Məhkəmə qərarları › İş №1(124)-90/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-90/2025

30.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-90/2025 30.01.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi – X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs və onun nümayəndəsi, Bakı şəhər 24 saylı Vəkil Bürosunun vəkili X4, tərcüməçi X5 və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxx 1975-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz olaraq girməklə, silah qismində istifadə edilən əşya tətbiq etməklə, külli miqdarda əmlakı əldə etmək məqsədi ilə quldurluq etmiş, yəni yaşayış sahəsinə qanunsuz olaraq girməklə, silah qismində istifadə edilən əşyanı tətbiq etməklə, külli miqdarda özgənin əmlakını əldə etmək məqsədi ilə hücuma məruz qalmış şəxsin sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını quldurluq yolu ilə ələ keçirmə məqsədi ilə 02 oktyabr 2023-cü il tarixdə saat 19:20 radələrində Zərərçəkmiş şəxs yaşadığı Xaçmaz rayonu, Nabran kəndi ərazisində olmaqla «Maral göl» istirahət mərkəzindən şərq istiqamətində 500 metr aralı məsafədə yerləşən evin həyətinə hasardan keçməklə, sonradan tanınmamaq üçün əynində olan gödəkçənin papağını burnunun üstünədək çəkərək həyətdə olan Zərərçəkmiş şəxs arxadan tutub zor tətbiq edərək sonuncu ilə birlikdə yaşayış sahəsi hesab olunan evə qanunsuz girdikdən sonra zərərçəkmiş şəxsi qəsdən irəli itələyib sonuncunun yıxılaraq başınm döşəməyə dəyməsi səbəbindən ənsə nahiyəsinin şişkinliyi ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarət yetirmiş, bundan sonra o, özü ilə hadisə yerinə gətirdiyi dəmir parçasını silah qismində tətbiq etməklə hücuma məruz qalmış Zərərçəkmiş şəxs sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın edib evdə olan pulun və qızıl-zinyət əşyalarının ona verilməsini tələb etmiş, Zərərçəkmiş şəxs özünə məxsus pulu və qızıl-zinyət əşyalarını evin birinci mərtəbəsində yerləşən yataq otağındakı güzgülü termonun dolabında saxladığını bildirdikdən sonra sonuncunu əlində olan dəmir parçası ilə zor tətbiq edəcəyi hədəsi ilə evin birinci mərtəbəsindəki yataq otağına aparıb pulun və qızıl-zinyət əşyaların yerini göstərməsini bir daha tələb etmiş, Nadejda Polkovnilcova pulunu və qızıl-zinyət əşyalarını saxladığı yeri göstərdikdən sonra o, yataq otağındakı güzgülü termonun sağ yan tərəfindəki dolabın üst rəfində olan güzgülü qutunu içərisindən 750 əyarlı ağ qızıldan hazırlanmış 05 qram çəkidə olan brilliant qaşlı 7000 manat dəyərində olan kulonlu boyunbağı-sırğa dəstini, “Bvlgari” markalı 750 əyarlı sarı qızıldan hazırlanmış brilliant qaşlı üst hissəsi fırlanan 6 qram çəkidə olan 2500 manat dəyərində bir ədəd qadın üzüyünü, 750 əyarlı qızıldan hazırlanmış brilliant qaşlı 10 qram çəkidə olan 3000 manat dəyərindəki bir ədəd paxlavaşəkilli qadın üzüyünü, 750 əyarlı qızıldan hazırlanmış üzərində xaç şəkilli kulon olan 10 qram çəkidə 700 manat dəyərindəki bir ədəd boyunbağını, 750 əyarlı qızıldan hazırlanmış ümumilikdə 4 qram çəkidə olan, üzərində Misir fironu “Nefertiti” heykəli formasında lculonu olan 400 manat dəyərində bir ədəd boyunbağını, 750 əyarlı qızıldan hazırlanmış üzərində açıla bilən və içərisinə kiçik foto şəkil yerləşdirilə bilən ürək formasında kulon olan 10 qram çəkidə 2000 manat dəyərindəki bir ədəd boyunbağını, 750 qram qızıldan hazırlanmış 6 qram çəkidə olan mirvari qaşlarla düzəldilmiş ümumilikdə 500 manat dəyərində olan sırğa- üzük və boyunbağı dəstini, bundan başqa həmin termonun orta hissəsində yerləşən siyirtməsində olan qəhvəyi rəngli taxta qabın içərisindən 750 əyarlı qızıldan hazırlanmış üzərində “Q” hərfi formasında aqat və briliant qaşlı qızıl kulonu olan “Gucci” markalı 60 qram çəkidə olan, 16000 manat dəyərindəki sırğa, üzük və boyunbağı dəstini, həmin siyirtmədə olan düyməli qabın içərisindən 750 əyarlı sarı qızıldan hazırlanmış 30 qram çəkidə olan 5000 manat dəyərindəki boyunbağı-qolbaq dəstini, həmin siyirtmədə olan bir ədəd pul qabının içərisində olan 2000 manat pul vəsaitini, bundan başqa həmin otaqda olan yatağın sağ yan tərəfindəki dolabın üst siyirtməsində olan zəncirbəndli qabın içərisindən 750 əyarlı ağ qızıldan hazırlanmış 20 qram çəkidə olan briliant qaşlı 9500 manat dəyərində olan sırğa və üzük dəstini, “Cartier” markalı, yaşıl dəri kəmərli 9000 manat dəyərində olan bir ədəd qadın qol saatını, 583 əyarlı qızıldan hazırlanmış ümumilikdə 80 qram çəkidə olan, 5000 manat dəyərində olan bir ədəd boyunbağını, 750 əyarlı qızıldan hazırlanmış 20 qram çəkidə olan briliant qaşlı 2000 manat dəyərində olan sırğa-üzük dəstini götürüb yatağın üzərində olan çəhrayı rəngli, 30 sm eni və 40 sm uzunluğunda olan 5 manat dəyərindəki bir ədəd dəsmalın içərisinə qoyub bükərək götürmüş, daha sonra evin qonaq otağında Zərərçəkmiş şəxs istifadəsində olan 30 manata alınmış ***-***-**-** saylı danışıq kartı olan 50 manat dəyərindəki “Nokia” markalı bir ədəd sadə mobil telefonu və evin ikinci mərtəbəsində olan yataq otağından 450 manat dəyərində olan bir ədəd maskanı qanunsuz götürüb aparmaqla ümumilikdə külli miqdar təşkil edən 65135 manat məbləğində əmlakı əldə etmək məqsədi ilə quldurluq etmiş, bununla da o, yaşayış sahəsinə qanunsuz olaraq girməklə, silah qismində istifadə edilən əşya tətbiq etməklə, külli miqdarda özgənin əmlakını əldə etmək məqsədi ilə hücuma məruz qalmış şəxsin sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, əvvəllər 2011-ci ildə Rusiya Federasiyasında 2 dəfə narkotik vasitədən istifadə etdiyinə görə tutulmuş və 11 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Narkotik vasitənin marixuana növündən istifadə edirdi. Qaradağ rayonu, Lökbatan qəsəbəsinə gəlmiş, anası ilə yaşamışdır. Evi satmış, pulu qardaşı ilə bölüşdürmüşdür. Yay aylarında Nabranda istirahət edirdi. Zərərçəkmiş şəxslə qonşuluqda olmuşdur. Onun qızı Moskva şəhərində yaşayırdı. Xaçmaza dostları ilə getmişdir. Asida adlı şəxsdən zərərçəkmiş şəxsin imkanlı olduğunu, qızının Moskva şəhərində yaşadığını və özüylə dostluq etdiyini öyrənmişdir. 02 oktyabr 2023-cü il tarixdə saat 20:00 radələrində zərərçəkmiş şəxsin evdən çıxdığını və qapını açıq qoyduğunu görüb evinə getmişdir. Evə girdikdən sonra səs gəldiyini eşitmiş və evin 2-ci mərtəbəsinə qalxmışdır. Sonra aşağı düşəndə telefonda xəbərlərə baxdığını görmüş və yenə ikinci mərtəbəyə qalxmışdır. İkinci dəfə aşağı düşəndə onu görmüş və sonra o getmişdir. O evdə olmayanda şkafdan sırğa və bir ədəd qolbaq götürmüş və sonradan özünə vermişdir. O, zərərçəkmiş şəxsə zorakılıq göstərməmişdir. O evdə olan zaman ittiham aktında göstərilən qızılların heç biri orada olmamışdır. Seyfi görmüş, amma ona heç toxunmamışdır. Evin satışından qalan 42.000 manat pulu gəzməyə xərcləmiş, narkotik vasitədən istifadə etməmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində göstərmişdir ki, ittihamda göstərilən cinayət əməlini törətməkdə özünü təqsirli bilir. O, ünvan 1 ünvanında tək yaşamışdır. O, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 166 nömrəli tam orta məktəbin rus bölməsində orta təhsilini rus dilində almışdır. Orta məktəbi 1990- cı illərin əvvəlində bitimiş, orta məktəbi bitirdikdən sonra tez-tez Rusiya Federasiyasına gedib-gəlmişdir. X1 neft sahəsində işləmiş, anası X8 isə müəllimə işləmişdir. Ailədə dörd nəfər olmuşlar, yəni özündən balaca bir qardaşı vardır. O, 2022-ci ilin iyul ayında Rusiya Federasiyasından Azərbaycan Respublikasına gəlmişdir. Uzun müddət Rusiya Federasiyasında yaşasa da Azərbaycan Respublikası vətəndaşıdır. O, 2022-ci ilin iyul ayında Azərbaycan Respublikasına gəldikdən sonra anasının yaşadığı ünvan 4 ünvanında anası ilə birlikdə yaşamağa başlamışdır. O, Rusiya Federasiyasında cəza çəkmə müəssisəsində olan zaman, yəni 2021-ci ildə atası vəfat etmiş, ona görə də həmin evdə anası ilə ikisi yaşamışlar. Onun özündən balaca bir qadaşım vardır, qardaşının adı soyadı X7r və qardaşı da uzun müddətdir ki, Rusiya Federasiyasında işləyir və yaşayır. 2022-ci ilin sentyabr ayında anası da səhhətində olan xəstəliyi ilə bağlı vəfat etmişdir. Anası öldükdən sonra həmin evdə tək yaşamağa başlamışdır. Anası vəfat etdikdən sonra onun pula ehtiyacı olmuş və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yaşayan Emil adlı tanışından anasının yas mərasiminə xərcləmək üçün 250 manat borc pul almşdır. Emildən pulu alan zaman 7-8 gün ərzində pulu qaytaracağını bildirsə də həmin vaxtdan sonra xeyli vaxt keçməsinə baxmayaraq Emildən aldığı 250 manat borc pulu qaytara bilməmişdir. 2023-cü ilin may ayında qardaşı ilə danışaraq anasına məxsus olan ünvan 4 ünvanında yerləşən evi satmağı və pulunu yarı-yarıya bölməyi qərara almışlar. 2023-cü ilin may ayında həmin evi 90000 (doxsan min) manata satmışlar, həmin puldan evin satılmasına və sənədləşməsinə görə çəkilmiş xərcləri çıxmışlar və qardaşı ilə hər birinə 42000 (qırx iki min) manat pul düşmüşdür. O, 42000 (qırx iki min) manat pulu aldıqdan sonra qardaşı özünə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində ev almaq istədiyini bildirmiş və ondan 10000 (on min) dollar, yəni 17000 (on yeddi min) manat borc pul istəmişdir. O, qardaşına 10000 (on min) dollar, yəni 17000 (on yeddi min) manatın çox olduğunu bildirib ona çatmış 42000 (qırx iki min) manat puldan 12000 (on iki min) manatını verə biləcəyimi demiş, qardaşı da onunla razılaşdığından o, özündə olan 42000 (qırx iki min) manat pulun 12000 (on iki min) manatını qardaşı Aydına vermiş, qalan 30000 (otuz min) manatını isə xərcləməyə başlamışdır. O, həmin 30000 (otuz min) manat pulu narkotik vasitələrə və eyş-işrət məclislərində xərcləməyə başlamışdır. Çünki 11 il 06 ay cəza çəkmə müəssisəsində qalmış və fikirləşmişdir ki, əlinə bu qədər pul düşmüşdür, həmin pulu öz keyfinə xərcləsin. O, həmin dövrdə narkotik vasitələrə və psixotrop maddələrə qurşanmış və demək olarki narkotik vasitələrdən və psixotrop maddələrdən asılı vəziyyətə düşmüşdür. O, həmin dövrdə dostu Anar və Oleqlə oturub-durmuş, sonuncularla birlikdə zaman keçirmişdir. 2023-cü ilin iyun ayının ortalarında dostları Anar və Oleqlə birlikdə qərara almışlar ki, birlikdə Xaçmaz rayonu, Nabran kəndinə gəlib Nabran kəndində dincəlsinlər. Xaçmaz rayonuna gəlməzdən əvvəl Anar Xaçmaz rayonu, Nabran kəndində yaşayan Asida adlı tanışının olduğunu, Asidanm onların qalmaları üçün Nabran kəndində evə tapa biləcəyini demiş, o da Anarla razılaşmışdır. Bundan sonra Anar Asida ilə danışmış, Asida onlar üçün Nabran kəndində ev təşkil etmişdir. Həmin ev Nabran kəndində yerləşmiş və Asidanm bacısının evi olmuşdur. Beləliklə onlar Nabran kəndində Asidanm tapdığı, yəni bacısının evini kirayə tutub qalmağa başlamışlar. Onların qaldıqları evin yerləşdiyi həyətdə bir neçə ev yerləşmiş və həmin evlərdə başqa qonaqlar qalmışlar. Həmin evlərin birində də Asidanm ailə üzvləri, yəni atası Aydın, bacısı və Asidanm özü də qalmışdır. O, ata evini satdığına görə istirahət xərclərini özü qarşılamışdır. O, dostu Anarla həmin evdə 40 gün qalıb istirahət etmiş, 2023-cü ilin iyul ayının sonlarında isə qayıdıb Bakı şəhərinə getmişlər. Nabran kəndində qaldıqları müddət ərzində Asida və sonuncunun bacısı ilə münasibətləri yaranmış və demək olar ki, onlarla birlikdə dənizə, restorana gedib-gəlmişlər. Onlar Nabran kəndində kirayə tutduqları evdə qalan zaman Aydının evinə bir nəfər yaşlı rus qadın tez-tez qonaq gəlmişdir. Demək olar ki, həmin qadın hər gün Aydmgilə qonaq gəlmiş, o da hər dəfəsində həmin qadını görmüş, həmin qadın hər dəfə qonaq gələndə üzərində bahalı qızıl-zinət əşyaları olmuşdur. Sonradan Asida ilə söhbət əsnasında öyrənmişdir ki, həmin qadının adı Nadejdadır, qonşuluqda yerləşən evdə tək yaşayır, qızı Rusiya Federasiyasında yaşayır, qızı kifayət qədər imkanlı şəxsdir, ona görə də yaşadığı evdə özü və qızma məxsus çoxlu qızıl-zinət əşyaları vardır. Nadejda hər dəfəsində Aydmgilə gələn zaman boynuna bahalı və göstərişli qızıl boyunbağılar, barmağına bahalı qızıl üzüklər, qulağına bahalı qızıl sırğalar, qoluna qızıl qolbaqlar taxmış və bunlar həmin müddətdə onun diqqətini cəlb etmişdir. Nadejdanın Asidanm anası ilə münasibəti olmuşdur deyə Nadejda həmin ərəfədə hər gün gəlib Asidagildə oturub çay içmiş, söhbət edib deyib gülmüşlər. Həmin vaxtlar onun pulu olmuşdur və Nadejdanın qızıllarını oğurlamaq barədə qətiyyən fikri olmamışdır. İstirahət edən zaman Asida ilə hərdən dənizə gedib çimmişlər, Asida ilə dost kimi münasibəti yaranmışdır. Hərdən Asida ilə küçəyə çıxıb dəniz istiqamətində gedən zaman həmin küçədə yerləşən villaların kimlərə məxsus olmasını soruşmüş, Asida da villaların kimə məxsus olmasını bir-bir ona demişdir. Bir gün villarm qarşısından keçərkən iki ədəd diqqət çəkən yanaşı villaların kimə məxsus olmasını Asidadan soruşmuş, Asida sol tərəfdə yerləşən villanın boş olduğunu və içərisində heç kimin yaşamadığını, əvvəlki sahibinin əlindən borca görə bank tərəfindən alındığını, sağ tərəfdə olan iki mərtəbəli villanın isə yaşadıqları evə tez- tez qonaq gələn yaşlı qadın Nadejdaya məxsus villa olduğunu demişdir. O, həmin evi yadında saxlamışdır. O, 40 gün Nabran kəndində kirayə tutduğu evdə qalıb dincəldikdən sonra 2023-cü ilin iyul ayının sonlarında Anarla birlikdə Bakı şəhərinə qayıtmışdır. Onlar istirahətə gələn zaman dostu Oleq də onlarla gəlsə də bir müddət qaldıqdan sonra Oleq əvvəlcə Bakı şəhərinə, daha sonra da Rusiya Federasiyasına çıxıb getmiş, o da istirahət etməyə Anarla davam etmişdir. O, Bakı şəhərinə qayıtdıqdan sonra, yəni 2023-cü ilin iyul ayının sonlarından 2023-cü ilin sentyabr ayının əvvəllərinədək olan müddətə Bakı şəhərində müxtəlif otellərdə və yataqxanalarda, əsasən də Bakı şəhərində, 7 nömrəli ASAN xidmət mərkəzinin yanında yerləşən “Vegas” hoteldə qalmağa başlamışdır. Həmin hoteldə 12 saatı 30 manata qalmış, ancaq hər gün həmin hoteldə qalmamışdır. Həmin ərəfədə elə günlər olmuşdur ki, dəniz kənarı bulvarda olan oturacaqların üzərində yatıb gecələmişdir. Həmin günlərdə tanışı Asida da Bakı şəhərinə gəlib işləməyə başlamışdır. O, 2023-cü ilin iyul ayının sonlarında Bakı şəhərinə gəlsə də, Asida ilə münaibəti davam etmiş, Asida ilə telefon əlaqəsi saxlamışdır. Ona görə də Asida ilə hərdən Bakı şəhərində görüşüb münasibətini daha da yaxınlaşdırmışdır. O, 2023-cü ilin sentyabr ayının əvvəllərindən qardaşının aldığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində, 233 nömrəli tam orta məktəbin yaxınlığında yerləşən evdə tək yaşamağa başlamışdır. Həmin vaxtlarda artıq Asida ilə bir-birinizə qarşı sevgi münasibəti yaranmışdır deyə onlar qərara almışlar ki, bir evdə yaşasınlar, ona görə də 2023-cü ilin sentyabr ayının əvvəllərindən o, Asida ilə qardaşının evində birgə yaşamağa başlamış, qardaşı isə Rusiya Federasiyasında olmuşdur. Asida onunla birlikdə bir evdə yaşasa da Asida qadın gözəllik salonunda işləmiş və kifayət qədər yaxşı əmək haqqı almışdır. Asida ilə birgə yaşadıqları müddət ərzində hərdən söhbət arasında o, yenə də Asidadan Nabran kəndində tək yaşayan Nadejda barəsində suallar soruşmuş, Asida da ona söhbət əsnasında Nadejda barəsində məlumat verərək Nadejdanın həmin evdə tək yaşadığını, evdə Nadejda və qızının qızıl-zinət əşyalarının olduğunu, Nadejdanın qızı Diananın Rusiya Federasiyasında işlədiyini və çox imkanlı olduğunu demiş, o Asidadan Nadejdanın yaşamaq üçün pulu haradan aldığını soruşduqda Asida, Diananın anası üçün Rusiya Federasiyasından tez-tez pul göndərdiyini demişdir. O, Asidanın bu sözlərini fikrində saxlamış, ancaq həmin sualları Asidaya hər gün yox, ara-ara söhbət əsnasında şübhə çəkmiyəcək tərzdə soruşmuş, Asida da onun suallarına cavab vermişdir. 2023-cü ilin sentyabr ayının sonlarında tanışı Emil onun yaşadığı evi gəlib tapmış və onun yaşadığı evə gəlib onunla görüşüb məndən anasının yas mərasimində borc aldığı 250 manat pulu istəmişdir. X15 Federasiyasından gəldikdən sonra tanışlığı yaranmışdır. Belə ki, Emilin qonşuluğunda yaşayan bir xanımla münasibəti olmuş və həmin xanımın yaşadığı evə gedib gələrkən Emillə tanış olmuş, sonradan Emilin də narkotik vasitə istifadəçisi olduğunu öyrənmiş və Emillə narkotik vasitə qəbul etmişdir. Beləliklə Emillə münasibəti yaranmış, ancaq son zamanlar Emilə borcu olmuşdur deyə əlaqəni kəsmişdir. Qeyd etdiyi kimi Emil onun yaşadığı evə gəlib ondan 250 manat pulunu istəmiş, o da Emilə 3-4 gün sonra gətirib pulunu verəcəyini bildirmişdir. 2023-cü ilin sentyabr ayının sonlarında onun pulu demək olar ki qurtarmış və pula ehtiyacı olmuş, həm də bədəni artıq narkotik vasitə tələb etmiş, narkotik vasitə əldə etmək üçün pula ehtiyacı olmuşdur. Həmin ərəfədə kəskin olaraq pula ehtiyacı olmuşdur deyə ağlına gəlmişdir ki, Nabran kəndində yaşayan Nadejdanın yaşadığı evə gedib sonuncunun yaşadığı evdən gizlincə qızıl-zinət əşyaları və pul oğurlasın. Bu məqsədlə 01 oktyabr 2023-cü il tarixdə axşam saatlarında Bakı şəhərindən çıxıb əvvəlcə Xaçmaz rayon avtovağzalına gəlmiş, sonra da Xaçmaz şəhərində yerləşən avtomobil dairəsinin yanından Xudat şəhərinə gedən taksilərin birinə əyləşib Xudat şəhərinə çatdıqdan sonra taksidə olan digər sərnişinlər avtomobildən düşmüşlər, o da taksi sürücüsünə bir qədər artıq pul vermişdir ki, onu Nabran kəndinə aparıb düşürsün. O, həmin taksi ilə Nabran kəndinə gedib çatmışdır. O, Nabran kəndində qalan zaman bilmişdir ki, Nadejdanın yaşadığı evin qonşuluğunda yerləşən evlərdən biri boşdur, həmin evdə heç kim yaşamır. Nabran kəndində oğurluğa gələn zaman fikirləşmişdir ki, gecəni gedib həmin boş villada qalar, gündüz saatlarında Nadejda evdən çıxıb qonşuya gedən zaman evə girib qızılları oğurlayıb çıxıb gedər. Buna görə də o, 02 oktyabr 2023-cü il tarixdə gecə saat 01 radələrində Nabran kəndinə çatıb Nadejdanın qonşuluğunda yerləşən həmin boş villanın həyətinə keçmiş, villanın bütün qapı və pəncərələri bağlı olduğuna görə aça bilməmiş, ona görə də həmin villanın yerləşdiyi həyətdə olan təmirsiz tikiliyə girib gecəni orada qalmış, səhər tezdən oyanıb hasarın üstündən Nadejdanın yaşadığı evi pusmağa başlamışdır. Gecə qaldığı ev tam təmirsiz olmaqla qapısı olmamış, ona görə də rahatlıqla girib həmin evdə gecələmişdir. 02 oktyabr 2023-cü il tarixdə səhər saatlarında bir nəfər qadın Nadejdanın yaşadığı evə gəlib çörək gətirmiş, daha sonra evin həyətini süpürmüş, bir qədər sonra da Nadejda ilə birgə evdən çıxıb evin qarşısı tərəfə getmişlər. Onun dayanıb Nadejdanı pusduğu yer isə sonuncunun yaşadığı evin arxa tərəfinə düşmüşdür. Ona görə də Nadejda evin qarşısına keçəndə sonuncunun həyətdən çıxıb gedib-getməməsini görməmişdir. O, bir neçə dəqiqə gözləsə də görmüşdür ki sakitçilikdir, Nadejda geri qayıtmadı. O da bu fürsətdən istifadə edib gizləndiyi təmirsiz evdən bir ədəd ucu sivri və iti olan dəmir parçası götürüb evdən çıxıb dəmir materialdan olan tor hasarın üstündən keçərək Nadejdanın yaşadığı evin həyətinə keçmişdir. O, həmin dəmir pasçasını götürmüşdür ki, birdən evin qapısını və qızılların saxlandığı yerin qapağını açmaq üçün lazım olsa əlində nə isə olsun. O, Nadejdanın yaşadığı evin həyətinə keçdikdən sonra evin arxasında yerləşən qapı açıq olduğundan həmin qapını açıb evin içərisinə daxil olmuşdur. Həmin qapı evin yay mətbəxinə açılmış, yay mətbəxinə girdikdən sonra da sağdakı pilləkənlə qalxıb qapını açaraq evin içərisinə daxil olmuşdur. Evin içərisinə daxil olduqdan sonra 10-15 dəqiqə ərzində evin birinci mərtəbəsində yerləşən otaqları gəzməyə başlamışdır. 10-15 dəqiqə sonra evin həyətindən Nadejdanın digər qadınla danışıq səsinin gəldiyini eşitmişdir. Həmin vaxt səhər saat 10-11 radələri olmuşdur. O, evin həyətindən səs gəldiyini eşidən kimi evin içərisində olan taxta pilləkənlə evin ikinci mətbəsinə qalxıb pilləkəndən sağda yerləşən otağa daxil olub orada gizlənmişdir. Evin ikinci mərtəbəsinə qalxdıqdan sonra Nadejdanın evdən çıxıb getməsini gözləmiş, həmin gün axşam saat 19 radələrinədək Nadejdanın çıxıb getməsini gözləsə də Nadejda evdən çıxıb getməmişdir. Həmin vaxt ərzində Nadejda evdə başqa bir qadınla olmuş və həmin qadınla söhbət etmişlər. O, ikinci mərtəbədə gözlədiyi vaxt ərzində evin ikinci mərtəbəsində yerləşən otaqları gəzməyə başlamışdır. Evin ikinci mərtəbəsində pilləkəndən solda yerləşən otağa daxil olanda görmüşdür ki, həmin otaqda olan termonun yuxarısından bir ədəd bəzəkli maska asılmışdır. Həmin maskaya el arasında “karnivalni maska” da deyirlər. Həmin maskanın orta hissəsi gümüşü rəngli metaldan olmuş, həmin dəmirin ətrafı isə quş tükündən olan lələklərlə bəzədilmişdir. Hiss olunmuşdur ki, maska əl işidir və qiymətlidir. Ona görə də həmin maska bir az ağır çəkili olmuşdur. O, Nadejdanın yaşadığı evdən oğurluq edə bilməcəyini düşünüb evdən çıxıb getməyi qərara almışdır. Buna görə də evdə gizləndiyi otaqdan çıxıb pilləkənlə evin birinci mərtəbəsinə düşmüş və görmüşdür ki, Nadejda evin qonaq otağında olan masanın başındakı stulda oturub telefonla rus dilində xəbərlərə baxır, ona görə də yenidən evin ikinci mərtəbəsinə qalxıb Nadejdanın yatmasını gözləmişdir. O, bir qədər də evin ikinci mərtəbəsində gözləmiş, pəncərədən baxıb havanın tam qaraldığını görmüş, evin birinci mərtəbəsindən də səs gəlmədiyinə görə fikirləşmişdir ki, artıq Nadejda yatmışdır, ona görə də evdən çıxıb getsin. O, hər ehtimala qarşı tapdığı lələkli və bəzəkli maskanı başına taxıb evin birinci mərtəbəsinə düşüb görmüşdür ki, Nadejda otaqda yoxdur. Ona görə də evin arxa qapısından həyətə çıxanda Nadejda ilə rastlaşmışdır. Orada Nadejda onu görüb qorxmuş və qışqırmağa başlamış və arxasını çevirib qaçmaq istəmişdir. Həmin vaxt o, Nadejdaya yaxınlaşıb arxa tərəfdən hər iki əli ilə Nadejdanın hər iki qoltuq altı nahiyəsindən tutub qışqırmamasmı, sakit olmasını demiş və Nadejdanın əynində olan paltarın papağını (kapuşonunu) sonuncunun başına keçirmiş və evə girmələrini demişdir. Bu zaman Nadejda ona “məni öldürmək istəyirsən?” sualını vermiş, o da Nadejdaya onu öldiırməyəcəyini, qorxmamasını demişdir. Bundan sonra əlləri ilə güc verib Nadejdanı evə tərəf itələmiş, Nadejda da başa düşmüşdür ki evə girmək lazımdır, beləliklə onlar evin qapısına yaxınlaşıb evə daxil olmuşlar. Onlar evin arxa qapısından içəriyə girib sağa dönüb 3-4 pilləli pilləkələ qalxıb evin qonaq otağına daxil olmuşlar. Həmin otaqda həm studio tipli mətbəx olmuş, həm də oturmaq üçün divan, masa və oturacaqlar, eyni zamanla soba olmuşdur. Onlar evin arxa qapısından evin içərisinə daxil olmuşlar və otağa daxil olduqdan sonra otağın ortasında, sobanın yanında o, Nadejdanı itələyib yerə yıxmışdır. Nadejda yıxıldıqdan sonra əlində olan dəmir parçasını ona nümayiş etdirib Nadejdadan evdə qızma məxsus qızılları və pulun olduğunu, həmin qızıl-zinət əşyalarını və pulu ona verməsini tələb etmişdir. Nadejda qızılların yataq otağında olduğunu bildirmişdir. O, əyilib Nadejdanı yerdən qaldırmış və qolundan tutub onu qızıllar olan otağa aparmasını demişdir. Nadejda onu qonaq otağından solda yerləşən yataq otağına aparmışdır. Yataq otağına daxil olduqdan sonra o, Nadejdaya evdə olan qızılların yerini göstərməsini, nə qədər qızıl və pul olsa yarısını ona verəcəyimi demişdir. O, evdə olan qızılların və pulun hamısını ona verməsi üçün qadına demişdir ki, nə qədər qızıl və pul olsa yarısını ona verəcəkdir. Bu zaman Nadejda onunla razılaşmış və əlini uzadıb ona otağa girişdən solda yerləşən güzgülü termonu göstərmişdir. O, həmin tormonu axtarmağa başlamışdır. O, həmin güzgülü termonun sağ yan tərəfində olan dolab hissəsinin üst rəfində olan qızılzinət əşyalarını yığmaq üçün nəzərdə tutulmuş güzgülü qutunu götürüb termonun üzərinə qoymuş və həmin qutunun içərisindən kulonlu boyunbağı-sırğa dəstini, üst hissəsi fırlanan qadın üzüyünü, bir ədəd paxlava şəkilli qadın üzüyünü, üzərində xaç şəkilli kulon olan bir ədəd boyunbağını, üzərində adam heykəli formasında kulonu olan bir ədəd boyunbağını, üzərində açılan bilən və içərisinə kiçik foto şəkil yerləşdirilə bilən ürək formasında kulon olan bir ədəd boyunbağını, bir ədəd sırğa-üzük və boyunbağı dəstini (həmin dəstin üzüyünün üst hissəsi qadın əllərindən idi və qadının iki ovucunun içərisində mirvari var idi, guya ki həmin qadın əllərində şar tutmuş kimi), bundan başqa həmin termonun orta hissəsində yerləşən siyirtməsində olan qəhvəyi rəngli taxta qabın içərisindən üzərində “Q” hərfi formasında qaşlar olan qızıl kulon, bir ədəd sırğa, üzük və boyunbağı dəstini, həmin siyirtmədə olan düyməli qabın içərisindən boyunbağı-qolbaq dəstini, həmin siyirtmədə olan bir ədəd pul qabının içərisində olan 2000 manat nağd pulu götürüb otaqda olan yatağın üstünə qoymuşdur. Həmin qızıl-zinət əşyalarını və pulu götürdükdən sonra başqa harada var sualını vermiş, bu zaman Nadejda yatağın sağ tərəfində olan kiçik dolabı göstərmişdir. O, həmin dolabın üst siyirtməsində olan zəncirbəndli qabın içərisindən sırğa və üzük dəstini, yaşıl kəmərli bir ədəd qadın qol saatını, el arasında “tros sep” adlanan bir ədəd boyunbağını, bir ədəd sırğa-üzük dəstini götürüb yatağın üzərinə qoymuşdur. Daha sonra həmin qızıl-zinət əşyalarını və pulu yatağın üzərində olan çəhrayı rəngli, 30 sm eni və 40 sm uzunluğunda olan bir ədəd dəsmalın içərisinə qoyub bükərək götürmüşdür. O, əvvəlcə qızılların və pulun yarısını Nadejdaya verəcəyini desə də elə bir fikrim olmamış, sadəcə qızılların və pulun hamısını ona verməsi üçün nadejdanı aldatmışdır. O, Nadejdanı tutub yataq otağına aparan zaman pilləkənin altında olan kiçik otaqda bir ədəd seyf olmasını görmüşdür. Yataq otağında qızılları götürdükdən sonra Nadejdaya demişdir ki, pilləkənin altında olan seyfin qapağını açsın. Bu zaman Nadejda seyfin kodunu bilmədiyini və seyfin içərisində heç nə olmadığını bildirmişdir. O, yataq otağının qarşısında olan stulda Nadejdanı əyləşdirmiş və tərpənməməsini demiş, özü isə seyfə yaxınlaşıb baxmış, ancaq görmüşdür ki ağır seyfdir, apara bilməyəcək və qapısını aça bilməyəcək, ona görə də orada çox vaxt itirməmiş və seyfə toxunmamışdır. Bundan sonra o, Nadejdanı oturduğu stuldan ayağa qaldırıb qonaq otağına aparmış və evdə başqa harada pul olmasını soruşmuşdur. Bu zaman Nadejda ona bildirmişdir ki, yay mətbəxində olan masanın örtüyünün altında 100 manat pul vardır. Bu zaman o görmüşdür ki, Nadejda əlini əynində olan jiletin yan cibinə qoymuş və əli cibində ola-ola əlini tərpədir, əlində nə isə sıxıb saxlamışdır. O, Nadejdadan cibində nə olduğunu soruşmuş və cibindəkini ona verməsini demişdir. Bu zaman Nadejda cibindən bir ədəd “Nokia” markalı mobil telefon çıxarıb ona vermişdir. O, telefonu Nadjdadan alıb zəng edilən nömrələrə baxmışdır ki, birdən polisə zəng edər xəbəri olmaz, ancaq baxıb görmüşdür ki, heç kimə zəng etməmişdir. O, həmin telefonu götürüb cibinə qoymuşdur. Bundan sonra yay mətbəxinə çıxmışdır ki, həmin pulu da götürüb çıxıb getsin. Mən yay mətbəxinə çıxan kimi Nadejda yay mətbəxi ilə evin qonaq otağının arasında olan qapını bağlamışdır. Bu zaman o da artıq qızılları və pulu götürdüyü üçün yay mətbəxində olan pulu axtarmamış və oradan çıxıb getmişdir. Nadejdanm yaşadığı evdən çıxıb meşə istiqamətinə getmiş və gedib 3-4 saat meşədə gizlənmişdir. Sifətində olan maskanı və mobil telefonu meşədə atmışdır. Səhər saat 07 radələrinə qədər meşədə gizlənib səhər saatlarında Nabran-Xudat avtomobil yolunun kənarına çıxmış və yoldan keçən avtobusların biri ilə Xudat şəhərinə gəlmişdir. Xudat şəhər avtovağzalından Bakı şəhərinə gedən avtobusların birinə əyləşib Bakı şəhəri istiqamətində yola düşmüşdür. Avtobusda Bakı şəhəri istiqamətində gedərkən yanında Xaçmaz rayonundan Bakı şəhərinə gedən bir nəfər oğlan oturmuşdur. Yolda gedən zaman həmin şəxslə söhbət etmiş və ünsiyyət qurmuş, həmin şəxsdən mobil telefonunu bir dəfə istifadə etmək üçün icazə istəmişdir. Həmin vaxt narkotik vasitəyə ehtiyacı olmuşdur və həmin şəxsin mobil telefon nömrəsi ilə Emilin istifadəsində olan ***- ***-**-** saylı mobil telefon nömrəsinə zəng etmiş və Emildən onun üçün narkotik vasitə tapmasını istəmiş, Emil də “gəl təşkil edərik” demişdir. Bundan sonra o, yol boyu həmin oğlanla söhbət etməyə davam etmişdir. Yolda gedərkən yanında olan şəxsdən üzərində şəxsiyyət vəsiqəsinin olub- olmamasını soruşmuş, həmin şəxs isə şəxsiyyət vəsiqəsinin üzərində olmadığını, nə üçün soruşduğunu ondan soruşmuş, o da həmin şəxsə bir qədər qızıl-zinət əşyalarının olduğunu, öz şəxsiyyət vəsiqəmi itirdiyini, həmin qızılları satmaq üçün şəxsiyyət vəsiqəsi lazım olduğunu demişdir. Bu zaman oğlan mobil telefonuna baxıb ona bir ədəd mobil telefon nömrəsi verib bildirmişdir ki, Bakı şəhərinə çatdıqdan sonra həmin mobil telefon nömrəsinə zəng etsin, zəng etdiyi həmin şəxslər ondan şəxsiyyət vəsiqəsi olmadan qızıl- zinət əşyaları alacaqlar. O, oğlanın verdiyi mobil telefon nömrəsini avtobusda olan sərnişinlərin birindən aldığı qələmlə siqaret qutusunun kağızma yazmış və cibinə qoymuşdur. Beləliklə o, Bakı şəhərinə çatdıqdan sonra avtovağzalda düşüb Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinə getmişdir. Lökbatan qəsəbəsi, 28 may küçəsində yerləşən zərgərlik mağazalarından birinə yaxınlaşıb şəxsiyyət vəsiqəsini təqdim edib özünə məxsus olan qızıl qolbaq olduğunu və həmin qolbağı satmaq istədiyimi bildirmişdir. Zərgərlik mağazasında bir nəfər cavan oğlan və bir nəfər orta yaşlı kişi olmuşdur. Həmin şəxslər satmaq istədiyi qolbağa baxmışlar və bir qədər baxıb tərəzidə çəkdikdən sonra 16 qramdan bir qədər artıq olduğunu və buna görə ona 935 manat pul verə biləcəklərini demişlər. O, şəxsiyyət vəsiqəsini vermiş, həmin şəxslər şəxsiyyət vəsiqəsinin surətini götürmüşlər, vəsiqəsinin surətini çıxardıqları kağızın üzərinə satdığı qızılın çəkisini və ona verdikləri pulun məbləğini qeyd etmişlər, o həmin kağıza imza etmiş, bundan sora qolbağı götürüb ona 935 manat pul vermişlər. O, həmin pulu alıb dostu Emilin yanma getmişdir. Emilin yanma gedən zaman taladığı qızılları hissə-hissə bölüb ciblərinə yerləşdirmişdir. Emilin yanma çatan kimi Emilə 50 manat pul verib onun üçün narkotik vasitə olan heroin tapmasını istəmişdir. Emil pulu götürüb çıxıb getmiş və təxminən bir saat sonra yanma gəlib ona tapıb bir qram heroin gətirmişdir. Onlar ikisi həmin narkotik vasitəni qəbul etmişlər və o, cibimdə olan puldan Emilə borclu olduğu 250 manat pulu Emilə vermişdir. Emilin borcunu verdikdən sonra şəhərə getməli olduğunu demişdir. Emil ondan şəhərdə nə işinin olduğunu soruşduqda, o, cibimdən iki ədəd qızıl boyunbağı çıxarıb həmin boyunbağıların özünə məxsus olduğunu və satmaq istədiyini demişdir. Emil də ona demişdir ki, o gedib boyunbağıları yoxlatsın, əgər qızıl olsa birini satmayıb gətirib özünə satsın. O da Emillə razılaşıb oradan çıxıb getmişdir. Bakı şəhərində telefon satılan mağazaların birinə girib özünə bir ədəd sadə telefon almış və həmin telefona əvvəldən istifadə etdiyim ***-***-**-** saylı mobil telefon nömrəsinin sim kartını taxmış və səhəri gün Bakı şəhərinə gələrkən avtobusda olan oğlanın verdiyi mobil telefon nömrəsinə zəng edib əlində qızıllar olduğunu, lakin şəxsiyyət vəsiqəsi olmadığına görə qızılları sata bilmədiyini, həmin qızıllar ala bilib-bilməyəcəklərini soruşmuşdur. Telefonda danışdığı şəxs onunla razılaşıb qızılları ala biləcəklərini demiş və onu Bakı şəhəri, M.Əcəmi metrosunun yanma dəvət etmişdir. O, qızılları götürüb həmin yerə getmiş, həmin şəxslər avtomobillə gəlmişlər, o avtomobilə əyləşmişdir. Avtomobilin içərisində iki nəfər orta yaşlı kişi olmuş və həmin şəxslər onun təqdim etdiyi qızıllara baxmışlar, özlərində olan tərəzidə çəkmişlər, təqdim etdiklərinin hamısının qızıl olduğunu bildirmişlər. O Emilə söz verdiyinə görə qızılların içərisindən bir ədəd boyunbağı götürmüş və qalanlarını 10500 manat pula həmin şəxslərə satmışdır. Bundan sonra həmin gün Emilin yanma qayıtmış və boyunbağının qızıl olduğunu, həmin boyunbağıya görə ona 250 manat pul versə razı olduğunu demişdir. Həmin gün Emil ona 250 manat pul verib qızıl boyunbağını ondan almış, daha sonra o, oradan çıxıb getmişdir. Əldə etdiyim pula 05 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri, 20 yanvar metrosu yaxınlığında hər ayı 500 manata olmaqla kirayə ev tutub, ilk üç ayının pulunu əvvlcədən verib orada yaşamağa başlamışdır. Asidanın onun quldurluq etməsindən xəbəri olmamış, Asida elə bilmişdir ki, evi satdığına görə onda pul vardır. 26 fevral 2024-cti il tarixdə o, yaşadığı evin həyətində olan zaman Xaçmaz RPŞ-nin əməkdaşları gəlib onu Xaçmaz RPŞ-nə dəvət etmişlər, o, da polis əməkdaşları ilə birlikdə Xaçmaz RPŞ-nə gəlib etdiyi əməli etiraf etmişdir. ***-***- **-** saylı mobil telefon nömrəsi onun anasının adınadır və həmin mobil telefon nömrəsini o, Azərbaycan Respublikasına gəldiyi vaxtdan, yəni 2022-ci ilin iyul ayından istifadə etmişdir. Ancaq 2023-cü ilin sentyabr ayında pula ehtiyacı olduğundan istifadəsində olan mobil telefonu satmış, ancaq mobil telefon nömrəsini atmayıb saxlamış, quldurluq edib Lökbatan qəsəbəsində birinci dəfə 935 manata qızıl qolbağı satdıqdan sonra özünə yenidən mobil telefon almışdır. Onun adma ümumiyyətlə mobil telefon nömrəsi yoxdur. Qızıl-zinət əşyalarını satdığı şəxslərin heç biri həmin qızılların cinayət yolu ilə əldə edildiyini bilməmişlər. (Cild 1, iş vərəqləri 107-110) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiqləyərək göstərdi ki, hadisə oktyabr ayının 2-si axşam saatlarında baş vermişdir. Paltarları asarkən kimsə ona arxadan üzündə karnaval maskası olan biri ona hücum etmişdir. Maskadan üzünü görməmiş, lakin ölçülərindən təxmini bilmişdir. O, həmin an onu boğmağa başlamışdır. Sonra ondan qızılların yerini soruşmuşdur. Onda qorxmuş və ona qızılların yerini göstərmişdir. Qızılları götürüb dəsmala bükmüş və çıxıb getmişdir. Ümumilikdə nə qədər ziyan dəydiyi xatırlamasa da, bütün qızılları oğurlanmışdır. Bu hadisədən sonra invalit olmuş, ayaqları hərəkət etməmişdir. Dəymiş ziyan ödənilməmiş, ona heç nə qaytarılmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəldən tanıyır, eyni məhəllədə böyümüşlər. Anası xəstə olmuş, ondan borc pul istəmiş, o da vermişdir. Daha sonra o pulun əvəzinə qızıl boyunbağı vermişdir. Onda boyunbağını Aleq adlı şəxsə vermişdir ki, faizlə pul götürsün. O da ona 200 manat vermişdir. Sonra Aleq adlı şəxslə əlaqə saxlamaq istəyəndə, müstəntiq bildirmişdir ki, o artıq vəfat edib. Boyunbağının oğurluq mal olduğunu isə sonradan öyrənmişdir. Evini təmir edən zaman, əlində olan puldan Təqsirləndirilən şəxs vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiqləyərək ifadəsində göstərdi ki, o, Qaradağ rayonu, Lökbatan qəsəbəsində qızıl alış-verişi ilə məşğul olur. Təqsirləndirilən şəxs mağazaya yaxınlaşmışdır. Təxmini 585 əyar, 17 qram, ***-**** manat dəyərində qızıl qolbaq satmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsində atasının mağazası var. Orada qızıl alış-verişi ilə məşğul olurlar. 06 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs mağazaya yaxınlaşmış və qızıl qolbaq satmaq istədiyini bildirmişdir. Şəxsiyyət vəsiqəsini təqdim etmiş, o da kopyasını çıxardıb götürmüşdür. Sonra qolbağı atasına vermişdir. O onlara, təxmini 583-585 əyar, 16.98 qram, ***-**** manat dəyərində qızıl qolbaq satmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, zərərçəkmiş şəxs Polkovnika Nadejda qonşuları idi və ailəvi yaxınlıqları olmuşdur. Hər gün onlara gəlirdi. Anası ona yemək verirdi. 2022-ci il tarixdə Anar adlı oğlan Nabranda işlədiyi otelin restoranına gəlmişdi.O, orada qabyuyan işləyirdi. Anar ona kirayə ev lazım olduğunu demişdir. Onda Nabranda yaşadığı üçün, ona bu barədə kömək etmişdir. Anar və dostları ilə gəlmişdir. Hikmət də gəlmiş və onunla həmin əsnada tanış olmuşlar. Onlar burada olan zaman, Nadejda onlara gedib gəlirdi. O, onlara gələn zaman üzərində qızıl-zinət əşyaları olurdu. Hikmət ara-sıra ondan onun kim olduğunu, ailəsinin harada yaşadığını soruşmuşdu. Amma o, bu durumdan şübhələnməmişdir. Çünki təqsirləndirilən şəxsin özünün kifayət qədər pulu var idi. Ondan Nadejnanı soruşduqda evdə tək yaşadığını, qızının Moskva şəhərində olduğunu ona demişdir.İyun ayında Hikmət Bakıya qayıtmışdır. Daha sonra o da Bakıya getmişdir. Bir müddət Hikmət ilə Lökbatanda qardaşının evində birlikdə yaşamışlar. Ev 233 nömrəli məktəbin yanında yerləşirdi. Sentyabr ayında isə geri qayıtmışdır. Nadejdanın evinə basqın olanda o, artıq Hikmətdən uzaqlaşmışdır. 2024-cü il fevral ayı tarixində artıq məlum olmuşdur ki, onun evində oğurluq baş vermişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 03 oktyabr 2023-cü il tarixli “hadisə yerinə baxış” protokolundan görünür ki, Zərərçəkmiş şəxs Sergeyevanın yaşadığı ev, yəni hadisə yeri Xaçmaz rayonu, Nabran kəndi ərazisində olmaqla “Maral göl” istirahət mərkəzindən şərq istiqamətində 500 (beş yüz) metr aralıda yerləşən fərdi yaşayış evidir. Həmin ev iki mərtəbəli olmaqla mişar daşından tikilmişdir, evin həyətinə bir yerdən, evin içərisinə isə öndən, arxadan və qarajdan olmaqla ümumilikdə üç yerdən giriş qapısı vardır. Baxış zamanı Zərərçəkmiş şəxs evin birinci mərtəbəsində yerləşən yataq otağını göstərib qızıl-zinət əşyalarının və pulun həmin otaqdan, mobil telefonun isə birinci mərtəbədə yerləşən qonaq otağındakı masanın üzərindən götürüb aparılaraq talandığını göstərmişdir. (Cild 1, iş vərəqləri 16-25) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 26 fevral 2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Şahid2 işlətdiyi ünvan 5 ünvanında yerləşən zərgərlik mağazasında olan sənədlərin arasından Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin kserosurəti əks edilmiş bir ədəd A4 formatlı vərəq aşkar olunaraq götürülmüşdür. Həmin vərəqin üzərində Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin kserosurətindən başqa “broslet 16,98 gr 935 m, xx.xx.2023” rəqəm, hərflərini yazılmışdır. (Cild 1, iş vərəqləri 59-60) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-tibbi ekspertizasının 05 oktyabr 2023-cü il tarixli 589 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər-ənsə nahiyəsinin şişkinliyi bərk küt əşya (əşyalar) təsirindən törənməklə yetirilmə müddəti qərarda qeyd olunduğu kimi, xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu olduğu üçün dərəcəsi təyin edilmir. (Cild 1, iş vərəq 31) Cinayət işinin materiallarında olan “CD formatlı diskə baxış keçirilməsi haqqında” 06 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya-Kommunikasiya İdarəsindən daxil olan bir ədəd diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs 26 iyun 2023-cü il tarixdən 24 iyul 2023-cü il tarixədək olan müddət ərzində Xaçmaz rayonu, Nabran kəndi ərazisində olması öz təsdiqini tapmışdır. (Cild 1, iş vərəqləri 178-180) Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs hazırda məhkumluğu yoxdur. (Cild 1, iş vərəq172) Məhkəmə, təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi bəzi xüsusatlara, yəni zərərçəkmiş evdə olmayan zaman zinyət əşyası götürüb sonradan geri qaytarması, zərərçəkmiş şəxsə zorakılıq göstərməməsi və s. ilə bağlı iddialarına tənqidi yanaşaraq, bunları təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirməyə çalışdığı və onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizələri hesab edərək, onun törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhd kimi qiymətləndirir. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi işin obyektiv hallarına uyğun olduğundan, həmin ifadə daha səmimi ifadə və mötəbər sübut kimi qəbul olunmalıdır. Beləliklə, məhkəmə, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1 və 61.1-ci maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 26 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Xaçmaz rayon məhkəməsinin 28 fevral 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Daha sonra, həmin məhkəmənin 15 mart 2024-cü il və 28 iyun 2024-cü il tarixli qərarları ilə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 78-79, 117-119, 156-157, 257-258) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 26 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq qeyd edir ki, iş üzrə maddi sübut yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. İş üzrə məhkəmə xərcləri yoxdur, mülki iddia verilməmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 26 fevral 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar