Məhkəmə qərarları › İş №1(124)-92/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-92/2023

19.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-92/2023 19.06.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Rzayeva Aynur Tapdıq qızı və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi - X3, Müdafiəçi–Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxx 1975-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2mış, hazırda barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 120.2.2-ci maddəsi ilətəqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində “Anar” adlı kafeni icarə əsasında işlədərkən, əvvəllər bir neçə dəfə dostları ilə həmin kafedə yeyib içdikdən sonra hesabı ödəyə bilmədiyindən nisyə yazdırıb sonradan ödəyəcəyini öhdəsinə götürməsinə baxmayaraq, pulu ödəmədiyinə görə kafenin müştərisi Şahid ilə 11 yanvar 2022-ci il tarixdə, saat 17 radələrindən etibarən dəfələrlə telefon vasitəsi ilə əlaqə saxlayaraq kafeni bağlayaraq başqa şəxsə təhvil verdiyini, borcu ödəmək üçün götürdükləri möhlətin son günü olduğunu xatırladıb borc pulu ondan ödəməyi tələb etdikdə Şahid pulu ödəməkdən imtina edərək dostlarının ona ödəyəcəyini bildirdikdən sonra, sonuncunun hesab borcunu verməkdən imtina etdiyinə görə qarşılıqlı olaraq telefon vasitəsi ilə kobud danışaraq bir-birilərini nalayiq ifadələrlə təhqir etmiş, aralarında yaranmış münaqişəni həll etmək üçün həmin gün saat 17 radələrində Şahid ilə görüşüb ona xəsarət yetirdikdən sonra bundan xəbər tutmuş Zərərçəkmiş şəxs ona zəng edərək mübahisə edib Şahid bədən xəsarəti yetirməsinə, pulu tələb etməsinə görə ona iradını bildirdikdən sonra Zərərçəkmiş şəxs heç vaxt kafedə pul ödəmədiyini bildirib bu məsələyə qarışmamasını dedikdən sonra qarşılıqlı olaraq həmin telefon danışığı zamanı birbirilərini nalayiq ifadələrlə söyüb təhqir etmiş, Təqsirləndirilən şəxs onun söyüşlərini qəbul etməyərək şəxsi münasibətlər zəminində yaranmış ədavət üzündən Zərərçəkmiş şəxs öldürmək qərarına gəlmiş, niyyətini qətiləşdirdikdən sonra Zərərçəkmiş şəxs ünvan 3 “Bravo” supermarketin arxa girişi ilə üzbəüz yerləşən mağazanın qarşısına çağırıb həmin gün, saat 20:12-də etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı, **-UK-*** dövlət nömrə nişanlı avtomobillə həmin yerə gələrək Zərərçəkmiş şəxs gəlməsini gözləmiş, Zərərçəkmiş şəxs həmin gün, saat 20:32-də qeyd olunan yerə gəldikdən sonra mağazanın qarşısında sonuncuya yaxınlaşıb əvvəlcədən üzərində gəzdirdiyi zavod üsulu ilə istehsal edilmiş, təsərrüfat-məişət təyinatlı və soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə qəsdən Zərərçəkmiş şəxs döş qəfəsi və boyun nahiyələrinə bir neçə zərbə vurub yerə yıxaraq Zərərçəkmiş şəxs sol diz oynağının ön səthinin, sağ baldırın yuxarı 1/3-nin ön səthinin üç ədəd sıyrığı ilə müşayiət edilən sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən, boyunun ön səthinin aşağı 1/3-nin, döş qəfəsinin ön səthinin yuxarı iç hissəsinin boşluğa keçməyən deşilmiş-kəsilmiş yaraları ilə müşayiət edilən sağlamlığa yüngül zərərvurmaya aid edilən, ürəyin sol qulaqcığının və mədəciyinin ön səthinin zədələnməsi ilə nəticələnən döş qəfəsinin ön səthinin yuxarı bayır hissəsinin bir ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən və ölümünə səbəb olan daxili qanitirmə ilə nəticələnən bədən xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə qismən Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, kafe (yeməkxana) işlətmişdir. Elçingil adlarını bilmədiyi şəxslərlə onların obyektinə gəlib-getmiş və onların hesab borcları yığılmışdır. Yeməkxananın bağlanma ərəfəsi olduğu üçün o borcları yığmağa başlamışdır. Borcu verməyi Elçin öhdəsinə götürmüşdür. Hadisə baş verən gün Elçin borcunu ödəməli olmuş, buna görə də Elçinə zəng eləmiş, lakin Elçin borcu verməkdən boyun qaçırmışdır. Buna görə də Elçinlə görüşmüş, əlbəyaxa olduqdan sonra ayrılmışlar. Bundan sonra Rövşən bu məsələ ilə bağlı zəng edərək onu təhqir etmiş, telefonda mübahisə edərək görüşmək istədiyini bildirmişdir. Telefonda Rövşən ona deyə bilməyəcəyi elə sözlər söyləmişdir ki, hətta əsəbindən ağlamışdır. Elçinlə niyə dalaşdığını soruşmuş, Elçinə tərəf danışmış, o telefonu söndürdükdən sonra yenidən yığmış, ona hədə-qorxu gəlmişdir. Hadisə Rövşənin ona dediyi sözlərdən, etdiyi təhqirlərdən baş vermişdir. Telefon danışığı qutardıqdan sonra axşam bir də zəng etmiş, bu zaman o evdə olmuş, telefon mikrofona düşdüyü üçün həmin sözləri yenidən işlətmiş və onun evində də eşidilmişdir. Bravo marketin yanında görüşmüşlər. Rövşəni bıçaqla vurmuş, neçə dəfə vurduğunu xatırlamamışdır. Zərərçəkmiş şəxsin hüquqi varisinin üzünə baxmağa utanmış, öldürmək məqsədinin olmadığını, əməlindən peşman olduğunu bildirmişdir. Həmçinin o, narkotik vasitə istifadəçisi olmuş, marixuanadan istifadə etmiş, lakin hadisə vaxti narkotik vasitədən istifadə etməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq araşdırılmış ifadəsində ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 35B, mənzil 9 ünvanında ailəsi ilə birlikdə yaşamışdır. Ailədə həyat yoldaşı X4 və qızı Lalə Məmmədova ilə birlikdə yaşamışdır. Təxminən 2 ay əvvəl Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində Zöhraba məxsus “Anar” adlı kafeni icarə əsasında işlətməyə başlamışdır. Kafedə aşbaz və ofisiant işləmişdir. Aşbaz və ofisiant gündəlik gəlib işləmiş, buna görə də 2 ay müddətində çoxlu sayda aşbaz və ofisiant həmin kafedə işləmişdir. Lakin eyni vaxtda bir aşbaz və bir ofisiant işləmişdir. O, həmin kafeni işlətməyə başlayandan Elçin adlı şəxs hər dəfə bir neçə nəfərlə birlikdə müştəri kimi həmin kafeyə gəlmişdir. Elçini o, əvvəllər tanımamışdır. Onu həmin kafeni işlədəndə kafenin müştərisi kimi tanımış, başqa münasibəti, aralarında düşmənçilik və ədavəti olmamışdır. Elçin mütəmadi kafeyə müştəri kimi gəldiyinə görə ona nisyə də xidmət etmişdir. Elçinə verdiyi yemək və içkinin pulunu Elçin ödəyə biləndə ödəmiş, ödəyə bilməyəndə isə sonra verəcəyini demişdir. O da daimi gələn müştəri olduğuna görə ona bir söz deməmişdir. 3 gün əvvəl o, kafedə işləri yaxşı olmadığına görə kafeni işlətməyi dayandırmışdır. Dünən isə kafeni Zöhraba təhvil vermişdir. Elçinin kafeyə 150 manat borcu qalmışdır. Həmin borcun bir hissəsini ödəmiş, 80 manat borclu qalmışdır. Elçin neçə nəfərlə kafeyə müştəri kimi gəlsə də, onlara nisyə göstərilən xidmət Elçinin adına hesablanmışdır. Çünki Elçin həmin borcu özünün ödəyəcəyini demişdir. Elçin borcundan qalan 80 manat pulu əvvəlki danışıqlarında bu gün verəcəyini ona söz vermişdir. Buna görə də xx.xx.2022-ci il tarixdə, saat 12 radələrində istifadə etdiyi ***-***- **-** saylı telefon nömrəsi ilə Elçinin istifadə etdiyi ***-***-**-** saylı telefon nömrəsinə zəng edib ona olan 80 manat borcunu verməsini istəmişdir. Elçin ona telefonda bildirmişdir ki, yas mərasiminə getməlidir, dostları həmin pulu ona verəcəklər. O, Elçinin bu sözünə irad bildirmiş, pulu ona həmin gün verəcəyinə söz verdiyini bildirmişdir. Elçinlə telefonda borcunu verməməsinə görə aralarında sözlə mübahisə yaranmış və onlar telefonda görüşmək qərarına gəlmişlər. Elçindən harada olduğunu soruşmuşdur. Elçin 8-ci mikrorayonda onun işlətdiyi həmin kafenin yanında olduğunu demişdir. O, Elçinə bildirmişdir ki, orada gözləsin, gəlir. O, etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı, sonu 473 olan dövlət nömrə nişanlı avtomobillə həmin kafenin yanına getmişdir. 8-ci mikrorayon ərazisində işıq idarəsinin yanında Elçinlə görüşmüşdür. Elçinlə küçədə ona borcunu verməməsinə görə mübahisə etmişlər. Mübahisə zamanı bir-birinin yaxasından tutmuşlar. Lakin o, Elçini vurub xəsarət yetirməmişdir. Elçin də onu vurub xəsarət yetirməmişdir. O, Elçini təhqir etməmişdir. Elçin də onu təhqir etməmişdir. Onlar mübahisə edəndən sonra Elçinin ona borcunu ödəməsi ilə bağlı razılığa gələ bilməmişlər. Mübahisədən sonra bir-birindən uzaqlaşıb getmişlər. Bundan sonra saat 17:23 radələrində ***-***-**-** saylı telefon nömrəsi ilə Rövşən ona zəng etmişdir. Rövşən Elçinlə birlikdə bir neçə dəfə onun işlətdiyi kafeyə gəlib onunla yeyib içmişdir. Lakin Rövşən heç vaxt onun işlətdiyi kafedə hesab ödəməmişdir. Heç vaxt həmin borcu ödəyəcəyinə söz verməmişdir. Rövşən ona telefonda demişdir ki, o, nə üçün Elçinə zəng edib ondan pul istəmişdir. O, Rövşənə demişdir ki, bu məsələ Elçinlə onun arasındadır, özü bilər. Rövşən bildirmişdir ki, o, Elçinə qarşı yekəxanalıq edir. O, Rövşənə demişdir ki, o, yekəxanalıq etmir, borcunu istəyir, Rövşən heç vaxt onsuzda kafedə pul ödəyən olmamışdır, onluq bir şey yoxdur. Onun bu sözü Rövşənin xoşuna gəlməmiş və onunla daha da qəzəbli danışmağa başlamış, onun heç kim olduğuu demişdir. O, Rövşənlə çox danışmadan telefonu söndürmüşdür. Elçinə zəng edib bildirmişdir ki, Rövşən nə üçün ona zəng edib aralarındakı məsələni müzakirə edir. Elçin ona bildirmişdir ki, lazımdırsa, hazırda xatırlamadığı yanacaq doldurma məntəqəsinə gedib pulu oradan götürsün. O, Elçinin bu sözü ilə razı olmamış, pulu özünün gətirib verməsini demişdir. Bundan sonra Rövşən ona zəng etmiş, onunla kobud danışmış, o da buna görə onunla kobud danışmış, ona bildirmişdir ki, telefonda belə ürəkli danışır. Rövşən ona demişdir ki, görüşərlər. O, Rövşənə demişdir ki, indi görüşsünlər. Rövşən ona demişdir ki, indi işdədir. O da Rövşənə kobud cavab verib sağollaşmış və evə getmişdir. Sonra evdən çıxıb 9-cu mikrorayon ərazisinə getmişdir. Həmin vaxt Rövşən ona zəng etmiş, yenə mübahisə etmiş, Rövşən onu nalayiq söyüşlərlə təhqir etmişdir. O da Rövşəni nalayiq söyüşlərlə təhqir etmişdir. Rövşən ondan harada olduğunu soruşmuşdur. O, Rövşənə 9-cu mikrorayon ərazisində “Bravo Market”in arxasında olduğunu demiş və idarə etdiyi “Toyota Prius” markalı avtomobildə gözləmişdir. “Bravo Market”in yanında ona məxsus anbar kimi istifadə etdiyi obyekt vardır. Rövşən ona zəng edəndə orada olmuşdur. “Anar” adlı kafedə işlətdiyi məişət əşyalarını gətirib ora yığmışdır. Həmin vaxt da o əşyaların içərisindən əlinə qəhvəyi rəngli dəstəyi, gümüş rəngli tiyəsi olan bıçaq keçmişdir. Bir az keçəndən sonra Rövşən taksi avtomobili ilə “Bravo Market”in arxasından keçən asfalt yolun kənarına gəlmiş, avtomobildən düşmüşdür. O da Rövşəni görüb avtomobildən düşmüş və ona yaxınlaşmışdır. Niyə onunla belə danışdığını demiş, qarşılıqlı bir-birlərini itələmiş, bundan sonra o, əlindəki bıçaqla xatırlamadığı sayda onun xatırlamadığı nahiyələrinə zərbələr vurub onu öldürmüşdür. Ətrafda olan şəxslər onun Rövşənə bıçaqla zərbələr vurduğunu görüb qışqırmağa başlamış, bıçaq əlində qalmışdır. O, buna görə bıçağı yaxınlıqdakı tikilinin üstünə tullamış və orada gözləmişdir. Fikirləşmişdir ki, o, bu hadisəni törətdiyinə görə polis gəlib ona yaxınlaşacaqdır. Qısa müddət ərzində ona mülki geyim formasında, mülki avtomobildə polis əməkdaşları yaxınlaşıb özlərini təqdim etmişlər və onu Sumqayıt şəhər polis idarəsinə aparmışlar. Hadisə 11 yanvar 2021-ci il tarixdə, saat 20:40 radələrində Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində “Bravo Market” in arxa tərəfi ilə üzbəüz asfalt yolun kənarında baş vermişdir. O, Zərərçəkmiş şəxs bıçaqla zərbə vurarkən hansı vəziyyətdə durduğunu, hansı müddət ərzində zərbələr vurduğunu xatırlamır. Hadisə qısa zaman kəsiyində baş vermişdir. Zərərçəkmiş şəxs mübahisə zamanı onu vurub-vurmadığını, bıçaqla vurduğu zərbələrdən başqa ona zərbə vurub-vurmadığını xatırlamır. Hazırda hər hansı xəsarət aldığını hiss etmir. O, Zərərçəkmiş şəxs bıçaqla zərbələr vurarkən səs-küy eşitmiş, ətrafda insanlar olmuşdur. Lakin onların heç birini tanımır. O, 11 yanvar 2022-ci il tarixdə, saat 15-16 radələrində xatırlamadığı miqdarda araq içmişdir. O, Sumqayıt şəhər Narkoloji dispanserdə narkomaniya xəstəliyindən əziyyət çəkdiyi üçün qeydiyyatdadır, müalicə alır. Əvvəllər beyin silkələlənməsi ilə əlaqədar Sumqayıt şəhər xəstəxanasında müalicə almış, başqa xəstəliyi yoxdur. Hadisə baş verərkən əynində qəhvəyi rəngli uzunqol kofta, tünd göy rəngli şalvar və qara rəngli qolsuz gödəkçə olmuşdur. Zərərçəkmiş şəxs əynində şalvar, kofta və gödəkcəsi olmuşdur. Lakin konkret olaraq paltarların əlamətlərini xatırlamır. Hadisə ani baş vermişdir. Bıçağı nə vaxt götürdüyünü, avtomobildən düşdükdən sonra Zərərçəkmiş şəxs üstünə gəlməsi ilə ona bıçaqla necə zərbələr vurduğunu bilməmişdir. Sonradan dərk etmişdir. Törətdiyi əmələ görə peşmandır. (cild İ, 42-46-cı vərəqələrdə) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsi əvvəllər tanımamışdır. Oğlu usta işləmişdir. Qarabağ işğaldan azad olunandan sonra Füzulidə işləməyə gedib-gəlmişdir. Evdə Elçin adı hallanmış, amma Rüfətin adını eşitməmişdir. Hadisə günü saat 9-a işləmiş oğlu ona bildirmişdir ki, 50-60 manat borcu var, verib gələcək ki, balaca oğlunun ad günün qeyd etsinlər. Daha sonradan müstəntiqdən eşitmişdir ki, Elçin və yanında olan digər 3 nəfər yeyib-içiblər, Rövşənə zəng ediblər ki, pulları yoxdur, yeyib-içmək istəyirlər. Rövşən də onların yerinə pul verəcəyini bildirmişdir. Elçin kişilərin içində oğluna sözündə durmadığı üçün Rüfətin onu döydüyünü bildirmişdir. Rövşən də Rüfətə zəng edərək onunla sözləşmişdir. Müstəntiqin dediyinə görə birinci Rüfət söyüş söymüşdür. Oğlunun ölüm xəbəri təqribən 9-un yarısında gəlmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. O, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs tanıyır, dostudur, aralarında düşmənçilik və ədavət olmamışdır. Rövşən də usta olmuş, evlərin damını düzəltmişdir. Son vaxtlar Qarabağda işğaldan azad olunmuş ərazilərdə işləmişdir. Sonuncu dəfə 2 ay əvvəl orada işləyib qayıtmışdır. O, Rövşən ilə mütəmadi görüşmüş, münasibəti yaxşı olmuşdur. Təqsirləndirilən şəxs tanıyır. Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində “Anar” adlı kafeni işlətmişdir. O, mütəmadi olaraq həmin kafeyə müştəri kimi dostları ilə getmişdir. Orada onlara yemək və içki verilmişdir. Rüfəti həmin kafeni işlədən şəxs kimi tanımışdır. Sonradan da bununla bağlı münasibəti olmuşdur. Rövşən də əksər hallarda onunla birlikdə həmin kafeyə getmiş və onunla orada yeyib içmişlər. Onlar həmin kafedə yeyib içərkən hesabı bəzən vermiş, bəzən isə pulu olmadığı üçün və ya nağd pulu olmadığı üçün nisyə yazdırmışlar. Rüfət də heç vaxt bunu problem etməmişdir. Bu minvalla onların Rüfətin işlətdiyi kafeyə 150 manat borcu yaranmışdır. Rüfət borcu ödəməyinə görə onunla telefon əlaqəsi saxlamışdır. Onlar həmin borcun bir hissəsini vermiş, 50 manat isə borclu qalmışlar. Rövşən əlində işlərinin olduğunu, həmin pulu özünün ödəyəcəyini ona demişdir. Lakin Rüfətlə bu barədə o danışmış, Rüfət pulu ondan istəmişdir. 11 yanvar 2022-ci il tarixdə, saat 17 radələrində Rüfət istifadə etdiyi ***-***-**- ** saylı telefon nömrəsi ilə onun istifadə etdiyi ***-***-**-** saylı telefon nömrəsinə zəng edib ondan 50 manat borcunu ödəməsini istəmişdir. O, hazırda 50 manat pulunun olmadığını, səbrli olmasını, yarım gün və ya bir gün ərzində həmin pulu tapıb ona verəcəyimi demişdir. Lakin Rüfət telefonda onunla mübahisə edərək həmin pulu ona həmin gün verməsini təkid etmişdir. O da Rüfətə hazırda olmadığını demişdir. Rüfət onunla mübahisəni davam etdirib kobud danışmış, onu telefonda söyüb təhqir etmişdir. O da Rüfəti söyüb təhqir etmişdir. Ondan harada olduğunu soruşmuş, o, Rüfətin təhvil verdiyi kafenin yanında olduğunu demişdir. Rüfət bir müddət sonra idarə etdiyi “Toyota Prius” markalı avtomobillə həmin kafenin yaxınlığına işıq idarəsinin yanına gəlmişdir. Avtomobildən düşən kimi onun yaxasından tutub onunla mübahisə etməyə başlamış, onu söyüb təhqir etmiş, o da Rüfəti söyüb təhqir etmişdir. Sonra Rüfət əlində olan yekə bıçaqla ona zərbə vurmaq istəmişdir. O, geri çəkilmiş, bıçağın tiyəsi onun sağ qaş nahiyəsini zədələmişdir. Qaşından qan axmağa başlamışdır. O, Rüfətin əlindən qaçıb yaxınlıqdakı “Anar” kafenin yanında olan bərbər dükanına girib orada qaşından axan qanı yuyub təmizləmişdir. Rüfət avtomobilinə minib getmişdir. O, Rüfətlə telefonla danışanda Rövşən də yanında olmuş, aralarında olan danışıq və mübahisədən Rövşənin xəbəri olmuşdur. Lakin o, işıq idarəsinin yanında Rüfətlə görüşməyə gedəndə Rövşənə bu barədə heç nə deməmiş, Rövşəni özü ilə aparmamışdır. Həmin vaxt Rövşən “Anar” adlı kafedə əyləşmişdir. O, bərbər dükanından çıxandan sonra yenidən “Anar” adlı kafeyə girmiş və Rövşənin yanına getmişdir. Rövşən onun vəziyyətini soruşmuşdur. O, Rövşənə baş verənləri izah etmişdir. Rövşən də Rüfətin hərəkətinə əsəbiləşmişdir. O, Rövşənə demişdir ki, Rüfətin pulunu tapıb vermək lazımdır. Buna görə də o, bir neçə nəfərə zəng edib 50 manat pul istəmiş və Rüfətə vermək üçün 50 manat pul tapmışdır. Rövşənlə təxminən yarım saat kafedə oturduqdan sonra o, həmin 50 manat pulu tapmaq üçün getmişdir. Rövşən də harasa işləməyə getmişdir. Bir müddət sonra Rüfət ona zəng edib demişdir ki, Rövşən haradadır. O, Rüfətə demişdir ki, Rövşən Bakıdadır, o da başqa yerdədir. Rüfət Rövşənin haqqında nalayiq ifadələr səsləndirib onu soruşmuşdur. Buna görə də o, onların görüşüb mübahisə etməməsi üçün Rövşənin Bakı şəhərində olduğunu demişdir. Rövşənin telefon nömrəsini Rüfətə o verməmişdir. Əvvəllər Rövşən taksi xidmətindən istifadə edəndə ona Rüfətin idarə etdiyi avtomobil göndərilmişdir. Rüfət də Rövşənin telefon nömrəsini bu yolla öyrənmişdir. O, Rüfətlə telefonla danışandan sonra Rövşən də ona zəng etmişdir. Rövşən telefonda bildirmişdir ki, Rüfət onunla bacı söyüşü ilə danışır, mübahisə edir. O, Rövşəndən xahiş etmişdir ki, Rüfətlə gedib görüşməsin. Lakin Rövşən gedib onunla görüşəcəyini bildirmişdir. Rüfət də sonradan yenə ona zəng edib Rövşənin harada olduğunu öyrənməyə çalışmışdır. Bir müddət sonra o, narahat olduğu üçün Rövşənə dəfələrlə zəng etmişdir. Rövşən zənglərə cavab verməmişdir. Sonra Rüfətə zəng etmiş, Rüfətin telefonuna polis əməkdaşları cavab verəndə öyrənmişdir ki, Rüfətlə Rövşən haradasa görüşmüş və Rüfət Rövşənə bıçaqla zərbələr vurub öldürmüşdür. Məhkəmə, iş üzrə məhkəmədə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Hadisə yerinə baxış keçirilməsi haqqında” 11 yanvar 2022-ci il tarixli protokola əsasən hadisə yeri ünvan 3 ünvanında “Bravo” supermarketin arxa girişi ilə üzbəüz yerləşən mağazanın qarşısında yerləşir. “Bravo” supermarketi ilə həmin mağazanın arasından Üzeyir Hacıbəyli küçəsi boyu asfalt yol keçir. Həmin yolun sağ hərəkət hissəsində arxası üstə uzanmış vəziyyətdə Zərərçəkmiş şəxs meyiti vardır. Meyitin başı “Bravo” supermarketi istiqamətində ayaqları isə yolun sağ kənarında yerləşən mağaza istiqamətindədir. Meyitin sağ ayağı açıq vəziyyətdə, sol ayağı isə şaquli istiqamətdə qatlanmış vəziyyətdədir. Meyitin qolları öz istiqamətlərində açılmış vəziyyətdədir. Meyitin əynində qara rəngli idman şalvarı, boz rəngli uzunqol sviter, tünd yaşıl rəngli uzunqol gödəkcə və bir cüt boz rəngli ayaqqabı olması müşahidə edilir. Meyitin əynindəki boz rəngli uzunqol sviter qarın nahiyəsində yuxarı doğru açılmış vəziyyətdədir. Meyitin burun, çənə və qarın nahiyələrində, əynindəki boz rəngli uzunqol sviterdə qanabənzər ləkələrin olması müşahidə edilir. Yolun sağ kənarında yerləşən birmərtəbəli, divarları çəhrayı rəngli, ağ rəngli plasmasdan hazırlanmış, üzərində ağ rəngli metal barmaqlıqlar olan pəncərələri və qapısı olan mağazanın qarşısında yerdə qanabənzər ləkələr vardır Həmin ləkələrdən sağ tərəfdə meyitlə eyni istiqamətdə səkidə yerdə analoji qanabənzər ləkələr vardır. Həmçinin, meyitin sağ tərəfində və sağ əlinin altında asfalt yolun üzərində analoji qanabənzər ləkələr vardır. Qeyd olunan mağazanın damına baxış keçirdikdə damın üzərində bir ədəd dəstəyi gümüşü, tiyəsi açıq qəhvəyi rəngli bıçaq vardır. Bıçağın üzərində qanabənzər ləkələr müşahidə olunur. Mağazanın sol tərəfində qara rəngli “Toyota Prius” markalı, **-UK-*** dövlət nömrə nişanlı avtomobil vardır. “Bravo” supermarketinin divarında hadisə yerinin olduğu istiqamətdə videokamera vardır. Həmin videokameranın lentə aldığı görüntülər “Bravo” supermarketinin içərisindəki otaqda quraşdırılmış kompüterin yaddaşında saxlanılır. (Cild 1, iş vərəqləri 3-13) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “videogörüntülərə baxış keçirilməsi haqqında” 12 yanvar 2022-ci il tarixli protokolda göstərilmişdir ki, Şahid iştirakı ilə Sumqayıt şəhəri, 9-cu mikrorayon, Üzeyir Hacıbəyli küçəsində yerləşən “Bravo” marketdən bir ədəd diskə köçürülərək götürülmüş Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürməsini əks etdirən videogörüntülərə tərəfimdən baxış keçirilmişdir. Videogörüntü 11 yanvar 2022-ci il tarixdə saat 20:11:54-dan saat 20:38:11-ə qədər olan vaxtı əhatə edir. Baxış zamanı müəyyən edilmişdir ki, videogörüntüləri lentə alan videokamera “Bravo” marketin arxa divarının sol yuxarı küncünə yerləşdirilmişdir. Həmin videokamera marketin qarxa divarının qabağındakı səkinin, səkinin qarşısındakı dayanacağın, marketin arxa divarı ilə paralel keçən asfalt yolun, yolun digər kənarında dayanmış avtomobillərin, marketlə üzbəüz yolun digər tərəfindən yerləşən səkinin, həmin səkidən sağda yerləşən binanın birinci mərtəbəsində yerləşən tikilinin və onun qarşısındakı ərazinin videogörüntülərini fasiləsiz lentə alır. Saat 20:12:03-də asfalt yolla yuxarı tərəfdən bir ədəd qara rəngli “Toyota Prius” markalı avtomobil hərəkət edərək asfalt yolun sağ tərəfində yerləşən səkiyə qalxır, daha sonra isə səkidən sağ tərəfdə yerləşən tikilinin qarşısında dayanır. Şahid bildirdi ki, həmin avtomobil Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius” markalı avtomobildir. Saat 20:13:21də avtomobilin ön tərəfindəki işıqlar sönür və avtomobilin sol ön qapısı açıldıqdan sonra avtomobilin salonundan bir nəfər şəxs aşağı düşür. Həmin şəxs bir neçə dəfə əyilərək avtomobilin sol ön və arxa oturacaqlarına yaxınlaşır. Bir az keçəndən sonra yenidən avtomobilin sol ön qapısını açıb avtomobildə əyləşir. Bundan sonra arabir avtomobildən düşüb yenidən avtomobilin salonunda əyləşir. Şahid bildirdi ki, həmin şəxsin əlamətləri Təqsirləndirilən şəxs əks etdirir. Saat 20:32:09-da “Bravo” marketlə üzbəüz yerləşən yolun sağ kənarına bir ədəd yünd rəngli avtomobil yaxınlaşır. Saat 20:32:23-də həmin avtomobilin sağ ön oturacağından bir nəfər şəxs düşür. Şahid bildirdi ki, həmin şəxs Zərərçəkmiş şəxsdur. Saat 20:32:34-də “Toyota Prius” markalı avtomobilin sol ön qapısı açılır və həmin avtomobildə əvvəldən olan şəxs avtomobildən düşüb tikilinin qarşısındakı sahə istiqamətində irəliləyir. Şahid bildirdi ki, həmin şəxs dəqiq olaraq Təqsirləndirilən şəxsdur, bunu həmin şəxsin hərəkətlərindən müəyyən etdi. Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs bir-birinə yaxınlaşan anda Təqsirləndirilən şəxs sağ əlinin Zərərçəkmiş şəxs bədəninin ön səthi istiqamətində yaxınlaşdırır, bundan sonra Zərərçəkmiş şəxs dizləri üzərində yerə yıxılır. Ardınca Təqsirləndirilən şəxs dəfələrlə sağ əlinin Zərərçəkmiş şəxs bədəninə yuxarıdan aşağı istiqamətdə yaxınlaşdırır. Həmin vaxt Təqsirləndirilən şəxs sağ əlində parıltılı əşya olması müşahidə edilir. Zərərçəkmiş şəxs əyilmiş və uzanmış vəziyyətdə yaxınlıqdakı ağac istiqamətində hərəkət edir. Təqsirləndirilən şəxs həmin ağacın yanınadək Zərərçəkmiş şəxs başının üstündə dayanıb onu təqib edir. Zərərçəkmiş şəxs həmin ağacın yanından asfalt yol istiqamətində ayağa qalxıb qaçmaq istəyərkən tam ayağa qalxmadan yenidən asfalt yolun sağ hərəkət hissəsinin üzərinə arxası üstə yıxılır. Qeyd olunan vaxt ətrafda olan 10 nəfər şəxsin kənardan hadisəni müşahidə etməsi müəyyən edilir. Zərərçəkmiş şəxs yıxılanadək onlar hadisə yerinə yaxınlaşır. Lakin Zərərçəkmiş şəxs yıxıldıqdan sonra onlar geri çəkilirlər. Zərərçəkmiş şəxs yıxıldıqdan sonra Təqsirləndirilən şəxs da onun yanından öz avtomobili istiqamətində geri çəkilir. Həmin vaxt bir neçə dəfə hər iki əlini yuxarı qaldırır. Bu zaman bir neçə dəfə yenidən onun əlində parıltılı əşya olması müşahidə edilir. Təqsirləndirilən şəxs öz avtomobilinin sol yanına çatdıqda onun sağ əlini yuxarı qaldıraraq əlindəki parıltılı əşyanı tikilinin üstünə atması müşahidə edilir. Saat 20:34:28-də göy rəngli avtomobilin hadisə yerinə yaxınlaşması və Təqsirləndirilən şəxs həmin avtomobildən düşən şəxslər tərəfindən həmin avtomobillə hadisə yerindən aparılması müşahidə edilir. (Cild 1, iş vərəqləri 63-64) Videogörüntülərə baxış keçirilməsi haqqında protokollarda qeyd olunan xüsusatların həqiqiliyi həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş kompleks lifli materiallar və onlardan hazırlanmış məmulatların məhkəmə-kriminalistik, məhkəmə tibbi-bioloji, tibbi-kriminalistik və soyuq silah ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/1413 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Şahid və Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Zərərçəkmiş şəxs və Şahid məxsus geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş hadisə yerinə baxış zamanı götürüldüyü qeyd edilən bir ədəd bıçaq üzərindən aşkar edilmiş boz rəngli poliakrilonitril kimyəvi lifləri Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən boz rəngli sviterin tərkib lifləri ilə uyğun gəlirlər.(Cild 1, iş vərəqləri 170-176) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş kompleks lifli materiallar və onlardan hazırlanmış məmulatların məhkəmə-kriminalistik, məhkəmə tibbibioloji, tibbi-kriminalistik və soyuq silah ekspertizasının xx.xx.2022-ci il tarixli, 3/195-3/204 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir. Tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs məxsus...’’ yazı qeydləri olan bağlamadan aşkar edilmiş bir ədəd şalvarın, bir ədəd gödəkçənin və bir ədəd sviterin səthində zədə yoxdur. Tədqiqata təqdim edilmiş üzərində “...Şahid məxsus...” yazı qeydləri olan bağlamadan aşkar edilmiş bir ədəd cib dəsmalının, bir ədəd gödəkçənin və bir ədəd sviterin səthində zədə yoxdur. Tədqiqata təqdim edilmiş üzərində “...Zərərçəkmiş şəxs məxsus...” yazı qeydləri olan bağlamadan aşkar edilmiş bir cüt ayaqqabının səthində zədə yoxdur. Təqdim edilmiş üzərində “...Zərərçəkmiş şəxs məxsus...” yazı qeydləri olan bağlamadan aşkar edilmiş bir ədəd gödəkçənin, bir ədəd sviterin səthində olan rəyin tədqiqi hissəsində təsvir edilmiş “a”,”c”,”ç”,”d”,”e”,”ə”,”g",”ğ” zədələri bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə tiyəsi həmin xassəyə malik bıçaqlar da aiddir. Ümumi əlamətlərinə əsasən bir ədəd gödəkçənin, bir ədəd sviterin səthində olan “a”,”c”,”ç”,”d”,”e”,"ə”,”g”,”ğ” zədələrin təqdim edilmiş bir ədəd bıçağın (bıçaq tiyəsinin) da təsirindən yaranması mümkündür. Həmin zədələrdə zədə yaradan predmetin xüsusi əlamətləri əks olunmadığından zədələrin konkret olaraq hansı bıçağın tiyəsi ilə təsir nəticəsində yaranmasını müəyyən etmək mümkün deyildir. Təqdim edilmiş üzərində “...Zərərçəkmiş şəxs məxsus...” yazı qeydləri olan bağlamadan aşkar edilmiş bir ədəd gödəkçənin, bir ədəd sviterin, bir ədəd şalvarın səthində olan “b",“f ,”h”,”x”,”ı” zədələrindən “b”,”f zədələri fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik dartılıb sökülmə, “h”, “x” zədələri fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik dartılıb cırılma, zədəsi fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik dartılıb qoparılma zədəsidir. (Cild 1, iş vərəqləri 177-182) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 02 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs meyitinin bədəni üzərində ürəyin sol qulaqcığının və mədəciyinin ön səthinin zədələnməsi ilə müşayət olunan döş qəfəsinin ön səthinin yuxarı bayır hissəsinin bır ədəd deşilmiş-kəsilmiş yarası, boyunun ön səthinin aşağı l\3-nin, döş qəfəsinin ön səthinin yuxarı iç hissəsinin boşluğa keçməyən deşilmiş-kəsilmiş yaraları, sol diz oynağının ön səthinin, sağ baldırın yuxarı l\3-nm ön səthinin 3 (üç) ədəd sıyrıqları aşkar edilmişdir. Qeyd olunan xəsarətlər həyatidirlərürəyin sol qulaqcığının və mədəciyinin ön səthinin zədələnməsi ilə müşayət olunan döş qəfəsinin ön səthinin yuxarı bayır hissəsinin bir ədəd, boyunun ön səthinin aşağı l\3-nin, döş qəfəsinin ön səthinin yuxarı iç hissəsinin boşluğa keçməyən deşilmiş-kəsilmiş yaraları deşicikəsici alətin, ola bilsin ki, ekspertizaya təqdim olunmuş bıçağın və ya ona oxşar digər bıçaqların, digər xəsarətlər yəni - sol diz oynağının ön səthinin, sağ baldırın yuxarı l\3-nin ön səthinin 3 (üç) ədəd sıyrıqları küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkənin müayinəsindən 2-4 saat əvvəl olmaqla xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdi, özü-özünə yetirməsi istina edilir və dərəcəsinə görə- ürəyin sol qulaqcığının və mədəciyinin ön səthinin zədələnməsi ilə müşayət olunan döş qəfəsinin ön səthinin yuxarı bayır hissəsinin bir ədəd deşilmiş- kəsilmiş yarası adətən canlı şəxslərdə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa AĞİR, boyunun ön səthinin aşağı l\3-nin, döş qəfəsinin ön səthinin yuxarı iç hissəsinin boşluğa keçməyən deşilmiş-kəsilmiş yaraları sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL, digər xəsarətlər yəni - sol diz oynağının ön səthinin, sağ baldırın yuxarı l\3-nin ön səthinin 3 (üç) ədəd sıyrıqları isə adətən canlı şəxslərdə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs ölümünə səbəb ürəyin sol qulaqcığının və mədəciyinin ön səthinin deşilmiş-kəsilmiş yarası nəticəsində baş vermiş daxili qanitirmə olmuşdur. Ölüm meyitin müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs döş qəfəsinin ön səthinin yuxarı bayır hissəsindən almış olduğu bıçaq zərbəsindən ölmüşdür. Ölümün müddəti saniyə və dəqiqələrlə ölçülə bilərdi ki, həmin müddət ərzində o, məqsədyönlü hərəkətlər etmə iqtidarında ola bilərdi. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın məhkəmə kimyəvi tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir (AKT-1727). Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlərin xarakterini və yerləşmə yerini nəzərə alıb demək olar ki, zərərçəkmişlə xəsarət yetirən şaquli vəziyyətdə qarşı-qarşıya ola bilərdilər. Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş paltarlardakı zədələrlə onun bədəni üzərində olan xəsarətlər nisbi olaraq üstüstə düşür. Zərərçəkmiş şəxs döş qəfəsinin ön səthinin yuxarı bayır hiəssindəki yaranın istiqaməti yuxarıdan-aşağıya, soldan-sağa, öndən-arxaya doğrudur. . (Cild 1, iş vərəqləri 185- 193) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan komisyon kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 919 saylı rəyində göstərilmişdir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak prosesslərinin, dünyagörüşünün, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. O, iş üçün əhəmiyyətli halları düzgün qavraya, təsvir edə və bu barədə məlumat verə bilər. Ümumilikdə adaptiv və ünsiyyətçil olmaqla, özünəməxsus mövqeyə və prinsipə malikdir. Təqsirləndirilən şəxs cinayəti törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda dä öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs ünsiyyətçillik, söz götürməmək, hirslilik, hövsələsizlik, emosionallıq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Qərarın təsviri hissəsində qeyd olunan əməli törədən zaman Təqsirləndirilən şəxs psixi-emosional vəziyyətində hirslilik, gərginlik kimi hallar yaranmış, həmin halların yaranması situasiya ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək iqtidarında olmuşdur. (Cild 1, iş vərəqləri 194-198) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan kompleks lifli materiallar və onlardan hazırlanmış məmulatların məhkəmə-kriminalistik, məhkəmə tibbibioloji, tibbi-kriminalistik və soyuq silah ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/244 nömrəli ekspert rəyində göstərilmişdir ki, X5 ABO sistemi üzrə qrup göstəricisi: A(İİ) (şəxsiyyət vəsiqəsinin kserosürətinə əsasən). Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi: O(İ) (şəxsiyyət vəsiqəsinin kserosürətinə əsasən). Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: A(İİ) (şəxsiyyət vəsiqəsinin kserosürətinə əsasən). Ekspertizaya təqdim edilmiş bir ədəd bıçaq, R.V. Musayevə məxsus bir cüt kişi ayaqqabısı, şalvar, sviter, gödəkcə, Təqsirləndirilən şəxs məxsus cins şalvar, Şahid məxsus gödəkcə, sviter, cib dəsmalı və 03 ədəd kosmetik pambıq tamponlar üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “A” və “H” antigenləri alındı. Aqqlyutininlər isə alınmadı. Bu qan ləkələri bir şəxsə (şəxslərə) məxsus olduğu halda Abeta/H/ (İİ) qruplu Zərərçəkmiş şəxs (əgər onun qanında müşayiətçi H antigeni varsa) və ya E.M. Əhmədova məxsus ola bilər (əgər sonuncuda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarətləri olubsa və qanında müşayiətçi H antigeni varsa). Lakin ləkələrdə qanın qarışıq olduğu halında isə həmçinin Oalfa,beta qruplu Təqsirləndirilən şəxs qarışıq qanının olması da inkar olunmur (əgər sonuncuda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarətləri olubsa). Ekspertizaya təqdim edilmiş R.A. Məmmədova məxsus bir ədəd gödəkcə və sviter üzərində qana şübhəli ləkələr aşkar olunmadı. (Cild 1, iş vərəqləri 199-206) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixliŞ 1359 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 183- 184) Cinayət işinin materiallarına əlavə edilmiş DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsi ilə təqsirli bilinərək ona 1 il 6 ay müddətinə islah işləri cəzası təyin edilmişdir. Bundan başqa, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 131.2 və 228.4-cü maddələri ilə təqsirli bilinərək ona 1 il islah işləri və 500 manat cərimə cəzası təyin edilmişdir. Cərimə cəzası xx.xx.2018-ci il tarixdə tam ödənilmişdir. Sumqayıt şəhər probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli 2452 saylı arayışına əsasən cəzasını çəkib qurtarmışdır. (Cild 1, iş vərəqi 157-159) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin Mənzil kommunal təsərrüfat birliyinin 21 saylı Mənzil kommunal istismar sahəsindən daxil olmuş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında qeydiyyatdadır, həyat yoldaşı X4 və qızı X6 ibarət ailəsi vardır, barəsində 21 saylı Mənzil kommunal istismar sahəsinə şikayət daxil olmamışdır. (Cild 2, iş vərəqə 6-7) Cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X3 notarial qaydada təsdiq olunmuş ərizəsinin surətindən görünür ki, o təqsirləndirilən şəxslə barışmışdır. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, iddia və tələbi yoxdur. Cinayət işinin materiallarından görünür ki, hadisə yerinə baxış zamanı götürülmüş 1, 2 və 3 rəqəmləri ilə nömrələnmiş üç ədəd qanabənzər maddə, bir ədəd bıçaq, Zərərçəkmiş şəxs məxsus bir ədəd gödəkcə, bir ədəd şalvar, bir ədəd sviter, bir cüt ayaqqabı, Təqsirləndirilən şəxs məxsus bir ədəd kofta, bir ədəd şalvar və bir ədəd gödəkçə, “Bravo” marketdən götürülmüş hadisəni əks etdirən videogörüntülərin köçürüldüyü bir ədəd disk maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt şəhər prokurorluğunun “Maddi sübutların saxlanılması” otağına təhvil verilmişdir.(Cild 1, iş vərəqi 217-234) Təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi ilə bağlı məsələlərinin təhlilindən öncə, məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarına istinad edərək qeyd edir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İstintaq orqanının Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə verdiyi ittihama əsasən o, əvvəllər tanıdığı Zərərçəkmiş şəxs ilə 11 yanvar 2022-ci il tarixdə, saat 17:23 radələrindən etibarən dəfələrlə telefonla danışarkən onun həmin gün saat 17 radələrində əvvəllər tanıdığı Şahid ilə mübahisə edib sonuncuya bədən xəsarəti yetirməsinə haqlı iradını bildirən Zərərçəkmiş şəxslə ona qarşı təhqiramiz hərəkət etməməsinə baxmayaraq telefon danışıqları zamanı mübahisə edib Zərərçəkmiş şəxs onunla kobud danışaraq onu nalayiq ifadələrlə təhqir etməsini bəhanə edərək Zərərçəkmiş şəxs görüşə çağırmış, hətta Şahid zəng edib Zərərçəkmiş şəxs harada olduğunu soruşmuş, Şahid bunu öyrənə bilmədiyi üçün yenidən Zərərçəkmiş şəxslə telefonla danışaraq sonuncunu mübahisəyə sövq edib onunla görüşməsinə razı saldıqdan sonra Zərərçəkmiş şəxs ünvan 3 “Bravo” supermarketin arxa girişi ilə üzbəüz yerləşən mağazanın qarşısına çağırıb həmin gün, saat 20:12-də etibarnamə əsasında idarə etdiyi X2 məxsus “Toyota Prius” markalı, **-UK-*** dövlət nömrə nişanlı avtomobillə həmin yerə gələrək Zərərçəkmiş şəxs gəlməsini gözləmiş, Zərərçəkmiş şəxs həmin gün, saat 20:32-də qeyd olunan yerə gəldikdən sonra mağazanın qarşısında sonuncuya yaxınlaşıb heç bir əsaslı səbəb olmadan öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərib, özünü ətrafdakılarara qarşı qoyub Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gələrək əvvəlcədən üzərində gəzdirdiyi zavod üsulu ilə istehsal edilmiş, təsərrüfat-məişət təyinatlı və soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə qəsdən Zərərçəkmiş şəxs döş qəfəsi və boyun nahiyələrinə bir neçə zərbə vurub yerə yıxaraq Zərərçəkmiş şəxs sol diz oynağının ön səthinin, sağ baldırın yuxarı 1/3-nin ön səthinin üç ədəd sıyrığı ilə müşayiət edilən sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən, boyunun ön səthinin aşağı 1/3-nin, döş qəfəsinin ön səthinin yuxarı iç hissəsinin boşluğa keçməyən deşilmiş-kəsilmiş yaraları ilə müşayiət edilən sağlamlığa yüngül zərərvurmaya aid edilən, ürəyin sol qulaqcığının və mədəciyinin ön səthinin zədələnməsi ilə nəticələnən döş qəfəsinin ön səthinin yuxarı bayır hissəsinin bir ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən və ölümünə səbəb olan daxili qanitirmə ilə nəticələnən bədən xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə cinayətini törətməsinə dair ona verilmiş ittiham ibtidai istintaqın təqdim etdiyi və məhkəmədə tədqiq edilmiş sübutlarla təsdiq edilmir, təqsirləndirilən şəxsin əməli səhv olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, həm təqsirləndirilən şəxs, həm də şahid ifadələrində göstərmişlər ki, hadisə zamanı təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin arasında ədavət yaranmış, bu səbəbdən aralarında gərgin münasibət yaranmış, həmin münasibətin və Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs əxlaqsız söyüşlərlə söyməsinin nəticəsi olaraq sonradan cinayət hadisəsi baş vermişdir. Digər tərəfdən, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasındakı sonuncunun ölümü ilə nəticələnmiş mübahisənin konkret halda faktiki olaraq zərərçəkmiş şəxs tərəfindən başlanması Təqsirləndirilən şəxs əməli xuliqanlıq niyyəti ilə törətməsi ehtimalı ilə uzlaşmayan əhəmiyyətli məqamdır. İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamda əməlin məhz xuliqanlıq niyyəti ilə törədilməsi israr edilərkən hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə özünü ətrafdakılara qarşı qoyub ümumi davranış qaydalarına saymazlıq nümayiş etdirməsi əlaməti vurğulanmış, eyni zamanda, təqsirləndirilən şəxsin heç bir əsaslı səbəb olmadan bu əməli törətməsi göstərilmişdir. Göründüyü kimi, ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamda həm bütövlükdə xuliqanlıq cinayətinin obyektiv tərəfinin elementləri sadalanmış, həm də motiv olaraq xuliqanlıq niyyəti göstərilmişdir. Bununla da konkret cinayətin motivi kimi çıxış edən xuliqanlıq niyyətinin əsassız olaraq təqsirkarın təhlükəli davranışı olan xuliqanlıq əməli ilə eyni vaxtda baş verməsinin israr edilməsinə yol verilmişdir. Halbuki şəxsi münasibətlər zəminində Zərərçəkmiş şəxs öldürülməsi, eyni zamanda, bu zaman təqsirkarın davranışında ictimai qaydanı pozmağa yönəlmiş birbaşa qəsdin hər hansı elementinin olmaması hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə özünü ətrafdakılara qarşı qoyub ümumi davranış qaydalarına saymazlıq nümayiş etdirməni istisna edir. Məhkəmə qeyd edir ki, məhkəmədə dindirilmiş təqsirləndirilən və zərərçəkmiş şəxsin hüquqi varisinin, o cümlədən iş üzrə dindirilmiş şahidin verdikləri ifadələrdə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi xuliqanlıq niyyəti öldürməsinə dəlalət edən məqamlar yoxdur. İttiham tərəfinin məhkəməyə təqdim etdiyi, ittiham aktında istinad olunan, məhkəmə iclasında tədqiq edilmiş sübutların heç biri də ayrı-ayrılıqda və ya məcmu halında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməsi qənaətinə gəlməyə əsas vermir. İş materialları və məhkəmədə tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxs arasında münaqişə məhz sonuncunun Təqsirləndirilən şəxs zəng edib iradını bildirib nalayiq ifadələrlə söyməsi səbəbindən başlanmışdır. Təqsirləndirilən şəxs ümumiyyətlə həmin zəngə qədər zərərçəkmişlə heç bir əlaqəsi, ədavəti olmamışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi qəsdən adam öldürmə əməlinin motivinin xuliqanlıq niyyəti olması öz təsdiqini tapmamışdır. Cinayət işinin materiallarından da görünür ki, hazırkı cinayət işi ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə başlanılmış, 13 yanvar 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Lakin ibtidai istintaqın yekun mərhələsində - yetərli hesab olunacaq mötəbər sübutlar əldə olunmadan Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsinə tövsif edilsə də bu kifayət qədər əsaslandırılmamışdır. Beləliklə, məhkəmə bütün yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən adam öldürmə ilə bağlı törətdiyi cinayət əməli “xuliqanlıq niyyəti” ilə deyil, şəxsi münasibətlər zəminində törənmişdir. Təqsirləndirilən şəxs heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə zərərçəkmiş şəxs həyatdan məhrum etmək niyyəti olmamış, ümumiyyətlə məhkəmə zamanı tədqiq olunmuş sübutlardan da görünür ki, münaqişənin, ədavətin əsas səbəbi zərərçəkmiş şəxs və Şahid öz hesablarını ödəməmələri və ilkin olaraq ödəməkdən imtina etmələri olmuş, təqsirləndirilən şəxsin əməllərində hər hansı bir bəhanə, əsassız səbəb olmamış, o, Şahid üzərinə düşdüyü öhdəliyini icra etməsini tələb etmişdir. Ona görə də məhkəmə, işin göstərilən hallarını nəzərə alaraq təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsindən həmin Məcəllənin 120.1-ci maddəsinə tövsif edilməsini əsaslı hesab edir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarında xuliqanlıq cinayətinə verilmiş təfsirdən aydın olur ki, birbaşa qəsdlə törədilən cinayət kimi təsbit olunmuş xuliqanlığı, eləcə də xuliqanlıq niyyəti ilə sağlamlığa ağır zərər vurmanı meydana gətirən zəruri şərtlərdən biri təqsirkarın məhz xuliqanlıq motivi ilə hərəkət etməsidir və onun səbəbsiz olaraq zərərçəkmiş şəxsə qarşı qəsdən zorakılıq göstərməsi, əmlakını qəsdən məhv etməsi və zədələməsi bu hərəkətlərin xuliqanlıq motivi ilə edildiyinə dəlalət edən əsas kimi nəzərdən keçirilə bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyini və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrıayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CMnin 121-123, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) Azərbaycan Respublikası CM-nin 120.1ci maddəsi ilə tövsif edilməlidir. Həmin Qərarın 6-cı bəndinə əsasən, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin sübutların yoxlanılması və qiymətləndirilməsindən bəhs edən müddəalarının tələbləri baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, cinayət-prosessual qanunvericiliyə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir (maddə145.3). Hakim sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir (maddə145.2). Bundan əlavə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır (maddə 351.2). Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən isə məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrıayrı bəndləri çıxarmaq hüququna malikdir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə cinayətinin tərkibi vardır. Həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 145.3-cü maddəsinə müvafiq olaraq ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Eyni Məcəllənin 349.5.1-ci maddəsinin tələbinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, əsaslandırılmış qərarlar tərəflərə eşidildiklərini nümayiş etdirmək, beləliklə də onların verilmiş qərarı qəbul etməyə daha meylli olmasına töhfə vermək məqsədi daşıyır. Bundan əlavə, onlar hakimləri qərarlarını obyektiv arqumentlərlə əsaslandırmağa, həmçinin müdafiə tərəfinin hüquqlarını qorumağa vadar edir. (X10rşı, § 29). Kondraşinanın Rusiya Federasiyasına qarşı işində də Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs eləcə də zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə cinayət qanununun bu tələbi baxımdan hesab edir ki, təqsirləndirilən şəxsin əməlindən səmimi peşmançılıq çəkməsi və yaşayış yeri üzrə müsbət xarakterizə olunması da onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən, bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işi materillarından görünür ki, Təqsirləndirilən şəxs 11 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində Sumqayıt şəhər məhkəməsinin qərarı ilə 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli 11 yanvar 2022-ci il tarixdən hesablanmışdır. ( cild 1, iş vərəqə 87-88, 103-104). Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 11 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Sumqayıt şəhər prokurorluğunun “Maddi sübutların saxlanılması” otağında saxlanılan üç ədəd qanabənzər maddə, bir ədəd bıçaq, Zərərçəkmiş şəxs məxsus bir ədəd gödəkcə, bir ədəd şalvar, bir ədəd sviter, bir cüt ayaqqabı, Təqsirləndirilən şəxs məxsus bir ədəd kofta, bir ədəd şalvar və bir ədəd gödəkçə məhv olunmalı, 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 314 ( üç yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə xüsusi müsadirə edilməli olan əmlak və mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-cı il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 11 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək qüvvəsində saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış Sumqayıt şəhər prokurorluğunun “Maddi sübutların saxlanılması” otağında saxlanılan üç ədəd qanabənzər maddə, bir ədəd bıçaq, Zərərçəkmiş şəxs məxsus bir ədəd gödəkcə, bir ədəd şalvar, bir ədəd sviter, bir cüt ayaqqabı, Təqsirləndirilən şəxs məxsus bir ədəd kofta, bir ədəd şalvar və bir ədəd gödəkçə məhv olunsun, 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 314 ( üç yüz on dörd) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan ( Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar