Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-87/2023 11.10.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Rzayeva Aynur Tapdıq qızı və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, ailəli, işsiz, Xızı rayonu, Qarabulaq kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Masazır qəsəbəsi, N.Əsədov küçəsi ev 70-də yaşayan və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs telefon vasitəsi ilə tanış olduğu istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, sonuncunun qanunsuz əldə etdiyi külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin öz istifadəsi üçün ona ayrılan müəyyən miqdarda narkotik vasitə və psixotrop maddə müqabilində istintaqa məlum olmayan şəxsin tapşırığı ilə ayn-ayn yerlərdə qoymaqla satışını həyata keçirib qazanc əldə etmə barədə razılığa gəlmiş, satış məqsədi ilə külli miqdarda 08 ədəd sellofan torbalarda ayrı-ayrılıqda çəkisi 0,960 qram, 5,965 qram, 0,955 qram, 0,954 qram, 0,975 qram, 0,976 qram, 4,593 qram, 3,563 olmaqla, külli miqdarda ümumi çəkisi 18,941 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, üzərində xətlər həkk olunmuş 16 ədəd psixotrop maddə olan açıq çəhrayı rəngli həblərin tərkibində MDMA-nın (metilendioksimetamfetamin, ekstazi) təsir maddəsinin ümumi miqdarı 3,2 qram, üzərində skelet təsviri həkk olunmuş 1 ədəd tünd çəhrayı rəngli həbin tərkibində MDMA-nın (metilendioksimetamfetamin, ekstazi) təsir maddəsinin miqdarı 0,25 qram olan, 01 ədəd sellofan torbada çəkisi 7,075 qram olan tünd gəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, 01 ədəd sellofan torbada çəkisi külli miqdar olan 36,420 qram açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, üzərində F/M20 göstəricisi olan 1 ədəd qəhvəyi rəngli dairəvi formalı dərman həbində metadonun təsir maddəsinin miqdarı 0,02qram, üzərində F/M40 göstəricisi olan 1 ədəd qəhvəyi rəngli dairəvi formalı dərman həbində metadonun təsir maddəsinin miqdarı 0,04 qram, külli miqdar təşkil edən 6,054 qram ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və çəkisi 2,017 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə etdikdən sonra 6,054 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və çəkisi 2,017 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əynindəki qara rəngli gödəkçənin sol yan cibində saxlamış, xx.xx.2021-ci il tarixdə saat 00:05 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Nazim Əsədov küçəsi, nömrəsiz fərdi yaşayış evinin qarşısında Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb, BNMİ-nə gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkçənin sol yan cibindən iki ədəd sellofan torbanın içərisində çəkisi külli miqdar təşkil edən 6,054 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və çəkisi 2,017 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, daha sonra yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, Nazim Əsədov küçəsində yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman, evin giriş qapısınından girdikdən sonra sağ tərəfdə yerləşən ayaqqabı dolabının aşağı sağ tərəfindən plasmas qabın içərisində 08 ədəd sellofan torbalarda ayrı- aynlıqda çəkisi 0,960 qram, 5,965 qram, 0,955 qram, 0,954 qram, 0,975 qram, 0,976 qram, 4,593 qram, 3,563 olmaqla, ümumi çəkisi külli miqdar təşkil edən 18,941 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, üzərində xətlər həkk olunmuş 16 ədəd açıq çəhrayı rəngli həblərin tərkibində psixotrop maddə MDMA-nın (metilendioksimetamfetamin, ekstazi) təsir maddəsinin ümumi miqdarı 3,2 qram, üzərində skelet təsviri həkk olunmuş 1 ədəd tünd çəhrayı rəngli həbin tərkibində MDMAnın (metilendioksimetamfetamin, ekstazi) təsir maddəsinin miqdarı 0,25 qram olan, 01 ədəd sellofan torbada çəkisi 7,075 qram olan tünd gəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, 01 ədəd sellofan torbada çəkisi külli miqdar təşkil edən 36,420 qram olan açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, üzərində F/M20 göstəricisi olan 1 ədəd qəhvəyi rəngli dairəvi formalı dərman həbində narkotik vasitə metadonun təsir maddəsinin miqdarı 0,02qram, üzərində F/M40 göstəricisi olan 1 ədəd qəhvəyi rəngli dairəvi formalı dərman həbində narkotik vasitə metadonun təsir maddəsinin miqdarı 0,04 qram polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 6-7 ay əvvəl narkotik vasitə olan marixuanadan istifadə etməyə başlamışdır. 2021-ci il noyabrın 11-i Xırdalan şəhərində saxlanılmışdır. Onda narkotik vasitə olan marixuana olmuşdur, amma satışla bağlı telefonunda heç bir zəng, yazışma olmamışdır. Narkotik vasitəni Yasamaldan şəxsi istifadəsi üçün əldə etmiş və onu əldə etməkdə satış məqsədi olmamışdır. Onda marixuanadan başqa narkotik vasitə olmamışdır. Narkotik vasitəni evə kimin qoyduğunu bilməmişdir. Həmçinin, MDMA(metilendioksimetamfetamin, ekstazi) də onda olmamışdır. O, ibtidai istintaqa verdiyi ifadəsini qismən təsdiq etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə araşdırılmış ifadəsində özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitələrdən istifadə edir. 12 noyabr 2021-ci il tarixdə, saat 00:05 dəqiqədə yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, Nazim Əsədov küçəsi, nömrəsiz fərdi yaşayış evinin yaxınlığında piyada hərəkət edən zaman 3 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini ona polis əməkdaşı kimi təqdim edərək qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğumu bildirərək, xidməti vəsiqələrini göstərərək, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu Baş Narkotiklərlə Mübarizə idarəsinin inzibati binasına dəvət etdilər. Orada dəvət olunmuş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutuldu. Hüquq və vəzifələri elan olundu və buna dair bildiriş təqdim edildi. Bundan sonra üzərinə şəxsi axtarış aparılmağa başlanıldı. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya varsa onları təqdim etməyi təklif olundu. O əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 2 (iki) ədəd sellofan bükümü və əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 (bir) ədəd içərisində 070 ***-**-** simkart nömrəsi olan “Leagoo” markalı mobil telefon təqdim edərək masanın üzərinə qoydu. Sonra üzərinə şəxsi axtarış keçirildi və əynində olan şalvarın sağ yan cibindən 20 manat pul və 01 (bir) ədəd açar aşkar edilərək götürüldü. Sellofan bükümlərə baxış keçirilərkən içərisində narkotik vasitə olan marixuana, digər bükümdə isə psixotrop maddə olan metamfetamin olması müəyyən edildi. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilmədi. Daha sonra təqdim etdiyi bükümlərdən qurudulmuş marixuana və metamfetamin elektron tərəzidə çəkildi və qurudulmuş marixuananın çəkisi 2,5 qram, psixotrop maddə metamfetaminin çəkisi 6,5 qram oldu. Sonra aşkar olunmuş həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırıldı, DİN-in 7 saylı möhürü ilə möhürləndi və imzalandı. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd “Leagoo” markalı mobil telefon bu barədə ona izah verildikdən sonra götürüldü, l(bir) ədəd açar və 20 manat pul isə özünə geri qaytarıldı. Verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özümə məxsus olduğunu, həmin kütlələri 2 (iki) gün əvvəl sosial şəbəkədə tanış olduğu, tanımadığı şəxsin vasitəsi ilə Yasamal rayonu, İnşaatçılar metrostansiyasmın yaxınlığında həmin şəxsin dediyi tanımadığı başqa şəxsdən götürərək sosial şəbəkədə tanış olduğu şəxsin göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, qeyd edilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağının qarşılığında həmin şəxsin gördüyü işə görə ona narkotik vasitə istifadəçisi olduğu üçün narkotik vasitə verəcəyini, əvvəllər məhkum olunmadığını, həmçinin Abşeron rayonunda yaşadığı evdə narkotik və psixotrop maddə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını bildirmiş və yaşadığı evə getmişlər. Baxışda onunla birlikdə yaşayan atası X5 da iştirak etmişdir. Orada evdə saxladığı kütlələri təqdim etməyi təklif olundu. Bu təklifdən sonra o evə girişdə sağ tərəfdə yerləşən ayaqqabı dolabının aşağı sağ tərəfindən plastmas qabın içərisində 08 ədəd bükümdə psixotrop maddə olan metamfetamini, 01 ədəd bükümdə narkotik vasitə olan heroini, 02 ədəd narkotik vasitə olan metadon həblərinə, 17 ədəd psixotrop maddə olan ekstazi həblərini və 01 (bir) ədəd bükümdə narkotik vasitə olan tiryəki təqdim edərək stolun üzərinə qoymuşdur. Sonra həmin kütlələr elektron tərəzidə çəkildi və metamfetaminin çəkisi ümumilikdə 23 qram, heroinin çəkisi 43 qram, tiryəkin çəkisi 8 qram olmuşdur. Daha sonra həmin kütlələr qablaşdırmış, DİNin 7 saylı möhürü ilə möhürlənmişdir. Sonra yaşadığı evin digər hissələrinə baxış keçirilmiş, narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Baxış zamanı verilən suallara cavab olaraq aşkar olunmuş elektron tərəzilərin özünə məxsus olduğunu, həmin kütlələri 2 gün əvvəl sosial şəbəkədə tanış olduğu, tanımadığı şəxsin vasitəsi ilə Yasamal rayonu, İnşaatçılar metrostansiyasınm yaxınlığında həmin şəxsin dediyi tanımadığı başqa şəxsdən götürərək sosial şəbəkədə tanış olduğu şəxsin göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, qeyd edilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağının qarşılığında həmin şəxsin gördüyü işə görə ona narkotik vasitə istifadəçisi olduğu üçün narkotik vasitə verəcəyini göstərmişdir.Ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilməmişdir. X1 yaşadığı evdə narkotik vasitə və psixotrop maddə olmasından məlumatı olmadığını bildirdi.Aldığı Norkotik vasitələri və psixotrop maddələri aldığı kimi üstündə və evində saxlamış,onları bümüklərə ayırıb bölməmişdir. ( cild 1, iş vərəqə 71, 202, 224) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş DİN-nin Baş Narkotiklərlə Mübarizə idarəsinin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərdi ki, 2021-ci ilin noyabr ayının 11-də ona Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. 12 noyabr 2021-ci il tarixdə gecə radələrində yaşadığı küçədə Təqsirləndirilən şəxs saxlayıb özlərini təqdim edərək onu DİN-nin Baş Narkotiklərlə Mübarizə idarəsinə gətirmişlər. İdarədə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs əynindəki gödəkçənin cibindən iki ədəd sellofan torbanın içərisində metamfetamin və bir ədəd marixuana aşkar edilmişdir. Təqsirləndirilən şəxs evində də narkotik vasitə olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs icazəsi ilə yaşadığı evə baxış keçirilən zaman sellofan torbalarda metamfetaminə oxşar maddələr, bir neçə ədəd həb, 01 ədəd sellofan torbada tiryəkə oxşar maddə, 01 ədəd sellofan torbada heroinə bənzər maddə aşkar olunaraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş maddələri Yasamal rayonu ərazisindən tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir. O, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş DİN-nin Baş Narkotiklərlə Mübarizə idarəsinin əməliyyat müvəkkili Şahid1 digər polis əməkdaşı Şahid3 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Şahid DİN-nin Baş Narkotiklərlə Mübarizə idarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid2 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, sonuncu məhkəmədə ifadələri alınmış polis əməkdaşları Şahid3 və Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onların göstərdiyi xüsusatları təsdiq etmişdir. ( cild 1, iş vərəqə 143-145) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 noyabr 2021-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Xızı rayonu Qarabulaq kəndində qeydiyyatda olmaqla Abşeron rayonu Masazır qəsəbəsi Nazim Əsədov küçəsində nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. (cild 1, vərəqə 6-7 ) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” 12 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 noyabr 2021-ci il tarixdə DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq idarəyə gətirilib üzərində şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli gödəkçənin sol yan cibindən iki ədəd sellofan torbanın içərisində metamfetaminə oxşar maddə və bir ədəd bitki mənşəli kütlə aşkar olunaraq götürülmüşdür.( cild 1, iş vərəqə 31-33) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “evə baxış keçirilməsi və götürmə haqqında” 12 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs icazəsi ilə yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, Nazim Əsədov küçəsində yerləşən fərdi yaşayış evə baxış keçirilən zaman, evin giriş qapısınmdan girdikdən sonra sağ tərəfdə yerləşən ayaqqabı dolabının aşağı sağ tərəfindən plasmas qabın içərisində 08 ədəd bükümdə ağ rəngli kristallik formada metamfetaminə oxşar maddələr, 01 ədəd bükümdə açıq qəhvəyi rəngli heroinə bənzər maddə, 02 (iki) ədəd narkotik vasitə olan metadon həblərinə bənzər kütləni, 17 ədəd psixotrop maddə olan ekstazi həbi, 01 ədəd bükümdə narkotik vasitə olan tiryəkə oxşar maddə aşkar olunaraq götürülmüşdür. ( cild 1, iş vərəqə 37-38) Protokollarda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 12 noyabr 2021-ci il tarixli 7/1170 №-li məhkəmə ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 2,017 qram bitki mənşəli kütlə,tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. (cild 1 iş vərəqə 46- 49) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 12 noyabr 2021-ci il tarixli 6/5011 №-li məhkəmə ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 ədəd sellofan torbada təmiz çəkisi 6,054 qram olan ağ rəngli kristalik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. - üzərində «Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş...» sözləri qeyd edilmiş bir ədəd zərfdə : - 8 ədəd sellofan torbalarda ayrı-ayrıhqda təmiz çəkisi 0,960 qram,5,965 qram,0,955 qram,0,954 qram,0,975 qram,0,976 qram,4,593 qram,3,563 qram,ümumi təmiz çəkisi 18,941 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. - üzərində xətlər həkk olunmuş 16 ədəd açıq çəhrayı rəngli həblərin tərkibində MDMA-nın (metilendioksimetamfetamin,ekstazi təsir maddəsinin ümumi miqdarı 3,2 qram,(bir ədəd həbdə MDMA-nın təsir maddəsinin miqdarı 0,2 qram) olduğu müəyyən edildi. - üzərində skelet təsviri həkk olunmuş 1 ədəd tünd çəhrayı rəngli həbin tərkibində MDMA-nm (metilendioksimetamfetamin,ekstazi) təsir maddəsinin miqdarı 0,25 qram olduğu müəyyən edildi. - 1 ədəd sellofan torbada təmiz çəkisi 7,075 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə -tiryəkdir. - 1 ədəd sellofan torbada təmiz çəkisi 36,420 qram olan açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. - üzərində F/M20 göstəricisi olan 1 ədəd 1 ədəd qəhvəyi rəngli dairəvi formalı dərman həbində metadonun təsir maddəsinin miqdarı 0,02 qram təşkil edir. - üzərində F/M 40 göstəricisi olan 1 ədəd qəhvəyi rəngli dairəvi formalı dərman həbində metadonun təsir maddəsinin miqdarı 0,04 qram təşkil edir. Üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş» sözləri,ad soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə olan 1 ədəd sellofan torbada və üzərində «Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş» sözləri qeyd edilmiş bir ədəd zərfdə olan 8 ədəd sellofan torbalardakı metamtetaminlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Təqdim edilmiş üzərində xətlər həkk olunmuş 16 ədəd açıq çəhrayı rəngli MDMA həbləri xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə bir-biri ilə eynilik təşkil edib,l ədəd üzərində skelet təsviri həkk olunmuş tünd çəhrayı rəngli MDMA həbdən fərqlidirlər. 1 ədəd üzərində F/M20 göstəricisi olan və 1 ədəd üzərində F/M40 göstəricisi olan metadon həbləri xarici görünüş əlamətlərinə və tərkibinə görə bir-biri ilə fərqlidir. ( cild 1, iş vərəqə 50-55) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 160 №-li rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs müayinə zaman narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir . Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. ( cild 1, iş vərəq 149- 150) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 38 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik,psixi fəaliyyətin müvəqqəti pozulması,kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir.Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək,onlan idarə etmək iqtidarında olmuşdur.Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqh hesab edilməlidir.Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür.Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Məhkəmə psixoloji ekspertizası üzrə yekun hissə.Təqsirləndirilən şəxs əqli intelektual imkanları normaya uyğundur. Əqliintelektual imkanlarına görə iş üçün əhəmiyyətli halları düzgün qavramaq, hadisə zamanı hərəkətlərini dərk etmək qabiliyyətinə malik olmuşdur.Cinayət əməlini törətdiyi zaman psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamış,hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. ( cild 1, iş vərəq 151-154) Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evindən aşkar edilib götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,997 qram çəkidə qurudulmuş marixuana, 36,370 qram çəkidə narkotik vasitə heroin, 24,545 qram çəkidə psixotrop maddə metamfetamin, 7,025 qram çəkidə narkotik vasitə tiryək, «Metadon 40» həbinin sayı-1 ədəd,tədqiqata sərf edildi-1/2 ədəd,qalıq-l/2 ədəd, «Metadon 20» həbinin sayı-1 ədəd,tədqiqata sərf edildi-1/2 ədəd,qahq-l/2 ədəd,MDMA- 16 ədəd, 1 ədəd, tədqiqata sərf edildi- 2 ədəd,l/2 ədəd,qalıq 14 ədəd, 1/2 ədəd həblər iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. xx.xx.2021-ci il tarixli şəxsi axtarış eləcə də, evində baxış və götürmə aparılması barədə iş materiallarına əlavə edilən video çəkilişin olduğu disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir.Təqsirləndirilən şəxs məxsus bir ədəd “Leaqoo” markalı mobil telefon iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir.( cild 1, iş vərəqə 205-209) Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.( cild 1, iş vərəqə 126) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş xasiyyətnamədən görünür ki, Abşeron RİHB-nın Masazır kənd İƏD-si üzrə nümayəndəliyinə onun barəsində heç bir ərizə və şikayət daxil olmamışdır. ( cild 1, iş vərəqə 193-194) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş sənədlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X7 adlı iki azyaşlı uşağı vardır. ( cild 1, iş vərəqə 196-198) Məhkəmə, Təqsirləndirilən şəxs marixuana xaric aşkar olunmuş digər narkotik vasitə və psixotrop maddələrin ona məxsus olmaması və narkotik vasitə əldə etməkdə satmaq məqsədinin olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxsin əldə edərək, üzərində və evində saxladığı psixotrop maddənin və narkotik vasitələrin müxtəlifliyi, külli miqdarda olması, Təqsirləndirilən şəxs məqsədinin məhz psixotrop maddələrin və narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram, “tiryək” narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,5 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 50 qram, psixotrop maddə metamfetmainin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram, psixotrop maddə MDMA (metilendioksimetamfetamin, ekstazi) şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,03 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 5 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs oğlu 12 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 12 noyabr 2021-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 12 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, məhkəmə cinayət işində olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində narkomaniyadan profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınmış Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,997 qram çəkidə qurudulmuş marixuana, 36,370 qram çəkidə narkotik vasitə heroin, 24,545 qram çəkidə psixotrop maddə metamfetamin, 7,025 qram çəkidə narkotik vasitə tiryək, l/2 ədəd «Metadon 40» həbi, l/2 ədəd «Metadon 20» həbi, 14 ədəd və 1/2 ədəd MDMA həblər məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs məxsus bir ədəd “Leaqoo” markalı mobil telefon təqsirləndirilən şəxsin ailə üzvlərinə qaytarılmalı, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 163 (yüz altmış üç) manat 76 (yetmiş altı) qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və o, 7 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 12 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınmış Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,997 qram çəkidə qurudulmuş marixuana, 36,370 qram çəkidə narkotik vasitə heroin, 24,545 qram çəkidə psixotrop maddə metamfetamin, 7,025 qram çəkidə narkotik vasitə tiryək, l/2 ədəd «Metadon 40» həbi, l/2 ədəd «Metadon 20» həbi, 14 ədəd və 1/2 ədəd MDMA həblər məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus bir ədəd “Leaqoo” markalı mobil telefon təqsirləndirilən şəxsin ailə üzvlərinə qaytarılsın, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 163 (yüz altmış üç) manat 76 (yetmiş altı) qəpik Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-87/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-87/2023
11.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver