Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-89/2023 21.09.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Təqsirləndirilən şəxs1 müdafiəçisi, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 müdafiəçisi, “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və təqsirləndirilən şəxslərin iştirakları ilə,
1. xx xxxx 1999-cu ildə Abşeron rayonunda doğulmuş, evli, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 fevral 2020-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 il şərti hesab edilməklə 02 il 06 ay 18 gün müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Abşeron rayonu Mehdiabad qəsəbəsi S.Həsənquliyev küçəsi ev 6-da qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.5, 144.2.6, 181.2.1, 181.2.4, 181.2.5, 234.4.3 və 326.2-ci maddələri ilə,
2. xx xxxxxx 1982-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 aprel 2009-cu il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 182.2.3, 180.2.1 və 180.2.2-ci maddələri ilə təqsirli bilinərək 7 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri Nizami rayonu İlqar Həbibov küçəsi ev 55, mənzil 19-da qeydiyyatda olan və Abşeron rayonu Mehdiabad qəsəbəsində faktiki yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.5, 144.2.6, 181.2.1, 181.2.4, 181.2.5 və 326.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs2, şəxsiyyəti istintaqa məlum olmayan “Emin” və “Ehtiram” adlı şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 18 oktyabr 2020-ci il tarixdə, saat 17 radələrində əvvəlcədən aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 200-300 metr aralıda dayanmış, şəxsiyyəti məlum olmayan “Kamil” adlı şəxsin vasitəsi Zərərçəkmiş şəxs2 Bakı şəhəri Binəqədi rayonu Binəqədi şossesində yerləşən “Nurlan” adlanan marketin yaxınlığına çağırmış, sonuncu idarə etdiyi Zərərçəkmiş şəxs1 məxsus “KHAZAR LX minik” markalı, 99UO342 dövlət qeydiyyat nömrə nişanlı avtomobillə həmin yerə gələndən sonra özü, “Emin” və “Ehtiram” adlı şəxslərlə “KHAZAR LX minik” markalı avtomobilə yaxınlaşaraq Zərərçəkmiş şəxs2 həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edərək, silah qismində istifadə etdiyi bıçağın arxası ilə avtomobilin sol qabaq qapısının şüşəsini sındırıb, avtomobilin qapısını açaraq qrupun digər üzvləri “Emin” və “Ehtiram” adlı şəxslərlə birlikdə Zərərçəkmiş şəxs2 dartıb avtomobildən düşürüb, avtomobilin arxa oturacağına otuzdurub, ondan üstündə nə qədər pulu olduğunu soruşmuşlar, “Emin” adlı şəxs avtomobilin sükanı arxasında oturaraq 13000 manat dəyərində “KHAZAR LX minik” markalı avtomobili içərisində olan AD772902 nömrəli qeydiyyat şəhadətnaməsi, Zərərçəkmiş şəxs2 AZE-13905658 nömrəli şəxsiyyət vəsiqəsi, AD-168251 nömrəli sürücülük vəsiqəsi ilə birlikdə ələ keçirmiş, özü əlindəki bıçağın arxası ilə Zərərçəkmiş şəxs2 alın və burun nahiyəsinə zərbə vuraraq ona alnın və burunun sıyrıqları, Ehtiram adlı şəxs isə bıçağın arxası ilə Zərərçəkmiş şəxs2 kürək və bel nahiyəsinə zərbə buraraq ona kürək nahiyəsinin sıyrığı, bel nahiyəsinin isə qançırı sağlamlığa zərər vurmayan xəsarətlər yetirərək, özü Zərərçəkmiş şəxs2 330 manat pulunu, 300 manat dəyərində “Samsung J2” markalı mobil telefonu üstündəki 10 manat dəyərində ***-***-**-** nömrə ilə birlikdə ələ keçirmiş, “Emin” adlı şəxs avtomobili idarə edərək 200-300 metr irəli gedəndən sonra qrupun digər üzvü Təqsirləndirilən şəxs2 də avtomobilin qabaq oturacağına oturub quldurluq edəndən sonra zərərçəkmiş Zərərçəkmiş şəxs2 iradəsinə zidd olaraq Bakı şəhəri Binəqədi rayonu Görədil bağ sahəsi 908 saylı bağ evinə aparmaqla onu oğurlamışdır. Bundan başqa, o, 12 iyul 2021-ci il tarixdə, saat 18:00 radələrində Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsinin ərazisində yerləşən “Rahat” marketin yaxınlığında istintaqa məlum olmayan şəxsdən, satış məqsədi ilə bir ədəd qara rəngli parça torbanın içərisində bir ədəd sarı rəngli və bir ədəd şəffaf sellofan sellofan bükümdə, ayrı-ayrılıqda çəkiləri 12,300 qram və 12,312 qram, ümumi təmiz çəkisi 24,612 qram ağ rəngli, kristalşəkilli, kustar üsulla hazırlanmış, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na (Siyahı İ) daxil edilmiş psixotrop maddə olan külli miqdarda metamfetamini qanunsuz olaraq 500 manat pul müqabilində əldə edib üstündə saxlamaqla üzərində daşımış, 15 iyul 2021-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonu Oktay Kərimov 50 ünvanında yerləşən “Astola” otelində Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən Mehdiabad polis bölməsinə gətirilib, həmin tarixdə saat 16:30 radələrində şəxsi şəxsi axtarışı keçirilən zaman həmin ümumi təmiz çəkisi 24,612 qram külli miqdarda psixotrop maddə olan metamfetamin əynindəki qara rəngli cins şalvarın sol yan cibində aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1, şəxsiyyəti istintaqa məlum olmayan “Emin” və “Ehtiram” adlı şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 18 oktyabr 2020-ci il tarixdə, saat 17 radələrində əvvəlcədən aralarında olan razılaşmaya əsasən özü 200-300 metr aralıda dayanmış, şəxsiyyəti məlum olmayan “Kamil” adlı şəxsin vasitəsi Zərərçəkmiş şəxs2 Bakı şəhəri Binəqədi rayonu Binəqədi şossesində yerləşən “Nurlan” marketin yaxınlığına çağırmış, sonuncu idarə etdiyi, Zərərçəkmiş şəxs1 məxsus “KHAZAR LX minik” markalı, 99UO342 dövlət qeydiyyat nömrə nişanlı avtomobillə həmin yerə gələndən sonra Təqsirləndirilən şəxs1, “Emin” və “Ehtiram” adlı şəxslər “KHAZAR LX minik” markalı avtomobilə yaxınlaşaraq Zərərçəkmiş şəxs2 həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edərək, Təqsirləndirilən şəxs1 silah qismində istifadə etdiyi bıçağın arxası ilə avtomobilin sol qabaq qapısının şüşəsini sındırıb, avtomobilin qapısını açaraq qrupun digər üzvləri “Emin” və “Ehtiram” adlı şəxslərlə birlikdə Zərərçəkmiş şəxs2 dartıb avtomobildən düşürüb, avtomobilin arxa oturacağına otuzdurub, ondan üstündə nə qədər pulu olduğunu soruşmuşlar, “Emin” adlı şəxs avtomobilin sükanı arxasında oturaraq 13000 manat dəyərində “KHAZAR LX minik” markalı avtomobili içərisində olan AD772902 nömrəli qeydiyyat şəhadətnaməsi, Zərərçəkmiş şəxs2 AZE-13905658 nömrəli şəxsiyyət vəsiqəsi, AD-168251 nömrəli sürücülük vəsiqəsi ilə birlikdə ələ keçirmiş, Təqsirləndirilən şəxs1 əlindəki bıçağın arxası ilə Zərərçəkmiş şəxs2 alın və burun nahiyəsinə zərbə vuraraq ona alnın və burunun sıyrıqları, Ehtiram adlı şəxs isə bıçağın arxası ilə Zərərçəkmiş şəxs2 kürək və bel nahiyəsinə zərbə vuraraq ona kürək nahiyəsinin sıyrığı, bel nahiyəsinin isə qançırı sağlamlığa zərər vurmayan xəsarətlər yetirərək, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 330 manat pulunu, 300 manat dəyərində “Samsung J2” markalı mobil telefonu üstündəki 10 manat dəyərində ***-***-**-** nömrə ilə birlikdə keçirmiş, “Emin” adlı şəxs avtomobili idarə edərək 200-300 metr irəli gedəndən sonra özü də avtomobilin qabaq oturacağına oturub quldurluq edəndən sonra zərərçəkmiş Zərərçəkmiş şəxs2 iradəsinə zidd olaraq Bakı şəhəri Binəqədi rayonu Görədil bağ sahəsi 908 saylı bağ evinə aparmaqla onu oğurlamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs1 özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, Bakı şəhəri, Binəqədi rayonu ərazisinə gedən yolda “Şəki” restoranının yanında olarkən, yol ilə gedib-gələn taksi avtomobillərinə əl edib saxlatmaq istəmişdir. Ağ rəngli “Azsamand” markalı taksi avtomobili saxlamışdır. Avtomobilə əyləşdikdən sonra Təqsirləndirilən şəxs2 zəng edərək, Binəqədi rayonu, Görədil qəsəbəsindəki bağ evinə getdiyini və ona avtomobil ilə gəldiyini, onu da götürməyi üçün qapıya çıxmasını bildirmişdir. “Şəki” restoranından təxminən 400-500 metr irəlidə Binəqədidə məşhur olan hamamlardan birinin qarşısında Təqsirləndirilən şəxs2 də avtomobilə əyləşmiş və bağ evinə yola düşmüşlər. Həmin bağ evində dostlarıyla tez-tez yığışaraq çay içmiş, söhbət etmişlər. Bağ evinə çatanadək taksi sürücüsü ilə müxtəlif mövzularda söhbətlər etmişlər. Birlikdə bağ evinə girmiş və çay içməyə başlamışlar. Az müddət sonra Təqsirləndirilən şəxs2 telefonuna zəng gəlmiş və vacib işi olduğu üçün getməli olduğunu bildirmişdir. O, həmin taksi sürücüsünü tanımasa da, onunla söhbət zamanı bəzi əlamətlərdən onun narkotik vasitə satan şəxs olduğunu bilmişdir. Təqsirləndirilən şəxs2 getdikdən sonra həmin taksi sürücüsü olan adını sonradan öyrəndiyi Zərərçəkmiş şəxs2 onun narkotik vasitə satdığını bildiyini, qəsəbə ərazisində narkotik vasitə satmamasını bildirmişdir. Ona 1 dəfə şillə də vurmuş, lakin ittihamda qeyd edilənlər əməlləri törətməmişdir. Az müddətdən sonra işi çıxdığı üçün evə gedib-gəlməli olmuş və Zərərçəkmiş şəxs2 qısa müddətlik avtomobilini istəmişdir. Zərərçəkmiş şəxs2 buna etiraz etməmişdir. Avtomobil ilə evə getmiş, işini həll etdikdən sonra bağ evinə qayıdarkən yolda polis əməkdaşları onu saxlamaq istəmişlər. Bundan əvvəl, cinayət törətmiş və polis əməkdaşları tərəfindən saxlanılmışdır. Ona görə də, onu yenidən polis bölməsinə aparmaqlarından qorxmuş və avtomobildən düşüb qaçmışdır. Daha sonra polis əməkdaşları onu saxlamışlar. Metamfetamin növündə narkotik vasitədən istifadə etmişdir. Lakin, heroin növlü narkotik vasitə istifadə etməmişdir. Polis əməkdaşları onu saxladıqları zaman üzərində az miqdarda narkotik vasitə var idi. Lakin üzərində ittiham aktında qeyd olunduğu 24 qram miqdarda narkotik vasitə olmamışdır. Təqsirləndirilən şəxs2 ilə birgə hər hansı cinayət törətmək məqsədi olmamışdır. Zərərçəkmiş şəxs2 avtomobilindən telefon, pul, sənəd və s. götürməmişdir. Sənəd oğurlamaq niyyəti olmamışdır. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunara tədqiq olunan ifadəsində Azərbaycan Respublikası CM-nin 144.2.3, 144.2.5, 144.2.6, 181.2.1, 181.2.4, 181.2.5, 234.4.3, 326.2-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, anket məlumatlarımda göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. 4-5 ay olan ki, psixotrop maddə olan metamfetamindən qəbul edir və istifadə etdiyi psixotrop maddələri müxtəlif yerlərdə tanımadığı şəxslərdən alır. 12 iyul 2021-ci il tarixdə, təxminən saat 18 radələrində Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən Rahat marketin yaxınlığında olarkən bir nəfər tanımadığı şəxs ona yaxınlaşaraq onda satmağa psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Onun da həmin vaxt pulu olduğu üçün həmin şəxsdən 500 manat pul müqabilində psixotrop maddə olan metamfetamin istəmişdir Həmin şəxs də ona bir ədəd qara rəngli parça torbanın içərisində iki ədəd sellofan bükümdə olan metamfetamini vermiş və o, da həmin şəxsə 500 manat pul vermişdir. Həmin bükümü alıb əynində olan qara rəngli cins şalvarının sol yan cibinə qoymuşdur ki, özü üçün istifadə edəcək. 13 iyul 2021-ci il tarixdən ünvan 3 ünvanında yerləşən “Astola” otelində qalırmış, 15 iyul 2021-ci il tarixdə, saat təxminən 15:30 radələrində Abşeron rayonu Mehdiabad polis bölməsinin əməkdaşları onu həmin oteldən barəsində olan cinayət işi ilə əlaqədar Abşeron rayonu Mehdiabad polis bölməsinə gətirmişlər, orada ona üzərinə şəxsi axtarış keçiriləcəyi bildirmişlər.Ona görə polis əməkdaşları tərəfindən müdafiəçi dəvət edilmiş, onun hüquq və vəzifələri izah ediləndən sonra müdafiəçinin iştirakı ilə və onun razılığı ilə üzərində vidio çəkilişlə şəxsi axtarış aparılmışdır. Axtarış aparılan zaman ona üzərində qanunla saxlanılması qadağan olunmuş əşya olubolmaması, əgər varsa təqdim etməyi təklif olunmuşdur.O, da əynində olan qara rəngli cins şalvarının sol yan cibində olan 1 ədəd qara rəngli parça torbanın içərisindəki bir ədəd sarı və bir ədəd şəffaf sellofan bükümlərində olan metamfetamini təqdim etmişdir.Ona məxsus olan metamfetamin onun iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, bu barədə tərtib edilmiş protokolu və həmin zərfi imzalamışlar.O, üzərində aşkar edilmiş metamfetamini özü qəbul etmək üçün əldə etmiş, narkotik vasitənin və psixotrop maddənin satışı ilə məşğul olmamışdır.Psixotrop maddə olan şəxs təxminən 40-45 yaşlı, arıq bədən quruluşlu, əynində qara şalvar və qara gödəkçə olmuş, üzü tüklü, boyu təxminən 170- 175sm, danışıq ləhcəsi Maştağa sakinləri ləhcəsinə oxşayırmış, başqa əlamətlərini xatırlamır. Bundan başqa, Abşeron rayonu Mehdiabad qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs2 uzun müddətdir ki, tanıyır, aralarında heç bir qərəzli münasibəti olmamışdır. 18 oktyabr 2020-ci il tarixdə Elşad ilə Mehdiabad qəsəbəsində bir yerdə olan zaman o, Elşada demişdir ki, Pirşağı qəsəbəsində yaşayan Kamil adlı şəxs narkotik vasitələrin satışı ilə məşğul olur, gedək onunla görüşüb deyək ki, nəyə görə narkotik vasitələr satır. Elşad da razılaşmış və onlar Kamilə zəng edib onun harada olduğunu soruşmuşlar, Kamil Binəqədi rayonunda Şəki kafesinin yaxınlığında olduğunu demişdir. Onlar da Kamil ilə görüşmək istədiyini deyib həmin yerə getmişlər və Kamil adlı şəxs orada olmuş, yanında da sonradan adını bildiyi Etibar adlı şəxs və bir nəfər də Etibarın tanışı olmuşdur. Onlar Kamil ilə söhbət etmişlər ki, nəyə görə narkotik vasitənin satışı ilə məşğul olur. Kamil də demişdir ki, o, narkotik vasitənin istifadəçisidir və Pirşağı qəsəbəsində yaşayan İlqar adlı şəxsdən alır. Onlar da Kamilə demişlər ki, onda İlqarı ora çağırsın. Kamil də İlqara zəng edib ona yalandan demişdir ki, narkotik vasitə almaq istəyir və Şəki kafesinin yaxınlığına gəlsin. Saat təxminən 17 radələrin olarmış İlqar idarə etdiyi “Azsamand” markalı, 99UO342 dövlət qeydiyyat nömrə nişanlı avtomobillə həmin yerə gəlmiş və avtomobili yolun kənarında saxlayıb avtomobildə oturmuşdur. O, Kamil, Elşad, Etibar və Etibarın tanışı yolun kənarında bir qədər aralıda dayanmışlar, o, onlardan ayrılıb İlqara tərəf gedib İlqarın avtomobilinə yaxınlaşanda İlqar şübhələnib avtomobili sürmək istəyəndə o, yumruqla sürücü tərəfdən qapının şüşəsini vurub sındırmış və İlqarın avtomobili işə salmasına mane olub avtomobilin açarını onun əlindən almışdır. Həmin vaxt Elşad, Etibar və Etibarın tanışı da avtomobilə yaxınlaşmışlar, o, İlqarı avtomobilin sükan arxasından düşürdüb arxa oturacağına oturdub və özü də onun yanında oturmuşdur. Etibar avtomobildə sükan arxasında oturub avtomobili idarə etmiş, Elşad qabaq oturacaqda, Etibarın tanışı isə arxa oturacaqda oturmuşdur.Onlar oradan Fatmayı bağlar massivinə Elşadın dediyi evə getmişlər və həyətin qapısını açıb avtomobili də həyətə salmışlar. Sonra avtomobildən düşüb orada olan evə girib orada İlqar ilə söhbət etmişlər ki, nəyə görə o, narkotik vasitə satır. İlqar da demişdir ki, o, narkotik vasitəni Binəqədi qəsəbəsində yaşayan Ramin adlı şəxsdən alır. Orada onlar onunla bir qədər söhbət edəndən sonra İlqar demişdir ki, daha narkotik vasitələrin satışı ilə məşğul olmayacaq. Ondan sonra o, oradan çıxıb evinə getmiş və daha onlardan xəbəri olmamışdır.Qeyd etmişdir ki, Zərərçəkmiş şəxs2 yalan ifadə verib, 19 oktyabr 2020-ci il tarixdə o, İlqarın avtomobilinin kimin idarə etməsini bilmir, İlqardan heç bir pul tələb etməmişdir. (Cild 1, iş vərəqləri 240- 241) Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 ona zəng edərək, Binəqədi rayonu, Görədil qəsəbəsindəki bağ evinə getdiyini bildirmiş və onu da dəvət etmişdir. “Şəki” restoranından təxminən 400-500 metr aralıda, Binəqədidə məşhur olan hamamlardan birinin qarşısında Təqsirləndirilən şəxs1 gözləyirdi. Təqsirləndirilən şəxs1 ağ rəngli “Azsamand” markalı taksi avtomobili ilə gəlmişdir. O, həmin avtomobilə əyləşmiş və bağ evinə yola düşmüşlər. Həmin bağ evində dostları ilə tez-tez yığışaraq çay içib, söhbət edirdilər. Bağ evinə çatdıqda Təqsirləndirilən şəxs1 taksi sürücüsünü də onlarla birgə çay içməyə dəvət etmişdir. Həmin vaxt tanımadığı, adını sonradan öyrəndiyi Zərərçəkmiş şəxs2 da bu dəvəti qəbul etmiş və onlarla birgə bağ evinə gəlmişdir. Zərərçəkmiş şəxs2 adlı şəxsi əvvəlcədən tanımırdı. Çatdıqdan təxminən 5-10 dəqiqə sonra ona zəng gəlmiş və vacib işi olduğu üçün o getməli olmuşdur. Getdikdən sonra baş verənlər barədə məlumatı olmamışdır..Daha sonra polis əməkdaşları onu da saxlamışlar. O, heç vaxt narkotik vasitə istifadə etməmişdir. Təqsirləndirilən şəxs1 ona Zərərçəkmiş şəxs2 narkotik vasitə satdığını deməmişdi. Təqsirləndirilən şəxs1 ilə birgə hər hansı cinayət törətmək məqsədi olmamışdır. Zərərçəkmiş şəxs2 avtomobilindən telefon, pul, sənəd və s. götürməmişdir. Sənəd oğurlamaq niyyəti olmamışdır. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o, Azərbaycan Respublikası CM-nin 144.2.3, 144.2.5, 144.2.6, 181.2.1, 181.2.4, 181.2.5, 326.2-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, anket məlumatlarımda göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Abşeron rayonu Mehdiabad qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs1 uzun müddətdir ki, tanıyır, onunla aralarında heç bir qərəzli münasibəti yoxdur. 18 oktyabr 2020-ci il tarixdə Azər ilə Mehdiabad qəsəbəsində bir yerdə olan zaman Azər demişdir ki, Pirşağı qəsəbəsində yaşayan Kamil adlı şəxs narkotik vasitələrin satışı ilə məşğul olur, gedək onunla görüşüb deyək ki, nəyə görə narkotik vasitələr satır. O, da razılaşmış və onlar Kamilə zəng edib onun harada olduğunu soruşmuşlar, Kamil Binəqədi rayonunda Şəki kafesinin yaxınlığında olduğunu demişdir. Onlar da onunla görüşmək istədiyini deyib həmin yerə getmişlər.O, Azər ilə Binəqədi rayonu Şəki kafesinin yaxınlığına getmiş və Kamil adlı şəxs orada olmuşdur.Onlar Kamil ilə söhbət etmişlər ki, nəyə görə narkotik vasitənin satışı ilə məşğul oldur. Kamil də demişdir ki, o, narkotik vasitənin istifadəçisidir və narkotik vasitəni Pirşağı qəsəbəsində yaşayan İlqar adlı şəxsdən alır. Onlar da Kamilə demişlər ki, onda İlqarı ora çağırsın. Kamil də İlqara zəng edib ona yalandan demişdir ki, narkotik vasitə almaq istəyir və Şəki kafesinin yaxınlığına gəlsin. Saat təxminən 17 radələri olarmış İlqar idarə etdiyi “Azsamand” markalı, ** UO *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə həmin yerə gəlmiş və avtomobili yolun kənarında saxlayıb avtomobildə oturmuş, o, Kamil və Azər yolun kənarında bir qədər aralıda dayanmışlar, Azər onlardan ayrılıb İlqara tərəf gedib onun avtomobilinə yaxınlaşıb İlqarı avtomobildən düşürdüb və onunla avtomobilin arxa oturacağına oturmuşlar, həmin vaxt özü də Kamil ilə onlara yaxınlaşmışlar və onlar da avtomobilə oturmuşlar, o, avtomobildə sükan arxasında Kamil də yanında oturmuşdur.Onlar oradan Fatmayı bağlar massivinə getmişlər və İlqar ilə söhbət etməyə ev lazım olduğuna görə o, tanışı Sərxandan kirayədə qaldığı evin açarını almış və həmin evə getmişlər, avtomobili də həmin evin həyətə salmışlar. Sonra avtomobildən düşüb orada olan evə girib orada İlqar ilə söhbət etmişlər ki, nəyə görə o, narkotik vasitə satır. İlqar da demişdir ki, o, narkotik vasitəni Binəqədi qəsəbəsində yaşayan Ramin adlı şəxsdən alır. Orada onlar onunla bir qədər söhbət edəndən sonra İlqar demişdir ki, daha narkotik vasitələrin satışı ilə məşğul olmayacaq. Ondan sonra o, oradan çıxıb getmiş və Azər ilə Kamilə də tapşırmışdır ki, İlqarı da vuraxsınlar. Qeyd etmişdir ki, Zərərçəkmiş şəxs2 yalan ifadə vermişdir, İlqarı heç vurmamışlar, onun heç bir əşyasını və ya pulunu götürməmişlər. 19 oktyabr 2020-ci il tarixdə İlqarın avtomobilinin kimin idarə etməsini bilmir və özü orada olmamış, İlqardan heç bir pul tələb etməmişlər. (Cild 1, iş vərəqləri 186-187) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, “Azsamand” markalı avtomobili Bakı şəhəri, Bakıxanov qəsəbəsi ərazisində yaşayan şəxsdən almışdır. Həmin şəxslə günlük 22 manat məbləğində ödəniş etməklə, yekunda avtomobilin onun adına qeydə alınması şərti ilə razılaşmışdır. Həmin avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olurdu. Eyni zamanda da, qatıq, şor və s. satışı ilə məşğul olurdu. Kamil adlı daimi müştərisi ona zəng edərək, “Şəki” restoranının yanına çağırmış və o da gəlmişdir. Orada gözləyərkən adını sonradan bildiyi Azər adlı şəxs bıçağın arxası ilə avtomobilin şüşəsi qırmış və baş nahiyəsinə bir neçə zərbə endirmişdir. Daha sonra onu avtomobilin arxa oturacağında əyləşdirərək, Binəqədi rayonu, Görədil qəsəbəsindəki bağ evinə aparmışlar. Bağ evində ona narkotik vasitələr satdığını demişlər. Onlara narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirsə də, onu döymüşlər. Daha sonra bağ evinin qapısını kilidləmişlər və avtomobilini götürüb getmişlər. Təqsirləndirilən şəxslər qapını kilidləyib getdikdə, Kamil də onunla qalmışdı. Bundan sonra o, pəncərənin dəmirini qıraraq, oradan qaçmışdır. Onlar həmçinin, “Samsung Galaxy J2” markalı telefonunu və sənədlərini də aparmışlar. Hadisədən təxminən 1,5 ay sonra bir nəfər ona zəng edərək telefonunu, sənədlərini qaytarmışdır. Qeyd etdiyi şəxs həmin hadisədə olmamışdır. Təqsirləndirilən şəxslərin hər ikisi də onu döymüşdülər. Təqsirləndirilən şəxs1 avtomobildə olarkən bıçağın arxa hissəsi ilə başına zərbələr endirmişdi. Bağ evində isə həm Təqsirləndirilən şəxs1, həm də Təqsirləndirilən şəxs2 onu döymüşlər. Təqsirləndirilən şəxs2 hansı vasitə ilə, hansı nahiyədən zərbə endirdiyini bilmir. Telefonunun, pulunun və sənədlərinin konkret olaraq hansı şəxs tərəfindən götürüldüyünü bilmir. Avtomobilini də konkret olaraq kimin götürdüyünü bilmir. Bıçaq Təqsirləndirilən şəxs1 əlində olmuşdur. Polis əməkdaşlarına valideynləri məlumat vermişdilər. Zərərçəkmiş şəxs2 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində göstərmişdir ki, idarə etdiyi “Khazar LN” minik markalı, 99UO342 qeydiyyat nişanlı avtomobili Bakı şəhəri Bakıxanov qəsəbəsində icarəyə götürüb həmin avtomobillə süd-qatıq məhsullarını alıb müştərilərə daşıyaraq satır, həmçinin taksi kimi də həmin avtomobildən istifadə edərək, ayda icarə haqqı olaraq 660 manat pul verir. 18 oktyabr 2020-ci il tarixdə, saat təxminən 15-16 radələrində Bakı şəhərində olmuş, əvvəllər tanıdığı və idarə etdiyi avtomobillə taksi fəaliyyəti ilə əlaqədar sərnişin kimi müştərisi olmuş Kamil ona hazırda xatırlamadığı nömrə ilə zəng edib demişdir ki, yaşadığı Binəqədi qəsəbəsindədir və xahiş etmişdir ki, onun yanına gəlsin və onu getmək istədiyi bir-iki yerə avtomobillə aparsın.O, da idarə etdiyi avtomobillə onun olduğu yerə Bakı şəhəri Binəqədi rayonu Binəqədi şossesində Şəki kafesinin yaxınlığında olan yerə gəlmiş, belə ki, Kamil ona həmin yerdə olduğunu demişdir.O, avtomobili həmin yerdə saxlayıb Kamili gözləyirmiş, bu zaman üç nəfər şəxslər avtomobilinə hücüm etmişlər, onlar əvvəllər tanımadığı, sonradan adını bildiyi Azər, Ehtiram və Emin adlı şəxslər olmuşlar. Həmin şəxslərdən Azər adlı şəxs avtomobilin qabaq sol qapısının şüşəsini əlindəki bıçağın arxası ilə vuraraq sındırmış və bıçaqla onu hədələyərək, avtomobilin qapısını açaraq onu zorla avtomobildən düşürdüb arxa oturacağa oturtmuşlar, onun 300 manata aldığı Samsung J2 markalı telefonu, üstündə olan 10 manata aldığı ***- ***-**-** nömrə ilə birlikdə Azər əlindən almışdır. Həmin vaxt Azər, Ehtiram və Emin demişlər ki, üstündə nə qədər pulu var. O, da cibində olan 330 manat pulunu çıxardıb Azərə vermiş və Azər pulu cibinə qoymuşdur. Avtomobildə Ehtiram və Azər onun sağ-sol tərəfində oturmuş, Emin isə avtomobilin sükanı arxasına oturaraq avtomobili işə salıb idarə etməyə başlayaraq, təxminən 200-300 metr irəli gedəndən sonra əvvəllər tanımadığı sonradan adını bildiyi Elşad adlı şəxs, müştəri olmuş Kamil ilə avtomobilə oturmuşlar. Ondan sonra Emin avtomobili Mehdiabad qəsəbəsi istiqamətində idarə edərək getmişlər, yolda onlar Emin ona demişdir ki, o, bilmir ki, narkotik satmaq olmaz? O, Eminə narkotik satmağını deyəndə, onlar onu əlində olan bıçağın arxası ilə, əl ilə vurmuşlar.O, onlara heç vaxt narkotik satmadığını və narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmadığıı desədə, onlar ona qulaq asmayıb yol boyu onu vurumuşlar. Yolda Binəqədi mərkəz adlanan yerdə Kamil avtomobildən düşüb getmişdir.Onun avtomobilini elə Emin idarə etmişdir və onlar Görədil qəsəbəsinə həmin əvvəlki ifadəsində qeyd etdiyi bağ evinə getmişlər. Onlar avtomobili evin həyətinə sürüb özləri avtomobildən düşüb onu da avtomobildən düşürdüb orada olan evə girmişlər. Həmin evdə onlar onu döyə-döyə sorğu-sual edərək boynuna qoymaq istəmişlər ki, o, onlara narkotik vasitə satmağını etiraf etsin. O, həmin şəxslərə bildirmişdir ki, o, elə bir işlə məşğul olmamışdır. Onlar onunla bir neçə saat bu tərzdə sorğu-sual etmişlər və onu yumruq və təpiklə vurmuşlar. Ondan sonra onu evdə saxlamışlar, Azər də orada onun üstündə nəzarətçi kimi qalmışdır ki, o, harasa çıxıb getməsin. Aradan bir neçə saat sonra Elşad, Ehtiram, Emin və tanımadığım bir neçə şəxslər də ora gəlmişlər və onlar yenə onunla narkotik vasitə satıb-satmamağı ilə bağlı sorğu-sual etmişlər və onlar yenə çıxıb getmişlər. Onlar oradan gedəndən sonra artıq saat 23:30 radələri olmuş, Azər də otağın qapısını çöldən bağlayıb və o, da çıxıb getmişdir.Ondan sonra otaqda olan qaz sobasını götürüb otağın pəncərəsini sındırıb oradan çölə çıxmışdır.Onun avtomobili orada olmamış, o, küçəyə çıxandan sonra oradan piyada Pirşağı qəsəbəsinə evinə gedib atasına bu barədə deyəndən sonra atası 102 xidmətinə zəng edib məlumat vermişdir.19 oktyabr 2020-ci il tarixdə o, Abşeron rayon Pİnin Mehdiabad PB-nin əməkdaşı ilə Xırdalan şəhərinə ekspertizaya gələndə Mehdiabad qəsəbəsindən Binəqədi istiqamətində gedəndə onun avtomobilini həmin şəxslər idarə etdiyini görmüş və onların arxasınca getmişlər, digər polis əməkdaşlarına məlumat vermişlər və onlar da onun avtomobilini saxlatdırmışlar, avtomobilində olan şəxslər isə avtomobilini qoyub qaçmışlar.O, avtomobilinə baxıb görmüşdür ki, həmin şəxslər avtomobilindən onun sürücülük vəsiqəsini, şəxsiyyət vəsiqəsini, avtomobilin qeydiyyat şəhadətnaməsini və etibarnaməsini də götürüblər. Hadisədən təxminən 10-15 gün sonra ona qarşı cinayət törədən şəxsləri Binəqədi rayonun ərazisindən tanıdığı şəxslərdən axtarıb maraqlanırmış, həmin günlərdə ona hazırda xatırlamadığı nömrədən zəng olunmuş və onu Binəqədi rayonunda yerləşən bir kafeyə dəvət etmişlər, orada tanımadığı bir şəxslə görüşmüş, həmin şəxs onun mobil telefonunu və sənədlərini ona qaytarıb və demişdir ki, ona qarşı cinayət törədən şəxslər gəlib ondan üzr istəyəcəklər.Ancaq sənədlərini ona verən şəxs ona qarşı cinayət törədən şəxslərin arasında olmamışdır. Həmin mobil telefonunu da sonralar tanımadığı şəxsə satmışdır.Qeyd etmişdir ki, onun avtomobilində oturanda Azər telefonunu əlindən almışdır ki, o, heç kimə məlumat verə bilməsin, hələ avtomobilini idarə etməmiş, Azər, Ehtiram və Emin demişlər ki, üstündə nə qədər pulu var. O, da cibində olan 330 manat pulumu çıxardıb, Azər demişdir ki, pulu ona versin, o, da pulu Azərə vermişdir, Azər pulu cibinə qoymuşdur. Ondan sonra Emin avtomobili idarə etmiş, Elşad ilə Kamil də avtomobilə oturmuşlar. Elşad ilə Kamil həmin şəxslərin onun pulunu almaqlarını bilməmişlər. Bədəni üzərində olan xəsarətləri alın və burun nahiyəsinə Azər bıçağın arxası ilə vurmuş, sağ kürək və bel nahiyəsinə isə Ehtiram bıçağın arxası ilə vurub yetirmişlər.O, onların əllərində olan bıçağın dəstək hissəsinin əlamətlərini görməmiş, onlarda olan bıçaqların tiyəsi uzun olmuşdur.Onun avtomobilinə hücüm edən Azər, Emin və Ehtiramın əlində bıçaq olmuşdur.Qeyd etmişdir ki, Elşad ilə Kamil də avtomobilə oturandan sonra Elşad Kamildən narkotik vasitəni kimdən aldığını soruşmuş və Kamil ondan narkotik vasitə aldığını demiş, ondan sonra da Elşad, Azər, Emin və Ehtiram onu sorğu-suala tutmuşlar ki, nəyə görə narkotik vasitə satır.O, onlara and-aman etmişdir ki, onu buraxsınlar, heç kimə narkotik vasitə satmamışdır. Lakin Elşad, Azər, Emin və Ehtiram onu buraxmamışlar və onu Görədil qəsəbəsində olan bağ evinə aparmışlar. (Cild 2, iş vərəqləri 68-69) Zərərçəkmiş şəxs1 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində göstərmişdir ki, “Khazar LN” minik markalı, 99UO342 qeydiyyat nişanlı avtomobil ona məxsusdur və o, həmin avtomobili qohumu X4 etibarnamə ilə vermiş və Nazim həmin avtomobili icarəyə vermişdir. 2020-ci ilin avqust ayında Şaban Əlizadə adlı şəxsə icarəyə olaraq istifadə üçün avtomobili idarə etməyə dair etibarnamə vermişdir. Avtomobili icarəyə götürən Zərərçəkmiş şəxs2 və onun dostu Şaban Əlizadə adlı şəxslər olmuşlar. 2020-ci ilin oktyabr ayında onlara məlum olmuşdur ki, naməlum şəxslər avtomobili idarə edən Zərərçəkmiş şəxs2 adlı şəxsi döyərək avtomobili onun əlindən almışlar. Lakin sonra həmin şəxslər onun avtomobilini polis onları təqib edəndən sonra qoyub qaçmışlar. Avtomobili həmin vaxt əzilmişdir və 1200 manat da avtomobilin əzilməsi ilə bağlı ona ziyan dəymişdir.Hadisənin kimlər tərəfindən törədilməsi barədə heç bir məlumatı yoxdur. Onun avtomobilimin dəyəri təxminən 13000 manat olmuşdur və ona məxsus olan avtomobil də ona qaytarılmışdır. (Cild 1, iş vərəq 95) Məhkəmədə şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-in baş əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərdi ki, 15 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Astola” otelində olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmışdır və həmin ünvana getmişlər. Əməliyyat qrupuna rəhbərliyi özü həyata keçirmişdir. Təqsirləndirilən şəxs1 “Gənclik” metrostansiyasının çıxışına yaxın ərazidə “Astola” otelinə çatmamış saxlamışlar və Abşeron Rayon Polis İdarəsinin Mehdiabad polis bölməsinə gətirmişlər. Polis bölməsində Təqsirləndirilən şəxs1 üzərində metamfetamin növündə narkotik vasitə olduğunu etiraf etmiş və həmin narkotik vasitəni təqdim etmişdir. Təqsirləndirilən şəxs1 barəsində daxil olmuş əməliyyat məlumatı həmin şəxs barəsində axtarış elan edildiyi üçün onun yerinin müəyyən olunmasından ibarət idi. Təqsirləndirilən şəxs1 narkotik vasitə əldə etməsi, saxlaması, satışı ilə məşğul olması və s. barədə məlumat yox idi. Məhkəmədə şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Astola” otelində olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış və həmin ünvana getmişlər. Təqsirləndirilən şəxs1 “Gənclik” metrostansiyasının çıxışına yaxın ərazidə “Astola” otelinə çatmamış saxlamış və Abşeron Rayon Polis İdarəsinin Mehdiabad polis bölməsinə gətirmişlər. Polis bölməsində Təqsirləndirilən şəxs1 üzərində metamfetamin növündə narkotik vasitə olduğunu etiraf etmiş və həmin narkotik vasitəni təqdim etmişdir. Təqsirləndirilən şəxs1 barəsində daxil olmuş əməliyyat məlumatı həmin şəxs barəsində axtarış elan edildiyi üçün onun yerinin müəyyən olunmasından ibarət idi. Təqsirləndirilən şəxs1 narkotik vasitə əldə etməsi, saxlaması, satışı ilə məşğul olması və s. barədə məlumat yox idi. Daxil olmuş əməliyyat məlumatı əsasında yaradılmış əməliyyat qrupunda onunla yanaşı Şahid6 Nazi oğlu, Şahid4 və X2 iştirak etmişlər. Əməliyyat qrupuna rəhbərliyi Şahid4 həyata keçirmişdir. Təqsirləndirilən şəxs1 hansı tarixdə saxladıqlarını isə xatırlamır. Məhkəmədə şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-in əməliyyat müvəkkili Şahid6 ifadəsində göstərdi ki, 15 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Astola” otelində olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış və həmin ünvana getmişlər. Təqsirləndirilən şəxs1 “Gənclik” metrostansiyasının çıxışına yaxın ərazidə “Astola” otelinə çatmamış saxlamış və Abşeron Rayon Polis İdarəsinin Mehdiabad polis bölməsinə gətirmişlər. Polis bölməsində Təqsirləndirilən şəxs1 üzərində metamfetamin növündə narkotik vasitə olduğunu etiraf etmiş və həmin narkotik vasitəni təqdim etmişdir. Təqsirləndirilən şəxs1 barəsində daxil olmuş əməliyyat məlumatı həmin şəxs barəsində axtarış elan edildiyi üçün onun yerinin müəyyən olunmasından ibarət idi. Təqsirləndirilən şəxs1 narkotik vasitə əldə etməsi, saxlaması, satışı ilə məşğul olması və s. barədə məlumat yox idi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, Şahid1 bağ evində işləyir və orada da yaşayırdı. Həmin bağ evində işlərini yekunlaşdırmış və evdən köçmək istəyirdi. Şahid1 ona evdə yaşamaq istəyən olduğu halda ona xəbər etməyini xahiş etmişdi. O, Şahid1 digər evində usta işləməyə başlamışdır. Həmin vaxt Şahid2 da ev axtarırdı. Bu barədə Şahid1 bildirmişdir. Şahid2 həmin evdə başqa bir xanımla yaşamaq istəyirdi. Şahid2 ilə Şahid1 öz aralarında razılaşdılar və Şahid2 orada yaşamağa başladı. Təxminən 2 ay sonra Şahid1 evdə nəsə olduğunu bildirdi. O, bu məsələ ilə əlaqədar Şahid2 yaşadığı ünvana getmiş və bu barədə ondan soruşduqda, heç nədən xəbəri olmadığını bildirmişdir. Pəncərənin dəmiri qırılmışdı. Daha sonra Şahid1 ilə Şahid2 həmin qırılan pəncərə dəmiri ilə bağlı görüşüb danışmışdılar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Fəyaz oğlu ifadəsində göstərdi ki, o, hadisə baş verən zaman həmin yerdə olmamışdır. Ümumiyyətlə hadisənin baş verdiyi evdə qeyri-rəsmi ər-arvad münasibətində olduğu bir qadınla yaşayırdı. Həmin ev Şahid1 məxsus idi. Həmin evi dostu Şahid7 kirayəyə götürmüşdür. Evin açarları işıq sayğacının üzərində olurdu. Bir gün Şahid7 ona həmin evdə müəyyən hadisələrin baş verdiyini bildirmişdir. Bu barədə soruşduqda Elşad və Azərin narkotik vasitələrin satışı ilə məşğul olan şəxsi həmin evə apararaq onu tənbehləməyə çalışdıqlarını bildirmişdir. Şahid7 da Şahid1 zəng edərək, evdə müəyyən hadisələr baş verməsi, evə polislərin gəlməsi və s. barədə məlumat vermişdir. Evin açarını Təqsirləndirilən şəxs2 onunla olan səmimi münasibətinə görə işıq sayğacının üzərindən götürərək evə daxil olmuşdur. Təqsirləndirilən şəxs2 Şahid7la münasibəti olmamışdır. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid1 ifadəsində göstərmişdir ki, onun Bakı şəhəri Binəqədi rayonu Görədil kəndində Görədil bağ sahəsində 908 saylı bağ evi var, lakin həmin bağ evində yaşamır.Təxminən 10 ildir ki, həmin evi kirayəyə verir. Hətta yayda arada özü də anası ilə həmin bağda olan balaca evdə də qalırmışlar. 2020-ci ilin təxminən iyul ayının sonunda evi Emin adlı şəxsə kirayəyə vermişdir. Emin dostu Elvin ilə həmin evdə yaşayırmış. Emin onun Bakı şəhəri Azadlıq prospektində olan evində təmir işlərini də görürmüş. 2020-ci ilin sentyabr ayından sonra Emin onun bağ evində qalmamış və həmin vaxt Emin ona demişdir ki, evində qalmayacaq açarı ona təhvil verəcək. Ondan bir neçə gün sonra Emin ona demişdir ki, onun tanıdığı Sərxan adlı şəxs var və Sərxan evində kirayədə qalmaq istəyir. O, da Eminə demişdir ki, heç bir narazılığı yoxdur, ancaq onu Sərxan ilə görüşdürsün. Lakin Emin onu Sərxanla görüşdürməmiş, evinin açarını isə Sərxana vermişdir. Evin kirayə pulunu verilməsi vaxtı çatmış, Emin yanında da bir neçə dəfə Sərxanla telefonla danışmış, Sərxan demişdir ki, evin pulunu verəndə elə onunla görüşəcək. Sərxan ona sentyabr ayının sonunda evin kirayə pulunu verməli olmuş, lakin ona sentyabr ayının pulunu verilməmişdir. Sərxan hər dəfə Eminə demişdir ki, iki günə evin pulunu verəcək. 2020-ci ilin oktyabr ayının ordalarında ona Abşeron rayon Pİ-dən məlumat vermişlər ki, kirayə verdiyi evdə bir nəfər şəxsi soyublar.O, həmin vaxt Eminə zəng edib bu barədə demiş və Emin zəng edib Sərxana bu barədə demiş, aradan bir qədər sonra Sərxan ona zəng edib və o, Sərxanla da baş vermiş hadisə barədə danışaraq ona narazılığını etmiş, Sərxan demişdir ki, evə nə ziyan dəyibsə hər şeyi təmir edəcək. Ondan sonra Eminə demişdir ki, evin kirayə pulunu versin. Emin də gedib Sərxandan evin kirayə pulunu alaraq gətirib ona vermişdir. Həmin günlərdə Eminin atası evinə gələrək onunla söhbət etmiş və demişdir ki, o, da onun bağ evinə gəlib hadisə ilə bağlı evi görmək istəyir.Həmin günün səhəri Emin, atası və Sərxan ilə birlikdə Abşeron rayonu Mehdiabad qəsəbəsində görüşmüşlər və bilrikdə bağ evinə getmişlər, orada Sərxan özü qaynaq cihazı ilə evin pəncərəsinin qopardılmış dəmir barmaqlığını düzəltdir. O, Sərxandan evinin pəncərəsinin marmaqlığını kimin sındırdığını, otaqda qaz sobasını yerindən kimin çıxartdığını soruşanda, Sərxan demişdir ki, evdə bir qız tanış qızla qalırmış və evin açarlarını həmin qız həyətin qapısının yanında olan şittə qoyub, onun tanışları gəlib açarı götürüb evdə olublar.Lakin Sərxan həmin tanış qızın və evdə olmuş tanışlarının adlarını ona deməmişdir. Qeyd etmişdir ki, Zərərçəkmiş şəxs2 adlı şəxsi tanımır və ona qarşı cinayət edən şəxslərin də kim olduqlarını bilmir.Onun evində hamam otağın şüşəsi sındırılmış, qaz sobası yerindən çıxarılmış, həyətdə olan armaturdan hazırlanmış çardağın dirəkləri əyilmiş və ona 800 manat maddi ziyan dəymişdir.(Cild 1, iş vərəqləri 86-87) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid3 digər şahidlər Şahid4 və Şahid5 ifadələrinə oxşar məzmunlu ifadə verərək onların ifadələrində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. (Cild 2, iş vərəq 25) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən “şəxsi axtarış və götürmə aparılması haqqında” 15 iyul 2021-ci il tarixli protooldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 2300 manat pul, bir ədəd qara rəngli parça torbada içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olan bir ədəd sarı rəngli sellofan büküm və bir ədəd şəffaf sellofan bükümdə kütləni təqdim etmişdir. (Cild 1, iş vərəq 21-27) “Şəxsi axtarış və götürmə aparılması haqqında” 15 iyul 2021-ci il tarixli protokolda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd disk cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan həmin diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. (Cild 1, iş vərəq 28) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən MTE və PAB-nin Abşeron rayon şöbəsinin məhkəmə-tibbi ekspertizasının 31 oktyabr 2021-ci il tarixli, 2263 saylı rəyində göstərilmişdir ki, Vət. Zərərçəkmiş şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarətlrə-alının, burunun və sağ kürək nahiyəsinin sıyrıqları, eləcə də bel nahiyəsinin qançırı bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, müayinə olunan şəxsin göstərdiyi müddətdə və şəraitdə yəni, xx.xx.2021-ci il tarixdə qeyd olunan nahiyələrə əl, yumruq və təpiklə vurulma nəticəsində əmələ gələ bilərdilər, sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin olunmur. (Cild 1, iş vərəq 85) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-nin 16 iyul 2021-ci il tarixli, 6/2903 saylı məhkəməkimyəvi ekspertizasının rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №236” möhür əksi, Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş...” və s. yazılar, imzalar olan zərfdəki 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 12,300 qram, ümumi təmiz çəkiləri 24,612 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. ( Cild 1, iş vərəqləri 31-35) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən məhkəmənarkoloji ekspertizanın 01 noyabr 2021-ci il tarixli, 4229 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 Kannabioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 2, iş vərəqləri 47-48) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən “Akvapolis” Kommersiya Mərkəzinin 16 yanvar 2022-ci il tarixli arayışında göstərilmişdir ki, 2018-ci il buraxılışlı istifadə olunmuş şassi nömrəsi NVABA1HHFKF520078, ağ rəngli “KHAZAR LX Minik” markalı, 99UO342 dövlət qeydiyyat nişanlı avtomobilin 2020-ci ilin oktyabr ayına Respublikada orta bazar qiyməti təxminən 13.000 manat müəyyən edilir. (Cild 2, iş vərəq 65) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş İnformasiya Kommunikasiya İdarəsindən daxil olmuş Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-**, zərərçəkmiş Zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***-**-**, ***-***-**-**, ***-***-**-** nömrəsinə 18 oktyabr 2020-ci il tarixlərdə daxil olan və çıxan zənglər, həmçinin qeyd edilən nömrələrin 18 oktyabr 2020-ci il tarixdə, saat 15:00-dan saat 24:00-dək hansı anten əhatə dairəsində olmasına dair diskdə olan məlumatlara baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-**, zərərçəkmiş Zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***-**- **, ***-***-**-** nömrə 18 oktyabr 2020-ci il tarixdə, saat 15:00-dan saat 17:00-dək Bakı şəhəri Binəqədi rayonu Binəqədi şossesində anten əhatə dairəsində qeydə alınmışdır. (Cild 2, iş vərəqləri 66-67) Məhkəmə, təqsirləndirilən şəxslərin birgə oğurluq etməsi kimi niyyətlərinin olmaması, avtomobildən telefon, pul, sənəd və s. götürməmələri, həmçinin Təqsirləndirilən şəxs1 üzərində ittiham aktında qeyd olunduğu miqdarda narkotik vasitə olmaması ilə bağlı ifadələrində qeyd etdiyi xüsusatlara tənqidi yanaşır və hesab edir ki, təqsirləndirilən şəxslərin məhkəməyə verdikləri bu ifadələri onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizələri olaraq, törətdikləri cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla cəzanı yüngülləşdirməyə yönəlmiş cəhdləri kimi qiymətləndirilməlidir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdikləri əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlərlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.5, 144.2.6, 181.2.1, 181.2.4, 181.2.5, 234.4.3, 326.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.5, 144.2.6, 181.2.1, 181.2.4, 181.2.5, 326.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri tam sübuta yetirilmişdir. Onlar, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Təqsirləndirilən şəxslərə aid Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.2ci maddəsi istisna olmaqla onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslərə qanunla müəyyən edilmiş qaydada Cinayət Məcəlləsinin həmin maddələrinin sanksiyaları həddində və cinayətlərin məcmusu üzrə azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyinə görə o, həmin maddə ilə təqsirli bilinməli, lakin ona cəza təyin edilməməlidir. Belə ki, təqsirləndirilən şəxslər tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli 18 oktyabr 2020-ci il tarixdə törədilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.2-ci maddəsi böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid edildiyindən Cinayət Məcəlləsinin 75.1.1ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyinə görə o, cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müddəalarına əsasən məhkəmə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinin tətbiq edilməməsi qərarına gəldiyi halda — təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşağının olması, dəymiş ziyanın ödəməsi və zərərçəkmiş şəxslərlə barışması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallardır. Həmçinin Təqsirləndirilən şəxs2 dəymiş ziyanın ödəməsi və zərərçəkmiş şəxslərlə barışması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallardır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamələrin cavabları, eləcə də və müvafiq məhkəmə hökmlərinin surətləri ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 fevral 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 126.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 il şərti hesab edilməklə 02 il 06 ay 18 gün müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 aprel 2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 182.2.3, 180.2.1, 180.2.2-ci maddələri ilə təqsirli bilinərək, 7 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 11 noyabr 2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (Cild 2, iş vərəqləri 145-163) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərin məhkumluqları ödənilməmişdir. Məhkəmə qeyd edir ki, qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş təqsirləndirilən şəxslər yenidən qəsdən ağır cinayət törətdiyinə görə onların əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivi olduğundan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən bu hal onların cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 fevral 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş şərti məhkum etmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən ləğv edilməli, həmin hökmlə təyin edilmiş 02 il 06 ay 18 gün azadlıqdan məhrumetmə cəzası 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs1 qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəində, Təqsirləndirilən şəxs2 isə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs1 15 iyul 2021-ci il tarixdə, Təqsirləndirilən şəxs2 21 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşlar. Təqsirləndirilən şəxs2 barəsində Abşeron rayon məhkəməsinin 23 iyun 2021-ci il tarixli qərarı ilə əvvəli 21 iyun 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Abşeron rayon məhkəməsinin 17 iyul 2021-ci il tarixli qərarı ilə əvvəli 15 iyul 2021-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmişdir. Daha sonra, həmin məhkəmənin 13 noyabr 2021-ci il tarixli, 15 noyabr 2021-ci il tarixli, 16 aprel 2022-ci il tarixli qərarları ilə onların həbsdə saxlanılma müddətləri uzadılmış və məhkəmə icraatı zamanı təqsirləndirilən şəxslərin barələrində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 197-199, 247-250, Cild 2, iş vərəqləri 51-55, 58-62) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı onun tutulduğu 21 iyun 2021-ci il tarixdən, Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli isə 15 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən etməmişdir. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar qeyd edir ki, iş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan 24,532 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. 01 ədəd disk iş materiallarlnda saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxslərə göstərilən hüquqi yardımla bağlı müdafiəçilərə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs2 qohumları tərəfindən onun hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə müqavilə bağlandığından, müdafiəçinin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.5, 144.2.6, 181.2.1, 181.2.4, 181.2.5, 234.4.3 və 326.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.5 və 144.2.6-cı maddələri ilə ona 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 181.2.1, 181.2.4 və 181.2.5-ci maddələri ilə ona 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin, Cinayət Məcəlləsinin 326.2-ci maddəsi ilə təqsirli bilinsin və ona cəza təyin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 fevral 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 tətbiq olunmuş şərti məhkum etmə ləğv edilsin, həmin hökmlə təyin edilmiş 02 il 06 ay 18 gün müddtdə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs1 qəti olaraq 12 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 15 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.5, 144.2.6, 181.2.1, 181.2.4, 181.2.5 və 326.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.5 və 144.2.6-cı maddələri ilə ona 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 181.2.1, 181.2.4 və 181.2.5-ci maddələri ilə ona 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin, Cinayət Məcəlləsinin 326.2-ci maddəsi ilə təqsirli bilinsin və ona cəza təyin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 21 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan 24,532 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin. 01 ədəd disk iş materiallarlnda saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.