Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-91/2024 16.07.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X6, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhər 11 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1969-cu il tarixdə Qusar rayonu, Kuzun kəndində doğulmuş, Qusar rayonu Kuzun kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Qusar rayon Kuzun bələdiyyəsinin sədri vəzifəsində işləmiş, Qusar rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirli bilinərək CMnin 46.2-ci maddəsinə istinad edilərək CM-nin 66.5-ci maddəsinə əsasən 03 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi və məsul şəxs qismində vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.1-ci, 311.3.2-ci, 311.3.3-cü və 313-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edərək hüquqi şəxsin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərini aşmış, xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə görə özü üçün birbaşa yolla şəxsən külli miqdarda maddi neməti təkrarən rüşvət qismində istəyərək təkrarən şəxsən və qeyrisi vasitəsilə rüşvət qismində almış, vəzifəli şəxs kimi rəsmi sənədlərə bilə-bilə yalan məlumatları vahid tamah niyyətilə daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli 698-İQ №-li Qanununa uyğun yaradılmaqla, həmin Qanuna müvafiq surətdə təsdiq edilmiş “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli 771-İQ №-li Qanununa əlavə edilən bələdiyyələrin siyahısına görə Qusar rayonunun Caqar, Çətgün, Kuzun, Laza və Zindanmuruq kəndlərinin ərazilərini əhatə edən Kuzun bələdiyyəsinə xx.xx.2015-ci il tarixdə keçirilən bələdiyyə seçkilərində üzv və bələdiyyənin xx.xx.2015-ci il tarixli iclas protokoluna əsasən, bələdiyyə sədri vəzifəsinə seçilməklə həmin vəzifədə işləyərkən, “Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikasının Qanununa və bələdiyyənin xx.xx.2010-cu il tarixli 04 saylı iclasının qərarı ilə təsdiq edilmiş “Qusar rayonu, X3"nə əsasən, bələdiyyənin icra aparatının fəaliyyətinə rəhbərlik edilməsi, yerli əhaliyə xidmət, iqtisadi və sosial inkişaf proqramlarını həyata keçirmək üçün yaradılan icra strukturlarının rəhbərlərinin bələdiyyə iclasının qərarına əsasən təyin edilməsi, ayda bir dəfədən az olmayaraq bələdiyyə iclaslarının çağırılması, bələdiyyə qərarlarının icrasının təmin edilməsi, yerli büdcənin müzakirəsinin və təsdiqinin təşkil edilməsi, əmr və sərəncamlar verilməsi, bələdiyyə adından rəsmi sənədlərin imzalanması və digər səlahiyyətlərə malik təşkilatisərəncamverici və inzibati təsərrüfat funksiyalarını yerinə yetirən rəhbər vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməklə, yəni Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin 1-3-cü bəndlərinə, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 16-cı maddəsinə əsasən, bələdiyyə iclasının bələdiyyə üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli olduğu, bələdiyyənin bütün iclaslarının protokollaşdırılmalı olduğu və bələdiyyənin sədri və katibi tərəfindən imzalanaraq bələdiyyənin möhürü ilə təsdiqlənmiş bələdiyyənin iclas protokolunda iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsinin göstərilməli olmasına, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının xx.xx.2001-ci il tarixli 160-İİQ №-li Qanununa görə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilməsinə, Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş «X2»nin 4cü bölməsinin 2-ci maddəsinin 6-cı yarımbəndinə əsasən, bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam verilməsi ilə bağlı məsələlərin kollegial orqan olan bələdiyyənin ümumi yığıncağının səlahiyyətində olmasına baxmayaraq, 2015-ci ilin mart ayında xırda buynuzlu heyvanların saxlanılması məqsədilə torpaq sahəsinin icarəyə verilməsində köməklik göstərilməsi üçün özünə müraciət etmiş, Şahid2 ilə şərikli qaydada xırda buynuzlu heyvanların saxlanılması ilə məşğul olan Şahid1 xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə, yəni həmin bələdiyyədə üzvlərin ümumi yığıncağını keçirmədən, müvafiq iclas protokolu tərtib edilmədən, Qusar rayon Kuzun bələdiyyəsinin mülkiyyətində olan 510 hektar örüş təyinatlı torpaq sahəsinin xırda buynuzlu heyvanların saxlanılması üçün Şahid1 15 il müddətə icarəyə verilməsinə görə 1 hektarına görə maddi nemət olan 100 (bir yüz) manat olmaqla, ümumilikdə külli miqdarda - 51.000 (əlli bir min) manat məbləğində pul vəsaitini həmin tarixdə Qusar rayonu ərazisində görüşləri zamanı ondan özü üçün birbaşa yolla şəxsən rüşvət qismində istəyərək sonuncu ilə razılaşıb, cinayətkar niyyətinə uyğun olaraq Qusar rayon Zindan Muruq bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 07 nömrəli və Qusar rayon Kuzun bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 08 nömrəli qərarları ilə dağ-xizək turizm-idman və istirahət mərkəzinin tikilməsi məqsədi ilə Mədəniyyət Turizm Nazirliyinə ayrılmış bələdiyyə mülkiyyətində olan 510 ha torpaq sahəsinin Şahid1 illik 400 manat icarə haqqı ödəmək şərti ilə 15 il müddətə icarəyə verilməsi ilə bağlı Kuzun bələdiyyəsinin sabiq mühasibi cinayətdən xəbərsiz Şahid4 tərtib etdirdiyi öz imzası və üzərində “Azərbaycan Respublikası Zərərçəkmiş şəxs" sözləri yazılan dairəvi möhürlə təsdiq etdiyi, məzmununa guya xx.xx.2015-ci il tarixli 03-1 saylı qərar əsasında bağlanılması, illik 400 (dörd yüz) manat icarə haqqının müəyyən edilməsi barədə bilə-bilə tamah niyyətilə yalan məlumatları həmin müddətdə daxil etdiyi rəsmi sənəd hesab edilən “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2015-ci il tarixli 1 nömrəli müqaviləni, öz imzası və üzərində “Azərbaycan Respublikası Zərərçəkmiş şəxs” sözləri yazılan dairəvi möhürlə təsdiq etdiyi, məzmununa 2015-ci ildən 2030-cu ilə kimi 15 il müddətinə Şahid1 icarəyə verilən torpaq sahəsi və guya icarəyə veriləcək torpaq sahəsinin plan cizgisinə dair bilə-bilə yalan məlumatlar daxil etdiyi rəsmi sənəd hesab edilən “Torpaq sahəsinin yerquruluşu" planı sənədini xx.xx.2015ci il tarixdə Qusar rayon Kuzun bələdiyyəsinin Qusar rayonu, Kuzun kəndində yerləşən inzibati binasında tərtib etməklə saxtalaşdırıb vəzifə saxtakarlığı yolu ilə tərtib etdiyi həmin saxta sənədləri həmin tarixdə Şahid1 ünvan 3 ünvanında yerləşən inzibati binasının qarşısında verərək vahid niyyətlə sonuncudan həmin yerdə Şahid2lə onun xırda buynuzlu heyvanların saxlanılmasından əldə etdikləri birgə qazancdan sonunculara məxsus maddi nemət olan 10.000 manat, 2015-ci ilin mart ayının sonlarında Bakı-Quba yolunun 22.5 kmdə yerləşən Baş Dövlət Yol Polis İdarəsinin Saray Stasionar postundan istintaqa məlum olmayan taksi sürücüsü vasitəsi ilə göndərdiyi maddi nemət 5.000 (beş min) manat pul vəsaitini Qusar rayonu ərazisində qəbul etməklə, ümumilikdə külli miqdarda maddi nemət olan 15.000 (on beş min) manat məbləğində pul vəsaitini özü üçün birbaşa yolla şəxsən Şahid1 rüşvət qismində alaraq, şəxsi ehtiyaclarına sərf etmiş, sonuncunun 2015-ci ildən 2018-ci ilədək olan müddət ərzində mövsümi olaraq hər ilin may ayından oktyabr ayınadək qeyd edilən torpaq sahəsindən xırdabuynuzlu heyvanların saxlanılması və otlaması üçün istifadə etməsinə şərait yaratmada ifadə olunan hərəkətləri ilə Zərərçəkmiş şəxs örüş təyinatlı torpaqlardan bələdiyyənin və yerli əhalinin mənafeyi üçün səmərəli istifadə edilməsi, bununla bağlı bələdiyyə idarəetmə prinsiplərinin gözlənilməsi sahəsində formalaşmış vahid hüquqi prosedur qaydalarını pozaraq bələdiyyənin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərini aşmış, vəzifəli şəxs kimi vahid tamah niyyətilə rəsmi sənədə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq aşkar surətdə kənara çıxan hərəkətlər etməklə, yəni Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin 1- 3-cü bəndlərinə, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 16-cı maddəsinə əsasən, bələdiyyə iclasının bələdiyyə üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli olduğu, bələdiyyənin bütün iclaslarının protokollaşdırılmalı olduğu və bələdiyyənin sədri və katibi tərəfindən imzalanaraq bələdiyyənin möhürü ilə təsdiqlənmiş bələdiyyənin iclas protokolunda iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsinin göstərilməli olmasına, Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş «X2»nin 4-cü bölməsinin 2-ci maddəsinin 6-cı yarımbəndinə əsasən bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam verilməsi ilə bağlı məsələlərin kollegial orqan olan bələdiyyənin ümumi yığıncağının səlahiyyətində olmasına baxmayaraq, 2017-ci ilin sonlarında həmin bələdiyyə ərazisindən torpaq sahəsinin xırdabuynuzlu heyvanların mövsümi olaraq saxlanılması üçün istifadəsinə ayrılmasında köməklik göstərilməsi ilə əlaqədar özünə müraciət etmiş Şahid2 xidməti vəzifələrinin icrası ilə bağlı edəcəyi qanunsuz hərəkətə, yəni həmin bələdiyyə üzvlərinin ümumi yığıncağı keçirilmədən və müvafiq iclas protokolu tərtib edilmədən, Qusar rayon Kuzun bələdiyyəsinin mülkiyyətində olan 147 ha torpaq sahəsinin Şahid2 icarəsinə verilməsinə görə ondan 2018-ci ilin aprel ayının ortalarında telefon danışıqları zamanı Şahid1 vasitəsilə özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 4.000 manat məbləğində pul vəsaitini təkrarən rüşvət qismində istəyib, Şahid2 razılığını almaqla, sonuncunun cinayətdən xəbərsiz tanışı Şahid7 vasitəsi ilə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Azərpoçt MMC”-nin 1117 saylı Poçt şöbəsindən cinayətdən xəbərsiz övladı - Şahid3 adına xx.xx.2018-ci il tarixdə ********************018 manigramla 2.000 (iki min) manat, ********************242 manigramla 2.000 (iki min) manat olmaqla, göndərdiyi cəmi 4.000 manat məbləğində pul vəsaitinin sonuncu tərəfindən “Azərpoçt MMC"-nin ünvan 4 ünvanında yerləşən Qusar poçt filialından götürülərək həmin yerdə özünə təqdim edilməsinə nail olub, qeyd edilən qaydada ondan maddi nemət olan 4.000 (dörd min) manat məbləğində pul vəsaitini özü üçün birbaşa yolla Şahid3 vasitəsilə təkrarən rüşvət qismində alıb şəxsi ehtiyaclarına sərf etmiş, aldığı rüşvət müqabilində xx.xx.2018-ci il tarixdə Qusar rayon Kuzun bələdiyyəsinin Qusar rayonu Kuzun kəndində yerləşən inzibati binasında bələdiyyə üzvlərinin məlumatı olmadan və bələdiyyə üzvlərinin ümumi yığıncağını çağırmadan, tamah niyyətilə iclas katibinin imzasını saxtalaşdırmaqla öz imzası ilə təsdiq etdiyi, məzmununa guya bələdiyyə iclasının xx.xx.2018-ci il tarixdə keçirilməsi, iclasda 9 nəfər bələdiyyə üzvünün iştirakı ilə 510 ha torpaq sahəsinin icarəyə verilməsi üçün hərrac və müsabiqə keçirilməklə ilkin sənədlərin hazırlanması proseduruna başlanılması ilə bağlı qərar qəbul edilməsi barədə bilə-bilə yalan məlumatları daxil etdiyi rəsmi sənəd hesab edilən xx.xx.2018-ci il tarixli 06 saylı iclas protokolunu və öz imzası ilə təsdiq etdiyi, məzmununa guya 147 ha torpaq sahəsinin hərrac və müsabiqə keçirilməklə icarəyə verilməsi üçün bələdiyyə mülkiyyətinin tanınma proseduruna başlanılması ilə bağlı qərar qəbul edilməsi barədə bilə-bilə yalan məlumatları daxil etdiyi rəsmi sənəd hesab edilən xx.xx.2018-ci il tarixli iclas protokolundan çıxarışı cinayətdən xəbərsiz Kuzun bələdiyyəsinin sabiq mühasibi Şahid4 tərtib etdirməklə saxtalaşdırıb vəzifəli şəxs kimi tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmiş, həmin hərəkətləri ilə Qusar rayon Kuzun bələdiyyəsinin örüş təyinatlı torpaqlardan bələdiyyənin və yerli əhalinin mənafeyi üçün səmərəli istifadə edilməsi, bununla bağlı bələdiyyə idarəetmə prinsiplərinin gözlənilməsi sahəsində formalaşmış vahid hüquqi prosedur qaydalarını pozaraq bələdiyyənin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq təkrarən vəzifə səlahiyyətlərini aşmışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 309.1, 311.3.2, 311.3.3 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadə verərək bildirmişdir ki, o, qanunsuz sənəd çıxarmış, lakin həmin işin qarşılığında heç kimdən rüşvət almamışdır. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, o, 2015-ci ildən bələdiyyə sədri vəzifəsində çalışmışdır. “Marşal” deyilən vətəndaş vasitəsilə Şahid1 ilə tanış olmuşdur. Şahid1la tanış olmaqda məqsəd Zindanmuruq kəndinin ərazisində yerləşən və bələdiyyə mülkiyyətində olan yaylaq sahəsinin bələdiyyə qərarı əsasında 15 il müddətinə ona verilməsi olmuşdur. Bələdiyyə qərarının qəbulu üçün bələdiyyə üzvlərinin iclası keçirilməli olsa da, bələdiyyə üzvlərinin iclası keçirilməmişdir. Savadsız olduğu, yazıb oxumağı bacarmadığı üçün iş funksiyaları ilə tanış olmamışdır. Nadirdən başqa kiməsə torpaq sahəsi icarəyə verməmiş, torpaq sahəsini icarəyə istəyəndə çıxarış çıxara bilməmişdir. İcarəyə verilən torpaq sahəsinin ölçülərinin nə qədər olduğunu sonradan, gec bilmişdir. Həmin mübahisəli torpaq sahəsinin başqa kiminsə torpaq sahəsi ilə toqquşmadığını bildirmişdir. Bələdiyyə üzvlərinin iclası olmadan, protokol tərtib edilmədən torpaq sahəsini verdiyi üçün Şahid1 o işdən çıxandan üç il altı ay sonra şikayət etmişdir. Torpaq sahəsini icarəyə verdiyinə görə kimdənsə pul almamış, kartına və ya poçt vasitəsilə ona pul göndərilməmişdir. Şahid2 ona 4.000 (dörd min) manat pul vermiş, Fuadla hansısa müqavilə bağlanmamış, rəsmiləşdirmə işləri aparılmamış, ona torpaq sahəsi icarəyə verilməmişdir. Fuadla düşmənçiliyi olmamış, nə səbəblə ondan şikayət etdiyini isə bilməmişdir. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, 510 hektar torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuş, işdən çıxandan sonra həmin torpaq sahəsinin Turizm Nazirliyinə verildiyini bilmişdir. Mübahisələndirilən 147 hektar torpaq sahəsi də bələdiyyənin mülkiyyətində olmuşdur. Sənədləşdirmə işləri üçün qanuni sənədləri Xaçmazda reyestr xidmətinə göndərmiş, o işdən çıxandan sonra isə çıxarış hazır olmuşdur. Fuad 4.000 manat pulu oğluna vermiş, oğlu da pulu ona vermişdir. Nadir isə ona heç bir kiçikbuynuzlu heyvan verməmiş, Nadirə bir il vergi ödətdirə bilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, əmr verəndə əmrlərini və ya sənədləri mühasib oxumuş, bundan sonra özü qol çəkmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, bir neçə dəfə olmaqla sonuncu dəfə 02 mart 2015-ci il tarixdə Qusar rayon Kuzun bələdiyyəsinin sədri seçilmişdir. 14 yanvar 2020-ci il tarixədək həmin vəzifədə işləmişdir. 2010-cu ilədək Qusar rayonunun Zindan Muruq, Cağar, Çətkün, Kuzun və Ləzə kəndlərin hər birinin ayrılıqda bələdiyyəsi olsa da, 2010-cu ildən sonra qeyd etdiyi 5 kəndi üzrə Qusar rayon Kuzun bələdiyyəsi yardılmışdır. 2015-ci ildə tanışı olan "Marşal” ləqəbli adını sonradan Hacıbala olduğunu bildiyi şəxs Şahid1 ilə Qusar rayon Kuzun kəndinə gələrək bələdiyyənin ərazisində Şahid2 heyvanını saxlamaq məqsədilə icarəyə torpaq sahəsinin ayrılması üçün ona müraciət etmişlər. Şahid1 ilə Kuzun bələdiyyəsinin mülkiyyətindəki 510 ha ölçüdə torpaq sahəsini 15 il müddətinə icarəsinə vermək üçün sonuncudan 25.000 (iyirmi beş min) manat pul istəmiş, Şahid1 da razılaşmışdır. 510 ha torpaq sahəsinin Şahid1 icarəsinə vermək üçün 16 mart 2015-ci il tarixli 01 nömrəli Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləni və torpağın plan ölçüsü o, latın qrafikalı Azərbaycan əlifbası ilə yazıb-oxumağı bacarmadığından onun xahişi əsasında həmin vaxt Kuzun bələdiyyəsinin mühasibi işləmiş Şahid4 tərəfindən bələdiyyənin binasında tərtib edilmiş, o da həmin müqaviləni və planı Kuzun kəndində yerləşən bələdiyyənin binasında imzalayaraq möhürləyib Şahid1 təqdim etmişdir. Qeyd etmişdir ki, Nadir Qədriova təqdim etdiyi 16 mart 2015- ci il tarixli 01 nömrəli Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə müvafiq qərar qəbul edilmədən, hərrac və müsabiqə keçirilmədən verilmiş saxta müqavilə və plan olmuşdur. Qeyd etdiyi müqaviləni Şahid1 təqdim etdikdən sonra sonuncudan ona söz vermiş olduğu 25.000 (iyirmi beş min) manat pulu tələb etsə də, sonuncu verməmiş və 2018-ci ilə qədər həmin torpaq sahəsindən istifadə etmişdir. 2017-ci ilin sonlarında Şahid2 ona müraciət edərək 510 ha ölçüdə torpaq sahəsinə dair verdiyi müqavilənin saxta olduğunu və ona qanuni sənədləşdirməklə icarəsinə torpaq sahəsi verməyini xahiş etmişdir. O da bələdiyyə mülkiyyətindəki 510 ha torpaq sahəsini sənədləşdirmək istəsə də, həmin torpaq sahəsinin 2006-cı ildə dağ-xizək turizminin inkişaf edilməsi üçün Mədəniyyət və Turizm Nazirliyinə ayrıldığından yalnız 147 ha ölçüdə bələdiyyə mülkiyyətindəki torpaq sahəsinin Şahid2 icarəsinə verilməsi məqsədi ilə sənədləşməyə başlamışdır. Bələdiyyə mülkiyyətindəki 147 ha torpaq sahəsinin qanuni olaraq sənədləşdirilməsi üçün Şahid2 Şahid1 vasitəsi ilə 4.000 (dörd min) manat pul istəmişdir. Şahid2 də razılaşmış və 2018-ci ilin aprel ayında oğlu Şahid3 adına 4.000 (dörd min) manat pulu poçt vasitəsi ilə göndərmişdir ki, o da həmin pulu oğlu Şahid3 götürmüşdür. Qeyd etmişdir ki, Şahid3 həmin pulun nə məqsədlə göndərildiyini bilməmişdir. Bundan sonra, Şahid2 aldığı pulun müqabilində sənədləşməyə qanun çərçivəsində başlamaq üçün xx.xx.2018-ci il tarixdə bələdiyyə üzvlərinin iştirakı olmadan bələdiyyənin iclas protokolunu tərtib etdirərək xx.xx.2018-ci il tarixdə bələdiyyə iclasının keçirilməsi və 510 ha torpaq sahəsinin icarəyə verilməsi məqsədi ilə ilkin sənədlərin hazırlanması proseduruna başlanması haqqında qərar edilməsi barədə həmin protokola qeydlər daxil etdirmişdir. Qeyd etdiyi kimi latın qrafikalı Azərbaycan əlifbası ilə yazıboxumağı bacarmadığından onun xahişi əsasında həmin protokol da Şahid4 tərəfindən bələdiyyənin binasında kompüter vasitəsi ilə tərtib edilmiş, o da həmin iclas protokolunu öz və iclas katibinin yerinə bələdiyyənin binasında imzalamışdır. Sonra iclas protokolunda səhvən 510 ha ölçüdə torpaq sahəsinin sənədləşməsi ilə ilkin prosedura başlanılmasını görüb, həmin protokoldan 147 ha ölçüdə torpaq sahəsinin sənədləşməsi ilə bağlı çıxarış edərək sənədləşmənin davam etdirilməsi üçün lazımı yerlərə təqdim etmişdir. 2020-ci ilin yanvar ayında bələdiyyə seçkilərində sədr seçilmədiyindən həmin torpaq sahəsinin sənədləşdirilməsini başa çatdıra bilməmiş, Şahid2 bələdiyyə mülkiyyətindəki 147 ha ölçüdə torpaq sahəsinin sənədləşdirilməsi üçün aldığı 4.000 (dörd min) manat pul vəsaitini şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa o, ifadəsində bələdiyyə mülkiyyətindəki 510 ha ölçüdə torpaq sahəsini 16 mart 2015-ci il tarixdə Şahid1 icarəyə verərkən həmin ərazinin Şahdağ Turizm QSC-yə daimi istifadəyə ayrılmasından məlumatının olmadığını, Şahid1 bələdiyyə mülkiyyətində olan 510 ha ölçüdə torpaq sahəsini sonuncunun icarəsində ayırmaq məqsədi ilə 51.000 (əlli bir min) manat deyil, 25.000 manat istəməklə razılaşdığını, lakin sonuncunun verdiyi sözə əməl etməyərək həmin pulu ona vermədiyini, Şahid1 ona nə 15.000 (on beş min) manat nağd pul, nə 15.000 (on beş min) manat dəyərində xırdabuynuzlu heyvan, nə də ki 21.000 (iyirmi bir min) manat pulu həmin əraziyə digər şəxs göndərməklə əvəzləşdirmədiyini, Şahid1 təqdim etdiyi 01 ədəd diskdəki onun 10.000 (on min) manat və 5.000 (beş min) manat olmaqla, ümumilikdə Şahid1 15.000 (on beş min) manat pul almasını etiraf etməsinə dair səsini Şahid1 o, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində izahat verdiyindən sonra Quba rayonunda “Marşal" ləqəbli Hacıbala adlı şəxsin yanında, verdiyi, şikayətini geri götürəcəyini deyərək aldadıb bu məzmunda yazdığını bildirmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ifadəsini təsdiq edərək bildirmişdir ki, 510 hektar torpaq sahəsi üçün çıxarış çıxarmağa 25.000 (iyirmi beş min) pul çıxmışdır. Səs yazısında isə danışdıqlarının müəyyən hissəsini kəsildiyini, orada dediklərindən sonra da danışdığını bildirmişdir.Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, Fuad sənədləşdirmə, çıxarış üçün 4.000 manat göndərmiş, lakin iş alınmadığı üçün pul vəsaiti qaytarılmışdır. Sözügedən 147 hektar torpaq sahəsi örüş torpağı olmuş və torpağa çıxarış alınmalı, sonra da hərracla müvafiq şəxsə verilməli olduğunu və çıxarış məsələsini bələdiyyənin büdcəsinə pul vəsaiti daxil olsun deyə həll etməyə çalışdığını bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxslərin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı isə qismən etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Zərər çəkmiş hüquqi şəxin nümayəndəsi Qanuni nümayəndə bildirmişdir ki, Yaşarın qeyd etdiyi 147 hektar torpaq sahəsinin çıxarışını hələ ala bilməmişlər, çıxarış reyestr xidmətindədir. Çıxarışı almaq üçün də müvafiq qaydada dövlət rüsumu ödənilməlidir. Bunun üçün də təxminən on min manatdan artıq pul vəsaiti lazımdır, hazırda borclarının olması səbəbilə büdcədə yetərli məbləğ olmadığı üçün ala bilməmişlər. Nadir barədə Yaşarın dediklərini təsdiqləyərək bildirmişdir ki, nə Təqsirləndirilən şəxs, nə də onun bələdiyyə sədri olduğu dövrdə hansısa vergi ödəməmişdir. Müxtəlif yollarla bələdiyyəyə məxsus torpaq sahələrini başqa adamlara vermiş, pulunu da cibinə qoyaraq çıxıb getmişdir. Bu barədə Nadirə də iradını bildirmişdir. Nadirin torpaq sahələrini başqa şəxslərə satması ilə bağlı qeyd etmişdir ki, 2020-ci ildə həmin dağlıq massivini bir-iki dəfə monitorinq edən zaman orada başqa tanımadığı şəxslər görmüş və onlar Nadirin onlara olduqları torpaq sahəsini satdığını bildirmişlər. Mübahisə predmeti olan torpaq sahəsi də 510 hektar torpaq sahəsinin içərisinə aid olmuşdur. Məhkəmə istintaqı zamanı şahid kimi ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, 2012-ci ildən təsərrüfatla məşğul olmağa başlamış, 2015-ci ildə Marşal adlı şəxs Qusar rayonunda onu Təqsirləndirilən şəxsla tanış etmiş, Təqsirləndirilən şəxs ona 510 hektar yaylaq satmışdır. Daha sonra mən yaylağa çıxarış almaq Xaçmaz rayonuna getmiş, orada ona qeyd olunan 510 hektar yaylağın 147 hektarının bələdiyyə mülkiyyətində olduğu, qalanının isə “Şahdağ xizək kompleksinə” aid olduğunu, ona görə də ona “kadastr verə bilməyəcəklərini” demişlər. Həmin məlumatı Təqsirləndirilən şəxs bildirmiş, Yaşarla da 2015-2016-cı illərdən etibarən münasibəti olduğu üçün bu məsələni elə oradaca bağlamışdır. 2019-2020-ci illərdə Təqsirləndirilən şəxs ona “Sən buraya gəlmə, bura mənimdir” demişdir. Ona verilən yalaq sahəsi 510 hektar olmasa da, təxminən 40-50 hektar olmuşdur. Təqsirləndirilən şəxs ona həmin əraziyə gəlməməsini, ərazinin onun olmasını demişdir. Bununla bağlı olaraq o, Yaşarın qohumlarına, yaxınlarına öz şikayətimi bildirmiş, daha sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə ərizə ilə şikayət etmişdir. Şikayətdən sonra onu çağırıb izahatını almış, daha sonra iş Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə getmişdir. Yaşarla söhbət zamanı olan səs yazısını diskə yükləyərək prokurorluğa təqdim etmiş, ifadəsi alınmış və cinayət işi başlanmışdır. Şahid dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, torpaq sahəsinin hektarını 100 manata danışmış, 30.000 manat məbləğə yaxın pul və bir neçə ədəd kiçik baş heyvan vermiş, Yaşara pul verdiyini öz şərikinə sübut etmək üçün onun səsini yazmış, həmin səs yazısında Yaşar ona 10.000 manat və 5.000 manat pul verdiyi təsdiq olunur. Şahid1 müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, birinci dəfə Marşal (Hacıbala) ondan 5.000 manat, daha sonra isə 10.000 manat beh almışdır. Lakin 5.000 manatı Marşala verəndə Yaşar yanlarında olmamışdır. Şahid1 Yaşara vermək üçün 30.000 manat pul ayırmış, lakin 10.000 manat məbləğində pulu Marşalın yanında Yaşara notariusun qabağında vermişdir. Həmin görüşə o Şahid17lə getmiş, Yaşar isə tanımadığı başqa şəxslə birlikdə gəlmişdir. Şahid1 Bakıya getdikdən sonra Yaşar 5.000 manat pulu təcili ona göndərməyi Nadirə demişdir. Şahid8 maşını ilə bərabər X9 bir taksi saxladaraq 5.000 manat pulu taksi sürücüsü ilə bərabər Yaşara yollamış, Yaşar isə ona sənədi hazırlayıb göstərmişdir. Yaşar heyvan alqı-satqısı ilə məşğul olduğu üçün Yaşarla razılaşmışlar ki, “sezonun ortasına qədər sənə 100 ədəd quzu verəcəm”. Sonra isə Yaşar özü gəlib 30-40 ədəd quzu seçib aparmış, sonra isə Nadirə demişdir ki, “yaylağın yarı ərazisini mənə arendaya ver, mən də Əfqan adlı şəxsə verim. Əfqandan buna görə yayda pul almışam”. Şahid1 510 hektar sahə ərazi üçün Yaşarla 51.000 manata razılaşmışdığını bildirmişdir. Yaşar ona 30 illik yaylağı satmış və demişdir ki, “icarə haqqı hektarı 100 manatdan bələdiyyəyə ödəyərsən və sənə 15 illik icarə müqaviləsi verəcəm”. Şahid1 ona həmin ərazinin 147 hektarı qaldığı məlum olanda artıq həmin sahənin çıxarışını almağa çalışmışdır. Ona demişlər ki, “siz Xaçmazdan Qusara getməlisiniz və kənddə icra nümayəndəsi 3-4 nəfər gəlib izahat yazmalıdır ki, həmin kənd örüşünün aidiyyatı yoxdur”. Nadir də Yaşarın mühasibi Şahnəzərlə bərabər onların dedikləri kimi izahat yazmışlar. Daha sonra isə məsələ hərrac yolu ilə həll olunmalı imiş və o çıxarışı almaq üçün Nadir 15.000 manata yaxın pul vermişdir. O, bərabər təsərrüfat saxladığı Şahid17lə birlikdə Qusara getmişlər. Yaşar orada onlara demişdir ki, “sənədlərin təhvil verilməyi bir az uzanacaqdır”. O da Zakirə demişdir ki, “sən get çobanları gətir, sənədlər də hazır olacaqdır”. Həmin vaxt xatırladığına görə mart-aprel ayları imiş və o vaxtdan yaylağa getmişdir. Həmin müddətdə də Yaşarla çox yaxşı mübasibəti olmuş və Yaşardan şikayət etmək fikri olmamışdır. Şahid1 təqsirləndirilən şəxsin suallarına cavab olaraq bildirmişdir ki, onunla torpaq vergisi məsələsi ilə bağlı olan səs yazmalarında Yaşara 1.000 və 2.000 manat ayrıayrılıqda pul verməyi bir daha öz əksini tapmışdır. Yaşar bununla bağlı qəbz verməli imiş, amma hər dəfəsində gecikdirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid17 ifadəsində göstərmişdir ki, Nadirlə münasibəti hər ikisi heyvandarlıq təsərrüfatı ilə məşğul olduqları üçün başlamışdır. Nadir yaylaq aldığı zaman onunla bərabər Qusara getmiş, hektarı 100 manata 510 hektar olan ərazini Yaşardan almaq üçün razılaşmışlar. O, Nadirlə bərabər Qusara notariusun yanına getmiş və özü ilə 30.000 manat məbləğində pul aparmışdır. Yaşar da onunla bağlı sənədləri Nadirə təqdim etmişdir. Şahid17 torpağın kimin adına sənədləşdiriləcəyi ilə bağlı məsələni xatırlamadığını, lakin Nadirin maşında onun yanında Təqsirləndirilən şəxs 30.000 manat məbləğində pul verdiyini, həmçinin bundan əlavə Şahid1 yaylağın alınması ilə bağlı olaraq özünə məxsus bir neçə baş quzunu da Yaşara verdiyini bildirmişdir. Həmin vaxt orda Şahid1, Təqsirləndirilən şəxs, Şahid8 və Əfqan adlı şəxs də olmuşlar. Təqsirləndirilən şəxs ona verilən suala cavab olaraq Şahid17 tanımadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Nadir ona Təqsirləndirilən şəxs yaylaq sahəsi almaq üçün ona pul lazım olduğunu demiş, o da 5.000 manat pul düzəldib Nadirə vermişdir. Həmin 5.000 manat pulu Nadirlə bərabər Saray postunda bir sürücüyə vermiş və sürücünü yola salmışlar. Məhkəmə istintaqı zamanı şahid kimi ifadə vermiş Şahid3 bildirmişdir ki, ona 4.000 manat pul göndərilmiş, onu da atasına vermişdir. 4.000 manat pul vəsaitinin nə məqsədlə göndərildiyindən məlumatı olmamışdır. Atası Təqsirləndirilən şəxs bələdiyyə sədri işləyən zaman onlara kiçikbuynuzlu heyvan və s. verilməmiş, atasının özünün qırxəlli heyvanı olmuşdur. Məhkəmə istintaqı zamanı şahid kimi ifadə vermiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsla 2012-ci il tarixdən Zərərçəkmiş şəxsndə birlikdə işləmiş, o, mühasib vəzifəsində çalışmışdır. Təqsirləndirilən şəxs yaza bilmədiyi üçün Yaşarın bəzi işlərini onun xahişi ilə yazmışdır. Yaşar özü yaza bilmədiyi üçün müqavilə və iclas protokolunu kompyuterdə yazmış, daha sonra Yaşara oxumuş, o da yazılanları özü təsdiq etmişdir. Müqavilədə göstərilən torpaq sahəsinə görə pul alınıb-alınmamasından xəbəri olmamışdır. Bələdiyyədə mühasib işlədiyi üçün iclaslarda iştirak etməmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi ifadə vermiş Şahid12 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2015-ci ildə Kuzun bələdiyyəsinin sədri seçilmiş, o da 2015-ci ildən 2020-ci ilədək bələdiyyənin üzvü olmuşdur. Torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı iclaslardan xəbəri olmamış, ümumiyyətlə belə bir iclas barədə ona məlumat verilməmişdir, odur ki, torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı səsvermədə iştirak etməmişdir. Həmçinin Yaşarın evi ilə onun evi arasında təxminən otuz metr məsafə olmuş, onun həyətində iyirmidən çox qoyun görməmişdir. Təqsirləndirilən şəxs ən çox iyirmi baş qoyunu, iki baş da inəyi olmuşdur. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid16 ifadəsində göstərmişdir ki, o, 2015-ci ildən 2020-ci ilədək Kuzun bələdiyyəsinin üzvü olmuş, lakin 27 iyul 2018-ci il tarixli iclasda katib kimi iştirak etməmiş, həmçinin 510 hektar torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı iclas olmamış, həmin məsələnin müzakirəsində iştirak etməmiş, hansısa iclas protokoluna imza atmamışdır. Məhkəmə istintaqı zamanı şahid kimi ifadə vermiş Şahid11 ifadəsində göstərmişdir ki,o bələdiyyə üzvü, həmin vaxt Təqsirləndirilən şəxs isə bələdiyyə sədri olmuşdur. Amma bələdiyyə iclasları barədə heç bir məlumatı olmamış, indiyədək bələdiyyə iclaslarında iştirak etməmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, 2015-ci ildən 2020-ci ilədək Kuzun bələdiyyəsinin üzvü olmuş, müəllim işləmiş, səhər məktəbə gedib, axşam qayıtmış, fürsət tapan kimi də bələdiyyədə iclaslarda iştirak etmiş, ancaq bu axırıncı müqavilədən xəbəri olmamışdır. Şahid13 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Qusar rayon Kuzun bələdiyyəsinin üzvü olmuşdur. Bələdiyyənin onunla birlikdə 9 üzvü olmuş və bələdiyyə sədri üzvü olduğu dövrdə Təqsirləndirilən şəxs olmuşdur. Qusar rayon Kuzun bələdiyyəsinin mülkiyyətində olmuş 510 ha ölçüdə olan torpaq sahəsinin icarəyə verilməsinə dair ilkin sənədlərin hazırlanması proseduruna başlanılması haqqında qərar qəbul edilmiş 27 iyun 2018-ci il tarixli iclas protokolu baxışına təqdim edilmişdir, lakin özü bu iclasda iştirak etməmişdir. Belə bir iclasın keçirilməsi barədə ona ümumiyyətlə məlumat verilməmiş, bu haqda xəbəri olmamışdır. Qeyd olunan torpaq sahəsi barədə isə heç bir məlumatı yoxdur. Məhkəmə istintaqı zamanı şahid kimi ifadə vermiş Şahid5 Gülməhəmməd oğlu ifadəsində göstərmişdir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxsla Şahid1 o tanış etmiş, geri qalan hərəkətlərdən heç bir xəbəri olmamışdır. Şirvan şəhərində Nadirlə həm qonşu olmuş, həm də qoyunçuluq təsərrüfatı ilə məşğul olmuşlar. Təqsirləndirilən şəxs isə uzun müddət ərzində rayon sakini kimi tanımışdır. Nadir torpaq sahəsi istəmiş, Təqsirləndirilən şəxs da bələdiyyə sədri olmuşdur. O, Yaşardan sədri olduğu bələdiyyənin ərazisində yayda heyvan saxlamaq üçün torpaq sahəsinin olub-olmadığını soruşmuş, o da müsbət cavab vermiş, Yaşarın telefon nömrəsini Nadirə vermiş, sonradan onların arasında hansı danışıqların olduğundan məlumatı olmamışdır. 3-4 aydan sonra mən Nadirdən Yaşarla işinin alınıb-alınmadığını soruşmuş, o da alındığını söyləmişdir. Şahid dövlət ittihamçısının sualına cavab olaraq Nadirin yayda heyvan saxlamaq üçün yaylaq istədiyini, Nadiri də həmin məsələ ilə bağlı Yaşarla tanış etdiyini, Qusar rayon Kuzun bələdiyyəsinin ərazisində olan həmin yaylaq sahəsinin Nadir tərəfindən icarə götürülüb-götürülmədiyini bilmədiyini, üçünün birlikdə bu məsələ ilə bağlı heç vaxt müzakirə aparmadığını, üçünün birlikdə Quba rayonunda çayxanada olduqlarını, lakin Nadir və Yaşarın öz aralarında söhbət apardığını, söhbət vaxtı Nadirin Yaşara “Mən sənə 5.000, 10.000 pul vermişdim” dediyini, Yaşarın da “Xeyr, elə bir şey olmayıb” deməsini eşitdiyini bildirmişdir. Şahid5 Gülməhəmməd oğlu məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, cəmiyyət arasında “Marşal” ləqəbi ilə tanınır. Təqsirləndirilən şəxs qonşu kənd sakini kimi tanıyır, sonradan sonuncu Kuzun bələdiyyəsinin sədri seçilmişdir. Şahid1 tanıyır, sonuncu ilə xırdabuynuzlu heyvanların saxlanılması zamanı yaylaqda tanış olmuşdur. Şahid1 2015-ci ildə heyvanları üçün yaylaq axtaran zaman Kuzun bələdiyyəsinin sədri olmuş Təqsirləndirilən şəxsla tanış etmişdir. Onların arasındakı sonrakı danışıqlardan xəbəri olmamışdır. Bir müddət sonra Şahid1 gördükdə Təqsirləndirilən şəxs torpaq sahəsi icarəyə götürdüyünü demişdir, lakin torpaq sahəsini nəyin müqabilində götürdüyünü deməmişdir. O, Təqsirləndirilən şəxs ilə Şahid2 deyil, Şahid1 tanış etmişdir. Şahid2 Şahid1la Təqsirləndirilən şəxs tanış etdikdən uzun müddət sonra bir dəfə görmüşdür, sonuncu ilə hər hansı bir münasibəti olmamışdır. Bundan başqa, o, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ifadəsində Şahid1 təqdim etdiyi səs yazıları ilə bağlı göstərdiyi xüsusat yalandır. Təqsirləndirilən şəxs və Şahid1 arasında olan bu söhbət Quba rayonun bazarının yanında yerləşən adsız çayxanada onun yanında olmuşdur. Həmin danışıqda o, iştirak etmişdir. O, danışıq zamanı Təqsirləndirilən şəxs torpaq sahəsinin icarəsinə görə 10.000 (on min) manat və 5.000 (beş min) manat olmaqla, 15.000 (on beş min) manat pulu Şahid1 aldığını etiraf etdiyini eşitmişdir. Lakin Şahid1 verdiyi şikayətini geri götürəcəyini deyərək Təqsirləndirilən şəxs aldadaraq 10.000 (on min) və 5.000 (beş min) manat pulunun almasını etiraf etdirərək səsini yazması barədə dedikləri yalandır. Həmin zaman Şahid1 nə ona, nə də ki Təqsirləndirilən şəxs səslərini yazacağına dair heç nə deməmişdir. Məhkəmə istintaqı zamanı əlavə şahid kimi dindirilmiş X5 ifadəsində Nadir adlı şəxsin onun yanında Yaşara 30.000 manat pul verməsi faktı ilə bağlı məlumatı olmadığını bildirmişdir. Şahid X5 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Şahid1 ifadəsində bildirdiyi halları təsdiq etməmiş, yəni heç vaxt onunla Qusar rayon notariat ofisinin yanında görüşməmiş, onun yanında Nadir sabiq bələdiyyə sədri Yaşara pul verməmiş, ondan icara müqaviləsi almamış, həmçinin Nadir üçün heç vaxt çobanlıq etməmişdir. Şahid17 tanımadığını bildirmişdir. Şahid2 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, qonşuluqda yaşamış Şahid1 ilə 2012-ci il tarixdə fermer təsərrüfatı ilə məşğul olmaq qərarına gəlmişlər. Aralarında olan razılaşmaya əsasən xırdabuynuzlu heyvanların alınması və digər xərclər onun tərəfindən ödəniləcəyi, qalan bütün işlərin isə Şahid1 tərəfindən həyata keçirilməklə xırdabuynuzlu heyvanların satışından əldə olunacaq və onun qoyduğu pul götürüldükdən sonra gəlir aralarında yarıbayarı bölünməli olmuşdur. 2012-ci il tarixdə aralarında olan razılaşmada olduğu kimi xırdabuynuzlu heyvanlar ona məxsus pulla alınaraq Şahid1 verilmiş və sonuncu tərəfindən həmin heyvanların saxlanılması və ümumi nəzarət həyata keçirilməyə başlanılmışdır. O, ümumiyyətlə yalnız sərmayə qoymuş, çox nadir hallarda fermaya gələrək işlə maraqlanmışdır. 2015-ci il tarixdə Şahid1la aralarında olan danışıq zamanı Qusar rayon Kuzun bələdiyyəsinin mülkiyyətində olan 510 ha torpaq sahəsini icarəyə götürülməsi barədə Kuzun bələdiyyəsinin sabiq sədri olan Təqsirləndirilən şəxsla razılaşdığını, ilkin olaraq birgə fermer təsərrüfatı ilə bağlı birgə qazanclarından əldə edilmiş puldan 10.000- 15.000 manat pulu Təqsirləndirilən şəxs verəcəyini, qalan xatırlamadığı məbləğində pulu isə alıb saxlaması üçün verdiyi heyvanla əvəzləşdirərək Təqsirləndirilən şəxs ödəyəcəyini demişdir. Bundan bir müddət sonra 2015-ci ilin may ayında Şahid1 həmin 510 hektar torpaq sahəsinin onun istifadəsinə verilməsinə dair sənədi xatırlamadığı məbləğin qarşılığında Təqsirləndirilən şəxs aldığını bildirmişdir. 2015-ci ilin yay aylarında heyvanları yaylaq kimi Kuzun bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinə köçürdüyünü bilmişdir. Təxminən 2016-cı ilin yayında həmin yaylağa gedən zaman Şahid1 onu Kuzun bələdiyyəsinin sədri Təqsirləndirilən şəxsla tanış etmiş və icarəyə götürdüyü həmin torpaq sahəsini məhz Təqsirləndirilən şəxs icarəyə götürdüyünü bildirmişdir. 2017-ci il tarixdə Şahid1 onunla əlaqə saxlayaraq 510 hektar torpaq sahəsinə dair Təqsirləndirilən şəxs tərəfindən ona torpaqdan icarəyə dair verilmiş müqavilənin saxta olmasından şübhələndiyini demişdir. Şahid1 həmin müqaviləni ona təqdim etdikdən sonra o, həmin sənədlə bağlı özü müəyyən yerlərdən soraqlaşdıqdan sonra Təqsirləndirilən şəxs 510 ha torpaq sahəsinə görə verdiyi müqavilə və plandakı ərazinin "xxxx" QSC-nin ərazisinə aid olduğunu ona məlum olmuşdur. Bundan sonra bələdiyyənin sabiq sədri Təqsirləndirilən şəxsla danışaraq 510 ha torpaq sahəsini qanunsuz olaraq saxta sənəd əsasında onlara verdiyini bilmiş və bunun əvəzinə ondan qanuni olaraq həmin bələdiyyənin mülkiyyətində olan digər torpaq sahəsini qanuni sənədləşdirməklə istifadələrinə verməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs da öz növbəsində bələdiyyə mülkiyyətində olan 147 ha ölçüdə torpaq sahəsini qanuni sənədləşdirməklə, həmin torpaq sahəsinin yanındakı 100 ha torpaq sahəsini isə sənədləşdirmə aparmadan onların istifadələrinə verəcəyini bildirmiş və onunla bu barədə razılaşmışlar. 147 ha torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı Şahid1 2018ci ilin aprel ayının ortalarında o, xarici ölkədə olarkən zəng edərək Kuzun bələdiyyəsinin sabiq sədri Təqsirləndirilən şəxs 4.000 (dörd min) manat pul istədiyini demişdir. O həmin vaxtı xarici ölkədə olduğu üçün dostu Şahid6 ona məxsus olmaqla sonuncuda saxladığı 4.000 (dörd min) manat pulu Təqsirləndirilən şəxs adına köçürməsini xahiş etmişdir. Şahid6 da həmin pulu poçt vasitəsi ilə Təqsirləndirilən şəxs oğlu Şahid3 adına göndərərək bu barədə ona məlumat vermişdir. Hazırda da həmin torpaq sahəsinin sənədləşdirilməsi prosesi davam etdiyindən məlumatlıdır. Bundan başqa o ifadəsində göstərmişdir ki, Kuzun bələdiyyəsinin mülkiyyətindəki 510 ha torpaq sahəsi Şahid1 adına sənədləşdirilmişdir, o torpaq sahəsi ilə bağlı onun adına heç bir sənədləşmə aparılmamış, fermer təsərrüfatı ilə çox məşğul olmadığından Şahid1 tərəfindən kimə hansı məbləğdə pul verilməsindən məlumatı olmamışdır. Əgər verilmişdirsə də, birgə qazanc əldə etmək məqsədi ilə aldığı xırdabuynuzlu heyvanların satışından əldə olunmuş gəlirdən olmuşdur. Şahid6 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Şahid2 tanıyır, sonuncu ilə uzun müddətdir dostluq münasibətindədir. 2018-ci ilin aprel ayının təxminən ortalarında Şahid2 onunla əlaqə saxlayaraq, xarici ölkədə olduğundan Qusar rayon Kuzun bələdiyyəsinin sabiq sədri Təqsirləndirilən şəxs mobil nömrəsini verərək sonuncu ilə əlaqə saxlayaraq onda saxladığı Şahid2 məxsus puldan 4.000 (dörd min) manat pul vəsaitini Qusar rayonu Şahdağ ərazisində təsərrüfat ilə məşğul olmaq üçün götürmək istədiyi torpaq ilə əlaqədar Təqsirləndirilən şəxs göndərməyini xahiş etmişdir. O da bu məqsədlə 2018-ci ilin aprel ayının təxminən ortalarında mobil telefonla Qusar rayon Kuzun bələdiyyəsinin sabiq sədri Təqsirləndirilən şəxs ilə əlaqə saxlayaraq Şahid2 dediyi pulu ona necə göndərməyini soruşmuşdur. Təqsirləndirilən şəxs da öz növbəsində oğlu Şahid3 şəxsiyyət vəsiqəsinin şəklini ona göndərərək poçt vasitəsi ilə oğlunun adına göndərməyini xahiş etmişdir. O da Biləcəri qəsəbəsində “Meydan” adlanan ərazidəki poçta Şahid2 qohumu X7 ilə gedərək Babək Kiçibəyobun adına pul göndərmək istədikdə, pulun göndərilməsi üçün ondan şəxsiyyət vəsiqəsi tələb etmişdirlər. Şəxsiyyət vəsiqəsi üzərində olmadığından Firuddin Əhmədovun şəxsiyyət vəsiqəsi ilə Şahid3 adına hər dəfəsində 2.000 manat olmaqla, iki dəfəyə ümumilikdə 4.000(dörd min) manat pul vəsaiti göndərmişdir. Daha sonra Təqsirləndirilən şəxs ilə əlaqə saxlayaraq pulu göndərdiyini, gedib poçtdan götürməsini demişdir. Həmin gün Təqsirləndirilən şəxs ilə danışdıqda Şahid2 ona deməsi səbəbi ilə ona göndərdiyi 4.000(dörd min) manat pulu götürdüyünü demiş və bu barədə Şahid2 məlumat vermişdir. Şahid2 ona Təqsirləndirilən şəxs göndərməyini dediyi 4.000 (dörd min) manat pulu Qusar rayon Şahdağ ərazisindəki torpaq İlə bağlı olduğunu demişdir. Lakin həmin torpağın hansı sənədinə görə göndərdiyi barədə məlumat verməmişdir. Qeyd etdiyi puldan başqa Təqsirləndirilən şəxs hər hansı bir miqdarda pul göndərməmişdir. Şahid7 Şahid6 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadə ilə oxşar məzmunlu ifadə vermişdir. Şahid9 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində Qusar rayon rayon Kuzun bələdiyyəsinin mülkiyyətində olan 510 ha ölçüdə torpaq sahəsinin icarəyə verilməsinə dair ilkin sənədlərin proseduruna başlanılması haqqında qərar qəbul edilmiş 27 iyun 2018-ci tarixli iclasda iştirak etmədiyini, iclasın keçirilməsi ilə bağlı ona xəbər verilmədiyini və qeyd olunan torpaq sahəsi barədə heç bir məlumatının olmadığını bildirmişdir. Şahid10, Şahid14, Ağaxanov X4 Rizvan Rasim oğlunun məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Qusar rayon Kuzun bələdiyyəsinin xx.xx.2015-ci il tarixli 03 saylı iclas protokolundan görünür ki, Təqsirləndirilən şəxs Qusar rayon Kuzun bələdiyyəsinin sədri vəzifəsinə seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 21 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Qusar rayon Kuzun bələdiyyəsi zərərçəkmiş şəxs qismində, həmin tarixdə Qusar rayon Kuzun bələdiyyəsinin sədri Qanuni nümayəndə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Azərpoçt MMC"-nin X11 xx.xx.2022-ci il tarixli, 238 nömrəli məktubundan görünür ki, Şahid3 adına Şahid7 tərəfindən 1117 saylı Poçt şöbəsindən xx.xx.2018-ci il tarixdə ********************018 manigramla 2.000 (iki min) manat, ********************242 manigramla 2.000 (iki min) manat pul göndərilmiş və həmin tarixdə həmin məbləğdə pul vəsaiti Şahid3 “Azərpoçt MMC”-nin Qusar poçt filialı tərəfindən ödənilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şahid1 istintaq zamanı təqdim etdiyi səs yazıları köçürülmüş 1 ədəd diskə baxış keçirilməsinə dair 25 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, 01 ədəd CD “Verbatim" markalı olmaqla həmin diskə daxil olduqda içərisində 1 ədəd Whatsapp Audio 2022-11-25 at 08.01.36 adlı fayl vardır. WhatsApp Audio 2022-11-25 at 08.01.36 adlı faylda aşağı məzmunda dialoq vardır: K1: qulaq as eşidirsən məni, bax indi sən, tutaqki orada izahat versən ki, 5.000 pul almışam, K2: demişəm. K1: demisən K2: beş mindi altı mindi belə demişəm. K1:Amma birinci dəfə məndən nə qədər almışdın beş min? K2: on min K1: yox e ən birinci on min, sonra taksi ilə dalınca beş min K2:almışam e almışam, pullar nə qədərdi yadıma düşmür K1: məndən aldıqlarını izahatda yazmamısan K2: yox heçnə yazmamışam K1: yəni özünü müdafiə eləmək üçün yazmamısan, sənə bu günkü günü izah edirəm ki, Nadirdən aldığın pulu boynuva almırsan. Bəs aldığın bu beş mini hara ödəmisən. K2: demişəm, demişəm mən pramoy demişəm. Beş min pulu hara xərcləmişəm demişəm. 7-8 il yaylaqda oturmusan. K1:7-8 ildir mənə verdiyin, mən məsələn kiməsə verib almışdım da 510 hektarı, sənin xətrinə verdim Babaya. Babada gəldi bu günkü gün yiyə çıxdı. Başa düşürsən? Baxışda iştirak edən Şahid1 K1 kimi işarələnmiş diktorun səsi və nitqi ona, K2 kimi işarələnmiş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs məxsus olduğunu bildirmişdir. İş materiallarına əlavə edilmiş Qusar rayon Kuzun bələdiyyəsinin 21 may 2022-ci il tarixli 05 nömrəli protokolundan görünür ki, hərrac müsabiqə keçirilmədən Kuzun bələdiyyəsi ilə Şahid1 arasında qanunsuz bağlanılmış 510 ha örüş torpaq sahəsinin sonuncunun 15 il müddətə icarəsinə verilməsinə dair mövcud olmayan qərar etibarsız sayılmaqla həmin qərar əsasında qanunsuz bağlanılmış 16 mart 2015-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi barədə qərar qəbul edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Qusar rayon Zindanmuruq bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 07 nömrəli qərarından görünür ki, Qusar rayon Zindanmuruq bələdiyyəsi ərazisindəki ümumi istifadə olmayan örüş ərazisindən dağ-xizək turizm-idman və istirahət mərkəzinin tikilməsi məqsədi ilə 400 ha torpaq sahəsinin Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə daimi istifadəyə ayrılması barədə qərar qəbul edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Qusar rayon Kuzun bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 08 nömrəli qərarından görünür ki, Qusar rayon Kuzun bələdiyyəsi ərazisindəki ümumi istifadədə olmayan örüş ərazisindən dağ-xizək turizm-idman və istirahət mərkəzinin tikilməsi məqsədi ilə 1300 ha torpaq sahəsi Mədəniyyət və Turizm Nazirliyinə daimi istifadəyə ayrılması barədə qərar qəbul edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Qusar rayon Kuzun bələdiyyəsinin xx.xx.2015-ci il tarixli "Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 1 nömrəli müqaviləsindən görünür ki, bələdiyyə mülkiyyətindəki 510 ha ölçüdə torpaq sahəsi illik 400 (dörd yüz) manat icarə haqqı müqabilində Xocalı rayon Cəmilli kənd sakini Şahid1 15 il müddətinə icarəsinə verilmişdir. Həmin müqavilə Kuzun bələdiyyəsinin sabiq sədri Təqsirləndirilən şəxs və Şahid1 tərəfindən imzalanmaqla “Azərbaycan Respublikası Zərərçəkmiş şəxs" sözləri yazılan dairəvi möhürlə möhürlənmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Qusar rayon Kuzun bələdiyyəsinin xx.xx.2015-ci il tarixli 1 nömrəli müqaviləyə əlavə edilmiş 510 ha torpaq sahəsinin “Torpaq sahəsinin yerquruluşu” planından görünür ki, planda 2015-ci ildən 2030-cu ilə kimi 15 il müddətinə Şahid1 icarəyə verilən torpaq sahəsinin plan cizgisi təsvir edilməklə Kuzun bələdiyyəsinin sabiq sədri Təqsirləndirilən şəxs tərəfindən imzalanmaqla “Azərbaycan Respublikası Zərərçəkmiş şəxs" sözləri yazılan dairəvi möhürlə möhürlənmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Qusar rayon Kuzun bələdiyyəsinin 27 iyun 2018-ci il tarixli iclasının 06 nömrəli protokolundan görünür ki, həmin tarixli iclas sədri kimi Təqsirləndirilən şəxs, iclas katibi kimi Şahid16, bələdiyyə üzvləri Şahid9, Şahid10, Şahid11, Şahid12, Şahid13, Şahid14 və Şahid15 iştirakı ilə keçirilməklə bələdiyyə mülkiyyətindəki 510 ha torpaq sahəsinin hərrac və müsabiqə yolu ilə icarəyə verilməsi üçün ilkin sənədlərin hazırlanması proseduruna başlanılması barədə qərar qəbul edilmiş, həmin iclas protokolu iclas katibi Şahid16 və iclasın sədri Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Qusar rayon Kuzun bələdiyyəsinin 27 iyun 2018-ci il tarixli iclasının 06 nömrəli protokolundan çıxarışın surətindən görünür ki, bələdiyyənin 27 iyun 2018-ci il tarixli iclasında Kuzun bələdiyyəsinin icarə predmeti olan 147 ha torpaq sahəsinin hərrac və müsabiqə yolu ilə icarəyə verilməsi üçün torpaq sahəsi üzərində bələdiyyə mülkiyyət hüququnun tanıma proseduruna başlanılması barədə qərar qəbul edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Qusar rayon Kuzun bələdiyyəsinin 17 noyabr 2022-ci il tarixli məktubundan görünür ki, bələdiyyə mülkiyyətindəki 510 ha torpaq sahəsinin Şahid1 tərəfindən icarə əsasında istifadəsinə görə sonuncu tərəfindən bələdiyyə büdcəsinə hər hansı bir məbləğdə pul ödənilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Qusar rayon Kuzun bələdiyyəsinin sədri Qanuni nümayəndə Təqsirləndirilən şəxs qarşı hər hansı bir iddia və tələbinin olmadığını bildirərək məhkəmə iclasında onunla barışdığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Qusar rayon İHB-nın Zindanmuruq kənd İƏD-si üzrə nümayəndəliyindən verilmiş 14 noyabr 2022-ci il tarixli xasiyyətnamə ilə Təqsirləndirilən şəxs şəxsiyyəti müsbət xarakterizə edilmişdir. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununa və bələdiyyənin xx.xx.2010-cu il tarixli 04 saylı iclasının qərarı ilə təsdiq edilmiş “Qusar rayonu, X1 əsasən, bələdiyyənin icra aparatının fəaliyyətinə rəhbərlik edilməsi, yerli əhaliyə xidmət, iqtisadi və sosial inkişaf proqramlarını həyata keçirmək üçün yaradılan icra strukturlarının rəhbərlərinin bələdiyyə iclasının qərarına əsasən təyin edilməsi, ayda bir dəfədən az olmayaraq bələdiyyə iclaslarının çağırılması, bələdiyyə qərarlarının icrasının təmin edilməsi, yerli büdcənin müzakirəsinin və təsdiqinin təşkil edilməsi, əmr və sərəncamlar verilməsi, bələdiyyə adından rəsmi sənədlərin imzalanması və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən rəhbər vəzifəli şəxsdir. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 16-cı maddəsinə əsasən, bələdiyyə iclasının bələdiyyə üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli olduğu, bələdiyyənin bütün iclaslarının protokollaşdırılmalı olduğu və bələdiyyənin sədri və katibi tərəfindən imzalanaraq bələdiyyənin möhürü ilə təsdiqlənmiş bələdiyyənin iclas protokolunda iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsi göstərilməlidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 21 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Qusar rayon Kuzun bələdiyyəsinin “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2015-ci il tarixli 1 nömrəli müqaviləsi, "Torpaq sahəsinin yerquruluşu” planı, Qusar rayon Kuzun bələdiyyəsinin xx.xx.2018-ci il tarixli iclasının 06 nömrəli protokolunun surəti, xx.xx.2018-ci il tarixli iclasının 06 nömrəli protokolundan çıxarışın surəti, Şahid1 təqdim etdiyi səs yazılarının köçürüldüyü 01 ədəd disk, Şahid3 adına Şahid7 tərəfindən xx.xx.2018-ci il tarixdə ********************018 manigramla 2.000 (iki min) manat, ********************242 manigramla 2.000 (iki min) manat pulun göndərilməsini və Şahid3 həmin məbləğdə pul vəsaitini götürməsini təsdiq edən “Azərpoçt MMC”-nin X15 xx.xx.2022-ci il tarixli, 238 nömrəli məktubu maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlər kateqoriyasına aid edilirlər. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 309.1, 311.3.2, 311.3.3 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirlidir. Təqsirləndirilən şəxs 16 mart 2015-ci il tarixdə və 2015-ci il mart ayının sonlarında aldığı rüşvət müqabilində Şahid1 2015-ci ildən 2018-ci ilədək olan müddət ərzində mövsümi olaraq hər ilin may ayından oktyabr ayınadək qeyd edilən torpaq sahəsindən xırdabuynuzlu heyvanların saxlanılması və otlaması üçün istifadə etməsinə şərait yaratmada ifadə olunan hərəkətləri ilə Zərərçəkmiş şəxs örüş təyinatlı torpaqlardan bələdiyyənin və yerli əhalinin mənafeyi üçün səmərəli istifadə edilməsi, bununla bağlı bələdiyyə idarəetmə prinsiplərinin gözlənilməsi sahəsində formalaşmış vahid hüquqi prosedur qaydalarını pozaraq bələdiyyənin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərini aşmasına dair verilmiş ittiham üzrə Azərbaycan Respublikası CM-nin 309-cu maddəsi, həmçinin ittihamın hər iki epizodu üzrə Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Azərbaycan Respublikası CPM-nin 44.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməməklə barəsində ittiham hökmü çıxarılmalıdır. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 309.1 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini təkrar törətməsi CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmışıdr. Təqsirləndirilən şəxsə verilmiş ittihamdan 313-cü maddənin hər iki epizodu, 309.1-ci maddə ilə verilmiş ittiham üzrə isə ilkin epizodu üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyi və həmin epizodlara görə cəza təyin edilmədiyi, “cinayətlərin təkrar törədilməsi” məhz cəzanı ağırlaşdırna hal olduğu üçün hal hazırda təqsirləndirilən şəxsin əməlində onun cəzasını ağırlaşdırna hal yoxdur. Məhkəmə hesab edir ki, cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alınan hallara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 309.1, 311.3.2, 311.3.3 maddələri üzrə sanksiyalarında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin maddələrinin sanksiyasına nəzərdə tutulmuş hədlərdə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərinin təmin edilməsinə kifayət edir. Təqsirləndirilən şəxs Qusar rayon Kuzun bələdiyyəsinin mülkiyyətində olan 510 hektar torpaq sahəsini Şahid1 15 il müddətinə icarəyə verilməsi üçün xx.xx.2015-ci il tarixli icarə müqaviləsini tərtib etsə də həmin hərəkətləri yerinə yetirmək müqabilində hər hansı bir məbləğdə rüşvət almaması barədə göstərdiyi xüsusatlar özünümüdafiə xarakteri daşımaqla iş üzrə şahid ifadələri, müvafiq rəsmi sənədlərlə və cinayət işinin materiallarına əlavə edilmiş digər sübutlarla, həmçinin işin faktiki halları ilə təkzib olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi ilə barışıq əldə etməsi Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Qusar RPŞ-də Azərbaycan Respublikası CM-in 320.1-ci maddəsi ilə olan ********* nömrəli material üzrə Təqsirləndirilən şəxs barəsində bəraətverici əsaslar olmadan cinayət işinin başlanması rədd edilmiş, Qusar rayon prokurorluğunda Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3, 178.2.4 və 308.1-ci maddələri təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi xx.xx.2022-ci il tarixdə baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Təqsirləndirilən şəxs Qusar rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi və məsul şəxs qismində vəzifə tutmaq hüququndan məhrum edilməklə, 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Qusar rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi və məsul şəxs qismində vəzifə tutmaq hüququndan məhrum edilməklə, 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzası cinayətlərin məcmusu üzrə xx.xx.2024-cü il tarixli hökmlə təyin edilmiş 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi və məsul şəxs qismində vəzifə tutmaq hüququndan məhrum edilməklə, 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə qəti olaraq 03 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi və məsul şəxs qismində vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Binəqədi rayon məhkəməsinin xx.xx.2022-ci il il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə həbsin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1.-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-cimaddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinəqaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki iş üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınmış, Qusar rayon Kuzun bələdiyyəsinin “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2015-ci il tarixli 1 nömrəli müqaviləsi, “Torpaq sahəsinin yerquruluşu” planı, Qusar rayon Kuzun bələdiyyəsinin xx.xx.2018-ci il tarixli iclasının 06 nömrəli protokolunun surəti, xx.xx.2018-ci il tarixli iclasının 06 nömrəli protokolundan çıxarışın surəti, Şahid1 təqdim etdiyi səs yazılarının köçürüldüyü 01 ədəd disk və Şahid3 adına Şahid7 tərəfindən xx.xx.2018-ci il tarixdə ********************018 manigramla 2.000 (iki min) manat, ********************242 manigramla 2.000 (iki min) manat pulun göndərilməsini və Şahid3 həmin məbləğdə pul vəsaitini götürməsini təsdiq edən Azərpoçt MMC”-nin X11 xx.xx.2022-ci il tarixli, 238 nömrəli məktubun cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Hazırki iş üzrə məhkəmə xərci yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 309.1, 311.3.2, 311.3.3-cü və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası CM-in 309.1-ci maddəsi ilə 1 il 6 ay müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi və məsul şəxs qismində vəzifə tutma hüququndan məhrum edilməklə 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 311.3.2, 311.3.3-cü maddələri ilə 8 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə təqsirli bilinsin və cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə ona cəza təyin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları cinayətlərin məcmusu üzrə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 1 il 6 ay müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi və məsul şəxs qismində vəzifə tutma hüququndan məhrum edilməklə 8 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə əsasən Qusar rayon Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 3 il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi və məsul şəxs qismində vəzifə tutma hüququndan məhrum etmə əlavə cəzası hazırkı hökmlə təyin edilmiş 1 il 6 ay müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi və məsul şəxs qismində vəzifə tutma hüququndan məhrum etmə əlavə cəzasını əhatə etmək yolu ilə CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza Qusar rayon Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 3 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla, Azərbaycan Respulikası CM-nin 66.4-cü maddəsinə əsasən qəti əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi və məsul şəxs qismində vəzifə tutma hüququndan məhrum edilməklə 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkilməsinin əvvəli 22 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. İş üzrə maddi sübut olan Qusar rayon Kuzun bələdiyyəsinin “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2015-ci il tarixli 1 nömrəli müqaviləsi, “Torpaq sahəsinin yerquruluşu” planı, Qusar rayon Kuzun bələdiyyəsinin xx.xx.2018-ci il tarixli iclasının 06 nömrəli protokolunun surəti, xx.xx.2018-ci il tarixli iclasının 06 nömrəli protokolundan çıxarışın surəti, Şahid1 təqdim etdiyi səs yazılarının köçürüldüyü 01 ədəd disk və Şahid3 adına Şahid7 tərəfindən xx.xx.2018-ci il tarixdə ********************018 manigramla 2.000 (iki min) manat, ********************242 manigramla 2.000 (iki min) manat pulun göndərilməsini və Şahid3 həmin məbləğdə pul vəsaitini götürməsini təsdiq edən Azərpoçt MMC”-nin X11 xx.xx.2022-ci il tarixli, 238 nömrəli məktubun cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-91/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-91/2024
16.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver