Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-87/2024 30.01.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1984-cü il tarixdə Xaçmaz rayonu, Xaçmaz şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, İİ dərəcəli əlil, Xaçmaz rayonu, Padar kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs yabanı halda bitən çətənə (kannabis) bitkilərini dərib yaş vəziyyətdə yaşadığı ünvan 2 ünvanında yerləşən evinə daşımaqla orada satış məqsədi ilə həmin bitkiləri qurudub qanunsuz olaraq kustar üsulla külli miqdarda, yəni təmiz çəkisi 7920 qram olan narkotik vasitə qurudulmuş marixuana hazırlayaraq qeyd olunan evin zirzəmisində və yataq otağında saxlamış, bu fakt 04 iyul 2022-ci il tarixdə saat 11:10-dan 11:40-dək olan müddət ərzində Xaçmaz rayon polis şöbəsinin əməkdaşları tərəfindən həmin evə baxış keçirilən zaman evin zirzəmisindəki iki ədəd qutunun hər birinin içərisində olan sellofan torbalarda ayrı-ayrılıqda 3550,0 qram və 4200,0 qram təmiz çəkidə, habelə evin yataq otağının giriş qapısından sol tərəfdə olan çarpayının altındakı üzərində "agrobest” yazısı olan qutunun içərisindəki sellofan torbadan təmiz çəkisi 170,0 qram, ümumilikdə isə təmiz çəkisi 7920,0 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, bununla da o külli miqdarda narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq hazırlayıb, saxlamaqla daşımışdır. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, onda narkotik vasitə olmuş, lakin iş materiallarında göstərilən qədər narkotik vasitə onda olmamışdır. Narkotik vasitənin çəkisini sonradan çoxaltmışdırlar. Narkotik vasitə bir qutunun içərisində olmuşdur. Həmin qutunu iki qutu etmişdirlər. Həmin narkotik vasitəni kiməsə satmaq fikri olmamışdır. Heç kimə narkotik vasitə satmamışdır. Narkotik vasitə satmağını heç kim də təsdiq edə bilməz. Özü narkotik vasitə istifadə etmişdir. Hadisə zamanı onda olmuş narkotik vasitənin çəkisini dəqiq xatırlamır, onda qramla narkotik vasitə olmamışdır. Bir sellofan torbada nə qədər narkotik vasitə olursa, o qədər olmuşdur. Həmin narkotik vasitəni meşədən gətirmişdir. Meşəyə gedəndə qarşısına çıxmışdır. Yığıb gətirmişdir. Həmin narkotik vasitənin qramını, çəkisini, kilosunu və s. bilməmişdir. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılandan təxminən bir il qabaqdan etibarən narkotik vasitə marixuana istifadə etmişdir. Narkotik vasitəni meşənin qırağında, meyvə və s. yığdıqları yerdən görmüşdür. Həmin yerdə təxminən 7-8 ədəd çətənə kolu var idi. Narkotik vasitəni yığıb gətirmiş, elə həyətdə, zirzəmidə qurutmuşdur. Narkotik vasitənin çəkisini bilməmiş, təxminən bir sellofan torba qədər olmuşdur. Gündə bir-iki dəfə narkotik vasitə istifadə etmişdir. Narkotik vasitəni qramla istifadə etmişdir. Bir ədəd siqaret nə qədər tutursa, o qədər çəkmişdir. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, gətirdiyi narkotik vasitədən heç kimə heç nə verməmişdir. Yığdığı yeri də göstərməyi barədə polis əməkdaşlarına təklif etmişdir. Gedib-getməmək onların öz işidir. Narkotik vasitədən o, sadəcə özü istifadə etmişdir. Narkotik vasitəni kiməsə satmaq barədə fikri də olmamışdır. Yığdığı narkotik vasitələrdən xoşu gəlməmişdir. Sonra özü üçün bir dənə balaca əkmişdir. Elə oldu ki, polis əməkdaşları həyətə gəlib, o bir dənəni gördülər. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, iki uşağı vardır. Ayla ikinci arvadının uşağıdır. Zirzəmidən qutuda çıxardığı narkotik vasitələr meşədən yığıb gətirdiyi narkotik vasitələr idi. Video görüntüdə iki qutu görünür ki, onda olan narkotik vasitə qutuların birində idi. Anar narkotik vasitəni iki yerə bölmüş və ona bildirmişdir ki, cəza eynidir, iki qutunun olması onun üçün heç bir rol oynamır, onların işi üçün yaxşıdır. Qısacası, onun qanunu bilməməsindən istifadə etmişdirlər. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Xaçmaz RPŞ-nin NMQnin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, əməliyyat məlumatı daxil oldu ki, Murad adlı şəxs evində narkotik vasitə əkib-becərməkdə şübhəlidir. Bununla bağlı qərar qəbul olundu, əməliyyat qrupu yaradıldı. Muradın yaşadığı ünvana gedildi. Həmin ünvanda Muradın özünün iştirakı ilə həyətində əkilmiş bir ağac var idi. Bununla yanaşı, zirzəmisində narkotik vasitə aşkar edildi. Bir də yataq otağında yatdığı çarpayının altında narkotik vasitə var idi. Onların hamısı götürüldü və sənədləşdirilərək ekspertə göndərildi. Hadisənin üzərindən uzun müddət keçdiyindən narkotik vasitənin çəkisini xatırlamır. Narkotik vasitə bağlamalarının sayını dəqiq deyə bilməmişdir. Narkotik vasitə qutularda olmuşdur. Onu istintaq aparan şəxs götürüb qablaşdırmışdır. Sonradan narkotik vasitənin təxminən səkkiz kiloqram olduğunu eşitmişdir. Təqsirləndirilən şəxs ilkin olaraq narkotik vasitəni haradansa taparaq yığıb gətirdiyini bildirmişdir. Şəxsin narkotik vasitəni götürdüyü yeri taparaq getmək müstəntiqin işidir. İbtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edir. Nakotik vasitə götürülərək qablaşdırıldı və ekspertə göndərildi. Təqsirləndirilən şəxs müdafiə etmək məqsədilə salxanılan zaman ona məxsus narkotik vasitənin az olduğunu bildirir. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitə marixuana idi. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat olmayıb, əkib-becərib saxlaması barədə məlumat var idi. Bildiyi qədərilə narkotik vasitələrin satışı barədə əməliyyat məlumatı olmamışdır. Şahid Həsənova Xaçmaz RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 məhkəmə istintaqı zamanı elan olunmuş ifadəsindən görünür ki, o, şahid Xaçmaz RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi ilə oxşar məzmunlu ifadə verərək göstərdiyi xüsusatları təqdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid3 ifadəsində göstərmişdir ki, hadisənin üzərindən uzun müddət keçmişdir. Haradasa 2022-ci ilin yay ayları idi. Xaçmaz rayonu, Dağıstan küçəsinə getmişdirlər. Aqronom-mütəxəssis kimi əkinbiçinə baxmışdır. Bir dənə balaca ağac var idi. Bundan başqa da yadında qaldığı qədərilə zirzəmidən qurudulmuş narkotik vasitə aşkar olundu. Daha o qurudulmuş narkotik vasitənin növünün, çəkisinin ona aidiyyatı yoxdur. Neçə qutu narkotik vasitənin olmasının ona aidiyyatı yoxdur. O, ancaq əkin-biçin işinə baxır. 38 ildir mütəxəssis kimi işləyir. O, narkotik vasitə tərkibli bitkinin şəxs tərəfindən əkilib-əkilmədiyini soruşur, ona qulluq olunubolunmadığını müəyyən edir və yazır. Suvarılıbsa, çürüntü varsa, aqrotexniki qulluq olunubsa, yazır. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2022-cü il tarixli “əməliyyat tədbirinin keçirilməsi barədə” qərar, eyni tarix və məzmunlu raportdan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilərin əkib becərməsi və qanunsuz olaraq narkotik vasitələri əldə edərək saxlaması barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli «baxış keçirilməsi haqqında» protokol və həmin protokola əlavə edilmiş CD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində bir ədəd narkotik tərkibli çətənə bitkisini əkib yetişdirdiyini, həmçinin yaşadığı evdə özünə məxsus narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirir və yaşadığı evin həyətini təqdim edir. Baxışda iştirak edən şəxslər Təqsirləndirilən şəxs icazəsi ilə evin həyətinə daxil olur. Həyət qapısından içəriyə daxil olduqda, girişdən sol tərəfdə bir mərtəbəli ev müşahidə olunur. Qapıdan içəriyə girib irəli gedib, evin önündən keçdikdən sonra, həyətyanı sahədə əkilən müxtəlif kol bitkilərinin arasında Təqsirləndirilən şəxs əkib yetişdirdiyi çətənə bitkisinə bənzər bitkini göstərib həmin bitkinin narkotik tərkibli çətənə bitkisi olduğunu bildirir. Baxışda işirak edən aqronom Şahid3 Təqsirləndirilən şəxs göstərdiyi bitkini göstərib onun narkotik tərkibli çətənə bitkisi olduğunu, ona aqrotexniki qaydada qulluq edildiyini bildirir. Daha sonra həmin bitki torpaqdan çıxarılaraq bir ədəd zərfə qoyulub qablaşdırılır. Həmin zərfin üzəri iştirakçılar tərəfindən imzalanır. Daha sonra Təqsirləndirilən şəxs narkotik vasitəni yaşadığı evdə harada saxladığı soruşulur. Sonuncu yaşadığı evə yaxınlaşaraq, evin zirzəmisinə daxil olub oradan iki ədəd karton qutu çıxarıb təqdim edərək həmin qutuların içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirir. Həmin karton qutular açılıb içərisinə baxıldıqda müəyyən olunur ki, qutuların içərisində qurudulmuş marixuana vardır. Bundan sonra qutuların hər ikisi yapışqanlı lentlə bağlanır və qablaşdırılır. Daha sonra Təqsirləndirilən şəxs bildirir ki, onun yaşadığı evin yataq otağındakı çarpayısının altında da narkotik vasitə olan qurudulmuş marixuana var. Yataq otağının giriş qapısından sol tərəfdə olan çarpayının altından bir ədəd ağ rəngli, üzərinə “agrobest” yazılmış karton qutunu çıxarıb təqdim edir. Baxış zamanı müəyyən edilir ki, həmin karton qutunun içərisində biri ağ, digəri isə göy rəngli olmaqla iki ədəd sellofan torba var. Həmin sellofan torbaların hər ikisinin içərisində narkotik vasitə olan qurudulmuş marixuana var. Bundan sonra aşkar edilmiş qurudulmuş marixuana möhürlənib götürülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Xaçmaz şəhəri, Dağıstan küçəsində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilərkən aşkar edilərək götürülmüş 01 (bir) ədəd yaş vəziyyətdə olan bitki kolu tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisidir. Həmin bitkinin dibi boşaldılmış, aqrotexniki qayda da qulluq edilməklə kultivasiya edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 04 iyul 2022-ci il tarixli 7/725 saylı rəyinə əsasən tədqiqata təqdim olunmuş üzərində "Təqsirləndirilən şəxs həyətindən aşkar olunmuş 01 ədəd bitki ...” yazı və imzalar olan zərfdə 1 ədəd nəm vəziyyətdə təmiz çəkisi 1,0 qram bitki nümunəsi tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisidir. Üzərində “ Təqsirləndirilən şəxs ...yataq otağından...marixuanaya bənzər..” yazı və imzalar olan potietilen bağlamada təmiz çəkisi 170,0 qram çətənə (kannabis) bitkisinə məxsus spesifik qoxuya malik bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Üzərində “Təqsirləndirilən şəxs ...evin zirzəmisindən ...marixuanaya bənzər..” yazı və imzalar olan qutunu açdıqda içərisində İ ədəd şəffaf sellofanda təmiz çəkisi 3550,0 qram çətənə (kannabis) bitkisinə məxsus spesifik qoxuya malik bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Üzərində “Təqsirləndirilən şəxs ...evin zirzəmisindən ... marixuanaya bənzər..” yazı və imzalar olan qutuda 1 ədəd şəffaf sellofanda təmiz çəkisi 4200,0 qram çətənə (kannabis) bitkisinə məxsus spesifik qoxuya malik bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Təqdim olunmuş aqronomun rəyinə əsasən bir ədəd çətənə (kannabis) bitkisinə aqrotexniki qaydada qulluq edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının 27 oktyabr 2022-ci il tarixli 6374 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı "Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə" Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq halhazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edlməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan “maddi sübut kimi tanınma haqqında” xx.xx.2022 tarxili qərarlarla Təqsirləndirilən şəxs məxsus yaşadığı evdən aşkar edilmiş ümumi təmiz çəkisi 7920,0 qram olan narkotik vasitə qurudulmuş marixuana və bir ədəd içərisində Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsini əks etdirən videogörüntü olan disk maddi sübut kimi tanınmışdır. Narkotik vasitə 7920,0 qram qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan 7919,85 qram qalığı və maddi sübut kimi tanınmamış 1 ədəd 11,0 qram təmiz çəkili çətənə bitkisinin ekspertiza tədqiqatından sonra qalan 10,95 qram qalığı saxlanmasından ötrü Xaçmaz RPŞ-nin saxlanc yerinə təhvil verilmiş və bir ədəd disk isə iş materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş Xaçmaz RİHB-nın Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanda yaşadığı müddət ərzində barəsində nümayəndəliyə şikayət daxil olmamışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışlardan görünür ki, Təqsirləndirilən şəxs övladları X1 xx.xx.2009-cu il və X2 xx.xx.2007-ci il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmayandırlar. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş sənədlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs ikinci dərəcəli əlildir. Cinayət işinə əlavə edilmiş DİN-in BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadəsini, şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan çoxsaylı mötəbər sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edib nəzərə alaraq və qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadənin narkotik vasitələrin satışı ilə məşğul olmaması barədə olan hissəsinə tənqidi yanaşaraq hesab edir ki, onun bu hissədə verdiyi ifadə özünü müdafiə xarakteri daşımaqla obyektiv həqiqəti əks etdirmir, onun verilən ittiham üzrə təqsiri öz ifadəsinin etirafedici hissəsi ilə bərabər məhkəmə baxışı zamanı tədqiq edilmiş digər sübutlarla tam təsdiq edilir. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Yuxarıda qeyd edildiyi kimi, düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-nin 124.1-ci maddəsində sübutların anlayışını, 124.2-ci maddəsində isə sübutların siyahısını vermişdir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2.1-146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına, cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək edir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən normaların tələbləri baxımından baxılan işdəki sübutlara əsasən təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət vermək zəruridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göstərilənləri qeyd etməklə məhkəmə tərkibi qeyd edir ki, iş üzrə sübutların mötəbərliyi şübhə doğurmur, sübutlar Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edilməklə, təqsirləndirilən şəxsin hüquqları pozulmadan əldə edilmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları qiymətləndirərək məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməsi tam sübuta yetirildi və onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddə ilə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olması və İİ dərəcəli əlil olması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinin tələblərinə əsasən onun məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal aşkar edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə ailəsinin mövcud durumunu, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə aşağı həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Xaçmaz rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası CPM-nin 132.1.1.-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Xaşmaz RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan 7919,85 qram qurudulmuş marixuana, 10,95 qram çətənə bitkisi məhv edilməli, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 88 (səksən səkkiz) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə xüsusi müsadirə edilməli olan əmlak və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 04 iyul 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış, Xaşmaz RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan 7919,85 qram qalıq qurudulmuş marixuana, 10,95 qram qalıq çətənə bitkisi məhv edilsin, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 88 (səksən səkkiz) məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-87/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-87/2024
30.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver