Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-91/2022 15.11.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Rəşad Şəmşir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu (məruzəçi hakim) və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1964-cü ildə Rusiya Federasiyasında doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Xaçmaz rayonu, Nabran kəndində qeydiyyatda olmaqla həmin ünvanda faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və şəraitdə Xaçmaz rayonu, Nabran kəndində yerləşən özünə məxsus fərdi yaşayış evinin həyətində qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinin toxumlarını əkib 05 iyul 2021-ci il tarixədək olan müddət ərzində külli miqdarda ümumilikdə 5.175 ədəd əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərini aqrotexniki qaydada qulluq göstərməklə yetişdirib onların hissələrini toplayaraq kultivasiya etmiş və həmin çətənə (kannabis) bitkilərinin topladığı yarpaqlarını qurudaraq satış məqsədi ilə qanunsuz olaraq kustar üsulla külli miqdarda 48 kiloqram 220 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hazırlayıb əldə etməklə gizlədərək saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri zamanı 05 iyul 2021-ci il tarixdə saat 21:30-dan etibarən Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu, Nabran kəndində yerləşən fərdi yaşayış evinə özünün icazəsi və iştirakı ilə baxış keçirilərkən evin həyətyanı sahəsindən qanunsuz olaraq əkilib yetişdirilməklə kultivasiya edilmiş külli miqdarda 5.175 ədəd əkilib becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri və 01 ədəd göy rəngli polietilen bağlamada satış məqsədi ilə hazırlamaqla əldə edib saxladığı külli miqdarda 48 kiloqram 220 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, Xaçmaz rayonu, Nabran kəndində özünə məxsus fərdi yaşayış evində həyat yoldaşı Cəmilə Cavatova və övladları ilə birlikdə yaşamışdır. Narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etdiyi üçün marixuananın toxumlarını əkib qulluq etməklə şəxsi istifadəsi üçün narkotik vasitə əldə etmək istəmişdir. 3 litirlik balonla dolu çətənə bitkisinin toxumlarını əldə edərək həmin toxumları yaşadığı evin həyətində 2021-ci ilin mart ayında əkmiş və mütəmadi olaraq diblərini belləyərək onlara qulluq göstərmişdir. Təxminən 10-15 gün keçdikdən sonra artıq torpağın üzərində çətənə bitkiləri görünməyə başlamış və bu qaydada çətənə bitkilərini yetişdirmişdir. 05 iyul 2021-ci il tarixdə saat təxminən 17 radələrində yaşadığı fərdi yaşayış evinin qarşısında bir neçə mülki geyimli şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edib xidməti vəsiqələrini göstərmişlər. Polis əməkdaşları yaşadığı evin həyətində narkotik tərkibli bitkilərin əkilib becərilməsi ilə məşğul olmağı ilə bağlı şübhələndiklərini bildirmişdirlər. Onlara yaşadığı evin həyətyanı sahəsində çətənə bitkilərini əkdiyi yeri göstərmişdir. Həmin vaxt ailə üzvləri də evdə olmuş, lakin onlar çətənə bitkisinin əkildiyi yeri görməmişdirlər. Bundan başqa, Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, “kotelni” dediyi kiçik otaqda 48 kq. çəkidə qurudulmuş marixuana olmamış və o, ümumiyyətlə marixuana qurutmamışdır. Həmin qurudulmuş marixuana deyilən ot kütləsi əslində çətənə bitkisinin əkildiyi yerdə bitən alaq otları olmuşdur, hansını ki, o, çıxararaq kənara atmışdır ki, sonradan həmin lazımsız kütləni yandırsın. Lakin polis əməkdaşları həmin ot kütləsini yığaraq “kotelni” otağına qoymuşdur ki, guya onda qurudulmuş marixuamada olmuşdur. Narkotik tərkibli bitkiləri əkdiyinə görə əməlindən peşmandır. Bununla belə ibtidai istintaq zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, polis əməkdaşları ona əlavə olaraq yaşadığı evin içərisində, həyətdə əlavə narkotik vasitənin və dövriyyəsi qanunla qadağan olunmuş əşyaların olub-olmaması barədə soruşmuşlar. O isə həyətin digər tərəfində gizlətdiyi 01 ədəd bağlamanı polis əməkdaşlarına təqdim etmişdir. Həmin bağlamanın içərisində qurudulmuş marixuananın olmasını söyləmişdir. Həmin göy rəngli bağlamanın içərisində öz istifadəsi üçün hazırlayıb saxladığı qurudulmuş marixuana olmuşdur. Polis əməkdaşları tərəfdən həmin narkotik vasitəyə baxış keçirilmiş və bağlama möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirdikdən sonra sübut növü kimi qəbul edilməsinin mümkünlüyünü yoxlayır. Məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Həsənov X21 ifadəsində göstərdi ki, 05 iyul 2021-ci il tarixdə Baş İdarəyə Xaçmaz rayonu, Nabran kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkib yetişdirməklə kultivasiya etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmış və birlikdə Xaçmaz rayonuna getmişlər. Xaçmaz rayonunda olarkən X5 mütəxəssis qismində dəvət edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu, Nabran kəndində yerləşən fərdi yaşayış evinə gəlmişlər və orada Təqsirləndirilən şəxs axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul olunmasını bildirib onu həmin qərarla tanış etmişlər və yaşadığı ünvanda axtarış və baxışın həyata keçiriləcəyini bildirmişlər və sonuncu buna etiraz etməmişdir. Həmçinin kömək məqsədi ilə Xaçmaz Rayon Polis Şöbəsinin polis nəfərləri Şahid4, Şahid5, Abdulrəhim Musayev, Ağagül Mövsümzadə, Şahin Qədiyev də cəlb edilmişdir. Təqsirləndirilən şəxs tərkibində narkotik maddələr olan çətənə bitkilərini əkdiyi yeri göstərməsi təklif olunmuşdur. Bu təklifdən sonra evin girişindən sağ tərəfdə yerləşən həyətyanı sahədə tərkibində narkotik maddələr olan çətənə bitkilərini əkdiyini söyləmiş və həmin istiqamət üzrə hərəkət etmişdir. Qapını açdıqdan sonra həyətyanı sahədə çətənə bitkiləri görünmüşdür. Təqsirləndirilən şəxs həmin bitkilərin çətənə bitkiləri olmasını bildirib aprel ayında əkib yetişdirməklə qulluq etdiyini söyləmişdir. Bundan sonra həmin çətənə bitkiləri əməliyyat qrupunun üzvləri və tədbirə cəlb edilmiş Xaçmaz RPŞ-nin polis nəfərləri tərəfindən bir-bir çıxarılaraq sayılmışdır. Çətənə bitkilərinin ümumilikdə 5.175 ədəd olması müəyyən edilmişdir. Bundan başqa həyətyanı sahədə məişət əşyaları üçün nəzərdə tutulmuş otağın içərisindən 01 ədəd göy rəngli polietilen bağlamada narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı aşkar olunmuş qurudulmuş marixuana və çətənə bitkilərinin özünə məxsus olduğunu, həmin yerdə narkotik tərkibli bitkilər əkməsindən heç kimin məlumatı olmadığını bildirmişdir. Aşkar edilmiş 5.175 ədəd çətənə bitkisinə bənzər kütlələr polietilen torbalarda, 01 ədəd göy rəngli polietilen bağlamada olan qurudulmuş marixuana qablaşdırılmaqla götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin digər hissələrinə baxış keçirilmiş və qanunla dövriyyəsi qadağan olunan əşya və predmet aşkar edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 və ibtidai istintaq zamanı şahid qismində dindirilərək məhkəmədə elan olunmaqla tədqiq olunan Şahid2 ifadələrindən görünür ki, onlar Şahid1la oxşar məzmunlu ifadələr verməklə sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Xaçmaz RPŞ-də polis nəfəri vəzifəsində, polis serjantı rütbəsində xidmət edən Şahid4 ifadəsindən görünür ki, o, 05 iyul 2021-ci il tarixdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının təşkil etdiyi əməliyyat-axtarış tədbirinə cəlb edilmişdir. Həmin gün Təqsirləndirilən şəxs yaşadığı Nabran kəndindəki evinə videoçəkilişlə keçirilən baxışda iştirak etmiş və əkilmiş çətənə bitkilərinin çıxarılmasına və qablaşdırılmasına köməklik etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Xaçmaz RPŞ-nin polis nəfəri, polis serjantı Şahid5 da Şahid4la oxşar məzmunlu ifadə verməklə onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs arvadı X12 ifadəsində göstərdi ki, 05 iyul 2021-ci il tarixdə saat 16 radələrində evlərinin qapəsı döyüldükdən sonra evə bir neçə şəxs daxil olmuş və Cavatı axtardıqlarını demişlər. Həmin vaxt əri Cavat evdə yatmışdır. Onlar Cavatdan çətənə bitkilərini əkdiyi yeri soruşmuşlar, Cavat isə onlarla həyətə gedərək çətənə bitkilərini əkdiyi yeri göstərmişdir. Polislər çətənə bitkilərini çıxarıb torbaya yığmağa başlamışlar. Cavat onlara daha nə axtardıqlarını soruşduqda polislər onlara müqavimət göstərməməsini, əks halda arvadını da onunla birlikdə tutub aparacaqlarını demişlər. Əri Cavatın narkotik vasitələr istifadə etdiyini və evin həyətində çətənə kolları əkdiyini bilməmişdir. Belə ki, onların həyəti çox böyük olmuş və həyətlərində alabay iti olduğundan həmin hissəyə keçməyə qorxmuşdur. Daha sonra, Cəmilə Cavatova ifadəsində göstərdi ki, polislər 3 dəfə çəkiliş aparmışlar. Onlar həyətin kənarında yaş halda olan çürümüş kolları yığıb “katelniyə” qoymuşlar və orada sonra çəkiliş aparmışlar. Cavat isə ailə üzvlərinin tutulmasından qorxaraq onlarla razılaşmışdır. Cavat kolları əkdiyini etiraf etmiş, lakin “kotelni”-də olan otlar orada olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs övladı X13 anası Cəmilə Cavatova ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Xaçmaz rayon İcra Hakimiyyəti başçısının Nabran kəndi üzrə nümayəndəsi X6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs kənddə müsbət xarakterizə olunan bir sakin kimi tanımış, o, atasından qalma evində arvadı və qızı ilə yaşamışdır. Təqsirləndirilən şəxs kənd təsərrüfatı ilə məşğul omuş, onun həyətinin iki hissəyə bölünməsi və narkotik bitkiləri əkməsindən onun məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dinrilmiş Xaçmaz RPŞ-nin Nabran kəndi üzrə sahə inspektoru X3 İskəndərova ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmədə dindirilmiş X16 ifadəsində göstərdi ki, o, X15 İdarəsinin eksperti vəzifəsində işləyir. İş üzrə verdiyi xx.xx.2021-ci il tarixli məhkəmə-bioloji ekspertiza rəyini təsdiq etdiyini bildirməklə göstərmişdir ki, təxniki səhv baş verdiyindən rəyin tərtibi tarixi kimi səhvən 2020-ci il göstərilmiş, lakin rəyinə əlavə edilən aktda tarix düzgün qeyd edilmişdir. Daha sonra o, göstərmişdir ki, narkotik vasitələr daxil olduqda onların öncə botaniki tədqiqatı aparılmışdır. Nazik təbəqələrin xromotoqrafik metodu ilə onların tərkibi və komponentləri təyin edilir. Bioloji tədqiqat metodları Ekspertiza Mərkəzi tərəfindən təsdiq edilmiş narkotik vasitələrin və psixatrop maddələrin tədqiqatı metodlarıdır. Eyni zamanda BMT-nin narkotik vasitələr üzrə xüsusi tədqiqat metodları var. Tədqiqat metodikasına əsasən təqdim edilmiş bitki kütləsinin narkotik vasitə olduğunu müəyyən edilmişdir. 5.175 ədəd bitkilərdən nümunə götürməklə tədqiqat aparılmış və onların çətənə kolları olması müəyyən edilmişdir. Təqdim edilmiş 48 kq maddi sübut bitki mənşəli olduğu üçün 5-6 hissədən nümunə götürüb “xaç suyu” deyilən metodla onları homogenizasiya etmişdir. Bunun nəticəsində təqdim edilmiş kütlənin narkotik vasitə marixuana olması müyyən edilmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Evə baxış keçirilməsi və götürmə” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi barədə daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 05 iyul 2021-ci il tarixdə saat 21:00-da Xaçmaz rayonu, Nabran kəndində yerləşən yaşadığı fərdi yaşayış evinin qarşısında piyada hərəkət edən zaman saxlanılmışdır. 05 iyul 2021-ci il tarixdə saat 21:30-dan 06 iyul 2021-ci il saat 05:30-dək Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu, Nabran kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilmişdir. Qeyd olunan ünvanda həyətyanı sahədən əkilib yetişdirilməklə kultivasiya edilmiş 5175 ədəd tərkibində narkotik maddələr olan çətənə bitkilərinə bənzər bitkilər və 01 ədəd göy rəngli polietilen bağlamada qurudulmuş marixuana bənzər kütlə aşkar edilərək götürülmüşdür. (Cild 1, iş vərəqləri 18-20) Həmin istintaq hərəkəti videoçəkilişlə aparılmış və cinayət işinin materiallarında olan, həm ibtidai istintaq zamanı, həm də məhkəmədə tərəflərin iştirakı ilə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu 03 ədəd “DVD” formatlı disklərə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin evinə baxış zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. (Cild 1, iş vərəqləri 186-196) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan, baxış və götürmə zamanı mütəxəssis qismində dəvət edilmiş X2 tərtib etdiyi mütəxəssis rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı fərdi evin həyətyanı sahəsindən 5.175 ədəd narkotik tərkibli çətənə bitkisi və 01 ədəd göy rəngli sellofan torbada qurudulmuş marixuanaya bənzər kütlə aşkar olundu. Məlum oldu ki, həmin bitkilər mütəmadi qulluq ediilməklə torpağa əkilmişdir. Həmin bitkilər tərkibində narkotik maddələr olan çətənə bitkisidir, bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir, dibləri yumşaldılmış, gübrələnmiş, mütəmadi olaraq suvarma işləri aparılmışdır. 0,5 metrdən 4 metrədək ölçülərdədir. Həmin çətənə bitkiləri polis əməkdaşları tərəfindən kökləri ilə birlikdə götürülüb qablaşdırıldı. (Cild 1, iş vərəq 21) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə-bioloji ekspertizasının 06 iyul 2021-ci il tarixli 17/489 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərlərinə yapışdırılmış vərəqədə “Saxlanılan şəxs Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar olunan... çətənə bitkilərinə bənzər kollar...” sözləri yazılmış 10(on) ədəd göy rəngli polietilen bağlamaların içərisindəki ümumilikdə 5175(beş min bir yüz yetmiş beş) ədəd, hündürlükləri 0,5m-dən 4m-dək, yaş vəziyyətdə ümumi təmiz çəkisi- 7 ton 765 kiloqram olan bitkilər əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə(kannabis) bitkiləridir. X1 tərəfindən verilmiş 06 iyul 2021-ci il tarixli aqronom rəyinə əsasən təqdim olunmuş çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış vərəqədə “Saxlanılan şəxs Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində aşkar edilmiş qurudulmuş marixuanaya bənzər kütlə” sözləri yazılmış 01(bir) ədəd göy rəngli polietilen bağlamanın içərisindəki, təmiz çəkisi- 48 kiloqram 220 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, 5175( beş min bir yüz yetmiş beş) ədəd çətənə bitkiləri və 01(bir) ədəd göy rəngli polietilen bağlamada olan qurudulmuş marixuana tərkiblərinə görə eynidirlər. (Cild 1, iş vərəqləri 49-53) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq ambulator məcburinarkoloji ekspertizasının 13 sentyabr 2021-ci il tarixli, 3398 nömrəli nömrəli rəyində qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqləri 180-181) Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 12 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra 7t. 764kq. 996,40 qr. çəkidə olan 5.175 ədəd yaş vəziyyətdə çətənə bitkisi və 48kq. 219,95 qr. çəkidə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanmasından ötrü Xaçmaz Rayon Polis Şöbəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsi istintaq hərəkətinin videogrüntülərinin əks olunduğu 03 ədəd “DVD” formatlı disk də maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 55, 186- 196) Məhkəmə, Təqsirləndirilən şəxs onda qurudulmuş marixuananın olmaması, həmin qurudulmuş marixuananın polis əməkdaşları tərəfindən alaq otlardan yığılıb qoyulması, onda narkotik vasitə qurudulmuş marixuananın olmasının etiraf edilməsi üçün ona polislər tərəfindən təzyiq göstərilməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməllərini törətməsini tam sübuta yetirilmiş hesab edir, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini daha obyektiv və işin hallarına uyğun olan ifadə kimi qəbul edir. Bundan başqa, məhkəmə təqsirləndirilən şəxsin arvadı Cəmilə Cavatovanın və qızı Əminə Cavatovanın məhkəmədə verdikləri ifadələrini təqsirləndirilən şəxsin xeyrinə verilmiş ifadə kimi qiymətləndirməklə həmin ifadələri mötəbər sübut kimi qəbul etmir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin özünün və müdafiə tərəfinin şahidlərinin onun müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarının 19-cu bəndində hüquqi mövqe ifadə olunaraq izah edilmişdir ki, əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələrinin sanksiyaları həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 1, iş vərəqi 86) Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə cinayət qanununun bu normasının tələbi baxımdan hesab edir ki, təqsirləndirilən şəxsin ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması, onun yaşı, əməlindən peşmançılıq çəkməsi də cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 05 iyul 2021-ci il tarixdə saxlanılmaqla faktiki olaraq azadlığı məhdudlaşdırılmış, 06 iyul 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 22 avqust 2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 31, 93-95) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 05 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Xaçmaz RPŞ-nin maddi sübutların saxlanc yerində saxlanılan: 7t. 764kq. 996,40 qr. çəkidə olan 5.175 ədəd yaş vəziyyətdə çətənə bitkisi və 48kq. 219,95 qr. çəkidə qurudulmuş marixuana məhv edilməlidir. İstintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 03 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin qohumları tərəfindən onun hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə müqavilə bağlandığından, müdafiəçinin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə ona 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 05 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbiri tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə maddi sübut olub Xaçmaz RPŞ-də saxlanılan 7t. 764kq. 996,40 qr. çəkidə olan 5.175 ədəd yaş vəziyyətdə çətənə bitkisi və 48kq. 219,95 qr. çəkidə qurudulmuş marixuana məhv edilsin, 03 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-91/2022
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-91/2022
15.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver