Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-88/2023 05.06.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxx 1993-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmayan, Sumqayıt şəhəri 4-cü məhəllə ev 21/24 mənzil 10-da qeydiyyatda olan və Sumqayıt şəhəri Corat qəsəbəsi ev 406-da faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,230 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 22 yanvar 2022-ci il tarixdə saat 21:10-da ünvan 1 ünvanında yerləşən yaşayış binasının qarşısında Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb 3-cü polis bölməsinə gətirildikdən sonra, xidməti otaqların birində üzərinə şəxsi axtarış aparılarkən əynində olan qara rəngli cins şalvarın sağ yan cibinin üzərində yerləşən kiçik ölçülü cibindən 01 (bir) ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümdə təmiz çəkisi 0,230 qram olan qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, 2021-ci ilin may ayının 30-da dostu Orxan onu götürmək üçün öz avtomaşını ilə onların evinə gəlmişdir. Orxanın maşınında oturan zaman Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları “Toyota Prado” markalı avtomaşınla Orxanın avtomaşının qarşısını kəsmişlər. Əvvəllər polisdə işlədiyindən onları tanımışdır. Bu səbəbdən dostu Orxana məsələnin aydınlaşdırılması üçün polislərlə danışmağı demişdir. Çünki həmin vaxt onda narkotik vasitə olmamışdır. Lakin Orxan maşını saxlamadan arxaya sürən zaman Elşən adlı polis əməkdaşının ayağını qırmış və maşınla oranı tərk edib getmişdir. Növbəti gün, yəni may ayının 31-də saat 17-18 radələrində onu Sumqayıt şəhərində “Göyərçin” abidəsinin yanında polislər saxlamaqla Orxanın harada olması ilə maraqlanmışlar. Orxanın Masazır qəsəbəsində olmasını dedikdən sonra birlikdə ora getmişlər, lakin tapa bilmədikləri üçün onu polis idarəsinə qaytarmışlar və orada saxlamaqla döymüşlər. Təqsirləndirilən şəxs dediklərinə əsasən o, 2021-ci ilin may ayının 31-də narkotik vasitə istifadəçisi kimi tutularaq polisdə saxlanılmış, lakin polislər bununla bağlı sənədləşməni iyun ayının 2-də aparmışlar. Belə ki, onu, 2 gün Sumqayıt ŞPİ-nin CAŞ-nin rəis müavininin otağında saxlamışlar. Həmin müddət ərzində o, döyülmüş və işgəncələrə məruz qalmış, polislər ondan qarşısına qoyulmuş narkotiki boynuna almasını tələb etmişlər, nəticədə o, təzyiqlərə dözməyərək həm video çəkiliş zamanı, həm də ifadəsində 250 manata 168 qram narkotik vasitə heroinin ona məxsus olmasını deməyə məcbur olmuşdur. Polisin üzərinə maşın sürən Orxan sonradan tutulmuş və barəsində hökm də çıxmışdır. Ona polisə müqavimətlə bağlı ittiham verilmişdi. Bundan başqa, Təqsirləndirilən şəxs göstərmişdir ki, onun bədəni üzərində xəsarətlər olmuşdur, həmin xəsarətlər videoçəkilişdə də görünmüşdür. İstintaq təcridxanasına gedərkən də xəsarətlər barədə məlumat vermişdir. Belə ki, tutulduğu gündə evdən anası ilə görüşüb çıxmış və evdən çıxarkən bədəni üzərində hər hansı bir xəsarət olmamışdır. Həmin vaxt istifadəsində 051 *** ** ** saylı mobil telefon nömrəsi olmuşdur. Onu döyən Rulan və Rauf adlı polis əməkdaşları olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs göstərdi ki, apellyasiya məhkəməsi tərəfindən həbsdən buraxıldıqdan sonra 2022-ci ilin yanvar ayının 22-də ünvan 2 ünvanının qarşısında blokdan çıxarkən Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən tutulmuşdur. Həmin vaxt üzərində 1 dəfə istifadə etmək üçün nəzərdə tutulmuş 0,2 qram çəkidə narkotik vasitə heroin olmuşdur. Saxladıqdan sonra 3-cü PB-yə aparılmış və üzərində şəxsi axtarış aparılarkən həmin narkotik vasitə ondan götürülmüşdür. Məhkəməyədək icraat zamanı da Təqsirləndirilən şəxs oxşar məzmunlu ifadə verməklə 31 may 2021-ci il tarixdə saxlanılmasını, polis əməkdaşları tərəfindən döyülməsini, 02 iyun 2021-ci il tarixdə üzərinə şəxsi axtarış aparılarkən onda külli miqdarda narkotik vasitənin olmamasını göstərmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı şahid ifadələrinin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşı Şahid7 ifadəsində göstərdi ki, 2022-ci il yanvarın 22-də Təqsirləndirilən şəxs narkotik tərkibli maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması, və qəbulu barədə əməliyyat müvəkkili Şahid6a əməliyyat məlumatı daxil olmuşdiur. Yaradılmış əməliyyat qrupunun tərkibində həmin gün saat 21 radələrində Şahid6lə birlikdə ünvan 4 ünvanında Təqsirləndirilən şəxs saxlamışlar və onu 3-cü PB-yə gətirmişlər. Orada müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış aparılmış və bu zaman onda bir bükümdə narkotik vasitə heroin aşkar edilmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsinbdən görünür ki, o, Şahid7la oxşar məzmunlu ifadə verməklə onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. (Cild 2, iş vərəqləri 30-32) Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nin əməliyyat müvvəkkili Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması, qəbulu, eləcədə satışı ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olduqdan sonra, Şahid3 və R. Quliyevdən ibarət əməliyyat qrupu yaradılmış, qrupu rəhbərlik isə ona həvalə olmuşdur. Nəticədə 2021-ci il iyunun 2-də Sumqayıt şəhəri “Göyərçin” abidəsi yaxınlığında saat 11 radələrində Təqsirləndirilən şəxs yerini müəyyən edib ona yaxınlaşmışlar. Həmin vaxt Təqsirləndirilən şəxs “Mercedes” markalı avtomaşında olmuşdur. Onun yanında cinayət törətməkdə şübhəli olan digər şəxsin ola bilməsindən şübhələnərək bu haqa rəhbərliklərinə məlumat verib kömək göndərilməsini xahiş etmişlər. Emilə yaxınlaşdıqda o, polisləri gördükdə maşından düşüb “Göyərçin” abidəsinin yanından Novxanı istiqamətində qaçmağa başlamışdır. Qaçarkən yolda Təqsirləndirilən şəxs iki dəfə yıxılmış və onda olan xəsarətlərin həmin vaxt yıxılma nəticəsində ala bilməsini ehtimal edir. Təqsirləndirilən şəxs tutularaq Sumqayıt ŞPİ-yə gətirildikdən sonra onun üzərində şəxsi axtarış aparılmış və bu zaman onda 170 qrama yaxın narkotik vasitə heroin olması aşkar edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nin əməliyyat müvvəkkili Şahid3 ifadəsində göstərdi ki, 2021-ci il iyunun 2-də Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması, qəbulu və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduqdan sonra, ondan, eləcə də polis əməkdaşları Şahid2 və Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərliyi Şahid1 etmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Emilin keçmiş polis əməkdaşı olduğunu məlum olmuşdur. Həmin gün saat 11 radələrində Sumqayıt şəhəri “Göyərçin” abidəsi ərazisində Təqsirləndirilən şəxs saxlanılması üçün əməliyyataxtarış tədbirləri həyata keçirən zaman onun əyləşdiyi “Mercedes” markalı avtomobildə başqa 2 nəfərlə birlikdə olduğunu görmüşlər. Əməliyyat-axtarış tədbirlərinə dəstək olması üçün CAŞ-ın rəisi Bəxtiyar Hacıyevə qrup rəhbəri Şahid1 müraciət etmiş və onun tapşırığı ilə Şahid4 və bir neçə polis əməkdaşı əməliyyat qrupuna dəstək göstərmələri üçün gəlmişlər. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən izləndiyini başa düşərək maşından düşüb qaçmağa başlamışdır. Bu zaman onun ayağı səkinin qırağına dəyərək o, yerə yıxılmış, sonra ayağa qalxaraq yenidən qaçmağa davam edərkən ağaca dəyərək yenidən yerə yıxılmışdır. Bu zaman Təqsirləndirilən şəxs tutularaq polis idarəsinə aparılmışdır. Xidməti otaqda üzərində şəxsi axtarış aparılarkən külli miqdarda narkotik vasitə heroin aşkar edilmişdir. Daha sonra, Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxslə maşında olan şəxslər digər polis əməkdaşları tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs maşından düşüb qaçarkən 2 dəfə yıxılmışdır. Təqsirləndirilən şəxs hadisədən bir neçə gün əvvəl onun yanında olan bir şəxsin polis əməkdaşlarından qaçarkən polis əməkdaşına xəsatət yetirməsindən məlumatı olmamışdır. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsindən görünür ki, o, Şahid1 və Şahid3 ilə oxşar məzmunlu ifadə verməklə onların ifadələrində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. (Cild 1, iş vərəqləri 162-164, 229-232) Məhkəmədə şahid qismində dinrilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektoru Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində gəzdirməsi və istifadə etməsinə dair Şahid1 daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmışdır. Sumqayıt şəhəri S.Vurğun küçəsində əməliyyat tədbiri keçirilən zaman Təqsirləndirilən şəxs “Mercedes” markalı maşından düşüb qaçarkən polis əməkdaşları onun arxasınca qaçıb tutumuşlar. Bu zaman Təqsirləndirilən şəxs bir neçə dəfə yıxılmışdır. Polis əməkdaşları köməyə çağırdıqları üçün onlar gəlmişlər, lakin gəldikdən sonra artıq Təqsirləndirilən şəxs tutulmuş və sonra onu Sumqayıt ŞPİ-yə aparılmışdır. Bundan başqa, Şahid4 ifadəsində göstərmişdir ki, polis əməkdaşlarının “Whatsapp” sosial şəbəkəsində olan qrupunda əməliyyat tədbirin keçirilməsi zamanı kömək lazım olduğunu bildirilmişdir. Həmin qrupda şəxsin maşından düşüb qaçması ilə bağlı səs göndərildiyindən əraziyə yaxınlaşmışlar. Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxslə bağlı əməliyyat tədbirində, onun tutulmasında və üzərinə şəxsi axtarış keçirilməsində iştirak etməmiş, tərəfindən ona qarşı zor tətbiq edilməmiş Bununıla belə çarpaz dindirmə zamanı Təqsirləndirilən şəxs Rulan Əlizadənin üzünə qarşı demişdir ki, Sumqayıt ŞPİ-də məhz polis əməkdaşı Rusaln Əlizadə tərəfindən döyülmüş və ona xəsarət yetirilmişdir. Məhkəmədə şahid qismində dindirilmi X5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. Emil 2021-ci ilin iyun ayında tutulanadək onunla birgə yaşamışdır. Emili evdən dostu zəng edərək çağırmış, sonra isə onun oğlu Emil haqqında məlumat olmamışdır. Övladının tutulması barədə ona 2 gün sonra məlumat verilmişdir. Övladı Emil evi tərk edərkən onun üzündə və bədənində hər hansı bir xəsarət olmamış, lakin oğlu tutulduqdan sonra onunla 3 saylı istintaq təcridxanasında Emil ilə görüşən müdafiəçi Emilin səhhətinin yaxşı olmadığını demişdir. Daha sonra oğlu Emil həbsdən buraxılıb evə gələrkən onun bədənində göyərtilər olmuş, gözünün içində qızartı olmuşdur. Aldığı xəsarətlərlə bağlı Emil 2 ay müalicə olunmuşdur. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Şəxsi axtarış keçirilməsi haqqında” 22 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunan hər hansı əşyanı təqdim etsin. O, isə əynindəki qara rəngli cins şalvarının sağ yan cibi hissəsində olan kiçik cibində 1 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş qəhvəyi rəngli spesifik iyə malik kütləni təqdim edərək “kakos” olduğunu bildirmişdir. Həmin qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütlə elektron tərəzidə qablaşdırma ilə birlikdə ölçüldükdə çəkisinin 0,32 qr. olması müəyyən edilmişdir. Daha sonra, aşkar olunmuş kütlə prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. (Cild 1, iş vərəqləri 24-25) “Şəxsi axtarış keçirilməsi haqqında” 22 yanvar 2022-ci il tarixli protokolda əks olunan istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd disk istintaq materiallarına əlavə edilmişdir. Həmin diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının 23 yanvar 2021-ci il tarixli 6/438 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Vətəndaş Təqsirləndirilən şəxs oğlunun üzərindən...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,230 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (Cild 1, iş vərəqləri 39-42) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş ambulator məcburi-tibbi yoxlamaya dair ekspertlərin xx.xx.2021-ci il tarixli 3053 №-li və xx.xx.2022-ci il tarixli 1481 №-li rəylərindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 247-248; Cild 2, iş vərəqləri 48- 49) İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 15 aprel 2022-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış keçirilməsi ilə bağlı videogörüntüləri özündə əks etdirən 2 ədəd “DVD” formatlı disk, “Azercell” mobil rabitə operatorundan daxil olan 01 ədəd “CD” formatlı disk maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. Bundan əlavə, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,18 qr. və 168,479 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmaqla saxlanılması üçün Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanılması yerinə təhvil verilmişdir. (Cild 2, iş vərəqləri 64-86) İş materiallarında olan “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 15 aprel 2022-ci il tarixli qərarın surətindən görünür ki, hazırki cinayət işindən narkotik vasitənin mənbəsinin müəyyən edilməsi məqsədi ilə ********* №-li cinayət işi ayrılmışdır. (Cild 2, iş vərəqləri 88-90) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124.1 və 124.1.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında məhdudlaşdırmaqla əldə olunduqda cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinin tələblərinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Məhkəmə, cinayət prosessual qanunvericiliyinin həmin müddəalarını rəhbər tutaraq məhkəməyədək icraat zamanı toplanılmış aşağıdakı sübutları onların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olduğundan mötəbər sübut kimi qəbul etmir və hesab edir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə təqsirliliyi ilə bağlı istintaq orqanının gəldiyi nəticələr əsassızdır. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir ondan ötrü ki, o, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq ümumilikdə 168,579 qram çəkidə külli miqdarda narkotik vasitə olan heroini satış məqsədi ilə əldə edib daşıyaraq üzərində saxlamış, 02 iyun 2021ci il tarixdə saat 11:50-də Sumqayıt şəhəri Səməd Vurğun küçəsi ərazisində yerləşən “Göyərçin” abidəsinin yaxınlığında Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb Sumqayıt ŞPİ-nə gətirildikdən sonra, xidməti otaqların birində üzərinə şəxsi axtarış aparılarkən, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd yaşıl rəngli sellofana bükülmüş gümüşü rəngli falqanın içərisində, satış məqsədilə əldə edib daşıyaraq üzərində saxladığı təmiz çəkisi 168,579 qram olan qəhvəyi rəngli, tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İstintaq orqanının Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittihamın irəli sürülməsində istinad etdiyi və əsas sübut kimi təqdim etməyə çalışdığı sənəd “Şəxsi axtarışın keçirilməsi barədə” 02 iyun 2021-ci il tarixli protokol olmuşdur. Protokola əsasən Təqsirləndirilən şəxs saat 11:50-də saxlanılaraq polis idarəsinə gətirildikdən sonra saat 12:21-də videoçəkilişlə üzərində şəxsi axtarış aparılmış, bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən yaşıl rəngli sellofan torbada gümüşü rəngli folgaya bükülmüş qəhvəyi rəngli spesifik iyə malik kütləni təqdim edərək “kakos” deyilən narkotik vasitə heroin olduğunu və onu xx.xx.2021-ci il tarixdə 250 manata dostu Orxandan aldığını bildirmişdir. Həmin istintaq hərəkətinə aid videogörüntülərin əks olunduğu bir ədəd “DVD” formatlı diskə məhkəmədə tərəflərin iştirakı ilə baxılarkən müəyyən edilmişdir ki, aşağı keyfiyyətdə olan vidioçəkiliş bütövlükdə tutulmuş şəxs Təqsirləndirilən şəxs üzünün sağ profil hissəsindən çəkiliş edilməklə aparılmışdır. Tibbi müayinə zamanı Təqsirləndirilən şəxs məhz sol göz nahiyyəsində xəsarətlərin olması müəyyən edildiyindən videoçəkilişin qaraltı izlərini yayındıran aşağı keyfiyyətdə qeydə alınması, eləcə də çəkilişin şəxsin yalnız sağ profil hissəsindən aparılması bunun məqsədli şəkildə edilə bilməsi ilə bağlı məhkəmədə əsaslı şübhələr yarıdır. Bununla belə videoşəkilişin 00:27 dəqiqəsində kamera obyektivinin dəyişməsi zamanı Təqsirləndirilən şəxs sol gözün burun çəpərinə yaxın hissəsində qançıra oxşar qaraltının olması müşahidə edilir. Videoşəkilişdən həmçinin görünür ki, Təqsirləndirilən şəxs şalvarının sağ yan cibindən yaşıl rəngli selofan torbada olan gümüşü rəngli folqaya bükülmüş tünd rəngli kütləni təqdim edərək bu kütlənin tutulmasından bir gün əvvəl 250 manata Orxan adlı tanışından şəxsi istifadəsi üçün aldığı narkotik vasitə olmasını bildirir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə ifadəsində göstərdiyi xüsusatlara, yəni polis əməkdaşları tərəfindən 31 may 2021-ci il tarixdə tutulması, buna səbəb avtomaşınla qaçarkən Orxan adlı tanışının polis əməkdaşının ayağına xəsarət yetirməsi, polis əməkdaşlarının onu Orxanın yerinin müəyyən edilməsi üçün tutması və 2 gün polis bölməsində saxlanılaraq döyülməsi, sonra qarşısına bükülü qoyularaq Orxan adlı tanışından 250 manata narkotik almasını boynuna almasını tələb edilməsi ilə bağlı hallara xüsusi diqqət yetirilməsinin zəruri olduğunu vurğulamaqla hesab edir ki, bu halların həqiqət olması ehtimalları aşağıdakı sübutlarla kifayət qədər öz təsdiqini tapır. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məhkəmətibbi müayinədən keçirilməsinə dair məhkəmə-tibb ekspertinin 18 iyun 2021-ci il tarixli 713 nömrəli ekspert rəyinin nəticə hisssində əsasən, Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədəni üzərində aşağıdakı xəsarətlərin olması müəyyən edilmişdir: Sol gözün bayır bucağının ağlı gişasına yayılmış qansızma, sol qaşın bayır bucağının yarası, sol gözətrafının, qarnın sol yan səthinin iki ədəd və döş qəfəsinin sol ön səthinin qançırları. Həmçinin ekspert rəyində qeyd olunmuşdur ki, göstərilən xəsarətlər küt əşya təsirindən törənmiş, törənmə müddəti zərərçəkmişin müayinəsindən 1 aya qədər olmaqla müxtəlif şəraitdə, o cümlədən öz boyu hündürlüyündən yıxılma nəticəsində əməl gələ bilərdi və dərəcəsinə görə həm ayrı-ayrılıqda, eləcə də ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlər olduğundan dərəcəsi təyin edilmir. Ekspert rəyinin anamnez hissəsində qeyd olunmuşdur ki, müayinə olunan Təqsirləndirilən şəxs deməsinə görə xx.xx.2021-ci ildə saat 16:00-17:00 radələrində Sumqayıt şəhərində “Göyərçin” abidəsinin yanında Sumqayıt şəhər Polis İdarəsinin əməliyyat müvəkkilləri onu tutaraq polis idarəsinə gətirmişlər. xx.xx.20211-ci il tarixdə saat 01:00 radələrində Sumqayıt ŞPİ-nin 1-ci mərtəbəsində əməliyyat müvəkkilləri ona elektroşokla xəsarət yetirmiş, sonra yumruq və təpiklə bədəninin müxtəlif hissələrinə vurmuşdurlar. xx.xx.2021-ci il tarixdə saat 13:00-da 3 saylı təxridxanaya aparılmış, orada isə tibb məntəqəsinə müraciət etmişdir. Şikayəti döş qəfəsində olan ağrılardandır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Məhkəmə prosessual qanunvericiliyin həmin tələbini rəhbər tutaraq qeyd edir ki, müayinə olunan Təqsirləndirilən şəxs ekspertə aldığı xəsarətlərin yetirilmə şəraiti və üsulu ilə bağlı kifayət qədər əsaslı və inandırıcı məlumat verməsinə, yəni bu xəsarətlərin döyülmə nəticəsində almasını göstərməsinə baxmayaraq, ekspert öz rəyinin nəticə hissəsində xəsarətlərin yetirilmə mexanizmi ilə bağlı ehtimallar sırasında bu xəsarətlərin küt əşya təsirindən törənməklə müxtəlif şəraitdə, o cümlədən öz boyu hündürlüyündən yıxılma nəticəsində əməl gələ bilərməsini göstərmişdir. Bu isə yalnız istintaq orqanının gəldiyi nəticəyə uyğun olmuşdur. Belə ki, istintaqa ilkin ifadə verən polis əməkdaşları Təqsirləndirilən şəxs onlardan qaçması və qaçarkən yıxılmasını göstərmədiklərinə baxmayaraq, yalnız Təqsirləndirilən şəxs xəsarət alması məsələsinin araşdırılması başlandıqdan sonra polis əməkdaşları təkrar ifadə verərəkən Təqsirləndirilən şəxs tutularkən onlardan qaçmasını və bu zaman iki dəfə yıxılaraq xəsarət almasını göstərmişlər. Məhkəmə, ekspert rəyinin bu hissəsini işin digər halları üzrə qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs olan xəsarətlərin hündürlükdən yıxılma nəticəsində ala bilməsi ilə bağlı ekpsertin ehtimalı əsassızdır. Bundan başqa, Təqsirləndirilən şəxs döyülməsi ilə bağlı şikayət üzrə Sumqayıt şəhər prokurorluğunda aparılan araşdırma materialı məhkəmə tərəfindən götürülərək həmin materialda olan sənədlər tədqiq olunduqda müəyyən edilmişdir ki, Sumqayıt şəhər Polis İdarəsinin X4 “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı” kitabıbında 551 nömrəsi ilə aparılan qeydiyyatdan və xx.xx.2021-ci il tarixli aktdan görünür ki, MSY-ə qəbul olunan Təqsirləndirilən şəxs boynunda, alnında və sol alnında cızılmış yaralar aşkar olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirli Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli Xüsusi məlumatdan görünür ki, həbsdə saxlanılan Təqsirləndirilən şəxs 05 iyun 2021-ci il tarixdə təxminən saat 11:50 radələrində tibbi-sanitar hissəsində müayinə olunan zaman sol gözün sklerasında qansızma, qarnın sol yan nahiyəsində, ön divarında, döş qəfəsinin sol yarısında, sol gözətrafı nahiyədə göyümtül rəngli qançır aşkar olunmuş və bununla əlaqədar müvafiq akt tərtib olunaraq şəxsin izahatı alınmışdır. 3 saylı istintaq təcridxanasında tərtib olunmuş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 11:45 radələrində Sumqayıt ŞPİ-nin MSY-dən təhvil verilən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman bədənin müxtəif nahiyyələrində qançır izləri və qərtməkli yaralar aşkar olunmuşdur. Təcridxanada izahatı alınmış Təqsirləndirilən şəxs göstərmişdir ki, bədəni üzərində aşkar olunmuş xəsarətləri həbs olunan zaman almışdır. Məhkəmə kollegiyası göstərilənlərlə bağlı geyd edir ki, ifadələrə əsasən Təqsirləndirilən şəxs Sumqayıt şəhər Polis İdarəsinə aparılarkən tam sağlam olmuş, sonradan onun bədənində aşkar edilmiş “Sol gözün bayır bucağının ağlı gişasına yayılmış qansızma, sol qaşın bayır bucağının yarası, sol gözətrafının, qarnın sol yan səthinin iki ədəd və döş qəfəsinin sol ön səthinin qançırları” xəsarətlərinin məhz onun saxlanılmasından sonra polis idarəsində alınması ehtimal olunur. Bu hal isə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 2021-ci ilin iyun ayında şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən özünə qarşı alınmış ifadələrin zorakılıq, işgəncə və digər qəddar, qeyri-insani, ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə alınmasını ehtimallarını təsdiq edir. İş materiallarında olan Təqsirləndirilən şəxs 02 iyun 2021-ci il tarixli izahatından, 03 iyun 2021-ci il tarixli şübhəli və 04 iyun 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində dindirilmə protokollarından görünür ki, o, törətdiyi cinayət əməlini qismən etiraf edərək Orxan adlı şəxsdən şəxsi istifadəsi üçün 250 manata narkotik vasitə heroin əldə edərək üzərində daşıdığını etiraf etmişdir. (Cild 1, iş vərəqləri 128-130) Lakin cinayət işində olan təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Sumqayıt şəhər məhkəməsinin 04 iyun 2021-ci il tarixli qərarının, eləcə də Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin 14 iyun 2021-ci il tarixli qərarlarının məzmunundan görünür ki, Təqsirləndirilən şəxs qismində dindirilməsindən və guya üzərində narkotik vasitə olmasını etiraf etməsindən bilavasitə sonra məhkəmədə çıxış edərək üzərində narkotik vasitənin olmadığını göstərmiş, həmçinin apellyasiya məhkəməsində çıxış edərək 31 may 2021-ci il tarixdə tutulduğunu, 2 gün qanunsuz olaraq polis idarəsində saxlanıldığını, polis əməkdaşları tərəfindən döyüldüyünü, ona xəsarət yetirildiyini və döyülmə nəticəsində özünə qarşı ifadə verdiyini göstərmişdir. Eyni ilə Sumqayıt şəhər prokurorluğunda aparılan araşdırma zamanı 2021-ci ilin iyun ayında prokuror köməkçisi tərəfindən izahatı alınan Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən 31 may 2021-ci il tarixdə saxlanıldığını, 2 gün qanunsuz saxlanıldığını, döyülməyə məruz qaldığını və üzərində narkotik vasitə olmadığını göstərmişdir. İstintaqın sonrakı mərhələlərində də Təqsirləndirilən şəxs oxşar məzmunlu ifadlər verməklə polis idarəsində 2 gün qanunsuz saxlanıldığını, döyüldüyünü, xəsarət aldığını və ondan narkotik vasitənin olmadığını göstərmişdir. (Cild 2, iş vərəqləri 104-108) Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə qətimkan tədbiri məsələsinə baxılarkən çıxış edən zaman, həm də prokurorluğa izahat verən zaman, eləcə də istintaqın sonrakı mərhələlərində ifadə verərəkən üzərində narkotik vasitənin olmaması və polis əməkdaşları tərəfindən döyülməsini göstərdiyi halda, yalnız polisdə verdiyi ilkin izahat və ilkin tutulma zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində üzərində narkotik vasitənin olmasını etiraf etməsi, həmin izahat və ifadələrdə qeyd olunan halların təqsirləndirilən şəxsin sərbəst ifadəsinin olmasına məhkəmədə əsaslı şübhələr yaradır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünə qarşı verdiyi etirafedici ifadələrinə bir daha münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz Bu baxımdan Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında da milli qanunvericiliyə uyğun mövqe formalaşmışdır. Belə ki, Dikmə Türkiyəyə qarşı 11 iyul 2000ci il tarixli Məhkəmə qərarında göstərilmişdir ki, dindirmə zamanı alınmış, amma məhkəmədə inkar edilən etirafların cinayət işi üzrə sonrakı icraatda müdafiə perspektivləri üçün hər hansı həlledici nəticələr doğurmur. (belə bir mövqe Con Mürreyin işi üzrə qərarda da əks olunub.) Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin etirafedici ifadəsi bir sübut növü kimi digər sübutlardan heç bir üstün hüququna malik olmadığı üçün iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi halda şəxsə qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilməz. Bundan başqa, Təqsirləndirilən şəxs 03 iyun 2021-ci il tarixli şübhəli və 04 iyun 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində dindirilmə protokollarından görünür ki, hər iki halda orfoqrafik və qrammatik səhvlər də daxil olmaqla təqsirləndirilən şəxsin müstəntiqə müxtəlif vaxtlarda verdiyi ifadələr sual və cavablar da daxil olmaqla tamamilə eyni olmuşdur. Bu isə öz növbəsində məhkəmədə bir daha əsaslı şübhələr yaradır ki, bu ifadələr təqsirləndirilən şəxsin sərbəst şəkildə ifadəsi olmamaqla yanaşı müstəntiq tərəfindən əvvəlcədən yazılmış mətnin köçürülməsi üsulu ilə qeydə alınmışdır. Məhkəmə həmçinin cinayət işinin materiallarına əlavə edilmiş X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1 və 315-ci maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair 15 mart 2022-ci il tarixli hökmlə müəyyən edilmiş halların hazırki iş üzrə əhəmiyyət kəsb etdiyini də vurğulayır. Belə ki, həmin hökmə əsasən Orxan Cəlilov 31 may 2021-ci il tarixdə polis əməkdaşlarından qaçmaq istəyərkən əməliyyat müvəkkili Elşən Quliyevə idarə etdiyi avtomaşınla xəsarət yetirmiş, bu zaman avtomobildə olan Təqsirləndirilən şəxs həmin iş üzrə şahid qismində dindirilərkən, hazırki iş üzrə verdiyi ifadələrinə oxşar məzmunlu ifadələr verməklə bir daha onu təsdiq etmişdir ki, onun saxlanılması məhz Orxan Cəlilovun törətdiyi cinayətlə bağlı olmuşdur. Şərh olunanlara əsasən Təqsirləndirilən şəxs döyülmə, işgəncə və qeyri-insani rəfdar nəticəsində özünə qarşı ifadə verməsinə işarə edən əsaslı və inandırıcı dəlillərin olmasını nəzərə alaraq, məhkəmə, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs tərəfindən sərbəst şəkildə verilməsi iddia olunan 02 iyun 2021-ci il tarixli izahatı, 03 iyun 2021-ci il tarixli şübhəli və 04 iyun 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində dindirilmə protokollarını mümkünlüyü və mötəbərliyi şübhə altına alınan, hüquqi qüvvəsi olmayan sübutlar kimi qiymətləndirir. Eyni əsasla məhkəmə “Şəxsi axtarış keçirilməsi barədə” 02 iyun 2021-ci il tarixli protokolu da, mümkünlüyü və mötəbərliyi şübhə altına alınan, hüquqi qüvvəsi olmayan sübut kimi qiymətləndirməklə, hesab edir ki, ittiham tərəfinin bu dəlilləri təqsirləndirilən şəxsin təqsirliliyini müəyyən edən sübutlar kimi qəbul oluna bilməz, həmin protokol, izahat və ifadələr ilə müəyyən edilmiş hallar etibarsız hesab olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2, 125.2.1, 125.2.3 və 125.2.4-cu maddələrinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud həmin Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə; cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Cinayət-Prosessual Məcəlləsinin 125.3-cü maddəsinə əsasən həmin Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Sübutların mötəbərliyi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallardan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” (Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR 2001- Vİİ). Sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyünü şübhə altına alıb-almadığı nəzərə alınmalıdır. Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur ( “Allan” işi, 47-ci bənd və “Bıkov Rusiyaya qarşı” (Bykov v. Russia [GC], no. 4378/02, § 95, ECHR 2009). Məhkəmə kolleqiyası həmçinin qeyd edir ki, hazırkı baxılan cinayət işi üzrə məhkəmə tərəfindən araşdırılmalı olan məsələlərə dair Avropa Məhkəməsinin kifayət qədər geniş presedent təcrübəsi olduğundan məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə araşdırma apararkən Avropa Məhkəməsinin presedentlərinə müraciət edərək onun mövqeyini nəzərə almışdır. Belə ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respkublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı olan və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvenisyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir İnsan Hüquqlarının və əsas Azadlıqların müdafiəsi X2 3-cü maddəsinə əsasən heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Konvensiyanın həmin maddəsi çərçivəsində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı iş üzrə qəbul etdiyi 11 yanvar 2007-ci il tarixli qərarda qeyd etmişdir ki, Konvensiyanın 3-cü maddəsində demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən biri təsbit olunur. Hətta ən çətin şəraitdə, məsələn, terrorçuluqla və mütəşəkkil cinayətkarlıqla mübarizə zamanı Konvensiya işgəncəni, qeyriinsani və alçaldıcı rəftarı və cəzanı tamamilə qadağan edir. Konvensiyanın, onun 1 və 4 saylı protokollarının əksər maddi müddəalarından fərqli olaraq, hətta xalqın həyatına təhlükə törədən fövqəladə hallarda 15-ci maddənin 2-ci bəndinə əsasən 3-cü maddə üçün istisna halının, yaxud qeyd-şərtin edilməsi nəzərdə tutulmur (bax, məsələn, Selmuni Fransaya qarşı (Böyük Palata), № 25803/94, § 95, İHAM 1999-V; Labita İtalyaya qarşı (Böyük Palata), № 26772/95, § 119, İHAM 2000-İV və Dikme Türkiyəyə qarşı, №20869/92, § 89, İHAM 2000-Vİİİ) Avropa məhkəməsi həmçinin vurğulamışdır ki, «şəxs polisə aparılarkən sağlam olduğu, azad edildiyi zaman isə bədənində xəsarət müəyyən olunduğu halda həmin xəsarətlərin əmələ gəlməsi səbəblərinə dair inandırıcı əsaslar gətirilməsi Dövlətin öhdəliyidir, əks halda Konvensiyanın 3-cü maddəsinə əsasən aydın məsələ ortaya çıxır» (bax, Tomasi Fransaya qarşı, 27 avqust 1992-ci il tarixli qərar, A Seriyaları № 241-A, s. 40- 41, §§ 108-11 və yuxarıdakı Selmouni işi, § 87). Məhkəmə həmçinin Təqsirləndirilən şəxs qarşı qanunsuz hərəkələrin edilməsi ilə bağlı Sumqayıt şəhər prokurorluğunda qəbul edilmiş “Cinayət işinin başlanılmasının rədd edilməsi” haqqında 14 iyul 2021-ci il tarixli qərarla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. Bundan əlavə, məhkəmə ittiham tərəfinin əsas şahidləri olan polis əməkdaşlarının ibtidai istintaq zamanı və məhkəmədə verdikləri ifadələrinin mötəbərliyi üzrə yoxlanılması və bu ifadələrin etibarlı sübut olub-olmaması ilə bağlı qiymətləndirilməsini də zəruri hesab edir. Belə ki, istintaqın ilkn mərhələsində şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1, Şahid2, Şahid3 və Rasim Paşayev ifadələrində göstərmişlər ki, 02 iyun 2021-ci il tarixdə saat 11:50-də Sumqayıt şəhərində “Göyərçin” abidəsinin yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmişlər, saxlanılma səbəbini izah edib Sumqayıt ŞPİ-yə getməli olduğunu demişlər, Təqsirləndirilən şəxs isə etiraz etmədən onlarla birlikdə getmişdir. (Cild 1, iş vərəqləri 159-170) Lakin Təqsirləndirilən şəxs xəsarət alması məsələsinin araşdırılması başlandıqdan və onun bədəni üzərində xəsarətlərin olması təsdiq olunduqdan sonra müstəntiq tərəfindən təkrar dindirilən polis əməkdaşları Şahid1, Şahid2, Şahid3 və Rasim Paşayev ifadələrində göstərmişlər ki, “Təqsirləndirilən şəxs özünün polis əməkdaşları tərəfindən izləndiyini başa düşdüyü üçün maşından düşərək qaçmağa başlamış, bu zaman ayağı səkinin qırağına dəyərək yerə yıxılmış, daha sonra cəld ayağa qalxaraq yenidən qaçmağa davam etmiş, sonra ağaca dəyərək yenidən yerə yıxılmışdır”. (Cild 1, iş vərəqləri 225-236) Məhkəmə qeyd edir ki, ilkin ifadələrində Təqsirləndirilən şəxs onlara müqavimət göstərmədiyi deyən polis əməkdaşlarının, sonrakı ifadələrində onun qaçması və iki dəfə yıxılaraq xəsarət almasını göstərmələri, polis əməkdaşlarının bu ifadələrinin mötəbərliyi ilə bağlı məhkəmədə əsaslı şübhələr yaradır ki, bu şübhələr də təqsirsizlik prezumpsiyasına müvafiq olaraq təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Məhkəmə diqqət yetirir ki, polis əməkdaşları Şahid1, Şahid2, Şahid3 və Rasim Paşayevin ifadələrində Təqsirləndirilən şəxs xəsarət alması ilə bağlı gətirdiyi dəlillər inandırıcı olmamaqla yanaşı, hər dörd polis əməkdaşının müxtəlif vaxtlarda verdikləri ifadələr orfoqrafiq və qrammatik səhvlərdə daxil olmaqla tamamilə eyni olmuşdur. Müxtəlif şəxslərin müxtəlif vaxtlarda verdikləri ifadələrin sözbə-söz tamamilə eyni olması, bu ifadələrin şahidlərin gördükləri və bildikləri hallar barədə sərbəst ifadə verməsinin deyil, müstəntiq tərəfindən əvvəlcədən hazırlanmış mətnin köçürmə üsulu ilə yazılmasının aşkar təzahürüdür. Hətta ibtidai istintaq orqanı digər polis əməkdaşlarının ifadələrinin möhkəmləndirilməsi üçün Təqsirləndirilən şəxs döyülməsi ilə bağlı göstərdiyi xüsusatları təkzib etmək üçün, əlavə olaraq polis əməkdsaşları Şahid4 və Şahid5 dindirməklə verilmiş ittihama aidiyyəti olmayan bu şəxslərin ifadələrini də sübut növü kmi məhkəməyə təqdim etmişdir. (Cild 1, iş vərəqləri 237-244) Yuxarıda qeyd olunan hallara əsasən məhkəmə hesab edir ki, polis əməkdaşları Şahid1, Şahid2, Şahid3 və Rasim Paşayev, Şahid4 və Şahid5 həm ibtidai istintaq zamanı, həm də məhkəmədə verdikləri ifadələr mötəbər olmadığından, hüquqi qüvvəsi olmayan sübut kimi qiymətləndirilməli, təqsirləndirilən şəxsin təqsirliliyini müəyyən edən sübutlar kimi qəbul edilməməklə, bu ifadələr ilə müəyyən edilmiş hallar etibarsız hesab olunmalıdır. Belə ki, məhkəmə kollegiyasının mövqeyinə görə göstərilən şahid ifadələri onların sübut kimi qəbul edilməsinin mümkünlüyünü istisna edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsində sadalanan hallar olduğundan sübut kimi qəbul edilə və Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın əsasını təşkil edə bilməz. Polis əməkdaşlarının şahid qismində verdikləri ifadələrin mötəbərliyi üzrə qiymətləndirilməsi baхımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddət formalaşmış yanaşma standartını müəyyən еtmişdir. Mübahisəsizdir ki, baхılan iş üzrə adları çəkilən polis əməkdaşları təqsirləndirilən şəxsin saxlanılması və üzərində şəxsi axtarış aparılması ilə bağlı istintaq hərəkətlərinin keçirilməsinə dair şahid qismində ifadə vеrmişlər. Lakin nəzərə almaq lazımdır ki, həmin ifadələr еyni zamanda digər polis əməkdaşlarının fəaliyyətini əks еtdirən informasiya daşıyıcısıdır. Bu ifadələr Təqsirləndirilən şəxs vеrilmiş ittihamın sübuta yetirilməsində bir vasitə olmaqla yanaşı, еyni zamanda digər polis əməkdaşlarının hərəkətlərinin də qanuni və əsaslı olmasının təsdiqi vasitəsidir. Həmçinin məhkəmə kollegiyası hеsab еdir ki, adları çəkilən polis əməkdaşları polis orqanlarında müxtəlif vəzifələrdə fəaliyyət göstərərək vəzifə baхımından bir-birindən asılı olduqları üçün, təqsirləndirilən şəxsin təqsirliliyi ilə bağlı onların vеrdikləri ifadələr, ittihamın təsdiqi üçün kifayət еdən mötəbər sübut kimi qiymətləndirilə bilməz. . Belə ki, Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı 11 yanvar 2007-ci il tarixli, X3rşı 18 yanvar 1978-ci il tarixli qərarında, həmçinin bir sıra qərarlarda Avropa Məhkəməsi sübutları qiymətləndirərkən “əsaslı şübhə yеrinin qalmaması” sübutеtmə standartını tətbiq еdir. Polis əməkdaşlarının fəaliyyət göstərdiyi orqan tərəfindən aparılan istintaq hərəkətlərinə dair onların vеrdikləri ifadələrin qеyd еdilən standarta uyğun gəlməsi üçün ifadələrin mötəbərliyinə hеç bir şübhə yеri qalmamalıdır. Oхşar yanaşma İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Muradova Azərbaycana qarşı 2 aprеl 2009-cu il tariхli qərarında (128-ci bənd) öz əksini tapmış və polis əməkdaşlarının istintaq hərəkətləri barəsində şahid kimi vеrdiyi ifadələrin “əsaslı şübhə doğurmayan” sübut növünə aid olmadığı göstərilmişdir. Bununla belə, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə polis əməkaşları Rusal İsgəndərov və Şahid6 ifadələri işin hallarına uyğun olduğundan mötəbər sübut hesab edilməlidir. Bundan başqa, məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında olan “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 02 iyun 2021-ci il tarixli əməliyyat orqanının qərarına əsasən şəxsiyyəti və yaşadığı ünvanı məlum olan Təqsirləndirilən şəxs üzərində və evində qanunsuz olaraq külli miqdarda narkotik vasitə saxlaması, satması və istifadə etməsi barədə Sumqayıt ŞPİ-nin CAŞ-na əməliyyat məlumatı daxil olduğundan onun ətrafında əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. Lakin istintaq materiallarına əsasən yaşadığı ev bəlli olan və satış məqsədi ilə külli miqdarda narkotik vasitənin üzərində gəzdirməsi müəyyən edilən Təqsirləndirilən şəxs tam ifşa edilməsi üçün, əməliyyat tədbirləninin davamı olaraq evində daha çox həcmdə narkotik vasitələrin saxlanıla bilməsi ehtimallarının yoxlanılması məqsədi ilə həmin vaxt və ya bundan sonrakı müddət ərzində onun yaşadığı evdə axtarış aparılmamış, əlaqələri yoxlanılmaqla narkotik vasitələrin alışı və satışında iştirak edən digər şəxslər müəyyən edilməmişdir. Bu isə bir daha məhkəmədə olan ehtimalları təsdiq edir ki, keçirilən əməliyyat tədbirinin məqsədi məhz Təqsirləndirilən şəxs tutulması, onun vasitəsi ilə isə olduğu yer bəlli olmayan Orxan Cəlilovun yerinin müəyyən edilməsi olmuşdur. Qeyd edilən məsələ ilə bağlı da Avropa İnsan Hüquqları Məhkəməsi "Savalanlı və digərləri Azərbaycana qarşı" iş üzrə Qərarının 92-ci bəndində qeyd etmişdir ki, məhkəmə ərizəçilərə münasibətdə istintaq hərəkətlərinin əsasən müvafiq axtarışların aparılması ilə məhdudlaşması, onların narkotik vasitələrin qanunsuz dövriyyəsində iddia edilən iştirakı ilə bağlı hallarla əlaqədar hər hansı istintaq hərəkətlərinin aparılmamasını nəzərdən qaçıra bilmir (bax, İbrahimov və Məmmədov, § 130). İş materiallarında olan sənədlərdən yerli hakimiyyət orqanlarının istintaqın istənilən mərhələsində nağd pul vəsaitləri, mümkün təchizatçılar və ya alıcılar haqqında məlumat və ya narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkilinə aid əşyaların, о cümlədən tərəzi və qablaşdırma materialı kimi digər mötəbər sübutları aşkar etməyə cəhd göstərmələri görünmür. Belə aydın olur ki, onlar istintaq hərəkətlərini yalnız narkotik vasitələrin götürülməsi ilə məhdudlaşdırmışlar. Həmçinin, Məhkəmə ərizəçilərin həbsdə saxlanıldığı bütün müddət ərzində istintaq orqanları tərəfindən onların sözügedən narkotik vasitələri hansı mənbədən əldə etmələri barədə hər hansı məlumat və ya sənədlərin aşkarlanmadığı və müəyyən edilmədiyi haqda faktı nəzərdən qaçıra bilmir (müqayisə edin, Rəşad Həsənov və başqaları, § 101). Bundan başqa, iş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 03 iyun 2021-ci il tarixli, 6/2235 nömrəli rəyi ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, bu rəy Təqsirləndirilən şəxs aşkar edilməsi sübuta yetirilməyən təmiz çəkisi 168,579 qram heroinlə bağlıdır. Rəyin özü bilavasitə hər hansı əlavə suallar yaratmır, ekspertə təqdim olunmuş maddə ilə bağlı əsaslandırılmış tədqiqatla bağlı gəlinmiş nəticə mövcuddur. Bununla belə, narkotik vasitənin təqsirləndirilən şəxsə məxsus olmaması ilə bağlı gəlinmiş nəticə və buna qədər bütün şübhəli məqamların təqsirləndirilən şəxsin xeyrinə həll olunduğu vəziyyətdə, qeyd edilən ekspert rəyinin təqsirləndirilən şəxsə qarşı deyil, həmin narkotik vasitəni əldə etmiş, hazırlamış, saxlamış, daşımış və satmış şəxsin müəyyən edilməsində sübut kimi istifadə oluna bilməsi mümkündür. Məhkəmə həmçinin qeyd edir ki, iş üzrə tərtib olunmuş ittiham aktında Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsinə gələn və gedən “sms” mətnləri təhlil edilmiş və ittiham tərəfi bu “sms”-lərdə narkotik vasitələrin alış-verişi ilə bağlı ayrı-ayrı şəxslərlə yazışmaların olmasını iddia etmişdir. İstintaq orqanı tərəfindən bu məlumatlar təqsirləndirilən şəxsin təqsirini təsdiq edən sübutlar kimi qeyd olunsa da, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin “məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır” tələblərinə əsasən bu kimi sənədlər və məlumatlar ittihamın mahiyyətinə aid olmadığından təqsirləndiriləndirilən şəxsin təqsirini təsdiq edən sübutlar kimi qiymətləndirilə bilməz. Beləliklə məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsiri sübuta yetirildiyindən, o, həmin maddə ilə təqsirli bilinməli və cəzalanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsinə görə isə ona bəraət verilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Həmin maddənin İİ və V hissələri müəyyən edir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Bu, hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 11-ci maddəsinin 1-ci bəndində, Mülki və siyasi hüquqlar haqqında Paktın 14-cü maddəsinin 2-ci bəndində və İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində təsbit olunmuşdur. Həmin müddəalara görə, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri məhkəmə araşdırması vasitəsilə qanun əsasında sübut edilənədək təqsirsiz hesab olunur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 138.2-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə müvafiq olaraq ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Eyni Məcəllənin 349.5.1-ci maddəsinin tələbinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Həmin Məcəllənin 42.1 və 42.1.4-cü maddələrinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 42.2 və 42.2.4-cü maddələrinə əsasən bəraət hökmü həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, ittiham orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilərkən onun həmin cinayətdə təqsirli olmasını sübut edə bilməmiş, bu barədə ittiham ehtimallar üzərində qurulmuş, ittiham orqanı sübut kimi istinad etdiyi ifadələri yuxarıda qeyd edilən CPM-nin 144-145-ci maddələrinin tələblərinə uyğun qiymətləndirməmişdir. Bununla da məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsi əsasına görə ona bəraət verilməsini, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə isə onun təqsirli bilinərək cəzalandırılmasını qanuni və əsaslı hesab edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1 və 61.1-ci maddələrinə əsasən məhkəmədə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 02 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin 04 iyun 2021-ci il tarixli qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Daha sonra Sumqayıt Apellyasiya məhkəməsinin 14 iyun 2021-ci il tarixli qərarı ilə onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunmuş və o, həbsdən azad olunmuşdur. Daha sonra, 22 yanvar 2022-ci il tarixdə digər iş üzrə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin 24 yanvar 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilməklə həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 71-72) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzadan Təqsirləndirilən şəxs ilkin iş üzrə həbsdə olduğu 12 gün çıxılmalı, cəzasının çəkilməsi müddətinin başlanğıcı isə 22 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hazırki iş üzrə xüsusi müsadirə edilməli əmlakın olmadığını qeyd edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, maddi sübut kimi tanınmaqla iş materiallarına əlavə edilmiş 3 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan 0,18 qr çəkidə narkotik vasitə heroin məhv edilməli, 168,479 qram çəkidə narkotik vasitə heroin isə həmin narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış, hazırlamış, istehsal etmiş, emal etmiş, daşımış, göndərmiş, yaxud qanunsuz olaraq narkotik vasitəni satmış şəxsin barəsində cinayət təqibi məsələsinin davam etdirilməsi üçün hazırki cinayət işindən narkotik vasitənin mənbəsinin müəyyən edilməsi məqsədi ilə ayrılmış ********* №-li cinayət işinə əlavə edilməli və bu haqda ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verilməlidir. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasın Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən ittihamın təqsirləndirilən şəxsin təqsiri sübuta yetirilmiş hissə təqsirləndirilən şəxsdən 81 (səksən bir) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməli, ittihamın təqsirləndirilən şəxsə bəraət verildiyi hissə üzrə isə 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci ona aid edilməməli və dövlət büdcəsi hesabına ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxs tərəfindən öz hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə müqavilə bağlandığından, həmin müdafiəçilərin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 353.3.4-cü maddəsinin tələblərinə əsasən məhkəmənin bəraət hökmündə bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri göstərilməlidir. Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona ziyan vurulması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən bəraət alması ilə əlaqədar ona cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb olunması və barəsində həbs qətimkan tədbiri seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1, 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə onun təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 iyun 2021-ci il tarixdən 14 iyun 2021-ci il tarixədək tutulduğu və həbsdə olduğu 12 (on iki) gün ona təyin edilmiş cəza müddətinə hesablanmaqla çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 6 (altı) ay 18 (on səkkiz) gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 22 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 81 (səksən bir) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs aid edilməməklə dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmaqla iş materiallarına əlavə edilmiş 3 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan 0,18 qr çəkidə narkotik vasitə heroin məhv edilsin, 168,479 qram çəkidə narkotik vasitə heroin isə həmin narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış, hazırlamış, istehsal etmiş, emal etmiş, daşımış, göndərmiş, yaxud qanunsuz olaraq narkotik vasitəni satmış şəxsin barəsində cinayət təqibi məsələsinin davam etdirilməsi üçün hazırki cinayət işindən narkotik vasitənin mənbəsinin müəyyən edilməsi məqsədi ilə ayrılmış ********* №-li cinayət işinə əlavə edilsin və bu haqda ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-88/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-88/2023
05.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver