Məhkəmə qərarları › İş №1(124)-89/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-89/2025

18.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-89/2025 18.02.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi - X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxx 1994-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Nərimanov rayonu, Daş Karxanası küçəsi ev 609-da qeydiyyatda olmaqla faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda müxtəlif növlərdə narkotik vasitələrin əldə edilməsi, saxlanması, daşınması və Azərbaycan Respublikası ərazisində satışının təşkil edilməsinə köməklik göstərəcəyi barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə “İnstagram” sosial şəbəkəsində tanış olub “Whatsapp” proqram təminatı vasitəsi ilə əlaqə saxlayıb əvvəlcədən vəd verməklə onlarla razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında bu məqsədlə xx.xx.2024-cii il tarixdə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı ilə danışıqlar apararaq cinayətkar niyyətin həyata keçirilməsi üçün aralarındakı rol bölgüsünə əsasən İran İslam Respublikası vətəndaşının istintaqa məlum olmayan qeyriləri vasitəsilə qanunsuz olaraq satış məqsədilə 02 ədəd qara rəngli polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 480 qram və 370 qram olmaqla ümumi təmiz çəkisi 850 qram çətənə bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuana, bir ədəd bağlamada təmiz çəkisi 1410 qram tünd qəhvəyi rəngli qətranabənzər, spesifik iyə malik kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə tiryək, bir ədəd bağlamada təmiz çəkisi 172,678 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən “İbiza” restoranı ilə üzbəüz yolun qarşı tərəfindən ağac dibində qoydurması, həmin narkotik vasitələri götürdükdən sonra bildirəcəyi ünvanlara çatdırması və başqa şəxslərin götürməsi üçün həmin yerlərin fotoşəklini çəkərək məkan yeri ilə birlikdə sonuncuya göndərməsi, bunun müqabilində narkotik vasitələrdən istifadəsi üçün bir miqdarda götürəcəyi ilə bağlı razılığa gəldikdən sonra, İran İslam Respublikası vətəndaşının ona “Whatsapp” proqram təminatı vasitəsi ilə göndərdiyi məkan və fotoşəkillər əsasında həmin tarixdə, saat 21 radələrində qeyd olunan ərazini müəyyən edib sonuncunun qoydurduğu yerdən külli miqdarda, narkotik vasitəheroin, tiryək və qurudulmuş marixuananı götürərək İran İslam Respublikası vətəndaşının bildirəcəyi yerlərə çatdırması məqsədi ilə üzərində daşımaqla saxlamış, 11 mart 2024-cii il tarixdə saat 21:00-da Sumqayıt şəhər Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən “İbiza” restoranının yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilmiş və şübhəli şəxs qismində tutulduqdan sonra üzərində keçirilən şəxsi axtarış zamanı əlində olan göy rəngli sellofan torbanın içərisindən satış məqsədi ilə qanunsuz olaraq daşıyaraq saxladığı 2 ədəd qara rəngli polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 480 qram və 370 qram olmaqla ümumi təmiz çəkisi 850 qram çətənə bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuana, bir ədəd bağlamada təmiz çəkisi 1.410 qram tünd qəhvəyi rəngli qətranabənzər, spesifik iyə malik kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə tiryək, bir ədəd bağlamada təmiz çəkisi 172,678 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verməsi təklif olunan Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilməmiş və ifadə verməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmədə elan olunaraq tədqiq edildiyi ifadəsinə əsasən o, xx.xx.2024-cü il tarixdə, təxminən saat 21:00 radələrində Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən «İbiza» restoranının yaxınlığında olan zaman polis əməkdaşları yaxınlaşıb onu narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğu üçün saxladıqlarını bildirib onu Pİ-nə dəvət etmişlər. Orada üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman o, buna etiraz etməmiş və polislər videoçəkilişlə, eləcə də müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış aparmışlar. Daha sonra o, əlində saxlamış olduğu 01 ədəd göy rəngli sellofan torbanı, əynində olan qara rəngli gödəkçənin sağ yan cibində saxlamış olduğu 01 ədəd “Samsung” markalı mobil telefonu, 01 ədəd açarı və 1 manat pulu, həmçinin əynində olan göy rəngli cins şalvarın arxa sağ cibində saxlamış olduğu 1 manat pulu təqdim etmişdir. Həmin 01 ədəd göy rəngli sellofan torba açılan zaman içərisində 03 ədəd üzəri şəffaf rəngli yapışqan lentlə bağlanmış qara rəngli sellofana bükülmüş bükümlərin olduğu, həmin bükümlərdən birinin üzərində həmçinin ona yapışıq olan 01 ədəd şəffaf sellofana bükülmüş bükümün olduğu müəyyən edilmişdir. Daha sonra həmin bükümlər açılan zaman həmin bükümlərdən 02 ədəd qara rəngli sellofana bükülmüş bükümlərin içərisində yaşıl rəngli ot kütləsinin, 01 ədəd üzəri şəffaf rəngli yapışqan lentlə bağlanmış qara rəngli sellofana bükülmüş bükümün içərisində qara rəngli bərk halda olan maddənin, həmçinin üzəri şəffaf rəngli yapışqan lentlə bağlanmış öz də şəffaf sellofana bükülmüş bükümün içərisində isə qəhvəyi rəngli yaş halda olan maddənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı o, aşkar olunan bükümlərdən içərisində yaşıl rəngli ot kütləsi olan 02 ədəd bükümlərdən birinci bükümün içərisində nə olduğundan xəbərsiz olduğunu, ikinci bükümün içərisində isə “nəşə” olduğunu, içərisində qara rəngli bərk halda maddə olan bükümün “tiryək”, içərisində qara rəngli yaş halda maddə olan bükümün isə “kakos” olduğunu, həmin bükümləri bugün “İnstagram” sosial şəbəkəsində tanış olduğu tanımadığı İran vətəndaşının ona göndərdiyi konum (məkan) üzrə Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən “İbiza” restoranı ilə üzbəüz yolun qarşı tərəfində ağac dibindən götürdüyünü, bir qədəriııi özü istifadə edəcəyini, qalanım isə həmin İran vətəndaşının növbəti tapşırığı əsasında aparıb onun dediyi yerə qoyacağını bildirmişdir. Daha sonra üzərindən aşkar olunmuş həmin bükümlər tərəziyə qoyulub çəkilən zaman içərisində qəhvəyi rəngli yaş halda maddə olan bükümün çəkisinin 186.41 qram, içərisində yaşıl rəngli ot kütləsi olan 02 ədəd bükümlərdən birinci bükümün çəkisinin 0,515 kq (515 qram), ikinci bükümün çəkisinin 0.415 kq (415 qram), içərisində qara rəngli bərk halda maddə olan bükümün çəkisinin isə 1,425 kq (1 kiloqram 425 qram) olduğu müəyyən edilmiş və aşkar olunmuş həmin bükümlər ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Həmçinin üzərindən aşkar olunmuş 01 ədəd “Samsung” markalı mobil telefon və 01 ədəd mənzil açarı qablaşdırılaraq götürülmüş, 02 ədəd 1 manatlıq pul əskinası isə əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. (Cild 1, iş vərəqləri 185-187) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi tədqiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiqləyərək ifadəsində göstərdi ki, 11 mart 2024-cü il tarixdə Sumqayıt RPŞ-ə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, “İbiza” restoranı yaxınlığında olduğu müəyyən edilmişdir. Hadisə yerinə getmiş, ona yaxınlaşıb polis əməkdaşı olaraq özlərini təqdim etmişlər. Ona narkotik vasitələrin əldə edilməsi və daşınması ilə bağlı şübhəli şəxs qismində tutulduğunu bildirmişlər və onlarla polis idarəsinə gəlməyi təklif etmişlər. Heç bir etiraz etmədən onlarla birlikdə idarəyə gəlmişdir. Axtarış keçirilən zaman üzərindən narkotik vasitə tiryək və marixuana aşkar edilmişdir. Təqsirləndirilən şəxs saxlayan zaman heç bir dəlilik əlaməti olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis kapitanı X2 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs 2024-cü il, 11 mart tarixində saat 9 radələrində Sumqayıt şəhəri, Sahil küçəsi, İbiza restoranı yaxınlığında saxlanılaraq polis idarəsinə dəvət olunmuşdur. Videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmiş, tiryək və marixuana aşkar olunaraq götürülmüşdür. Saxlanılan zaman normal davranmış, suallara adekvat cavab vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Sahil küçəsində, İbiza restoranı yaxınlığında saxlamışlar. Yaxınlaşıb özlərini təqdim etmiş, idarəyə gətirmişlər. Üzərinə şəxsi axtarış keçirilmiş, marixuana və tiryək aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin narkotik vasitələri sosial şəbəkədə danışdığı İran vətəndaşından pul müqabilində götürmüşdür. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “şəxsi axtarışın keçirilməsi barədə” 11 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim edilməsi təklif olunmuş, Əfsanə də əlində saxlamış olduğu 01 ədəd göy rəngli sellofan torbanı, əynində olan qara rəngli gödəkçənin sağ yan cibində saxlamış olduğu 01 ədəd “Samsung” markalı mobil telefonu, 01 ədəd açarı və 01 manat pulu təqdim edir. Daha sonra 01 ədəd göy rəngli sellofan torba açılan zaman içərisində 03 ədəd üzəri şəffaf rəngli yapışqan lentlə bağlanmış qara rəngli sellofana bükülmüş bükümlərin olduğu, həmin bükümlərdən birinin üzərində, həmçinin ona yapışıq olan 01 ədəd şəffaf sellofana bükülmüş bükümün olduğu müəyyən edilmişdir. Daha sonra həmin bükümlər açılan zaman həmin bükümlərdən 02 ədəd qara rəngli sellofana bükülmüş bükümlərin içərisində yaşıl rəngli ot kütləsinin, 01 ədəd üzəri şəffaf rəngli yapışqan lentlə bağlanmış qara rəngli selofana bükülmüş bükümün içərisində qara rəngli bərk halda olan maddənin, həmçinin üzəri şəffaf rəngli yapışqan lentlə bağlanmış özü də şəffaf sellofana bükülmüş bükümün içərisində isə qəhvəyi rəngli yaş halda olan maddənin olduğu müəyyən edilmişdir.(Cild 1, iş vərəqləri 27-28) “Şəxsi axtarışın keçirilməsi barədə” 11 mart 2024-cü il tarixli protokolda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı 01 ədəd disk cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu disklərə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 01 ədəd «Samsung» markalı “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış keçirilən Çin istehsalı olan üstü və arxa tərəfi qızılı rəngdə olan «Samsung J5» markalı mobil telefon aparatıdır. Həmin mobil telefon aparatının içərisində 051-619- 69-92 mobil telefon nömrəsi var. Mobil telefon aparatının gələn zənglər papkasma daxil olduqda müəyyən edilir ki. Təqsirləndirilən şəxs tutulmamışdan əvvəl, onun istifadəsində olan ***- ***-**-** saylı mobil telefon nömrəsinə +**********35 saylı İran nömrəsindən xx.xx.2024-cü il tarixdə saat 19:18-də zəng gəlmiş, həmin gün saat 19:23 və 19:30-da Təqsirləndirilən şəxs istifadəsində olan 05İ-619-69-92 saylı mobil telefon nömrəsindən +**********35 saylı İran nömrəsinə zəng atılmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs istifadəsində olan həmin mobil telefonunun “votsap”ına daxil olduqda müəyyən edilir ki, +**********35 saylı İran nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi arasında xx.xx.2024-cü il tarixdə saat 18:47-dən saat 21:02-dək olan müddət ərzində sms və səsli mesaj mübadiləsi aparılır. Həmin yazışmalardan görünür ki, +**********35 saylı İran nömrəsi tərəfindən Təqsirləndirilən şəxs həmin nömrəsinə narkotik vasitələr olan göy torbanı gedib götürməsi ilə bağlı konum atılır, Sumqayıt şəhəri Sahil küçəsində yerləşən “İbiza” restoranının yaxınlığındakı yerin şəkilləri göndərilir, həmin yerə tez getməsi, narkotiki götürməsi barədə səsli mesajlar əks olunur. xx.xx.2024-cü il tarixdə saat 20:57-də göndərilən səsli sms-dən görünür ki, Əfsanə “götürdüm atdığıvi” deyə bildirmişdir. (Cild 1, iş vərəqləri 53-71, 127-137) Cinayət işi materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-7/412 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, ağ kağız üzərində “...Saxlanılan şəxs Təqsirləndirilən şəxs” yazılar və imzalar olan üzərləri skoçla bağlanmış 02 ədəd qara rəngli polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri - 480 qram, 370 qram, ümumi çəkisi - 850 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim olunmuş 02 ədəd qara rəngli polietilen bağlamalarda olan marixuanalar tərkiblərinə görə eynidir. (Cild 1, iş vərəqləri 40-44) Cinayət işi materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/1443 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №124” dairəvi möhür əksi və “...Saxlanılan şəxs: Təqsirləndirilən şəxs-imza, -imza, təhqiqatçı:E.Feyzullayev-imza” yazı əlavəsi qeyd edilmiş bir ədəd bağlamada təmiz çəkisi - 1410 qram olan tünd qəhvəyi rəngli qətraııabənzər, spesifik iyə malik maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №124” dairəvi möhür əksi və “...Saxlanılan şəxs: Təqsirləndirilən şəxs-imza, -imza, təhqiqatçı:E.Feyzullayev-imza” yazı əlavəsi qeyd edilmiş bir ədəd bağlamada olan təmiz çəkisi - 172,678 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (Cild 1, iş vərəqləri 45-50) Cinayət işi materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cii il tarixli, 3233 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorlarm birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 141-142) Cinayət işi materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 1436 saylı rəyindən görünür ki. Təqsirləndirilən şəxs xasiyyətin isterik cizgiləri aşkar olunur. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman, ondan əvvəl və sonra öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21ci və 22-ci maddələrinin təsiri altına düşmür. S.Mustafayeva hal-hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. S.Mustafayevanın barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. S.Mustafayeva özünə və ətrafdakılarına zərər yetirmək təhlükəsi yoxdur. S.Mustafayevada hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. (Cild 1, iş vərəqləri 143- 146) Cinayət işi materiallarında olan komisyon stasionar məhkəmə psixiatrik ekspertizasının 23 dekabr 2024-cü il tarixli, 210 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs psixi pozuntunun simulyasiyası müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə də hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Cinayət işi materiallarında olan “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi barədə” 25 iyun 2024-cü il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1.409,9 qram narkotik vasitə tiryək, 172,578 qram narkotik vasitə heroin və 849,9 qram narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd “Samsung J5” markalı mobil telefon maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutları saxlanc yerinə təhvil verilmişdir. 01 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir.(Cild 1, iş vərəqləri 161-170) Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsinə və məhkəmədə nümayiş etdirdiyi hərəkətlərə, yəni psixi xəstəliyin əlamətlərini simulyasiya etməyə yönəlmiş cəhdləri ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxsin külli miqdarda narkotik vasitəni qabaqcadan əlbir olan bir qrup şəxs halında məhz satış məqsədi ilə əldə etməsi, daşıması və saxlaması ibtidai istintaq zamanı toplanılmış və məhkəmədə tədqiq edilmiş sübutlarla tam təsdiq olunmuşdur. Məhkəmə bu qənaətə gələrklən narkotik vasitələrin külli miqdarda olması və onların növ müxtəlifliyinin mövcudluğunu vurğulamaqla yanaşı, qeyd edir ki, təqsirləndirilən şəxsin həmin cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsi işdə olan sübutlarla yəni telefon yazışmaları, narkotik vasitələrin qoyulduğu yerlərin şəkilləri və işarələri, eləcə də digər dəlillərlə kifayət qədər təsdiqini tapır. Təqsirləndirilən şəxsin məhkəmədəki davranışı və qeyri-adekvat vəziyyətdə olmasını göstərməyə cəd etməsi ilə bağlı isə məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin psixi xəstəlikdən əziyyət çəkməməsi və anlaqlı olması məhkəmə tərəfindən təyin edilmiş komisyon stasionar məhkəmə psixiatrik ekspertizasının 23 dekabr 2024-cü il tarixli, 210 saylı rəyi ilə təsdiq olunmuşdur. Həmin rəyə əsasən Təqsirləndirilən şəxs psixi xəstəlik aşkar olunmur, onda psixi pozuntunun simulyasiyası müəyyən edilir. Buna görə də məhkəmə təqsirləndirilən şəxsin məhkəmədəki davranışını cinayət məsuliyyətindən yayınma cəhdi kimi qiymətləndirir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli, 8 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X3 12-ci bəndinə əsasən əgər qabaqcadan əldə olunmuş razılıq CM-in 234.2-ci və ya 234.3-cü və ya 234.3-1-ci maddəsində göstərilən əməllərin birgə yerinə yetirilməsini, məsələn, narkotik vasitənin əldə olunmasını, saxlanmasını, daşınmasını deyil, müstəsna olaraq bunların törədilməsində icraçıya (icraçılara) köməkliyin göstərilməsini (məsələn, narkotik vasitənin qoyulduğu yeri tapmaq üçün icraçıya bələdçiliyin edilməsini) nəzərdə tutursa və kömək edən şəxs tərəfindən CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərdən hər hansı biri faktiki olaraq yerinə yetirilmirsə, həmin şəxsin əməli yuxarıda qeyd olunan Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 6 may tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə cinayətin icraçısının (icraçılarının) əməllərinin hüquqi tövsifindən asılı olaraq, həmin cinayətdə köməkçi qismində iştirak etmə kimi CM-in 32.5-ci maddəsinə istinad olunmaqla tövsif edilməlidir. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1 və 61.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs məhkuluğu yoxdur. (Cild 1, iş vərəq 89) Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza həmin Məcəllənin 56.1.2-cü maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 11 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin 13 mart 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Daha sonra həmin məhkəmənin 03 iyul 2024-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 81-86, 212-214) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 11 mart 2024-cü il tarixdən hesablanmalıdır. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən qeyd edir ki, iş üzrə xüsusi müsadirə ediləsi əmlak yoxdur. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1.409,9 qram narkotik vasitə tiryək, 172,578 qram narkotik vasitə heroin, 849,9 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, 01 ədəd «Samsung J5» markalı mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarından birinə qaytarılmalıdır. 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 164 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsin məhkəmədə müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrii ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 11 mart 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1.409,9 qram çəkidə narkotik vasitə tiryək, 172,578 qram çəkidə narkotik vasitə heroin, 849,9 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, 01 ədəd «Samsung J5» markalı mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarından birinə qaytarılsın. Cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 164 (yüz altmış dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar