Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-90/2024 19.03.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi: X7, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Tərcüməçi: Təqsirləndirilən şəxs Əmirağa oğlunun iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Qusar rayonu, Zindan Muruq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, “X21” MMC-də fəhlə işləmiş, Qusar rayonu, Atlıxan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,149.1, 150.2.3 (01 fevral 2023-cü il tarixədək qüvvədə olan redaksiyada), 150.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən qapalı məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs öz doğma dayısı qızı Şahid2 ilə 2008-ci ildə evləndikdən sonra Şahid2 əvvəlki nikahdan olan qızı xx.xx.1999-cu il təvəllüdlü Zərərçəkmiş şəxs 2016-cı ilin yay aylarında yaşadığı Qusar rayonu Atlıxan kəndində yerləşən evində sonuncunun onun üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs olmasına baxmayaraq, Zərərçəkmiş şəxs iradəsinə zidd olaraq bədəninin qurşaqdan aşağı nahiyələrini, ayaqlarını, qollarını əlləməklə seksual xarakteli digər zorakılıq hərəkətləri etmişdir. Bundan sonra o, təkrarən Zərərçəkmiş şəxs 2016-cı ilin yay aylarından etibarən 16 oktyabr 2022-ci il tarixədək olan müddətdə, yaşadığı Qusar rayonu Atlıxan kəndində yerləşən evində mütəmadi olaraq müxtəlif tarixlərdə onun üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs olduğuna baxmayaraq, Zərərçəkmiş şəxs iradəsinə zidd olaraq bədəninin qurşaqdan aşağı nahiyələrini, ayaqlarını və ombasını əlləmiş, sonradan Zərərçəkmiş şəxs ailə həyatı qurub evləndikdən və bir müddətdən sonra boşanıb onlarla yaşamağa başladıqdan sonra da öz seksual xarakteli digər zorakılıq hərəkətlərini davam etdirmiş, onun bu hərəkətləri barədə arvadı Şahid2 xəbər tutduğuna görə aralarında dəfələrlə mübahisələr, dava-dalaş olmasına baxmayaraq, bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz versə də, yenə də seksual xarakteli digər zorakılıq hərəkətlərini Zərərçəkmiş şəxs qarşı davam etdirmiş, sonuncu dəfə 16 oktyabr 2022-ci il tarixdə saat təxminən 17 radələrində Quba şəhərində qohumları tərəfindən keçirilən toy məclisində iştirak etdikdən sonra yaşadığı kəndə qayıdarkən yolda olan zaman Qusar rayonu Atlıxan kəndi ərazisində Şahid6 idarə etdiyi “Vaz-2106” markalı taksi avtomobilində sərxoş vəziyyətdə Zərərçəkmiş şəxs iradəsinə zidd olaraq ayaqlarını əlləməklə təkrarən ona qarşı seksual xarakteli digər zorakılıq hərəkətlərini etmişdir. Bundan başqa o, 16 oktyabr 2022-ci il tarixdə, saat təxminən 18 radələrində Quba şəhərində toy məclisində iştirak edib Qusar rayonu Atlıxan kəndində yerləşən yaşadığı evə çatdıqdan sonra Zərərçəkmiş şəxs evdə ona yatması üçün yer salarkən yataq otağını iki hisssəyə ayıran divarda istilik keçməsi üçün qoyulmuş dəlikdən onun arxa nahiyəsinə pis niyyətlə baxdığını görüb bunun üstündə aralarında sözlü mübahisə yaranmış, Zərərçəkmiş şəxs digər yataq otağına keçib bəzək əşyalarını çıxardarkən, evdə olan doğma oğlu X6 arxasınca taksi gəlib- gəlməməməsi ilə maraqlanmaq bəhanəsi ilə evdən göndərib Zərərçəkmiş şəxs tək olduğu otağa daxil olub onun üstünə getmiş, Zərərçəkmiş şəxs otaqdan çıxmaq istəyərkən, onun qabağını kəsib əlləri ilə onu itələyərək otaqda olan taxt çarpayının üstünə yıxmış, çarpayıdan qalxmağa imkan verməyib özü də Zərərçəkmiş şəxs üstünə uzanaraq əlləri ilə hər iki qolunu tutub zorla çarpayıya sıxaraq indi neyləyəcəksən deyib cinsi əlaqədə olacağını bildirib onunla zorla cinsi əlaqədə olmağa cəhd etmiş, Zərərçəkmiş şəxs ondan yaxa qurtarmaqdan ötrü müqavimət göstərib qışqıraraq hay-küy saldıqda onun ağzından sillə ilə vurub daha sonra ağzını tutaraq müqavimətini qırmağa çalışmış, bu zaman Zərərçəkmiş şəxs onun sərxoş vəziyyətdə, halsız olmasından istifadə edərək onu çətinliklə kənara itələyib altından qalxıb, otaqdan qaçmaq istəyərkən özü ondan əl çəkməyərək üstünə gedib onu dartıb, bir də çarpayı taxtının üstünə yıxmağa çalışıb üzünə sillə ilə vurmuş, bu vaxt Seyyad Babayevin otağa daxil olaraq aralarına girib onu tutaraq Zərərçəkmiş şəxs kənarlaşdırması, daha sonra isə Zərərçəkmiş şəxs ilə birlikdə otaqdan çölə qaçdıqlarına görə öz iradəsindən asılı olmayan səbəblərə görə Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməklə onunla zorla cinsi əlaqədə olmağa yönəldilmiş qəsdən törədilən əməlini başa çatdıra bilməməklə onu zorlamağa cəhd etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, Elladanın anası özü əxlaqsız işlərlə məşğul olduğuna görə onun üzərinə şər atır. Onların arasındakı mübahisə onun əxlaqsızlığına görə olmuşdur. Elladanın anasının mobil telefonunda olan şəkillərin hamısını görmüşdür, hətta o da boynuna almışdır. Qusarın Hil kəndindən bir oğlanla görüşdüyünü özü boynuna almışdır. O, bütün bu söhbətlərdən xəbər tutmuş, ona edilən ittiham da şər-böhtandır. İttihama gəldikdə, o toyda olmuş, sərxoş olmuşdur. Amma ittihamda qeyd olunan hərəkətləri o etməmişdir. Baş verənlərdən qabaq da Elladagil ana-bala plan qurmuşdurlar, o bu barədə eşitmişdir. Lakin o uşağa görə bu söhbətin dərinliyinə getməmişdir. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, “Şərlənirəm” dedikdə onu nəzərdə tutmuşdur ki, o ittihamda elan olunmuş hərəkətləri etməmişdir. O, Tünzalənin əxlaqsızlığını tutmuşdur deyə, onu şərləyirlər. Əxlaqsızlıq deyəndə ki, Tünzalənin mobil telefonuna göndərilən və ya sonuncunun mobil telefonundan göndərilən çılpaq şəkilləri tutmuşdur. Onu polisə verməmişdən beş-altı ay qabaq çılpaq şəkilləri tapmışdır. Çılpaq şəkillər lüt şəkillər idi, qarşılıqlı olaraq bir-birilərinə göndərmişdirlər. Çılpaq fotoşəkillərin göndərildiyi adam müəyyən olunmuşdur. Həmin şəxs Hil kəndindən “Omik” idi. O, qızının deyil, arvadının çılpaq şəkillərini tutmuşdur. “Omik” adlı şəxsin adını əvvəldən bilməmişdir, sonradan öyrənmişdir. O, telefona zəng vurmuş, cavab verməmişdirlər, bundan sonra o, şəkilləri tapmışdır. Arvadı ilə “Omik” adlı şəxs bir-birilərinə çılpaq şəkillərini göndərmişdirlər. Arvadının telefonunda qarşı tərəfin mobil nömrəsini görmüşdür. Tünzalənin şəkillərini tutduqdan sonra onun yaxın qohumlarına bu barədə heç bir məlumat verməmişdir. Şəkilləri tutduqdan sonra arvadını döymüşdür, bacısının da bu söhbətdən xəbəri var idi. Qaynatası hazırda yaşayır, sağdır. Qaynatasına da arvadının çılpaq şəkilləri barədə heç nə bildirməmişdir. Şahid2 mobil telefonunda şəkilləri tapdıqdan sonra bu barədə polisə məlumat verməmişdir. Elladaya sillə vurmuşdur. Toydan evə qayıtmaq istəyən zaman Zərərçəkmiş şəxs toyda tapa bilməmişdir. Elladaya sillə vurduğu tarix yadında deyildir. Elladaya silləni toyda iştirak etdikləri gün vurmuşdur. Sillə vurmağına səbəb Zərərçəkmiş şəxs toyda axtarmağı olmuşdur. Silləni evdə vurmuşdur. Sillə vuran zaman evdə kim olduğunu dəqiq bilməmiş, deyəsən Seyyad evdə olmuşdur. O, həmin gün zərər çəkmiş şəxslə zorla cinsi əlaqədə olmağa cəhd etməmişdir. Onu şərləmək Elladanın anasıyla birgə qurmuş olduğu plandır. Bundan qabaq o, onların bu barədə danışıqlarını eşitmişdir. Bu barədə hansısa hüquq mühafizə orqanına şikayət etməmişdir. Zərərçəkmiş şəxs ilə arasında ədavət və ya düşmənçilik münasibəti olmamışdır. Axır vaxtlar Elladayla arasında soyuqluq yaranmışdır. Belə ki, Ellada işləmək üçün Bakıya getmişdir. O, özü işləyib qazandığını əsas gətirərək onun işləməyinə qarşı çıxmışdır.16 oktyabr 2022-ci il tarixdə bacanağının qardaşı uşağının toy mərasimində olmuşdur. Toy mərasimində nə qədər spirtli içki qəbul etdiyi yadında deyildir. Toyda arvadı iştirak etməmişdir. Arvadı Bakıda olduğu üçün toy mərasimində iştirak etməmişdir. Toy mərasimində Elladayla o, iştirak etmişdir. Toydan qayıtdığı saatı bilməmiş, ancaq qaranlıq düşmüşdür. Avtomobili Alik idarə etmiş, Alikin avtomobilində Elladaya qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməmişdir. Seyyadın Elladaya sillə vurmağını görüb-görmədiyini bilməmiş, ancaq Seyyad evdə olmuşdur. 20 oktyabr 2022-ci il tarixdə ərizə verməyi yadında deyildir. Cinayəti etirafla bağlı ərizəni onlar deyiblər, o, yazmışdır. Ərizəni özü yazmamışdır. Onu döyüb, ərizədə ona deyilənləri yazmağı tələb olunmuşdur. Ona elektro şok vermişdirlər. Onun başına torba keçirib döyən, ona elektroşok verən şəxsin kim olduğunu bilməmişdir. Ona qarşı edilən qanunsuz hərəkətlərlə bağlı harasa müraciət etməmişdir. Barəsində “həbs” qətimkan tədbiri seçilən zaman məhkəmədə ona qarşı edilmiş qanunsuz hərəkətlərlə bağlı heç nə bildirməmişdir. Qızının yarıçılpaq şəkilləri onun telefonunda olmamışdır. Qızının hansısa şəklini kiməsə göndərməmişdir. Qızının yarıçılpaq şəkillərini çəkib telefonunda saxlamağı kimi hal olmamışdır. Qeyd olunan şəkillər onun mobil telefonunda olmamışdır. Elə hal olmayıb ki, kimsə qızının yarıçılpaq şəkillərini mobil telefonunda görsün. Arvadı ilə münasibəti əvvəllər normal olub, bu söhbətlərdən sonra pozulmuşdur. Arvadının şəkillərini tutmamışdan qabaq qonşu kənddən bir kişiylə söhbət etdiyini eşitmişdir. Arvadının danışdığı şəxsin soyadını bilməmiş, adı “Mayıl” olmuş, “Omik” adlı şəxsin mobil nömrəsi olmuşdur. Nömrə arvadının telefonunda idi. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, onu hazırda ittiham oldunduğu əməllə şərləmək Elladayla anasının öz planları olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqında elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, arvadı Şahid2, oğlu X10, ögey qızı Zərərçəkmiş şəxs ilə birlikdə yaşamışdır. Qusar rayonu Atlıxan kəndi yaxınlığında yerləşən "X21” MMCnin meyvə bağlarında fəhlə işləyib ailəsini dolandırmışdır. Arvadı Şahid2 və ögey qızı Zərərçəkmiş şəxs heç bir yerdə işləməmişlər, evdar qadındırlar. X19 Qusar rayonu Atlıxan kənd tam orta məktəbinin 7-ci sinfində təhsil alır, dərslərini orta səviyyədə oxuyur, Avadı Şahid2 doğma dayısı qızıdır. İlk evliliyi dayısı qızı Şahid2 ilə olmuş, onunla rəsmi nikahla ailə həyatı qurmuşlar. Şahid2 ondan əvvəl Qusar rayonu Atlıxan kənd sakini Adil Savzixanova ərə getmiş, 3 il onunla rəsmi ailəli olduqdan sonra boşanmışdır. Arvadı Şahid2 Adil Savzixanovla nikahından Ellada adlı qızları dünyaya gəlmiş, Adildən boşandıqdan sonra Ellada anası ilə birlikdə yaşamışdır. Şahid2 ilə 2008-ci ilin iyun ayında rəsmi şəkildə evlənmişlər. Evləndikdən sonra Zərərçəkmiş şəxs da anası ilə birlikdə onun evinə köçüb onlarla birlikdə yaşamışdır. Tünzalə ilə nikahlarından 2009-cu ildə X19 doğulmuşdur. Zərərçəkmiş şəxs ögey qızı olmuş, Şahid2 ilə ailə quranda onun 9 yaşı olmuş, ailə qurduqdan sonra anası ilə birlikdə onun evinə köçərək yanında böyümüşdür. Ellada xx.xx.2019-cu ildə ömər adlı Bakı şəhər sakini ilə rəsmi şəkildə ailə həyatı qurub onunla Bakı şəhərində yaşamış, lakin yola getmədiklərinə, xasiyyətləri düz gəlmədiyinə görə evləndikdən təxminən 3 ay sonra, yəni 2020-ci ilin təxminən mart ayında ərindən ayrılıb onların yanlarına, yəni Qusar rayonu Atlıxan kəndinə qayıdıb onlarla birlikdə yaşamış, bir neçə ay sonra əri Ömərlə rəsmi şəkildə “Asan Xidmət"-də boşanmışlar, Ömərlə nikahlarından Zərərçəkmiş şəxs övladı olmamış, boşandıqdan sonra başqa şəxsə ərə getməmiş, heç kəslə yaxınlıq münasibəti olmamışdır. Ailə üzvləri arasında, o cümlədən onunla ögey qızı Zərərçəkmiş şəxs ilə yaxşı münasibətləri olmuş, aralarında narazılıq, dava-dalaş olmamışdır. Yaşadıqları evləri 3 otaqlı olsa da, 1 otaq təmirli, digər 2 otaq isə təmirsiz olmuşdur. Bu səbəbdən təmirli otağı 2 hissəyə bölüb orada yaşamışlar. Arvadı ilə özü bir otaqda, uşaqlar isə digər otaqda yatmışlar. Evləri tam təmir olunmadığına görə Zərərçəkmiş şəxs ilə X19 eyni yataqda yatmışlar, ögey qızı Zərərçəkmiş şəxs həddi-buluğa çatıb 16 yaşı tamam olduqdan sonra özündə ona qarşı intim hissləri yaranmış, onunla nə yolla olur-olsun cinsi əlaqədə olmaq istəmişdir. Bu fikirlər beynindən çıxmadığından özünü zorla saxlamış, Elladanın ayaqlarına, sinəsinə baxanda ehtiraslanmış, imkan tapan kimi yanlarında heç kəs olmayanda Elladanın əlinə, ayaqlarına, oturacağına, bədəninin müxtəlif nahiyələrinə əl atıb, əlini sürtməklə, onu qucaqlamaqla öz ehtirasını söndürmüşdür. Zərərçəkmiş şəxs dəfələrlə bu cür hərəkətlərinə görə ona acıqlanıb əl çəkməsini, ona qarşı belə hərəkət etməkdən xoşunun gəlmədiyini, onu özünə ata bildiyini desə də, yalandan ona təsadüfən toxunduğunu, bilmədən əlinin dəydiyini deyib onu yola vermişdir. Ellada qız uşağı olduğundan bu barədə kiməsə nəsə bir söz deməyəcəyini də bilmiş, bu minvalla imkan düşən kimi onun bu hərəkətlərdən xoşu gəlmədiyini, narazı olduğunu bilə-bilə Elladaya toxunmaqla, qucaqlamaqla, onu əlləməklə ehtirasını təmin etmişdir. 2021-ci ilin iyul ayında, təxminən günorta vaxtı, evə gedəndə ögey qızı Zərərçəkmiş şəxs evdə tək qonaq otağında olan divanda yuxuladığını görüb ehtiraslandığından öz ehtirasını təmin etməkdən ötrü onun yanına gedib ayaqlarına əlini sürtməyə başlamışdır. Ellada yuxudan ayılaraq onu özündən itələyib əl vurmamasını deyib mübahisə edərək artıq bu cür hərəkətlərindən bezdiyini bildirmişdir. Elladanın çox hirsləndiyini görüb ona cavab verməyib olduğu otaqdan çıxmışdır. Təxminən 1 saat sonra arvadı Şahid2 evə gələndə ögey qızı Ellada onun yanında anasına onu əllədiyini demişdir. Arvadı bunu bilib onunla mübahisə edib üzünə tüpürmüş, hər şeyin üzə çıxdığını, nəyisə gizlətməyin mümkün olmadığını görüb arvadına and-aman edərək bir də belə iş görməyəcəyini, Elladaya başqa gözlə baxmayacağını demişdir. Bir müddət özünü saxlasa da təxminən 1 ay sonra, yəni 2021-ci ilin sentyabr ayında ögey qızı Zərərçəkmiş şəxs ilə evdə tək olarkən özünü saxlaya bilməyərək ona arxadan yaxınlaşıb oturacaq nahiyəsini əlləmişdir. Ellada onun hərəkətindən bərk acıqlanaraq ağzından çıxanı demiş, təsadüfən ona toxunduğunu, pis niyyəti olmadığını deyib Elladanı sakitləşdirib bir də belə bir şey baş verməyəcəyini, heç kəsə bir söz deməməsini xahiş etmişdir. 2022-ci ilin təxminən mart ayında arvadı Şahid2 belində yırtıq olduğuna görə müalicə olunmaqdan ötrü Bakı şəhərinə getmiş və təxminən 20 gün müddətində bacısı Əntiqə Təhməzovanın evində qalaraq həkimə gedib-gəlmişdir. Tünzalə Bakı şəhərinə getdikdən sonra ögey qızı Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmaq fikri ağlına girmiş, heç özü də bunun necə baş verdiyini bilməmişdir. Elladanın qız uşağı olmadığını, ərə gedib-qayıtdığını bildiyindən onunla rahat cinsi əlaqədə ola biləcəyini fikirləşmiş, ancaq bu hissi öz daxilində çəkmiş, Elladaya hiss elətdirməmiş, öz mobil telefonunda da boş vaxtlarında pornoqrafik videolara, seksə baxıb ehtiraslanmış, Ellada ilə cinsi əlaqədə olmaq fikrinə düşmüşdür. Elladaya baxanda hər dəfə ehtiraslanmış, Şahid2 Bakı şəhərində olduğuna görə cinsi əlaqədə ola bilmədiyindən, ögey qızı Zərərçəkmiş şəxs qarşı İntim hissləri daha güclənmiş, tez- tez pornoqrafik videolara baxıb özünü sakitləşdirmişdir. Ellada ilə cinsi əlaqədə olmaq istəsə də, ərə gedənə qədər qız uşağı olduğunu bildiyinə görə ona ancaq əlini sürtüb ehtirasını söndürmüş, onunla cinsi əlaqədə olmağın mümkün olmadığını bilmişdir. Ellada ərdən boşanıb gələndən sonra isə qız uşağı olmadığına görə onunla cinsi əlaqədə ola biləcəyini bilmişdir. 2022-ci ilin təxminən mart ayında, arvadı Şahid2 Bakı şəhərində olarkən, gecə saat təxminən 01 radələrində sərxoş halda ögey qızı Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmaq fikri yenidən ağlına gəlmiş, bunun üçün gecə vaxtı uşaqlar yatdığı otağa keçərkən hər ikisinin yuxuya getdiyini görmüşdür. Zərərçəkmiş şəxs sol çiyni üstə yatmış, üzərində yorğan olmamış, əynində gecə paltarı olan şalvar-köynək olmuşdur. X11rşısında, arxası ona, üzü də otağın divarına tərəf yatmışdır, öz ehtirasını təmin etmək məqsədilə mobil telefonunun işığını yandırıb Elladanın şalvarını və əynində olan tursikini yarıya qədər aşağı çəkmiş, tursiki aşağı çəkdikdən sonra mobil telefonu vasitəsi ilə Elladanın cinsiyyət orqanını və arxa keçəcək nahiyəsinin fotoşəkillərini çəkmiş, sonra onun cinsiyyət orqanına əl barmaqları ilə toxunub şəklini çəkmiş, ehtirasını təmin etmək üçün əlini sürtmüş, daha sonra Elladanın paltarlarını yuxarı çəkib otaqdan çıxmışdır. Təxminən 2-3 dəqiqə ərzində bu hərəkətləri etmişdir. Elladanın paltarlarını çıxardıb onun fotoşəkillərini çəkərkən ögey qızı Zərərçəkmiş şəxs və X19 yuxuda olduqlarından onun bu hərkətlərindən xəbər tutmamışlar. Bundan sonra Zərərçəkmiş şəxs qarşı heç bir seksual, intim hərəkət etməmişdir. Bir müddət sonra oğlu Təqsirləndirilən şəxs telefonunda qızı Zərərçəkmiş şəxs çəkdiyi şəkillərini görüb ondan xəbərsiz bu şəkilləri arvadı Şahid2 mobil telefonuna göndərmişdir. Şahid2 növbəti gün Bakı şəhərindən qayıtdıqdan sonra tutduğu işə görə onunla mübahisə edərək Elladaya bu barədə danışdığını, nəyə görə belə bir iş tutduğunu soruşmuşdur. Tünzalədən üzr istəyib, sərxoş olduğuna görə özündə olmadığından Zərərçəkmiş şəxs gecə yatarkən cinsiyyət orqanın şəkillərini çəkdiyini, bir daha belə iş görməyəcəyini bildirmişdir. Bu söhbətdən sonra ailə üzvləri bir müddət onunla küsülü qalsalar da, daha sonra barışıb bir ailə kimi mehriban yaşamağa davam etmişlər. Ancaq Elladaya qarşı cinsi istəyi qalmışdır. xx.xx.2022-ci il tarixdə ögey qızı Zərərçəkmiş şəxs ilə birlikdə Quba şəhərində yerləşən “Mübarək” şadlıq sarayında keçirilən Adil adlı qohumunun oğlunun toyuna getmişlər. Toyda spirtli içki qəbul edərək sərxoş olmuş, saat təxminən 17 radələrində sərxoş vəziyyətdə Ellada ilə birlikdə qonşu kəndçisi Radik deyə müraciət etdikləri Şahid6 "Vaz 2106” markalı taksi avtomaşını ilə yaşadıqları rayonun Atlıxan kəndinə qayıtmışlar. Avtomaşının qabaq oturacağında əyləşmiş, yolda olarkən sərxoşluğun təsiri altında ehtiraslamb Qusar rayonu Atlıxan kəndinə çatanda taksi avtomobilində əllərini gizlincə arxaya atıb Elladanın ayaqlarını əlləyib sığallamış, Ellada səsini çıxartmadan onun əllərini hirsli şəkildə geri itələmişdir. Saat təxminən 18 radələrində evə çatmışlar. Evdə beynində həmin gün mütləq Ellada ilə cinsi əlaqədə olmaq fikri yaranmışdır. Spirtli içki də onda bu hissi daha da gücləndirmişdir. Evə getdikdən sonra Ellada yataq otağında yatmaq üçün yerini açmışdır. Paltarını dəyişərkən Elladaya baxanda Ellada ona baxdığına görə acıqlanmışdır. Elladanın üstünə qışqırarkən Ellada ona “elə etmə ki, mənə etdiyin hərəkəti anama deyim" deyərək digər otağa keçmişdir. Onunla cinsi əlaqədə olmağı beyninə qoyduğundan Elladanın arxasınca getmiş, Ellada ilə tək qalıb rahat cinsi əlaqədə olmaq üçün X19i evdən göndərməkdən ötrü ona futbol oynamağa getmək məqsədilə taksi çağırdığını, taksinin gəlib-gəlmədiyinə baxmaq üçün kənd yoluna getməsini tapşırmışdır. Seyyad getmək istəməyib bacısının yanına gedib onu evdən göndərmək istədiyini deyəndə Ellada ona evdən getməməsini demişdir. Onların otağına gedib Seyyadı evdən qovmuş, Seyyad evdən çıxdıqdan sonra Ellada ilə evdə tək qalmışlar. Orada da Ellada onunla mübahisə etməyə başlayanda daha dözməyərək onu tutub qucaqlamış, onunla cinsi əlaqədə olmaqdan ötrü yataq taxtının üstünə yıxıb özü də üstünə uzanmış, Ellada ilə cinsi əlaqədə olmaq istəmiş, onun cinsiyyət orqanını gördüyünə görə bu fikir başından çıxmamışdır. Ellada ona müqavimət göstərmiş, onu qucaqlayıb altında təbii yolla cinsi əlaqədə olmaq istəsə də, buna imkan verməmiş, müqavimət göstərib onunla cinsi əlaqədə olmasına mane olmuş, qışqırmağa başlamışdır. Ellada qışqırdığına görə ağzından vurub “indi neyləyəcəksən, səninlə cinsi əlaqədə olacam” demişdir. Bərk içkili olduğundan bu sonra nə baş verdiyini xatırlmamışdır. Hətta oğlunun həmin vaxt onun bu hərəkətini görüb-görmədiyini də bilməmişdir. Səhər özünə gələndə artıq X2 bilmişdir. Bütün bunlar ona indi yuxu kimi gəlmiş, etdiyi səhv hərəkətini başa düşmüş, buna görə xəcalət çəkmişdir. Hamısı içkinin zibilidir. Qusar RPŞ-də ögey qızı Zərərçəkmiş şəxs görəndə Ellada ona qarşı etdiyi bu hərəkətləri deyib üzünə tüpürərkən utanıb yerə girmiş, onda başa düşmüşdür ki, Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə, saat təxminən 18 radələrində toydan evə qayıtdıqdan sonra onu zorlamaq istədiyinə görə polisə şikayət etmişdir. Həmin vaxt bərk sərxoş olduğundan, özündə olmadığından baş verənlərə görə ancaq xəcalət çəkmişdir. xx.xx.2022-ci il tarixdə toyda olarkən çox spirtli içki qəbul etdiyinə görə bərk sərxoş olmuş, özündə olmamışdır. Zərərçəkmiş şəxs düz demiş, xx.xx.2022-ci il tarixdə, saat təxminən 17 radələrində toydan çıxıb evə qayıdarkən taksidə onun razılığı olmadan onun ayaqlarını əlləşdirmiş, həmin gün, saat təxminən 18 radələrində də içkili halda evə qayıtdıqdan sonra Zərərçəkmiş şəxs baxdığına görə aralarında mübahisə baş vermiş, Ellada digər otağa keçmiş, daha sonra evdə olan X19i evdən qovub Ellada ilə tək qaldıqdan sonra onunla zorla cinsi əlaqədə olmağa çalışmış, onun qollarını sıxaraq çarpayıya yıxaraq üzərinə çıxıb İndi neyləyəcəksən deyib onunla cinsi əlaqdə olacağını demiş, Zərərçəkmiş şəxs qışqırmağa başlamış, onun ağzından vurmuş, Zərərçəkmiş şəxs da onu özündən itələyib ayağa durmuş, yenidən onu çarpayıya yıxmaq istəyərkən X19 gəlib onları ayırmışdır, ögey qızı Zərərçəkmiş şəxs zorlamağa çalışdığına görə indi çox peşimançılıq çəkir. Zərərçəkmiş şəxs və X19in xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs ilə zorla cinsi əlaqədə olmaq istəməsi ilə bağlı danışdıqlarını eşitdikcə xəcalət çəkir, bunların hamısını spirtli içkinin təsiri altında törətmişdir. Baş verənlər yadına düşdükcə törətdiyi əməldən peşimançılıq hissi keçirir. Zərərçəkmiş şəxs 16 yaşından etirbarən ona qarşı cinsi istək duymuş, onu əlləmiş, şəkillərini çəkmiş, Ellada ilə cinsi əlaqədə olmaq istəyib buna çalışmışdır. Doğma X19in 2022-ci ilin təxminən iyul ayında Elladanın evin qonaq otağını təmizləyərkən öz cinsiyyət orqanını çıxarıb yelləyərək Elladanın arxasına yaxınlaşmaq istəyəndə onu görüb cinsiyyət üzvünü şalvara salıb evdən çıxıb getməsi, 2022-ci ilin oktyabr ayının təxminən ortalarında arvadı Şahid2 müalicəsi ilə əlaqədar olaraq Bakt şəhərində olarkən, Seyyadın dərsə getmək üçün 07:00-da telefonun zəngi çalan kimi yuxudan cəld durub səsini bağlamaq istəyəndə Zərərçəkmiş şəxs çarpayıda yatarkən yorğanın altından, Elladanın ayaqlarının arasından siyirilib çıxaraq yataqlarının qarşısında döşəmədə yatdığı döşəyin üstünə uzanaraq özünü yuxuluğa vurması barədə dediklərini xatrlamır, bu hadisələr necə baş verdiyini heç özü də bilməmişdir. Zərərçəkmiş şəxs zorlamağa cəhd edərkən əynində sağ arxa cibində "Dolce Gabbana” etiketi olan boz rəngli cins paltar, sinə nahiyəsində sarı rəngli naxışlar olan boz rəngli poluver, qara rəngli dəri gödəkcə olmuşdur. Elladamn əynində isə qara rəngli şalvar, qara rəngli pencək, sarımtıl rəngli düyməli köynək olmuşdur. Zərərçəkmiş şəxs təqdim etdiyi fotoşəkilləri onunla cinsi əlaqədə olmaq fikri ağlına gələndən sonra, 2022-ci ilin mart ayında ondan xəbərsiz gecə vaxtı çəkmiş, sonradan bu şəkilləri oğlu Seyyad onun telefonunda görüb arvadı Tünzalənin telefonuna göndərib ona da məlumat vermişdir. Zərərçəkmiş şəxs bir neçə dəfə cinsiyyət orqanlarının şəkillərini çəkmişdir. İçkili olanda da, ayıq olanda da Elladanı əlləmiş, ona qarşı cinsi istək hiss etmişdir. Ola bilsin ki, ögey qızı Zərərçəkmiş şəxs düz demiş, bir dəfə yox, bir neçə dəfə müxtəlif vaxtlarda onun bu şəkillərini çəkmişdir, Arvadı Şahid2 doğma dayısı qızı olsa da, yeniyetmə vaxtından Tünzaləyə gözü düşmüş, onunla cinsi əlaqədə olmaq istəmişdir. Ona görə də, Şahid2 ondan əvvəl başqa şəxslə ailə qurub övladı olsa da, onda gözü olduğuna görə, əvvəl ailə qurması, başqa kişidən qızının olması gözünə görünməmiş, evlənmək yaşı çatan kimi valideynlərinin narazılığına baxmayaraq onunla ailə qurmuşdur. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq və məhkəmə istintaqı zamanı isə qismən etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2016-cı ildə yay ayları olardı. Evdə idi. İsti idi deyə, evdə uzanmışdır. Üzərində də idman şalvarı və “futbolka” var idi. Təqsirləndirilən şəxs çöldə idi. O, mətbəxə keçmiş, mətbəxdə işini görmüşdür. Birdən Fuad gəlib ona toxunmuşdur. Adam istər-istəməz qarşısındakının nə etmək istədiyini hiss edir. Bundan qabaq da bir neçə dəfə belə hallar olmuşdur, sadəcə o, özünü bilməzliyə vurmuş, guya onun elədiklərini başa düşməmişdir. Axırda görmüşdür ki, yox, heç cür alınmır, Fuad öz bildiyini edir. Bir neçə dəfə Təqsirləndirilən şəxs özünə də demişdir ki, etdiyi hərəkət düzgün hərəkət deyil, ata-qız arasında belə münasibət olmur. Hansı ata öz qızına qarşı bu cür hərəkətlər edər, heç bir ata eləməz. Nəysə, Təqsirləndirilən şəxs and-aman etdi ki, bir daha bu cür hərəkətlərə yol verməyəcək. Üzərindən xeyli vaxt keçdi, Fuad yenə də öz bildiyini etməyə başladı. O, onun etdikləri barədə başqalarına məlumat verəcəyini bildirdikdə, buna imkan verməmişdir. Haradasa 2021-ci ilin yay ayları olardı. Anası ilə qardaşı nənəsigilə getmişdir. O, da həmin vaxt divanda yatmışdır. Fuad yenə də içəri girərək qurşaqdan aşağı onu əlləməyə başlamışdır. Fuada dəfələrlə ona qarşı bu cür hərəkətlər etməməsini demiş, ancaq adam başa düşməmişdir. Axırda anasına zəng edərək harada olduğunu soruşmuşdur. Anası da nənəsigildə olduğunu bildirmişdir. Bu zaman ona nə səbəbə onu tək qoyub getdiyini, ona xəbər vermədiyini soruşmuşdur. Anası nə olduğunu soruşduqda, o, nə baş verdiyini deməmiş, olanları gəlib ərindən soruşmasını söyləmişdir. Anası evə gəlmiş və Fuadla birlikdə mətbəxə keçmişdirlər. Anası Təqsirləndirilən şəxs nə olduğunu soruşmuş, Fuad da heç nə olmadığını demişdir. Anası ondan bir neçə dəfə soruşsa da, Təqsirləndirilən şəxs hər dəfə israrla heç nə baş vermədiyini bildirmişdir. Fuadın heç nəyi boynuna almadığını görüb içəri keçmiş, nə səbəbə yalandan heç nə baş vermədiyini bildirdiyini, nə səbəbə olanları danışmadığını soruşmuşdur. Fuad üzünə baxaraq nə baş verdiyini soruşmuşdur. O, da hər şeyi olduğu kimi danışmışdır. Bundan sonra anası ilə Fuad arasında münaqişə yaranmışdır. Fuad anasına and-aman edərək bir daha bu cür hərəkətlərə yol verməyəcəyini, səhv etdiyini bildirmişdir. Ər-arvad ikisinin arasında tam olaraq nə olduğunu dəqiq bilməmişdir. Bundan sonra anası belində yırtıq olduğuna görə Bakıya müalicə götürməyə getmiş, anası hər dəfə Bakıya gedəndə Fuad ona qarşı əxlaqsız hərəkətləri həmişə davam etdirərək evdə tək olmaqdan istifadə etmişdir. 16 oktyabr 2022-ci il tarixdə toya getmiş, anası da həmin vaxt Bakıda olmuşdur. Toyda Təqsirləndirilən şəxs spirtli içki qəbul etmişdir. Fuadın ifadəsində bildirdiyi kimi, onu tapmadığına görə ona sillə vurması kimi hal olmamışdır. Nəysə, gəlib avtomobilə əyləşmişdirlər. Kəndə çatana yaxın görmüşdür ki, Fuad özünü idarə edə bilmir. Oturacağın arxasından əllərini uzadıb ayaqlarını əlləyir. Neçə dəfə əllərini geriyə doğru çəkmişdir. Bu səbəbdən avtomobildə yerini dəyişərək digər tərəfdə, sürücünün arxasında əyləşmişdir. Lakin Təqsirləndirilən şəxs yenə də öz hərəkətlərinə davam etmişdir. Sürücü heç nə bilməsin deyə, susmuş, heç nə bildirməmişdir. Evə çatanda o, avtomobildən tez düşmüş və qardaşına demişdir ki, sərxoş atasını içəriyə gətirsin, çöldə qalmasın. Qardaşı ilə Fuad çöldə söhbət etmiş, daha nə söhbət etdiklərini bilməmişdir. Toydan qayıdanda da zəng gəlirdi ki, futbola gedəcəkmiş. Fuad həmçinin qardaşına bildirdi ki, futbola getmək üçün taksi çağırıb, avtomobilin gəlib-gəlmədiyinə baxsın. O, da qardaşına Fuadda hal olmadığını, getməməsini demişdir. Fuad bunu eşidən kimi qardaşının üzərinə qışqırmış və onu göndərmişdir. Qardaşı getdi, Fuad onu danlamağa başlamışdır ki, nə səbəbə futbola getməyəcəyini deyir. Fuadla aralarında mübahisə yaranmış, Fuada əsəbiləşib nə səbəbə belə hərəkətlər etdiyini deyib anası gəldikdən sonra Bakıya işləməyə gedəcəyini demişdir. Fuad bundan sonra ona “sən şəhərə işləməyə yox, oğlanlarla yatmağa gedəcəksən” demişdir. Bunun səbəbi kimi də boşanmağını göstərirdi. Bundan sonra Fuad qışqırmağa və s. başladı. Onu sillə ilə vurub taxtın üstünə yıxdı. Taxtın üzərinə yıxdıqdan sonra onun üzərində əllərini bərk tutmuşdur. Fuadı üzərindən ata bilməmişdir. Qışqırmağa başlamışdır. Qışqıranda Fuad ona “qışqırıb neyləyəcəksən ki? Fuad onun qışqırdığını görüb ağzından vurmuşdur. Ağzından vuranda avtomatik əli açıldı. Əli açılanda Təqsirləndirilən şəxs itələmişdir. Bu zaman çölə çıxmaq istəmişdir. Təqsirləndirilən şəxs qapının ağzında yıxılmışdır. Fuad yenə onunla dalaşmağa başlamış, bu ərəfədə qardaşı gəlmişdir. Qardaşı onların dalaşdıqlarını görüb onları ayırmışdır. Fuad arxası ilə gələrək ağzına gələni danışmış, o da dözməyib ona etdiyi şərəfsizliklərin kifayət etdiyini bildirmişdir. Bu sözünə əsəbiləşib onu vurmuş, onun huşu getmişdir. Qardaşı su və s. gətirdi, özünə gəlmişdir. Bundan sonra onlar çölə çıxmış, Fuad da onalrın arxasınca çölə çıxmış və həyətin qapısı tərəfə getdi. Daha nə səbəbə həyətin qapısına doğru getdiyini bilməmişdir. Fuad gedən kimi qardaşına bayırın soyuq olduğunu, içəri girməklərini demişdir. Onlar içəri girəndə Fuad onları görüb yenidən gəlmişdir. Fuad onu çağıraraq yanına gəlməyini söyləmiş, o da gəlməyəcəyini demiş, Təqsirləndirilən şəxs əsəbiləşib içəri gəlmiş, kafelin üstündə onu vurmuş, onun da başı taxtaya dəyərək yıxılmış, amma huşu yerində olmuşdur. Dedikləri sözü eşitmişdir. Fuad qardaşını da içəri otağa göndərmişdir. Onun yıxıldığını eşidib qardaşı içəridən çıxmış, qardaşı stəkanda su gətirib ona verəndə Fuad qardaşına suyu ona verməməsini, özünün suyu içməyini tapşırmışdır. Daha sonra Fuad çıxıb getmiş, o getdikdən sonra vəziyyətin belə davam edə bilməyəcəyini görüb anasına yığmış, olanları ona danışmışdır. Anası da öz növbəsində dayısına zəng etmişdir. Anası həmçinin Fuadın atasına da məlumat vermişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dövlət ittihamçısının suallarına cavab olara göstərmişdir ki, Fuad tərəfindən şəkillərinin çəkildiyindən xəbəri olmamışdır. Mart ayında anası evə gəlmiş, həmin vaxt Bakıda müalicədə idi. Anası evə gələndə şəkilləri ona göstərmiş və şəkillərdən xəbəri olub-olmadığını soruşmuşdur. Şəkilə baxdıqda şəkildəki alt paltarlarının onun olduğunu görmüşdür. Alt paltarından bilmişdir ki, onun şəkilləridir. Həmin şəkillər Təqsirləndirilən şəxs hazırkı deyil, başqa telefonunda idi. Daha sonradan şəkilləri Fuadın nə etdiyini bilməmişdir. Fuadın telefonunda şəkilləri qardaşı Seyyad görmüş və həmin şəkilləri anasına atmışdır. Qardaşı da onun şəkilləri olduğunu bilməmiş, sonradan anası bilmişdir. Fuad həmin şəkilləri o, gecə yatan zaman çəkib, xəbəri olmamışdır. Fuad ona “səni belə etsəm neyləyəcəksən” deyəndə onu zorlamağı nəzərdə tutmuşdur. Fuadı üzərindən atmış, çölə çıxmaq istəyəndə yerdə yıxılı vəziyyətdə olan Fuad ayağa qalxmış, onu yenidən vurmaq istəyəndə qardaşı gəlmişdir. Qardaşı aralarındakı münaqişə olduğunu görüb onları ayırmışdır. Ayın 16-ı DİN-nin 102 Zəng Xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Həmin gün polis əməkdaşları gəlmiş, səhəri gün də gedib ərizə yazmışdırlar. Bu işlə bağlı təqsirləndirilən şəxsin qardaşı, əmisi onlara gəliblər. Hətta əmisi gəlib demişdir ki, siz öz bildiyinizi edin, mən də öz bildiyimi edərəm. Fuadın əmisinin həmin sözü nə mənada dediyini bilməmişdir. Təqsirləndirilən şəxs ifadəsində guya anasının telefonunda onun çılpaq şəkillərini görməsi, anası ilə onu şərləmək barədə bildirdiyi xüsusatlar yalandır, həqiqəti əks etdirmir. Fuadın bu barədə bildirdikləri özünü müdafiə xarakteri daşıyır. 2016-cı ildən bəri Fuadın ona qarşı etmiş olduğu hərəkətlər barədə anasından başqa heç kimə məlumat verməmişdir. Bu axırıncı hadisə olana kimi dayısının, nənəsinin və digər tanışlarının bu barədə məlumatı olmamışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs müdafiəçinin suallarına cavab olaraq göstərmişdir ki, 2016-cı ildə Fuadın ona qarşı etmiş olduğu hərəkətlər barədə anasına deməmişdir. Anasına ona görə deməmişdir ki, anası ikinci dəfə evlənmişdir. Anasının ailəsi ona görə dağılmasın, söz-söhbət olmasın deyə ona məlumat verməmişdir. Nə qədər də olmasa, ögey qız idi. Anasının adına ləkə gəlməməsi üçün 2016-cı ildə Fuadın ona etmiş olduğu hərəkətlər barədə ona məlumat verməmişdir. Fuadın ona qarşı etmiş olduğu hərəkətlərlə razılaşmamışdır. Fuad hər dəfə ona qarşı əxlaqsız hərəkətlər edəndə anasının qəbrinin üstünə and içirdi. Hər dəfə ona qarşı əxlaqsız hərəkətlər edib, hər dəfə də and içirdi. Hər hansı bir adam and içəndən sonra inanar. Anasının ailəsi dağılmasın deyə, Fuadın ona qarşı etmiş olduğu hərəkətlər barədə hüquq mühafizə orqanına şikayət etməmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq göstərmişdir ki, Fuad şəkillərini gecə, o yatan vaxtı çəkmişdir. Qaranlıqda şəklini telefonun fanarını yandıraraq çəkmişdir. Şəkillərdə üzü düşməmişdir. Şəkilləri qardaşı görmüşdür. Qardaşı da şəkilləri “whatsapp” proqramı vasitəsilə anasına göndərmişdir. Şəkillər üç müxtəlif paltarda çəkilmişdir. O, yataqda olanda Təqsirləndirilən şəxs şəkilləri çəkmişdir. Məhkəmədə şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, 2022-ci ilin oktyabr ayının doqquzu Bakıya müalicəyə getmişdir. Oktyabrın 16-ı axşam saat 18 radələrində qızı ona zəng etmişdir. Qızı ona görüntülü zəng etmişdir. Elladanın üzündəki qırmızıları, dağınıq saçlarını görüb nə halda olduğunu soruşmuşdur. Qızı da ona ərinin onu zorlamaq istədiyini bildirmişdir. Qızı ona olanları danışdıqdan sonra həyəcanlanmış və qaynatasına yığıb onlara getməsini tapşırmışdır. Daha sonra atasına yığmışdır. Atasına vəziyyəti başa salaraq onlara getmələrini bildirmişdir. 2021-ci ilin yay ayında oğlu ilə birlikdə atasıgilə getmişdir. Birdən qızı ona zəng edərək harada olduğunu soruşmuşdur. O, da Elladaya nənəsigildə olduğunu demişdir. Ellada nə səbəbə onu tək qoyub getdiyini bildirərək ağlayırdı. Nə baş verdiyini soruşduqda, evə gəlməyini demişdir. Evə gəlib nə baş verdiyini soruşduqda, olanları Fuaddan soruşmağını qeyd etdi. Təqsirləndirilən şəxs nə baş verdiyini soruşduqda, heç nə olmadığını söylədi. Bu vaxt Ellada mətbəxə gələrək Fuada nə səbəbə yalan danışdığını, bayaq yatan zaman ayaqlarını əllədiyini dedi. Bununla da Fuadla aralarında mübahisə yarandı. O, da uşağı da götürüb qardaşıgilə, atasıgilə getmişdir. Qardaşı bunları bilməmişdir. Müsəlmançılığa və qızının adı çıxmasın deyə, bu barədə heç kimə heç nə bildirməmişdir. O, qızından Fuadın ona qarşı başqa nə hərəkətlər etdiyini soruşduqda, qızı ona hər şeyi danışaraq on altı yaşından etibarən Təqsirləndirilən şəxs ona qarşı bu cür hərəkətlər etdiyini demişdir. Qızı ona ailəsi dağılmasın, pis olmayım deyə bu barədə mənə heç nə bildirmədiyini qeyd etdi. Qardaşı bu olanları bilməmiş, ona görə demişdir ki, ər-arvad arasında mübahisə həmişə olur, belə mübahisələrə görə ailəni dağıtma, evinə get. Uşağı götürüb gəlmişdir. Xeyli müddət küsülü qalmışdırlar. Fuadın yalvarışlarından, içdiyi andlardan sonra müvəqqəti olaraq barışmışdırlar. Fuad and içdi ki, bir də bu cür hərəkətlərə yol verməyəcək, əgər belə hərəkətlərə yol versə, ayrılarıq. O, da inanmışdır. Şəkilləri ona oğlu göndərmişdir. Oğlu telefondakı şəkillərin kimin şəkilləri olduğunu bilməmişdir. Şəkillərin qızına məxsus olduğunu alt paltarlarından bilmişdir. Şəkillər barədə əvvəlcə qızından soruşmuş, şəkillər barədə məlumatının olmadığını bildirdi. Şəkillər barədə Təqsirləndirilən şəxs də soruşmuşdur. Fuad şəkilləri çəkdiyini etiraf etmişdir. Fuaddan nə səbəbə şəkilləri çəkdiyini soruşduqda, şeytanın onu azdırdığını demişdir. Qızından şəkillər barədə soruşmuş, qızı şəkil çəkilən vaxt yuxulu olmuşdur. Hətta Fuadla şəkillər barədə danışan zaman ondan soruşdu ki, şəkilləri qızına göstərmisən ya yox. O, şəkilləri qızına göstərdiyini dedikdə, Fuad ona bildirdi ki, nə səbəbə şəkilləri qızına göstərmiş, Elladanın şəkillərdən xəbəri olmamışdır. Yatanda bilmirəm necə yatıb, amma ayılmayıb. Ayılsaydı, imkan verməzdi ki, şəkilləri çəksin. Hətta o, Fuaddan soruşmuşdur ki, Ellada doğma qızı olsaydı, yenə də şəkillərini çəkərdimi ya yox. Fuad da Zərərçəkmiş şəxs doğma qızı olsaydı belə, yenə şəkillərini çəkəcəyini bildirdi. Fuad bilmir ki, özünü necə müdafiə etsin. Ona görə guya onun çılpaq şəkillərini tutduğunu, kiməsə göndərdiyini bildirir. Hamı kimin necə olduğunu bilir. Fuad əvvəl nə siqaret çəkib, nə də içki içib. Amma sonra Təqsirləndirilən şəxs içki içməyə başladı, çox içirdi. Hətta o Fuada içkiyə son qoymasını, ailəsinin dağılacağını demişdir. Hazırkı məhkəmə iclasınadək, istintaq vaxtı təqsirləndirilən şəxsin əmisi onları təhdid etmiş, hədə-qorxu gəlmiş, sonra da qardaşı gəlmişdir. Hazırda təqsirləndirilən şəxs və yaxınlarının heç biri ilə münasibəti yoxdur. Təqsirləndirilən şəxs atası oğlunun hərəkətləri barədə bildikdən sonra soyuqqanlılıqla yanaşdı, heç bir reaksiya vermədi. “Omik” adlı şəxsi tanımamışdır. “Omik” adlı şəxs əlbəttə ki, istintaqda gəlib üzünə duracaq. Bunun üçün ona 2.000 (iki min) manat pul vəsaiti vəd edilib. Bunu sonradan “Omik” adlı şəxs özü etiraf edib ki, getməyəcəyi təqdirdə ailəsiylə təhdid olunub. O, qızını özü ilə aparmaq yox, anası evinə aparmaq istəmişdir. Fuad buna icazə verməmişdir. Məhkəmədə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, atası ilə bacısı toya getmişdirlər. Təxminən saat 14 radələrində toya getdilər. Saat 18 radələrində qayıtdılar. Bacısı əsəbi idi. Ona dedi ki, Təqsirləndirilən şəxs sərxoşdur, get gətir. O, atasını evə gətirmək istəyəndə o, icazə vermədi. Dedi ki, özü gedəcək. O, qonaq otağında oturub telefonla oynamışdır. Bacısı da yer salmaq üçün yataq otağına keçmişdir. Birdən aralarında mübahisə baş verdi, çox da güclü deyildir. Atası ona dedi ki, futbol oynamağa gedəcək deyə arxasıyca taksi gəlməlidir, taksinin gəlib-gəlmədiyinə gedib baxsın. O, da narahat olmuşdur ki, bacısına nəsə edər. Bacısına demişdir ki, ata onu taksi üçün göndərir, özündən muğayat olsun. Ellada ona dedi ki, getməsin, Təqsirləndirilən şəxs futbol oynayacaq hal yoxdur. Atası bunu eşidib üzərinə qışqırdı ki, hələ də evdəsən. O, da getmiş, qayıdanda həyətə səslər eşitmişdir ki, bacısı qışıqırır. Bacısı “məndən əl çək, məndən nə istəyirsən” tipli ifadələr işlətmişdir. Tez evə qaçmışdır. Bacının saçları dağınıq halda olmuşdur. Atası da üstünə gedirdi. O, tez aralamaq istəyəndə atası onu vurmuşdur. Özünü itirməmiş, yenidən onları aralamışdır. Bacısı ilə birlikdə çölə çıxmışdır. Onlar çölə çıxdıqdan sonra atası bayıra getmişdir. Bacısı ilə içəriyə girmişdir. İçəri girəndə atası yenidən gəlmiş, o biri otağa getmiş, nəsə yıxılma səsi eşitmişdir. Bacısının yerə yıxıldığını görmüşdür. Atası onu çağırıb demişdir ki, tez ürək dərmanı gətirsin. Atasının ikinci telefonu var idi, onunla oynamışdır. Bir də qalereyaya girmiş, şəkilləri görmüşdür. O, da bunu anasına demişdir. Şəkilləri anasına göndərmişdir. Atası Elladanı zorlamağa çalışmışdır. Onların evlərinin qabağında yol var. Taksi də yolun qabağına gəlməli idi. Taksinin gələcəyi yer evdən bir az uzaq idi, haradasa on-on beş metr evdən uzaq idi. Həmin yerə evdən gedib-gəlmək, yol palçıqlı idi deyə, haradasa iki dəqiqə çəkərdi. Məhkəmədə şahid qismində dindirilən Şahid4 ifadəsində göstərdi ki, oktyabrın 16-ı toya getmişdirlər. O, əri və oğlu ilə birlikdə getmişdir. Onlar toya gələndən təxminən saat yarım sonra Fuadgil gəlmişdirlər. İki saatdan sonra evə getmişdirlər. Fuad bayırda siqaret çəkirdi, toyun qurtardığını, onlarla gedib-getmədiyini soruşmuşdur. Təqsirləndirilən şəxs da ona birlikdə toya gəlmədiyini, onlarla da birlikdə qayıtmayacağını demişdir. Axşam yığışıb oturmuşdurlar. Ərinə zəng gəldiyini görmüşdür. Əri də ona zəng edən şəxsin Tünzalə olduğunu bildirdi. Həmin vaxt da Tünzalə Bakıda müalicədə idi, qorxumuz onda var idi ki, gəzə bilmir. Qızı ağlaya-ağlaya demişdir ki, ata get evə çat, uşaqları evdən götür, Fuad qırğın çıxarıb. Bundan sonra onlar avtomobilə əyləşib Elladagilin yanına getmişdirlər. Oğlu Elladagildən nə baş verdiyini soruşmuş, ancaq o heç nə eşitməmişdir. Məhkəmədə şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, hadisənin baş verdiyi gün onlar toyda olmuşdurlar. Fuadgildən bir saat qabaq onlar toya getmişdirlər. Toydan da yarım saat-bir saat yarım onlardan tez çıxmışdırlar. Axşam atasının telefonuna bacısı zəng etdi ki, tez Elladagilin yanına getsin, Fuad Elladanı zorlamaq istəyib. O da anası ilə avtomobilə əyləşmişdir. Oraya çatanda uşaqlar artıq küçədə idilər. Onları götürüb evə gəlmişdir. Yolda nə baş verdiyini soruşduqda, qız dedi ki, toydan qayıdanda Fuad arxa oturacaqdan onun ayaqlarına əl atıb, daha sonra evdə baş verənləri dedi. Bundan sonra biz polis şöbəsinə məlumat verdik, polis əməkdaşları evə gəldi. Məhkəmədə şahid qismində dindirilən Şahid5 ifadəsində göstərdi ki, toydan gəlmiş, evdə oturmuşdurlar. Fuadgil toya onlarda bir qədər gec gəlmiş, onlardan sonra getmişdirlər. Axşam qızı zəng etdi. Qızı dedi ki, ata, yuxarıda qırğın var, tez get çat. O, çatana kimi arvadı ilə oğlu avtomobilə əyləşib getdilər. Daha sonradan uşaqlar olanları danışdı, Ellada Fuadın onu zorlamağa cəhd etdiyini bildirdi. Məhkəmədə şahid qismində dindirilən Şahid7 Hacıbaba oğlu ifadəsində göstərdi ki, Tünzalə Babayevə Bakıdan ona zəng edib dedi ki, Fuad uşaqları döyür. O, da gedəndə evdə qızdan başqa heç kim yox idi. Fuadın haraya getdiyini soruşduqda, Fuadın futbola getdiyini, o birinin də onun arxasıyca getdiyini bildirdi. O, da gedib onları axtarmış, tapa bilməmişdir. Qızın başına nəsə gəlməsi barədə ona heç nə deməmişdirlər. Məhkəmədə şahid qismində dindirilən Şahid8 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs X19 gəldi. Gəldi dedi ki, atası sərxoşdur, dava edir. O ora getmişdir. Gedəndə həyətlərində idilər. Ellada da, Seryyad da, Fuad da. O, qardaşından nə baş verdiyini soruşduqda, onun ailə işinə qarışmamağını bildirdi. O, uşaqlara dedi ki, gəlin bizdə oturun. Onun da bir qız, bir oğlum vardır. Hadisə günü heç nə görməmişdir. Şahid6 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, atası X3, arvadı X4, oğulları Ramil Mehdiyev və Amil Mehdiyev ilə birlikdə yaşayır. X1 ailəlidir, öz ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır. X17 təqaüdçüdür, heç bir yerdə işləmir. X12 evdar qadındır. Böyük oğlu Ramil Mehdiyevin 18 yaşı tamam olmuşdur, hal-hazırda Qusar şəhərində yerləşən peşə məktəbinin 3-cü kursunda təhsil alır. Kiçik oğlu X20 rayonu Giləzi kənd tam orta məktəbinin 9-cu sinfində oxuyur. Qusar rayonu Həsənqala kəndində yerləşən "xxxx" MMC-də sürücü işləyir, bu şirkətin işçilərini işə aparıb, iş vaxtı qurtardıqdan sonra öz evlərinə çatdırır. Təqsirləndirilən şəxs Qusar rayonu Atlıxan kənd sakini kimi tanıyır, onunla normal münasibətləri olmuş, aralarında narazılıq, dava-dalaş olmamışdır. Təqsirləndirilən şəxs öz doğma dayısı qızı Tünzalə Balayeva ilə evlənmiş, bu nikahlarından onların Seyyad adlı 1 oğlan övladları olmuşdur. Seyyadan başqa, Şahid2 əvvəlki nikahından olan qızı Zərərçəkmiş şəxs da onlar ailə qurduğu vaxtdan etibarən Fuadın evinə köçüb birlikdə yaşamışdır. Şahid2 onun müəllimi Şahid5 qızı olmuşdur. Şahid5 uzun illər məktəb direktoru işləmiş, ziyalı, hörmətli şəxs kimi tanınmışdır. Şahid5 ailə üzvləri, o cümlədən Fuadın arvadı Tünzalə də əxlaqlı, hörmətli insanlar olmuş, bu günə qədər onlar haqqında, o cümlədən Şahid2 haqqında heç bir pis söz eşitməmiş, onu tanıyan, bilən hər kəs Tünzaləni namuslu, əxlaqlı qadın kimi tanımışdır. 2022-ci ilin oktyabr ayının təxminən sonlarında, yəni 16 oktyabr 2022-ci il tarixdə, saat təxminən 14 radələrində Təqsirləndirilən şəxs xahişi ilə onu və ögey qızı Elladanı özünə məxsus “Vaz 2106" markalı, ** RH *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Quba şəhərində yerləşən "Mübarək" şadlıq sarayında keçirilən toy məclisinə aparmışdır. Fuadla saat təxminən 17 radələrində gedib onları şadlıq sarayından götürüb yaşadıqları evə çatdırması barədə razılaşdıqlarına görə, saat təxminən 17 radələrində Quba şəhərində yerləşən “Mübarək” şadlıq sarayında gedib Təqsirləndirilən şəxs və ögey qızı Zərərçəkmiş şəxs toydan götürüb öz avtomobili ilə yaşadıqları Qusar rayonu Atlıxan kəndində yerləşən evlərinə çatdırmışdır. Toydan çıxıb avtomobilinə əyləşərkən Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə olmuş, danışığından, hərəkətlərindən onun sərxoş olması hiss olunmuşdur. Təqsirləndirilən şəxs avtomobilin qabaq oturacağında, Zərərçəkmiş şəxs isə Fuadın arxasında əyləşmişdir. Saat 18:00-da işdə olmalı olduğuna görə tələsdiyindən fikri yolda olmuş, ona görə də, avtomobildə olarkən Fuadla çox söhbət etməmişdir. Qusar rayonu Atlıxan kəndinə çatarkən Zərərçəkmiş şəxs avtomobilin arxa oturacağında yerini dəyişərək Təqsirləndirilən şəxs oturduğu oturacağın arxasından onun oturacağının arxasına keçib əyləşmişdir. Avtomobili idarə etdiyindən fikri yolda olduğuna görə Elladanın nəyə görə avtomobilin içərisində yerini dəyişməsinə fikir verməmişdir. Qusar rayonu Atlıxan kəndinə çatdıqdan sonra da Ellada avtomobilin onun tərəfində olan arxa qapısından düşüb sağollaşmadan, Fuadı gözləmədən hirsli şəkildə birbaşa həyətlərinə getmişdir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs evlərinə çatdırdıqdan sonra özü də işə qayıtmışdır. Bir neçə gün sonra tanışlarından Təqsirləndirilən şəxs 16 oktyabr 2022-ci il tarixdə onları toydan evlərinə çatdırdıqdan sonra yaşadığı evdə ögey qızı Zərərçəkmiş şəxs ilə zorla cinsi əlaqədə olmaq istədiyinə görə barəsində cinayət işi açıldığını eşitmişdir. Bu xəbəri eşidib əvvəlcə buna inanmaq istəməsə də, sonradan həm Qusar rayonu Atlıxan kəndində yaşayan tanışlarından, həm də yaşadığı Qusar rayonu Avaran- qışlaq kəndində yaşayan həmkəndlilərindən Fuadın ögey qızı Elladanı zorlamaq istəməsi, əvvəllər də ona qarşı əxlaqsız hərəkətlər etməsi, onu əlləməsi barədə söhbətləri eşidib dəhşətə gəlmişdir. Onun bu vaxta qədər ağlına da gəlməzdi ki, Təqsirləndirilən şəxs öz yanında böyütdüyü ögey qızı Zərərçəkmiş şəxs qarşı pis fikirdə olub, onunla cinsi əlaqədə olmaq istəmişdir. Ellada onun ögey qızı olsa da, ailə üzvü olmuşdur, Fuadın qızına qarşı belə iş tutmasına heç cür haqq qazandırmaq mümkün deyildir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Şahid1 AR DİN-nin 102 xidmətinə zəng edərək, atasının sərxoş vəziyyətdə onları döyməsini bildirmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Şahid3 AR DİN-nin 102 xidmətinə zəng edərək, eyni kənd ərzasində yaşayan bacısı qızının ögey atası Fuad tərəfindən zorlanmağa cəhd olunması, həmçinin bacısı qızının döyülməsi barədə məlumat vermişdir. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs barəsində tədbir görülməsini xahiş etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş könüllü təqdim etmə və götürmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş paltarları- sviter, gödəkcə, cins şalvarı və “Redmi” markalı mobil telefonu təqdim etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Qusar rayonu, Atlıxan kəndində yerləşən yaşayış evidir. Baxış zamanı Zərərçəkmiş şəxs məxsus köynək, pencək, şalvar, 1 ədəd adyal götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus olan 1 ədəd “Redmi” markalı, 210611119AG modelli smartfon mobil telefonun “galereya" bölməsində 3 ədəd qurşaqdan aşağı qadın cinsiyyət orqanının fotoşəkillərinin olması müəyyən olunmuş, baxışda iştirak edən Zərərçəkmiş şəxs bu fotoşəkillərdə olan görüntülərin onun cinsiyyət orqanın fotoşəkilləri olduğunu, fotoşəkillərdə olan qadın alt paltarlarının da özünə məxsus olduğunu, bu fotoşəkilləri 2022-ci ilin təxminən mart ayında ögey atası Təqsirləndirilən şəxs onun xəbəri olmadan çəkdiyini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şahid2 məxsus olan 1 ədəd “Redmi” markalı smartfon mobil telefonun “qalereya" bölməsində 4 ədəd qurşaqdan aşağı qadın cinsiyyət orqanının fotoşəkilləri müəyyən olunmuş, baxışda iştirak edən Şahid2 bu fotoşəkillərdə olan görüntülərin qızı Zərərçəkmiş şəxs cinsiyyət orqanın fotoşəkilləri olduğunu, fotoşəkillərdə olan qadın alt paltarlarının Zərərçəkmiş şəxs məxsus olduğunu, bu fotoşəkilləri Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəbəri olmadan çəkdiyini, 31 mart 2022ci il tarixdə də özü Bakı şəhərində olarkən X19in atası Təqsirləndirilən şəxs mobil telefonunda görərək “whatsapp” mobil tətbiqi vasitəsi ilə onun mobil telefonuna göndərdiyini bildirmişdir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs xx.xx.2022- ci il tarixli ərizəsindən görünür ki, ögey qızı Zərərçəkmiş şəxs qarşı törətdiyi cinayət əməllərini səmimi etiraf edib təqsirini boynuna aldığını, spirtli içkinin təsiri altında xx.xx.2022- ci il tarixdə, saat təxminən 18 radələrində Quba şəhərindən toydan qayıdarkən taksidə Zərərçəkmiş şəxs ayaqlarını, əllərini əlləşdirdiyinə görə onda bu cür fikir əmələ gəldiyini, evə çatdıqdan sonra nə yolla olur-olsun onunla təbii yolla cinsi əlaqədə olmaq istədiyini, lakin Zərərçəkmiş şəxsmn qışqırıb hay-küy salması, daha sonra oğlunun da gəlməsi səbəbindən öz məqsədinə çata bilmədiyini, bu hərəkətinə görə peşmançılıq hissi keçirdiyini, bunu nəzərə alıb ona köməklik göstərilməsini xahiş etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus olan 1 ədəd “Redmi” markalı, M2003J6B2G modelli smartfon mobil telefonun “Google Chrome” mobil tətbiqinin tarixçə bölməsində çoxsaylı intim mövzuda məlumatların “Google" internet axtarış sistemində axtarış edildiyini və mütəmadi olaraq pornoqrafik məzmunlu internet saytlarına daxil olduğu müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 477 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər-sol yanağın az şişkinlik fonunda və sağ mil-bilək oynağının iç səthində qançırlar küt əşyanın təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə fiziki güc tətbiq etməklə əmələ gələ bilərdi. Qeyd olunan xəsarət sağlmalığa zərər vurmayan xsarət olduğuna görə dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin anatomik tamlığı pozulmuşdur. Pozulma müddəti 2-3 həftədən artıq olduğundan dəqiq pozulma vaxtını müəyyən etmək mümkün deyildir. Zərərçəkmiş şəxs ilə qeyri-təbii yolla cinsi əlaqədə olmanın əlamətləri aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan komisyon kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 2873 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsi törədərkən patoloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM- nin 21-ci və 22ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır, məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayət hadisəsi törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, əqli inkişafında gerilik əlamətləri aşkar olunmur. Eqosentrizm, inadkarlıq, situasiyanı öz xeyrinə yönəltmək, başqalarının hiss və həyəcanlarına qarşı biganəlik kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs hadisəni törədərkən emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək və qavramaq qabiliyyətinə malik olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/6267 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş və Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın səthi üzərindən aşkar edilmiş qara rəngli poliester kimyəvi lifləri rənginə və təbiətinə görə Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın və 01 ədəd pencəyin (dəst) tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən 01 ədəd köynəyin səthi üzərindən aşkar edilmiş tünd boz rəngli təbii pambıq lifləri rənginə və təbiətinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, 01 adyalın səthi üzərindən aşkar edilmiş tünd boz rəngli təbii pambıq lifləri rənginə və təbiətinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın və qara rəngli poliester kimyəvi lifləri rənginə və təbiətinə görə Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə-psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 11/516 nömrəli rəyindən görünür ki, xx.xx.1999-cu il təvəllüdlü Zərərçəkmiş şəxs hal-hazırda əqli və psixi inkişafına, yaş və fərdi-psixoloji xüsusiyyətlərinə görə ona qarşı edilmiş seksual hərəkətlərin xarakterini və mahiyyətini dərk etmək və həmin hərək\tlərər qarşı müqavimət göstərmək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs əqli inkişağına, yaş və fərdi-psixoloji xüsusiyyətlərinə görə baş vermiş hadisəni adekvat olaraq qavramaq, yadda saxlamaq və iş üçün əhəmiyyətli hallar barədə düzgün ifadə vermək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs fərdi-psixoloji xüsusiyyətlərində özündən uydurmağa meyillilik əlamətləri müəyyən olunmur. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə-tibbi kriminalistik ekspertizasının xx.xx.2022-ci İl tarixli, 548/2022-MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus şalvarın sağ ayağının ön yuxarı səthində bir ədəd və şalvarın sol ayağının arxa yuxarı səthində bir ədəd cırılma zədələri aşkar olunmuşdur. Bu cırılmalar şalvarın müvafiq nahiyələrinin gərilib dartılması nəticəsində əmələ gəlmişlər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthində tikilmiş bir saylı düymənin öz yerində olmaması, köynəyinin müvafiq nahiyəsinə küt qüvvə tətbiq etməklə qopub düşməsi ilə izah oluna bilər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvarın arxa bel səthində olan ilgək tam aralanmışdır. Bu da, şalvarın müvafiq nahiyəsinə küt qüvvə tətbiq etməklə gərilibdartılması ilə izah oluna bilər. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qusar rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli, 616 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs və Şahid2 nikahı haqqında xx.xx.2008-ci il tarixdə 08 nömrəli akt qeydi tərtib olunmuş, Qusar rayonu Kuzunqışlaq kənd icra nümayəndəliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 30 dekabr 2022-ci il tarixli qərara əsasən Zərərçəkmiş şəxs məxsus köynək, pencək, şalvar, Təqsirləndirilən şəxs məxsus sviter, gödəkcə, cins şalvar, “Redmi” markalı mobil telefon maddi sübut kimi tanınaraq Qusar Rayon Prokurorluğunun maddi sübutların saxlanması otağında saxlanılır. Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı seksual xarakterli zorakılıq hərəkətləri və zorlamağa cəhd etməməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Məhkəmə xüsusilə qeyd edir ki, zorlama və seksual xarakteri zorakılıq hərəkətləri cinayətləri öz spesifikliyi ilə, eləcə də sübutetmə predmetinə görə digər cinayətlərdən fərqlənir. Belə ki, bu tip cinayət işləri zamanı zərərçəkmiş şəxs və təqsirləndirilən şəxsin ifadələri yalnız o, halda sübut növü kimi qəbul edilə bilər ki, həmin ifadələr ən azı digər sübutlarla-məhkəmə ekspert rəyi ilə, hadisə barədə şahid ifadəsi ilə, habelə cinayət törədiləndən dərhal sonra aparılmış istintaq hərəkətlərinin protokolları ilə təsdiq olunsun. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 149.1, 150.2.3 və 150.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 149.1, 150.2.3 və 150.2.5-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan Qusar RlHB-nın Kuzunqışlaq kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 64 nömrəli məktubundan və məktuba əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi Şahid2 (xx.xx.1981), Şahid1 (xx.xx.2009), Zərərçəkmiş şəxs (xx.xx.1999) ibarətdir. Təqsirləndirilən şəxs ailə kəndli təsərrüfatında çalışmış, kənd təsərrüfatının bağçılıq və əkinçilik sahələri ilə məşğul olmuşdur. Fiziki cəhətədən sağlam, xasiyyətcə qapalı olmuş, radikal dini təriqətlərə meyilliliyi olmamışdır. Ünsiyyət qurmağı, bacarmış, siyasətlə məşğul olmamış, siyasi partiyalara və ictimai təşkilatlara mənsubluğu olmamışdır. Onun və ailə üzvlərinin barəsində nümayəndəliyə şifahi və ya yazılı formada heç bir şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan Qusar RlHB-nın Kuzunqışlaq kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 66 nömrəli məktubundan və məktuba əlavə edilmiş xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs ailə tərkibi atası Təqsirləndirilən şəxs (xx.xx.1979), anası Şahid2 (xx.xx.1981), qardaşı Şahid1 (xx.xx.2009) ibarətdir. Zərərçəkmiş şəxs evdar xanımdır, heç bir yerdə işləmir, əməyə münasibəti yaxşıdır. Siyasi partiyalara, ictimai təşkilatlara mənsubluğu yoxdur, ünsiyyət qurmağı bacarır, xasiyyətcə qapalı, fiziki cəhətdən sağlamdır. Mənəvi-psixoloji cəhətdən dözümlü, radikal dini təriqətlərə meyilliliyi olmamışdır. Onun haqqında nümayəndəliyə şifahi və ya yazılı formada heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi pensiya haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2000-ci il tarixdən etibarən əlilliyə görə 268.62 manat aylıq pensiya almışdır. Qusar rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli, 149-21643-1222 nömrəli məktubuna əlavə edilmiş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışlar. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan uşağın olması və İİİ dərəcə əlil olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61.1.7-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayəti özündən asılı vəziyyətdə olan şəxsə qarşı törətməsi onun məsuliyyətini ağırlaşdıran haldır. Məhkəmə nəzərə alır ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,149.1-ci maddəsi ilə verilmiş ittihama görə təyin ediləcək cəza Azərbaycan Respublikası CM-nin 63.3-cü maddəsinə əsasən başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən, yəni 6 ildən çox ola bilməz. Təqsirləndirilən şəxsə verilmiş ittihamdan görünür ki, ona elan edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.3 və 150.2.5-ci maddələri ilə əhatə olunan cinayət əməllərini 2016-cı ilin yay aylarından etibarən xx.xx.2022-ci il tarixədək davam etdirmişdir. Azərbaycan Respublikası CM-nin (01 fevral 2023-cü il tarixədək qüvvədə olan redaksiyada) 150.2.3-cü maddəsi ağır cinayətlər kateqoriyasına aid edilməklə, həmin maddə üzrə 5 ildən 10 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Belə ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə 27 dekabr 2022-ci il tarixli Qanunla 150.2.3-cü maddəsi ləğv edilmiş, Cinayət Məcəlləsinə “yetkinlik yaşına çatmayan şəxsə qarşı törədilməsi” məzmunda 150.2-1.1-ci maddəsi əlavə edilmiş, həmin cinayətin törədilməsinə görə də üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Həmin Məcəllənin 10.4-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur. Odur ki, təqsirli bilindiyi CM-nin 150.2.3-cü maddəsi ilə cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 01 fevral 2023-cü il tarixədək qüvvədə olan redaksiyası tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Qusar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, gəldiyi nəticələri həm prosessual normaların tələbləri baxımından, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarının izah və tövsiyələri baxımından əsaslı hesab edir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin 3-cü bəndinə əsasən həmin maddənin 1-ci bəndinin (c) yarımbəndinə müvafiq olaraq tutulmuş və ya həbsə alınmış hər kəs, dərhal hakimin və ya qanunla məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş vəzifəli şəxsin yanına gətirilir və ağlabatan müddət ərzində məhkəmə araşdırması və ya məhkəməyə qədər azad edilmək hüququna malikdir. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəməyə qədər həbs müddəti müəyyən edilərkən nəzərə alınmalı olan müddət təqsirləndirilən şəxsin həbsə alındığı gündən başlayır və hökmün çıxarıldığı gün sona çatır, hətta bu hökm birinci instansiya məhkəməsi tərəfindən verilmiş olsa belə (Solmaz Türkiyə qarşı, §§ 23-24; Kalaşnikov Rusiyaya qarşı, § 110, Vemhoff Almaniyaya qarşı, § 9 ). Azərbaycan Respublikası CPM-nin 132.1.1.-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-cimaddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinəqaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki iş üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış Qusar rayon prokurorluğunun maddi sübutların saxlanılması otağında saxlanılan Zərərçəkmiş şəxs məxsus köynək, pencək, şalvar sahibinə qaytarılmalı qəbul etmədikdə məhv edilməli, Təqsirləndirilən şəxs məxsus sviter, gödəkcə, cins şalvar sahibinə qaytarılmalı qəbul etmədikdə məhv edilməli, “Redmi” markalı mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılmalı, bir ədəd adyal məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 254 manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,149.1, 150.2.3, 150.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-in 29,149.1-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 150.2.3 (01 fevral 2023-cü il tarixədək qüvvədə olan redaksiyada) və 150.2.5-ci maddələri ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları cinayətlərin məcmusu üzrə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 18 oktyabr 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Qusar rayon prokurorluğunun maddi sübutların saxlanılması otağında saxlanılan Zərərçəkmiş şəxs məxsus köynək, pencək, şalvar sahibinə qaytarılsın, qəbul etmədikdə məhv edilsin, Təqsirləndirilən şəxs məxsus sviter, gödəkcə, cins şalvar sahibinə qaytarılsın, qəbul etmədikdə məhv edilsin, “Redmi” markalı mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılsın, bir ədəd adyal məhv edilsin. Təqsirləndirilən şəxs 254 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-90/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-90/2024
19.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver