Məhkəmə qərarları › İş №1(124)-87/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-87/2025

17.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-87/2025 17.06.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X1 və onun nümayəndəsi Nümayəndə, Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə xx xxxxxx 1988-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, məhkumluğu olmayan, ünvan 1 ünvanında daimi qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.6, 120.2.9, 120 2.11, 29, 149.2.4, 181.3.3, 326.1 və 326.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs “şizofreniya paranoid forma” diaqnozlu psixi xəstəlikdən əziyyət çəkən Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə edib sonuncunu quldurluqla əlaqədar öldürmək və zor tətbiq etməklə cinsi əlaqədə olmaq məqsədilə 23 oktyabr 2023cü il tarixdə saat 11:24-dən saat 12:36-dək olan vaxt ərzində Zərərçəkmiş şəxs Xaçmaz şəhəri, Asif ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə qanunsuz olaraq girərək hadisə yerində olan dəmir predmeti götürüb silah qismində istifadə edərək Zərərçəkmiş şəxs baş nahiyəsinə qəsdən bir zərbə vurub yerə yıxaraq zərərçəkmiş şəxsə xüsusi əzab və iztirab verdiyini dərk edib bunları arzulayaraq müstəsna qəddarlıq nümayiş etdirməklə cibində gəzdirdiyi, növü istintaqa məlum olmayan kəsici-deşici alətlə Zərərçəkmiş şəxs boğaz nahiyəsini qəsdən kəsib sonuncuya “boyunun sağ ön tərəfində yumşaq toxumaların, sağ ümumi yuxu arteriyasının və venanın 03 ədəd kəsilmiş yarası” kimi sağlamlığa ağır zərər vuran xəsarətlər yetirmiş, daha sonra Zərərçəkmiş şəxs əynində olan kolqotka və alt tumanı çıxarıb soyunduraraq cinsiyyət orqanı sərtləşmədiyi üçün özündən asılı olmayan səbəblərdən zərərçəkmiş şəxslə zor tətbiq etməklə cinsi əlaqədə ola bilməyib Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər ilə əlaqədar baş vermiş kəskin qanitirmə nəticəsində zərərçəkmiş şəxsi qəsdən öldürmüş, daha sonra planlaşdırdığı cinayət əməllərini davam etdirib sonuncuya məxsus içərisində 100 manat məbləğində pul vəsaiti, şəxsiyyət vəsiqəsi, 0,40 manat dəyərində bonus kartı, 5 manat dəyərində "xxxx" plastik bank kartı olan 1 manat dəyərində pul kisəsini, hər birinin dəyəri 3 manat olan 9 manat dəyərində 3 ədəd açarı, hər birinin dəyəri 4 manat olan 12 manat dəyərində 3 ədəd “Modi” markalı, “15-20W(MD-PLQ31 ...A) PF>0.5” modelli led işığı qanunsuz götürüb talayaraq fərdi yaşayış evinin giriş qapısının üzərində olan açarla qapının qıfılını bağlayıb hadisə yerini tərk etdikdən sonra törətdiyi cinayət əməllərini ört-basdır etmək məqsədilə Zərərçəkmiş şəxs məxsus şəxsiyyət vəsiqəsini ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin giriş darvazasının qarşısına yığılmış qumda basdıraraq gizlətmiş, bununla da o, xüsusi amansızlıqla, zorlama və quldurluq ilə əlaqədar, təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmüş, yəni xüsusi amansızlıqla, zorlama və quldurluq ilə əlaqədar təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan digər şəxsi qəsdən həyatdan məhrum etmiş, habelə xüsusi amansızlıqla zorlamaya cəhd etmiş, yəni xüsusi amansızlıqla zərərçəkmiş şəxsə zor tətbiq etməklə və sonuncunun köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olmağa cəhd etmiş, yaşayış sahəsinə qanunsuz olaraq girməklə, silah qismində istifadə edilən əşyalar tətbiq etməklə, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla quldurluq etmiş, yəni yaşayış sahəsinə qanunsuz olaraq girməklə, silah qismində istifadə edilən əşyalar tətbiq etməklə, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla özgənin əmlakını ələ keçirmə məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın etmiş, rəsmi sənədi digər şəxsi niyyətlə gizlətmiş və vətəndaşın şəxsiyyət vəsiqəsini talamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, o rayonda ailəsi ilə, yəni anası, atası, yoldaşı, qardaşı və uşaqları ilə birlikdə yaşamışdır. 20 oktyabr tarixində o tikintidə fəhlə işləmişdir. Mafizə xanım həmişə ocaq qalamaq üçün onlardan taxta parçaları aparmışdır, həmin gün də nahar vaxtı gəlmiş, lakin o ona bildirmişdir ki, hazırda müdirləri işdə deyil və o adi bir fəhlədir, icazəsiz verə bilməz, müdir gələndə gələ bilər. Mafizə xanım ondan ustaları soruşmuş, o da demişdir ki, ustalar nahardadır. Cəfər usta var , o gələndə ona demişdir ki, Mafizə xanım usta axtarır, Cəfər də ona özünün Mafizə xanımla danışacağını bildirmişdir. Cəfər gedib danışmış və qayıdıb ona demişdir ki, “Fərman 100 manata Mafizə ilə işi danışmışam, sənə də 20 manat verəcəm, gedib boş vaxtımızda işləyərik.” O da razılaşmışdır. Səhəri gün elə olmuşdur ki, Cəfər usta işə gəlməmiş, Mafizə bibi yenə eyni qaydada taxta istəməyə gəlmişdir, o yenə də verə bilməyəcəyini demiş, o isə bildirmişdir ki, ona, qum və kubik daşımağa fəhlə lazımdır. O da demişdir ki, o daşıya bilər, lakin saat 6-dan sonra. Saat 6-dan sona getmiş, əvvəlcə 15 manata, sonra isə 20 manata razılaşmışlar. Kubikləri və vedrədə qumları daşımışdır, hamısını əliylə daşımışdır və ağır idilər deyə 20 manata razılaşmışlar. O kubikləri daşıyınca Mafizə xanımın qapını bağlayıb getdiyini görmüşdür. Üstündən 5-10 dəqiqə keçdikdən sonra qayıdıb gəlmiş, o da işini qurtarmış və gedib Mafizə xanıma demişdir ki, “Bibi, fəhlənin pulunu təri soyumamış verərlər.” O isə qarşılığında az öncə gedib təqaüdünü yoxladığını, lakin hələ oturmadığını söyləmiş, sabah tikintiyə odun götürmək üçün gələndə verəcəyini bildirmişdir. O da razılaşmışdır ki, onsuz hər gün görür Mafizə xanımı və çıxıb evə getmişdir. Ayın 22-si, axşamüstü saat 6-ya qədər gözləsə də, Mafizə xanım gəlməmiş, işdən çıxıb gedəndə Mafizə xanımın evinin yanından keçmiş və görmüşdür ki, qapıda qıfıl var, ona görə də yaxınlaşmayıb çıxıb getmişdir. Ayın 23-ü işə səhər getmiş, müdir ona hələ işin olmadığını, beton vurulanda gəlməli olduğunu demiş və o da geri evə qayıtmış. Evdə əynini dəyişib Mafizə xanımın evinə marketin arxası tərəfdən getmiş, görmüşdür ki, qapı bağlıdır, lakin açarla yox, sadəcə qapı örtülmüş və qarşısına kubik qoyulmuşdur. Evin yanında yox, üzbəüz yolun qırağında dayanmış və gözləmişdir ki, Mafizə xanım gəlsin. Mafizə xanım bağı tərəfdən əllərində iki vedrə su ilə qayıtmış, o da Mafizə xanımla salamlaşmış, ilk öncə onu tanımamış, lakin sonra özünü tanıtmış və tanımışdır. Mafizə xanımdan evində Cəfərin tikinti işləri aparıb aparmadığını soruşduqda o ilk öncə Cəfəri də tanımamış, lakin sonra demişdir ki, Cəfər ilk öncə 100 manata işləyəcəyini desə də sonra qiyməti qaldırıb 200 azn dediyi üçün Mafizə xanım öz bağında başqa ustanı işlətmişdir. O Mafizə xanımdan zəhmət haqqını istədiyini bildirmiş, o isə Fərmandan sonra işləyən ustaya da 8-10 manat borclu qaldığını demiş, o isə demişdir ki, “mən həmin ustadan əvvəl işləmişəm, lakin sən həmin ustaya hələ bir pul verib, borclu da qalmısan, amma mənim pulunu vermirsən.” Mafizə xanım bundan sonra evində görülməli olan digər işləri sadalamağa başlamışdır. O, Mafizə xanıma demişdir ki, əgər pul yoxdursa, işıqları versin, aparıb satıb həmin pulun əvəzinə götürsün, sata bilməsə də, evinə aparar. İşıqların ikisini sellofandan çıxarıb vermiş, işığın birinin qiymətin soruşanda demişdir ki, 5 və ya 6 manatdan almışdır, o da demişdir ki, onda cəmi üç ədəd versin ki, 18 manat eləsin, 2 manatın da, həmçinin gördüyü işin halallığını verir, Mafizə xanım əvvəlcə razılaşmasa da sonra 3-cü işığı da sellofan qarışıq vermiş və halal etdiyini soruşmuş, o da gəldiyi eyni yol ilə geri qayıtmışdır. Sonra anasıgil də harada olduğunu soruşduqda Mafizə xanımdan pulunun əvəzi olaraq 3 işıq aldığını demiş, sonra işığın birini həyətlərindəki mətbəxə bağlamışlar, ikisi qalmışdır. Üstündən biraz keçmişdir ki, o televizordan eşitmişdir ki, Mafizə xanım öldürülmüşdür. Üstündən 3 ay keçdikdən sonra gəlib onu iş yerindən götürüb aparmışlar ki, guya oğurluq olub, o kameraya düşmüş, onu aydınlaşdırıb buraxacaqlar. Elə həmin 15 fevral tarixindən tutulmuşdur. Verilən suallara cavab olaraq bildirdi ki, o, Rusiyada məhkumluqda olmuş, ölüm işində “podelnik” olmuşdur. 9 il yarım hökm oxunmuş, 2012-də cəzası bitmiş və Azərbaycana gəlmişdir. Tutulana qədər tikintidə fəhlə işləmiş, Xaçmazda Günəşli küçəsində yaşamışdır. Mafizə xanım isə onlardan uzaqda yaşamışdır. Cəfərlə birlikdə 1 il işləmiş, Mafizə xanımı əvvəllər görmüşdür, qaldığı yeri də bilmiş, çünki işlədiyi yerə yaxın olmuşdur. Mafizə xanımı küçədən keçib yerə siqaret atanlara söyən, qapısının ağzından keçənlərə irad tutan biri kimi tanımışdır. Xəstəliyi olduğunu bilməmişdir. Sonuncu dəfə onun evinə 20 manatını almaq məqsədilə getmişdir. Orada iş görməyindən Cəfərin xəbəri olmamışdır. Cəfər orda kubik hörməli imiş, amma razı olmamışdır. Pulunu istəməyə son dəfə 23 oktyabrda, dəqiq xatırlamadığı saatda getmiş, pulunu verməmiş, 3 işıq vermişdir. O, Mafizə xanımı həmişə tək görmüş, kimləsə yaşadığını bilməmişdir. Heç evinin önündən də keçməmişdir, çünki bilmişdir ki, keçənləri söyür. Ona pul lazım olduğu üçün işləməyə Mafizə xanımın evində getmişdir. Cəfəri sonra heç görməmiş, deyəsən Fransaya çıxıb getmişdir. Asifi tanıyır, belə ki, 5-ci günlər onlarda qeyri-iş günləri olduğu üçün Asif ona namaz qılmağı öyrətmişdir. İşıq plafonlarını götürüb Asiflə görüşmüş, çay içmiş, ondan işıqları özünün aldığını soruşmuş, o da məsələni izah etmişdir. Sonra da evinə getmiş, ona ibtidai istintaq zamanı kamera görüntülərini- Mafizə xanımın evinə getməyini və qayıtmağını göstərmişlər. Mafizə xanımın evinə gedəndə əlində heç nə olmamış, qayıdanda işıqlar olmuşdur, Mafizə xanımın evində olduğu vaxt elə kamera görüntülərindəki vaxtla üst-üstə düşmüşdür. Tutulduğu gün əməliyyatçılar saat 4 radələrində işlədiyi yerə gəlmişlər və o da daxil olmaqla 2 nəfər iş yoldaşından nömrələrini istəmişlər. Sonra Rafael müəllim onu çağırmış, onu götürmüş və polis bölməsinə aparmışlar. Yolda maşında olanda telefonunu da əlindən almışlar. Şöbəyə çatan kimi birinci demişlər ki, “Biz səni nə vaxtdandı axtarırıq, haralardasan?” O da evində və işində olduğunu bildirmiş, onlar isə bunu sübut edə bilib-bilməyəcəyini soruşduqda iş yerində kamera və işdə iştiraklarını təsdiq edən cədvəl olduğunu söyləmiş, 5 dəqiqə keçmiş Hidayət müəllim demişdir ki, bunu verin “press otağı”-na. X28 həmin otağa aparmış və fiziki təzyiqlər göstərməyə başlamışdır. Onu elə müstəntiqin yanında döymüşlər, lakin müstəntiq bunu təsdiq etməmiş, həmin vaxt anası-atası zəng eləsə də, telefonunu açmamışlar. Onu polis şöbəsində 17-18-inə qədər saxlamışlar, dəqiq tarixi xatırlamamışdır, lakin ona orada Hidayətin müəllimin rəisi demişdir ki, “narahat olma, şikayətçiləri də yoxdur,səni buradan valideynlərin gəlsin,apararlar.” Telefonu stolun üstündə olmuşdur deyə gələn zəngləri görmüşdür. Anası və atası dayanmadan zəng etmişlər. Ayın 15-i Novruzov Əfqan ona axşama qədər fiziki təzyiq göstərmiş və çıxıb getmişdir. Sonra iki polislə otaqda qalmış, həmin günün səhərisi artıq anasıgil bilmişlər, günortaya qədər ona yemək, paltar gətirmişlər. Polislər ona demişdir ki, valideynlərinə “İzmaylovkada oğurluq olub, onu aydınlaşdırıb buraxacaqlar” desin, o da elə demişdir, valideynləri getmiş, onda Noruzov Əfqan demişdir ki,”Əgər bu cinayəti qəbul eləməsən, evindən narkotik, silah çıxaracayıq, atanı, qardaşını da tutacayıq,ananın da ürəyi dözməyib öləcək”. O indi danışdıqlarını prokurorluqda da demişdir, O mərhumun pul qabını görməmiş, onu Əfqan, Hidayət və müstəntiq yağışlı və qaranlıq havada maşınla aparmışlar və ona demişlər ki, pul qabının yerini onlar dediyi kimi göstərsin. Halbuki pul qabı oradan çıxmamışdır. Başqa şəxlərin pul qabı tapmasından xəbəri olmamışdır. Ona polislər necə göstərmişlərsə, o da elə səhərki ifadəsində göstərmişdir. Baş Prokurorluğa qanunsuz tutulmağı ilə bağlı şikayət etmişdir. Rayon məhkəməsində də hakimə cinayəti o törətmədiyini demişdir. Müstəntiq bir neçə dəfə onu Xaçmaza gətirmiş, ekspertiza rəyləri ilə onu tanış etmiş, o onda da demişdir ki, bu cinayəti o törətməmişdir. Rusiyada cəza çəkdiyi cinayətdə də o heç kimi öldürməmişdir, sadəcə ölənin telefonunu ona satmışdılar deyə tutulmuşdur. Mafizənin evindən 3 plafon işıq götürmüş, lakin satmamışdır, “onu kimə sata bilərdim ki?” O, ona görə o qadından pulunu məcburi istəməmişdir ki, onsuz hər gün gəlib onlardan taxta istəmişdir, pulunu alacağını düşünmüşdür. O qızdan digər işində yol soruşmuş qızı vurmamışdır. Sərdarın kim olduğu yadına gəlməmiş, dərsə gedən qızın da yolunu kəsməmiş, Qumulqışlaq kəndini də heç tanımamış, ibtidai istintaq zamanı yazdıqları həmin ifadəni təsdiq etməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə araşdırılmış ifadəsində göstərmişdir ki, 2005-ci ildə qəsdən adam öldürmə cinayətinə görə Rusiya Federasiyasının Tümen şəhərində həbs edilmiş və 2014-cü ildə azadlığa çıxdıqdan sonra Azərbaycana qayıtmışdır. 2022-ci ilin yay aylarından Məzahir adlı şəxsə məxsus çoxmənzilli yeni yaşayış binasının tikintisində fəhlə işləyir. Həmin binanın tikintisi Xaçmaz şəhəri, 8 nömrəli məktəbin yanındakı “Eko” market tərəfdə aparılır. Həmin tikintidə işlədiyim müddət ərzində Cəfər adlı fəhlə ilə tanış olmuşdur. Cəfər də onun kimi fəhlə işləyib armaturların tikintisi yekunlaşmış binanın qarşısından üzbəüzdə tikinti aparılan meydançaya daşımışdır. Cəfərin əslən türk olduğunu bilmişdir. Zərərçəkmiş şəxs tanıyır. Belə ki Mafizə işlədiyi tikintiyə yaxın yerdə yaşamışdır. Mafizə 2023-cü ilin yay aylarında bir dəfə tikinti meydançasına gəlib onlardan taxta istəmişdir. Mafizənin evində qaz olmadığı üçün Mafizə taxta yandırıb istifadə etmişdir. Həmin vaxt taxtanın verilməsini Məzahir müəllimə deməsini Mafizəyə bildirərək sonuncuya taxta verməmişlər. Tikintidə işlədiyi müddət ərzində Mafizəni bir neçə dəfə ətrafda görmüşdür. Mafizə ona-buna qışqırmış, dalaşmış və mübahisə etmişdir. Bir dəfə hazırda xatırlamadığı tarixdə günorta nahar zamanı işçilərlə bir yerdə "Sarvan” kafeyə gedib nahar etmiş və tikinti olan yerə qayıtmışdır. Onlara nahar vaxtı saat 13:00-dan saat 14:00-dəkdir. Nahar edib qayıtdıqdan sonra Cəfər iş danışmaq üçün Mafizənin yanına gedəcəyini deyib sonuncunun evinə getmiş və bir müddət sonra geri qayıtmışdır. Mafizənin iş gördürmək üçün əvvəlcədən Cəfərə müraciət edib-etməməsini dəqiq bilmir. Çünki Cəfər bu barədə ona məlumat verməmişdir. Cəfər iş yerinə qayıtdıqdan sonra Mafizənin evinin qapısının çıxarılıb kəsilərək yuxarıya qaldırılması, qapının yonulub rənglənməsi, eləcə də evin yanındakı hasarı bir kərpic səviyyəsində hörülməsi işi olduğunu və buna görə Mafizə ilə 100 manat pula danışdığını demişdir. Mafizə onunla bu işi görəcəyi halda 20 manat da ona pul verəcəyini və Mafizənin evindəki işin 2-3 saatlıq olduğunu demişdir. Həmin vaxt Mafizə Cəfər pulqabından çıxarıb pullarını göstərdiyi üçün Cəfər “arvadın babat pulu var” sözlərini ona demişdir. Bundan bir müddət sonra tikintidə iş yekunlaşmışdır. X23 evində iş görülməsi üçün onu çağırmamışdır. 23 oktyabr 2023-cü il tarixdə günorta saatlarında evdə olarkən Cəfərin orada iş görüb-görməməsini yoxlamaq üçün Mafizənin evinə yola düşmüşdür. Çünki Cəfərin iş görüb onu dəvət etməməsi onun pisinə gəlmişdir. Mafizənin evinə gedərkən əynində qara rəngli, pencək, qara rəngli parça şalvar, qara rəngli və ortasında şəkil olan köynək, qara rəngli ayaqqabı və başında qara rəngli papaq, sol qolunda isə saat olmuşdur. Mafizənin evinə “Eko” marketin arxasındakı anbar istiqamətindən gəlib sonuncunun evinin qapısına yaxınlaşmışdır. Qapının aşağı hissəsinə arxadan kərpic qoyulub bağlandığını görərək düz hərəkət edib dörd yola çıxmış və siqaret çəkə-çəkə çönüb evə tərəf baxanda Mafizənin hasarın arxasındakı həyət istiqamətindən əlində su dolu 2 vedrə ilə gəlib evinə girdiyini görmüşdür. Bundan sonra qapıya yaxınlaşanda Mafizə vedrələri evin içinə qoymuşdur. Bu zaman Mafizəyə “bibi” deyərək səslənmiş və sonuncunu çölə çağırmışdır. Cəfərin gəlib işləyib-işləmədiyini Mafizədən soruşmuşdur. Mafizə Cəfəri tanımadığını deyəndə Mafizəyə “türk, keçən oğlan” sözlərini deimş və Mafizə Cəfəri tanımışdır. Mafizə Cəfərin 200 manat pul istədiyi üçün sonuncu ilə razılaşmadığını bildirmişdir. Bundan sonra Mafizə qapısının qarşısında hasarı göstərib 1 kərpic səviyyəsində hasarı qaldırmaq istədiyini, qapı ilə üzbəüz podvalda dərzi aparatları olacağını deyib tualeti də ona təqdim etmiş və tualetdə də işıq quraşdıracağını, yerə kafel vurduracağını bildirmişdir. Həmin vaxt tualetin qapısı açıq olmuşdur. Mafizə gördürəcəyi işləri ona təqdim edən vaxt Mafizənin evinin yerləşdiyi küçədə “wifi” kabeli çəkənlər iş görmüşlər. Onlar Mafizənin evi ilə üzbəüz yerləşən evin qarşısındakı dirəyə xətt çəkmişlər. Səhv etmirsə, kabel çəkənlər 3 nəfər olmuşdur. Ancaq dirəyə bir nəfər çıxmışdır. Kabel çəkənlər küçədə işlərini qurtarıb küçənin digər başına keçərək gözdən itəndən sonra Mafizə evə daxil olmuşdur. O, evə keçmək istəyəndə Mafizə onu evə buraxmamış və o, qapının çərçivəsinin üstündə ortada dayanmışdır. Mafizə evdəki kafelləri göstərib yerə kafel döşətdirəcəyini və işıqlar qoşduracağını demişdir. Daha sonra Mafizə qapıya yaxınlaşıb qapıdan girən kimi sol tərəfdəki çiyindən asılan rəngini xatırlamadığı çantanın içərisindən pulqabını çıxarmışdır. Mafizə pulqabının zəncirbəndini açıb içərisindən 100 manatı çıxarıb “türk oğlanın pulunu da hazırlamışdım. Ancaq o, məndən 200 manat istədi deyə onunla razılaşmadım” sözlərini deyəndə qapıdan sağda divara söykənmiş 60- 70 sm uzunluğunda, 14-lük armatura gözü sataşmışdır. Mafizənin yüz manatı ona göstərməsi bir anlıq onu özündən çıxarmış və pula ehtiyacı olduğu üçün pulu ələ keçirmək qərarına gəlmişdir. Mafizə qozbel olduğundan sonuncunun beli bükülmüş vəziyyətdə olmuş və Mafizə biraz əyilib pulqabını sumkanın yanındakı sellofan torbanın içinə qoyanda qeyd etdiyi armaturu götürüb Mafizənin başının arxa tərəfinə qəfildən vurmuş və Mafizə sumkanın üstünə yıxılmışdır. Pulqabını götürmək üçün Mafizəni əli ilə itələyəndə Mafizə sağ yan üstə yerə yıxılmışdır. Onun istəyi Mafizəni vurduqdan sonra pulu götürüb getmək olmuşdur. Ancaq Mafizə yan üstə yıxılanda gözlərini açıb gözlərini ona zilləmişdir. Ancaq Mafizə heç bir səs çıxarmamış və qışqırmamışdır. Bu zaman pencəyinin sağ cibində olan qatlanan metal rəngli bıçağı çıxarıb yerdə Mafizənin boğazının sağ tərəfinə bir bıçaq zərbəsi vuraraq sola doğru kəsməyə başlamışdır. Bıçaq küt olduğu üçün kəsməmiş və bir neçə dəfə bıçağı çıxarıb yenidən Mafizənin boğazına soxmuşdur. Artıq əli, bıçaq və yer qana bulaşmışdır. Qapıdan baxanda yerdə qanın görünməməsi üçün evdəki kisələrin bir neçəsini qanın üzərinə düzmüşdür. Armaturla Mafizəni vurub daha sonra sonuncunu itələyəndə evə daxil olduğu üçün qapını örtmüşdür. Ancaq qapı tam örtülməmiş və biraz aralı olduğu üçün içəriyə işıq düşmüşdür. Bundan sonra Mafizənin baş tərəfinə keçib sonuncunun koftasından tutub Mafizəni yuxarıya doğru dartmışdır. Çünki qapıdan baxanda Mafizənin görünməməsini istəmişdir. Mafizəni dartanda Mafizə xırıldamış və hələ ölməmişdir. Bundan sonra Mafizə ilə cinsi əlaqədə olmaq istəmiş və Mafizənin əynindəki qara rəngli şalvarı, alt tumanı çıxarıb kənara atmışdır. Lakin cinsiyyət orqanı sərtləşmədiyi üçün Mafizə cinsi əlaqədə olmaq istəməmiş və sonuncunun bədəninin heç bir hissəsinə əlini toxundurmamışdır. Bundan sonra Mafizənin pulqabısını, 3 ədəd işıq plafonunu götürüb evdən çıxmışdır. O, çölə çıxanda küçədə, ətrafda heç kim olmamış və heç kim onu görməmişdir. Evin qapısının sağ tərəfindəki oyuqdan çölə zəncir sallanmış və zəncirin içəri tərəfdə qalan hissəsində üstündə açarlar olan açıq vəziyyətdə qıfıl olmuşdur. Həmin qıfılı götürüb çöl tərəfdən zənciri dartaraq qapının boş olan dəstək hissəsindən keçirib qıfılla bağlamış və açarı özü ilə götürüb evə doğru getməyə başlamışdır. Hadisə yerindən gedəndə gəldiyi yolla da qayıtmışdır. “Eko” marketin darvazasının yanından küçəni dönüb biraz qabağa gedəndə sol əlində tutduğu bıçağı sol tərəfdəki hasarın künc hissəsinə atmış və bıçaq divarın yanı ilə keçən boruya dəyəndə “dınq” səsi eşitmişdir. Evə doğru gedəndə yolda pulqabını pencəyinin sol cibindən çıxarıb zəncirbəndi açaraq 100 manatı götürmüş və “Lukoil” yanacaq doldurma məntəqəsinin yerləşdiyi hissədən Xaçmaz-Xudat avtomobil yoluna biraz qalmış yolun sağ tərəfindəki yarımçıq tikilinin darvazasının qarşısına yığılmış quma yaxınlaşmışdır. Qumu əli ilə biraz qazaraq kisəni oraya qoymuş və qumla pulqabını örtmüşdür. Daha sonra “Ət dünyası” mağazasının yanındakı avtomobil sexində usta işləyən Asifin yanına getmiş və əlini orada yumuşdur. Hadisə yerindən çıxanda əlini və bıçağı oradakı hansısa əskiyə silmişdir. Asif onun yaxın dostu olduğu üçün çox vaxt Asifin yanına gedir və Asif dini məsələrlə bağlı söhbət apardığı üçün sakitləşib özünə gəlir. Asifin yanında əlini yuduqdan sonra yaşadığı evə gəlmişdir. Ailə üzvləri plafonlarla bağlı ona sual vermiş və onlara plafonun bir ədədini 1,50 manata aldığını demişdir. Daha sonra istifadəsində olan velosipedlə hazırda xatırlamadığı aptekə gedib Tunar üçün dərmanlar almış və təxminən 50 manata yaxın pul xərcləmişdir. Daha sonra yerdə qalan pulla Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən “Qayalı” marketə gəlib pampers, şirniyyət, şirin sular və 01 qutu “Keno” markalı gümüşü rəngli siqaret alıb “İzmayılovka”da yaşayan uşaqlarının yanına gedib onlarla görüşmüşdür. Hazırda etdiyi əməldən peşmandır. O, verilən suallara cavab olaraq bildirmişdir ki, video görüntü ona təqdim olunmuşdur. Videodakı həmin şəxs odur. Video görüntü ona təqdim olunmuşdur. Videodakı həmin şəxs odur. Videodan göründüyü kimi sağ əlindəki torbanın içərisində plafonlar var. Zərərçəkmiş şəxs yaşadığı evə gedərkən sonuncuya məxsus hansısa əmlakı ələ keçirmək və Mafizə ilə cinsi əlaqədə olmaq niyyəti olmamışdır. Cəfərin orada işləyib-işləmədiyini öyrənmək üçün oraya getmişdir. Mafizə pulu ona göstərəndə artıq beynim çönmüş və həmin pulu ələ keçirmək qərarına gəlmişdir. Mafizəyə xəsarət yetirəndən sonra sonuncu ilə cinsi əlaqədə olmaq qərarına gəlmiş və Mafizənin paltarlarını çıxarmışdır. Ancaq Mafizə ilə cinsi əlaqədə olmamışdır. Hadisə zamanı istifadə etdiyi bıçaq qatlanan, metal rəngli, balaca cib bıçağı olmuşdur. Mafizənin başına vurarkən istifadə etdiyi armaturu özü ilə aparmamışdır. Həmin armatur hadisə yerindədir. Mafizənin başına armaturla vurandan sonra Mafizə sumkanın üstünə yıxılmış və həmin vaxt Mafizənin başından çıxan qanın sifətinin sol tərəfindən axdığını görmüşdür. Hadisədən sonra Mafizənin evinin qapısını qıfılla bağladıqdan sonra özü ilə götürdüyü açarı ya yolda kolluğa atmış, ya da ki pulqabının içərisinə qoymuşdur. Bunu dəqiq xatırlamır. Zərərçəkmiş şəxs məxsus pulqabı uzunsov olmuş və rəngini, digər xüsusiyyətlərini hazırda xatırlamır. Bircə yadındadır ki, pulqabının çöl tərəfində zəncirbənd olmuş və Mafizə pulu oraya qoymuşdur. Mafizəyə məxsus pulqabının zəncirbəndini açmış və pulu götürmüşdür. Pulqabını diqqətlə eşələmədiyi üçün içərisində bank kartı və ya hansısa sənəd olmasını dəqiq bilmir.(cild 3, i.v. 177-183,203-207) Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X3 göstərdi ki, Zərərçəkmiş şəxs onun bacısıdır. 1997-ci ilədək Mafizənin psixi vəziyyətində heç bir problem olmamış və Mafizə dərzi işləmişdir. 1997-ci ildən sonra Mafizənin psixi durumu pisləşmiş və öz-özünə danışmağa başlayaraq yad adamların sonuncuya təzyiq etdiyini bildirmişdir. Mafizə “şizofreniya” xəstəliyindən əziyyət çəkdiyi üçün Qubada və Bakıda xəstəxanalarda müalicə almışdır. Mafizə 2018-ci ilin mart ayından Xaçmaz şəhəri, A.Cəbrayılov küçəsində yerləşən 01 otaqlı fərdi yaşayış evində tək yaşamağa başlamışdır. Bacısı Mahirə ilə birlikdə Mafizəni Bakıdakı xəstəxanaya yerləşdirdikdən sonra Mafizənin onlara qarşı münasibəti dəyişmiş və Mafizə onları günahlandırmağa başlamışdır. 31 oktyabr 2023-cü il tarixdə saat 18 radələrində Xaçmaz şəhərində yerləşən “Kamran” şadlıq sarayında olarkən Mahirə ona zəng edərək Mafizənin yaşadığı evə gəlməyini və sonuncunun evində ölüb qaldığını demişdir. O, Mahirənin sözündən təsirlənib dərhal Mafizənin evinə getmişdir. O gedəndə Mafizənin evinin qarşısına Mahirə və tanımadığı qonşular yığılmışdır. Mahirə Mafizənin evinin qapısının zəncirlə bağlandığını və qapının qarşısına yarımçıq kərpic qoyulduğunu demişdir. O, eyni halın şahidi olmuş və bu barədə DİN-in “102” xidmətinə zəng edib məlumat vermişdir. Verdiyi məlumatdan sonra hadisə yerinə prokurorluq və polis əməkdaşları gələrək meyiti müayinə olunması üçün morqa aparmışlar. Meyit müayinə olunduqdan sonra xx.xx.2023-cü il tarixdə onlara təhvil verilmiş və Mafizənin meyitini Xaçmaz rayonu, Qobuqırağı kənd qəbirstanlığında dəfn etmişlər. O, verilən suallara cavab olaraq bildirmişdir ki, Mafizəni arada küçədə görmüş və Mafizəni görəndə sonuncu ilə dialoqa girməmişdir. Mafizəni sonuncu dəfə nə vaxt gördüyünü dəqiq xatırlamır. Zərərçəkmiş şəxs fərdi yaşayış evinin qarşısından bir neçə dəfə keçsə də, Mafizənin evinin heç vaxt daxilində olmamışdır. Mafizə əlilliyinə görə hazırda bilmədiyi məbləğdə hər ay pensiya almış və Mafizənin "xxxx" kartı olmuşdur. Məhkəməəmtəəşünaslıq ekspertizasının 02 aprel 2024-cü il tarixli, 9/1549 nömrəli rəyi ona təqdim olunmuşdur. Rəydə göstərilən qiymətlə razıdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, Zərərçəkmiş şəxs onun bacısıdır. 31 oktyabr 2023-cü il tarixdə saat 17 radələrində Gülü deyə adlandırdığı qonşusu onun yaşadığı evə gələrək Zibeydə adlı qadının Mafizə ilə maraqlanmağını Gülüyə dediyini bildirmişdir. Gülü Mafizənin yaşadığı evin yanında yerləşən “Eko” marketin mətbəxində çörək bişirir və Zibeydə də Gülü ilə bir yerdə işləyir. Gülünün sözündən çox pis olmuş və ilk öncə Mafizənin öldüyünü düşünmüşdür. Mafizənin ölüb-ölməməsini Gülüdən soruşanda Gülü Zibeydənin bu barədə bir şey demədiyini bildirmişdir. Zibeydə Mafizənin yaşadığı evdən pis qoxu gəldiyini Gülüyə demişdir. Gülü ilə birlikdə Mafizənin yaşadığı evin qarşısına gəlmişdir. Həmin vaxt evin giriş qapısı arxadan zəncirlə bağlı olmuş və zəncirə qıfıl vurulmuşdur. Bundan başqa qapının aşağı hissəsinə də paralanmış daş kərpic dirənmişdir. O, yenə də bu haldan şübhələnməmiş və Mafizənin Bakı şəhərində yaşayan Əzizənin yanına getdiyini düşünmüşdür. Lakin Gülü evdən pis qoxu gəldiyini deyərək qapını açıb baxmağını ona təkidlə bildirmişdir. O, daş kərpici kənara çəkdikdən sonra qapını özünə tərəf çəkmiş və zəncir aralanaraq qapı biraz açılmışdır. Yenə də qapını açmaq mümkün olmamışdır. Telefonunun fanarını yandırıb qapının açılan hissəsindən içəriyə göz gəzdirəndə otağın sol tərəfində Mafizənin meyitini yerdə görüb özünü itirmişdir. Dərhal qardaşı Telmana zəng edib məlumat vermiş və qapını bağlayıb daş kərpici olduğu yerinə qaytarmışdır. Bir müddət sonra Telman oraya gələndə Mafizənin meyitinin içəridə lüt vəziyyətdə olduğunu demişdir. Telman qapını açıb baxmaq istəsə də, o, buna imkan verməmiş və hadisə barədə DİN-in “102” xidmətinə zəng edib məlumat verməsini demişdir. Telman “102” xidmətinə zəng edib məlumat verdikdən sonra hadisə yerinə prokurorluq və polis əməkdaşları gələrək meyiti müayinə olunması üçün morqa aparmışlar. Meyit müayinə olunduqdan sonra xx.xx.2023-cü il tarixdə onlara təhvil verilmiş və Mafizənin meyitini Xaçmaz rayonu, Qobuqırağı kənd qəbirstanlığında dəfn etmişlər Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərdi ki, Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən “Eko” marketin yaxınlığındakı binanın tikintisində işləyən zaman Mafizəni tanımışdır. 2023-cü ilin oktyabr ayında günorta saatlarına yaxın Mafizə işlədikləri yerə gəlib evində gördürmək istədiyi iş olduğunu və bu işi görməyə usta axtardığını demişdir. O, Təqsirləndirilən şəxsla birlikdə işləmişdir. Fərmandan bu arvadın kim olduğunu soruşanda Fərman Mafizənin yaxınlıqda qaldığını deyib ona Mafizənin evinin harada yerləşdiyini demişdir. Həmin vaxt Mafizənin evində görüləcək işlə tanış olmaq üçün Fərmanla bir yerdə Mafizənin evinə getmişdir. Mafizə tualetin üst hissəsinə beton tökülməsi, eləcə də evin giriş qapısının çıxarılıb kəsilərək qaynaq olunmaqla yerinə qoyulması işi olduğunu demişdir. O, görüləcək işlərə baxıb Mafizədən 100 manat bu işləri görə biləcəyini bildirmişdir. Düşünmüşdür ki, 3 gün burada işləyər və Fərmana da fəhlə kimi 30 manat pul verər. Lakin Mafizə 100 manatın çox olduğunu deyib 20 manat verə biləcəyini bildirmişdir. O, Mafizə ilə razılaşmayıb Fərmanla bir yerdə iş yerinə qayıtmışdır. 1-2 gün sonra yenidən Mafizənin evinə getmişdir ki, bəlkə Mafizənin fikri dəyişər və onunla 100 manata razılaşar. Ancaq Mafizənin evinin qapısı bağlı olmuşdur. İş yerinə qayıtdıqdan 1 gün sonra yenidən Mafizənin yaşadığı evə getmişdir. Evin qapısı açıq olsa da Mafizə içəridə olmamışdır. Bir qədər gözlədikdən sonra Mafizənin evinə gəldiyini görüb sonuncuya yaxınlaşaraq 100 manata razı olub-olmadığını soruşmuşdur. Mafizə isə onunla razılaşa bilməyəcəyini deyib pulunun olmadığını bildirmişdir. O, yenidən iş yerinə qayıdaraq bir daha Mafizənin evinə getməmişdir. Əvvəlki ifadəsində ona videogörüntü təqdim olunmuşdur. Həmin videoda Mafizənin yaşadığı evin yerləşdiyi küçəyə daxil olur. Həqiqətən də həmin küçəyə ona görə girmişdir ki, tikinti meydançasına gələn maşını qarşılayıb yolu göstərsin. Həmin ərəfədə Mafizə ilə son dəfə danışmış və razılığa gələ bilməmişdir. Fərman Zərərçəkmiş şəxs qəsdən öldürməsi ilə bağlı ona məlumat verməmişdir. Qeyd etdiyi ərazidə tikinti yerində işi bitdikdən sonra Fərmanı bir daha görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, günəmuzd internet kabellərinin çəkilməsi işi ilə məşğul olaraq ailəsini dolandırır. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində dayısına məxsus “Qazel” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edib Eldəniz və Elşənlə bir yerdə Xaçmaz şəhəri, A.Cəbrayılov küçəsində telefon-internet xətti çəkmək üçün gəlmişdir. Avtomobili “Eko” marketin arxa tərəfində yerləşən anbarın giriş darvazasının yanında saxlayıb adlarını çəkdiyi digər şəxslərlə bir yerdə işə başlamışdır. İşləri təxminən 1 saat davam etmiş və həmin küçədə telefon xəttini çəkmişlər. Qeyd etdiyi küçədə sonradan adının Mafizə olduğunu bildiyi qozbel, yaşlı qadını görmüşdür. Mafizənin evi də telefon xətti çəkdikləri küçədə yerləşmişdir. Onlar telefon xətti çəkdikləri müddət ərzində Mafizənin evinin qabağında sonuncunun yanında bir nəfər saqqallı, papaqlı, qaraşın tanımadığı oğlan olmuşdur. Həmin oğlanın əynində rəngini xatırlamadığı cins şalvar, qara rəngli pencək olmuşdur. Orada yerləşən hansısa dirəklərin birinə qalxıb iş görəndə hətta onların arasında dialoqu da eşitmişdir. Oğlan Mafizəyə “mən bura necə gələcəm sənin telefonun da yoxdur” sözlərini, Mafizənin isə oğlana “sən elə bura gələrsən mən burada olacam” sözlərini dediyini eşitmişdir. Onlar arasındakı söhbətdən başa düşmüşdür ki, oğlan ustadır və Mafizənin evində nəsə iş görəcəkdir. Sonradan eşitmişdir ki, Mafizə yaşadığı evdə qəsdən öldürülmüşdür. O, verilən suallara cavab olaraq bildirmişdir ki, ona video görüntü təqdim olunmuşdur. Mafizənin yanında gördüyü oğlan videodakı şəxsdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, günəmuzd internet kabellərinin çəkilməsi işi ilə məşğul olaraq ailəsini dolandırır. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Eldəniz və Sadillə birlikdə Xaçmaz şəhəri, A.Cəbrayılov küçəsində telefon xətti çəkmək üçün Sadilin idarə etdiyi “Qazel” markalı avtomobillə gəlmişlər. Sadil avtomobili “Eko” marketin anbarının darvazasının yanında saxladıqdan sonra maşından kabelləri çıxarıb uzadaraq dirəklərə bağlamağa başlamışlar. Sadil dirəyə çıxıb orada iş görmüş və o isə dirəyin yanında dayanıb trosu dartmışdır. Eldəniz isə maşının yanında barabanı açmağa köməklik göstərmişdir. Həmin küçədə işləyən vaxt Zərərçəkmiş şəxs yanında tanımadığı oğlan olmuşdur. O, həmin adamları ilk dəfə görəndə oğlanla Mafizə evin içərisindən çölə çıxmış və Mafizə qapının qarşısındakı beton döşəməni süpürgə ilə silməyə başlamışdır. Mafizə ilə həmin şəxsin arasındakı söhbətə qulaq asmadığı üçün onların nə danışdıqlarını bilməmişdir. Ancaq sonradan Sadil ona iş görməklə bağlı oğlanın Mafizə ilə söhbət etdiyini demişdir. Onlar orada işlərini yekulaşdırıb çıxıb getmişlər. Həmin gündən 2-3 gün sonra 11-12 radələrində Eldənizlə həmin küçəyə gedib kabel çəkdikləri dirəklərin sayını hesablamağa başlamışlar. Mafizənin evinin yanından keçəndə təbii ehtiyaclarını ödəmək istədiyini Eldənizə demiş və Eldəniz evin yanındakı tualetə girməyini bildirmişdir. Mafizəni uşaqlıqdan tanıyır və Mafizənin davakar biri olduğunu bildiyi üçün onu görüb mübahisə yaradacağından qorxmuşdur. Tualetin yanından keçib qapıya baxanda evin giriş qapısının aşağı hissəsinə daş kərpic qoyulduğunu və qapının bağlı olduğunu görüb Mafizənin evdə olmadığından əmin olaraq tualetə keçib təbii ehtiyacını ödəyib Eldənizlə işinə davam etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 göstərdi ki, Xaçmaz rayonu, Çiləgir kəndində daimi qeydiyyatda olmaqla faktiki olaraq Xaçmaz şəhəri, Süleyman Əsgərov küçəsində yerləşən nömrəsini bilmədiyi fərdi yaşayış evində kirayədə yaşayır. Anası Şahid6, bacısı X7 və sonuncunun ailə üzvləri ilə bir yerdə yaşayır. X24 ilə evlidir və onların birgə nikahından Həbib adlı oğul, Gülay adlı qız övladları var. Həbibin 4, Gülayın isə 8 yaşı var. Təxminən 2-3 ay əvvəl, 2023-cü ilin noyabr- dekabr aylarında dəqiq xatırlamadığı tarixdə axşamüstü evə gələndə anası ona 01 ədəd pulqabı təqdim etmişdir. Anası həmin pul qabını özü tapdığını bildirmişdir. Belə ki, bacısı uşaqları yaşadıqları evin darvazasının qarşısına yığılmış qumda oynadıqdan sonra onların quma basdırdıqları oyuncaq maşını axtararkən qumun içərisindən həmin pul qabını anası tapmışdır. Pul qabı boz rəngli uzunsov formada qadın pulqabısı olmuşdur. Pulqabının ön tərəfi maqnitlə açıb-bağlanmış və arxa hissəsində isə zəncirbənd olmuşdur. Pul qabının ön tərəfini açdıqda içərisində bir neçə zəncirbənd və qadın şəxsiyyət vəsiqəsi, 02 ədəd kart olmuşdur. Kartlardan biri "xxxx"a məxsus bank kartı olmuş, digər kartın isə nə olduğunu bilməmişdir. Ancaq həmin kart sarı rəngli imiş. Bundan başqa, pulqabının arxa tərəfindəki zəncirbəndi açdıqda həmin hissədə bir neçə açarın olduğunu görmüşdür. Daha sonra pulqabını şəffaf sellofan torbaya bükərək 30 dəqiqə içərisində Xaçmaz RPŞ-nə gəlmiş və giriş qapısında dayanmış adını bilmədiyi polis əməkdaşına pulqabını tapdığını deyərək həmin pulqabını polisə təhvil vermişdir. Həmin vaxt qapıda iki nəfər polis əməkdaşı olmuşdur. Pulqabını verdiyi polis əməkdaşı orta boylu, ağbəniz oğlan olmuşdur. O, verilən suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs məxsus şəxsiyyət vəsiqəsi ona təqdim olunmuşdur. Qumun içərisindən tapdığı pulqabındakı şəxsiyyət vəsiqəsi elə budur. Vəsiqədəki şəkli görəndə xatırlamışdır. Yaşadığı evlə “Lukoil” yanacaq doldurma məntəqəsinin arasında təxminən 150 metr olar. Yaşadığı ev “Lukoil” yanacaq doldurma məntəqəsini keçib Xudat istiqamətinə gedərkən sağa dönüb küçəyə daxil olaraq 20-30 metr irəliyə getdikdə soldakı birinci evdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 Seyfətdin oğlu göstərdi ki, 1984-cü ildə Şahid8 ilə həyatı qurmuş və birgə nikahlarından 3 oğul övladı dünyaya gəlmişdir. Oğullarının adı Tehran, Fərman və Seyfətdindir. Tehran evin böyük oğludur və Tehran ailəsi ilə bir yerdə Rusiya Federasiyasında yaşayır. 2003-cü ildən 2012-ci ilədək ailəsi ilə bir yerdə Rusiya Federasiyasının Tümen şəhərində yaşamışdır. Fərman ortancıl oğludur. Fərman 2005-ci ildə Rusiyada qəsdən adam öldürmə cinayətinə görə 9 il 6 ay müddətinə həbs cəzası çəkmiş və 2015-ci ildə buraxılmışdır. Fərman türmədən çıxdıqdan sonra Azərbaycana qayıtmış və Fəzilə adlı qızla ailə həyatı qurmuşdur. Fəzilə ilə evliliyindən Fərmanın 1 qız, 1 oğul övladı dünyaya gəlmişdir. Daha sonra Fərman Fəzilə ilə ayrılmış və bir müddət sonra yenidən Kəmalə ilə ailə həyatı qurmuşdur. Fərmanın Kəmalə ilə evliliyindən 2 oğul övladı var. Fərman 1 ilə yaxındır ki, Kəmalə ilə qeyri-rəsmi qaydada ayrılmış və onlarla bir yerdə yaşamağa başlamışdır. Fərman tikintidə fəhlə işləyərək özünü dolandırmışdır. Zərərçəkmiş şəxs Xaçmaz şəhər sakini kimi tanımışdır. Belə ki, o, arvadı ilə bir yerdə Xaçmaz şəhəri, M.Hüseynzadə küçəsində yerləşən bazarda meyvə-tərəvəz alveri ilə məşğul olmuşdur. İşlədiyi vaxtlar arada Mafizə onların yanına gəlib arvadı ilə söhbət etmişdir. Mafizənin üst-başından, davranışından sonuncunun psixi xəstə olduğunu aydın hiss etmək mümkün olmuşdur. Bəzən arvadı meyvə-tərəvəzdən Mafizə üçün pay ayırıb sonuncuya vermişdir. 2023-cü ilin noyabr ayında televizorda xəbərlərə baxanda Mafizənin yaşadığı evdə öldürüldüyünü eşitmişdir. Daha sonra gəzən söz-söhbətdən öyrənmişdir ki, Mafizəni öldürən adam şübhəli şəxs qismində tutulmuşdur. Lakin Mafizənin kim tərəfində öldürüldüyünü bilməmişdir. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, Fərman Mafizəni öldürməsi ilə bağlı ona heç bir məlumat verməmişdir. Xaçmaz rayon prokurorluğunda istintaq olunan cinayət işi ilə bağlı evlərində paltarlara baxış keçiriləndə Fərmanın Mafizəni öldürməsini Fərmanın özündən öyrənmişdir. Hazırda xatırlamadığı tarixdə evdə 03 ədəd led işığı görüb bunu haradan adığını Fərmandan soruşmuşdur. Fərman mağazada endirim olduğu üçün işıqların hər birini 1.50 manata aldığını demişdir. Fərman işıqlardan birini evin dəhlizində quraşdırmışdır. 23 oktyabr 2023-cü il tarixdə Fərmanın harada olmasını dəqiq xatırlamır. Fərman həmin vaxtdan sonra bir qədər özünə qapanmış və depressiyada olmuşdur. 2023-cü ilin dekabr ayında dəqiq xatırlamadığı tarixdə axşamüstü evdən çölə çıxıb su qablarını götürməyə gedəndə xırıltı səsi eşitmiş və boylananda Fərmanın həyətdəki talvardan özünü iplə asdığını görmüşdür. Dərhal qışqırıb arvadını köməyə çağıraraq Fərmanın ayaqlarından tutub sonuncunu qaldırmışdır. Arvadı bıçaq gətirəndən sonra Fərmanın ayaqlarından tutub yuxarıya qaldırmış və qalxıb ipi kəsərək Fərmanı yerə uzatmışdır. Fərman yerdə çapaladığı üçün arvadı Fərmanın üstünə soyuq su tökdükdən sonra Fərman ayılmış və köməkli şəkildə Fərmanı evə aparmışlar. Fərman tam özünə gələndən sonra heç bir şey deməyib ağlamağa başlamışdır. Lakin Fərman hansı səbəbdən intihar etmək istədiyini onlara bildirməmiş və heç bir məlumat verməmişdir. Təqsirləndirilən şəxsla amansız rəftar edən, sonuncunun ləyaqətini mütəmadi olaraq alçaldan və ya Fərmana hədə qorxu gələn şəxs olmamışdır. Bu barədə heç kimdən heç nə eşitməmişdir. Heç bir vaxt Fərmana məxsus qanlı geyim və digər əşya görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 göstərdi ki, adı Süsən-Sünbül olsa da hamı onu Ofeliya kimi tanıyır. 1984-cü ildə Şahid7 ilə həyatı qurmuş və birgə nikahlarından 3 oğul övladı dünyaya gəlmişdir. Oğullarının adı Tehran, Fərman və Seyfətdindir. Tehran evin böyük oğludur və Tehran ailəsi ilə bir yerdə Rusiya Federasiyasında yaşayır. 2003-cü ildən 2012-ci ilədək ailəsi ilə bir yerdə Rusiya Federasiyasının Tümen şəhərində yaşamışdır. Fərman ortancıl oğludur. Fərman 2005-ci ildə Rusiyada qəsdən adam öldürmə cinayətinə görə 9 il 6 ay müddətinə həbs cəzası çəkmiş və 2015-ci ildə buraxılmışdır. Fərman türmədən çıxdıqdan sonra Azərbaycana qayıtmış və Fəzilə adlı qızla ailə həyatı qurmuşdur. Fəzilə ilə evliliyindən Fərmanın 1 qız, 1 oğul övladı dünyaya gəlmişdir. Daha sonra Fərman Fəzilə ilə ayrılmış və bir müddət sonra yenidən Kəmalə ilə ailə həyatı qurmuşdur. Fərmanın Kəmalə ilə evliliyindən 2 oğul övladı var. Fərman 1 ilə yaxındır ki, Kəmalə ilə qeyri-rəsmi qaydada ayrılmış və onlarla bir yerdə yaşamağa başlamışdır. Fərman tikintidə fəhlə işləyərək özünü dolandırmışdır. Zərərçəkmiş şəxs Xaçmaz şəhər sakini kimi tanımışdır. Belə ki, əri ilə bir yerdə Xaçmaz şəhəri, M.Hüseynzadə küçəsində yerləşən bazarda meyvə-tərəvəz alveri ilə məşğul olmuşdur. İşlədiyi vaxtlar arada Mafizə onların yanına gəlib onunla söhbət etmişdir. Mafizənin üst-başından, davranışından sonuncunun psixi xəstə olduğunu aydın hiss etmək mümkün olmuşdur. Bəzən meyvə- tərəvəzdən Mafizə üçün pay ayırıb sonuncuya vermişdir. 2023-cü ilin noyabr ayında “tiktok” sosial şəbəkəsində Mafizənin öldürüldüyünü eşitmişdir. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, Fərman Mafizəni öldürməsi ilə bağlı ona heç bir məlumat verməmişdir. Fərman endirim olduğu üçün işıqların hər birini mağazadan 1.50 manata aldığını demişdir. Fərman işıqlardan birini evin dəhlizində quraşdırmışdır. 23 oktyabr 2023-cü il tarixdə Fərmanın harada olmasını dəqiq xatırlamır. Fərman ikinci arvadı ilə yola getmədiyi üçün kefi olmamışdır. Çünki gəlin uşaqları Fərmana göstərməmiş və ancaq Fərmandan pul gətirməsini istəmişdir. 2023-cü ilin dekabr ayının ortalarında axşamüstü evdə olarkən birdən Seyfullanın qışqıraraq onu çağırdığını eşitmiş və həyətə çıxanda Fərmanın evin talvarından özünü asdığını görmüşdür. Seyfulla bıçaq gətirməyini deyəndə mətbəxdən bıçaq gətirib Fərmanın ayaqlarından tutaraq sonuncunu yuxarı qaldırmışdır. Seyfulla talvara çıxıb ipi bağlandığı yerdən kəsmiş və Fərmanı yerə uzatmışlar. Fərman yerdə çapaladığı üçün sonuncunun üstünə soyuq su tökmüş və Fərman ayılmışdır. Daha sonra Fərmanı köməkli şəkildə evə aparmışlar. Fərman tam özünə gələndən sonra sonuncu ilə danışıb niyə bəlkə hərəkət etdiyini soruşmuşdur. Fərman həmin gün Kəmaləgilə getdiyini və Kəmalənin uşaqları göstərmədiyini demişdir. Buna görə də Fərman özünü asıb öldürmək istəmişdir. Fərmanın 2023-cü ilin dekabr ayında intihara cəhd etməsi ilə bağlı biabır olmamaq üçün heç kimə məlumat verməmişdir. Bu hadisədən sonra Fərmanı Xaçmaz rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə Qubada yerləşən psixiatrik dispanserə müalicəyə aparmışlar. Fərman Qubada yerləşən psixiatrik dispanserdə 14 gün müalicədə olmuşdur. Təqsirləndirilən şəxsla amansız rəftar edən, Fərmanın ləyaqətini mütəmadi olaraq alçaldan və ya sonuncuya hədə qorxu gələn şəxs olmamışdır. Heç bir vaxt Fərmana məxsus qanlı geyim və digər əşya görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Zərərçəkmiş şəxs Xaçmaz şəhər sakini kimi tanımışdır. Mafizə ruhi xəstə olmuş və Xaçmazın küçələrində söyüş söyə-söyə gəzmişdir. Mafizə ilə arasında dostluq, düşmənçilik və ya şəxsi ədavəti olmamışdır. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, Fərman Mafizəni öldürməsi ilə bağlı ona heç bir məlumat verməmişdir. Fərman gətirdiyi işıqlardan birini evin dəhlizində quraşdırmışdır. 23 oktyabr 2023- cü il tarixdə Fərmanın harada olmasını dəqiq xatırlamıra. Heç bir vaxt Fərmana məxsus qanlı geyim və digər əşya görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Xaçmaz RPŞ-nin PPXB-nin polis nəfəri Şahid11 göstərdi ki, 18 noyabr, 27 noyabr və 30 noyabr 2023-cü il tarixlərdə saat 20:00dan növbəti gün saat 09:00-dək Xaçmaz RPŞ-nin NBM-nin naryadı xidmətinə təyin olunmuşdur. Həmin vaxtlarda kiminlə xidmətə təyin olunduğunu xatırlamır. Həmin günlərin birində yenicə növbəyə çıxan zaman tanımadığı arıq, orta boylu oğlan Xaçmaz RPŞ-nin NBM-nə yaxınlaşaraq evinin qarşısında yığılmış qumun içərisindən 01 ədəd pulqabını tapdığını deyərək həmin pulqabını ona təqdim etmişdir. Pulqabı boz rəngli, zəncirbəndi olan, quma bulaşmış, nəm vəziyyətdə qadın pulqabısı olmuşdur. Pulqabının zəncirbəndini açanda içərisində Zərərçəkmiş şəxs məxsus 01 ədəd şəxsiyyət vəsiqəsi və 01 ədəd bank kartı görmüşdür. Vətəndaş şöbəni tərk etməmiş oradan daxili telefon vasitəsilə növbətçiyə zəng edərək bu barədə məlumat vermişdir. Həmin vaxt növbətçinin kim olmasını hazırda xatırlamır. Növbətçi pulqabını NBM-dəki şkafa qoymağını və pulqabının daha sonra götürüləcəyini ona bildirmişdir. Vətəndaşı yola saldıqdan sonra həmin pulqabını NBM-dəki şkafa qoymuşdur. Daha sonra isə həmin pulqabını növbətçi hissəyə təhvil vermək yadından çıxmışdır. Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən “Eko” marketin arxa tərəfində yerləşən fərdi yaşayış evində bir qadının qəsdən öldürülməsi barədə məlumatı olmuşdur. Lakin öldürülən qadının Zərərçəkmiş şəxs olmasını bilməmişdir. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid6 ifadəsindən görünür ki, Xaçmaz rayonu, Çiləgir kəndində qeydiyyatda olmaqla faktiki olaraq Xaçmaz şəhəri, Süleyman Əsgərov küçəsində yerləşən nömrəsini bilmədiyi fərdi yaşayış evdə kirayədə yaşayır. 1991-ci ildə X9 ilə ailə həyatı qurmuş və birgə nikahlarından 1 qız, 1 oğul övladı dünyaya gəlmişdir. 2015-ci ildə Bəybala ürək tutmasından vəfat etmişdir. Hazırda oğlu Şahid5, qızı Turac Abdullayevə və sonuncunun ailə üzvləri ilə bir yerdə yaşayır. Qızı X24 ilə evlidir və onların birgə nikahından Həbib adlı oğul, Gülay adlı qız övladları var. Həbibin 4, Gülayın isə 8 yaşı var. 2023-cü ilin noyabr ayının sonlarında günorta saatlarında nəvələri Gülay və Həbib yaşadıqları evin darvazasının qarşısında yığılmış qumda oyuncaqları ilə oynayıb evə gəlmişlər. Həbib ən sevdiyi oyuncaq maşını tapa bilmədiyi üçün o, onların oynadığı yerə gedib qumda həmin oyuncağı axtarmağa başlamışdır. Belə ki, hasarın kənarına yığılmış qumu əli ilə biraz kənara edəndə zəncirbəndi açıq olan, içərisinə qum yığılmış vəziyyətdə pulqabı aşkar etmişdir. Pulqabının bir tərəfi maqnitlə, digər tərəfi isə zəncirbəndlə açılmışdır. Pulqabının içərisində 01 ədəd sarı rəngli kart, 01 ədəd "xxxx" kartı, 03 ədəd açar və 01 ədəd qadına məxsus şəxsiyyət vəsiqəsi olmuşdur. Həmin əşyaları evə gətirmiş və axşamüstü oğlu Tural evə qayıdanda sonuncuya bu barədə məlumat vermişdir. Tural da əşyalarla bir yerdə pulqabını aparıb Xaçmaz RPŞ-nə təhvil vermişdir. Həmin pulqabının tapdığım yerə kim tərəfindən qoyulması barədə məlumatı yoxdur. O, verilən suala cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs məxsus şəxsiyyət vəsiqəsi ona təqdim olunmuşdur. Qumun içərisindən tapdığı pulqabındakı şəxsiyyət vəsiqəsi elə budur. Vəsiqədəki şəkli görəndə xatırlamışdır.(cild 4, i.v. 26-28) Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid10 ifadəsindən görünür ki, 2020-ci ildən Xaçmaz şəhəri, Bakı prospektində yerləşən “Sobsan” tikinti materialları mağazasında satıcı işləyir. Zərərçəkmiş şəxs Xaçmaz şəhər sakini küm tanımışdır. Mafizə dəfələrlə onun işlədiyi, eləcə də yaxınlıqda yerləşən tikinti materialları mağazasına gəlmişdir. Mafizə işlədiyi mağazadan da alver etmişdir. Mafizə qozbel, qoca qadın olmuşdur. Mafizə xx.xx.2023-cü il tarixdə saat 10 radələrində işlədiyi mağazadan “Modi” markalı 03 ədəd led işıq, 20 metrlik izolyasiya lenti almış və 16 manat ödəniş etmişdir. “Modi” markalı led işığı mağazada olan digər led işıqlardan fərqləndirmək üçün həmin led işığın adı kassa sistemində “spot reys 15W KV” kimi qeyd edilmişdir.(cild 4, i.v. 74-76) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 14 noyabr 2023-cü il tarixli, 58 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitinin üzərində həyati xəsarətlər boyunun sağ-ön tərəfində yerləşmiş 3 ədəd kəsilmiş yara vardır. Həmin yaralar boyunun yumşaq toxumalarını, sağ ümumi yuxu arteriyasını və venasını kəsmişdir. Göstərilən yaralar kəsici-deşici əşya təsirindən ölümündən az əvvəl törənmişlər və bıçaqla yetirilməsi mümkündür və həmin xəsarətlər ağırlıq dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs ölümünə səbəb almış olduğu yuxarıda qeyd olunan yaralar nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. Ölümün müddəti müayinədən təxminən 5-10 gün əvvələ uyğun gəlir. Zərərçəkmiş şəxs bədən səthində olan xəsarətlərin xarakterinə görə demək olar ki, həmin xəsarətlərin özü-özünə yetirilməsi inandırıcı deyil. Zərərçəkmiş şəxs bədəni üzərində çürümə fonunda zorakılığa (döyülməyə, vurulmağa, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmağa, zorla onunla cinsi əlaqədə olmaq istənilən zaman və yaxud seksual xarakterli zorakılıq hərəkətlərinə və s.) xarakterik olan hər hansı bir xəsarət aşkar edilməmişdir. Zərərçəkmiş şəxs uşaqlı yolu və arxa keçəcək çürüməyə məruz qaldığından uşaqlıq yolu sıxıcı əzələsi və arxa keçəcəyin sfinktoru büzən əzələsi boşalmış, onlarda hər hansı bir zədə aşkar edilməmişdir. Meyitin bədən səthində çürümə fonunda digər hər-hansı bir xəsarət aşkar edilməmişdir.(cild 2, i.v. 124-126) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 04 aprel 2024-cü il tarixli, 79 nömrəli rəyindən görünür ki, vizual olaraq xarici cinsiyyət üzvü nahiyəsində cinsi əlaqəyə maneə ola biləcək hər hansı bir patologiya, anomaliya aşkar edilməmişdir. Cinsi əlaqədə olma qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir.(cild 4, i.v. 200-202) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-genetik ekspertizasının 27 noyabr 2023-cü il tarixli, 23/905R nömrəli rəyindən görünür ki, hadisə yerindən 03 (üç) ədəd pambıq tampon vasitəsilə götürülmüş, 01 (bir) ədəd tərlik, 01 (bir) ədəd kisə, 02 (iki) ədəd polietilen torba, Zərərçəkmiş şəxs məxsus 01 (bir) ədəd yaşıl rəngli yun köynək, 01 (bir) ədəd mayka, 01 (bir) ədəd büstqalter üzərində aşkar edilmiş qanabənzər ləkələr insan mənşəli qan nümunəsidir. Hadisə yerindən 03 (üç) ədəd pambıq tampon vasitəsilə götürülmüş, 01 (bir) ədəd tərlik, 01 (bir) ədəd kisə, 02 (iki) ədəd polietilen torba, Zərərçəkmiş şəxs məxsus 01 (bir) ədəd yaşıl rəngli yun köynək, 01 (bir) ədəd mayka və 01 (bir) ədəd büstqalter üzərində aşkar edilmiş qan nümunələri Zərərçəkmiş şəxs məxsusdur (eyni yumurta əkizi istisna olmaqla).(cild 2, i.v. 3-14) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş komisyon kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 09 mart 2024-cü il tarixli, 670 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs oğlu qərarın təsviri hissəsində göstərilən cinayəti törədərkən xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayəti törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs öz hərəkətlərini idarə edib onları qiymətləndirmək qabiliyyətindədir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində qeyd olunan cinayət əməlini tamah məqsədi ilə törətmiş, onun emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edən hər hansı mühüm dəyişiklik əmələ gəlməmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır.(cild 4, i.v. 189-192) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 02 aprel 2024-cü il tarixli, 9/1549 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların 2023-cü ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri 22 manat təşkil edir.(cild 4, i.v. 179-180) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “hadisə yerinə baxış keçirilməsi haqqında” 31 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Xaçmaz şəhəri, Asif ünvan 2 ünvanında yerləşən 01 otaqlı fərdi yaşayış evidir. Fərdi yaşayış evinin sağ tərəfində tikiliyə bitişik 01 ədəd sanitar qovşaq vardır. Evin giriş qapısı dəmir materialdan olmaqla eni 1.02 metr, hündürlüyü isə 2.10 metrdir. Qapı çöl tərəfdən zəncir dolamaqla qıfılla bağlanmışdır. Zəncirin digər ucu qapının çərçivəsinin kənarından içəriyə keçirilərək otağın daixlindən qıfılla bağlanıb bərkidilmişdir. Qapının aşağı hissəsinə 01 ədəd daş kərpic söykədilmişdir. X8 Zərərçəkmiş şəxs qardaşı olduğunu, bacısının “şizofreniya” psixi xəstəliyindən əziyyət çəkdiyini və sonuncunun evdə tək yaşadığını bildirmişdir. Evin giriş qapısına içəri tərəfdən bağlanmış qıfıl açılaraq çöl tərəfdə olan qıfılın tamlığı pozulmadan zəncir çölə çıxarılmış və evə daxil olunmuşdur. Otağın uzunluğu 5.96 metr, eni 3.98 metr, hündürlüyü isə 3.23 metrdir. Otaqda nəfəslik və pəncərə yoxdur. Otaqda sağ tərəfdə metal materialdan olan tikinti əşyaları vardır. Otağın döşəməsi və tavanı betondandır. Giriş qapısından 2.14 metr solda, sol divardan isə 0.56 metr məsafədə Zərərçəkmiş şəxs beli üstə uzadılmış meyiti aşkar edilmişdir. Meyitin baş hissəsi sol divara, ayaq nahiyəsi isə sağ divara istiqamətlənmişdir. Meyitin əynində 01 ədəd yun köynək və 01 ədəd məmədan vardır və meyit bel nahiyəsindən aşağı lüt vəziyyətdədir. Meyit çürümüşdür. Meyitin sol ayaq nahiyəsinə yaxın istiqamətdə kömür ocağı vardır və ümumilikdə meyitin sol tərəfində stəkan, çaydan, çaynik olmaqla müxtəlif məişət əşyaları düzülmüşdür. Meyit əynində paltarlarla birlikdə müayinə olunması üçün Xaçmaz RMX- nın morquna aparılmışdır. Meyit otaqdan çıxarıldıqdan sonra meyitin baş nahiyəsi tərəfdə 01 ədəd dəstəyi olmayan, tiyədən ibarət bıçaq aşkar edilmişdir. Bıçağın üzərində qanabənzər ləkələr yoxdur. Bundan başqa, giriş qapısından 1.88 metr irəlidə, sağ divardan isə 1.10 metr məsafədə beton döşəmənin üzərində olan çox sayda boş kisəni qaldırdıqda 01 ədəd tərlik aşkar olunmuşdur. Tərliyin alt hissəsində 17x19 sm məsafəni əhatə edən qanabənzər gölməçə görünür. Gölməçədəki qanabənzər ləkələrə 01 ədəd kisə bulaşmışdır. Həmin gölməçədən 33 sm solda 17x16 sm sahəni əhatə edən qanabənzər gölməçə də vardır. Qeyd olunan gölməçədən 66 sm solda 1x2 sm sahəni əhatə edən qanabənzər daha bir gölməçənin olması müşahidə edilir. Giriş qapısından daxil olduqda solda yanbayan olmaqla divara söykədilmiş, üzərində qanabənzər ləkələr olan 02 ədəd polietilen torba görünür. Bundan əlavə, meyitin aşkar edildiyi zonada 01 ədəd boz rəngli yun köynək və 01 ədəd qırmızı rəngli çanta vardır. Çantanın ağızlıq hissəsi açıq olmaqla içərisi boşdur. X8 bacısının istifadəsində "xxxx" ASC-yə məxsus bank kartının olduğunu və həmin kart vasitəsilə aylıq pensiya aldığını bildirmişdir. Baxış zamanı qeyd olunan bank kartı aşkar edilməmişdir. Bundan əlavə, baxış zamanı Zərərçəkmiş şəxs məxsus 01 ədəd kalqotka və 01 ədəd alt tumanı aşkar olunmuşdur. Baxış zamanı qeyd olunan qanabənzər gölməçələrdən steril çöp vasitəsilə şərti olaraq “1”, “2” və “3” rəqəmi ilə işarələnməklə 03 ədəd nümunə, 01 ədəd tərlik, 01 ədəd kisə, 02 ədəd polietilen torba, 01 ədəd yun köynək, 01 ədəd kolqotka, 01 ədəd alt tumanı, 01 ədəd bıçağın tiyəsi müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Hadisə yerinə baxış zamanı yuxarıda qeyd edilənlərdən başqa sübut əhəmiyyətinə malik ola biləcək hər hansı predmet aşkar edilməmişdir.(cild 1, i.v. 5-17) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “meyitə baxış keçirilməsi haqqında” 31 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs meyitin bədən səthində aşağıdakı xəsarət - boyunun ön tərəfində 7x4 sm, ön-sağ tərəfində 5x3 sm və 2x0,5 sm ölçüdə sanki bir-birinin davamını təşkil edən, kənarları hamar, qurtaracaqları iti yaralar vardır. Meyitin bədən səthində çürümə fonunda digər hər-hansı bir xəsarət aşkar edilməmişdir. Meyitin əynindəki 01 ədəd yun köynək, 01 ədəd məmədan və 01 ədəd mayka kəsilərək müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Bundan əlavə, meyitdən 2 ml-lik şprisdə 01 ədəd qan nümunəsi müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür.(cild 1, i.v. 18-23) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “xarici yaddaş qurğusuna baxış keçirilməsi haqqında” 01 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, təqdim olunan xarici yaddaş qurğusunda Zərərçəkmiş şəxs fərdi yaşayış evinin yerləşdiyi küçəni qeydə alan müşahidə kamerasının görüntüləri vardır. Həmin video görüntülər xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrü əhatə edir. X18 video görüntüdəki saatın real vaxtdan 20 dəqiqə geri göstərdiyini bildirmişdir.(cild 1, i.v. 47-48) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “xarici yaddaş qurğusuna əlavə baxış keçirilməsi haqqında” 22 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs fərdi yaşayış evinin yerləşdiyi küçəni qeydə alan müşahidə kamerasının görüntülərinin əks olunduğu 01 ədəd xarici yaddaş qurğusuna baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 11:11:37 radələrində saqqallı, başında qara rəngli papaq, əynində qara rəngli pencək, qara rəngli şalvar, orta hissəsində şəkil olan qara rəngli köynək və qara rəngli ayaqqabı olan şəxs siqaret çəkərək Zərərçəkmiş şəxs evinin yerləşdiyi küçədən çıxır və bir qədər küçənin giriş hissəsində gözlədikdən sonra saat 11:12:25 radələrində qeyd olunan şəxs həmin küçəyə daxil olur.(cild 4, i.v. 3) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “diskə baxış keçirilməsi haqqında” 07 fevral 2024-cü il tarixli protokoldan görünür ki, X10 təqdim etdiyi 01 ədəd diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, təqdim olunan 01 ədəd diskdə “Eko” marketin arxa tərəfindəki anbarını giriş darvazasını qeydə alan müşahidə kamerasının 02 ədəd video görüntüsü vardır. X18 müşahidə kamerasının Zərərçəkmiş şəxs fərdi yaşayış evinin yerləşdiyi küçəyə digər tərəfdən daxil olan yolu qeydə aldığını bildirmişdir. Diskdə olan “video 1” adlı video görüntünün xx.xx.2023-cü il tarixdə saat 11:24:12 dəqiqəsində 01 nəfər saqqallı, başında qara rəngli papaq, əynində qara rəngli pencək, qara rəngli şalvar, orta hissəsində şəkil olan qara rəngli köynək və qara rəngli ayaqqabı olan naməlum şəxsin giriş darvazası ilə üzbəüz yerləşən yolla gələrək Zərərçəkmiş şəxs fərdi yaşayış evinin yerləşdiyi küçəyə daxil olduğunu görünür. Diskdə olan “video 2” adlı digər video görüntünün xx.xx.2023-cü il tarixdə saat 12:36:08 dəqiqəsində həmin naməlum şəxsin sağ əlində sellofan torba ilə gəldiyi yolla geri qayıtdığı aşkar edilmişdir. Bundan əlavə, X18 video görüntüdəki saatın real vaxtdan fərqlənmədiyini bildirmişdir. Təqdim olunan 01 ədəd CD disk müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür.(cild 3, i.v. 34-35) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “diskə baxış keçirilməsi haqqında” 03 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən göndərilmiş 1 ədəd “1423- 2024” nömrəli kompakt diskə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***- **-** mobil telefon nömrəsinin xx.xx.2024-cü il tarix saat 07:44:11 radələrindən saat 12:51:00 radələrinədək heç bir antenin əhatə dairəsində olmadığı, xx.xx.2023-cü il tarixdə ***-***-**-** mobil telefon nömrəsi ilə heç bir telefon danışığının aparılmadığı müəyyən edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinin xx.xx.2024-cü il tarix saat 10:08:11 radələrindən saat 15:36:18 radələrinədək heç bir antenin əhatə dairəsində olmadığı, xx.xx.2023-cü il tarix saat 21:45:27 radələrindən xx.xx.2023-cü il tarix saat 18:33:07 radələrinədək ***-***-**-** mobil telefon nömrəsi ilə heç bir telefon danışığının aparılmadığı müəyyən edilmişdir.(cild 4, i.v. 135) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “əşyalara baxış keçirilməsi haqqında” 17 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi, Zərərçəkmiş şəxs qəsdən öldürərkən əynində olmuş geyim əşyalarına baxış keçirilmişdir. Baxış zamanı iştirakçı Təqsirləndirilən şəxs fərdi yaşayış evindəki özünə məxsus otaqda olan hadisə zamanı geyindiyi 01 ədəd qara rəngli şalvar, 01 ədəd qara rəngli köynək, 01 ədəd qara rəngli pencək, 01 ədəd papağı, 01 ədəd qol saatını və zərərçəkmiş şəxsin evindən götürdüyü 02 ədəd led işığı təqdim etmişdir. Geyim əşyaları təmizdir və üzərində zədə izləri yoxdur. Təqdim olunan köynəyin orta hissəsində qırmızı rəngli şəkil vardır. Təqdim edilən 02 ədəd led işığın hər biri qutunun içərisindədir və hər ikisi eyni markalı olmaqla qutunun üzərinə “MODİ LED PANEL LİGHT” sözləri yazılmışdır. Bundan başqa, iştirakçı Təqsirləndirilən şəxs ona məxsus otaqda olan 01 ədəd ümumi uzunluğu 16,5 sm olan gümüşü rəngli qatlanan bıçağı təqdim edərək həmin bıçağın özünün istifadəsində olduğunu bildirmişdir. Bundan əlavə, iştirakçı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin evindən götürdüyü led işıqlardan birini evin dəhlizində tavana quraşdırdığını bildirərək həmin led işığı təqdim etmişdir. Qeyd olunan led işığı təhlükəsizlik qaydalarına riayət olunmaqla sökülmüşdür. Qeyd olunan 01 ədəd bıçaq, 01 ədəd şalvar, 01 ədəd köynək, 01 ədəd pencək, 01 ədəd papaq, 01 ədəd qol saatı, 03 ədəd led işığı müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür.(cild 3, i.v. 90-95) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “əşyalara baxış keçirilməsi haqqında” 18 fevral 2024-cü il tarixli protokoldan görünür ki, X4 təqdim etdiyi 01 ədəd pulqabına Xaçmaz RPŞ-nin NBM- nin xidməti otağında baxış keçirilmişdir. Baxış zamanı iştirakçı X15 RPŞ-nin NBM-nin xidməti otağındakı şkafın aşağı hissəsindəki gözlüyü açıb orada saxlanılan 01 ədəd pulqabını təqdim etmişdir. Pulqabı boz rəngli olmaqla üzəri çirklidir. Pulqabının bir tərəfi maqnitlə açılıb-bağlanır, digər iki hissədə isə zəncirbəndlər vardır. Maqnit olan hissədən pulqabını açdıqda pulqabının içərisində Zərərçəkmiş şəxs məxsus AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsi, 6768-6753- 3571-6765 nömrəli "xxxx" ASC-yə məxsus 01 ədəd bank kartı, 03 ədəd açar və “Eko” marketə məxsus sarı rəngli 01 ədəd bonus kartı aşkar edilmişdir. Qeyd edilən 01 ədəd pulqabı, 01 ədəd şəxsiyyət vəsiqəsi, 01 ədəd bank kartı, 03 ədəd açar və 01 ədəd bonus kartı müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür.(cild 3, i.v. 163-164) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “əşyaya baxış keçirilməsi haqqında” 18 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi, hadisə zamanı əynində olmuş 01 cüt ayaqqabıya baxış keçirilmiş və həmin predmet müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür.(cild 3, i.v. 165-166) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “əşyaya baxış keçirilməsi haqqında” 18 fevral 2024-cü il tarixli protokoldan görünür ki, 31,10.2023cü il tarixdə hadisə yerinə baxış zamanı Zərərçəkmiş şəxs Xaçmaz şəhəri, A.ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin giriş qapısındakı zəncirə bağlanmış qıfıla baxış keçirilmişdir. Xaçmaz RPŞ-nin NBM-nin xidməti otağındakı pulqabıya baxış zamanı aşkar edilmiş 03 ədəd açarlarla 31,10.2023-cü il tarixdə hadisə yerinə baxış zamanı Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin giriş qapısındakı zəncirə bağlanmış qıfıl yoxlanılmış və açarlardan biri ilə həmin qıfılın açılması mümkün olmuşdur. Qeyd olunan 01 ədəd qıfıl müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür.(cild 3, i.v. 167-168) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “əşyaya baxış keçirilməsi haqqında” 20 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi, hadisə zamanı Zərərçəkmiş şəxs baş nahiyəsinə zərbə vurarkən istifadə etdiyi dəmir parçasına baxış keçirilmiş və həmin predmet müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür.(cild 3, i.v. 215-216) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “əşyaya baxış keçirilməsi haqqında” 20 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ələ keçirilmiş Zərərçəkmiş şəxs məxsus 03 ədəd led işığa baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs məxsus 03 ədəd led işıqdan ikisi göy rəngli, üzərinə “MODİ LED PANEL LİGHT Ф50~135тт SMD LİGHTİNG SOURCE Adjustable 15W MD-PLQ3115S AC220-240V 50|60Hz X30” sözləri yazılmış qutuda, digəri isə açıq vəziyyətdədir. Hər üç led işıq eyni formada və ölçüdə olmaqla hər birinin “15-20W(MD- PLQ31...A) PF>0.5” modelli, 2023-cü ilin mart tarixli Çin istehsallı olduğu müəyyən edilmişdir. (cild 3, i.v. 226-227) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “əşyaya baxış keçirilməsi haqqında” 07 mart 2024-cü il tarixli protokoldan görünür ki, Şahid10 təqdim etdiyi 01 ədəd led işığa baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, 01 ədəd led işığın qutusu göy rənglidir və qutunun üzərinə “MODİ LED PANEL LİGHT Ф50~135тт SMD LİGHTİNG SOURCE Adjustable 15W MD-PLQ3115S AC220-240V 50|60Hz X30” sözləri yazılmış yazılmışdır. Led işıq qutudan çıxarıldı və baxış keçirlərkən led işığın “15-20W(MD-PLQ31 ...A) PF>0.5” modelli, 2023-cü ilin mart tarixli Çin istehsallı olduğu müəyyən edilmişdir. Təqdim olunan led işıq Zərərçəkmiş şəxs məxsus 03 ədəd led işıqla eyni modellidir. Baxış zamanı təqdim olunan 01 ədəd led işıq götürülməmişdir.(cild 4, i.v. 80-82) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “istintaq eksperimentinin aparılması haqqında” 20 fevral 2024-cü il tarixli protokoldan görünür ki, istintaq eksperimentinin aparılması zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi kimi hadisəni yerini tərk edərkən qapının sağ tərəfindən çölə doğru sallanmış zəncir həminki vəziyyətə gətirilmiş və müvafiq qaydada qablaşdırılaraq götürülmüş 01 ədəd qıfılla açar ona təqdim olunmuşdur. İstintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi qaydada qapını bağlaması mümkün olmuşdur.(cild 3, i.v. 217-219) Cinayət işinin materiallarında olan “EKO mart” marketin rəhbəri, sahibkar Məhəmməd Aydəmirovun 29 fevral 2024-cü il tarixli məktubundan görünür ki, müştərilərə könüllülük əsasında pulsuz təqdim olunan “Bonus” kartlarının hər bir ədədinin alış qiyməti 0,40 manatdır.(cild 4, i.v. 47) Cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" ASC-nin 13 mart 2024-cü il tarixli, 2024/1111/6971 nömrəli məktubundan görünür ki, sorğu edilən plastik kart müvafiqa müqaviləyə əsasən pulsuz verilir, itirildikdə və ya zədələndikdə yenisinin əldə olunması üçün 5 AZN ödənilir. (cild 4, i.v. 91) Cinayət işinin materiallarına əlavə edilmiş Xaçmaz RİHB-nın Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyinin 01,05.2024-cü il tarixli, 1400 nömrəli arayışından görünür ki, Şahid5 ünvan 4 ünvanda yaşayır.(cild 4, i.v. 156) Cinayət işinin materiallarından görünür ki, hadisə yerindən götürülmüş 03 ədəd qan nümunəsi, 01 ədəd tərlik, 01 ədəd kisə, 02 ədəd polietilen torba, Zərərçəkmiş şəxs məxsus 01 boz rəngli yun köynək, 01 ədəd alt tumanı, 01 ədəd kolqotka, 01 ədəd yaşıl rəngli yun köynək, 01 ədəd mayka, 01 büstqalter, 03 ədəd led işıq, 01 ədəd qıfıl, 03 ədəd açar, 01 ədəd pulqabı, 01 ədəd bank kartı, 01 ədəd şəxsiyyət vəsiqəsi və 01 ədəd bonus kartı, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 01 ədəd papaq, 01 ədəd köynək, 01 ədəd şalvar, 01 ədəd pencək, 01 cüt ayaqqabı, 01 ədəd qol saatı, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs baş nahiyəsinə zərbə vurarkən istifadə etdiyi dəmir parçası, hadisə yerinin yaxınlığında fəaliyyət göstərən “Eko” marketin arxa tərəfindəki anbarını giriş darvazasını qeydə alan müşahidə kamerasının video görüntülərinin olduğu 01 ədəd CD disk, hadisə yerinin yerləşdiyi küçəni qeydə alan müşahidə kamerasının video görüntülərinin olduğu 01 ədəd xarici yaddaş qurğusu, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən göndərilmiş 1 ədəd “1423-2024” nömrəli 01 ədəd CD disk 06 iyun 2024-cü il tarixli qərarla maddi sübut kimi tanınmış, 02 ədəd CD disk və 01 ədəd xarici yaddaş qurğusu cinayət işinin materiallarına əlavə edilmiş, digər predmetlər isə saxlanılması üçün Xaçmaz rayon prokurorluğunun maddi sübutları saxlama otağına təhvil verilmişdir.(cild 5, i.v. 22-26) Cinayət işinin materiallarında olan Azərbaycan DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tümen Vilayət Məhkəməsinin 12 iyul 2006-cı il tarixli hökmü ilə Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 162-ci maddəsinin İV hissəsinin V bəndinə, 105-ci maddəsinin İİ hissəsinin Z bəndinə və 69-cu maddəsinin V hissəsinə əsasən 09 il 06 ay azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş, Xaçmaz rayon məhkəməsinin 17 may 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il müddətinə islah işləri cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Milii Məclisinin 05 noyabr 2021-ci il tarixli “Amnistiya” qərarının 2.8-ci bəndinə əsasən cəzadan azad edilmiş, Xaçmaz rayon məhkəməsinin 16 iyun 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən icraata bəraətverici əsaslar olmadan xitam verilmişdir.(cild 4, i.v. 114-115) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2021-ci il təvəllüdlü X16 və xx.xx.2022-ci il təvəllüdlü X17 adında azyaşlı uşaqları vardır. Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürməməsi, polis əməkdaşları tərəfindən ona təzyiq olunması, döyülməsi, onların onun evindən narkotik vasitə, silah çıxaracaqları, ailə üzvlərini həbs edəcəkləri ilə hədələdiklərinə görə cinayəti öz üzərinə götürməsi barədə verdiyi ifadələrini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli şübhəli şəxs qismində, xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində (videoçəkilişdən istifadə etməklə) özünü tam təqsirli bilərək Zərərçəkmiş şəxs qəsdən öldürdüyünü bildirmişdir. Bundan başqa, 20 fevral 2024-cü il tarixdə təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs ifadəsində qeyd olunanları hadisə yerində dəqiq göstərərək, habelə Zərərçəkmiş şəxs fərdi yaşayış evinin daxilini dəqiq təsvir edərək öz ifadəsini bir daha təsdiq etmişdir. Hadisə yerinə baxış keçirilməsi haqqında 31,10.2023-cü il tarixli protokola əlavə edilmiş fotocədvəldəki 10 nömrəli şəkil ilə Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı qeyd etdikləri, yəni evin orta hissəsinə yığılmış kafellərin üzərində 01 ədəd qabda benzin olması öz təsdiqini tapmışdır. İstintaq eksperimentinin aparılması haqqında 20 fevral 2024-cü il tarixli protokoldan görünür ki, istintaq eksperimentinin aparılması zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi kimi hadisəni yerini tərk edərkən qapının sağ tərəfindən çölə doğru sallanmış zəncir həminki vəziyyətə gətirilmiş və müvafiq qaydada qablaşdırılaraq götürülmüş 01 ədəd qıfılla açar ona təqdim olunmuşdur. İstintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi qaydada qapını bağlaması mümkün olmuşdur. Bununla yanaşı, Təqsirləndirilən şəxs verdiyi ilkin ifadələrində Zərərçəkmiş şəxs qəsdən öldürdükdən sonra sonuncuya məxsus 01 ədəd pul qabını götürüb evi tərk etdiyini, yolda pul qabından 100 manat götürüb pul qabını yolun kənarındakı qumda gizlətdiyini bildirərək pul qabının xüsusi əlamətlərini göstərmişdir. Onun ifadəsi əsasında pul qabının gizlədildiyi yerin qarşısındakı evdə, yəni ünvan 3 ünvanında yaşayan Şahid5 və Şahid6 ifadələri alınmışdır. Aparılmış istintaqla müəyyən olunmuşdur ki, Şahid6 evlərinin qarşısında yığılmış qumda pul qabını aşkar edərək oğlu Şahid5 təqdim etmiş, sonuncu da həmin pul qabını Xaçmaz RPŞ-nə təhvil vermişdir. 18 fevral 2024-cü il tarixdə Xaçmaz RPŞ-nin NBM-nin xidməti otağında polis əməkdaşının təqdim etdiyi, şkafda olan pul qabıya baxış keçirilmiş və həmin pul qabının içərisində Zərərçəkmiş şəxs məxsus AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsi, 6768-6753-3571-6765 nömrəli "xxxx" ASC-yə məxsus 01 ədəd bank kartı, 03 ədəd açar və “Eko” marketə məxsus sarı rəngli 01 ədəd bonus kartı aşkar edilmişdir. 31,10.2023-cü il tarixdə hadisə yerinə baxış zamanı Zərərçəkmiş şəxs Xaçmaz şəhəri, A.ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin giriş qapısındakı zəncirə bağlanmış qıfıla baxış keçirilmişdir. Xaçmaz RPŞ-nin NBM-nin xidməti otağındakı pulqabıya baxış zamanı aşkar edilmiş 03 ədəd açar vasitəsilə xx.xx.2023-cü il tarixdə hadisə yerinə baxış zamanı Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin giriş qapısındakı zəncirə bağlanmış qıfıl yoxlanılmış və açarlardan biri ilə həmin qıfılın açılması mümkün olmuşdur. Beləliklə də Təqsirləndirilən şəxs verdiyi ilkin ifadələrində göstərdiyi xüsusatlar aparılmış istintaq hərəkətləri ilə öz təsdiqini tapmışdır. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlillər əsassızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmişdir, təsnifata görə Azərbaycan Respublikası CM-in 120.2.4, 120.2.6, 120.2.9, 120 2.11-ci, 181.3.3-cü maddələri xüsusilə ağır cinayətlər kateqoriyasına aid olmaqla başa çatmış cinayət, 29, 149.2.4-cü maddəsi ağır cinayətlər kateqoriyasına aid olmaqla başa çatmamış cinayət, 326.1 və 326.2-ci maddələri böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olmaqla başa çatmış cinayət hesab edilirlər. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin CM-in 120.2.4, 120.2.6, 120.2.9, 120 2.11, 29, 149.2.4, 181.3.3, 326.1 və 326.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla həmin Məcəllənin CM-in 120.2.4, 120.2.6, 120.2.9, 120 2.11, 29, 149.2.4, 181.3.3, 326.1 və 326.2-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CMnin CM-in 120.2.4, 120.2.6, 120.2.9, 120 2.11, 29, 149.2.4, 181.3.3, 326.1 və 326.2-ci maddələri ilə cəza təyin edərkən həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olması onun məsuliyyətini yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 17 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Xaçmaz rayon məhkəməsinin hakimi X5 19 fevral 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. (cild 3, i.v. 99-100, 169-170, 191-196) Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 17 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq Xaçmaz rayon prokurorluğunun maddi sübutları saxlama otağına təhvil verilmiş hadisə yerindən götürülmüş 03 ədəd qan nümunəsi, 01 ədəd tərlik, 01 ədəd kisə, 02 ədəd polietilen torba, Zərərçəkmiş şəxs məxsus 01 boz rəngli yun köynək, 01 ədəd alt tumanı, 01 ədəd kolqotka, 01 ədəd yaşıl rəngli yun köynək, 01 ədəd mayka, 01 büstqalter, 03 ədəd led işıq, 01 ədəd qıfıl, 03 ədəd açar, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 01 ədəd papaq, 01 ədəd köynək, 01 ədəd şalvar, 01 ədəd pencək, 01 cüt ayaqqabı, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs baş nahiyəsinə zərbə vurarkən istifadə etdiyi dəmir parçası məhv edilməli, Zərərçəkmiş şəxs məxsus 01 ədəd pulqabı, 01 ədəd bank kartı, 01 ədəd şəxsiyyət vəsiqəsi və 01 ədəd bonus kartı zərərçəkmiş şəxsin hüquqi varisi X2 qaytarılmalı, Təqsirləndirilən şəxs məxsus 01 ədəd qol saatı təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılmalı, 02 ədəd disk və 01 ədəd xarici yaddaş qurğusu cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 1049 (min qırx doqquz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.6, 120.2.9, 120 2.11, 29, 149.2.4, 181.3.3, 326.1 və 326.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.6, 120.2.9, 120.2.11-ci maddələri ilə 18 (on səkkiz) il müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 149.2.4cü maddəsi ilə 06 (altı) il müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsi ilə 11 (on bir) 06 (altı) ay müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.1-ci maddəsi ilə 03 (üç) ay müddətinə və 326.2-ci maddəsi ilə 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 19 (on doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 17 fevral 2024-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq Xaçmaz rayon prokurorluğunun maddi sübutları saxlama otağına təhvil verilmiş hadisə yerindən götürülmüş 03 ədəd qan nümunəsi, 01 ədəd tərlik, 01 ədəd kisə, 02 ədəd polietilen torba, Zərərçəkmiş şəxs məxsus 01 boz rəngli yun köynək, 01 ədəd alt tumanı, 01 ədəd kolqotka, 01 ədəd yaşıl rəngli yun köynək, 01 ədəd mayka, 01 büstqalter, 03 ədəd led işıq, 01 ədəd qıfıl, 03 ədəd açar, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 01 ədəd papaq, 01 ədəd köynək, 01 ədəd şalvar, 01 ədəd pencək, 01 cüt ayaqqabı, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs baş nahiyəsinə zərbə vurarkən istifadə etdiyi dəmir parçası məhv edilsin, Zərərçəkmiş şəxs məxsus 01 ədəd pulqabı, 01 ədəd bank kartı, 01 ədəd şəxsiyyət vəsiqəsi və 01 ədəd bonus kartı zərərçəkmiş şəxsin hüquqi varisi X2 qaytarılsın, Təqsirləndirilən şəxs məxsus 01 ədəd qol saatı təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılsın, 02 ədəd disk və 01 ədəd xarici yaddaş qurğusu cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs 1049 (min qırx doqquz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar