Məhkəmə qərarları › İş №1(124)-9/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-9/2022

02.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-9/2022 02.03.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Rəşad Şəmşir oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu (məruzəçi) və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi –Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, 18 avqust 1996-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 300-də qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib saxlama və daşıma cinayətini törətmişdir. Belə ki, o, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq 7 ədəd bükümdə ümumilikdə 6,352 qram çəkidə külli miqdarda narkotik vasitə olan heroini və 4 ədəd bükümdə ümumilikdə 1,856 qram çəkidə şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə-metamfetamini satış məqsədi ilə əldə edib daşıyaraq üzərində saxlamış, 25 fevral 2021-ci il tarixdə saat 21:52-də Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə ərazisində Sumayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb Sumqayıt ŞPİ-nin 4-cü PB-yə gətirildikdən sonra, polis bölməsinin xidməti otaqlarının birində üzərinə şəxsi axtarış aparılarkən, əynində olan boz rəngli gödəkçənin sağ yan cibindən satış məqsədilə əldə edib daşıyaraq üzərində saxladığı yeddi ədəd şəffaf rəngli sellofan bükümlərdə, hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,899 qram, 0,855 qram, 0,872 qram, 0,996 qram, 0,898 qram, 0,948 qram və 0,844 qram, ümumi təmiz çəkisi 6,352 qram olan külli miqdarda qəhvəyi rəngli kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin və dörd ədəd şəffaf rəngli sellofan bükümlərdə, hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,557 qram, 0,474 qram, 0,414 qram və 0,411qram, ümumi təmiz çəkisi 1,856 qram olan şəxsi istehlak miqdarından artıq miqdarda ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü qismən təqsirli bilərək bildirmişdir ki, narkotik vasitə olan heroindən istifadə edir. Polis əməkdaşları tərəfindən saxlanılmamışdan 2 saat öncə də narkotik vasitə olan heroini çəkmək yolu ilə istifadə etmişdir. Polislər onu bölməyə aparan zaman üzərində 3 bükümdə heroinin olmasını onlara da bildirmişdir. Lakin üzərinə baxış keçirilərkən polis əməkdaşları onu aldadıb daha çox büküm ortaya qoymuşlar, onun narkotik vasitələrin istifadəçisi olması səbəbindən bunun mahiyyətcə onun vəziyyətini ağırlaşdırmamasını bildirmişlər. O da polislərə inanıb, bükümlərdə ona təqdim olunmuş heroinin və metamfetaminin ona məxsus olmasını, öz istifadəsi üçün 26-cı məhəllə ərazisində İsmət adlı şəxsdən aldığını bildirmişdir. Heç vaxt psixotrop maddələrdən istifadə etməmiş, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış, cinayət işinin 61-63-cü vərəqlərində olan ifadəsində göstərmişdir ki, təxminən 5-6 aydır ki, narkotik tərkibli maddələr olan marixuana və “şüşə”(metamfetamin) qəbul edir. Bu müddət ərzində təxminən 10-15 dəfə qəbul etmişdir. Təxminən 15-20 gün bundan qabaq Sumqayıt şəhəri, 26-cı məhəllə ərazisində olarkən əvvəllər tanımadığı bir nəfər orta yaşlı şəxs ona yaxınlaşaraq adının İsmət olduğunu, üzərində narkotik vasitə olan heroin və şüşə(metamfetamin) olduğunu, istiyirsə ona sata biləcəyini bildirmiş, lakin satdığı məbləği dəqiq xatırlamır. O, özü də narkotik tərkibli maddələr istifadə etdiyinə görə xatırlamadığı məbləği verib həmin şəxsdən 7 ədəd içərisində heroin olan bükümləri və 4 ədəd içərisində “şüşə” olan bükümləri almışdır. Həmin bükümlərin üzərindən istifadə etməmiş, kiməsə verməmiş və satmamışdır. Eyni zamanda kiməsə vermək və satmaq fikri olmamışdır. Yalnız gələcəkdə istifadə etmək üçün üzərində saxlamışdır. Sonuncu dəfə 25.02.2021-ci il tarixdə saat 21:52 radələrində Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə ərazisində olarkən 7 nəfər mülki geyimli və 2 nəfər polis formasında şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirib ona saxlanılma səbəbini izah edərək hüquq və vəzifələr barədə bildiriş təqdim etmişlər. Sonra üzərinə şəxsi axtarış keçirilməsi üçün onu Sumqayıt ŞPİ-nin 4-cü PB-yə dəvət etmişlər. O, polis əməkdaşlarının təklifini qəbul edib öz razılığı ilə onlarla birlikdə Sumqayıt ŞPİ-nin 4-cü PByə getmişdir. Polis bölməsində xidməti otaqlardan birində ona hüquqlarının müdafiəsi üçün vəkil X3 təqdim olunmuşdur. Daha sonra üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər varsa həmin əşyanı təqdim etməyi təklif edilən zaman əyində olan boz rəngli gödəkçənin cibində saxlamış olduğu 11 ədəd sellofan bükümü təqdim etmişdir. Həmin bükümlər polis əməkdaşları tərəfindən açılan zaman 7 ədəd bükümün içərisində qəhvəyi rəngli maddə, 4 ədəd bükümün içərisində isə ağ rəngli maddə aşkar olunmuşdur. Sorğu zamanı ağ rəngli maddənin “şüşə”(metamfetamin), qəhvəyi rəngli maddənin isə “kakos”(heroin) olduğunu, onları təxminən 15 gün əvvəl İsmət adlı şəxsdən xatırlamadığı qiymətə alıb şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra üzərindən aşkar edilmiş maddələr tərəziyə qoyulub çəkilən zaman ağ rəngli maddələrin ayrı-ayrılıqda çəkiləri 0,51 qram, 0,57 qram, 0,60 qram, 0,51 qram, ümumi çəkisi isə 2,17 qram müəyyən olunmuşdur. Qəhvəyi rəngli maddələrin ayrıayrılıqda çəkiləri 0,99 qram, 1,03 qram, 1,03 qram, 1,09 qram, 1,03 qram, 1,07 qram, 0,99 qram, ümumi çəkisi isə 7,21 qram müəyyən olunmuşdur. Həmin narkotik vasitənin çəkisi müəyyən edildikdən sonra isə üzərində şəxsi axtarış aparılarkən aşkar edilmiş narkotik vasitə qablaşdırılaraq götürülmüşdür. Həmçinin polis əməkdaşları üzərində şəxsi axtarış aparılması ilə bağlı protokol tərtib etmişlər, həmin protokol ucadan oxunmuş, protokola əlavə və düzəlişlər daxil olmadığı üçün üzərində imzalar edilmiş, o da öz növbəsində protokolu imzalamışdır. Narkotik vasitəni aldığı şəxslə Sumqayıt şəhəri, 26-cı məhəllə ərazisində olarkən təsadüfən tanış olmuş, həmin şəxsi əvvəllər tanımamış, həmin şəxs adının İsmət olduğunu demiş, yaşadığı ünvanı, eləcədə digər anket məlumatlarını bilmir. Narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etmiş, satmaq fikri olmamışdır. Təxminən 5-6 aydır ki, narkotik tərkibli maddələr olan marixuana və “şüşə”(metamfetamin) qəbul edir. Bu müddət ərzində təxminən 10-15 dəfə qəbul etmişdir. O, qeyd olunan heroin və metamfetamini alarkan fikirləşmişdir ki, həmin narkotik vasitəni bir dəfə alıb sonradan hissə-hissə qəbul etsin. Həmçinin, əvvəllər heroin istifadə etməsə də gələcəkdə istifadə etmək fikri olmuşdur. O, polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı təzyiq göstərilməmiş və hədə qorxu gəlinməmişdir. Üzərində aşkar olunan narkotik vasitə və psixotrop maddə özünün qəbul etməyi üçün olmuş, satış məqsədi olmamış, heç vaxt narkotik satışı ilə məşğul olmamışdır. Evdə xəbərləri olmasın deyə onları üzərində gəzdirmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı isə qismən etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, 25 fevral 2021ci il tarixdə xidmət etdiyi 4-cü PB-nə Müslüm adlı şəxsin narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməsi və əldə edilməsində vasitəçilik etməsi, satması, eləcə də yaşadığı evində saxlaması ehtimalı barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatının yoxlanılması məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə tərəfindən qərar qəbul edilmişdir. Həmin gün saat 21:52-də Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə ərazisində videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 4-cü polis bölməsinin polis əməkdaşları-baş əməliyyat müvəkkili, polis mayoru Şahid4, baş əməliyyat müvəkkili, polis kapitanı Şahid7, baş əməliyyat müvəkkili, polis kapitanı Şahid8, əməliyyat müvəkkili, polis baş leytenantı Şahid6, əməliyyat müvəkkili, polis leytenantı Şahid2, əməliyyat müvəkkili, polis kapitanı Şahid3la yaxınlaşaraq onu saxlamışlar. Təqsirləndirilən şəxs 4-cü PB-nə gətirmişlər. Təhqiqatçı tərəfindən polis bölməsində müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi bildirildikdə Təqsirləndirilən şəxs üzərində olan boz rəngli gödəkçəsinin sağ yan cibindən bükümlər, həmin gödəkçəsinin sol yan cibindən pul çıxaraq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs bükümlərin narkotik vasitə və psixotrop maddə olduğunu, 15 gün əvvəl 26-cı məhəllə ərazisində İsmət adlı şəxsdən şəxsi istifadəsi üçün dəqiq xatırlamadığı qiymətə aldığını, aşkar olunan bükümlərin içərisindəkinin heroin və metamfetamin olduğunu bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2, Şahid7, Şahid8 və ibtidai istintaq dövründə dindirilmiş, ifadələri məkməmə istintaqında elan olunmuş Şahid3, Şahid4, Şahid5, Şahid6 Şahid1 ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özlərinə aid hissədə bir daha daha təsdiq etmişlər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 fevral 2021-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, üzərində gəzdirməsi, satışında vasitəçilik etməsi barədə məlumat daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Sumqayıt şəhər məhkəməsinin 02 mart 2021-ci il tarixli qərarı ilə “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 25 fevral 2021-ci il tarixli qərar qanuni hesab edilmişdir.( cild 1, iş vərəqə 7, 84-86) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Şəxsi axtarış keçirilməsi barədə” 25.02.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən 7 bükümdə külli miqdarda narkotik vasitə olan heroin və 04 ədəd bükümdə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. (cild 1, iş vərəqə 23- 24) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının “26” fevral 2021-ci il tarixli 6/814 nömrəli rəyinin tədqiqat prosesinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Vət. Təqsirləndirilən şəxs Səfa oğlunun üzərindən aşkar edilərək götürülmüş...” sözləri yazılmış zərfdəki dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,557 qr., 0,474 qr., 0,414 qr., 0,411 qr., ümumi təmiz çəkisi 1,856 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə-metamfetamindir. Yeddi ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,899 qr., 0,855 qr., 0,872 qr., 0,996 qr., 0,898 qr., 0,948 qr., 0,884 qr., ümumi təmiz çəkisi 6,352 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (iş vərəqələri 35-43) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 ədəd diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, işə əlavə edilmiş CD diskin bir tərəfi ağ, digər tərəfi isə gümüşü rənglidir. CD disk prosessorun disk yuvacığında yerləşdirildikdən sonra diskin yaddaşında 02 (iki) ədəd “00787” adlı, 25.02.2021-ci il tarixli, 1 637 964 kb həcmində, “00788” adlı, 25.02.2021-ci il tarixli, 1 632 798 kb həcmində 2 ədəd faylın olduğu müəyyən olunmuşdur. “00787” adlı fayla komputerin “maus” adlanan aləti vasitəsilə toxunduqda faylın yaddaşında 18 dəqiqə 25 saniyə davam edən, rəngli formatda, qaranlıq havada, süni işıqlandırılma şəraitində çəkilmiş video görüntünün olduğu müəyyən olunmuşdur. Faylda olan video görüntüyə baxış keçirilməsi davam etdirildikdə video görüntünün əvvəlində ekranda əynində mülki geyim olan şəxslərin 1 nəfər mülki geyimli şəxsi saxladığı görünür. Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı, polis kapitanı X5 özünü saxlanılan şəxsə təqdim edərək həmin şəxsdən də özünü təqdim etməsini xahiş edir. Saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirir. X6 saxlanılan şəxs Təqsirləndirilən şəxs saxlanılmasının səbəbini izah edərək narkotik vasitələrin gəzdirilməsində, satılmasında şübhəli olduğunu bildirir. Daha sonra mülki geyimli Sumqayıt ŞPİ-nin 4-cü polis bölməsinin polis əməkdaşları- baş əməliyyat müvəkkili, polis mayoru Şahid4, əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, baş əməliyyat müvəkkili, polis kapitanı Şahid7, baş əməliyyat müvəkkili, polis kapitanı Şahid8, əməliyyat müvəkkili, polis baş leytenantı Şahid6, əməliyyat müvəkkili, polis leytenantı Şahid2, əməliyyat müvəkkili, polis kapitanı Şahid3 özlərini təqdim edir. X6 saxlanılan şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili Qoşqar Abbasovun hazırda Sumqayıt ŞPİ-nin 4-cü PB-də olduğunu, onun iştirakı ilə üzərinə 4-cü PB-nin xidməti otaqlarının birində şəxsi axtarış keçiriləcəyini bildirərək etirazının olub-olmadığını soruşur. Təqsirləndirilən şəxs etirazının olmadığını bildirir. X6 Təqsirləndirilən şəxs hüquq və vəzifələrinə dair bildirişi təqdim edir. Daha sonra görüntünün 02 dəqiqə 12-ci saniyəsindən 07 dəqiqə 06-cı saniyəsinədək videoçəkiliş dayandırılmadan Sumqayıt ŞPİ-nin 4-cü PB-yə gedib xidməti otaqların birinə daxil olurlar. X6 təkrar olaraq özünü təqdim edib saxlanılan şəxs Təqsirləndirilən şəxs təkrar saxlanılmasının səbəbini izah edir, müdafiəçisi X2 ona təqdim edərək üzərinə müdafiəçisinin iştirakı ilə şəxsi axtarış keçiriləcəyini bildirib etirazının olub-olmadığını soruşur. Təqsirləndirilən şəxs etirazının olmadığını bildirir. X6 Təqsirləndirilən şəxs saxlanılarkən və polis bölməsinə gətirilərkən hər hansı təziq olubolmadığını soruşduqda Təqsirləndirilən şəxs ona təziq olunmadığını bildirir. Bundan sonra X9 Balamiyevə üzərində olan əşyaları təqdim etməsini bildirdikdə Təqsirləndirilən şəxs üzərində olan boz rəngli gödəkçəsinin sağ yan cibindən bükümlər, həmin gödəkçəsinin sol yan cibindən 1 ədəd 50 qəpik pul çıxaraq masanın üzərinə qoyur. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümlər sayıldıqda sayının 11 ədəd olduğu müəyyən edilir. Təqsirləndirilən şəxs onların narkotik vasitə olduğunu, 26-cı məhəllə ərazisində İsmət adlı şəxsdən 15 gün əvvəl dəqiq xatırlamadığı qiymətə aldığını, aşkar olunan bükümlərin içərisindəkinin “Kakos” və “Şüşə” olduğunu bildirir. Aşkar olunmuş içərisində qəhvəyi rəngli maddə olan 7 ədəd bükümlər elektron tərəzidə çəkildikdə ayrı-ayrılıqda çəkiləri 0,99 qram, 1,03 qram, 1,03 qram, 1,09 qram, 1,03 qram, 1,07 qram, 0,99 qram müəyyən edilir. Aşkar edilmiş içərisində ağ rəngli, kristtallik maddə olan 4 ədəd bükümlər elektron tərəzidə çəkildikdə ayrı-ayrılıqda çəkiləri 0,51 qram, 0,57 qram, 0,60 qram, 0,51 qram olduğu müəyyən edilir. Təqsirləndirilən şəxs aşkar olunan içərisində qəhvəyi rəngli maddə olan 7 ədəd bükümün və içərisində ağ rəngli, kristtallik maddə olan 4 ədəd bükümün nə olduğu soruşulan zaman birinin “Şüşə”, birinin isə “Kakos” olduğunu bildirir. Təqsirləndirilən şəxs “Kakos” adlandırdığı 7 ədəd büküm elektron tərəzidə çəkildikdə ümumi çəkisi 7,21 qram, “Şüşə” adlandırdığı 4 ədəd büküm elektron tərəzidə çəkildikdə ümumi çəkisi 2,17 qram olduğu müəyyən edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitələri saxlamaqda məqsədinin özünün istifadəçi üçün olduğunu, ona qarşı heç bir təsir və təqiz olmadığını bildirir. X6 Təqsirləndirilən şəxs narkotik vasitələrin gəzdirilməsində, saxlanılmasında və satışında şübhəli olduğundan yaşadığı ünvana baxış keçiriləcəyini bildirərək etirazının olub-olmadığını soruşduqda Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik vasitə olmadığını, yalnız üzərində olduğunu bildirir. Videoçəkiliş X6 yekun məruzəsi ilə yekunlaşır. “00788” adlı fayla komputerin “maus” adlanan aləti vasitəsilə toxunduqda isə faylın yaddaşında 18 dəqiqə 22 saniyə davam edən, rəngli formatda, qaranlıq hava şəraitində süni işıqlandırılma şəraitində çəkilmiş video görüntünün olduğu müəyyən olunmuşdur. Görüntünün əvvəlində X6 Təqsirləndirilən şəxs narkotik vasitələrin saxlanılmasında, gəzdirilməsində, satışında şübhəli olduğundan hal-hazırda yaşadığı Sumqayıt şəhəri, 8-ci mikrorayonda yerləşən 36 saylı binanın qarşısında olduqlarını, onun iştirakı ilə yaşadığı mənzilə baxış keçiriləcəyini bildirərək etirazının olub-olmadığını soruşduqda Təqsirləndirilən şəxs etirazının olmadığını bildirir. Sonra Təqsirləndirilən şəxs göstərdiyi həmin binada yerləşən 3 saylı mənzilin qarşısına gedirlər. Mənzilin qəhvəyi rəngli dəmir materialından olan qapısını açıb dəhlizə daxil olunur. Sonra giriş qapısı ilə üzbəüz olan qonaq otağına, həmin otağın içərisində olan mətbəxə, hamam otağına, yataq otağına baxış keçirilir, mənzildən narkotik vasitə, qanunla qadağan edilmiş predmet aşkar edilmir. Cinayət işi materiallarına əlavə edilmiş 01 (bir) ədəd disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. (iş vərəqələri 132-135) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 27.05.2021-ci il tarixli, 1610 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş vərəqələri 160-161) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş yeddi ədəd bükümdə ümumi təmiz çəkisi 6,352 qram olan narkotik vasitə-heroindən tədqiqatdan sonra qalıq qalmış 6,212 qram heroin və dörd ədəd bükümdə ümumi təmiz çəkisi 1,856 qram olan metamfetamindən tədqiqatdan sonra qalıq qalmış 1,776 qram metamfetamin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. (iş vərəqələri 87-89) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş vərəqə 98) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə yazılı şikayət daxil olmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş narkotik vasitələrin 3 bükümdə olmasını, narkotik vasitə və psixotrop maddəni satmaq məqsədinin olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxsin əldə edərək, saxladığı narkotik vasitələr və psixotrop maddənin külli miqdarda olması, o cümlədən aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddənin müxtəlifliyi, onların miqdarı və növ üzrə qablaşdırılması Təqsirləndirilən şəxs məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər, yəni üzərində aşkar olunmuş narkotik vasitəni satmaq məqsədinin olmaması kimi gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş qismən etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 04.03.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 04.03.2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, gənc yaşda olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində nəzərə alınmasını məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə nəzərdə tutulan cəzanı ağırlaşdıran hal aşkar edilmədi. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 25.02.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər Məhkəməsinin 27.02.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan hesablanmışdır. ( iş vərəqə 17, 77-78) Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 25.02.2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan – 6,212 qram heroin və dörd ədəd bükümdə ümumi təmiz çəkisi 1,776 qram olan metamfetamin məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 81,82 (səksən bir manat səksən iki qəpik) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. (cild 1, iş vərəqə 41). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25.06.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 27.12.1996-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25.06.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30.03.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 04.03.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 25 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınmış 01 ədəd disk cinayət işinin materilallarında saxlanılsın, Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan 6,212 qram narkotik vasitə olan heroin və 1,776 qram psixotrop maddə olan metamfetamin məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 81,82 (səksən bir manat səksən iki qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar