Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-87/2022 13.05.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), X8 və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər – Təqsirləndirilən şəxs1 müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs2 müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X3, xx xxxxx 1971-ci ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və 30 iyun 1967-ci ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, ünvan 3timkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs1 qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini külli miqdarda kultivasiya etmişdir. Belə ki o, tanışları Səfərov Elxan Şakir oğlu və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmayan tarixdə və mənbədən əldə etdikləri narkotik tərkibli çətənə (kannabis) bitkilərinin toxumlarını Quba rayon ərazisindən keçən Qudyalçayın yaxınlığında yerləşən Elxan Səfərova məxsus bağ sahəsindəki dəmir torlu hasarın dibində və yaxınlıqdakı kolluq sahədə, həmçinin Danba adlanan ərazidəki su anbarının kənarında əkmiş, həmin toxumlardan bitmiş tərkibində narkotik maddələr olan külli miqdarda, yəni ümumilikdə 16 ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq etməklə yetişdirərək kultivasiya etmiş, 28 iyun 2021-ci il tarixdə saat 18 radələrində Quba rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Səfərov Elxan Şakir oğlunun və Təqsirləndirilən şəxs1 iştirakları ilə Qudyalçayın yaxınlığında yerləşən Elxan Səfərova məxsus bağ sahəsinə baxış zamanı dəmir torlu hasarın keçirilmiş baxış zamanı 01 ədəd nəm vəziyyətdə çəkisi 1,887 qram, həmin ərazinin yaxınlığındakı kolluq sahədən 12 ədəd nəm vəziyyətdə ümumi çəkiləri 275,0 qram, həmçinin Danba adlanan ərazidəki su anbarının kənarından 03 ədəd nəm vəziyyətdə ümumi çəkiləri 4,565 qram olan əkilib becərilməsi qadağan olunmuş külli miqdarda, yəni ümumilikdə 16(on altı) ədəd narkotiki tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini külli miqdarda kultivasiya etmişdir. Belə ki, o, tanışları Səfərov Elxan Şakir oğlu və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmayan tarixdə və mənbədən əldə etdikləri narkotik tərkibli çətənə (kannabis) bitkilərinin toxumlarını Quba rayon ərazisindən keçən Qudyalçayın yaxınlığında yerləşən Elxan Səfərova məxsus bağ sahəsindəki dəmir torlu hasarın dibində və yaxınlıqdakı kolluq sahədə, həmçinin Danba adlanan ərazidəki su anbarının kənarında əkmiş, həmin toxumlardan bitmiş tərkibində narkotik maddələr olan külli miqdarda, yəni ümumilikdə 16 ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq etməklə yetişdirərək kultivasiya etmiş, 28 iyun 2021ci il tarixdə saat 18 radələrində Quba rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Səfərov Elxan Şakir oğlunun və Təqsirləndirilən şəxs1 iştirakları ilə Qudyalçayın yaxınlığında yerləşən Elxan Səfərova məxsus bağ sahəsinə baxış zamanı dəmir torlu hasarın keçirilmiş baxış zamanı 01 ədəd nəm vəziyyətdə çəkisi 1,887 qram, həmin ərazinin yaxınlığındakı kolluq sahədən 12 ədəd nəm vəziyyətdə ümumi çəkiləri 275,0 qram, həmçinin Danba adlanan ərazidəki su anbarının kənarından 03 ədəd nəm vəziyyətdə ümumi çəkiləri 4,565 qram olan əkilib becərilməsi qadağan olunmuş külli miqdarda, yəni ümumilikdə 16(on altı) ədəd narkotiki tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs1 ittiham olunduğu əməllər üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, çətənə bitkilərini əkməmiş, sadəcə olaraq onlara kənardan qulluq etmişdir. Həmçinin orda on altı deyil, on iki ədəd çətənə bitkisi olmuşdur. Məhkəmədə elan olunaraq tədqiq olunmuş Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsindən görünür ki, o, təxminən 4-5 ilə yaxındır ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmişdir. 28 iyun 2021-ci il tarixdə, saat 17 radələrində Quba şəhəri Qudyalçayın kənarında daş karxanaları yolunda yerləşən tanışı Elxan Səfərova məxsus pay torpaq sahəsində polislər onların iştirakı ilə həmin sahəyə baxış keçirmişdir. Baxış zamanı sahənin ətrafına çəkilmiş dəmir torlu hasarın dibində 1 ədəd aqrotexniki qaydada qulluq edilmiş çətənə bitkisi aşkar edilmişdir. Aqronom həmin bitkiyə baxarkən uzunluğunun kök boğazından 20 sm olan çətənə bitksi olduğu müəyyən edilmişdir. Həmin bitkidən onun məlumatı olmuşdur, Elxanla birlikdə həmin bitkiyə su vermiş, bununla da onlar həmin bitkiyə qulluq etmişlər. Həmin bitkini onlar Xəyyam adlı şəxslə birlikdə əkmiş, qulluq etmişlər. Sonradan isə onlar yaxınlıqdakı çayın kənarında qamışlıq və böyürtkən kolları olan əraziyə gedərək orada da olan 12 ədəd çətənə bitkisini göstərmişlər. Oradakı bitkidən də məlumatları olub və onlar bitkilərə su vermişlər. Həmin 12 ədəd bitki Xəyyam tərəfindən birgə əldə etdikləri toxumlardan əkilmiş, onun və Elxanın bundan xəbəri olmuşdur. Həmin 12 ədəd çətənə bitkisi kökü ilə birlikdə çıxarılarkən hətta birinin dibində plastik materialdan olan dibçək də olması müəyyən edilmişdir. Son olaraq isə onlar Danba adlanan ərazidə Qudyalçayın kənarında 3 ədəd bitkinin olduğu yerə baxış keçirmişlər. Həmin çətənə bitkilərini isə Xəyyam özü əkmiş, onlara da bu barədə bildirmiş, Elxanla o da həmin bitkilərin böyüməsi üçün onlara su vermişlər. Hər üç yerdə əkilən bitkilərin toxumları eyni olmuşdur. Xatırladığı qədəri ilə də həmin toxumları onlar bir müddət əvvəl istifadə etdikləri narkotik vasitə olan qurudulmuş marixuanadan əldə etmişlər. Polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı heç bir fiziki güc, zor tətbiq edilməmişdir. (Cild 1, iş vərəqləri 89-90) Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ittiham olunduğu əməllər üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Elxan Səfərov onun yaşadığı ünvanda çətənə bitkiləri əkməyi ona təklif etmiş və o da ona həmin bitkiləri əkməsi üçün Elxana icazə vermişdir. Elxan onun evində heç kimin qalmadığından oradan şübhələnməyəciyini söyləmişdir. O, əkilmiş çətənə bitkilərini gördüyü zaman, qorxub onları çıxardıb atmış və daha sonra öz işinin arxasınca getmişdir. O həmin bitkilərdən geriyə qalan üç kolu “Damba” adlanan yerdə əkmiş və bu barədə Mübarizə məlumat vermışdir. O ömründə narkotik vasitə istifadə etməmişdir. Məhkəmədə elan olunaraq tədqiq olunmuş Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsindən görünür ki, o, Quba şəhər sakinləri Səfərov Elxan Şakir oğlu və Təqsirləndirilən şəxs1 uzun müddətdir ki, tanıyır. Həmin şəxslər onunla qonşuluqda yaşayırlar. Onlarla heç bir düşmənçilik və ədavəti olmamışdır. Təxminən 2 ay əvvəl Elxan Səfərov onun yaşadığı ünvanda dəqiq sayını bilmədiyi qədər narkotik tərkibli çətənə bitkiləri əkmişdir. Həmin bitkiləri əkən zaman onun evində heç kim yaşamadığından ondan heç kimin şübhələnməyəcəyi üçün orada əkdiyini bildirmişdir. Elxan narkotiki əkən zaman sərxoş olduğundan və həmçinin ona yaxşı pul qazanacaqlarını bildirdiyi üçün o, Elxana narkotik bitkilərini əkməyə razılıq vermişdir. Bir müddət sonra isə o, həmin bitkilərin cücərib inkişaf etdiyini görmüşdür. O, həmin zaman qorxduğu və narkotiklə əlaqəsi olmadığı üçün həmin bitkiləri köklərindən çıxarıb məhv etmişdir. Həmin bitkilərdən geriyə qalan 3 ədədini Qudyalçayın yuxarı tərəfindəki damba adlanan ərazidə əkmişdir. Daha sonra isə həmin 3 ədəd bitkinin olduğu yeri Mübarizə göstərmişdir. Çünki Elxanın onun yaşadığı evdə narkotik tərkibli bitkiləri əkən zaman Mübariz adlı şəxslə şərik olduqlarını bilmişdir. Buna görə də Mübarizə həmin bitkilərin yerini göstərmişdir. O, Elxan Səfərovun bağ sahəsində fəhlə işləyən zaman X2 yaxınlığındakı kolluq sahədə və Elxanın bağının dəmir torlu hasarının dibində narkotik tərkibli çətənə bitkilərini əkdiyini bilmişdir. Elxan Səfərov yaşadığı ünvanda narkotik tərkibli bitkiləri əkən zaman başqa kim isə ona kömək etməmişdir. O, da Elxana narkotikin əkilməsində kömək göstərməmişdir. Kasıb olduğu üçün Elxan narkotiki onun həyətyanı sahəsində əkən zaman yaxşı pul qazanacaqlarını bildirdiyi üçün o, Elxana icazə vermişdir. Amma sonradan o, peşiman olaraq Elxanın əkdiyi bitkiləri məhv etmişdir. O, Elxan Səfərovun əkmiş olduğu bitkiləri məhv etdikdən sonra Elxan ona həmin bitkilərin toxumlarının bir ədədinin 30 manata olduğunu və nə üçün məhv etdiyini bildirmişdir. O, Elxana qorxduğu üçün məhv etdiyini bildirmişdir. Bir müddət sonra isə məhv etməyinə baxmayaraq həmin bitkilərdən 3 ədədinin yenə də həmin yerdə qaldığını görmüşdür. Buna görə də o, həmin 3 ədəd bitkini aparıb Qudyalçayın kənarında əkərək bu barədə də Mübarizə bildirmişdir. X12 şərik olduğunu bilmişdir. O, həmin bitkilərin yerini Mübarizə göstərmişdir ki, Mübariz də Elxana həmin bitkilərin yerini göstərsin, sonra özləri nə istəsələr etsinlər. O, Elxanla Mübarizin şərik olduqlarını bildiyi üçün həmin 3 ədəd ağacın yerini də Mübarizə göstərmişdir ki, Elxanla birlikdə həmin ağacların yerini bilsinlər. Sonradan onun bildiyi qədəri ilə Mübarizlə Elxanın birlikdə əkmiş olduqları narkotik tərtkibli çətənə kolları ilə birlikdə həmin ağaclara da qulluq göstərib baxmışlar. Səfərov Elxan Şakir oğlu və Təqsirləndirilən şəxs1 həmin çətənə bitkilərini özləri əkmişlər. O, sadəcə olaraq 3 ədədini əkmiş və bu bitkilərin yerlərini Mübarizə göstərmişdir. Bundan onun bildiyi qədəri ilə Elxanın da məlumatı olmuşdur. Çünki bir neçə dəfə ümumilikdə 16 ədəd çətənə bitkilərinə Elxan və Mübarizlə birlikdə su verib baxmışdır. Həmin çətənə bitkilərinə o, Elxan Səfərova məxsus bağ sahəsində fəhlə işlədiyi üçün su verilməsinə kömək etmişdir. Həmin zaman orada Mübarizlə Elxan da olmuşdur. O, narkotik vasitə istifadə etmədiyi və alqı-satqısı ilə məşğul olmadığı üçün həmin bitkilərdən əldə olunacaq narkotik vasitədən ona pay verilməyəcəkdi, sadəcə olaraq Mübarizlə Elxan arasında bölüşdürüləcəkdi. (Cild 1, iş vərəqləri 138-140) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməllərini ibtidai istintaq zamanı tam, məhkəmə istintaqı zamanı isə qismən etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Quba rayon Polis Şöbəsinin Cinayət-Axtarış üzrə əməliyyat müvəkklili Şahid5 ifadəsində göstərdi ki, 28 iyun 2021-ci il tarixdə Səfərov Elxan Şakir oğlu və Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik tərkibli bitkilər kultivasiya etməsi barədə rayon polis şöbəsinə daxil olmuşdur. Məlumatın yoxlanılması məqsədilə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibində Orxan Qasımzadə, Şahid2, Şahid3, Şahid4 və Fuad İslamov olmuşdur. Daha sonra X11 iştirakı ilə Quba şəhərində yerləşən Qudyalçayın yaxınlığında Səfərov Elxan Şakir oğlu və Təqsirləndirilən şəxs1 saxlanılmışdır. Onlara qanunsuz olaraq narkotik tərkibli bitkiləri kultivasiya etmələrində şübhəli olduqlarını bildirmişlər. Elxan Səfərov yaxınlıqdakı bağ sahəsinin ona məxsus olduğunu bildirdirmişdir. Ümumilikdə 16 ədəd çətənə bitkisi aşkar edilmiş. Aqronom həmin çətənə bitkilərinə baxış keçirdikdə həmin bitkilərə xüsusi qulluq edildiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Quba rayon Polis Şöbəsinin Cinayət-Axtarış üzrə əməliyyat müvəkklili X9 ifadəsində göstərdi ki, 28 iyun 2021-ci il tarixdə Səfərov Elxan Şakir oğlu və Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik tərkibli bitkilər kultivasiya etməsi barədə rayon polis şöbəsinə daxil olmuşdur. Məlumatın yoxlanılması məqsədilə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibində Orxan Qasımzadə, Şahid2, Şahid3, Şahid4 və Fuad İslamov olmuşdur. Daha sonra X11 iştirakı ilə Quba şəhərində yerləşən Qudyalçayın yaxınlığında Səfərov Elxan Şakir oğlu və Təqsirləndirilən şəxs1 saxlanılmışdır. Həmin ərazinin müxtəlif yerlərindən çətənə bitkiləri aşkar edilmişdir. Təhqiqatçı, kriminalist, vəkil və aqronomun iştirakı ilə 16 kol aşkar edilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadələri elan olunaraq tədqiq olunmuş Quba rayon Polis Şöbəsinin PPXB-nin polis nəfərləri X10, Şahid2, Şahid3 Mövlüd oğlu və Şahid4 məhkəmə dindirilmiş polis əməkdaşları ilə oxşar məzmunlu ifadələr vermişlər. (Cild 1, iş vərəqələri 244-246, 247-249, Cild 2, iş vərəqləri 10-25) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Səfərov Elxan Şakir oğlunun, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə istintaq olunan cinayət işindən Elxan Səfərovun xəstəlikdə müalicə olunması səbəbində onun barəsində 01 oktyabr 2021-ci il tarixli qərarla Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə ayrıca icraata ayrılmışdır. Səfərov Elxan Şakir oğlu Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 06 aprel 2022-ci il tarixli hökmü ilə CM-nin 237.2.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 3 il 6 ay müddətinə (üç il altı ay) azadlığına məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin hökm 27 aprel 2022-ci il tarixdə qanuni qüvvəyə minmişdir. (cild 1, iş vərəqə 48-57) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Baxış keçirilməsi haqqında” 28 iyun 2021-ci il tarixli protokolun surətindən görünür ki, X16 Qasımov, eləcə də mütəxəssis-aqronomun iştirakı ilə Quba rayonu Qudyalçay çayının kənarında yerləşən Elxan Səfərova məxsus 3 hektar bağ sahəsinin hasarı yaxınlığında və ətrafda aqrotexniki qaydada qulluq göstərməklə kultivasiya edilmiş ümumilikdə 16 ədəd çətənə bitkisi aşkar edilərək torpaqdan çıxarılmış və qablaşdırılaraq götürülmüşdür. Həmin istintaq hərəkəti videoçəkilişlə aparılmış və videogörüntülərin əks olunduğu bir ədəd disk istintaq materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 34-36) Həmin video diskə həm ibtidai istintaq zamanı, həm də məhkəmədə proses iştirakçıları ilə birlikdə baxılarkən “Baxış keçirilməsi haqqında” 28 iyun 2021-ci il tarixli protokolda qeyd olunan hallar, o cümlədən çətənə birkilərinin dibçəkdə əkilməsi, onların dibinin təmizlənməsi və aqrotexniki qaydada qulluq edilməsi, eləcə də Elxan Səfərovla, Təqsirləndirilən şəxs1 həmin bitkilərin dəqiq yerini göstərməsi və Elxan Səfərovun dibçəkdə əkilən çətənə bitkisinin Təqsirləndirilən şəxs2 tərəfindən əkilməsinin bildirməsi öz təsdiqini tapmışdır. (Cild 1, iş vərəqləri 207-208,215-216) Cinayət işinin materiallarında olan aqronom Firuz Hüseynov tərəfindən tərtib edilmiş 28 iyun 2021-ci il tarixli mütəxəssis rəyinin surətindən görünür ki, aşkar edilmiş ümumilikdə 16 ədəd kol narkotik xassəli çətənə bitkisi olmaqla onlara aqrotexniki qaydada qulluq edilmişdir. (Cild 1, iş vərəq 37) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-bioloji ekspertizasının 29 iyun 2021-ci il tarixli, 7/609 nömrəli rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd nəm vəziyyətdə çəkisi 1,887 qram, 3 (üç) ədəd nəm vəziyyətdə çəkisi 4,565 qram və 12 (on iki) ədəd nəm vəziyyətdə çəkisi 275,0 qram olan bitkilər tərkiblərinə görə eyni olub, əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir. Aqronomun rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. (Cild 1, iş vərəqləri 46-49) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının keçirilməsinə dair Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin 19.08.2021-ci il tarixli 2975 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 Kannabioidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin hal-hazırda abstensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq narkomaniyadan məcburi müalicəyə ehtiyyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqə 179-180) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının keçirilməsinə dair Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin 26.08.2021-ci il tarixli 3078 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 Kannabioidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqə 177-178) İş üzrə Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. (cild 1, iş vərəqə 173) İş üzrə Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 19.09.2018-ci il tarixdə Quba rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3, 185.1 və 66.2ci maddələri ilə 02 il 09 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 08.07.2020-ci il tarixdə Salyan rayon Məhkəməsinin qərarı ilə hökmdən CM-nin 185.1 və 66.2-ci maddələri xaric edilib, cəzası 02 il 06 aya endirilmiş və 12.11.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (cild 1, iş vərəqə 171-172) Ona görə də, Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs2 məhkum olunmuş şəxs hesab olunmalıdır. Həmçinin Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlinə görə Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi kimi qiymətləndirilməlidir. Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəsinin 30.09.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 subaydır, Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəsinin xasiyyətnaməsinə əsasən Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (cild 2, i.v.31-32) Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəsinin 30.09.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs1, arvadı X6, oğlu X4 və anası X1 ibarət ailə tərkibi vardır, Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəsinin xasiyyətnaməsinə əsasən Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (cild 2, i.v.33- 34) Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini külli miqdarda kultivasiya etməmələri barədə məhkəmədə verdikləri ifadələrini onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətlərini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək təqsirləndirilən şəxslərin ittiham olunduqlarını cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 öz müdafiələri üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdikləri və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. Yuxarıda göstərilən sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsassən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslərə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərin əməllərinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli Qərarının 19-cu bəndində hüquqi mövqe ifadə olunaraq izah edilmişdir ki, əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən İİİ siyahıda, yəni “qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər” siyahısına əsasən çətənə növlü bitkilər Azərbaycan Respublikasında bitən, lakin kultivasiyası qadağan olunmuş tərkibində narkotik maddələr olan bitkilərdir və həmin bitkilərin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 3-15 ədəd (6-30 hissə), külli miqdar daxil olmaqla yuxarı həddi 16 ədəd (31 hissə) müəyyən edilmişdir. Bundan əlavə, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə cinayət qanununun qeyd edilən normasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi, evli olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, qoca anasının və işləməyən arvadının olması onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran haldır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.2-ci maddəsinin tələblərinə əsasən cəzanı yüngülləşdirən halların məcmusunu müstəsna hal hesab edərək, həmçinin həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivini də müstəsna hallar hesab edərək, habelə Təqsirləndirilən şəxs1 cinayətinin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan halları nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələrinin sanksiyası ilə müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzadan daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cinayət qanunvericiliyinin ədalət və humanizm prinsiplərinə uyğun və cəzanın məqsədlərinə müvafiqdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs1 28 iyun 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Quba rayon məhkəməsinin 30 iyun 2021-ci il tarixli qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 29-30, 94-95) Məhkəmə göstərilənləri nəzərə almaqla və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ittiham olunduğu cinayət qanununun maddələrinin sanksiyası ilə müəyyən edilmiş cəza növündən daha yüngül cəza növünün təyin edilməsini əsaslı hesab edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddəti Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı, təqsirləndirilən şəxsin 28 iyun 2021-ci il tarixdən 13 may 2022-ci il tarixədək həbsdə saxlanıldığı 10 ay 15 gün (on ay on beş gün) müddət azadlığın məhdudlaşdırılması cəzasının 01 (bir) il 02 (iki) ay müddətinə bərabər tutulmaqla, həmin müddət təyin olunan cəzadan çıxılaraq qəti cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 əməllərində cinayətlərin residivi olması və əvvəllər dəfələrlə məhkum olunmasına görə ona CM-nin 62-ci maddəsinin tətbiq olunmasını əsaslı hesab etmir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Quba rayon məhkəməsinin 30 iyun 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində 3 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 01.07.2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (cild 1, iş vərəqə 137-138) Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 01 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs2 Kannabioidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs1 Kannabioidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin hal-hazırda abstensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq narkomaniyadan məcburi müalicəyə ehtiyyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır Məhkəmə, gəldiyi nəticələri həm prosessual normaların tələbləri baxımından, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30.03.2006-cı il tarixli qərarının izah və tövsiyələri baxımından əsaslı hesab edir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin 3-cü bəndinə əsasən həmin maddənin 1-ci bəndinin (c) yarımbəndinə müvafiq olaraq tutulmuş və ya həbsə alınmış hər kəs, dərhal hakimin və ya qanunla məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş vəzifəli şəxsin yanına gətirilir və ağlabatan müddət ərzində məhkəmə araşdırması və ya məhkəməyə qədər azad edilmək hüququna malikdir. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəməyə qədər həbs müddəti müəyyən edilərkən nəzərə alınmalı olan müddət təqsirləndirilən şəxsin həbsə alındığı gündən başlayır və hökmün çıxarıldığı gün sona çatır, hətta bu hökm birinci instansiya məhkəməsi tərəfindən verilmiş olsa belə (Solmaz Türkiyə qarşı, §§ 23-24; Kalaşnikov Rusiyaya qarşı, § 110, Vemhoff Almaniyaya qarşı, § 9 ). Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Quba RPŞ-nin maddi sübutların saxlanc yerində saxlanılan tədqiqatdan sonra ümumi təmiz qalıq çəkisi 281,132 qram olan 16 ədəd çətənə bitkisi məhv edilməli, 01 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə-bioloji ekspertizasının keçirilməsinə görə müəyyən edilmiş 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərcinin 24 manat məbləğində hissəsinin Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 06 aprel 2022-ci il tarixli hökmü ilə Səfərov Elxan Şakir oğlundan tutulmasını nəzərə alaraq, qalan 48 (qırx səkkiz) manat ekspertiza xərcinin təqsirləndirilən şəxslər olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında bərabər bölünməklə hər birindən 24 (iyirmi dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24.12.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25.06.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 04.03.2011-ci il tarixli «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30.03.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq edilməklə ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlandığı 10 ay 15 gün ( on ay on beş gün) müddət, azadlığın məhdudlaşdırılması cəzasının 01 (bir) il 09 (doqquz) ay müddətinə bərabər tutulmaqla, həmin müddət təyin olunan cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal həbsdən azad olunsun. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın və o, həmin cəzanı yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 24:00-dan 05:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Quba rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 01 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Quba RPŞ-nin maddi sübutların saxlanc yerində saxlanılan tədqiqatdan sonra ümumi təmiz qalıq çəkisi 281,132 qram olan 16 ədəd çətənə bitkisi məhv edilsin, 01 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Vaqif oğlundan hər birindən 24 (iyirmi dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs2 isə hökmün surətinin ona verildiyi andan andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: İmza Hafiz Əliyev Məruzəçi hakim: İmza Fikrət Əliyev Hakim: İmza Fəhmin Hümbətov Əsli ilə düzdür, Hakim: Hafiz Əliyev
Məhkəmə qərarları › İş №1(124)-87/2022
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-87/2022
13.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver