Məhkəmə qərarları › İş №1(124)-91/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-91/2023

14.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-91/2023 14.06.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi- X4, Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx.xx.1995-ci ildə Dəvəçi şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Şabran şəhəri, M.Müşfiq küçəsi, ev 28-də qeydiyyatda olan və Sumqayıt şəhəri, X20, 49-cu məhəllə, ev 122-də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 21 dekabr 2021-ci il tarixdə, saat 05 radələrində Sumqayıt şəhəri, 15-ci məhəllə ərazisində yerləşən əvvəllər menecer vəzifəsində işləmiş olduğu Zərərçəkmiş şəxs MMC-yə aid “Domino's Pizza” restoranının Sumqayıt filialına restoranda olan videokameralardan şəxsiyyətini gizlətmək üçün kənarda əynində olan kişi paltarlarını dəyişib qadın paltarları geyinərək oraya yaxınlaşıb girişdən sağ tərəfdə yerləşən kilidlənməmiş plastik pəncərəni dartıb açaraq salona qanunsuz daxil olub, ofis otağında dolabın siyirtməsindən seyfin açarını tapıb həmin açarla seyfi açmaqla oradan içərisində 925 (doqquz yüz iyirmi beş) manat və 200 (iki yüz) manat olan iki ədəd zərfdən, ümumilikdə 1125 (min yüz iyirmi beş) manat nağd pulu ələ keçirb oğurlamaqla Zərərçəkmiş şəxs MMC-yə həmin məbləğdə maddi ziyan vurmuşdur. Bundan başqa o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 1 (bir) ədəd ağ rəngli sellofan kəsiyi bükümünün içərisində 11 (on bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə, hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,330 qram, 0,535 qram, 0,440 qram, 0,361 qram, 0,845 qram, 0,345 qram, 0,370 qram, 0,800 qram, 0,412 qram, 0,420 qram, 0,303 qram olmaqla, ümumi təmiz çəkisi 5,161 qram öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 10 (on) ədəd şəffaf sellofan kəsiyi bükümündə və 1 (bir) ədəd gümüşü rəngli kağız bükümündə hər birinin ayrı- ayrılıqda təmiz çəkisi 0,902 qram. 0.871 qram, 0,440 qram, 0,448 qram, 0,430 qram, 0,390 qram, 0,410 qram, 0,370 qram, 0,429 qram, 0,415 qram, 0,258 qram olmaqla, ümumi təmiz çəkisi 5,363 qram öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixolrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 22 dekabr 2021-ci il tarixdə, saat 19:00 radələrində Sumqayıt ŞPİ-nin 3-cü polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Sumqayıt şəhəri, X20, 49- cu məhəllə, Okean şadlıq sarayının yaxınlığında olan 122 saylı ünvanındakı yaşadığı evin qarşısında, küçədə saxlanılıb 3-cü polis bölməsinə gətirələrək üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkcəsinin sağ yan cibindən 11 (on bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə, hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,330 qram, 0,535 qram, 0,440 qram, 0,361 qram. 0,845 qram. 0,345 qram, 0,370 qram, 0,800 qram, 0,412 qram, 0,420 qram, 0,303 qram olmaqla, ümumi təmiz çəkisi 5,161 qram külli miqdarda narkotik vasitə olan heroin və 10 (on) ədəd şəffaf sellofan kəsiyi bükümündə və 1 (bir) ədəd gümüşü rəngli kağız bükümündə hər birinin ayrıayrılıqda təmiz çəkisi 0,902 qram, 0,871 qram, 0,440 qram, 0,448 qram, 0,430 qram, 0,390 qram, 0,410 qram, 0,370 qram, 0,429 qram, 0,415 qram, 0,258 qram olmaqla, ümumi təmiz çəkisi 5,363 qram külli miqdarda psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, oğurluğu işlədiyi yerin seyfindən etmişdir. Paltarlarını dəyişib getmiş, seyfdən 1125 azn pul götürmüş, bir gün sonra da tutulmuşdur. Karta pul göndərərək narkotiki onlayn yolla tanımadığı adamdan almışdır. Həmin adam narkotik vasitənin şəklini atmış, o isə gedib həmin yerdən götürmüşdür. Kokos və metamfetamin istifadə etmiş, tutularkən üzərində hardasa 9 qram yarım narkotik vasitə olmuş və həmin narkotik vasitə bükümlərə ayrılmış, 11 bükümdə olmuşdur. Şirkətlə barışmışdır. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə araşdırılmış ifadəsində özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, təxminən 2 ilə yaxın müddət ərzində Sumqayıt şəhəri, 15-ci məhəllə ərazisində yerləşən "Dominos Pizza" restoranında əvəllər pizzaçı daha sonra isə menecer vəzifəsində işləmişdir. Təxminən 7-8 dekabr 2021-ci ildən etibarən işlədiyi Sumqayıt şəhərində yerləşən restorandan təyinatı "Dominos Pizza"nın Bakı filialı, Sovetski ərazisində yerləşən filialına dəyişdirilmiş və həmin tarixdən etibarən orada işləməyə başlamışdır. Təxminən İ ildir ki, "kokos" yəni narkotik vasitə olan heroin və "patı" yəni psixotrop maddə olan metamfetamini yandırmaqla tüstüsünü qəbul etmişdir. Heroini və metamfetamini Sumqayıt və Bakı şəhərində tanımadığı şəxslərdən alaraq istifadə etmişdir. Təxminən 15 dekabr 2021-ci il tarixdə şəxsi işi ilə əlaqədar olaraq Bakı şəhərində “İnşaatçılar” metrosu yaxınlığında olduğu zaman xarici görünüşündən və hərəkətlərindən narkoman olduğunu hiss etdiyi bir nəfərə şəxslə həmsöhbət olmuşdur. Söhbət zamanı bir-birlərinin narkotik vasitə istifadə etdiklərini bilmişlər. Həmin şəxsdən istifadə etmək üçün narkotik vasitə istədikdə həmin şəxs ona tanıdığı İran İslam Respublikasının vətəndaşı ilə tanış edə biləcəyini, pul müqabilində iranlı vasitəsilə ucuz qiymətə, qramı 15 manata narkotik və psixotrop maddə əldə edə biləcəyimi demiş və həmin iranlı şəxsin mobil nömrəsini ona verərək adının Nurcan, ləqəbinin də Baba olduğunu bildirmişdir. Ertəsi gün o, vatsapla Nurcana zəng edərək özünü təqdim etmiş, ondan narkotik və psixotrop maddə göndərə bilcəyini soruşanda, Nurcan demişdir ki, nə qədər istəyirsə varıdır, həll edə bilər, ona əvvəlcədən pul göndərməsi şərtilə onun üçün həll edə bilər. Söhbət zamanı Nurcana 300 manat müqabilində narkotik və psixotrop maddə istədiyini demişdir. Nurcan isə ondan əvvəlcədən pul istəmiş, lakin pulu olmadığına görə Nurcana pulu olanda xəbər edəcəyini demişdir. Fikirləşmişdir ki, Nurcanm ona etdiyi təklif sərfəlidir, həmin qiymətə narkotik və psixotrop maddə tapa bilməyəcəkdir. Ona görə də pulu olmadığından qərara gəlmişdir ki, oğurluq etsin. İlk olaraq ağlına bir müddət əvvəl işlədiyi Sumqayıt şəhərindəki "Dominos Pizza" restoranından pul oğurlamaq gəlmişdir. Orada işlədiyi üçün restoranın girişindən sağ tərəfdə olan plastik pəncərənin nasaz olduğunu, tam kilidlənmədiyini, həmçinin restoranda hər axşam yığılan pulların seyfə qoyulduğunu, seyfin açarının da həmişə şkafın siyirməsində qoyulduğunu bilmişdir. Həftənin tək günləri pullar mərkəzi ofisə göndərilmişdir. Restoranda uzun müddət işlədiyinə görə pulla bağlı bütün prosesləri dəqiq bilmiş, alver yaxşı olanda hər gün təxminən 1000-1500 manat arası pul yığıldığım bilmişdir. Bir neçə gün əvvəl ana və bacısı Bakı şəhərinə kirayəyə yaşamağa köçmüşlər, onlara da kirayədə qalmağa təcili pul lazım olmuş, o da hələlik əvvəlki kirayədə yaşadıqları evdə qalmış, narkotikaya və anasına pu! verməyə pul axtarmışdır. xx.xx.2021-ci il tarixdə saat 04 radələrində evdə tək olmuş və qərara gəlmişdir ki, həmin gün restorana girib oğurluq etsin. Restoranda müşahidə-görüntü kameraları olduğunu bildiyinə görə də oğurluq edən zaman müşahidə kameraları tərəfindən video görüntüyə alınanda onu tanımasınlar deyə qadın paltarı geyinməyi düşünmüşdür. Bu məqsədlə də evdə paltar dolabında anasına məxsus boz rəngli donu, 1 cüt çəhrayı şap-şapım, 1 cüt qara ağ nöqtəli əlcəyi, boz-qara rəngli jileti, ağ rəngli yaylığı və qara dəri əl çantasını selofan torbaya qoyub evdən çıxmışdır. Piyada Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisində yerləşən "Araz" marketin yanına gəlmiş, orada dayanmış qara rəngli "Chevrolet Aveo" markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı və sürücüsünü tanımadığı taksiyə əyləşib sürücüyə Sumqayıt şəhəri 36-cı məhəllə ərazisinə sürməsini demişdir. Sürücü avtomobili idarə edərək Sumqayıt şəhər avtovağzalının yaxınlığına çatmışlar və orada sürücüyə avtomobili avtovağzalın yanında yerləşən yaşayış binalarının həyətinə sürməsini, nənəsinə baş çəkib qayıdacağını və onu gözləməsini demişdir. Sürücü avtomobili onun dediyi yerə sürüb orada saxlamış və o avtomobildən düşərək piyada getmişdir. Yaxınlıqda yerləşən binanın blokunda anasının paltarlarını geyinmiş, yaylığı da başına sarımış və əl çantasını da götürüb piyada bir neçə dəqiqəlik məsafədə olan "Dominos Pizza" restoranını yanına getmişdir. Restoranın saat 04 radələrində bağlandığını bildiyindən saat 05 radələrində restorana yaxınlaşmış və restoranın girişindən sağ tərəfdə olan plastik pəncərəni dartanda açıq olduğunu görmüş və pəncərədən restoranın içərisinə daxil olmuşdur. Yeriyərək qadın kimi hərəkət etmişdir ki, kameralara baxanda qadın olduğunu düşünsünlər. Restoranda ofis kimi olan otağa daxil olmuş, şkafın siyirməsini açıb oradan seyfin açarını tapmış və həmin otaqda olan seyfi açmışdır. Seyfdə bir neçə kağız zərflərə baxanda pul zərfini tapmışdır. Zərfin birinin üzərində 925 (doqquz yüz iyirmi beş) manat yazılmış, həmin zərfi açıb baxanda içərisində pullar olduğunu, sayanda isə 925 (doqquz yüz iyirmi beş) manat pul olduğunu görmüş və həmin pulu götürərək cibinə qoymuşdur. Sonra digər bir zərfin içindən də təxminən 200 manat pulu da götürmüş və restorana girdiyi pəncərədən çölə çıxaraq piyada paltarlarını dəyişdiyi binanın blokuna qayıdıb yenidən orada paltarını dəyişmişdir. Anasına məxsus qadın paltarlarını selofana qoyaraq onu gözləyən taksinin yanma gəlmiş və sürücüyə onu yaşadığı ünvana aparmasını deyərək ona ünvanı demişdir. Yaşadığı evin yanına gəldikdən sonra həmin taksi sürücüsünə yenədə onu gözləməsini demiş və avtomobildən düşərək anasının paltarları olan torbanı da götürüb evə girmişdir. Anasının paltarlarını dolaba qoyub taksinin yanına qayıtmış və sürücüyə onu Bakı şəhəri 20 Yanvar metrosunun yanına aparmasını demişdir. Yolda olanda fikrini dəyişərək sürücüyə onu Gənclik metrosunun yanına aparmasını demişdir. Gəncliklə Nərimanov metrosu arasında avtomobili saxlatdırıb düşmüş və taksiyə ümumilikdə 35 manat pul vermişdir. Oradan da yoldan keçən başqa tanımadığı taksi ilə Nərimanovdan Montin deyilən ərazidə yaşayan qardaşının evinə getmişdir. Qardaşıgildə olduğu zaman oğurluq etməsi barədə heç kimə deməmişdir. Ertəsi gün axşam saatlarında Nurcanla Vatsap vasitəsi ilə əlaqə saxlayaraq özü üçün 300 manatlıq heroin və metafetamin təşkil etməsini deyərək razılaşmışdır. Nurcan əmin olmaq üçün pulun fotoşəklini çəkib Vatsapla ona göndərməsini demiş, o, da 300 manat pulun fotoşəklini çəkib Nurcana göndərmişdir. Nurcan özü onunla əlaqə saxlayacağını demişdir. Bir qədən sonra Nurcan Vatsapda ona rəqəmli kart nömrəsi yazmış və həmin hesaba 300 manat pulu köçürməsini demişdir. O, da Montin qəsəbəsində saat 20:43-də həmin hesaba “eManat” terminalı ilə 300 manat pul göndərmişdir. Qəbz çıxanda qəbzdə göndərdiyi pulun X5 adına olduğunu görmüş və qəbzi özündə saxlamışdır. Həmin şəxsi tanımamış, ilk dəfə idi ki, adını qəbzdə görmüşdür. Pulu Nurcana göndərməzdən əvvəl sonuncudan narkotik vasitələri ona necə, hansı üsulla və haradan göndərəcəyini soruşanda Nurcan ona İran İslam Respublikasından əvvəlcədən gətirmiş olduğu narkotik vasitə və psixotrop maddəni Bakı şəhərində hər hansı bir əraziyə tanışlarının vasitəsi ilə qoyduracağını və onun da həmin yerdən götürəcəyini demişdir. Həmin gecə saat 22-23 arası Nurcan ona Vatsapla zəng edərək Bakı şəhəri “Elmlər Akademiyası” metrosunun yaxınlığına neçə dəqiqəyə gedə biləcəyini soruşmuş, o isə təxminən 30 dəqiqəyə gedə biləcəyini demişdir. Sonra isə Nurcan ona Vatsapla şəkil göndərərək Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən “3 Korona” adlanan binanın yanında "Bellona" mebel mağazasının qarşısındakı zibil yeşiklərin birin altına siqaret qutusunda 10 (on) qram metamfetmin və 10 (on) qram heroin qoydurduğunu demişdir. O, da həmin yerə getmiş və fotoşəkilə baxaraq həmin zibil qutusunun yanına qoyulmuş siqaret qutusundakı bir neçə bükümlərə bölünmüş vəziyyətdə heroin və metamfetamini götürmüşdür. Sonra isə Vatsapla Nurcana götürdüyünü yazaraq təşəkkür etmişdir. X9 yazışmalarını, fotoşəkilləri və səsli mesajları silmişdir. Sonra Nərimanov metrosu yaxınlığında yeni kirayə götürdükləri boş olan evə getmişdir. Həmin gecə heroinin və metamfetaminin bir hissəsini qəbul etmişdir. xx.xx.2021-ci il tarixdə günorta satlarında gəzməyə çıxmış, özündə qalan 825 manat pulu özünə və gəzməyə xərcləmiş, borclarını da vermişdir. Əynində olan gödəkcəmin sağ yan cibində 1 i bükümdə heroin və 1 i bükümdə metamfetamin ağ rəngli selofana büküb saxlamışdır ki, istəyəndə qəbul edəcəkdir. Axşam saatlarında Sumqayıt şəhəri, 49-cu məhəllədə yaşadığı həyət evində olan əşyalarının bir qismini Bakıya aparmağa gəlmişdir. Təxminən saat 19 radələrində yaşadığı məhəlləyə gələn zaman, yəni Sumqayıt şəhəri, X20, 49-cu məhəllə, Okean şadlıq sarayının yaxınlığında olan 122 saylı ünvanındakı yaşadığı evin qarşısında, küçədə bir neçə nəfər şəxs ona yaxınlaşıb özlərini təqdim edərək Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsinin əməkdaşları olduqlarını, narkotik vasitələrin qanunsuz dövriyyəsində və oğurluqda şübhəli olduğu üçün saxladıqlarını bildirmişlər və üzərində şəxsi axtarış keçirilməsi üçün 3-cü polis bölməsinə dəvət etmişlər. O, da polis əməkdaşlarına etiraz etməmiş və onlarla birlikdə 3-cü polis bölməsinə getmişdir. Bölmədə xidməti otaqlarının birində hansı səbəbdən saxlanılması bildirilməklə yanaşı ona hüquq və vəzifələri barədə bildiriş, eləcə də hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun siyahısı təqdim olunmuşdur. Ona təqdim olunmuş siyahıdan hüquqlarının vəkil X6 tərəfindən müdafiə olunmasını istədikdən sonra həmin vəkil ona təqdim olunmuşdur. Bundan sonra xidməti otaqların birində videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet olub-olmadığı soruşulmuş və təklif olunmuşdur ki, vardırsa təqdim etsin. O, da əynində olan plaş materiallı qara rəngli gödəkçəsinin sağ yan cibindən ağ rəngli selofan bükümü çıxardıb təqdim etmiş və həmin bükülünün içərisində "patı" və "kokos" maddələri olduğunu bildirmişdir. Həmin ağ rəngli selofanı açdıqda içərisində 1 ədəd siqaretin gümüş rəngli kağızına və 10 ədəd şəffaf selofana bükülmüş psixotrop maddə metamfetamin, İİ ədəd şəffaf selofana bükülmüş narkotik vasitə heroin aşkar olunmuşdur. Bundan sonra əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən özünə məxsus 1 ədəd qara rəngli "Samsunq A12" markalı mobil telefonu təqdim edərək üzərində ***-***-**-** nömrəsi olduğunu bildirmiş, sonra isə əynində olan cins şalvarının sol yan cibindən şəxsiyyət vəsiqəsi, "BakıKart" yol kartı, "Albalı" kartı, "Ziraat Bank" kartı ,"Tam" kredit kartı, ümumi 10 manat pulunu və üzərində "xx.xx.2021, 20:43, 300 azn, X10..." yazıları həkk olunmuş "eManat" qəbzini çıxardıb təqdim etmişdir. Sonra isə metamfetamini və heroini haradan əldə etdiyini səmimi olaraq bildirmişdir. Bundan sonra şəxsi axtarış zamanı üzərindən qanunla qadağan olunmuş heç bir predmet və əşya aşkar olunmamış, götürülməmişdir. Üzərindən aşkar olunaraq götürülmüş maddələr elektron tərəzidə çəkilmiş, 11 ədəd bükümlərdə olan metamfetaminin ümumi çəkisi 6,17 qram, 11 ədəd bükümlərdə olan heroinin ümumi çəkisi isə 6,32 qram olmuşdur. Həmin maddələr ekspertizaya göndərilməsi üçün kağız zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Üzərindən aşkar olunmuş şəxsiyyət vəsiqəsi, "BakıKart" yol kartı, "Albalı" kart, "Ziraat Bank" karlı ,"Tam” kredit kartı, "eManal" qəbzi və "Samsunq A12" markalı mobil telefon təhqiqatçı tərəfindən götürülmüş, 10 manat pul özünə qaytarılmışdır. Bundan sonra ona verilən suallara cavab olaraq xx.xx.2021-ci il tarixdə, saat 05 radələrində Sumqayıt şəhərində yerləşən "Dominoes Pizza" restoranından oğurluq etdiyini, tanınmamaq üçün əyninə anasına məxsus paltarları geydiyini, həmin paltarları oğurluq etdikdən sonra soyunub yaşadığı Sumqayıt şəhəri, X20, 49-cu məhəllə, 122 saylı ünvanındakı yaşadığı həyət evinə aparıb orada saxladığını bildirmişdir. Bundan sonra müdafiəçinin və polis işçilərinin iştirakı ilə yaşadığı Sumqayıt şəhəri, X20, 49-cu məhəllə, 122 saylı ünvanındakı yaşadığı həyət evinə getmişlər. O, darvazadan sol tərəfdə divara bərkidilmiş elektrik sayğac qutusunun içərisindən evinin giriş qapısının açarını götürmüş və darvazanın açıq qapısından həyətə, oradan da evinin dəmir qapısını açaraq evə daxil olmuşlar. O, xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhərində yerləşən "Dominoes Pizza" restoranından oğurluq edən zaman əyninə geyindiyi anasına məxsus patlarların paltar dolabında selofan torbada olduğu yeri təqdim etmişdir. Təqdim etdiyi üzərində "Dominos" yazısı olan ağ rəngli selofan torbanın içinə baxış zamanı boz rəngli, aşağı yan hissələri tikişsiz (razrez) qadın donunu, 1 cüt 38-39 sm ölçülü parça materiallı çəhrayı rəngli şap-şapını (tapoçka), 1 cüt qara rəngli və ağ nöqtəli qadın əlcəyi, boz-qara zolaqlı qadın jiletini, 1 ədəd ağ rəngli şarfı (yaylıq) və 1 ədəd qara dəri qadın çantasını göstərək oğurluq edən zaman onları əyninə geyindiyini, çantanı da əlinə götürdüyünü bildirmişdir. Bundan sonra həmin otağa, həmçinin bitişik kiçik otağa, sonra isə mətbəxə baxış zamanı cinayət xarakterli heç bir əşya aşkar olunmamışdır. Təqdim etdiyi yuxarıda qeyd olunan geyim əşyaları təhqiqatçı tərəfindən götürülmüşdür. Narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmamış, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddə bükümlərini öz istifadəsi üçün əldə etmişdir. Narkotik vasitə və psixotrop maddəni bükümlərə bölünmüş vəziyyətdə üzün müddət ərzində istifadəsi üçün əldə etmiş, satmaq məqsədi olmamış, narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə və psixotrop maddələrdən istifadə etmişdir. Üzərində narkotik vasitə və psixotrop maddə olması barədə heç kimin məlumatı olmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq edilməmişdir. Oğurluq hadisəsini tək törətmş, bundan heç kimin ümumiyyətlə məlumatı olmamış, oğurluq etmək üçün restorana getdiyi taksi sürücüsünün də bundan məlumatı olmamışdır. ( cild 1, iş vərəqə 226-230) Məhkəmədə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, ziyan ödənilməyib, lakin heç bir şikayət və ya tələbləri yoxdur, təqsirləndirilən şəxslə barışıblar, cəzasına təsir etdiyi üçün onu bağışlayıblar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Ülvi onlarla birlikdə Dominos pizzada işləmişdir. Əvvəl Ülvi da menecer olmuş, sonradan mağaza müdiri kimi təsdiqlənmişdir. Oğurluq olan zaman Ülvi qadın paltarında olmuşdur. Üzü, qolları bağlı olduğu üçün həmin adamın dəqiq Ülvi olub olmamasını dəqiq deyə bilməyəcəyini qeyd etmişdir. O, hadisə baş verdikdən sonrakı gün səhər tezdən seyfin açıldığını, oğurluq olduğunu öyrənmişdir. Polislər çağırılmış, kamera görüntülərinə baxılmış, kamerada oğrunun kim olduğu aydın görünməmiş, lakin polislər onun gözü və qaşından Ülvi olduğunu anlamışdırlar. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid1 məhkəmədə ifadəsi alınmış Şahid2 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş 3-cü PB-nin baş təhqiqatçısı, polis kapitanı Şahid5 ifadəsində göstərdi ki, kriminalist gəlmədiyi üçün çəkilişi o etmişdir, bu səbədən də ibtidai istintaqa şahid qismində əlavə edilmişdir. Digər polis əməkdaşları Ülvi kamera düşdüyü üçün oğurluq edənin o olduğunu anlamışlar. Şahid5 ibtidai istintaq zamanı verdiyi, məhkəmədə araşdırılmış ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, X20, 49-cu məhəllə, 122 saylı ünvanda yaşayan Təqsirləndirilən şəxs “Domino's Pizza”-dan oğurluq etməkdə şübhəli olması barədə etimad doğuran, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Eyni zamanda Şahid3 Ülvi Əmirasianovun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə də qərəzsiz və mötəbər məlumatlar daxil olmuşdur. Bu barədə rəhbərliyə məruzə olunmuş, daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunduqdan sonra Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, X20, 49cu məhəllə, Okean şadlıq sarayının yaxınlığında olan 122 saylı ünvanındakı yaşadığı evin qarşısında saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-gətirilmiş və üzərinə X3 tərəfibdən şəxsi axtarış keçirilmişdir. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs əynində olan plaş materiallı qara rəngli gödəkcənin sağ yan cibindən ağ rəngli selfofan bükümü çıxardıb təqdim etmiş və həmin bükülünün içərisində "patı" və "kokos" maddələri olduğunu bildirmişdir. Həmin ağ rəngli sellofanı açdıqda içərisində 1 ədəd siqaretin gümüş rəngli kağızına və 10 ədəd şəffaf sellofana bükülmüş psixotrop maddə metamfetamin, 11 ədəd şəffaf selofana bükülmüş narkotik vasitə heroin aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən özünə məxsus 1 ədəd qara rəngli "Samsunq A12" markalı mobil telefonu təqdim edərək üzərində ***-***-**-** nömrəsi olduğunu bildirmiş, sonra isə əynində olan cins şalvarın sol yan cibindən özünün şəxsiyyət vəsiqə, "BakıKart" yol kartı, "Albalı" kartı, "Ziraat Bank" kartı ,"Tam" kredit kartı, ümumi 10 manat pulu və üzərində "xx.xx.2021, 20:43, 300 azn, X10..." yazıları həkk olunmuş "eManat" qəbzini çıxardıb təqdim etmişdir. X3 metamfetamini və heroini haradan, kimdən, nə məqsədlə və nə zaman əldə etməsi barədə soruşduqda Təqsirləndirilən şəxs təxminən 01 həftə əvvəl tanımadığı şəxsdən mobil nömrəsini əldə etdiyi və sonradan tanış olduğu Nurcan adlı İran vətəndaşı ilə ona narkotik vasitələr və psixotrop maddələr göndərməsi barədə razılıq əldə etdikdən sonra Nurcanın onun mobil nömrəsinə votsapla göndərdiyi rəqəmli hesaba xx.xx.2021-ci il tarixdə, saat 20:43-də “eManat” ödəmə terminalından 300 manat göndərdiyini, bundan sonra Nurcan votsapla Yasamal rayonu, “3 karona” binasının yaxınlığında “Belona” mebelin qarşısında zibil tullantılarının yanında qoydurduğu narkotik və psixotrop maddələrin olduğu yerin fotoşəklini ona göndərdiyini, o, da həmin yeri taparaq orada siqaret qutusuna qoyulmuş bükümlərə bükülmüş vəziyyətdə olan “kakos” və “patını” götürdüyünü, məqsədinin hissəhissə şəxsi istfadəsi üçün qəbul etmək olduğunu bildirmişdir. Bundan sonra şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Ülvinin üzərindən qanunla qadağan olunmuş heç bir predmet və əşya aşkar olunmamış və götürülməmişdir. Ülvinin üzərindən aşkar olunaraq götürülmüş maddələr elektron tərəzidə çəkilmiş, 11 ədəd bükümlərdə olan metamfetaminin ümumi çəkisi 6,17 qram, 11 ədəd bükümlərdə olan heroinin ümumi çəkisi isə 6,32 qram olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq xx.xx.2021-ci il tarixdə saat 05 radələrində Sumqayıt şəhərində yerləşən “Domino's Pizza” restoranına yan tərəfində yerləşən plastik pəncərədən daxil olaraq restoranda şkafın içərisindən götürdüyü açarla orada olan seyfin qapısını açıb ümumilikdə 1100 manat pul oğurladığını, tanınmamaq üçün əyninə anasına məxsus paltarları geyindiyini, həmin paltarları oğurluq etdikdən sonra soyunub yaşadığı Sumqayıt şəhəri, 49-cu məhəllədə yerləşən fərdi həyət evinə aparıb orada saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik və psixotrop maddələrin olub-olmadığı, həmçinin oğurluq edərkən geyinmiş olduğu qadın paltarlarını təqdim etməsi və videoçəkilişlə yaşadığı ünvana baxış keçirilməsi bildirildikdə Təqsirləndirilən şəxs yaşadığı ünvanda cinayət xarakterli heç bir əşyanın olmadığını, evində olan oğurluq edərkən geyinmiş olduğu qadın paltarlarını təqdim edə biləcəyini və yaşadığı ünvana baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. xx.xx.2021-ci il tarixdə, saat 22-30-da Təqsirləndirilən şəxs yaşadığı evdə saxlamış olduğu oğurluq hadisəsini törədərkən tanınmasın deyə geyindiyi qadın paltarlarını və əgər evində cinayət xarakterli əşya və ya predmet varsa təhqiqata təqdim etməsi üçün o, 3-cü PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3, 3-cü PB-nin sahə rəisi, polis leytenantı Şahid4, 3-cü PBənin baş təhqiqatçısı, KTB-nin inspektor-kriminalisti, polis mayoru Asəf Həbibov və Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili X6 ilə birlikdə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, X20, 49-cu məhəllə, 122 saylı yaşadığı həyət evinə getmişlər. Ünvana giriş iki laylı boz rəngli dəmir darvazadan olmuş, Təqsirləndirilən şəxs darvazadan sol tərəfdə divara bərkidilmiş elektrik sayğac qutusunun içərisindən evin giriş qapısının açarını götürmüş və onlar darvazanın açıq qapısından həyətə, oradan da evin dəmir qapısını açaraq evə daxil olmuşlar. Evin girişdə kiçik mətbəx, irəlidə iç-içə 2 yaşayış otağı olmuşdur. 1-ci otaqda solda güzgülü termo, üzbəüz çarpayı, sağda paltar dolabı yerləşmiş, otaqda olan əşyalar dağınıq vəziyyətdə olmuşdur. Ülvi xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhərində yerləşən “Domino's Pizza” restoranından oğurluq edən zaman əyninə geyindiyi anasına məxsus patlarların paltar dolabında selofan torbada olduğu yeri təqdim etmişdir. Ülvi təqdim etdiyi üzərində “Domino's” yazısı olan ağ rəngli selofan torbanın içinə baxış zamanı boz rəngli, aşağı yan hissələri tikişsiz (razrez) qadın donunu, 1 cüt 38-39 sm ölçülü parça materiallı çəhrayı rəngli şap-şapını (tapoçka), 1 cüt qara rəngli və ağ nöqtəli qadın əlcəyi, boz-qara zolaqlı qadın jiletini, 1 ədəd ağ rəngli şarfı (yaylıq) və 1 ədəd qara dəri qadın çantasını göstərək oğurluq edən zaman onları əyninə geyindiyini, çantanı da əlinə götürdüyünü bildirmişdir. Bundan sonra həmin otağa, həmçinin bitişik kiçik otağa, sonra isə mətbəxə baxış zamanı cinayət xarakterli heç bir əşya aşkar olunmamışdır. Ülvinin təqdim etdiyi qeyd olunan geyim əşyaları X3 tərəfindən götürülmüşdür. O bildirmişdir ki, Təqsirləndirilən şəxs 21 dekabr 2021-ci il tarixdə, saat 05 radələrində anasına məxsus qadın paltarlarını geyinib Sumqayıt şəhəri, 15-cİ məhəllə ərazisində yerləşən “Dominos Pizza” restoranına doğru gedib oraya pəncərədən daxil olaraq seyfi açmaqla ümumilikdə 1125 manat pul oğurlamışdır. (Cild 1, iş vərəqləri 142- 145) Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, X20, 49-cu məhəllə, 122 saylı ünvanda yaşayan Təqsirləndirilən şəxs “Domino's Pizza”-dan oğurluq etməkdə şübhəli olması barədə etimad doğuran, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Eyni zamanda ona Ülvi Əmirasianovun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə də qərəzsiz və mötəbər məlumatlar daxil olmuşdur. Bu barədə rəhbərliyə məruzə olunmuş, daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunduqdan sonra müvafiq əmrlə ondan, 3-cü PB-nin sahə rəisi, polis leytenantı Şahid4 və KTB-nin inspektor- kriminalisti, polis mayoru Asəf Həbibovdan ibarət əməliyyat qrupu təşkil etmişlər. Həmin məlumat əsasında xx.xx.2021-ci il tarixdə, saat 19:00-da anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, X20, 49-cu məhəllə, Okean şadlıq sarayının yaxınlığında olan 122 saylı ünvanındakı yaşadığı evin qarşısında, küçədə olan zaman saxlamışlar, özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsində və oğurluq etməsində şübhəli olduğunu bildirib Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 3-cü PB-nə dəvət etmişlər, sonuncu da heç bir müqavimət göstərmədən onlarla 3-cü PB-nə gəlmişdir. Bölmədə Ülviyə hüquqlarını müdafiə etmək üçün dövlət hesabına müdafiəçi təqdim olunmuş və müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və Təqsirləndirilən şəxs da buna etiraz etməmişdir. X16 üzərinə videoçəkilişlə Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Ülviyə hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim olunmuşdur. X15 tərəfindən aparılmışdır. X3 saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını izah edərək, üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığım bildirdikdən sonra videoçəkiliş davam etməklə üzərində qanunsuz olaraq saxladığı narkotik vasitə, əşya və ya hər hansı bir predmet varsa təqdim etməsi xahiş edilmişdir. Təqsirləndirilən şəxs əynində olan plaş materiallı qara rəngli gödəkcənin sağ yan cibindən ağ rəngli selfofan bükümü çıxardıb təqdim etmiş və həmin bükülünün içərisində "patı" və "kokos" maddələri olduğunu bildirmişdiri. Həmin ağ rəngli sellofanı açdıqda içərisində 1 ədəd siqaretin gümüş rəngli kağızına və 10 ədəd şəffaf sellofana bükülmüş psixotrop maddə metamfetamin, 11 ədəd şəffaf selofana bükülmüş narkotik vasitə heroin aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən özünə məxsus 1 ədəd qara rəngli "Samsunq A12" markalı mobil telefonu təqdim edərək üzərində ***-***-**-** nömrəsi olduğunu bildirmiş, sonra isə əynində olan cins şalvarın sol yan cibindən özünün şəxsiyyət vəsiqə, "BakıKart" yol kartı, "Albalı" kartı, "Ziraat Bank" kartı ,"Tam" kredit kartı, ümumi 10 manat pulu və üzərində "xx.xx.2021, 20:43, 300 azn, X10..." yazıları həkk olunmuş "eManat" qəbzini çıxardıb təqdim etmişdir. X3 metamfetamini və heroini haradan, kimdən, nə məqsədlə və nə zaman əldə etməsi barədə soruşduqda Təqsirləndirilən şəxs təxminən 01 həftə əvvəl tanımadığı şəxsdən mobil nömrəsini əldə etdiyi və sonradan tanış olduğu Nurcan adlı İran vətəndaşı ilə ona narkotik vasitələr və psixotrop maddələr göndərməsi barədə razılıq əldə etdikdən sonra Nurcanın onun mobil nömrəsinə votsapla göndərdiyi rəqəmli hesaba xx.xx.2021-ci il tarixdə, saat 20:43-də “eManat” ödəmə terminalından 300 manat göndərdiyini, bundan sonra Nurcan votsapla Yasamal rayonu, “3 karona” binasının yaxınlığında “Belona” mebelin qarşısında zibil tullantılarının yanında qoydurduğu narkotik və psixotrop maddələrin olduğu yerin fotoşəklini ona göndərdiyini, o, da həmin yeri taparaq orada siqaret qutusuna qoyulmuş bükümlərə bükülmüş vəziyyətdə olan “kakos” və “patını” götürdüyünü, məqsədinin hissə-hissə şəxsi istfadəsi üçün qəbul etmək olduğunu bildirmişdir. Bundan sonra şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Ülvinin üzərindən qanunla qadağan olunmuş heç bir predmet və əşya aşkar olunmamış və götürülməmişdir. Ülvinin üzərindən aşkar olunaraq götürülmüş maddələr elektron tərəzidə çəkilmiş, 11 ədəd bükümlərdə olan metamfetaminin ümumi çəkisi 6,17 qram, 11 ədəd bükümlərdə olan heroinin ümumi çəkisi isə 6,32 qram olmuşdur. Həmin maddələr ekspertizaya göndərilməsi üçün kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və imzalanmışdır. Təqsirləndirilən şəxs aşkar olunmuş şəxsiyyət vəsiqəsi, "BakıKart" yol kartı, "Albalı" kart, "Ziraat Bank" kartı ,"Tam" kredit kartı, "eManat" qəbzi və "Samsunq A12" markalı mobil telefon təhqiqatçı tərəfindən götürülmüş, 10 manat pul həmin şəxin özünə qaytarılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq xx.xx.2021-ci il tarixdə saat 05 radələrində Sumqayıt şəhərində yerləşən “Domino's Pizza” restoranına yan tərəfində yerləşən plastik pəncərədən daxil olaraq restoranda şkafın içərisindən götürdüyü açarla orada olan seyfin qapısını açıb ümumilikdə 1100 manat pul oğurladığını, tanınmamaq üçün əyninə anasına məxsus paltarları geyindiyini, həmin paltarları oğurluq etdikdən sonra soyunub yaşadığı Sumqayıt şəhəri, 49-cu məhəllədə yerləşən fərdi həyət evinə aparıb orada saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik və psixotrop maddələrin olub-olmadığı, həmçinin oğurluq edərkən geyinmiş olduğu qadın paltarlarını təqdim etməsi və videoçəkilişlə yaşadığı ünvana baxış keçirilməsi bildirildikdə Təqsirləndirilən şəxs yaşadığı ünvanda cinayət xarakterli heç bir əşyanın olmadığını, evində olan oğurluq edərkən geyinmiş olduğu qadın paltarlarını təqdim edə biləcəyini və yaşadığı ünvana baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. xx.xx.2021-ci il tarixdə, saat 22-30-da Təqsirləndirilən şəxs yaşadığı evdə saxlamış olduğu oğurluq hadisəsini törədərkən tanınmasın deyə geyindiyi qadın paltarlarını və əgər evində cinayət xarakterli əşya və ya predmet varsa təhqiqata təqdim etməsi üçün o, 3-cü PB-nın sahə rəisi, polis leytenantı Şahid4, 3-cü PB-nin baş təhqiqatçısı, polis kapitanı Şahid5, KTB-nin inspektorkriminalisti, polis mayoru Asəf Həbibov və Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili X6 ilə birlikdə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, X20, 49-cu məhəllə, 122 saylı yaşadığı həyət evinə getmişlər. Ünvana giriş iki laylı boz rəngli dəmir darvazadan olmuş, Təqsirləndirilən şəxs darvazadan sol tərəfdə divara bərkidilmiş elektrik sayğac qutusunun içərisindən evin giriş qapısının açarını götürmüş və onlar darvazanın açıq qapısından həyətə, oradan da evin dəmir qapısını açaraq evə daxil olmuşlar. Evin girişdə kiçik mətbəx, irəlidə iç-içə 2 yaşayış otağı olmuşdur. 1-ci otaqda solda güzgülü termo, üzbəüz çarpayı, sağda paltar dolabı yerləşmiş, otaqda olan əşyalar dağınıq vəziyyətdə olmuşdur. Ülvi xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhərində yerləşən “Domino's Pizza” restoranından oğurluq edən zaman əyninə geyindiyi anasına məxsus patlarların paltar dolabında selofan torbada olduğu yeri təqdim etmişdir. Ülvi təqdim etdiyi üzərində “Domino's” yazısı olan ağ rəngli selofan torbanın içinə baxış zamanı boz rəngli, aşağı yan hissələri tikişsiz (razrez) qadın donunu, 1 cüt 38-39 sm ölçülü parça materiallı çəhrayı rəngli şap-şapını (tapoçka), 1 cüt qara rəngli və ağ nöqtəli qadın əlcəyi, boz-qara zolaqlı qadın jiletini, 1 ədəd ağ rəngli şarfı (yaylıq) və 1 ədəd qara dəri qadın çantasını göstərək oğurluq edən zaman onları əyninə geyindiyini, çantanı da əlinə götürdüyünü bildirmişdir. Bundan sonra həmin otağa, həmçinin bitişik kiçik otağa, sonra isə mətbəxə baxış zamanı cinayət xarakterli heç bir əşya aşkar olunmamışdır. Ülvinin təqdim etdiyi qeyd olunan geyim əşyaları X3 tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, sonuncu təxminən 01 həftə əvvəl tanımadığı şəxsdən mobil nömrəsini əldə etdiyini, və sonradan tanış olduğu Nurcan adlı İran vətəndaşı ilə ona narkotik vasitələr və psixotrop maddələr göndərməsi barədə razılıq əldə etdikdən sonra Nurcanm onun mobil nömrəsinə votsapla göndərdiyi rəqəmli hesaba xx.xx.2021-ci il tarixdə, saat 20:43-də “eManat” Ödəmə terminalından 300 manat göndərdiyini, bundan sonra Nurcan votsapla Yasamal rayonu, “3 karona” binasının yaxınlığında “Belona” mebelin qarşısında zibil tullantılarının yanında qoydurduğu narkotik və psixotrop maddələrin olduğu yerin fotoşəklini ona göndərdiyini, o, da həmin yeri taparaq orada siqaret qutusuna qoyulmuş bükümlərə bükülmüş vəziyyətdə olan “kakos” və “patını” götürdüyünü, məqsədinin hissəhissə şəxsi istfadəsi üçün qəbul etmək olduğunu bildirmişdir. Mənbənin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir, müsbət nəticə əldə edildikdə istintaqa bu barədə məlumat veriləcəkdir. Təqsirləndirilən şəxs qarşı təzyiq göstərilməmiş, sonuncu könüllü olaraq törətdiyi cinayət əməlini etiraf etmişdir. Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin satışı məşğul olması ilə bağlı əməliyyat məlumatı olmuşdur. X7 tanımamış, sonuncunun narkotik vasitələrin satışı ilə məşğul olub-olmaması, Nəzrin Əmirbəyli adlı şəxsin Təqsirləndirilən şəxsla əlaqələri olmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin Bakı şəhəri, Yasamal rayonu ərazisində “3 korona” adlanan binanın yanında “Bellona” mebel mağazasının qarşısında zibil yeşiyində olan siqaret qutusunda kim və ya kimlər tərəfindən qoyulmasını barədə məlumatı olmamış, Təqsirləndirilən şəxs həmin şəxsləri tanımamış və onlarla heç bir əlaqələri olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddəni İran vətəndaşı Nurcan adlı şəxsə pulunu göndərməklə əldə edib satışını həyata keçirmiş, sonuncu İran vətəndaşı və digər şəxslərlə həmin maddələrin əldə edilməsi və satışının həyata keçirməsində əlbir olmamış, həmin maddələrin pulunu göndərib əldə etdikdən sonra hazırda müəyyən edilməsi mümkün olmayan şəxslərə tək özü satıb qazanc əldə etmişdir. Təqsirləndirilən şəxs “Domino's Pizza” restoranında oğurluq hadisəsini tək törətmiş, heç kimin iştirakı olmamışdır. Təqsirləndirilən şəxs yaşadığı ünvanı sənədləşmə zamanı sadəcə Sumqayıt şəhəri, 49-cu məhəllə kimi qeyd etsə də həmin ünvan Sumqayıt şəhəri, X20, 49-cu məhəllə, ev 122 saylı ünvandır (Cild 1, iş vərəqləri 122-127) Şahid polis əməkdaşı Şahid4 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, sonuncu məhkəmədə ifadəsi elan edilib araşdırılmış polis əməkdaşı Şahid3 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. (Cild 1, iş vərəqləri 133-138) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi üzrə qiymətləndiriləndirməklə onları sübut kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, oğurluq hadisəsi baş vermiş yer Sumqayıt şəhəri, 15-cİ məhəllə ərazisində yerləşən “Dominos Pizza” restoranıdır. Restoran üç mərtəbəlidir, hər mərtəbələrdə plastik pəncərələr vardır, restorana giriş iki laylı şüşə qapıdandır. Restoranın içərisində qəbul yeri, mətbəx, müştərilər üçün masalar və stullar vardır, baxış zamanı məlum olmuşdur ki, restoranın otaqlarının birində yerləşən seyfdən 1100 manat məbləğində pul oğurlanmışdır. Baxış zamanı restoranın müşahidə kameralarının video görüntüsü götürülərək diskə köçürülməklə protokola əlavə edilmişdir. (Cild 1, iş vərəqlər 6- 11) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan və protokola əlavə edilmiş istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş İ ədəd “DVD” diskdən görünür ki, həmin diskin içərindəki 00045 saylı fayla baxdıqda müəyyən edilir ki, X3 polis əməkdaşları, müdafiəçinin və Təqsirləndirilən şəxs iştirakı ilə sonuncunun yaşadığı Sumqayıt şəhəri. 49-cu məhəllə ərazisində yerləşən fərdi yaşayış evinə gəldiklərini bildirir. Təqsirləndirilən şəxs fərdi yaşayış evinin həyət qapısının yanındakı sayğac qutusunun qapısını açaraq oradan yaşadığı evin açarını götürür və iştirakçılarla birlikdə evin giriş qapısını açır. Evə daxil olduqda girişdə mətbəx, daha sonra isə yataq otağı olması müəyyən olunur. Təqsirləndirilən şəxs “Dominos pizza” restoranından oğurluq edən zaman geyinmiş olduğu paltarları təqdim etməsi təklif olunduqda sonuncu yataq otağında olan paltar dolabındakı üzərinə “Dominos” sözü yazılmış ağ rəngli torbanı göstərərək həmin paltarların torbada olduğunu deyir. Torbanın içərisinə baxdıqda orada bir ədəd qara rəngli qadın çantası, bir ədəd ağ rəngli qadın yaylığı, iki ədəd qara rəngli qadın əlcəyi, iki ədəd çəhrayı rəngli qadın tərlikləri, bir ədəd qara-boz rəngli qadın paltarı, bir ədəd boz-qara rəngli zolaqları olan qadın köynəyi aşkar olunur. Təqsirləndirilən şəxs bildirir ki, “Dominos pizza” restoranından oğurluq edən zaman anasına məxsus həmin paltarları geyinərək restorana gizli yolla daxil olmuş və oğradan oğurluq etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilir, lakin evdən qanunla qadağan olunmuş əşya və ya maddə aşkar olunmur. Sonda isə çəkiliş dayandırılır.( cild 1, iş vərəqə: 55-56, 75-76) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, həmin diskə daxil olaraq içərisindəki videogörüntüyə baxdıqda müəyyən edilir ki, 21 dekabr 2021-ci il tarixdə, saat 05:24 dəqiqədə Sumqayıt şəhəri, 15-ci məhəllə ərazisində yerləşən “Dominos pizza” restoranının içərisində əynində qara-boz zolaqlı köynək, başında şərf, əlində qara rəngli çanta, üzərində isə bozumtul rəngli paltar olan bir nəfər şəxs hərəkət edir. Baxış zamanı Təqsirləndirilən şəxs həmin şəxsin özünün olduğunu, restoranın içərisində nəzarət kameralarının olduğunu bildiyindən tanınmamaq üçün anasına məxsus paltarları geyinərək oğurluq etmək məqsədi ilə restorana daxil olaraq oradan oğurluq etdiyini bildirdi .( cild 1, iş vərəqə: 83) Baxış keçirilməsi haqqında, diskə baxış keçirilməsi haqqında protokollarda qeyd olunan xüsusatların həqiqiliyi həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş "Şəxsi axtarış keçirilməsi haqqında" xx.xx.2021-ci il tarixli protokoldan və protokola əlavə edilmiş istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 1 ədəd “DVD” diskdən görünür ki, həmin diskə daxil olduqda içərisində 00044 və 00045 saylı videogörüntülər olması müəyyən olunur. 00044 saylı 'fayla baxdıqda müəyyən edilir ki, X3 özünü təqdim edərək iştirakçılara özlərini təqdim etməsini bildirir, onlar da özlərini təqdim edərək baş leytenantı Şahid3, Təqsirləndirilən şəxs və polis leytenantı Şahid4 olduqlarını bildirirlər. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz döviyyəsində şübhəli olduğu üçün saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü polis bölməsinə gətirildiyini bildirir, ona hüquq və vəzifələri barədə bildirişi təqdim edərək hüquqlarının özünün seçdiyi Sumqayıt şəhər 1 sayh vəkil bürosunun vəkili X6 tərəfindən müdafiə edəcəyini deyərək vəkili ona təqdim edir. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını bildirərək, şəxsi axtarış aparılmazdan əvvəl üzərində qanunla qadağan olunmuş əşya və ya maddə varsa təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs isə əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 1 ədəd ağ rəngli sellofan bükülünü çıxararaq təqdim edir. Təqsirləndirilən şəxs həmin bükülünün içərisində nə olduğu soruşuldquda “kakos” və “patı” adlandırılan narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olduğunu bildirir. Həmin bükülü açıldıqda içərisində 10 ədəd şəffaf sellofan kəsiyi bükümündə və 1 ədəd gümüşü rəngli kağız bükümdə psixotrop maddə olan metamfetaminə bənzər maddələr, 11 ədəd şəffaf sellofan kəsiyi bükümündə isə narkotik vasitə olan heoinə bənzər maddələr olması müəyyən olunur, bundan sonra Təqsirləndirilən şəxs üzərində başqa qanunla qadağan olunmuş əşya olub-olmaması soruşulduqda sonuncu əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd qara rəngli, "Samsung A12” markalı mobil telefonu çıxararaq üzərində ***-***-**-** saylı nömrə olduğunu bildirir, şalvarının sol yan cibindən isə özünün şəxsiyyət vəsiqəsini, “Bakı Kart” kartım, “Albalı” bank kartını, “Ziraat Bank” bank kartını, “'Tam Kart” bank kartını, 1 ədəd 5 manatalıq, 5 ədəd 1 manatlıq olmaqla cəmi 10 manat pul əskinaslarını və bir ədəd qəbzi çıxararaq təqdim edir. Təqsirləndirilən şəxs həmin qəbzin nə olduğu soruşulduqda sonuncu “X8f’nın adına xx.xx.2021-ci il tarixdə 300 manat məbləğində pulu narkotik vasitəni əldə etdiyi iran vətəndaşının deməsi ilə həmin ünvana göndərdiyini bildirir. Təqsirləndirilən şəxs narkotik vasitələri kimdən əldə etdiyi soruşuldquda sonuncu həmin narkotik və psixotrop maddələri tanımadığı iran vətəndaşından 300 manat pul verərək şəxsi istifadəsi üçün aldığım bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılır, lakin onun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş əşya və ya maddə aşkar olunmur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 1 ədəd bükümdəki psixotrop maddə olan metamfetaminə bənzər maddələr ümumilikdə elektron tərəzi vasitəsi ilə çəkildikdə çəkilərinin 6,17 qram, İİ ədəd bükümdəki narkotik vasitə olan heroinə bənzər maddələr elektron tərəzidə çəkildikdə ümumi çəkisinin 6,32 qram olması müəyyən edilir. Bundan sonra həmin kütlələr qablaşdırılır, möhürlənir və imzalanır. Bir ədəd qəbz, bir ədəd mobil telefon, şəxsiyyət vəsiqəsi və bank kartları iş üçün əhəmiyyət kəsb etdiyindən götürülür, 10 manat pul isə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılır. Təqsirləndirilən şəxs başqa hər hansı cinayət əməli törədib törətməməsi soruşulduqda sonuncu xx.xx.2021-ci il tarixdə, saat 05 radəiərində “Dominos”dan oğurluq etdiyini bildirir. Sonda isə çəkiliş dayandırılır .( cild 1, iş vərəqə: 45-46, 75-76) Şəxsi axtarış keçirilməsi haqqında protokolda qeyd olunan xüsusatların həqiqiliyi həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Qəbzə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, baxış zamanı müəyyən olundu ki, həmin qəbz “eManat” ödəmə terminalına məxsus qəbzdir. Qəbzin nömrəsi 4014, terminal nömrəsi 4778, terminalın yerləşdiyi ünvan Bakı şəhəri, Səbail rayonu, Arif Heydərov küçəsində yerləşən “Al Market” mağazasıdır. Qəbzdə adı qeyd olunan X5 adına olan son səkkiz rəqəmi 50845639 olan “Leobank” bank kartına qeyd olunan ünvanda yerləşən ödəmə terminalı vasitəsi ilə xx.xx.2021-ci il tarixdə, saat 20:43-də 300 (üç yüz) manat məbləğində pul köçürüldüyü qeyd olunmuşdur.( cild 1, iş vərəqə: 141) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs saat 15:30 dəqiqədə Sumqayıt ŞPİ-nin həyətində təklif edilmişdir ki, ifadələrinin yerində yoxlanılması məqsədi ilə hadisəsinin baş verdiyi yerə gedən yolu göstərsin. Təqsirləndirilən şəxs göstərdiyi marşrut üzrə Sumqayıt şəhəri, 15-ci məhəllə istiqamətində hərəkət edərək həmin ərazidə yerləşən Zərərçəkmiş şəxs MMC-yə aid olan “Domino's Pizza”-nın Sumqayıt filialına gəldik və orada Təqsirləndirilən şəxs təklif edilmişdir ki, cinayət işi üzrə istintaq zamanı ifadə verdiyi şəraiti göstərib danışsın. Təqsirləndirilən şəxs hadisəni törətdiyi şəraiti göstərərək bildirmişdir ki, 21 dekabr 202i-ci il tarixdə, saat 05 radələrində anasına məxsus qadın paltarlarını geyinmiş halda Domino's Pizza”-nın Sumqayıt filialına yaxınlaşmış və restoranın girişindən sağ tərəfdə olan plastik pəncərəni dartanda açıq olduğunu görüb pəncərədən restoranın içərisinə daxil olmuş, yeriyərək qadın kimi hərəkət etmişdir ki, kameralara baxanda qadın olduğunu düşünsünlər. Restoranda ofis kimi olan otağa daxil olmuş, şkafm siyirməsini açıb oradan seyfin açarını tapmış və həmin otaqda olan seyfi açmış, seyfdə bir neçə kağız zərflərə baxanda pul zərfini tapmış, zərfin birinin üzərində 925 (doqquz yüz iyirmi beş) manat yazılmış, həmin zərfi açıb baxanda içərisində pullar olduğunu, sayanda isə 925 (doqquz yüz iyirmi beş) manat pul olduğunu görmüş və həmin pulu götürərək cibinə qoymuş, sonra digər bir zərfin içindən təxminən 200 manat pulu da götürmüş və restorana girdiyi pəncərədən çölə çıxaraq piyada paltarlarımı dəyişdiyi binanın blokuna qayıdıb yenidən orada paltarımı dəyişmiş və ümumilikdə 1125 (min yüz iyirmi beş) manat pul oğurlamışdır.( cild 1, iş vərəqə: 209-213) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası ƏN-nin MEM-i tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/5585 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi arayışlar üçün 127” dairəvi möhür əksi “Vət. Təqsirləndirilən şəxs üzərindən” yazı və imzalar olan zərfdə 11 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,330 qram, 0,535 qram, 0,440 qram, 0,361 qram, 0,845 qram, 0,345 qram, 0,370 qram, 0,800 qram, 0,412 qram, 0,420 qram, 0,303 qram olmaqla ümumi təmiz çəkisi 5,161 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 11 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,902 qram, 0,871 qram, 0,440 qram, 0.448 qram, 0,430 qram. 0,390 qram, 0,410 qram, 0,370 qram, 0,429 qram, 0,415 qram, 0,258 qram olmaqla, ümumi təmiz çəkisi 5,363 qram olan ağ rəngli kristalşəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib kompoentlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ), metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir.( cild 1, iş vərəqə: 64- 71) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası SN-nin Respublika Narkoloji Mərkəzi X21 tərəfindən verilmiş məhkəmənarkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 1551 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorlarm qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.( cild 1, iş vərəqə: 206-207) Cinayət işi üzrə maddi sübut kimi tanınmış ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalıq çəkisi 4,941 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 5,143 qram olan psixotrop maddə metamfetamin və boz rəngli qadın donu, 1 cüt çəhrayı qadın şapşapısı, 1 cüt qara ağ nöqtəli qadın əlcəyi, boz-qara rəngli qadın jileti, ağ rəngli qadın yaylığı, qara dəri qadın əl çantası saxlanılması üçün Sumqayıt şəhər polis idarəsinin saxlanc anbarına təhvil verilmişdir. 2 ədəd DVD disk və İ ədəd “eManat” ödəmə terminalının qəbzi cinayət işinin materiallarına əlavə edilmişdir. ( cild 1, iş vərəqə 241-263) Cinayət işinin materiallarına əlavə edilmiş DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. ( cild 1, iş vərəqə 146) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs barəsində Sumqayıt şəhəri 49-cu məhəllə üzrə 3 saylı məhəllə komitəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, X20, 49-cu məhəllə, ev 122-də qeydiyyatsız yaşamışdır. Yaşadığı müddət ərzində onun barəsində 3 saylı məhəllə komitəsinə heç bir yazılı və ya şifahi şikayət daxil olmamışdır.( cild 1, iş vərəqə 204-205) İş materiallarına əlavə edilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Tural Ələsgərov tərəfindən təqdim edilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs üzərində aşkar olunan narkotik vasitə və psixotrop maddə əldə etməkdə satış məqsədinin olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxsin əldə edərək, saxladığı narkotik vasitənin və və psixotrop maddənin külli miqdarda olması, onları müxtəlif bükümlərə ayırması Təqsirləndirilən şəxs məqsədinin məhz narkotik vasitə və psixotrop maddə satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə CM-nin 234.4.3-cü maddəsi ağır cinayətlər kateqoriyasına, CM-nin 177.2.3-cü maddəsi ilə az ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram, «metamfetamin» psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsi onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 22 dekabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 22 dekabr 2021-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. ( cild 1, iş vərəqə 119-121) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 22 dekabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, məhkəmə cinayət işində olan olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan –qalıq çəkisi 4,941 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 5,143 qram olan psixotrop maddə metamfetamin və boz rəngli qadın donu, 1 cüt çəhrayı qadın şap-şapısı, 1 cüt qara ağ nöqtəli qadın əlcəyi, boz-qara rəngli qadın jileti, ağ rəngli qadın yaylığı, qara dəri qadın əl çantası məhv edilməli, 2 ədəd DVD disk və 1 ədəd “eManat” ödəmə terminalının qəbzi cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 88 (səksən səkkiz) manat 70 (yetmiş) qəpik ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib CMnin 177.2.3-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.4.3-cü maddəsi ilə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respulikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 07 il (yeddi il) 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 22 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olaraq Sumqayıt ŞPİdə saxlanılan –qalıq çəkisi 4,941 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 5,143 qram olan psixotrop maddə metamfetamin və boz rəngli qadın donu, 1 cüt çəhrayı qadın şapşapısı, 1 cüt qara ağ nöqtəli qadın əlcəyi, boz-qara rəngli qadın jileti, ağ rəngli qadın yaylığı, qara dəri qadın əl çantası məhv edilsin, 02 ədəd DVD disk və 1 ədəd “eManat” ödəmə terminalının qəbzi cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 88 (səksən səkkiz) manat 70 (yetmiş) qəpik Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar