Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-91/2025 03.02.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi - X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxx 1994-cü ildə Xaçmaz şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Xaçmaz rayon məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-1, 177.2.4 və 326.2-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 02 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin 03 fevral 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış və Xəzər rayon məhkəməsinin 12 avqust 2022-ci il tarixli qərarı ilə 03 ay 11 gün cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2 yaşamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 304.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs təkrar törədilməklə, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni əldə edib saxlamaqla daşımış və qanunsuz olaraq psixotrop maddəni satmış, habelə həbs edilən şəxs kimi mühafizə altından qaçmışdır. Belə ki, o, Xaçmaz rayon məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-1, 177.2.4 və 326.2-ci maddələri ilə təqsirli bilinərək 02 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarının 4-cü bəndinə əsasən Xəzər Rayon Məhkəməsinin 03 fevral 2022-ci il tarixli qərarı ilə cəzasının 06 ay azaldılmasına, Xəzər rayon məhkəməsinin 12 avqust 2022-ci il tarixli qərarı ilə 03 ay 11 gün müddətdə cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmasına baxmayaraq, məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda satış məqsədi ilə istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı üzərində saxlamaqla daşımış, bu fakt o, Xaçmaz rayon Polis şöbəsinin əməkdaşları tərəfindən Xaçmaz şəhəri, Ü.Hacıbəyov küçəsində saxlanılaraq polis şöbəsinə dəvət edilib ünvan 3 ünvanda yerləşən Xaçmaz rayon Polis şöbəsinin inzibati binasında onun üzərinə 20 fevral 2024-cü il tarixdə saat 23:05-23:15 müddətində şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkçənin altında saxladığı 01 ədəd qara rəngli sellofan bağlamada 475,0 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlamaqla daşımışdır. Bundan başqa, Təqsirləndirilən şəxs təkrar törədilməklə, satış məqsədi ilə istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi 0,949 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetaminin 0,385 qramını 09 aprel 2024-cü il tarixdə saat 16 radədərində Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən H.Əliyev adma parkda tanışı Şahid9 10 manata satıb qalan 0,564 qramını və kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini üzərində saxlamaqla daşımış, bu fakt o, Xaçmaz rayon Polis şöbəsinin əməkdaşları tərəfindən Xaçmaz şəhəri, H.Əliyev prospektində saxlanılaraq polis şöbəsinə dəvət edilib ünvan 3 ünvanda yerləşən Xaçmaz rayon Polis şöbəsinin inzibati binasında onun üzərinə 10 aprel 2024-cü il tarixdə saat 04:15-04:28 müddətində şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli cins şalvarın sağ yan cibində saxladığı «Rothmans» markalı siqaret qutusunun içərisində 01 ədəd sellofan bükümdə 0,564 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və 01 ədəd kağız bükümdə 0,322 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilib götürülməklə təsdiq edilmiş, bununla da o, təkrar törədilməklə, qanunsuz olaraq psixotrop maddəni satmış və satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni və narkotik vasitəni əldə edib saxlamaqla daşımışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs Xaçmaz rayon Polis şöbəsində istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində Xaçmaz rayon məhkəməsinin 11 aprel 2024-cü il tarixli qərarı ilə 03 ay müddətinə həbs qətimkan tədbiri seçildikdən sonra həmin gün saat 16 radələrində o Xaçmaz rayon polis şöbəsinin X3 əməkdaşlarının mühafizəsi altında ünvan 6 ünvanında yerləşən Xaçmaz rayon məhkəməsinin iclas zalından çıxarılan zaman məhkəmənin inzibati binasının qarşısında qolundakı qandalı çıxarıb onu müşayiət edən Xaçmaz rayon polis şöbəsinin X3 əməkdaşlarının mühafizəsi altından qaçaraq oradan uzaqlaşmaqla həbs edilən şəxs kimi mühafizə altından qaçmış və 12 aprel 2024-cü il tarixdə tutularaq istintaqa təhvil verilmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 20 fevral 2024-ci il tarixdə üzərində narkotik vasitə olmamışdır. Ü.Hacıbəyov küçəsində gəzməmişdir. Yol ilə gedəndə maşında olmuş, 3 nəfər polis əməkdaşı tərəfindən tutulmuş və bölməyə gətirilmişdir. Üzərində heç bir narkotik vasitə olmamışdır. Ona orda deyilmişdir ki, ya bu 475 qram narkotik vasitəni üzərinə götür ya da, satış məqsədi ilə əldə etdiyin üçün ittiham olunacaqsan. O da razılaşıb götürmüşdür. 10 aprel 2024-cü il tarixdə saxlanılan zaman üzərində narkotik vasitə olmuşdur. İttiham aktında qeyd olunduğu kimi həm narkotik vasitə heroin, həm də psixotrop maddə metamfetamin olmuşdur. Lakin satış məqsədi olmamışdır. Elvin adlı şəxsə narkotik vasitə satmamışdır. Onu taksi kimi yanına çağırmışdır. Maşına əyləşən zaman 4 nəfər polis əməkdaşı yaxınlaşıb onu tutmuşlar. Heydər Əliyev prospekti, Zəfər parkının yanında tutulmuşdur. Polis idarəsinə aparılan zaman ona fiziki təzyiq göstərilmişdir ki, Elvinə narkotik vasitə satmışdır. O da məcbur qalıb öz üzərinə götürmüş və ifadəsində belə qeyd etmişdir. Hələ də ağrıları var, xəsarətlər qalır. 11 aprel 2024-cü il tarixdə sanksiya məhkəməsində məhkəmə iclas zalından çıxanda qandalı çıxarıb qaçmışdır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində Azərbaycan Respublikası CM-nin 234.4.2 və 304.1-ci maddələri ilə ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, ünvan 1 ünvanında qeydiyyatda olsada anası Bahar və qardaşı Orxanla birlikdə ünvan 2 kirayədə yaşamışdır. Təxminən 8 il əvvəl Xaçmaz şəhər sakini X4 ilə evlənmişdir. Aytacla olan nigahmdan 2018-ci il təvəllüdlü Zeynəb və 2020-ci il təvəllüdlü Zəhra adlı qızları var. Təxminən 4-5 il olarkı Aytac ondan ayrılıb Bakı şəhərinə gedərək valideyinləri ilə birlikdə yaşayır. O, təxminən 2 il olarkı psixotrop maddə olan metamfetamindən və narkotik vasitə olan heroindən istifadə edir. 20 fevral 2024-cü il tarixdə axşam saatlarında Xaçmaz şəhəri, 0.Hacıbəyov küçəsi ilə piyada gedərkən həmin küçədə olan zibil qutularının yaxınlığında bir ədəd qara rəngli sellofan bağlamanın olduğunu görmüş və həmin sellofan bağlamanı əlinə götürüb baxanda görmüşdür ki, içərisində narkotik vasitə olan qurudulmuş marixuana var. Özüdə narkotik vasitədən istifadə etdiyi üçün tapdığı qurudulmuş marixuananı atmayıb əynində olan gödəkçənin altında gizlədib saxlamışdır ki, sonradan özü istifadə etsin. 20 fevral 2024-cü il tarixdə təxminən saat 22 radələrində Xaçmaz şəhəri, 0.Hacıbəyov küçəsində olarkən ona polis əməkdaşları yaxınlaşıb özlərini təqdim etdikdən sonra onu Xaçmaz RPŞ-nə dəvət etmişlər. O, etiraz etməyərək avtomobilə əyləşib polis əməkdaşları ilə birlikdə Xaçmaz RPŞ-nə gəlmişdir. Xaçmaz RPŞ-in inzibati binasında müstəntiq tərəfindən ona hüquq və vəzifələri izah olunaraq təqdim olunan vəkilin iştirakı ilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli şəxs qismində tutulmuş, sonra müstəntiq tərəfindən ona video çəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək təklif olunmuşdur ki, üzərində olan əşyaları çıxarıb təqdim etsin. O, əynində olan qara rəngli gödəkçənin ön tərəfində olan zəncirbəndi aşağı çəkib gödəkçəsinin altında gizlədib saxladığı qara rəngli sellofan bağlamanı çıxarıb masanın üstünə qoymuş, sonra polis əməkdaşları tərəfindən onun üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan gödəkçənin sol yan cibində bir ədəd «Sobranie» markalı siqaret qutusu, bir ədəd alışqan və bir ədəd dəftər vərəqi aşkar olunmuşdur. Müstəntiq sellofan bağlamanı əlinə götürüb içərisində nə olduğunu, haradan əldə etdiyini soruşmuş, o, da hər şeyi könüllü olaraq etiraf etmiş və bildirmişdir ki, sellofan bağlamada olan bitki kütləsi nəşə, yəni narkotik vasitə olan qurudulmuş marixuanadır, özünə məxsusdur, tapmışdır və üzərində saxlamışdır ki, sonradan özü istifadə etsin. Müstəntiq onun təqdim etdiyi sellofan bağlamada olan qurudulmuş marixuananı elektron tərəzinin üzərinə qoyub çəkmiş və sellofanla birlikdə qurudulmuş marixuananın çəkisinin 499 qram olması müəyyən edilmişdir. Bundan sonra müstəntiq tərəfindən onun üzərində aşkar olunmuş sellofan bağlamada olan qurudulmuş marixuana qablaşdırılaraq protokol tərtib edilmiş, o, da üzərində aşkar olunmuş qurudulmuş marixuananın qablaşdırıldığı sellofan bağlamanın üzərinə yapışdırılmış kağıza və bununla bağlı yazılmış protokola imza etmişdir. Üzərində aşkar olunmuş içərisində siqaret dənələri olan «Sobranie» markalı siqaret qutusu, 01 ədəd alışqan və 01 ədəd dəftər vərəqi isə götürülməyərək özünə qaytarılmışdır. 21 fevral 2024-cü il tarixdə Xaçmaz RPŞ-nin müstəntiqi, polis baş leytenantı Nurlan Əliyev tərəfindən onun barəsində Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə cinayət işi başlanmış, 22 fevral 2024-cü il tarixdə isə müstəntiq Nurlan Əliyev tərəfindən ona Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə ittiham elan olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, Xaçmaz RPŞ-nin MSY-dən buraxılmışdır. Bundan başqa, o, 09 aprel 2024-cü il tarixdə Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən H.Əliyev adına parkın yaxınlığından keçib gedərkən yerdə bir ədəd sellofan büküm olduğunu görmüş və həmin sellofan bükümü əlinə götürüb açanda içərisində başqa bir ədəd kağız büküm və bir ədəd sellofan büküm olduğunu görmüşdür. Sonra o, kağız bükümlə sellofan bükümü açıb içərilərinə baxmış və görmüşdür ki, sellofan bükümdə psixotrop maddə olan metamfetamin, kağız bükümdə isə narkotik vasitə olan heroin var. Özüdə psixotrop maddədən və narkotik vasitədən istifadə etdiyi üçün tapdığı metamfetamini və heroini atmayıb özündə olan «Rothmans» markalı siqaret qutusunun içərisinə, siqaret qutusunu isə əynində olan şalvarın sağ yan cibinə qoyub saxlamışdır ki, sonradan özü istifadə edsin. 09 aprel 2024-cü il tarixdə təxminən saat 16 radələrində tanıdığı Elvin ona zəng vurub ağrıları olduğunu deyərək onda psixotrop maddə olan metamfetamin olub-olmadığını soruşmuşdur. Pula ehtiyacı olduğu üçün o, özündə olan metamfetaminin bir hissəsini Elvinə satmaq qərarına gəlib ona demişdir ki, özündə psixotrop maddə olan metamfetamin var və bir bükümünü 10 manata satır. Elvin almaq istədiyini bildirmiş və o, Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən H.Əliyev adma parka gəlib Elvinlə görüşmüşdür. H.Əliyev adma parkda olarkən Elvin ona 01 ədəd 10 manatlıq əskinas vermiş, o, da pulu Elvindən aldıqdan sonra cibindən çıxarıb ona bir ədəd yaşıl rəngli sellofan bükümdə metamfetamin vermiş və Elvin sellofan bükümü açıb baxdıqdan sonra ondan ayrılıb getmişdir. Bundan sonra o, özüdə piyada Xaçmaz şəhəri, H.Əliyev prospektinə gəlmişdir. 10 aprel 2024-cü il tarixdə təxminən saat 03:10 radələrində Xaçmaz şəhəri, H.Əliyev prospektində olarkən ona polis əməkdaşları yaxınlaşıb özlərini təqdim etdikdən sonra onu Xaçmaz RPŞ-nə dəvət etmişlər. O, etiraz etməyərək avtomobilə əyləşib polis əməkdaşları ilə birlikdə Xaçmaz RPŞ-nə gəlmişdir. Xaçmaz RPŞ-in inzibati binasında müstəntiq tərəfindən ona hüquq və vəzifələri izah olunaraq təqdim olunan vəkilin iştirakı ilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli şəxs qismində tutulmuş, sonra müstəntiq tərəfindən ona video çəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək təklif olunmuşdur ki, üzərində olan əşyaları çıxarıb təqdim etsin. O, əynində olan boz rəngli şalvarın sağ yan cibində saxladığı «Rothmans» markalı siqaret qutusunu çıxarıb masanın üstünə qoymuşdur. Müstəntiq siqaret qutusunu əlinə götürüb içərisində nə olduğunu soruşmuş, o, da ona siqaret qutusunun içərisində «kakos», yəni narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Bundan sonra müstəntiq siqaret qutusunun içərisində olan 05 ədəd siqaret dənələrini və bir ədəd kağız bükümü çıxarıb masanın üstünə qoyduqdan sonra kağız bükümü açıb içərisində olan kütlənin nə olduğunu, haradan əldə etdiyini soruşmuş, o, da kağız bükümdə olan kütlənin «kakos», yəni narkotik vasitə olan heroin olduğunu və özünə məxsus olduğunu bildirmişdir. Sonra müstəntiq siqaret qutusunda olan sellofan bükümü çıxarıb içərisində olan ağ rəngli kristalşəkilli maddənin nə olduğunu, haradan əldə etdiyini soruşmuş, o, da sellofan bükümdə olan ağ rəngli kristalşəkilli maddənin «şüşə», yəni psixotrop maddə olan metamfetamin olduğunu və özünün istifadəsi üçün saxladığını bildirmişdir. Müstəntiq ondan narkotik vasitə satışı ilə məşğul olub-olmadığını soruşduqda isə o, etiraf etmişdir ki, 01 ədəd sellofan bükümdə olan metamfetamini 09 aprel 2024-cü il tarixdə Elvin adlı şəxsə satıb 10 manat pul almışdır. Sonra müstəntiq siqaret qutusunun üzərində olan kağız kəsiklərini çıxarıb nə məqsədlə gəzdirdiyini soruşmuş, o, da bildirmişdir ki, özü narkotik vasitə istifadə etmək istəyərkən narkotik vasitəni həmin kağız kəsiklərinin üzərinə tökməklə istifadə edəcəyi narkotik vasitənin miqdarını ölçmüşdür. Müstəntiq onun təqdim etdiyi sellofan bükümdə olan ağ rəngli kristalşəkilli maddəni, yəni metamfetamini və kağız bükümdə olan heroini ayrı-ayrılıqda elektron tərəzinin üzərinə qoyub çəkmiş və sellofanla birlikdə metamfetaminin çəkisinin 0,63 qram, kağızla birlikdə heroinin çəkisinin isə 0,79 qram olması müəyyən edilmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən onun üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan boz rəngli cins şalvarın sol yan cibində 02 ədəd 5 manatlıq və satdığı metamfetaminə görə Elvindən aldığı bir ədəd 10 manatlıq əskinaslar aşkar olunmuşdur. Sonra müstəntiq tərəfindən onun üzərində aşkar olunmuş sellofan bükümdə olan metamfetamin və kağız bükümdə olan heroin bir ədəd ağ rəngli zərfə qoyulub qablaşdırılaraq protokol tərtib edilmiş, o, da üzərində aşkar olunmuş metamfetaminin və heroinin qablaşdırıldığı zərfin üstünə və bununla bağlı yazılmış protokola imza etmişdir. Üzərində aşkar olunmuş «Rothmans» markalı siqaret qutusu, kağız kəsikləri, 01 ədəd 10 manatlıq və 02 ədəd 5 manatlıq əskinaslar götürülməyərək özümə qaytarılmış, sonradan isə o, izahat verərkən Elvinə satdığı metamfetaminə görə aldığı bir ədəd 10 manatlıq əskinası müstəntiqə təqdim etmişdir. Bundan sonra o, Xaçmaz RPŞ-nin MSY-nə yerləşdirilmiş, 10 aprel 2024-cü il tarixdə onun barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işi başlanmış, 11 aprel 2024-cü il tarixdə ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ittiham elan olunduqdan sonra təxminən saat 15 radələrində onun və digər təqsirləndirilən şəxs Şahid9 barəsində həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılmasından ötrü onlar birlikdə Xaçmaz RPŞ-nin MSY-nin avtomobili ilə Xaçmaz Rayon Məhkəməsinə aparılmışlar. Xaçmaz Rayon Məhkəməsinin hakimi Sərxan Səmadzadə tərəfindən onun barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmiş və bundan sonra Xaçmaz RPŞ-nin sabiq kanvoy polis nəfəri Şahid7 tərəfindən qandalın bir tərəfi onun sol qoluna, digər tərəfi isə Elvinin sağ qoluna bağlandıqdan sonra Şahid7 onları məhkəmənin iclas zalından çıxarıb məhkəmənin inzibati binasının qarşısında dayanmış Xaçmaz RPŞ-nin MSY-nin avtomobili istiqamətində apararkən o, qandalı qolundan çıxarıb qaçaraq oradan uzaqlaşmış, sonra tanımadığı şəxsin idarə etdiyi taksi avtomobilinə əyləşib Xaçmaz şəhəri, N.Nərimanov küçəsinə, orada isə başqa avtomobilə əyləşib Bakı şəhərinə getmişdir. 12 aprel 2024-cü il tarixdə təxminən saat 23 radələrində Bakı şəhərində Nərimanov metrostansiyasmın yaxınlığında olarkən polis əməkdaşları onu tutub Xaçmaz RPŞ-nə gətirərək MSY-nə yerləşdirmişlər. (Cild 2, iş vərəqləri 82-87) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi qəbul edilməsindən ötrü tədqiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Xaçmaz RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs barəsində Xaçmaz rayon polis şöbəsinə narkotik vasitələrin qanunsuz dövriyyəsi əldə olunması, saxlanması, istifadə olunması barədə məlumat daxil olmuşdur. Şahid4 tərəfindən raport məruzə olunduqdan sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat tədbirləri keçirməyə başlamışlar. X7 küçəsində olduğunu müəyyənləşdirmişlər. Onu narkotik vasitələrin qanunsuz dövriyyəsi əldə olunması, saxlanması, istifadə olunması ilə bağlı polis şöbəsinə dəvət etmişlər. Orda üzərinə baxış keçirilən zaman qanunla qadağan edilmiş 475 qram narkotik vasitə marixuana aşkar edilib götürülmüşdür. 20 fevral 2024-cü il tarixdə 22:00 radələrində saxlanılmışdır. Saxlanılan zaman heç bir təzyiq göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Xaçmaz RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiqləyərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs barəsində Xaçmaz rayon polis şöbəsinə narkotik vasitələrin qanunsuz dövriyyəsi əldə olunması, saxlanması, daşınması, istifadə olunması barədə fevral ayının sonu təxmini 22:00 radələrində məlumat daxil olmuşdur. X7 küçəsində olduğunu müəyyənləşdirmişlər. Orda üzərinə baxış keçirilən zaman qanunla qadağan edilmiş 475 qram narkotik vasitə marixuana aşkar edilib götürülmüşdür. Müəyyənləşdirilməsi üçün ekspertizaya verilmişdir. 20 fevral 2024-cü il tarixdə 22:00 radələrində saxlanılmışdır. Əməliyyat qrupunda o və Şahid5 olmuşdur. Saxlanılan zaman heç bir təzyiq göstərilməmişdir. Saxlanılan zaman heç bir təzyiq göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş DİN-in Xaçmaz RPŞ-nin baş müstəntiqi, polis mayoru Şahid8 ifadəsində göstərdi ki, o, hal-hazırda xidmət etmir. Əvvəllər Qusarda əməliyyat qrupunda işləmişdir. Hadisə baş verənə kimi Xaçmazda MS-nin rəisi olmuşdur. 10 aprel 2024-cü il tarixdə tutulmuş və məhkəməyə aparılmışdı. Növbətçi hissədə Sərxan müəllim dayanmışdı. Əl-qoluna qandal taxılmışdı. Ona zəng gəlmiş, o da telefon ilə danışmaq üçün çölə çıxmışdır. Maşına oturtmaqla qaçmağı bir olmuşdur. 11 aprel 2024-cü il tarixdə qaçmış, 12 aprel 2024-cü il tarixdə gecə 23:00 radələrində tutulmuşdur. Həmin zaman onunla birlikdə Şahid6 və Şahid7 olmuşdur. Üçünü də işdən çıxartmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, narkotik vasitəni tanımadığı şəxsdən almışdır. Polis əməkdaşlarının təzyiqinə məruz qaldığı üçün Təqsirləndirilən şəxs adını çəkmişdir. Hadisənin üzərindən 1 il 6 ay keçmişdir. Onu polis əməkdaşları Təqsirləndirilən şəxs ilə birlikdə tutmuş, hər ikisinə də təzyiq göstərilmişdir. Bədənində xəsarət izləri vardır. Şahid9 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o, göstərmişdir ki, Xaçmaz şəhər sakini Təqsirləndirilən şəxs təxminən 5-6 il olar ki tanıyır. Tərxanla münasibəti olduğuna görə onun narkotik vasitədən və psixotrop maddədən istifadə etdiyini bilmişdir. 09 aprel 2024-cü il tarixdə təxminən saat 16 radələrində Tərxana zəng vurub ondan psixotrop maddə olan metamfetamin olubolmadığını soruşmuş, Tərxanda ona demişdir ki, özündə psixotrop maddə olan metamfetamin var və bir bükümünü 10 manata satır. O, Tərxana almaq istədiyini bildirmiş və Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən H.Əliyev adma parka gedib Tərxanla görüşmüşdür. H.Əliyev adma parkda olarkən o, cibindən çıxarıb 01 ədəd 10 manatlıq əskinası Tərxana vermiş, sonuncuda pulu ondan aldıqdan sonra cibindən çıxarıb ona bir ədəd yaşıl rəngli sellofan büküm vermiş və o, sellofan bükümü açıb baxanda görmüşdür ki, içərisində psixotrop maddə olan metamfetamin var. O, Tərxandan aldığı metamfetamini özündə olan «Rothmans» markalı siqaret qutusunun içərisinə, siqaret qutusunu isə əynində olan şalvarın sağ yan cibinə qoymuş və Tərxandan ayrılıb piyada Xaçmaz şəhəri, Ü.Hacıbəyov küçəsinə gəlmişdir. 10 aprel 2024-cü il tarixdə təxminən saat 01 radələrində Xaçmaz şəhəri, Ü.Hacıbəyov küçəsində olarkən ona polis əməkdaşları yaxınlaşıb özlərini təqdim etdikdən sonra onu Xaçmaz RPŞ- nə dəvət etmişlər. O, etiraz etməyərək avtomobilə əyləşib polis əməkdaşları ilə birlikdə Xaçmaz RPŞ-nə gəlmişdir. Xaçmaz RPŞin inzibati binasında müstəntiq tərəfindən ona hüquq və vəzifələri izah olunaraq təqdim olunan vəkilin iştirakı ilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli şəxs qismində tutulmuş, sonra müstəntiq tərəfindən ona video çəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək təklif olunmuşdur ki, üzərində olan əşyaları çıxarıb təqdim etsin. O, əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı «Rothmans» markalı siqaret qutusunu çıxardıqdan sonra özü siqaret qutusunu açıb içərisində olan sellofan bükümü çıxararaq masanın üstünə qoymuşdur. Müstəntiq onun təqdim etdiyi sellofan bükümə baxıb içərisində olan ağ rəngli kristalşəkilli maddənin nə olduğunu, haradan əldə etdiyini soruşmuş, o, da hər şeyi könüllü olaraq etiraf edərək bildirmişdir ki, sellofan bükümdə olan ağ rəngli kristalşəkilli maddə «patı», yəni psixotrop maddə olan metamfetamindir, özünə məxsusdur, Xaçmaz şəhər sakini Tərxan adlı şəxsdən 10 manata almışdır, psixotrop maddə istifadəçisi olduğu üçün saxlamışdır ki, sonradan özü istifadə etsin. Müstəntiq onun təqdim etdiyi sellofan bükümdə olan ağ rəngli kristalşəkilli maddəni, yəni metamfetamini elektron tərəzinin üzərinə qoyub çəkmiş və sellofanla birlikdə metamfetaminin çəkisinin 0,51 qram olması müəyyən edilmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən onun üzərinə şəxsi axtarış keçirilmiş və üzərində başqa heç nə aşkar olunmamışdır. Sonra müstəntiq tərəfindən onun üzərində aşkar olunmuş sellofan bükümdə olan metamfetamin bir ədəd ağ rəngli zərfə qoyulub qablaşdırılaraq protokol tərtib edilmiş, o, da üzərində aşkar olunmuş metamfetaminin qablaşdırıldığı zərfin üstünə və bununla bağlı yazılmış protokola imza etmişdir. Üzərində aşkar olunmuş «Rothmans» markalı siqaret qutusu isə götürülməyərək özünə qaytarılmışdır. O, başqa heç kimdən narkotik vasitə və psixotrop maddə almamış, heç kimə də narkotik vasitə, psixotrop maddə satmamışdır. Üzərində aşkar olunmuş metamfetamini isə 09 aprel 2024-cü il tarixdə Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən H.Əliyev adma parkda Tərxandan 10 manata almışdır və gələcəkdə özünün istifadə etməsi üçün üzərində saxlamışdır. (Cild 1, iş vərəqləri 41-42) Həmçinin Şahid9 əlavə ifadəsində göstərmişdir ki, 10 aprel 2024-cü il tarixdə o, şübhəli şəxs qismində tutulub üzərinə şəxsi axtarış keçirildikdən sonra o, Xaçmaz RPŞ-nin MSY-nə yerləşdirilmiş, həmin gün onun barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış, 11 aprel 2024-cü il tarixdə ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan olunduqdan sonra təxminən saat 15 radələrində onun və digər Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılmasından ötrü onlar birlikdə Xaçmaz RPŞ-nin MSY-nin avtomobili ilə Xaçmaz Rayon Məhkəməsinə aparılmışlar. Xaçmaz Rayon Məhkəməsinin hakimi Sərxan Səmadzadə tərəfindən onun barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmiş və bundan sonra Xaçmaz RPŞ-nin sabiq kanvoy polis nəfəri Şahid7 tərəfindən qandalın bir tərəfi onun sağ qoluna, digər tərəfi isə Tərxanm sol qoluna bağlandıqdan sonra Şahid7 onları məhkəmənin iclas zalından çıxarıb məhkəmənin inzibati binasının qarşısında dayanmış Xaçmaz RPŞ-nin MSY-nin avtomobili istiqamətində apararkən Tərxan qandalı qolundan çıxarıb qaçaraq oradan uzaqlaşmış, polis əməkdaşlarıda Tərxanın arxasınca qaçmışlar və bir qədər keçdikdən sonra polis əməkdaşları qayıdıb geri gələndə bilmişdir ki, onlar Tərxanı tuta bilməmişlər. (Cild 2, iş vərəq 40) Məhkəmədə şahid qismində dindirilmiş Xaçmaz Rayon Polis Şöbəsinin narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiqləyərək ifadəsində göstərdi ki, Xaçmaz Rayon Polis Şöbəsinin narkotiklərlə mübarizə qrupuna Şahid9 narkotik vasitəni qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. 10 aprel 2024-cü il tarixdə saat 01:00 radələrində Şahid9 saxlanılaraq Xaçmaz Rayon Polis Şöbəsinə gətirilmişdir. Şəxsi axtarış zamanı üzərindən sellofan bükümdə olan psixotrop maddə aşkar olunmuşdur. O, Təqsirləndirilən şəxs da tanımışdır, lakin onunla düşmənçiliyi, ədavəti olmamışdır. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadələri elan olunaraq Şahid2 və Şahid3 öz ifadələrində digər Şahid1la oxşar məzmunlu ifadələr verərək onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. (Cild 1, iş vərəqləri 10-11, 18-19) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq X2 göstərmişdir ki, o, 2010-cu ilin dekabr ayından 2024-cü ilin aprel ayının 20dək Xaçmaz Rayon Polis Şöbəsinin X3 kanvoy polis nəfəri vəzifəsində xidmət etmişdir. Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı Taleh Ağayev tərəfindən qəbul olunmuş 10 aprel 2024-cü il tarixli qərarla və protokolla ünvan 2 yaşayan Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və həmin tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs Xaçmaz RPŞ-nin MSY-nə yerləşdirilmişdir. Xaçmaz RPŞ-nin İB-nin baş müstəntiqi, polis mayoru Hafiz Əliyev tərəfindən 10 aprel 2024-cü il tarixdə Tərxamn Məmmədov barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işi başlanmış, 11 aprel 2024-cü il tarixdə isə baş müstəntiq Hafiz Əliyev tərəfindən Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmuş və həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı baş müstəntiq Hafiz Əliyevin vəsatəti əsasında Xaçmaz rayon prokuroru təqdimatla Xaçmaz Rayon Məhkəməsinə müraciət etdiyinə görə 11 aprel 2024-cü il tarixdə təxminən saat 15 radələrində Xaçmaz RPŞ-nin MSY-in sabiq rəisi, polis mayoru Şahid8 və kanvoy polis nəfəri Şahid7la birlikdə Təqsirləndirilən şəxs və digər təqsirləndirilən şəxs Şahid9 Xaçmaz RPŞ-nin MSY-dən çıxarıb X3 «Ford» markalı avtomobilinə əyləşdirərək Xaçmaz Rayon Məhkəməsinə aparmışlar. Xaçmaz Rayon Məhkəməsinin hakimi Sərxan Səmədzadənin 11 aprel 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs və Şahid9 barəsində həbs qətimkan tədbiri seçildikdən sonra onlar məhkəmənin inzibati binasında dayanıb həbs qətimkan tədbiri seçilməsi ilə bağlı qərarların yazılaraq hazırlanmasını gözləmişlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs və Şahid9 barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı qərarlar hazırlanıb ona verildikdən sonra təxminən saat 16 radələrində sabiq kanvoy polis nəfəri Şahid7 məhkəmənin iclas zalına daxil olub qandalın bir tərəfini Təqsirləndirilən şəxs sol qoluna, digər tərəfini isə Şahid9 sağ qoluna bağladıqdan sonra polis nəfəri Şahid7 onları məhkəmənin iclas zalından çıxarıb məhkəmənin inzibati binasının qarşısında dayanmış Xaçmaz RPŞ-nin MSY- nin «Ford» markalı avtomobili istiqamətində apararkən Təqsirləndirilən şəxs qandalı qolundan çıxarıb qaçaraq uzaqlaşmışdır. Şahid8 və sürücü polis nəfəri X6 Məmmədovun arxasınca qaçsalarda onu tuta bilməmişlər, 12 aprel 2024-cü il tarixdə axşam saatlarında isə Təqsirləndirilən şəxs Bakı şəhərində tutularaq Xaçmaz RPŞ-nə gətirilib MSY-nə yerləşdirilmişdir. Təqsirləndirilən şəxs qaçması ilə bağlı onların barəsində xidməti araşdırma aparılmış və 20 aprel 2024-ci il tarixdə o, DİN-in əmri ilə xidmətdən xaric olunmuşdur. (Cild 2, iş vərəqləri 20-21) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq Şahid7 digər Şahid6 ilə oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsuatları bir daha təsdiq etmişdir. (Cild 2, iş vərəqləri 22-23) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “şəxsi axtarış aparılması haqqında” 10 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli cins şalvarın sağ yan cibində saxladığı «Rothmans» markalı siqaret qutusunun içərisində 01 ədəd sellofan bükümdə psixotrop maddə olan metamfetamin və 01 ədəd kağız bükümdə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. (Cild 1, iş vərəqləri 89-90) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “şəxsi axtarış aparılması haqqında” 20 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkçənin altından çıxarıb təqdim etdiyi qara rəngli sellofan bağlamanın içərisində narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. (Cild 1, iş vərəqləri 169-170) “Şəxsi axtarış aparılması haqqında” 20 fevral 2024-cü il tarixli və 10 aprel 2024cü il tarixli protokollarda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı disklər cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu disklərə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. (Cild 1, iş vərəq 91) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən 21 fevral 2024-cü il tarixli 3-16-16/2-7/294 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, üzərində “xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri yazılmış bir ədəd qara rəngli sellofan bağlamada təmiz çəkisi 475,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. (Cild 1, iş vərəqləri 176-178) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən məhkəməkimyəvi ekspertizasının 10 aprel 2024-cü il tarixli 3-16-16/2-6/1977 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Arayışlar üçün №58» dairəvi möhür əksləri olan «Təqsirləndirilən şəxs üzərindən..» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə olan bir ədəd bükümdə təmiz çəkisi 0,322 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 0,564 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Təqdim edilmiş bir ədəd bükümdə metamfetamin ilə Şahid9 üzərindən aşkar edilmiş bir ədəd bükümdə metamfetamin xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. (Cild 1, iş vərəqləri 101-105) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən 10 aprel 2024-cü il tarixli 3-16-16/2-6/1975 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Arayışlar üçün №58» dairəvi möhür əksləri olan «Şahid9 üzərindən..» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,385 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. (Cild 1, iş vərəqləri 30-32) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsin 05 mart 2024-cü il tarixli 1457 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorlarm birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 235-236) Cinayət işi materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 28 iyun 2024-cü il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 474,95 qram olan qurudulmuş marixuana, təmiz çəkisi 0,514 qram olan metamfetamin, təmiz çəkisi 0,272 qram olan heroin və 01 ədəd 10 manatlıq əskinas maddi sübut kimi tanınaraq Xaçmaz RPŞ-in maddi sübutları saxlanc anbarına təhvil verilmişdir. 02 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. (Cild 2, iş vərəqləri 54- 68) Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsində göstərdiyi halları, polis əməkdaşları tərəfindən təzyiqə məruz qalması, 20 fevral 2024-ci il tarixdə üzərində narkotik vasitə olmaması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab etməklə belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi işin obyektiv hallarına uyğun olduğundan, həmin ifadə daha səmimi ifadə və mötəbər sübut kimi qəbul olunmalıdır. Məhkəmə həmçinin məhkəmədə şahid qismində dindirilmiş Şahid9 məhkəmədə verdiyi ifadələyə tədqidi yanaşaraq qeyd edir ki, həmin ifadə təqsirləndirilən şəxslə tanışlıq münasibətlərinə dayanaraq təqsirləndirilən şəxsin müdafiə edilməsi məqsədi ilə verilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş Şahid9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Xaçmaz rayon məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli hökmünün surətindən görünür ki, Şahid9 məhkəmədə ifadə verərərkən üzərində aşkar narkotik vasitəni Təqsirləndirilən şəxs almasını göstərmişdir. Odur ki, məhkəmə Şahid9 ibtidai istintaq zamanı verdiyi ifadəsi işin obyektiv hallarına uyğun olduğundan, həmin ifadə daha səmimi ifadə və mötəbər sübut kimi qəbul olunmalıdır. Məhkəmə yekun qərar – təqsirləndirilən şəxsin əməlini tövsif edərək ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli, 8 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə müvafiq olaraq ağır və böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 304.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 304.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Elektron məhkəmə informasiya sistemindəki məlumatlardan görünür ki, təqsirləndirilən şəxsin iki azyaşlı uşağı vardır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən hal kimi qəbul edir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından, hökmün və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 177.2.2, 177.2.3-1, 177.2.4 və 326.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək, qəti olaraq 02 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin 03 fevral 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış və Xəzər Rayon Məhkəməsinin 12 avqust 2022-ci il tarixli qərarı ilə 03 ay 11 gün müddətdə cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. (Cild1, iş vərəqləri 215- 234) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-ci maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməllərində cinayətlərin residivinin olmasını onun cəzanı ağırlaşdıran hal kimi qəbul edir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 20 fevral 2024-cü il tarixdə tutulmuş, 22 fevral 2024-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. 10 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Xaçmaz rayon məhkəməsinin 11 aprel 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həmin vaxt o, həbs edilən şəxs kimi mühafizə altından qaçmış və 12 aprel 2024-cü il tarixdə tutularaq istintaqa təhvil verilmişdir. Daha sonra həmin məhkəmənin 08 iyul 2024-cü il tarixli qərarı Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 131-133, 185-186,197-200) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin tutulduğu 2 (iki) gün müddət ona təyin edilən cəza müddətinə hesablanmaqla çıxılmalı, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 10 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Odur ki, təqsirləndirilən şəxs barəsində narkomanyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmalı, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən qərara alır ki, 01 ədəd 10 manatlıq əskinas xüsusi müsadirə edilərək əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Xaçmaz RPŞ-nin maddi sübutları saxlanc yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 474,95 qram olan qurudulmuş marixuana, təmiz çəkisi 0,514 qram olan metamfetamin, təmiz çəkisi 0,272 qram olan heroin məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 137 (yüz otuz yeddi) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsin məhkəmədə müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2 və 304.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 304.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 fevral 2024-cü il tarixdən 22 fevral 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün ona təyin edilən azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla cəzadan çıxılsın və o, qəti olaraq 07 (yeddi) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 10 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olub Xaçmaz RPŞ-nin maddi sübutları saxlanc yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 474,95 qram olan qurudulmuş marixuana, təmiz çəkisi 0,514 qram olan metamfetamin, təmiz çəkisi 0,272 qram olan heroin məhv edilsin, 01 ədəd 10 manatlıq əskinas xüsusi müsadirə edilərək əvəzsiz olaraq dövlət nəfinə alınsın. Təqsirləndirilən şəxs 137 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-91/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-91/2025
03.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver