Məhkəmə qərarları › İş №1(124)-9/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-9/2023

23.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-9/2023 23.02.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə2, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə1 və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxx 2005-ci ildə Quba şəhərində doğulmuş, Аzərbaycan Respublikası vətəndaşı, subay, təhsili olmayan, əvvəllər məhkum olunmamış, işləməyən, Xaçmaz rayonu İstisu qəsəbəsində daimi pasport qeydiyyatında olmaqla faktiki olaraq Quba rayonu 2ci Nügədi kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən qapalı məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 27 avqust 2021-ci il tarixdə günorta saatlarında Quba rayonu 2-ci Nügədi kəndi ərazisində, Quba-Qonaqkənd yolunun yaxınlığından keçən su kanalı olan yerdə dayanarkən, əvvəllər tanıdığı Quba rayonu 2-ci Nügədi kənd sakini xx xxxx 2011-ci ildə anadan olmaqla 14 yaşına çatmadığı aşkar surətdə ona bəlli olan Zərərçəkmiş şəxs yol ilə piyada hərəkət etdiyini görüb yanına çağırmış, sonuncu evlərinə getdiyini bildirərək ona yaxınlaşmaqdan imtina etdikdə cəld Zərərçəkmiş şəxs üzərinə yeriyib cibindən çıxartdığı kəsici alətlə (rezakla) hədələyərək əllərindən yapışıb yaxınlıqdakı kolluğa dartmış, cinsi ehtirasını pozğun formada təmin etmək məqsədilə azyaşlı olduğundan onunla edilən hərəkətlərin sosial mahiyyətini dərk etmək və müqavimət göstərmək qabiliyyətinə malik olmayan Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə etməklə arxa tərəfinə keçib şalvarını və alt tumanını aşağı çəkərək özü də şalvarından cinsiyyət üzvünü çıxarıb Qanuni nümayəndə1 anus dəliyinə daxil edərək onunla qeyri-təbii yolla cinsi əlaqədə olaraq anusa girəcəkdə selikli qişanın hiperemik və şişkin olması, anusa girəcəyin sağ tərəfində qançır və saat siferblatı üzrə “6” və “12” rəqəminə uyğun yerlərdə əzilmiş-cırılmış yaralardan ibarət morfoloji dəyişikliklərin müşayiət edilməsi ilə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirərək aşkar surətdə 14 yaşına çatmayan şəxsə qarşı uşaqbazlıq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, hadisə olana qədər o, Quba rayonu Nügədi kəndində yaşamışdır. Zərərçəkmiş şəxs da həmkəndlisidir. Onu əvvəl tanımış və kənddə görmüşdür. Ayxanın neçə yaşı olduğunu bilməmişdir. Hadisə günü 3 butulka pivə içmişdir. Sonra Ayxan özü onun yanına gəlmişdir. Bu zaman Ayxan özü şalvarını aşağı çəkərək onunla cinsi əlaqədə olmasını demişdir. Bundan sonra özü də şalvarını aşağı çəkmişdir. Ayxanla cinsi əlaqədə olandan sonra Ayxan gedib atasına məlumat vermişdir. Bununla belə verilən suallara cavab olaraq Təbriz Şükürov ifadəsində göstərdi ki, o cinsiyyət orqanını Zərərçəkmiş şəxs anus dəliyinə daxil etməmiş, Ayxanın anus dəliyində olan xəsarətlərin haradan yaranmasını o bilməmiş, onun üzərində “rezak”ın özü deyil yalnız qabı olmuş, həmin “rezak” ilə o, Ayxanı hədələməmişdir. Hadisədən sonra o, polisə aparılmış, orada ona təzyiq edilmiş, hüquqları izah edilməmiş və Ayxanla cinsi əlaqədə olmasını etiraf etmək tələb edilmişdir. Məhkəmədə elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs müdafiəçinin və qanuni nümayəndəsinin iştirakı ilə ibtidai istintaq zamanı verdiyi ifadəsində görünür ki, o, elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstər ki, o, 27 avqust 2021-ci il tarixdə günortadan sonra Quba rayonu 2-ci Nügədi kəndi ərazisində yerləşən su kanalı olan yerdə əvvəldən tanıdığı azyaşlı Zərərçəkmiş şəxsla qarşılaşmışdır. O Ayxanı təxminən bir həftə əvvəldən tanıyırdı. Onun azyaşlı olması və təxminən 10 yaşında olmasını qabaqcadan bilirdi. Həmin günü Ayxanla su kanalı olan yerdə qarşılaşdığında həm özü, həm də Ayxan tək olmuşdur. Yaxınlıqda da heç bir adam yox idi. Onunla qarşılaşan vaxtı o özü kanalın yanında durmuşdu ki, yaşadıqları fermaya gedən suyu kənardan heç kim gəlib qarşısını kəsməsin. Bu vaxtı Ayxan əvvəlcə əl arabası ilə keçib getmiş, harasa ot aparmışdır. Bir müddət sonra Ayxan geri qayıtdıqda onunla oturub söhbət etmişlər. Aralarında söhbət olanda birdən o, Ayxanla sonuncunun anal yerindən qeyri-təbii yolla cinsi əlaqədə olmaq fikrinə düşmüş, onun şalvarını, alt tumanını aşağı endirib çıxartmaqla onun istəyi olmadan Ayxanla zorla cinsi əlaqədə olmuşdur. O, Ayxanla cinsi əlaqədə olarkən ona heç bir xəsarət yetirməmiş, onu vurmamışdır. Ayxanda onunla cinsi əlaqədə olmasına müqavimət göstərməmiş, köməyə adam çağırmamış, ona vurmamış və xəsarət yetirməmişdir. Lakin sonradan gedib olanları sonradan anasınaatasına demişdir. O Ayxanla yalnız bir dəfə anal keçəcəyindən olmuşdur. Onunla Ayxan arasında 27 avqust 2021-ci il tarixdən əvvəldən cinsi əlaqədə olmaq barədə heç bir danışıq olmamışdır. Hadisə vaxtı Ayxan özü də onunla cinsi əlaqədə olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs bildirmişdir ki, hadisə anında onun cibində 01 ədəd kəsici “rezak” olmuşdur. Lakin həmin kəsici əşya ilə o, Ayxanı onunla cinsi əlaqədə olması üçün hədələməmişdir. Həmin kəsici əşyanı cibində torba kəsmək üçün saxlayırdı. O, üzərində olmuş kəsici “rezakı” ümumiyyətlə cibindən çıxartmamış və onu Ayxana qarşı tətbiq etməmişdir. O törədiyi əməlindən peşmandır. (Cild 1, iş vərəqləri 77-78) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi qəbul edilməsi üçün tədqiq edərək qiymətləndirir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş azyaşlı Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyi bildirməklə ifadələrində göstərmişdir ki, Quba rayonu 2-ci Nügədi kəndində valideynləri ilə birlikdə yaşayır. 27 avqust 2021-ci il tarixdə günorta saatlarında bibisi Bülbüləgilə ot aparmağa getmiş, oradan tək evlərinə qayıtdıqda su kanalı olan yerdə Təbrik adlı həmkəndlisinin dayandığını görmüşdür. Təbrikdə su kanalının yanında tək olmuş, başqa heç kəs olmamışdır. Təbrik ona gedib birlikdə meyvə yeməyi təklif etmiş və o, Təbrikin təklifi ilə razılaşmışdır. Sonra Təbrik onun qolundan tutub su kanalı yaxınlığındakı kolluq yerə aparmışdır. Bu zaman Təbrik onun arxa tərəfinə keçib əynindəki şalvarı və alt tumanını aşağı çəkərək onunla cinsi əlaqədə olmuşdur. Təbrikin əlindən qaçmağa çalışsa da, o, arxadan biləyindən bərk tutub saxlamışdır. Sonra o, “evdəkilərə heç nə deməsən əlimdəkini sənə verəcəm” demişdir. Onun əlində isə narıncı rəngli plastmas qaba oxşar əşya olmuşdur. Təbrik onunla cinsi əlaqədə olduqdan sonra onun arxası ağrımışdır. Bu haqda evdə anasına demiş, anası isə atasına demişdir. Sonra onu həkimə aparmışlar. Təbrik ilkin olaraq onu hədələməklə heç kimə deməməyi tapşırmış, sonra da həmin narıncı qabı göstərib heç kimə demədiyi halda ona verəcəyini bildirmişdir. Bununla belə ibtidai istintaq zamanı verdiyi ifadəsində Zərərçəkmiş şəxs göstərmişdir ki, Təbrik özü ona yaxınlaşıb qarşısını kəsmiş, cibindən “narıncı” rəngdə bir əşya çıxarıb kəsici hissəsini açmaqla onu hədələyərək onunla gəlməsini tələb etmiş, əks halda onu bıçaqlayacağını söyləmişdir. (Cild 1, iş vərəqləri 36-37) Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 27 avqust 2021-ci il tarixdə azyaşlı oğlu Ayxan günorta saatlarında 5 dəqiqəlik bibisigilə getmişdir. Onun gecikdiyini görüb narahat olmuş, baldızına zəng vurub Ayxanı soruşmuş, lakin o Ayxanın getdiyini demişdir. Ayxana görə narahat olmağa başlamış, lakin bir müddət sonra Ayxan gəlmiş və sonra ləvazimat yığmaq üçün istifadə etdikləri əl damına getmişdir. Bundan şübhələnərək onun arxasınca getdikdə Ayxanın paltarlarını dəyişdiyini görmüş və onun üzərində qızarıqlar olmuşdur. Nə baş verdiyini soruşduqda Ayxan qonşu Təbrikin ona sataşdığını demişdir. Necə sataşdığını soruşduqda isə onunla arxadan cinsi əlaqədə olduğunu demişdir. Ayxanın arxasına baxdıqda orada qan ləkələrinin olduğunu gormuşdür. Bu haqda qaynatasına danışmış və sonuncu polisə şikayət etməyi demişdir. Verilən suallara cavab olaraq isə Şahid2 ifadəsində göstərmişdir ki, ilk dəfə Ayxan ona Təbrikin onu hədələyərək cinsi əlaqədə olmasını demişdir. Bundan əlavə Şahid2 öz xətti ilə yazdığı ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, hadisə barədə oğlu Ayxanı sorğu-sual edərkən sonuncu ona evə tək gələrkən su kanalı olan yerdə Təbrik adlı oğlanın onu saxlayıb üstünə cibindən kəsici bir şey çıxarıb qorxuzaraq hədələdiyini və kolluq yerə dartıb apararaq onunla zorla anal yolundan cinsi əlaqədə olduğunu demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Qanuni nümayəndə1 və Şahid1 Şahid2 ilə oxşar məzmunlu ifadələr verməklə onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs anası Qanuni nümayəndə2 ifadəsində göstərdi ki, hadisənin təfərrüatları barədə onun məlumatı yoxdur. Daha sonra, o, göstərmişdir ki, istintaq dövründə Təbrikin ifadəsini onun özü yazmış, lakin müstəntiqin dediyi sözləri yazmışdır. Təbrik heyvana ot verdikdən sonra “rezak”-ın cibində qalmasını demişdir. Müdafiəçini cəmi 1 dəfə görmüşdür. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-tibb ekspertinin 27 avqust 2021-ci il tarixli 888 №-li rəyi ilə müəyyən edilmişdir ki, azyaşlı Zərərçəkmiş şəxs arxa keçəcək nahiyəsində onunla qeyri-təbii yolla cinsi əlaqədə olmasını göstərən xarakterik morfoloji dəyişikliklər – anusa girəcəkdə selikli qişanın hiperemik və şişkin olması, anusa girəcəyin sağ tərəfində qançır və saat siferblatı üzrə “6” və “12” rəqəminə uyğun yerlərdə əzilmiş-cırılmış yaralar aşkar edilmişdir, bunlar da bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, belə bərk küt əşya ereksiya vəziyyətində olan kişi xarici cinsiyyət üzvü ola bilər, onun törənmə müddəti müayinə olunan günə, yəni hadisənin baş verdiyi 27 avqust 2021-ci il tarixdə yetirilməyə uyğun gəlir. Anus yolunda aşkar edilmiş həmin xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Onun arxa keçəcəyində olan morfoloji dəyişikliklər əvvəllər onunla qeyri-təbii yola cinsi əlaqədə olmasına dəlalət etmir. (Cild 1, iş vərəqləri 23-24) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-ballistik ekspertizasının 29 sentyabr 2021-ci il tarixli 3/1574 №-li ekspert rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş və tədqiqata təqdim edilmiş 01 ədəd “kəsici-rezak” olan predmet kustar üsulla hazırlanmış, təsərüfat-məişət təyinatlı kağız, karton, faner və s. kəsmək üçün nəzərdə tutulmuş kəsici-batıcı xassəyə malik alətin tiyəsidir, soyuq silah hesab edilmir, onun üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişiklik edilməmişdir. (Cild 1, iş vərəqləri 128-130) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-lifli materialların tədqiqi ekspertizasının 12 oktyabr 2021-ci il tarixli 6/4110 №-li rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olan 01 ədəd alt tumanın səthi üzərindən aşkar edilmiş göy rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olan 01 ədəd köynəyin tərkib liflərinə uyğun gəlirlər. Həmçinin tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olan 01 ədəd alt tumanın səthi üzərindən aşkar edilmiş boz rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olan 01 ədəd şortun tərkib liflərinə uyğun gəlirlər. (Cild 1, iş vərəqləri 120-126) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən azyaşlı Zərərçəkmiş şəxs komisyon kompleks ambulator məhkəmə-psixiatrik və məhkəməpsixoloji ekspertizasından keçirilməsinə dair 11 noyabr 2021-ci il tarixli 2639 №-li ekspert rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, həmçinin ona qarşı törədilən əməl dövründə hər hansı bir xəstəlik və ya psixi fəaliyyətin pozulması əlamətləri aşkar olunmayıb. Zərərçəkmiş şəxs yaş xüsusiyyətlərini nəzərə alaraq təqsirləndirilən şəxsin ona qarşı törətdiyi əməlin sosial mahiyyətini dərk etməmişdir. Onun emosional halından asılı olaraq öz hərəkətlərini və ona qarşı edilən hərəkətləri dərk etmək qabiliyyətinə malik olmuşdur. Əqli inkişafı yaş xüsusiyyətlərinə uyğundur, ləngimə və gerilik əlamətləri aşkar olunmur. Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə (psixi fəaliyyətinin xarici aləmə yönəlməsi) daha yaxındır. Ünsiyyətçilik, fəallıq, həssaslıq kimi xaraterik xüsusiyyətlərə malikdir. Onda özündən uydurmağa, başqa şəxslərin təsiri altında hərəkət etməyə və ya yalan danışmağa meyllilik əlamətləri müşahidə olunmadı. O baş vermiş hadisəni düzgün qavramaq, təsvir etmək və bu barədə məlumt vermək qabiliyyətinə malikdir. (Cild 1, iş vərəqləri 131-134) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Təqsirləndirilən şəxs komisyon kompleks ambulator məhkəmə-psixiatrik və məhkəməpsixoloji ekspertizasından keçirilməsinə dair 12 noyabr 2021-ci il tarixli 2661 №-li ekspert rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir xəstəlik və ya psixi fəaliyyətin pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməli törətdikdə anlaqlı olmuşdur. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hadisə zamanı emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Onun əqli inkişafında gerilik və ləngimə halları aşkar edilməmişdir. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə (psixi fəaliyyətinin xarici aləmə yönəlməsi) daha yaxındır. Eqosentrizm, kobudluq, başqalarının hiss və həyəcanlarına qarşı biganəlik kimi xarakterik xüsusiyyətlərə malikdir. Onda özündən uydurmağa, yalan danışmağa, başqa şəxslərin təsiri altında hərəkət etməyə meyllilik əlamətləri müşahidə olunmadı. (Cild 1, iş vərəqləri 135-137) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 27 avqust 2021-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs əynində olmuş 01 ədəd köynək və 01 ədəd şort, eləcə də Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd alt tumanı götürülmüş və 21 dekabr 2021-ci il tarixli qərarla maddi sübut qismində tanınmaqla saxlanılması üçün Quba RPŞ-nin maddi sübutlar otağında təhvil verilmişdir. (Cild 1, iş vərəqləri 7-8, 12-14, 153-158) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 28 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş 01 ədəd kəsici əşya olan “rezak” fotoşəkil çəkilməklə götürülmüş və 21 dekabr 2021-ci il tarixli qərarla maddi sübut qismində tanınmış və saxlanılması üçün Quba RPŞnin maddi sübutlar otağında təhvil verilmişdir. (Cild 1, iş vərəqləri 17-22, 153-158) Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİdən alınmış tələbnamənin cavabından görünür ki, təqsirləndirilən şəxsin əvvəllər Azərbaycan Respublikası ərazisində məhkumluğu olmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törədərkən zərərçəkmiş şəxsi kəsici alətlə hədələməməsi, azyaşlı zərərçəkmiş şəxsin könüllü olaraq onunla cinsi əlaqədə olması, ibtidai istintaq zamanı verdiyi ifadələrin həqiqəti əks etdirməməsi ilə bağlı məhkəmədə verdiyi ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini obyektiv həqiqəti əks etdirən daha mötəbər sübut kimi qəbul edir. Məhkəmə həmçinin qeyd edir ki, azyaşlı Zərərçəkmiş şəxs və onun anası Şahid2 ibtidai istintaq zamanı verdikləri ifadələrində Təqsirləndirilən şəxs kəsici alətlə Zərərçəkmiş şəxs hədələdiklərini göstərsələr də məhkəmədə bunu təsdiq etməmişlər. Məhkəmə, həmkəndli olmaqla aralarında barışıq əldə olunmuş təqsirləndirilən və zərərçəkmiş şəxs, eləcə də onların valideynlərinin bu ifadələrini Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdləri kimi qiymətləndirir. Bu səbəbdən də məhkəmə Zərərçəkmiş şəxs və onun anası Şahid2 ibtidai istintaq zamanı verdikləri ifadələri daha mötəbər sübut kimi qəbul edir. Eyni əsasla məhkəmə Təqsirləndirilən şəxs anası Qanuni nümayəndə2 məhkəmədə verdiyi ifadəsini mötəbər sübut kimi qəbul etmir və hesab edir ki, həmin ifadə övladının cinayət məsuliyyətinin yayındırmasına yönəlmişdir. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə görə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə qeyd edir ki, cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi və təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2 və 59.1.12-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 29 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, barəsində Quba rayon məhkəməsinin 31 avqust 2021-ci il tarixli qərarı ilə əvvəli tutulduğu tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 56, 85-86) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 29 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin cinayət törədərkən yetkinlik yaşına çatmadığını nəzərə alaraq qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5-ci maddəsinin tələbinə əsasən azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5-ci və 60-cı maddələrinin tələblərini rəhbər tutmaqla hesab edir ki, təqsirləndirilən şəxsə ittiham olunduğu Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsinin sanksiyası ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq təyin edilmiş cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Belə ki, “Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 iyun 2002-ci il tarixli Qərarının 12-ci bəndində də qeyd edilmişdir ki, şəxs yetkinlik yaşına çatmadığı dövrdə qəsdən cinayət törətmiş şəxs (o cümlədən xüsusilə ağır cinayət) hökm çıxarılan vaxt yetkinlik yaşına çatarsa və azadlıqdan məhrum etmə cəzasına məhkum edilərsə, o, cəzasını çəkmək üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinə, ehtiyatsızlıqdan cinayət törətməyə görə 5 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdə isə məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Quba RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd köynək və 01 ədəd şort, eləcə də azyaşlı Zərərçəkmiş şəxs götürülmüş 01 ədəd alt tumanı həmin şəxslərin valideynlərinə qaytarılmalı, qəbul edilmədikdə isə məhv edilməli, 01 ədəd kəsici əşya olan “rezak” isə məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 218 (iki yüz on səkkiz) manat 28 (iyirmi səkkiz) qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin qohumları tərəfindən onun hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə müqavilə bağlandığından, müdafiəçinin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 29 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs 218 (iki yüz on səkkiz) manat 28 (iyirmi səkkiz) qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə maddi sübut olub Quba RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd köynək və 01 ədəd şort, eləcə də azyaşlı Zərərçəkmiş şəxs götürülmüş 01 ədəd alt tumanı həmin şəxslərin valideynlərinə qaytarılsın, qəbul edilmədikdə isə məhv edilsin, 01 ədəd kəsici əşya olan “rezak” isə məhv edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar