifəli şəxslərin qərar və hərəkətlərini müzakirə və şərh etməmək barədə tələbinə məhəl qoymayaraq bilavasitə tabeliyində olduğu, ondan vəzifə və rütbəcə yuxarı olan Zərərçəkmiş şəxs1 iradlarının qarşılığında heç bir əsaslı səbəb göstərmədən divanda oturub televizora baxdığını, on beş dəqiqə müddətdən bir xidməti əraziyə gedib nəzarət etdikdən sonra yenidən evə geri qayıtmaqla xidməti icra etməli olduğunu deməsindən sonra Zərərçəkmiş şəxs1 təkrar olaraq ona xidməti düzgün aparmadığını bildirib haqlı irad tutarkən onların arasında mübahisə yaranmış, həmin vaxt qrup üzvləri Şahid1 və Şahid2, daha sonra Zərərçəkmiş şəxs2 səs küyə yuxudan oyanaraq istirahət etdikləri otaqdan dəhlizə çıxıb Zərərçəkmiş şəxs1 sakitləşdirməyə çalışsalar da, sonuncu sakitləşməyərək düzgün xidmət aparmadığını bir daha irad bildirdiyi halda, uzun illərdən sonra işğaldan azad edilmiş, eyni zamanda gecə vaxtı hər hansı bir təhlükənin olma ehtimalının yüksək olduğu bölgədə aparılan xidmətə, eləcə də bildirdiyi haqlı iradlara onun biganə yanaşmasından əsəbiləşib öz emosiyalarına qapılaraq üzbəüz vəziyyətdə onun sol üz nahiyəsinə bir sillə zərbəsi vuraraq xidmətini çöldə aparmalı olduğunu demişdir. Bundan sonra o, özündən fiziki cəhətdən güclü və xidmət üzrə rəis müavini olan Zərərçəkmiş şəxs1 xidməti düzgün aparmadığı barədə iradlarına heç bir söz demədən sonuncunun xidməti çöl şəraitində aparması barədə tələbindən sonra istirahət otağına keçərək xidməti üst geyimini geyinib ezamiyyətə göndərilərkən ona təhkim olunmuş “Kalaşnikov” konstruksiyalı, 7.62 mm kalibrli, “AKM” markalı, “XЯ 9890” nömrəli avtomat silahını götürərək polis etik davranış kodeksinin 9-cu maddəsində göstərilən rəislərin (komandirlərin), yaşda və rütbədə özündən böyük həmkarlarının irad və tənqidini səmimi qəbul etməklə, onlardan düzgün nəticə çıxarmalı, riyakarlıqla özünü doğrultmağa yox, səhvlərini düzəltməyə çalışmalı olmasına baxmayaraq əsəbi halda evi tərk etməklə həyətə açılan dəmir qapını möhkəm örtüb müvəqqəti qaldıqları fərdi yaşayış evinin ön tərəfində, 24 metr məsafədə yerləşən xidməti ərazidə özlərinin təyin etdiyi postun mövcud olduğu istiqamətdə gedən zaman qapının möhkəm çırpıldığını eşidən Zərərçəkmiş şəxs1 tabeçiliyində olan polis nəfərinin iradlarına aqressiv formada münasibət bildirməsini və tabesizlik ilə müşayiət olunan davranış nümayiş etdirməsini özlüyündə rəhbər tutub ardınca çölə çıxaraq ona tərəf getmiş, o, Zərərçəkmiş şəxs1 ona tərəf yaxınlaşdığını və sonuncunun ardınca digər polis nəfərlərinin gəldiyini görüb Zərərçəkmiş şəxs1 dayanmasını, əks halda sonuncuya atəş açacağını desə də, Ramiz İsmaylov onun dediklərinə məhəl qoymayaraq yüksək tonla və hökmranə tərzdə nalayiq ifadə işlədib ona tərəf getmək istəyəndə, Zərərçəkmiş şəxs1 ondan təkidlə çöl şəraitində xidmət aparmasını tələb etməsi, eyni zamanda həmin tələbdən irəli gələn yaranmış münaqişədən sonra ünvanına iş yoldaşlarının yanında təhqiramiz ifadə işlətməklə, şərəf və ləyaqətini alçaltması, şəxsi heyətin qarşısında nüfuzdan salmasının təsiri altında formalaşmış qisas niyyəti ilə Zərərçəkmiş şəxs1 qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə polis nəfərləri Şahid1, Zərərçəkmiş şəxs2 və Şahid2 gözləri qarşısında, eləcə də evin ön hissəsindəki elektrik lampasının ətrafı işıqlandırdığı aydın görüntü şəraitində, sonunculardan Şahid1 Zərərçəkmiş şəxs1 tutub saxladığını, sonuncunun arxa tərəfində Şahid2 nisbətən, Zərərçəkmiş şəxs2 isə təxminən bir metr məsafədə olduğunu bildiyi halda, açacağı atəş nəticəsində güllənin həmin şəxslərə dəyib həyat və sağlamlıqları üçün real ictimai təhlükəli nəticələr törədəcəyini qabaqcadan görüb dərk etməsinə baxmayaraq, Zərərçəkmiş şəxs1 münasibətdə bu cür nəticələrin baş verməsini arzu edərək, Zərərçəkmiş şəxs2 münasibətdə isə bu cür nəticələrin baş verməsini arzu etməsə də, şüurlu surətdə yol verərək sandıqçasında 30 (otuz) ədəd 7,62x39 mm kalibrli döyüş patronu olan “Kalaşnikov” konstruksiyalı, 7.62 mm kalibrli, “AKM” markalı, “XЯ 9890” nömrəli avtomat silahın qoruyucusunu sağ əli ilə açıb silahı tək-tək atəş rejimində atışa hazır vəziyyətə gətirərək Şuşa rayonunun Böyük Qaladərəsi kəndində müvəqqəti qaldıqları evin ön tərəfində, durduğu yerdən təxminən 11 metr məsafədən Zərərçəkmiş şəxs1 sinə nahiyəsi istiqamətində tuşlayıb 2,5 kq qüvvə ilə tətiyi qəsdən basmaqla, ümumi təhlükəli üsulla qəsdən bir dəfə atəş açaraq, Zərərçəkmiş şəxs1 sağ və sol ciyərlərin yaralanması, qabırğaların sınıqları ilə müşayiət olunan, döş qəfəsini dəlib-keçən, dərəcəsinə görə ölümlə nəticələnən sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə, eləcə də Zərərçəkmiş şəxs1 bədən nahiyəsini dəlib-keçmiş güllənin sonuncudan təxminən bir metr aralı məsafədə olan Zərərçəkmiş şəxs2 sinə nahiyəsinə dəyərək sağ ağ ciyərin, ürəyin yaralanması və döş sümüyünün sınığı ilə müşayiət olunan dərəcəsinə görə ölümlə nəticələnən sağlamlığa ağır zərər vurmaya aid döş qəfəsinin kor odlu silah yarası xəsarətləri yetirməklə, o, ümumi təhlükəli üsulla, iki nəfər şəxsi, yəni zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs1 xidməti vəzifələrinin icrası ilə əlaqədar onun özünü birbaşa qəsdlə və digər Zərərçəkmiş şəxs2 isə dolayı qəsdlə öldürmüş, yəni iki nəfər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Yardımlı Rayon Polis Şöbəsinin Post-patrul xidməti bölüyünün əməkdaşı olmuşdur. 02 mart 2024-cü il tarixdə Şuşa rayonu ərazisinə xidməti ezamiyyətə göndərilmişlər. Mərhum Zərərçəkmiş şəxs1 Yardımlı Rayon Polis Şöbəsinin rəis müavini vəzifəsində işləyirdi və xidməti ezamiyyətdə olarkən onların birbaşa rəhbəri olmuşdur. 2024-cü ilin mart ayının 12-dən 13nə keçən gecə Şahid2 xidməti təhvil almalı idi. Zərərçəkmiş şəxs1 xidmət qaydalarını elə təşkil etmişdi ki, hava soyuq olduğu üçün orada qaldıqları evin içərisində xidməti həyata keçirirdilər. Hadisə baş verdiyi vaxt o, 03:00-dan 06:00-dək xidmət etməliydi. Zərərçəkmiş şəxs1 ona irad bildirdikdə, saat 02:30 idi. Zərərçəkmiş şəxs1 içəri girdikdə, o oturmuşdur. Zərərçəkmiş şəxs1 ona yatdığını bildirmiş və əsəbi halda onu təhqir edərək, şillə vurmuşdur.O, Şahid2 xidmətini çöldə aparacağını deyib getmiş və ondan xidməti təhvil almalı olan şəxsi çölə göndərməsini bildirmişdir. Bu vaxt Zərərçəkmiş şəxs1 “mən sizə bu qədər hörmət edirəm” və s. kimi ifadələr işlətmişdir. Halbuki, Zərərçəkmiş şəxs1 ona xüsusi olaraq heç bir hörmət etməmişdir. Hətta şəxsi heyətə ərzaq alınması üçün ona verilən pul ilə onlara ərzaq almırdı. Həmin vaxt da spirtli içki qəbul etmişdi. Onun çölə çıxmaqda məqsədi mübahisənin davam etməməsi idi. Zərərçəkmiş şəxs1 da onun arxasınca gəlmişdir. Zərərçəkmiş şəxs1 üstünə gəlməməyini, əks halda onu vuracağını bildirmişdir. Zərərçəkmiş şəxs1 “vurmayanın anasını” deyə təhqir etmişdir.Həmin vaxt ona təhkim olunmuş silahı “tək-tək” rejimində idi və o, həmin silahla Zərərçəkmiş şəxs1 vurmuşdur. Ona 1 dəfə atəş açmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs2 görməmişdir. Zərərçəkmiş şəxs2 ilə aralarında heç bir mübahisə olmamışdır. O, Zərərçəkmiş şəxs2 güllə dəyə biləcəyini dərk etməmişdir.Ümumiyyətlə, Zərərçəkmiş şəxs1 silahla vurarkən onu nişan almadan vurmuşdur. Hadisə evin giriş qapısıdan 1 metr məsafə baş vermişdir. Evin giriş qapısı işıqlı olmamışdır. Onun çölə çıxmağı ilə bu hadisənin baş verməsi arasındakı müddət təxminən 4-5 dəqiqə olardı.Hadisə baş verdiyi günədək gecə xidməti evin içərisində həyata keçirirdilər. Təqribən 15-30 dəqiqədən bir çölə çıxır, hər dəfə çölə çıxdıqda silahlarını götürürdülər. Onun Zərərçəkmiş şəxs1 öldürmək niyyəti olmamışdır. Zərərçəkmiş şəxs1la aralarında əvvəllər mübahisələr olmuşdur. Bu mübahisələr barədə rəhbər şəxslərə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X6 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiqləyərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs1 hüquqi varisi-həyat yoldaşıdır. Zərərçəkmiş şəxs1 əvvəl Sumqayıt Şəhər Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsində işləmişdir. 2022-ci ilin aprel ayında Yardımlıda Xidmət üzrə müavin təyin olunmuş və 1 ilə yaxın orda olmuşdur. Sentyabr ayında antiterror əməliyyatı ilə bağlı Qarabağa getmişdi. Sonuncu dəfə xx.xx.2024-cü il tarixində Şuşa şəhərinə ezamiyyətlə bağlı getmişdir. Hər gün əlaqə saxlayırdı. Hər hansı bir problem olduğunu deməmişdi. Ramizi tanıyanların hamısı onun necə bir insan olduğunu bilir və hadisə sosial şəbəkələrdə paylaşıldıqda heç kim mənfi rəy bildirməmişdir. Zərərçəkmiş şəxs1la qızı çərşənbə axşamı-12 mart, saat 9-da görüntülü danışmışdır. Onunla isə 13 mart, təxminən saat 03:00-03:30 radələrində “Whatsapp” mobil tətbiqi vasitəsilə yazışmışdır. Hadisə bir neçə dəqiqə ərzində baş vermişdir. Hadisənin baş verdiyi günün səhər saatlarında qızı Zərərçəkmiş şəxs1 zəng çatmadığını demişdir. Ona heç kim məlumat verməmişdi, özü evdə yaranan vəziyyətdən başa düşmüşdür. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 onun oğlu idi. Yardımlı Şəhər Polis İdarəsinin əməkdaşı idi. Şuşaya ezam olunmuşdu. Hadisənin baş verdiyi gün gecə saat 02:00-a kimi danışmışlar. Bir neçə günə gələcəyini deyirdi. Oğlu bilərəkdən öldürülmüşdür. Anar Manafov və oğlu arasında düşmənçilik olmamışdır.Anar Manafov oğlu ilə birlikdə xidmət etmişdir. 2 mart 2024-cü ildə Şuşa şəhərinə ezam olunmuşdu. Ayın 13-14-ü qayıtmalı idi. Hadisə isə 13-ü baş vermişdir. Tez-tez danışırdılar. Oğlu son danışığında vidalaşırmış. Məhkəmədə şahid qismində dindirilmiş Yardımlı Rayon Polis Şöbəsinin Post patrul xidməti bölüyünün polis nəfəri, polis serjantı Şahid2 Şahid oğlu məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiqləyərək ifadəsində göstərdi ki, 2004-cü il dekabrın 5-dən etibarən 27 ildir ki, polisdir. Martın 2-də onunla birlikdə 13 nəfər Şuşaya ezam olunmuşdur. 5-4-4 qruplar şəklində bölünmüşlər. O, xidmət rəis müavini Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Şahid1 və Təqsirləndirilən şəxs birlikdə post patrul xidmətindəydilər. Zərərçəkmiş şəxs1 hamısı ilə münasibəti stabil idi. 12 mart tarixində ərzaq bitmiş və bu səbəblə Zərərçəkmiş şəxs1 Daxili Qoşun Bölük komandiri ilə birlikdə saat 16:00-16:30 radələrində Laçına getmişdilər. Onlar da peşə bayramı münasibətilə tonqal qalamışlar. 2 saat aralıqla xidmət edirdilər. Əslində xidmət çöldə olmalı idi, lakin şərait yaradılmışdı ki, xidmət evdə aparılsın və çölü rahat müşahidə etmək üçün işıqlandırılsın. 00:00-02:00 aralığında Zərərçəkmiş şəxs2, 02:00-04:00 aralığında Təqsirləndirilən şəxs, 04:00-06:00 aralığında Şahid1 və 06:00-08:00 aralığında isə o xidmətdə olacaqdı. Zərərçəkmiş şəxs2 yuxulu olduğundan iş saatlarını dəyişmişlər. O, xidmət saatını bitirdikdə Təqsirləndirilən şəxs gəlmişdir. O, çölə çıxarkən Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs arasında mübahisə olduğunu eşitmişdir. Şahid1 da orda idi. Aralarındakı mübahisə səbəbi o idi ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs xidmətdə olduğu saatda yatdığını deyirdi. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs şillə vurmuş və silahı götürüb çıxıb çöldə xidmət etməsini demişdir. Təqsirləndirilən şəxs əsəbi şəkildə çölə çıxmış, onlar da Zərərçəkmiş şəxs1 su gətirib sakitləşdirdilər. Təqsirləndirilən şəxs çölə çıxarkən qapı bərk örtülmüşdür. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs onun etdikləri qarşılığında göstərilən hörmətin bu olmasıyla bağlı şikayətlənmiş, Təqsirləndirilən şəxs isə “mənə nə hörmət etmisən” deyə etiraz etmişdir. Zərərçəkmiş şəxs1 da onun dalıyca getmişdir. Təqsirləndirilən şəxs ona “üstümə gəlmə vuraram” demiş və bunun qarşılığında Zərərçəkmiş şəxs1 söyüş söymüş və bu anda da Təqsirləndirilən şəxs gülləni yuvasına söyüşdən dərhal sonra yeritmiş və onu silahla vurmuşdur. 1 atəş açılmışdır. Silah AKE 7-62 mm idi. Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1 2-3 metr arxasında idi. Təqsirləndirilən şəxs onu görməmə ehtimalı yox idi, həyətdə bir işıqlandırma var idi və yolu göstərirdi. Təqsirləndirilən şəxs yüksəkdə idi, zərər çəkənlər isə aşağıda idi. O, Zərərçəkmiş şəxs1 içkili olduğunu görməmişdir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 arasında əvvəllər mübahisə görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Yardımlı rayon polis şöbəsinin Post patrul xidməti bölüyünün polis nəfəri, polis serjantı Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiqləyərək ifadəsində göstərdi ki, martın 2-də Yardımlıdan Şuşaya ezam olunmuşdur. O, xidmət rəis müavini - Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Şahid2 və Təqsirləndirilən şəxs birlikdə post patrul xidmətində idilər. Zərərçəkmiş şəxs1la Laçından ərzaq almaqdan gəlmişlər. Zərərçəkmiş şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs arasında mübahisə olduğunu eşidib yuxudan ayılmışlar. Zərərçəkmiş şəxs1 həmin gün əsəbi idi. Aralarındakı mübahisə səbəbi o idi ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs xidmətdə olduğu saatda yatdığını deyirdi. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs şillə vurmuş və silahı götürüb çıxıb çöldə xidmət etməsini demişdir. Çölü o işıqlandırmışdır. Evin işığını söndürürdülər ki, çölü rahat görə bilsinlər. Təqsirləndirilən şəxs əsəbi şəkildə çölə çıxmış, onlar da Zərərçəkmiş şəxs1 su gətirib sakitləşdirdilər. Təqsirləndirilən şəxs çölə çıxarkən qapı bərk örtülmüşdür.Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs onun etdikləri qarşılığında göstərilən hörmətin bu olmasıyla bağlı şikayətlənmiş, Təqsirləndirilən şəxs isə “mənə nə hörmət etmisən” deyə etiraz etmişdir. Zərərçəkmiş şəxs1 dalıyca getmişdir. O, Zərərçəkmiş şəxs1 qucaqlayaraq tutmuşdur. Onlar həm söz, həm də hərəkətlərlə mübahisəyə mane olmağa çalışırdılar. Təqsirləndirilən şəxs “üstümə gəlmə vuraram” demiş və bunun qarşılığında Zərərçəkmiş şəxs1 söyüş söymüş və bu anda da Təqsirləndirilən şəxs silahla vurmuşdur. Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1 1-2 metr arxasında olmuşdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 görməmə ehtimalı var idi. Hava tam qaranlıq idi. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 arasında heç bir problem olmamışdı. O, Təqsirləndirilən şəxs silahı almaq üçün onun üzərinə getmiş, onu saxlamış və silahı aparması üçün Şahid2 çağırmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiqləyərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. Zərərçəkmiş şəxs1 isə sadəcə adı ilə tanıyırdı . Əvvəldən oğlu və Zərərçəkmiş şəxs1 arasında münaqişə olmuşdur. Bu səbəblə neçə dəfə Qarabağa getməsini istəməmişdir. Təxminən 14:30-15:00 radələrində oğlu ona zəng edərək 2 nəfəri öldürdüyünü bildirmişdir.Bildiyi qədərilə Zərərçəkmiş şəxs1 hər gün içkili olurdu. Hadisə günü də içkili olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qardaşıdır. Hadisə barədə ətraflı məlumatı yoxdur. Hadisə günü qardaşı zəng edib Zərərçəkmiş şəxs1 vurduğunu demişdir. Şahid5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, 13 mart 2024-cü il tarixdə təxminən gecə saat 04 radələrində yuxudan atası Əlişin səsinə oyanmış, sonuncudan nə olduğunu soruşduqda, atası Əliş qardaşı Anarın iş yoldaşı Zərərçəkmiş şəxs1 öldürdüyünü demişdir. O, atası Əlişin mobil telefonu ilə Anarın mobil nömrəsinə zəng etsə də, sonuncu zəngə cavab verməmişdir. Daha sonra, Anarın mobil nömrəsinə yenidən zəng etmək üçün özünün istifadəsində olan telefonunu götürərkən Anarın 03:12də “Whatsapp” mobil tətbiqi vasitəsi ilə videogörüntülü zəng etdiyini görmüşdür. O, bundan sonra gecə saat 03:30-da “Whatsapp” mobil tətbiqi vasitəsi ilə Anarın mobil nömrəsinə yazaraq nə olduğunu soruşmuş, sonuncu isə ona səs yazısı göndərərək Zərərçəkmiş şəxs1 öldürdüyünü, Zərərçəkmiş şəxs2 də orada öldüyünü bildirmişdir. Daha sonra, Təqsirləndirilən şəxs ona Abid barəsində “O yazıqda bu oğraşın şotuna getdi” deyə səs yazısı göndərmiş, o isə Anardan Ramizin haralı və kim olduğunu soruşduqda Təqsirləndirilən şəxs “bir dənə bunu deyim bilin, bu səsimi saxla telefonunda, atamında telefonuna at, ənamında telefonuna at. Kim var qohum-əqraba hamısının telefonuna at. O uşağı Ramiz öldürdü! Mən öldürmədim. Mən Ramizi vurmuşam. Onu Ramiz öldürdü. Bax bu sözümü yaddan çıxartmayın. Bu səsi saxla telefonunda. Mənə görə qəti narahat olmayın. Day nə axtarmayın məni nədə bir şey. Bir dənən Sevərdən müğayət olun. Başqa heçnə istəmirəm. Heç nə heç nə heç nə istəmirəm. Atamada denən narahat olmasın. Məni nə axtarma nə də bir şey. Bunan sonrakı qismətim talehim nə olacaq olacaq” məzmunlu səs yazısını göndərmişdir. Bir qədər danışdıqda Anar “Ramizin onu söydüyü üçün ona atəş açdığını və Ramizi öldürdüyünü, bu zaman Abidin də sonuncunun arxasında olduğunu” desə də, Abidin dəqiq olaraq necə öldüyünü bilmədiyini demişdir, eyni zamanda Anar bir daha yazmamalarını, onu axtarmamalarını, təslim olacağını bildirmişdir. (Cild 2, iş vərəqləri 242-246) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N nömrəli hərbi hissəsinin post-patrul xidməti bölməsinin 2-ci götürmə qrupunun 2-ci yarımqrupunun atıcısı, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdən Şuşa rayonu ərazisinə xidməti ezamiyyətə göndərilmiş, xidməti ezamiyyət müddəti 15 gün nəzərdə tutulmuşdur. Ona və digər xidmət yoldaşlarına təhkim olunan ərazi Şuşa rayonunun Böyük Qaladərəsi kəndinin ərazisi olmuş, xidməti funksiyası kəndə ümumi nəzarət etmək və kənddə olan sahibsiz əmlakların mühafizəsini təşkil etməkdən ibarət olmuşdur. Həmin ərazidə xidmət apararkən posta cavabdeh şəxs kimi gizir X13 təyin edilmiş, onunla birlikdə orada Nurlan Əlizadə və Nurlan Nəbiyev xidmət etmişdir. Şuşa rayonunun Böyük Qaladərəsi kəndinin girəcəyində köhnə fərdi yaşayış evində müvəqqəti məskunlaşmışlar. Qeyd edilən evdən təxminən 5-6 metr aralıda olan həyət evində Yardımlı rayon polis şöbəsindən Şuşa rayonunun Böyük Qaladərəsi kəndinə ezam olunmuş 5 nəfər polis əməkdaşı, yəni Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, Şahid1 və Şahid2 qalmışlar. Postda növbədə olan hərbi qulluqçu kəndə gedən yolun üzərində evin yaxınlığında, ayıq növbədə olan hərbi qulluqçu isə evin içərisində xidmət aparmışdır. Elmin Hüseynov isə əsasən evin içərisində ayıq növbə ilə birlikdə olmuş, 5-10 dəqiqə aralıqlarla post növbəsinə nəzarət etmək üçün çölə çıxmışdır. Onunla birlikdə postda olan MAHHXHQ, əsgər X10 və MAHHXHQ, əsgər X14 hər gün 2 saat növbə ilə posta çıxmış və 2 saat “ayıq növbə”də xidmət aparmış, 2 saat isə istirahət etmişlər. Xidmətə çıxarkən ona təhkim olunmuş AKM AZLA markalı, 7,62 kalibrli avtomat silahı üzərində olmuşdur. 13 mart 2024-cü il tarixdə gecə saat 02:00-dan 04:00-dək postda növbədə olmuş, ayıq növbədə isə MAHHXHQ, əsgər Nurlan Nəbiyev olmuşdur. Elmin Hüseynov isə ayıq növbənin yanında evdə olmuşdur. Elmin Hüseynovun təyin etdiyi marşrut xətti üzrə xidmət aparan zaman martın 12-dən 13-nə keçən gecə saat 03 radələrində polis əməkdaşları olan istiqamətdə bir dəfə atəş səsi eşitmiş, cəld qaldıqları evin qapısını döyüb “atəş səsi gəldi” deyib mövqelənmişdir. İçəridə olan post rəhbəri Elmin Hüseynov və ayıq növbədə olan Nurlan Nəbiyev çölə çıxaraq sonuncular da mövqelənmişlər. Adını xatırlamadığı polis nəfəri "kömək edin! kömək edin!” deyə qışqıraraq onlara doğru gəlmiş, Elmin Hüseynov və Nurlan Nəbiyev ilə hadisə baş verən əraziyə getdikdə polis əməkdaşlarının müvəqqəti qaldıqları evin çöl darvazasının qarşısında polis serjantı Zərərçəkmiş şəxs2 meyitini, sonuncunun meyitindən təxminən bir metr qabaqda isə polis mayoru Zərərçəkmiş şəxs1 meyitini görmüşlər. Həmin vaxt Şahid1 “103” təcili yardım xidmətinə zəng vurmuş, Şahid2 isə meyitlərdən kənarda özünü itirmiş vəziyyətdə dayanmışdır. Təqsirləndirilən şəxs isə hadisə yerindən təxminən 3 metr kənarda telefonla ilə atası ilə danışmış, Anarın telefon danışığı zamanı atasına “Ata mən bədbəxt oldum” deməsini eşitmişdir. Bir müddət sonra təcili tibbi yardım və polis əməkdaşları hadisə yerinə gəlmiş, o və digər iş yoldaşları isə xidməti yerlərinə qayıtmışlar. Silahdan kimin atəş açdığını görməmiş, bir dəfə atəş səsi eşitmiş, hadisə baş verən zaman çöldə ondan başqa heç kim olmamış, atəş açılan zaman qışqırıq səsləri eşitmişdir. (Cild 2, iş vərəqləri 1-7) Məhkəmədə əlavə şahid qismində dindirilmiş məhkəmə-ballistika eksperti Şahid7 ifadəsində göstərdi ki, döyüş silahlarında barıtın səpələnməsi, yanmamış zilərin olması normaldı. Hadisə yerində olan əşyalarda, geyimlərdə və digər obyektlərin üzərində bu izlər qalır. Burada əsas qeyd edilməli olan məqam metan izinin aşkar edilməməsidir. Atəşin 6 əlavə faktoru var. Onlardan hər biri ilkin maneəyə toxunduqda həmin maneənin səthində qalır. Metan izinin aşkar edilməməsi ilə o, ilkin maneənin səthində qalır. Silahdan atəş açılan zaman ilk öncə qaz çıxır, daha sonra atəşin əlavə fakorları ilə güllə tətikdən ayrılır. Bu zaman əlavə faktorlar hadisə yerində olan bütün əşyaların üzərinə hopa bilər. İlkin atəş Zərərçəkmiş şəxs1 açılmışdır. Bu zaman atəş zamanı yaranan əlavə faktorlar Təqsirləndirilən şəxs da üzərində ola bilər, yaxınlıqda olan digər obyektlərində üzərində ola bilər. Silahdan atəş açılan zaman yaranan hissəciklər 1,5-2 metr məsafədə yayıla bilər. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varislərinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “hadisə yerinə baxış keçirilməsi haqqında” 13 mart 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Şuşa rayonunun Böyük Qaladərəsi kəndinin girəcəyində “39;39;33.9 N” və “46;35;52.7 E” kordinatlarında yerləşən Yardımlı rayon polis şöbəsinin əməkdaşlarının xidmət aparmaları və qalmaları üçün nəzərdə tutulmuş yerdir. Kəndə gedən yol asfalt örtüklüdür. Asfalt örtüklü yolun sol çiyni torpaq və çınqıllı torpaq səthdən ibarətdir. Torpaq səthi üzərində yaşıl və saralmış otlar var. Torpaq səthi üzərində polis əməkdaşlarının müvəqqəti qalmaları üçün nəzərdə tutulmuş bir mərtəbəli, beş otaqlı fərdi yaşayış evi vardır. Həmin fərdi yaşayış evinin giriş qapısı tünd qəhvəyi rəngdədir, evin giriş qapısı sahəsi 18.60 kv.m olan zala açılır, zala daxil olduqda sol istiqamətdə sahəsi 11.60 kv.m olan bir yataq otağı, həmin yataq otağından içəriyə daxil olduqda sahəsi 7 kv.m, içərisində bir ədəd tünd qəhvəyi rəngli çarpayı olan digər yataq otağı, giriş qapısı ilə üzbəüz sahəsi 6 kv.m olan digər yataq otağı və həmin yataq otağından sağ tərəfdə mətbəx və mətbəxin yanında sanitar qovşağı yerləşir. Giriş qapısından dəmir setka ilə hasarlanmış həyatyanı sahəyə 7 pilləli pilləkən vasitəsi ilə enilir. Həmin hasarlanmış sahədə boz rəngli, dəmir materiallı çöl qapısı vardır. Çöl qapısından sol tərəfdə iki mərtəbəli sarı rəngli bina vardır. Hadisə baş vermiş ərazidə iki kişi meyiti aşkar edilmişdir. Baxış iştirakçıları Şahid1 və Şahid2 hadisə baş vermiş ərazidə olan kişi meyitlərinin Yardımlı RPŞ-nin xidmət üzrə rəis müavini, polis mayoru Zərərçəkmiş şəxs1 və həmin RPŞ-nin post-patrul xidməti bölüyünün polis nəfəri, polis kiçik serjantı Zərərçəkmiş şəxs2 olduğunu bildirmişdir. Şərti olaraq nömrələnmiş birinci meyitin baş nahiyəsinin torpağa düşdüyü hissədən çöl qapısına qədər olan məsafə 4.15 metr, ikinci meyitin baş nahiyəsinin torpaq səthinə düşdüyü yerdən çöl qapısına qədər olan məsafə 2.76 metrdir. Zərərçəkmiş şəxs1 meyitinin baş nahiyəsinin torpağa düşdüyü hissədən Zərərçəkmiş şəxs2 meyitinin baş nahiyəsinin torpağa düşdüyü hissəyə qədər olan məsafə 2.80 metr, ayaq nahiyələrinin arasındakı məsafə isə 2.48 metrdir. Zərərçəkmiş şəxs1 meyitinin ağız nahiyəsindən qanabənzər maye axdığı müşahidə olunur. Zərərçəkmiş şəxs2 meyitinin üzərində olan tünd göy rəngli köynəyinin üzərində qanabənzər ləkələr olduğu görünür. Asfalt örtüklü yolda Təqsirləndirilən şəxs atəş açdığı yerdən 6.20 metr məsafədə bir ədəd deformasiyaya uğrayaraq dəmir yayları çölə çıxmış daraq və onun ətrafında səpələnmiş vəziyyətdə olan 28 ədəd patron vardır. Həmin daraq və patronlar toplanaraq götürülüb baxış iştirakçıları və hal şahidlərinin iştirakı ilə qablaşdırılaraq prokurorluğun “Zərflər üçün” dairəvi möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs atəş açdığı yerdən 10.30 metr məsafədə qəhvəyi rəngli qundağı olan, qoruyucu mexanizmi açıq vəziyyətdə olan AKM markalı, “XЯ 9890” nömrəli avtomat silahı vardır. Silahın lülə hissəsini iylədikdə barıt iyinə oxşar iy gəldiyi hiss olunur. Silahdan 1.20 metr məsafədə bir ədəd patron aşkar olundu. Həmin silah və patron toplanaraq götürülüb baxış iştirakçıları və hal şahidlərinin iştirakı ilə qablaşdırılaraq prokurorluğun “Zərflər üçün” dairəvi möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs atəş açdığı nöqtədən 16.30 metr məsafədə bir ədəd 27975 nömrəli giliz vardır. Həmin gilizdən Zərərçəkmiş şəxs1 meyitinin baş nahiyəsinin torpağa dəyən hissəsinə qədər olan məsafə 7.10 metr, Zərərçəkmiş şəxs2 meyitinin baş nahiyəsinə qədər olan məsafə isə 8.50 metrdir. (Cild 1, iş vərəqləri 8-25) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Təqsirləndirilən şəxs məxsus “mobil telefona baxış keçirilməsi haqqında” 18 may 2024-cü il tarixli protokolundan görünür ki, mobil telefon “SAMSUNG” markalı “A51” modellidir. Onun ekranı üzərində hər hansı zədə müşahidə olunmur. Arxa hissəsinə baxdıqda bir ədəd qoruyucu olduğu görünür. Qoruyucunu çıxardıqda arxa hissəsinin boz rəngli olduğu, üzərində “SAMSUNG” yazısı olduğu görünür. Arxa hissədə iki ədəd cızılmış çapıq izləri vardır. Mobil telefonun ön hissəsində 1 ədəd, arxa hissəsində 4 ədəd kamera vardır. Sağ hissədə səs sistemini və telefonun “yanıb-sönməsini” tənzimləyən 2 ədəd düymə vardır. Telefonu yandırdıqda 09 ədəd nöqtədən ibarət kombinasiyalı kilid sistemi olduğu görünür. Həmin kombinasiyalı şifrə sağdan sola bir addım, yuxarıdan orta xətlə aşağıya üç addım, aşağı orta nöqtədən sağa isə bir addımdan ibarətdir. Kombinasiyalı şifrəni açdıqda aşağı sol hissədə “Telefon” bölməsi, aşağı orta hissədə “Whatsapp” mobil tətbiqi, aşağı sağ hissədə isə “Menyu” bölməsi yerləşdiyi görünür. “Whatsapp” mobil tətbiqinə daxil olduqda 13 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs X18 məxsus +994-50-353-73-71 mobil nömrəsi ilə, qardaşı Şahid5 məxsus +994-50-481-61-03 mobil nömrəsi ilə əlaqə saxladığı aşkar edilmişdir. X18 məxsus +994-50-353-73-71 nömrəsi ilə “Whatsapp” danışıqlarına baxış keçirilən zaman Təqsirləndirilən şəxs tərəfindən həmin tarixdə saat 03:13-də 1 dəqiqə səsli olaraq danışdığı, saat 03:15, 03:16 və 03:17-də 3 dəfə həmin nömrədən cavabsız səsli zəng olunduğu, saat 03:17-də isə 2 dəqiqə səsli olaraq danışdığı görünür. Qardaşı Şahid5 məxsus +994-50-481-61-03 mobil nömrəsi ilə “Whatsapp” danışıqlarına baxış keçirilən zaman Təqsirləndirilən şəxs məxsus səs yazıları və yazılı mesajlar müəyyən olunmuşdur. Şahid5 Təqsirləndirilən şəxs 03.12: video zəng- cavabsız 03.30: Anar o birsi necə oldu 03.30: Oda ölüb 03.30: ? 03.30: Anar 03.30: ? 03.30: Səs yazısı (0:25) məzmunu- Hə, Hə narahat olmuyun. Kişi kimi gedib yatacam. Söyüş söydü. Anamı söyənin anasın bu günə qoyaram. Heç nə narahat olmuyun nə nə bir şey. Bir dənə o uşağa görə narahatam. Buna görə narahat döyüləm. Bu gələn günnən mənnən ayağ-ayağa vermişdi. Axırda da öz poxuna getdi. Narahat olmuyun mənə görə. Gələcəklər kişi kimidə gedib təslim olacam. Söyüb vurmuşam. Canında almışam. Gələn günnən burda mənnən ayğ-ayağa verib O. 03.30: Səs yazısı (0:17) məzmunu- Atamada de anama da narahat olmasınlar nə də məni axtarmayın. Nə olacaq bunan sonra olacaq boş şeydi. Həyat mənim üçün uje bunnan sonra Heç nə bir dənə Sevərdən müğayət olun. Bir dənə sevərdən müğayət olun. Qalan heç nəyə görə narahat olamyın. 03.31: O birsidə ölüb 03.31: Səs yazısı (0:02) məzmunu- Qaqa o yazıqda bu oğraşın şotuna getdi 03.31: Uşağlar yanundeydi 03.31: Anar 03.31: Səs yazısı (0:08) məzmunu- Hə Şəmi uşağların yanında cumdu üstümə dedim gəlsün vuracəm, söyüş söydü, dedi vurmuyanın anasını belə belə eliyim. Məndə çəkdim buraxdım üstünə. 03.32: Deyibsüz 03.32: Bülmiyə 03.32: Səs yazısı (0:03) məzmunu- Deyiblər 03.33: Səs yazısı (0:04) məzmunu- Mənə görə day narahat olmayın Şəmi mənə görə narahat olmayın, həyata davam eliyin 03.33: Səs yazısı (0:33) məzmunu- Bir dənə bunu deyim bilin, bu səsimi saxla telefonunda, atamında telefonuna at, anamında telefonuna at. Kim var qohum- əqraba hamısının telefonuna at. O uşağı Ramiz öldürdü! Mən öldürmədim. Mən Ramizi vurmuşam. Onu Ramiz öldürdü. Bax bu sözümü yaddan çıxartmayın. Bu səsi saxla telefonunda. Mənə görə qəti narahat olmayın. Day nə axtarmayın məni nədə bir şey. Bir dənən Sevərdən müğayət olun. Başqa heçnə istəmirəm. Heç nə heç nə heç nə, heç nəl. Atamada denən narahat olmasın. Məni nə axtarma nə də bir şey. Bunan sonrakı qismətim talehim nə olacaq olacaq 03.34: Anar olmadı bu qaqa olmadı Allah özü köməyimiz olsun ama bu olmadı 03.35: Yanında hansı uşağlar var idi 03.35: Səs yazısı (0:09) məzmunu- Axtarmıyında məni söz dedim! Məni day axtarmıyın! Sənə söz dedim söz eşit! Oldu da day oldu! Gərək olmayaydı ama oldu! 03.35: Anar o peysər haralı 03.35: idi 03.36: 0 birsi kim idi bidə 03.36: Yanında kimlər var idi de mənə 03.36: Səs yazısı (0:17) məzmunu- Qaqa o birsi rəhbərdə gəldi, Peyman müəllimdə gəldi bura. Qəhrəmandı, Zamindi, Əlidi. ?????? uşağdı. 0 birsi o vurulan uşaqda kamaz Hikmətin qardaşı oğludu. Yəni ona görə peşmanam. O birsinə görə ama peşman deyiləm. Ömrümün axırına qədərdə peşman olmuyacam ona görə. 03.37: Səs yazısı (0:05) məzmunu- Qaqa bildim. Başa düşdüm. Mənə de görüm o şərəfsiz oğlu haralı idi nəydi 03.37: Səs yazısı (0:16) məzmunu- Zərərçəkmiş şəxs1 vare Ramiz Ramiz, Ramizi vurdum. Ramiz ana söyüşü söydü. Onu vurdum arxasıycada o birsi uşağa dəydi ona dəydi bildin!? Ramizdən keçdi ona dəydi. O uşağa görə peşmanam. Ramizə görə peşman deyiləm. Olmaramda. Ömrümün axrına qədərdə olmuyacam. 03.37: Səs yazısı (0:05) məzmunu- Başqa nə heçnə soruşmayın nədə nə bir şey. Ürəyinizi.. Bunan sonra bura bax mən yoxmuşam kimi davam eliyin. 03.38: Səs yazısı (0:05) məzmunu- Anar mən demirəm peşman ol. Mən sənə deyirəm o şərəfsizin balası haralıdı. 03.38: Səs yazısı (0:02) məzmunu- Sumqayıtdandı Şəmi Sumqayıtdan, Sumqayıtdan 03.38: Yaxşı 03.39: Qaqa 03.39: Xəbər elə nəsə olsa 03.39: Səs yazısı (0:07) məzmunu- Telefonu bir azdan təhvil verəcəm qaqaş. Day heç nə lazım deyil. Heç mən axtarmada nə də bir şey. Lazım olan məlumatları sabah öyrənərsiz şöbədən. 03.39: Saba gələcəysüz 03.39: Səs yazısı (0:06) məzmunu - Harıya gəliriy da! Sən kayfullasan! Ya nədi! İçib eliyibsən sən!? Yeri səndə başımdan o yana! 03.40: Yaxşı 03.40: Qaqa 03.40: Yaxşı 05.22: ? 05.22: Anar 05.41: Buraxılmış cavabsız zəng 05.59: Buraxılmış cavabsız zəng 06.00: Hardasan 06.00: Bi cavab ver 06.07: Ay qaqa 07.24: Buraxılmış cavabsız zəng (Cild 3, iş vərəqləri 11-17) Cinayət işi materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-tibbi ekspertizasının 13 mart 2024-cü il tarixli 18 nömrəli rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs1 meyitinin bədəni üzərində aşağıdakı xəsarətlər - sağ və sol ciyərlərin yaralanması və qabırğaların sınıqları ilə döş qəfəsinin dəlib- keçən odlu silah yaraları aşkar edilmişdir. Qeyd edilən xəsarətlər həyatidirlər, xəsarətlərin xarakterinə, lokalizasiyasına, formasına, morfoloji əlamətlərinə əsasən bu yaralar mərmi ilə (güllə ilə) doldurulmuş odlu silahdan açılmış atəş nəticəsində törənmişdir, qərarda göstərilən 7.62 mm-lik AKM markalı avtomat silahından açılmış atəş nəticəsində törənə bilər, müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə ölümlə nəticələnən sağlamlığa AGİR zərər vurmaya aiddir. Mərhum Zərərçəkmiş şəxs1 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı döş qəfəsi nahiyəsinin sağ yarısındakı yara odlu silahın giriş yarası, sol kürək nahiyyəsindəki yara isə odlu silahın çıxış yarasıdır. Yara kanalının istiqaməti öndən- arxaya, sağdan-sola, nisbətən yuxarıdan aşağıyadır, xəsarət alan şəxslə odlu silahın lüləsinin en kəsiyi bir qədər sağtərəfli olmaqla üzbə-üz olmuşdur. Mərhum Zərərçəkmiş şəxs1 ölümünə səbəb döş qəfəsi nahiyəsinin odlu silah yaralanması nəticəsində sağ və sol ciyərlərin yaralanması ilə baş vermiş kəskin qanitirmə olmuşdur, Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tətqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotianzin.ş pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmiş, sonuncunun ölümü meyit əlamətlərinin inkişaf mərhələsinə görə onun meyitinin məhkəmə-tibbi müayinəsindən əvvələ doğru 5-7 saat olar baş vermişdir. (Cild 2, iş vərəqləri 194-199) Cinayət işi materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-tibbi ekspertizasının 13 mart 2024-cü il tarixli 19 nömrəli rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs2 meyitinin bədəni üzərində aşağıdakı xəsarətlər - sağ ağ ciyərin, ürəyin yaralanması və döş sümüyünün sınığı ilə döş qəfəsinin kor odlu silah yarası aşkar edilmişdir. Qeyd edilən xəsarətlər həyatidirlər, xəsarətlərin xarakterinə, lokalizasiyasına, formasına, morfoloji əlamətlərinə əsasən bu yaralar mərmi ilə (güllə ilə) doldurulmuş odlu silahdan açılmış atəş nəticəsində törənmişdir, qərarda göstərilən 7.62 mm-lik AKM markalı avtomat silahından açılmış atəş nəticəsində törənə bilər, müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə ölümlə nəticələnən sağlamlığa AĞİR zərər vurmaya aiddir. Mərhum Zərərçəkmiş şəxs2 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı döş sümüyü üzərində olan yara odlu silahın giriş yarasıdır. Yara kanalının istiqaməti öndən-arxaya, soldan-sağa, yuxarıdan aşağıyadır. Mərhum Zərərçəkmiş şəxs2 ölümünə səbəb döş qəfəsi nahiyəsinin odlu silah yaralanması nəticəsində sağ ciyərin, ürəyin yaralanması ilə baş vermiş kəskin qanitirmə olmuşdur. Mərhum Zərərçəkmiş şəxs2 meyitindən götürülmüş qanda məhkəmə-kimya tətqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotianzin.ş pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Sonuncunun ölümü meyit əlamətlərinin inkişaf mərhələsinə görə onun meyitinin məhkəmə-tibbi müayinəsindən əvvələ doğru 6-8 saat olar baş vermişdir. (Cild 2, iş vərəqləri 200-205) Cinayət işi materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən kompleks məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizasının 1 aprel 2024-cü il tarixli 1163/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində etil spirti aşkar edilməmişdir. (Cild 2, iş vərəqləri 161-163) Cinayət işi materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizasının 30 aprel 2024-cü il tarixli 183/2024 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 ABO sistemi üzrə qan qrupu: A/H/ll/, Zərərçəkmiş şəxs2 ABO sistemi üzrə qan qrupu: O/l/, Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu: B/lll/, Ekspertizaya təqdim edilən mərhum Zərərçəkmiş şəxs1 məxsus idman şalvarı, qısaqol mayka, trusik, sağ tay çəkələk, boyunbağı, qol saatı üzərindəki ləkələrdə və hadisə yerindən/Zərərçəkmiş şəxs1 meyiti üzərindən və onun yaxınlığından/ 02 ədəd pambıq tampon üzərinə hopdurulub götürülmüş maddə ləkələrində insan qanı aşkar olunmuşdur. Ləkələrdə qanın qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda “A” və “H” antigenleri, bəzi ləkələrdə həmçinin “beta” aqqlyutinini də alınmışdır. Beləliklə, bu qan ləkələrinin bir şəxsə məxsus olduğu halında ləkələr ABO sistemi üzrə A/H/ll/ qruplu şəxsə, o cümlədən, ABO sistemi üzrə mərhum Zərərçəkmiş şəxs1 məxsus ola bilər. Təqdim olunan mərhum Zərərçəkmiş şəxs2 məxsus xidməti geyim forması - polis gödəkçəsi, qısaqol mayka üzərindəki ləkələrdən və hadisə yerindən /Abid Mustafazdənin meyitinin yaxınlığından/ 02 ədəd pambıq topası üzərinə hopdurulub götürülmüş maddə ləkələrində insan qanı aşkar olunmuşdur. Ləkələrdə qanın qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda “H” antigenleri, bəzi ləkələrdə həmçinin “alfa və beta” aqqlyutinini də alındı. Beləliklə, antigen qismində “H” antigeninin tək və ya göstərilən hər iki aqqlyutinin ilə alınmasına əsasən qan ləkələrinin O/l/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə həmin qruplu Zərərçəkmiş şəxs2 məxsus ola bilər. Təqdim olunan mərhum Təqsirləndirilən şəxs məxsus xidməti geyim forması - polis gödəkçəsi üzərində insan qanı ləkələri aşkar olunmuş, ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda “A” “H" antigenleri alınmışdır. Beləliklə, bu qan ləkələrinin bir şəxsə məxsus olduğu halında qan ləkələri A/H/ll/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs1 məxsus ola bilər. Lakin ləkələrin ölçü və xarakteri və hadisənin məzmunu nəzərə alınmaqla qan ləkələrinin bir neçə şəxsə məxsus ola bilməsi halında bu ləkələrdə A/ll/, A/H/ll/ vəO/l/ qruplu şəxslərin də qarışmış qanlarının olmasıda mümkündür. Bu halda isə həmin ləkələrdə Zərərçəkmiş şəxs2 də qarışmış qanının olması inkar oluna bilməz. Təqsirləndirilən şəxs gödəkçəsində onun B/ll/ qan qruplu şəxsin, yəni onun öz qanının olması ABO sistemi ilə inkar olunmuşdur. (Cild 2, iş vərəqləri 184-193) Cinayət işi materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən kompleks məhkəmə-ballistik, daktiloskopik, trasoloji, kimyəvi-lifli ekspertizasının 26 aprel 2024-cü il tarixli 3-16-16/2- 6/1666;3/534;3/535;3/536;3/537 nömrəli rəyindən görünür ki, təqdim edilmiş 01 ədəd “AKM” markalı ““XЯ 9890” №-li avtomat silahın üzərində papilyar naxış izlərinin ayrı-ayrı fraqmentləri tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından eyniləşdirmə tədqiqatı üçün yararsızdır. Tədqiqata təqdim edilmiş 1 ədəd silah 1969-cu ildə zavod üsulu ilə istehsal edilmiş, “Kalaşnikov” konstruksiyalı, 7,62 mm kalibrli, "AKM” markalı “XЯ 9890” №-li yivli odlu avtomatik döyüş silahıdır, saz vəziyyətdədir, tətiyini çəkmədən (tətiyə toxunmadan) ondan atəş açılmır, çaxmağın döyüş bölməsindən çıxması üçün silahın tətiyinə 2,5 kq qüvvə ilə (normal hesab edilir) təsir etmək tələb olunur və atəş açmaq üçün yararlıdır. Bu markalı silahdan atəş açıldıqdan sonra giliz sağa, irəli, yuxarı doğru istiqamətdə 8-10 metrə qədər məsafəyə düşür. Xüsusi ədəbiyyatda göstərilən texniki məlumatlara əsəsən “AKM” markalı avtomat silahlardan atılan güllənin maksimal uçuş məsafəsi 3000 metr-dir. Tədqiqata təqdim edilmiş 1 ədəd sandıqça zavod üsulu ilə hazırlanmış, 30 ədəd, 62x39 mm kalibrli patron tutumuna malik olan sandıqçadır, alt qapağı yerində olmadığından hazırkı vəziyyətində təyinatı üzrə istifadəyə yararsızdır. Tədqiqata təqdim edilmiş 29 ədəd patron zavod üsulu ilə istehsal olunmuş, 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrə malik “Kalaşnikov” konstruksiyalı “AK” (”AKM”, “AKS”, “AKMS") markalı avtomat silahlarda, “RPK” (“RPKS”) markalı əl pulemyotlarında, “SKS” karabinində və s. yivli döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardır, döyüş sursatıdır, təyinatı üzrə istifadəyə yararlıdırlar. Həmin patronlardan dib hissələrində: “050-7,62x39” rəqəmləri olanlar Azərbaycanda; “270-51”, "270-75” rəqəmləri olanlar Luqansk dəzgahqayırma zavodunda 1951 və 1975-ci illərdə; “539-76”, “539-71” rəqəmləri olanlar Tula patron zavodunda 1967 və 1971-ci illərdə; “711-78”, “711-88” rəqəmləri olanlar Klinovsk patron zavodunda 1978 və 1988-ci illərdə; “3-67” rəqəmləri olan 01 ədədi Ulyanovsk maşınqayırma zavodunda və “17-59” olan 01 ədədi Podolsk patron zavodunda istehsal edilmişdir. Patronlardan 05 ədədinin pistonlarının səthində onların yararlığına təsir etməyən, silahın patronluğuna daxil olma və çıxma zamanı yaranmağa xarakterik vurucu iynədən yaranmağa xas oval formada səthi zədənin, dib hissəsinin kənarında isə kənaredicidən qalmağa xarakterik izlərin olması müəyyən edilmişdir. Tədqiqata təqdim edilmiş 1 ədəd giliz zavod üsulu ilə istehsal edilmiş, 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrə malik “Kalaşnikov” konstruksiyalı “AK” ("AKM”, “AKS”, “AKMS”) markalı avtomat silahlarda, “RPK” (“RPKS”) markalı əl pulemyotlarında, “SKS” karabinində və s. yivli döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patronun atəşlə ayrılmış hissəsidir gilizdir. (“270-51”) Luqansk dəzgahqayırma zavodunda 1975-ci ildə istehsal edilmişdir. Həmin giliz təqdim edilmiş “AKM” markalı, “XЯ 9890” №-li avtomat silahdan atılmışdır. Tədqiqata təqdim edilmiş 1 ədəd güllə zavod üsulu ilə istehsal edilmiş, 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrə malik “Kalaşnikov” konstruksiyalı “AK” ("AKM”, “AKS”, “AKMS”) markalı avtomat silahlarda, “RPK” (“RPKS”) markalı əl pulemyotlarında, “SKS” karabinində və s. yivli döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patronun atəşlə ayrılmış hissəsidir - gülləsidir. Həmin güllə təqdim edilmiş “AKM” markalı, “XЯ 9890” №-li avtomat silahdan atılmışdır. Tədqiqata təqdim edilmiş “AKM” markalı, “XЯ 9890” №-li döyüş təyinatlı yivli-odlu silahın lülə kanalında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəciklərin aşkar edilməsinə əsasən, həmin silahdan sonuncu təmizləmədən sonra atəş (atəşlər) açılmışdır. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus olduğu qeyd edilən köynəyin üzərində rəyin tədqiqi hissəsində qeyd edilən ölçüdə və sayda zədələr vardır. Zədələrin formasına, morfoloji quruluşuna, geyim əşyalarının üzərində olan zədələrin ətrafında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəciklərinin aşkar edilməsinə, metal izinin aşkar edilməsinə əsasən həmin zədələr №1 (şərti işarələnmiş) giriş, №2 çıxış zədələri olmaqla, həmin zədələr yivli odlu silahdan açılmış 1 atəş nəticəsində diametri təxminən 7 mm olan güllənin təsirindən öndən arxaya sola doğru istiqamətdə, 1 m-dən yuxarı məsafədə döyüş təyinatlı-odlu silahla, həmçinin təqdim olunmuş “AKM” markalı, “XЯ 9890” №-li döyüş təyinatlı yivli odlu silahla yetirilməyə xarakterikdir. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus olduğu qeyd edilən 01 ədəd köynəyin və 01 ədəd pencəyin üzərində rəyin tədqiqi hissəsində qeyd edilən ölçüdə və sayda zədələr vardır. Zədələrin formasına, morfoloji quruluşuna, geyim əşyalarının üzərində olan zədələrin ətrafında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəciklərinin aşkar edilməsinə, metal izinin aşkar edilməməsinə əsasən həmin zədələr №1 (şərti işarələnmiş) giriş, №2 çıxış zədələri olmaqla, həmin zədələr yivli odlu silahdan açılmış 1 atəş nəticəsində diametri təxminən 7 mm olan güllənin təsirindən 1 m-dən yuxarı məsafədə öndən arxaya, döyüş təyinatlı-odlu silahla, həmçinin təqdim olunmuş “AKM” markalı, “XЯ 9890” №-li döyüş təyinatlı yivli odlu silahla yetirilməyə xarakterikdir. Çıxış zədəsi olmadığından açılan atəşin istiqamətini müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri vardır, lakin oldu silahdan açılan atəş nəticəsində güllənin təsirindən yaranmağa xarakterik zədə yoxdur. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən dırnaq kəsintilərindən və əllərindən götürülmüş tampon nümunələrində atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri yoxdur. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthindən aşkar edilmiş atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri təqdim edilmiş "AKM” markalı, “XЯ 9890” №-li lülə kanalından aşkar edilmiş atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri ilə öz kimyəvi tərkibinə görə eynilik təşkil edir. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının üzərində kənar lif mikrohissəcikləri vardır. Kənar lif mikrohissəciklərinin, tərkib liflərinin növü və rəngi rəyin 1 №-li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən sağ və sol barmaqlarının dırnaqlarından kəsilərək götürülmüş dırnaq kəsintilərində kənar lif mikrohissəcikləri və həmçinin təqdim edilmiş geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məxsus olduğu qeyd edilən sağ və sol barmaqlarının dırnaqlarından kəsilərək götürülmüş dırnaq kəsintilərində kənar lif mikrohissəcikləri və həmçinin təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqat zamanı müəyyən olundu ki, polis uniforma geyim əşyalarının istehal olunduğu parçanın strukturunu təşkil edən liflər tərkibinə, rənginə və rəngləyicilərin sinifinə görə eyni olduğundan həmin parçalardan hazırlanan geyim əşyalarının tərkib liflərinin bir-biriləri ilə müqayisəli tədqiqatını (eyniləşdirmə) və qarşılıqlı təmasda olub- olmamasını faktını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilən geyim əşyalarının üzərində trasoloji zədə, o cümlədən qarşılıqlı mübarizə zamanı yaranmağa xarakterik zədələr yoxdur. (Cild 2, iş vərəqləri 167- 178) Cinayət işi materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən kompleks ambulator psixiatrik və məhkəmə-psixoloji ekspertizasnın 8 aprel 2024-cü il tarixli 954 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki'anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmiş, aparılmış eksperimental- psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak prosessləri, dünyagörüşü, intelektual imkanlarının normaya uyğun olması müəyyən edilir, baş vermiş hadisə və yaranmış situasiya ilə əlaqədar əhval-ruhiyyə fonunun aşağı olması nəzərə çarpır, nitqi ardıcıldır, hiss və yaşantılarını açıqlayarkən səmimi olması müəyyən edilir, cinayət işi materiallarının və aparılmış psixiatrik və psixoloji müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekpertizası aşağıdakı qərara gəlir: 1-ci sual: Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlikdən əziyyət çəkirmi? O qərarın təsviri hissəsində göstərilən cinayət əməllərini törədən zaman, ondan əvvəl və ya sonra öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk və idarə etmək iqtidarından məhrum edən xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və sair psixi xəstəlik keçirmişdirmi, yəni anlaqlı, yaxud anlaqsız olmuşdurmu? Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmüşdürmü? Cavab: Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. 2-ci sual: Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk edirmi, yəni anlaqlıdırmı? Cavab: Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarına malikdir. 3-cü sual: Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac vardırmı? Əgər vardırsa, hansı tədbirlərin tətbiqinə ehtiyac vardır? Cavab: Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. 4-cü sual: Təqsirləndirilən şəxs cinayət hadisəsi baş verən zaman fizioloji affekt vəziyyətində olmuşdurmu? Cavab: Təqsirləndirilən şəxs cinayət hadisəsi baş verən zaman fizioloji affekt vəziyyətində olmamışdır. 5-ci sual: Təqsirləndirilən şəxs cinayət törətdiyi zaman onun şüuruna və fəaliyyətinə mühüm təsir göstərə bilən emosional vəziyyətdə olmuşdurmu? Cavab: Təqsirləndirilən şəxs cinayət törətdiyi zaman şüuruna və fəaliyyətinə mühüm təsir göstərə bilən emosional vəziyyətdə olmamışdır. (Cild 2, iş vərəqləri 179-183) Cinayət işi materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-fonoskopik ekspertizasının 12 iyun 2024-cü tarixli 3-16-16/2-4/827-4/858 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş “SAMSUNG GALAXY A51” markalı mobil telefonun “Whatsapp Business” mobil tətbiqində “Qaqa” kimi qeyd olunmuş “+994-50-481-61-03” mobil nömrəsinə 13 mart 2024-cü il tarixdə göndərilmiş tədqiqatı tələb olunan səs yazılarının məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. Eksperizaya təqdim olunmuş “SAMSUNG GALAXY A51” markalı mobil telefonun “Whatsapp Business” mobil tətbiqində “Qaqa” kimi qeyd olunmuş “+994-50-481-61-03” mobil nömrəsinə 13 mart 2024-cü il tarixdə göndərilmiş tədqiqatı tələb olunan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində “K1" kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs məxsusdur. Eksperizaya təqdim olunmuş “SAMSUNG GALAXY A51” markalı mobil telefonun “Whatsapp Business” mobil tətbiqində “Qaqa” kimi qeyd olunmuş “+994-50-481-61-03” mobil nömrəsinə 13 mart 2024cü il tarixdə göndərilmiş tədqiqatı tələb olunan mübahisəli fonoqramlardakı danışıqlarda iştirak edən diktorun danışıq anında emosional-psixofizioloji vəziyyətində situasiya ilə əlaqəli nisbi ekstremallıq hiss olunur, alkoqol, psixatrop maddələrin təsiri üçün xarakterik əlamətlər aşkar olunmamışdır. K1 diktorunun danışıq materialı spontandır, danışıqlarda əvvəlcədən hazırlanma əlamətləri müşahidə olunmur. Eksperizaya təqdim olunmuş “SAMSUNG GALAXY A51” markalı mobil telefonun “Whatsapp Business” mobil tətbiqində “Qaqa” kimi qeyd olunmuş “+994-50-481-61-03” mobil nömrəsinə 13 mart 2024-cü il tarixdə göndərilmiş tədqiqatı tələb olunan mübahisəli fonoqramlarda montaj əlamətləri müəyyən olunmadı. Eksperizaya təqdim olunmuş “SAMSUNG GALAXY A51” markalı mobil telefonun “Whatsapp Business” mobil tətbiqində “Qaqa” kimi qeyd olunmuş “+994- 50-481-61-03” mobil nömrəsinə 13 mart 2024-cü il tarixdə göndərilmiş tədqiqatı tələb olunan mübahisəli fonoqramlar yazılışdan sonra montaj yolu və ya təkraryazma zamanı deyil, ilkin yazılış zamanı qeydə alınmışdır. (Cild 3, iş vərəqləri 43-48) Cinayət işi materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Yardımlı rayon polis şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-13-116/2-1984/24 nömrəli məktubundan görünür ki, Yardımlı rayon polis şöbəsinin xidmət üzrə rəis müavini, polis mayoru Zərərçəkmiş şəxs1, Post patrul xidməti bölüyünün polis nəfəri, polis serjantı Təqsirləndirilən şəxs, Post patrul xidməti bölüyünün polis nəfəri, polis kiçik serjantı Zərərçəkmiş şəxs2, Post patrul xidməti bölüyünün polis nəfəri, polis serjantı Şahid1, Post patrul xidməti bölüyünün polis nəfəri, polis serjantı Şahid2 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək dislokasiya üzrə Şuşa rayonu ərazisinə ezam olunmuşlar. Ezam olunan zaman Zərərçəkmiş şəxs1 “AZTKB” markalı, “262221” nömrəli tapança, Təqsirləndirilən şəxs “AKM” markalı “XЯ 9890” nörməli, 7.62 mm kalibrli avtomat, Zərərçəkmiş şəxs2 “AKM” markalı, “MM 1786” nömrəli 7.62 mm kalibrli avtomat, Şahid1 “AKM” markalı, ‘TİLU 5091” nömrəli 7.62 mm kalibrli avtomat, Şahid2 “AKM” markalı, TA 15” nömrəli 7.62 mm kalibrli avtomat təhkim olunmuşdur. (Cild 2, iş vərəqləri 99-104) Cinayət işi materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Yardımlı rayon polis şöbəsindən xx.xx.2024-cü il tarixli, 3- 13-116/2-1981/24 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş "AKM” markalı “XЯ 9890” nörməli, 7.62 mm kalibrli avtomat silahı Yardımlı rayon polis şöbəsinin balansındadır. “AKM" markalı silahlar şöbənin silah otağında şkafda saxlanılır, yalnız xidməti zərurət zamanı “Silah və sursatların, xüsusi vasitələrin verilib-alınması kitabı”nda qeydiyyata salınmaqla əməkdaşlara verilir. İşğaldan azad olunmuş ərazilərə ezam zamanı isə əməkdaşlara “Xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsinə cəlb olunan əməkdaşların silah və digər vasitələrin təhkim olunması cədvəlində qeydiyyata alınmaqla silah və xüsusi vasitələr verilir. (Cild 2, iş vərəq 98) Cinayət işi materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Yardımlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 91 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs nevroloji, ruhi-əsəb, narkoloji xəstə kimi xəstəxanada dispanser qeydiyyatında yoxdur. (Cild 2, iş vərəq 120) Cinayət işi materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Respublika narkoloji mərkəzi” publik hüquqi şəxsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, xx/xx-3667 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs mərkəzdə narkoloji qeydiyyatda yoxdur. (Cild 2, iş vərəq 122) Cinayət işi materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən xx.xx.2016-cı il tarixli Ə-12 s/h-194-16 nömrəli əmrdən görünür ki, “ictimai asayişin qorunmasında vətəndaşların polis orqanları ilə əməkdaşlığının təşkili Qaydası”na əsasən Yardımlı rayon, Zenqaran kənd sakini, 1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs polisə ictimai dəstək vəzifəsinə təyin edilmişdir. xx.xx.2019-cu il tarixli Ə-26sh-194-19 nömrəli əmrdən görünür ki, Yardımlı RPŞ-də “Polisə ictimai dəstək vəzifəsində işləyən, 1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən tutduğu vəzifədən azad edilib Yardımlı rayon polis şöbəsinin növbətçi hissəsinin növbətçi köməkçisi vəzifəsinə təyin edilmiş və “Azərbaycan Respublikasının Daxili İşlər Orqanlarında xidmət keçmə haqqında Əsasnamə”yə müvafiq olaraq Təqsirləndirilən şəxs “Polis sıravisi” xüsusi rütbəsi verilmişdir. xx.xx.2020-ci il tarixli Ə-13ş/h-194-20 nömrəli əmrdən görünür ki, Yardımlı RPŞ-nin növbətçi hissəsinin növbətçi köməkçisi polis kiçik serjantı Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən tutduğu vəzifədən azad edilib şöbədə vakant olan PPX tağımının polis nəfəri vəzifəsinə təyin edilmişdir. xx.xx.2024-cü il tarixli 3-13-116/ə(Ş/h)7/24 nömrəli əmrdən görünür ki, “Azərbaycan Respublikasının Daxili İşlər Orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 39-cu maddəsinə əsasən, Yardımlı rayon polis şöbəsinin postpatrul xidməti bölüyünün polis nəfəri polis serjantı Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən barəsində başlanmış cinayət işi üzrə yekun qərar qəbul edilənədək vəzifədən kənarlaşdırılmışdır. (Cild 2, iş vərəqləri 111-115) Cinayət işi materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən xx.xx.2023-cü il tarixli, 3-13/Ə(ş/h)2086/2023 nömrəli əmrdən çıxarışdan görünür ki, Yardımlı rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin rəisi polis kapitanı Zərərçəkmiş şəxs1 növbəti xüsusi rütbə (polis mayoru) verilmişdir. xx.xx.2023-cü il tarixli, 3-13/Ə(ş/h)2760/2023 nömrəli əmrdən çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixdən Yardımlı rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin rəisi vəzifəsindən azad edilib, həmin şöbənin xidmət üzrə rəis müavini vəzifəsinə təyin edilmişdir. xx.xx.2024-cü il tarixli, 3-13/Ə(ş/h)1227/2024 nömrəli əmrdən çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü il tarixdən ölümünə görə şəxsi heyətin siyahısından çıxarılmışdır. (Cild 2, iş vərəqləri 151-155) Cinayət işi materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən xx.xx.2021-ci il tarixli Ə31s/h-194-21 nömrəli əmrdən görünür ki, “İctimai asayişin qorunmasında vətəndaşların polis orqanları ilə əməkdaşlığının təşkili Qaydası” na əsasən Yardımlı rayon, Əsədabad kənd sakini, 2001 -ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 xx.xx.2021-ci il tarixdən polisə ictimai dəstək vəzifəsinə təyin edilmişdir. xx.xx.2023-cü il tarixli 3-13-116/Ə(s/h)15/2023 nömrəli əmrdən görünür ki, Yardımlı RPŞ-də Polisə ictimai dəstək vəzifəsində işləyən Zərərçəkmiş şəxs2 xx.xx.2023-cü il tarixdən tutduğu vəzifədən azad edilib şöbədə vakant olan PPXB-nün polis nəfəri vəzifəsinə təyin edilmiş və “Azərbaycan Respublikasının Daxili İşlər Orqanlarında xidmət keçmə haqqında Əsasnamə”yə müvafiq olaraq Zərərçəkmiş şəxs2 “Polis sıravisi” xüsusi rütbəsi verilmişdir. (Cild 2, iş vərəqləri 105-108) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (Cild 2, iş vərəq 129- 130) Məhkəmə təsirləndirilən şəxsə verilmiş ittihamı təhlil edərək qeyd edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsində göstərdiyi halları, yəni atəş açarkən Zərərçəkmiş şəxs2 görməməsi, onu qəsdən öldürməməsi, digər Zərərçəkmiş şəxs1 sonuncunun ona zor tətbiq etməsi və təhqir etməsindən irəli gələn hərəkətlərinə görə güllə ilə vurması və öldürmək niyyətində olmaması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməllərini törətməsini tam sübuta yetirilmiş hesab etməklə belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.3, 120.2.4, 120.2.7-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.3, 120.2.4 və 120.2.7-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinə görə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarından və elektron məhkəmə sistemindəki məlumatlardan görünür ki, təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşağı vardır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 61.1.10-cu maddəsinə əsasən cinayəti odlu silahdan istifadə etməklə törətməsi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı 13 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Şuşa rayon məhkəməsinin 14 mart 2024-cü il tarixli qərarı ilə barəsində həsb qətimkan tədbiri seçilmiş, cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 147-149,168-178) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək ömürlük azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 13 mart 2024-cü il tarixdən hesablanmalıdır. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.5-ci maddəsinin tələblərinə uyğun olaraq ömürlük azadlıqdan məhrum edilmiş şəxslər cəzalasını həbsxanada çəkilməlidir. Belə ki, həmin maddəyə əsasən, ömürlük azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün cəzalarının həbsxanada çəkilməsi müəyyən edilmişdir. Odur ki, təqsirləndirilən şəxsə təyin olunacaq ömürlük azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.5-ci maddəsinin tələblərinə uyğun olaraq həbsxanada çəkilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Şuşa rayon prokurorluğunda saxlanılan tampona hopdurulmuş nümunələr, tük nümunələri, dırnaq nümunələri, əlin (barmaqların) izləri, 02 ədəd üst geyim forması, tünd göy rəngli qısaqol kofta, 02 ədəd xidməti şalvar, qara rəngli qısa qol kofta, idman şalvarı, açıq göy rəngli tursik, 01 ədəd rezin çəkələk məhv edilməli, Təqsirləndirilən şəxs məxsus bir ədəd “SAMSUNG” markalı mobil telefon onun yaxın qohumlarından birinə qaytarılmalı, mərhum Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd qol saatı və 01 ədəd ağ rəngli boyunbağı onun hüquqi varisi Mehriyyə İsmayılovaya qaytarılmalı, 01 ədəd “CD” formalı disk iş materiallarında saxlanılmalıdır. Həmçinin Şuşa RPŞ-də saxlanılan 01 ədəd AKM markalı “XЯ 9890” nörməli, 7.62 mm kalibrli avtomat silahı, 7,62x39 mm kalibrli olmaqla 04 ədəd giliz və 04 ədəd güllə, deformasiya uğramış avtomat sandıqçası, 26 ədəd 7,62x39 mm kalibrli döyüş patronu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 406 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Bundan başqa, zərərçəkmiş şəxsin hüquqi varisləri X6 və X5 mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mehriyyə İsmayılova 110.000 manat maddi ziyana görə, 500.000 manat mənəvi ziyana görə, eləcə də 1.000 manat dövlət rüsumuna görə, ümumilikdə isə 611.000 manat məbləğində pulun, Millət Mustafayev 31.500 manat maddi ziyana görə, 30.000 manat mənəvi ziyana görə, eləcə də 275 manat dövlət rüsumuna görə, ümumilikdə isə 61.775 manat məbləğində pulun təqsirləndirilən şəxsdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Həmin mülki iddialar məhkəmə tərəfindən qəbul edilərək iş materiallarına əlavə edilmiş, zərərçəkmiş şəxsin hüquqi varisləri mülki iddiaçı, təqsirləndirilən şəxs isə mülki cavabdeh kimi tanınmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur, həmin Məcəllənin 179.2-ci maddəyə əsasən isə mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar Cinayət Məcəlləsində nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də eyni Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Məhkəmə qeyd edir ki, iş üzrə verilmiş mülki iddia ərizələrində irəli sürülən tələbləri təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim olunmamış, irəli sürülən tələblər isə kifayət qədər əsaslandırılmamışdır. «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 72-ci bəndində də qeyd olunmuşdur ki, mülki iddianın tələbləri ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olmadıqda və yaxud ittihamda göstərilən maddi ziyanın miqdarından artıq olduqda və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildikdə, məhkəmə əsaslandığı motivləri hökmün təsviri-əsaslandırıcı hissəsində göstərməklə mülki iddiaçının həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək üçün mülki iddianın baxılmamış saxlanılmasına dair qərar qəbul edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iş üzrə zərərçəkmiş şəxslərin hüquqi varisləri X6 və X5 tərəfindən verilmiş mülki iddia ərizələri baxılmamış saxlanılmalı, onlara mülki mühakimə icraatı qaydasında mülki iddia verməklə vurulmuş ziyanı tələb etmək hüquqlarının olması izah edilməklə, mülki iddia ərizələrinin verilməsinə görə xx.xx.2024-cü il tarixli, 10148 №-li qəbzə əsasən ödənilmiş 1000 manat məbləğində dövlət rüsumu X4 və xx.xx.2024-cü il tarixli, 29371 №-li qəbzə əsasən ödənilmiş 275 manat məbləğində dövlət rüsumu X3 geri qaytarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin qohumları tərəfindən onun hüquqlarının müdafiəsi üçün müdafiəçilər ilə müqavilə bağlandığından, müdafiəçinin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli, «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.3, 120.2.4 və 120.2.7-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş ömürlük azadlıqdan məhrum etmə növündə cəzanı həbsxanada çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 13 mart 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs 406 (dürd yüz altı) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə maddi sübut olub Şuşa rayon prokurorluğunda saxlanılan tampona hopdurulmuş nümunələr, tük nümunələri, dırnaq nümunələri, əlin (barmaqların) izləri, 02 ədəd üst geyim forması, tünd göy rəngli qısaqol kofta, 02 ədəd xidməti şalvar, qara rəngli qısa qol kofta, idman şalvarı, açıq göy rəngli tursik, 01 ədəd rezin çəkələk məhv edilsin, Təqsirləndirilən şəxs məxsus bir ədəd “SAMSUNG” markalı mobil telefon onun yaxın qohumlarından birinə qaytarılsın, mərhum Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd qol saatı və 01 ədəd ağ rəngli boyunbağı onun hüquqi varisi Mehriyyə İsmayılovaya qaytarılsın, 01 ədəd “CD” formalı disk iş materiallarında saxlanılsın. Həmçinin Şuşa RPŞ-də saxlanılan 01 ədəd AKM markalı “XЯ 9890” nörməli, 7.62 mm kalibrli avtomat silahı, 7,62x39 mm kalibrli olmaqla 04 ədəd giliz və 04 ədəd güllə, deformasiya uğramış avtomat sandıqçası, 26 ədəd 7,62x39 mm kalibrli döyüş patronu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə zərərçəkmiş şəxslərin hüquqi varisləri X6 və X5 tərəfindən verilmiş mülki iddia ərizələri baxılmamış saxlanılsın, onlara mülki mühakimə icraatı qaydasında mülki iddia verməklə vurulmuş ziyanı tələb etmək hüquqlarının olması izah edilməklə, mülki iddia ərizələrinin verilməsinə görə xx.xx.2024-cü il tarixli, 10148 №-li qəbzə əsasən ödənilmiş 1000 manat məbləğində dövlət rüsumu X4 və xx.xx.2024-cü il tarixli, 29371 №-li qəbzə əsasən ödənilmiş 275 manat məbləğində dövlət rüsumu X3 geri qaytarılsın. Təqsirləndirilən şəxs ona əfv haqqında vəsatət qaldırmaq hüququnun olması izah edilsin. Hökmdən elan olunduğu, isə Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-86/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-86/2025
21.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver